İctimai
televiziya və radio yayımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. İctimai
televiziya və radio yayımının məqsədi
İctimai televiziya və radio
yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin -
bütövlükdə cəmiyyətin, habelə onun
ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil,
mədəniyyət, əyləncə
və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və
fikir azadlığını, müxtəlif baxış
və əqidələri əks etdirməyə
yönəlmiş, doğru məzmunlu,
tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki
və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
Maddə 2. İctimai
televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. İctimai televiziya və radio
yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanunun tələblərinə uyğun olaraq
hazırlanmış digər normativ hüquqi aktlardan
ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar
müəyyənləşdirilərsə, həmin
beynəlxalq hüquq normaları tətbiq olunur.
Maddə 3. İctimai
yayım xidmətinin prinsipləri
3.0. İctimai yayım xidməti aşağıdakı
prinsiplər əsasında fəaliyyət göstərir:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın
tərəfsizliyi, qərəzsizliyi və
doğru-dürüstlüyü;
3.0.3. plüralizm və
dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan
uzaqlaşma;
3.0.5. ümumi maraqların
uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin
inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından
fərqlənmə.
II fəsil
İCTİMAİ
YAYIM XİDMƏTİNİN TƏŞKİLİ
Maddə 4. İctimai yayımçının hüquqi statusu
4.1. İctimai yayımçı
kənar müdaxilə olmadan müstəqil fəaliyyət
göstərən hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz
əmlakı üzərində sahiblik, istifadə və
sərəncam hüququna malikdir,
bu əmlakdan yalnız ictimai yayımın
məqsədləri üçün istifadə edə bilər.
4.3. İctimai yayımçı
əmlakdan səmərəli istifadə olunmasına
nəzarət edir, onun
qorunmasına məsuliyyət daşıyır.
4.4.
İctimai yayımçının əmlakı bu Qanunda
nəzərdə tutulmuş hallarda satıla bilər.[1]
4.5. İctimai yayımçının
əmlakı yeniləşdirilmək məqsədilə satıla bilər.[2]
4.6. İctimai yayımçı
verilişlərinin forma və məzmununu özü
müəyyən edir və yayımladığı proqramlar
üçün qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
4.7.
İctimai yayımçının
adı - İctimai Televiziya və Radio Yayımları Şirkətidir.
4.8. İctimai
Televiziya və Radio Yayımları Şirkəti bu Qanun,
"Kütləvi informasiya
vasitələri haqqında", "Televiziya və radio
yayımı haqqında" Azərbaycan Respublikasının qanunları və bu Qanunun
tələblərinə uyğun şəkildə hazırlanıb
Yayım şurası tərəfindən təsdiq olunan
Nizamnamə əsasında fəaliyyət
göstərir.
Maddə 5. İctimai yayım
fəaliyyətinə lisenziya verilməsi və tezliklərin ayrılması
İctimai yayım
fəaliyyətinə dövlət tərəfindən
müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır.
Maddə 6. İctimai
yayımçının hüquqları
6.0. İctimai
yayımçının aşağıdakı
hüquqları vardır:
6.0.1. özünün yayım
xidmətlərini yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını
əhatə edən proqramlar (verilişlər) hazırlamaq,
bədii, sənədli, cizgi filmləri, habelə seriallar
çəkmək, onları yayımlamaq, audio və video yazılarını çoxaltmaq,
satmaq və ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə
məşğul olmaq;
6.0.4. ölkə ərazisində
və xaricdə özünün müxbir
məntəqələrini, filial və
nümayəndəliklərini açmaq;
6.0.5. teleradio yayımı ilə
bağlı istənilən mətbu nəşrin
təsisçisi olmaq;
6.0.6. öz verilişlərinin
proqramını dərc etmək və ya bu hüququ
üçüncü şəxsə vermək;
6.0.7. özünün
ötürücü qurğular şəbəkəsindən
istifadə etmək, bu funksiyanı digər subyektə həvalə etmək və ya
ötürücü qurğular şəbəkəsini
icarəyə vermək;
6.0.8. proqramlarını peyk
rabitəsi, kabel şəbəkəsi, yaxud digər
yerüstü texniki qurğular vasitəsilə ölkənin
bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet və digər
yayım xidmətləri, yaxud texnologiyanın
ən yeni sahələrində fəaliyyət
göstərmək;
6.0.10. özünün arxiv
materiallarını ölkədaxili yayımçılara və ya yayımdankənar subyektlərə
icarəyə vermək;
6.0.11. əlavə və ya
tamamlayıcı xidmətlər, o cümlədən xarici
dillərdə informasiya
xidməti göstərmək üçün
üçüncü şəxslərlə
əməkdaşlıq etmək, yaxud üçüncü şəxsin bu sahəyə
ayırdığı nizamnamə kapitalındakı
payını əldə etmək;
6.0.12. nizamnamə
vəzifələrini yerinə yetirmək üçün
zəruri olan və qanunla
qadağan edilməyən digər fəaliyyətlə
məşğul olmaq.
Maddə 7. İctimai yayımçının vəzifələri
7.1. İctimai yayımçının vəzifələri
aşağıdakılardır:[3]
7.1.1. ölkədə və
dünyada baş verən mühüm hadisələr,
dövlət orqanlarının,
bələdiyyələrin, siyasi partiyaların, ictimai
birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti
barədə vətəndaşların qərəzsiz və
tarazlaşdırılmış
informasiya almaq hüququnun həyata keçirilməsi;
7.1.1-1
Azərbaycan Respublikasının Dövlət Himninin hər
səhər ictimai yayımın əvvəlində
“Azərbaycan Respublikasının Dövlət Himnindən
istifadə qaydaları haqqında” Azərbaycan Respublikası
Qanununun 6.2-ci maddəsinə uyğun olaraq
səsləndirilməsi;[4]
7.1.2. milli-mənəvi və
ümumbəşəri dəyərləri qoruyub inkişaf
etdirən maarifləndirici,
məlumatlandırıcı və əyləndirici proqramlar
vasitəsilə vətəndaşların
maraqlarının təmin olunması;
7.1.3. Azərbaycan və dünya
müəlliflərinin əsərləri üzrə
yüksək sənətkarlıq nümunəsi
olan tamaşaların, bədii, sənədli və cizgi
filmlərinin, serialların, incəsənət
əsərlərinin, mühüm tarixi və mədəni
tədbirlərin lentə alınması və gələcək nəsillər
üçün ictimai yayımçının qızıl
fondunda saxlanması;
7.1.4. hazırlanıb efirə
verilən proqramlarda vətəndaşların öz
fikirlərini bildirməsi
üçün bərabər imkanlar yaradılması;
7.1.5. vətəndaşların
cavabvermə hüququnun təmin edilməsi;
7.1.6. informasiyanın tərəfsizliyinin,
qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi;
7.1.7. pornoqrafik materialların,
zorakılığı, qəddarlığı, dini və
irqi ayrı-seçkiliyi
təbliğ edən proqramların yayımlanmaması;
7.1.8. vətəndaşların
şəxsi və ailə həyatına, şərəf
və ləyaqətinə hörmətlə
yanaşılması;[5]
7.1.9. yayım zamanı peşə
etikasına riayət olunması; [6]
7.1.10. tütün
məmulatlarının və tütün istifadəsi
prosesinin nümayiş etdirilməməsi, həmçinin
tütün məmulatlarının və tütün
istifadəsi prosesinin nümayiş etdirildiyi
əsərlərin, tamaşaların, proqramların efirdə,
kabel yayımı vasitəsilə açıq
yayımlanmaması; [7]
7.1.11. uşaqlar arasında
dövriyyəsi qadağan edilən və ya
məhdudlaşdırılan informasiyanın yayılması
ilə bağlı “Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş tələblərə
riayət edilməsi;[8]
7.1.12. proqramlarda
(verilişlərdə) dövlət dilindən istifadənin
və dövlət dili normalarına riayət edilməsinin
təmin olunması. [9]
7.2. “Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ictimai
yayımçı tütündən istifadənin və
sağlamlığa zərər vuran digər
vərdişlərin mənfi təsiri barədə müvafiq
icra hakimiyyəti orqanlarının, elm
müəssisələrinin və qeyri-hökumət
təşkilatlarının dəstəyi ilə
xəbərdaredici, maarifləndirici və tərbiyəvi
mövzuda verilişlər hazırlayır və bu
mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı
ayırır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 -
23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında
yayımlanır və verilişlərin surəti hər ay
Milli Televiziya və Radio Şurasına təhvil verilir.
Maddə 8. İctimai
yayım xidmətlərində kadrların seçilməsi
və əmək müqavilələrinin
bağlanması
8.1. İctimai yayım xidmətlərinin
rəhbərləri, baş redaktorlar, baş rejissorlar müsabiqə əsasında
seçilir, Yayım şurası tərəfindən sadə
səs çoxluğu ilə təsdiq
olunurlar.[10]
8.2. Müsabiqə komissiyasının
yaradılması və müsabiqənin keçirilməsi qaydaları, əmək
müqaviləsinin şərtləri qanunvericiliyə uyğun
olaraq Baş direktor tərəfindən hazırlanıb
təsdiq edilir.
8.3.
Yayım
şurası müsabiqə əsasında seçilmiş
yayım xidmətlərinin rəhbərlərini təsdiq etmədikdə bu Qanunun 8.1-ci
maddəsində göstərilən qaydada yeni namizədlər seçilir. Əgər Yayım
şurası seçilmiş namizədləri ikinci dəfə təsdiq etməzsə,
Baş direktor həmin namizədləri birbaşa təyin
edə bilər.
8.4. İctimai yayım xidmətində
işə götürülən, irəli
çəkilən və ya ictimai yayımın başqa xidmətlərində daha
yüksək vəzifəyə təyin olunan kadrlara
irqinə, cinsinə, dini mənsubiyyətinə, yaxud siyasi
baxışlarına görə məhdudiyyət qoyula
bilməz.
8.5.
İşçi
öz vəzifəsindən şəxsi məqsədlər
üçün, yaxud siyasi partiyaların, kommersiya və digər
təşkilatların məqsədləri üçün
istifadə edə bilməz.
8.6.
İşçi
ictimai yayımçının razılığı olmadan
dövlət orqanlarından, kommersiya qurumlarından və
digər təşkilatlardan təlimat ala, onların
tapşırığını yerinə yetirə bilməz.
Maddə 9. İctimai
yayım sənədlərinin saxlanması
9.1. İctimai teleradio verilişlərinin materialları
(lent yazıları, əlyazmaları, məktublar, qoşma sənədlər) televiziya və
radio yayımı haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
və müddətdə saxlanılır.
İctimai yayımçı:
9.2.1.
daxili
tənzimləyici sənədləri;
9.2.2.
əmlak
üzərində hüquqlarım təsdiq edən
sənədləri;
9.2.3.
Yayım
şurasının və Direktorlar şurasının
iclaslarının protokollarını;
9.2.4.
Baş
direktorun əmr və sərəncamlarını;
9.2.5.
təftiş
və audit yoxlamalarının nəticəsi barədə
aktları və arayışları;
9.2.6.
işçilərlə
bağlanmış əmək müqavilələrini;
9.2.7.
mühasibat uçotu sənədlərini;[11]
9.2.8.
bank, maliyyə
və məhkəmə sənədlərini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada və
müddətdə saxlayır.
Maddə 10. İctimai
yayım fəaliyyətində şəffaflıq
10.1.
İctimai
yayımçının iqtisadi fəaliyyətinin
şəffaflığını təmin etmək məqsədilə cari və ya
Yayım şurasının qərarı əsasında
fövqəladə audit yoxlamalar keçirilir.
10.2.
Təftiş
və ya audit yoxlamaların nəticələri kütləvi
informasiya vasitələrində dərc olunur.
III fəsil
İCTİMAİ
YAYIM PROQRAMLARI
Maddə 11. İctimai yayım proqramlarında
rəsmi məlumatların verilməsi
11.1. İctimai yayımçı
rəsmi məlumatları heç bir dəyişiklik
etmədən efirə verir.
"Rəsmi məlumat" dedikdə, insanların
həyatı, sağlamlığı və yaşayış
məntəqələrinin normal
fəaliyyəti üçün təhlükə
törədən fövqəladə hallar, təbii fəlakətlər və
qəzalar barədə dövlət hakimiyyəti
orqanlarının verdikləri xəbərlər, habelə cəmiyyətin
bilgiləndirilməsi üçün zəruri olan,
dövlət hakimiyyəti orqanlarının rəsmi
mövqeyini əks etdirən açıqlamalar, bəyanat
və məlumatlar başa
düşülür.
11.2.
İctimai
yayımçı rəsmi məlumatların məzmununa
görə məsuliyyət daşımır.
Maddə
11-1. Dini ekstremizm əleyhinə
xüsusi əməliyyatlar barədə ictimaiyyətə
məlumatın verilməsi[12]
11-1.1. Dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılması zonasında
kütləvi informasiya vasitələri işçilərinin
fəaliyyəti əməliyyat aparan orqan tərəfindən
müəyyən edilir.
11-1.2. Dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat barədə
ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın
müəyyən etdiyi formada və həcmdə verilir.
11-1.3. “Dini
ekstremizmə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində
nəzərdə tutulmuş məlumatların
yayılmasına yol verilmir.
Maddə 12. İctimai yayım
proqramlarının dili
12.1.
İctimai
yayım proqramları, bir qayda olaraq, Azərbaycan
Respublikasının dövlət dilində yayımlanır.
"Proqramların dili" dedikdə, qaçan
sətirlər (subtitr)
və təsviri (mətni) açıqlayan səs başa
düşülür.
12.2.
Xarici
dildə hazırlanan proqramlar, bu dildəki tədris və
retranslyasiya edilən proqramlar istisna
edilməklə, Azərbaycan dilində subtitrlərlə
müşayiət olunur, bədii,
sənədli filmlər, çıxışlar və s.
Azərbaycan dilinə tərcümə edilir.
12.3. İctimai yayım
proqramlarına Azərbaycan Respublikasının
ərazisində yaşayan milli
azlıqların dillərində verilişlər daxil edilir.
12.4.
İctimai yayım proqramlarında dövlət dili
normalarına riayət edilməlidir.[13]
Maddə 13. İctimai
yayım proqramlarına verilən tələblər
13.1.
İctimai
yayımçı bu Qanunla
müəyyənləşdirilmiş məqsədlərini
həyata keçirmək üçün proqramlar
hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri,
dini baxışları, ictimai fikir
və rəyin müxtəlif cərəyanlarını,
habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini
nəzərə almalıdır.
13.2.
Proqramlar
milli-mənəvi dəyərləri, milli adət və
ənənələri, mədəniyyət və incəsənətin bütün
rəngarəngliyini özündə əks etdirməlidir.
13.3.
İctimai
yayım proqramlarında siyasi baxışların
birtərəfli qaydada üstünlüyünə
və ya təbliğatına yol verilmir. Plüralizm və
dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki
müxtəlif nəzər nöqtələri,
problemlərə yanaşma,
şərhlər və analitik təhlillər alternativ
əsaslarla və diskussiya formasında aparılır.
13.4.
Yeni və
orijinal teleradio məhsullarının yaradılmasına,
bədii filmlərin, serialların, teleradio
tamaşalarının efirə verilməsinə diqqət
artırılmalıdır.
13.5.
Dünya
ölkələrinin ən yaxşı seriallarının,
bədii, sənədli və cizgi filmlərinin
Azərbaycan dilinə çevrilərək və
(və ya) Azərbaycan dilində subtitrlə
müşayiət edilərək
tamaşaçılara çatdırılmasına
şərait yaradılmalıdır.
Azərbaycan dilinə çevrilmədən
Azərbaycan dilində subtitrlə müşayiət
edilərək yayımlanan həmin verilişlərin həcmi
müvafiq dövlət orqanı tərəfindən
müəyyən edilir.[14]
13.6.
Proqramlarda
Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına
üstünlük verilir.
13.7.
Proqramlarda
istifadə olunan informasiyaların məzmunu, mənbəyi və ədalətliliyi
araşdırılıb dəqiqləşdirilməlidir.
13.8. Xəbərlər
proqramında informasiyalar əhatəli, tərəfsiz, qərəzsiz,
müstəqil olmalı,
cəmiyyətdəki fərqli
nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər informasiyadan dəqiq
şəkildə seçilməlidir.
13.9. İctimai
yayım proqramlarında ölkənin digər
yayımçılarının proqramlarından ödənişsiz sitat və fraqmentlər
gətirilə bilər, bu şərtlə ki, həmin sitat və fraqmentlərin ümumi həcmi
90 saniyədən çox olmasın və təsvirin
üstündə emblemi
göstərilməklə mənbəyi
açıqlansın.
13.10.
İctimai yayımçı insanın
immunçatışmazlığı virusu
infeksiyasının profilaktikası barədə
maarifləndirici verilişlərin, sosial reklam
çarxlarının nümayişi üçün ayda 20
dəqiqədən az olmayan efir vaxtı ayırmalı və
həmin verilişlərin daha əlverişli vaxtda yayımını
təmin etməlidir. Sosial reklam “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq yayımlanır.
[15]
Maddə 14. İctimai
yayım zamani reklama verilən tələblər
14.1.
İctimai yayım proqramlarında
(verilişlərində) yayımlanan reklam asan başa
düşülən olmalı və həmin proqramların
(verilişlərin) elementlərindən vizual (görüntülü)
və (və ya) akustik (səsli) şəkildə
fərqlənməlidir.[16]
14.2.
Reklamlar
proqramların məzmununa, reklamçılar ictimai
yayımçının müstəqilliyinə
təsir göstərməməlidirlər.
14.3.
Müntəzəm olaraq
xəbərlər proqramı, yaxud müasir siyasi mövzularda veriliş aparan şəxslər
teleradio reklamlarında çıxış edə
bilməzlər.
14.4.
İctimai yayım proqramlarında
(verilişlərində) reklam “Reklam haqqında” və
“Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq
hazırlanır və yayımlanır.[17]
14.4. Reklam
ayrı-ayrı verilişlərin arasında blok
şəklində efirə verilir.
14.5. Müstəqil
hissələrdən ibarət televerilişlərdə, idman
proqramlarında, fasilələrlə
gedən tədbirlərin və tamaşaların
yayımında reklam yalnız müstəqil hissələrin
arasında və ya fasilələrdə verilə bilər.
14.6. Ayrıca
verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı
zaman kəsiyi bu Qanunun 14.8-ci maddəsində göstərilən hallardan başqa, 30
dəqiqədən az olmamalıdır.
14.7.
Xəbərlər proqramı, dini və uşaq
verilişləri, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli
proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə
bilməz.
14.8. Bədii və
televiziya filmləri, 45 dəqiqədən bir və ya bir
neçə 45 dəqiqə
çox çəkən fasiləsiz proqramlar yalnız
hər 45 dəqiqədən sonra reklamla kəsilə bilər.
Proqramların nümayişi bir və ya bir neçə 45
dəqiqədən azı 20 dəqiqə çox çəkdikdə əlavə
olaraq bir reklam da verilə bilər.
14.9. Reklamına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
məhdudiyyətlər qoyulmuş məhsulların, habelə
saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına
yol verilmir. Narkotik vasitələrin, psixotrop
maddələrin, silahların,
pornoqrafiyanın, tütün məmulatlarının,
uşaqların fiziki, əqli və mənəvi
inkişafına ciddi zərbə vuran məhsulların,
habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulduğu hallarda digər məhsulların
reklamı qadağandır. [18]
14.10. Proqramlar
arasında teleticarət reklamı yerləşdirilə
bilər, bu şərtlə ki, alğı-satqı, xidmət və icarə
barədə birbaşa təkliflər edilən reklamın
ümumi həcmi gün
ərzində 30 dəqiqədən çox olmasın.
14.11. Reklam ictimai yayım
proqramlarının gündəlik həcminin 15 faizindən, bir saat ərzində reklam
çarxının ən yüksək həddi 9
dəqiqədən çox olmamalıdır.
14.12. Radioda
reklamların gündəlik həcminin ümumi müddəti
90 dəqiqədir.
Maddə 15. İctimai yayım
xidmətinə sponsorluq
15.1.
Sponsor reklamı şəxsin sponsor qismində
göstərilməsi şərtilə yayımlanır.
Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət
sahəsi və əmtəəsi haqqında məlumat,
əmtəə nişanı, firmanın loqosu qaçan
sətirlə göstərilməklə, vizual, yaxud audio
vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai
yayım proqramında (verilişində) verilən sponsor
reklamında bu məlumatların ümumi həcmi 2
dəqiqədən çox olmamalıdır.[19]
15.2.
Sponsor
verilişlərin məzmununa, yerləşdirilməsinə,
ictimai yayımçının
məsuliyyətinə və müstəqilliyinə təsir
göstərə bilməz.
15.3.
Sponsorun
maliyyə yardımı ilə hazırlanmış
verilişlərdə sponsorun və ya üçüncü şəxsin mallarının
(xidmətlərinin) alğı-satqısına, yaxud
icarəsinə təhrikə
yol verilməməlidir.
15.4.
“Reklam haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə reklamı qadağan edilmiş malların
istehsalı və (və ya) satışı ilə
məşğul olan şəxslər sponsor ola
bilməzlər.[20]
15.5.
Xəbərlər
və müasir siyasi mövzularda hazırlanan proqramlar sponsorluq predmeti ola bilməz.
IV fəsil
İCTİMAİ YAYIM
XİDMƏTİNİN İDARƏ OLUNMASI
Maddə 16. İctimai yayımçının
səlahiyyətlərinin həyata keçirilməsi
16.1.
İctimai
yayımçının bu Qanunla müəyyən edilən
səlahiyyətləri Yayım şurası və Baş
direktor tərəfindən həyata keçirilir.
16.2.
Yayım
şurasının üzvləri, Baş direktor və onun
müavinləri heç bir siyasi
partiyanın üzvü ola bilməzlər.
Maddə 17. Yayım
şurasının formalaşdırılması
17.1.
Yayım şurası
proqramların yayımı zamanı Azərbaycan
Respublikası qanunvericiliyinin
tələblərinə əməl edilməsi
üzərində nəzarəti həyata keçirən və bu sahədə həlledici
qərarlar qəbul etmək səlahiyyətinə malik olan
nəzarətedici orqan kimi
yaradılır.
17.2.
Yayım
şurasının üzvlüyünə
aşağıdakı təşkilatlar (təşkilatlar
qrupu) hər biri ümumi
yığıncaqda sadə səs çoxluğu ilə iki
namizəd irəli sürür və təsdiq edilmək üçün Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edirlər:
17.2.1.Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası;
17.2.2.müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilat;[21]
17.2.3.Mətbuat
Şurası;
17.2.4.Sahibkarlar Şurası;
17.2.5.gənclər təşkilatları;
17.2.6.qadın cəmiyyətləri;
17.2.7.idman federasiyaları;
17.2.8.dini konfessiyalar;
17.2.9.yaradıcılıq təşkilatları.
17.3.
Bu Qanunun
17.2.5-17.2.9-cu maddələrində göstərilən
təşkilatlar qrupu
namizəd seçmək üçün hər birindən
bərabər sayda nümayəndə olmaqla birgə ümumi yığıncaq
keçirir, namizədlər bu yığıncaqda sadə
səs çoxluğu ilə seçilirlər. Əgər birgə ümumi
yığıncaq vahid namizədlər seçmək
üçün razılığa gələ bilməzsə,
iştirakçıların hər birindən bir nəfər
olmaqla namizədlərin vahid
siyahısı tərtib olunur, bu siyahı birgə ümumi
yığıncaqda təsdiq edilərək Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilir.
17.4.
Azərbaycan
Respublikasının Milli Məclisi bu Qanunun 17.2-ci maddəsində göstərilən
təşkilatların (təşkilatlar qrupunun)
hərəsindən bir namizəd olmaqla 9 nəfərdən ibarət tərkibdə
17.2.1-17.2.3-cü maddələrdə göstərilən təşkilatların
namizədlərini 6 il, 17.2.4-17.2.6-cı maddələrdə
göstərilən təşkilatların (təşkilatlar
qrupunun) namizədlərini 4 il, 17.2.7-17.2.9-cu maddələrdə
göstərilən təşkilatlar qrupunun
namizədlərini isə 2 il müddətinə Yayım
şurasına üzv seçir.
17.5.
Yayım
şurasının üzvləri öz aralarından sədr
seçirlər.
17.6.
Müddəti
başa çatmış Yayım şurası
üzvlərinin yerinə bu Qanunun 17.2-ci maddəsində göstərilən qaydada yeni
namizədlər irəli sürülür və bu Qanunun
17.4-cü maddəsində göstərilən qaydada 6 il
müddətinə təsdiq olunurlar.
17.7.
Fəaliyyətinə
bu Qanunla nəzərdə tutulmuş qaydada vaxtından
əvvəl xitam verilən Yayım şurası
üzvünün boş qalan yerinə seçim
müddəti başa çatanadək təkrar seçki
keçirilmir.
17.8.
Bu Qanunun 17.7-ci
maddəsində nəzərdə tutulan hallarda Yayım şurası üzvlərinin sayı 6
nəfərdən az olarsa, o zaman fəaliyyətinə
vaxtından əvvəl xitam
verilmiş Yayım şurası üzvlərinin boş qalan
yerlərinə bu Qanunun 17.2-ci
və 17.4-cü maddələrində göstərilən
qaydada təkrar seçkilər keçirilir.
17.9.
İlkin
seçim müddəti başa çatmış Yayım
şurası üzvlərinin təkrar seçilmək üçün bu Qanunun 17.2-ci
maddəsinə uyğun şəkildə namizədlikləri irəli sürülə bilər.
Yayım şurası üzvünün dalbadal iki dəfə
seçilmək hüququ vardır.
Maddə 18. Yayım
şurasının üzvlərinə verilən
tələblər
18.1 Yayım şurasının üzvləri
dövlət orqanlarında və
bələdiyyələrdə, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq
hər hansı teleradio
yayımında, reklam agentliyində işləyə
bilməzlər.
18.2.
Yayım
şurasının üzvləri onların namizədliyini
irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin
maraqlarının müdafiəçisi kimi
çıxış edirlər.
18.3.
Yayım
şurasının üzvləri ictimai
yayımçının müstəqilliyinə zərər
vuran bəyanatlar verə və ya
öz vəzifələrindən siyasi, kommersiya, yaxud
şəxsi məqsədlər
üçün istifadə edə bilməzlər.
18.4.
Yayım
şurasının üzvləri teleradio, mətbuat, informasiya,
mədəniyyət, maliyyə,
teletexnika və digər aidiyyəti sahə üzrə iş
təcrübəsi olan ali təhsilli Azərbaycan
Respublikası vətəndaşlarından seçilir.
Maddə 19. Yayım
şurası üzvünün səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi
19.1. Yayım şurası üzvünün
səlahiyyətlərinə yalnız aşağıdakı
hallarda vaxtından əvvəl xitam verilə bilər:
19.1.1.
öz
ərizəsi ilə;
19.1.2.
Yayım
şurasının üzvlüyü ilə bir araya
sığmayan vəzifə tutduqda;
19.1.3.Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə, başqa
dövlətin vətəndaşlığını
qəbul etdikdə və ya başqa dövlət
qarşısında öhdəlik götürdükdə;[22]
19.1.4.
məhkəmənin
qanuni qüvvəyə minmiş qətnaməsi ilə
fəaliyyət qabiliyyətsizliyi,
yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq
olunduqda, cinayət törətməkdə
təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin
düşmüş və ya ölmüş elan edildikdə;
19.1.5.üzrsüz səbəbdən altı ay Yayım
şurasının iclaslarında iştirak etmədikdə;
19.1.6.
vəzifəsinin
öhdəsindən gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu Qanunun
19.1.6-cı maddəsində nəzərdə tutulmuş
əsaslara görə vəzifədən azad etmək
barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında
məsələ qaldırmaq üçün azı altı
üzvünün razılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan
Respublikasının Milli Məclisi Yayım
şurasının təsdiq olunmaq üçün təqdim etdiyi qərarı 63
səs çoxluğu ilə rədd edə bilər.
Maddə 20. Yayım
şurasının səlahiyyətləri
20.1. Yayım şurasının səlahiyyətləri
aşağıdakılardır:
20.1.1. öz reqlamentini
müəyyənləşdirir;
20.1.2. Yayım şurası haqqında
Əsasnaməni hazırlayıb təsdiq edir;
20.1.3. Baş direktorun seçilməsi
və ya vəzifəsinə vaxtından əvvəl xitam
verilməsi üçün azı altı üzvünün
razılığı ilə qərar qəbul edir;
20.1.4. Baş direktorun təqdimatı
ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən
azad edir;[23]
20.1.5. vəzifə təlimatları
və daxili tənzimləyici normalar hazırlayıb qəbul edir;
20.1.6. ictimai yayımçının proqram
strategiyasını və siyasətini təsdiq edir;
20.1.7. lazım bildikdə yayımdan sonra proqramların
monitorinqini keçirir;
20.1.8. ictimai yayımçının
büdcəsini və illik hesabatmı təsdiq edir;
20.1.9. ictimai yayımın
konsepsiyasını hazırlayır , texniki
avadanlıqların və yayımın keyfiyyət standartlarını
müəyyənləşdirir;[24]
20.1.10.səbəbini yazılı şəkildə
açıqlamaqla proqramlarla bağlı bu Qanunun tələblərinin pozulması
barədə Baş direktora xəbərdarlıq edir və
müvafiq tədbirlər görülməsinə dair
göstəriş verir;
20.1.11.
azı
altı üzvünün razılığı ilə
Direktorlar şurasının qərarını ləğv
edir;
20.1.12.ildə bir dəfə öz fəaliyyəti
barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc
etdirir;
20.1.13.bu Qanunla və Yayım şurası haqqında
Əsasnamə ilə müəyyənləşdirilmiş digər vəzifələri
yerinə yetirir.
20.2. Yayım şurası
üzvlərinin Baş direktorun cari fəaliyyətinə
hər hansı şəkildə
müdaxiləsinə yol verilmir.
20.3. Aşağıdakı hallarda
Yayım şurasının razılığı
tələb olunur:
20.3.1. televiziya tamaşaçılarının və
radio dinləyicilərinin seçim imkanlarını genişləndirmək məqsədilə
yeni proqram xidmətləri yaradıldıqda;
20.3.2. daşınmaz əmlakın əldə
olunması və satılması zamanı;[25]
20.3.3. bank kreditləri alındıqda
və maliyyə öhdəlikləri
götürüldükdə.
20.4. Yayım şurası ən azı altı ayda bir dəfə iclas
keçirir.[26]
20.5. Yayım şurasının sədri
və ya üzvlərdən üç nəfərinin
tələbi ilə növbədənkənar
iclas keçirilə bilər.
20.6. İclaslar üzvlərin yandan
çoxu iştirak etdikdə səlahiyyətlidir.
20.7. Bu Qanunla nəzərdə
tutulmuş hallardan başqa, Yayım şurası iştirak edənlərin sadə səs
çoxluğu ilə qərarlar qəbul edir. Səslər
bərabər olduqda sədr
həlledici səs üstünlüyünə malikdir.
20.8. Baş direktor və Direktorlar
şurasının üzvləri Yayım şurasının
iclaslarında
məşvərətçi səslə iştirak etmək
hüququna malikdirlər.
20.9. Yayım şurasının
üzvlərinə İctimai Televiziya və Radio
Yayımları Şirkətinin
büdcəsindən ildə bir dəfə Baş direktorun bir
aylıq vəzifə maaşı həcmində pul verilir.
Maddə 21.
Baş direktor
21.1. Baş direktor ictimai
yayımçının yaradıcılıq və
işgüzar fəaliyyətini əlaqələndirən, bu Qanunla onun
səlahiyyətinə aid edilmiş məsələlər
üzrə qərarlar
qəbul edən, bütövlükdə yayım
fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və
Yayım şurası tərəfindən 4 il
müddətinə seçilir.
21.2. Baş direktor:
21.2.1. proqramların bu Qanunun və
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının
tələblərinə uyğun hazırlanmasına
nəzarət edir və məsuliyyət
daşıyır;
21.2.2. ictimai yayımçının cari
fəaliyyətinə rəhbərlik edir;
21.2.3. ictimai yayımçını
məhkəmədə, dövlət orqanlarında, xaricdə
və beynəlxalq təşkilatlarda
təmsil edir;
21.2.4. əmrlər verir,
müqavilələr bağlayır, bu sənədlərin
tələblərinə əməl olunmasına
nəzarət edir;
21.2.4-1.
texniki avadanlıqların və yayımın keyfiyyət
standartlarını müəyyən edir;[27]
21.2.5. əmlakın qorunmasına
və yalnız ictimai yayımın məqsədləri
üçün istifadə
olunmasına məsuliyyət daşıyır.
21.3. Baş direktor aşağıdakı
məsələlər üzrə müstəqil qərarlar
qəbul edir:
21.3.1. verilişlərin yaradıcı
ideyası və istehsalı;
21.3.2. verilişlər setkasının
işlənməsi;
21.3.3. yayım fəaliyyətinin
təşkili, cari məsələlərin həlli;
21.3.4. bu Qanunla nəzərdə tutulan
hallardan başqa, ictimai yayımçının
əmlakı üzərində
sahiblik, istifadə və sərəncam verilməsi;
21.3.5. müxbir
məntəqələrinin, filial
və nümayəndəliklərin yaradılması;
21.3.6. bu Qanunla nəzərdə tutulan
hallardan başqa, kadrların seçilib işə
götürülməsi və idarə olunması;
21.3.7. bu Qanunla nəzərdə tutulan
hallardan başqa, malların və xidmətlərin
alğı-satqısı, icarəsi və istifadə
olunması;
21.3.8. bu Qanunla nəzərdə tutulan
hallardan başqa, əlaqələr qurulması, danışıqlar aparılması
və müqavilələr bağlanması;
21.3.9. bu Qanunla nəzərdə tutulan
hallardan başqa, büdcənin tərtibi və icrası.
21.4. Baş direktor, İctimai Televiziya
və Radio Yayımları Şirkətinin Nizamnaməsinə uyğun olaraq, yayım
xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar şurası yaradır.
21.5. Baş direktor, Nizamnaməyə
uyğun olaraq, Direktorlar şurasına rəhbərlik edir. Baş direktorun
müavinləri şurada üzv kimi təmsil olunurlar.
21.6. İctimai Televiziya və Radio
Yayımları Şirkətinin ümumi
yığıncağında
işçilərin arasından sadə səs
çoxluğu ilə Direktorlar şurasına ən azı 2
nəfər üzv daxil edilə bilər.
21.7. Direktorlar şurası
Nizamnamədə nəzərdə tutulan
məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
21.8. Baş direktor
aşağıdakı məsələləri Direktorlar
şurası ilə razılaşdırmalıdır:
21.8.1. proqram siyasətinin ümumi
xəttini və əsas prinsiplərini;
21.8.2. həmkarlar ittifaqı
təşkilatları ilə müqavilələri;
21.8.3. büdcənin tərtibini
və icrası barədə illik hesabatı;
21.8.3-1.
texniki avadanlıqların və yayımın keyfiyyət
standartlarını;[28]
21.8.4. ictimai
yayımçının büdcəsində
nəzərdə tutulmayan xərcləri.
21.9. Baş direktorun təkrar seçilmək hüququ
vardır.
21.10. Baş
direktorun səlahiyyətlərinə yalnız
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
21.10.1.öz ərizəsi ilə;
21.10.2.elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla, digər ödənişli
vəzifə tutduqda;
21.10.3.Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə, başqa
dövlətin
vətəndaşlığını qəbul etdikdə
və ya başqa dövlət qarşısında
öhdəlik götürdükdə; [29]
21.10.4.məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud
məhdud fəaliyyət qabiliyyətli olması təsdiq
olunduqda, cinayət törətməkdə
təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin
düşmüş və ya ölmüş elan edildikdə;
21.10.5.vəzifəsinin öhdəsindən gələ
bilmədikdə.
Maddə 22. İctimai yayımçının
fəaliyyətinə hüquqi nəzarət
22.1. İctimai yayımçının
fəaliyyətinə hüquqi nəzarət televiziya və
radio yayımı sahəsində
müvafiq dövlət orqanı tərəfindən həyata
keçirilir.
22.2. Televiziya və radio yayımı
sahəsində müvafiq dövlət orqanı bu Qanunun
tələblərini pozan və ya poza bilən istənilən
hərəkət (hərəkətsizlik) barədə ictimai
yayım xidmətinin idarəetmə orqanlarına sorğu
göndərə və ya qanun pozuntusunun qarşısının alınmasını
tələb edə bilər.
22.3. İctimai yayımın
idarəetmə orqanları sorğuya qənaətləndirici
cavab vermədikdə və ya
özlərinin nəzarətedici funksiyalarını yerinə
yetirmədikdə televiziya
və radio yayımı sahəsində müvafiq
dövlət orqanı:
22.3.1. daha sərt tədbirlər
görülməsini tələb edir və qanun pozuntusunun aradan qaldırılması
üçün konkret vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə
müraciət edir.
22.4. İctimai yayımçının
televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanının
hərəkətlərindən məhkəməyə
şikayət etmək hüququ vardır.
22.5. Bu maddənin tələblərinin
yerinə yetirilməsi üçün həyata
keçirilən istənilən tədbir
ictimai yayımçının informasiya almaq və fikri
ifadə etmək hüququnu
məhdudlaşdırmamalıdır.
22.6. Qanunun tələblərini pozmuş
ictimai yayımçı ona tətbiq edilmiş müvafiq
məsuliyyət tədbirinin məzmunu barədə
məlumatı müvafiq dövlət orqanı
tərəfindən müəyyən edilmiş vaxt
ərzində yayımlamağa borcludur. [30]
V fəsil
İCTİMAİ YAYIM XİDMƏTİNİN
MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 23. İctimai
yayım xidmətinin maliyyə mənbələri
23.1. İctimai yayım xidməti
aşağıdakı mənbələr hesabına
maliyyələşdirilir:
23.1.1. bu Qanımla başqa qayda
müəyyənləşdirilməyibsə, abonent haqqından daxilolmalar və
dövlət büdcəsindən ayırmalar;[31]
23.1.2. sponsor yardımı;
23.1.3. fiziki və hüquqi
şəxslərin ianələri;
23.1.4. reklamdan əldə olunan
gəlirlər;
23.1.5. audio və audiovizual proqramların
satışından daxilolmalar;
23.1.6. öz məhsulu olan serialların,
tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin
satışından əldə edilən vəsaitlər;
23.1.7. konsertlərin və şouların
təşkilindən daxilolmalar;
23.1.8. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr.
23.2. Bu Qanunun 23.1.1-ci maddəsi
qüvvəyə minənədək, digər mənbələrdən əldə edilən
gəlirlər də nəzərə alınmaqla, ictimai yayımın
məqsədlərinin həyata keçirilməsi,
fasiləsiz fəaliyyəti və perspektivli inkişafı
üçün dövlət
büdcəsindən hər il müvafiq miqdarda
maliyyə vəsaiti ayrılır və bu, dövlət büdcəsində ayrıca
sətirdə göstərilir. [32]
23.3. Bu Qanunun 23.1.1-ci maddəsi
qüvvəyə minəndən sonra da, digər mənbələrdən daxilolmalar
nəzərə alınmaqla, ictimai
yayımçının perspektivli inkişafı
üçün dövlət büdcəsindən
ayırmalar davam edir.[33]
23.4. Dövlət büdcəsindən
maliyyələşmə dövlət hakimiyyəti
orqanlarının ictimai yayıma müdaxiləsi
üçün əsas ola bilməz.
23.5. İctimai yayım xidmətinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən abonent haqqı hesabına
maliyyələşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
tənzimlənir.[34]
VI fəsil
YEKUN MÜDDƏALAR
Maddə
24. Abonentlərin
hüquqlarının qorunması
24.1. Hər kəsin ictimai
yayımçıya öz irad və təkliflərini
bildirmək hüququ
vardır.
24.2. Baş direktor daxil olmuş irad
və təklifləri araşdırır, lazım
gəldikdə tədbirlər
görür, görülmüş tədbirlərin
nəticələri vaxtlı-vaxtında, lakin 3 aydan gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı
vətəndaşların yalan informasiya verilməsi,
şərəf və ləyaqətlərinin
alçaldılması, işgüzar mövqelərinə
zərər vurulması barədə təkzib, düzəliş və cavab
verilməsi tələblərinə kütləvi informasiya
vasitələri haqqında
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
əməl edir.
24.4. İctimai yayım zamanı
hüququnun pozulması barədə ərizə ilə
müraciət edən hər kəs öz
vəsaiti hesabına həmin verilişin audio və video
surətlərini ala bilər.
Maddə
25. Qanunun
müddəalarının pozulmasına görə
məsuliyyət
Bu Qanunun müddəalarının
pozulmasına görə fiziki və hüquqi
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə
26. Qanunun qüvvəyə
minməsi
26.1. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
26.2. Bu Qanunun 23.1.1-ci maddəsi 2014-cü
il yanvarın 1-dən
qüvvəyə minir.[35]
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr
2004-cü il
¹
767-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3
mart 2006-cı il tarixli 81-IIIQD nömrəli
Qanun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3,
maddə 224)
2.
20
oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005)
3.
10
aprel 2007-ci il tarixli 307-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
435)
4.
1
may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
442)
5.
7 dekabr 2007-ci il tarixli 509-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹12, maddə 1218)
6.
30
sentyabr 2009-cu il tarixli 886-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹10,
maddə 772)
7.
21
dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, ¹ 39,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹02,
maddə 70)
8.
29
iyun 2012-ci il tarixli 411-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr
2012-ci il, ¹ 200, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 4.4-cü maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.4. İctimai yayımçının əmlakı
özəlləşdirilə, girov qoyula, yaxud bu Qanunla
müəyyənləşdirilmiş hallardan başqa,
satıla bilməz.
[2] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 4.5-ci maddədə “yalnız yeniləşdirilmək və
genişləndirilmək” sözləri “yeniləşdirilmək” sözü ilə
əvəz edilmişdir.
[3] 19 noyabr
2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1882) ilə
7.0,
7.0.1 – 7.0.10-cu və 7.1-ci maddələr müvafiq olaraq 7.1,
7.1.1 – 7.1.10-cu və 7.2-ci maddələr hesab edilmişdir.
[4] 8 may 2020-ci il tarixli 95-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci
il, ¹ 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 673) ilə yeni məzmunda 7.1.1-1-ci maddə əlavə
edilmişdir.
[5] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli
Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 7.0.8-ci maddəsində
"şəxsi"
sözündən sonra "və
ailə" sözü əlavə edilmişdir.
[6] 2
noyabr 2018-ci il tarixli 1329-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2478) ilə
7.0.9-cu
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz
edilmişdir.
[7] 2
noyabr 2018-ci il tarixli 1329-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2478)
ilə yeni məzmunda 7.0.10-cu və 7.1-ci maddələr
əlavə edilmişdir.
[8] 19 noyabr
2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1882) ilə
7.1.10-cu
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 7.1.11-ci maddə əlavə edilmişdir.
[9] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671) ilə 7.1.11-ci
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 7.1.12-ci maddə əlavə edilmişdir.
[10] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 8.1-ci maddədən “baş redaktorlar,” sözləri
çıxarılmışdır.
[11] 9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 aprel 2019-cu il, ¹ 87,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 599) ilə 9.2.7-ci
maddəyə “mühasibat”
sözündən sonra “uçotu”
sözü əlavə edilmişdir.
[12] 28 oktyabr 2016-cı il
tarixli 370-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2016-cı il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 12, maddə 1988) ilə yeni məzmunda 11-1-ci maddə
əlavə edilmişdir.
[13] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671) ilə yeni
məzmunda 12.4-cü maddə əlavə edilmişdir.
[14] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 13.5-ci
maddədən “seriallarının,”
sözü çıxarılmışdır, “çevrilərək”
sözündən sonra “və
(və ya) Azərbaycan dilində subtitrlə
müşayiət edilərək” sözləri
əlavə edilmişdir və bəndə ikinci cümlə əlavə edilmişdir.
[15] 21 dekabr 2010-cu il
tarixli 37-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, ¹ 39,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹02,
maddə 70) ilə yeni məzmunda 13.10-cu maddə
əlavə edilmişdir.
4 may
2018-ci il tarixli 1129-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə
1170) ilə 13.10-cu maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[16] 4 may
2018-ci il tarixli 1129-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə
1170) ilə 14.1-ci maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
14.1. Yayımlanan reklamın xüsusi nişanı
olmalı, televiziyada görüntülü, radioda səsli vasitələrlə proqramın başqa
hissələrindən birmənalı şəkildə fərqlənməlidir.
[17] 30 sentyabr 2009-cu il
tarixli 886-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 5
noyabr 2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹10,
maddə 772) ilə 14.4-14.12-ci maddələr
çıxarılmışdır və 14.4-cü maddə
əlavə edilmişdir.
[18] 3 mart 2006-cı il
tarixli 81-IIIQD
nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 224) ilə 14.9-cu
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyasında deyilirdi :
14.9.Reklamına Azərbaycan Respublikasının
qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş, o cümlədən
uşaqların fiziki, əqli və mənəvi
inkişafına ciddi zərbə vuran
məhsulların reklamı qadağandır
7
dekabr 2007-ci il tarixli
509-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹12, maddə 1218) ilə 14.9-cu maddəsinin
ikinci cümləsində “Narkotik
vasitələrin,” sözlərindən sonra “psixotrop maddələrin,”
sözləri əlavə edilmişdir.
[19] 4 may
2018-ci il tarixli 1129-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə
1170) ilə 15.1-ci maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
15.1 Bütövlükdə, yaxud qismən sponsor
yardımı ilə hazırlanan verilişlərin
əvvəlində və sonunda onların kim
tərəfindən maliyyələşdirildiyi açıq
diktor mətni, yaxud subtitrlər vasitəsilə elan
olunmalıdır. Bağlanmış müqaviləyə uyğun olaraq verilişdə sponsorun elan edilməsi
üçün onun emblemini, firma nişanmı
göstərmək, yaxud digər formalardan istifadə etmək
olar.
[20] 4 may
2018-ci il tarixli 1129-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə
1170) ilə 15.4-cü maddə
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
15.4 Reklamı qadağan olunmuş malların
(xidmətlərin) sahiblərinin, yaxud bu malların alğı-satqısını,
icarəsini həyata keçirən şəxslərin
sponsorluğuna yol verilmir.
[21] 6
oktyabr 2015-ci il tarixli 1374-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 22 noyabr
2015-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1281) ilə
17.2.2-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
17.2.2. Azərbaycan Milli Elmlər
Akademiyası;
[22] 03
aprel 2015-ci il tarixli 1246-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 07 may
2015-ci il, ¹ 097, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 5, maddə 493) ilə 19.1.3-cü maddədə “vətəndaşlığından
çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə”
sözləri ilə əvəz edilmişdir.
[23] 30 sentyabr 2009-cu il
tarixli 886-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 5
noyabr 2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹10,
maddə 772) ilə 20.1.4-cü maddədə “3 müavinini” sözləri “müavinlərini” sözü
ilə əvəz edilmişdir.
[24] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 20.1.9-cu maddədən “, texniki avadanlıqların və yayımın
keyfiyyət standartlarını
müəyyənləşdirir” sözləri
çıxarılmışdır.
[25] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 20.3.2-ci maddədən “əldə olunması və” sözləri
çıxarılmışdır.
[26] 30 sentyabr 2009-cu il
tarixli 886-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 5
noyabr 2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹10,
maddə 772) ilə 20.4-cü maddədə “iki” sözü “altı” sözü ilə
əvəz edilmişdir.
[27] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 21.2.4-1-ci maddə əlavə
edilmişdir.
[28] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 21.8.3-1-ci maddə əlavə
edilmişdir.
[29] 03
aprel 2015-ci il tarixli 1246-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci
il, ¹ 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹ 5, maddə 493) ilə 21.10.3-cü maddədə “vətəndaşlığından
çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə”
sözləri ilə əvəz edilmişdir.
[30] 3 mart 2006-cı il
tarixli 81-IIIQD nömrəli
Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3,
maddə 224) ilə 22.6-cı maddə
əlavə edilmişdir.
[31] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 23.1.1-ci maddədə “daxilolmalar” sözündən sonra “və dövlət büdcəsindən ayırmalar”
sözləri əlavə edilmişdir.
[32] 10
aprel 2007-ci il tarixli 307-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 435) ilə 23.2-ci maddəsində “artan” sözü “müvafiq”
sözü ilə əvəz edilmişdir.
[33] 29 iyun 2012-ci il
tarixli 411-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹09,
maddə 839) ilə 23.3-cü maddədən “ictimai yayımçının
perspektivli inkişafı üçün” sözləri
çıxarılmışdır.
[34] 1 may
2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442) ilə 23.5-ci maddəsində “xidmətinin” sözündən sonra “müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən”
sözləri əlavə edilmişdir.
[35] 30 sentyabr 2009-cu il tarixli
886-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹10,
maddə 772) ilə 26.2-ci maddədə “2010-cu il” sözləri “2014-cü
il” sözləri ilə əvəz edilmişdir.