AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 46/4

 

Bakı şəhəri                                                                                              21 sentyabr 2023-cü il

 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 30 yanvar tarixli 1951100005 nömrəli Qərarı ləğv edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri

Taleh Kazımov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 46/4

21 sentyabr 2023-cü il

 

Banklarda kredit risklərinin idarə edilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklarda kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.

1.2. Banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir.

1.3. Banklarda kredit risklərinin idarə edilməsinin təşkilati strukturu “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1. kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə şərtlərinə uyğun olaraq icra edə bilməməsi nəticəsində itkinin yaranması riski;

2.1.2. faktiki illik faiz dərəcəsi – kredit üzrə bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi;

2.1.3. valyuta məzənnəsinin hedcinqi - mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin azaldılması vasitəsi;

2.1.4. qeyri-işlək kredit – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş kredit;

2.1.4-1. “yaşıl” kredit – mövcud və ya yeni “yaşıl” fəaliyyətlərin tam və ya qismən maliyyələşdirilməsi, o cümlədən yenidən maliyyələşdirilməsi məqsədilə verilən kredit;[1]

2.1.4-2. “yaşıl” fəaliyyət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nda müəyyən edilmiş tələblərə uyğun fəaliyyət;[2]

2.1.4-3. dayanıqlılıq profili – borcalanın fəaliyyəti zamanı onun ətraf mühitə və iqlimə və bunun nəticəsində cəmiyyətə təsirini ifadə edən göstəricilərin məcmusu;

2.1.4-4. "dayanıqlılıqla əlaqəli” kredit – borcalanın müəyyənləşdirdiyi əsas dayanıqlılıq hədəfləri əsasında fəaliyyəti ölçülməklə verilən, dayanıqlılıq profilinin kredit müddəti ərzində yaxşılaşdırılmasına, dayanıqlılıq hədəflərinə nail olunmasına, habelə ətraf mühit və sosial cəhətdən dayanıqlı iqtisadi fəaliyyətlərin dəstəklənməsinə yönələn kredit məhsulu;

2.1.4-5. “dayanıqlı” kredit - "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kredit;

2.1.4-6. Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) – borcalanın dayanıqlılıq hədəflərinə nail olması üzrə əsas indikatorlar (1-ci və 2-ci dərəcəli istixana qazı emissiyalarının azaldılması və s.);

2.1.4-7. Əsas dayanıqlılıq hədəfləri (ƏDH) – borcalanın dayanıqlılıq profilinin yaxşılaşdırılması üçün ƏFG üzrə müəyyən edilmiş hədəflər (yenilənə bilən enerji mənbələrinin artırılması ilə 5 (beş) il ərzində istixana qazı emissiyalarının 30% azaldılması və s.);

2.1.4-8. iqlim riski – iqlim dəyişmələri nəticəsində yaranan fiziki (ani baş verən təbiət hadisələrinin tezliyinin və kəskinliyinin artması (daşqın, meşə yanğınları, torpaq sürüşmələri, tufan və s.), eləcə də iqlim göstəricilərində tədricən baş verən dəyişikliklər (temperaturun artması, yağıntıların artması, dəniz səviyyəsinin qalxması və s.) nəticəsində yaranan) və keçid (aşağı karbon iqtisadiyyatına uyğunlaşma prosesində (hüquqi tənzimləmədə və texnoloji mühitdə baş verən dəyişikliklər və s.) yaranan) riskləri;

2.1.5. davranış modeli - borcalana dair məlumatlar (dövriyyəsi, xərcləri və s.) əsasında onun proqnozlaşdırılmış gəlirinin müəyyənləşdirilməsi üçün tətbiq olunan metod; [3]

2.1.6. modelin validasiyası - ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə tətbiq olunan modelin adekvatlığının müəyyən edilməsi üçün həyata keçirilən qiymətləndirmə prosesi;

2.1.7. stres-test – bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti.[4]

2.2. Bu Qaydada istifadə olunmuş “istehlak krediti”, “biznes krediti”, “kənd təsərrüfatı krediti”, “restrukturizasiya”, “bazar qiyməti”, “borcun gəlirə nisbəti əmsalı (BGN əmsalı) anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “kredit tələbi”, “kreditin təminata olan nisbəti əmsalı” anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, “risk iştahası”, “risk profili”, “risk limiti” və “şok” anlayışları isə Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda müəyyən olunmuş mənaları ifadə edir.[5]

 

3. Kredit risklərinin idarə edilməsi sistemi

 

3.1. Banklarda kredit risklərinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:

3.1.1. kredit risklərinin idarə edilməsi siyasəti;

3.1.2. kredit risklərinin qiymətləndirilməsi;

3.1.3. təminatın qiymətləndirilməsi;

3.1.4. kredit risklərinin monitorinqi;

3.1.5. qeyri-işlək kreditlərin idarə edilməsi qaydası;

3.1.6. stres-testin aparılması; [6]

3.1.7. hesabatlıq;

3.1.8. kredit risklərinin idarə edilməsinin təşkilati strukturu.

 

4. Kredit risklərinin idarə edilməsi siyasəti

 

4.1 Bankın strategiyası, risk iştahası və risklərin idarə edilməsi siyasətinə müvafiq olaraq bankın Baş risk inzibatçısı tərəfindən kredit risklərinin idarə edilməsi siyasəti hazırlanır. Bankın kredit risklərinin idarə edilməsi siyasəti bu Qaydaya və Mərkəzi Bankın müəyyən etdiyi digər prudensial tələblərə cavab verməklə yanaşı, onun əməliyyatlarının həcminə, mürəkkəbliyinə və risk profilinə adekvat olmalıdır.

4.2. Kredit risklərinin idarə edilməsi siyasəti bankın kredit tələblərinin yaranması, investisiya əməliyyatlarının aparılması, yeni bank məhsulları ilə bağlı qərarların qəbul edilməsi, makroiqtisadi mühitin kreditlərin verilməsi ilə bağlı qərarlara təsiri istiqamətini müəyyən edir. Kredit risklərinin idarə edilməsi siyasətində ən azı aşağıdakılar öz əksini tapır:

4.2.1. təminata dair minimum tələblər (qəbul edilən təminat növləri, dəyəri və s.);

4.2.2. təminatsız, habelə xarici valyutada kreditlərin portfeldə maksimum həcmi və onların verilməsi ilə bağlı tələblər;

4.2.3. kredit məhsulu üzrə kredit məbləğinin yuxarı həddi;

4.2.4. kənd təsərrüfatı kreditləri üzrə şərtlər müəyyən edilərkən kənd təsərrüfatı subyektinin fəaliyyət tsikli və mövsümi xüsusiyyətləri;

4.2.5. kredit portfelində qeyri-işlək kreditlərin yuxarı həddi;

4.2.6. qeyri-işlək kreditlərin idarə edilməsi qaydası;

4.2.7. bankın investisiya əməliyyatları ilə bağlı tələbləri;

4.2.8. daxili risk reytinqi sistemi və hər bir risk dərəcəsi üzrə meyarlar;

4.2.9. bankın yeni fəaliyyət istiqaməti və yeni məhsulunun təqdim edilməsi ilə bağlı tələblər;

4.2.10. törəmə maliyyə alətlərinin növləri və kontragentlər ilə bağlı meyarlar;

4.2.11. ən azı aşağıdakı istiqamətlər üzrə maksimum limitlər:

4.2.11.1. BGN əmsalı (borcalan üzrə, kredit növləri üzrə və s.);

4.2.11.2. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bankın kredit tələbinin yuxarı həddi;

4.2.11.3. banka aidiyyəti olan şəxslər ilə aparılan əməliyyatların həcmi;

4.2.11.4. kredit məhsulu, kreditin müddəti, iqtisadi sektor, coğrafi ərazi, bankın filialı üzrə kredit tələbinin həcmi;

4.2.11.5. informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilə bilən kreditin maksimum məbləği;

4.2.11.6. kreditlərin ümumi həcminin depozitlərin ümumi həcminə nisbəti;

4.2.11.7. təminat növləri, təminat növləri üzrə kreditin təminata olan nisbəti əmsalı və təminatsız kreditlər üzrə kredit tələbinin həcmi;

4.2.11.8. digər maliyyə institutları üzrə kredit tələbinin həcmi;

4.2.11.9. bankın investisiya etdiyi törəmə maliyyə alətlərinin həcmi;

4.2.12. kredit tələbinin yaranması və kredit riskinin monitorinqi prosesində iştirak edən struktur bölmə və əməkdaşların səlahiyyət və məsuliyyət bölgüsü. Səlahiyyət və məsuliyyət bölgüsü borcalanın, emitentin və kontragentin riskliliyindən, habelə aparılan əməliyyatın məbləğindən asılı olaraq müəyyən edilir.

4.3. Bankın strateji planında kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi nəzərdə tutulduqda, kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditləri ilə bağlı ən azı kredit məbləğinin yuxarı həddi, təminata dair minimum tələblər, kredit risklərinin qiymətləndirilməsi, monitorinqi, o cümlədən monitorinq dövriliyi və kredit inzibatçılığına dair tələblər nəzərdə tutulmalıdır.

4.3-1. Bankda kreditlərin verilməsi prosesində davranış modellərindən istifadə edildikdə kredit risklərinin idarə edilməsi siyasətində belə kreditlərlə bağlı bankın risk iştahası və risk limitlərinə dair tələblər nəzərdə tutulmalıdır.[7]

4.4. Kredit risklərinin idarə edilməsi siyasəti və ona dəyişikliklər bankın Müşahidə Şurası tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. Kredit risklərinin idarə edilməsi siyasətindən kənarlaşmalar olduqda, bu barədə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən RİK-ə və İdarə Heyətinə məlumat verilir.

4.5. Kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş limitlərdən kənarlaşmalara yol verilməsi zərurəti yarandıqda, belə kənarlaşmalara RİK-in təklifi əsasında yalnız Müşahidə Şurasının qərarı ilə icazə verilə bilər.

 

5. Kredit risklərinin qiymətləndirilməsi

 

5.1. Bank kredit tələbinin yaranması, investisiya əməliyyatlarının aparılması, habelə yeni bank məhsullarının təqdim edilməsi zamanı kredit risklərini qiymətləndirir.

5.2. Borcalan üzrə kredit risklərinin qiymətləndirilməsi üçün onun ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman ən azı aşağıdakılar nəzərə alınır:

5.2.1. istehlak kreditləri üzrə:

5.2.1.1. borcalanın BGN əmsalı;

5.2.1.2. borcalanın yaşı və iş təcrübəsi;

5.2.1.3. kreditin məqsədi və onun ödənilməsi mənbəyi;

5.2.1.4. borcalanın kredit tarixçəsi;

5.2.1.5. kreditin təminata olan nisbəti əmsalı (kredit üzrə təminat olduqda);

5.2.1.6. borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları;

5.2.1.7. borcalanın xərclərinin səviyyəsi, habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları.

5.2.2. digər kredit tələbləri (iri və orta sahibkarlara verilən biznes krediti, qarantiya, akkreditiv və s.) ilə bağlı bu Qaydanın 5.2.1.3 – 5.2.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı aşağıdakılar nəzərə alınır:

5.2.2.1. borcalanın müxtəlif ssenarilərdə pul axınlarının pisləşməsi halında borc öhdəliyinin ödənilməsi yolları;

5.2.2.2. hüquqi şəxs olduqda, borcalanın səhmdarları (payçıları) və idarəetmə orqanının üzvləri barədə məlumatlar;

5.2.2.3. borcalanın biznes təcrübəsi və onun fəaliyyət göstərdiyi sektorda mövqeyi;

5.2.2.4. borcalanın maliyyə vəziyyəti (borcalan holdinq şirkəti və ya holdinq şirkətinin tərkibindəki şirkət olduqda konsolidasiya olunmuş əsasda baxılır). Bu zaman, borcalanın və ya emitentin maliyyə hesabatlarına (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları), vergi orqanlarına təqdim etdiyi hesabatlara, habelə borcalanın və ya emitentin biznes planına (yeni biznes növü və ya sahəsi yaradıldıqda) baxılır. Borcalanın maliyyə hesabatları kredit üzrə sifarişin təqdim edilməsi tarixindən ən azı son 2 (iki) illik dövrü (borcalanın fəaliyyətə başladığı müddət 2 ildən az olduqda, fəaliyyət göstərdiyi dövrü) əhatə edir.

5.2.3. kiçik sahibkarlara verilən biznes kreditləri bu Qaydanın 5.2.1.3-5.2.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı ən azı bir illik dövriyyəsi və maliyyə hesabatları nəzərə alınır;

5.2.4. xarici valyutada verilmiş kredit tələbləri üzrə bu Qaydanın 5.2.1-5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı, borcalanın məzənnə riskinə qarşı həssaslığı qiymətləndirilir. Bu zaman aşağıdakılar nəzərə alınır:

5.2.4.1. borcalanın xarici valyutada olan pul axınları;

5.2.4.2. borcalanın istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri, habelə onların etibarlılıq müddəti;

5.2.4.3. xarici valyutanın milli valyuta qarşısında dəyər qazanması halında borcalanın artmış kredit öhdəliyini ödəmə qabiliyyəti;

5.2.4.4. borcalanın valyuta mövqeyi (borcalanın xarici valyutada olan tələb və öhdəlikləri arasındakı fərq).

5.2.5. kredit borcalana xarici ölkədə istifadə məqsədilə verildiyi təqdirdə, bu Qaydanın 5.2.1-5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı, kreditin istifadə edildiyi ölkədə iqtisadi və siyasi amillərin onun ödəmə qabiliyyətinə təsiri, həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında, habelə təminatın realizə edilməsində yarana biləcək risklər də nəzərə alınmalıdır.

5.3. Bu Qaydanın 5.2-ci bəndinin tələbləri kontragentin və emitentin sahibkarlıq subyektlərinin bölgüsü üzrə növündən (kiçik, orta, iri sahibkar) asılı olaraq investisiya əməliyyatlarının aparılması, o cümlədən qiymətli kağızların ticarəti əməliyyatı üzrə kredit risklərinin qiymətləndirilməsi zamanı nəzərə alınır. Bu zaman bank tərəfindən kontragentin və emitentin beynəlxalq nüfuzlu reytinq agentlikləri (“Fitch”, “Moody’s” və “Standard & Poor’s”) tərəfindən verilmiş kredit reytinqi (mövcud olduğu halda), likvidliyi, müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyəti kredit risklərinin qiymətləndirilməsinə daxil edilir.

5.4. Kənd təsərrüfatı kreditləri üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı bu Qaydanın 5.2.2-ci və 5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı ən azı kredit məbləğini əhatə edən, habelə sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə kreditin qalıq məbləğində sığorta ödənişinin faydalanan şəxs qismində banka ödənilməsi şərtini nəzərdə tutan sığorta təminatının olması (aqrar sığorta və s.) nəzərə alınır. Kreditin maliyyələşdirilməsi birdən çox bank tərəfindən aparıldıqda, sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə sığorta vəsaitlərinin banklar arasında bölüşdürülməsi şərtləri müəyyən edilməlidir.

5.4-1. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı ondan fəaliyyətin, layihənin və (və ya) məhsulun yaşıl və (və ya) dayanıqlılığını təsdiq edən aşağıdakı sənədlərdən bir və ya bir neçəsi tələb edilir:[8]

5.4-1.1. özünüqiymətləndirmə sənədi;

5.4-1.2. fəaliyyətə, layihəyə və (və ya) məhsula dair ixtisaslaşmış şəxs(lər)dən əldə edilmiş təsdiqedici rəy;

5.4-1.3. beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd.

5.4-2. Özünüqiymətləndirmə sənədi kreditin “yaşıl” və ya “dayanıqlılıqla əlaqəli” xüsusiyyətlərinin bu Qaydanın tələblərinə uyğunluğunu təsdiq etmək məqsədilə borcalan tərəfindən hazırlanır.

5.4-3. İxtisaslaşmış şəxs(lər)dən əldə edilmiş təsdiqedici rəy borcalanın əsas dayanıqlılıq hədəflərini və bu hədəfə nailolma planlarına dair üçüncü tərəfin rəyini ehtiva edir. İxtisaslaşmış şəxs(lər) borcalanın və bankın razılığı ilə seçilmiş və aşağıdakı tələblərə cavab verən dövlət orqanları (qurumları), ekoloji auditorlar, ətraf mühit üzrə məsləhətçilər, məsləhətçi şirkətlər və ya reytinq agentlikləri ola bilər:

5.4-3.1. dövlət orqanları (qurumları) istisna olmaqla, digər şəxslərin “yaşıl” və “dayanıqlılıqla əlaqəli” fəaliyyətin, layihənin və (və ya) məhsulun qiymətləndirilməsi sahəsində 5 (beş) il iş təcrübəsi olmalıdır;

5.4-3.2. qiymətləndirmələri uyğun şəkildə həyata keçirmək üçün əvvəlcədən müəyyən edilmiş metodologiya və prosedurlara malik olmalıdır;

5.4-3.3. qiymətləndirmə aparılacaq sahələr (karbon emissiyası mühasibatlığı, bərpa olunan enerji və ya enerji effektivliyi və s.) üzrə ixtisaslaşmış işçilərə malik olmalıdır;

5.4-3.4. təsdiqedici rəydə qiymətləndirməni aparan şəxslərin ixtisasları və təcrübəsi barədə məlumatlar, yaxud bu məlumatların mövcud olduğu mənbələr göstərilməlidir;

5.4-3.5. ixtisaslaşmış şəxs və borcalan arasında maraqlar münaqişəsi olmamalıdır.

5.4-4. Beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd dedikdə beynəlxalq səviyyədə tanınmış və akkreditə edilmiş təşkilatlar və ya standart təyin edən qurumlar və ya birbaşa istehsalçı tərəfindən verilən, məhsulun ətraf mühit, enerji səmərəliliyi kimi məqsədlərini təsdiqləyən sertifikat nəzərdə tutulur. Bu sənədlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nda Sektorlar üzrə Texniki Qiymətləndirmə Meyarları cədvəllərinin “Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar” sütunlarında qeyd edilmiş sertifikasiyalar və ya olduğu halda ESİ reytinqi sənədləri aid ola bilər.[9]

5.4-5. Beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd(lər) məhsulun “yaşıl” olmasının qiymətləndirilməsi üçün texniki cəhətdən mürəkkəb olmayan (müvafiq parametrləri istehsalçının məhsul sertifikatı ilə təsdiq olunan) məhsul üzrə kifayət edir. Yeni A+++ enerji sərfiyyatı sertifikatlı kondisioner alışı, elektrik avtomobili alışı üzrə kredit və s. bu hallara nümunə ola bilər.

5.4-6. “Dayanıqlılıqla əlaqəli” kreditlərin qiymətləndirilməsi və kredit müddətində dayanıqlılıq göstəricilərinin monitorinqi məqsədilə hər bir kredit üzrə müvafiq ƏFG və ƏDH indikatorları tərəflər arasında əvvəlcədən müqavilədə müəyyənləşdirilir. Bank borcalandan müvafiq indikatorların uyğunluğunun ixtisaslaşmış şəxs(lər) tərəfindən təsdiq edilməsini tələb edə bilər.

5.4-7. ƏFG və ƏDH borcalanın əsas biznes fəaliyyətinə uyğun olmalı, cari və gələcək fəaliyyəti üzrə strateji əhəmiyyət daşımalı, aydın və dəqiq metodologiya əsasında hesablanmalı və kredit müddəti ərzində dəyişməz olaraq qalmalıdır.

5.5. Kredit tələbinin yaranması zamanı borcalanın bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna, habelə banka aidiyyəti olan şəxslərə aid olması yoxlanılır.

5.5-1. Bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.[10]

5.5-2. Bank istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.

5.5-3. Bank bu Qaydanın 5.5-1-ci və 5.5-2-ci bəndlərində nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.

5.5-4. Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə verilir:

5.5-4.1. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislinədək və ya onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2 (iki) saat sonra;

5.5-4.2. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislindən və ya onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 (iyirmi dörd) saat sonra.

5.6. Borcalanın ödəmə qabiliyyəti kredit tələbinin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq, bütün hallarda qiymətləndirilir. Borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və kredit tələbinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi tələb olunmur.

5.7. Bank sindikativ və birgə kreditlərin verilməsində iştirakçı bank qismində çıxış etdikdə üzərinə götürdüyü riskin adekvat qiymətləndirilməsində təşkilatçı bankın və ya digər iştirakçı bankların birgə qiymətləndirməsinə deyil, kredit sifarişinin tam həcmdə özü tərəfindən aparılan hərtərəfli təhlilinə əsaslanır.

5.8. Borcalanın ödəmə qabiliyyətinin informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi bankın kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş kreditlər üzrə bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.

5.9. Bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalıdır.

 

6. Daxili risk reytinqi sistemi

 

6.1. Bank kredit riskinin idarə edilməsi siyasətinə müvafiq olaraq borcalanlarla bağlı kredit riskini qiymətləndirmək üçün daxili risk reytinqi (bundan sonra - DRR) sistemini hazırlayır. DRR sistemi borcalanları risk reytinqləri üzrə təsnifləşdirməli və portfel üzrə ümumi risk profilini müəyyən etməyə imkan verməlidir.

6.2. DRR sistemi bankın fəaliyyətinə, ölçüsünə və aparılan əməliyyatların mürəkkəbliyinə adekvat olmalıdır.

6.3. Borcalanın risk reytinqi kredit tələbinin yaranma anında müəyyən edilir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. İqtisadi şəraitin, habelə makroiqtisadi göstəricilərin, borcalanın öhdəlik üzrə davranışının dəyişməsi hallarında borcalanın risk reytinqinə yenidən baxılır.

6.4. Borcalanın risk reytinqi müəyyən olunan zaman onun maliyyə və keyfiyyət (fəaliyyət göstərdiyi sahə, fəaliyyətinin davamlılığı, kredit tarixçəsi və s.) göstəriciləri nəzərə alınır.

6.5. Yeni kredit tələbi yarandıqda, habelə mövcud kredit tələbinin məbləği artırıldıqda, borcalanın risk reytinqi yenidən müəyyən edilir.

6.6. Risk reytinqinin müəyyən edilməsi metodologiyası, onun yenilənmə tezliyi və halları kredit risklərinin idarə edilməsi siyasətində əks olunur.

6.7. Ən azı ildə bir dəfə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən DRR sisteminin əks-yoxlaması (modelin ehtimal olunan nəticələrinin faktiki nəticələrlə müqayisə edilməsi) aparılır və yoxlama nəticələri RİK-ə və İdarə Heyətinə təqdim edilir.

 

6-1. Kreditin verilməsi prosesində davranış modellərindən istifadə[11]

 

6-1.1. Kreditlərin verilməsi prosesində “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın tələbləri nəzərə alınmaqla davranış modellərindən istifadə oluna bilər. Davranış modelləri əsasında borcalanın proqnozlaşdırılmış gəlir məlumatları müəyyən edilə və həmin məlumatlar bu Qaydanın 5.2-ci bəndinin tələblərinə uyğun olaraq borcalanın ödəmə qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər.

* (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 15 sentyabr tarixli 39/3 nömrəli Qərarı ilə əlavə edilmiş 6-1.1-1-ci bənd 2026-cı il noyabr 10-dan gündən qüvvəyə minir.)

6-1.2. Davranış modelinin hazırlanması və təkmilləşdirilməsi bankın risklərin idarə edilməsi funksiyasına daxil olmayan ayrıca struktur bölməsi tərəfindən həyata keçirilir.

6-1.3. Bu Qaydanın 6-1.2-ci bəndində nəzərdə tutulan struktur bölmənin əməkdaşları, azı bir əməkdaş maliyyə modelləşdirmə sahəsində olmaqla, bank sektorunda verilənlərin təhlili (data analitikası) və ya maliyyə modelləşdirməsi sahəsində iş təcrübəsinə malik olmalıdır.

6-1.4. Davranış modelinin hazırlanması prosesinə maraqlar münaqişəsinə yol vermədən bankın digər struktur bölmələrinin əməkdaşları və (və ya) kənar ekspertlər cəlb edilə bilər.

6-1.5. Davranış modelinin təsdiq edilməsindən əvvəl daxili və xarici validasiyası həyata keçirilir. Davranış modelinin xarici validasiyası daxili validasiyadan sonra tətbiq edilir.

6-1.6. Davranış modelinin daxili validasiyası risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə tərəfindən həyata keçirilir.

6-1.7. Davranış modelinin xarici validasiyası beynəlxalq audit standartlarına uyğun auditi həyata keçirən audit şirkətləri və ya bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Davranış modelinin validasiyasına cəlb edilən audit şirkəti və ya ixtisaslaşmış şirkət modellərin validasiyası üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalı və modellərin validasiyası üzrə iştirak etdiyi layihələr barədə məlumatı banka təqdim etməlidir.

6-1.8. Daxili və xarici validasiyası həyata keçirilmiş davranış modeli İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi ilə razılaşdırıldıqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilir. Davranış modeli təsdiq edildikdən sonra onun bankdaxili kommunikasiyası təmin edilir və növbəti 5 (beş) iş günü ərzində xarici validasiyanın nəticələri ilə birlikdə Mərkəzi Banka təqdim edilir.

6-1.9. Davranış modeli üzrə validasiya prosedurları bankın daxili qaydaları ilə tənzimlənir. Təsdiq edilmiş davranış modelinin daxili validasiyası bankdaxili qaydalara uyğun olaraq mütəmadi, xarici validasiyası isə iki ildə bir dəfədən az olmayaraq həyata keçirilir.

6-1.10. Təsdiq edilmiş davranış modelinin validasiya nəticələri, habelə davranış modeli əsasında verilmiş kredit portfelinə, o cümlədən portfelin keyfiyyətinə dair məlumatlar bankdaxili qaydalarda müəyyən edilmiş dövrilikdə İdarə Heyətinə, Riskləri İdarəetmə Komitəsinə və Müşahidə Şurasına təqdim edilir.

 

7. Təminatın qiymətləndirilməsi

 

7.1. Təminatın qiymətləndirilməsi zamanı ən azı aşağıdakılar nəzərə alınır:

7.1.1. təminat qismində zaminlik çıxış etdikdə, zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına baxılır. Zaminin ödəmə qabiliyyəti bu Qaydanın 5-ci hissəsinə müvafiq olaraq qiymətləndirilir;

7.1.2. təminat qismində qarantiya çıxış etdikdə, qarantın bu Qaydanın 5-ci hissəsinə müvafiq olaraq ödəmə qabiliyyəti qiymətləndirilir;

7.1.3. təminat qismində daşınar əmlak çıxış etdikdə, onun yüklülüyü Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yoxlanılır, habelə onun bazar qiyməti, satış imkanları təhlil edilir;

7.1.4. təminat qismində daşınmaz əmlak çıxış etdikdə, onun bazar qiyməti və satış imkanları təhlil edilir;

7.1.4-1. girov predmeti üzrə iqlim və digər ESİ riskləri nəzərə alınır (girov qismində qiymətləndirilən daşınmaz əmlakın coğrafi yerləşməsi üzrə daşqın riskinin nəzərə alınması və s.);[12]

7.1.5. təminat qismində qiymətli kağızlar çıxış etdikdə, onun bazar dəyəri, emitentin ödəmə qabiliyyəti və qiymətli kağızların satış imkanları təhlil edilir;

7.1.6. təminat qismində hüquqların girovu çıxış etdikdə girov predmetinin hüquqi etibarlılığı, təminat qismində borc tələbi çıxış etdikdə müvafiq borclunun ödəmə qabiliyyəti bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq qiymətləndirilir.

7.2. Kreditlər üzrə təminat qismində bu Qaydanın 7.1-ci bəndində qeyd olunmuş təminatlar çıxış etdikdə, təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır.

7.3. Təminatın qiymətləndirilməsi bu Qaydanın 7.4-cü və 7.4-1-ci bəndlərində göstərilən tələblərə cavab verən bankın əməkdaşı və ya “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici (bundan sonra – qiymətləndirici) tərəfindən aparılır. Qiymətləndirməni aparan şəxslərin siyahısı bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən nəzərdən keçirilir və azı ildə bir dəfə onların fəaliyyəti yenidən qiymətləndirilir.[13]

7.4. Qiymətləndirməni aparan bankın əməkdaşına dair tələblər aşağıdakılardır:

7.4.1. kreditin verilməsi prosesində iştirak edən şəxs deyil;

7.4.2. qiymətləndirmə nəticələri ilə bağlı maraqlar münaqişəsi yoxdur;

7.4.3. təminatın mülkiyyətçisinə və borcalana aidiyyəti olan şəxs deyil; [14]

7.4.4. qiymətləndirmə sahəsində ən azı 3 (üç) illik iş təcrübəsinə malikdir;

7.4.5. borcalanın ödəmə qabiliyyəti onun qiymətləndirmə nəticələrinə təsir etmir;

7.4.6. təhrif olunmamış və obyektiv qiymətləndirmə hesabatı hazırlayır;

7.4.7. qiymətləndirmə üzrə xidmət haqqı qiymətləndirmə nəticələrindən asılı deyil.

7.4-1. Qiymətləndirməni aparan bank əməkdaşı və qiymətləndirici təminatın mülkiyyətçisinə və borcalana aidiyyəti olan şəxs olmamalıdır.[15]

7.5. Borcalanın təqdim etdiyi təminat üzərində bankın hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir.

7.6. Bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı kredit tələbləri bankın məcmu kapitalının 5 (beş) faizindən yuxarı olduqda təminat iki kənar qiymətləndirici tərəfindən ayrıca olaraq qiymətləndirilir. Bu zaman qiymətlər fərqli olduqda, bank tərəfindən təminatın aşağı olan qiyməti əsas götürülür. [16]

7.7. Bankdaxili qaydalarda təminatın qiymətləndirilməsi və qiymətləndirməni həyata keçirən bank əməkdaşının və ya qiymətləndiricinin seçilməsi meyarları müəyyən edilir. [17]

 

8. Kredit inzibatçılığı

 

8.1. Hər bir kredit tələbi üzrə borcalanın kredit risklərinin təhlili nəticələri, kreditin verilməsi ilə bağlı qərar sənədləşdirilir və kredit dosyesində saxlanılır. Kredit dosyesinə daxil olmalı sənəd və məlumatların siyahısı bu Qaydaya 1 nömrəli Əlavədə nəzərdə tutulur.

8.2. Kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verir.

8.3. Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi bağlanılır. Kredit risklərinin idarə edilməsi siyasətində kreditin verilməsi üzrə məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edir. Bank müvafiq sığorta növü üzrə icazəyə malik bütün sığortaçılardan bu sığorta növü üzrə sığorta haqlarına dair təklifləri (sığortalamaqdan imtina olduqda bu barədə bildirişi) almalı və müvafiq təkliflərin hər hansı dəyişiklik edilmədən müştəriyə təqdim edilməsini təmin etməlidir. Bank tərəfindən bu Qaydaya 3 nömrəli Əlavədə göstərilən məlumat formasının müştəri tərəfindən doldurulmasına və sığorta müqaviləsinin müştərinin seçdiyi müvafiq icazəyə malik sığortaçı ilə bağlanmasına imkan yaradılır. Kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi, habelə həyat sığorta müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli 20/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” ilə tənzimlənir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bu Qaydaya 3 nömrəli Əlavədə göstərilən məlumat formasının doldurulması təklifi bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim edilir.[18]

8.3-1. İstehlak krediti müqaviləsinə bu Qaydanın 5.5-2-ci bəndinin tələbinin pozulması ilə kreditin verildiyi və ya kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir.[19]

8.4. Kredit üzrə faktiki illik faiz dərəcəsi bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlak krediti ilə bağlı reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, kredit üzrə faktiki illik faiz dərəcəsi göstərilməlidir.

8.5. İstehlak krediti müqaviləsinin məsafədən bağlanması, müqaviləyə dəyişiklik edilməsi, o cümlədən kredit limitinin artırılması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məsafədən hesabların açılması Qaydası”nın” tələblərinə əməl edilməlidir.[20]

 

9. Kredit risklərinin monitorinqi

 

9.1. Bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi məqsədilə aşağıdakılar həyata keçirilir:

9.1.1. borcalanın, emitentin və kontragentin maliyyə göstəriciləri, borc yükü və likvidliyi təhlil edilir;

9.1.2. borcalanın və emitentin öhdəlik üzrə əsas məbləğ, habelə faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərlə bağlı ödəmə davranışı izlənilir;

9.1.3. təminat qismində çıxış edən daşınar və ya daşınmaz əmlakın vəziyyətinin və saxlanma şəraitinin monitorinqi aparılır, habelə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülür;

9.1.4. mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyəri izlənilir;

9.1.5. kredit tələbinin təyinatı üzrə istifadə edilməsi yoxlanılır.

9.2. Kənd təsərrüfatı kreditləri üzrə bu Qaydanın 9.1-ci bəndində qeyd edilənlərlə yanaşı, borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılır.

9.2-1. Bank “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərinin azı illik əsasda monitorinqini aparmalı və bankın strateji planına uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməlidir.[21]

9.2-2. Bank “dayanıqlılıqla əlaqəli” kredit risklərinin monitorinqi zamanı borcalandan onun ƏFG və ƏDH-lərinə dair məlumatları (ilkin göstərici, cari göstərici və mümkün olduğu hallarda ƏFG-nin borcalanın fəaliyyət göstərdiyi sahə üzrə orta bazar göstəriciləri ilə müqayisəsi və olduğu halda bu göstəricilər üzrə 3 (üç) illik tendensiya) tələb etməlidir.

9.2-3. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərinin monitorinqinin aparılması qaydası, bu Qaydanın 5.4-1-ci bəndində nəzərdə tutulan və monitorinq zamanı tələb edilən təsdiqləyici sənədlərin dairəsi kredit müqaviləsi ilə müəyyən edilir.

9.3. Kredit risklərinin monitorinqi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölməsindən ayrı olmalıdır. Bankın daxili qaydalarında monitorinqin aparılması funksiyasını həyata keçirən struktur bölmə, monitorinqin aparılma tezliyi, aşkarlanmış problemlərin sənədləşdirilməsi və görüləcək tədbirlər müəyyən olunur. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda “yaşıl” və ya “dayanıqlılıqla əlaqəli” olmayan kateqoriyaya keçirilməsi üçün mexanizmlər müəyyən edilməlidir.[22]

 

10. Portfel səviyyəsində kredit risklərinin idarə edilməsi

 

10.1. Bank portfel səviyyəsində kredit risklərinin idarə edilməsi və monitorinqi sisteminə malik olmalıdır.

10.2. Portfel səviyyəsində kredit risklərinin idarə edilməsi aşağıdakı tədbirlər vasitəsilə həyata keçirilir:

10.2.1. yeni kredit tələblərinin yaranmasının limitləşdirilməsi və ya tam məhdudlaşdırılması;

10.2.2. törəmə maliyyə alətlərinin tətbiqi;

10.2.3. kredit tələblərinin bank sirrinin qorunması qaydalarına riayət etməklə satışı.

 

11. Qeyri-işlək kreditlərin idarə edilməsi qaydası

 

11.1. Bankın kredit portfeli üzrə qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı qaydası İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası tərəfindən təsdiqlənir. Qaydada ən azı aşağıdakılar əks olunur:

11.1.1. daxili və xarici amillərin bankın qeyri-işlək kreditlərinin idarə edilməsinə təsiri;

11.1.2. bankın qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı imkanlarının (resursların mövcudluğu, informasiya texnologiyaları və s.) artırılması hədəfləri;

11.1.3. qısamüddətli, ortamüddətli və uzunmüddətli dövrdə qeyri-işlək kreditlərin həcminin azaldılması hədəfləri;

11.1.4. qeyri-işlək kreditlərin idarə edilməsi prosesinin monitorinqi.

11.2. Qeyri-işlək kreditlərin idarə edilməsi qaydasına uyğun olaraq tədbirlər planı hazırlanır. Tədbirlər planı bankın İdarə Heyəti tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. Tədbirlər planı aşağıdakıları əhatə edir:

11.2.1. qeyri-işlək kreditlərin azaldılması ilə bağlı tədbirlər və onların reallaşdırılma müddətləri;

11.2.2. qeyri-işlək kreditlərin müxtəlif seqmentlər üzrə təsnifləşdirilməsi və hər bir seqment üzrə görülməli tədbirlər;

11.2.3. tədbirlərin icrası üçün tələb olunan resurslar;

11.2.4. maraqlı tərəflərlə tədbirlər planının icrasının koordinasiyası.

11.3. Tədbirlər planının icrası bankın qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən həyata keçirilir. Qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalı və lazımi resurslarla təmin olunmalıdır. Bankın İdarə Heyəti rübdə bir dəfə tədbirlər planının icrasına dair hesabatı bankın Müşahidə Şurasına təqdim edir.

11.4. Bankın qeyri-işlək kreditlərin idarə edilməsi qaydasının səmərəliliyinin monitorinqi ən azı aşağıdakı göstəricilər əsasında aparılır:

11.4.1. dövr ərzində qeyri-işlək kreditlərin həcmində dəyişiklik;

11.4.2. kreditlər üzrə yığımların və yığımlar üzrə xalis gəlirlərin həcmi;

11.4.3. restrukturizasiya tədbirlərinin sayı və növləri, hər bir növ üzrə effektivlik göstəricisi;

11.4.4. görülmüş hüquqi tədbirlər, o cümlədən, realizə edilmiş təminatlar.

 

12. Kreditlərin restrukturizasiyası

 

12.1. Bank borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiya edə bilər. Kreditin restrukturizasiyası aşağıdakı prosedurlardan ibarətdir:

12.1.1. borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi bu Qaydanın tələblərinə müvafiq olaraq aparılır. Qiymətləndirmədə restrukturizasiya tarixinə təqdim olunmuş məlumatlardan istifadə olunur. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyəti kredit öhdəliyinin ödənilməsi üçün yetərli olmalıdır. Kreditin təminatı (olduqda) restrukturizasiya tarixinə aşağıdakı şərtlərlə qiymətləndirilir:

12.1.1.1. təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 (on iki) ayadək müddət keçdikdə təminatın yenidən qiymətləndirilməsi aparılmır (iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar dəyərinə mənfi təsir etməsi halları istisna olmaqla);

12.1.1.2. təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 (on iki) aydan çox müddət keçdikdə təminat yenidən qiymətləndirilir;

12.1.2. restrukturizasiya tədbirinin seçilməsi. Bankdaxili qaydalarda müxtəlif kredit növləri, iqtisadi sektor və borcalanların xüsusiyyətlərinə müvafiq olan restrukturizasiya tədbirləri müəyyən edilir;

12.1.3. ödəniş şərtlərinin müəyyən edilməsi. Ödəniş şərtləri borcalanın ödəmə qabiliyyətinə adekvat olaraq müəyyən olunur.

12.1.4. monitorinq. Borcalanın ödəmə davranışına müvafiq olaraq restrukturizasiya tədbirlərinin səmərəliliyi monitorinq vasitəsilə qiymətləndirilir.

 

13. Stres – testin aparılması

 

13.1. Bank bir və ya bir neçə şokun kredit portfelinə potensial təsirini qiymətləndirmək üçün stres-test aparır.

13.2. Stres-testlər Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilməlidir.[23]

13.3. Stress-test bankın daxili qaydaları ilə müəyyən edilən stres-test proqramı əsasında aparılır. Stress-test proqramı İdarə Heyəti tərəfindən hazırlanır, Müşahidə Şurası tərəfindən təsdiq edilir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. Stres-test proqramı ən azı aşağıdakıları əhatə edir: [24]

13.3.1. stress-testin aparılma metodologiyası, tezliyi və halları;

13.3.2. stress-test ssenariləri;

13.3.3. stress-testin nəticələrinə dair ekspert mülahizəsi;

13.3.4. stress-testin nəticələrinə uyğun tədbirlər planı.

13.4. Bank stress-test proqramının icrası üçün adekvat resurslara (insan və informasiya texnologiyaları) malik olmalıdır.

13.5. Ssenarilər reallığa və bankın kredit portfelinin xüsusiyyətinə adekvat olmalıdır.

13.6. Ssenarilərin qurulmasında aşağıdakı şokların bir və ya bir neçəsi nəzərə alınır:

13.6.1. iqtisadi şəraitin və ya ayrılıqda iqtisadi sektorların vəziyyətinin əlverişsiz dəyişməsi;

13.6.2. təminatın dəyərinin azalması (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi);

13.6.3. bankın likvidlik çatışmazlığı;

13.6.4. faiz dərəcələrinin və (və ya) valyuta məzənnəsinin dəyişməsi;

13.6.5. fors-major hallarının baş verməsi;

13.6.6. müştərinin ödəmə qabiliyyətini itirməsi (qeyri-işlək kreditlərin sayının artması);

13.6.7. qanunvericilikdə dəyişikliklərin edilməsi.

13.7. Bank stress-testin nəticələri barədə məlumatı müvafiq dövrün prudensial hesabatları ilə birgə Mərkəzi Banka təqdim edir.

 

13-1. Kreditin verilməsi prosesində üçüncü şəxslərin iştirakı[25]

 

13-1.1. Kreditlərin verilməsi prosesinə poçt rabitəsinin milli operatoru, bank olmayan kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatları cəlb edilə bilər. Bu halda həmin təşkilatlar tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:

13-1.1.1. kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu;

13-1.1.2. borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;

13-1.1.3. kreditlərlə bağlı təqdim edilməli olan sənədlərin, o cümlədən müştərinin fiziki imzası tələb olunan sənədlərin, ödəniş alətlərinin müvafiq olaraq banka və (və ya) müştərilərə çatdırılması.

13-1.2. Bank kreditlərin verilməsi prosesinə bu Qaydanın 13-1.1-ci bəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdikdə, kreditin verilməsi məqsədilə bank hesabı aşağıdakı qaydada açılır:

13-1.2.1. bank tərəfindən məsafədən; və ya

13-1.2.2. kredit üçün müraciət edən şəxs müvafiq olaraq bu Qaydanın 13-1.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin mövcud müştərisi olduqda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏL/TMM Qanunu) 5-ci maddəsinə uyğun olaraq həmin şəxslər (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) tərəfindən aparılan müştəri uyğunluğu tədbirlərinə bank tərəfindən güvənilməklə (məsafədən açılmadıqda).

13-1.3. Bankın strateji planında kreditlərin verilməsi prosesinə bu Qaydanın 13-1.1-ci bəndində göstərilən şəxslərin cəlb edilməsi nəzərdə tutulduqda, kredit risklərinin idarə edilməsi siyasətində və bankdaxili qaydalarda azı üçüncü səxslərin iştirakı ilə verilən kredit məhsulları və müvafiq məhsullar üzrə limitlər (tətbiq edildikdə), müvafiq xidmətlər üzrə haqlar və xidmətlərin göstərilməsi proseduru, kredit inzibatçılığı, sənəd və məlumat mübadiləsinə dair tələblər, habelə bank sirri məlumatlarının qorunması üzrə öhdəliklər nəzərdə tutulmalıdır. Bu zaman həmçinin Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 17 yanvar tarixli 02/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nın 3-cü və 4-cü hissələrinin, 5.1-ci bəndi və 5.2.3-cü yarımbəndinin tələblərinə əməl olunmalıdır.

 

14. Hesabatlıq

 

14.1. Kredit risklərinin effektiv idarə edilməsi məqsədilə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən bankın məruz qaldığı kredit riskləri barədə hesabat hazırlanır. Hesabatda bankın kredit və investisiya portfeli üzrə məruz qaldığı risklər, bu risklərin bankın risklərin idarə edilməsi siyasətinə adekvatlığı, habelə risklərin bankın kapitalına təsiri barədə məlumatlar əks olunur.

14.2. Hesabat aylıq əsasda hazırlanır və bankın Müşahidə Şurasına, RİK-ə və İdarə Heyətinə təqdim edilir.

14.3. Bankın risklərin idarə edilməsi siyasətindən kənarlaşmalar olduqda, habelə makroiqtisadi vəziyyətin ani dəyişməsi hallarında kredit riskləri barədə hesabat bu Qaydanın 14.2-ci bəndində qeyd olunmuş dövrilikdən daha sıx dövriliklə hazırlanıb təqdim edilə bilər.

* (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 15 sentyabr tarixli 39/3 nömrəli Qərarı ilə əlavə edilmiş 15-ci hissə 2026-cı il noyabr 10-dan gündən qüvvəyə minir.)

 

 


 

 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na

Əlavə 1

 

Kredit dosyesi

 

1. Ümumi sənədlər

 

1. Borcalanın özünün, yaxud səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit müraciəti (sifarişi).

2. Borcalan, yaxud onun səlahiyyətli nümayəndəsi barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – ƏL/TMM Qanunu) müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a uyğun olaraq əldə edilmiş məlumat və sənədlərlə yanaşı:

2.1. borcalan hüquqi şəxs və ya fərdi sahibkar olduqda, faktiki fəaliyyət göstərdiyi ünvan;

2.2. borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat.

3. Borcalan hüquqi şəxs olduqda, onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd.

4. Kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə).

5. Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat.

6. Bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat.

7. Biznes-plan (kreditin növündən asılı olaraq tələb olunduqda).

8. Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi.

9. Bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolundan çıxarış və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar.

10. Kredit müqaviləsi.

11. Bu Qaydada nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə kredit tarixçəsini təşkil edən məlumatlar.

12. Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş (olduqda) illik maliyyə hesabatları (kredit verilərkən əldə edilmiş) və aralıq maliyyə hesabatları. Borcalan banka aidiyyəti hüquqi olan şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş (olduqda) ən azı son iki illik maliyyə hesabatları.

13. Borcalan hüquqi şəxs olduqda, kreditin müddəti ərzində illik maliyyə hesabatları.

14. Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair bankın rəyi.

15. Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı təmərküzləşmə riski barədə məlumat (belə hal baş verdikdə).

16. Borcalan hüquqi/fiziki şəxs olduqda borcalanın bank tərəfindən müəyyən edilmiş daxili risk reytinqi.

17. Borcalan hüquqi şəxs olduqda onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri.

18. Borcalanın valyuta riskinə qarşı istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri barədə məlumat (olduqda).

19. Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.).

20. Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq struktur bölməsi tərəfindən tərtib olunmuş hesabat.

21. Kreditin restrukturizasiyası ilə bağlı müqavilə və digər sənədlər.

22. İstehlakçıya təqdim edilmiş istehlak krediti üzrə standart məlumatlandırma forması.

23. Kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmətin alışını təsdiq edən sənəd.

24. Sığorta müqaviləsi (mövcud olduqda) və onunla əlaqəli digər sənədlər.[26]

25. Məsafədən rəsmiləşdirildiyi halda istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə dair borcalanın tətbiq etdiyi məhdudiyyətin olub-olmaması barədə məlumat.[27]

 

2. Təminata dair sənədlər

 

1. Təminata dair mövcud qanunvericiliyə uyğun bağlanmış (təsdiq edilmiş) müqavilə.

2. Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.

3. Girov predmeti birgə mülkiyyətdə olduqda onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin, razılığını təsdiq edən sənədlər (razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda), habelə sonrakı girov əvvəlki girov müqaviləsi ilə qadağan edilmədiyi halda, sonrakı girov zamanı əvvəlki girov qoyanın (ipoteka qoyanın) razılığını təsdiq edən sənədlər.

4. Bank təqdim olunan girov predmetinin alınmasını maliyyələşdirdikdə (daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər.

5. Girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirməni həyata keçirən bank əməkdaşı və ya qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat. [28]

6. Girov predmetinin fiziki və texniki vəziyyətinin yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, soyadı, vəzifəsi habelə yoxlamanın nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə) barədə məlumat.

7. Bank tərəfindən girov predmetinin bankın xeyrinə sığortalanması tələb edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şəhadətnaməsi).

8. Təminat qarantiya və ya zaminlik növündə olduqda müvafiq olaraq qarantın və ya zaminin maliyyə vəziyyəti barədə məlumat və onun bank tərəfindən qiymətləndirilməsinin nəticələri.

9. Təminatın əvəz edilməsinin sənədləşdirilməsinə dair sənədlər (zərurət yarandıqda)

10. Təminatçı hüquqi şəxs olduqda:

10.1. təsis və dövlət qeydiyyatına dair sənədlər;

10.2. təminatçının səlahiyyətli idarəetmə orqanının qərarı (bu səlahiyyətlər kollegial idarəetmə orqanına məxsus olduqda);

10.3. təminat müqaviləsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər.

11. Zamin fiziki şəxs olduqda:

11.1. onun gəlir mənbəyini (mənbələri) təsdiq edən məlumatlar;

11.2. onun ödəniş qabiliyyətinə dair digər məlumatlar, o cümlədən kredit tarixçəsini təşkil edən məlumatlar.

12. Pul vəsaitinin girovu ilə təmin olunmuş kreditlər üçün hesabın bloklaşdırılmasını təsdiq edən sənədlər.

 

3. Digər sənədlər

 

1. Borcun tutulmasına dair sənədlər (borcalanlara ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.).

2. Tikinti sahəsinə verilən kreditlər üçün tikinti layihələrinə dair sənədlər, o cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, layihələrin və onun mərhələlərinin başa çatdırılmasına dair sənədlər və tikintidə aparılmış yoxlamalar haqqında hesabatlar.

3. Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir rəsmi iddia, yaxud borcalan tərəfindən banka qarşı qaldırılmış rəsmi şikayət/iddia).

4. Borcalanla yazışmalar.

5. Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər.

6. Kənd təsərrüfatı kreditləri üzrə əlavə olaraq aşağıdakı sənədlər:

6.1. borcalanın kənd təsərrüfatı sahəsində icazə, sertifikat və digər hüquqmüəyyənedici sənədləri (qanunvericiliklə tələb olunduqda);

6.2. istehsalı planlaşdırılan məhsulun satış planları, müqavilələri və ya satış üzrə niyyət protokolları.

 

 


 

 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na

Əlavə 2

 

Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması qaydası

 

A. FİFD-in hesablanması aşağıda göstərilmiş riyazi tənlik vasitəsilə hesablanır:

 

 

S – borcalana verilən xalis kredit məbləği, yəni verilən kredit və banka ödəniləcək cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişin və digər xərcin) sıra nömrəsi;–

n — pul axınlarının (ödənişlərin və digər xərclərin) sayı;

x — Faktiki illik faiz dərəcəsi;

m — illik ödəniş intervalı;

Ak — kredit müqaviləsi üzrə k – cı pul axınlarının (ödənişlərin və digər xərclərin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir.

B. FİFD-in hesablanmasına aşağıdakı xərc maddələri daxil edilmir:

a) kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, qanunvericiliyin tələblərindən irəli gələn xərclər (məsələn, icbari sığorta, notarial xərclər və s.);

b) kreditin əldə edilməsini məhdudlaşdırmayan sığorta xərcləri;

c) banka əvvəlcədən məlum olmayan sığorta haqları;

d) borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı yarana biləcək xərclər (ödənişlər gecikdirildiyi halda gecikdirilmə faizləri, dəbbə pulu və s.);

e) həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər, o cümlədən:

i. kreditin vaxtından əvvəl tamamilə və ya qismən geri qaytarılması üzrə kompensasiya xərcləri;

ii. borcalan üçün müəyyən edilmiş overdraft limitinin aşılması üzrə xərclər;

iii. kredit borcunun vəziyyəti barədə məlumatın əldə edilməsi üzrə ödənişlər;

iv. kredit kartları üzrə mübadilə və bu kimi digər tutulmalar.

C. Kredit kartları (xətti) vasitəsilə ayrılan kreditlər üzrə FİFD-in hesablanması aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

a) kredit müqaviləsi borcalana kreditin istifadəsi üzrə sərbəst davranışa imkan yaratdıqda, kreditin verildiyi gün tam məbləğdə istifadə edilməsi imkanı nəzərə alınır. Kreditin hissə-hissə istifadəsi nəzərdə tutulduqda, sərbəst istifadə edilə bilən hissənin məbləği nəzərə alınır;

b) kredit müqaviləsində kreditin istifadəsi üzrə sərbəst davranış müəyyən edildikdə və bu əsasda fərqli faiz dərəcəsi və (və ya) digər ödənişlər tələb edilməsi nəzərdə tutulduqda, hesablama tətbiq oluna biləcək ən yüksək tələblər nəzərə alınmaqla həyata keçirilir;

c) kredit müqaviləsi üzrə borcalanın ödəniş qrafiki nəzərdə tutulmadıqda aşağıdakılar fərz olunur:

i. kreditin müddətinin bir il olması;

ii. ödənişlərin aylıq əsasda və bərabər ödənişlərlə həyata keçirilməsi.

d) kredit müqaviləsi üzrə ödəniş qrafikində yalnız müddət müəyyən edildikdə, ödənişlərin həcmi isə sərbəst olduqda (yəni, müqavilə üzrə müəyyən edilmədikdə), ən kiçik ödənişin (yalnız faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin) həyata keçiriləcəyi və əsas məbləğin müddətin sonunda ödəniləcəyi fərz olunur.

 


 

 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na

Əlavə 3[29]

 

 

Kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortasına dair məlumat

 

1.    Borcalanın eyniləşdirmə məlumatları:

Adı, soyadı, atasının adı:__________

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi:_________

Fərdi identifikasiya nömrəsi (FİN):___________

 

2.    Borcalana kredit müqaviləsi üzrə həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta ilə bağlı aşağıdakı sığortaçılardan biri ilə sığorta müqaviləsi bağlanması təklif edilir:

 

 “__________” ASC

 “__________” ASC

 “__________” ASC

 “__________” ASC

 “__________” ASC

 

 

3.    Qeyd edilən sığortaçılar üzrə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində ilkin hesablanmış sığorta haqqı*:

 

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 

 

4.    Hissə-hissə ödənilməsi halında ilkin hesablanmış sığorta haqqının aylıq kredit ödənişinə əlavə ediləcək hissəsi:

 

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 

5.    Sığorta müqaviləsi bağlanmadan kredit müqaviləsi üzrə hesablanmış

FİFD: __________

 

6.    Sığorta müqaviləsi bağlanmaqla kredit müqaviləsi üzrə hesablanmış

FİFD: __________

 

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 “__________” ASC __________

 

 

Qeyd:

* Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılar tərəfindən təqdim edilən ilkin hesablanmış sığorta haqqı müştəri barədə təqdim edilmiş məlumatlara əsasən müəyyən edilir.

 

7.    Mən təsdiq edirəm ki, kredit müqaviləsi üzrə həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin bağlanması ilə bağlı məlumatlarla tanış oldum.

 

  Sığortalanmağa razıyam                         Sığortalanmağa razı deyiləm

 

 

Borcalanın imzası:             __________________________

 

Tarix:                                   __________________________

(gün, ay, il)

 


 

“Banklarda kredit risklərinin

idarə edilməsi Qaydası”na

Əlavə 4[30]

 

 

Yaşıl fəaliyyətlər

 

1. Bərpa olunan enerji

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Günəş

Günəş enerjisindən elektrik enerjisi istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

Günəş enerjisindən elektrik enerjisi istehsal edən fəaliyyətlər üzrə:

·         “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”

Günəş enerjisindən isitmə/soyutma istehsalı

Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd

olunan “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin

Siyahısı”na uyğun olaraq gücü 10 MVt-dan çox olan günəş elektrik stansiyalarının Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏTQ) tələb edilməlidir.

Hidroenerji

Su enerjisindən elektrik enerjisinin istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

Su enerjisindən elektrik enerjisi istehsal edən fəaliyyətlər üzrə:

·         “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd olunan

 “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”na uyğun olaraq gücü 10 MVt-dan çox olan su elektrik stansiyalarının ƏTQ tələb edilməlidir.

Külək

Külək enerjisi texnologiyaları vasitəsi ilə elektrik enerjisi istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

Külək enerjisindən elektrik enerjisi istehsal edən obyektlərin tikintisi və fəaliyyəti üzrə:

• “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd

olunan “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”na uyğun olaraq gücü 1 MVt-dan yuxarı olan külək elektrik stansiyalarının (külək generatorları parkları) ƏTQ tələb edilməlidir;

• Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na uyğunluq olmalıdır.

Bioenerji

Bioyanacaq, biokütlə, bioqaz və digər bioenerji məhsullarının istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Bütün yanacaq istehsal fəaliyyətləri bərpa olunan biokütlə (qida və yem bitkiləri istisna olmaqla) və ya biokütlə qalıqlarından həyata keçirilməlidir;

• Tətbiq olunduğu hallarda, ağac materiallarından istifadə edilərsə, onlar dayanıqlı meşəcilikdən (meşələrin və meşə torpaqlarının biomüxtəlifliyini, məhsuldarlığını, regenerasiya qabiliyyətini, canlılığını və yerli və qlobal səviyyədə müvafiq ekoloji, iqtisadi və sosial funksiyalarını yerinə yetirmək potensialını qoruyub saxlayacaq şəkildə və sürətdə idarə edilməsi və istifadəsi) əldə edilməlidir.

Bioenerji mənbələrindən elektrik enerjisinin istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Elektrik enerjisi istehsalı fəaliyyətləri biogen mənşəli yenilənə bilən yanacaqlardan, o cümlədən biokütlə, bioqaz, bioyanacaqlar və tullantılardan və ya qalıqlardan əldə olunan enerjidən istifadə edərək həyata keçirilməlidir;

• “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd

 olunan ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq, gücü 10 MVt-dan çox olan bioqaz qurğularının ƏTQ tələb edilməlidir.

İsitmə/soyutma məqsədilə Bioenerjidən istifadə

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

Biokütlə, bioqaz, bioyanacaqlar və tullantılardan və ya qalıqlardan əldə olunan enerji kimi biogen mənşəli yenilənə bilən yanacaqların istilik və elektrik enerjisinin birgə istehsalı (kogenerasiya) qurğularında istifadəsindən əldə edilən qənaət istixana qazı emissiyası ilə qənaətdə azı 50% təşkil etməlidir (ölkə standartlarına əsasən).

Bioenerjidən isitmə/soyutma və elektrik enerjinin birgə istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Elektrik enerjisi istehsalı fəaliyyətləri biokütlə, bioqaz, bioyanacaqlar və tullantılar və ya qalıqlar da daxil olmaqla biogen mənşəli yenilənə bilən yanacaqlardan əldə olunan enerjidən istifadə edərək həyata keçirilməlidir;

• “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”

 Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd

 olunan ƏTQ tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq gücü 10 MVt-dan çox olan bioqaz stansiyalarının ƏTQ tələb edilməlidir.

Geotermal

Geotermal enerjidən elektrik enerjisi istehsalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• İsitmə/soyutma və elektrik enerjisi istehsalı fəaliyyətləri geotermal enerjidən istifadə edərək həyata keçirilməlidir;

• “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd olunan ƏTQ tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq gücü 10 MVt-dan çox olan geotermal elektrik stansiyaların ƏTQ tələb edilməlidir.

Geotermal enerjidən isitmə/hasilat istehsalı

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• İsitmə/soyutma fəaliyyətləri geotermal enerjidən istifadə edərək həyata keçirilməlidir.

Geotermal enerjidən isitmə/soyutma və elektrik enerjisinin birgə generasiyası

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• İsitmə/soyutma və elektrik enerjisi istehsalı fəaliyyətləri geotermal enerjidən istifadə edərək həyata keçirilməlidir;

• “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə qeyd olunan ƏTQ tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq gücü 10 MVt-dan çox olan geotermal enerji stansiyalarının ƏTQ tələb edilməlidir.

Ötürmə və paylama

Mövcud enerji sistemləri infrastrukturunun bərpası və gücləndirilməsi

Fəaliyyət yeni fosil yanacaq əsaslı enerji mənbələrinin qoşulmasına və ya mövcud fosil yanacaqdan istifadənin artmasına səbəb olmamalıdır.

Əlavə olaraq, fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

•Təkmilləşdirmə fəaliyyətləri enerji səmərəliliyində əhəmiyyətli bir artım nümayiş etdirməlidir (enerji itkilərini azı 10% azaltmaq və s.);

• Bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisini yüksək həcmdə qəbul etmək üçün şəbəkənin ötürmə qabiliyyətini artırmalıdır;

• Elektrik sisteminin idarə olunmasını və müşahidə olunmasını, xüsusilə dəyişkən yenilənə bilən enerji mənbələrinin real vaxt rejimində yönləndirilməsi, tarazlanması və dinamik idarə edilməsi imkanlarını artırmaq üçün avadanlıq və sistemlər tətbiq olunmalıdır;

• Sistemlərin ekstremal hava hadisələri və digər iqlim təsirlərinə qarşı dayanıqlılığı artırılmalıdır.

Mövcud enerji sistemləri üçün paylayıcı və ötürücü şəbəkənin bərpası və gücləndirilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Bərpa olunan elektrik enerjisinin istehsalını və ya istifadəsini artırmaq məqsədilə avadanlığın quraşdırılması, infrastrukturun tikintisi və istismarı təmin edilməlidir;

• Elektrik şəbəkəsi sisteminin idarə olunmasını, nəzarəti gücləndirmək üçün avadanlığın quraşdırılmasını və bərpa olunan enerji mənbələrinin inkişafı və inteqrasiyası təmin edilməlidir.

Ağıllı şəbəkə təcrübələri

Bərpa olunan enerji mənbələrinin inteqrasiyasını gücləndirməli və fosil yanacaqlardan asılılığı azaltmalıdır.

Eyni zamanda, fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Şəbəkə fəaliyyətini optimallaşdırmaq üçün süni intellekt, əşyaların interneti və böyük verilənlər analitikası kimi inkişaf etmiş texnologiyalar daxil edilməlidir;

• Şəbəkənin dəyişkən bərpa olunan enerji mənbələrini idarə etmə qabiliyyəti artırılmalıdır;

• Şəbəkə infrastrukturunu xarici müdaxilələrdən müdafiə etmək məqsədilə lazımi fiziki və kibertəhlükəsizlik tədbirlərinin olmasını təmin etməlidir;

• İnformasiya və kommunikasiya texnologiyaları sistemləri və smart menecment sistemlərindən istifadə edilməlidir.

Saxlanc sistemləri

Hidroakkumulyasiyadan istifadə etməklə elektrik enerjisinin saxlanması

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• Elektrik enerjisinin saxlanması və istifadəsi zamanı minimum enerji itkisinə nail olunmalıdır;

• İstehsal, quraşdırma və istismar zamanı yaranan emissiya da daxil olmaqla, həyat dövrü üzrə aşağı istilik effekti yaradan qazların (İEYQ) emissiyalarına malik olunmalıdır;

Litium batareyalarından istifadə etməklə elektrik enerjisinin saxlanması

• Bərpa olunan enerji mənbələrinin elektrik enerji şəbəkəsinə inteqrasiyasını dəstəkləyərək və şəbəkədə olan dalğalanmaları idarə etməyə kömək edərək enerji təchizatının sabitliyinə, etibarlılığına və elastikliyinə töhfə verməlidir;

• Batareya sistemləri resursların səmərəli istifadəsini, təkrar istifadəsini, təkrar emalını və dayanıqlı materialların istifadəsini təşviq edərək, ətraf mühitə təsiri minimuma endirməli və uzunmüddətli dayanıqlılığı təmin etməlidir;

• Nasoslu hidroakkumulyasiya, yaxud elektro-kimyəvi saxlanc sistemlərindən istifadə edən elektrik saxlanc obyektlərinin tikintisini və istismarını təmin etməlidir.

Təmiz hidrogen

Yaşıl hidrogen

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• İstehsal prosesində bərpa olunan enerji mənbələri hesabına əldə olunan elektrik enerjisindən istifadə edilməlidir;

• Elektroliz prosesində səmərəlilik təmin edilməlidir;

• İEYQ daxil olmaqla prosesin digər atmosfer emissiyaları minimallaşdırılmalıdır;.

• Resursların səmərəliliyi təmin edilməli və dayanıqlı materiallardan istifadə təşviq edilməlidir.

Mavi hidrogen

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• İEYQ daxil olmaqla prosesin digər atmosfer emissiyaları minimallaşdırılmalıdır;.

• Resursların səmərəliliyi təmin edilməli və dayanıqlı materiallardan istifadə təşviq edilməlidir;

• Karbon tutma və saxlanma texnologiyası tətbiq olunmalıdır.

Firuzəyi hidrogen

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• İstehsal prosesində yaranan bərk karbonun utilizasiyası və torpağın münbitləşdirilməsində istifadəsi təmin edilməlidir;

• İEYQ daxil olmaqla prosesin digər atmosfer emissiyaları minimallaşdırılmalıdır;

• Resursların səmərəliliyi təmin edilməli və dayanıqlı materiallardan istifadə təşviq edilməlidir.

Təmiz hidrogenin nəqli

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• Təmiz hidrogenin nəqli və təhlükəsiz istifadəsi üçün təhlükəsizlik qaydalarına əməl olunmalıdır;

Təmiz hidrogenin nəqli üçün enerji səmərəli texnologiyalardan istifadə edilməlidir.

Təmiz hidrogenin saxlanması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Hidrogen anbarlarının tikintisi təmin edilməlidir.

• Mövcud yeraltı qaz anbarlarının hidrogen saxlama üçün xüsusi anbarlara çevrilməsi təmin edilməlidir.

Elektrik və istilik enerjisinin istehsalı/ nəqliyyat / istilik və elektrik enerjisinin birgə generasiyası

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

Hidrogen yanacağı “təmiz hidrogen” olaraq etiketlənməlidir.

 

2. Enerji səmərəliliyi

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Sənaye obyektlərində enerji səmərəliliyi

Sənaye avadanlıqları və texnologiyalarının yeniləri ilə əvəz edilməsi

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

Avadanlıq, mexanizmlər və ya texnologiyaya qoyulan investisiyaların nəticəsində enerji istehlakında ölçülə bilən azalmalar müşahidə olunmalı və nəticədə əvvəlki əməliyyat ili ilə müqayisədə azı 20% enerjiyə qənaət edilməlidir.

Enerji effektivliyi sənaye avadanlıq və texnologiyalarının alınması

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• Məhsulun enerji effektivliyinin ən yüksək sinfinə aid olmalıdır;

• Yüksək səmərəliliyə malik məhsul “TechSelector” platformasının Azərbaycan bölməsində siyahıya alınmalıdır;

 

• Əgər məhsul “TechSelector” platformasının Azərbaycan bölməsində siyahıya alınmayıbsa, tanınmış beynəlxalq enerji səmərəliliyi standartlarına (ISO, IEC və s.) uyğunluq nümayiş etdirməlidir.

Kogenerasiya sistemləri

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• Kogenerasiya sistemlərinin effektiv və dayanıqlı hesab olunması üçün səmərəlilik təmin olunmalıdır;

• Kogenerasiya sistemləri bərpa olunan enerji mənbələri də daxil olmaqla müxtəlif enerji növləri ilə işləyə bilmək qabiliyyətinə malik olmalıdır.

Binalarda enerji səmərəliliyi

Enerji səmərəli işıqlandırma

Fəaliyyət aşağıdakı meyarların hamısına cavab verməlidir:

• Məhsulun enerji effektivliyinin ən yüksək sinfinə aid olmalıdır;

• Enerji səmərliliyi vasitəsilə iqlim dəyişikliklərinin yumşaldılmasına, yaxud karbon emissiyalarının azaldılmasına əhəmiyyətli töhfə verməlidir.

Enerji səmərəli isitmə/soyutma sistemləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Məhsulun enerji effektivliyinin ən yüksək sinfinə aid olmalıdır;

• Soyutmada enerji effektivliyi və (və ya) isitmədə enerji effektivliyi təkmilləşdirilməlidir;

• Renovasiya edilmiş binada azı illik 20% enerji qənaətinə nail olunmalıdır.

Enerji səmərəli elektrik avadanlıqları (son istehlakçı)

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Məhsulun enerji effektivliyinin ən yüksək sinfinə aid olmalıdır;

• Enerji səmərəliliyi və karbon emissiyasının azaldılması yolu ilə iqlim təsirinin mitiqasiyasına əhəmiyyətli töhfə verməlidir.

Kənd təsərrüfatında enerji səmərəliliyi

Kənd təsərrüfatı avadanlıq və texnologiyalarının yeniləri ilə əvəz olunması

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

Avadanlıq, maşın, yaxud texnologiyaya investisiyalar enerji effektivliyini artırmalı, nəticədə əvvəlki fəaliyyət ilinə nisbətən enerji resurslarından daha səmərəli istifadə olunmalıdır.

Enerji səmərəli kənd təsərrüfatı avadanlıq və texnologiyalarının alınması

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• Məhsulun enerji effektivliyinin ən yüksək sinfinə aid olmalıdır.

 

3. Su resurslarının dayanıqlı idarə edilməsi

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Suyun toplanması, saxlanması və paylanması

Su saxlancı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Bütöv və dayanıqlı resurs idarəçiliyini təmin etməklə suyun idarə edilməsi üzrə ölkə qanunvericiliyinə uyğun praktikaların tətbiqi və İnteqrasiya olunmuş Su Resurslarının İdarə Edilməsi prinsiplərinə uyğunluq təmin edilməlidir;

• Milli standartlardan istifadə edərək su izi müntəzəm qiymətləndirilməli və idarə edilməli, sudan istifadənin səmərəliliyində yaxşılaşdırma sahələri müəyyən edilməlidir;

• Enerji istehlakını azaltmaq üçün qabaqcıl, enerji səmərəli nasoslar və daşınma sistemlərindən istifadə edilməlidir;

• Su saxlanması və paylanması üçün bərpa olunan enerji mənbələrinin (günəş, külək və s.) inteqrasiyası ilə yanaşı, qabaqcıl enerji səmərəli sistemlərin istifadəsi, aşağı karbon texnologiyalarına uyğunluğu təmin edilməlidir.

Suyun paylanması

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• İnfrastruktur Sızma İndeksindən istifadə etməklə hesablanan sızma səviyyəsinin 1.5-dən aşağı olması təmin edilməlidir.

Su emalı obyektləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• İçməli suyun keyfiyyəti üzrə milli standartlara uyğunluq təmin edilməlidir;

• Bütün suyun təmizlənməsi proseslərində Azərbaycan Respublikasının içməli suyun keyfiyyəti üzrə milli standartlarına riayət olunması, ictimai istifadə üçün təhlükəsiz və təmiz su təmin edilməlidir;

• AZS 929:2023 Suyun keyfiyyət standartı tətbiq edilməlidir;

• Enerji idarəetmə sisteminin effektiv işlədiyini təmin etmək üçün mütəmadi audit və qiymətləndirmələr aparılmalı, enerji səmərəliliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmələr həyata keçirilməlidir;

• İçməli suyun ən yüksək keyfiyyətini təmin etmək üçün suyun təmizlənməsi müəssisələrində müasir texnologiyalardan istifadə edilməlidir;

• Su təmizlənməsi üçün xalis enerji istehlakı standartlarını tətbiq etmək, istehlakın emal olunan suyun hər kubmetri (m³) üçün 0.5 kVtsaat-dan aşağı olması təmin edilməlidir;

• 10,000 əhali ekvivalentindən (ə.e.) az olan təmizləyici qurğular üçün xalis enerji istehlakının illik 35 kVtsaat-dan az olması təmin edilməlidir;

• 100,000 ə.e.-dən çox olan təmizləyici qurğular üçün xalis enerji istehlakının illik 20 kVtsaat-dan az olması təmin edilməlidir.

Suyun monitorinqi

Ağıllı şəbəkə və erkən xəbərdarlıq sistemləri - SMART

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Real vaxtda su məlumatlarının toplanması və analizi üçün SMART monitorinq sistemləri tətbiq edilməlidir;

• Su ilə bağlı fəlakətlər üçün erkən xəbərdarlıq sistemləri tətbiq edilməlidir.

Suyun keyfiyyəti və/və ya kəmiyyətinin monitorinqi prosesləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Su keyfiyyəti ilə bağlı həm yerli, həm də beynəlxalq standartlara (ISO 24512, Ətraf Mühitin Qorunması Agentliyinin (ƏMQA) su keyfiyyəti standartları və s.) uyğun monitorinq prosesləri tətbiq edilməlidir;

• Potensial su ilə bağlı risklər üçün erkən xəbərdarlıq sistemlərinə inteqrasiya edilmiş, suyun keyfiyyəti və miqdarını davamlı qiymətləndirmək üçün ağıllı monitorinq sistemlərindən istifadə edilməlidir;

• Dayanıqlılığı və suyun keyfiyyəti və miqdarı standartlarına uyğunluğu təmin etmək üçün əhatəli monitorinq sistemlərini inkişaf etdirməlidir və saxlamalıdır;

• Su idarəçiliyi və monitorinq sistemlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün dövri audit və qiymətləndirmələr aparılmalıdır.

Su idarəçiliyi

İrriqasiya/suvarma

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• Suyun istifadəsini ənənəvi sistemlərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdıran yüksək su istifadəsi səmərəliliyinə malik suvarma sistemlərindən istifadə edilməlidir.

Quraqlıq və sel idarəçiliyi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• İctimai səhiyyəni, ətraf mühiti qorumağa və ekoloji və hidrometeoroloji təhlükəsizliyi təmin etməyə yönəlmiş qayda və standartlara riayət edilməlidir;

• Quraqlıq və sel riskinin səmərəli qiymətləndirilməsi və idarə olunması planları hazırlanmalı və tətbiq edilməlidir. Bu planlar mütəmadi olaraq yeni məlumatlar və yaranan risklər əsasında nəzərdən keçirilməli və yenilənməlidir;

• İqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşmaq və iqlimlə bağlı təhlükələrə reaksiya vermək üçün dəqiq, vaxtında və effektiv hava, iqlim və insan mərkəzli erkən xəbərdarlıq sistemləri qəbul edilməlidir;

• İqlim dəyişikliklərini və su səviyyələrindəki dəyişiklikləri izləmək üçün davamlı monitorinq və məlumat toplama həyata keçirilməli, idarəetmə planlarına vaxtında yeniləmələr və düzəlişlər edilməlidir.

Şəhər drenaj/kanalizasiya obyektlərinin inşası, fəaliyyəti və renovasiyası

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Enerji istehlakını azaltmaq üçün enerji effektivli nasoslar və aşağı karbon texnologiyaları ilə enerji səmərəli infrastruktur təmin edilməlidir;

• Suyun saxlanması və sel mitiqasiyası üçün bataqlıqların və yaşıllıqların salınması kimi təbiət əsaslı həllər istifadə edilməlidir;

• Dayanıqlılığı artırmaqla həm sel, həm də quraqlığı idarə etmək üçün sel müdafiəsi infrastrukturu və sistemlər inkişaf etdirilməlidir.

 

4. Çirklənmənin qarşısının alınması

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Havanın keyfiyyəti

Sənaye sahələrində, təkrar emal müəssisələrində havanın çirklənməsinin qarşısının alınması

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• Zərərli emissiyaların, məsələn, dispers toz hissəciklərinin (PM), azot oksidlərinin (NOx) və uçucu üzvi birləşmələrin azaldılması təmin edilməlidir.

Kənd təsərrüfatı sektorunda çirklənmənin azaldılması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Kənd təsərrüfatında çirklənmənin əhəmiyyətli dərəcədə azalmasını təmin etməli olan dəqiq əkinçilik texnikaları və inteqrasiya olunmuş pestisid idarəetmə (İOPİO) metodları tətbiq edilməlidir;

• Ammonyak emissiyalarını azaltmaq üçün qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi/keçidi təmin edilməlidir.

Enerji sektorunda çirklənmənin azaldılması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Enerji istehsalı, yaxud paylanma obyektlərində enerji istehlakını baza səviyyələri ilə müqayisədə azı 20% azaltmaq kimi enerji səmərəliliyi standartlarına uyğunluğu təmin edilməlidir;

• NOx, SOx və PM üzrə emissiyaları azı 20% azaldılmalıdır;

• İstehsal olunan enerjinin karbon intensivliyinin qlobal qabaqcıl təcrübələrə uyğun olaraq 100 gCO₂/kVtsaat-dan aşağı olmasıtəmin edilməlidir;

• İstehsal olunan hər vahid məhsul üzrə kVtsaat ilə ölçülən enerji istehsalı, yaxud istehlakında azı 20% enerji səmərəliliyi artımına nail olunmalıdır.

Şəhəryanı ərazilərdə toz çirklənməsi probleminin hərtərəfli azaldılması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Enerji istehlakının və İEYQ emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olan binalar üçün qanunvericiliyə və enerji səmərəliliyi standartlarına uyğunluq təmin edilməlidir;

• Karbon tutma və hissəciklərin azalması vasitəsilə hava keyfiyyətini yaxşılaşdıran yaşıl şəhər infrastrukturları tətbiq edilməlidir;

• Tikinti sahələrində havadakı hissəciklərin (PM10 səviyyəsinin müəyyən edilmiş ekoloji həddən aşağı saxlanılması və s.) əhəmiyyətli dərəcədə azalmasına səbəb olan tozun qarşısını alma metodlarından istifadə edilməlidir;

• Şəhər ərazilərində illik orta göstərici olaraq baza ili ilə müqayisədə havadakı hissəciklərin (PM10 və PM2.5) konsentrasiyasının 50% azalmasına nail olunmalıdır;

• Milli hava keyfiyyəti qaydalarına uyğun olaraq PM10 üçün maksimum 50 μg/m³ və PM2.5 üçün 25 μg/m³-ə riayət edilməsini təmin etmək üçün davamlı hava keyfiyyəti monitorinqi həyata keçirməlidir.

Torpağın keyfiyyəti

Torpağın bərpası, sağlamlaşdırılması və təmizlənməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Deqradasiyaya məruz qalmış torpaq sahələrinin bərpası, yaxud reabilitasiyasına yönəlmiş fəaliyyətlərə investisiya edilməlidir;

• Torpaq çirkləndirici maddələrinin (ağır metallar, karbohidrogenlər və s.) səviyyəsini təhlükəsiz torpaq istifadəsi üçün yerli tənzimləyici standartlardan aşağı səviyyələrə qədər azaldılmalıdır;

• Torpağın strukturu və suyun saxlanılması qabiliyyətində irəliləyişlər nümayiş etdirərək, torpağın münbitliyini artırmaq və eroziyanı azaltmaq üçün bioremediasiya, fito-remediasiya, yaxud torpaq sabitləşdirmə metodları tətbiq edilməlidir.

Torpağın mühafizəsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Torpağın deqradasiyasının qarşısını almaq üçün eroziya nəzarət tədbirləri həyata keçirilməlidir;

• Hər hektara tonlarla çöküntü itkisi ilə ölçüldüyü kimi, baza ili ilə müqayisədə eroziyanın azalmasına səbəb olan torpağın qorunması tədbirləri tətbiq edilməlidir;

• Meşələrin bərpası, salınması və aqromeşə sistemləri kimi tədbirlərlə torpağın üzvi karbon tərkibi artırılmalıdır;

• Torpağın çirklənməsini minimuma endirən təcrübələr tətbiq edilməlidir və çirkləndirici səviyyələrin (ağır metallar, karbohidrogenlər və s.) kənd təsərrüfatı, yaxud təbii torpaq istifadəsi üçün milli ekoloji təhlükəsizlik hədlərindən aşağı olması təmin edilməlidir;

• Torpaq sıxılmasını azaltmalı və suyun infiltrasiya dərəcələrini yaxşılaşdırmaqla torpaq strukturunu saxlamalı, yaxud təkmilləşdirməlidir.

 

5. Yaşıl nəqliyyat

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

İctimai nəqliyyat

Dəmiryolunda sərnişindaşıma

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Əvvəlki enerji sərfiyyatı ilə müqayisədə enerji səmərəliliyi sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməlidir;

• Dəmir yolu xətlərinin elektrikləşdirilməsi təmin edilməlidir;

• Regenerativ əyləc sistemləri tətbiq edilməlidir;

• Qatarlar və sərnişin vaqonları fəaliyyət zamanı birbaşa CO2 emissiya etməməlidir;

• Qatarlar və sərnişin vaqonları lazımi infrastrukturla təchiz olunmuş dəmir yollarında birbaşa CO2 emissiyası olmadan fəaliyyət göstərməli, bu cür infrastrukturun mövcud olmadığı ərazilərdə isə ənənəvi mühərrikə keçməlidir (bimodal fəaliyyət).

Elektrik və hidrogenlə işləyən şəhər, şəhərlərarası və kənd sərnişin yol nəqliyyatı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyat vasitələri tam elektrikli, yaxud hidrogen yanacaq elementləri ilə işləməlidir;

• Enerji istifadəsini optimallaşdırmaq üçün ağıllı şarj infrastrukturu daxil edilməlidir.

Hibrid və digər şəhər, şəhərlərarası və kənd sərnişin yol nəqliyyatı növləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Hibrid minik avtomobillərinin istehsal tarixi 3 ildən çox və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmamalıdır;

• Ənənəvi nəqliyyat vasitələri ilə müqayisədə ənənəvi vasitələrlə birbaşa CO2 emissiyaları əhəmiyyətli dərəcədə azalmalıdır;

• İşəsalma-dayandırma sistemləri kimi enerji səmərəli texnologiyaların inteqrasiyası təmin edilməlidir;

• Emissiya standartları Avro Standart Qaydalarına və ya ekvivalent standarta uyğun olmalıdır.

Şəxsi nəqliyyat

İnsan tərəfindən idarə olunan təkərli nəqliyyat vasitələri və təkərli qurğular

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

Şəxsi nəqliyyat vasitələrinin hərəkət gücü istifadəçinin fiziki fəaliyyətindən, sıfır emissiyalı mühərrikdən, yaxud sıfır emissiyalı mühərrik ilə fiziki fəaliyyətin birləşməsindən yaranmalıdır.

Elektrik mühərrikindən istifadə edən platforma əsaslı vasitələr

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Elektriklə işləyən kiçik, təkərli platforma növündə olan və velosiped, moped, yaxud motosiklet kimi təsnif edilməyən, sıfır birbaşa CO2 emissiyalarına malik nəqliyyat vasitələrindən istifadə edilməlidir;

• Yüksək enerji sıxlığına malik litium-ion batareyaları, yaxud ekvivalentlərindən istifadə edilməlidir.

Elektrik və hidrogen avtomobilləri, yüngül kommersiya nəqliyyat vasitələri və elektrik motosikletləri/ mopedləri/ velosipedlər

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyat vasitələrinin birbaşa CO2 emissiyası sıfır olmalıdır;

• Emissiya standartları Avro Standart Qaydalarına və ya ekvivalent standarta uyğun olmalıdır;

• Enerji səmərəli texnologiyalar tətbiq edilməlidir;

Enerji səmərəli texnologiyaların inteqrasiyası təmin edilməlidir;

• Hidrogen avtomobilləri üçün istifadə olunan hidrogen, bərpa olunan enerji ilə elektroliz yolu ilə istehsal olunan yaşıl hidrogen kimi aşağı karbon mənbələrindən gəlməlidir.

Hibrid sərnişin avtomobilləri və yüngül kommersiya vasitələri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyat vasitələri batareyanın fəaliyyətini və ömrünü optimallaşdırmaq, təhlükəsiz və səmərəli istismarını təmin etmək üçün qabaqcıl batareya idarəetmə sistemi ilə təchiz edilməlidir;

• İstehsalçılar nəqliyyat vasitələrinin istehsal prosesinin ətraf mühitə təsirini qiymətləndirmək üçün həyat dövrü təhlilini (HDT) aparmalı, ənənəvi istehsal təcrübələri ilə müqayisədə ümumi karbon izini əhəmiyyətli dərəcədə azaltmağa çalışmalıdır;

• Nəqliyyat vasitələri ümumi enerji səmərəliliyini artırmaq üçün enerji səmərəli sistemlərlə təchiz olunmalıdır;

• Hibrid minik avtomobillərinin istehsal tarixi 3 ildən çox və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmamalıdır.

Yük daşınması

Dəmiryolu ilə yük daşınması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Qatarların və yük vaqonlarının birbaşa CO2 emissiyası sıfır olmalıdır;

• Yük dəmir yolu xətləri elektrikləşdirilməli, yaxud hidrogenlə işləyən lokomotivlərdən istifadə edilməlidir;

• Enerji səmərəli texnologiyalar tətbiq edilməlidir;

• Boş gedişləri minimuma endirmək və yükləmə amillərini artırmaq məqsədilə əməliyyatları optimallaşdırmaq üçün ağıllı cədvəlləşdirmə, avtomatlaşdırılmış qatar əməliyyatları və yük idarəetməsi kimi rəqəmsal texnologiyalar və avtomatlaşdırılmış sistemlər qəbul edilməlidir.

Yolüstü yük nəqliyyatı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Hibrid, elektrikli və ya hidrogenlə işləyən yük avtomobilləri və çatdırılma vasitələrindən istifadə edilməlidir;

• Emissiya standartları Avro Standart Qaydalarına və ya ekvivalent standarta uyğun olmalıdır.

Su nəqliyyatı

Sərnişinlər üçün su nəqliyyatı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Birbaşa sıfır CO2 emissiyasına malik olmalıdır;

• Hibrid və iki yanacaqlı gəmilərin dənizdə və limanlarda normal fəaliyyəti üçün enerji mənbələrinin azı 25%-ni sıfır birbaşa (səsboğucu boru vasitəsilə) CO2 emissiyası olmayan yanacaqlardan, yaxud şəbəkəyə qoşulma enerjisindən almalıdır;

• Yanacaq istehlakını azaltmaq üçün qabaqcıl korpus dizaynlarını və yüngül materialları tətbiq etməlidir;

• Su hövzələrində tullantıların atılmasını azaltmaq üçün göyərtələrdə tullantı idarəetmə sistemləri olmalıdır, o cümlədən istifadə olunmuş su və kanalizasiya tullantıları düzgün emal edilməlidir.

Yük su nəqliyyatı, liman əməliyyatları və köməkçi fəaliyyətlər üçün gəmilər

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Birbaşa sıfır CO2 emissiyasına malik olmalıdır;

• Enerji səmərəli hərəkətli texnologiyalar qəbul edilməlidir;

• Liman əməliyyatları zamanı emissiyaları azaltmaq üçün sahil enerjisi sistemlərindən istifadə edilməlidir;

• Hibrid və iki yanacaqlı gəmilərin dənizdə və limanlarda normal fəaliyyəti üçün enerji mənbələrinin azı 25%-ni sıfır birbaşa CO2 emissiyası olmayan yanacaqlardan və ya şəbəkəyə qoşulma enerjisindən alınmalıdır.

Sənaye və kənd təsərrüfatı nəqliyyat vasitələri

Sənaye və kənd təsərrüfatı nəqliyyat vasitələri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyat vasitələri elektrik, yaxud hidrogen yanacağı ilə işləməlidir;

• ənənəvi modellərlə müqayisədə enerji səmərəliliyində əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməlidir;

• enerji bərpa sistemlərini tətbiq edilməlidir;

• nəqliyyat vasitələrinin lokal (birbaşa) İEYQ emissiyaları sıfır olmalıdır (elektrik);

• birbaşa emissiyaları 50 gCO2/km-dən aşağı olan hibrid və digər növ nəqliyyat vasitələrindən istifadə edilməlidir;

• Gəmilərdəki mühərriklərin ən son tətbiq olunan standartlara uyğun olması təmin edilməlidir.

İnfrastruktur

Aşağı karbonlu nəqliyyat üçün infrastruktur

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Elektrik nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqəsi və hidrogen yanacaq doldurma stansiyalarının hazırlanması təmin edilməlidir;

• Elektrikləşdirilmiş dəmir yollarının inkişafı təmin edilməlidir;

• Enerji istifadəsini optimallaşdırmaq üçün ağıllı şəbəkə texnologiyalarının inteqrasiyası təmin edilməlidir.

Su nəqliyyatı üçün infrastruktur

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Liman əməliyyatlarının və sahil enerji sistemlərinin elektrikləşdirilməsi təmin edilməlidir;

• Yaşıl logistika mərkəzlərinin və intermodal nəqliyyat həllərinin inkişafı təmin edilməlidir.

İctimai piyada və velosiped infrastrukturu və velosiped proqramları

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Piyadalar və velosipedlər üçün xüsusi yolların inşası təmin edilməlidir;

• Elektrik velosipedləri ilə velosiped icarəsi proqramları tətbiq edilməlidir.

Velosiped parkinq və saxlama obyektləri və avadanlıqları

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Təhlükəsiz və hava şəraitindən qorunan velosiped parkinq obyektlərindən istifadə edilməlidir;

• İnşaatda dayanıqlı və uzunmüddətli materiallardan istifadə edilməlidir.

Ağıllı nəqliyyat sistemləri

Ağıllı nəqliyyat xidmətləri və logistika

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyat axını optimallaşdırılmalı və sıxlığı azaltmaq üçün ağıllı nəqliyyat sistemləri tətbiq edilməlidir;

• Effektiv logistika və təchizat zənciri idarəçiliyi üçün real vaxt məlumat analitikasından istifadə edilməlidir;

• Multimodal nəqliyyat inteqrasiyası üçün mobil tətbiqlərin inkişafı təmin edilməlidir.

Nəqliyyatda enerji səmərəliliyi

Yol nəqliyyatında enerji səmərəliliyi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

 

• Magistral yolların, küçələrin, digər nəqliyyat və piyada yollarının tikintisi, modernləşdirilməsi, saxlanılması və istismarı təmin edilməlidir;

• Magistral yollarda, küçələrdə, körpülərdə və ya tunellərdə səth işlərinin aparılması təmin edilməlidir;
• Memarlıq xidmətləri, mühəndislik xidmətləri, layihələndirmə xidmətləri, tikintiyə nəzarət xidmətləri, topoqrafik ölçmə və xəritələmə xidmətləri və bu kimi digər xidmətlərin göstərilməsi, habelə bütün növ material və məhsulların fiziki, kimyəvi və digər analitik sınaqlarının həyata keçirilməsi daxil olmaqla, yol işıqlandırılmasının və elektrik siqnallarının quraşdırılması istisna olmaqla hava limanlarında sürmə yollarının tikintisi təmin edilməlidir.

Dəmir yol nəqliyyatında enerji səmərəliliyi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

Magistral dəmir yolu şəbəkələrində, habelə qısa xətt yük dəmir yollarında yük daşıma vasitələrinin alınması, maliyyələşdirilməsi, icarəsi, kirayəsi və fəaliyyəti təmin edilməlidir.

Hava nəqliyyatında enerji səmərəliliyi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

 • Sərnişinlərin və yüklərin daşınması da daxil olmaqla hava gəmilərinin alınması, maliyyələşdirilməsi və istismarı təmin edilməlidir;

• Təyyarə cari ən yaxşı təcrübələrə əsaslanaraq, sərnişin-kilometrə görə litr kimi xüsusi yanacaq səmərəliliyi həddinə çatmalı və ya onları keçməlidir və CO2, NOx və hissəciklər emissiyaları üzrə məhdudiyyətlər də daxil olmaqla, ən son ICAO emissiya standartlarına, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Yeni Təyyarələr üçün CO2 Standartına uyğun olmalıdır.

Dəniz nəqliyyatında enerji səmərəliliyi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Dənizdə, sahilboyu və ya daxili sularda planlı və ya plansız yüklərin, sərnişinlərin və ya birləşmiş yüklərin və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş və təchiz edilmiş gəmilərin alınması, maliyyələşdirilməsi, icarəyə verilməsi (heyətlə və ya heyətsiz) və istismarı təmin edilməlidir;

• Dəniz gəmiləri sərnişin-kilometr üçün litr kimi xüsusi yanacaq səmərəliliyi həddinə cavab verməli və ya onları keçməlidir və ya cari ən yaxşı təcrübələrə əsaslanmalıdır və ən son IMO emissiya standartlarına, MARPOL Annex VI – Gəmi vasitəsilə hava çirklənməsinin qarşısının alınmasına dair qaydalara uyğun olmalıdır.

 

6. Dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı və akvakultura

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Dayanıqlı kənd təsərrüfatı və fermer təsərrüfatı

Məhsul istehsalı

İstixana qazı emissiyasının azaldılması üçün fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Ötən ilki fəaliyyətə nəzərən istehsalın bir vahidinə ümumi İEYQ emissiyalarını (CO2e) əhəmiyyətli dərəcədə azaldan təcrübələr tətbiq edilməlidir. Baza dərəcə müvafiq sorğular vasitəsilə müəyyən edilməklə, spesifik fermer məlumatları, HDT yaxud sənaye meyarları ilə müəyyən edilməlidir;

• Əhəmiyyətli enerji, İEYQ, yaxud resurslara qənaətin təmin edilməsi ilə enerji performansında ölçülə bilən təkmilləşmələrə səbəb olan avadanlıq, maşın, yaxud texnologiyaya investisiya edilməlidir (Bu təkmilləşmələr bu Qaydanın 5.4-1.2-ci bəndində qeyd edilən, ixtisaslaşmış şəxslərdən əldə edilmiş təsdiqedici rəy ilə təsdiqlənməli və tələb olunan standartlara uyğunluğunu təmin etmək üçün hesabat verilməlidir);

• Enerji menecerləri tərəfindən həyata keçirilən, yaxud ISO50001 tətbiqi ilə icra olunan məcburi enerji auditi həyata keçirilməlidir;

• Aqromeşəçilik, qoruyucu əkin, əkin dövriyyəsi və orqanik kənd təsərrüfatı təcrübələri kimi aşağı karbonlu əkin idarəetmə texnikalarına keçid edilməlidir;

• Torpağın sağlamlığını artıran, biomüxtəlifliyi artıran və zamanla karbonun sekvestrasiyasını artıran təcrübələrdən istifadə edilməli, sertifikatlaşdırılmış dayanıqlı kənd təsərrüfatı təcrübələrdən (regenerativ kənd təsərrüfatı, orqanik kənd təsərrüfatı, yaxud dəqiq kənd təsərrüfatı və s.) istifadə edilməlidir;

• Fəaliyyət zamanı orqanik və biogübrə vasitələrindən istifadə edilməlidir;

• Adaptasiya və uyğunlaşmanı dəstəkləmək məqsədilə dəqiq kənd təsərrüfatında monitorinq və izləmə texnologiyasını qəbul edilməlidir;

• Biomüxtəlifliyin artırılmasına və uzunmüddətli karbonun sekvestrasiyasına, yəni ağaclar tərəfindən karbonun tutulması və saxlanmasına, töhfə verən aqromeşəçilik, yaxud oxşar təcrübələri tətbiq edilməlidir.

Dayanıqlı torpaq və su idarəetməsi üçün fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Torpağın deqradasiyasının qarşısı alınmalı və uzunmüddətli dayanıqlığı təşviq etmək üçün maililiklərdə və digər həssas ərazilərdə eroziya nəzarət tədbirləri həyata keçirilməlidir;

• Sudan istifadənin səmərəliliyini artıran suvarma sistemlərindən istifadə, ənənəvi suvarma metodları ilə müqayisədə su istehlakını azı 25% azaldılmalıdır;

• Sudan istifadəni optimallaşdırmaq üçün ISO 46001:2019 Su Səmərəliliyi İdarəetmə Sistemləri tətbiq edilməlidir;

• Su resurslarının idarə olunmasını qiymətləndirmək və yaxşılaşdırmaq üçün ISO 14046:2014 Su İzi - Prinsiplər, Tələblər və Qaydalarıı tətbiq edilməlidir;

• Xammalın tətbiqini optimallaşdırmaq, axını azaltmaq və bazar təcrübələri ilə müqayisədə ümumi resurs istifadəsinin səmərəliliyini artırmaq üçün dəqiq kənd təsərrüfatı texnologiyalarından istifadə edilməlidir;

• İstehsal vahidi üçün doğru azot (N) gübrəsinin istifadəsini müəyyən edən qida idarəetmə planı həyata keçirilməlidir;

• Azı beş illik layihə çərçivəsində torpağın net karbon sekvestrasiyası üçün idarə olunması təmin edilməlidir. Buraya aşağıdakılar daxildir:

1.Torpağın işlədilməsinin azaldılması;

2.Eroziyanın qarşısının alınması;

3.Açıq yandırmanın olmaması;

4.Torpaq karbonunun sekvestrasiyasının əldə ediləcəyinə dair sübutlar.

• Torpaq resursları qorunmalı və torpağın sağlamlığını artırmaq üçün örtük əkinləri və malçlama kimi torpaq qoruma təcrübələri tətbiq edilməlidir.

Bio-çoxillik məhsulların becərilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Pestisidlərin istifadəsini minimuma endirən və zərərvericilərə qarşı dayanıqlı mübarizə üsullarını təşviq edən İOPİO strategiyalarının həyata keçirilməsi təmin edilməlidir;

• İqlimlə bağlı risklərə qarşı dayanıqlılığı artırmaq üçün təsərrüfat səviyyəsində iqlim riski qiymətləndirilməsi və adaptasiya planının hazırlanması və həyata keçirilməsi təmin edilməlidir;

• Cari “Azərbaycanın Milli Adaptasiya Planı (MAP)” prosesinə uyğunlaşdırılmalıdır.

Bio qeyri-uzunömürlü bitkilərin becərilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Bu Qaydanın 5.4-1.3-cü yarımbəndində qeyd edilən beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənədə sahib olmalıdır (EuroCert, Global G.A.P., və s.);

• Bərpa olunan enerji ilə çalışan və ya resurslardan səmərəli istifadə edən kənd təsərrüfatı texnikasından istifadə edilməlidir;

• Bərpaedici kənd təsərrüfatı və aqromeşə təsərrüfatı da daxil olmaqla, aşağı karbonlu məhsul idarəetməsi prosesi tətbiq edilməlidir;

• Orqanik və biogübrələrdən istifadə edilməlidir;

• Zərərvericilər və alaq otları ilə mübarizə üçün fiziki və bionəzarət üsulları tətbiq edilməlidir;

• Kənd təsərrüfatının proqnozlaşdırıla bilinməli və dayanıqlılığını artırmaq üçün dəqiq texnologiyalar qəbul edilməlidir;

• Ənənəvi seleksiya və ya gen mühəndisliyi yolu ilə yetişdirilmiş yüksək keyfiyyətli toxumlardan istifadə edilməlidir;

• Beynəlxalq standartlara uyğun olaraq mühafizə olunan kənd təsərrüfatı üçün su infrastrukturu inkişaf etdirilməlidir.

İqlim ağıllı kənd təsərrüfatı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Bu Qaydanın 5.4-1.3-cü bəndində qeyd edilən beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənədə sahib olmalıdır (EuroCert, Global G.A.P., və s.);

• Ətraf mühitə təsiri azaltmaq üçün regenerativ kənd təsərrüfatı, üzvi əkinçilik və ya dəqiq kənd təsərrüfatı kimi aşağı karbonlu məhsul idarəetmə təcrübələri həyata keçirilməlidir;

• Kimyəvi əlavələri minimuma endirmək üçün üzvi və biogübrələrdən istifadə edilməlidir;

• Ənənəvi üsullarla müqayisədə sudan istifadəni azaldan, suya qənaət edən suvarma sistemləri tətbiq edilməlidir;

• Kimyəvi pestisidlərdən asılılığı azaltmaq üçün İOPİO strategiyaları qəbul edilməlidir.

Dayanıqlı heyvandarlıq

Dayanıqlı heyvandarlıq məhsulları

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

 • İlkin göstərici ilə müqayisədə İEYQ emissiyalarının azı 10% azalmasına nail olmalıdır (torpağın emalının azaldılması, peyin idarəçiliyinin təkmilləşdirilməsi və ya kənd təsərrüfatında alternativ enerji mənbələrinin inkişafı və tətbiqi vasitəsilə və s.);

 • Mövcud təcrübələrlə müqayisədə sudan istifadənin səmərəliliyi azı 25% artırılmalıdır (damcı suvarma və yağış suyunun yığılması vasitəsilə və s.);

 • İstilik, xəstəlik və yem dəyişikliyinə daha yaxşı uyğunlaşan, iqlim dəyişikliyinə dayanıqlı və aşağı emissiyalı heyvan cinslərinin istifadəsi təşviq edilməlidir;

 • Məhsuldarlıq itkilərini və ölüm hallarını azaltmaq məqsədilə heyvan sağlamlığı sistemlərinin yaxşılaşdırılması dəstəklənməlidir (xəstəlik epidemiyalarına qarşı erkən xəbərdarlıq sistemləri, vaksinasiya kampaniyaları və s.);

 • Məhsul itkilərini azaltmaq məqsədilə ət, süd və ya digər heyvandarlıq məhsulları üçün soyuq zəncir və emal infrastrukturu inkişaf etdirilməlidir və ya müasirləşdirilməlidir;

• Regionlarda məhsul yığımından sonrakı emal/ərzaq emalı infrastrukturunun inkişafına dəstək göstərilməlidir.

Fəaliyyət heyvanların rifahı üçün aşağıdakı meyara cavab verməlidir:

• Yaşayış, qidalanma, sağlamlıq və nəqliyyat üçün beynəlxalq səviyyədə tanınmış heyvan rifahı standartlarına (Heyvan Sağlamlığı Təşkilatı və s. tərəfindən) riayət edilməlidir.

Peyin idarəetməsi üçün fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nəqliyyatın ətraf mühitə karbon təsiri azaldılmalıdır (yerli yem mənbələrindən istifadə, nəqliyyat emissiyalarının azaldılması və s.);

 • Ənənəvi təcrübələrlə müqayisədə ətraf mühitə təsiri azaldan dayanıqlı qidalanma standartlarını tətbiq etməlidir.

Fəaliyyət peyinin idarə olunması üçün aşağıdakı meyarlardan birinə cavab verməlidir:

•. Peyin maye formada (anaerob şəraitdə) saxlanıldıqda aşağıdakı təcrübələrdən azı birini həyata keçirməlidir;

 - Enerji istehsal etmək üçün peyini biodigesterlərdə emal etməlidir;

 - Şlam örtüklərindən istifadə etməlidir;

 - Aerob saxlama və ya emal üsullarına keçid etməlidir;

 - CH₄ və N₂O emissiyalarını azaldan və ya əvəz edən bir təcrübə tətbiq etməlidir.

Dayanıqlı tekstil emalı və istehsalı

Dayanıqlı tekstil istehsalı

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Ölçülə bilən təkmilləşdirmələrə səbəb olan avadanlıqlara, maşın, yaxud texnologiyaya investisiya, bu, enerji performansında hesabatlı olmalı, nəticədə əhəmiyyətli enerji, İEYQ emissiyası, resurslara qənaətlə nəticələnməlidir;

• Təbii liflərin və tekstil məhsullarının dayanıqlı istehsalını təmin edən biosertifikat, yaxud ekvivalent sertifikat əldə etməlidir;

• Üzvi liflərin emalı və tekstil istehsalı üçün Qlobal Üzvi Tekstil Standartlarına (QÜTS) riayət etməlidir.

Dayanıqlı balıqçılıq və akvakultura

Dayanıqlı balıqçılıq

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• CH4 emissiyalarını azaldan və ya neytrallaşdıran hər hansı bir təcrübə və ya;

• Bu Qaydanın 5.4-1.2-ci yarımbəndində qeyd edilən ixtisaslaşmış təşkilatlar və ya 5.4-1.3-cü yarımbəndində qeyd edilən beynəlxalq təşkilatlar tərəfindən verilən bio sertifikat (EuroCert və s.) əldə etməlidir;

• Yüksək keyfiyyətli yemdən istifadə etməlidir (həzm oluna bilən quru maddənin yüksək nisbəti).

Dayanıqlı məhsul üçün fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• Müvafiq orqanlar tərəfindən müəyyən edilmiş ümumi icazə verilən ovlama limitlərinə riayət etməlidir.

Ekosistem əsaslı idarəetmə üçün fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Balıqçılığın dəniz canlıları və ekosistemlərinə təsirini minimuma endirən təcrübələri tətbiq etməlidir;

• Bioloji Müxtəliflik üzrə Konvensiyaya və Balıqçılıq üçün Ekosistem Yanaşmasına riayət etməlidir.

Dayanıqlı akvakultura

Fəaliyyət aşağıdakı meyara cavab verməlidir:

• Bio sertifikatı, yaxud ekvivalentini əldə etməlidir;

• Dayanıqlı akvakultura idarəçiliyi ilə bağlı milli standartları tətbiq etməlidir.

Fəaliyyət ətraf mühitə təsirin mitiqasiyası üçün aşağıdakı meyara cavab verməlidir:

• Akvakultura fəaliyyətlərinin suyun keyfiyyətinə, dərinlikdəki canlılara və vəhşi balıq populyasiyalarına təsirini minimuma endirməlidir.

Fəaliyyət dayanıqlı yem istehsalı üçün aşağıdakı meyara cavab verməlidir:

• Çox balıq ovlama və canlıların məhvinə səbəb olmayan məsuliyyətlə əldə edilmiş yem tərkiblərindən istifadə etməlidir.

 

7. Biomüxtəlifliyin mühafizəsi

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Növlərin konservasiyası

Heyvan növlərinin mühafizəsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Nadir və nəsli kəsilməkdə olan heyvan populyasiyalarının mühafizəsinə tədqiqatlar, qoruqlarda çoxaldılma proqramları, yaşayış mühitinin bərpası və qorunması kimi təşəbbüslər vasitəsilə töhfə verməlidir;

• Nadir və nəsli kəsilməkdə olan heyvan populyasiyaları üçün qoruqların, milli parkların və digər qorunan ərazilərin yaradılması və idarə edilməsini dəstəkləməlidir;

• Nadir və nəsli kəsilməkdə olan heyvan populyasiyalarının mühafizəsi üzrə məsuliyyətli turizm və cəmiyyətin iştirakı təşəbbüslərini təşviq etməlidir.

Bitki növlərinin mühafizəsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Təbii mühitdə və təbii mühitdən kənar mühafizə səylərinə töhfə verməlidir;

• Tədqiqatları, botanika bağlarının və toxum banklarının yaradılmasını dəstəkləməlidir;

• Yerli növlərdən istifadə edərək meşələrin bərpası və meşəsalma layihələrini həyata keçirməlidir;

• Yaşayış mühitinin bərpası və qorunmasında iştirak etməlidir;

• İnvaziv növlərlə və nəsli kəsilməkdə olan bitkilərin qanunsuz ticarəti ilə mübarizə aparmalıdır;

• Bitkilərin konservasiyası ilə bağlı ictimai maarifləndirmə və təhsili təşviq etməlidir.

Ekosistemin konservasiyası

Qoruqların yaradılması və idarə edilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Biomüxtəlifliyin qorunmasına açıq bir töhfə vermək üçün milli parkların, təbiət qoruqlarının, vəhşi təbiət sığınacaqlarının, qorunan landşaftların və dəniz landşaftlarının yaradılması, idarə edilməsi və nəzarət olunması ilə bağlı tədbirləri nümayiş etdirməlidir;

• Qorunan ərazilər xaricində ekosistemlərin konservasiyasına dayanıqlı torpaq idarəçiliyi, icma əsaslı qoruma və ekoloji bərpa layihələri vasitəsilə töhfə verməlidir;

• Meşə sahələrində karbon ehtiyatlarının və udma səviyyələrinin uzunmüddətli saxlanılmasını, yaxud artırılmasını təmin edən idarəetmə sisteminə uyğun təcrübələri həyata keçirməlidir.

Çaylar, göllər, bataqlıqlar və digər su hövzələrinin bərpası və mühafizəsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Deqradasiyaya məruz qalmış su hövzələrinin bərpa və reabilitasiyasına töhfə verməlidir;

• Bataqlıq və su hövzələrinin qorunmasını dəstəkləməlidir;

• Çirklənmənin azaldılması və qarşısının alınması tədbirləri vasitəsilə suyun keyfiyyətini yaxşılaşdırmalıdır;

• Dayanıqlı su idarəetmə təcrübələrini qəbul etməlidir;

• Ekoturizmi və ictimai maarifləndirməni təşviq etməlidir;

• Su resurslarının qorunması və mühafizəsi sahəsində savadlılığı artırmalıdır.

Növlərin bərpası və sağlamlaşdırılması fəaliyyətləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Meşə, otlaq və bataqlıqlar kimi canlı mühitlərin, eləcə də çirklənmiş torpaqların, mədən yerlərinin və digər deqradasiyaya məruz qalmış mühitlərin bərpasına aydın töhfə verməlidir;

• Torpağın sağlamlaşdırılması, meşəsalma, bitki örtüyünün bərpası və yerli növlərin yenidən təqdim edilməsi kimi təcrübələri əhatə etməlidir;

• Uzunmüddətli ekoloji faydaları təmin etmək üçün dayanıqlı təcrübə və materialların istifadəsini prioritetləşdirməlidir.

Dəniz sahələri və sahilboyu ərazilərin hərtərəfli idarə edilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• İnteqrasiya olunmuş sahil zonası idarəetmə planlarını tətbiq etmək, landşaft planlaması, sahil inkişafını tənzimləmə və deqradasiyaya məruz qalmış sahil ekosistemlərinin bərpası (manqrov meşələri, mərcan rifləri və s.) kimi tədbirləri həyata keçirməlidir;

• Biomüxtəlifliyi qorumaq və dəniz həyatının kritik mühitlərini mühafizə etmək üçün dənizdə mühafizə olunan sahələr yaratmaq və idarə etməlidir (sahil sahəsinin azı 10%-ni qorunan zona kimi müəyyən edilməlidir);

• Tutma hədlərini müəyyən etmə, tutma zamanı təsadüfi tutmanı (bycatch) azaltmaq üçün selektiv ov alətlərindən istifadə və balıq ehtiyatlarının bərpa olunmasına imkan vermək üçün mövsümi bağlanmaları təşviq etmə kimi dayanıqlı balıqçılıq idarəetmə təcrübələrini qəbul etməlidir;

• Çirklənmənin qarşısını almaq üçün tullantı suları üçün təmizləyici qurğularının tikintisi, axıntı idarəçiliyi və suyun keyfiyyətinin monitorinqi daxil olmaqla, çirklənmənin dəniz mühitlərinə daxil olmasının qarşısını almaq üçün çirklənmə üzrə mitiqasiya tədbirlərini müəyyən etməlidir;

• Sahil növlərinin bərpası ilə məşğul olmalıdır, məsələn, dəniz otları yataqlarının, duz bataqlıqlarının, yaxud sahil bataqlıqlarının bərpası, yaxud sahil qumlu düyünlərin sabitləşdirilməsi fəaliyyətlərini həyata keçirməlidir (hədəf növbəti beş il ərzində azı 20% deqradasiyaya məruz qalmış növlərin bərpa edilməsi);

• Dəniz ekosistemlərinin sağlamlığını monitorinq etmək və izləmək, sahil və dəniz sağlamlığının dayanıqlı monitorinqini təmin etmək üçün peyk görüntüləri, dronlar, yaxud suyun keyfiyyəti sensorları kimi texnologiyalardan istifadə etməlidir.

Meşələr

Qorunan meşələrin dayanıqlı idarə edilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Dayanıqlı meşə idarəetməsi üzrə qanunvericiliyə və siyasətlərə riayət etmək, biomüxtəlifliyin və ekosistem xidmətlərinin qorunmasına diqqət yetirməlidir;

• Biomüxtəlifliyin qorunması, nəsli kəsilməkdə olan növlərin mühafizəsi və ekosistem xidmətlərinin saxlanması üçün nəzərdə tutulan mühafizə fəaliyyətlərini daxil etməlidir;

• İnsan təsirini minimallaşdıran və təbii bərpanı təşviq edən idarəetmə planlarının icrası, növlərin regenerasiyası, monitorinq və tədqiqat kimi fəaliyyətləri daxil etməlidir.

Meşələrin qorunmasının dayanıqlı idarə edilməsi

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Su hövzələrinin qorunması, torpağın mühafizəsi və eroziyanın qarşısının alınması kimi spesifik məqsədlər üçün meşələrin qorunmasına xüsusi diqqət yetirərək meşə idarəetməsi üzrə qanunvericiliyə və siyasətlərə riayət etməlidir;

• Torpaq sabitliyini təşviq edən, sürüşmələrin qarşısını alan və meşənin ekosistem xidmətləri göstərmək qabiliyyətini artıran idarəetmə təcrübələrini nümayiş etdirməlidir;

• Müvafiq olduqda meşəsalma və davanıqlı məhsul yığımı texnikalarının istifadəsi kimi fəaliyyətləri daxil etməlidir;

• Meşə sahələrində karbon ehtiyatlarının və mənimsəmə səviyyələrinin uzunmüddətli qorunmasını, yaxud artırılmasını təmin edən idarəetmə sistemi çərçivəsində təcrübələr daxil etməlidir.

Kurort və istirahət meşələrinin dayanıqlı idarə olunması

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Ekoloji pozuntuları aradan qaldıracaq tərzdə həssas ekosistemlərin və növlərin qorunmasını təmin edərək istirahət infrastrukturu (yürüyüş yolları, piknik sahələri, düşərgə yerləri və s.) inkişaf etdirmək və saxlamalıdır;

• Ziyarətçi sayını məhdudlaşdırmaq, tikintidə dayanıqlı materiallardan istifadə etmək və ziyarətçilər üçün ekoloji təhsil proqramlarını təşviq etmək kimi ekoloji cəhətdən faydalı turizm təcrübələrini tətbiq etməlidir;

• Ekoloji tarazlığı qorumaq üçün yerli növləri əkərək və invaziv növləri aradan qaldıraraq meşə içində deqradasiyaya məruz qalmış sahələri bərpa və reabilitasiya etməlidir;

• İstirahət fəaliyyətlərinin ətraf bölgələrə iqtisadi fayda verməsini və eyni zamanda təbii resursların qorunmasını təmin etməklə yerli icmaları meşənin idarə olunması və fəaliyyətində iştirak etməyə cəlb etməlidir;

• Çirklənməni minimallaşdırmaq və resursları qorumaq məqsədilə kurort və istirahət sahələrində tullantıların və su istifadəsinin monitorinqini həyata keçirməli və idarə etməlidir.

Qoruma və baxım

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Meşə yanğınlarının qarşısının alınması və söndürülməsi tədbirlərini, o cümlədən yanğınsöndürmə zolaqlarının yaradılması, nəzarət olunan yanğınlar və yanğın risklərini azaltmaq üçün icma təlim proqramlarını həyata keçirməlidir;

• Meşə sağlamlığını qorumaq üçün monitorinq, bioloji nəzarət metodları və pestisidlərin selektiv istifadəsi vasitəsilə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparmalıdır;

• Ağacların böyüməsini yaxşılaşdırmaq, meşənin dayanıqlığını və məhsuldarlığını artırmaq üçün incələmə və budama işləri həyata keçirməlidir;

• Uzunmüddətli ekoloji tarazlığı təmin etməklə, meşənin sağlamlığını və məhsuldarlığını qorumaq üçün zənginləşdirici əkin və selektiv yığım kimi meşəçilik tədbirlərini tətbiq etməlidir;

• Meşə ekosistem xidmətlərinə, o cümlədən karbonun udulması, biomüxtəlifliyin qorunması və suyun tənzimlənməsi ilə bağlı problemləri müəyyənləşdirməli və həlli üçün mütəmadi meşə sağlamlığı qiymətləndirmələrini həyata keçirməlidir.

Meşələrin yenidən salınması və meşəsalma

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Meşələrin kəsildiyi, yaxud deqradasiyaya məruz qaldığı sahələrdə meşə örtüyünü və ekoloji funksiyaları bərpa etməyə çalışılmalıdır;

• Yeni meşələrin uğurlu yaradılması üçün ekoloji amillərə, sahənin hazırlanmasına, əkilməyə və sonrakı baxıma əsaslanaraq uyğun ağac növlərinin seçilməsi təmin edilməlidir.

 

8. Dairəvi iqtisadiyyat və tullantıların idarə edilməsi

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Hazırlıq,
toplama,
emal və saxlama

Təkrar istifadə oluna bilən, yaxud təkrar emal edilə bilən materialların tullantılarının ayrı toplanması

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantıların ayrılması və identifikasiyası, toplama infrastrukturu və logistika, çirklənmənin idarəedilməsi, ətraf mühit və təhlükəsizlik standartları, resurs səmərəliliyi və optimallaşdırılması ilə bağlı qanunvericiliyə uyğunluq təmin edilməlidir;

•Mənbə üzrə və ya aralıq ayırma müəssisəsində ayrılmış və yenidən istifadə üçün hazırlıq, təkrar emal əməliyyatları və ya enerji bərpa edilməsi məqsədi ilə nəzərdə tutulan təhlükəsiz olmayan tullantıların yığılması və daşınması təmin edilməlidir;

•Tullantı yığımı konteynerləri, ötürmə stansiyaları, nəqliyyat vasitələri və digər əlaqəli infrastruktura malik olmalıdır.

Tullantı poliqonlarına göndərilən tullantıların ayrı-ayrı toplanması

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantıların ayrılması və identifikasiyası, toplama infrastrukturu və logistikası ilə bağlı qanunvericiliyə uyğunluq, çirklənmənin mitiqasiyası, ətraf mühit və təhlükəsizlik standartlarına uyğunluq, resursların effektivliyi və optimallaşdırılması təmin edilməlidir;

• Fəaliyyətlər havanın, suyun və torpağın çirklənməsinin və zərərli emissiyaların qarşısının alınması, yaxud azaldılması tədbirlərini əhatə etməlidir. Layihələr yerli və beynəlxalq ekoloji standartlara və emissiyalar və çirkləndiricilərlə bağlı qaydalara riayət etməlidir.

Tullantıların toplanması infrastrukturu

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantıların ayrılması və identifikasiyası, toplama i̇nfrastrukturu və logistikası ilə bağlı qanunvericiliyə uyğunluq, çirklənmənin mitiqasiyası, ətraf mühit və təhlükəsizlik standartlarına uyğunluq, resursların effektivliyi və optimallaşdırılması təmin edilməlidir;

• Layihə digər regionlar, yaxud sektorlarda miqyaslandırıla və təkrarlana bilən potensiala malik olmalıdır. Miqyaslandırma zamanı resursların mövcudluğu, texnoloji uyğunluq və bazar tələbi nəzərə alınmalıdır;

• Fəaliyyətlər havanın, suyun və torpağın çirklənməsinin və zərərli emissiyaların qarşısını almaq, nəzarət etmək, yaxud azaltmaq üçün tədbirləri əhatə etməlidir. Layihələr yerli və beynəlxalq ekoloji standartlara,emissiyalar və çirkləndiricilərlə bağlı qaydalara uyğun olmalıdır.

Təkrar emal və təkrar istifadə

Materialların təkrar emalı prosesləri

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Layihələr baza ssenari ilə müqayisədə İEYQ emissiyalarında ölçülə bilən azalma nümayiş etdirməlidir (təmiz material istehsalı);

• Materialların bərpa səmərəliliyi mövcud qabaqcıl texnologiyalara (QT) uyğun olmalıdır;

• Layihəyə tullantıların azaldılması və resursların bərpası və təkrar emalın optimallaşdırılması üçün strategiyalar daxil edilməlidir;

• Fəaliyyətlər havanın, suyun və torpağın çirklənməsinin və zərərli emissiyaların qarşısını almaq, idarə etmək, yaxud azaltmaq tədbirlərini əhatə etməlidir. Layihələr emissiyalar və çirkləndiricilərlə bağlı yerli və beynəlxalq ekoloji standartlara və qaydalara riayət etməlidir;

• İnfrastruktura uyğun olmalı, yaxud zəruri təkmilləşdirmələr üçün planlar ehtiva etməlidir. Layihələrin yeni texnologiyaların inteqrasiyası ilə bağlı texniki tələbləri və potensial çətinlikləri qiymətləndirilməlidir.

Materialların təkrar istifadə olunması proseslərinin monitorinqi fəaliyyətləri

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Baza ssenari ilə müqayisədə İEYQ emissiyalarında ölçülə bilən azalma nümayiş etdirməlidir (təmiz material istehsalı). Emissiyaların azalması bərpa olunan enerji istifadəsi, yaxud enerji səmərəliliyinin artırılması ilə daha da yaxşılaşdırıla bilər;

• Layihəyə tullantıları minimuma endirmək və resursların bərpasını və təkrar emalını optimallaşdırmaq üçün strategiyalar daxil edilməlidir;

• Fəaliyyətlər havanın, suyun və torpağın çirklənməsinin və zərərli emissiyaların qarşısını almaq, nəzarət etmək, yaxud azaltmaq üçün tədbirləri əhatə etməlidir. Layihələr emissiyalar və çirkləndiricilərlə bağlı yerli və beynəlxalq ekoloji standartlara və qaydalara uyğun olmalıdır;

• Təşəbbüslər mövcud infrastrukturla uyğun olmalı, yaxud zəruri təkmilləşdirmələr üçün planlar ehtiva etməlidir. Layihələrin yeni texnologiyaların inteqrasiyası ilə bağlı texniki tələbləri və potensial çətinlikləri qiymətləndirilməlidir.

Tullantı sularının idarə edilməsi

Tullantı sularının təmizləyici qurğuları

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantı sularının toplama infrastrukturu, emal prosesləri, çirklənmənin mitiqasiyası, ətraf mühitin təhlükəsizliyi və resursların optimallaşdırılması üzrə qanunvericiliyə uyğunluq təmin edilməlidir;

• Layihələrdə fiziki, bioloji və kimyəvi proseslər və əlavə emal variantları da daxil olmaqla, tullantı sularının təmizlənməsi üçün mövcud qabaqcıl texnologiyalardan istifadə edilməlidir;

• Dəyişdirmə/yeniləmə layihələri tullantı sularının təmizlənməsinin mərkəzləşdirilməsi yolu ilə net İEYQ emissiya azalmasını təmin etməli, bu yolla əvvəlki sanitariya sistemlərini daha yüksək İEYQ emissiyaları ilə əvəz etməlidir.

Tullantı sularından təkrar istifadə və tullantı sularının təkrar emalı

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantı suyu toplama infrastrukturu, emal prosesləri, çirklənmənin idarəedilməsi, ətraf mühitin təhlükəsizliyi və resursların optimallaşdırılması üzrə qanunvericiliyə uyğunluq təmin edilməlidir;

• Layihələr tullantı sularının təkrar emalı üçün fiziki, bioloji, kimyəvi proseslər və əlavə emal variantları daxil olmaqla mövcud QT istifadə etməlidir.

Tullantılardan enerji

Biotullantıların kompostlanması

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Bio-tullantıların toplanması, kompostlaşdırma prosesləri, çirklənmənin idarəedilməsi, ətraf mühit və təhlükəsizlik standartları, eləcə də resursların səmərəliliyi ilə bağlı qanunvericiliyə uyğunluq təmin edilməlidir;

• Tullantılar mənbədə ayrılmalı, ya da azı milli standartlara uyğun olması üçün çirkləndirilməməlidir;

• Kompostlanma vasitəsilə istehsal olunan gübrə torpaq yaxşılaşdırıcı kimi istifadə edilməli, yaxud azı digər məqsədlər üçün istifadə edilmək üçün bərpa oluna bilən olmalıdır.

Tullantı poliqonu qazının tutulması və istifadəsi

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Ətraf mühitin mühafizəsi və təhlükəsizlik standartlarına dair qanunvericiliyə uyğunluq təmin edilməlidir;

• Tullantı qazından təkmilləşdirmədən sonra elektrik enerjisinin istehsalı, istilik enerjisinin istehsalı, yaxud milli şəbəkəyə verilməsi mümkün olmadıqda, tullantı qazı yandırılmalıdır.

Tullantıların yandırılması

Fəaliyyət aşağıdakı meyarlara cavab verməlidir:

• Tullantı xammalının idarə olunması, yandırma prosesləri, hava emissiyalarına nəzarət, enerjinin bərpası, ətraf mühitin təhlükəsizliyi standartları və külün atılması ilə bağlı qanunvericiliyə uyğunluq təmin edilməlidir;

• Dibdəki külün tərkibində olan metalların bərpası mövcud QT-ə uyğun olmalıdır;

• Zavodun ümumi səmərəliliyi mövcud QT-ə uyğun olmalıdır.

 

9. Yaşıl binalar və dayanıqlı inşaat

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Yeni binalar

Yeni yaşayış binaları

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır;

• EDGE sertifikatına malik olmalıdır;

• Binalara enerji tələbinin müəyyən faizini qarşılamaq üçün bərpa olunan enerji mənbələri (günəş, külək, geotermal) daxil edilməlidir;

Yeni kommersiya binaları

• Tikinti materialları spesifik ətraf mühit məhsul bəyannamələri (EPD), yaxud sertifikatlara uyğun olmalıdır;

• Tikinti və söküntü tullantılarını minimuma endirmək üçün tullantıların idarə olunması planı mövcud olmalıdır;

• Binalarda suya qənaət texnologiyaları (aşağı axınlı avadanlıqlar, yağış suyu yığımı və s.) tətbiq edilməlidir;

Yeni sənaye binaları

• Biomüxtəlifliyin artırılması məqsədilə yaşıl damlar, şaquli bağlar nəzərə alınmalıdır.

Mövcud binaların təmiri

Mövcud yaşayış binalarının təmiri

Fəaliyyət bina tikintisi ilə bağlı qanunvericiliyə uyğun olmalıdır.

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır;

• EDGE sertifikatına malik olmalıdır;

Mövcud kommersiya binalarının təmiri

• Təmir edilmiş bina, təmir öncəsi əsas istehlakla müqayisədə enerji istehlakında əhəmiyyətli dərəcədə azalma əldə etməlidir;

Mövcud sənaye binalarının təmiri

• Təmir edilmiş bina, təmir öncəsi əsas istehlakla müqayisədə su istehlakında əhəmiyyətli dərəcədə azalma əldə etmək üçün suya qənaət edən avadanlıqlar və sistemlər daxil etməlidir;

• Təmir materialları spesifik ətraf mühit məhsul bəyannamə sertifikatlarına uyğun olmalıdır.

İnfrastrukturun inkişafı

Yaşıl infrastruktur

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

·  LEED sertifikatına malik olmalıdır;

·  BREEAM sertifikatına malik olmalıdır;

·  EarthCheck sertifikatına malik olmalıdır;

·  EDGE sertifikatına malik olmalıdır;

• Yağış suyu idarəetməsini effektiv şəkildə həyata keçirmək və daşqın risklərini azaltmaq üçün dayanıqlı şəhər drenaj sistemləri tətbiq edilməlidir;

• Layihələr yerli ekosistemləri bərpa etmək, yaxud inkişaf etdirmək, həmçinin biomüxtəlifliyi dəstəkləmək üçün yeni yaşayış mühitləri yaratmağı nəzərdə tutmalıdır;

• Enerji istehlakını minimuma endirmək üçün enerji səmərəli texnologiyalar və dizayn təcrübələri tətbiq edilməlidir;

• Tikinti materiallarının istifadəsi dayanıqlılıq meyarlarına, o cümlədən təkrar emal edilmiş tərkib və aşağı ətraf mühit təsirinə uyğun olmalıdır.

Su idarəetmə sistemləri

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Su idarəetmə sistemləri standart praktikalarla müqayisədə su istehlakında əhəmiyyətli dərəcədə azalma təmin etməlidir;

• Layihələr müxtəlif sektorlarda su resurslarının istifadəsini və idarə edilməsini optimallaşdırmaq üçün İnteqrasiya Olunmuş Su Resursları İdarəetməsi yanaşmasını tətbiq etməlidir;

• Axını azaltmaq və suyun keyfiyyətini artırmaq üçün yağış suyu idarəetmə sistemləri tətbiq edilməlidir;

• Su idarəetmə sistemləri iqlim dəyişikliyi təsirlərinə, o cümlədən ekstremal hava hadisələrinə və dəyişən yağıntı hallarına qarşı dayanıqlı şəkildə layihələndirilməlidir.

Dayanıqlı landşaftlaşdırma

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Əhəmiyyətli sayda landşaft bitkiləri regiona uyğun olan, quraqlığa davamlı növlərdən ibarət olmalıdır;

• Landşaft layihələri damcı suvarma, yaxud ağıllı suvarma idarəediciləri kimi su istehlakını azaldan suvarma sistemlərini tətbiq etməlidir;

• Landşaft layihələri torpağın sağlamlığını qorumaq və eroziyanın qarşısını almaq üçün tədbirləri daxil etməlidir;

• Landşaft layihələri tozlandırıcı bağçalar və vəhşi təbiət üçün yaşayış mühitləri kimi biomüxtəlifliyi artıran xüsusiyyətləri daxil etməlidir;

• Landşaft xüsusiyyətləri üçün dayanıqlı materiallar (yollar üçün təkrar emal olunmuş materiallar və s.) və təcrübələrdən (otlaq sahələrinin azaldılması və s.) istifadə olunmalıdır.

 

10. Yaşıl xidmətlər

 

Kateqoriya

Alt-kateqoriya

Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar

Konsaltinq və xidmətlər

Ətraf mühit və sosial xidmətlər

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Xidmət təminatçısı ətraf mühit və sosial xidmətlərdə peşəkar bilik və müvafiq ixtisasları nümayiş etdirməlidir;

• Maraqlı tərəflərlə əlaqə və proseslərin şəffaflığı saxlanmalı, müntəzəm yeniləmələr və ictimai açıqlamalar verilməlidir;

• Dayanıqlı təcrübələr və uyğunlaşma idarəetmə strategiyaları tətbiq edilməli, ətraf mühitə təsiri minimuma endirmək və sosial rifahı artırmaq məqsədilə istifadə olunmalıdır.

Sertifikatlaşma və etiketləmə

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Məhsulların ətraf mühit üzrə faydalı xüsusiyyətləri barədə şəffaflıq təmin edən aydın etiketləmə olmalıdır (müvafiq sertifikatlaşdırma standartları haqqında ətraflı məlumat daxil olmaqla);

• Məhsullar karbon emissiyalarının, enerji istehlakının və zərərli kimyəvi maddələrin istifadəsinin azaldılması kimi əhəmiyyətli ətraf mühit təsiri təkmilləşdirmələrini nümayiş etdirməlidir.

Enerji səmərəliliyini yaxşılaşdıran xidmətlər

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Xidmətlər istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqini əhatə etməlidir;

• Tövsiyələr enerji səmərəliliyini maksimuma çatdırmaq üçün QT istifadəsini prioritetləşdirməlidir;

• Xidmətlər, enerji idarəçiliyi və auditi sahəsində qəbul edilmiş kvalifikasiyalara malik sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Digər yaşıl xidmətlər, o cümlədən tədqiqat və inkişaf

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Layihələr İEYQ emissiyalarının, enerji istehlakının, su istifadəsinin, yaxud tullantı istehsalının azalması kimi ölçülə bilən ekoloji faydalar təqdim etməlidir;

• Məhsullar, texnologiyalar və xidmətlər dayanıqlılıq və ətraf mühit təsiri üçün müvafiq beynəlxalq standartlara və sertifikatlara (ISO 14001, ISO 50001 və s.) uyğun olmalıdır;

• Dayanıqlılıq sənədlərini təsdiq etmək məqsədilə binalar üçün LEED, məhsullar üçün “Cradle to Cradle”, yaxud xidmətlər üçün “Green Seal” kimi yaşıl sertifikatlar olmalıdır.

Dayanıqlı turizm

Ekoloji turizmin (ekoturizmin) inkişafını təşviq edən məhsul və xidmətlər

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• 300 nəfərdən çox tutuma malik bütün turizm layihələrinin potensial ətraf mühitə təsirləri qiymətləndirilməli və dayanıqlı inkişaf təcrübələrinin həyata keçirilməsini təmin etmək üçün ƏTQ prosedurundan keçirilməlidir;

• Layihələr su və enerji səmərəliliyi, tullantılarının idarə edilməsi və biomüxtəlifliyin qorunması da daxil olmaqla, dayanıqlı resurs idarəetmə təcrübələrindən istifadə edildiyini nümayiş etdirməlidir;

• Layihələr yerli icmaları cəlb etməli və onlardan faydalanmalıdır, ədalətli iş təcrübəsini təmin etməli və yerli mədəniyyət və irsi təşviq etməlidir;

• Layihələr bərpa olunan enerji, dayanıqlı nəqliyyat və karbon tarazlığı proqramlarının istifadəsi ilə karbon izlərini minimuma endirməlidir.

Dayanıqlı turizm

Fəaliyyət aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Beynəlxalq, yaxud yerli səviyyədə akkreditasiya olunmuş təşkilatlar (məs. Qlobal Dayanıqlı Turizm Şurası) tərəfindən verilən dayanıqlı turizm istirahət sertifikatı/etiketi olmalıdır;

• Dayanıqlı Binalar Kateqoriyası üçün müəyyən edilmiş texniki baxış meyarları olmalıdır.

Film nümayişi ilə bağlı fəaliyyətlər aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır.

Konfransların və peşəkar sərgilərin təşkilinə dair fəaliyyətlər aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır.

Teatrlar və konsert salonları ilə bağlı fəaliyyətlər aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır.

İstirahət və əyləncə parkları ilə bağlı fəaliyyətlər aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• LEED sertifikatına malik olmalıdır;

• BREEAM sertifikatına malik olmalıdır;

• EarthCheck sertifikatına malik olmalıdır.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il)

2.       10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il)

3.       16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160445, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il)

4.       23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il)

5.       16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)

6.       28 aprel 2026-cı il tarixli 18/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604281811, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2026-cı il)

7.       4 avqust 2026-cı il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202608040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il)

8.       15 sentyabr 2026-cı il tarixli 39/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202609150393, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2026-cı il) (Bu Qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş dəyişikliklər bu Qərar dərc edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 2.1.4-1 – 2.1.4-8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[2] 4 avqust 2026-cı il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202608040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 2.1.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1.4-2. “yaşıl” fəaliyyət –bu Qaydaya 4 nömrəli Əlavədə qeyd edilən fəaliyyətlər;

 

[3] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 2.1.4-cü yarımbəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.5-ci və 2.1.6-cı yarımbəndlər əlavə edilmişdir.

 

[4] 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.7-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2. Bu Qaydada istifadə olunmuş “istehlak krediti”, “biznes krediti”, “kənd təsərrüfatı krediti”, “restrukturizasiya”, “bazar qiyməti”, “borcun gəlirə nisbəti əmsalı (BGN əmsalı) anlayışları “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “kredit tələbi”, “kreditin təminata olan nisbəti əmsalı” anlayışları “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, “risk iştahası”, “risk profili” və “şok” anlayışları isə “Banklarda korporativ idarəetmə Standartları”nda müəyyən olunmuş mənaları ifadə edir.

 

[6] 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın mətn üzrə ismin müvafiq hallarında “Stress-test” və “stress-test” sözləri ismin müvafiq hallarında “Stres-test” və “stres-test” sözləri ilə əvəz edilmişdir.

 

[7] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 4.3-1-ci bənd əlavə edilmişdir.

 

[8] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 5.4-1 – 5.4-7-ci bəndlər əlavə edilmişdir.

 

[9] 4 avqust 2026-cı il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202608040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 5.4-4-cü bəndin ikinci cümləsinin “bu Qaydaya Əlavə 4-də göstərilən “yaşıl” fəaliyyətə dair” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nda Sektorlar üzrə Texniki Qiymətləndirmə Meyarları cədvəllərinin” sözləri ilə, “bölməsində” sözü isə “sütunlarında” sözü ilə əvəz edilmişdir.

 

[10] 28 aprel 2026-cı il tarixli 18/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604281811, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 5.5-1 – 5.5-4-cü bəndlər əlavə edilmişdir.

 

[11] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[12] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 7.3-cü və 7.4-cü bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7.3. Təminatın qiymətləndirilməsi bu Qaydanın 7.4-cü bəndində göstərilən tələblərə cavab verən müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən aparılır. Qiymətləndiricilər bankın əməkdaşı və ya kənar şəxslər sırasından təyin edilir. Qiymətləndiricilərin siyahısı bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən nəzərdən keçirilir və ən azı ildə bir dəfə onların fəaliyyəti yenidən qiymətləndirilir.

7.4. Qiymətləndiricinin müstəqil və peşəkar olmasının meyarları ən azı aşağıdakılardır:

 

[14] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 7.4.3-cü və 7.4.7-ci yarımbəndləri ləğv edilmişdir.

 

[15] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 7.4-1-ci bənd əlavə edilmişdir.

 

[16] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 7.6-cı bəndindən “kənar” sözü çıxarılmışdır.

 

[17] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 7.7-ci bəndində “qiymətləndiricilərin” sözü “qiymətləndirməni həyata keçirən bank əməkdaşının və ya qiymətləndiricinin” sözləri ilə əvəz edilmişdir.

 

[18] 16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.3. Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi bağlanılır. Kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

[19] 28 aprel 2026-cı il tarixli 18/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604281811, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 8.3-1-ci bənd əlavə edilmişdir.

 

[20] 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160445, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.5. İstehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.

 

[21] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 9.2-1 – 9.2-3-cü bəndlər əlavə edilmişdir.

 

[22] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 9.3-cü bəndinə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[23] 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 13.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

13.2. Stress-testin aparılması bankın risklərin idarə edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Stress-test ən azı 6 (altı) ayda bir dəfədən az olmayaraq aşağıdakı məqsədlər üçün bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən aparılır və onun nəticələri RİK-ə və Müşahidə Şurasına təqdim edilir:

13.2.1. kredit risklərinin idarə edilməsi ilə bağlı siyasətin və daxili qaydaların təkmilləşdirilməsi;

13.2.2. əlavə kapital tələbinin öncədən müəyyən edilməsi;

13.2.3. effektiv fövqəladə hallar planın hazırlanması.

 

[24] 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 13.3-13.7-ci bəndləri ləğv edilmişdir.

 

[25] 16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni məzmunda 13-1-ci hissə əlavə edilmişdir.

 

[26] 16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 1 nömrəli Əlavənin birinci hissəsinə yeni məzmunda 24-cü bənd əlavə edilmişdir.

 

[27] 28 aprel 2026-cı il tarixli 18/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604281811, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na 1 nömrəli Əlavənin 1-ci hissəsinə yeni məzmunda 25-ci bənd əlavə edilmişdir.

 

[28] 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 1 nömrəli Əlavənin ikinci hissəsinin 5-ci bəndinə “qiymətləndirici” sözündən əvvəl “qiymətləndirməni həyata keçirən bank əməkdaşı və ya” sözləri əlavə edilmişdir.

 

[29] 16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na yeni 3 nömrəli Əlavə əlavə edilmişdir.

 

[30] 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 4 nömrəli Əlavə əlavə edilmişdir.

 

4 avqust 2026-cı il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202608040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il) ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 4 nömrəli Əlavəsi ləğv edilmişdir.