"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: [1]

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinə dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri arasında bölgüsü barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri arasında bölgüsü barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.6. həmin Qanunun 8.1.10-cu maddəsində nəzərdə tutulmuş konspirasiya məqsədi ilə uydurma idarə, müəssisə, təşkilat və digər hüquqi şəxslərin yaradılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının digər dövlət orqanlarına müvafiq vəzifələrdə işləməyə göndərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri barəsində təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.9. həmin Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 18.4-cü maddəsində nəzərdə tutulmuş hərbi geyim formasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanları barəsində təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; [2]

1.11. həmin Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 20.9-cu maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması[3], hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 20.10-cu maddəsində nəzərdə tutulmuş məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 20.12-ci maddəsində nəzərdə tutulmuş xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiyanın verilməsi qaydasını və həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə əmək haqqı, mükafat və digər maddi təminatların verilmə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.17. öz səlahiyyətləri daxilində "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3.0.5-ci maddəsində, 7.1.3-cü maddəsində, 7.2.2-ci maddəsində, 12.1-ci maddəsində, 22.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 22.7-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının prezidenti nəzərdə tutulur;

2.2. həmin Qanunun 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 10.2-ci maddəsində, 18.4-cü və 22.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;[4]

2.3. həmin Qanunun 8.1.10-cu maddəsində, 9.4-cü maddəsində, 15.4-cü maddəsində, 18.3-cü maddəsində, 20.5-ci maddəsində, 20.8-ci maddəsində, 20.9-cu maddəsində, 20.10-cu maddəsində, 20.12-ci və 21.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir; [5]

2.5. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;[6]

2.6. həmin Qanunun 14.5-ci maddəsində, 15.3-cü maddəsində, 16.4-cü və 18.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər; [7]

2.7. həmin Qanunun 6.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur. [8]

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2004-cü il
¹ 104

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 04 avqust 2005-ci il tarixli  269 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, ¹ 8, maddə 701)
  2. 18 mart 2006-cı il tarixli  380 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, ¹ 3, maddə 231)
  3. 11 noyabr 2008-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 noyabr 2008-ci il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 966)
  4. 21 avqust 2017-ci il tarixli 1581 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 avqust 2017-ci il, ¹ 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1528)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 11 noyabr 2008-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 noyabr 2008-ci il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 966) ilə adında, preambulasında, 1.1-ci, 1.3-cü (hər iki halda), 1.17-ci və 2.1-ci bəndlərində "əks-kəşfiyyat" sözlərindən sonra "fəaliyyəti" sözü əlavə edilmişdir, 1.15-ci bəndində "həlak olmuş, bədən xəsarəti" sözləri "həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə, "sağlamlığına digər zərər" sözləri isə "xəstəliklə əlaqədar sağlamlığına digər ziyan" sözləri ilə əvəz edilmişdir.

 

[2] 04 avqust 2005-ci il tarixli  269 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, ¹ 8, maddə 701) ilə 1.10-cu bənd çıxarılmışdır.

 

[3] 18 mart 2006-cı il tarixli  380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, ¹ 3, maddə 231) ilə 1.13-cü bəndində "güzəştli hesabla pensiya
təyin edilməsi"  sözləri "pensiya məbləğinin hesablanması" sözləri ilə əvəz edilmişdir.

 

[4] 04 avqust 2005-ci il tarixli  269 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, ¹ 8, maddə 701) ilə 2.2-ci bənddən “maddəsində, 18.4-cü” sözləri çıxarılmışdır.

 

[5] 21 avqust 2017-ci il tarixli 1581 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 avqust 2017-ci il, ¹ 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1528) ilə 2.4-cü bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 avqust 2017-ci il tarixli 1581 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 avqust 2017-ci il, ¹ 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1528) ilə 2.5-ci bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[7] 04 avqust 2005-ci il tarixli  269 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, ¹ 8, maddə 701) ilə 2.6-cı bənddə “və 16.4-cü” sözləri “maddəsində, 16.4-cü və 18.4-cü” sözləri ilə əvəz edilmişdir.

21 avqust 2017-ci il tarixli 1581 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 avqust 2017-ci il, ¹ 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1528) ilə 2.6-cı bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

 

[8] 21 avqust 2017-ci il tarixli 1581 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 avqust 2017-ci il, ¹ 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1528) ilə 2.6-cı (ikinci halda) bənd 2.7-ci bənd hesab edilmişdir.