Poçt
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Respublikasında poçt sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.[1]
I Fəsil
Ümumİ
müddəalar[2]
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi;
1.0.2. Poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti;
1.0.3. Universal poçt rabitəsi xidmətləri - Azərbaycan Respublikasının ərazisində əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi müyəssər tariflərlə göstərilən və ümumi istifadədə olan poçt rabitəsi xidmətləri;
1.0.4. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;
1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;
1.0.6. Poçt rabitəsi operatoru - poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;
1.0.7. Poçt rabitəsinin milli operatoru (milli operator) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru; [3]
1.0.8. Poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar;
1.0.9. Sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi;
1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;
1.0.11. Sekoqram - içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi;
1.0.12. Nəzarət keçid müddətləri - müvafiq icra hakimiyyəti orqanı tərəfindən poçt göndərişinin qəbulundan ünvan sahibinə çatdırılmasınadək təyin edilmiş müddətlər;
1.0.13. Bəyan olunmuş qiymət - poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləği;
1.0.14. Beynəlxalq poçt mübadiləsi yeri - beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;
1.0.15. Beynəlxalq poçt mübadiləsi məntəqəsi - beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;
1.0.16. Xidməti poçt göndərişi - poçt rabitəsi operatorları tərəfindən xidməti məqsədlə göndərilən poçt göndərişi;
1.0.17. Poçt çeki - poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim edənə ödənilən pul sənədi.
1.0.18.
poçt-maliyyə xidmətləri (bundan sonra - maliyyə
xidmətləri) - milli operator tərəfindən bu qanuna
müvafiq olaraq maliyyə sahəsində həyata
keçirilən fəaliyyət;
1.0.19. poçt
hesabı - fiziki və hüquqi şəxslərin pul
vəsaitləri ilə əməliyyatların
aparılması üçün milli operator
tərəfindən açılan hesab;
1.0.20. poçt əmanəti - müvafiq müqaviləyə uyğun olaraq faizlər hesablanmaqla əmanəti ilk tələb üzrə qaytarmaq şərti ilə (tələbli) və ya müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmaq şərti ilə (müddətli), yaxud qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə milli operator tərəfindən fiziki və hüquqi şəxslərdən nağd və ya köçürmə yolu ilə qəbul edilən və onların poçt hesablarında əks olunan pul vəsaiti;[4]
1.0.21. maliyyə bazarlarına
nəzarət orqanı – maliyyə bazarlarında
tənzimləmə və nəzarətin həyata
keçirilməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum.[5]
Maddə 2. Poçt rabitəsi
haqqında qanunvericilik
2.1. Poçt rabitəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında poçt-maliyyə xidmətləri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[6]
II Fəsil
Poçt
rabİtəsİnİn İdarə edİlməsİ və
tənzİmlənməsİ
Maddə 3. Poçt rabitəsinin
idarə edilməsi
3.0. Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən müvafiq icra hakimiyyəti orqanı:
3.0.1. Poçt rabitəsi sahəsində öz fəaliyyətini bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirir;
3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir;
3.0.2-1.
pul vəsaitlərinin köçürülməsi ilə
məşğul olan poçt xidməti göstərən
müəssisələr tərəfindən “Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarət edir;[7]
3.0.3. Poçt rabitəsi sahəsində dövlət proqramlarını işləyib hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirir;
3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir;
3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı ilə birgə qanunvericiliyə uyğun müəyyən edir;
3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir;
3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması barədə təklif verir;
3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir.
Maddə 4. Poçt rabitəsi
sahəsinin tənzimlənməsi
4.1. Poçt rabitəsi sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada tənzimlənir:
4.1.1. Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydalarının təsdiqi, keyfiyyət normativlərinin müəyyən edilməsi və bu xidmətlərin tariflərinə dair təkliflər verilməsi;
4.1.2. Poçt rabitəsinin növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi;
4.1.3. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsi;
4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi;
4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi;
4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi;
4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrinin təşkili;
4.1.8. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq fövqəladə hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması.
4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. Milli operatorun
fəaliyyətinin maliyyələşmə
mənbələri
5.0. Milli operatorun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
5.0.1. Poçt rabitəsi və maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlirlər; [8]
5.0.2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq, poçtla reklam yayımından və poçt göndərişlərinin üzərində reklamın yerləşdirilməsindən əldə edilən gəlirlər; [9]
5.0.3. Müqavilə əsasında göstərilən xidmətlərdən əldə edilən gəlirlər;
5.0.4. Bank kreditləri, qrantlar, daxili və xarici sərmayələr;
5.0.5. Poçt rabitəsinin təşkili, inkişafı, onun nəqliyyat, informasiya və sosial infrastrukturuna kapital qoyuluşları, maliyyə və texniki yardımları.
Maddə 6. Milli operatorun müstəsna
hüquqları
6.0. Milli operatorun müstəsna hüquqları aşağıdakılardır:
6.0.1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;
6.0.2. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyəri, tirajı, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;
6.0.3. Göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;
6.0.4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;
6.0.5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;
6.0.6. qanunvericiliyə uyğun
olaraq maliyyə xidmətlərini, o cümlədən
Ümumdünya Poçt İttifaqının
tələblərinə müvafiq olaraq poçt
ödəniş xidmətlərini həyata keçirmək. [10]
III Fəsil
Poçt
rabİtəsİ xİdmətlərİ
Maddə 7. Poçt rabitəsinin
növləri
7.1. Poçt rabitəsi ümumi istifadədə olan və xüsusi təyinatlı poçt rabitəsi növlərinə bölünür.
7.2. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir.
7.3. Xüsusi təyinatlı
poçt rabitəsinə dövlət-feldyeger ,
feldyeger-poçt və xüsusi poçt rabitəsi
xidmətləri aiddir.[11]
Maddə 8. Poçt rabitəsi
sahəsində fəaliyyətin prinsipləri
8.0. Poçt rabitəsi sahəsində fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
8.0.1. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə;
8.0.2. İstifadəçilərin hüquqlarının qorunması;
8.0.3. Ümumi istifadədə olan poçt rabitəsi fəaliyyətində hüquqi və fiziki şəxslərin iştiraketmə hüquqlarının bərabərliyinin təmin olunması;
8.0.4. Poçt rabitəsi sahəsində məxfiliyin qorunması;
8.0.5. Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi.
Maddə 9. Poçt rabitəsi
xidmətlərinin göstərilməsi
9.1. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirir.
9.2. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlaya bilər.
9.3. Pul baratlarının ölkə ərazisindən kənara göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
9.4. Universal poçt rabitəsi xidmətləri istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.
Maddə 10. Milli operatorun müqavilə
əsasında göstərdiyi xidmətlər
Milli operator müqavilə əsasında dövri mətbuatın abunə və satış yolu ilə yayımı, pensiyaların, müavinətlərin və digər məqsədli ödənişlərin ödənilməsi, telefon danışıqlarının təşkili, bütün növ telefon və kommunal xidmətlərinə görə ödənişlərin qəbulu ilə məşğul ola bilər.
Maddə 11. Universal poçt rabitəsi
xidmətləri
11.1. Universal poçt rabitəsi xidmətlərinin tərkibinə aşağıdakılar aiddir:
11.1.1. çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli);
11.1.2. çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları;
11.2. Universal poçt rabitəsi xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [12]
11.3. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur:
11.3.1. çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;
11.3.2. poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri.
11.4. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
11.5. Universal poçt rabitəsi xidmətlərinin normativlərini və bu xidmətlərin göstərilməsi ilə bağlı zərərin kompensasiyası qaydalarını və mənbələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 11-1. Xüsusi poçt rabitəsi
xidməti[13]
11-1.1.
Xüsusi poçt rabitəsi xidməti “Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qorunan məlumatların, qiymətli metalların, qiymətli
daşların, zərgərlik məmulatlarının,
qiymətli kağızların və xüsusi yüklərin
göndərildiyi poçt göndərişlərinin
qəbulunu, çeşidlənməsini, saxlanmasını,
daşınmasını və ünvan sahiblərinə
çatdırılmasını həyata keçirir.
11-1.2. Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 12. Dövlət poçt
ödənişi nişanları
12.1. Dövlət poçt ödənişi nişanlarına poçt markaları, zərflərin və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan markalayıcı maşının həkki daxildir.
12.2. Dövlət poçt ödənişi nişanlarının saxtalaşdırılması ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 13. Çatdırılması
mümkün olmayan və paylanmayan poçt
göndərişlərinin saxlanması, açılması,
satışı və məhv edilməsi
13.1. Aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir:
13.1.1. Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda;
13.1.2. Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə.
13.2. Ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər.
13.3. Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3 (üç) ayda bir dəfədən az olmayaraq, onların açılmasına razılıq almağa dair məhkəməyə müraciət etməli, məhkəmə həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır.
13.4. Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır.
13.5. Paylanmayan poçt göndərişlərinin içərisində tez xarab olan mallar olduqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada satılmalı, bu mümkün olmadıqda isə həmin mallar məhv edilməlidir. Satışdan əldə olunan vəsait bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.
13.6. Poçt göndərişinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadığı halda saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatorunun müraciəti və bu barədə məhkəmənin müvafiq qərarı ilə poçt göndərişinin içərisindəki əşyalar, mallar və pul vəsaitləri sahibsiz hesab edilir.
13.7.Poçt göndərişinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar, bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra məhv edilməlidir. Sahibsiz hesab edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda poçt operatoru tərəfindən satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxılmaqla dövlət büdcəsinə köçürülür.
13.8. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III-I Fəsil[14]
MİLLİ OPERATORUN MALİYYƏ
XİDMƏTLƏRİ
Maddə
13-1. Maliyyə xidmətləri
sahəsində fəaliyyət növləri
13-1.1.
Milli operator maliyyə xidmətləri sahəsində
aşağıdakı fəaliyyət növlərini
həyata keçirə bilər:
13-1.1.1.
poçt hesablarının açılması və
aparılması;
13-1.1.2.
pul köçürmələrinin həyata
keçirilməsi;
13-1.1.3.
maliyyə təsisatlarında, o cümlədən
Azərbaycan Respublikasının Mərkəzi
Bankında
(bundan sonra - Mərkəzi Bank) müxbir
hesabların açılması;
13-1.1.4.
poçt əmanətlərinin qəbul edilməsi;
13-1.1.5.
ödəniş vasitələrinin, o cümlədən debet
və kredit kartlarının, poçt çeklərinin
buraxılması;
13-1.1.6.
müştərilərin sifarişi və vəsaiti
hesabına valyuta mübadiləsi
əməliyyatlarının həyata keçirilməsi;[15]
13-1.1.7.
nağd pulun və digər qiymətlilərin inkassasiyası.
13-1.2.
Bu qanunun 13-1-ci maddəsində göstərilmiş hər
hansı fəaliyyət növü yalnız maliyyə
bazarlarına nəzarət orqanından
xüsusi razılıq (lisenziya) alındıqdan sonra
həyata keçirilə bilər.
Maddə
13-2. Maliyyə
xidmətlərinin lisenziyalaşdırılması
13-2.1.
Milli operator maliyyə xidmətlərinin göstərilməsi
üzrə fəaliyyəti maliyyə
bazarlarına nəzarət orqanından
aldığı xüsusi razılıq (lisenziya)
əsasında, lisenziyada müəyyən edilmiş
həcmdə həyata keçirə bilər. Lisenziya
verilməsinin qaydaları maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən olunur. Lisenziya
alınması üçün milli operatorun
müraciətinə tələb olunan bütün
sənədlər təqdim olunduqdan sonra ən geci 60
təqvim günü müddətində baxılır və
müvafiq qərar qəbul edilir. Lisenziya müddətsizdir
və verildiyi gündən qüvvəyə minir.
13-2.2.
Milli operatorun filial və şöbələri maliyyə
xidmətləri sahəsində yalnız maliyyə
bazarlarına nəzarət orqanın icazə verdiyi
fəaliyyət növləri ilə məşğul ola
bilərlər. Filial və şöbələrə
icazələrin verilməsi şərtləri milli operatora
lisenziyanın verilməsi qaydalarında müəyyən
olunur.
13-2.3.
Maliyyə xidmətlərinin həyata keçirilməsi, o
cümlədən poçt əmanətlərinin qəbul
edilməsi üçün xüsusi razılığın
(lisenziyanın) verilməsi məsələsinə milli
operatorun daxili informasiya, nəzarət və riskləri
idarəetmə sistemlərinin yaradılmasından və onun maliyyə
bazarlarına nəzarət orqanının
normativ xarakterli aktları ilə müəyyən edilən
kapital normativinə və təşkilati-texniki
tələblərə tam cavab verməsindən sonra baxıla
bilər.
13-2.4.
Lisenziyanın alınması üçün milli operator
qanunvericiliklə müəyyən edilən
məbləğdə dövlət rüsumu ödəyir.
Maddə
13-3. Milli operatorun maliyyə
xidmətləri sahəsində fəaliyyətinə dair
ümumi tələblər
13-3.1.
Bu qanunda, maliyyə bazarlarına
nəzarət orqanının və Mərkəzi
Bankın
normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda,
poçt əmanətlərinin qəbul edilməsinə,
poçt hesablarının aparılmasına və milli
operatorun həyata keçirdiyi digər maliyyə
xidmətləri növlərinə bank fəaliyyətini
tənzimləyən normativ hüquqi aktlar tətbiq edilir.
Poçt əmanətlərinə "Əmanətlərin
sığortalanması haqqında" Azərbaycan
Respublikasının Qanunu şamil olunmur.[16]
13-3.2.
Maliyyə xidmətləri sahəsində milli operatorun
fəaliyyəti maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən qanunvericiliyə uyğun olaraq bank
fəaliyyətinə şamil edilən ayrı-ayrı
prudensial normativlərin və tələblərin
müəyyən edilməsi yolu ilə tənzimlənir.
13-3.3.
Milli operatorun buraxdığı kredit kartının limiti kart
sahibinin poçt əmanətinin məbləğindən
artıq ola bilməz. Maliyyə xidmətləri
sahəsində milli operatorun fəaliyyət riskini azaltmaq
məqsədi ilə maliyyə
bazarlarına nəzarət orqanı bir
əmanətçidən qəbul edilən əmanətin
maksimum miqdarını müəyyən edə bilər.
13-3.4.
Milli operator qəbul etdiyi poçt əmanətlərini
və poçt hesablarının qalıq vəsaitlərini
yerli və xarici emitentlərin buraxdığı
dövlət qiymətli kağızlarında, mərkəzi
bankların qiymətli kağızlarında, habelə
müvafiq icra hakimiyyəti orqanının maliyyə
bazarlarına nəzarət orqanı ilə birlikdə
müəyyən etdiyi investisiya strategiyası
çərçivəsində mərkəzi banklarda və
yüksək reytinqli digər banklarda depozitlərdə,
yüksək reytinqli digər maliyyə alətlərində,
habelə bu qanunun 13-3.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada kredit kartları
üzrə yerləşdirə bilər.[17]
13-3.5.
Milli operator maliyyə xidmətləri göstərdiyi binada (o
cümlədən filial və şöbələrin
yerləşdiyi binada) maliyyə bazarlarına
nəzarət orqanından aldığı
lisenziyanın (icazənin) surətini, habelə bu
sahədə həyata keçirdiyi fəaliyyət
növlərinin şərtlərini və qaydalarını
hamı üçün rahat görünən sahədə
yerləşdirir.
13-3.6.
Milli operator müştərilərə hesab açdıqda
və ya maliyyə xidmətləri göstərdikdə,
Azərbaycan Respublikasının normativ hüquqi
aktlarının, habelə vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
tələblərinə əməl olunmasını təmin
etməli və həmin beynəlxalq müqavilələrə
uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikasının
ərazisində həyata keçirdikləri maliyyə
əməliyyatları barədə məlumatları
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
76-1-ci maddəsinin tələbləri əsasında həmin
xarici dövlətlərin səlahiyyətli orqanlarına
təqdim etməlidir.[18]
Maddə
13-4. Maliyyə xidmətləri
sahəsində nəzarət [19]
13-4.1.
Milli operatorun maliyyə xidmətləri sahəsində
fəaliyyəti üzərində nəzarət maliyyə bazarlarına nəzarət orqanı
və Mərkəzi Bank
tərəfindən “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirilir.[20]
13-4.2.
Milli operator maliyyə xidmətlərinə dair prudensial
hesabatları maliyyə
bazarlarına nəzarət orqanına təqdim edir.
Hesabatların forması, məzmunu və dövriliyi maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir.
13-4.3.
Hesabatların təhlili nəticəsində prudensial
normativlərin və tələblərin pozulması
halları aşkar olunduqda, maliyyə
bazarlarına nəzarət orqanı
aşağıdakı təsir tədbirlərini tətbiq
edə bilər:
13-4.3.1.
aşkar olunmuş pozuntuların aradan qaldırılması
barədə milli operatora icrası məcburi olan
göstərişlərin verilməsi;
13-4.3.2.
maliyyə xidmətləri sahəsində ayrı-ayrı
fəaliyyət növlərinin
məhdudlaşdırılması və ya
dayandırılması;
13-4.3.3.
prudensial normativlərin (tələblərin)
artırılması;
13-4.3.4.
milli operatorun ayrı-ayrı filialları
(şöbələri) tərəfindən
göstərilən maliyyə xidmətlərinin bir qisminin
məhdudlaşdırılması və ya qadağan
edilməsi;
13-4.3.5.
maliyyə xidmətlərinə və bu sahədə
mühasibat işinə rəhbərlik edən
şəxslərin (onların müavinlərinin), habelə
daxili audit bölməsinin rəhbərinin vəzifədən
azad edilməsi barədə milli operatorun rəhbərliyi
qarşısında məsələ qaldırılması
və/və ya həmin şəxslərə qarşı
qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh
tədbirlərinin görülməsi.
13-4.4. Maliyyə
bazarlarına nəzarət orqanı milli operatora
verdiyi lisenziyanı aşağıdakı hallarda ləğv
edə bilər:
13-4.4.1.
milli operatorun öz müraciəti əsasında;
13-4.4.2.
lisenziya alınması üçün müraciət
edilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu aşkar edildikdə;
13-4.4.3.
lisenziya qüvvəyə mindiyi gündən milli operator 12 ay
müddətində maliyyə xidmətlərinin
göstərilməsinə başlamadıqda;
13-4.4.4.
milli operator müflis elan edildikdə və ya ləğv
edildikdə;
13-4.4.5.
milli operatorun nizamnamə kapitalının və ya məcmu
kapitalının miqdarı maliyyə
bazarlarına nəzarət orqanının milli
operator üçün müəyyən etdiyi nizamnamə
kapitalının və ya məcmu kapitalın minimum
miqdarından az olduqda və ya kapitalın adekvatlıq
əmsalı maliyyə
bazarlarına nəzarət orqanının milli
operator üçün müəyyən etdiyi normativin
25%-dən aşağı düşdükdə;
13-4.4.6.
milli operator idarəetməni və cari fəaliyyətini
etibarlı və prudensial qaydada həyata
keçirmədikdə;
13-4.4.7.
milli operator maliyyə xidmətləri sahəsində yol
verdiyi ciddi pozuntuların aradan qaldırılması
barədə maliyyə
bazarlarına nəzarət orqanın
tələblərinə əməl etmədikdə;
13-4.4.8.
üç hesabat tarixinə maliyyə
bazarlarına nəzarət orqanına prudensial hesabat
təqdim etmədikdə və ya bilərəkdən maliyyə
bazarlarına nəzarət orqanına yanlış
hesabat və məlumat verildiyi faktları
müəyyənləşdirildikdə.
13-4.4.9.
milli operator tərəfindən “Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
tələblər mütəmadi olaraq pozulduqda.
13-4.5. Maliyyə
bazarlarına nəzarət orqanı milli operatorun
filial və ya şöbəsinə verdiyi icazəni
aşağıdakı hallarda ləğv edə bilər:
13-4.5.1.
icazə alınması üçün müraciət
edilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu aşkar edildikdə;
13-4.5.2.
icazəni almış filial və ya şöbə
idarəetməni və ya cari fəaliyyətini etibarlı
və prudensial qaydada həyata keçirmədikdə;
13-4.5.3.
maliyyə xidmətləri sahəsində icazədə
nəzərdə tutulmayan fəaliyyət növlərini
həyata keçirdikdə;
13-4.5.4.
filialın və ya şöbənin bağlanması
haqqında qərar qəbul edildikdə.
13-4.5.5.
icazəni almış filial və ya şöbə
tərəfindən “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
tələblər mütəmadi olaraq pozulduqda.
13-4.6. Maliyyə
bazarlarına nəzarət orqanı tətbiq etdiyi
təsir tədbirləri və sanksiyalar barədə
dərhal milli operatora yazılı məlumat verir.
13-4.7.
Maliyyə xidmətləri sahəsində aparılan
əməliyyatların qanunauyğunluğunu yoxlamaq
məqsədi ilə maliyyə
bazarlarına nəzarət orqanı milli operatordan, o
cümlədən onun filial və
şöbələrindən idarə edilməsinə və
cari fəaliyyətinə dair sənədləri, o
cümlədən əməliyyat sənədlərini,
mühasibat kitablarını, habelə onlara dair izahat
tələb edə və yerində yoxlamalar apara bilər.
Maddə
13-5. Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
alınması [21]
13-5.1.
Milli operator cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı monitorinq
olunmalı pul vəsaitləri və digər
əməliyyatlar barədə məlumatları maliyyə
monitorinq orqanına təqdim edir, özünün daxili
nəzarət sistemini hazırlayır və tətbiq edir,
Azərbaycan Respublikasının qanunları və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə müəyyən edilmiş
digər tədbirləri həyata keçirir.
Milli
operator qanunla müəyyən olunmuş hallarda və qaydada
müştərinin, benefisiar mülkiyyətçinin
və səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, habelə onlar barədə
əldə olunmuş eyniləşdirilmə
məlumatlarının verifikasiyası üçün
tədbirlər görməli, məlumatın
sənədləşdirilməsi və saxlanılması
tələblərinə əməl etməlidir. [22]
13-5.2.
Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən
tələblərdən başqa digər tələblər
“Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu və digər normativ hüquqi və normativ xarakterli aktlar
ilə müəyyən edilir. [23]
Maddə
13-6. Maliyyə bazarlarına
nəzarət orqanına ödənilən haqlar[24]
Poçt
rabitəsinin milli operatoru maliyyə bazarlarına
nəzarət orqanına həmin orqan tərəfindən
müəyyən edilmiş məbləğdə və
qaydada haqlar ödəyir.
IV Fəsil
Poçt
rabİtəsİ operatorlarının dövlət və
yerlİ özünüİdarəetmə orqanları,
dİgər müəssİsələrlə
münasİbətlərİ
Maddə 14. Poçt rabitəsi
obyektlərinin yerləşdirilməsi
14.1. Dövlət hakimiyyəti və bələdiyyə orqanları yaşayış məntəqələrinin, həmçinin yaşayış binalarının layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı Milli operatorun poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını təmin etməlidir.
14.2. Milli operatorun obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq ayrılır. Avtomobil, dəmiryol stansiyalarında, hava və dəniz limanlarında, poçt mübadilə məntəqələrinin binalarının və qurğularının tikintisi üçün isə torpaq sahələri stansiya və limanların bilavasitə yaxınlığında, digər poçt obyektlərinin tikintisi üçün isə yaşayış məntəqələrinin mərkəzi hissəsində ayrılmalıdır.
14.3. Ünvan qutuları tikinti müəssisələri tərəfindən çoxmərtəbəli binaların birinci mərtəbələrində quraşdırılır. Ünvan qutularının alınması və quraşdırılması xərcləri bu evlərin tikinti xərclərinə daxil edilir.
14.4. Fərdi tikililərdə istifadəçilər poçt göndərişlərini almaq üçün ünvan qutularını öz vəsaitləri hesabına quraşdırırlar.
14.5. Çoxmərtəbəli binalarda yerləşən hüquqi şəxslər binaların birinci mərtəbəsində ünvan qutuları quraşdırır və onların yararlı vəziyyətdə saxlanılmasını təmin edir.
14.6. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən poçt rabitəsi operatorları qanunvericilik ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə müvafiq tədbirlər keçirilməsi üçün şərait yaratmalı, bu zaman yaranan təşkilati-texniki məsələləri həll etməli və istifadə olunan üsulları gizli saxlamalıdırlar.
Maddə 15. Poçt
göndərişlərinə təhlükəsizlik,
gömrük və karantin nəzarəti
15.1. Azərbaycan Respublikasının ərazisinə poçt göndərişləri vasitəsi ilə idxal və bu ərazidən ixrac olunan mallara gömrük nəzarəti bu qanuna və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.
15.2. Azərbaycan Respublikasının ərazisinə daxil olan və göndərilən poçt göndərişlərinə təhlükəsizlik nəzarəti qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.
15.3. Azərbaycan Respublikası ərazisindən sadə və sifarişli məktublarda gömrük ödənişləri tətbiq edilən əşyaların göndərilməsi qadağandır.
15.4. Poçt rabitəsi operatorlarının xaricə göndərdikləri və oradan aldıqları beynəlxalq poçt göndərişlərinə təhlükəsizlik və gömrük nəzarəti müəyyən olunmuş yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
15.5. Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallara tətbiq edilən gömrük ödənişləri poçt rabitəsi operatoru tərəfindən alınaraq qanunvericiliklə müəyyən edilən qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına köçürülür.
15.6. Gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişlərində göndərilən mallara dair qəbul edilən qərarlara görə poçt rabitəsi operatorları cavabdehlik daşımır. Poçt rabitəsi operatorları poçt göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.
15.7. Beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 16. Poçt rabitəsində
nəqliyyat vasitələrindən istifadə
16.1. Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin üzərində milli operatorun emblemi həkk edilir və bu nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada operativ nəqliyyat vasitələri hesab edilir.
16.2. Poçt rabitəsi operatorları müqavilə əsasında avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı vasitəsilə öz işçilərinin müşayiəti, yaxud nəqliyyat müəssisələrinin cavabdehliyinə verilməklə poçtun daşınmasını təşkil edir.
V Fəsil
Poçt
rabİtəsİ operatorlarının,
İstİfadəçİlərİn və
vasİtəçİlərİn məsulİyyətİ
Maddə 17. Poçt rabitəsi
operatorlarının məsuliyyəti
17.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar:
17.1.1. qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində;
17.1.2. qiyməti bəyan olunmuş poçt göndərişinin içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı zədələndiyi və xarab olduğu halda həmin əşyaların göndəricinin siyahıda göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında;
17.1.3. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında;
17.1.4. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı, zədələndiyi və xarab olduğu halda 17.1.3-cü maddədə göstərilən miqdardan artıq olmamaq şərtilə itən, oğurlanan, zədələnən və xarab olan əşyanın real dəyəri miqdarında;
17.1.5. itirilmiş, oğurlanmış, zədələnmiş və xarab olmuş poçt göndərişinə görə bu qanunun 17.1.1-ci və 17.1.3-cü maddələrində nəzərdə tutulan kompensasiyalardan əlavə bəyan olunmuş qiymətə görə ödəniş haqqı istisna olmaqla, digər ödəniş haqları miqdarında;
17.1.6. beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə Ümumdünya Poçt İttifaqının aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla;
17.1.7. teleqramın mətnində məna dəyişikliyinə səbəb olan təhriflərə yol verilməsinə görə ödəniş haqqının 10 misli miqdarında;
17.1.8. pul baratının ödənilmədiyi və ya qismən ödənildiyinə görə - ödənilməmiş məbləğ miqdarında;
17.1.9. poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında;
17.1.10. içərisində sağlamlıq müəssisəsinə yollayış, avia, dəmiryol və digər gediş biletləri olan daxili qiymətli məktubun nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilməməsi səbəbindən onların istifadə müddətləri keçdiyi halda dəymiş ziyanın real dəyəri (göndərici tərəfindən siyahıda göstərilmiş qiymətdən artıq olmamaq şərtilə) miqdarında.
17.2. Bu qanunun 17.1-ci maddədə göstərilən kompensasiya və ödəniş haqları göndəriciyə və ya onun yazılı müraciətinə əsasən ünvan sahibinə ödənilir.
17.3. İtirilmiş və ya oğurlanmış poçt göndərişi kompensasiya və ödəniş haqları ödənildikdən sonra tapılarsa, qarşılıqlı razılıq əsasında ödənilmiş kompensasiya və ödəniş haqları geri alındıqdan sonra bu poçt göndərişi 5 (beş) iş günü müddətində göndəriciyə və ya ünvan sahibinə verilir.
17.4. Poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar:
17.4.1. poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;
17.4.2. poçt göndərişinin içərisindəkilərinin çatışmazlığı, zədələnməsi və ya xarab olması göndərilən əşyaların xüsusiyyətlərindən asılı olaraq baş verdikdə;
17.4.3. poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;
17.4.4. ünvan sahibi və ya göndərici poçt göndərişinin qəbuluna dair iltizamnamə verdikdə;
17.4.5. gömrük orqanlarının qəbul etdikləri qərara görə;
17.4.6. məhkəmənin qərarı ilə poçt göndərişinin götürüldüyü, üzərinə həbs qoyulduğu və müsadirə edildiyi hallara görə.
Maddə 18. İstifadəçilərin
məsuliyyəti
İstifadəçilər poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulması və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatorunun istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.
Maddə 19. Poçt rabitəsi
vasitəçilərinin məsuliyyəti
Poçt göndərişlərinin daşınmasında vasitəçilik edən hüquqi və ya fiziki şəxslər poçt rabitəsi operatorları qarşısında poçt göndərişlərinin onların təqsiri ucbatından itirilməsinə, oğurlanmasına və ya zədələnməsinə görə poçt operatorlarının istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.
Maddə 20. Poçt
göndərişlərindəki yazışmanın,
poçt göndərişlərinə dair məlumatların
məxfiliyi
20.1. Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur.
20.2. Poçt rabitəsi sahəsində işləyən şəxslər poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır.
20.3. Poçt göndərişlərinin üzərinə həbs qoyulması və müsadirə edilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 21. İstifadəçilərin
hüquqları
21.1. Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir.
21.2. Poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər.
21.3. İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir.
21.4. İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
Maddə 22. Poçt rabitəsi
sahəsində təhlükəsizliyin təmin edilməsi
22.1. Poçt göndərişlərinin, obyektlərinin, işçilərinin və istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə poçt rabitəsi operatoru qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirir.
22.2. Poçt rabitəsi sahəsində təhlükəsizlik tədbirlərini həyata keçirən şəxslər poçt rabitəsi sahəsində qanunvericiliyin pozulması hallarını araşdırarkən poçtla təmasda olan bütün müəssisələr (hava limanı, dəmir yolu nəqliyyatı, dəniz limanı, avtomobil nəqliyyatı) bu şəxslərə onların fəaliyyəti üçün lazım olan şəraiti təmin etməlidirlər.
VI Fəsil
Poçt
rabİtəsİ xİdmətlərİ
göstərİlməsİnİn
xüsusİyyətlərİ
Maddə 23. Poçt rabitəsi
sahəsində istifadə olunan dil
23.1. Azərbaycan Respublikasının bütün ərazisində poçt rabitəsi operatorları tərəfindən kargüzarlıq qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparılır.
23.2. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır.
23.3. Beynəlxalq poçt göndərişləri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun tərtib edilir və işlənilir.
23.4. Tranzit ölkələrdə müəyyən çətinliklərin yaranmaması üçün göndərişin ünvanlandığı ölkənin adı Ümumdünya Poçt İttifaqı tərəfindən qəbul olunmuş beynəlxalq dillərin birində yazıla bilər.
Maddə 24. Uçot-hesabat vaxtı
Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi xidmətləri üçün vahid uçot-hesabat vaxtı - Bakı vaxtı tətbiq edilir. Beynəlxalq poçt rabitəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən müəyyən edilir.
VII Fəsil
Yekun
müddəalar
Maddə 25. Poçt rabitəsi
sahəsində beynəlxalq əməkdaşlıq
25.1. Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, poçt rabitəsi operatorlarının xarici poçt rabitəsi operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.
25.2. Poçt rabitəsi sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri xarici hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müqavilələr bağlaya bilərlər.
25.3. Universal poçt rabitəsi xidmətləri sahəsində beynəlxalq fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir və səlahiyyətləri çərçivəsində digər ölkələrin poçt müdiriyyətləri ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.
25.4. Azərbaycan Respublikasının poçt rabitəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir.
Maddə 26. Bu qanunun pozulmasına
görə məsuliyyət
Bu qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 27. Mübahisələrin
həlli
27.1. Poçt rabitəsi fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
27.2. Azərbaycan Respublikasının ərazisində və xarici dövlətlərin ərazilərində yerləşən poçt müəssisələri arasında mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada həll olunur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun
2004-cü il
¹ 714-IIQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
1 may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442)
2.
2 oktyabr 2008-ci il tarixli 696-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr
2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 11, maddə 958)
3.
30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, ¹ 160,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 517)
4.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
5.
30 sentyabr 2014-cü il tarixli 1028-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
9 noyabr 2014-cü il, ¹ 245,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 10, maddə 1148)
6.
4 mart 2016-cı il tarixli 143-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
13 mart 2016-cı il, ¹ 57,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 03, maddə 409)
7.
30 sentyabr 2016-cı il tarixli 316-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 oktyabr
2016-cı il, ¹ 233, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1602)
8.
29 noyabr 2016-cı il tarixli 418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar
2017-ci il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 6)
9.
20 oktyabr 2017-ci il tarixli 804-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr
2017-ci il, ¹ 246,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
11, maddə 1957)
10.
20 oktyabr 2017-ci il tarixli 807-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci
il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə
1960)
11.
17 noyabr 2017-ci il tarixli 860-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr
2017-ci il, ¹ 273, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab
maddə 2223)
12.
31 may 2018-ci il
tarixli 1160-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1390)
13.
28 dekabr 2018-ci il
tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
32)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 2 oktyabr 2008-ci il
tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 958) ilə
adından və preambulasından "rabitəsi"
sözü çıxarılmışdır.
[2] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276) ilə mətnində ismin müvafiq hallarında “Milli
Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi
Bank” sözləri ilə əvəz edilmişdir.
[3] 2 oktyabr 2008-ci il
tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 11, maddə 958) ilə 1.0.7-ci
maddədə "poçt
rabitəsi" sözlərindən sonra "və poçt-maliyyə" sözləri
əlavə edilmişdir.
[4] 2
oktyabr 2008-ci il tarixli 696-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 noyabr 2008-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
958) ilə yeni məzmunda 1.0.18-1.0.20-ci maddələr
əlavə edilmişdir.
[5] 4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 1.0.20-ci maddədə
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunmuşdur və yeni
məzmunda 1.0.21-ci maddə əlavə edilmişdir.
[6] 28 dekabr 2018-ci il tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
32) ilə
2-ci maddənin mətni 2.1-ci maddə hesab
edilmişdir və yeni məzmunda
2.2-ci maddə əlavə edilmişdir.
[7] 30
sentyabr 2016-cı il tarixli 316-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
22 oktyabr 2016-cı il, ¹ 233, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1602)
ilə
3.0.2-1-ci maddəsi ləğv edilmişdir.
[8] 2 oktyabr 2008-ci il
tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 958) ilə 5.0.1-ci
maddədə "poçt
rabitəsi" sözlərindən sonra "və maliyyə" sözləri əlavə
edilmişdir.
[9] 29 noyabr 2016-cı il tarixli 418-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar
2017-ci il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 6) ilə 5.0.2-ci maddəsində “Poçtla” sözü “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü
maddəsinin tələblərinə uyğun olaraq,
poçtla” sözləri ilə əvəz edilmişdir.
[10] 2 oktyabr 2008-ci il
tarixli 696-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 958) ilə
6.0.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6.0.6. Ümumdünya Poçt
İttifaqının tələblərinə uyğun
poçt ödəniş xidmətlərini (pul
köçürmələri, poçt çekləri,
poçt əmanətləri və s.) müvafiq
qanunvericiliyə uyğun həyata keçirmək.
[11] 20 oktyabr 2017-ci il
tarixli 807-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 11, maddə 1960) ilə 7.3-cü maddədən “, feldyeger-poçt”
sözləri çıxarılmışdır.
[12] 1 may 2007-ci il
tarixli 324-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 442) ilə 11.2-ci maddəsində “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun”
sözləri “müvafiq icra
hakimiyyəti orqanı tərəfindən” sözləri
ilə əvəz edilmişdir.
[13] 20 oktyabr 2017-ci il
tarixli 807-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 11, maddə 1960) ilə yeni məzmunda 11-1-ci maddə
əlavə edilmişdir.
[14] 2 oktyabr 2008-ci il tarixli 696-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr
2008-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 11, maddə 958) ilə yeni məzmunda III-I fəsil
əlavə edilmişdir.
[15] 20 oktyabr 2017-ci il
tarixli 804-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2017-ci il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 11, maddə 1957) ilə 13-1.1.6-cı maddəsində “xarici valyutanın
alqı-satqısı” sözləri “valyuta mübadiləsi əməliyyatlarının
həyata keçirilməsi” sözləri ilə
əvəz edilmişdir.
[16] 4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 13-3.1-ci maddədə “Bu Qanunda” sözlərindən
sonra “, maliyyə bazarlarına
nəzarət orqanının” sözləri əlavə
edilmişdir.
[17] 4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 13-3.4-cü maddədə “Mərkəzi Bankla birlikdə”
sözləri “maliyyə
bazarlarına nəzarət orqanı ilə birlikdə”
sözləri ilə əvəz edilmişdir.
[18] 17 noyabr 2017-ci il
tarixli 860-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, ¹ 273,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
12, I kitab maddə 2223)
ilə yeni məzmunda 13-3.6-cı
maddə əlavə edilmişdir.
[19] 4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 13-1.2-ci, 13-2-ci, 13-3.2-ci,
13-3.3-cü, 13-3.5-ci və 13-4-cü (13-4.1-ci maddə istisna olmaqla)
maddələrdə ismin müvafiq hallarında “Mərkəzi Bank”
sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı”
sözləri ilə əvəz edilmişdir.
4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 13-4-cü maddənin adında
və 13-4.1-ci maddədə “dövlət
nəzarəti” sözləri “nəzarət”
sözü ilə əvəz edilmişdir.
[20] 30
sentyabr 2014-cü il tarixli 1028-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr
2014-cü il, ¹ 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10,
maddə 1148)
ilə 13-4.1-ci maddəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
13-4.1. Milli operatorun
maliyyə xidmətləri sahəsində fəaliyyəti
üzərində dövlət nəzarəti
səlahiyyətləri daxilində Mərkəzi Bank və qanunvericiliklə
müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə 13-4.1-ci maddədə “Mərkəzi Bank”
sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və”
sözləri əlavə edilmişdir.
[21] 30 iyun 2009-cu il
tarixli 856-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti
24 iyul 2009-cu il, ¹ 160, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 517) ilə yeni
məzmunda 3.0.2-1-ci, 13-4.4.9-cu, 13-4.5.5-ci və 13-5-ci
maddələr əlavə edilmişdir.
[22] 31 may 2018-ci il tarixli 1160-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1390) ilə 13-5.1-ci maddənin ikinci abzasında “benefisiarın” sözü “benefisiar mülkiyyətçinin”
sözləri ilə əvəz edilmişdir.
[23] 31 may 2018-ci il tarixli 1160-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1390) ilə 13-5.2-ci maddədə “aktlar” sözü “və
normativ xarakterli aktlar” sözləri ilə əvəz edilmişdir.
[24] 4 mart 2016-cı il
tarixli 143-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart
2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 409)
ilə yeni məzmunda 13-6-cı
maddə əlavə edilmişdir.