Prokurorluq haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil

 

Ümumİ müddəalar

 

Maddə 1. Qanunda istifadə olunan anlayışlar

Bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur:

prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri;[1]

müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər;

əməliyyatçı – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları;[2]

prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları;[3]

prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər.

 

Maddə 2. Azərbaycan Respublikasının prokurorluğu

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra - "prokurorluq") məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Fövqəladə prokurorluqların, xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada prokurorluqların yaradılması qadağandır.

 

Maddə 3. Prokurorluq haqqında qanunvericilik

Prokurorluq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər qanunlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;[4]

cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; [5]

təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;

məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;[6]

məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;

məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;[7]

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;[8]

məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

 

Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

qanunçuluq;

hər kəsin qanun qarşısında hüquq bərabərliyi;

fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;

obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;

vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması;

siyasi bitərəflik.

 

Maddə 6. Prokurorluğun beynəlxalq əlaqələri

Prokurorluq qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr yaradır və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin həllində iştirak edir.

 

Maddə 7. Prokurorluğun fəaliyyətinə müdaxilənin və prokurorluğa hörmətsizlik göstərilməsinin yolverilməzliyi

Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

II fəsil

Prokurorluğun sİstemİ və təşkİlİ

 

Maddə 8. Prokurorluğun sistemi və təşkili

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:

Azərbaycan Respublikasının Baş Prokurorluğu;

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi;[9]

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu; [10]

rayon (şəhər) prokurorluqları;

hərbi ixtisaslaşdırılmış prokurorluqları; [11]

tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial-məişət, təsərrüfat təyinatlı digər qurumlar.

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluğu sistemində ərazi prokurorluqları, həmçinin rayon (şəhər) prokurorluqlarına bərabər tutulan ixtisaslaşdırılmış prokurorluqları və digər prokurorluqlar yaradıla bilər.

Prokurorluqların yaradılması, ləğv edilməsi, Baş Prokurorluğunun strukturunun və ştat vahidlərinin ümumi sayının təsdiqi məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir.

 

Maddə 9. Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğun mərkəzi aparatıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğuna birinci müavini, müavinləri, böyük köməkçiləri olan Azərbaycan Respublikasının baş prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun strukturuna idarə, şöbə və digər qurumlar daxildir. İdarə və şöbələrin tərkibində Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri hesab edilən idarə rəisləri, köməkçiləri hesab edilən idarə rəislərinin müavinləri və şöbə rəisləri, habelə prokurorlar, müstəntiqlər və əməliyyatçılar vardır.[12]

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməklə bütün prokurorluq orqanlarının fəaliyyətinə rəhbərlik edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq:

qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti təcrübəsini öyrənir və ümumiləşdirir, prokuror nəzarətinin təkmilləşdirilməsi və hüquq pozuntularının qarşısının alınması üçün tədbirlər hazırlayıb həyata keçirir;

müvafiq orqanlarla birgə cinayətkarlığın, cinayətlərin açılması vəziyyətinin, cinayət işlərinin hərəkətinin vahid uçotu və statistik hesabatlarına dair metodikanın hazırlanmasında iştirak edir;

prokurorluğun kadrlarının seçilib yerləşdirilməsi və peşə hazırlığının yüksəldilməsi işini təşkil edir;

statistik hesabatları təmin edir, prokuror və istintaq təcrübəsinin ümumiləşdirilməsini və təkmilləşdirilməsini, elmi-texniki vasitələrin tətbiqini təşkil edir;

prokurorluğun maliyyələşdirilməsinə və elmi-texniki təminatına dair təkliflər hazırlanmasını təmin edir;

Azərbaycan Respublikası baş prokurorunun əmr, göstəriş və digər aktlarını həyata keçirir;

Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Kollegiya yaradılır.

 

Maddə 10. Azərbaycan Respublikasının baş prokuroru

Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin III hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Baş prokuroru rəhbərlik edir (bundan sonra - "Baş prokuror").

Baş prokurorun müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Baş prokuror:

bilavasitə habelə Azərbaycan Respublikasının Baş Prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir;

qanunla müəyyən edilmiş qaydada prokurorluğun fəaliyyətini təşkil edir;

prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə, Baş Prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflərini təqdim edir, tabe prokurorluqların strukturunu təsdiq edir və ştat vahidlərini bölüşdürür;

Baş prokurorun müavinlərinin, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorların, Naxçıvan Muxtar Respublikası prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir;

ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq, digər prokurorluq işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Respublikasının Prokurorluğu və digər prokurorluqların kollegiyalarının tərkibini təsdiq edir; [13]

Azərbaycan Respublikası Prokurorluğunun Kollegiyasını çağırır, ona rəhbərlik edir;

prokurorluğa ayrılmış vəsaitləri bölüşdürür;

Baş prokurorun müavinlərinin, Baş Prokurorluğun struktur bölmələrinin və aşağı prokurorların funksional vəzifələrini müəyyən edir;

öz sәlahiyyәtlәri çərçivəsində müəyyən olunmuş qaydada xüsusi rütbələr verir;

ali xüsusi və ali hərbi rütbələr verilməsi üçün vəsatət qaldırır; [14]

Azərbaycan Respublikasının Prokurorluğunu təmsil edir;

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclaslarında iştirak edir, qanunla müəyyən edilmiş hallarda və qaydada işlərə əlavə kasasiya qaydasında baxılması üçün protest verir;

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada və səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası baş nazirinin toxunulmazlığının xitam edilməsi məsələsinə dair təqdimat verir;

hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir, Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir; [15]

Məhkəmə-Hüquq Şurasının üzvləri barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir; [16]

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verir;

dövlətin (hökumətin) adından öhdəlik götürməmək şərtilə, xarici dövlətlərin müvafiq hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və öhdəliklərin yerinə yetirilməsini təmin edir;[17]

öz səlahiyyətləri çərçivəsində prokurorluq işçilərinin mükafatlandırılması və onların barəsində intizam tənbehi tətbiq edilməsi, o cümlədən xüsusi rütbələrdən məhrum edilməsi məsələlərini həll edir;

prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar xatirə nişanları təsis edir;[18]

öz səlahiyyətləri çərçivəsində, qanunlar əsasında icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlar verir;

aşağı prokurorların qanunazidd əmr, göstəriş və digər aktlarını ləğv edir, dəyişdirir və ya geri götürür;

prokurorluq orqanlarında stajorluq və sınaq qaydalarını və Baş Prokurorluğun elmi-məsləhət şurasının tərkibini təsdiq edir; [19]

qanunla səlahiyyətinə aid edilmiş digər məsələləri həll edir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla baş prokuror öz səlahiyyətlərinin həyata keçirilməsini müavinlərinə tapşıra və ya onların səlahiyyətlərini üzərinə götürə bilər.

Baş prokurorun birinci müavini və müavinləri prokurorluğun fəaliyyətinin müvafiq sahələrinə rəhbərlik edir.

Baş prokuror hər hansı səbəbdən vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini baş prokurorun birinci müavini, o, olmadıqda Baş prokurorunun müavinlərindən biri həyata keçirir.

 

Maddə 11. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyası

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyası məşvərətçi orqan olmaqla ona rəhbərliyi baş prokuror həyata keçirir. Baş Prokurorluğun Kollegiyasının tərkibinə tutduqları vəzifəyə görə baş prokuror, onun müavinləri və digər rəhbər işçilər daxildirlər.

Baş Prokurorluğun Kollegiyasının tərkibi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təsdiq edilir.

Baş Prokurorluğun Kollegiyasında prokurorluğun fəaliyyətinin əsas istiqamətləri, cinayətkarlığa qarşı mübarizənin və icra intizamının vəziyyəti, mühüm kadr məsələləri, əmr və digər aktların layihələri müzakirə edilir, aşağı prokurorluqların hesabatları dinlənilir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular verilməsi məsələlərinə, habelə prokurorluğun fəaliyyətinə dair digər məsələlərə baxılır. Kollegiyanın iclasları baş prokuror tərəfindən mütəmadi olaraq çağırılır. Kollegiya üzvləri müzakirə edilən məsələlərə dair qərar qəbul olunarkən səsvermədə bərabər hüquqlara malikdirlər. Qərarlar səs çoxluğu ilə qəbul edilir.

Baş prokurorla kollegiya üzvləri arasında fikir ayrılığı olduqda baş prokuror öz əsaslandırılmış qərarını həyata keçirir. Kollegiyada müzakirə edilən məsələlər, üzrə prokurorluq işçiləri üçün icrası məcburi olan qərarlar qəbul edilir və bu qərarlara əsasən baş prokuror əmr verə bilər.

 

Maddə 11-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi[20]

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (bundan sonra - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi) ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxır, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edir, ümumiləşdirir və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırır, maarifləndirmə işlərini, profilaktik tədbirləri, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq digər səlahiyyətləri yerinə yetirir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti barədə Baş prokuror vasitəsilə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına məlumat verir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tərkibində yaradılan struktur bölmələrinin səlahiyyətləri Baş prokuror tərəfindən müəyyən edilir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavinləri və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisləri Baş prokurorun böyük köməkçiləri, idarə rəislərinin müavinləri və şöbə rəisləri isə köməkçiləri hesab edilirlər.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini Baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir.

 

Maddə 12. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə (bundan sonra - Azərbaycan Respublikasının Silahlı Qüvvələri), bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.[21]

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.

Hərbi Prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir. [22]

Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanların, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər.

Azərbaycan Respublikasının Hərbi prokurorluqlarına aiddir:

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;[23]

Hərbi prokurorluqlar.

Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizonlarının yerləşdiyi ərazilərdə bu prokurorluğun fəaliyyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna vəzifəsinə görə baş prokuror müavini hesab edilən Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının Hərbi prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. İdarə və şöbələrin rəisləri və müavinləri hərbi prokurorun böyük köməkçiləri və köməkçiləri hesab edilir. İdarə və şöbələrdə prokurorlar və müstəntiqlər təyin edilə bilər.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikasının hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.

Azərbaycan Respublikasının hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Hərbi Prokurorluğun bütün işçiləri üçün məcburidir.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının hərbi prokuroru, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və digər rəhbər işçiləri daxildirlər.[24]

Kollegiyanın tərkibini Azərbaycan Respublikası Hərbi Prokurorluğun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş həddə fəaliyyət göstərir.

Hərbi prokurorluq orqanlarının zabitləri "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçir və onlar "Hərbi qulluqçularının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər.

Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.[25]

 

Maddə 13. Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu[26]

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla metropoliten, dəmir yolu, aviasiya, dəniz və digər nəqliyyat sahələrində bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə nəqliyyat prokurorluqlarına aid edilmiş səlahiyyətləri həyata keçirir.

İxtisaslaşdırılmış nəqliyyat prokurorluqlarına aiddir:

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu;

ərazi və ya nəqliyyat növü üzrə nəqliyyat prokurorluqları.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğuna Azərbaycan Respublikasının nəqliyyat prokuroru rəhbərlik edir.

Azərbaycan Respublikasının nəqliyyat prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrdə nəqliyyat prokurorunun böyük köməkçisi hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilə bilər.

Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edilir. Azərbaycan Respublikasının nəqliyyat prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatı verə bilər.

Azərbaycan Respublikasının nəqliyyat prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası bütün Nəqliyyat Prokurorluğu işçiləri üçün məcburidir.

Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının nəqliyyat prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Prokurorluğunun Kollegiyası yaradıla bilər.

Kollegiyanın tərkibində Azərbaycan Respublikası nəqliyyat prokurorunun müavinləri, şöbə rəisləri və digər rəhbər prokurorluq işçiləri daxildirlər.

Kollegiyanın tərkibinin Azərbaycan Respublikası nəqliyyat prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində və bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

 

Maddə 14. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu

Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilər bilər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərini bir qayda olaraq Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı ilə baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru bu qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının prokurorluq işçiləri üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru, onun müavinləri, şöbə rəisləri və digər rəhbər işçilər daxildirlər.

Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

 

Maddə 14-1. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu[27]

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilə bilər.

Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası Hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.

Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının Hərbi prokurorluq işçiləri üçün məcburidir.

Bu Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən birləşmələrində həmçinin Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun təqdimatı əsasında, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə Baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr verildikdən sonra növbəti hərbi rütbələr (ədliyyə polkovnik-leytenantı, ədliyyə polkovniki rütbələri və ali hərbi rütbələr istisna olmaqla) Naxçıvan Muxtar Respublikası Hərbi prokuroru tərəfindən verilir.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan vəzifələrdə qulluq edən şəxslərin hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.[28]

 

Maddə 15. Ərazi və ixtisaslaşdırılmış prokurorluqlar

Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa) şəhərdəki rayonlarda müvafiq olaraq rayon, şəhər prokurorluqları təşkil edilir.

İxtisaslaşdırılmış prokurorluqlara hərbi prokurorluqlar aiddir. [29]

Ərazi və ixtisaslaşdırılmış prokurorluqlara müvafiq prokuror başçılıq edir. Rayon bölgüsü olan şəhərlərin prokuroru həm də tabeliyində olan rayon prokurorluqlarının fəaliyyətinə rəhbərlik edir.

Ərazi və ixtisaslaşdırılmış prokurorlar Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Ərazi və ixtisaslaşdırılmış prokurorların müavinləri, böyük köməkçiləri, köməkçiləri və prokurorluqda müstəntiqlər vardır.

Ərazi və ixtisaslaşdırılmış prokurorlar bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər.

Ərazisi, əhalisi və iş həcmi nəzərə alınmaqla şəhər prokurorluqlarında şöbələr və digər bölmələr, məşvərətçi orqan olan kollegiyalar yaradıla bilər. Həmin kollegiyalar öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər.

 

Maddə 16. Prokurorluğun təşkilinin digər məsələləri

Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun , ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. [30]

Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.[31]

Prokurorluq aşağı prokurorların yuxarı prokurora tabeçiliyi əsasında fəaliyyət göstərir:

prokurorun fəaliyyətinə və təşkili məsələlərə dair yuxarı prokurorun göstərişlərinin icrasını aşağı prokurorlar üçün məcburiliyi;

xidməti vəzifələrinin icrası zamanı aşağı prokurorların yuxarı prokurorlar qarşısında məsuliyyəti;

zərurət olduqda aşağı prokurorların səlahiyyətlərinin yuxarı prokurorlar tərəfindən həyata keçirilməsi;

aşağı prokurorların qərar və aktlarının yuxarı prokurorlar tərəfindən ləğv edilməsi, geri götürülməsi, dəyişdirilməsi, yaxud başqa qərar və aktlarla əvəz olunması;

aşağı prokurorların aktlarından verilmiş şikayətlərə yuxarı prokurorlar tərəfindən baxılması;

aşağı prokurorların öz fəaliyyəti barədə hesabatların, məlumatların, işlərin və materialların yuxarı prokurorlara təqdim edilməsi.

Aşağı prokurorlar, yaxud prokurorluğun digər işçiləri yuxarı prokurorun bütün qanuni tələblərini və göstərişlərini icra etməyə borcludurlar.

 

III fəsil

Prokurorluq orqanlarının fəalİyyətİ

 

Maddə 17. Cinayət işinin başlanması, ibtidai istintaqın aparılması və cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi

Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır.

Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.[32]

Cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir. [33]

 

Maddə 18. Təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət

Prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür və dürüst icrasını və tətbiqini təmin etmək məqsədilə aşağıdakı nəzarəti həyata keçirir:

- cinayətlər və digər qanuna zidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və məlumatların qeydə alınması, onlara baxılması və müvafiq tədbirlər göstərilməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi;

- təhqiqat orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyi.

Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.[34]

Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

Maddə 19. Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun iştirakı və dövlət ittihamının müdafiəsi

Hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir.

İbtidai istintaq aparan və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dövlət ittihamını müdafiə edə bilməz. [35]

Ədalət məhkəməsinin həyata keçirilməsində ittihamı sübutetmə vəzifəsi prokurorunun üzərinə düşür.

Toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir.

Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun səlahiyyətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 20. Prokurorluqda ərizə, şikayət və digər müraciətlərə baxılması[36]

Prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. [37]

Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. [38]

Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və məlumatlarda göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir.

Prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır.[39]

Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. [40]

Azərbaycan Respublikasının baş prokuroru “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

 

IV fəsil

Prokuror aktları

 

Maddə 21. Prokuror aktlarının növləri

Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdakı aktlar çıxara bilər:

xəbərdarlıq;

təqdimat;

qərar;

qərardad;[41]

yazılı göstəriş;

iddia ərizəsi (ərizə);

məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest.[42]

Prokuror aktları onu çıxaran prokurorun özü və ya yuxarı prokuror tərəfindən geri götürülə, dəyişdirilə və ya ləğv edilə bilər.

 

Maddə 22. Xəbərdarlıq

Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

 

Maddə 23. Təqdimat

Prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir.

Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı məlumat verilməlidir.

Təqdimata kollegial orqan tərəfindən baxıldıqda iclasın keçirilmə vaxtı barədə prokurora azı 3 gün əvvəl məlumat verilməlidir.

Prokuror təqdimata kollegial orqan tərəfindən baxılmasında iştirak edə bilər.

Prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da təqdimat verə bilər.[43]

 

Maddə 24. Qərar

Prokuror cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır.[44]

 

Maddə 24-1. Qərardad[45]

Prokuror Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir.

 

Maddə 25. Yazılı göstəriş

Prokuror qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və ya ibtidai istinad orqanlarına yazılı göstəriş vermək hüququna malikdir.

Prokurorun təhqiqat və ya ibtidai istintaq məsələlərinə dair yazı göstərişinin icrası məcburidir.

 

Maddə 26. İddia ərizəsi

Prokuror Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət edə bilər.

 

Maddə 27. Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest[46]

Prokuror Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir.[47]

Məhkəmə qərarlarından protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur.[48]

Protest baxılanadək onu vermiş prokuror, yaxud yuxarı prokuror tərəfindən geri götürülə, yaxud başqa protestə əvəz oluna bilər.

 

Maddə 28. Prokurorluq işçilərinin hərəkətindən (hərəkətsizliyindən) və aktlarından şikayət

Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə şikayətin verilməsi prokuror aktlarının icrasını dayandırmır.

 

V fəsil

Prokurorluq orqanlarının kadrları

 

Maddə 29. Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı vəzifələrinə təyin olunmaq üçün tələblər[49]

Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları ola bilər.[50]

Prokurorluğa işə qəbul edilmirlər:

ikili vətəndaşlığı olan şəxslər;

digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

din xadimləri;

fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;[51]

alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər.[52]

qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar prokurorluq orqanlarında qulluğa qəbul edilmirlər[53]

Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər.[54]

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən edilir. [55]

Azərbaycan Respublikasının baş prokuroru stajorluq müddətini azalda və ya işini ondan tamamilə azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir və attestasiyanın nəticəsindən asılı olaraq işçinin altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi həll olunur. [56]

Prokuror vəzifəsinə, bir qayda olaraq, prokurorluq orqanlarında ən azı 5 il iş stajı olan şəxs təyin edilə bilər.

Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru , ərazi və ixtisaslaşdırılmış prokuror vəzifələrinə 30 yaşına çatmış şəxslər təyin oluna bilər. [57]

Hərbi prokurorluğa prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə əməl edilməklə bir qayda olaraq hərbi qulluqçular, həmçinin müvəqqəti hərbi xidmət keçmiş və hərbi qulluğa yararlı şəxslər işə qəbul edilirlər.

Prokurorluğun digər işçilərinin işə qəbulu və işdən azad edilməsi qaydaları Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

Maddə 30. Prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsi ilə bir araya sığmayan fəaliyyət[58]

Prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.

 

Maddə 31. Prokurorluq işçilərinin andı

İlk dəfə prokurorluğa işə qəbul olunmuş prokurorluq işçisi işə başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:

"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, öz vəzifələrimi layiqincə yerinə yetirəcəyimə, xidmət sirri qoruyacağıma, prokurorluq işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm".

Andı içən andın mətnini imzalayır və sənəd onun şəxsi işində saxlanılır.

 

Maddə 32. Prokurorluq işçisinin həvəsləndirilməsi

Xidməti vəzifələrini nümunəvi icrasına və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

təşəkkür;

pul mükafatı;

qiymətli hədiyyə ilə mükafatlandırılma;

fəxri fərman ilə təltif edilmə;

xatirə medalları və ya xatirə nişanları ilə təltif edilmə;[59]

növbədənkənar və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi; [60]

əvvəllər verilmiş intizam cəzasının vaxtından əvvəl götürülməsi;

Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.[61]

Prokurorluq işçilərinin həvəsləndirilməsi qaydaları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

Maddə 33. Prokurorluq işçisinin məsuliyyəti[62]

Prokurorluq işçisi cinayət törətdikdə ümumi əsaslarla məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının prokurorluq işçilərinin inzibati qaydada həbs edilməsi, gətirilməsi, tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, həbsə alınması, mənzildə, nəqliyyat vasitəsində, iş yerində axtarış və şəxsi axtarış, telefon və digər vasitələrlə danışığına qulaq asmaq, cinayət başında yaxalanma halları istisna edilməklə, Azərbaycan Respublikası Baş prokurorunun müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin razılığı olmadan həyata keçirilə bilməz. Bu halda dərhal Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə məlumat verilməklə müvafiq sənədlər təqdim edilir. O, razılıq vermədikdə tutulmuş, yaxud həbs olunan şəxs dərhal azad edilir.[63]

Azərbaycan Respublikası Baş prokurorunun toxunulmazlığına dair həmin hərəkətlər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun razılığı olmadan həyata keçirilə bilməz.

Tutulmuş, həbsə alınan və ya məhkum olunan prokurorluq işçiləri digər şəxslərdən ayrı saxlanılır.[64]

Prokurorluq işçisinin barəsində cinayət işini yalnız Azərbaycan Respublikasının Baş prokuroru başlayır və cinayət işi Azərbaycan respublikasının Baş Prokurorluğunda istintaq edilir.

Prokurorluq işçisinin barəsində başlanılmış cinayət işinin istintaqı müddətində yekun qərar edilənədək prokurorluq işçisi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən vəzifəsindən kənarlaşdırılır. Vəzifədən kənarlaşdırılmış prokurorluq işçisi haqqında bəraət hökmü çıxarıldıqda və ya cinayət işinin icraatına bəraətedici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.

Xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:[65]

irad tutuma;

töhmət;

şiddətli töhmət;

aşağı vəzifəyə keçirmə;

xüsusi rütbənin aşağı salınması;

vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir);

prokurorluq orqanlarından xaric etmə;

xüsusi rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə.

Prokurorluq işçisi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.  [66]

Prokurorluq işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi qaydaları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Hərbi prokurorların və müstəntiqlərin intizam məsuliyyətinə cəlb edilməsi bu qanunla, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" ilə və digər qanunlarla tənzim olunur.

 

Maddə 34. Prokurorluqdan xaric olunma və prokurorluq işçisinin siyahıdan çıxarılma əsasları [67]

Prokurorluq işçisi aşağıdakı əsaslar olduqda prokurorluqdan xaric edilir:

altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkim rəyi olduqda;

attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqda;

xidməti və ya əmək intizamını kobud, yaxud mütəmadi pozduqda;

qanunvericilik, icra, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə və ya təyin edildikdə;

öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;

cinayət törətdiyinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduqda, habelə haqqında cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;

fəaliyyət qanunvericiliyi və ya məhdud fəaliyyət qabiliyyəti tərəfindən müəyyən edildikdə;

bu Qanunla prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;

prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya hərəkətə yol verdikdə.[68]

Prokurorluq işçisi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun adı prokurorluq işçilərinin siyahısından çıxarılır. [69]

 

Maddə 35. Prokurorluq işçilərinin xüsusi rütbələri[70]

Prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi və ya hərbi rütbələr verilir.[71]

Xüsusi rütbələrin verilməsi, onlardan məhrum etmə qaydaları və əsasları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan respublikasının Qanunu ilə müəyyən edilir.

Xüsusi rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar.

Hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr müvafiq hərbi prokurorun təqdimatı əsasında hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən verilir. [72]

Ali hərbi və ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən verilir.

Hərbi prokurorluq orqanları zabitlərinin hərbi rütbələri digər prokurorluq orqanları işçilərinin müvafiq xüsusi rütbələrinə uyğundur.

Əlavə haqq pensiyaya çıxmış, lakin xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır.

Prokuror, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının xüsusi və ya hərbi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş müvafiq hərbi və xüsusi rütbələrinə bərabər tutulur.

 

VI fəsil

Prokurorluq İşçİlərİnİn hüquqİ və sosİal müdafİəsİ

 

Maddə 36. Prokurorluq işçilərinin hüquqi müdafiəsi

Prokurorluq işçisi xidməti fəaliyyətində müstəqildir və bu Qanunda nəzərdə tutulmuş hallardan və qaydadan başqa vəzifəsindən kənarlaşdırıla, azad oluna və ya prokurorluqdan xaric edilə bilməz.

Prokurorluq işçisinin xidməti vəzifələrinin icrasına mane olmaq, onun şərəf və ləyaqətini alçaltmaq, hədələmək, müqavimət və zorakılıq göstərmək, özünün və ailə üzvlərinin həyatına, səhhətinə və əmlakına qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Bu barədə məlumat alan dövlət orqanları dərhal onların şəxsi və əmlak təhlükəsizliyini təmin etmək məqsədi ilə qanunda nəzərdə tutulmuş tədbirlər görməyə borcludurlar.

Prokurorluq işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silahı saxlamaq və gəzdirmək hüququna malikdirlər.

 

Maddə 37. Prokurorluq işçisinin məhkəmə müdafiəsi hüququ

Prokurorluq işçisi öz hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

 

Maddə 38. Prokurorluq işçilərinin sosial müdafiəsi

Prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. [73]

Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir.

 

VII fəsil

Prokurorluğun maddİ-texnİkİ təmİnatı, malİyyələşdİrİlməsİ və prokurorluğun fəalİyyətİnİn dİgər məsələlərİ

 

Maddə 39. Prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsi

Prokurorluğun maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [74]

Prokurorluğun maddi-texniki təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Prokurorluğun yerləşdiyi torpaq sahəsi, binalar tikinti və qurğular, habelə dövlət büdcəsi hesabına əldə olunmuş daşınan və daşınmaz əmlak dövlət mülkiyyəti hesab edilir.

Hərbi prokurorluq orqanları maddi-texniki vəsaitlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri ilə, habelə başqa növ təminatlarla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilir, həmçinin xidməti binalarının mühafizəsi təmin olunur.  [75]

Prokurorluqda istinad olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi təmin olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilə bilər.

 

Maddə 40. Prokurorluğun elmi, tədris müəssisələri və mətbuatı

Prokurorluq işçilərinin peşə ixtisaslarının artırılması üçün prokurorluqda tədris müəssisəsi yaradıla bilər.

Baş prokurorun yanında tərkibi onun tərəfindən təsdiq edilən elmi-məsləhət şurası fəaliyyət göstərə bilər.

Elmi-məsləhət şurasının Əsasnaməsi baş prokuror tərəfindən təsdiq edilir.

Prokurorluq öz fəaliyyəti məsələləri ilə əlaqədar jurnal, qəzet, külliyyat və məlumat bülleteni dərc edə bilər.

 

Maddə 41. Prokurorluğun rəmzləri, möhürü, xidməti vəsiqəsi və geyim forması

Prokurorluğun rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, dövlət gerbi və prokurorluğun rəsmi emblemindən ibarətdir.

Prokurorluqlar Azərbaycanın dövlət gerbinin əksi həkk olunmuş və prokurorluğun dövlət dilində adı yazılmış dairəvi möhürə malikdirlər.

Prokurorluğun rəsmi edilmənin, xüsusi geyim formasının və xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

 

Maddə 42. Prokurorluğun statistik hesabatı

Prokurorluq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla statistik hesabatların vahid formasını hazırlayır, prokurorluq orqanlarında statistik hesabatların aparılmasının vahid qaydalarını müəyyən edir.

 

VIII fəsil

Prokurorluğa nəzarət

 

Maddə 43. Azərbaycan Respublikası Milli Məclisinin məlumatlandırılması [76]

Azərbaycan Respublikasının baş prokuroru prokurorluğun fəaliyyəti haqqında, istintaq edilən cinayət işləri istisna olmaqla, Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verir.

 

Maddə 44. Azərbaycan dövləti başçısının məlumatlandırılması[77]

Azərbaycan Respublikasının baş prokuroru Azərbaycan dövlətinin başçısına - Azərbaycan Respublikasının prezidentinə istintaq edilən cinayət işləri istisna olmaqla, prokurorluğun fəaliyyəti haqqında mütəmadi olaraq məlumat verir. [78]

 

Maddə 45. Məhkəmə nəzarəti

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qaydada və hallarda məhkəmənin qərarına əsasən yol verilir.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 7 dekabr 1999-cu il
¹ 767-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494)

2.       2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464)

3.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)

4.       30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10)

5.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133)

6.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202)

7.       01 sentyabr 2005-ci il tarixli 980-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il)

8.       01 sentyabr 2005-ci il tarixli 982-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il)

9.       30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 oktyabr 2005-ci il)

10.    10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 927)

11.    22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 1)

12.    1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82)

13.    28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə 399)

14.    20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877)

15.    27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 878)

16.    8 oktyabr 2010-cu il tarixli 1091-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2010-cu il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 944)

17.    18 mart 2011-ci il tarixli 96-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, ¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 269)

18.    24 iyun 2011-ci il tarixli 172-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə 611)

19.    25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987)

20.    22 may 2012-ci il tarixli 358-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 iyun 2012-ci il, ¹ 133, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹6, maddə 519)

21.    14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237)

22.    14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012)

23.    14 iyun 2016-cı il tarixli 294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1017)

24.    17 noyabr 2017-ci il tarixli 880-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 dekabr 2017-ci il, ¹ 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, I kitab maddə 2238)

25.    15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146)

26.    29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 856)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 1-ci maddənin ikinci abzasında “şöbələrin böyük prokurorları, prokurorları və prokuror-kriminalistlər” sözləri “şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 1-ci maddənin dördüncü və beşinci abzasları müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilmişdir və maddəyə dördüncü abzas əlavə edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237) ilə 1-ci maddənin dördüncü abzasında “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının” sözləri “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 1-ci maddənin dördüncü abzasında “prokurorluğun müstəntiqləri,” sözlərindən sonra “prokurorluğun əməliyyatçıları,” sözləri əlavə edilmişdir.

 

[4] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 4-cü maddənin birinci hissəsinin ikinci abzasında “istintaq aparır” sözlərindən sonra “, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir” sözləri əlavə edilmişdir.

 

[5] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 4-cü maddənin birinci hissəsinin üçüncü abzasında "ibtidai istintaqa" sözləri "cinayət işi üzrə ibtidai araşdırmaya" sözləri ilə əvəz edilmişdir.

 

[6] 29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 856) ilə 4-cü maddəsinin birinci hissəsinin beşinci abzasında və 19-cu maddəsinin birinci hissəsində “iqtisadi mübahisələrə” sözləri “kommersiya mübahisələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 4-cü maddənin birinci hissəsinin yeddinci abzasına “məhkəmə qərarlarından” sözlərindən sonra “və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə edilmişdir.

 

[8] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 4-cü maddənin birinci hissəsinin səkkizinci abzası doqquzuncu abzas hesab edilmişdir və yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

[9] 14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237) ilə 8-ci maddənin birinci hissəsinin üçüncü - səkkizinci abzasları müvafiq olaraq dördüncü - doqquzuncu abzaslar hesab edilmişdir və üçüncü abzas əlavə edilmişdir.

 

[10] 1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə 8-ci maddənin birinci hissəsinə beşinci abzas əlavə edilmiş, beşinci, altıncı və yeddinci abzaslar müvafiq olaraq altıncı, yeddinci və səkkizinci abzaslar hesab edilmişdir.

 

[11] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 8-ci maddənin yeddinci hissəsinin dördüncü abzasından “və nəqliyyat” sözü çıxarılmışdır.

 

[12] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində “prokurorlar və müstəntiqlər” sözləri “prokurorlar, müstəntiqlər və əməliyyatçılar” sözləri ilə əvəz edilmişdir.

 

[13] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 10-cu maddəsinin üçüncü hissəsinin yeddinci abzasından “Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu” sözləri çıxarılmışdır.

 

[14] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 10-cu maddənin üçüncü hissəsinin on ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

ali xüsusi rütbələr verilməsi üçün təqdimat verir;

 

[15] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10) ilə 10-cu maddənin üçüncü hissəsinin on altıncı abzasında "müvafiq məhkəməyə müraciət edir" sözlərindən sonra ", Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir" sözləri əlavə edilmişdir.

 

01 sentyabr 2005-ci il tarixli 982-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 876) ilə 10-cu maddənin üçüncü hissəsinin on altıncı abzasında "hakimlərin həbs edilməsinə dair qərar verilməsi üçün müvafiq məhkəməyə müraciət edir," sözləri "hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir," sözləri ilə əvəz edilmişdir.

 

[16] 01 sentyabr 2005-ci il tarixli 980-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 874) ilə 10-cu maddənin üçüncü hissəsinə on yeddinci abzas əlavə edilmiş, on yeddinci-iyirmi üçüncü abzaslar müvafiq olaraq on səkkizinci-iyirmi dördüncü abzaslar hesab edilmişdir.

 

[17] 24 iyun 2011-ci il tarixli 172-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə 611) ilə 10-cu maddəsinin üçüncü hissəsinin on doqquzuncu abzasında “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “dövlətin (hökumətin) adından öhdəlik götürməmək şərtilə,” sözləri ilə əvəz edilmişdir.

 

[18] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 10-cu maddənin üçüncü hissəsinin iyirmi birinci-iyirmi dördüncü abzasları müvafiq olaraq iyirmi ikinci-iyirmi beşinci abzaslar hesab olunmuşdur, iyirmi birinci abzas əlavə edilmişdir.

 

8 oktyabr 2010-cu il tarixli 1091-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2010-cu il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 944) ilə 10-cu maddənin üçüncü hissəsinin iyirmi birinci abzasında “xatirə medal və nişanları” sözləri “xatirə nişanları” sözləri ilə əvəz edilmişdir.

 

[19] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 10-cu maddənin üçüncü hissəsinin iyirmi ikinci abzasında "stajorluq" sözündən sonra "və sınaq" sözləri əlavə edilmişdir.

 

[20] 14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237) ilə 11-1-ci maddə əlavə edilmişdir.

 

[21] 30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 902) ilə 12-ci maddənin birinci hissəsində "digər hərbi birləşmələrdə" sözləri "başqa silahlı birləşmələrdə (bundan sonra - Azərbaycan Respublikasının Silahlı Qüvvələri)" sözləri ilə əvəz edilmişdir.

 

[22] 30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 902) ilə 12-ci maddənin ikinci hissəsində "nəzarət edir" sözlərindən sonra ", Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir." sözləri əlavə edilmişdir.

 

[23] 1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə beşinci hissəyə üçüncü abzas əlavə edilmiş, üçüncü abzas müvafiq olaraq dördüncü abzas hesab edilmişdir:

 

[24]  1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə on üçüncü hissədə "idarə və şöbə rəisləri, Hərbi Prokurorluğun" sözləri "Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və" sözləri ilə əvəz edilmişdir.

 

[25] 30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 902) ilə 12-ci maddənin on yeddinci hissəsində “Azərbaycan Respublikası Hərbi prokurorunun təqdimatı ilə" sözləri "Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən" sözləri ilə əvəz edilmişdir.

 

[26] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 13-cü maddə çıxarılmışdır.

 

[27] 1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə 14-1-ci maddə əlavə edilmişdir:

 

[28] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 14-1-ci maddəyə 7-ci-9-cu hissələr əlavə edilmişdir.

 

[29] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 15-ci maddəsinin ikinci hissəsindən “və nəqliyyat” sözü çıxarılmışdır.

 

[30] 1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə birinci hissədə "Naxçıvan Muxtar Respublikası prokurorunun" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun ," sözləri əlavə edilmişdir.

 

[31] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 16-cı maddəsinin birinci hissəsindən “Azərbaycan Respublikası nəqliyyat prokurorunun” sözləri, ikinci hissəsindən isə “Azərbaycan Respublikasının nəqliyyat prokuroru” sözləri çıxarılmışdır.

 

1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə ikinci hissədə "Naxçıvan Muxtar Respublikasmm prokuroru" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru" sözləri əlavə edilmişdir;

 

20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 16-cı maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru , Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməz.

 

[32] 18 mart 2011-ci il tarixli 96-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, ¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 269) ilə 17-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237) ilə 17-ci maddənin ikinci hissəsində “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[33] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 17-ci maddənin adında və ikinci hissəsində "ibtidai istintaqa" sözləri "cinayət işi üzrə ibtidai araşdırmaya" sözləri ilə əvəz edilmişdir.

 

[34] 18 mart 2011-ci il tarixli 96-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, ¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 269) ilə 18-ci maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilmişdir və yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 909-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 mart 2014-cü il, ¹ 57, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹3, maddə 237) ilə 18-ci maddənin üçüncü hissəsində “korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının” sözləri “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[35] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 19-cu maddənin ikinci hissəsində "istintaqa" sözü "araşdırmaya" sözü ilə əvəz edilmişdir.

 

[36] 14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012) ilə 20-ci maddənin adında “şikayət və” sözlərindən sonra “digər” sözü əlavə edilmişdir.

 

[37] 14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012) ilə 20-ci maddənin birinci hissədə “və müraciətlərə” sözləri “və təkliflərə” sözləri ilə əvəz edilmişdir.

 

[38] 14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012) ilə 20-ci maddənin ikinci və üçüncü hissələrdə “müraciətlərə” və “müraciətlərdə” sözləri müvafiq olaraq “məlumatlara” və “məlumatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[39] 14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012) ilə 20-ci maddənin dördüncü hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq prokurorluğa daxil olmuş anonim ərizə, şikayət və müraciətlərə baxılmır.

 

[40] 14 iyun 2016-cı il tarixli 284-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1012) ilə 20-ci maddəyə yeni məzmunda beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

[41] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 21-ci maddənin birinci hissəsinin beşinci - yeddinci abzasları müvafiq olaraq altıncı - səkkizinci abzaslar hesab edilmişdir və yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[42] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 21-ci maddənin birinci hissəsinin yeddinci abzasına “məhkəmə qərarlarından” sözlərindən sonra “və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə edilmişdir.

 

[43] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 23-cü maddəyə beşinci hissə əlavə  edilmişdir.

 

[44] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57) ilə 24-cü maddədə "hüquq pozuntusu" sözləri "xəta" sözü ilə, "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.

 

[45] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə yeni məzmunda 24-1-ci maddə əlavə edilmişdir.

 

[46] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 27-ci maddənin adına “Məhkəmə qərarlarından” sözlərindən sonra “və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə edilmişdir.

 

[47] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 27-ci maddənin birinci hissəsində “prosessual qanunvericiliyində” sözləri “Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “məhkəmə qərarlarından” sözlərindən sonra “və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə edilmişdir.

 

[48] 15 dekabr 2017-ci il tarixli 934-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 146) ilə 27-ci maddənin ikinci hissəsində “Protest” sözü “Məhkəmə qərarlarından protest” sözləri ilə əvəz edilmişdir.

 

[49] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 29-cu maddənin adında “və prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və əməliyyatçısı” sözləri ilə əvəz edilmişdir.

 

[50] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə 399) ilə 29-cu maddəsinin birinci hissəsində “keyfiyyətlərinə malik” sözlərindən sonra “və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən” sözləri əlavə edilmişdir.

 

25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 29-cu maddənin birinci hissəsində “prokurorluğun müstəntiqi” sözlərindən sonra “və əməliyyatçısı” sözləri əlavə edilmişdir, “və ya müstəntiq” sözləri “, müstəntiq və ya əməliyyatçı” sözləri ilə əvəz edilmişdir.

 

[51] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 29-cu maddənin ikinci hissənin beşinci abzasında “və ya prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilmişdir.

 

[52] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 29-cu maddənin ikinci hissəsinin səkkizinci abzasında “və müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilmişdir.

 

[53] 22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 1) ilə 29-cu maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilmişdir

 

20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877)  ilə 29-cu maddənin ikinci hissəsinin doqquzuncu abzasından “prokurorluq orqanlarında qulluğa qəbul edilmirlər” sözləri çıxarılmışdır.

 

[54] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 29-cu maddənin üçüncü hissəsində "ixtisas imtahanı verdikdən" sözləri "müsabiqədən keçdikdən" sözləri ilə əvəz edilmişdir.

 

27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 878) ilə 29-cu maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən verdikdən sonra, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər.

 

[55] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 29-cu maddənin dördüncü hissəsində "Prokurorluq işçilərinin ixtisas imtahanının keçirilməsi qaydası" sözləri "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsinin ümumi qaydaları"  sözləri ilə əvəz edilmişdir.

 

[56] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 29-cu maddənin beşinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

 

28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə 399) ilə 29-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində “bir illik” sözləri “altı aylıq” sözləri ilə əvəz edilmişdir.

 

[57] 5 iyul 2000-ci il tarixli 902-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 494) ilə 29-cu maddəsinin yeddinci hissəsindən “Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğu” sözləri çıxarılmışdır.

 

1 Fevral 2007-cı il tarixli 237-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 82) ilə 29-cu maddənin yeddinci hissəsində "Naxçıvan Muxtar Respublikasının prokuroru ," sözlərindən sonra "Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru ," sözləri əlavə edilmişdir.

 

[58] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 30-cu maddənin adında və mətnində, 34-cü maddənin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında “və ya müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilmişdir.

 

[59] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 32 maddənin altıncı abzasda “fəxri döş nişanı” sözləri “xatirə medalları və ya xatirə nişanları” sözləri ilə əvəz edilmişdir.

 

8 oktyabr 2010-cu il tarixli 1091-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2010-cu il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 944) ilə 32-ci maddənin birinci hissəsinin altıncı abzasından “xatirə medalları və ya” sözləri çıxarılmışdır.

 

[60] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 32 maddənin yeddinci abzasdan “xüsusi” sözü çıxarılmışdır.

 

[61] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 32 maddənin doqquzuncu abzas əlavə edilmişdir.

 

[62] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) ilə 32 maddənin 33-cü maddənin yeddinci hissəsinin altıncı və doqquzuncu abzaslarından, 35-ci maddənin adından “xüsusi” sözü çıxarılmışdır.

 

[63] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 33-cü maddənin ikinci hissəsinin birinci cümləsində "saxlanılması" sözü "tutulması" sözü ilə, üçüncü cümləsində isə "saxlanılan" sözü "tutulmuş" sözü ilə əvəz edilmişdir.

 

[64] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 33-cü maddənin dördüncü hissəsində "saxlanılan" sözü "tutulmuş" sözü ilə əvəz edilmişdir.

 

[65] 14 iyun 2016-cı il tarixli 294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, ¹ 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1017) ilə 33-cü maddəsinin yeddinci hissəsində “pozduğuna” sözündən sonra “, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçininAzərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə” sözləri əlavə edilmişdir.

 

[66] 10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 927) ilə 33-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin, səkkizinci və doqquzuncu hissələr müvafiq olaraq doqquzuncu və onuncu hissələr hesab edilmişdir.

 

[67] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 34-cü maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 34.Prokurorluqdan xaric olunma əsasları

 

[68] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 34-cü maddənin doqquzuncu və onuncu abzaslar çıxarılmış, on birinci və on ikinci abzaslar müvafiq olaraq doqquzuncu və onuncu abzaslar hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

fəaliyyət qanunvericiliyi və ya məhdud fəaliyyət qabiliyyəti tərəfindən müəyyən edildikdə;

vəfat etdikdə;

 

[69] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 34-cü maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[70] 25 oktyabr 2011-ci il tarixli 212-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252; “Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə 987) ilə 35-ci maddənin birinci hissəsində “və prokurorluğun müstəntiqlərinə” sözləri “, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına” sözləri ilə və səkkizinci hissəsində isə “və prokurorluğun müstəntiqlərinin” sözləri “, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının” sözləri ilə əvəz edilmişdir.

 

[71] 20 oktyabr 2009-cu il tarixli 895-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2009-cu il, ¹ 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 877) 35-ci maddənin birinci hissəsində və səkkizinci hissəsində birinci halda “xüsusi” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

 

[72] 30 sentyabr 2005-ci il tarixli 1018-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 902) ilə 35-ci maddənin dördüncü hissəsində "verilməsi" sözü, ", o cümlədən ilk hərbi rütbələr" sözləri ilə əvəz edilmişdir.

 

[73] 2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə 464) ilə 38-ci maddənin birinci hissəsində "nəzərdə tutulmuş" sözlərindən sonra "habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş" sözləri əlavə edilmişdir.

 

[74] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə 39-cu maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Prokurorluğun maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir. Əsaslı təmir və digər təchizat məsələləri yerli büdcələrin hesabına da həyata keçirilə bilər.

 

[75] 22 may 2012-ci il tarixli 358-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 iyun 2012-ci il, ¹ 133, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹6, maddə 519) ilə 39-cu maddəsinin dördüncü hissəsi ləğv edilmişdir və həmin maddənin beşinci hissəsi dördüncü hissə hesab edilmişdir.

 

[76] 17 noyabr 2017-ci il tarixli 880-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 dekabr 2017-ci il, ¹ 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, I kitab maddə 2238) ilə 43-cü maddənin adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 43. Parlament nəzarəti

 

[77] 17 noyabr 2017-ci il tarixli 880-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 dekabr 2017-ci il, ¹ 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, I kitab maddə 2238) ilə 44-cü maddənin adında “nəzarəti” sözü “məlumatlandırılması” sözü ilə əvəz edilmişdir.

 

[78] 17 noyabr 2017-ci il tarixli 880-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 dekabr 2017-ci il, ¹ 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, I kitab maddə 2238) ilə 44-cü maddənin mətnində “prokurorluğun fəaliyyəti haqqında” sözlərindən əvvəl “istintaq edilən cinayət işləri istisna olmaqla,” sözləri əlavə edilmişdir, “mütəmadi olaraq” sözləri çıxarılmışdır.