Azərbaycan
Respublikasında yaradılmış milli parkların
əsasnamələrinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Xüsusi
mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikası
Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasında
yaradılmış milli parkların əsasnamələri
təsdiq edilsin:
1.1. “Akademik Həsən Əliyev adına
Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı
haqqında Əsasnamə” (əlavə
olunur);[1]
1.2. “Azərbaycan Respublikasının
Şirvan Milli Parkı haqqında” Əsasnamə(əlavə olunur);
1.3. “Azərbaycan Respublikasının
Ağgöl Milli Parkı haqqında” Əsasnamə” (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu
Fərmandan irəli gələn məsələləri
öz səlahiyyətləri daxilində həll etsinlər.
3. Bu Fərman imzalandığı
gündən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust
2004-cü il
¹
106
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü
il 3 avqust tarixli 106
nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Akademik
Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
ƏSASNAMƏ[2]
I. Ümumİ
müddəalar
1.1. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (bəbir, muflon, bezoar keçisi, ağboğaz bülbül, qəşəng dovdaq, şahin və s.) qorunub saxlanılması üçün Azərbaycan Respublikası prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılmışdır.
1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
1.3. Milli Park öz
fəaliyyətində Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının
Konstitusiyalarını və qanunlarını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikası
prezidentinin və Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi sədrinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin və
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını
və bu Əsasnaməni rəhbər tutur.[3]
1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər.
1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.
1.7. Milli Parkda, onun məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilir.
1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.[4]
1.9. Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.11. Milli Parkın pasportu Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. [5]
Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.
1.12. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.13. Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.
II.
Mİllİ Parkın yaradılmasının
məqsədlərİ
2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;
2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.1.4. əhalini ekoloji maarifləndirmək;
2.1.5. ekoloji monitorinqi həyata keçirmək;
2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
III.
Mİllİ Parkın xüsusİ mühafİzə
rejİmİnİn xüsusİyyətlərİ
3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
3.1.3. turizm və rekreasiya zonaları;
3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar;
3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
3.2. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan ayrı-ayrı fəaliyyət zonaları üzrə bölgüsü Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.3. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.[6]
3.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.
3.5. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
3.5.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
3.5.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;
3.5.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;
3.5.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;
3.5.7. dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
3.5.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;
3.5.9. meşələrdə əsas istifadə qırıntısı.
3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
3.7. Milli Parkın
mühafizəsi onun mühafizə xidməti
tərəfindən həyata keçirilir. Bu işə Milli
Parkın direktoru və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin razılığına əsasən
Naxçıvan Muxtar Respublikasının ekologiya və
təbii sərvətlər naziri tərəfindən
vəzifəyə təyin edilən və vəzifədən
azad olunan mühafizə işləri üzrə direktor
müavini öz səlahiyyətləri daxilində
rəhbərlik edirlər. [7]
3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır:[8]
3.8.1. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə baxış keçirmək, şeyləri və sənədləri götürmək, şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq;
3.8.2. Milli Parkın ərazisində və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;[9]
3.8.3. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq tədbirlər görmək;
3.8.4. Milli Parkın
ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində
pozuntu hallarını aradan qaldırmaq haqqında icrası
məcburi olan göstərişlər vermək və
digər tədbirlər görmək. [10]
IV.
Mİllİ Parkın elmİ tədqİqat
fəalİyyətİ
4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən, bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır.
4.3. Milli Parkda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. [11]
4.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
4.7. Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtı ilə müvafiq əraziyə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədi ilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
4.7.4. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;
4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.
4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.
4.9. Milli Parkın aparacağı elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Milli Parkla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali məktəblər ilə həyata keçirirlər. [12]
V.
Mİllİ Parkın təsərrüfat
fəalİyyətİ
5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
5.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.
5.3. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilə bilər.
5.4. 300
nəfərdən çox tutumu olan turizm və rekreasiya
obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı, həmin sənədin dövlət ekoloji
ekspertizası keçirilməlidir. [13]
5.5. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması
və ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla, müvafiq
dəyişiklik edilir.
5.6. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
5.7. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan obyektlərə dair ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun həll olunur.
VI.
Mİllİ Parkın mühafİzəsİnə,
qorunmasına və İstİfadəsİnə dövlət
nəzarətİ
Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
VII.
Mİllİ Parkın fəalİyyətİnİn
təşkİlİ
7.1. Milli Parkın strukturu,
ştat cədvəli və xərclər smetası
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təqdimatı ilə Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
7.2. Milli Parka Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. [14]
7.3. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
7.4.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;
7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;
7.4.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;
7.4.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;
7.4.5. Milli Parkın meşə
təsərrüfatı, elmi tədqiqatların, onların
tətbiqinin nəticələri haqqında hesabatları,
habelə maliyyə-təsərrüfat fəaliyyəti
barədə mühasibat, maliyyə və statistika
hesabatlarını müəyyən olunmuş qaydada
aidiyyəti üzrə təqdim edir;[15]
7.4.6. Milli Parkın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
7.4.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;
7.4.8. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir.
7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.
7.7. Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Milli Park tərəfindən baxılır.
7.8. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
7.9. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
7.10. Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
7.12. Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü
il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan
Respublikasının Şirvan Milli Parkı haqqında
ƏSASNAMƏ
I. Ümumİ
müddəalar
1.1. Azərbaycan Respublikasının Şirvan Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (ceyranların və su-bataqlıq quşlarının, o cümlədən flaminqo, bəzgək, dovdaq, sultan toyuğu və s.) qorunub saxlanılması üçün Azərbaycan Respublikası prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ rayonu, Salyan və Neftçala rayonlarının, inzibati ərazilərində yaradılmışdır.
1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər.
1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.
1.7. Milli Parkda, onun məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilir.
1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.[16]
1.9. Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.11. Milli Parkın pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. [17]
Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.
1.12. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.13. Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.
II.
Mİllİ Parkın yaradılmasının
məqsədlərİ
2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;
2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.1.4. əhalini ekoloji maarifləndirmək;
2.1.5. ekoloji monitorinqi həyata keçirmək;
2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
III.
Mİllİ Parkın xüsusİ mühafİzə
rejİmİnİn xüsusİyyətlərİ
3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
3.1.3. turizm və rekreasiya zonaları;
3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar;
3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
3.2. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan ayrı-ayrı fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.3. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.[18]
3.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.
3.5. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
3.5.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
3.5.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;
3.5.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;
3.5.6. Müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;
3.5.7. dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
3.5.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.
3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
3.7. Milli Parkın mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Milli Parkın direktoru və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.
3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [19]
3.8.1. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə baxış keçirmək, şeyləri və sənədləri götürmək, şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq;
3.8.2. Milli Parkın ərazisində və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; [20]
3.8.3. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq tədbirlər görmək;
3.8.4. Milli Parkın
ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində
pozuntu hallarını aradan qaldırmaq haqqında icrası
məcburi olan göstərişlər vermək və
digər tədbirlər görmək. [21]
IV.
Mİllİ Parkın elmİ tədqİqat
fəalİyyətİ
4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən, bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır.
4.3. Milli Parkda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. [22]
4.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
4.7. Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtı ilə müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədi ilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
4.7.4. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;
4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.
4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.
4.9. Milli Parkın aparacağı elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Milli Parkla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali məktəblər ilə həyata keçirirlər. [23]
V.
Mİllİ Parkın təsərrüfat
fəalİyyətİ
5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
5.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.
5.3. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilə bilər.
5.4. 300
nəfərdən çox tutumu olan turizm və rekreasiya
obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı, həmin sənədin dövlət ekoloji
ekspertizası keçirilməlidir. [24]
5.5. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması
və ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla, müvafiq
dəyişiklik edilir.
5.6. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
5.7. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan obyektlərə dair ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun həll olunur.
VI.
Mİllİ Parkın mühafİzəsİnə,
qorunmasına və İstİfadəsİnə dövlət
nəzarətİ
Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
VII.
Mİllİ Parkın fəalİyyətİnİn
təşkİlİ
7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. [25]
7.2. Milli Parka Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
7.3. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
7.4.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;
7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;
7.4.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;
7.4.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görür;
7.4.5. Milli Parkın
mühafizə rejimi, elmi tədqiqatların və onların
tətbiqinin nəticələri haqqında hesabatları,
habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə
mühasibat, maliyyə və statistika hesabatlarını
müəyyən olunmuş qaydada aidiyyəti üzrə
təqdim edir;
7.4.6. Milli Parkın maddi-texniki təminatını təşkil edir;
7.4.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;
7.4.8. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir.
7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.
7.7. Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Milli Park tərəfindən baxılır.
7.8. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
7.9. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
7.10. Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
7.12. Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü
il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
ƏSASNAMƏ
I.
Ümumİ müddəalar
1.1. Azərbaycan Respublikasının Ağgöl Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (soltan toyuğu, bəzgək, qara leylək, ərsindimdik, qızıl qaz, mərmər cürə, yaşılbaş, bizquyruq, ala, qırmızı dimdik, kəkili qara və boz ördəklər, qu quşları və s.) qorunub saxlanılması məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində yaradılmışdır.
1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik olan ərazidir.
1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər.
1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.
1.7. Milli Parkda, onun məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilir.
1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.[26]
1.9. Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.11. Milli Parkın pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. [27]
Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.
1.12. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.13. Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.
II.
Mİllİ Parkın yaradılmasının
məqsədlərİ
2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix, mədəniyyət obyektlərini qoruyub saxlamaq;
2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;
2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.1.4. əhalini ekoloji maarifləndirmək;
2.1.5. ekoloji monitorinqi həyata keçirmək;
2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
III.
Mİllİ Parkın xüsusİ mühafİzə
rejİmİnİn xüsusİyyətlərİ
3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
3.1.3. turizm və rekreasiya zonaları;
3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar;
3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
3.2. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan ayrı-ayrı fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.3. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.[28]
3.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.
3.5. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
3.5.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
3.5.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;
3.5.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;
3.5.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;
3.5.7. dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
3.5.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.
3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
3.7. Milli Parkın mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Milli Parkın direktoru və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.
3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [29]
3.8.1. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə baxış keçirmək, şeyləri və sənədləri götürmək, şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq;
3.8.2. Milli Parkın ərazisində və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; [30]
3.8.3. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq tədbirlər görmək;
3.8.4. Milli Parkın
ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində
pozuntu hallarını aradan qaldırmaq haqqında icrası
məcburi olan göstərişlər vermək və
digər tədbirlər görmək. [31]
IV.
Mİllİ Parkın elmİ tədqİqat
fəalİyyətİ
4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən, bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır.
4.3. Milli Parkda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. [32]
4.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.
4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
4.7. Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtı ilə müvafiq əraziyə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədi ilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
4.7.4. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;
4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.
4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.
4.9. Milli Parkın aparacağı elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Milli Parkla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali məktəblər ilə həyata keçirirlər. [33]
V.
Mİllİ Parkın təsərrüfat
fəalİyyətİ
5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
5.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.
5.3. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilə bilər.
5.4. 300
nəfərdən çox tutumu olan turizm və rekreasiya
obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanmalı, həmin sənədin dövlət ekoloji
ekspertizası keçirilməlidir. [34]
5.5. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlər ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması
və ya həmin obyektlərdə mövcud qurğu və
avadanlıqların dəyişdirilməsi üçün
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədinin hazırlanması tələb olunmur,
lakin həmin obyektlərə dair Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla, müvafiq
dəyişiklik edilir.
5.6. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan mövcud obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
5.7. Bu
Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulan obyektlərə dair ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) həyata
keçirilərkən onların transsərhəd təsiri
müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun həll olunur.
VI.
Mİllİ Parkın mühafİzəsİnə,
qorunmasına və İstİfadəsİnə dövlət
nəzarətİ
Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
VII.
Mİllİ Parkın fəalİyyətİnİn
təşkİlİ
7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. [35]
7.2. Milli Parka Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
7.3. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
7.4.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;
7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;
7.4.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;
7.4.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görür;
7.4.5. Milli Parkın
mühafizə rejimi, elmi tədqiqatlar və onların
tətbiqinin nəticələri haqqında hesabatları,
habelə maliyyə-təsərrüfat fəaliyyəti
barədə mühasibat, maliyyə və statistika
hesabatlarını müəyyən olunmuş qaydada
aidiyyəti üzrə təqdim edir;
7.4.6. Milli Parkın maddi-texniki təminatını təşkil edir;
7.4.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;
7.4.8. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir.
7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.
7.7. Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Milli Park tərəfindən baxılır.
7.8. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
7.9. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
7.10. Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
7.12. Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
31 avqust 2004-cü il tarixli 117 nömrəli
Fərman (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 8,
maddə 625)
2.
30 avqust 2005-ci il tarixli 283 nömrəli
Fərman (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
715)
3.
23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1110)
4.
20 iyun
2008-ci il tarixli
782
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹6, maddə 500)
5.
17 fevral 2010-cu il tarixli 222 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2010-cu il, ¹ 38,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹
2, maddə 86)
6.
15 dekabr
2014-cü il tarixli 404
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558)
7.
29 sentyabr
2015-ci il tarixli 632
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 30 sentyabr 2015-ci il, ¹ 211,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
9, maddə 1019)
8.
23 aprel 2018-ci
il tarixli 14 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il,
¹ 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹4, maddə 691)
9.
1 mart 2019-cu
il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 3
mart 2019-cu il, ¹ 51,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹3, maddə 412)
10. 31 yanvar
2020-ci il tarixli 926
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, ¹ 22, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 15)
11. 28 iyul 2026-cı il tarixli 744
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 29 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyul
2026-cı il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 666)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 fevral 2010-cu
il tarixli 222 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral
2010-cu il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 2, maddə 86) ilə 1.1-ci bənddə “Ordubad Milli Parkı” sözləri “Zəngəzur Milli Parkı” sözləri ilə
əvəz edilmişdir.
[2] 17 fevral 2010-cu
il tarixli 222 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral
2010-cu il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 2, maddə 86) ilə həmin Fərmanla təsdiq edilmiş
“Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Ordubad Milli Parkı haqqında
Əsasnamə”nin adında və 1.1-ci bəndində “Ordubad Milli Parkı”
sözləri “Zəngəzur
Milli Parkı” sözləri ilə əvəz
edilmişdir.
[3] 28
iyul 2026-cı il tarixli 744
nömrəli
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyul 2026-cı il, ¹ 134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I kitab, maddə 666) ilə “Akademik Həsən
Əliyev adına Azərbaycan Respublikasının
Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin
1.3-cü bəndindən “və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
sədrinin” sözləri
çıxarılmışdır.
[4] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
1.8. Xüsusi
mühafizəni təmin etmək üçün Milli Parka
bitişik olan torpaq və su sahələrində
mühafizə, sanitariya-mühafizə və digər qoruyucu
zonalar müəyyən edilə bilər. Bu zonaların
torpaqlarında xüsusi mühafizə olunan təbiət
ərazilərinin təbiət komplekslərinə və
obyektlərinə zərərli təsir göstərən
hər cür fəaliyyət qadağandır.
[5] 23
noyabr 2007-ci il tarixli 662
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1110) ilə «Akademik Həsən Əliyev adına
Azərbaycan Respublikasının Ordubad Milli Parkı
haqqında Əsasnamə»nin 1.11-ci bəndində «hüququna dair dövlət
aktının» sözləri «hüququnun»
sözü ilə əvəz edilmişdir.
[6] 20 iyun 2008-ci il tarixli 782
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹6, maddə 500) ilə "Akademik Həsən Əliyev
adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı
haqqında Əsasnamə"nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü
bəndlərində və 3.3-cü bəndində hər iki
halda "istirahət
(rekreasiya)" sözləri "rekreasiya"
sözü ilə əvəz edilmişdir.
29 sentyabr
2015-ci il tarixli 632
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 30 sentyabr 2015-ci il, ¹ 211,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
9, maddə 1019) ilə “Akademik Həsən Əliyev
adına Azərbaycan Respublikasının Zəngəzur Milli
Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində
“idman, həvəskar balıq
ovu” sözləri “balıq
və digər su bioresurslarının idman və
həvəskar ovu” sözləri ilə əvəz
edilmişdir.
[7] 30 avqust 2005-ci il tarixli 283 nömrəli
Fərman (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
715) ilə “Akademik Həsən Əliyev adına
Azərbaycan Respublikasının Ordubad Milli Parkı
haqqında Əsasnamə”nin 3.7-ci bəndinin ikinci
cümləsində “Naxçıvan
Muxtar Respublikası ekologiya və təbii sərvətlər
nazirinin təqdimatı ilə Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri tərəfindən” sözləri “Naxçıvan Muxtar Respublikasının ekologiya və
təbii sərvətlər naziri tərəfindən”
sözləri ilə əvəz edilmişdir.
[8] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin 3.8-ci bəndində “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz
edilmişdir.
[9] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin
3.8.2-ci yarımbəndində “müvafiq
qanunvericiliyə və xüsusi mühafizənin hüquqi
rejiminə zidd olan fiziki və hüquqi şəxslərin”
sözləri “və
sanitariya-mühafizə zonasında fiziki və hüquqi
şəxslərin “Xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında”
Azərbaycan Respublikasının Qanununa və mühafizə
rejiminə zidd olan” sözləri ilə əvəz
edilmişdir.
[10] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin 3.8.4-cü yarımbəndində “mühafizə zonasında”
sözləri “sanitariya-mühafizə zonasında”
sözləri ilə əvəz edilmişdir, “və digər tədbirlər
görmək” sözləri
çıxarılmışdır.
[11] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 691) ilə “Akademik
Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin 4.3-cü bəndində “elmi təşkilatların və” sözləri “elmi müəssisə və
təşkilatların, habelə” sözləri ilə
əvəz edilmişdir.
[12] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 691) ilə “Akademik
Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin 4.9-cu bəndində “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və
təşkilatlar, habelə” sözləri ilə
əvəz edilmişdir.
[13] 31 yanvar 2020-ci il tarixli 926 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, ¹ 22, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 15)
ilə “Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”yə yeni məzmunda 5.4–5.7-ci bəndlər
əlavə edilmişdir.
[14]
30 avqust 2005-ci il tarixli 283 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 8, maddə 715) ilə “Akademik Həsən
Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli
Parkı haqqında Əsasnamə”nin 7.1-ci və 7.2-ci
bəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7.1. Milli Parkın strukturu, ştat
cədvəli və xərclər smetası Naxçıvan
Muxtar Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təklifinə əsasən
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təqdimatı ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
7.2. Milli Parka
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii
sərvətlər nazirinin təqdimatı əsasında
Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilən direktor rəhbərlik edir.
[15] 1 mart 2019-cu il
tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, ¹ 51, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹3, maddə 412)
ilə “Akademik
Həsən Əliyev adına Azərbaycan
Respublikasının Zəngəzur Milli Parkı haqqında
Əsasnamə”nin, “Azərbaycan Respublikasının Şirvan
Milli Parkı haqqında Əsasnamə”nin və “Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
Əsasnamə”nin 7.4.5-ci yarımbəndlərindən “mühasibat,” sözü
çıxarılmışdır.
[16] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Şirvan Milli Parkı
haqqında Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
1.8. Xüsusi
mühafizəni təmin etmək üçün Milli Parka
bitişik olan torpaq və su sahələrində
mühafizə, sanitariya-mühafizə və digər qoruyucu
zonalar müəyyən edilə bilər. Bu zonaların
torpaqlarında xüsusi mühafizə olunan təbiət
ərazilərinin təbiət komplekslərinə və
obyektlərinə zərərli təsir göstərən
hər cür fəaliyyət qadağandır.
[17] 23
noyabr 2007-ci il tarixli 662
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1110) ilə «Azərbaycan Respublikasının Şirvan Milli
Parkı haqqında Əsasnamə»nin 1.11-ci bəndində «hüququna dair dövlət
aktının» sözləri «hüququnun»
sözü ilə əvəz edilmişdir.
[18] 20 iyun 2008-ci il tarixli 782
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹6, maddə 500) ilə "Azərbaycan Respublikasının
Şirvan Milli Parkı haqqında Əsasnamə"nin
1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və
3.3-cü bəndində hər iki halda "istirahət (rekreasiya)" sözləri "rekreasiya" sözü
ilə əvəz edilmişdir.
29 sentyabr
2015-ci il tarixli 632
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 30 sentyabr 2015-ci il, ¹ 211,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
9, maddə 1019) ilə “Azərbaycan
Respublikasının Şirvan Milli Parkı haqqında
Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su
bioresurslarının idman və həvəskar ovu”
sözləri ilə əvəz edilmişdir.
[19] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Şirvan Milli Parkı
haqqında Əsasnamə”nin 3.8-ci bəndində “hüquqları” sözü “vəzifələri”
sözü ilə əvəz edilmişdir.
[20] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Şirvan Milli Parkı
haqqında Əsasnamə”nin 3.8.2-ci yarımbəndində “müvafiq qanunvericiliyə və
xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fiziki
və hüquqi şəxslərin” sözləri “və sanitariya-mühafizə
zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi
mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa və mühafizə rejiminə zidd olan”
sözləri ilə əvəz edilmişdir.
[21] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Şirvan Milli Parkı
haqqında Əsasnamə”nin 3.8.4-cü yarımbəndində
“mühafizə zonasında”
sözləri “sanitariya-mühafizə
zonasında” sözləri ilə əvəz edilmişdir,
“və digər tədbirlər
görmək” sözləri
çıxarılmışdır.
[22] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 691) ilə “Azərbaycan
Respublikasının Şirvan Milli Parkı haqqında
Əsasnamə”nin 4.3-cü bəndində “elmi təşkilatların və” sözləri “elmi müəssisə və
təşkilatların, habelə” sözləri ilə
əvəz edilmişdir.
[23] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 691) ilə “Azərbaycan
Respublikasının Şirvan Milli Parkı haqqında
Əsasnamə”nin 4.9-cu bəndində “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və
təşkilatlar, habelə” sözləri ilə
əvəz edilmişdir.
[24] 31 yanvar 2020-ci il tarixli 926 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, ¹ 22, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 15)
ilə “Azərbaycan Respublikasının Şirvan Milli
Parkı haqqında Əsasnamə”yə yeni məzmunda
5.4–5.7-ci bəndlər əlavə edilmişdir.
[25] 31
avqust 2004-cü il tarixli 117 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 8, maddə 625) ilə "Azərbaycan
Respublikasının Şirvan Milli Parkı haqqında
Əsasnamə"nin 7.1-ci bəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7.1. Milli
Parkın strukturu, ştat cədvəli və xərclər
smetası Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
[26] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Ağgöl Milli Parkı
haqqında Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.8. Xüsusi
mühafizəni təmin etmək üçün Milli Parka
bitişik olan torpaq və su sahələrində
mühafizə, sanitariya-mühafizə və digər qoruyucu
zonalar müəyyən edilə bilər. Bu zonaların
torpaqlarında xüsusi mühafizə olunan təbiət
ərazilərinin təbiət komplekslərinə və
obyektlərinə zərərli təsir göstərən
hər cür fəaliyyət qadağandır.
[27] 23
noyabr 2007-ci il tarixli 662
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1110) ilə «Azərbaycan Respublikasının Ağgöl
Milli Parkı haqqında Əsasnamə»nin 1.11-ci
bəndində «hüququna dair
dövlət aktının» sözləri «hüququnun» sözü ilə əvəz
edilmişdir.
[28] 20 iyun 2008-ci il tarixli 782
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə
500) ilə "Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
Əsasnamə"nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü
bəndlərində və 3.3-cü bəndində hər iki
halda "istirahət
(rekreasiya)" sözləri "rekreasiya"
sözü ilə əvəz edilmişdir.
29 sentyabr
2015-ci il tarixli 632
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 30 sentyabr 2015-ci il, ¹ 211,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
9, maddə 1019) ilə “Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su
bioresurslarının idman və həvəskar ovu”
sözləri ilə əvəz edilmişdir.
[29] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr
2014-cü il, ¹ 277) ilə
“Azərbaycan Respublikasının Ağgöl Milli Parkı
haqqında Əsasnamə”nin 3.8-ci bəndində “hüquqları” sözü “vəzifələri”
sözü ilə əvəz edilmişdir.
[30] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Ağgöl Milli Parkı
haqqında Əsasnamə”nin 3.8.2-ci yarımbəndində “müvafiq qanunvericiliyə və
xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fiziki
və hüquqi şəxslərin” sözləri “və sanitariya-mühafizə
zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi
mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa və mühafizə rejiminə zidd olan”
sözləri ilə əvəz edilmişdir.
[31] 15 dekabr 2014-cü il tarixli
404 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 dekabr 2014-cü il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 12, maddə 1558) ilə
“Azərbaycan Respublikasının Ağgöl Milli Parkı
haqqında Əsasnamə”nin 3.8.4-cü yarımbəndində
“mühafizə zonasında”
sözləri “sanitariya-mühafizə
zonasında” sözləri ilə əvəz edilmişdir,
“və digər tədbirlər
görmək” sözləri
çıxarılmışdır.
[32] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 691) ilə “Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
Əsasnamə”nin 4.3-cü bəndində “elmi təşkilatların və” sözləri “elmi müəssisə və
təşkilatların, habelə” sözləri ilə
əvəz edilmişdir.
[33] 23 aprel 2018-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, ¹ 92) ilə “Azərbaycan Respublikasının Ağgöl
Milli Parkı haqqında Əsasnamə”nin 4.9-cu bəndində
“elmi tədqiqat idarələri
və” sözləri “elmi
müəssisə və təşkilatlar, habelə”
sözləri ilə əvəz edilmişdir.
[34] 31 yanvar 2020-ci il tarixli 926 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, ¹ 22, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 15)
ilə “Azərbaycan Respublikasının Ağgöl Milli
Parkı haqqında Əsasnamə”yə yeni məzmunda
5.4–5.7-ci bəndlər əlavə edilmişdir.
[35]
31 avqust 2004-cü il tarixli 117 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 8, maddə 625) ilə "Azərbaycan
Respublikasının Ağgöl Milli Parkı haqqında
Əsasnamə"nin 7.1-ci bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki