“İnternet informasiya ehtiyatı vasitəsilə
elektron ticarəti həyata keçirən qeyri-rezidentin
elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması,
ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin
təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli
Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və
“Fiziki şəxs olan istehlakçılar tərəfindən
Azərbaycan Respublikasının ərazisində pərakəndə
ticarət, ictimai iaşə və tibb fəaliyyəti
göstərən şəxslərdən alınmış
mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna
olmaqla) və göstərilən xidmətlərə görə
ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın
təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnternet informasiya ehtiyatı vasitəsilə
elektron ticarəti həyata keçirən qeyri-rezidentin
elektron qaydada vergi uçotuna alınması, yenidən
uçota alınması və uçotdan
çıxarılması,
ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin
təqdim edilməsi və ƏDV-nin ödənilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının layihələrinin hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və dərc
edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə
uyğun edilə bilər.[2]
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri, 30 oktyabr 2023-cü il
¹ 387
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli
Qərarı ilə təsdiq
edilmişdir |
İnternet informasiya ehtiyatı vasitəsilə
elektron ticarəti həyata keçirən qeyri-rezidentin
elektron qaydada vergi uçotuna alınması, yenidən
uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata
alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi
və ƏDV-nin ödənilməsi
QAYDASI[3]
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin
(bundan sonra – Vergi Məcəlləsi)
33.8-1-ci maddəsinə uyğun olaraq
hazırlanmışdır və vergi
orqanlarında uçotda olmayan şəxslərə
elektron ticarət qaydasında işlərin və xidmətlərin
təqdim edilməsindən gəlir əldə edən internet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması,
ƏDV bəyannaməsinin təqdim edilməsi və
ƏDV-nin ödənilməsi ilə bağlı təşkilati
və hüquqi əsasları müəyyən edir.[4]
1.2. Bu Qayda Vergi Məcəlləsinin 19-cu
maddəsində nəzərdə tutulan Azərbaycan
Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət
göstərən qeyri-rezidentlərə şamil edilmir.
1.3. Vergi orqanlarında uçotda olmayan
şəxslərə elektron ticarət qaydasında işlərin
və xidmətlərin təqdim edilməsindən gəlir əldə
edən internet informasiya ehtiyatı vasitəsilə elektron
ticarəti həyata keçirən qeyri-rezidentlər
alıcısı Azərbaycan Respublikasında olan iş və
xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim
ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini
keçdikdən sonra 30 gün müddətində elektron
qaydada vergi uçotuna (bundan sonra – vergi uçotu)
alınmalıdır. Bu bənddə qeyd olunan dövriyyəsi
10 000 ABŞ dollarının manat ekvivalentindən
aşağı olan qeyri-rezidentin elektron qaydada vergi
uçotuna alınması könüllü olaraq həyata
keçirilir.[5]
1.4. Bu Qaydanın məqsədləri üçün
internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti
həyata keçirən qeyri-rezident (bundan sonra – qeyri-rezident) dedikdə internet
informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi
və işlərin görülməsi, o cümlədən
elektron kitabların, musiqinin, audio və video materialların,
qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının
yüklənməsi, reklamların yerləşdirilməsi, digər
analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı)
kimi çıxış edən, Vergi Məcəlləsinin 13.2.6.6-cı
maddəsində nəzərdə tutulan qeyri-rezident şəxs
nəzərdə tutulur.
1.4-1. Məsləhət, hüquq, maliyyə,
mühasibat, dizayn və mühəndis xidmətlərinin
elektron poçt və digər interaktiv ünsiyyət vasitələri
ilə göstərilməsi, internet vasitəsilə real vaxt
rejimində göstərilən tədris və təlim xidmətləri,
habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə
tədbirləri üçün biletlərin onlayn sifariş
edilməsi xidmətləri Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin məqsədləri
üçün elektron ticarət qaydasında təqdim edilən
xidmətlərə aid edilmir.[6]
1.5.1. işləri və xidmətləri
qəbul edən (alan) vergi
orqanlarında uçotda olmayan şəxs ödənişi
Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici
bankın Azərbaycan Respublikasındakı filialı,
poçt rabitəsinin milli operatoru və ya digər ödəniş
xidməti təchizatçıları vasitəsilə həyata
keçirdikdə;[7]
1.5.2. işləri və xidmətləri
qəbul edən (alan) vergi
orqanlarında uçotda olmayan şəxs Azərbaycan
Respublikasında yerləşdikdə;[8]
1.5.3. işləri və xidmətləri
almaq üçün həmin işləri və xidmətləri
qəbul edən (alan) vergi
orqanlarında uçotda olmayan şəxsin istifadə
etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında
yerləşdikdə;[9]
1.5.4. işləri və xidmətləri
almaq və ya ödənişi etmək üçün vergi orqanlarında uçotda
olmayan şəxsin istifadə etdiyi mobil operatorların
ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.[10]
1.6. Bu Qaydada istifadə olunan anlayışlar Vergi Məcəlləsi və
digər normativ hüquqi aktlar ilə müəyyən edilən
mənaları ifadə edir.
1.7. Bu Qaydaya uyğun olaraq uçota alınan
qeyri-rezident şəxs tərəfindən vergi orqanlarında uçotda olmayan şəxslərə
elektron ticarət qaydasında işlərin və xidmətlərin
göstərilməsi Vergi Məcəlləsinin 169-cu
maddəsinə əsasən vergi agenti tərəfindən
ödəmə mənbəyində vergiyə cəlb edilmir və
bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi
qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə
uyğun olaraq ümumi qaydada hesablanıb ödənilir.[11]
1.7-1. ƏDV-nin məqsədləri
üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron
ticarət qaydasında işlərin və xidmətlərin təqdim
edilməsinə görə vergi orqanlarında uçotda
olmayan şəxslər tərəfindən ödənişlər
aparılarkən Vergi Məcəlləsinin 169-cu maddəsi ilə müəyyən
edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə
ƏDV hesablanmalı və ödənilməlidir.[12]
1.8. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) ilə
Azərbaycan Respublikasında fəaliyyət göstərən
yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı
filialı, poçt rabitəsinin milli operatoru və ya digər
ödəniş xidməti təchizatçıları
arasında bu Qaydanın tələblərinin yerinə yetirilməsi,
habelə həmin şəxslərin əvvəlcədən
məlumatlandırılması məqsədilə bu Qaydaya
uyğun olaraq vergi uçotuna alınmış, yenidən
uçota alınmış və uçotdan
çıxarılmış qeyri-rezidentlər barədə məlumatların
mübadiləsi Avtomatlaşdırılmış Vergi
İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində elektron
qaydada həyata keçirilir.
2. Qeyri-rezidentin vergi uçotuna alınması
2.1. Qeyri-rezident vergi uçotuna alınmaq
üçün bu Qaydanın 2.7-ci və 2.8-ci bəndlərində
qeyd olunan məlumatları və sənədləri Dövlət
Vergi Xidmətinin İnternet Vergi İdarəsində
yaradılmış Elektron ticarət
iştirakçılarının vergi
inzibatçılığına dair platformasına (bundan
sonra – platforma) daxil edir.
2.2. Qeyri-rezident tərəfindən daxil edilmiş məlumatların
və sənədlərin vergi orqanlarında mövcud olan məlumat
bazalarından istifadə etməklə 20 (iyirmi) iş
günü müddətində bu Qaydaya uyğunluğu
yoxlanılır. Məlumatlar və sənədlər bu
Qaydanın 2.7-ci bəndinə uyğun olduqda və bu
Qaydanın 2.6-ci bəndində qeyd olunan imtina halları
aşkar edilmədikdə qeyri-rezident şəxs uçota
alınır.
2.3. Dövlət Vergi Xidməti tərəfindən
qeyri-rezident uçota alınarkən ona vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi (bundan sonra – VÖEN) verilir. Verilən
VÖEN qeyri-rezidentin elektron poçt ünvanına göndərilir
və qeyri-rezident bu barədə platforma vasitəsilə məlumatlandırılır.
2.4. Platformaya daxil olmaq üçün qeyri-rezidentə
avtomatik qaydada login və parol təqdim edilir.
2.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlərin
düzgünlüyü mənbəyi bəlli olan məlumatlardan,
beynəlxalq məlumat bazalarından və beynəlxalq
müqavilələr çərçivəsində əldə
edilən məlumatlardan istifadə etməklə Dövlət
Vergi Xidməti tərəfindən yoxlanılır.
2.6. Qeyri-rezidentin uçota alınmasından
aşağıdakı hallarda imtina edilir:
2.6.1. qanunla qadağan edilən fəaliyyəti həyata
keçirdikdə;
2.6.2. təqdim edilən sənəd və məlumatlarda
düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar
aşkar edildikdə;
2.6.3. bu Qaydanın 1.2-ci, 1.4-cü, 2.7-ci və 2.8-ci bəndləri
ilə müəyyən edilən tələblərə cavab
vermədikdə.
2.7. Qeyri-rezident vergi uçotuna alınarkən onun barəsində
aşağıdakı məlumatlar platformaya daxil edilir:
2.7.1. tam adı;
2.7.2. rezidenti olduğu ölkənin adı;
2.7.3. hüquqi ünvanı və baş ofisin yerləşdiyi
faktiki ünvanı, poçt indeksi;
2.7.4. internet səhifəsi (mövcud olduqda);
2.7.5. elektron poçt ünvanı;
2.7.6. qeydiyyata alındığı dövlətdə
qeydiyyat (inkorporasiya) sənədinin nömrəsi;
2.7.7. qeydiyyata alındığı dövlətdə
vergi uçotu nömrəsi;
2.7.8. əsas fəaliyyət sahəsi (sahələri);
2.7.9. vergi ödənişinin aparılacağı
valyuta; (manat, ABŞ dolları, avro və ya funt sterlinq);
2.7.10. Azərbaycan Respublikasının vergi
orqanında uçotda olan şəxs kimi fəaliyyətə
başlayacağı tarix;
2.7.11. vergi öhdəliklərinin yerinə yetirilməsi
üzrə azı 2 (iki) məsul şəxsin məlumatları
(soyadı, adı, atasının adı, vəzifəsi,
elektron poçt ünvanı və əlaqə telefonu).
2.8. Aşağıdakı təsdiqedici sənədlərin
elektron nüsxəsi platforma üzərindən əlavə
edilir:
2.8.1. qeyri-rezidentin qeydiyyata alındığı
dövlətdə qeydiyyat (inkorporasiya) və ya vergi uçotu
sənədi;
2.8.2. məsul şəxsin təyin edilməsini təsdiq
edən sənəd (qərar, əmək müqaviləsi və
s.).
2.9. Uçot məlumatlarında dəyişiklik
qeyri-rezidentin müraciəti əsasında həyata
keçirilir.
3. Qeyri-rezidentin yenidən uçota alınması və
uçotdan çıxarılması
3.1. Qeyri-rezident aşağıdakı hallarda
uçotdan çıxarılır:
3.1.1. qeyri-rezident vergi bəyannaməsini Vergi Məcəlləsi ilə
müəyyən edilmiş müddətdə təqdim etməməsi
barədə vergi orqanının xəbərdarlığından
sonra 30 (otuz) iş günü müddətində təqdim
etmədikdə;
3.1.2. qeyri-rezident vergi öhdəliyini Vergi Məcəlləsi ilə
müəyyən edilmiş müddətdə təqdim etməməsi
barədə vergi orqanının xəbərdarlığından
sonra 30 (otuz) iş günü müddətində
yerinə yetirmədikdə;
3.1.3. vergi orqanına qeyri-rezidentin uçotdan
çıxarılması ilə bağlı müraciəti
daxil olduqda;
3.1.4. qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə;
3.1.5. bu Qaydaya uyğun olaraq vergi uçotuna
alınması üçün müraciət zamanı
qeyri-rezidentin təqdim etdiyi məlumatlarda və sənədlərdə
sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş
məlumatlar aşkar edildikdə.
3.2. Bu Qaydanın 3.1.4-cü yarımbəndi istisna
olmaqla, digər hallarda uçotdan çıxarılan
qeyri-rezident bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq təkrar
müraciət etdikdə, yenidən uçota alınır (bu
şərtlə ki, yenidən uçota alındıqdan sonra
qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər
yerinə yetirilsin).
3.3. Qeyri-rezident uçotdan
çıxarıldıqdan sonra yaranan vergi öhdəliyi Vergi Məcəlləsinin 169.3-cü
maddəsinə uyğun olaraq yerinə yetirilir.
3-1.
Qeyri-rezidentin ƏDV-nin ödəyicisi kimi qeydiyyata
alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi
və ƏDV-nin ödənilməsi[13]
3-1.1. Qeyri-rezidentin Azərbaycan
Respublikasında ƏDV məqsədləri üçün
qeydiyyatı vergi uçotuna alındığı tarixdən
qüvvəyə minir.
3-1.2. Qeyri-rezident Azərbaycan
Respublikasında vergi orqanında uçotda olan şəxs
kimi fəaliyyətə başladığı tarixdən
etibarən Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən müəyyən olunmuş formada
platforma üzərindən Vergi Məcəlləsinə uyğun olaraq ƏDV bəyannaməsini
təqdim edir və vergini büdcəyə ödəyir.
3-1.3. Təqdim edilmiş bəyannamədə
ziddiyyət və ya səhv aşkar edildikdə, Dövlət
Vergi Xidməti qeyri-rezidentdən əlavə məlumat, sənəd
və izahat tələb edir. Sənədlər, məlumatlar və
izahatlar üzrlü səbəb olmadan təqdim edilmədikdə
vergi orqanının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən vergiləri
hesablamaq hüququ vardır.
3-1.4. Qeyri-rezident vergini bu Qaydanın 2.7.9-cu
yarımbəndinə uyğun olaraq seçdiyi valyutada ödəyir.
Xarici valyuta ilə aparılan ödəniş onun həyata
keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi
Bankının rəsmi mübadilə məzənnəsi ilə
manatla hesablanır.
3-1.5. Azərbaycan Respublikasında vergilərin
ödənilməsi ilə bağlı ödənişlərin
köçürüləcəyi hesaba dair məlumatlar
platformada əks etdirilir.
3-1.6. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq,
vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə
qeyri-rezidentdən ödəmə müddətindən
sonrakı hər bir ötmüş gün üçün
ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində
faiz tutulur.
4. Qeyri-rezidentin öhdəlikləri
4.1. Qeyri-rezidentin öhdəlikləri
aşağıdakılardır:
4.1.1. Vergi Məcəlləsi ilə
müəyyən edilmiş müddətdə ƏDV bəyannaməsini
təqdim etmək və vergiləri ödəmək;
4.1.2. bu Qaydanın 2.7-ci bəndində qeyd olunan məlumatlarda
dəyişiklik baş verdikdə, bu cür dəyişiklik
baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində
vergi orqanına müraciət etmək.
4.2. Qeyri-rezident bu Qaydaya uyğun olaraq təqdim etdiyi
bütün sənədlərin və məlumatların, eləcə
də təqdim edildikdən sonra dəyişdirilmiş (yenilənmiş)
sənədlərin və məlumatların
düzgünlüyünə cavabdehdir.
5. Məlumatların məxfiliyi
Vergi Məcəlləsinin 30.2-ci
maddəsinin müddəaları nəzərə alınmaqla,
qeyri-rezidentlərdən əldə edilmiş məlumatlar
kommersiya və (və ya) vergi sirri hesab edilir və həmin məlumatlardan
yalnız vergitutma məqsədləri üçün istifadə
edilə bilər.
6.1. Qeyri-rezidentlərdən vergi borclarının
alınması ilə bağlı Azərbaycan Respublikası
vergi qanunvericiliyinin müddəaları tətbiq edilir.
6.2. Qeyri-rezidentin rezident olduğu dövlətlə Azərbaycan
Respublikası arasında vergi borclarının
alınmasını tənzimləyən ikitərəfli beynəlxalq
müqavilə və ya hər iki dövlətin
qoşulduğu çoxtərəfli beynəlxalq müqavilə
mövcud olduqda, həmin qeyri-rezidentlərdən vergi
borclarının alınması müvafiq beynəlxalq
müqavilələrin müddəalarına əsasən həyata
keçirilir.
7. Sənədlərə dair tələblər
7.1. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri
və konsulluqları (və ya həmin ölkədə Azərbaycan
Respublikasının mənafeyini təmsil edən digər
ölkənin diplomatik nümayəndəliyi) tərəfindən
leqallaşdırılmaqla təqdim edilir.
7.2. Bu Qaydanın 7.1-ci bəndindən asılı
olmayaraq, qeyri-rezident şəxsin rezidenti olduğu ölkə
“Xarici rəsmi sənədlərin
leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına
qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə
həmin dövlət arasında tətbiq edildiyi halda təqdim
edilən təsdiqedici sənədlərin
leqallaşdırılması tələb olunmur. Bu halda sənədlərə
həmin ölkənin Haaqa Konvensiyası üzrə səlahiyyətli
orqanı tərəfindən apostil vurulur.
7.3. Bu Qaydanın 7.1-ci və 7.2-ci bəndlərindən
asılı olmayaraq, qeyri-rezident şəxsin rezidenti
olduğu ölkə “Mülki, ailə və cinayət işləri üzrə
hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 2002-ci il 7 oktyabr tarixli Kişinyov
Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan
Respublikası ilə həmin dövlət arasında tətbiq
edildiyi halda həmin dövlətin səlahiyyətli
orqanı, yaxud şəxsi tərəfindən öz səlahiyyəti
çərçivəsində verilmiş və gerbli
möhürlə təsdiqlənmiş sənədlər
leqallaşdırılmadan və apostil verilmədən qəbul
edilir.
7.4. Azərbaycan Respublikasının və qeyri-rezident
şəxsin rezidenti olduğu ölkənin
iştirakçısı olduqları digər beynəlxalq
sazişlərdə bu Qaydanın 7.1-ci, 7.2-ci və 7.3-cü bəndlərində
göstərilənlərdən fərqli qaydalar nəzərdə
tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin
beynəlxalq sazişlərə uyğun qaydada həyata
keçirilir.
7.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər
Azərbaycan və ya ingilis dillərində təqdim olunur. Sənədlər
və ya məlumatlar digər dildə olduğu halda onların
Azərbaycan və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi
də təqdim edilməlidir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 16 mart 2024-cü il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti,
28 mart 2024-ci il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə
340)
2.
30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə
930)
3.
14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, ¹ 174)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 iyul 2024-cü il tarixli 369
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə
930) ilə qərarın adına və 1-ci hissəsinə “çıxarılması” sözündən sonra “, ƏDV-nin ödəyicisi kimi
qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi” sözləri
əlavə edilmişdir.
[2] 16 mart 2024-cü il tarixli 163
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti,
28 mart 2024-ci il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə
340) ilə 2-ci hissəsi ləğv edilmişdir.
[3] 30 iyul 2024-cü il tarixli 369
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə
930) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması” Qaydasının adına
və 1.1-ci bəndinə “çıxarılması”
sözündən sonra “,
ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin
təqdim edilməsi və ƏDV-nin ödənilməsi”
sözləri əlavə edilmişdir.
[4] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi
Qaydası”nın 1.1-ci bəndində
“rezidentlərə”
sözü “vergi orqanlarında
uçotda olmayan şəxslərə” sözləri ilə
əvəz edilmişdir.
[5] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi
Qaydası”nın 1.3-cü bəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.3. Elektron ticarəti həyata keçirən
qeyri-rezidentlər ƏDV-nin məqsədləri
üçün elektron qaydada vergi uçotuna (bundan sonra – vergi uçotu)
alınırlar.
[6] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”na yeni məzmunda 1.4-1-ci bənd əlavə
edilmişdir.
[7] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndində “rezident” sözü “vergi orqanlarında uçotda olmayan”
sözləri ilə əvəz edilmişdir.
[8] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın 1.5.2-ci yarımbəndində “rezident” sözü “vergi orqanlarında uçotda
olmayan” sözləri ilə əvəz edilmişdir.
[9] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın 1.5.3-cü yarımbəndində “rezident” sözü “vergi orqanlarında uçotda
olmayan” sözləri ilə əvəz edilmişdir.
[10] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın 1.5.4-cü yarımbəndində “rezident” sözü “vergi orqanlarında uçotda
olmayan” sözləri ilə əvəz edilmişdir.
[11] 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 sentyabr 2026-cı
il, “Xalq” qəzeti, 24 sentyabr
2026-cı il, ¹ 174) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi
kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim
edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın 1.7-ci bəndində “Vergi Məcəlləsinin XI fəslinin məqsədləri
üçün” sözləri “vergi orqanlarında uçotda olmayan şəxslərə
elektron ticarət qaydasında” sözləri ilə əvəz
edilmişdir.
[12] 30 iyul 2024-cü il tarixli 369
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə
930) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması” Qaydasına yeni məzmunda
1.7-1-ci bənd əlavə edilmişdir.
[13] 30 iyul 2024-cü il tarixli 369
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, ¹ 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə
930) ilə “İnternet
informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata
keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna
alınması, yenidən uçota alınması və
uçotdan çıxarılması” Qaydasına yeni məzmunda
3-1-ci hissə əlavə edilmişdir.