“Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında inkişaf üçün Kredit haqqında Sazişin (Pensiya və Sosial Təminat Layihəsi)" təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1.        2004-cü il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında inkişaf üçün Kredit haqqında Saziş (Pensiya və Sosial Təminat Layihəsi)" təsdiq edilsin.

2.      Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3.       Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 11 noyabr 2004-cü il

                     ¹ 518

 

 

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında inkişaf üçün Kredit haqqında

 

SAZİŞ

 

(Pensiya və Sosial Təminat Layihəsi)

 

Bu Saziş Azərbaycan Respublikası (Borcalan) ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) arasında 2004-cü il sentyabrın 23-də imzalanmışdır.

Bununla (A) Borcalan bu Sazişin 2-ci Cədvəlində təsvir olunmuş Layihənin əsaslandırmasını və prioritetliyini qəbul edərək, Assosiasiyaya Layihənin maliyyələşdirilməsində yardım etməsi üçün müraciət edir; və

bununla, Assosiasiya digər məsələlərlə yanaşı, aşağıdakıların əsasında bu Sazişdə əks olunmuş şərt və qaydalar ilə Borcalana Kredit ayırmaq qərarına gəlir;

beləliklə, mövcud tərəflər bununla, aşağıdakı razılaşmaya gəlir:

 

M ad d ə   I

Ümumi şərtlər; Anlayışlar

Bölmə 1.01. Assosiasiyanın 1 yanvar 1985-ci il tarixli "İnkişaf üçün Kredit haqqında Sazişlərə tətbiq olunan Ümumi Şərtlər" (1999-cu il 6 oktyabr tarixli düzəlişlərlə birlikdə) (Ümumi Şərtlər) bu Sazişin ayrılmaz hissəsini təşkil edir. 5.01 Bölməsində aşağıdakı mətn tamamilə çıxarılmışdır:

(a) "(a) Bankın üzvü olmayan ölkələrin ərazilərində xərclər və bu cür ərazilərdə istehsal olunan mallar və ya onlardan təmin olunan xidmətlər hesabına: və ya (b)".

Bölmə 1.02. Mahiyyət etibarilə digər məna nəzərdə tutulduğu hallar istisna olmaqla, Ümumi Şərtlərdə nəzərdə tutulmuş bir neçə termin orada göstərilmiş müvafiq məna daşıyır və aşağıdakı əlavə terminlər bu mənaları ifadə edir:

(a)   "Maliyyə Monitorinqi Hesabatı" və ya "MMH" - bu Sazişin 4.02-ci bölməsinə uyğun olaraq hazırlanmış hər bir hesabatı nəzərdə tutur;

(b)     "Manat" - Borcalanın milli valyutası deməkdir;

(c)     "ƏƏSMN" Borcalanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
deməkdir;

(d)  "ƏƏSMN-nin Əməliyyatlar üzrə Təlimat Kitabı" Layihənin A Hissəsi üçün icra qayda və prosedurları özündə təcəssüm etdirən və mütəmadi olaraq Assosiasiya ilə ƏƏSMN arasında əldə olunan razılıq əsasında düzəlişlər edilə bilən ƏƏSMN-nin LİQ-nin Əməliyyatlar üzrə Təlimat Kitabı deməkdir;

(e)   "ƏƏSMN-nin LİQ" 1 aprel 2004-cü il tarixdə Nazirliyin sərəncamı ilə (Sərəncam ¹  27) yaranmış Borcalanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Layihənin İcrası Qrupu deməkdir;

(f)       "ƏƏSMN-nin Layihə Hesabı" bu Sazişin 6.01 Bölməsinə istinad edən
və Layihənin A və C.l Hissələri üzrə xərclərin Borcalanın payı hesabına maliyyələşdirməsi üçün istifadə olunacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin milli valyutada idarə etdiyi hesab deməkdir.

(g)  "Satınalma üzrə Plan" Layihənin həyata keçirilməsinin ilk 18 aylıq (və
ya daha uzun müddət) dövrünü əhatə edən Borcalanın 16 aprel 2004-cü il tarixli satınalma planı deməkdir. Bu plan Layihənin icrasının növbəti 18 aylıq (və ya daha uzunmüddətli) dövrünü əhatə etmək üçün bu Sazişin 3.02-ci Bölməsinin müddəalarına uyğun olaraq vaxtaşırı yeniləşdiriləcək.

(h) "Xüsusi Hesablar" - bu Sazişin 2.02 (b) Bölməsində istinad olunan hesablardır;

(i) "DSMF" Borcalanın Dövlət Sosial Müdafiə Fondu və ya onun hər hansı varisi deməkdir;

(j) "DSMF-nun Əməliyyatlar üzrə Təlimat Kitabı" Layihənin B Hissəsi üçün icra qayda və prosedurları özündə təcəssüm etdirən və mütəmadi olaraq Assosiasiya ilə DSMF arasında əldə olunan razılıq əsasında düzəlişlər edilə bilən DSMF-nun LİQ-nin Əməliyyatlar üzrə Təlimat Kitabı deməkdir;

(k) "DSMF-nun LİQ" 2 aprel 2004-cü il tarixdə DSMF sədrinin əmri ilə (Əmr Nü 103) yaradılmış DSMF-nun Layihənin İcrası Qrupu deməkdir; və

(1) "DSMF-nun Layihə Hesabı" bu Sazişin 6.01 Bölməsinə istinad edən və Layihənin A və C. 1 Hissələri üzrə xərclərin Borcalanın payı hesabına maliyyələşdirilməsi üçün istifadə olunacaq Dövlət Sosial Müdafiə Fondunun milli valyutada idarə etdiyi hesab deməkdir.

 

Maddə   II

Kredit

Bölmə 2.01. Assosiasiya Borcalana İnkişaf üçün Kredit haqqında Sazişdə müəyyənləşdirilmiş və ya istinad edilən şərtlər və müddət əsasında müxtəlif valyutalarla altı milyon səkkiz yüz min Xüsusi Borcalma Hüquqları (SDR 6.800.000) ekvivalentində məbləği borc verməyə razılaşır.

Bölmə 2.02. (a) Kreditin məbləği Kredit Hesabından bu Sazişin 1-ci Əlavəsinin müddəalarına uyğun olaraq, Layihə üçün tələb olunan mallar, işlər və xidmətlərin əsaslandırılmış dəyəri üzrə çəkilmiş (və ya Assosiasiyanın razılaşdığı halda, çəkiləcək) xərclər üçün çıxarıla bilər.

(b) Borcalan, Layihə məqsədləri üçün bankda Assosiasiya üçün məqbul olan şərt və qaydalar əsasında, o cümlədən qarşılıqlı tələb, müsadirə və ya həbsin qoyulmasına qarşı müdafiə daxil olmaqla, Dollarlarda istifadə olunan iki xüsusi depozit hesabı, biri Layihənin A və C.l Hissələri üçün (Xüsusi Hesab A), o birisi isə Layihənin B və C.2 Hissəsi üçün (Xüsusi Hesab B), açıb istifadə edə bilər. Müvafiq Xüsusi Hesaba yerləşdirilən depozitlər və həmin hesabdan aparılan ödənişlər bu Sazişin 5-ci Əlavəsinin müddəalarına müvafiq şəkildə həyata keçirilməlidir.

Bölmə 2.03. Başa çatma tarixi 28 fevral 2009-cu il və ya Assosiasiyanın təyin edəcəyi hər hansı sonrakı tarix olacaq. Assosiasiya sonrakı belə tarix barədə Borcalana dərhal məlumat verməlidir.

Bölmə 2.04. (a) Borcalan Assosiasiyaya Kreditin çıxarılmamış əsas məbləği üzrə öhdəlik haqqını vaxtaşırı olaraq hər il iyunun 30-da Assosiasiya tərəfindən təyin olunmuş dərəcə ilə, lakin ildə yarım faizdən çox olmamaq şərtilə (1%-in !/2-i) ödəyir.

(b)      Öhdəlik haqqı aşağıdakı qaydada hesablanır: (i) bu Sazişdən altmış
gün sonrakı tarixdən (hesablanmış tarix) Borcalan tərəfindən Kredit Hesabından vəsaitlərin çıxarılacağı və ya kredit hesabının ləğv ediləcəyi müvafiq tarixlərə qədər; və hesablama tarixindən əvvəlki 30 iyun tarixində təyin olunmuş dərəcə ilə və ya yuxandakı (a) bəndinə müvafiq olaraq vaxtaşırı təyin oluna bilən belə digər dərəcələrlə. Hər il iyunun 30-da təyin olunmuş dərəcə növbəti ilin bu Sazişin 2.06-cı Bölməsində göstərilmiş tarixindən etibarən
tətbiq olunur.

(c)   Öhdəlik haqqı aşağıdakı kimi ödənilir: (i) Assosiasiyanın əsaslandırılmış şəkildə xahiş edə biləcəyi yerlərdə; (ii) Borcalan tərəfindən və ya onun ərazisində tətbiq olunan heç bir məhdudiyyət olmadan; və (iii) Ümumi Şərtlərin 4.02-ci Bölməsinin məqsədləri üçün bu Sazişdə müəyyənləşdirilmiş valyutada və ya həmin bölmənin müddəalarına uyğun olaraq vaxtaşırı təyin oluna və ya göstərilə bilən digər belə münasib valyuta və ya valyutalarla.

Bölmə 2.05. Borcalan Assosiasiyaya çıxarılmış və ödənilməli olan Kreditin əsas məbləği üzrə ildə bir faizin dörddə üçü (3/4 of 1%) dərəcəsində vaxtaşırı xidmət haqqı ödəyəcəkdir.

Bölmə 2.06. Öhdəlik və xidmət haqları hər yarım ildə bir dəfə olmaqla, hər ilin 15 mart və 15 sentyabr tarixlərində ödənilir.

Bölmə 2.07. (a) Aşağıdakı (b), (c) və (d) bəndlərinə müvafiq olaraq, Borcalan Kreditin əsas hissəsini yarımillik hissələrlə 15 mart və 15 sentyabr tarixlərində 15 sentyabr 2014-cü il tarixdən başlamaqla və 15 mart 2039-cu il tarixdə başa çatdırmaqla ödəyir. 15 mart 2024-cü il tarixinədək (bu hissə də daxil olmaqla) ödəniləcək hər bir hissə əsas məbləğin bir və bir tam dörddə bir faizi (11/4%) həcmində və bundan sonrakı hər bir hissə əsas məbləğin iki və ikidə bir faizi (2-1/2%) həcmində olacaqdır.

(b) (i) Borcalanın adambaşına düşən məcmu milli məhsulu (MMM) Assosiasiya tərəfindən müəyyənləşdirilməklə üç ardıcıl ildə Assosiasiya tərəfindən onun resurslarına çıxış üzrə müəyyən olunmuş münasiblik meyarından çox olarsa; və (ii) Bank Borcalanı Bank borcları üçün kredit qabiliyyətli hesab edərsə, Assosiasiya onun İcraçı Direktorları tərəfindən baxıldıqdan və təsdiq olunduqdan sonra və onlar tərəfindən Borcalanın iqtisadiyyatının müfəssəl nəzərdən keçirilməsindən sonra yuxarıdakı (a) bəndində göstərilmiş hissələrin ödənilməsini aşağıdakıları etməklə dəyişə bilər:

(A) - Borcalandan Kreditin əsas məbləği ödənilənə qədər ödənilmə vaxtı hələ çatmamış hissələrin iki mislini ödəməyi tələb etməklə; və

(B) - Borcalandan Kreditin əsas hissəsinin ödənilməsinə Assosiasiya tərəfindən (b) bəndində qeyd olunmuş halın baş verməsi barədə Borcalana bildirişin təqdim olunduğu tarixdən altı ay və ya daha uzun müddətin keçməsindən sonraya təsadüf edən və (a) bəndində istinad olunan ilk yarımillik hissənin ödənilməsi tarixindən başlamağı tələb etməklə, bir şərtlə ki, əsas məbləğin ödənilməsinə başlamaq üçün ən azı beş illik güzəşt müddəti başa çatmış olsun.

(c)    Borcalan tərəfindən belə istənilərsə, Assosiasiya yuxarıdakı (b) bəndində qeyd olunan dəyişiklikləri belə hissələrin məbləğlərindəki qismən və ya tam artımları baxımından çıxarılmış və vaxtaşırı ödənilməli olan Kreditin əsas məbləği üzrə Assosiasiya ilə razılaşdırılmış illik dərəcədə faiz ödənişinin daxil edilməsi üçün dəyişə bilər ki, bu da o halda ola bilər ki, belə dəyişiklik yuxarıda adı çəkilmiş ödəniş dəyişiklikliyi çərçivəsində əldə olunmuş qrant elementini dəyişməsin.

(d)   Əgər yuxarıdakı (b) bəndinin şərtlərinin dəyişdirilməsindən hər an
sonra Assosiasiya Borcalanın iqtisadi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müəyyən edərsə və Borcalan tərəfindən xahiş olunarsa, Assosiasiya (a) bəndində göstərilmiş ödəniş cədvəlinə uyğun olmaq üçün ödəniş şərtlərinə yenidən düzəlişlər edə bilər.

Bölmə 2.08. Amerika Birləşmiş Ştatlarının valyutası bununla, Ümumi Şərtlərin 4.02-ci Bölməsinin məqsədləri üçün müəyyən edilir.

 

Maddə   III

Layihənin İcrası

Bölmə 3.01. (a) Borcalan Layihənin bu Sazişin 2-ci Cədvəlində göstərilmiş məqsədlərinə bağlılığım bəyan edir və bu baxımdan Layihəni, ƏƏSMN-nin LİQ vasitəsilə Layihənin A və C. 1 və DSMF-nin LİQ-nun Layihənin B və C.2 Hissələri üçün ciddi və effektiv şəkildə və müvafiq inzibati, maliyyə, mühəndis və ekoloji təcrübəyə uyğun şəkildə həyata keçirir və Layihə üçün tələb olunan vəsaitləri, vasitələri, xidmətləri və digər resursları ehtiyac duyulan kimi tezliklə təmin edəcəkdir.

(b) Bu Bölmənin (a) bəndinin müddəalarına heç bir məhdudiyyət qoymadan və Borcalanla Assosiasiyanın razılaşdığı digər hallar istisna olmaqla, Borcalan Layihəni: i) bu Sazişin 4-cü Cədvəlində qeyd olunan İcra Proqramına; ii) Layihənin A və C. 1 Hissələri üçün ƏƏSMN-nin "Əməliyyatlar üzrə Təlimat”ına; iii) Layihənin B və C.2 Hissələri üçün DSMF-nin "Əməliyyatlar üzrə Təlimat" kitabına uyğun şəkildə həyata keçirir.

Bölmə 3.02. (a) Assosiasiyanın razılaşdığı digər hallar istisna olmaqla, Layihə üçün tələb olunan və Kredit hesabına maliyyələşdiriləcək mallar, işlər və məsləhət xidmətləri bu Sazişin 3-cü Cədvəlinin müddəalarına əsasən tənzimlənir və bu müddəalar Satınalmalar Planında daha ətraflı izah oluna bilər.

(b) Borcalan Satınalmalar Planını Assosiasiya üçün məqbul olan texniki tapşırıqlar əsasında yeniləşdirir və yeniləşdirilmiş variantı əvvəlki Satınalmalar Planının hazırlanmasından 12 aydan gec olmamaqla, təsdiq olunmaq üçün Assosiasiyaya təqdim edir.

Bölmə 3.03. Ümumi Şərtlərin 9.06-cı Bölməsinin məqsədləri üçün və onlar üzərində heç bir məhdudiyyət olmadan, Borcalan:

(a) Assosiasiyaya məqbul qaydalar əsasında Layihənin gələcək fəaliyyəti
planını hazırlayacaq və Assosiasiyaya Başa çatma tarixindən altı (6) aydan gec olmayaraq və ya Borcalanla Assosiasiya arasında bu məqsədlə razılaşdırılmış hər hansı daha gec tarixdə təqdim edəcəkdir; və

(b)   Assosiasiyaya sözügedən plan barədə Borcalanla fikir mübadiləsi aparmaq üçün imkan yaradır.

 

Maddə   IV

Maliyyə Şərtləri

Bölmə 4.01. (a) Borcalan uçot və hesablar da daxil olmaqla, maliyyə idarəetmə sisteminə malik olacaq və Assosiasiya üçün məqbul standartları davamlı şəkildə tətbiq etməklə, Layihə ilə bağlı əməliyyatları, resursları və xərcləri əks etdirmək üçün adekvat maliyyə hesabatlarını hazırlayacaqdır. (b) Borcalan:

(i) bu Bölmənin (a) bəndində istinad olunan maliyyə hesabatlarının hər maliyyə ili üzrə (və ya Assosiasiyanın razılaşdığı digər dövrlər üzrə) Assosiasiya üçün məqbul olan müstəqil auditorlar tərəfindən, Assosiasiya üçün məqbul olan audit standartlarının davamlı olaraq tətbiq olunması yolu ilə audit yoxlamasından keçməsini təmin edir;

(ii) mümkün olan ən tez zamanda, lakin heç bir halda belə bir ilin (və ya Assosiasiyanın razılaşdığı hər hansı dövrün) sonundan altı aydan gec olmamaqla, aşağıdakıları Assosiasiyaya təqdim edir: (A) bu Bölmənin (a) bəndində istinad edilən həmin il (və ya Assosiasiyanın razılaşdığı başqa dövr) üzrə audit yoxlamasından keçmiş maliyyə hesabatlarının təsdiq olunmuş nüsxələrini və (B) belə hesabatlar üzrə sözügedən auditorların Assosiasiya üçün məqbul həcmdə və təfərrüatda rəyini; və (iii) uçot və hesablar, maliyyə hesabatlarının auditi və müvafiq auditorlar barədə Assosiasiyanın vaxtaşırı olaraq əsaslandırılmış şəkildə istəyə biləcəyi bütün əlavə informasiyanı Assosiasiyaya təqdim edir.

(c) Xərclər haqqında Hesabat əsasında Kredit Hesabından çıxarılmış bütün xərclərlə bağlı Borcalan:

(i) Kredit Hesabından sonuncu vəsait çıxarılmasının baş verdiyi maliyyə ili üzrə (və ya həmin ili əhatə edən) audit hesabatının Assosiasiya tərəfindən alınmasından ən azı bir il sonraya qədər belə xərcləri sübut edən bütün qeydləri (müqavilələr, sifarişlər, qaimələr, qəbzlər, çeklər və digər sənədlər) saxlayır; (ii) Assosiasiyanın nümayəndələrinə belə qeydləri nəzərdən keçirməyə şərait yaradır; və

(iii) xərclər haqqında hesabatların bu Bölmənin (b) bəndində istinad edilən hər maliyyə ili üzrə (və ya Assosiasiyanın razılaşdığı digər dövrlər üzrə) audit yoxlamasına daxil edilməsini təmin edir.

Bölmə 4.02. (a) Bu Sazişin 4-cü Cədvəlinin 1-ci bəndində qeyd olunmuş Borcalanın layihənin icrası ilə bağlı hesabatvermə öhdəliklərinə heç bir məhdudiyyət qoyulmadan, Borcalan Layihənin A və C.l Hissələri üzrə ƏƏSMN-nin LİQ-nu və Layihənin B və C.2 Hissələri üzrə DSMF-nin LİQ-un Assosiasiyaya məqbul olan maliyyə monitorinqi hesabatının tərtib olunmasını və Assosiasiyaya təqdim edilməsini təmin edəcəkdir. Burada:

(i) Layihə çərçivəsində vəsaitlərin mənbələri və istifadəsi həm ümumi olaraq, həm də sözügedən hesabatın əhatə etdiyi dövr üzrə göstərilir; Kredit hesabına təmin olunmuş vəsait ayrıca olaraq qeyd olunur və vəsaitin faktiki və planlaşdırılan istifadəsi arasında fərqlər izah olunacaqdır;

(ii) Layihənin icrasında fiziki irəliləyiş həm ümumi olaraq, həm də sözügedən hesabatın əhatə etdiyi dövr üzrə təsvir olunmalı və layihənin  icrasının  faktiki    planlaşdırılan  gedişi   arasında fərqlər izah olunacaqdır; və

(iii) Sözügedən hesabatın əhatə etdiyi dövrün sonuna Layihə çərçivəsində satınalmaların vəziyyəti müəyyənləşdirilməlidir.

(b) İlk MMH kreditin qüvvəyə minmə tarixindən sonra ilk təqvim rübünün sonundan 45 gündən gec olmayaraq, Assosiasiyaya təqdim olunmalı və Layihə çərçivəsində ilk xərcin baş verməsindən ilk təqvim rübünün sonunadək olan dövrü əhatə edir; bundan sonra hər bir MMH növbəti təqvim rübünün başa çatmasından sonra 45 gündən gec olmamaqla, Assosiasiyaya təqdim olunmalı və həmin təqvim rübünü əhatə etməlidir.

 

Maddə   V

Assosiasiyanın Müdafiə Tədbirləri (remediumlar)

Bölmə 5.01. Ümumi Şərtlərin 6.02 (1) Bölməsinə müvafiq olaraq aşağıdakı əlavə tədbirlər qeyd olunur:

(a)    Assosiasiyanın fikrincə, layihənin icrasına maddi və mənfi təsir göstərə biləcək iki LİQ-i yaradan Borcalanın ƏƏSMN-nin 2004-cü il 1 aprel tarixli 27 nömrəli Sərəncamı və DSMF-nin 2004-cü il 2 aprel tarixli 103 nömrəli əmri üçün düzəlişlərin edilməsi, dayandırılması, ləğv olunması və ya qüvvədən düşməsi müəyyənləşdirilmişdir.

(b)   Assosiasiyanın fikrincə, layihənin icrasına maddi və mənfi təsir göstərə biləcək ƏƏSMN-nin Əməliyyatlar üzrə Təlimat Kitabı və DSMF-nin Əməliyyatlar üzrə Təlimat Kitabına düzəlişlər edilməli, dayandırılmalı, ləğv olunmalı və ya qüvvədən düşməlidir.

Bölmə 5.02. Ümumi Şərtlərin 7.01 (h) Bölməsinə müvafiq olaraq aşağıdakı əlavə tədbirlər qeyd olunur, daha doğrusu, bu Sazişin 5.01 Bölməsində göstərilmiş hər hansı tədbir həyata keçiriləcəkdir.

 

Maddə   VI

Qüvvəyə Minmə Tarixi; Xitam Vermə

Bölmə 6.01. Aşağıdakı hallar Ümumi Şərtlərin 12.01 (b) Bölməsinin məzmunu çərçivəsində İnkişaf Krediti üzrə Sazişin qüvvəyə minməsinin əlavə şərti kimi müəyyənləşdirilmişdir:

(a)      Borcalandan, Assosiasiyaya məqbul şərt və qaydalarla bankda Layihənin A və C.l Hissələri üçün ƏƏSMN-nin Layihə Hesabmı və Layihənin B və C.2 Hissələri üçün DSMF-nin Layihə Hesabmı açaraq, hər hesabda 50000 ABŞ doll. Manat ekvivalentini ilkin depozit şəklində yerləşdirməsi tələb olunur;

(b)  Assosiasiyaya məqbul ƏƏSMN-nin Əməliyyatlar üzrə Təlimat Kitabı
və DSMF-nin Əməliyyatlar üzrə Təlimat Kitabı təqdim olunmalı; və

(c)   Assosiasiyanın qaydalarına müvafiq ƏƏSMN-nin LİQ və DSMF-nun
LİQ üçün maliyyə idarəetmə sistemləri formalaşmalıdır.

Bölmə 6.02. Bu Sazişin tarixindən doxsan (90) gün sonrakı tarix bununla Ümumi Şərtlərin 12.04-cü Bölməsinin məqsədləri üçün müəyyən olunur.

 

Maddə   VII

Borcalanın Nümayəndəsi; Ünvanlar

Bölmə 7.01. Borcalanın maliyyə naziri Ümumi Şərtlərin 11.03-cü Bölməsinin məqsədləri üçün Borcalanın nümayəndəsi kimi təyin olunur.

Bölmə 7.02. Ümumi Şərtlərin 11.01-ci Bölməsinin məqsədləri üçün aşağıdakı ünvanlar müəyyənləşdirilir:

 

Borcalan üçün:

 Maliyyə Nazirliyi

     Azərbaycan Respublikası

     Bakı AZ1022

     Səməd Vurğun küçəsi, 83

     Teleks:

     142116 BNKSL

 

Assosiasiya üçün:

                    Beynəlxalq İnkişaf Assosiasiyası

1818 H.Street, N.W.

Washington, D.C. 20433

Amerika Birləşmiş Ştatları

 

    Teleqraf ünvanı:                      Teleks:                                               Faks:

      INDEVAS                                248423 (MCI) və ya                         (202) 477-6391

    Washington, D.C.                    64145(MCI)

 

Bununla, Tərəflər, müvafiq səlahiyyətlərə malik nümayəndələri vasitəsilə, bu Sazişi yuxarıda göstərilmiş gündə və ildə öz adlarından imzalamaqla burada qeyd olunanları təsdiqləmiş olurlar.

 

Azərbaycan Respublikası                                            Beynəlxalq İnkişaf Assosiasiyası

Baş nazirin müavini                                                                        Dünya Bankının Azərbaycan üzrə

Səlahiyyətli nümayəndə                                                                                     ölkə direktoru

                                                                                                           Səlahiyyətli nümayəndə

C-b Elçin ƏFƏNDİYEV                                                                          X-m Donna Douset-Koirolo

 

 

ƏLAVƏ 1

KREDİT VƏSAİTLƏRİNİN İSTİFADƏSİ

 

1. Aşağıdakı cədvəl Kredit vəsaitlərindən maliyyələşdiriləcək Kateqoriyaları, Kreditin hər Kateqoriya üzrə bölgüsünü və hər Kateqoriyada maliyyələşdiriləcək xərclər maddələrinin faizini əks etdirir:

 

                                                     Ayrılmış                          Maliyyələşdiriləcək

                                              Kreditin Məbləği                       Xərclərin %-i

 

                                                      (SDR

                                                ekvivalentində)

 

    (1)           İşlər                                                                                         80%

           (a) A Hissəsi üzrə                      1,083,000

           (b) B Hissəsi üzrə                        602,000

 

   (2)              Mallar

             (a) A və C.1 Hissəsi üzrə           1,380,000                                       55%

             (b) B və C.2  Hissəsi üzrə           1,862,000                                       76%        

 

(3)   Məsləhətçi xidmətləri,                                                                                                        75%

 

        O  cümlədən Audit xidmətləri

        Və qanuni   sosial haqlar

         (a)  A və C.1 Hissəsi üzrə                443,000

          (b) B və C.2  Hissəsi üzrə                384,000

 

(4)  Təlim

 

        (a)  A və C.1 Hissəsi üzrə                  118,000                                              50%

         (b)  B və C.2 Hissəsi üzrə                  160,000                                              80%

 

(5)  Bölüşdürülməmiş :                              768,000

                               

                        Cəmi:                                6,800,000

 

2. Bu Əlavənin məqsədləri üçün:

(a)   "xarici xərclər" dedikdə, Borcalandan başqa hər hansı digər ölkənin valyutasında Borcalanın ərazisindən başqa hər hansı digər ərazidən təchiz olunan mallar və xidmətlər üzrə xərclər başa düşülür;

(b)   "yerli xərclər" dedikdə, Borcalanın valyutasında və ya Borcalanın ərazisindən təchiz olunan mala və xidmətlərə çəkilən xərclər başa düşülür;

(c)      "təlim" dedikdə, Layihə çərçivəsində həyata keçirilən təlim fəaliyyətləri ilə bağlı xərclər başa düşülür, o cümlədən səfərlə bağlı xərclər, təlim keçən və təlim aparanlar üçün gündəlik xərclər, təlim seminar və turları, təlim ocaqlarının, avadanlığın icarəsi, təlim materialları və müvafiq vasitələrin alınması;

(d)   "qanuni sosial ödəmələr" dedikdə, Borcalanın ƏƏSMN-nin LİQ DSMF-nun LİQ işçilərinin müqavilələri üzrə müəyyən etdiyi sosial haqların ödənilməsi başa düşülür; və

3.       Yuxarıdakı 1-ci bəndin müddəalarından asılı olmayaraq, Müqavilə tarixindən əvvəl çəkiləcək xərclərin ödənilməsi üçün vəsait çıxarılmamalıdır.

4.      Assosiasiya aşağıdakı müqavilələr üzrə xərclərə münasibətdə vəsaitin Kredit Hesabından xərclər haqqında hesabatlar əsasında çıxarılmasını tələb edə bilər: (a) hər bir müqavilə üzrə dəyəri 100000 ABŞ dolları ekvivalentindən aşağı   olan işlər üzrə; (b) hər bir müqavilə üzrə dəyəri 100000 ABŞ dolları ekvivalentindən aşağı olan mallar üzrə, birbaşa imzalanan müqavilələr istisna olmaqla; (c) hər bir müqavilə üzrə dəyəri 25000 ABŞ dolları ekvivalentindən aşağı olan fərdi məsləhətçi müqavilələri üçün; (d) hər bir müqavilə üzrə dəyəri 50000 ABŞ dolları ekvivalentindən aşağı olan məsləhətçi şirkətlər ilə müqavilələr üçün; və (e) təlim üçün; bütün hallarda bu, Assosiasiyanın Borcalana məlumat verəcəyi şərtlər əsasında və müddətə aparılmalıdır.

 

LAYİHƏNİN TƏSVİRİ

 

Layihənin məqsədləri Borcalana sosial yardım və dövlət pensiya sistemlərinin təmin edilməsində effektivlik və şəffaflığı təkmilləşdirmək üçün yardım etməkdən ibarətdir.

Layihə aşağıdakı hissələrdən ibarətdir. Bu hissələr aşağıdakı məqsədlərə nail olmaq üçün Borcalan və Assosiasiya arasında mütəmadi olaraq razılışdırılan dəyişikliklərə məruz qala bilər:

H i s s ə A: Sosial yardımın idarə edilməsi

1.        İşlərin, malların, məsləhətçi xidmətlərinin və təlimin təmin edilməsi vasitəsilə   sosial   yardım  üzrə   inteqrasiya  edilmiş   informasiya   sisteminin ƏƏSMN-də hazırlanması.

2.      Malları`n, məsləhətçi xidmətlərinin və təlimin təmin edilməsi vasitəsilə və sosial rifah proqramları çərçivəsində müavinət almaq hüququnu müəyyən etmək üçün istifadə edilən ƏƏSMN-nin metodologiyası da daxil edilməklə, ƏƏSMN-nin işgüzar təcrübə və üsullarının təkmilləşdirilməsi.

3.       Sosial müdafiə üzrə siyasətin formalaşdırılması baxımından məsləhətçi xidmətləri və təlimin vasitəsilə yoxsulluq və ictimai ehtiyac göstəriciləri, həmçinin dövlət və digər inkişaf proqramlarının monitorinqi və qiymətləndirilməsi sahələrində ƏƏSMN-nin potensialının artırılması.

 

H i s s ə B: Sosial sığortanın idarə edilməsi

1.        İşlərin, malların, məsləhətçi xidmətlərinin və təlimin təmin edilməsi vasitəsilə DSMF-də sosial sığorta üzrə inteqrasiya edilmiş məlumatın idarə edilməsi sisteminin hazırlanması.

2.       Malların, məsləhətçi xidmətlərinin və təlimin təmin edilməsi vasitəsilə DSMF-nin (a) sığorta haqlarının yığılması, gəlir və xərclərin monitorinqi, audit funksiyası, pensiyaların idarə olunması və müştəri xidmətləri kimi işgüzar prosesləri və (b) idarəetmə, ümumi və maliyyə idarəetməsi, aktuar potensial, siyasətin təhlili, ictimai əlaqələr və insan resursları da daxil edilməklə, qanuniləşdirilmiş qayda və üsulları baxımından DSMF-nin potensialının artırılması.

 

H i s s ə C: Layihənin idarə edilməsi

1.       Layihənin A Hissəsinin səmərəli icra olunması məqsədləri baxımından ƏƏSMN LİQ-ə yardım etmək üçün texniki yardımın, audit xidmətlərinin və malların təmin edilməsi.

2.      Layihənin B Hissəsinin səmərəli icra olunması məqsədləri baxımından DSMF LİQ-ə yardım etmək üçün texniki yardımın, audit xidmətlərinin və malların təmin edilməsi

Layihənin 2008-ci il avqustun 31-dək başa çatması nəzərdə tutulur.

 

SATINALMA

B ö l m ə I. Ümumi

A. Bütün mallar, işlər və xidmətlər (məsləhətçi xidmətlərindən başqa) 2004-cü ilin mayında dərc olunmuş "BYİB Borcları və BİA Kreditləri çərçivəsində satınalmalar üçün təlimatın"ın (Satınalmalar haqqında təlimat) 1-ci Bölməsinin müddəalarına və bu Əlavənin müddəalarına uyğun olaraq təchiz ediləcək. Borcalan satınalmalar və ya yoxlama üzrə hər hansı bir agentləri işə cəlb edərsə, Satınalmalar Təlimatının 3.10 və 3.11-ci Bölmələrindəki tələblərin yerinə yetirilməsini təmin etməlidir.

B.  Bütün məsləhətçi xidmətləri 2004-cü ilin mayında dərc olunmuş "Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi haqqında Təlimat"ın (Məsləhətçilər haqqında Təlimat) 1-ci Bölməsi, 3.15 - 3.20-ci bəndləri, 4-cü Bölməsi və bu sənədə edilən 2-ci Əlavəyə, həmçinin bu Əlavənin müddəalarına uyğun olaraq təchiz ediləcək.

 

B ö 1 m ə II. Malların, İşlərin və Xidmətlərin (Məsləhətçi Xidmətlərindən başqa) alınmasının xüsusi metodları

A.  Beynəlxalq Müsabiqəli Tender.  Bu Bölmənin B  Hissəsində digər şərtlər göstərilməyincə müqavilələr beynəlxalq müsabiqəli tender əsasında Satınalmalar haqqında Təlimatının 2-ci Bölməsinin müddəalarına, həmçinin aşağıdakı əlavə qayda və üsullara uyğun veriləcək:

Yerli İştirakçılara Üstünlüyün Verilməsi. Satınalma Təlimatının tender təkliflərinin qiymətləndirilməsində yerli iştirakçılara verilən üstünlüyü şərtləndirən 2.55-2.56-cı bəndləri və bu Təlimata aid olan Əlavə 2-nin müddəaları Borcalanın məskunlaşdığı ərazidə istehsal olunmuş mallar və yerli podratçılar tərəfindən görüləcək işlərə şamil ediləcək.

B. Digər satınalma prosedurları.   

1. Milli Müsabiqəli Tender

(a) Ümumi

Hesablanmış dəyəri hər müqavilə üzrə 100000 ABŞ dollarından az olan mallar və işlər Satınalmalar haqda Təlimatın 3.1, 3.3, 3.4, 3.14 və 3.15-ci bəndlərinin müddəalarına uyğun şəkildə və milli müsabiqəli tender əsasında veriləcək müqavilələr çərçivəsində təchiz edilə bilər.

(b) Tender prosedurlarının təkmilləşdirilməsi

Təlimatın 1-ci Bölməsinin şərtinə uyğun olaraq qənaət, səmərəlilik, şəffaflıq və geniş şəkildə ardıcıllığa cavab verməsini təmin etmək üçün:

(i) Tender təkliflərini irəli sürənlərin milliyyəti və/və ya malların mənşəyi baxımından tenderdə iştirak etmək hüququna heç bir məhdudiyyət qoyulmamalıdır.

(ii) Perekvalifikasiya mal və işlər üzrə sadə Satınalmalar üçün istifadə edilməməli və        yalnız irimiqyaslı layihələrdəki işlər üzrə aparılmalıdır.

         (iii)Dövlətin və ya Dövlət rəsmisi hər hansı bir müəssisənin səhmdar kapitalında istənilən paya sahib olarsa, bu müəssisələr ticarət hüquqları əsasında fəaliyyət göstərdikləri, həmçinin qanuni və maliyyə baxımından muxtar olduqları sübut edilməyincə və ya edilə bilməyincə, Hökumət üçün keçirilən tenderlərdə iştirak dəvəti almayacaqlar.

(iv)  Məhsulların və ya əməyin mənşəyi baxımından heç bir milli üstünlük tətbiq edilə bilməz.

(v) Birgə müəssisələrin partnyorları öhdəlikləri üzrə birgə və ayrı-ayrılıqla məsuliyyət   daşımalıdır.

(vi)  Tenderdə sənədlərin alınması üzrə tender iştirakçılarından heç bir "iştirak haqqı" tələb edilməyəcək. Xərclər yalnız tender sənədlərinin hazırlanması (surətinin çıxarılması) üzrə çəkilən məbləğə bərabər olacaq.

         (vii) Tender təkliflərinin qiymətləndirilməsində təkliflər təklif qiymətləri müvafiq büdcəni aşmayınca tədarük edən şəxs tərəfindən hesablanmış qiymətlərdən xeyli fərqləndikdə belə, rədd edilə bilməz.

              (viii) Assosiasiyanın əvvəlcədən razılığı olmadıqda təklif təkrar edilə bilməz.

         (ix)  Müddəti 18 aydan çox olan işlər üzrə müqavilələr qiymətin tənzimlənməsi  üzrə müvafiq şərtləri özündə əks etdirəcək.

        (x)  Assosiasiyanın əvvəlcədən razılığı icra zamanı müqavilə çərçivəsində və şərtlərində edilən hər hansı bir dəyişiklik üçün tələb ediləcək.

2.      Şoppinq. Hesablanmış dəyəri hər müqavilə üzrə 100000 ABŞ dollarından az olan mallar və 50000 ABŞ dollarından az olan işlər Təlimatın 3.1 və 3.5-ci bəndlərinin müddəalarına uyğun şəkildə və alğı-satqı qaydaları əsasında veriləcək müqavilələr çərçivəsində təchiz edilə bilər.

3.      Birbaşa müqavilənin bağlanması. Satınalmalar üzrə Təlimatın 3.1, 3.6 və 3.7-ci bəndlərində istinad edilən birbaşa müqavilənin bağlanması üzrə tələblərə cavab verən mal və xidmətlər, Assosiasiyanın razılığının əvvəlcədən verilməsi şərtilə, qeyd olunmuş bəndlərin müddəalarına uyğun olaraq təmin edilə bilər.

 

B ö l m ə III. Məsləhət xidmətlərinin satın alınması üçün xüsusi metodlar

A. Keyfiyyət və Dəyər əsasında Seçim. Bu Bölmənin B Hissəsində digər
şərtlər göstərilməyincə, məsləhətçi xidmətlərinin təchizatı Məsləhətçi haqqında Təlimatın 2-ci Bölməsinin müddəalarına və aşağıdakı tələbə uyğun olaraq keyfiyyət və dəyər əsasında verilmiş müqavilələr çərçivəsində aparılacaq, Məsləhətçi haqqında Təlimatın 2.7-ci bəndi baxımından hesablanmış dəyəri hər müqavilə üzrə 100000 ABŞ dollarından az olan xidmətlər göstərən məsləhətçilərin qısa siyahısı tamamilə yerli məsləhətçilərdən təşkil edilə bilər.

B.  Digər qayda və üsullar.

1.       Fiksə olunmuş büdcə çərçivəsində seçim. İctimai informasiyanın yayılması üzrə xidmətlər Məsləhətçi haqqında Təlimatın 3.1 və 3.5-ci bəndlərinin tələblərinə uyğun olaraq fiksə olunmuş büdcə əsasında bağlanan müqavilələr çərçivəsində təchiz edilə bilər.

2.     Ən Aşağı Qiymət Əsasında Seçim. Audit üzrə xidmətlər Məsləhətçi haqqında Təlimatın 3.1 və 3.6-cı bəndlərinin tələblərinə uyğun olaraq ən aşağı dəyər əsasında bağlanılan müqavilələr çərçivəsində təchiz edilə bilər.

3.     Məsləhətçinin kvalifikasiyası əsasında seçmə. Hesablanmış dəyəri hər müqavilə üzrə 100000 ABŞ dollarından az olan xidmətlər Məsləhətçi haqqında Təlimatın 3.1, 3.7 və 3.8-ci bəndlərinin müddəalarına uyğun şəkildə imzalanmış müqavilələr çərçivəsində təchiz edilə bilər.

4.     Fərdi Məsləhətçilər. Məsləhətçi haqqında Təlimatın 5.1-ci bəndinin 1-ci cümləsində şərh edilmiş tələblərə cavab verən tapşırıqlar üzrə görülən xidmətlər Məsləhətçi haqqında Təlimatın 5.2-5.3-cü bəndlərinin tələblərinə uyğun olaraq fərdi məsləhətçilərə verilmiş müqavilələr çərçivəsində təchiz edilə bilər. Məsləhətçi haqqında Təlimatın 5.4-cü bəndində təsvir edilmiş hallarda bu kimi müqavilələr Assosiasiyanın əvvəlcədən razılığı baxımından yuxanda qeyd edilmiş bəndin tələblərinə uyğun olaraq və müstəsna mənbə əsasında fərdi məsləhətçilərə verilə bilər.

 

B ö 1 m ə IV. Satınalmalar barədə qərarlara Assosiasiya tərəfindən baxılması

A. İlkin Baxış

Assosiasiyanın Borcalana verdiyi bildirişdə başqa şərtlər müəyyənləşdirilməyincə, ilkin baxışla bağlı aşağıdakı qayda və üsullar tətbiq ediləcək:

 

1. Mallar, İşlər və Xidmətlər (Məsləhətçi Xidmətləri İstisna Olmaqla)

 

(a)      Satınalmalar üzrə Təlimatda Əlavə 1-in 2, 3 və 5-ci bəndlərində şərh edilmiş ilkin baxış üzrə qayda və üsullar aşağıdakılara şamil ediləcək: (i) Beynəlxalq müsabiqəli tender əsasında təchiz edilmiş mallar üzrə bütün müqavilələr və (ii) Milli müsabiqəli tender əsasında Layihənin A və B Hissələrinin hər birinin çərçivəsində təchiz ediləcək işlər üzrə ilk üç müqavilə.

(b)      Aşağıdakı ilkin baxış üzrə qayda və üsullar Layihənin A və B Hissələrinin müqavilənin birbaşa imzalanması əsasında təchiz ediləcək işlər üzrə hər müqaviləyə, şoppinq əsasında təchiz ediləcək mallar üzrə ilk üç müqaviləyə və işlər üzrə ilk üç müqaviləyə şamil ediləcək: (i) Müqavilənin icrasından əvvəl Borcalan Assosiasiyanın razılığını almaq üçün onu texniki xüsusiyyətlərin surəti və müqavilənin layihəsi ilə təmin edəcək; (ii) Müqavilə yalnız Assosiasiyanın razılığı alındıqdan sonra podratçıya veriləcək; və (iii) Təlimata edilən Əlavə 1-in 2[(h)] və 3-cü bəndlərində şərh edilmiş qayda və üsullar tətbiq ediləcək.

 

2. Şirkətlər Tərəfindən Təmin Edilmiş Məsləhətçi Xidmətləri

 

Məsləhətçi haqqında Təlimata Əlavə 1-in 2, 3 və 5-ci bəndlərində şərh edilmiş ilkin baxış üzrə qayda və üsullar şirkətlər tərəfindən seçilmiş məsləhətçilərə aşağıdakı hallarda tətbiq edilməlidir: (a) hesablanmış dəyəri 50000 ABŞ dolları və daha yuxarı olan hər müqavilə üçün; (b) 50000 ABŞ dollarından dəyəri daha aşağı olan ilk üç müqavilə üçün; (c) ən aşağı dəyər üzrə seçilmiş ilk müqavilə üçün; və (d) fiksə edilmiş büdcə üzrə seçilmiş hər müqavilə üçün.

 

3. Fərdi Məsləhətçilər Tərəfindən Təmin Edilmiş Məsləhətçi Xidmətləri

 

(a)   Aşağıdakı ilkin baxış üzrə qayda və üsullar hesablanmış dəyəri 25000
ABŞ dolları və daha yuxarı olan hər müqavilə və dəyəri 25000 ABŞ dolların
dan az olan ilk üç müqavilə üzrə fərdi məsləhətçilərin işə cəlb edilməsi üzrə və daha yüksək məbləğə bərabər olan (müstəsna mənbə əsasında seçiləcək məsləhətçilər istisna olmaqla) hər müqaviləyə tətbiq ediləcək: (i) namizədlərin ixtisaslaşmasının və səriştəsinin müqayisəsi, texniki tapşırıq və məsləhətçinin işə cəlb edilməsi şərtləri üzrə hesabat ilkin baxış və razılıq üçün Assosiasiyaya təqdim ediləcək; (ii) müqavilə yalnız Assosiasiyanın razılığı alındıqdan sonra podratçıya veriləcək; və (iii) Məsləhətçi haqqında Təlimata edilən Əlavə 1-in 3 və 5-ci bəndlərinin tələbləri müqaviləyə şamil ediləcək.

(b)   Aşağıdakı ilkin baxış üzrə qayda və üsullar müstəsna mənbə əsasında seçiləcək fərdi məsləhətçinin işə cəlb edilməsi üzrə hər müqaviləyə tətbiq ediləcək: (i) məsləhətçilərin ixtisaslaşması, səriştəsi, texniki tapşırıq və işə cəlb edilməsi şərtləri ilkin baxış və razılıq üçün Assosiasiyaya təqdim ediləcək; (ii) müqavilə yalnız Assosiasiyanın razılığı alındıqdan sonra podratçıya veriləcək; və (iii) Məsləhətçi haqqında Təlimata edilən Əlavə 1-in 3-cü
bəndinin tələbləri müqaviləyə şamil ediləcək.

B. Sonrakı Baxış

1.        Bu Bölmənin A Hissəsi ilə tənzimlənməyən mallar, işlər və ya xidmətlər (Məsləhətçi xidmətləri istisna olmaqla) üzrə hər bir müqaviləyə gəldikdə, Satınalmalar haqda Təlimata edilən Əlavə 1-in 4-cü bəndində şərh edilmiş sonrakı baxış üzrə qayda və üsullar tətbiq ediləcək.

2.       Bu Bölmənin A Hissəsi ilə tənzimlənməyən məsləhətçi xidmətləri üzrə hər bir müqaviləyə gəldikdə, Məsləhətçi haqqında Təlimata edilən Əlavə 1-in 4-cü bəndində şərh edilmiş sonrakı baxış üzrə qayda və üsullar tətbiq ediləcək.

 

ƏLAVƏ 4

İCRA PROQRAMI

 

1. Borcalan:

(a)    Assosiasiya üçün məqbul olan göstəricilərə uyğun Layihənin həyata
keçirilməsi və buradan irəli gələn məqsədlərə nail olmanın cari gedişat əsa
sında yoxlanılmasını və qiymətləndirilməsini mümkün etmək üçün müvafiq iş xətti və qayda və üsulları qoruyub saxlayacaq;

(b)   Assosiasiya üçün məqbul olan texniki tapşırıq üzrə bu Bölmənin (a) bəndinə müvafiq aparılmış yoxlama və qiymətləndirmə işlərinin Layihənin icrasında əldə edilmiş irəliləmə üzrə nəticələrini cəmləşdirən və aşağıda göstərilən tarixdən əvvəlki dövrü əhatə edən hesabatı hazırlayacaq və onu 30 sentyabr 2006-cı il və ya təxminən bu tarixdə Assosiasiyaya təqdim edəcək, həmçinin Layihənin səmərəli qaydada həyata keçirilməsini təmin edən tövsiyə şəklində verilmiş tədbirləri və bundan irəli gələn və yuxarıda göstərilmiş tarixdən sonrakı dövrdə məqsədlərə nail olmanı şərh edəcək;

(c) Bu Bölmənin (b) bəndinə istinad edilən hesabatı 2006-cı il dekabrın 31-dək və ya Assosiasiyanın təklif etdiyi hər hansı bir sonrakı tarixə qədər Assosiasiya ilə birlikdə təhlil edəcək və bundan sonra Layihənin səmərəli qaydada başa çatmasını və buradan irəli gələn məqsədlərə nail olmanı təmin etmək üçün tələb olunan və qeyd edilmiş hesabatın nəticələri və tövsiyələri, həmçinin Assosiasiyanın məsələ ilə bağlı mövqeyinə əsaslanan bütün tədbirləri görəcək.

2.        Layihə bitməyincə Borcalan, Assosiasiya üçün məqbul olan resurslar, işçi heyəti, imkanlar və vəzifələrlə yanaşı, ƏƏSMN LİQ və DSMF LİQ-i saxlayacaq.

3.        2004-cü il 1 oktyabr tarixinədək Borcalan, Assosiasiya üçün məqbul olan arxitektor və informasiyanın idarə edilməsinə   informasiya texnologiyaları üzrə mütəxəssisin ƏƏSMN LİQ və DSMF LİQ çərçivəsində göstərilmiş qaydada işə götürülməsinə şərait yaradacaq.

4.       2004-cü il 31 dekabr tarixinədək Borcalan, Assosiasiya üçün məqbul
olan auditor seçmişdir.

 

 

ƏLAVƏ 5

XÜSUSİ HESABLAR

 

1. Bu Əlavənin məqsədləri baxımından:

(a)      "qanuni kateqoriyalar" termini dedikdə, A Xüsusi Hesab baxımından bu Sazişin Əlavə 1-dəki 1-ci bəndinin cədvəlində şərh edilmiş l(a), 2(a), 3(a) və 4(a) Kateqoriyalar nəzərdə tutulur, B Xüsusi Hesab baxımından isə bu Sazişin Əlavə 1-dəki 1-ci bəndində şərh edilmiş l(b), 2(b), 3(b) və 4(b) Kateqoriyalar nəzərdə tutulur;

(b)      "qanuni xərclər" termini dedikdə, layihə üçün tələb edilən mallar və xidmətlərin mötədil dəyəri və bu Sazişin Əlavə 1-in tələblərinə uyğun şəkildə müntəzəm olaraq yararlı Kateqoriyalar üzrə ayrılmış Kredit məbləğlərindən maliyyələşdiriləcək xərclər nəzərdə tutulur; və

(c)   "İcazə Verilmiş Ayırmalar" termini dedikdə, Layihənin A və C. 1 Hissələri üçün A Xüsusi Hesabı baxımından 300000 ABŞ dolları məbləğinə bərabər olan vəsait və B və C.2 Hissələri üçün B Xüsusi Hesabı baxımından 300000 ABŞ dolları məbləğinə bərabər olan vəsait nəzərdə tutulur ki, bu məbləğlər sözügedən Əlavənin 3(a) bəndinə müvafiq olaraq Kredit Hesabından çıxarılaraq Xüsusi Hesablara yatırılır. Lakin şərtləndirilir ki, Assosiasiya
başqa cür razılığa gəlməyincə, İcazə Verilmiş Ayırmalar Layihənin A və C. 1
Hissələri üçün A Xüsusi Hesabı baxımından 150000 ABŞ dolları məbləğinə
bərabər olan vəsaitlə və B və C.2 Hissələri üçün B Xüsusi Hesabı baxımından 150000 ABŞ dolları məbləğinə bərabər olan vəsaitlə məhdudlaşacaq ki, buradan da irəli gələn aşağıdakı şərtlər üzrə yəni: (i) A Xüsusi Hesabı baxımından Layihənin A və C.l Hissələri üçün Ümumi Şərtlərin 5.02-ci Bölməsinə müvafiq olaraq Assosiasiya tərəfindən Kredit Hesabından götürülən və l(a), 2(a), 3(a) və 4(a) Kateqoriyalarına ayrılan ümumi məbləğ daxil edilmiş və ödənilməmiş bütün xüsusi öhdəliklərlə birlikdə təşkil edən yekun məbləğin cəmi SDR 1,500,000 məbləğinin ekvivalentinə bərabər və ya ondan artıq olacaq; və (ii) B Xüsusi Hesabı baxımından Layihənin B və C.2 Hissələri üçün Ümumi Şərtlərin 5.02-ci Bölməsinə müvafiq olaraq Assosiasiya tərəfindən Kredit Hesabından götürülən və l(b), 2(b), 3(b) və 4(b) Kateqoriyalarına ayrılan ümumi məbləğ daxil edilmiş və ödənilməmiş bütün xüsusi öhdəliklərlə birlikdə təşkil edən yekun məbləğin cəmi SDR 1,500,000 məbləğinin ekvivalentinə bərabər və ya ondan artıq olacaq.

2.  Müvafiq  olan  Xüsusi  Hesabdan  ödənişlər müstəsna  olaraq yararlı xərclər üçün bu Əlavənin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

3. Assosiasiya müvafiq olan Xüsusi Hesabın tələb olunan qaydaya uyğun
açılması ilə bağlı qənaətbəxş sübut aldıqdan sonra müvafiq Xüsusi Hesabı doldurmaq üçün İcazə Verilmiş Ayırmalardan vəsaitlərin götürülməsi və vəsaitlərin sonradan götürülməsi aşağıdakı kimi aparılmalıdır:

(a)    İcazə Verilmiş Ayırmadan vəsaitin götürülməsi üçün Borcalan İcazə
Verilmiş Ayırmanın ümumi məbləğindən çox olmayan məbləğ və ya məbləğləri müvafiq Xüsusi Hesabda yerləşdirmək üçün Assosiasiyaya bir və ya bir neçə müraciət təqdim edəcək. Bu kimi müraciət və ya müraciətlər əsasında Assosiasiya Borcalanın adından Borcalanın müraciət edəcəyi kimi Kredit hesabından vəsaiti götürərək onu müvafiq Xüsusi Hesabda yerləşdirəcək.

(b)   (i) Müvafiq Xüsusi Hesabın doldurulması üçün Borcalan müvafiq Xüsusi Hesaba vəsaitin qoyulması ilə bağlı müraciətlərini Assosiasiyaya onun dəqiqləşdirəcəyi intervallarda təqdim edəcək. (ii) Bu kimi hər müraciətdən əvvəl və ya onun edilməsi zamanı Borcalan hesabın hansı şəkildə müraciət edilən tamamlanması baxımından ödəniş və ya ödənişlər üçün bu Əlavənin 4-cü bəndinə müvafiq olaraq tələb olunan sənədləri və digər sübutları Assosiasiyaya təqdim edəcək. Bu kimi hər müraciətin əsasında Assosiasiya Borcalanın adından Borcalanın müraciət edəcəyi, həmçinin yararlı xərclər üçün müvafiq Xüsusi Hesabdan ödənilməli olan sözü-gedən sənədlərdə və digər məlumatlarda göstərəcəyi məbləği Kredit Hesabından götürərək onu müvafiq Xüsusi Hesabda yerləşdirəcək. Bu kimi bütün depozitlər sözügedən sənədlər və sübut kimi gətirilən digər məlumatlarda əsaslandırılacağı kimi, müvafiq yararlı Kateqoriyalar çərçivəsində və müvafiq məbləğlərə bərabər həcmdə Assosiasiya tərəfindən Kredit Hesabından götürüləcək.

4. Borcalan tərəfindən müvafiq Xüsusi Hesabdan ediləcək hər bir ödəniş üzrə Borcalan Assosiasiyaya onun münasib şəkildə müraciət edəcəyi istənilən vaxtda bu kimi ödənişin müstəsna olaraq yararlı xərclər üçün edildiyini əks etdirən bu kimi sənədlər və sübut kimi gətirilən digər məlumatları təqdim edəcək.

         5. Bu Əlavənin 3-cü bəndinin tələblərindən asılı olmayaraq, Assosiasiya aşağıdakı hallarda Xüsusi Hesaba depozitlər yerləşdirmir:

(a)    əgər hər hansı vaxtda, Assosiasiya müəyyənləşdirərsə ki, Ümumi Şərtlərin V maddəsi və bu Sazişin 2.02-ci bəndinin (a) bəndinə uyğun olaraq bundan sonra vəsaitin çıxarılması Borcalan tərəfindən birbaşa olaraq Kredit Hesabından aparılmalıdır;

(b)   əgər Borcalan bu Sazişin 4.01 (b)(ii) bəndində müəyyənləşdirilmiş müddətdə Assosiasiyaya həmin bəndə uyğun olaraq Xüsusi Hesabın uçotunun və hesablarının auditi ilə bağlı audit hesabatlarını təqdim etməmişdirsə;

(c)    əgər hər hansı vaxtda, Assosiasiya Ümumi Şərtlərin 6.02-ci Bölməsinin müddəalarına uyğun olaraq, Borcalanın Kredit Hesabından vəsait çıxarmaq hüququnu tam və ya qismən dayandırmaq niyyəti barədə Borcalana məlumat verərsə; və ya

(d)   Kreditin qanuni kateqoriyalar üçün ayrılmış, lakin hesabdan çıxarılmamış məbləği minus Ümumi Şərtlərin 5.02-ci Bölməsinə müvafiq olaraq Layihə ilə bağlı Assosiasiyanın öz üzərinə götürdüyü xüsusi öhdəliklərin ümumi məbləği icazə verilmiş ayırmanın məbləğinin iki mislinə bərabər olduğu halda.

Bundan sonra Kreditin qanuni kateqoriyalara ayrılmış, lakin hesabdan çıxarılmamış qalan məbləğinin Kredit Hesabından çıxarılması Assosiasiyanın Borcalana məlumat verməklə müəyyənləşdirəcəyi prosedurlara uyğun şəkildə aparılacaq. Vəsaitin bundan sonra çıxarılması yalnız o zaman mümkün olacaq ki, Assosiasiya Xüsusi Hesabda depozitləşdirilmiş qalıq məbləğinin yalnız qanuni xərclər üçün istifadə olunmasına əminlik hasil etsin.

6. (a) Hər hansı vaxtda Assosiasiya müəyyənləşdirərsə ki, Xüsusi Hesabdan ödəniş: (i) bu Əlavənin 2-ci bəndinə uyğun olaraq qanuni olmayan xərclər üçün və ya qanuni olmayan məbləğlərdə edilmişdir; və ya (ii) Assosiasiyaya təqdim edilmiş sübutlarla əsaslandırılmamışdır, bu zaman Borcalan Assosiasiyanın bildirişini aldıqdan dərhal sonra: (A) Assosiasiyanın xahiş edə biləcəyi əlavə sübutu təqdim edir; və ya (B) ödəniş məbləğinə və ya onun qanuni olmayan və ya əsaslandırılmamış hissəsinə bərabər olan məbləği Xüsusi Hesabda yerləşdirir (və ya Assosiasiya xahiş edirsə, ona qaytarır). Assosiasiya başqa cür müəyyənləşdirməzsə, Borcalan belə sübutları təqdim etməyənə qədər və ya vəsaiti depozitləşdirməyənə və ya qaytarmayana qədər BİA Xüsusi Hesaba heç bir yeni depozit qoymur.

(b)   Hər hansı vaxtda Assosiasiya müəyyənləşdirərsə ki, Xüsusi Hesabda qalan vəsait qanuni xərcləri ödəmək, əlavə ödənişlər üçün tələb olunmayacaq, Borcalan Assosiasiyanın müraciəti əsasında belə qalan vəsaiti dərhal Assosiasiyaya qaytarır.

(c)       Borcalan, Assosiasiyaya bildirməklə, Xüsusi Hesabda yerləşdirilmiş vəsaiti bütünlüklə və ya qismən Assosiasiyaya qaytara bilər.

(d)   Bu Əlavənin 6 (a), (b) və (c) bəndlərinə uyğun olaraq Assosiasiyaya qaytarılmış vəsaitlər sonrakı istifadə və ya bu Sazişin, o cümlədən Ümumi Şərtlərin müvafiq müddəalarına uyğun olaraq ləğv olunmaq üçün Kredit Hesabına yerləşdirilir.