"Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş , həmçinin
oğurlanmış və ya naməlum şəraitdə itmiş
əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə
Qaydalar"ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasında dövlət əmlakının qorunub
saxlanılması və ondan səmərəli istifadəni
təmin etmək məqsədilə və
müəssisələrin balansında olan köhnəlmiş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi prosesinin nizamlanmasının vacibliyini nəzərə alaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır: [1]
"Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin
balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material qiymətlilərinin
satışı üzrə Qaydalar" təsdiq edilsin
(əlavə olunur).
Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasi-zadə
Bakı şəhəri, 6 noyabr
2004-cü il
¹ 177
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6
noyabr tarixli 177 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş,
həmçinin oğurlanmış və ya naməlum
şəraitdə itmiş əsas vəsaitlərin
(fondların) silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə[2]
QAYDALAR
I ÜMUMİ MÜDDƏALAR[3]
1.1. Bu Qaydalar
«Mühasibat uçotu haqqında» Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə, Milli
Mühasibat Uçotu Standartlarına və
qüvvədə olan digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır. [4]
1.2 Bu Qaydalar dövlət
əmlakının qorunub saxlanmasının , ondan
səmərəli istifadə olunmasını təmin etmək
məqsədilə tabeliyindən asılı olmayaraq dövlət
müəssisə, idarə və
təşkilatlarının, habelə nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin (bundan sonra - təşkilat və ya
təşkilatlar) balansında olan oğurlanmış,
naməlum şəraitdə itmiş və yararsız hala
düşmüş əsas
vəsaitlərin (fondların) silinməsi, habelə
yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən
əldə edilən material qiymətlilərinin
satışı qaydalarını müəyyən edir.[5]
II.
DÖVLƏT MÜƏSSİSƏ VƏ
TƏŞKİLATLARININ, HABELƏ NİZAMNAMƏ
KAPİTALINDA DÖVLƏTİN PAYI OLAN
MÜƏSSİSƏLƏRİN BALANSINDA OLAN YARARSIZ HALA
DÜŞMÜŞ ƏSAS VƏSAİTLƏRİN (FONDLARIN) SİLİNMƏSİ
2.1.
Müəssisələrdə iqtisadi baxımdan
məqsədyönlü sayılmayan, təmiri və ya
bərpası səmərəsiz hesab edilən, əvəzsiz
olaraq verilməsi və satılması mümkün olmayan əsas
vəsaitlərin (fondların) tərkibinə daxil olan fiziki
cəhətdən
tam köhnəlmiş (aşınmış), fiziki və ya
mənəvi cəhətdən istifadəyə yararsız hala
düşmüş binalar, qurğular, ötürücü
qurğular, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri, istehsalat alətləri
(ləvazimatları), təsərrüfat inventarları və digər əsas
vəsaitlər (fondlar), eyni zamanda yeni obyektlərin tikintisi
ilə əlaqədar olaraq uçurulmuş binalar və
qurğular, həmçinin təbii fəlakət zamanı dağılmış əsas
vəsaitlər (fondlar) habelə
oğurlanmış və ya naməlum şəraitdə
itmiş əsas vəsaitlər (fondlar) bu Qaydalar əsasında ləğv
edilərək balansdan silinir. [6]
2.2.
Yararsız hala düşmüş əsas
vəsaitlərin (fondların) istifadəyə yararsızlığını,
təmirinin mümkünsüzlüyünü
müəyyənləşdirmək, həmçinin
onların müəyyən
olunmuş qaydada balansdan silinməsi üçün
təşkilat rəhbərinin əmri ilə ən azı 5 nəfərdən
ibarət müvafiq ləğvetmə komissiyası
yaradılır. Həmin komissiyanın
tərkibinə təşkilatın rəhbərinin
müavini, baş mühasibi, habelə təşkilatın aidiyyəti struktur
bölmələrinin rəhbərləri daxil edilir.
Komissiyanın sədri təşkilatın
rəhbərinin müavini, sədrin müavini isə baş
mühasib olmalıdır.
Baş
idarəetmə orqanı olan təşkilatlarda komissiyanın
tərkibinə baş idarənin nümayəndəsi də daxil
edilməlidir.
Komissiya öz işinə
qiymətləndiricilər, müstəqil auditor,
səlahiyyətli qurumların
mütəxəssislərini cəlb etmək hüququna
malikdir.
2.3. Əsas vəsaitlərin (fondların) silinməsi üzrə komissiyanın
vəzifələri aşağıdakılardan ibarətdir:
təşkilatın
balansından silinməli olan əsas vəsaitlərin
(fondların) baxışını keçirmək,
onun yararsızlığını müəyyən etmək;
təşkilatların
balansında olan yararsız hesab edilən xüsusi
əhəmiyyətli əsas vəsaitlərin
(fondların) mövcudluğunu, miqdarını
müəyyən etmək;
əsas
vəsaitlərin (fondların) balansdan silinməsi
zərurətini yaradan səbəbləri (köhnəlmə,
normal istismar şərtlərinin pozulması
nəticəsində vaxtından əvvəl
sıradançıxma, təbii fəlakət, qəza)
araşdırmaq;
balansdan silinən əsas
vəsaitlərin (fondların) ayrı-ayrı
hissələrinin, detallarının
və digər materialların mövcudluğunu,
miqdarını və istifadəyə yararlılığını müəyyən
etmək, onları bazar dəyəri ilə
qiymətləndirmək;
əsas vəsaitlərin
(fondların) balansdan silinməsi üçün
əmlakın (qiymətlilərin)
ləğvi aktmı tərtib etmək.
oğurlanmış və ya naməlum
şəraitdə itmiş əmlaklar üzrə
təşkilatın mühasibat uçotu sənədləri,
o cümlədən əmlakın inventarizasiyasına dair
sənədlər, texniki pasport, əsas vəsaitin (fondun)
oğurlanması və ya naməlum şəraitdə
itməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə
əlavə olaraq Baş Dövlət Yol Polisi
İdarəsinin təsdiqedici sənədi və inventarizasiya
komissiyasının rəyi əsasında əmlakın
(qiymətlilərin) uçotdan çıxarılması
aktını tərtib etmək (aktın nümunəvi
forması Qaydaların 3 nömrəli əlavəsində
verilir).[7]
2.4. Əsas
vəsaitlərin (fondların) silinməsi üzrə komissiya
tərəfindən təşkilatın mühasibat uçotu
sənədləri, o cümlədən əmlakın
inventarizasiyasına dair sənədlər, əsas
vəsait obyektlərinin texniki pasportu, qüsur (defekt) aktı,
inventarizasiya komissiyasının rəyi əsasında əsas
vəsaitlərin (fondların) silinməsi barədə əmlakın
(qiymətlilərin) ləğvi aktı tərtib edilir
(aktın nümunəvi formaları 1 və 2 nömrəli
əlavələrdə verilir). [8]
2.5. Vahidinin
(dəstinin) ilkin balans dəyəri 25,0 milyon manata
qədər olan
əsas vəsaitlərin (fondların) silinməsinə dair
komissiyanın aktları təşkilatın rəhbəri
tərəfindən təsdiq edilir və bundan sonra bu əsas
vəsaitlər (fondlar) balansdan silinir. Bu halda həmin əsas vəsaitlərin
(fondların)
silinməsinə dair Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin rəyi tələb olunmur.[9]
2.6. Vahidinin
(dəstinin) ilkin balans dəyəri 25,0 milyon manatdan yuxarı olan
əsas vəsaitlərin (fondların) silinməsi zamanı
təşkilatda yaradılmış komissiya tərəfindən
tərtib edilən əmlakın (qiymətlilərin)
ləğvi aktı Əmlak Məsələləri
Dövlət Komitəsindən
müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar
istisna olmaqla)
həmin təşkilatın
baş idarəetmə orqanı tərəfindən (belə
orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq
edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçirilir. [10]
2.7. Bu Qaydaların
2.5-ci və 2.6-cı bəndlərində avtomobil
nəqliyyatı vasitələri üzrə əsas
vəsaitlər (fondlar) təşkilatın balansından Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla, Əmlak Məsələləri
Dövlət Komitəsinin
müvafiq rəyi əsasında silinir. [11]
2.8. Təşkilatın
balansından əsas vəsaitlərin (fondların) bu
Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində göstərilmiş
hallarda silinməsinə dair rəyin alınması
üçün həmin təşkilatın baş
idarəetmə orqanı tərəfindən (belə orqan
olmadıqda, təşkilatın özü
tərəfindən) Əmlak
Məsələləri Dövlət Komitəsinə aşağıdakı
sənədlər təqdim
edilməlidir:
təşkilatın
müraciəti;
əsas vəsaitlərin (fondların)
silinməsi üzrə komissiyanın yaradılması
barədə təşkilatın rəhbəri
tərəfindən verilmiş əmrin surəti;
müvafiq
qaydada tərtib edilmiş əmlakın (qiymətlilərin)
ləğvi aktı;
əsas
vəsaitlərin (fondların) silinməsinə dair digər
sənədlər (texniki pasport, qüsur aktı,
səlahiyyətli dövlət təşkilatlarının
və inventarizasiya komissiyasının rəyləri).
2.9. Əsas
vəsaitlərin (fondların) silinməsinə dair
təşkilatlardan təqdim edilən sənədlər Əmlak
Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul
edilir, xüsusi kitabda qeydə alınır, baxılır,
çatışmazlıqlar və ya imtina üçün
əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15
gündən gec olmayaraq əsas vəsaitlərin (fondların) silinməsi barədə yazılı rəy
verilir.
Təqdim edilmiş
sənədlərdə çatışmazlıqlar aşkar
edildikdə, bu barədə İqtisadi
İnkişaf Nazirliyi tərəfindən təşkilata
müvafiq olaraq əsaslandırılmış bildiriş
göndərilir.
Xüsusi əhəmiyyətli əsas
vəsaitlərin (fondların) müəyyən edilməsi üçün meyar
göstəriciləri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2.11. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi
əhəmiyyətli əsas vəsaitlərin (fondların)
silinməsi barədə Əmlak
Məsələləri Dövlət Komitəsi tərəfindən rəyin
verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti
ilə razılaşdırılmaqla həyata keçirilir. [12]
2.12. Əsas
vəsaitlər (fondlar) silinən zaman
təşkilatda yaradılmış komissiyanın tərtib etdiyi əmlakın
(qiymətlilərin) ləğvi aktı bu Qaydaların
tələblərinə əsasən təşkilatın rəhbəri və
ya baş idarəetmə orqanının rəhbərliyi
tərəfindən təsdiq edildikdən sonra həmin əsas
vəsaitlər (fondlar) sökülə, hissələrə ayrıla və
hesabdan silinə bilər.
Komissiyanın
aktı müvafiq qaydada təsdiq edilməyənədək
obyektin sökül-məsinə, ləğv edilməsinə və
hesabdan silinməsinə yol verilmir.
2.13. Mövcud
qanunvericiliyə əsasən ayrı-ayrı əmlak
növlərinin qeydiyyatını və istismarına
nəzarəti həyata keçirən dövlət
orqanları bu növ əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatlar
tərəfindən müvafiq qaydada
məlumatlandırılmalıdırlar.
2.14. Oğurlanmış və ya
naməlum şəraitdə itmiş əsas vəsaitlər
(fondlar) 10 (on) il müddətində tapılmadıqda və
aparılmış əməliyyat-axtarış
tədbirləri heç bir nəticə vermədikdə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin,
nəqliyyat vasitələri üzrə isə əlavə
olaraq Baş Dövlət Yol Polisi İdarəsinin bu
barədə məlumatı nəzərə alınmaqla,
həmin əsas vəsaitlər (fondlar) Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin müvafiq rəyi əsasında (Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar
istisna olmaqla) təşkilatın balansından silinir.[13]
III.
ƏSAS VƏSAİTLƏRİN (FONDLARIN)
SÖKÜNTÜSÜNDƏN
ƏLDƏ
EDİLƏN MATERİAL QİYMƏTLİLƏRİNİN
SATIŞI
3.1. Əsas
vəsaitlərin (fondların) silinməsi
nəticəsində onların söküntüsündən
əldə edilən
mal-materiallar, o cümlədən yararlı ehtiyat
hissələri, detallar, aqreqatlar, əlvan və qara metal
qırıntıları, digər materiallar cari bazar
dəyəri ilə bu Qaydaların 2.2-ci bəndinə əsasən
yaradılmış komissiya tərəfindən
qiymətləndirilərək
mədaxil edilməklə müvafiq hesabda uçota
alınır.
3.2. Əsas
vəsaitlərin (fondların) söküntüsündən
əldə edilən yararlı material qiymətlilərinin
satışından əldə edilən gəlir
qüvvədə olan mühasibat uçotunun müvafiq
hesabında uçota alınır.
3.3.
Satışa yararlı olmayan material qiymətliləri
təşkilat tərəfindən tərtib olunmuş
məhvetmə aktı əsasında məhv edilir.
3.4.
Dövlət mülkiyyətində, habelə
nizamnamə kapitalında dövlətin payı 25,5 faizdən
çox olan kommersiya təşkilatlarında material
qiymətlilərinin satışından əldə edilən vəsait
onların gəlirlərinə aid edilir.
Dövlət
büdcəsindən maliyyələşən
təşkilatlarda əsas vəsaitlərin (fondların) söküntüsündən
əldə edilən material qiymətlilərinin
satışından daxil olan vəsaitlər hə-min
qiymətlilərin satışı ilə bağlı
xərclər çıxılmaqla, bütünlüklə
dövlət büdcə-sinə
köçürülür. Büdcədənkənar
dövlət fondlarında isə əsas vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışından daxil olan
vəsaitlər onların
gəlirinə aid edilir.
"Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə
kapitalında dövlətin payı olan müəssisələrin
balansında olan yararsız hala düşmüş əsas
vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən
əldə edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar"a 1
nömrəli əlavə ____________________________________
" Təsdiq
edirəm" (Müəssisənin,
idarənin və təşkilatın adı) ______________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) ___________ (imza) ƏMLAKIN
(QİYMƏTLİLƏRİN) LƏĞVİ AKTI "____"__________200____il __________________________________________________________________________________ (müəssisənin,
idarənin, təşkilatın adı) Əmlakın (qiymətlilərin) istismar
vəziyyətini
müəyyən
etmək
üçün "___"_______200__il
tarixli ¹-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya
üzvləri: Sədr______________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) Üzvlər____________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ Maddi-məsul şəxs____________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) ___________________________________________________öhdəsində
olan aşağıdakı əmlakın (qiymətlilərin) istismar
vəziyyətini yoxladıq. |
"Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə kapitalında
dövlətin payı olan müəssisələrin
balansında olan
yararsız hala düşmüş əsas vəsaitlərin
(fondların) silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material qiymətlilərinin
satışı üzrə Qaydalar"a 2
nömrəli əlavə ______________________________
" Təsdiq edirəm " (Müəssisənin,
idarənin və təşkilatın adı) ___________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) ____________________________________ (imza)
AVTOMOBİL
NƏQLİYYATI VASİTƏLƏRİNİN
LƏĞVİ AKTI "____"_____________200____il _________________________________________________________________________________________________ (müəssisənin,
idarənin, təşkilatın adı) Nəqliyyat vasitələrinin istismar
vəziyyətini
müəyyən
etmək
üçün “___”______200 ____il tarixli ¹-li əmrlə
təyin edilmiş daimi fəaliyyətdə olan komissiya
üzvləri: Sədr___________________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) Üzvlər_________________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) _______________________________________________________________________________________________ Maddi-məsul
şəxs_______________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) öhdəsində
olan avtonəqliyyat vasitəsinin istismar vəziyyətini
yoxladıq: Buraxılış
ili_____ , markası____ , modeli_____ ,
tipi______ , qabariti ______m, yük
tutumu_________________ ton, yer tutumu___________ nəfər, mühərrik ¹-si ________, şassi ¹-si ,
dövlət nişanı____________ ,texniki
pasportu ________________________"_______"
(seriyası, nömrəsi, tarixi) olan
hissələrini, bloklarını, mexanizmlərini,
sənədlərini və s. nəzərdən
keçirərək qeyd edirik: istismar tarixi_______ , ilkin balans dəyəri_______ man., köhnəlmə hesablanmışdır man,
qalıq balans dəyəri______ man, əsaslı təmirə sərf olunmuşdur man.,
istismara verildiyi gündən bəri getdiyi yol __________km, istismara verildiyi
gündən işlənmiş motosaatların sayı; son
əsaslı təmirdən sonra
getdiyi yol_______ km, istismara veriləndən bəri
görülən əsaslı təmirin sayı son görülən əsaslı
təmirin tarixi_____ , xarici görkəmi___________________ (xarici
görkəmi haqqında məlumat) çatışmayan
hissələri, qovşaqları, mexanizmləri_________________________________________ Əsas
hissələrinin texniki vəziyyəti
Məbləğ_______________________________________________________________________ (yazı ilə) Yuxarıda
göstərilən əmlakın (qiymətlilərin)
istismar vəziyyətini yoxlayarkən komissiya belə
qərara gəldi ki, əmlaklar (qiymətlilər)
köhnəlmiş, istismar
müddəti bitmiş, tamamilə yararsız hala
düşmüş və gələcəkdə
istifadəsi
mümkün olmadığı üçün ləğv
edilsin və maddi-məsul şəxsin öhdəsindən silinsin. Silinən
əmlakın (qiymətlilərin) tərkibi: qızıl________kq,
gümüş_______kq, platin _______kq əlvan metal_______kq, qara
metal_______kq, cında______kubmetr, ehtiyat
hissələri_____ədəd Qəbul-təhvil
qaimələri akta əlavə edilir. Qeyd. Akt üç
nüsxədən ibarət tərtib edilir və birinci
nüsxə mühasibata təhvil verilir. Vahidinin (dəstinin)
dəyərindən asılı olmayaraq, avtomobil
nəqliyyatı vasitələri üzrə Əsas
vəsaitlərin (fondların) ləğvindən əldə
edilən qiymətli metalların, material qiymətlilərinin və ehtiyat
hissələrinin qəbul-təhvil sənədləri bu
akta əlavə edilir. Sədr_____________________________________________________________________________ (vəzifəsi,
adi, soyadı, atasının adı) (imza,
tarix) Üzvlər___________________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) (imza,
tarix) Maddi-məsul
şəxs_______________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) (imza,
tarix) |
“Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında
dövlətin payı olan müəssisələrin
balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə
itmiş əsas vəsaitlərin (fondların) silinməsi
və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı
üzrə Qaydalar”a 3 nömrəli əlavə |
|
Təsdiq edirəm |
_____________________________________ (müəssisənin,
idarənin və təşkilatın adı) |
_________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) |
|
|
|
________________
(imza) |
|
"____"____________20___il |
ƏMLAKIN
(QİYMƏTLİLƏRİN) UÇOTDAN ÇIXARILMASI
AKTI |
|
"____"____________20____il |
|
_____________________________________________________________________________ (müəssisənin,
idarənin, təşkilatın adı) |
|
Əsas
vəsaitlərin (fondların) balansdan silinməsi
üzrə "__"________20__ il tarixli _____________________
nömrəli əmrlə təyin edilmiş daimi
fəaliyyətdə olan komissiya üzvləri: |
|
Sədr_________________________________________________________________________ (vəzifəsi,
adı, soyadı, atasının adı) |
|
Üzvlər_______________________________________________________________________
(vəzifəsi,
adı, soyadı, atasının adı) |
|
Maddi-məsul
şəxs_____________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının
adı) |
|
Oğurlanmış və ya
naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) sənədlərinə
əsasən aşağıdakıları
müəyyən etdik:
Nəqliyyat vasitələri üzrə: |
Əmlakın
(qiymətlilərin) göstəricilərinin adı |
Göstəricilər |
Qeyd |
Nəqliyyat vasitəsinin adı |
|
|
Buraxılış ili |
|
|
Markası |
|
|
Modeli |
|
|
Tipi |
|
|
Qabariti |
|
|
Yük tutumu |
|
|
Yer tutumu |
|
|
Mühərrikin ¹-si |
|
|
Şassi ¹-si |
|
|
Dövlət nişanı |
|
|
Texniki pasportun ¹-si və tarixi |
|
|
İstismar tarixi |
|
|
İlkin dəyəri (manatla) |
|
|
Qalıq dəyəri (manatla) |
|
|
Əsaslı təmirə sərf
olunmuş məbləğ |
|
|
Silinmənin əsası |
|
|
Nəqliyyat vasitələri istisna olmaqla əsas
vəsaitlər (fondlar) üzrə:
Sıra ¹-si |
Əmlakın (qiymətlilərin) adı və
nişanələri |
Alış tarixi |
İstismar
müddəti |
İlkin dəyəri (manatla) |
Qalıq dəyəri (manatla) |
Silinmənin
əsası |
Qeyd |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YEKUN |
|
|
|
|
|
|
Yuxarıda
göstərilən əmlakın (qiymətlilərin)
mövcudluğunu yoxladıqda komissiya belə qərara
gəldi ki, əmlaklar (qiymətlilər)
oğurlandığı və ya naməlum
şəraitdə itdiyi üçün maddi-məsul
şəxsin öhdəsindən silinməklə
uçotdan çıxarılsın. Əlavə
qeyd ________________________________________________________ Qeyd.
Akt üç nüsxədən ibarət tərtib edilir
və birinci nüsxə mühasibatlığa təhvil
verilir. Vahidinin
(dəstinin) dəyərindən asılı olmayaraq,
oğurlanmış və ya naməlum şəraitdə
itmiş əsas vəsaitlər (fondlar) |
Sədr_________________________________________________________________________
(vəzifəsi, adı, soyadı, atasının
adı)
(imza, tarix) |
Üzvlər_______________________________________________________________________
(vəzifəsi, adı, soyadı, atasının
adı)
(imza, tarix) |
_____________________________________________________________________________ |
Maddi-məsul
şəxs_____________________________________________________________
(vəzifəsi, adı, soyadı, atasının
adı)
(imza, tarix) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 noyabr 2005-ci il tarixli 220 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1076)
2.
31 yanvar 2006-cı il tarixli 30
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 1,
maddə 59)
3.
27 aprel 2009-cu il tarixli 73 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə 290)
4.
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
846)
5.
28 sentyabr 2012-ci
il tarixli 216 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942)
6.
17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
7.
22 sentyabr 2018-ci il tarixli 410 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci
il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹9, maddə 1938)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə adında və 1-ci hissəsində “əsas vəsaitlərin”
sözləri “, həmçinin
oğurlanmış və ya naməlum şəraitdə
itmiş əsas vəsaitlərin (fondların)”
sözləri ilə əvəz edilmişdir.
[2] 28
noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1076) ilə "Dövlət müəssisə və
təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən
əldə edilən material qiymətlilərinin
satışı üzrə Qaydalar"ın 2.5, 2.6, 2.7, 2.8, 2.9 və 2.11-ci
bəndlərində, habelə həmin Qaydalara 1 və 2
nömrəli
əlavələrin mətnində ismin müvafiq hallarında
verilmiş "İqtisadi
İnkişaf Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Əmlakının
İdarə Edilmə-si üzrə Dövlət
Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
adında “əsas
vəsaitlərin” sözləri “, həmçinin oğurlanmış və ya naməlum
şəraitdə itmiş əsas vəsaitlərin
(fondların)” sözləri ilə əvəz
edilmişdir.
[3] 28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
mətninə və həmin Qaydaların 1 və 2
nömrəli əlavələrinə ismin müvafiq
hallarında “əsas
vəsaitlər” sözlərindən sonra ismin müvafiq
hallarında “(fondlar)”
sözü əlavə edilmişdir.
[4] 27 aprel
2009-cu il tarixli 73 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
290) ilə «Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş əsas vəsaitlərin silinməsi
və bu vəsaitlərin söküntüsündən
əldə edilən material qiymətlilərinin
satışı üzrə Qaydalar»ın 1.1-ci bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.1. Bu Qaydalar
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə, Vergi Məcəlləsinə və
qüvvədə olan digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır.
22 sentyabr 2018-ci il tarixli 410 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci
il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹9, maddə 1938) ilə “Dövlət
müəssisə və təşkilatlarının,
habelə nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ın 1.1-ci bəndindən “, Milli Mühasibat Uçotu
Standartlarına” sözləri
çıxarılmışdır.
[5]
31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 1, maddə 59) ilə “Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə kapitalında
dövlətin payı olan müəssisələrin
balansında olan yararsız hala düşmüş əsas
vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
1.2-ci bəndində “nizamnamə
kapitalında dövlətə məxsus payın miqdarı
25,5 faizdən çox olan müəssisələrin”
sözləri “nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərin” sözləri ilə əvəz
edilmişdir.
28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
1.2-ci bəndə “balansında
olan” sözlərindən sonra “oğurlanmış, naməlum şəraitdə itmiş
və yararsız hala düşmüş” sözləri
əlavə edilmişdir və həmin bənddə “habelə bu vəsaitlərin”
sözləri “habelə yararsız hala
düşmüş vəsaitlərin” sözləri
ilə əvəz edilmişdir.
[6] 28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
2.1-ci bəndə (ikinci halda) “(fondlar),”
sözündən sonra “habelə
oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər
(fondlar)” sözləri əlavə edilmişdir.
[7] 28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
2.3-cü bəndə yeni məzmunda yeddinci abzas əlavə
edilmişdir.
[8] 28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
2.4-cü bənddən “əsas
vəsait obyektlərinin” sözləri
çıxarılmışdır.
[9]
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
846) ilə təsdiq
edilmiş "Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş əsas vəsaitlərin silinməsi
və bu vəsaitlərin söküntüsündən
əldə edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar"ın 2.5-2.9-cu və 2.11-ci
bəndlərində, habelə həmin Qaydaların 1 və 2
nömrəli əlavələrinin mətnində ismin
müvafiq hallarında "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi" sözləri ismin müvafiq
hallarında "Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[10] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 2.6-cı bəndə “rəy alındıqdan sonra”
sözlərindən sonra “(Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[11] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 2.7-ci bənddə “bütün hallarda”
sözləri “Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla,”
sözləri ilə əvəz edilmişdir.
[12] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 2.11-ci bənddə “Xüsusi” sözü “Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar
istisna olmaqla, xüsusi” sözləri ilə əvəz edilmişdir.
[13] 28
sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr
2012-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə
942) ilə Dövlət müəssisə və
təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala düşmüş
əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin
söküntüsündən əldə edilən material
qiymətlilərinin satışı üzrə Qaydalar”ın
yeni məzmunda 2.14-cü bənd əlavə edilmişdir.
17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 2.14-cü bəndə “rəyi əsasında”
sözlərindən sonra “(Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[14] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 2 nömrəli əlavənin
“Qeyd” hissəsinin ikinci abzasından “bütün hallarda” sözləri
çıxarılmışdır və həmin abzasa “rəyi əsasında”
sözlərindən sonra “(Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[15] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 aprel 2016-cı il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 4, maddə 793)
ilə “Dövlət müəssisə
və təşkilatlarının, habelə nizamnamə
kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin oğurlanmış
və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə
edilən material qiymətlilərinin satışı
üzrə Qaydalar”ının 3 nömrəli əlavənin
“Qeyd” hissəsinin ikinci abzasından “bütün hallarda” sözləri
çıxarılmışdır və həmin abzasa “rəyi” sözündən
sonra “(Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri
əlavə edilmişdir.