"Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 4, maddə 84; 1993-cü il, ¹ 7, maddə 173, ¹ 15, maddələr 422, 437; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 444; 1999-cu il, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 3, maddə 148, ¹ 11, maddə 683, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 8, maddə 463) 20-1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 20-1. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda fövqəladə vəziyyət elan edildikdə, fövqəladə vəziyyət zamanı, habelə fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum keçirilə bilməz.".

II. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 18, maddə 814; 1994-cü il, ¹ 15, maddə 177; 1995-ci il, ¹ 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddələr 453, 494; 1998-ci il, ¹ 1, maddə 10; 1999-cu il, ¹ 5, maddə 284; 2000-ci il, ¹ 6, maddə 379; 2001-ci il, ¹ 2, maddə 88, ¹ 3, maddə 145, ¹ 6, maddə 363, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 246, ¹ 6, maddə 328, ¹ 8, maddələr 463, 464; 2003-cü il, ¹ 1, maddə 16) 17-ci maddəsinə aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:

"Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs təqaüdə çıxdıqda, fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.". [1]

III. "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 17, maddə 232; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 444; 2001-ci il, ¹ 11, maddə 683; 2002-ci il, ¹ 8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1.2-ci maddənin dördüncü hissəsində "tərkibinin azı üçdə ikisindən ibarət səs çoxluğu" sözləri "63 səs çoxluğu" sözləri ilə əvəz edilsin.

2.5-ci maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin və üçüncü hissəsi çıxarılsın:

"Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət zamanı, habelə hərbi vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum keçirilə bilməz.".

3.2-ci, 3-cü maddələrində, 5-ci maddənin adında və birinci hissəsində, 12-ci maddədə ismin müvafiq hallarında işlədilmiş "Ali Sovet" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilsin.

IV. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 11, maddələr 676, 695, 699; 2002-ci il, ¹ 5, maddə 243, ¹ 12, maddə 692) 21-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 21. Seçkilərə və ümumxalq səsvermələrinə (referendumlara) münasibət

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktiv və passiv seçki hüququna malik deyillər.". [2]

V. "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 176; 1998-ci il, ¹ 6, maddə 367; ¹ 11, maddə 644; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 241; 2003-cü il, ¹ 1, maddə 23) 31-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Milli Bankla razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir. Xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına verilir.". [3]

VI. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 417; 1998-ci il, ¹ 7, maddə 444; 1999-cu il, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 3, maddə 151, ¹ 11, maddə 697, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 8, maddə 463) 4-cü maddəsinin üçüncü hissəsində "Referendum haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilsin. [4]

VII. Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cü il, ¹ 4, maddə 213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.130-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.".

2.179-cu maddə üzrə:

1) maddənin "ç)" bəndi aşağıdakı redaksiyada verilsin:

"ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;";

2) maddəyə aşağıdakı məzmunda "m)" bəndi əlavə edilsin:

"m) dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə.".

VIII. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 405; 2001-ci il, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002-ci il, 5, maddə 242; 2003-cü il, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256) aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü maddənin 1-ci bəndində, 27-ci maddənin 2-ci bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə və 14-cü maddənin 2-ci bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsi" sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin 6-cı bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilsin.

3.20-ci maddənin 3-cü bəndinin birinci cümləsi aşağıdakı yeni redaksiyada verilsin:

"Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.".

IX. "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 686) aşağıdakı dəyişikliklər edilsin:

1. 17-ci maddənin ikinci hissəsində, 19-cu maddənin ikinci hissəsində, 23-cü maddənin ikinci hissəsində, 24-cü maddənin üçüncü hissəsində və 25-ci maddədə "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "qanunvericiliyə" sözü ilə əvəz edilsin.

2. 21-ci maddədə, 22-ci maddənin yeddinci hissəsində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri "müvafiq qanunvericiliklə" sözləri ilə əvəz edilsin.

X. "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 687) 10-cu maddəsinə aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:

"Bələdiyyə vəzifələrində işləyən və Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü olan şəxslər seçki komissiyasında fəaliyyətləri dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq namizədliyi qeydə alınmış bələdiyyə vəzifəsində işləyən şəxs namizəd kimi müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək bələdiyyə orqanının təşəbbüsü ilə işdən çıxarıla bilməz, öz razılığı olmadan başqa işə, başqa yerdə işləməyə keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz.".

XI. "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464) 10-cu maddəsinin üçüncü hissəsinin on altıncı abzasında "müvafiq məhkəməyə müraciət edir" sözlərindən sonra ", Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir" sözləri əlavə edilsin.

XII. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 1; 2001-ci il, ¹ 12, maddə 736; 2003-cü il, ¹ 1, maddə 16) IV bölməsinin "Bələdiyyənin iclası" hissəsinin 3-cü bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilsin.

XIII. Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4 (II kitab), maddə 251, ¹ 5, maddə 323; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. Aşağıdakı məzmunda 159-1-ci maddə əlavə edilsin:

"Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma

159-1.1. Namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma -

şərti maliyyə vahidinin iki yüz mislindən altı yüz mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -

şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -

şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".

2. 160-cı maddə üzrə:

1) maddənin adı aşağıdaki redaksiyada verilsin:

"Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə";

2) 160.1-ci maddədə "Seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma" sözləri "Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə" sözləri ilə əvəz edilsin.

3. 283-cü maddənin adında və mətnində "irqi" sözündən sonra ", sosial" sözü əlavə edilsin, "dini düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilsin.

XIV. Azərbaycan Respublikasının 2000-ci il 11 iyul tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8 (I kitab), maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4 (I kitab), maddə 165, 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 328, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 39.2-ci maddə əlavə edilsin:

"39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir".

2. 40-cı maddədə "deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizədin portretini, onun tərcümeyi-halı olan plakatları və digər təşviqat-nəşr materiallarını qəsdən məhv etməyə, korlamağa, zədələməyə" sözləri "seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa" sözləri ilə əvəz edilsin;

3. Aşağıdakı məzmunda 42-1-ci, 42-2-ci, 42-3-cü, 42-4-cü və 43-1-ci maddələr əlavə edilsin:

"Maddə 42-1. Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması

Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunmasına görə -

vəzifəli şəxslər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi

Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -

müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə-42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması

Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

Maddə-42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması

Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər altımış mislindən səksən mislinədək miqdarda cərimə edilir.

Maddə 43-1. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi

Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə -

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.".

4.46-cı maddə üzrə:

1) maddənin adında "Seçki kampaniyasının" sözləri "Seçkilərin (referendumun)" sözləri ilə əvəz edilsin;

2) 46.1-ci maddədə "Seçki kampaniyasının" sözləri "Seçkilərin (referendumun)" sözləri ilə əvəz edilsin və bu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.".

XV. "Bələdiyyə üzvünün statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 706) 2-ci maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.".

XVI. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002-ci il, ¹ 12, maddə 693; 2003-cü il, ¹ 1, maddə 16) 20-ci maddəsinə aşağıdakı məzmunda yeni 20.2-ci maddə əlavə edilsin və 20.2-ci maddə 20.3-cü maddə hesab edilsin:

"20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.".

XVII. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 10, maddə 583) aşağıdakı əlavə və dəyişikliklər edilsin: [5]

1. 31-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 31. Seçki (referendum) kampaniyası zamanı televiziya və radiodan istifadə qaydaları

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə üzvlərinin seçkiləri zamanı qeydə alınmış namizədlərin, siyası partiyaların, siyasi partiyalar blokunun, habelə referendum zamanı referendum üzrə təşviqat qrupunun efirdən istifadə qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.".

2. 35.9-cu maddə çıxarılsın.

3. Aşağıdakı məzmunda 38.5-ci maddə əlavə edilsin:

"38.5. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının video və audio yazısı aparılır, həmin yazılar efirə çıxdığı gündən 12 ay müddətində müvafiq teleradio verilişləri təşkilatları tərəfindən qorunub saxlanılır. Teleradio verilişləri təşkilatları pulsuz və ödənişli efir vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar.".

XIII. "Referendum haqqında" və "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikası qanunlarının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 444; 2000-ci il, ¹ 1, maddə 17, ¹ 4, maddə 251) 2-ci, 6-cı, 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

XIX. "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 446) qüvvədən düşmüş hesab edilsin.

XX. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 6, maddə 416) qüvvədən düşmüş hesab edilsin.

XXI. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 497) qüvvədən düşmüş hesab edilsin.

XXII. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə 362) IV, V və VIII hissələri qüvvədən düşmüş hesab edilsin.

XXIII. "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə 376) qüvvədən düşmüş hesab edilsin.

XXIV. "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 689) III hissəsi qüvvədən düşmüş hesab edilsin.

XXV. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Azərbaycan Respublikası Qanununa bəzi dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 700) qüvvədən düşmüş hesab edilsin.

XXVI. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilk Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) XXI hissəsi qüvvədən düşmüş hesab edilsin.

XXVII. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) XXXIV hissəsi qüvvədən düşmüş hesab edilsin.

XXVIII. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 328) XII və XXII hissələri qüvvədən düşmüş hesab edilsin.

XXIX. "Referendum haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 7, maddə 390) qüvvədən düşmüş hesab edilsin.

XXX. "Referendum haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 20) qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2003-cü il
¹ 569-IIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 130)

2.       6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401)

3.       2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, ¹ 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07, maddə 797)

4.       30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1248)

5.       30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 2, maddə 90)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə II hissə ləğv edilmişdir.

 

[2] 2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, ¹ 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07, maddə 797) ilə IV hissə ləğv edilmişdiir.

 

[3] 16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 130) ilə V hissə ləğv edilmişdir.

 

[4] 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1248) ilə VI hissə ləğv edilmişdir.

 

[5] 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 2, maddə 90) ilə XVII hissə ləğv edilmişdir.