Azərbaycan Respublikasının bəzi
rayonlarının inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
I. Azərbaycan Respublikasının
aşağıdakı rayonlarının inzibati ərazi
bölgüsündə dəyişikliklər edilsin:
Ağcabədi rayonu üzrə:
Şahsevən kəndi Muğanlı kənd inzibati ərazi
dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla, Şahsevən kənd inzibati ərazi vahidi yaradılsın.
Goranboy rayonu üzrə:
Qızılhacılı qəsəbə inzibati ərazi
dairəsi tərkibindəki Ballıqaya kəndi Aşağı Ballıqaya kəndi adlandırılsın.
Yuxan Ağcakənd qəsəbə inzibati ərazi
dairəsi tərkibindəki Ballıqaya kən-di Yuxan Ballıqaya kəndi adlandırılsın.
Balakürd
kəndi Qızılhacılı qəsəbə inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq,
həmin kənd mərkəz olmaqla, Balakürd kənd inzibati
ərazi vahidi yaradılsın.
Rəhimli kəndi
Veyisli kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılaraq, hə-min kənd mərkəz
olmaqla, Rəhimli kənd inzibati ərazi vahidi
yaradılsın.
Şuşa rayonu üzrə:
Kirov kənd inzibati ərazi dairəsi tərkibindəki
Kirov kəndi Kiçik Qaladərəsi
kəndi adlandırılsın, Kirov kənd inzibati ərazi
dairəsi Qaladərəsi kənd inzibati
ərazi dairəsi adlandırılsın.
Ucar rayonu üzrə:
Xələc kəndi Lək kənd inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd
inzibati ərazi vahidi yaradılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 dekabr 2004-cü il
¹ 803-IIQ