Kaustik soda və xlor istehsalı layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün qrant ayrılması haqqında Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. "Azərikimya" Dövlət Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi arasında Sumqayıtın kimya müəssisələrində "Kaustik soda və xlor istehsalı layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün qrant ayrılması haqqında Saziş"in Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyəti "Azərkmya" Dövlət Şirkətinin prezidenti Fikrət Məmməd oğlu Sadıqova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətinin "Azərikimya" Dövlət Şirkətinin prezidenti Fikrət Məmməd oğlu Sadıqova verilməsi barədə Amerika Birləşmiş Ştatları Hökumətinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 iyun 1999-cu il
№ 173