AZƏRBAYCAN
RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ
(Bu Məcəllə Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
(bundan sonra – Məcəllə) Azərbaycan
Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o
cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən
aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən
ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və
vəzifələrini müəyyənləşdirir.
Ümumİ
hİssə
I Bölmə
Ümumİ müddəalar
fəsİl 1
Əsas müddəalar
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı
əsas anlayışlardan istifadə olunur:
1.0.1. bəyanetmə –
Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında
yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron
formalarda bəyan edilməsi;
1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini
təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;
1.0.3. daxildə emal – müəyyən malların emal
əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gömrük
rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;
1.0.4.
daxili mallar – Azərbaycan
Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruzqalma meyarlarına
uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış
mallar;
1.0.5. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən
və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat
vasitələrindən istifadəyə görə məsul olan şəxs;
1.0.6. elektron
sənəd – elektron informasiya
sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə
təsdiq edilmiş sənəd;
1.0.7. emal əməliyyatları – quraşdırılma,
yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması;
malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da daxil olmaqla,
malın təmiri; emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan
tamamilə və ya qismən istifadə olunması;
1.0.8.
emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal
əməliyyatlarından keçmiş mallar;
1.0.9. fors-major
hallar – baş verməsi əvvəlcədən
ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması
nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən,
ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;
1.0.10. gömrük auditi –
malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində
göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal
və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə,
tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə
yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata
keçirilən tədbirlər;
1.0.11. gömrük bəyannaməsi – malların müvafiq
gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks
etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
formada gömrük orqanına təqdim olunan sənəd;
1.0.12.
gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;
1.0.13. gömrük xidməti – gömrük
qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına
görə məsul olan dövlət xidməti;
1.0.14. gömrük
nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi
ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.0.15. gömrük
nəzarəti altında olan mallar -
bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış
mallar;
1.0.16. gömrük
orqanı – gömrük xidmətinin
gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti
verilmiş inzibati bölməsi;
1.0.17. gömrük
ödənişləri – bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları,
vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq;
1.0.18. gömrük
proseduru – bu Məcəllənin
müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac,
təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və
xüsusi gömrük prosedurlarından biri;
1.0.19. gömrük rəsmiləşdirilməsi – bu
Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq
gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması
üzrə həyata keçirilən hərəkətlər;
1.0.20. gömrük
rüsumları – malların gömrük
ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları
tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
1.0.21. gömrük sahəsi – bu Məcəlləyə uyğun
olaraq müəyyən edilən gömrük sərhəd buraxılış məntəqəsi, gömrük terminalı,
gömrük laboratoriyası, gömrük postu;
1.0.22. gömrük
sərhədindən keçirmə – malların və nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra -
qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt
göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük
ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlər;
1.0.23. gömrük
tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici
iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük
rüsumu dərəcələrinin məcmusu;
1.0.24. gömrük
təminatı – gömrük nəzarəti və
rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən
keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan
plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
1.0.25. göndərən
gömrük orqanı – tranzit xüsusi gömrük
prosedurunun başlandığı gömrük orqanı;
1.0.26. hasilat
norması – emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların
müəyyən miqdarı və ya faizi;
1.0.27. xaricdə emal – gömrük ərazisində
sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə
onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük
rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri
qaytarılmasından ibarət xüsusi gömrük proseduru;
1.0.28.
xarici mallar – bu Məcəllənin 1.0.4-cü maddəsində göstərilənlərdən başqa, digər
mallar və ya daxili mal statusunu itirmiş mallar;
1.0.29. idxalatçı – malları idxal edən şəxs;
1.0.30. ixracatçı – malları ixrac edən şəxs;
1.0.31. qeyri-rezidentlər – bu Məcəllənin 1.0.44-cü maddəsinin
şamil edilmədiyi şəxslər;
1.0.32. mal sahibi – mallar barəsində öz adından sərəncam
vermək səlahiyyəti olan şəxs;
1.0.33. malın mənşə ölkəsi – gömrük
tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid başqa tədbirlərin
tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın tamamilə istehsal
və ya kifayət qədər emal edildiyi ölkə;
1.0.34. mallar – gömrük sərhədindən
keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil
olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində
qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;
1.0.35. malların buraxılışı – malların
yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları
tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;
1.0.36. malların gömrük orqanına təqdim
olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı
tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində
gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi;
1.0.37. malların gömrük statusu – malların
xarici və yaxud daxili mallara aid edilməsi;
1.0.38.
malların yoxlanması – malların xassələrinin, mənşəyinin, vəziyyətinin,
miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara
uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük
orqanları tərəfindən yerinə yetirilən hərəkətlər;
1.0.39. müşayiət olunan baqaj – gömrük
sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallar;
1.0.40.
müşayiət olunmayan baqaj – sərnişinlərə məxsus olan, gömrük sərhədindən
nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar;
1.0.41. nəqliyyat
sənədləri – malların və nəqliyyat
vasitələrinin daşınması zamanı qanunvericilikdə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra - beynəlxalq
müqavilələr) nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, dəmiryol qaiməsi,
baqaj cədvəli, baqaj qəbzi, aviaqaimə, konosament, habelə malların boru
kəmərləri və elektrikötürücü xətləri vasitəsilə nəqlində istifadə olunan digər
müşayiət sənədləri;
1.0.42. nəqliyyat vasitələri – sərnişinlərin
və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz,
daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər
nəqliyyat avadanlığı;
1.0.43. prosedur sahibi – gömrük
bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs,
yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü
şəxs;
1.0.44. rezidentlər – qanunvericiliyə müvafiq
olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən hüquqi şəxslər və
digər idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər,
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi
yaşayan şəxslər;
1.0.45. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə
yetirilməməsi ehtimalı;
1.0.46. səlahiyyətli iqtisadi operator –
Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq, gömrük
nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə bu
Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;
1.0.47. sərbəst dövriyyə üçün buraxılış –
qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər
ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra
gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət
gömrük proseduru;
1.0.48. sərbəst
zona – gömrük ərazisinin,
gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti
tədbirlərinin tətbiq olunmayan hissəsi;
1.0.49. şəxsi əşyalar – fiziki şəxsin fərdi
istifadəsi üçün zəruri olan əşyalar;
1.0.50. şəxslər - hüquqi şəxslər və fiziki şəxslər;
1.0.51. şərti
buraxılış – mallardan və
nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair
məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin
öhdəlikləri ilə müşayiət olunan buraxılış;
1.0.52. tarif kvotası – idxal edilən ayrı-ayrı
malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarına
(dəyərinə) qanunvericilikdə nəzərdə tutulduğundan daha aşağı idxal gömrük
rüsumunun və həmin miqdardan (dəyərdən) artıq olan hissəsinə daha yüksək idxal
gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli tənzimlənmə üsulu;
1.0.53. təyinat
gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;
1.0.54. ticarət siyasəti tədbirləri – Ümumdünya
Ticarət Təşkilatının qərarlarının tətbiq olunmasının bir hissəsi kimi, malların
idxalı və ixracını qanunvericiliklə müəyyən olunmuş formada tənzimləyən
qeyri-tarif tədbirləri;
1.0.55. tranzit – malların gömrük nəzarəti
altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi
gömrük proseduru;
1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş
əlavə dəyər vergisi, yol vergisi və aksizlər.
Maddə 2. Gömrük
işi və gömrük tənzimlənməsi
2.1.
Gömrük işi - gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində
gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən
gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə
riayət olunmasını təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata
keçirilməsinin digər vasitələrindən ibarətdir.
2.2. Gömrük tənzimlənməsi - gömrük
sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən
şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunmasıdır.
2.3. Gömrük tənzimlənməsi gömrük
qanunvericiliyinə və xarici ticarətin dövlət tənzimlənməsinə dair
qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
2.4.
Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini
həyata keçirir.
2.5.
Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə təcrübənin
beynəlxalq hüququn normalarına və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə
uyğunlaşdırılması məqsədi ilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıqda
iştirak edir.
Maddə 3. Gömrük
ərazisi və gömrük sərhədi
3.1.
Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.
3.2. Gömrük ərazisinə Azərbaycan
Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən
adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı
daxildir.
3.3.
Gömrük ərazisində bu Məcəllədə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla
bilər.
3.4.
Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük
sərhədidir.
3.5.
Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan
Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.
Maddə 4.
Gömrük qanunvericiliyi
4.1.
Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu
Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq,
kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının
Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.[1]
4.2.
Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər
qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri daxil
edilə bilməz:
4.2.1.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük
münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
4.2.2.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq
cinayətlər haqqında müddəalar;
4.2.3.
büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar;
4.2.4.
hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan
digər sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar;
4.2.5.
ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında
qanunlarda nəzərdə tutulan müddəalar;
4.2.6. “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddəalar.[2]
4.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə daha
artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən
normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə
mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal
məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ
hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
4.4. Bu
Məcəllə qüvvəyə minənədək və ya sonra qanunla təsdiq olunmuş hasilatın pay
bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan digər
sazişlərin və ya qanunların, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli
neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunların müddəaları
bu Məcəllədə və gömrük işi üzrə başqa normativ hüquqi aktlarda nəzərdə tutulmuş
müddəalardan fərqləndikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq
edilir.
4.4-1. Ələt azad iqtisadi zonasında
gömrük nəzarəti, gömrük ödənişlərinin ödənilməsi qaydası (o cümlədən gömrük
ödənişlərindən azadolmalar və həmin ödənişlərlə bağlı güzəştlər) ilə bağlı
məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[3]
4.5. Gömrük qanunvericiliyi müvafiq icra hakimiyyəti
orqanının rəsmi internet saytında da yerləşdirilməlidir.
Maddə 5. Müvafiq icra
hakimiyyəti orqanının normativ hüquqi aktları
5.1.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin aktları
ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası
Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə
normativ hüquqi aktları qəbul edirlər.
5.2.
Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmin aktlarda
qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət
Reyestrinin elektron variantında dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə
minir.
5.3. Müvafiq icra hakimiyyəti orqanının normativ
hüquqi aktları onun rəsmi internet saytında da yerləşdirilməlidir.
Maddə 6.
Gömrük orqanları və onların fəaliyyəti
6.1. Azərbaycan Respublikasında gömrük işi
gömrük orqanları tərəfindən yerinə yetirilir.
6.2. Gömrük xidmətinin inzibati bölməsi olan
və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır.
6.3. Gömrük orqanlarının fəaliyyəti qanunun
aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun
qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam
prinsiplərinə əsaslanır.
6.4. Gömrük orqanları öz fəaliyyətlərində
gömrük qanunvericiliyini rəhbər tuturlar.
6.5. Qanunvericilikdə nəzərdə tutulan hallar
istisna edilməklə, heç bir dövlət orqanı tərəfindən gömrük orqanlarının
səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar qəbul edilə, yaxud
dəyişdirilə, funksiyaları yerinə yetirilə, fəaliyyətinə digər formada müdaxilə
oluna bilməz.
Maddə 7. Gömrük
orqanlarının vahid sistemi
7.1. Gömrük orqanlarının vahid sisteminə
aşağıdakılar daxildir:
7.1.1. müvafiq icra hakimiyyəti orqanının
aparatı;
7.1.2. ərazi gömrük idarələri;
7.1.3. ixtisaslaşdırılmış gömrük idarələri;
7.1.4. gömrük
postları.
7.2. Müvafiq icra hakimiyyəti orqanının
Əsasnaməsi və onun strukturu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
7.3. Müvafiq icra hakimiyyəti orqanının
strukturuna daxil olan gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərirlər.
7.4. Müvafiq icra hakimiyyəti orqanının
strukturuna daxil olan gömrük orqanlarının yaradılması, yenidən təşkili və
ləğvi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 8. Gömrük
orqanlarının vəzifələri
8.0. Gömrük orqanlarının
vəzifələri aşağıdakılardır:
8.0.1.
Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və
bu siyasətin həyata keçirilməsini təmin etmək;
8.0.2. icrasına nəzarət
gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını
təmin etmək;
8.0.3. bu Məcəllənin və gömrük işi üzrə digər
qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq
araşdırmalar aparmaq;
8.0.4.
qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli
təhlükəsizliyini təmin etmək;
8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini
həyata keçirmək və təkmilləşdirmək;
8.0.6. mallar və nəqliyyat
vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;
8.0.7. gömrük rüsumlarını,
müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;
8.0.8. malların və nəqliyyat
vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün
əlverişli şərait yaratmaq;
8.0.9. gömrük sərhədindən
keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib
hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
8.0.10. gömrük işi sahəsində
cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər
hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin,
xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları
obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki
növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını
almaq;
8.0.11. Azərbaycan
Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər
yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin
qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq
mühafizə orqanlarına yardım göstərmək;
8.0.12. milli təhlükəsizliyin, ictimai asayişin,
insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər
aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin
qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət
orqanlarına yardım göstərmək;
8.0.13. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə
dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən
keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti
təmin etmək;
8.0.14. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük
sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;
8.0.15. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını
və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun
aparmaq və təkmilləşdirmək;
8.0.16. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının
hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət
orqanlarına yardım göstərmək;
8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və
maraqlarının qorunması üzrə tədbirlər görmək;
8.0.18. milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən
müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu
Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
8.0.19. gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin
işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
8.0.20. qanunvericilikdə
nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;
8.0.21. dövlət
sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə
uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək;
8.0.22. beynəlxalq
avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin
buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə blanklarını vermək;[4]
8.0.23. gömrük işi
sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin
hazırlanmasını və tətbiqini təmin etmək;
8.0.24. müasir texnologiyalardan
və avadanlıqdan istifadə etməklə, gömrük
işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini
təkmilləşdirmək;
8.0.25. xarici iqtisadi
fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür;
8.0.26. gömrük işi sahəsində
elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək;
8.0.27. dövlət orqanlarına,
hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək;
8.0.28. dövlət orqanları
ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla
məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
8.0.29. müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların
digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük
rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq
ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə
beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;
8.0.30. beynəlxalq
ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici
ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq
əlaqələri yaratmaq;
8.0.31. digər dövlət orqanları ilə əməkdaşlıq
etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə
tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;
8.0.32. qanunvericiliklə müəyyən edilmiş
digər vəzifələri yerinə yetirmək.
Maddə 9. Gömrük
orqanlarının hüquqları
9.0. Bu Məcəllə və digər qanunvericiliklə
həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı
hüquqlara malikdirlər:
9.0.1. gömrük qanunvericiliyinə riayət
olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək;
9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər
qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə
tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;
9.0.3. gömrük orqanlarına təqdim edilən
məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq;
9.0.4. şəxslərin xarici ticarət
əməliyyatlarının gömrük auditini aparmaq;
9.0.5. dövlət sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o
cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını
(şəhadətnamələrini), “Qida
təhlükəsizliyi
haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən tərtib edilən idxal zamanı
elektron bildirişi, Qida
Təhlükəsizliyi
Reyestrindən çıxarışı,
sağlamlıq
sertifikatını,
qida və yem məhsullarının
təhlükəsizliyini
təsdiq edən sənədləri və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışı qanunvericiliyə uyğun olaraq yoxlamaq;[5]
9.0.6. malların və nəqliyyat vasitələrinin
buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair
məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə
yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək,
hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış
fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi
daxilində mobil qruplar təşkil etmək;
9.0.7. təhqiqatı və istintaqı gömrük
orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar
edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri
müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada
əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
9.0.8. cinayət-prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;
9.0.9. müvafiq qanunvericiliyə uyğun olaraq
inzibati xətalarla bağlı işlər üzrə icraatı aparmaq, bu işlərə baxmaq və
inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;
9.0.10. gömrük işi sahəsində cinayətlərin
qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində
şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə,
müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa
nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı
nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat
vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;
9.0.11. müstəqil surətdə, yaxud digər hüquq
mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına
riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin
mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa
tədbirləri həyata keçirmək;
9.0.12. malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən
malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının
aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını,
video və foto çəkilişlərini aparmaq;
9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş
hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki
vasitələrdən) və odlu silahdan istifadə etmək;
9.0.14. öz funksiyalarını yerinə yetirmək
məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması
üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə
yetirilməsinə nəzarət etmək;
9.0.15. digər ölkələrin gömrük
orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
9.0.16. gömrük rəsmiləşdirilməsinin və
nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici
ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi
münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;
9.0.17. bu Məcəllədə və gömrük işi üzrə digər
qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.
Maddə 10. Müvafiq
icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar
10.1. Müvafiq icra hakimiyyəti orqanı
malların gömrük ekspertizasını
aparan gömrük laboratoriyaları yaradır.
10.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük
işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının
artırılması məqsədi ilə elmi tədqiqat və tədris müəssisələri, gömrük
fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər.
10.3. Gömrük orqanlarının, müvafiq icra
hakimiyyəti orqanının tabeliyində olan gömrük laboratoriyalarının, elmi
tədqiqat və tədris müəssisələrinin, digər qurumların əmlakı dövlət
mülkiyyətindədir.
Maddə 11. Gömrük
orqanlarının atributları
11.1. Gömrük orqanlarının bayrağı və emblemi
vardır.
11.2. Bayraq və emblem gömrük orqanlarının
inzibati binalarında, onlara məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və
hava gəmilərində yerləşdirilir.
11.3. Gömrük orqanlarının bayrağının və
embleminin təsvirini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 12. Gömrük
orqanlarının digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı
fəaliyyəti
12.1. Gömrük orqanları gömrük işi ilə
əlaqədar vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə hüquq mühafizə orqanları
daxil olmaqla, digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərirlər.
12.2. Dövlət orqanlarının vəzifəli şəxsləri
gömrük orqanları tərəfindən vəzifələrinin yerinə yetirməsinə lazımi şərait
yaratmalıdırlar.
Maddə 13.
Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi
13.1. Beynəlxalq ticarətin asanlaşdırılması məqsədi
ilə gömrük orqanları dövlət sərhədinin buraxılış məntəqəsində mallara
baytarlıq, fitosanitar və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
digər nəzarət növlərini “bir pəncərə” prinsipi əsasında mümkün qədər qısa
vaxtda həyata keçirirlər.
13.2. Gömrük orqanları və digər dövlət orqanları
risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şəraitin
yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat
vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə
edilən məlumatların öz aralarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları
ilə mübadiləsini həyata keçirirlər.
Maddə 13-1. Malların
və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin
tətbiqi[6]
13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və
nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və
qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.
13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən
istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz”
buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn
dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[7]
Maddə 14. Gömrük
orqanlarının beynəlxalq əməkdaşlığı
14.1. Gömrük orqanları öz funksiyalarını
həyata keçirərkən beynəlxalq müqavilələrə uyğun olaraq başqa dövlətlərin gömrük
və digər səlahiyyətli dövlət orqanları ilə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edirlər.
14.2. Müvafiq icra hakimiyyəti orqanının öz
funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb
edən dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrini (gömrük
attaşelərini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin
etmək səlahiyyəti vardır.
Maddə 15. Gömrük
orqanlarının fəaliyyəti üçün şərait yaradılması
15.1. Gömrük
nəzarətinin və gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının olduğu yerdə
deyil, öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər
gömrük orqanlarının fəaliyyəti üçün şəraitin təmin edilməsinə imkan verən hədd
daxilində gömrük orqanlarına əvəzsiz istifadə üçün lazımi xidmət və məişət
otaqları, avadanlıq və rabitə vasitələri verirlər.
15.2. Gömrük
obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri gömrük orqanlarının
istifadəsinə torpaq qanunvericiliyinə uyğun olaraq verilir.
Maddə 16. Gömrük
orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar
16.1. Bu Məcəlləyə
və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq
dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına
verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.
16.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial
məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və
konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada
üçüncü şəxslərə verilir.
FƏSİL 2
GÖMRÜK
ORQANLARININ HÜQUQ MÜHAFİZƏ FƏALİYYƏTİ
Maddə 17. Gömrük
orqanları tərəfindən təhqiqat və istintaqın aparılması
17.1. Gömrük orqanları gömrük işi sahəsində
cinayətlərə dair işlər üzrə təhqiqat və istintaq orqanlarıdır.
17.2. Gömrük orqanları tərəfindən təhqiqat və
istintaqın aparılması və bu zaman yerinə yetirilən prosessual hərəkətlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir.
Maddə 18.
Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə
icraatın aparılması və işlərə baxılması
Gömrük orqanları tərəfindən gömrük qaydaları
əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılması, həmin işlərə baxılması
və bu zaman yerinə yetirilən prosessual hərəkətlər, inzibati xətalar törətməyə
görə tətbiq edilən inzibati tənbehin növləri Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Maddə 19. Gömrük
orqanlarının əməliyyat-axtarış fəaliyyəti
19.1. Gömrük orqanları təhqiqatının və
istintaqının aparılması səlahiyyətlərinə aid edilmiş cinayətlərin qarşısının
alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş
şəxslərin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata
keçirirlər.
19.2. Gömrük orqanlarının əməliyyat-axtarış
fəaliyyəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi,
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və
əməliyyat-axtarış fəaliyyətini tənzimləyən digər qanunvericilik aktları ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 20.
Gömrük orqanlarının təhlükəsizliyini təmin edən tədbirlər
20.1. Gömrük orqanlarının, onların vəzifəli
şəxslərinin təhlükəsizliyini təmin etmək üçün gömrük orqanları qanunvericiliklə
nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirirlər.
20.2. Gömrük orqanları bu tədbirlərin həyata
keçirilməsi üçün digər hüquq mühafizə orqanları, eləcə də başqa dövlətlərin
gömrük xidmətləri ilə əməkdaşlıq edirlər.
II BÖLMƏ
GÖMRÜK
ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ
FƏSİL 3
GÖMRÜK
TƏMSİLÇİLİYİ
Maddə 21. Gömrük
təmsilçisi
21.1. Hər bir şəxs
gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər
qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün
gömrük təmsilçisi təyin edə bilər.
21.2. Gömrük
təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun
mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və
onun mənafeyi üçün) ola bilər.
21.3. Gömrük
təmsilçiliyi fəaliyyətini tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
21.4. Gömrük
təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük
təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına
bildirməlidir.
21.5. Gömrük
təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin
müvafiq səlahiyyəti olmayan şəxs, öz adından və özünün mənafeyi üçün fəaliyyət
göstərən hesab olunur.
21.6. Gömrük orqanı
gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq
səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməlidir.
Maddə 22. Gömrük
brokeri
22.1. Gömrük
brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu
ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük
təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.
22.2. Gömrük
brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının
qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir.
22.3. Gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri
malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə
yetirir və onun kimi məsuliyyət daşıyır.
22.4. Gömrük
brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış
müqavilə ilə tənzimlənir.
22.5. Müvafiq icra
hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq icra
hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr
edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi
yeniləşdirilməsini təmin edir.
22.6. Şəxs gömrük
brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli
şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun
olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların
gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım
göstərməlidirlər.
Maddə 23. Gömrük
brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziya
23.1. Müvafiq icra
hakimiyyəti orqanı gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün
müraciətlərə baxır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir.
23.2. Hər gömrük
sərhəd buraxılış məntəqəsi üzrə ən azı iki hüquqi şəxsə gömrük brokeri fəaliyyəti
üçün lisenziya verilməlidir.
Maddə 24. Gömrük
brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın
fəaliyyətinin dayandırılması və ləğv edilməsi
Gömrük brokeri
fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın
fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 25. Gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssislər
25.1. Müvafiq icra
hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri
adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək
hüququna malikdirlər.
25.2. Bu Məcəllənin
25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə
əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar
gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.
25.3. Gömrük
brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları ilə
münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.
25.4. İxtisas
attestatının verilməsi qaydalarını və gömrük rəsmiləşdirilməsi üçün
mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 26. İxtisas
attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi
İxtisas
attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 27. Lisenziya
və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu və yığım
27.1. Gömrük
brokeri fəaliyyətinə lisenziyanın verilməsinə
görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə
dövlət rüsumu ödənilir.
27.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə ödənilən yığımın
məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
27.3. Gömrük
brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın
fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının fəaliyyəti
dayandırıldıqda və ya ləğv edildikdə, onların verilməsinə görə ödənilmiş dövlət
rüsumu və yığım qaytarılmır.
FƏSİL 4
GÖMRÜK DAŞIYICISI
Maddə 28. Gömrük
daşıyıcısı
28.1.
Qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından
gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi
şəxslər gömrük daşıyıcısı ola bilərlər.
28.2. Gömrük
daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və gömrük işi üzrə
digər qanunvericilik aktlarına uyğun həyata keçirir.
28.3. Gömrük
daşıyıcısının malları və onlara aid sənədləri göndərənlərlə münasibətləri
müqavilə əsasında qurulur.
Maddə 29. Gömrük
daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, onun
fəaliyyətinin dayandırılması və ləğv edilməsi
Gömrük daşıyıcısı
fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də onun fəaliyyətinin
dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 30. Gömrük
daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə dövlət rüsumu
30.1. Gömrük
daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
30.2. Gömrük
daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti
dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş
dövlət rüsumu qaytarılmır.
FƏSİL 5
SƏLAHİYYƏTLİ İQTİSADİ
OPERATORLAR
Maddə 31.
Səlahiyyətli iqtisadi operator statusu
31.1. Ümumdünya Gömrük Təşkilatının norma və
standartlarına uyğun olaraq, səlahiyyətli iqtisadi operator - malların təyinat
yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin
asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və
üsullarından istifadə edən hüquqi şəxsdir.
31.2. Gömrük ərazisində təsis olunmuş və bu
Məcəllədə müəyyən olunmuş şərtlərə cavab verən hüquqi şəxs səlahiyyətli
iqtisadi operator statusunu almaq üçün müvafiq icra hakimiyyəti orqanına
müraciət edə bilər.
31.3. Səlahiyyətli
iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
31.4. Səlahiyyətli
iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv
olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
31.5. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük
prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün
səlahiyyətli iqtisadi operatora müəyyən hüquqlar verir.
31.6. Digər ölkələrin gömrük orqanları
tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə
xələl gətirməmək şərti ilə beynəlxalq müqavilə əsasında tanına bilər.
31.7. Səlahiyyətli iqtisadi operator statusu
almış hüquqi şəxs sonrakı fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş
şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər
barədə gömrük orqanlarına məlumat verməlidir.
Maddə 32.
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri
32.0. Səlahiyyətli iqtisadi operator
statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:
32.0.1. malların təyinat yerinə
çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik
normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu;
32.0.2. gömrük və vergi qanunvericiliyinin
tələblərinə riayət etməsi;
32.0.3. gömrük nəzarəti baxımından əhəmiyyət
kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş
sistemin olması;
32.0.4. gömrük ödənişlərini və digər
ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması;
32.0.5. fəaliyyət göstərdiyi sahədə azı 2
(iki) il təcrübəsinin olması;
32.0.6. müvafiq təhlükəsizlik və mühafizə
standartlarının tətbiqi imkanlarının olması;
32.0.7. informasiya mübadiləsini lazımi
səviyyədə təmin edən texniki bazasının olması.
Maddə 32-1.
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul
edilməsinə görə dövlət rüsumu[8]
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi
haqqında qərarın qəbul edilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
III
BÖLMƏ
GÖMRÜK
İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
FƏSİL
6
GÖMRÜK
İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİNİN VƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ
Maddə 33.
Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və
onların təminat vasitələrindən istifadə
33.1. Gömrük işində informasiya
sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən
istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
33.2. Gömrük orqanları tərəfindən yaradılan,
alınan informasiya sistemləri, informasiya texnologiyaları və onların təminat
vasitələri dövlət mülkiyyətindədir.
33.3. Gömrük orqanları onların istifadəsində
olmayan informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların
təminat vasitələrindən müqavilə əsasında istifadə edə bilərlər.
Maddə 34.
Gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi
34.0. Gömrük orqanlarında gömrük
prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi ilə əlaqədar
normativ hüquqi aktların layihələri hazırlanarkən aşağıdakılar nəzərə
alınmalıdır:
34.0.1. bu Məcəllədə və müvafiq
qanunvericilikdə nəzərdə tutulduğu hallarda, sənədlərin elektron formada təqdim
edilməsi;
34.0.2. elektron və kağız üzərində yazılı
formalarda sənədlər əsasında məlumatların dəqiqliyinin yoxlanılması üsullarının
mövcudluğu;
34.0.3. gömrük xidmətləri, habelə onlar ilə
başqa istifadəçilər arasında gömrük məqsədləri üçün informasiya mübadiləsinin
elektron üsullarından istifadə edildilkdə, alınan məlumatları saxlama hüququnun
olması;
34.0.4. gömrük prosedurlarının və gömrük ödənişlərinin
elektron idarə edilməsi sistemlərinin yaradılması və tətbiq edilməsi.
Maddə 35.
İnformasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat
vasitələrinin sertifikatlaşdırılması
Gömrük işində tətbiq olunan informasiya
sistemləri, informasiya texnologiyaları və onların təminat vasitələri, habelə
informasiyanın mühafizəsi üçün istifadə olunan proqram - texniki vasitələr
müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır.
Maddə 36.
Gömrük orqanlarının informasiya ehtiyatları
36.1. Gömrük orqanlarının informasiya
ehtiyatları gömrük əməliyyatlarını həyata keçirən şəxslərin bu Məcəlləyə və
digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri sənədlər və
məlumatlar əsasında formalaşdırılır.
36.2. Gömrük orqanlarının informasiya
ehtiyatlarının formalaşdırılması, ondan istifadə və informasiyanın
sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
36.3. “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş
məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan
informasiya ehtiyatlarına giriş açıqdır.
36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük
orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarından onun
vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini müəyyən edir.
FƏSİL 7
GÖMRÜK
İŞİNƏ DAİR MƏLUMATLARIN MÜBADİLƏSİ VƏ MÜHAFİZƏSİ
Maddə 37.
Məlumatların mübadiləsi
37.1. Gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi
operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri
arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə
həyata keçirilir.
37.2. Bu Məcəllənin 37.1-ci maddəsində göstərilən orqanlar və şəxslər
arasında məlumat mübadiləsini təmin etmək məqsədilə elektron məlumat sistemi
yaradılır. Bu sistem beynəlxalq standartlardan və ticarət təcrübəsindən
istifadə etməklə, risklərin təhlili və gömrük nəzarətinin müvafiq qaydada
tətbiq edilməsi üçün zəruri olan təfərrüatları özündə əks etdirməlidir.
Maddə 38. Gömrük orqanları ilə
səlahiyyətli iqtisadi operatorlar arasında əlavə məlumat mübadiləsi
38.1. Gömrük orqanları və səlahiyyətli iqtisadi
operatorlar xarici ticarətdə risklərin müəyyənləşdirilməsi və qarşısının
alınması üzrə tədbirlərin hazırlanmasında əməkdaşlıq məqsədi ilə öz aralarında
təqdim olunması gömrük qanunvericiliyi ilə bilavasitə tələb edilməyən
məlumatların da mübadiləsini həyata keçirə bilərlər. Bu mübadilə müvafiq
müqavilə əsasında həyata keçirilir və səlahiyyətli iqtisadi operatorların kompyuter
şəbəkəsinə gömrük orqanları tərəfindən daxil olmaq hüququnu nəzərdə tuta bilər.
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində qeyd olunan
əməkdaşlıq zamanı təqdim olunan məlumatlar, onların açıqlanması barədə
tərəflərin razılığı əldə edilənədək məxfi saxlanılır.
Maddə 39.
Gömrük orqanları tərəfindən məlumatların təqdim olunması və məsləhətvermə
39.1. Hər bir şəxs sorğu vermək yolu ilə bu
Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar istisna edilməklə,
gömrük qanunvericiliyinin tətbiqinə dair istədiyi məlumatı gömrük orqanlarından
əldə edə bilər.
39.2. Gömrük orqanları
gömrük qanunvericiliyini, ərizə formalarını və xarici ticarətə dair digər
sənədləri İnternetdə yerləşdirməklə, həmin sənədlərin başqa şəxslər tərəfindən
heç bir haqq ödənilmədən əldə edilməsini təmin etməlidirlər.
39.3. Gömrük
orqanlarının aşkar etdiyi hüquqpozmaların araşdırılması digər hüquq mühafizə
orqanlarının səlahiyyətlərinə aid olduğu hallarda, müvafiq məlumatlar və onlara
dair sənədlər həmin orqanlara verilir.
39.4. Gömrük orqanları
digər hüquq mühafizə orqanlarının sorğuları əsasında barəsində inzibati xətalar
haqqında iş üzrə icraat və ya cinayət işi başlanmış şəxslər haqqında onlarda
olan məlumatları həmin orqanlara verirlər.
39.5. Gömrük
orqanlarının vəzifəli şəxsləri verdikləri məlumatların düzgünlüyünə görə
cavabdehdirlər.
39.6. Gömrük orqanları
gömrük işi və gömrük orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə
məsləhətverməni həyata keçirirlər.
Maddə 40.
Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması
40.1. Gömrük rəsmiləşdirilməsinin həyata
keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun
olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində
təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım
göstərməlidirlər.
40.2. Gömrük bəyannaməsini, təkrar ixrac
bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni,
gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə
uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda
göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük
proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı
üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.[9]
40.3. Gömrük bəyannaməsi, təkrar ixrac bildirişi,
qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə, gömrük
rəsmiləşdirilməsinə dair ərizə və gömrük orqanlarının bu Məcəlləyə uyğun
olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən
təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən
olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir.[10]
40.4. Gömrük orqanlarının
vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa
idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük
rəsmiləşdirilməsinə dair ərizənin
tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların
həyata keçirilməsində yardım göstərməlidirlər.[11]
40.5. Bu Məcəllə və gömrük işi üzrə digər
qanunvericilik aktları ilə gömrük orqanlarına təqdim olunması nəzərdə tutulmuş
sənədlər, o cümlədən gömrük bəyannamələri elektron formada təqdim oluna bilər.
40.6. Sənədlərin elektron formada təqdim
olunması qaydaları “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 41.
Məlumatların mühafizəsi
41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ
və fiziki şəxslərdən, həmçinin digər ölkələrin gömrük orqanlarından əldə
etdikləri məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi
məqsədi ilə istifadə edə bilərlər.
41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan
məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla
müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim
etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən
açıqlana bilməz.
41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər
konfidensial məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış
gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və
beynəlxalq təşkilatlara verilməsi qaydası “Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
41.5. Məlumat mübadiləsi prosesində iştirak edən subyektlərin
hüquqlarının və məlumatların mühafizəsi gömrük orqanlarının xüsusi
proqramlardan və texniki vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur.
41.6. Məlumatların mühafizə səviyyəsi onların kateqoriyasına uyğun
olmalıdır. Məlumatların kateqoriyasına uyğun olaraq mühafizəsi sərəncamında
informasiya ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir.
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki
vasitələrin istismarına dair tələblərə riayət olunmasına nəzarəti müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
41.8. Müvafiq icra hakimiyyəti orqanı bütün maraqlı şəxslərlə
informasiya texnologiyalarının tətbiqi barədə mümkün qədər geniş
məsləhətləşmələr həyata keçirir.
FƏSİL 8
GÖMRÜK ORQANLARININ ELEKTRON MƏLUMAT SİSTEMİ
Maddə 42.
Ümumi müddəalar
42.1. Müvafiq icra
hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi
və mübadiləsi, o
cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə
bölgüsünün aparılması məqsədilə gömrük
orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini
təmin edir. [12]
42.2. Gömrük orqanları
tərəfindən qeydiyyata alınan məlumatların məzmununu, onların təqdim olunma
müddətlərini, mühafizəsi məsələlərini də nəzərdə tutan elektron məlumat
sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 43.
Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə
Gömrük orqanlarının
elektron informasiya sisteminə məlumat göndərmək və ya oradan məlumat almaq
istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
gömrük orqanları tərəfindən gömrük orqanlarının elektron informasiya sisteminin
istifadəçisi (bundan sonra - istifadəçi) kimi təsdiq edilməlidir.
Maddə 44.
İstifadəçilər
44.1. İstifadəçi olmaq
üçün şəxs kağız üzərində yazılı, yaxud elektron formalarda ərizə və müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi digər sənədlərlə müvafiq icra
hakimiyyəti orqanına müraciət edir.
44.2. Müvafiq icra
hakimiyyəti orqanı ərizəyə bir ay müddətində baxır, bu Məcəllənin 42.2-ci
maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq şəxsin müraciətinin təmin
edilməsi və ya edilməməsi barədə qərar qəbul edir və ona müvafiq bildiriş
göndərir.
44.3. Müvafiq icra
hakimiyyəti orqanı müraciətin təmin edilməməsi barədə qərar qəbul etdikdə,
ərizəçiyə təqdim olunan bildirişdə müraciətin təmin olunmamasının səbəbləri
göstərilməlidir.
44.4. Müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə razı olmayan ərizəçi həmin qərardan bu
Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edə bilər.
Maddə 45.
İstifadəçilər üçün müəyyən edilmiş şərtlər
45.1. Müvafiq icra hakimiyyəti orqanı istifadəçi,
istifadəçilər qrupu və ya bütün istifadəçilər üçün bu Məcəllənin 42.2-ci
maddəsində nəzərdə tutulmuş qaydalarda göstərilən şərtlər müəyyən etmək
hüququna malikdir.
45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin
45.1-ci maddəsində qeyd olunan şərtlər barədə aidiyyəti istifadəçiyə
(istifadəçilərə) yazılı, o cümlədən elektron
formada bildiriş verməlidir. İstifadəçi (istifadəçilər) tərəfindən bu
Məcəllənin 45.3-cü maddəsinə uyğun olaraq şikayət verilmədiyi təqdirdə,
şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır:[13]
45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən
edilmiş şərtlər barədə bildirişin verildiyi tarixdən etibarən iyirminci iş
günündən;
45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi daha sonrakı tarixdən.
45.3. Müəyyən edilmiş şərtlərlə razı olmayan
istifadəçi (istifadəçilər) müvafiq icra hakimiyyəti orqanının qərarından bu
Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edə bilər.
Maddə 46.
İstifadəçinin təsdiqinin ləğvi
46.1. Müvafiq icra
hakimiyyəti orqanı bildiriş göndərməklə, gömrük orqanlarının elektron məlumat
sistemindən istifadə edən şəxsin istifadəçi kimi təsdiqini aşağıdakı hallarda
ləğv edir:
46.1.1. istifadəçi bu
Məcəllə ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etmədikdə;
46.1.2. istifadəçi bu
Məcəllənin 45.1-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş şərtləri yerinə
yetirmədikdə;
46.1.3. istifadəçi
gömrük orqanlarının elektron məlumat sisteminə qeyri-qanuni daxil olmağa və ya
müdaxiləyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirli bilindikdə.
46.2. Şəxsin istifadəçi
kimi təsdiqinin ləğvi barədə müvafiq icra hakimiyyəti orqanının bildirişində
bunun səbəbləri göstərilməlidir.
46.3. Müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə razı olmayan istifadəçi həmin qərardan bu
Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edə bilər.
Maddə 47.
Məlumatların qeydiyyatı
47.1. Gömrük orqanları
istifadəçi tərəfindən verilən və ya qəbul edilən məlumatların qeydiyyatını
aparır.
47.2. Bu Məcəllənin
47.1-ci maddəsində göstərilən qeydiyyat barədə müvafiq materiallar məlumatın
verilmə və ya qəbul edilmə tarixindən etibarən 3 (üç) il müddətində
saxlanmalıdır.
IV BÖLMƏ
GÖMRÜK ORQANLARININ
QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ
FƏSİL 9
GÖMRÜK ORQANLARININ
QƏRARLARI
Maddə 48.
Ümumi müddəalar
48.1. Gömrük
orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur.
Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan
məlumatlarla təmin etməlidirlər.
48.2. Gömrük
orqanlarının qərarları bir şəxs və ya şəxslər qrupu barəsində qəbul olunur.
48.3. Bu Məcəllədə başqa
müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil
olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə
əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq aparılır.
48.4. Gömrük orqanları
tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə
(şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin
səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya
məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.
48.5. Gömrük orqanının
qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.
48.6. Gömrük orqanının
qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə
malikdir.
48.7. Gömrük orqanları
tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması
və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
48.8. Şəxsin (şəxslərin)
gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati
və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.
Maddə 49.
Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi
49.1. Gömrük orqanının
şəxsin xeyrinə çıxardığı qərar aşağıdakı halların hamısı olduqda ləğv edilir:
49.1.1. qərar
qeyri-dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə;
49.1.2. şəxs təqdim
etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi və ya bilməli idi;
49.1.3. şəxsin təqdim
etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli olardı.
49.2. Qanunvericilikdə
başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə
tutulan ləğvetmə barədə qərar, ilkin qərar qüvvəyə mindiyi tarixdən etibarən
qüvvəyə minmiş sayılır.
49.3. Şəxsin xeyrinə
çıxarılan qərar onun icra edilməsi üçün orada nəzərdə tutulmuş bir və ya bir
neçə öhdəliyin yerinə yetirilmədiyi təqdirdə də ləğv edilir və ya ona
dəyişiklik edilir. Bir neçə şəxsin xeyrinə çıxarılmış qərar yalnız bu qərarla
əlaqədar öhdəliyi yerinə yetirməyən şəxslə bağlı hissədə ləğv olunur və ya ona
dəyişiklik edilir.
49.4. Barəsində qərar çıxarılmış
şəxs həmin qərarın ləğv edilməsi və ya ona dəyişiklik edilməsi haqqında
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada məlumatlandırılır.
Maddə 50.
Məcburi qərarlar
50.1. Şəxs konkret
mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə
ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək
məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron
formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar
və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə
ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından
məcburi olan qərarlar qəbul edirlər.
50.2. Məcburi qərar,
müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim
olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük
orqanları üçün məcburidir.
50.3. Bu Məcəllənin
50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə
mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük
orqanları üçün məcburidir.
50.4. Bu Məcəllənin
50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların
təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən
etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin
məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir)
il müddətində qüvvədə olur.
50.5. Məcburi qərarlar
aşağıdakı hallarda ləğv edilir:
50.5.1. bu Məcəllənin
49.1-ci maddəsində nəzərdə tutulmuş halda;
50.5.2. qərar qəbul
edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük
ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük qanunvericiliyində qərarla
ziddiyyət yaradan dəyişiklik edildikdə.
FƏSİL 10
GÖMRÜK ORQANLARININ,
ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, HƏRƏKƏTLƏRİNDƏN VƏ YA
HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ
Maddə 51.
Şəxsin şikayətvermə hüququ
Maraqlı şəxslər
hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi
ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından,
hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında”
Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət
vermək hüququna malikdirlər.
Maddə 52.
Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları
52.1. Gömrük
orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya
hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında
verilir.
52.2. İnzibati qaydada
şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq verilir.
52.3. Qanunvericilikdə
daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş)
gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin
araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda,
şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş)
gün uzadılır.
52.4. Qərardan şikayət
üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir.
52.5. Şikayətçi gömrük
orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada
məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun
qəbul edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı
yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat
verilməlidir.
52.6. Bu Məcəllənin
52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və
ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə bilər.
52.7. Gömrük
orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia)
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş
qaydada verilir.
V BÖLMƏ
GÖMRÜK ORQANLARININ
VƏZİFƏLİ ŞƏXSLƏRİ
FƏSİL 11
GÖMRÜK ORQANLARININ
VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU, DÖVLƏT VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 53.
Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu
53.1. Təhsil
səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar, fiziki və mənəvi
keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə
bilən və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan
Respublikasının vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola
bilərlər.
53.2. Gömrük
orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının
vətəndaşları aşağıdakı məzmunda and içirlər: “Mən Azərbaycan Respublikası
gömrük orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının
qanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi
suverenliyini və təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla
yerinə yetirməyə və gömrük xidməti intizamının tələblərinə əməl etməyə and
içirəm”.
53.3. Andiçmə mərasimi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
53.4. Gömrük
orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və
onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə
müəyyən edilir.
53.5. Gömrük
orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi
geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti
orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi
geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir.
53.6. Bu Məcəllənin
53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının
strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil edilir.
53.7. Gömrük
orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu
Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş
səlahiyyətlərdən istifadə edirlər.
53.8. Gömrük orqanlarının vəzifəli şəxsləri
hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
53.9. Gömrük
orqanlarının vəzifəli şəxslərinin əxlaq prinsipləri və etik davranış qaydaları
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksi və digər
normativ hüquqi aktlarla tənzimlənir.
53.10. Gömrük
orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük orqanlarının
vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, “Gömrük
orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla
tənzimlənir.
Maddə 54.
Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi
54.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən
hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.
54.2. Gömrük
orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı,
dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 55. Gömrük
orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə yerinə
yetirmələri üçün təminat
55.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu
Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər
tuturlar.
55.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa
rəhbərlərinə tabedirlər.
55.3. Qanunvericiliklə
səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri istisna
olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə
edə bilməz.
55.4. Gömrük
orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən təsərrüfat
subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən,
vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin
müvəkkili kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə
yetirməsi (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə
əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə əsasında yerinə yetirməsi,
vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, tətillərin təşkili və onların
keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud onların işində
iştirak etməsi qadağandır.
55.5. Gömrük
orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən
hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına,
sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş
qaydada məsuliyyətə səbəb olur.
FƏSİL 12
GÖMRÜK ORQANLARININ
VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ
Maddə 56.
Keşik çəkmə (patrulluq) və müşahidə
56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu
Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının
pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə
yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində nəzərdə
tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri
həyata keçirmək hüququna malikdirlər:
56.1.1. Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada
yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti
altında olan digər ərazilərdə keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;
56.1.2. dəmiryol
vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, həmin
ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında
keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;
56.1.3. aeroportlara,
aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-enmə zolağına daxil
olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.
56.2. Bu Məcəllənin
56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən digər yerlərdə
də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.
56.3. Qanunvericiliklə
müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin
keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.
56.4. Gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və
müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 57.
Nəqliyyat vasitələrinə daxilolma
57.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan
nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər:
57.1.1. nəqliyyat
vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil olduqda;
57.1.2. nəqliyyat
vasitəsi gömrük ərazisindən kənara çıxdıqda;
57.1.3. nəqliyyat
vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük ərazisindən
tranzitlə keçdikdə;
57.1.4. gömrük
orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük ödənişləri
ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını
ehtimal etdikdə;
57.1.5. gömrük
qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda.
57.2. Nəqliyyat
vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat
vasitəsinə, yaxud onun hər hansı hissəsinə təhlükəsiz daxil olmasını və tərk
etməsini, lazımi hallarda onları orada qalmaq uçun münasib yerlə öz vəsaiti
hesabına təmin etməlidir.
Maddə 58.
Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması
58.1. Aşağıdakı
hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda, gömrük
orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə
dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə
həmin nəqliyyat vəsitəsini saxlayır:
58.1.1. nəqliyyat
vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi
qanunvericiliklə qadağan edilmiş mallar olduqda;
58.1.2. nəqliyyat
vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən
təhlükəli hesab edilmiş mallar olduqda;
58.1.3. nəqliyyat
vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan
mallar olduqda;
58.1.4. bu Məcəllənin və
ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə
məlumatlar olduqda;
58.1.5. malların
qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı
dəlillər olduqda.
58.2. Nəqliyyat
vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli
şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən
edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi
vasitələrdən və bu Məcəllədə 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu
silahdan istifadə oluna bilər.
58.3. Gömrük
orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən
hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər.
58.4. Nəqliyyat
vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu
Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna
əsaslı şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola,
oradakı bütün bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər.
58.5. Qanunvericiliklə
müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli
şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri
məhdudlaşdırıla bilməz.
58.6. Yoxlama
nəticəsində bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən hallar
aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin
marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər.
Maddə 59.
Nəqliyyat vasitələrində olan malların mühafizəsi
Bu Məcəllə ilə müəyyən
edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəsinə
daxil olub, yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxsləri oradakı
malların mühafizəsini təmin etməlidirlər.
Maddə 60.
Şəxslərin sorğu-sual edilməsi
60.0. Gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini
tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə
və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin
92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək
hüququna malikdirlər:
60.0.1. həmin şəxsdə
gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə
qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu;
60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə
ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri;
60.0.3. şəxsin və ya
onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş
ödənişlər üzrə gömrük borcunun olub-olmaması;
60.0.4. gömrük borcu
mövcuddursa, onun xüsusiyyəti və məbləği.
Maddə 61.
Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi və digər
məsələlər barədə sorğu-sual edilməsi
61.1. Məcəllənin bu
maddəsi gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsindən düşmüş və ya düşdüyü
ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil olması faktını gizlətmiş və ya
gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.
61.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 61.1-ci maddəsində göstərilən
şəxsləri aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:
61.2.1. şəxsin
şəxsiyyətini təsdiq edən sənədlər;
61.2.2. şəxsin yaşadığı
ünvan;
61.2.3. şəxsin
səyahətinin məqsədi və marşrutu;
61.2.4. şəxsin səyahət
sənədi;
61.2.5. şəxsin düşdüyü
və ya düşməsi ehtimal edilən və gömrük ərazisindən yola düşməyə cəhd göstərdiyi
və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi.
61.3. Gömrük
orqanlarının vəzifəli şəxsləri eyni zamanda nəqliyyat müəssisələrinin
sahiblərini və onların işçilərini də sorğu-sual etmək hüququna malikdirlər.
Maddə 62.
Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması
62.1. Şəxs, gömrük
orqanlarının vəzifəli şəxslərinin sorğu-sual aparılması üçün bu Məcəlləyə uyğun
olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir.
62.2. Şəxsin təqdim
etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən dərhal
yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır.
Maddə 63.
Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması
63.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində ilkin
yoxlama keçirmək hüququna malikdirlər.
63.2. İlkin yoxlama
xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik,
elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır.
Maddə 64.
Şəxsi yoxlama
64.1. İlkin yoxlamadan
sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan
edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri
ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik
aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində
gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının
vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu
Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar.
64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata
keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş
yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2
(iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin
soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol
verilmir.[14]
64.3. Fiziki şəxsin
bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək
məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.
64.4. Üzərində şəxsi
yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən
yoxlanılmalıdır.
64.5. Gömrük
orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə
cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.
64.6. Şəxsi yoxlama
zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə
təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və
78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna
malikdirlər.
64.7. Şəxsi yoxlama
aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin
64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu
halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən
qanunla nəzərdə tutulmuş qaydada götürülür.
64.8. Şəxsi yoxlama
aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib
olunur.
64.9. Protokol gömrük
orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri,
narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə
tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb
işçisi tərəfindən imzalanır.
Maddə 65.
Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması
65.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların
yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını,
onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını
təmin edirlər.
65.2. Gömrük
orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları
müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən
istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ
vardır.
65.3. Gömrük
orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və
həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.
65.4. Malların təyin
edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları
idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.
65.5. Bu Məcəllənin
65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və
olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə
edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması
hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil
edilir.
65.6. Yoxlamaya fiziki
və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi,
ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən,
detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran
avadanlıqdan, mexaniki, elektrik, elektron cihazlardan, malların
yerləşdirildiyi bağlamaların deşilməsi və sökülməsi üçün tətbiq olunan digər
vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin siyahısını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
65.7. Gömrük
nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının
vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür.
65.8. Götürülən prob və
nümunələr onların ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda,
ölçüdə) olmalıdır.
65.9. Bu Məcəllə və
gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş
səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli
şəxsləri gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal
edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq
və orada baxış keçirmək hüququna malikdirlər.
65.10. Yaşayış
binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya
iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol
verilmir.
65.11. Yoxlama zamanı
hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 66.
Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması
66.1. Gömrük orqanlarının
vəzifəli şəxslərinin gömrük nəzarəti altında olan mallarla əlaqədar bu
Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin
pozulması barədə kifayət qədər əsası olduqda, şəxsdən həmin malların əlavə
yoxlanılması üçün təqdim olunmasını tələb edirlər.
66.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı bu
Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara
verilmiş səlahiyyətlərdən istifadə edirlər.
66.3. Yoxlama
bəyannaməçinin və ya bu əməliyyatlara birbaşa, yaxud dolayı yolla aidiyyəti
olan, habelə bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədlərə malik istənilən
şəxsin olduğu yerdə aparıla bilər.
Maddə 67.
Mallarla bağlı hesabatın təqdim olunması
67.0. Gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə tutulmuş
lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan
kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim
olunmasını tələb etmək hüququna malikdirlər:
67.0.1. gömrük ərazisinə
gətirilmiş mallar haqqında hesabatı;
67.0.2. malların gömrük
ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı bu Məcəlləyə uyğun
olaraq tələb olunan sənədi.
Maddə 68.
Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi
Gömrük orqanlarının
vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci
fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər.
Maddə 69.
Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi
69.1. Bu Məcəlləyə və
gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq təmsil etdiyi
şəxsin adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət göstərdiyini
bildirən şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim
etməlidir.
69.2. Təmsilçiliklə
bağlı sənədlər təqdim olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri həmin
təmsilçiliyi tanımaqdan imtina edirlər.
Maddə 70.
Sənədlərin təqdim edilməsinə dair tələblər
70.1. Şəxsin və ya onun
nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının
tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac
etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı
üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük
orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu
Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin
təqdim olunmasını tələb edirlər.
70.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən
bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük
sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin
mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması
ehtimal edilən mühasibat uçotu sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun
nümayəndəsindən tələb etmək hüququna malikdirlər. [15]
70.3. Gömrük
orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və ya
onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən
sənədlərin surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə
şərait yaradılmasını, müvafiq məlumatlara və sənədlərə dair sualların
cavablandırılmasını tələb etmək hüququ vardır.
Maddə 71.
Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük
auditinin və araşdırmalarının aparılması üçün zəruri olan sənədləri
(məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi
şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada alırlar.
Maddə 72.
Xarici dildə olan sənədlər (məlumatlar)
Xarici dildə olan
sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin vəsaiti
hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.
Maddə 73.
Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması
73.1. Qanunla başqa
müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə
və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən
təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1(bir)
günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər. [16]
73.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və
məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan
şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq
edilmiş surətini verirlər.
73.3. Müəyyən edilmiş
qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli kimi istifadə
oluna bilər.
Maddə 74.
Sənədlərin gömrük auditi
Gömrük orqanlarının
vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində
nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
Maddə 75.
Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması
75.1. Gömrük auditi
aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və gömrük işi üzrə digər
qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas
verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin
çıxarılması məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna
malikdirlər.
75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar
üzərində hüquq sahibi olan şəxsə qaytarılır.
Maddə 76.
Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların
götürülüb saxlanılması
76.1. Gömrük auditi
aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu Məcəllənin və gömrük
işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal
etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin məlumatları,
sənədləri və malları götürüb saxlayırlar.
76.2. Gömrük
orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları
götürüb saxladığı halda, bu həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin
müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş
surətini verirlər.
76.3. Malların müsadirə
ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin
və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş sənədlər,
məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.
Maddə 77.
Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr
və odlu silahdan istifadənin şərtləri və hüdudları
77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti
vəzifələrini yerinə yetirərkən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və
qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna
malikdirlər.
77.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu
silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi
hazırlıq keçməli, bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə
müntəzəm yoxlanılmalıdırlar.
77.3. Fiziki qüvvəni,
xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının vəzifəli
şəxsləri aşağıdakıları etməyə borcludurlar:
77.3.1. tələblərinin
yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə fiziki qüvvəni,
xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq
etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı üçün
birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və
ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə
hücum zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya
qeyri-mümkün olduğu başqa hallar istisna edilir);
77.3.2. bədən xəsarəti
almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;
77.3.3. hüquqpozmanın
xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin
qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın
minimum olmasına çalışmaq.
77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya
odlu silahın bu Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə
mütənasib olmalıdır. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki
qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda
müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin
qanunauyğunluğu barədə rəy verilməlidir.
77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu
silahın tətbiq edilməsi barədə gömrük orqanlarının vəzifəli şəxsləri dərhal
gömrük orqanının rəhbərinə və ya onu əvəz edən şəxsə, sonuncu isə, hadisə baş
verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə müvafiq prokurora məlumat
verməlidir.
77.6. Fiziki qüvvənin,
xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən gömrük
orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət
daşıyırlar.
Maddə 78.
Fiziki qüvvənin tətbiqi
Gömrük orqanlarının
vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş
şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya
tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti
altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə
yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş
vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq
məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək
mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
Maddə 79.
Xüsusi vasitələrin tətbiqi
79.1. Gömrük
orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı
hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların
açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən
vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:
79.1.1. gömrük
orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən basqınların
dəf edilməsi üçün;
79.1.2. gömrük
orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, otaqlara, tikililərə
və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat
vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt
edildikdə, onların azad edilməsi üçün;
79.1.3. hüquqpozmaları
törətmiş şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqazidd
hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı
yarandıqda, onların tutulub saxlanılması və gömrük orqanlarının xidməti
binalarına gətirilməsi üçün;
79.1.4. sürücüsü gömrük
orqanlarının vəzifəli şəxslərinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə,
nəqliyyat vasitəsinin saxlanılması üçün;
79.1.5. gömrük
orqanlarının vəzifəli şəxslərinə göstərilən fiziki müqavimətin aradan
qaldırılması üçün.
79.2. Aşkar hamiləlik
əlamətləri olan qadınlara, azyaşlılara, əlilliyi və digər fiziki pozuntuları aşkar bilinən şəxslərə qarşı (onlar
tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı,
gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin
toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi
halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda
xüsusi vasitələrin tətbiq edilməsi qadağandır. [17]
79.3. Zəruri müdafiə və
ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli şəxsləri xüsusi
vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.
79.4. Bu Məcəllənin
79.1-ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə olunan xüsusi
vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 80.
Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə
80.1. Müvafiq icra
hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının
vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən
edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı
üzrə istifadə etmək hüququ verilir.
80.2. Gömrük orqanlarının odlu silahdan istifadə
etmək hüququ olan vəzifəli şəxsləri yalnız zəruri müdafiə və ya son zərurət
vəziyyətində real təhlükənin qarşısını alarkən odlu silahı aşağıdakı hallarda
tətbiq edə bilərlər:
80.2.1. gömrük orqanlarının işçilərinin həyatı və
sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;
80.2.2. başqa şəxslərin gömrük orqanlarının
vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısını almaq üçün
(gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin həmin
vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına
yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək cəhdi kimi
qiymətləndirilir);
80.2.3. gömrük orqanlarına məxsus və ya onların
istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə,
gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya
dəstə şəklində basqının dəf edilməsi üçün;
80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin
silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən
silahlı şəxsin tutulub saxlanılması üçün;
80.2.5. sürücü gömrük orqanlarının vəzifəli
şəxslərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradarsa və onların
nəqliyyat vasitəsini saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmazsa,
zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;
80.2.6. gömrük orqanlarının vəzifəli şəxslərinin
həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;
80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında
xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.
80.3. Odlu silahı tətbiq etməzdən əvvəl şəxsə
şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə
xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu silah tətbiq edilə bilər:
80.3.1. qəfil, yəni birdən-birə gözlənilməz hücum
baş verdikdə;
80.3.2. hücum üçün odlu silahdan, mexaniki
nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan
istifadə edildikdə.
80.4. Qadınlara, aşkar əlillik və ya sağlamlıq
imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı,
həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və
adamların çox toplaşdığı hallarda odlu silahın tətbiq edilməsi qadağandır
(həmin şəxslər tərəfindən gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və
sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər
şəkildə hücum halları istisna edilməklə). [18]
80.5. Gömrük
orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 81.
Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və ya
tələblərinin icrasının məcburiliyi
81.1. Gömrük
orqanlarının vəzifəli şəxslərinin gömrük işinə dair qanuni sərəncamlarının və
ya tələblərinin icrası şəxslər üçün məcburidir.
81.2. Gömrük
orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarına və ya tələblərinə tabe
olmamaq, həmçinin onların vəzifələrini yerinə yetirməsinə maneçilik törədən
hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
XÜSUSİ HİSSƏ
VI BÖLMƏ
GÖMRÜK NƏZARƏTİ
FƏSİL 13
GÖMRÜK NƏZARƏTİNİN
HƏYATA KEÇİRİLMƏSİ
Maddə 82.
Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi
82.1. Bütün şəxslər
malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük
ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər.
82.2. Bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə
gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ
məhdudlaşdırıla bilməz.
82.3. Bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu
ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və
vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük
nəzarətindən keçməlidir.
82.4. Gömrük orqanları
gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük
işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna
olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün
formalarından istifadə etmək hüququna malikdirlər.
82.5. Gömrük sərhəd
buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki
dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların
siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən
və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən
narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının
ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya
(xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”,
“Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən
aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs
üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların
gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və
digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi
(bəndi) əks etdirilməlidir.
82.6. Bu Məcəllənin 82.5-ci
maddəsində göstərilən siyahılardakı malların gömrük ərazisinə gətirilməsinə və
ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları
gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi aktın adını,
maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini
verməlidir.
82.7. Bu Məcəllənin
82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların gömrük
ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan
vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.
82.8. Şəxs barəsində
gömrük nəzarətinin müəyyən formalarının tətbiq olunmaması və ya onlardan
azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına,
beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən azad etmir.
Maddə 83.
Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti
83.1. Gömrük ərazisinə
gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan
başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında
olurlar:
83.1.1. sərbəst
dövriyyəyə buraxılanadək;
83.1.2. məhv edilənədək;
83.1.3. dövlətin xeyrinə
imtina olunanadək;
83.1.4. malların dövlət
mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq
onlar barəsində sərəncam verilməsinədək;
83.1.5. mallar və
nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.
83.2. İxrac gömrük
proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün
bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi
gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən
aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin
bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında
olurlar.
83.3. Son istifadə
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 195-ci
maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar.
83.4. Gömrük nəzarəti
altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar
barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və
şərtlər daxilində yol verilir.
83.5. Əvvəllər gömrük
ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal
məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması
nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat
vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin
şəxslər tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının
şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.
Maddə 84.
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə
84.1. Gömrük nəzarətinin
müəyyən formalarından azadetmə bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik
aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur.
84.2. Azərbaycan
Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi
baqajı gömrük yoxlamasından azaddır.
84.3. Xidməti vəzifələrinin
icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan Respublikası Baş
nazirinin, onun müavinlərinin, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) şəxsi baqajları gömrük yoxlamasından azaddır.
84.4. Öz yoluna davam
edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər hərbi
texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası sazişlərlə
tənzimlənir.
84.5. Beynəlxalq
müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu
sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir.
Maddə 85.
Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət vasitələrindən
istifadə
85.1. Gömrük nəzarətinin
səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi
ilə gömrük orqanları siyahısı və istifadə qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunan texniki vasitələrdən istifadə edirlər.
85.2. Bu Məcəllənin
84.1-ci maddəsində nəzərdə tutulan texniki vasitələr insanların, bitkilərin,
heyvanların həyatı və sağlamlığı üçün təhlükəli olmamalı, şəxslərə, mallara və
nəqliyyat vasitələrinə ziyan vurmamalıdır.
Maddə 86.
Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanları tərəfindən dəniz (çay) və
hava gəmilərindən istifadə
86.1. Azərbaycan
Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində və gömrük sərhədinə yaxın ərazidə olan
mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının
sərəncamında olan dəniz (çay) və hava gəmilərindən istifadə edilməklə, bu
Məcəlləyə müvafiq olaraq həyata keçirilir.
86.2. Gömrük orqanlarının
dəniz (çay) və hava gəmilərindən istifadə olunmaqla gömrük nəzarətinin həyata
keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 87.
Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi
87.1. Gömrük nəzarətindən
keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi
nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük
orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük
nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları
tərəfindən eyniləşdirilə bilər.
87.2. Eyniləşdirmə,
plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə
işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi,
malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı
təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların
müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən
istifadə yolu ilə həyata keçirilir.
Maddə 88.
Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin
inventarlaşdırılması
Gömrük orqanları gömrük
nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, həmçinin gömrük
ödənişləri ödənilməmiş və ya gömrük güzəştləri tətbiq edilmiş malların
inventarlaşdırılmasını aparmaq hüququna malikdirlər.
Maddə 89. Gömrük
nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması
Gömrük orqanları,
bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin
həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar.
Maddə 90.
Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi
90.1. Gömrük nəzarəti
həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat
vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.
90.2. Qanunsuz zərər
vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun
olaraq məsuliyyət daşıyırlar.
Maddə 91.
Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində
səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin malların və
nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı
91.1. Bəyannaməçi, mal
sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər
və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara
zəruri yardım göstərməlidirlər.
91.2. Bəyannaməçi, mal
sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər
və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz təşəbbüsləri
ilə də iştirak etmək hüququna malikdirlər.
91.3. Gömrük
orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal sahibinin,
mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya
onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ
vardır:
91.3.1. mallar və
nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün
keçdikdən sonra həmin şəxslər gəlmədikdə;
91.3.2. milli
təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və
bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri
üçün təhlükə mövcud olduqda;
91.3.3. mallar
beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;
91.3.4. mallar və
nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla
saxlanıldıqda.
91.4. Bu Məcəllənin
91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat vasitələri
yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır.
FƏSİL 14
GÖMRÜK NƏZARƏTİNİN
TƏŞKİLİ
Maddə 92.
Gömrük nəzarətinin formaları
92.1. Gömrük orqanları
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu
ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən
gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə
edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını
təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti
həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir.
92.2. Gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata
keçirirlər:
92.2.1. malların və
nəqliyyat vasitələrinin yoxlanılması;
92.2.2. şəxsi yoxlama;
92.2.3. gömrük
məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı
formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik
və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi
haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən tərtib edilən idxal zamanı
elektron bildiriş, Qida
Təhlükəsizliyi
Reyestrindən çıxarış,
sağlamlıq
sertifikatı,
qida və yem məhsullarının
təhlükəsizliyini
təsdiq edən sənədlərlə və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla müşayiət olunmasının yoxlanılması;[19]
92.2.4. gömrük auditi;
92.2.5. şəxslərin
sorğu-sual edilməsi;
92.2.6. gömrük
nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi
ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst
zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük
orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük
baxışının keçirilməsi;
92.2.7. keşik çəkmənin
(patrulluğun) və gömrük müşahidəsinin aparılması.
92.3. Beynəlxalq
müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar
ərazidə də həyata keçirilə bilər.
92.4. Gömrük nəzarətinin
formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında
risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə
zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə
əsaslanmalıdır.
92.5. Gömrük nəzarəti
formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada
yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
92.6. Müvafiq icra
hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun
olaraq aşağıdakıları müəyyən edir:
92.6.1. gömrük
nəzarətinin həyata keçirilməsi qaydalarını;
92.6.2. ümumi risklərin
idarə edilməsi qaydalarını;
92.6.3. ümumi meyarların
və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;
92.6.4. aidiyyəti
orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı
məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
Maddə 93.
Gömrük nəzarəti zonaları
93.1. Gömrük
sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində,
sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti
saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata
keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə
və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim
qaydaları müəyyən edilir.
93.2. Gömrük nəzarəti
zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
93.3. Qanunda nəzərdə
tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər
kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat
vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin
bu zonaların sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük
orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.
93.4. Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər
buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və
xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.[20]
Maddə 94.
Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar
94.1. Gömrük sərhədindən
malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük
orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti
üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər.
94.2. Gömrük nəzarəti
üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim
edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək
rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi
internet saytlarında yerləşdirilir.
94.3. Gömrük orqanları
gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədindən malları və
nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür
əməliyyatlara aidiyyəti olan digər şəxslərin, icrasına nəzarət gömrük orqanına
həvalə olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlumatlar və
arayışlar almaq hüququna malikdirlər.
94.4. Hüquq mühafizə
orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları gömrük nəzarəti
üçün lazım olan məlumatları öz təşəbbüsləri ilə və ya qanunvericiliyə uyğun
olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər.
Maddə 95.
Sənədlərin və məlumatların saxlanılması
95.1. Gömrük
nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan
şəxslər onların bu Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada
saxlanılmasını təmin etməlidirlər.
95.2. Saxlanma üsulundan
asılı olmayaraq, gömrük sərhədindən keçirilən mallara dair sənədlər və
məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu
itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.
95.3. Şəxs gömrük
orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə şərait
yaratmalı, bununla bağlı onların suallarını cavablandırmalı, tələb olunduqda,
sənədlərin surətlərini onlara təqdim etməlidir.
95.4. Məlumatlar
elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan mallara
dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli
şəxslərini lazımi avadanlıqla təmin etməlidir.
95.5. Mallar sərbəst
dövriyyəyə buraxıldıqda, yaxud ixrac məqsədi ilə bəyan edildikdə, bu Məcəllənin
95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması sərbəst dövriyyə üçün
buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin
sonundan başlanır. Mallar digər gömrük proseduru altında yerləşdirildikdə, bu
Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq
gömrük prosedurunun başa çatdığı ilin sonundan başlanır.
Maddə 96.
Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə tanış
olmasının təmin edilməsi
Gömrük ərazisinə idxal edilən və ya bu ərazidən
ixrac edilən malların daşınmasına cəlb olunmuş bütün şəxslər saxlanması tələb
olunan məlumatların və sənədlərin gömrük orqanlarının vəzifəli şəxsləri
tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma və qaydada (o cümlədən
elektron formada) təmin etməlidirlər.
Maddə 97.
Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssislərin və
ekspertlərin cəlb edilməsi
97.1. Gömrük orqanları
gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün digər dövlət
orqanlarının mütəxəssislərini və ekspertlərini sorğu əsasında, hüquqi şəxslərin
mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında
(gömrük orqanlarına həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə
ötürməmək şərti ilə) cəlb etmək hüququna malikdirlər.
97.2. Gömrük nəzarətinin
həyata keçirilməsinə yardım göstərilməsi üçün mütəxəssisin və ya ekspertin cəlb
edilməsi haqqında gömrük orqanının sorğusu dövlət orqanları tərəfindən icra
edilməlidir.
97.3. Gömrük nəzarətinin
həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan dövlət orqanlarının
mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan işlərin
yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir.
97.4. Gömrük nəzarətinin
həyata keçirilməsinə cəlb edilən mütəxəssislər və ekspertlər onlara məlum olan
dövlət və kommersiya sirlərini, habelə qanunla qorunan digər konfidensial
məlumatları yaymamağa borcludurlar.
Maddə 98.
Gömrük auditi
98.1. Gömrük auditi
gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin
buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində
göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və
nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə,
tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin
vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları
idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və
nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət
sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.
98.2. Gömrük auditi
gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar
statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində
həyata keçirilə bilər.
98.3. Gömrük auditi
idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq
tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər
yerlərdə aparıla bilər.
98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.[21]
98.5. Gömrük auditi
aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa,
hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin
auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları
tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq
müvafiq tədbirlər həyata keçirilir.
98.6. Gömrük və vergi
orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada
mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.
98.7. Gömrük auditi
ümumi və xüsusi formalarda həyata keçirilir.
98.8. Ümumi gömrük
auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı
əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması
barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti
vəsiqəsi audit keçirilməmişdən
əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.[22]
98.9. Ümumi gömrük
auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin
aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə
mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına
icazə verilmir.[23]
98.10. Xüsusi gömrük
auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı
əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması
barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti
vəsiqəsi audit keçirilməmişdən
əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
98.11. Xüsusi gömrük
auditi aşağıdakı hallarda həyata keçirilir:
98.11.1. xarici ticarət
iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu Məcəllə ilə
müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının tətbiqi nəticəsində
gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların qeyri-dəqiqliyini
təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində sərəncam verilməsi
və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş tələblərin və
məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun nəticəsində gömrük
rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, həmçinin Azərbaycan
Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini təmin edən
qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl
olunmaması faktı aşkar olunarsa;
98.11.2. gömrük
brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının
sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən keçirilən
malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu
Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu
və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.
98.12. Xüsusi gömrük
auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci maddəsində
göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna
malikdirlər:
98.12.1. gömrük
ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər və
məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış
olmaq;
98.12.2. barəsində
gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində olan ərazilərə
və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə
malları yoxlamaq və baxış keçirmək;
98.12.3. qanunla nəzərdə
tutulmuş hallarda və qaydada malları götürmək.
98.13. Xüsusi gömrük
auditi onun aparılması üçün zəruri olan ən qısa müddət ərzində, həmin
yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki)
aydan gec olmamaq şərti ilə başa çatdırılmalıdır. Şəxsə sənədlərin və
məlumatların təqdim edilməsi haqqında tələbin verilməsindən, onların təqdim
edilməsinə qədər olan dövr göstərilən müddətə daxil edilmir.[24]
98.14. Xüsusi gömrük
auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən aparılmasına icazə
verilmir.
98.15. Xüsusi gömrük
auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar barəsində səlahiyyəti
olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin dövlət nəzarəti
tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların
nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş
aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.
Maddə 99.
Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib
edilən protokola dair ümumi tələblər
99.1. Bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin
yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan
Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu
Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
99.2. Protokolda
aşağıdakılar göstərilir:
99.2.1. protokolun adı;
99.2.2. konkret
hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;
99.2.3. hərəkətin
başlanması və başa çatmasının vaxtı;
99.2.4. protokolu tərtib
etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
99.2.5. barəsində
müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak
edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il,
ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya
vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının
dövlət dilində danışa bilib-bilməməsi;[25]
99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə,
hal şahidlərinə (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak
edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında
qeyd;
99.2.7. hərəkətin həyata
keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;
99.2.8. hərəkətin
məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;
99.2.9. hərəkətin yerinə
yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar.
99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun
olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd
olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:
99.3.1. götürülən malların, prob və nümunələrin
sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə
ətraflı təsviri;
99.3.2. götürülən
sənədlərin növü və rekvizitləri.
99.4. Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər
götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı
olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı
məcburidir. Şəxsi
yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda
videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində
müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə
aparılır. Hal şahidləri onların
iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini
protokolda öz imzası ilə təsdiq edirlər.[26]
99.5. Bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə
hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan
texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş
lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
99.6. Protokol,
barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak
edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib
edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar
protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd
aparılır.
99.7. Barəsində müvafiq
hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak
edən digər şəxslərin izahatlar və protokolun məzmunu barәsindә öz
mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri
protokola əlavə olunur.
99.8. Barəsində müvafiq
hərəkət aparılan şəxsə protokolun surəti verilir.
FƏSİL 15
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
Maddə 100.
Ümumi müddəalar
100.1. Gömrük işində
risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat
bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların
nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların
təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına
dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın
azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən
sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir.
100.2. Müvafiq icra
hakimiyyəti orqanı təhlükələrin təhlili mexanizmini, nəzarət formalarının
seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə
cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır.
100.3. Gömrük işində
risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq olunur:
100.3.1. gömrük nəzarəti
və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi
və gömrük orqanlarının sərəncamında olan vasitələrdən səmərəli istifadənin
təmin edilməsi;
100.3.2. gömrük işi
sahəsində hüquqpozmaların aşkar olunması imkanlarının artırılması;
100.3.3. gömrük
qanunvericiliyinə riayət edən şəxslərə məxsus olan malların və nəqliyyat
vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait yaradılması.
Maddə 101.
Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti
101.1. Gömrük
yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri,
habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları
riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin
formasını müəyyən edir.
101.2. Gömrük orqanları
sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
101.3. Risklərin
təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı
gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər
ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin
göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.
101.4. Beynəlxalq
ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə,
informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli
şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi
üzrə razılaşma sistemi yaradılır. Bu razılaşma sistemi gömrük orqanlarına
riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri
haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.
101.5. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə
olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi
üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi
meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[27]
VII BÖLMƏ
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
FƏSİL 16
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ
DAİR ƏSAS MÜDDƏALAR
Maddə 102.
Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası
102.1. Gömrük
rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları
ilə müəyyən edilmiş qaydada aparılır.
102.2. Gömrük
rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə
bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük
rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə
bilər.
102.3. Bu Məcəlləyə
əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük
orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş
şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.
102.4. Bu Məcəlləyə
əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük
orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 103.
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri
103.1. Gömrük
rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı
olaraq fərqləndirilir:
103.1.1. gömrük
sərhədindən keçirilən malların kateqoriyasına görə;
103.1.2. gömrük
sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
103.1.3. malları keçirən
şəxsə görə.
103.2. Malların
mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük
rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.
Maddə 104.
Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması
104.1. Gömrük
rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq
sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük
rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük
orqanına bildirdiyi vaxtdan başlanır.
104.2. Malların müvafiq
gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri
gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş
gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
Maddə 105.
Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən
istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi
105.1. Bu Məcəllədə və
gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna
olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat
vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.
105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük
rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə
edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər
müəyyən edir.
Maddə 106.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
106.1. Gömrük
rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur
bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu
məqsədlər üçün ayrılmış yerlərdə aparılır.
106.2. Gömrük orqanları
tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
106.3. Gömrük
orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş
vaxtından kənar saatlarda aparıla bilər.
106.4. Müvafiq icra
hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı
kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük
orqanlarına həvalə edə bilər.
106.5. Gömrük
rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə
müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün
elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.
Maddə 107.
Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində
iştirakı
107.1. Mallar və
nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların
nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə
bilərlər.
107.2. Gömrük
orqanlarının tələb etdikdə, bu Məcəllənin 107.1-ci maddəsində göstərilən
şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli
və bu işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.
Maddə 108.
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri
əməliyyatlar
108.1. Gömrük
sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat
vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri
gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların
və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün
başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını,
qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və
nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.
108.2. Daşıyıcının və onun nəqliyyat vasitələrinin
bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət
qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi gömrük
daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra, gömrük müşayiəti
altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük
orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam etdirilir. [28]
108.3. Malların və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi üçün bu maddədə nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük
orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.
Maddə 109.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil
Gömrük rəsmiləşdirilməsi
Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Maddə 110.
Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi
110.1 Gömrük orqanları
gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və
onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.
110.2 Gömrük
rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi ilə
bağlı məsələlər bu Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir.
Maddə 111.
Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası
111.1. Təbii fəlakətlər və digər fövqəladə hallar
zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez
xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün
materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına
göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli
və sadələşdirilmiş qaydada həyata keçirilir.
111.2. Bu Məcəllənin
111.1-ci maddəsində göstərilən hallarda gömrük rəsmiləşdirilməsinin güzəştli və
sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 112.
Yardım yükləri
112.1. Təbii fəlakət
zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq
məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii
fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə
tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi
əşyalar və digər mallar yardım yükü hesab olunur.
112.2. Yardım yüklərinin
gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan sadələşdirilmiş
bəyannamələrdən istifadə olunmaqla aparılır.
112.3. Yardım yüklərinə
ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük
ödənişləri tətbiq edilmir.
VIII BÖLMƏ
MALLARIN GÖMRÜK
ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI
FƏSİL 17
MALLARIN GÖMRÜK
ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ
Maddə 113. Qısa
idxal bəyannaməsini təqdim etmək öhdəliyi
113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna
olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron
formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi
bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük
rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.
Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[29]
113.2. Qısa idxal
bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün
zəruri olan məlumatlar əks edilməlidir.
113.3. Qısa idxal
bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada
gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar
gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin
tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[30]
113.4. Bu maddənin
müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan
keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.
Maddə 114.
Qısa idxal bəyannaməsinin təqdim edilməsi
114.1. Qısa idxal
bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla,
elektron sənəd formasında təqdim edilir.
114.2. Qısa idxal
bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə
bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük
orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal
bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları
tərəfindən təsdiq olunur.[31]
114.3. Qısa idxal
bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan
şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük
rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə
bilər.
Maddə 115.
Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi
115.1. Bu Məcəllənin
115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi
təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin
bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
115.2. Aşağıdakı
hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir:
115.2.1. gömrük
orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti
barədə məlumat verdikdən sonra;
115.2.2. gömrük
orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını
müəyyənləşdirdikdən sonra;
115.2.3. gömrük
orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra.
Maddə 116.
Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi
116.1. Bu Məcəllənin
113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal
bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan
əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük
bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına
təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük
bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir.
116.2. Bu Məcəllənin
116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük orqanları
tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir.
Maddə 117.
Malların gətirildiyi yer
117.1. Malları gömrük
ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük ərazisinin qalan
hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq gömrük
orqanına məlumat verməlidir.
117.2. Mallar gömrük
ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında
gətirilməlidir.
117.3. Gömrük
orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından kənar saatlarda da gömrük
ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə gətirilmiş mallardan
gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.
117.4. Qanunvericiliklə
və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar gömrük ərazisinə
gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.
Maddə 118.
Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti
118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar
üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada
həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan
biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır.
118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin
118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün nəqliyyat vasitələrinə,
konteynerlərə və qablaşdırmaya da tətbiq edilir.
118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük
nəzarəti müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:
118.3.1. hərbi dəniz
gəmiləri;
118.3.2. hərbçilərin,
silahlı qüvvələrdə fəaliyyət göstərən mülki qulluqçuların, hərbi yüklərin
daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat
vasitələri;
118.3.3. müvafiq icra
hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat
vasitələri;
118.3.4. xarici
ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq
nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.
118.4. Gömrük nəzarəti
altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların
nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya
gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə
prob və ya nümunələr götürə bilərlər.
Maddə 119.
Malların müvafiq yerə çatdırılması
119.1. Malları gömrük
ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydalara uyğun olaraq göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş
marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış
digər yerə çatdırmalıdır.
119.2. Gömrük ərazisinə
gətirildikdən sonra malların daşınmasına cavabdeh olan şəxs, bu Məcəllənin
119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, qanunla
müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
119.3. Gömrük
ərazisindən kənarda qalmış mallar müvafiq dövlətlərlə bağlanmış beynəlxalq
müqavilələrin şərtlərinə əsasən gömrük orqanları tərəfindən gömrük yoxlamasına
məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar
hesab olunur.
119.4. Bu Məcəllənin
119.1-ci maddəsi gömrük nəzarətini və gömrük yoxlamasını məhdudlaşdırmamaq
şərti ilə məktublara, poçt kartlarına, çap materiallarına və ya sərnişinlər
tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər xüsusi
şərtlərin tətbiqini istisna etmir.
119.5. Bu Məcəllənin
119.1-ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava məkanından
dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur.
Maddə 120.
Malların xüsusi şəraitdə çatdırılması
120.1. Fors-major
halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən
edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından
çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan
məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük
orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir.
120.2. Bu Məcəllənin
119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi
gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1-ci maddəsi
ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat vasitəsinə
görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük
orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.
120.3. Bu Məcəllənin 120.1-ci
və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük orqanları nəqliyyat
vasitəsində olan malların başqa gömrük orqanına və ya razılaşdırdırılmış digər
yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
Maddə 121.
Malların gömrük orqanlarına təqdim edilməsi
121.1. Mallar gömrük
ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə
gömrük orqanlarına təqdim edilir.
121.2. Mallar gömrük
ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük
orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan
sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir.
121.3. Mallar gömrük
orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və
ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək
üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə
bilərlər.
121.4. Mallar təyinat
yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük
nəzarəti zonasında saxlanılmalıdır.
121.5. Gömrük nəzarəti
zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat
vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların
açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin,
nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin
düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla
bilər.
121.6. Bu Məcəllənin
121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı bunun
səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin
daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
121.7. Bu Məcəllənin
121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi
əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.
121.8. Şəxsin müraciəti
və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin
məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə hallarda
həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən
ödənilir.
121.9. Gömrük ərazisinə
gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim
oluna bilər:
121.9.1. malları gömrük
ərazisinə gətirmiş şəxs;
121.9.2. malları gömrük
ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
121.9.3. mallar gömrük
ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;
121.9.4. malları dərhal
müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
121.9.5. saxlanc
yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya sərbəst
zonada fəaliyyət göstərən şəxs.
121.10. Malları gömrük
orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya
gömrük bəyannaməsinə istinad etməlidir.
Maddə 122.
Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
122.1. Mallar yalnız
gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi
yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən
boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə
yenidən yüklənə bilər.
122.2. Malların və ya
onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa,
gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına
təcili məlumat verilməlidir.
122.3. Malların yenidən
yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan yeganə sənəd yük
bəyannaməsidir.[32]
122.4. Gömrük orqanları
tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən kommersiya və ya
nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük bəyannaməsinin
təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların müvafiq məqsəd
üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.
122.5. Gömrük orqanları
yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini yoxlamaq,
mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını və
açılmasını tələb etmək hüququna malikdirlər.
122.6. Gömrük
orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim
edildiyi yerdən çıxarıla bilməz.
Maddə 123.
Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
123.1. Gömrük ərazisinə
gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru
altında yerləşdirilməlidir.
123.2. Bu Məcəllənin
214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla,
bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı
olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.
Maddə 124.
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi
124.1. Malların dərhal
digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi
hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu
Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük
proseduru altında yerləşdirilmiş hesab edilir.
124.2. Gömrük
orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin
verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük
orqanlarına təqdim etməlidir.
FƏSİL 18
MALLARIN GÖMRÜK
ƏRAZİSİNDƏN APARILMASI
Maddə 125.
Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi
125.1. Gömrük
ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən aparılmazdan əvvəl
bəyan edilməlidir.
125.2. Bu Məcəllənin
125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və hava
məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil
edilmir.
125.3. Bu Məcəllənin
125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:
125.3.1. gömrük
ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru
altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;
125.3.2. bu Məcəllənin
128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;
125.3.3. gömrük
bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, bu Məcəllənin
129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.
125.4. Mallar gömrük
ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük bəyannaməsində ən azı qısa
ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks olunmalıdır.
125.5. Bu Məcəllənin
125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, təkrar ixrac bildirişi
və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə tutulan
mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya
elektron formada gömrük orqanına təqdim edilə bilər.
125.6. Malların gömrük
ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 126.
Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük
rəsmiləşdirilməsi
126.1. Gömrük
ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş
müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi
ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.
126.2. Qanunvericilikdə
nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük
rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:
126.2.1. ixrac gömrük
rüsumlarının tutulması;
126.2.2. milli
təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və
sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları
obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni,
tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş
qadağalar.
126.3. Malların
aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 125.3-cü
maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və
ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman
olduğu vəziyyətdədir.
FƏSİL 19
İXRAC, TƏKRAR İXRAC VƏ
MÜVƏQQƏTİ İXRAC
Maddə 127.
Daxili malların ixracı
127.1. Gömrük
ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük
proseduru altında yerləşdirilir.
127.2. Bu Məcəllənin
127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:
127.2.1. son istifadə və
ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara;
127.2.2. daxili tranzit
xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu
maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.
Maddə 128.
Xarici malların təkrar ixracı
128.1. Xarici mallar gömrük ərazisindən
aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs
tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir.[33]
128.2. Bu Məcəllənin 128.1-ci maddəsi aşağıdakı
mallara tətbiq edilmir:
128.2.1. gömrük ərazisindən beynəlxalq tranzit
xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;
128.2.2. sərbəst zona daxilində bir nəqliyyat
vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa
təkrar ixrac edilən mallara;
128.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa
təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallara.
128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il
ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün
ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.
128.4. Malların təkrar
ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 129.
Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi
129.1. Gömrük
ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac
bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac
bəyannaməsi təqdim edilməlidir.
129.2. Riskin təhlili və
gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks
etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
129.3. Qısa ixrac
bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, elektron
sənəd formasında təqdim edilir.
129.4. Qısa ixrac
bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə
bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük
orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac
bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları
tərəfindən təsdiq olunur.
129.5. Qısa ixrac
bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:
129.5.1. malları gömrük
ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;
129.5.2. malları ixrac
edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci maddəsində qeyd olunan
şəxsin adından çıxış edən digər şəxs;
129.5.3. malları
səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən
şəxs.
129.6. Bu Məcəllənin
129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi
təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin
bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
129.7. Aşağıdakı
hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə verilmir:
129.7.1. gömrük
orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti
barədə məlumat verdikdən sonra;
129.7.2. gömrük
orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün olmadığını
müəyyənləşdirdikdən sonra;
129.7.3. gömrük
orqanları malların aparılmasına icazə verdikdən sonra.
Maddə 130.
Müvəqqəti ixrac
130.1. Təkrar idxal üçün
nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir.
Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun
olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad
edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük
ərazisindən kənarda istifadə olunur.
130.2. Malların
müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında
yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.
IX BÖLMƏ
NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK
ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
FƏSİL 20
NƏQLİYYAT VASİTƏLƏRİNİN
GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI
Maddə 131.
Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük
orqanlarına təqdim edilməsi
131.1. Gömrük ərazisinə
daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron
formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:[34]
131.1.1. nəqliyyat
vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
131.1.2. nəqliyyat
vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
131.1.3. nəqliyyat
vasitəsinin heyəti və sərnişinləri;
131.1.4. təyinatından və
gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
131.1.5. mövcud olduqda,
gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
131.1.6. nəqliyyat
vasitəsinin daxil olacağı gömrük sahəsi.
131.2. Gömrük ərazisinə
daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
131.2.1. nəqliyyat
vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən
daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
131.2.2. gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat
vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
131.2.3. nəqliyyat
vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən
boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi
barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil
olduqdan sonrakı 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında
məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının
iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı
başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.
131.4. Bu Məcəllənin
131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat
vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də
təqdim oluna bilər.
131.5. Nəqliyyat
vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, bu Məcəllənin
tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
Maddə 132.
Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə dair
tələblər
Gömrük ərazisinə daxil
olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və sərnişinləri gömrük
orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət marşrutu,
təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını
cavablandırmalı, bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim
etməlidirlər.
Maddə 133.
Gömrük ərazisinə daxil olan gəminin dayandırılması
133.1. Gömrük ərazisinə
daxil olan gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin
tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə müvafiq
göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir.
133.2. Gömrük
orqanlarının vəzifəli şəxslərini və digər səlahiyyətli şəxsləri daşıyan gəminin
üzərində onun dövlət xidmətində olmasını təsdiq edən müvafiq nişanlar
olmalıdır.
133.3. Gəmiyə görə məsul
şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər səlahiyyətli
şəxslərin onun göyərtəsinə qalxmaları üçün bütün mümkün vasitələrlə şərait
yaratmalıdır.
133.4. Gömrük
orqanlarının vəzifəli şəxslərinin göstərişindən sonra, gəmiyə görə məsul şəxs
həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir.
Maddə 134.
Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil
olması
134.1. Qəza, fövqəladə
və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində müəyyən gömrük
sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və başqa
formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu
Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir.
134.2. Müəyyən olunmuş
gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə görə məsul olan
şəxs:
134.2.1. bu barədə
gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;
134.2.2. nəqliyyat
vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin və başqa
şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük
orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;
134.2.3. nəqliyyat
vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə gömrük orqanlarının
vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir.
FƏSİL 21
NƏQLİYYAT VASİTƏLƏRİNİN
GÖMRÜK ƏRAZİSİNDƏN YOLA DÜŞMƏSİ
Maddə 135.
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
135.1. Gömrük ərazisindən
yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə
məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və
formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə
bilər.
135.2. Gömrük orqanı bu
məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması üçün nəqliyyat
vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.
135.3. Nəqliyyat
vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu Məcəllənin
tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
135.4. Gömrük orqanları
gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan onun
bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.
135.5. Bu maddənin
müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava
limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri
barəsində tətbiq edilmir.
Maddə 136.
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd
136.0. Gömrük
ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin nəqliyyat
vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs
aşağıdakı tələbləri yerinə yetirməlidir:
136.0.1. yola düşmə
haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük orqanlarına təqdim
etməli;
136.0.2. gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə
verilən sualları cavablandırmalı;
136.0.3. gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə
bağlı tələb olunan sənədləri təqdim etməli;
136.0.4. nəqliyyat
vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət
istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər
qanunvericilik aktlarının tələblərinə əməl etməlidir.
Maddə 137.
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma
Gömrük ərazisindən yola
düşən nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli
şəxslərinin tələbi ilə onların həmin nəqliyyat vasitəsinə daxil olmasına bütün
mümkün vasitələrdən istifadə etməklə imkan yaratmalıdır.
Maddə 138.
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin təqdim olunması
Nəqliyyat vasitəsinin
rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat vasitəsinə görə məsul
şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin sənədi yoxlamaq
üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri,
sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı
suallarını cavablandırmalıdır.
Maddə 139.
Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi
139.1. Gömrük orqanları
tərəfindən əvvəlcədən icazə verildiyi hallar istisna olmaqla, bütün digər
hallarda gömrük sahəsindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədi aldıqdan sonra onun
dərhal, yalnız müəyyən edilmiş gömrük sahəsindən yola düşməsini təmin
etməlidir.
139.2. Bu Məcəllənin
139.1-ci maddəsi fors-major hallar ilə əlaqədar gömrük ərazisinə qayıtmağa
məcbur olan nəqliyyat vasitələrinə şamil edilmir.
Maddə 140.
Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar
140.1. Müvafiq icra
hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla
bağlı aşağıdakıları müəyyən edir:
140.1.1. gömrük
ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət
üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat
vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturasını,
çeşidini və miqdarını;
140.1.2.
qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma
şərtlərini.
140.2. Müvafiq icra
hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların
bəyan edilməsi qaydalarını müəyyən edir.
FƏSİL 22
ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU
ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
Maddə 141.
Şəxslərin gömrük ərazisinə daxil olması
Bu Məcəllədə başqa
hallar nəzərdə tutulmadıqda, şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallarda və qaydada gömrük ərazisinə daxil olduqları andan etibarən
dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməlidirlər.
Maddə 142.
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə
142.1. Gömrük ərazisinə
daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat vasitəsindən düşmə
ilə əlaqədar gömrük orqanlarının vəzifəli şəxslərinin bütün göstərişlərinə əməl
etməlidirlər.
142.2. Bu Məcəllədə və
gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna
olmaqla, gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən şəxslər
gömrük orqanlarının vəzifəli şəxslərindən başqa göstəriş almadıqda, gömrük
nəzarəti zonasına getməli və gömrük nəzarətinin həyata keçirildiyi müddət
ərzində orada qalmalıdırlar.
Maddə 143.
Şəxslərin gömrük ərazisindən yola düşməsi
Bu Məcəllədə və gömrük
işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna
olmaqla, şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan və
gömrük sahəsindən keçmədən gömrük ərazisindən yola düşə bilməzlər.
Maddə 144.
Nəqliyyat vasitəsinə daxilolma
Gömrük ərazisindən yola
düşmək məqsədi ilə nəqliyyat vasitəsinə daxil olmağa hazırlaşan şəxslər bununla
bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl
etməlidirlər.
Maddə 145.
Baqajın gömrük orqanlarına təqdim olunması
145.0. Bu Məcəllədə və
gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna
olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən,
yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs:
145.0.1. ona məxsus
müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən
yoxlanılmasına şərait yaratmalı;
145.0.2. ona məxsus
müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti və ya
nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı
gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
X BÖLMƏ
GÖMRÜK PROSEDURLARINA
DAİR ÜMUMİ QAYDALAR
FƏSİL 23
BƏYANETMƏ VƏ GÖMRÜK
BƏYANNAMƏSİ
Maddə 146.
Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri
146.1. Gömrük
sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.
146.2. Bəyanetmə
malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru
haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən
olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına
verilməsi ilə həyata keçirilir.
146.3. Bəyanetmənin
forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və
məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının
rəsmi internet saytlarında yerləşdirilir.
146.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük
orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə
malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq,
iş günlərini və saatlarını müəyyən edir.
Maddə 147.
Daxili malların bəyan edilməsi
Sərbəst zona xüsusi
gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında
yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun
olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
Maddə 148.
Bəyannaməçi
148.1. Gömrük
sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla
bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.
148.2. Gömrük
bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu
hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından
çıxış edən şəxs tərəfindən verilməlidir.
148.3. Malları və
nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır:
148.3.1. malları və
nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək;
148.3.2. malları və
nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;
148.3.3. gömrük
məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim
etmək;
148.3.4. gömrük
ödənişlərini ödəmək;
148.3.5. gömrük
orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.
148.4. Bu Məcəllədə
nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük bəyannaməsini gömrük
orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük
nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük orqanlarının
icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır.
Maddə 149.
Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti
149.1. Gömrük
bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük
orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında
yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim
oluna bilər.
149.2. Bəyanetmə
qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı
formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə
şərait yaradan digər üsullarla da həyata kecirilə bilər.
149.3. Gömrük ərazisinə gətirilən mallara dair
gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük
orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə
təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq
verilməlidir.
149.4. Bu Məcəllənin
149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin
və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış
müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin
təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi
gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.
149.5. Gömrük bəyannaməsinin təqdim edilməsinin son
günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin
bitdiyi gün hesab edilir.
149.6. Gömrük ərazisindən aparılan mallara dair
gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.
149.7. Malları daşıyan
nəqliyyat vasitələri bu Məcəllənin 149.8-ci maddəsində göstərilən hal istisna
edilməklə, mallarla eyni vaxtda bəyan edilir.
149.8. Dəniz, çay və
hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və
hava limanında bəyan edilir.
149.9. Yüksüz və
sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.
Maddə 150.
Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər
150.1. Gömrük
bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan
bütün məlumatları özündə əks etdirməlidir.
150.2. Elektron formada
təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin
eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı
formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı,
hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.
150.3. Gömrük
bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında
yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur
və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında
yerləşdirilir.
150.4. Malların bəyan
edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız
üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin
təqdim edildiyi vaxt verilməlidir.
150.5. Ayrı-ayrı
sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə
bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin
sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə
verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa
müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq
edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim
edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına
yazılı, o
cümlədən elektron formada öhdəlik təqdim
edir.[35]
Maddə 151.
Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması
151.1. Gömrük orqanları
təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə
uyğunluğunu yoxlayır:
151.1.1. malların
nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük
rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının
səlahiyyətlərinə aid olmasını;
151.1.2. gömrük
bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə
müəyyən olunmuş tələblərə uyğunluğunu;
151.1.3. gömrük
bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş
mallar haqqında məlumatın olub-olmamasını;
151.1.4. gömrük
bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə
uyğunluğunu;
151.1.5. gömrük
bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin
150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu
hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə
cavab verməsini.
151.2. Gömrük
bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab
vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin
çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük
orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun
təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır.
151.3. Təsdiq edilməmiş
gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi
tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır.
Maddə 152.
Gömrük bəyannaməsinin təsdiqi
152.1. Gömrük
bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab
verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən
təsdiq edilir.
152.2. Gömrük
bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və
müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir.
152.3. Təsdiq edildikdən
sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd
sayılır.
152.4. Gömrük orqanları
gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük
bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində
səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq
imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam
məsuliyyətinə cəlb olunur.
152.5. Gömrük
bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında
təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük
nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə
təsdiq edilir.
152.6. Gömrük
bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan
edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur.
Maddə 153.
Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi
153.1. Bu Məcəllənin
153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi
təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə
düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları
tərəfindən icazə verilir.
153.2. Aşağıdakı
hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun
geri götürülməsinə icazə verilmir:
153.2.1. gömrük
orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən
sonra;
153.2.2. gömrük
orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını
müəyyənləşdirdikdən sonra;
153.2.3. müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları
tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.
153.3. Gömrük
bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya
məhdudlaşdıra bilməz.
153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan
məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla,
gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük
bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək
hüququna malik deyil.
153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük
orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan
digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər
edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə
tutulmuş vəzifəsini istisna etmir.
Maddə 154.
Gömrük bəyannaməsinin ləğvi
154.1. Gömrük orqanları
təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı
hallarda ləğv edirlər:
154.1.1. mallar dərhal
başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;
154.1.2. fors-major
halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında
yerləşdirilməsi mümkün olmadıqda.
154.2. Gömrük orqanları
bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin
ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.
154.3. Gömrük
bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.
154.4. Bu Məcəllənin 154.3-cü
maddəsi ilə bağlı istisnaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
154.5. Gömrük
bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati
və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.
Maddə 155.
Sadələşdirilmiş bəyannamələr
155.1. Müvafiq icra
hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə
malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş
qaydalarını müəyyən edir.
155.2. Aşağıdakı hallarda
gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim edilir:
155.2.1. səlahiyyətli
iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən;
155.2.2. bu Məcəllənin
112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi
zamanı;
155.2.3. fiziki şəxslər
istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı
formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.
155.3. Sadələşdirilmiş
bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron məlumat sistemindən
məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə mübadiləsi
üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və
nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.
155.4. Səlahiyyətli
iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və
yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 156.
Əlavə, dövri və natamam bəyannamələr
156.1. Bu Məcəllənin
155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş
bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük
bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə
bəyannamə təqdim etməlidir.
156.2. Gömrük orqanları
eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq
keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında
keçirməsinə icazə verirlər.
156.3. Bəyannaməçi
gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə,
gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
natamam bəyannamənin verilməsinə icazə verirlər.
156.4. Natamam
bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir.
Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.
156.5. Əlavə, dövri və
natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 24
GÖMRÜK BƏYANNAMƏSİNDƏ
GÖSTƏRİLƏN MƏLUMATLARIN, ONUNLA BİRGƏ TƏQDİM EDİLƏN SƏNƏDLƏRİN VƏ MALLARIN
YOXLANILMASI
Maddə 157.
Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması
157.1. Gömrük orqanları
təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə
təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan
edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə
əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların
gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna
malikdirlər.
157.2. Gömrük
bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən
yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə
malikdir.
157.3. Yoxlamanın
nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə
istifadə olunur.
Maddə 158.
Malların yoxlanılması, prob və nümunələrin götürülməsi
158.1. Malların yoxlanıldığı,
prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması,
bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları
bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir.
Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir.
158.2. Bəyannaməçi,
mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri
gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması,
onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər.
Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının
vəzifəli şəxslərinə yardım göstərməlidir.
158.3. Gömrük orqanları
bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallardan prob və
nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və
ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.
158.4. Digər dövlət
orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər
və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük
orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.
158.5. Prob və nümunələr
onların gömrük ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda,
ölçüdə) götürülür. Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin
götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada
akt tərtib olunur.
158.6. Bəyannaməçi,
mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri
götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə tanış
olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən
götürülən prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük
orqanlarına məlumat verilməlidir.
158.7. Prob və
nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və gömrük
laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan
digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir.
158.8. Mallardan
götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, mallar
barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin
təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir.
158.9. Mallardan prob və
nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi qaydasını, gömrük
ekspertizasının aparılma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 159.
Malların qismən (bir hissəsinin) yoxlanılması, onlardan prob və nümunələrinin
götürülməsi
159.1. Gömrük
bəyannaməsində göstərilən malların bir hissəsinin yoxlanıldığı və ya onlardan
prob və nümunələrin götürüldüyü hallarda qismən yoxlamanın, yaxud prob və
nümunələrin yoxlanmasının nəticələri orada göstərilmiş bütün mallara şamil
edilir.
159.2. Bəyannaməçi
qismən yoxlamanın, yaxud götürülmüş prob və nümunələrin yoxlanılmasının
nəticələrinin bəyan edilmiş malların qalan hissəsinə münasibətdə tətbiq
olunmasını mümkünsüz hesab edərsə, malların təkrar yoxlanılması, yaxud onlardan
prob və nümunənin götürülməsi ilə bağlı gömrük orqanına müraciət edə bilər.
Əgər malların buraxılışı həyata keçirilməyibsə, müraciət təmin olunmalıdır.
Malların buraxılışından sonra edilən müraciət malların hər hansı şəkildə
dəyişdirilmədiyi bəyannaməçi tərəfindən sübuta yetirildiyi halda təmin olunur.
159.3. Gömrük
bəyannaməsində iki və ya daha çox adda mal bəyan edilərsə, hər bir mala aid
məlumat bu Məcəllənin 159.1-ci maddəsinin məqsədləri üçün ayrı bəyanetmə hesab
edilir.
Maddə 160.
Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların
yoxlanılma müddətləri
160.1. Gömrük
rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində
və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə,
sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq
edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. [36]
160.2. Gömrük
qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət
müəyyənləşdirilə bilər.
160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan
malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına
gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün
yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan
müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri
tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək
gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox
olmamalıdır.
160.4. Yoxlamanın
nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün
istifadə edilir.
Maddə 161.
Eyniləşdirmə tədbirləri
161.1. Gömrük orqanları
və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli
iqtisadi operatorlar malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən
şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan
hallarda bu Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi
tədbirləri həyata keçirirlər.
161.2. Həmin
eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.
161.3. Fors-major
hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək
məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin
götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük
orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi
operatorlar tərəfindən həyata keçirilə bilər.
161.4. Eyniləşdirmə
vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal
gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut
edən dəlillər təqdim olunmalıdır.
FƏSİL 25
BURAXILIŞ
Maddə 162.
Malların buraxılışı
162.1. Bəyannaməçi,
mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri
tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə
yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və
məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki
məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını
həyata keçirirlər.
162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün
olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq
düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə
yetirildikdən (bu
Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən
dərhal sonra həyata keçirilir.[37]
162.3. Eyni gömrük
bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni
vaxtda buraxılır.
162.4. Mallar gömrük
bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim
edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri
olan məlumatları öz aralarında mübadilə etməlidirlər.
Maddə 163.
Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən
asılı olan buraxılış
163.1. Gömrük bəyannaməsinin
təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil
edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi
şərti ilə həyata keçirilir.
163.2. Bu Məcəllənin
163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya
qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir.
163.3. Gömrük orqanları
malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun
olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb
yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.
163.4. Gömrük ödənişləri
üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin
verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər
üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər
qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra,
gömrük orqanlarının icazəsi ilə yol verilir.
163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək
şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata
keçirilir.
163.6. Bəyannaməçinin “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq malların
buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil
olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 (bir) gün müddətində baxılır
və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra
gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:[38]
163.6.1. gömrük orqanına təqdim edilən bəyannamə
üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;
163.6.2. bu Məcəllənin 221.1-ci maddəsinə uyğun
olaraq gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin
edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Məcəllənin
258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;
163.6.3. bəyan olunmuş malların buraxılışının
həyata keçirilməsi üçün bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş digər
tələblər yerinə yetirilməlidir.
FƏSİL 26
SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN
BURAXILIŞ
Maddə 164.
Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi
164.1. Daxili bazarda
satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst
dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.
164.2. Sərbəst dövriyyə
üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:
164.2.1.
qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;
164.2.2. ticarət
siyasəti tədbirlərinin tətbiqini;
165.2.3. malların idxalı
ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.
164.3. Sərbəst dövriyyə
üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili
mallar gömrük statusunu alırlar.
164.4. Malların sərbəst
dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 27
TƏKRAR İDXAL
Maddə 165.
Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi
165.1. Təkrar idxal - ixrac
olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni
xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi
qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad
edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə
buraxılışıdır.
165.2. Sərbəst
dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük
proseduru altında yerləşdirilə bilər.
165.3. Malların gömrük
ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs
tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına
bu Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş
hallarda icazə verir.
165.4. Malların təkrar
idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri
qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən
asılı olmayaraq icazə verilir.
165.5. Malların təkrar
idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi
məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən
aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.
165.6. Malların təkrar
idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
XI BÖLMƏ
XÜSUSİ GÖMRÜK
PROSEDURLARI
FƏSİL 28
ÜMUMİ MÜDDƏALAR
Maddə 166.
Xüsusi gömrük prosedurlarının əhatə dairəsi
166.0. Mallar aşağıdakı
xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:
166.0.1. tranzit
(beynəlxalq və daxili tranzit);
166.0.2. saxlanc
(müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);
166.0.3. sərbəst zona;
166.0.4. xüsusi istifadə
(müvəqqəti idxal və son istifadə);
166.0.5. emal (daxildə
və xaricdə emal).
Maddə 167. İcazələrin
və lisenziyaların verilməsi
167.1. Malların emal və
ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının
icazəsi ilə həyata keçirilir.
167.2. Malların saxlanc
xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti
orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük
anbarlarında həyata keçirilir.
167.3. Qanunvericilikdə
başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 167.2-ci
maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:
167.3.1. rezidentlərə;
167.3.2. gömrük
əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət
təqdim edən və bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə alınmaqla gömrük borcunun yarandığı və yarana biləcəyi
hallarda onun ödənilməsinə təminat verən şəxslərə;[39]
167.3.3. müvəqqəti idxal
və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan
müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə.
167.3-1. Gömrük orqanları malların daxildə emal xüsusi proseduru
altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci
maddəsinə uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.[40]
167.4. Bu Məcəllənin
167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
167.4.1. gömrük
orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı
olduqda;
167.4.2. icazənin
verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.
167.5. Bu Məcəllənin
167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların
mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində
müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
167.6. Xüsusi gömrük
proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə
və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat
verməyə borcludur.
Maddə 168.
Uçotun aparılması
168.1. Tranzit xüsusi
gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst
zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan
şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz
əməliyyatlarının uçotunu aparmalıdırlar.
168.2. Aparılan uçot
gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük
proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük
statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə
imkan yaratmalıdır.
Maddə 169.
Xüsusi gömrük prosedurunun başa çatması
169.1. Tranzit xüsusi
gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş
hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya
emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük
ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin
xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.
169.2. Tranzit xüsusi
gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim
olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün
yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.
169.3. Xüsusi gömrük
proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin
tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
Maddə 170.
Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürülməsi
Tranzit xüsusi gömrük
proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında
yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri
müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə
də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.
Maddə 171.
Malların daşınması
Tranzit və sərbəst zona
xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları
altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri arasında
gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.
Maddə 172.
Mallarla adi işləmə formaları
Gömrük anbarlarında
saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında
yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin
yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə
formalarına məruz qala bilərlər.
Maddə 173.
Ekvivalent mallar
173.1. Xüsusi gömrük
proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə
edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.
173.2. Xaricdə emal
prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili
malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
173.3. Ekvivalent mallar
əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik
olmalıdırlar.
173.4. Gömrük orqanları
gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə
uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və
ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi
gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
173.5. Müvafiq icra
hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.
FƏSİL 29
TRANZİT
Maddə 174.
Beynəlxalq tranzit
174.1. Beynəlxalq
tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər
vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan
gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
174.2. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması
aşağıdakı qaydada həyata keçirilir:
174.2.1. malların
daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;
174.2.2. malların
daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar
ərazidən keçməklə baş verir.
174.3. Bu Məcəllənin
174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata
keçirilir:
174.3.1. beynəlxalq
tranzit xüsusi gömrük proseduru;
174.3.2. beynəlxalq
gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr;
174.3.3. mallar
Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər
daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün
beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər
tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt
göndərişlərinin mübadiləsi sistemi.
174.4. Daxili malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və
şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
174.5. Xarici
dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran
ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra
hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil
olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar
və məhdudiyyətlər tətbiq edə bilər.
174.6. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması
gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.
Maddə 175.
Daxili tranzit
175.1. Daxili tranzit
xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin
bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınmasıdır.[41]
175.2. Bu Məcəllənin
175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara
da şamil edilir.
175.3. Malların daxili
tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük
orqanlarının icazəsi ilə həyata keçirilir.
175.4. Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək
daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 30
SAXLANC
Maddə 176.
Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi
176.1. Saxlanc xüsusi
gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir.
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
176.2. Xarici mallar
saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə
əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq
olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında
yerləşdirilir.
176.3. Daxili mallar da
gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst
zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
176.4. Daxili malların
saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 177.
Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti
177.1. Saxlanc xüsusi
gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:
177.1.1. müvəqqəti
saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş
malların gömrük nəzarətindən yayındırılmasına;
177.1.2. malların
saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;
177.1.3. gömrük və ya
müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən
edilən şərtlərə əməl edilməməsinə.
177.2. Prosedur sahibi
malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları
altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə
qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 178.
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru
178.1. Başqa gömrük
proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla,
mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar
onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında
yerləşdirilərək bəyan edilir:
178.1.1. sərbəst zonaya
birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;
178.1.2. sərbəst zonadan
gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;
178.1.3. barəsində
beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.
178.2. Malların
müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük
orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu
əvəz edən tranzit sənədi qəbul edilir.
178.3. Gömrük orqanları
prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək
hüququna malikdirlər.
178.4. Malları müvəqqəti
saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur
altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti
tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.
Maddə 179.
Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti
179.1. Malların
müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə
olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük
orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti
olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin
göstərilən müddət çərçivəsində uzadır.
179.2. Müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar
istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma
müddəti 4 (dörd) aydan çox olmamalıdır.
179.3. Mallar müvəqqəti
saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa
gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük
anbarında yerləşdirilməlidir.
Maddə 180.
Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar
180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün
onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün
və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.
180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü
maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir.
180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə,
quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara,
uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar
sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 181.
Gömrük anbarlarında saxlanc
181.1. Xarici mallar
gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük
orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.
181.2. Gömrük anbarı
istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən
malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.
181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi
saxlanc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş
yerlərində saxlanmalıdır.
181.4. Gömrük anbarı
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından
müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların
gömrük anbarından müvəqqəti çıxarılılması üçün gömrük orqanlarının icazəsi
tələb olunur.
181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna,
təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və
hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə
dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 182.
Gömrük anbarlarında daxili malların saxlanılması və emalı
182.0. Gömrük orqanları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada gömrük anbarında aşağıdakıların həyata
keçirilməsinə icazə verirlər:
182.0.1. daxili malların saxlancına;
182.0.2. malların daxildə emal və ya son istifadə
xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün
müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.
Maddə 183.
Malların gömrük anbarında saxlanc müddəti
183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru
altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər.
Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları
üzrə məhdudlaşdıra bilər.
183.2. Bu Məcəllənin
183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük
proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa
çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində
bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.
183.3. Gömrük anbarında
saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə
uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və
satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.
FƏSİL 31
SƏRBƏST ZONA
Maddə 184.
Sərbəst zonanın müəyyən edilməsi
184.1. Müvafiq icra
hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər.
184.2. Müvafiq icra
hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış
məntəqələrini müəyyənləşdirir.
184.3. Sərbəst zona
qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri
gömrük orqanlarının nəzarəti altında olur.
184.4. Sərbəst zonaya
daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu
Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş
qaydada gömrük nəzarətindən keçməlidirlər.
184.5. Gömrük
orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi
əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması,
çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.
Maddə 185.
Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət
185.1. Sərbəst zonada
tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.
185.2. Sərbəst zonada
kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş
formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.
185.3. Müvafiq icra
hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin
tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu
Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və
məhdudiyyətlər müəyyən edə bilər.
Maddə 186.
Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru
altında yerləşdirilməsi
186.1. Sərbəst zonaya
gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və
müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:
186.1.1. gömrük ərazisindən
kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;
186.1.2. digər xüsusi
gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona
xüsusi gömrük proseduru altında yerləşdirildikdə;
186.1.3. idxal gömrük
rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə
əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru
altında yerləşdirildikdə.
186.2. Bu Məcəllənin
187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya
gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük
proseduru altında yerləşdirilmiş hesab edilir:
186.2.1. mallar sərbəst
zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında
yerləşdirilməyibsə;
186.2.2. tranzit proseduru
başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında
yerləşdirilməyibsə.
186.3. Malların sərbəst
zona xüsusi gömrük proseduru altında qalması müddəti məhdudlaşdırılmır.
Maddə 187.
Sərbəst zonada olan daxili mallar
187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada
saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilərlər. Belə
hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş
hesab edilmir.
187.2. Şəxslərin müraciəti əsasında gömrük
orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aşağıdakı
malların daxili mallar gömrük statusunu təsdiq edirlər:
187.2.1. sərbəst zonaya gətirilən daxili malların;
187.2.2. sərbəst zona daxilində emal
əməliyyatlarına məruz qalmış daxili malların;
187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə
buraxılmış malların.
Maddə 188.
Sərbəst zonada olan xarici mallar
188.1. Xarici mallar
sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük
proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük
prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona
xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.
188.2. Bu Məcəllənin
188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq idxal gömrük
rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə
buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına
maneçilik törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün
buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük
bəyannaməsi tələb edilmir.
Maddə 189.
Malların sərbəst zonadan kənara çıxarılması
189.1. Sərbəst zonada
yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük
ərazisinin digər hissəsinə gətirilə bilər.
189.2. Gömrük ərazisinin
digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü maddələrinin
müddəaları tətbiq edilir.
Maddə 190.
Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük
statusu
190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin
digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə,
onların daxili statusu bu Məcəllənin 187.2-ci maddəsinə müvafiq olaraq və ya
qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə təsdiq edilənədək xarici
mallar hesab edilir.
190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş
hallarda ixrac gömrük rüsumlarının alınması və ya malların ixracı ilə bağlı
ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi ilə mallar, onların daxili
statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar hesab edilir.
Maddə 191.
Sərbəst zonanın ləğvi
Sərbəst zona ləğv edildikdə, şəxslərə malların
gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük
proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.
FƏSİL 32
XÜSUSİ İSTİFADƏ
Maddə 192.
Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
192.1. Təkrar ixrac üçün
nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir.
Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun
olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad
olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük
ərazisində istifadə olunur.
192.2. Mallar bu
Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından
tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və
aksizlərdən də azad edilirlər.
192.3. Müvəqqəti idxal
xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:
192.3.1. müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə
nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa
dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;
192.3.2. müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi
zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;
192.3.3. gömrük
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi
gömrük ərazisindən kənarda təsis edildikdə.
192.4. Malların müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin
müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri
nəzərə alınmalıdır.
Maddə 193.
Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti
193.1. Müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya
növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları
müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun
məqsədi üçün kifayət qədər olmalıdır.
193.2. Malların eyni
məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru
altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir.
Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az
və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.
193.3. Şəxs bu
Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi
gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun
əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır.
193.4. Bu Məcəllənin
193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac
edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.
Maddə 194.
Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə
194.1. Gömrük
rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları
və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru
altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli
olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında
müəyyən edilir.
194.2. Gömrük
rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və
vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında
yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan
gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.
194.3. Müvəqqəti idxal
edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad
edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 195.
Son istifadə xüsusi gömrük proseduru
195.1. Son istifadə
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə
uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst
dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.
195.2. Son istifadə
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti
aşağıdakı hallarda başa çatır:
195.2.1. mallar gömrük
rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə
müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;
195.2.2. mallar ixrac və
ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;
195.2.3. mallardan
gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə
edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;
195.2.4. mallar gömrük idxal rüsumları, vergilər
alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və
dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət
göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.
195.3. Malların son
istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
FƏSİL 33
EMAL
Maddə 196.
Hasilat norması
196.1. Gömrük orqanları
emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat
normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.
196.2. Hasilat norması
və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya
həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.
Maddə 197.
Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
197.1. Daxildə emal
proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq
olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə
edilir:
197.1.1. idxal gömrük
rüsumları;
197.1.2. malların idxalı
üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;
197.1.3. ticarət
siyasəti tədbirləri.
197.2. Malların təmiri
və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda
istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə
baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal
məhsulları ilə eyniləşdirmək mümkün olsun.
197.3. Daxildə emal
xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə müəyyən edilmiş
ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.
197.4. Aşağıda
göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə
bilər:
197.4.1. sərbəst
dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun
təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;
197.4.2. bu Məcəllənin
172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.
197.5. Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 198.
Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti
198.1. Gömrük orqanı bu
Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük
prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən
artıq olmamalıdır.
198.2. Bu Məcəllənin
198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi
gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının,
habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.
198.3. Şəxsin
əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən
müddətin uzadılması barədə qərar qəbul edir.
198.4. Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının
verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.
Maddə 199.
Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac
Gömrük orqanının verdiyi
icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar
emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun
şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac
edilə bilər.
Maddə 200.
Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
200.1. Xaricdə emal
xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük
ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal
gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst
dövriyyəyə buraxılır.
200.2. Aşağıdakı daxili
malların xaricdə emalına icazə verilmir:
200.2.1. ixracı idxal
gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə
nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;
200.2.2. təmiri üzrə
əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə
ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad
edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;
200.2.3. ixrac edilməsi
ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.
200.3. Bu Məcəllənin
201-ci və 202-cü maddələrinin əhatə etmədiyi və advalor gömrük rüsumunun tətbiq
edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük
ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər
əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
200.4. Gömrük orqanı
müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar
idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu
müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar
idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad
olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət
növbəti 1 (bir) ilədək uzadılır.
200.5. Malların xaricdə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 201.
Ödənişsiz təmir edilmiş mallar
Xaricdə emal edilərək
gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn zəmanət
öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük
ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq
edildikdə, onlar idxal gömrük rüsumlarından və vergilərdən tam azad edirlər.
Maddə 202.
Standart mübadilə sistemi
202.1. Standart mübadilə
sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), bu Məcəllənin
202.2 - 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.
202.2. Gömrük orqanları
standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili
malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.
202.3. Əvəzləyici
məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki
göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni
rəqəmli koda malik olmalıdırlar.
202.4. Qüsurlu mallardan
ixracdan əvvəl istifadədə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə
edilmiş olmalıdırlar.
202.5. Əvəzləyici məhsul
qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri,
yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim edilmişdirsə, gömrük orqanları bu Məcəllənin
202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.[42]
202.6. Emal edilmiş
məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da
şamil edilir.
Maddə 203.
Əvəzləyici məhsulların əvvəlcədən idxalı
203.1. Qüsurlu malların
ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin
müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsinə göstərilən
miqdarda təminat alınır.
203.2. Bu Məcəllənin
203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu
Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli
olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.
203.3. Qüsurlu məhsullar
əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş
bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2
(iki) ay müddətində ixrac edilməlidir.
203.4. Qüsurlu məhsullar
bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə
görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti
ilə bu müddəti 2 (iki) ayadək artırırlar.
XII BÖLMƏ
MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ
MƏHDUDİYYƏTLƏR
FƏSİL 34
MALLARIN KABOTAJ DAŞINMASI
Maddə 204.
İdxal olunmuş malların kabotaj daşınması
204.1. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış
gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə
gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri
arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu
ilə həyata keçirilə bilər.
204.2. Gömrük orqanları
şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında
yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də
yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.
204.3. Gömrük orqanları
malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin
olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj
daşınmasına icazə verirlər.
204.4. Kabotaj daşınma
proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan
edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar
olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında
yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra,
mümkün qədər qısa müddətdə icazə verirlər.
204.5. Gömrük orqanları
gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları,
kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və
malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya
limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.
FƏSİL 35
GÖMRÜK TƏMİNATLARI
Maddə 205.
İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan
mallara gömrük təminatının vurulması
205.1. Gömrük orqanları gömrük nəzarəti altında
qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə
tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
gömrük təminatının vurulmasını həyata keçirirlər.
205.2. Bu Məcəllənin
205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının
vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara
müdaxilə oluna biləcəyi hallar göstərilməlidir.
Maddə 206.
Gömrük təminatının vurulması ilə bağlı bildiriş
206.0. Gömrük
orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan
malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük
orqanlarının vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən
bildirişin əlavə edilməsi tələb olunur:
206.0.1. bağlamaya ilk
gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən
rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını;
206.0.2. gömrük
orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq
səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və
gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də
şamil olunduğunu;
206.0.3. gömrük
orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə
tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi
səlahiyyətini:
206.0.3.1. gömrük
təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən
keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli
şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;
206.0.3.2. gömrük
təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən
keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli
şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun
istifadəçisini;
206.0.3.3. Bu Məcəllənin
206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş
şəxsi.
FƏSİL 36
TƏHLÜKƏSİZ İXRAC SXEMİ
Maddə 207.
Təhlükəsiz ixrac sxeminin məqsədi
Təhlükəsiz ixrac
sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan
ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat
yerində boşaldılmasını təmin etməkdir.
Maddə 208.
Təhlükəsiz ixrac sxemi üzrə tələblər
208.1. Təhlükəsiz ixrac
sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan,
onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların
müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.
208.2. Müvafiq icra
hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların
qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən
edir. Həmin qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin,
boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan
şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.
Maddə 209.
Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər
209.0. Malları
təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar
təsdiq edilməlidir:
209.0.1. təhlükəsiz
ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük
orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi
vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;
209.0.2. gömrük
orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması və
yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş
və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də
şamil olunması;
209.0.3. gömrük
orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə
aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:
209.0.3.1. təhlükəsiz
bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan
malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı
şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;
209.0.3.2. təhlükəsiz
bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan
malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı
şübhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;
209.0.3.3. Bu Məcəllənin
209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə
götürülmüş şəxsi.
Maddə 210.
Təhlükəsiz ixrac sxeminin təsdiqi
210.1. Gömrük orqanları
ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların
aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı, o cümlədən elektron formada müraciəti əsasında təhlükəsiz ixrac sxemini
təsdiq edirlər.
210.2. Gömrük orqanları
təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında qəbul etdiyi
yazılı qərarı barədə şəxsə bildiriş göndərir.
210.3. Təhlükəsiz ixrac
sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.
210.4. Təhlükəsiz ixrac
sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri və qüvvəyə
minmə tarixi göstərilən yazılı, o cümlədən elektron
formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv edilir.
210.5. Təhlükəsiz ixrac
sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin
əsaslandırılmış yazılı, o cümlədən elektron formada müraciəti olduqda da ləğv edilir.
210.6. Təhlükəsiz ixrac
sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə razılaşmayan şəxslər həmin
qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Maddə 211.
Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının
vurulması
211.1. Bu Məcəllənin
208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq
edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması həmin
təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının
vurulmasına mane olmur.
211.2. Təhlükəsiz ixrac
sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq
edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan
sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.
Maddə 212.
Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması
212.1. Məcəllənin bu
fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz
ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların
aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.
212.2. Məcəllənin bu
fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq
edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq
əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.
Maddə 213.
Təhlükəsiz ixrac sxeminə yenidən baxılması
Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi hallarda gömrük orqanları təsdiq etdikləri təhlükəsiz
ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar.
FƏSİL 37
MALLARIN GÖMRÜK
ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN, BU ƏRAZİDƏN APARILMASININ QADAĞAN EDİLMƏSİ VƏ
MƏHDUDLAŞDIRILMASI
Maddə 214.
Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının
qadağan edilməsi
214.1. Milli
təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və
sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları
obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii,
tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan
Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq
müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya
bu ərazidən aparılması qadağandır:
214.1.1. saxta kağız və
metal pullar;
214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən
ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr
və onların prekursorları;
214.1.3. pornoqrafik materialları və ya əşyalar;
214.1.4. gömrük
ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qadağan olunmuş mallar.
214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə
gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə
tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu
əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin
hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.
214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu
əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti
saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç)
sutkadır.
214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar
barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir.
Maddə 215.
Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının
məhdudlaşdırılması
215.1. Beynəlxalq
müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin
iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin
rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların
ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab
kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük
ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.
215.2. Bu Məcəllənin 215.1-cü maddəsində qeyd
olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların
buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən
tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata
keçirilir.
215.3. “Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına
xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb
olunur.
FƏSİL 38
GÖMRÜK SƏRHƏDİNDƏN
KEÇİRİLƏN MALLARIN NƏZARƏTLİ GÖNDƏRİŞİ
Maddə 216.
Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri
216.1. Nəzarətli
göndəriş - qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici
dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya
beynəlxalq müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti
subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən
aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.
216.2. Gömrük
sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz
beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin
qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar
edilməsi məqsədi ilə yol verilir.
216.3. Gömrük
sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı müvafiq icra
hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla
digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir.
216.4. Gömrük
sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə haqqında
qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda,
əməliyyat-qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş
prokuroruna məlumat verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən
asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin
başlanılıb-başlanılmaması məsələsi həll edilir.
Maddə 217.
Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən
malların götürülməsi
Nəzarətli göndəriş
metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən
çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər.
XIII BÖLMƏ
GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR
TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR
FƏSİL 39
GÖMRÜK TARİFİ VƏ MALLARIN TARİF TƏSNİFATI
Maddə 218.
Gömrük tarifi
218.1. Malların idxalı
və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və
ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların
tarif təsnifatına uyğun olaraq tətbiq olunur.
218.2. Gömrük tarifi
aşağıdakılar əsasında müəyyən edilir:
218.2.1. xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası;
218.2.2. tamamilə və ya
qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların
ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri
tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;
218.2.3. xarici iqtisadi
fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə
tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;
218.2.4. müəyyən
ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş preferensial tarif tədbirləri;
218.2.5. müəyyən
ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli
qaydada qəbul edilən preferensial tarif tədbirləri;
218.2.6. müəyyən mallar
üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni
təmin edən tədbirlər;
218.2.7. müəyyən
malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə
və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;
218.2.8. kənd
təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən
edilmiş digər tarif tədbirləri.
218.3. Bu Məcəllənin
218.2.4–218.2.7-ci maddələrində qeyd olunan tədbirlərin tətbiqi və ya bu
Məcəllənin 218.2.8-ci maddəsində qeyd olunan tədbirlərdən azadetmə idxalın və
ya ixracın müəyyən həcmi ilə məhdudlaşırsa, həmin tədbirlərin tətbiqi və ya
azadetmə (tarif kvotası olduğu halda) idxal və ya ixrac üzrə müəyyənləşdirilən
həcmə çatan kimi dərhal dayandırılmalıdır.
218.4. Bu Məcəllənin 218.2.3-cü maddəsində “konvensiya
idxal rüsum dərəcələri” dedikdə bağlanılan beynəlxalq müqavilələr əsasında,
“avtonom rüsum dərəcələri” dedikdə isə dövlət tərəfindən birtərəfli qaydada,
beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə
tutulur.
Maddə 219.
Malların tarif təsnifatı
219.1. Malların tarif
təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar
və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir.
219.2. Gömrük orqanları
gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində
malların tarif təsnifatından istifadə edirlər.
FƏSİL 40
MALLARIN GÖMRÜK DƏYƏRİ
Maddə 220.
Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi
220.1. Malların gömrük
dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada
müəyyən olunur.
220.2. Malları gömrük
məqsədləri üçün dəyərləndirən şəxs:
220.2.1. onların bəyan
edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində
tələb olunan müddət ərzində saxlamalı;
220.2.2. gömrük
orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin
dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara
təqdim etməlidir.
Maddə 221.
Gömrük dəyərinə düzəlişlərin edilməsi
221.1. Apardıqları
yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud
digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının
vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq
düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük
dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı
gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat
müddətində bəyannaməçiyə təqdim edilməlidir.[43]
221.2. Bu Məcəllənin
221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından,
hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir.
221.3. Şəxs bu
Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə
göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı
gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı
və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu
barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.
221.4. Yuxarı gömrük
orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab
etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə
əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin
vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.
FƏSİL 41
MALLARIN MƏNŞƏYİ
Maddə 222.
Malların qeyri-preferensial mənşəyi
222.1. Malların qeyri-preferensial mənşəyinin
müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin
xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi
ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.
222.2. Tamamilə bir ölkədə və ya ərazidə
istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur.
222.3. İstehsalında birdən çox ölkənin
iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə
məruz qaldığı ölkə mənşəli mallar hesab edilir.
222.4. Gömrük orqanları malların gömrük
bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını
bəyannaməçidən tələb etmək hüququna malikdirlər.
222.5. Malların qeyri-preferensial mənşəyinin
müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 223.
Malların preferensial mənşəyi
223.1. Bu Məcəllənin
218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş preferensial tarif
tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək
üçün mallar bu Məcəllənin 223.2-223.4-cü maddələrində qeyd olunan preferensial
mənşəyə dair qaydalara uyğun olmalıdır.
223.2. Azərbaycan
Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı
beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil olduğu
mallar üzrə preferensial mənşə qaydaları bu müqavilələrdə öz əksini tapır.
223.3. Gömrük orqanları
Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq təşkilatın üzv
ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensial tədbirlərin şamil
olunduğu mallara münasibətdə bu Məcəllənin 223.4-cü maddəsində nəzərdə tutulan
qaydaları tətbiq edirlər.
223.4. Malların
preferensial mənşəyinin müəyyən olunması qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
XIV BÖLMƏ
GÖMRÜK ÖDƏNİŞLƏRİ,
GÖMRÜK BORCU VƏ TƏMİNAT
FƏSİL 42
ƏSAS MÜDDƏALAR
Maddə 224.
Gömrük ödənişləri
224.1. Bu Məcəllədə,
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri
haqqında”, “Dövlət rüsumu
haqqında”,
“Tullantılar haqqında” Azərbaycan
Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən
aşağıdakı gömrük ödənişləri alınır:[44]
224.1.1. gömrük
rüsumları;
224.1.2. əlavə dəyər
vergisi ;
224.1.3. aksizlər;
224.1.4. yol vergisi;
224.1.5. gömrük
yığımları;
224.1.6. haqq;
224.1.7. dövlət rüsumu.
224.2. Gömrük
ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və
hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin
qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük
dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və
onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa
məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər
normativ hüquqi aktlarla müəyyən edilir.
224.3. Malların ixracını və idxalını operativ tənzimləmək
məqsədi ilə bəzi mallara “Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının Qanununda və müvafiq icra hakimiyyəti
orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq xüsusi
rüsumlar və mövsümi rüsumlar tətbiq oluna bilər.[45]
224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması
məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə
tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan
hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və
kompensasiya rüsumları tətbiq olunur.[46]
224.4. Fiziki şəxslər
tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.
224.5. Bəyan olunan
mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin
mal nomenklaturasına uyğun kodu əsas götürülür.
224.6. Gömrük
rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm
də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş
digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları
gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və
istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış
məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir.
Maddə 225.
Gömrük rüsumları
225.1. Gömrük rüsumları
bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun
tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.
225.2. Konkret mallar
üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq
icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
225.3. Mallar üzrə tarif
güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və
güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının
normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
Maddə 226.
Gömrük rüsumlarının növləri
226.0. “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir:
226.0.1. advalor - malların gömrük dəyərinə
görə nisbətən faizlə hesablanan;
226.0.2. spesifik - malın vahidinə görə
müəyyən olunmuş məbləğlə hesablanan;
226.0.3. kombinə edilmiş – yuxarıda
göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan.
Maddə 227.
Gömrük orqanları tərəfindən alınan vergilər
227.1. Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq
gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən
vergilər alınır.
227.2. Gömrük orqanları
tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi
qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların
qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.
Maddə 228.
Əlavə dəyər vergisi
Gömrük ərazisinə
gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və
Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
Maddə 229.
Aksizlər
Gömrük ərazisinə gətirilən və bu ərazidən
aparılan mallara aksizlər bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq
edilir.
Maddə 230.
Yol vergisi
230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə
əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük
ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir.
230.2. Vergi Məcəlləsinin 211.1.1-ci
maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan
avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd
buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük
ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük
sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir)
bank günü ərzində dövlət büdcəsinə köçürülür.[47]
Maddə 231.
Gömrük yığımları
231.1. Gömrük yığımlarına aşağıdakılar
aiddir:
231.1.1. gömrük nəzarətinin həyata
keçirilməsi ilə bağlı gömrük yığımları;
231.1.2. gömrük müşayiətinə görə gömrük
yığımları;
231.1.3. malların saxlancına görə gömrük
yığımları;
231.1.4. gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar;
231.1.5. bankların və bank olmayan kredit
təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə
görə yığımlar.
231.2. Gömrük
yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 232.
Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları
232.1. Gömrük orqanları
gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən, bu Məcəllədə və digər
normativ aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, aşağıdakıların
yerinə yetirilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
məbləğdə gömrük yığımları alırlar:
232.1.1. malların gömrük
rəsmiləşdirilməsinə;
232.1.2. gömrük nəzarəti
və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə
malların gömrük ekspertizasının aparılmasına;
232.1.3. malların gömrük
nəzarəti altında məhvinə.
232.2. Mallara və
nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar
saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat
məbləğdə alınır.
Maddə 233.
Gömrük hərraclarında iştiraka görə haqq
Gömrük hərraclarında
iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məbləğdə haqq alınır.
Maddə
233-1. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə
utilizasiya haqqı[48]
Gömrük
ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin
(raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik
avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.
Maddə 234.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə
lisenziyaların və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat
vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumu [49]
234.1. Müvafiq icra
hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların
verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu
alınır.
234.2. Beynəlxalq
avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə
blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. [50]
Maddə 235.
Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin
tətbiqi
“Hasilatın pay bölgüsü
haqqında”, “Əsas boru kəməri haqqında” sazişlərin və bu qəbildən olan digər
beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və bu
ərazidən aparılan mallara gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun
olaraq tətbiq edilir.
Maddə 236.
Gömrük borcunun ödənildiyi valyuta
Gömrük borcu Azərbaycan
Respublikasının milli valyutası ilə ödənilir.
FƏSİL 43
MALLARIN İDXALI VƏ
İXRACI ÜZRƏ YARANMIŞ GÖMRÜK BORCLARINA DAİR ÜMUMİ MÜDDƏALAR
Maddə 237.
Gömrük borcunun yarandığı yer
237.1. Gömrük borcu
malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük
prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük
orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun
yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab
edilir.
237.2. Gömrük borcunun
yaranma yerini müəyyənləşdirmək mümkün olmadıqda, onun mövcudluğunun
aşkarlandığı yer gömrük borcunun yarandığı yer hesab edilir.
237.3. Müvafiq gömrük
proseduru altında yerləşdirilmiş mallar üzrə bu Məcəllənin 237.1-ci maddəsinin
ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən yeri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində müəyyənləşdirmək mümkün
olmadıqda, gömrük borcu malların aidiyyətı gömrük proseduru altında
yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə
gətirildiyi yerdə yaranmış hesab edilir.
237.4. Gömrük
orqanlarında olan məlumatlar gömrük borcunun bir neçə yerdə yarandığını
müəyyənləşdirməyə imkan verdiyi hallarda, onun yarandığı ilk yer gömrük
borcunun yarandığı yer hesab edilir.
Maddə 238.
Malların idxalı üzrə gömrük borcu
238.1. İdxal üzrə gömrük
borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud
gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə
müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində
yaranır.
238.2. Gömrük borcu
gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır.
238.3. Malları bəyan
edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə,
adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.
238.4. Bu Məcəllənin
238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən
verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə
və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib
edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv
olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir.
Maddə 239.
Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar
yaranan gömrük borcu
239.1. İdxal gömrük
rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı
şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:
239.1.1. xarici malların
gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına,
gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti
idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə
müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;
239.1.2. gömrük ərazisi
daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən
edilmiş öhdəliklər yerinə yetirilmədikdə;
239.1.3. xarici malların
müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə
ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad
edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda.
239.2. Müəyyən olunmuş
şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt
aşağıdakılardan biri hesab olunur:
239.2.1. gömrük borcunun
yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin
dayandırıldığı vaxt;
239.2.2. malların
müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə
ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad
edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda,
malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük
bəyannaməsinin təsdiq edildiyi vaxt.
239.3. Bu Məcəllənin
239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər
borclu hesab edilirlər:
239.3.1. müvafiq
öhdəlikləri yerinə yetirməli olan şəxs;
239.3.2. öhdəlikləri
yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə
yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin
öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);
239.3.3. malları əldə
edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə
yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs.
239.4. Bu Məcəllənin
239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük
orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq
gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan
istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya
qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb
olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi
və ya bilməli olduğu halda, borclu hesab olunur.
Maddə 240.
Malların ixracı üzrə gömrük borcu
240.1. Malların ixracı
üzrə gömrük borcu daxili malların bu Məcəlləyə əsasən ixrac gömrük proseduru və
ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində
yaranır.
240.2. Gömrük borcu
gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi vaxt yaranır.
240.3. Malları bəyan
edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə,
adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.
240.4. Bu Məcəllənin
240.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük
orqanlarına təqdim olunan gömrük bəyannaməsi ixrac gömrük rüsumlarından və
vergilərdən tamamilə və ya qismən azad edilməsinə səbəb olan məlumatlar
əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların
səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab olunur.
Maddə 241.
Malların ixracı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar
yaranan gömrük borcu
241.1. İxrac gömrük
rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı
şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:
241.1.1. malların ixracı
ilə əlaqədar bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktlarında
nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə;
241.1.2. malların gömrük
ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən
azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə.
241.2. Müəyyən olunmuş
şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt
aşağıdakılardan biri hesab olunur:
241.2.1. malların gömrük
ərazisindən gömrük bəyannaməsi olmadan faktiki aparıldığı vaxt;
241.2.2. gömrük
ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən
azad edilməklə aparılan malların gömrük orqanlarının icazə verdiyi yerdən
deyil, başqa yerdən aparıldığı vaxt;
241.2.3. gömrük
orqanları bu Məcəllənin 241.2.2-ci maddəsində göstərilən vaxtı müəyyən edə
bilmədikdə, ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən
azadedilmə şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədlərin verilməsi
üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxt.
241.3. Bu Məcəllənin
241.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı şəxslər borclu hesab
edilirlər:
241.3.1. müvafiq
öhdəlikləri yerinə yetirməli olan şəxs;
241.3.2. öhdəlikləri
yerinə yetirməli olan şəxsin adından çıxış etmiş şəxs (həmin öhdəliklərin
yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);
241.3.3. öhdəliklərin
yerinə yetirilməməsinə gətirib çıxarmış hərəkətlərdə iştirak etmiş və gömrük
bəyannaməsi təqdim edilməli olduğu hallarda onun təqdim edilmədiyini bilən,
yaxud bilməli olan şəxs.
241.4. Bu Məcəllənin
241.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda malların gömrük ərazisindən
ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə
aparılması üçün müvafiq şərtləri yerinə yetirməli olan şəxs borclu hesab
edilir.
FƏSİL 44
GÖMRÜK BORCUNUN
HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
Maddə 242.
Gömrük borcunun hesablanmasının əsasları
242.1. Əlavə dəyər
vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada
müəyyən edilən gömrük dəyəri əsas götürülür.
242.2. Gömrük rüsumları üzrə gömrük borcunun
məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin
mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.
242.3. Gömrük rüsumlarının və yığılması
gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara
münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə
isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün
qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.
242.4. Gömrük borcunun məbləği gömrük
bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır.
242.5. Əlavə dəyər vergisi üzrə gömrük
borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
hesablanır.
Maddə 243.
Gömrük borcunun ödənilməsi müddətləri
243.1. Gömrük borcu gömrük orqanları
tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin
təsdiqi ilə eyni vaxtda ödənilir.
243.2. Kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar üzrə gömrük borcu, onlar gömrük sərhədindən keçirilərkən
sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.
243.3. Gömrük
bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti
gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı
gündən hesablanır.
243.4. Bu Məcəllənin
156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük
borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş)
gündən gec olmayaraq ödənilməlidir.
Maddə 244.
Gömrük borcunun ödənilməsi qaydaları
244.1. Gömrük borcu gömrük
orqanına (yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə), beynəlxalq poçt
göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına (qanunvericiliklə
müəyyən edilmiş ödəniş vasitələri ilə) ödənilir.
244.2. Gömrük borcu üzrə
ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya
poçt şöbələri yaradılmalıdır.
244.3. Gömrük borcu istənilən
maraqlı şəxs tərəfindən ödənilə bilər.
244.4. Poçt rabitəsi operatorları gömrük
borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən
etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər.
244.5.
Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq, icazə blankına
görə dövlət rüsumu isə xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat
vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış
məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü
ərzində dövlət büdcəsinə köçürülür.[51]
Maddə 245.
Gömrük borcunun ödənilməsinə görə məsul şəxs
245.1. Bəyannaməçi gömrük borcunun
ödənilməsinə görə məsul şəxs hesab edilir.
245.2. Mallardan istifadə edilməsi və onlara
dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun
olaraq gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan
təyinatı üzrə istifadə edilməsi barədə bu Məcəllədə nəzərdə tutulmuş tələblərə
riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə
yetirilməli olan şəxs həmin mallar üzrə gömrük borcunun ödənilməsinə görə məsul
şəxs hesab olunur.
Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət
verilməsi
246.1. Şəxs tərəfindən
bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə
edilməklə təminat verildikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük borcunun ödənilməsinə 14
(on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər.
246.2. Gömrük borcunun
ödənilməsinə verilən möhlət müddəti ərzində borcun məbləğinə Mərkəzi Bankın
müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.
Maddə 247.
Dəbbə pulu
247.1. Gömrük borcunun ödənilməsinin bu
Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən
dəbbə pulu alırlar.
247.2. Dəbbə pulunun hesablanması üçün
müddətlər aşağıdakılardır:
247.2.1. gömrük borcunun ödənilməsi
müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki
ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun
ödənilməsinə möhlət verilənədək;
247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə
əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən
növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək.
247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci
maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu
məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün
ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
247.4. Dəbbə pulu gömrük borcu ilə eyni
vaxtda ödənilir.
247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və
qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və
qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 248.
Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə
gömrük borcunun hesablanması
248.1. Gömrük sərhədindən qanunsuz
keçirilməklə gətirilən malların qanunsuz keçirilmə gününü müəyyən etmək mümkün
olmadıqda, gömrük orqanları gömrük borcunun məbləğini həmin malların aşkar
edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən
edilən gömrük dəyəri əsasında hesablayırlar.
248.2. Tranzit və ya saxlanc xüsusi gömrük
proseduru altında yerləşdirilərək daşınan, yaxud saxlanılan mallar itirildiyi,
təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların
müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının
qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən
edilən gömrük dəyəri əsas götürülür.
248.3. Gömrük ödənişlərindən tamamilə və ya
qismən azad edilməklə şərti buraxılmış mallar nəzərdə tutulmayan başqa
məqsədlər üçün istifadə edildikdə, onlar üzrə şərti buraxılış gününə
hesablanmış gömrük borcunun məbləği əsas götürülür.
248.4. Bu Məcəllənin 271-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ödənişləri ödənilməli olan
malların qanunvericiliyin tələbləri pozulmaqla idxalı və ya ixracı, mal
sahibini bu mallara görə gömrük ödənişlərini ödəmək öhdəliyindən azad etmir.
Maddə 249. Gömrük
borclarının alınması və məsuliyyət tədbirləri
249.1. Ödənilməmiş gömrük
borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il
ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi
tutulur.
249.2. Gömrük bəyannaməsindəki səhvlərin
gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə
hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci
maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları
ödəyicidən ödənilməmiş məbləğləri alırlar.
249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş)
sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının
qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank
hesablarından tutulur.
249.4. Qanunla müəyyən edilmiş hallarda
müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və
digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır.
249.5. Malları və nəqliyyat vasitələrini
gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz
keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak
edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya
istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə
məsuliyyət daşıyırlar.
FƏSİL 45
MÖVCUD VƏ YARANA BİLƏCƏK
GÖMRÜK BORCU ÜÇÜN TƏMİNAT
Maddə 250. Ümumi müddəalar
250.1. Bu fəsildə həm
mövcud, həm də yarana biləcək gömrük borclarına təminat verilməsi qaydaları
müəyyən olunur.
250.2. Gömrük orqanları mövcud, yaxud
gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi
ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində
nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.
250.3. Gömrük borclarına
təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də
verilə bilər.
250.4. Təminatın
məbləğini gömrük orqanları müəyyən edirlər.
250.5. Bu Məcəllənin
256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları
müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə
bilərlər.
250.6. Müvafiq gömrük
bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac
gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər
ödənişləri əhatə edir.
250.7. Gömrük orqanları
gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə
əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru
ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə,
bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə
verirlər.
250.8. Bu Məcəllədə
başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş
təminat bütün gömrük ərazisində etibarlıdır.
250.9. Təminatın
verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 251. Məcburi təminat
251.1. Məcburi təminatın
verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək
mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun
məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.
251.2. Gömrük borcunun
dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük
orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən
yüksək səviyyəsində müəyyənləşdirilir.
251.3. Məbləği müəyyən
müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının
və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi
hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin
ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə
müəyyənləşdirilir.
251.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun
10.2-ci maddəsinə uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların
buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin
bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və
ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, bu Məcəllənin 221.1-ci və
251.2-ci maddələrinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim edilmiş
bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən
yüksək səviyyəsində müəyyənləşdirilir.[52]
Maddə 252. Fakültativ (məcburi olmayan) təminat
Gömrük orqanları gömrük
borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın
verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın verilməsini
tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci maddəsində
nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır.
Maddə 253. Təminatın seçilməsi
253.1. Gömrük borcuna
təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş
təminatlardan birini seçə bilər.
253.2. Seçilən təminat
müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük
orqanları həmin təminatın qəbulundan imtina edir.
253.3. Gömrük orqanları
seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb edirlər.
Maddə 254. Zamin şəxs
254.1. Bu Məcəllənin
258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində
müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.
254.2. Zamin şəxs gömrük
borcunun ödənilməsinə yazılı təminat verməlidir.
254.3. Gömrük orqanları
gömrük borcunun müəyyən edilmiş müddət ərzində ödəniləcəyinə əmin olmadıqda,
üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər.
Maddə 255. Əhatəli
təminat
255.1. Gömrük orqanları
bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab verən şəxsin
yazılı, o
cümlədən elektron formada
müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, gömrük əməliyyatı və ya
gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli
təminatı qəbul edirlər.
255.2. Əhatəli təminat gömrük və vergi
qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və
bu prosedurlarla əlaqədar öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı
olan rezidentlərdən qəbul olunur.
Maddə 256. Əlavə və yaxud əvəzedici təminat
Gömrük orqanları təqdim
edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük borcunun ödənilməsinə
təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün
etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 250.2-ci
maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud
verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.
Maddə 257. Təminatın başa çatması
Gömrük orqanları gömrük
borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun olmamasına əmin olduğu
zaman təminat başa çatmış hesab edilir.
Maddə 258. Gömrük
borcunun ödənilməsinin təmin edilməsi üsulları
258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından
(təminatdan) istifadə olunur:
258.1.1. girov;
258.1.2. veksel zaminliyi (aval);
258.1.3. bank qarantiyası;
258.1.4. ödənilməli olan məbləğin gömrük
orqanının depozit hesabına köçürülməsi;
258.1.5. sığorta müqavilələri;
258.1.6. üçüncü şəxsin zaminliyi;
258.1.7. avans ödəmələr.
258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar
istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların
hər birindən istifadə etmək hüququna malikdir.
258.3. Təminatdan istifadə etməklə gömrük
borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 259.
Girov
259.1. Gömrük borcunun ödənilməsinin təmin
edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur.
259.2. Girovun rəsmiləşdirilməsi, girov
qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və
bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.
Maddə 260.
Veksel zaminliyi (aval)
Gömrük borcunun təminatı kimi veksellər
yalnız o halda qəbul olunur ki, onlar üzrə avalçı qismində bank fəaliyyətinin
həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan
kredit təşkilatları çıxış etsin.
Maddə 261.
Bank qarantiyası
261.1. Gömrük borcu bank fəaliyyətinin həyata
keçirilməsi üçün lisenziyaya malik olan və müvafiq icra hakimiyyəti orqanının
apardığı müvafiq reyestrə daxil edilmiş bankların və bank olmayan kredit
təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.
261.2. Bu Məcəllənin 261.1-ci maddəsində
nəzərdə tutulan reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit
təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin
müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxılır.
261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin
261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə yığım alınır.
261.4. Ləğv edilən və ya yenidən təşkil
edilən, lisenziyası ləğv edilən, yaxud bank qarantiyası üzrə öhdəliklərini
yerinə yetirməyən banklar və bank olmayan kredit təşkilatları müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır.
261.5. Banklar və bank olmayan kredit
təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə daxil olduğu zaman
ödədiyi yığım geri qaytarılmır.
Maddə 262. Pul
vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi
262.1. Gömrük borcunun ödənilməsinin təmin
edilməsi ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına
köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma
müddəti üçün faizlər ödənilmir.
262.2. Gömrük borcunun ödənilməsinin təmin
edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi
və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 263. Gömrük
borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən istifadə
olunması
Gömrük borcunun ödənilməsinin təmin olunması
məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti haqqında qanunvericiliyə
uyğun olaraq həyata keçirilir.
Maddə 264. Gömrük
borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi
Gömrük borcunun ödənilməsinin təmin olunması
üçün üçüncü şəxsin zaminliyindən istifadə edilməsi Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Maddə 265.
Avans ödəmələr
Gələcək əməliyyatlar üzrə yarana biləcək
gömrük borcunun təminatı kimi, ödəyici gömrük orqanlarının hesabına avans
şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab
olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən
əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.
FƏSİL
46
GÖMRÜK
BORCU ÜZRƏ ÖDƏNİLMİŞ GÖMRÜK ÖDƏNİŞLƏRİNİN QAYTARILMASI VƏ GÖMRÜK BORCUNUN LƏĞVİ
Maddə 266. Ümumi müddəalar
266.1. Gömrük borcu üzrə
ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.
266.2. Gömrük orqanları
tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
266.3. Şəxsin müraciəti
olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək
xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər.
Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük
ödənişlərinin qaytarılmalı olduğu hallar
267.1. Məcəllənin bu
Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük
ödənişləri aşağıdakı hallarda qaytarılır:
267.1.1. mallar qüsurlu
olduqda;
267.1.2. gömrük
ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;
267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.[53]
267.2. Gömrük orqanları
bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük
ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.
267.3. Bu Məcəllənin
267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin
qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.
267.4. Gömrük
ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində
ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin)
hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları
tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır
və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük
ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.
Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin
qaytarılması
268.1. Sərbəst
dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.
268.2. Qüsurlu mallara
görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların
qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla)
və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.
268.3. Gömrük orqanları
şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması
əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit,
gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları
altında yerləşdirilməsinə icazə verirlər.
Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv
hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması
Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən
əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq
ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.
Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət
270.1. Gömrük ödənişlərinin
bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı
olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin
ödənildiyi tarixdən 1 (bir) il
ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
270.2. Ödəyici və ya
onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük
orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta
yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük
orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.
270.3. Gömrük
ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə
gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada
qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu
fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Maddə 271.
Gömrük borcunun ləğvi
271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən
edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi
halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi
vasitəsilə də ləğv edilir:
271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi;
271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda
şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;
271.1.3. idxal və ya ixrac gömrük rüsumları və
vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada
müsadirəsi;
271.1.4. idxal və ya ixrac gömrük rüsumları və
vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin
onlardan dövlətin xeyrinə imtina etməsi;
271.1.5. malların fors-major hallar nəticəsində
bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması.
271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə
şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə
(şəxslərə) münasibətdə ləğv edilir.
XV
BÖLMƏ
GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR
FƏSİL 47
GÖMRÜK ORQANLARI
TƏRƏFİNDƏN VALYUTA NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 272. Gömrük
orqanları valyuta nəzarəti orqanı kimi
272.1. Gömrük orqanları Azərbaycan
Respublikasında valyuta nəzarətini həyata keçirən dövlət orqanlarından biridir.
272.2. Gömrük orqanları gömrük işi ilə bağlı
valyuta nəzarətini bu Məcəlləyə və “Valyuta
tənzimi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata keçirirlər.
Maddə 273. Gömrük
orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri
Gömrük orqanları sərbəst zonaların
perimetrləri istisna olmaqla, şəxslərin gömrük sərhədindən Azərbaycan
Respublikasının milli valyutasını, milli valyutada qiymətli kağızları və digər
valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
Maddə 274. Gömrük
orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq
pozuntularına görə məsuliyyət
Gömrük orqanları tərəfindən valyuta nəzarəti
həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər qanunla
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
FƏSİL
48
GÖMRÜK ORQANLARI
TƏRƏFİNDƏN İXRAC NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 275.
Gömrük orqanları ixrac nəzarəti orqanı kimi
Gömrük orqanları bu Məcəllə və “İxrac
nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada ixrac nəzarətini həyata keçirirlər.
Maddə 276. Gömrük
orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri
276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən
malların gömrük sərhədindən qeyri-qanuni keçirilməsinin, o cümlədən bu malların
ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə
ixracının qarşısını alırlar.
276.2. İxrac nəzarətinə düşən malların gömrük
sərhədindən keçirilməsi qaydaları “İxrac nəzarəti haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir.
Maddə 277. Məlumatın
məxfiliyinə riayət edilməsi
Gömrük orqanlarının ixrac nəzarətini həyata
keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri digər dövlət orqanlarından və
aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini qorumağa borcludurlar.
Maddə 278. Əqli
mülkiyyət hüquqlarının gömrük orqanları tərəfindən qorunması
278.1. Gömrük orqanları hüquq sahiblərinin
gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri
olan mallara dair hüquqlarının qorunmasını bu Məcəllə və gömrük işi üzrə
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirirlər.
278.2. Gömrük sərhədindən keçirilən, tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların gömrük orqanları
tərəfindən qorunması həmin hüquqların qorunması ilə bağlı digər qanunvericilik
aktlarına uyğun tədbirlər görülməsinə mane olmur.
Maddə 279. Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan malların reyestrinin aparılması qaydaları
279.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük
nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini kağız üzərində və
elektron daşıyıcılarda aparır.
279.2. Reyestrin aparılması qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda reyestrdə olan
məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması proseduru da
nəzərdə tutulmalıdır.
Maddə 280. Tərkibində
əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi və
oradan çıxarılması qaydaları
280.1. Hüquq sahibi və ya onun maraqlarını
təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri
olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının
obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət
qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının
qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların
reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
280.2. Əqli mülkiyyət hüquqlarının qorunması
və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə
daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:
280.2.1. hüquq sahibi haqqında məlumat;
280.2.2. əqli mülkiyyət hüquqlarının
obyektinə hüququn olması barədə məlumat;
280.2.3. tərkibində əqli mülkiyyət
hüquqlarının obyekti olan malın təsviri;
280.2.4. malların pirat və ya kontrafakt
olmasını aşkar etməyə imkan verən məlumatlar;
280.2.5. malların pirat və ya kontrafakt
olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində
bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin,
habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.
280.3. Ərizəyə tərkibində əqli mülkiyyət
hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən
sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və
məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi
göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli
mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində
nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi bu Məcəllənin
258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim
etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi minimum və maksimum məbləğlər çərçivəsində gömrük orqanları tərəfindən
müəyyən olunur.
280.5. Ərizə ilə birlikdə tərkibində əqli
mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların
nümunələri təqdim edilə bilər.
280.6. Müvafiq icra hakimiyyəti orqanı
ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması, yaxud bu
Məcəllənin 280.7-ci maddəsində nəzərdə tutulmuş halda bundan imtina barədə
qərar qəbul edir.
280.7. Ərizəçi bu Məcəllənin 280-cı
maddəsinin tələblərinə riayət etmədiyi halda, müvafiq icra hakimiyyəti orqanı
malın reyestrə daxil edilməsindən imtina olunması barədə qərar qəbul edir və
ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan
sonra tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə
daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər.
280.8. Ərizədə və ya ona əlavə olunmuş
sənədlərdəki məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi dərhal bu barədə
müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında
reyestrə daxil olunduğu hallarda, həmin mallar müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə reyestrdən çıxarılır. Bu barədə müvafiq icra hakimiyyəti
orqanı ərizəçini yazılı formada məlumatlandırır.
Maddə 281. Gömrük
orqanları tərəfindən hüquqların qorunma müddəti
281.1. Hüquq sahibinin hüquqlarının qorunma
müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin reyestrə daxil
olunması haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi
müddət nəzərə alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. Ərizəçinin müraciəti
olduqda, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin müddət uzadılır.
281.2. Əqli mülkiyyət hüquqlarının obyektinə
olan hüquqların gömrük orqanları tərəfindən qorunmasının ümumi müddəti, hüquq
sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən
artıq olmamalıdır.
Maddə 282. Tərkibində
əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi
və onlar üzərində gömrük nəzarəti
282.1. Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük
nəzarəti bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən
olunmuş qaydada həyata keçirilir.
282.2. Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan malların gömrük sərhədindən keçirilməsi qaydaları bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik aktları
və əqli mülkiyyətə dair qanunvericiliklə tənzimlənir.
Maddə 283. Tərkibində
əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının
dayandırılması
283.1. Reyestrə daxil edilmiş tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və
gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar
edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən
gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü
müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda,
göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.
283.2. Gömrük orqanı tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması
barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri
barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin
bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının
adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir.
283.3. Tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması,
buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə
ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 284. Vurulan
zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi
284.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların
buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud
digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt
olmadığı müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir.
284.2. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların
buraxılışının dayandırılması nəticəsində gömrük orqanlarının çəkdiyi xərclərin
əvəzi malların pirat və ya kontrafakt olması müəyyənləşdirildiyi hallarda
bəyannaməçi, əks halda isə ərizəçi tərəfindən ödənilir.
Maddə 285.
Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi
285.1. Gömrük orqanları buraxılışının
dayandırılması haqqında qərar qəbul edilmış malların pirat və ya kontrafakt
olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və
bəyannaməçiyə verirlər.
285.2. Ərizəçiyə və bəyannaməçiyə verilən
məlumatlar konfidensial məlumat hesab olunur və qanunda nəzərdə tutulan hallar
istisna olmaqla, onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir.
285.3. Gömrük orqanlarının icazəsi ilə
ərizəçi və bəyannaməçi, yaxud onların nümayəndələri buraxılışı dayandırılmış
mallardan gömrük nəzarəti altında prob və nümunələr götürə, onların tədqiqatını
apara bilərlər.
Maddə 286.
Buraxılışın dayandırılması haqqında qərarın ləğvi
286.1. Gömrük orqanı buraxılışın
dayandırılması barədə bildirişi ərizəçiyə təqdim etdikdən sonra bu Məcəllənin
283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində ərizəçinin iddiası əsasında məhkəmədə işin
mahiyyəti üzrə baxılmağa başlanması barədə gömrük orqanlarına məlumat daxil
olmadıqda, tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan malların bu Məcəllə ilə
müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata
keçirilir.
286.2. Bu Məcəllənin 286.1-ci maddəsində nəzərdə
tutulan işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec
olmayan müddətdə mahiyyəti üzrə baxılmağa başlanmalı və bu barədə məhkəmə
gömrük orqanına məlumat verməlidir.
286.3. Malların pirat və ya kontrafakt olduğu
müəyyən edildikdə, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş
tədbirlər həyata keçirilir.
286.4. Gömrük orqanları aşağıdakı hallarda
malların buraxılışının dayandırılması haqqında qərarı bu Məcəllənin 283.1-ci
maddəsində göstərilən müddət başa çatanadək ləğv edirlər:
286.4.1. buraxılışın dayandırılması haqqında
qərarın ləğvi barədə ərizəçinin müraciəti olduqda;
286.4.2. tərkibində əqli mülkiyyət
hüquqlarının obyekti olan mallar reyestrdən çıxarıldıqda.
286.5. Buraxılışın dayandırılması haqqında
qərar onu qəbul etmiş gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs
tərəfindən ləğv olunur.
286.6. Buraxılışın dayandırılması haqqında qərarın
ləğvi və malların buraxılması, hüquq sahibinin əqli mülkiyyət hüquqlarının
obyekti üzərində hüquqlarının qorunması ilə bağlı digər səlahiyyətli dövlət
orqanlarına müraciət etməsinə maneə yaratmır.
Maddə 287. Tərkibində
əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə gömrük
orqanlarının əlavə səlahiyyətləri
287.1. Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində
göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük
orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin
283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.
287.2. Bu Məcəllənin 287.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda gömrük orqanları hüquq sahibini və bəyannaməçini
dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt olmasını dəqiq
müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər.
Maddə 288. Əqli
mülkiyyət hüquqlarının qorunması tədbirləri tətbiq olunmayan mallar
Məcəllənin bu fəslində nəzərdə tutulan
tədbirlər fiziki şəxslər tərəfindən az miqdarda gömrük sərhədindən keçirilən,
yaxud beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal və ya digər
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara münasibətdə tətbiq
olunmur.
XVI
BÖLMƏ
MALLARIN GÖMRÜK
SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT
GÖNDƏRİŞLƏRİ, BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ
KEÇİRİLMƏSİ
FƏSİL
50
MALLARIN GÖMRÜK
SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ
Maddə 289.
Beynəlxalq poçt göndərişləri
289.1. Beynəlxalq poçt göndərişlərinə
aşağıdakılar aiddir:
289.1.1. poçt kartları;
289.1.2. məktublar;
289.1.3. banderollar;
289.1.4. xüsusi “M” kisələri;
289.1.5. kiçik paketlər;
289.1.6. poçt bağlamaları;
289.1.7. sekoqramlar.
289.2. Beynəlxalq poçt göndərişləri Ümumdünya
Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır.
289.3. Beynəlxalq poçt mübadilə
məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanları birgə müəyyən
edirlər.
289.4. Poçt rabitəsi
operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və beynəlxalq
poçt mübadiləsi məntəqələrində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini
həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma əsasında xidməti
sahələrlə və lazımi avadanlıqla təmin edirlər.
289.5. Beynəlxalq poçt
göndərişləri vasitəsilə göndərilən mallar
gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların
buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında
olurlar.
Maddə 290. Malların
gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinin
xüsusiyyətləri
290.1. Aşağıdakı malların gömrük sərhədindən
beynəlxalq poçt göndərişləri ilə keçirilməsinə icazə verilmir:
290.1.1. gömrük ərazisinə gətirilməsinə və bu
ərazidən aparılmasına bu Məcəllənin 214-cü maddəsinə əsasən qadağa qoyulan mallar;
290.1.2. Ümumdünya Poçt İttifaqının aktlarına
uyğun olaraq poçt vasitəsilə göndərilməsi qadağan olunan mallar.
290.2. Gömrük ərazisinə beynəlxalq poçt
göndərişləri ilə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllə və digər
qanunvericiliklə, beynəlxalq müqavilələrlə məhdudiyyət qoyulmuş malların gömrük
rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin
səlahiyyətli nümayəndələri) müvafiq icazə sənədini təqdim etməlidir.
290.3. Fiziki şəxslərin ünvanına
qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt
göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün
nəzərdə tutulmayan mallar gömrük rüsumlarından
və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir.
290.4. Beynəlxalq poçt göndərişlərinin
daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik
edən şəxslər gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük
nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün onları gömrük
orqanlarına təqdim etməlidirlər.
290.5. Beynəlxalq poçt göndərişləri ilə
gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılmasına qadağa və ya
məhdudiyyətlər qoyulan (müvafiq icazə sənədi olmadıqda) mallar Ümumdünya Poçt
İttifaqının aktlarına və bu Məcəlləyə uyğun olaraq gömrük orqanları tərəfindən
götürülür.
290.6. Beynəlxalq poçt göndərişlərinin
daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik
edən şəxslər beynəlxalq poçt göndərişlərinin gömrük orqanlarının icazəsi
olmadan alıcılara verilməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 291. Beynəlxalq
poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi
291.1. Ümumdünya Poçt İttifaqının aktlarında
nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə
göndərilən malların gömrük rəsmiləşdirilməsi bu Məcəlləyə uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada həyata keçirilir.
291.2. Gömrük bəyannaməsi təqdim edilməklə
beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi,
beynəlxalq poçt mübadiləsi məntəqələrində və yerlərində həyata keçirilir.
291.3. Audio-video yazılarının, maqnit və
digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət
vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata
keçirilir.
Maddə 292. Beynəlxalq
poçt göndərişləri ilə göndərilən malların bəyan olunması
292.1. Kommersiya və istehsal məqsədləri üçün
nəzərdə tutulan mallar beynəlxalq poçt göndərişləri ilə göndərildikdə, həmin
mallar bu Məcəllənin malların bəyan edilməsi ilə bağlı müddəalarına uyğun
olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan edilməlidir.
292.2. Gömrük orqanları üçün zəruri olan
məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə
tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən
mallar üçün gömrük bəyannaməsi tələb olunmur.
FƏSİL
51
MALLARIN GÖMRÜK
SƏRHƏDİNDƏN BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ
Maddə 293. Malların
gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi
293.1. Gömrük
ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun
olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir.
293.2. Bəyannaməçi
gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam
bəyannamə təqdim edir:
293.2.1. gömrük
orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi
verildiyi vaxt olmadıqda;
293.2.2. gömrük
bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini
müəyyənləşdirmək mümkün olmadıqda.
293.3. Gömrük
sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar seçilmiş gömrük proseduru
altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi
tələb olunmur.
293.4. Boru kəməri
vasitəsilə aparılan mallar seçilmiş gömrük proseduru altında yerləşdirilənədək,
müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərti ilə,
qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və
özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.
293.5. Nəqletmənin texnoloji cəhətlərindən,
malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük
sərhədindən boru kəməri vasitəsilə keçirilən malların normativ hüquqi aktların
tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, miqdarının və
kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.
293.6. Gömrük sərhədindən boru kəməri
vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 294. Gömrük
sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara qanunvericilikdə nəzərdə
tutulmuş ticarət siyasəti tədbirlərinin tətbiqi
Gömrük sərhədindən
boru kəməri vasitəsilə keçirilən mallara dair natamam bəyannamənin təsdiq
edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti
tədbirləri tətbiq olunur.
Maddə 295. Malların
gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi
295.1. Malların
elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisindən aparılması və ya bu
əraziyə gətirilməsi gömrük orqanlarının ilkin icazəsi alındıqdan sonra
həyata keçirilir.
295.2. Gömrük
sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük
rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır.
295.3. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə
təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:
295.3.1. gömrük
orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi
verildiyi vaxt olmadıqda;
295.3.2. gömrük
bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini
müəyyənləşdirmək mümkün olmadıqda.
295.4. Gömrük
sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzrə natamam bəyannamə onların göndərilmə
rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunmalıdır.[54]
295.5. Gömrük sərhədindən elektrikötürücü xətlər
vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük sərhədindən
elektrikötürücü xətlər vasitəsilə keçirilən malların gömrük rəsmiləşdirilməsi
həmin qaydalarda göstərilən müddətdə gömrük bəyannaməsinin təqdim olunması ilə
başa çatır.
Maddə 296. Gömrük
sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilən malların
eyniləşdirilməsi
296.1. Gömrük
sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilən
mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur.
296.2. Bu
Məcəllənin 296.1-ci maddəsi gömrük orqanları tərəfindən müvafiq sənədlərdə olan
məlumatlardan və ölçü cihazlarının göstəricilərindən istifadə olunmaqla
malların miqdarını, keyfiyyətini və digər xüsusiyyətlərini gömrük məqsədləri
üçün müəyyənləşdirməsinə maneə yaratmır.
Maddə 297. Daxili
malların xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən iki
gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə
keçirilməsi
Daxili malların
xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən iki gömrük
orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi bu
Məcəllənin 175-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Maddə 298. Boru
kəməri və elektrikötürücü xətləri vasitəsilə qarşılıqlı ötürülən malların
gömrük rəsmiləşdirilməsi
Boru kəməri və
elektrikötürücü xətlər vasitəsilə qarşılıqlı ötürülən malların gömrük
rəsmiləşdirilməsi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə və
qaydalara uyğun olaraq həyata keçirilir.
XVII
BÖLMƏ
FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ
FƏSİL
52
FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Maddə 299. Fiziki
şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları
299.1. Gömrük ərazisinə gətirilməsi və bu
ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan
edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada
keçirirlər.
299.2. Malların təyinatı fiziki şəxsin
səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə
üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi
yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin
mütəmadiliyi əsasında müəyyən edilir.
299.3. Fiziki şəxslər gömrük sərhədindən
malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük
rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq
olunur.
299.4. Fiziki şəxs gömrük sərhədindən
keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və
gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük
orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu
Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük
dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi
baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir.
Maddə 300. Fiziki
şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi
300.1. Fiziki şəxslərin gömrük sərhədindən
keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə
etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal”
və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur.
300.2. “Yaşıl kanal” buraxılış sistemi fiziki
şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt
göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan
edilməsi üçün nəzərdə tutulur.
300.3. “Qırmızı kanal” buraxılış sistemi
mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların yazılı formada bəyan
edilməsi üçün nəzərdə tutulur.
300.4. Fiziki şəxslər yazılı formada bəyan
edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində
göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair
sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.
300.5. Fiziki şəxslər tərəfindən gömrük
sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların
siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
300.6. Yazılı formada bəyan edilməli olan mallar
gömrük sərhədindən yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən
keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan olunur.
300.7. Fiziki
şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları
gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, sadələşdirilmiş bəyannaməni malların gömrük
orqanına təqdim edilməsi ilə eyni vaxtda verirlər.
300.8. Gömrük ərazisinə müşayiət olunmayan
baqajda gətirilən mallara dair sadələşdirilmiş bəyannamə bu Məcəllənin 149.3-cü
maddəsində nəzərdə tutulan müddətdə, gömrük ərazisindən müşayiət olunmayan
baqajda aparılan mallara dair sadələşdirilmiş bəyannamə isə, onların gömrük orqanına
təqdim edilməsi ilə eyni vaxtda verilir.
300.9. Müşayiət olunmayan baqajdakı mallar
onları keçirən şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan
edilmiş mallara dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan
edən şəxs daşıyır.
300.10. Müşayiət olunmayan baqajda yetkinlik
yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri,
qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında
hərəkət edən başqa şəxslər tərəfindən bəyan edilir.
Maddə 301. Fiziki
şəxslər tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməsi
301.1. Fiziki şəxslər gömrük rüsumlarını və
vergiləri gömrük sərhədindən keçirdikləri malları yazılı formada bəyan edilən
zaman yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödəyirlər.
301.2. Fiziki şəxslərin gömrük sərhədindən
keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük
rüsumlarının və vergilərin ödənilməməsi və ya bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına
mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən
(mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan
Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
məhdudiyyət qoyulmuş malların gömrük sərhədindən keçirilməsi müvafiq icazə
sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi
əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc
anbarında yerləşdirilməlidir.
Maddə 302. Fiziki
şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri
302.1. Malların gömrük dəyəri onları gömrük
sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən
bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın
əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük
orqanlarına təqdim edə bilər.
302.2. Malların bəyan edilmiş gömrük
dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların
satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya
sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək
hüququ vardır.
Maddə 303. Fiziki
şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən
keçirilən malların mənşə ölkəsi, onların etiketi (yarlığı), pasportu və
mənşəyinə dair məlumatları əks etdirən digər sənədlər əsasında müəyyən olunur.
Maddə 304. Fiziki
şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş
qaydada keçirilməsi
304.1. “Yaşıl kanal” buraxılış sistemi
vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi
zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla,
gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən
keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə
etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan
baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük
orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.
304.2. Fiziki şəxslərin gömrük sərhədindən
güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata
keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar
aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq
gömrük ödənişlərini ödəməlidir.
304.3. “Qırmızı kanal” buraxılış sistemi
vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük
rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından
azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət
siyasəti tədbirləri tətbiq edilməklə keçirilir.
304.4. Gömrük ərazisinə gətirilməsinə və bu
ərazidən aparılmasına bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş mallar gömrük
sərhədindən müvafiq icazə sənədləri əsasında keçirilir.
304.5. Fiziki şəxslər malları gömrük sərhədindən
sadələşdirilmiş qaydada keçirməkdən imtina edə bilərlər. Belə hallarda malların
gömrük sərhədindən keçirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi
qaydaları tətbiq edilir.
Maddə 305. Fiziki
şəxslər tərəfindən malların gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu
ərazidən müvəqqəti aparılması
305.1. Rezident fiziki şəxslər xarici
dövlətlərin ərazisində müvəqqəti qalma müddətində şəxsi istifadə üçün nəzərdə
tutulan malları gömrük rüsumlarından
və vergilərdən tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq
edilmədən gömrük ərazisindən aparmaq və həmin əraziyə geri qaytarmaq hüququna
malikdirlər.
305.2. Qeyri-rezident fiziki şəxslərin və
gömrük ərazisindən kənarda daimi yaşayan Azərbaycan Respublikasının
vətəndaşlarının gömrük ərazisində müvəqqəti qalma müddətində şəxsi istifadəsi
üçün lazım olan mallar həmin əraziyə gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, ticarət
siyasəti tədbirləri tətbiq edilmədən gətirilə bilər.
305.3. Fiziki şəxslərin gömrük ərazisinə
güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı
malların müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma
müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin gömrük ərazisinə güzəştli
qaydada müvəqqəti gətirdiyi bəzi kateqoriya mallar üçün gömrük ərazisində
qalmanın son müddətini müəyyən edir.
305.4. Yazılı formada bəyan edilməli olan
malların fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada gömrük ərazisinə
müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti aparılması da sadələşdirilmiş
bəyannamə vasitəsilə bəyan edilir.
305.5. Təbii aşınma və təbii itki halları
istisna olmaqla, müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar
dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır.
305.6. Fiziki şəxslər tərəfindən müvəqqəti
gətirilmiş və ya müvəqqəti aparılmış malların geri aparılmasının və ya geri
gətirilməsinin gömrük rəsmiləşdirilməsi istənilən gömrük orqanında həyata
keçirilə bilər.
Maddə 306. Fiziki şəxslər
tərəfindən nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi və müvəqqəti
aparılması
Fiziki şəxslər onlara məxsus olan, yaxud
istifadəsinə müvəqqəti verilmiş nəqliyyat vasitələrini bu Məcəllənin
müddəalarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
güzəştli və sadələşdirilmiş qaydada gömrük ərazisindən müvəqqəti apara və ya bu
əraziyə müvəqqəti gətirə bilərlər.
XVIII
BÖLMƏ
QEYRİ-REZİDENTLƏRİN
AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ
FƏSİL 53
XARİCİ DÖVLƏTLƏRİN
NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI, HABELƏ DİGƏR QEYRİ-REZİDENTLƏR ÜÇÜN
GÖMRÜK GÜZƏŞTLƏRİ
Maddə 307. Xarici
dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri
307.1. Xarici dövlətlərin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəlikləri özlərinin rəsmi istifadəsi üçün
nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən
keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından,
vergilərdən və digər gömrük ödənişlərindən azad olunmaqla gömrük ərazisinə
gətirə və bu ərazidən apara bilərlər.
307.2. Bu Məcəllənin 307.1-ci maddəsi
saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq
malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar
saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə
aldığı gömrük ödənişlərinə şamil edilmir.
Maddə 308. Xarici
dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin
üzvləri üçün gömrük güzəştləri
308.1. Xarici dövlətlərin diplomatik
nümayəndəliklərinin başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla
birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və
nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına
riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük
ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara
bilərlər.
308.2. Xarici dövlətlərin diplomatik
nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla
birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.
308.3. Xarici dövlətlərin diplomatik
nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla
birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarında şəxsi istifadə üçün nəzərdə
tutulmayan, gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması bu
Məcəllə, müvafiq qanunvericiliklə və beynəlxalq müqavilələrlə qadağan edilən,
məhdudlaşdırılan malların mövcudluğu haqqında kifayət qədər əsaslar olduqda,
gömrük orqanları həmin şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin
iştirakı ilə gömrük baxışı keçirirlər.
Maddə 309. Xarici
dövlətlərin diplomatik nümayəndəliklərinin inzibati-texniki heyətinin
əməkdaşları üçün gömrük güzəştləri
309.1. Xarici dövlətlərin diplomatik
nümayəndəliklərinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə
yaşayan ailə üzvləri (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan
Respublikasının vətəndaşı deyilsə, yaxud daimi olaraq Azərbaycan
Respublikasında yaşamırlarsa) gömrük ödənişlərindən azad edilməklə, şəxsi
istifadə üçün nəzərdə tutulan malları gömrük ərazisinə gətirə bilərlər.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsi
saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq
malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar
saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə
aldığı gömrük ödənişlərinə şamil edilmir.
Maddə 310.
Xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyətinin üzvləri üçün
nəzərdə tutulan gömrük güzəştlərinin inzibati-texniki və xidmətçi heyətin
əməkdaşlarına şamil edilməsi
Xarici dövlətlərlə bağlanılan beynəlxalq
müqavilələr əsasında bu Məcəllədə xarici dövlətlərin nümayəndəliklərinin diplomatik
heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir dövlətlə qarşılıqlı olmaq şərti
ilə, bu nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşı olmayan və ya
daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati-texniki və xidmətçi
heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə də şamil edilə bilər.
Maddə 311. Xarici
dövlətlərin konsulluq nümayəndəlikləri və onların heyət üzvləri üçün gömrük
güzəştləri
311.1. Xarici dövlətlərin konsulluq
nümayəndəliklərinə, onların başçılarına, digər vəzifəli şəxslərinə və
qulluqçularına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar və
onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya
Azərbaycan Respublikasında daimi yaşamırlarsa) xarici dövlətlərin diplomatik
nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu
Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq
edilir.
311.2. Xarici dövlətlərlə bağlanılan
beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici dövlətlərin nümayəndəliklərinin
diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir dövlətlə qarşılıqlı
olmaq şərti ilə, konsulluq nümayəndəliklərinin Azərbaycan Respublikasının
vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan
xidmətçi heyət işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər.
Maddə 312. Xarici
dövlətlərin diplomatik poçtunun və konsul valizinin (çantasının) gömrük
sərhədindən keçirilməsi
312.1. Gömrük sərhədindən keçirilən xarici
dövlətlərin diplomatik poçtunu və konsul valizini (çantasını) açmaq və
gecikdirmək olmaz.
312.2. Konsul valizində bu Məcəllənin
312.4-cü maddəsində göstərilməyən əşyaların mövcudluğu haqqında kifayət qədər
əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri xarici dövlətin
səlahiyyətli şəxsləri tərəfindən konsul valizinin açılmasını tələb edirlər. Bu
tələbin yerinə yetirilməsindən imtina edildikdə, konsul valizi açılmadan geri
qaytarılır.
312.3. Diplomatik poçt və konsul valizi olan
bütün yerlərdə onların xarakterini əks etdirən, görünən xarici nişanlar
olmalıdır.
312.4. Diplomatik poçt yalnız rəsmi istifadə
üçün nəzərdə tutulan diplomatik sənədlərdən və mallardan, konsul valizi isə
yalnız rəsmi yazışma və sənədlərdən, yaxud yalnız rəsmi istifadə üçün nəzərdə
tutulmuş mallardan ibarət ola bilər.
Maddə 313. Xarici
dövlətlərin diplomatik və konsulluq kuryerləri üçün gömrük güzəştləri
313.1. Xarici dövlətlərin diplomatik və konsulluq
kuryerləri gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı azadolunma
əsasında şəxsi istifadə üçün olan malları gömrük ərazisinə gətirə və bu
ərazidən apara bilərlər.
313.2. Bu Məcəllənin 313.1-ci maddəsi
saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq
malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar
saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə
aldığı gömrük ödənişlərinə şamil edilmir.
Maddə 314. Xarici
dövlətlərin nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri
Dövlətlərarası danışıqlarda, beynəlxalq
konfranslarda, seminarlarda, müşavirələrdə iştirak etmək üçün və ya digər rəsmi
tapşırıqla Azərbaycan Respublikasına gələn xarici dövlətlərin nümayəndələrinə,
parlament və hökumət nümayəndə heyətlərinin üzvlərinə, həmçinin qarşılılıq
prinsipi əsasında xarici dövlətlərin nümayəndə heyətinin əməkdaşlarına bu
Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün
nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir. Bu güzəştlər həmin şəxsləri
müşayiət edən ailə üzvlərinə də şamil olunur.
Maddə 315.
Gömrük ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvləri,
konsulluqlarının vəzifəli şəxsləri və onların ailə üzvləri üçün gömrük
güzəştləri
Gömrük ərazisindən tranzitlə keçən xarici
dövlətlərin diplomatik heyət üzvlərinə, konsulluqlarının vəzifəli şəxslərinə,
həmin şəxslərin ailə üzvlərinə, habelə bu Məcəllənin 314-ci maddəsində
göstərilən şəxslərə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət
üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir.
Maddə 316.
Dövlətlərarası və hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki
xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin
əməkdaşları üçün gömrük güzəştləri
Beynəlxalq dövlətlərarası və hökumətlərarası
təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu
təşkilatların və nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri üçün
gömrük güzəştləri müvafiq beynəlxalq müqavilələrlə müəyyən edilir.
XIX BÖLMƏ
XARİCİ TİCARƏTİN GÖMRÜK
STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI
FƏSİL 54
GÖMRÜK STATİSTİKASININ
APARILMASI
Maddə 317.
Xarici ticarətin gömrük statistikası
317.1. Gömrük orqanları Azərbaycan
Respublikasında xarici ticarətin cari vəziyyətini, dinamikasını, inkişaf
meyllərini və perspektivlərini təhlil etmək, gömrük ödənişlərinin dövlət
büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək
məqsədi ilə malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların
toplanması, təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin
gömrük statistikasını aparırlar.
317.2. Azərbaycan Respublikasında xarici
ticarətin gömrük statistikasının məlumatları Azərbaycan Respublikasının Milli
Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və müvafiq icra
hakimiyyəti orqanlarına təqdim olunur.
317.3. Xarici ticarətin gömrük statistikası
bu Məcəlləyə və rəsmi statistika haqqında qanunvericiliyə uyğun olaraq, xarici
ticarət əlaqələri barədə məlumatların müqayisəliliyini təmin edən metodologiya
əsasında aparılmalıdır.
317.4. Müvafiq icra hakimiyyəti orqanı
beynəlxalq müqavilələr və qanunvericiliklə müəyyən edilmiş qaydada xarici
ticarətin gömrük statistikasının məlumatlarını beynəlxalq təşkilatlara təqdim
edə bilər.
317.5. Xarici ticarətin gömrük statistikası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və müddətdə nəşr olunmalıdır.
Maddə 318.
Xüsusi gömrük statistikası
318.1. Gömrük orqanları öz səlahiyyətlərini
həyata keçirməsini təmin etmək məqsədilə xüsusi gömrük statistikasını
aparırlar.
318.2. Xüsusi gömrük statistikasının
aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
318.3. Xüsusi gömrük statistikasının
məlumatları gömrük orqanları tərəfindən yalnız gömrük məqsədləri üçün istifadə
olunur.
FƏSİL 55
XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL
NOMENKLATURASININ APARILMASI
Maddə 319. Xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası
319.1. Xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı
mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə
birləşdirən təsnifatdır.
319.2. Xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma
səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının ayrılmaz hissəsidir.
319.3. Xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici
ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir.
319.4. Azərbaycan Respublikasında istifadə
edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası Ümumdünya Gömrük
Təşkilatının malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş
Sisteminə, Avropa Birliyinin Kombinə Edilmiş Sisteminə və Müstəqil Dövlətlər
Birliyinin xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun
olmalıdır.
319.5. Xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 320.
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması
320.0. Müvafiq icra
hakimiyyəti orqanı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar:
320.0.1. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin,
bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların
izlənməsini və
gömrük işində operativ tətbiqini” təmin edir;[55]
320.0.2. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının onun beynəlxalq əsaslarına uyğunlaşdırılması üzrə təkliflər
hazırlayır;
320.0.3. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə xarici iqtisadi
fəaliyyətin mal nomenklaturasının işlənib hazırlanması, ona dəyişikliklər və
əlavələr olunması barədə təkliflərin hazırlanmasını təmin edir;
320.0.4. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının beynəlxalq əsaslarının hazırlanması, ona dəyişikliklər və
əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə məsələlərlə məşğul olan
beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir;
320.0.5. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının nəşrini təmin edir;
320.0.6. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının, onun beynəlxalq əsaslarının təfsiri üzrə beynəlxalq
şərhlərin (qeydlərin) və qərarların nəşrini təmin edir;
320.0.7. müvafiq icra hakimiyyəti orqanlarını xarici iqtisadi fəaliyyətin
mal nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin
edir;
320.0.7-1. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir;[56]
320.0.8. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının aparılması üzrə digər funksiyaların yerinə yetirilməsini
təmin edir.
Maddə 321.
Malların təsnifatı
321.1. Mallar bəyan edilərkən malların
təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasında kodu (kodları) müəyyən olunur.
321.2. Maraqlı şəxslərin müraciəti olduqda,
gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair
icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər.
321.3. Bəyan edilən malların xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün
göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma
hüququna malikdirlər.
321.4. Malların təsnifatını apararkən, gömrük
orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların
kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən
məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr
tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya
xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.
321.5. Gömrük orqanlarının malların təsnifatı
haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə
səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində
müəyyən edilmiş qaydada şikayət verə bilər.
XX BÖLMƏ
GÖMRÜK EKSPERTİZASI
FƏSİL 56
GÖMRÜK
EKSPERTİZASININ APARILMASI
Maddə 322.
Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları
322.1. Gömrük ekspertizasının aparılmasının
məqsədi aşağıdakılardan ibarətdir:
322.1.1. malların tərkibinin və texniki
göstəricilərinin müəyyən edilməsi;
322.1.2. malların xarici iqtisadi fəaliyyətin
mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən
edilməsi və eyniləşdirilməsi;
322.1.3. malların mənşə ölkəsinin, emal
prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən
edilməsi;
322.1.4. ixrac nəzarətinə düşən malların
ikili təyinatlı olmasının yoxlanılması;
322.1.5. malların kimyəvi və mineraloji
tərkibinin müəyyən edilməsi;
322.1.6. ekoloji baxımdan təhlükəli,
tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən
edilməsi;
322.1.7. radiasiya təhlükəsi olan malların
müəyyən edilməsi;
322.1.8. malların gömrük dəyərinin təyin
olunması;
322.1.9. malların tarixi və sənətşünaslıq
baxımından dəyərliliyinin müəyyən edilməsi.
322.2. Gömrük ekspertizası mallar üzərində
gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi
aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul
edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin
müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır.
322.3. Gömrük ekspertizası şəxsin bununla
əlaqədar müraciəti olduqda da aparılır.
322.4. Gömrük ekspertizası gömrük
laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər
ekspertlər tərəfindən aparılır.
322.5. Gömrük ekspertizası gömrük
orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və
ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi,
yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.
322.6. Mürəkkəb ekspert tədqiqatlarının
aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin qərarı əsasında
eyni ixtisaslı bir neçə ekspertə həvalə olunmaqla komisyon ekspertiza
keçirilir.
322.7. Bu Məcəllənin 322.1-ci maddəsində
göstərilənlər müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi
daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat
aparılmaqla müəyyən edilə bildikdə, kompleks ekspertiza keçirilir.
322.8. Malların gömrük ekspertizasına
göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) aşağıdakılar
göstərilməlidir:
322.8.1. gömrük ekspertizasının aparılmasının
məqsədləri;
322.8.2. gömrük ekspertizasının aparılacağı
gömrük laboratoriyasının adı;
322.8.3. ekspertin qarşısında qoyulmuş
suallar;
322.8.4. ekspertə təqdim olunmuş
materialların və sənədlərin siyahısı;
322.8.5. bilə-bilə yalan rəy verməsinə görə
ekspertin məsuliyyəti haqqında xəbərdarlıq.
322.9. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə,
mallar barədə səlahiyyəti olan digər
şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına
göndərilməsi barədə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq
və vəzifələri izah olunur. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə,
mallar barədə səlahiyyəti olan digər
şəxslərə və ya onların nümayəndələrinə hüquq və vəzifələrinin izah
olunması barədə qərarda müvafiq qeyd aparır.
322.10. Gömrük
nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar
barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının aparılması üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məbləğdə həmin şəxslər tərəfindən gömrük yığımı
ödənilir.
322.11. Gömrük orqanlarının təşəbbüsü ilə
keçirilən gömrük ekspertizalarının aparılması ilə bağlı xərclər dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
322.12. Tədqiqat obyektinin gömrük
laboratoriyasına gətirilməsi mümkün olmadığı hallar istisna olmaqla, gömrük
ekspertizası gömrük laboratoriyasının binasında aparılır. Ekspert gömrük
ekspertizasının aparılmasına yalnız gömrük laboratoriyasının rəhbərinin yazılı
göstərişi əsasında başlaya bilər.
322.13. Gömrük ekspertizasının nəticələrinə
dair ekspert tərəfindən rəy verilir.
322.14. Gömrük ekspertizası aparılarkən
mallardan prob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq
götürülür.
322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 323. Ekspertin
hüquqları və vəzifələri
323.1. Ekspert aşağıdakı hüquqlara malikdir:
323.1.1. tədqiqat obyektinə aid materiallar
və sənədlərlə tanış olmaq;
323.1.2. gömrük ekspertizasını aparmaq üçün
zəruri olan əlavə materiallar və sənədlər tələb etmək;
323.1.3. tədqiqat obyektinə
aid məlumatların aydınlaşdırılması üçün gömrük orqanlarının vəzifəli
şəxslərinə, bəyannaməçiyə, mallar
barədə səlahiyyəti olan digər
şəxslərə və onların nümayəndələrinə suallar vermək;
323.1.4. qoyulmuş
suallardan əlavə tədqiqat obyektinə aid olan və iş üçün əhəmiyyətli hesab
etdiyi digər halları öz rəyində göstərmək;
323.1.5. səlahiyyətlərinə aid olmayan
sualları cavablandırmaqdan imtina etmək;[57]
323.1.6. təqdim olunan materiallar və
sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizanı aparmaqdan
imtina etmək;
323.1.7. gömrük orqanlarının icazəsi ilə
gömrük nəzarətinin həyata keçirilməsində iştirak etmək.
323.2. Ekspertin vəzifələri aşağıdakılardır:
323.2.1. şəxslərə gömrük ekspertizasına dair
məsləhətlər vermək;
323.2.2. gömrük ekspertizasına təqdim olunmuş
mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini
tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək;
323.2.3. təqdim olunan materiallar və
sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasını təyin
etmiş gömrük orqanına, yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri
göstərilməklə, yazılı məlumat vermək;
323.2.4. gömrük ekspertizasının aparılması
üçün gömrük orqanlarından və digər şəxslərdən aldığı, habelə əldə etdiyi
nəticələr barədə məlumatları yaymamaq.
323.2-1. Ekspert qarşısında qoyulan
suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar
və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda,
ekspert rəy verməkdən imtina edir.[58]
323.3. Ekspert öz vəzifələrini müəyyən
olunmuş qaydada yerinə yetirməməsinə, eləcə də bilə-bilə yalan rəy verməsinə
görə qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.
Maddə 324. Gömrük
ekspertizasının aparılarılması zamanı bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya
onların nümayəndələrinin hüquqları
324.1. Gömrük ekspertizasının aparılması
zamanı bəyannaməçi, mallar barədə
səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri aşağıdakı
hüquqlara malikdirlər:
324.1.1. ekspertə əsaslandırılmış etiraz
etmək;
324.1.2. konkret ekspertin təyin olunması
barədə vəsatət vermək;
324.1.3. ekspert qarşısında əlavə sualların
qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək;
324.1.4. ekspertizanın aparılmasında iştirak
etmək və ekspertə izahatlar vermək;
324.1.5. mallardan prob və nümunələr
götürmək;
324.1.6. ekspertin rəyi, yaxud onun rəy verə
bilməməsi barədə məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın
surətini almaq;
324.1.7. əlavə və ya təkrar ekspertizanın
aparılması barədə vəsatət vermək.
324.2. Bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və onların nümayəndələrinin vəsatəti
təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş vəzifəli şəxsi müvafiq
qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda, gömrük
orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət
verənə yazılı məlumat verməlidir.
Maddə 325. Ekspert
rəyi
325.1. Aparılmış tədqiqatlar əsasında və
onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy
verir.
325.2. Ekspertin rəyində tədqiqatın
aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən
və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə
təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar
göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş
suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır.
325.3. Bu Məcəllənin 322.6-cı maddəsində
nəzərdə tutulan komisyon ekspertizanın aparılması zamanı ekspertlər arasında
fikir ayrılığı yaranarsa, hər bir ekspert ayrıca rəy təqdim etmək hüququna
malikdir.
325.4. Bu Məcəllənin 322.7-ci maddəsində
nəzərdə tutulan kompleks ekspertiza aparıldıqda hər bir ekspert rəyin ona aid
olan hissəsini imzalayır.
Maddə 326. Əlavə və
təkrar gömrük ekspertizası
326.1. Qoyulmuş suallara ekspert tam cavab
vermədikdə və ya tədqiqat obyektinə dair əlavə suallar yarandıqda, həmin
ekspertə və ya başqa ekspertə həvalə edilməklə, əlavə ekspertiza təyin olunur.
326.2. Ekspertin rəyinin əsaslandırılmadığı
və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud
bəyannaməçinin, mallar barədə
səlahiyyəti olan digər şəxslərin
şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla, təkrar gömrük
ekspertizası təyin olunur.
XXI BÖLMƏ
MALLAR VƏ NƏQLİYYAT
VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ
OLUNMASI
FƏSİL 57
MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ
SƏRƏNCAM VERİLMƏSİ
Maddə 327.
Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi
327.1. Gömrük işi sahəsində cinayət işləri və
digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə
edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat
vasitələri dövlət mülkiyyətinə keçirilir.
327.2. Bu Məcəllənin 327.1-ci maddəsində
göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 328. Dövlət
mülkiyyətinə keçirilmiş mallar və
nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları
328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar
və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır.
328.2. Gömrük hərraclarında iştiraka görə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük
hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti
sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.
328.3. Dövlət mülkiyyətinə keçirilmiş
malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı
xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir.
328.4. Gömrük orqanlarının, müvafiq icra
hakimiyyəti orqanının tabeliyində olan qurumların işçiləri, həmçinin onların
ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini
birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.
328.5. Dövlət mülkiyyətinə keçirilmiş
malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 329. Çatışmayan
məbləğin tutulması
Dövlət mülkiyyətinə keçirilmiş malların və
nəqliyyat vasitələrinin gömrük hərraclarında satışından əldə edilən vəsait
gömrük orqanlarının xərclərini ödəmək üçün kifayət etmədikdə, çatışmayan məbləğ
bu Məcəllənin 245-ci maddəsində göstərilən, gömrük ödənişlərinin ödənilməsinə
görə məsul şəxslərdən tutulur.
Maddə 330. Mülki
dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar, satılmayan, tez xarab olan, həmçinin saxlanc müddəti keçmiş mallar
barəsində sərəncam verilməsi
330.1. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi
məhdudlaşdırılmış malların siyahısı müvafiq qanunla, tez xarab olan malların
siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
330.2. Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan, yaxud
mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində
sərəncam verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 331. Malların məhvi
331.1. Gömrük
orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallarda və qaydada məhv edilə bilər.
331.2. Malların məhvi və
yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların
sahibinin vəsaiti hesabına yerinə yetirilir.
331.3. Məhv edilən
xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti
tədbirləri tətbiq olunmur.
331.4. Malların məhvi
nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə
edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər
tətbiq olunur.
Maddə 332. Mallardan dövlətin xeyrinə imtina
332.1. Xarici mallardan və son istifadə xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın
sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.
332.2. Mallardan
dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.
332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı
bir xərcin çəkilməsinə səbəb olmamalıdır.
332.4. Dövlətin xeyrinə
imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət
siyasəti tədbirləri tətbiq olunmur.
FƏSİL 58
BU MƏCƏLLƏYƏ MÜVAFİQ
OLARAQ ƏLDƏ EDİLMİŞ VƏSAİTDƏN İSTİFADƏ
Maddə 333. Gömrük
orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, əlavə dəyər
vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi
Gömrük orqanları tərəfindən alınan gömrük
rüsumları, dövlət rüsumu, əlavə dəyər
vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq
qanunvericiliklə müəyyən ölünmüş qaydada dövlət büdcəsinə köçürülür.
Maddə 334. Digər
vəsaitlər[59]
334.1. Gömrük orqanları tərəfindən gömrük işi
sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati
xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə
keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait,
cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə
tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra
hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir:
334.1.1. müvafiq icra hakimiyyəti orqanının
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
334.1.2. dövlət büdcəsinə köçürülməklə müvafiq icra
hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin
aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
334.1.3. gömrük orqanlarının, müvafiq icra
hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial
bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki
potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi
vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq
təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə.
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə
tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə
tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
MÜNDƏRİCAT
ÜMUMİ
HİSSƏ
I
BÖLMƏ
ÜMUMİ
MÜDDƏALAR
FƏSİL 1 |
Əsas müddəalar |
1 |
FƏSİL 2 |
Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti |
13 |
II
BÖLMƏ
GÖMRÜK
ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ
FƏSİL 3 |
Gömrük təmsilçiliyi |
14 |
FƏSİL 4 |
Gömrük daşıyıcısı |
16 |
FƏSİL 5 |
Səlahiyyətli iqtisadi operatorlar |
17 |
III
BÖLMƏ
GÖMRÜK
İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
FƏSİL 6 |
Gömrük işində informasiya sistemlərinin və
informasiya texnologiyalarının tətbiqi |
18 |
FƏSİL 7 |
Gömrük işinə dair məlumatların mübadiləsi
və mühafizəsi |
19 |
FƏSİL 8 |
Gömrük orqanlarının elektron məlumat
sistemi |
22 |
IV
BÖLMƏ
GÖMRÜK ORQANLARININ
QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ
FƏSİL 9 |
Gömrük orqanlarının qərarları |
24 |
FƏSİL 10 |
Gömrük orqanlarının, onların vəzifəli
şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən
şikayətvermə |
26 |
V
BÖLMƏ
GÖMRÜK ORQANLARININ
VƏZİFƏLİ ŞƏXSLƏRİ
FƏSİL 11 |
Gömrük orqanlarının vəzifəli şəxslərinin
hüquqi statusu, dövlət və sosial müdafiəsi |
27 |
FƏSİL 12 |
Gömrük orqanlarının vəzifəli şəxslərinin
səlahiyyətləri |
28 |
XÜSUSİ
HİSSƏ
VI
BÖLMƏ
GÖMRÜK NƏZARƏTİ
FƏSİL 13 |
Gömrük nəzarətinin həyata keçirilməsi |
39 |
FƏSİL 14 |
Gömrük nəzarətinin təşkili |
44 |
FƏSİL 15 |
Risklərin
idarə edilməsi |
50 |
VII
BÖLMƏ
GÖMRÜK
RƏSMİLƏŞDİRİLMƏSİ
FƏSİL 16 |
Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar |
51 |
VIII
BÖLMƏ
MALLARIN
GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI
FƏSİL 17 |
Malların gömrük ərazisinə gətirilməsi |
54 |
FƏSİL 18 |
Malların gömrük ərazisindən aparılması |
59 |
FƏSİL 19 |
İxrac, təkrar ixrac və müvəqqəti ixrac |
60 |
|
IX
BÖLMƏ NƏQLİYYAT
VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA
DÜŞMƏSİ |
|
FƏSİL 20 |
Nəqliyyat vasitələrinin gömrük ərazisinə
daxil olması |
63 |
FƏSİL 21 |
Nəqliyyat vasitələrinin gömrük ərazisindən
yola düşməsi |
65 |
FƏSİL 22 |
Şəxslərin gömrük ərazisinə daxil olması və
bu ərazidən yola düşməsi |
67 |
X
BÖLMƏ
GÖMRÜK
PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR
FƏSİL 23 |
Bəyanetmə və gömrük bəyannaməsi |
68 |
FƏSİL 24 |
Gömrük bəyannaməsində göstərilən
məlumatların, onunla birgə təqdim edilən sənədlərin və malların yoxlanılması |
73 |
FƏSİL 25 |
Buraxılış |
76 |
FƏSİL 26 |
Sərbəst dövriyyə üçün buraxılış |
77 |
FƏSİL 27 |
Təkrar idxal |
77 |
XI
BÖLMƏ
XÜSUSİ GÖMRÜK
PROSEDURLARI
FƏSİL 28 |
Ümumi müddəalar |
78 |
FƏSİL 29 |
Tranzit |
81 |
FƏSİL 30 |
Saxlanc |
82 |
FƏSİL 31 |
Sərbəst zona |
85 |
FƏSİL 32 |
Xüsusi istifadə |
87 |
FƏSİL 33 |
Emal |
89 |
XII
BÖLMƏ
MALLARIN
KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR
FƏSİL 34 |
Malların kabotaj daşınması |
92 |
FƏSİL 35 |
Gömrük təminatları |
93 |
FƏSİL 36 |
Təhlükəsiz ixrac sxemi |
94 |
FƏSİL 37 |
Malların gömrük ərazisinə gətirilməsinin,
bu ərazidən aparılmasının qadağan edilməsi və məhdudlaşdırılması |
96 |
FƏSİL 38 |
Gömrük sərhədindən keçirilən malların
nəzarətli göndərişi |
97 |
XIII
BÖLMƏ
GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR
TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR
FƏSİL 39 |
Gömrük tarifi və malların tarif təsnifatı |
98 |
FƏSİL 40 |
Malların gömrük dəyəri |
99 |
FƏSİL 41 |
Malların mənşəyi |
100 |
XIV
BÖLMƏ
GÖMRÜK ÖDƏNİŞLƏRİ,
GÖMRÜK BORCU VƏ TƏMİNAT
FƏSİL 42 |
Əsas müddəalar |
101 |
FƏSİL 43
|
Malların idxalı və ixracı üzrə yaranmış
gömrük borclarına dair ümumi müddəalar |
104 |
FƏSİL 44
|
Gömrük borcunun hesablanması və ödənilməsi |
107 |
FƏSİL 45
|
Mövcud və yarana biləcək gömrük borcu üçün
təminat |
111 |
FƏSİL 46 |
Gömrük borcu üzrə ödənilmiş gömrük
ödənişlərinin qaytarılması və gömrük borcunun ləğvi |
115 |
XV
BÖLMƏ
GÖMRÜK NƏZARƏTİNƏ DAİR
ƏLAVƏ MÜDDƏALAR
FƏSİL 47 |
Gömrük orqanları tərəfindən valyuta
nəzarətinin həyata keçirilməsi |
117 |
FƏSİL 48 |
Gömrük orqanları tərəfindən ixrac nəzarətinin
həyata keçirilməsi |
118 |
FƏSİL 49 |
Tərkibində əqli mülkiyyət hüquqlarının
obyektləri olan mallar üzərində gömrük nəzarəti |
118 |
XVI
BÖLMƏ
MALLARIN
GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ, BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ
XƏTLƏR VASİTƏSİLƏ KEÇİRİLMƏSİ
FƏSİL 50 |
Malların gömrük sərhədindən beynəlxalq poçt
göndərişləri vasitəsilə keçirilməsi |
123 |
FƏSİL 51 |
Malların gömrük sərhədindən boru kəməri və
elektrikötürücü xətlər vasitəsilə keçirilməsi |
125 |
XVII
BÖLMƏ
FİZİKİ
ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN
KEÇİRİLMƏSİ
FƏSİL 52 |
Fiziki şəxslər tərəfindən malların və
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri |
127 |
XVIII
BÖLMƏ
QEYRİ-REZİDENTLƏRİN
AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ
FƏSİL 53 |
Xarici dövlətlərin nümayəndəlikləri və
onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün gömrük güzəştləri |
131 |
XIX
BÖLMƏ
XARİCİ
TİCARƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI
FƏSİL 54 |
Gömrük statistikasının aparılması |
134 |
FƏSİL 55 |
Xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının aparılması |
135 |
XX
BÖLMƏ
GÖMRÜK
EKSPERTİZASI
FƏSİL 56 |
Gömrük ekspertizasının aparılması |
137 |
XXI
BÖLMƏ
MALLAR
VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN
VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI
FƏSİL 57 |
Mallar və nəqliyyat vasitələri barəsində
sərəncam verilməsi |
140 |
FƏSİL 58 |
Bu Məcəlləyə müvafiq olaraq əldə edilmiş
vəsaitdən istifadə |
142 |
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 sentyabr 2014-cü
il tarixli 1035-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 noyabr 2014-cü il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, № 10, maddə 1155)
2. 28 oktyabr 2014-cü
il tarixli 1094-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, № 11, maddə 1368)
3. 28 oktyabr 2016-cı
il tarixli 380-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791)
4. 1 fevral
2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3,
maddə 339)
5. 25 aprel
2017-ci il tarixli 646-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, № 8, maddə 1510)
6. 13 iyun 2017-ci
il tarixli 744-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, № 7, maddə 1303)
7. 29 dekabr
2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1,
maddə 30)
8. 30 oktyabr
2018-ci il tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il,
№ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2211)
9. 28 dekabr 2018-ci il tarixli 1413-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, № 23)
10. 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2521)
11. 3 may 2019-cu
il tarixli 1584-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 5, maddə 814)
12. 12 iyul 2019-cu
il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1383)
13. 1 may 2020-ci
il tarixli 72-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, №5, maddə 522)
14. 19 may 2020-ci il
tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832)
15. 18 dekabr
2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, №
276, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1438)
16. 29 oktyabr 2021-ci il tarixli 390-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1204)
17. 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315)
18. 9 dekabr 2022-ci il tarixli 678-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1386)
19. 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il,
28 yanvar 2023-cü
il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 33)
20. 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il,
20 fevral 2023-cü
il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, № 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 210)
21. 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart
2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 335)
22. 24 iyun 2023-cü il tarixli 930-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul
2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7,
maddə 908)
23.
24 may 2024-cü il tarixli 1163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7,
maddə 747)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 fevral 2017-ci il
tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339) ilə 4.1-ci maddəyə “Qanunundan,”
sözündən sonra “Antidempinq,
kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının
Qanunundan,” sözləri əlavə edilmişdir.
[2] 28
dekabr 2018-ci il tarixli 1413-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, № 23) ilə 4.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 4.2.6-cı maddə əlavə edilmişdir.
[3] 28
dekabr 2018-ci il tarixli 1413-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, № 23) ilə yeni məzmunda 4.4-1-ci maddə əlavə edilmişdir.
[4] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 335) ilə 8.0.22-ci maddə ləğv edilmişdir.
[5] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust
2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8,
maddə 1383) ilə 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını,
onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair
dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilmişdir.
30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 20 fevral 2023-cü
il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 2, maddə 210) ilə 9.0.5-ci maddədə “qida
məhsullarına münasibətdə
qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların
istehsalçılarının qida təhlükəsizliyi
qeydiyyatına alınmasına dair dövlət
reyestrindən çıxarışı” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib
edilən idxal zamanı elektron
bildirişi, Qida Təhlükəsizliyi
Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri” sözləri ilə
əvəz edilmişdir.
24 may 2024-cü il tarixli 1163-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15 iyul
2024-cü il, “Azərbaycan” qəzeti, 16 iyul 2024-cü
il, № 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 747) ilə 9.0.5-ci maddəyə “sənədləri” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və
istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışı”
sözləri əlavə edilmişdir.
[6] 28 oktyabr 2016-cı
il tarixli 380-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.
[7] 28 dekabr 2018-ci
il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
12, I kitab, maddə 2521) ilə 13-1.2-ci maddəyə “istifadə qaydaları” sözlərindən sonra “, o cümlədən xarici ticarət
iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu
əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası”
sözləri əlavə edilmişdir.
[8] 3 dekabr 2021-ci il tarixli 416-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315) ilə yeni məzmunda 32-1-ci maddə əlavə edilmişdir.
[9] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 40.2-ci maddədə “, gömrük
rəsmiləşdirilməsinə dair ərizəni” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən” sözləri əlavə edilmişdir.
[10] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 40.3-cü maddədə “, gömrük
rəsmiləşdirilməsinə dair ərizə” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən” sözləri əlavə edilmişdir.
[11] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 40.4-cü maddədən “, gömrük
rəsmiləşdirilməsinə dair ərizənin” sözləri çıxarılmışdır.
[12] 28 oktyabr 2016-cı
il tarixli 380-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791) ilə 42.1-ci
maddədə “mübadiləsi” sözündən sonra
“, o cümlədən risk qiymətləndirilməsinin
və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması” sözləri əlavə edilmişdir.
[13] 13 iyun 2017-ci il tarixli
744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 45.2-ci, 48.1-ci, 48.3-cü, 50.1-ci maddələrin birinci cümlələrinə,
150.5-ci maddənin üçüncü cümləsinə və 210.4-cü maddəyə “yazılı” sözündən sonra “, o
cümlədən elektron” sözləri əlavə edilmişdir.
[14] 29 dekabr 2017-ci il
tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 30) ilə 64.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən
həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid
olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə
başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol
verilmir.
[15] 3 may 2019-cu il tarixli 1584-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, № 5, maddə 814) ilə 70.2-ci maddəsinə “mühasibat” sözündən sonra “uçotu”
sözü əlavə edilmişdir.
[16] 28 oktyabr 2014-cü
il tarixli 1094-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, № 11, maddə 1368) ilə 73.1-ci maddədə
“3 (üç)” sözləri “1(bir)” sözləri ilə əvəz edilmişdir.
[17] 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832) ilə 79.2-ci maddədə “qüsurları” sözü “pozuntuları”
sözü ilə əvəz edilmi.dir.
[18] 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832) ilə 80.4-cü maddədən “və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılmışdır.
[19] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust
2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8,
maddə 1383) ilə 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq)
sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına
alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilmişdir.
30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 20 fevral 2023-cü
il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 2, maddə 210) ilə 92.2.3-cü maddədə “qida
məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı
ilə, onların
istehsalçılarının qida təhlükəsizliyi
qeydiyyatına alınmasına dair dövlət
reyestrindən çıxarış ilə” sözləri “Qida təhlükəsizliyi
haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş,
Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq
sertifikatı, qida və
yem məhsullarının təhlükəsizliyini
təsdiq edən sənədlərlə” sözləri ilə
əvəz edilmişdir.
24 may 2024-cü il tarixli 1163-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15 iyul
2024-cü il, “Azərbaycan” qəzeti, 16 iyul 2024-cü
il, № 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 747) ilə 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və
istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla”
sözləri əlavə edilmişdir.
[20] 28 oktyabr 2016-cı
il tarixli 380-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791) ilə yeni
məzmunda 93.4-cü maddə əlavə edilmişdir.
[21] 30 sentyabr 2014-cü
il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il,
№ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10,
maddə 1155) ilə 98.4-cü maddə
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
98.4. Gömrük auditinin həyata keçirilməsinin
nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və
formada akt tərtib olunur. Həmin akt, gömrük auditinin başa çatdığı gündən
başlayaraq, 10 (on) gün müddətində tərtib olunur. Gömrük auditinin nəticəsinə
dair tərtib olunmuş aktın bir nüsxəsi barəsində gömrük auditi aparılmış şəxsə
təqdim olunur.
[22] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, № 240, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1155) ilə 98.8-ci və 98.10-cu maddələrin ikinci cümlələrinə “qərarının surəti” sözlərindən sonra “, auditin sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və
auditi aparan şəxsin xidməti vəsiqəsi” sözləri əlavə edilmişdir.
[23] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, № 240, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1155) ilə 98.9-cu maddənin birinci cümləsi çıxarılmışdır.
[24] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, № 240, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1155) ilə 98.13-cü maddə ləğv edilmişdir.
[25] 29 dekabr 2017-ci il
tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 30) ilə 99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin
birinci cümlələrinə ismin müvafiq hallarında “hal şahidləri” sözlərindən sonra “(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə
edilmişdir.
[26] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 99.4-cü maddənin birinci cümləsində “axtarış” sözü “yoxlama”
sözü ilə əvəz edilmişdir.
29 dekabr 2017-ci il
tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 30) ilə 99.4-cü maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir və
ikinci cümlə dördüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci və üçüncü
cümlələr əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya
sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına
çatmış iki hal şahidlərinin iştirakı məcburidir.
[27] 28 oktyabr 2016-cı
il tarixli 380-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, № 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1791) ilə yeni
məzmunda 101.5-ci maddə əlavə edilmişdir.
[28] 28 oktyabr 2014-cü
il tarixli 1094-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, № 11, maddə 1368) ilə 108.2-ci maddə
ləğv edilmişdir.
[29] 28 dekabr 2018-ci
il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
12, I kitab, maddə 2521) ilə 113.1-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
113.1. Gömrük ərazisinə gətirilmiş mallar
üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsinin verildiyi
halları və onun formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
[30] 28 dekabr 2018-ci
il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
12, I kitab, maddə 2521) ilə 113.3-cü maddənin birinci
cümləsi çıxarılmışdır.
[31] 28 dekabr 2018-ci
il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
12, I kitab, maddə 2521) ilə 114.2-ci maddə ləğv
edilmişdir.
[32] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 122.3-cü maddə ləğv edilmişdir.
[33] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 128.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
128.1. Xarici mallar gömrük ərazisindən
aparıldıqda, gömrük orqanları onların ixrac rəsmiləşdirilməsini həyata keçirir
və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək üçün təkrar ixrac
bildirişi verirlər.
[34] 29 dekabr 2017-ci il
tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 30) ilə 131.1-ci maddədə “edə bilər”
sözləri “etməlidir” sözü ilə əvəz
edilmişdir.
[35] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 150.5-ci maddənin birinci cümləsinə, 210.1-ci, 210.5-ci, 255.1-ci
maddələrə və 299.4-cü maddənin birinci cümləsinə “yazılı” sözündən sonra “, o
cümlədən elektron formada” sözləri əlavə edilmişdir.
[36] 28 oktyabr 2014-cü
il tarixli 1094-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, № 11, maddə 1368) ilə 160.1-ci
maddədə “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilmişdir.
[37] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar
2023-cü il, “Azərbaycan”
qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 1, maddə 33) ilə 162.2-ci maddənin ikinci cümləsinə “yerinə yetirildikdən” sözlərindən sonra
“(bu Məcəllənin 163.6-cı maddəsində
müəyyən edilmiş hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[38] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar
2023-cü il, “Azərbaycan”
qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 1, maddə 33) ilə yeni məzmunda 163.6-cı maddə əlavə edilmişdir.
[39] 29 oktyabr 2021-ci il tarixli 390-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1204) ilə 167.3.2-ci maddəyə “təqdim edən və” sözlərindən sonra “bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə
alınmaqla” sözləri əlavə edilmişdir.
[40] 29 oktyabr 2021-ci il tarixli 390-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1204) ilə yeni məzmunda 167.3-1-ci
maddə əlavə edilmişdir.
[41] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 175.1-ci maddəyə “yerinə”
sözündən sonra “(o cümlədən xarici
ölkənin ərazisindən keçməklə)” sözləri əlavə edilmi.dir.
[42] 29 dekabr 2017-ci il
tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il,
№ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 30) ilə 202.5-ci maddədə “təmir”
sözü “təqdim” sözü ilə əvəz
edilmişdir.
[43] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar
2023-cü il, “Azərbaycan”
qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 1, maddə 33) ilə 221.1-ci maddəyə “yazılı” sözündən sonra “, o
cümlədən elektron” sözləri və həmin maddəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[44] 1 fevral 2017-ci il
tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339) ilə 224.1-ci maddəyə “Gömrük
tarifi haqqında”,” sözlərindən sonra “Antidempinq,
kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilmişdir.
24 iyun 2023-cü il tarixli 930-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, № 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 908) ilə 224.1-ci maddənin birinci abzasına “Dövlət
rüsumu haqqında” sözlərindən sonra “, “Tullantılar haqqında” sözləri
əlavə edilmişdir.
[45] 1 fevral 2017-ci il
tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339) ilə 224.3-cü maddədə “Azərbaycan
Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal
edilən” sözləri “Malların ixracını
və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz
edilmişdir və “xüsusi rüsumlar və”
sözləri çıxarılmışdır.
[46] 1 fevral 2017-ci il
tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339) ilə yeni məzmunda 224.3-1-ci maddə əlavə edilmişdir.
[47] 18 dekabr 2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12,
I kitab, maddə 1438) ilə 230.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
230.2. Yol vergisi xarici dövlətlərdə
qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman
gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə
köçürülür.
[48] 24 iyun 2023-cü il tarixli 930-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, № 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 908) ilə yeni məzmunda 233-1-ci
maddə əlavə edilmişdir.
[49] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 335) ilə 234-cü maddənin adından “və beynəlxalq avtomobil daşımalarını yerinə
yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının” sözləri çıxarılmışdır.
[50] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 335) ilə 234.2-ci
maddə ləğv edilmişdir.
[51] 18 dekabr 2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12,
I kitab, maddə 1438) ilə 244.5-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
244.5. Yol vergisi və icazə blankına görə dövlət rüsumu xarici
dövlətlərin avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük
orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə
köçürülür.
24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel
2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 335) ilə 244.5-ci maddədən “,
icazə blankına görə dövlət rüsumu isə xarici dövlətlərdə
qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd
buraxılış
məntəqələrində” sözləri çıxarılmışdır.
[52] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar
2023-cü il, “Azərbaycan”
qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 1, maddə 33) ilə yeni məzmunda 251.4-cü maddə əlavə edilmişdir.
[53] 1 fevral 2017-ci il
tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, №
50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 339) ilə 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 267.1.3-cü maddə əlavə edilmişdir.
[54] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 295.4-cü maddədə “qısa idxal
(ixrac) bəyannaməsi” sözləri “natamam
bəyannamə” sözləri ilə əvəz edilmişdir.
[55] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 320.0.1-ci maddəyə “izlənməsini”
sözündən sonra “və gömrük işində
operativ tətbiqini” sözləri əlavə edilmişdir.
[56] 13 iyun 2017-ci il
tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, №
156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1303) ilə 320.0.7-1-ci maddə əlavə edilmişdir.
[57] 30 oktyabr 2018-ci il
tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il,
№ 268, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2211) ilə 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv edilmişdir.
[58] 30 oktyabr 2018-ci il
tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il,
№ 268, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2211) ilə yeni məzmunda 323.2-1-ci maddə əlavə edilmişdir.
[59] 25 aprel 2017-ci il
tarixli 646-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, №
95, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1510) ilə 334-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
334.1. Gömrük orqanları
tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları
əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında
dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından
əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində
nəzərdə tutulan gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sisteminin
büdcədənkənar inkişaf fonduna köçürülür və gömrük orqanlarının, müvafiq icra
hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial
bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki
potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük
tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına,
beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf
olunur.
334.2. Azərbaycan
Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında
əsasnaməni və fondun vəsaitinin xərclənməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
1 may
2020-ci il tarixli 72-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 522) ilə 334-cü
maddəsinin birinci cümləsində “ödənişləri”
sözü “ödənişlərinin 93 faizi”
sözləri ilə, hər iki halda “müvafiq icra
hakimiyyəti orqanlarının” sözləri “müvafiq
icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına”
sözü ilə əvəz edilmişdir və həmin cümləyə “olunur”
sözündən sonra “, qalan hissəsi isə
dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilmişdir.
9 dekabr 2022-ci il tarixli 678-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1386) ilə 334-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 334. Digər vəsaitlər
Gömrük orqanları
tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları
əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında
dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından
əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı
maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93
faizi müvafiq icra hakimiyyəti orqanının
hesabına köçürülür və müvafiq
icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının
möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına,
elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi
ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni
metod və üsulların öyrənilməsinə sərf olunur, qalan
hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və
onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.