Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Ağsu, İsmayıllı, Oğuz, Saatlı, Tərtər və Yardımlı rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Ağsu rayonu üzrə

Dəlilər, Muradlı və Təklə kəndləri Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Muradlı kəndi mərkəz olmaqla, Muradlı kənd inzibati ərazi dairəsi yaradılsın.

İsmayıllı rayonu üzrə

Cülyan kəndi Talıstan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Cülyan kənd inzibati ərazi vahidi yaradılsın.

Oğuz rayonu üzrə

Calut kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Calut kənd inzibati ərazi vahidi yaradılsın.

Saatlı rayonu üzrə

Çolpı kəndi Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Çolpı kənd inzibati ərazi vahidi yaradılsın.

Soltanabad kəndi Mircəlal kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Soltanabad kənd inzibati ərazi vahidi yaradılsın.

Tərtər rayonu üzrə

Bala Kəngərli və Cəmilli kəndləri Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Cəmilli kəndi mərkəz olmaqla, Cəmilli kənd inzibati ərazi dairəsi yaradılsın.

Düyərli və Sarıcalı kəndləri Səhləbad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Düyərli kəndi mərkəz olmaqla, Düyərli kənd inzibati ərazi dairəsi yaradılsın.

İrəvanlı kəndi Soyulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, İrəvanlı kənd inzibati ərazi vahidi yaradılsın.

İsmayılbəyli kəndi Evoğlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, İsmayılboyli kənd inzibati ərazi vahidi yaradılsın.

Kəngərli kəndi Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi vahidi yaradılsın.

Qapanlı və Qazyan kəndləri Qaynaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qapanlı kəndi mərkəz olmaqla, Qapanlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Yardımlı rayonu üzrə

Arvana kəndi Peştəsər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Arvana kənd inzibati ərazi vahidi yaradılsın.

Zevin kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zevin kənd inzibati ərazi vahidi yaradılsın.

Mərkəzi Aşağı Astanlı kəndi olan Astanlı kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Astanlı kənd inzibati ərazi dairəsi adlandırılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2004-cü il
№ 577-IIQ