Yaşayış minimumu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun
müəyyənləşdirilməsinin, ona dövlət təminatının,
ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun
yüksəldilməsinin prinsiplərini və qaydalarını
müəyyən edir.
M a d d ə 1 . Əsas
anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan
əsas anlayışlar aşağıdakılardır:
1.0.1. minimum istehlak
səbəti - insanın sağlamlığının və həyat
fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və
xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş
toplusu;[1]
1.0.2. yaşayış minimumu -
minimum istehlak səbətinin dəyəri və icbari
ödənişlərin cəmindən ibarət sosial norma;
1.0.3. əhalinin əsas
sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə,
sosial vəziyyətlərinə görə fərqlənən
əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar,
əlilliyi olan şəxslər,
uşaqlar və s);[2]
1.0.4. ailə -
qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər
xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan,
ümumi ev təsərrüfatına malik şəxslər və yaxud
tənha yaşayan şəxslər;
1.0.5. ailədə
adambaşına düşən orta gəlir - ailənin məcmu
gəlirlərinin ailə üzvlərinin sayına nisbəti;
1.0.6. aztəminatlı
ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün
ehtiyac meyarının məcmusundan aşağı olan ailə;[3]
1.0.7. ünvanlı dövlət
sosial yardımı - aztəminatlı ailələrə dövlət
tərəfindən göstərilən pul yardımı;[4]
1.0.8. minimum əmək
haqqı – ölkədə iqtisadi inkişafın tələbləri,
məhsuldarlıq, orta aylıq əməkhaqqı, pul vahidinin alıcılıq
qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas
sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi,
məşğulluq səviyyəsinin yüksəldilməsi və
saxlanılması nəzərə alınmaqla işçilərin və onların
ailələrinin tələbatına uyğun ixtisassız
əməyə və xidmətə görə aylıq əmək
haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial
normativ;[5]
1.0.9. ehtiyac meyarı -
əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə dövlət büdcəsi ilə
birgə hər il üçün təsdiq olunan hədd;[6]
1.0.10. sosial
sahəyə aid müəssisələr - sosial xidmət
müəssisələri, dövlət reabilitasiya
müəssisələri və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum).[7]
M a d d ə 2 . Yaşayış
minimumunun təyinatı
2.0. Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün
istifadə olunur:
2.0.1. aztəminatlı ailələrə ünvanlı dövlət
sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında
və tətbiqində;[8]
2.0.2. aztəminatlı ailələrin rifahının
yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının
hazırlanmasında;[9]
2.0.3. əhalinin həyat səviyyəsinin
qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
2.0.4. fiziki şəxslərin gəlirlərinin vergiyə
və icbari ödənişlərə cəlb edilməyən
həddinin əsaslandırılmasında;
2.0.5.
əhalinin pul gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında
və həyata keçirilməsində;
2.0.6. dövlət
büdcəsinin, yerli büdcələrin, büdcədənkənar
dövlət fondlarının,
qanunvericiliklə tənzimlənən qiymət və
tariflərin formalaşdırılmasında.
M a d d ə 3 .
Minimum istehlak səbətinin formalaşdırılması, yenidən
baxılması və təsdiqi
3.1. Minimum
istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya
ailənin xərc maddələri üzrə aşağıdakı
tərkibdə formalaşdırılır:
3.1.1. qida məhsullarının minimum
toplusu;[10]
3.1.2. fərdi və ailəvi
istifadə olunan qeyri-qida məhsullarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana
ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları,
dərmanlar və s.);[11]
3.1.3. xidmətlərin minimum
toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil,
mədəni-maarif, müalicə-istirahət xidmətləri
və s.).
3.2. Minimum istehlak
səbətinin tərkibi dövlət elmi müəssisə və
təşkilatlarının, qeyri-hökumət
təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir
dəfədən az olmayaraq müəyyənləşdirilir.[12]
3.3. Minimum istehlak səbətinin qida
məhsulları üzrə tərkibi əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində,
təhsil müəssisələrində və sosial sahəyə
aid müəssisələrdə şəxslərin qida normaları
müəyyən edilir.[13]
M a d d ə 4 .
Yaşayış minimumunun hesablanması, yenidən baxılması və
təsdiqi
4.1.
Yaşayış minimumu
əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bu Qanunla
nəzərdə tutulmuş qaydada müəyyən edilir və
təsdiq olunur.
4.2.
İstehlak
səbətinə daxil olan qida məhsulları, qeyri-qida
məhsulları və xidmətlər orta bazar
qiymətləri (tarifləri) ilə, icbari ödənişlər
isə normalaşmış faktiki məsrəflər
əsasında hesablanır.[14]
4.3.
Əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən
hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq
edilir.
4.4.
Əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu
aztəminatlılığın həddini müəyyən edir və rəsmi
dövlət nəşrlərində dərc olunur.
M a d d ə 5. Əməkhaqqının
minimum məbləğinin, pensiyaların
baza hissəsinin, müavinətlərin, təqaüdlərin
və digər sosial ödənişlərin müəyyənləşdirilməsi
zamanı yaşayış minimumunun nəzərə alınması[15]
5.1.
Ölkə üzrə
təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum
məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin,
təqaüdlərin, digər ödənişlərin və ünvanlı
dövlət sosial yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının müəyyən edilməsinin
əsasım təşkil edir.[16]
5.2.
Mülkiyyət
formasından asılı olmayaraq müəssisə, idarə və
təşkilatlar ixtisassız
əməklə məşğul olan işçilərinə
əməkhaqqını minimum əməkhaqqı məbləğindən az
olmayaraq ödəməlidir.
5.3.
Ölkə üzrə
əməkhaqqının minimum
məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin,
təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər
il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[17]
5.4.
Azərbaycan Respublikasında minimum əməkhaqqı və
pensiyaların baza hissəsi, ehtiyac
meyarının həddi
mərhələlərlə ölkə üzrə yaşayış minimumu
səviyyəsinə yüksəldilir.[18]
5.5.
Əmək pensiyaları “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq artırılır və indeksləşdirilir.[19]
M a d d ə 6. Yaşayış minimumu
haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət
Yaşayış minimumu
haqqında qanunvericiliyi pozan şəxslər mövcud qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 7. “Minimum istehlak büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi haqqında
“Minimum istehlak büdcəsi
haqqında” Azərbaycan
Respublikasının 1992-ci il 14 oktyabr
tarixli 329 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci
il, № 19, maddə 849) qüvvədən düşmüş hesab edilsin.
M a d d ə 8 . Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 oktyabr 2004-cü il
№ 768-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
mart 2024-cü il tarixli 1108-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 365) ilə 1.0.1-ci
maddədə “ərzaq,
qeyri-ərzaq malları” sözləri “qida, qeyri-qida məhsulları” sözləri ilə
əvəz edilmişdir.
[2]
19 may 2020-ci il tarixli 111-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 829) ilə 1.0.3-cü
maddədə “əlillər”
sözü “əlilliyi olan
şəxslər” sözləri ilə əvəz edilmişdir.
[3] 12
may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə
1.0.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.6.
əhalinin aztəminatlı
təbəqələri - qanunvericiliklə müəyyən
edilmiş minimum yaşayış səviyyəsində olan ailələr;
[4] 12 may 2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 6, maddə 480) ilə 1.0.7-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.7.
ünvanlı dövlət sosial yardımı -
əhalinin aztəminatlı təbəqələrinə
dövlət tərəfindən müxtəlif formalarda (sosial
ödənişlər, müavinətlər, icbari ödənişlərdən
güzəştlər və s.) göstərilən yardımlar;
[5] 30 dekabr
2025-ci il tarixli 332-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 17 yanvar 2026-cı
il, № 10,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 16) ilə 1.0.8-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.8.
minimum əmək haqqı -
qanunvericiliklə ixtisassız əməyə və xidmətə
görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini
müəyyən edən sosial normativ;
[6] 12
may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə
1.0.9-cu maddə əlavə edilmişdir.
[7]
21
iyun 2025-ci il tarixli 217-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 12 iyul 2025-ci il, № 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 611) ilə 1.0.8-ci və 1.0.9-cu
maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda
1.0.10-cu maddə əlavə edilmişdir.
[8] 12 may 2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 6, maddə 480) ilə 2.0.1-ci maddədə “əhalinin aztəminatlı
təbəqələrinə dövlət tərəfindən
ünvanlı sosial yardım” sözləri “aztəminatlı
ailələrə ünvanlı dövlət sosial yardımının” sözləri
ilə əvəz edilmişdir.
[9] 12
may 2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 6, maddə 480) ilə 2.0.2-ci maddədə “əhalinin aztəminatlı
təbəqələrinin” sözləri “aztəminatlı ailələrin” sözləri ilə
əvəz edilmişdir.
[10]
5
mart 2024-cü il tarixli 1108-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 365) ilə 3.1.1-ci
maddədə “ərzaq” sözü
“qida” sözü ilə əvəz
edilmişdir.
[11]
5
mart 2024-cü il tarixli 1108-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 365) ilə 3.1.2-ci
maddədə “qeyri-ərzaq
mallarının” sözləri “qeyri-qida
məhsullarının” sözləri ilə əvəz edilmişdir.
[12] 31 oktyabr 2017-ci il tarixli 837-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr
2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2205) ilə 3.2-ci maddədə “elmi idarə və
müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatlarının” sözləri ilə əvəz
edilmişdir.
[13]
21
iyun 2025-ci il tarixli 217-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 12 iyul 2025-ci il, № 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 611) ilə yeni məzmunda 3.3-cü maddə
əlavə edilmişdir.
[14]
5
mart 2024-cü il tarixli 1108-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 365) ilə 4.2-ci
maddədə “ərzaq” sözü
“qida” sözü ilə, “qeyri-ərzaq malları” sözləri
“qeyri-qida məhsulları”
sözləri ilə əvəz edilmişdir.
[15] 6 mart 2007-ci il tarixli
260-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
ilə 5-ci maddənin adında və 5.1-ci maddədə
", pensiyaların minimum
məbləğinin," sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin,"
sözləri ilə əvəz edilmişdir.
6 mart 2018-ci il tarixli 1026-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 393) ilə 5-ci maddənin adından, 5.1-ci və 5.3-cü
maddələrdən “pensiyaların
baza hissəsinin,” sözləri çıxarılmışdır.
[16] 12 may 2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 6, maddə 480) ilə . 5.1-ci maddədə “ünvanlı dövlət sosial yardımının
və digər ödənişlərin” sözləri “digər ödənişlərin və ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının”
sözləri ilə əvəz edilmişdir.
[17] 12
may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə
5.3-cü maddədə “, ünvanlı
dövlət sosial yardımlarının” sözləri “, ünvanlı dövlət sosial yardımının təyin edilməsi
məqsədilə ehtiyac meyarının həddinin” sözləri
ilə əvəz edilmişdir.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.3-cü maddədə "və pensiyaların minimum
məbləğinin" sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin"
sözləri ilə əvəz edilmişdir.
[18] 12
may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə
5.4-cü maddədə “məbləği”
sözündən sonra “, ehtiyac meyarının
həddi” sözləri əlavə edilmişdir.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.4-cü maddədə "və pensiyaların minimum
məbləği" sözləri "və pensiyaların baza hissəsi" sözləri ilə
əvəz edilmişdir.
6 mart 2018-ci il tarixli 1026-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 393) ilə 5.4-cü maddədən “və pensiyaların baza hissəsi” sözləri çıxarılmışdır.
[19] 6 mart 2007-ci il tarixli
260-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
ilə aşağıdakı
məzmunda 5.5-ci maddə
əlavə edilmişdir.