Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 iyul tarixli 147 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarının adından və 1, 2, 3, 4, 5-ci bəndlərindən, həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin adından və birinci bölməsinin 1, 2-ci bəndlərindən, "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 avqust tarixli 169 nömrəli qərarının adından, 1, 3, 4, 5-ci bəndlərindən "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin
(Bakı, Naxçıvan, Sumqayıt və Gəncə
şöbələri daxil olmaqla) ümumi ştat sayı 43 vahid, o
cümlədən Agentliyin mərkəzi aparatının ştat
sayı 22 vahid müəyyən edilsin.[1]
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi ilə birlikdə Agentliyin mərkəzi aparatının və onun yerli şöbələrinin cari ilin axırınadək saxlanılmasının maliyyələşdirmə mənbəyi haqqında təkliflərini 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin.
4. (Qüvvədən düşüb) [2]
5. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 avqust tarixli 169 nömrəli qərarının ikinci bəndi (əlavə ilə birlikdə) qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24
sentyabr 1999-cu il
№ 151
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 25 fevral 2000-ci il tarixli 24 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2,
maddə 121)
2.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 23 sentyabr 2003-cü il tarixli 124 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9,
maddə 531)
3.
24 avqust 2009-cu il tarixli 127 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı ()
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 avqust
2009-cu il tarixli 127 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()
ilə 2-ci bəndi qüvvədən düşmüş hesab
edilmişdir.
[2] Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 23 sentyabr 2003-cü il tarixli 124 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9,
maddə 531) ilə 4-cü bənd qüvvədən düşmüş
hesab edilmişdir.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə
Dövlət Agentliyi haqqında Əsasnamə"yə
aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
"Agentliyin funksiyaları"
bölməsinin 5-ci bəndinə aşağıdakı
əlavələr edilsin:
nazirliklər, komitələr
və digər orqanlarda satınalmalarla məşğul olan
mütəxəssislərin ixtisas səviyyəsini artırmaq üçün
qanunvericilikdə nəzərdə tutulmuş qaydada pullu
və pulsuz kurslar təşkil etmək, onların
iştirakçılarına müvafiq sənədlər vermək,
normativ hüquqi sənədlərlə və tədris
vəsaitləri ilə təmin etmək;
məşğələlər, treninqlər, simpoziumlar,
konfranslar keçirmək, satınalmalarla məşğul olan
mütəxəssislərin beynəlxalq tədris
mərkəzlərinə göndərilməsini
əlaqələndirmək; [2]
xarici ölkələrin
satınalma təşkilatları ilə
əməkdaşlıq etmək;
"Tender haqqında"
Azərbaycan Respublikası Qanununun pozulmasına görə qanunvericilikdə
nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanları
qarşısında məsələ qaldırma;
həmin bölmənin 10-cu
abzasında "toplamaq" sözündən sonra, "bülleten
buraxmaq" sözləri əlavə edilsin;
öz səlahiyyətləri
daxilində "Tender haqqında" Azərbaycan Respublikası
Qanunundan, "Büdcə təşkilatları
tərəfindən malların (işlərin və
xidmətlərin) satın alınması haqqında"
Əsasnamənin tələblərindən və bu
qərardan irəli gələn digər
məsələləri həll etmək.
"Agentliyin
vəzifələri" bölməsinin 8-ci bəndinə
aşağıdakı əlavələr edilsin:
3-cü abzasdan sonra
"mərkəzi aparatın, Bakı, Naxçıvan, Sumqayıt
və Gəncə şöbələrinin strukturunu və
ştat cədvəlini təsdiq edir" redaksiyasında yeni
abzas;
4-cü abzasında
"Agentliyin" sözündən sonra "mərkəzi
aparatın və yerli şöbələrinin" sözləri;
5-ci abzasında "öz
səlahiyyətləri hüdudlarında" sözlərindən
sonra "təlimatları, Agentliyin şöbələrinin
əsasnamələrini, standart tender sənədlərinin formalarını"
sözləri.