AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİ[1]
(Bu Məcəllə
Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-IQ nömrəli Qanunu
ilə təsdiq edilmişdir)
ÜMUMİ HİSSƏ
Birinci bölmə
GİRİŞ MÜDDƏALARI
1-ci fəsil.
Mülki hüquq sahəsində qanunvericilik
Maddə 1. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin məqsəd və vəzifələri
1.1. Bu Məcəllənin
məqsədi üçüncü şəxslərin hüquqlarına
xələl gətirmədən mülki dövriyyənin azadlığını
onun iştirakçılarının bərabərliyi əsasında
təmin etməkdir.
1.2. Bu Məcəllənin
vəzifələri aşağıdakılardır:
mülki hüquq
subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləmək;
mülki hüquq subyektlərinin hüquqlarını və
qanuni mənafelərini müdafiə etmək;
fiziki şəxslərin şərəfini, ləyaqətini,
işgüzar nüfuzunu, şəxsi və ailə həyatının,
şəxsi toxunulmazlığının müdafiəsi hüququnu
qorumaq;[2]
mülki dövriyyəni təmin etmək;
sahibkarlıq fəaliyyətini dəstəkləmək;
sərbəst bazar iqtisadiyyatının inkişafına şərait
yaratmaq.
Maddə 2. Azərbaycan Respublikasının
mülki qanunvericiliyi
2.1. Azərbaycan
Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasına əsaslanır və bu Məcəllədən,
digər qanunlardan və onların əsasında qəbul edilən,
mülki hüquq normalarını müəyyənləşdirən
başqa normativ hüquqi aktlardan ibarətdir.
2.2. Mülki qanunvericilik mülki hüquq
münasibətləri subyektlərinin hüquqi vəziyyətini,
mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının
əmələ gəlməsi əsaslarını və həyata
keçirilməsi qaydasını müəyyənləşdirir,
müqavilə və digər öhdəlik münasibətlərini,
habelə sair əmlak münasibətlərini və onlarla bağlı
olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
2.3. Ailə, əmək
münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf
mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar
hüquqlar ilə bağlı münasibətlər, əgər
ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik
və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə
tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar
ilə tənzimlənir.KMQ26
2.4. İnsanın
özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının,
digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi
və müdafiəsi ilə bağlı münasibətlər,
əgər bu münasibətlərin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa
hüquqi aktlar ilə tənzimlənir.
2.5. Əgər
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin
digər tərəfə inzibati və ya digər hakimiyyət
tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o
cümlədən vergi, maliyyə, rəqabət və inzibati münasibətlərə
tətbiq edilmir.[3]
2.5-1. Ələt azad iqtisadi zonasında mülki münasibətlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[4]
2.6. Qanundan aşağı
qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin
tənzimlənməsi üçün yalnız o halda tətbiq
edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və
ona zidd olmasın.
Maddə 3. Mülki qanunvericilik və
beynəlxalq hüquq aktları
3.1. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr bu Məcəllə
ilə tənzimlənən mülki hüquq münasibətlərinə
(beynəlxalq müqavilədən onun tətbiqi üçün
dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi
tələbinin irəli gəldiyi hallar istisna edilməklə)
birbaşa tətbiq edilir.
3.2. Əgər
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilədə müəyyənləşdirilən
normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan
fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları
tətbiq edilir.
Maddə 4. Mülki hüquq münasibətlərinin
obyektləri
Əmlak və ya
qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən
çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər
mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Maddə 5. Mülki hüquq münasibətlərinin
subyektləri
5.1. İstər
sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə
də məşğul olmayan hər hansı fiziki və ya hüquqi
şəxslər mülki hüquq münasibətlərinin subyektləri
ola bilərlər.
5.2. Dövlət
hakimiyyəti orqanlarının və yerli özünüidarə
orqanlarının digər şəxslərlə mülki hüquq
münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa,
mülki qanunvericiliklə tənzimlənir.
5.3. Mülki hüquq
münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini
vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 6. Mülki qanunvericiliyin
prinsipləri
6.1. Mülki qanunvericiliyin
prinsipləri aşağıdakılardır:
6.1.1. mülki hüquq
subyektlərinin bərabərliyi;
6.1.2. mülki hüquq
subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki dövriyyə
iştirakçılarının əmlak müstəqilliyi;
6.1.4. mülkiyyətin
toxunulmazlığı;
6.1.5. müqavilələr
azadlığı;
6.1.6. şəxsi
və ailə həyatına kimsənin özbaşına qarışmasının
yolverilməzliyi;[5]
6.1.7. mülki hüquqların
maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
6.1.8. pozulmuş
hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki hüquqların
məhkəmə müdafiəsi.
6.2. Fiziki və
hüquqi şəxslər mülki hüquqları öz mənafelərini
gerçəkləşdirmək üçün iradələrinə
uyğun olaraq əldə edir və həyata keçirirlər.
Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini
müəyyənləşdirməkdə və qanunvericiliyə
zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda
sərbəstdirlər.
6.3. Dövlət
və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin
sağlamlığının və mənəviyyatının
qorunması, digər şəxslərin hüquq və azadlıqlarının,
şərəfinin və təmiz adının müdafiəsi
üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla
məhdudlaşdırıla bilər.
6.4. Mallar, xidmətlər
və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün
ərazisində sərbəst hərəkət edir. Əgər
insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının
və sağlamlığının müdafiəsi, təbiətin
və mədəniyyət sərvətlərinin qorunması üçün
zəruridirsə, malların və xidmətlərin hərəkəti
üçün məhdudiyyətlər qanuna müvafiq surətdə
tətbiq edilə bilər.
Maddə 7. Mülki qanunvericiliyin
zamana görə qüvvəsi
7.1. Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində
nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının
geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən
sonra əmələ gəlmiş münasibətlərə tətbiq
edilir.
7.2. Qanunla birbaşa
nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə
qüvvəsi ola bilər.
7.3. Mülki hüquq
subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini
pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi
ola bilməz.
Maddə 8. Mülki qanunvericiliyin
məkana görə qüvvəsi
8.1. Mülki qanunvericilik
Azərbaycan Respublikasının istisnasız olaraq bütün
ərazisində qüvvədədir.
8.2. Mülki qanunvericilikdə
nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının
bütün ərazisində maneəsiz həyata keçirilə
bilər və hökmən mühafizə edilməlidir.
Maddə 9. Mülki qanunvericiliyin
şəxslərə görə qüvvəsi
9.1. Mülki qanunvericilik
Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən bütün fiziki və hüquqi şəxslər
üçün qüvvədədir.
9.2. Mülki qanunvericiliklə
müəyyənləşdirilmiş qaydalar, əgər qanunda
ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin,
vətəndaşlığı olmayan şəxslərin və
xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə
də tətbiq olunur.
9.3. Qanunu bilməmək
və ya onu yanlış başa düşmək qanunun tətbiq
edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən
azad edilməyə əsas verə bilməz.
Maddə 10. İşgüzar adətlər
10.1. Sahibkarlıq
fəaliyyətinin hər hansı sahəsində təşəkkül
tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə
tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən
asılı olmayaraq, işgüzar adət sayılır.
10.2. Qanunvericiliyə
və ya müqaviləyə zidd olan işgüzar adətlər
tətbiq edilmir.
Maddə 11. Mülki qanunvericiliyin
analogiya üzrə tətbiqi
11.1. Mülki hüquq
münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin
razılaşması ilə birbaşa tənzimlənmədikdə
və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda
həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə
zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən
mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11.2. Oxşar münasibətləri
tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin
hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri
əsas götürülməklə tənzimlənir (hüququn
analogiyası). Hüququn analogiyası tətbiq edilərkən
ədalət, insaf və mənəviyyat tələbləri nəzərə
alınmalıdır.
11.3. Çıxarılmışdır.[6]
11.4. Xüsusi münasibətləri
tənzimləyən mülki qanunvericilik müddəaları (istisna
normaları) analogiya üzrə tətbiq edilməməlidir.
11.5. Mülki hüquq
münasibətlərini tənzimləyən hüquq normasının
olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin
mülki işə baxmaqdan imtina etməsinə əsas verə
bilməz.
Maddə
12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması
12.1. Mülki hüquqların
həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası
və ya qanunları ilə müəyyənləşdirilmiş
siyasi hüquqlardan asılı deyildir.
12.2. Mülki hüquq
münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan
olunmamış hərəkətləri, həm də qanunda bilavasitə
nəzərdə tutulmamış hərəkətləri icra
edə bilərlər.
Maddə
13. Sahibkarlıq fəaliyyəti[7]
Sahibkarlıq fəaliyyəti
şəxsin müstəqil surətdə həyata keçirdiyi,
əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər
görülməsindən və ya xidmətlər göstərilməsindən
mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.[8]
2-ci fəsil.
Mülki hüquq və vəzifələr, onların müdafiəsi
Maddə 14. Mülki hüquqların
və vəzifələrin əmələ gəlməsi
14.1. Mülki hüquqlar
və vəzifələr mülki qanunvericilikdə nəzərdə
tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin
qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin
prinsiplərinə görə mülki hüquqlar və vəzifələr
doğuran hərəkətlərindən əmələ gəlir.
14.2. Mülki hüquqların
və vəzifələrin əmələ gəlməsi əsasları
aşağıdakılardır:
14.2.1. Qanunvericilikdə
nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri
istisna olmaqla) və başqa
əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa
da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.[9]
14.2.2. Dövlət
orqanlarının və yerli özünüidarə orqanlarının
qanunvericilikdə mülki hüquqların və vəzifələrin
əmələ gəlməsi əsası kimi nəzərdə
tutulmuş aktları.
14.2.3. Mülki hüquqlar
və vəzifələr müəyyənləşdirən məhkəmə
aktları.
14.2.4. Qanunvericiliyin
yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.
14.2.5. Elm, ədəbiyyat,
incəsənət əsərlərinin, ixtiraların və əqli
fəaliyyətin digər nəticələrinin yaradılması.
14.2.6. Başqa şəxsə
zərər vurulması.
14.2.7. Əsassız
varlanma.
14.2.8. Fiziki və
hüquqi şəxslərin digər hərəkətləri.
14.2.9. Qanunvericiliyin
mülki hüquq nəticələrinin baş verməsi ilə
bağladığı hadisə.
14.3. Əgər
qanunla əmlak hüquqlarının yaranması üçün
ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına
alınmalı əmlak hüquqları onların qeydə alındığı
andan əmələ gəlir.[10]
Maddə 15. Mülki hüquqların
həyata keçirilməsi
15.1. Çıxarılmışdır. [11]
15.2. Fiziki və
hüquqi şəxslərin özlərinə mənsub mülki
hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə
tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb
olmur.[12]
Maddə 16. Mülki hüquqların
həyata keçirilməsinin məhdudlaşdırılması
16.1. Fiziki və
hüquqi şəxslərin yalnız və yalnız başqa
şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri
hərəkətlərə, habelə hüquqdan digər formalarda
sui-istifadə edilməsinə yol verilmir.
16.2. Çıxarılmışdır. [13]
Maddə 17. Mülki hüquqların
müdafiəsi
17.1. Bütün
dövlət hakimiyyəti orqanları, yerli özünüidarə
orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı
təşkilatları, fiziki və hüquqi şəxslər mülki
hüquqlara hörmət bəsləməyə və onların
müdafiəsinə kömək göstərməyə borcludurlar.
17.2. Çıxarılmışdır. [14]
17.3. Çıxarılmışdır.[15]
Maddə 18. Mülki hüquqların
müdafiəsi üsulları
Mülki hüquqların
müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada
və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla
həyata keçirilir.
Maddə 19. Dövlət hakimiyyəti orqanının
və ya yerli özünüidarə orqanının aktının
etibarsız sayılması
Dövlət hakimiyyəti
orqanının və ya yerli özünüidarə orqanının
mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və
ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla
qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə
tərəfindən etibarsız sayıla bilər.
Maddə 20. Mülki hüquqların
özümüdafiəsi – çıxarılmışdır. [16]
Maddə 21. Zərərin əvəzinin
ödənilməsi
21.1. Zərərin
əvəzinin ödənilməsini tələb etmək hüququna
malik olan şəxs ona vurulmuş zərərin əvəzinin
tam ödənilməsini tələb edə bilər, bu şərtlə
ki, qanunda və ya müqavilədə zərərin əvəzinin
daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]
21.2. Zərər
dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu
bərpa etmək üçün çəkdiyi və ya çəkməli
olduğu xərclər, əmlakından məhrum olması və
ya əmlakının zədələnməsi (real zərər),
habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki
dövriyyə şəraitində əldə edəcəyi gəlirlər
(əldən çıxmış fayda) başa düşülür.KMQ31
21.3. Zərərin
əvəzinin ödənilməsi ilə bağlı tələbin
həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin,
onun işçisinin və qanunvericiliklə nəzərdə
tutulmuş hallarda üçüncü şəxslərin davranışının
zərərin yaranmasına və artmasına hansı həcmdə
şərait yaratması nəzərə alınmalıdır.[18]
Maddə 22. Dövlət hakimiyyəti orqanlarının
və yerli özünüidarə orqanlarının vurduqları
zərərin əvəzinin ödənilməsi – çıxarılmışdır.[19]
Maddə 23. Şərəfin, ləyaqətin
və işgüzar nüfuzun müdafiəsi KMQ8
23.1. Fiziki şəxs
onun şərəfini, ləyaqətini və ya işgüzar
nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının
sirrini və ya şəxsi və ailə toxunulmazlığını
pozan məlumatların məhkəmə qaydasında təkzib
olunmasını tələb edə bilər, bu şərtlə
ki, həmin məlumatları yaymış şəxs onların
həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik
məlumatlar natamam dərc edildikdə də, əgər bununla
şəxsin şərəfinə, ləyaqətinə və
ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı
olan şəxslərin tələbi ilə fiziki şəxsin
şərəf və ləyaqətinin müdafiəsinə onun
ölümündən sonra da yol verilir.[20]
23.2. Əgər
fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar
nüfuzunu ləkələyən və ya şəxsi və ailə
həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən
məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin
sənəd dəyişdirilməli və bu barədə marağı
olan şəxslərə məlumat verilməlidir. Digər hallarda
təkzib qaydasını məhkəmə müəyyənləşdirir.[21]
23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə
toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi
(yayımlanması) hüququ vardır.[22]
23.4. Şərəfini,
ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən
məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların
təkzibi ilə yanaşı, onların yayılması nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsini tələb
etmək hüququ vardır.
23.5. Əgər
fiziki şəxsin şərəfini, ləyaqətini və ya
işgüzar nüfuzunu ləkələyən məlumatları
yaymış şəxsi müəyyənləşdirmək
mümkün deyildirsə, barəsində bu cür məlumatlar
yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların
həqiqətə uyğun olmayan məlumatlar sayılmasını
tələb etsin.
23.6. Bu maddənin
fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə
dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar
nüfuzunun müdafiəsinə də tətbiq edilir.
İkinci bölmə
ŞƏXSLƏR
3-cü fəsil.
Fiziki şəxslər
Maddə 24. Fiziki şəxs anlayışı
24.1. Fiziki şəxs
hüquq münasibətlərində öz adından iştirak
edən insan fərdidir.
24.2. Azərbaycan
Respublikasında bütün vətəndaşlar, Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti
qalan әcnәbilәr və vətəndaşlığı
olmayan şəxslər fiziki şəxslərdir.
Maddə 25. Fiziki şəxsin mülki
hüquq qabiliyyəti
25.1. Fiziki şəxsin
mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik
olmaq və mülki hüquq vəzifələri daşımaq
qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki
hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
25.2. Fiziki şəxsin
hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir
və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin
dayanması ölüm anı sayılır.
25.3. Vərəsə
olmaq hüququ maya bağlandığı andan əmələ
gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız
doğumdan sonra mümkündür.
25.4. Fiziki şəxs
hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Maddə 26. Ad hüququ
26.1. Hər bir fiziki
şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq
hüququ vardır.
26.2. Fiziki şəxs
hüquq və vəzifələri öz adı ilə əldə
edir və həyata keçirir.
26.3. Qanunla nəzərdə
tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən
(uydurma addan) istifadə edə bilər.
26.4. Fiziki şəxsin
qanunla müəyyənləşdirilmiş qaydada öz adını
dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını
dəyişdirməsi, onun əvvəlki adı ilə əldə
etdiyi hüquq və vəzifələrə xitam vermir və ya
bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi
barədə öz borclularına və kreditorlarına məlumat
verməlidir və adının dəyişməsi barədə
həmin şəxslərdə məlumatın olmamasının
doğurduğu nəticələrin riskini daşıyır. Adını
dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki,
əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə
öz hesabına müvafiq dəyişikliklər aparılmasını
tələb etsin.
26.5. Fiziki şəxsin
doğularkən aldığı ad, habelə adını dəyişdirməsi
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
üçün müəyyənləşdirilmiş qaydada qeydə
alınmalıdır.
26.6. Başqa şəxsin
adı ilə hüquq və vəzifələr əldə edilməsinə
yol verilmir.
26.7. Fiziki şəxsin
adından qanunsuz istifadə nəticəsində ona vurulmuş
ziyanın əvəzi bu Məcəlləyə müvafiq surətdə
ödənilməlidir.
26.8. Fiziki şəxsin
adı onun şərəfinə, ləyaqətinə və ya
işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif
edildikdə və ya istifadə olunduqda bu Məcəllənin 23-cü
maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Maddə 27. Fiziki şəxsin yaşayış
yeri
27.1. Fiziki şəxsin
adətən yaşadığı yer onun yaşayış yeri
sayılır. Şəxsin bir neçə yaşayış
yeri ola bilər.
27.2. On dörd yaşına
çatmamış şəxslərin yaşayış yeri valideynlik
hüquqlarını itirməmiş valideynlərinin yaşayış
yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış
yeri isə qəyyumun yaşayış yeri sayılır.
27.3. Əgər
şəxs hər hansı səbəbdən öz yaşayış
yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış
yerini itirmir.
Maddə 28. Fiziki şəxsin mülki
hüquq fəaliyyət qabiliyyəti
28.1. Fiziki şəxsin
mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz
hərəkətləri ilə mülki hüquqlar əldə
etmək və həyata keçirmək, özü üçün
mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
28.2. Fiziki şəxsin
mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına,
yəni on səkkiz yaşına çatdıqda tam həcmdə
əmələ gəlir.
28.3. 7 yaşınadək
olan yetkinlik yaşına çatmayanların (azyaşlılar)
fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək
olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət
qabiliyyəti vardır.
28.4. On altı yaşı
tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi
üzrə işləyirsə və ya valideynlərinin, övladlığa
götürənlərin və ya himayəçinin razılığı
ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa,
tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin,
övladlığa götürənlərin və ya himayəçinin
razılığına əsasən qəyyumluq və himayəçilik
orqanının qərarı ilə, belə razılıq olmadıqda
isə məhkəmənin qərarı ilə yetkinlik yaşına
çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).[23]
28.5. Valideynlər,
övladlığa götürənlər və himayəçi
tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına
çatmayanın öhdəlikləri üçün, o cümlədən
onun ziyan vurması nəticəsində əmələ gəlmiş
öhdəliklər üçün məsuliyyət daşımırlar.
28.6. On səkkiz
yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi
halda, on səkkiz yaşına çatmamış fiziki şəxs
nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti
əldə edir. Nikah bağlanması nəticəsində əldə
edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına
çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.
28.7. Nikah etibarsız
sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan
ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə
tərəfindən müəyyənləşdirilən andan
itirməsi barədə qərar qəbul edə bilər.[24]
28.8. Ağıl
zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz
hərəkətlərinin mənasını başa düşməyən
və ya öz hərəkətlərinə rəhbərlik edə
bilməyən şəxslər də məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində
qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti
olmayan sayılmış fiziki şəxsin adından əqdləri
onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan
sayılmış şəxsin bağladığı əqd
sonradan qəyyumun razılığı ilə etibarlı hesab
edilə bilər.[25]
28.9. Fəaliyyət
qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı
və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı
halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır.
Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq
məhkəmə qərarına əsasən ləğv edilir.
Maddə 29. 14 yaşınadək olan yetkinlik
yaşına çatmayanların fəaliyyət qabiliyyəti
29.1. Bu Məcəllənin
29.2-ci maddəsində göstərilmiş əqdlər istisna
olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların
əvəzinə əqdləri onların adından yalnız valideynləri,
övladlığa götürənlər və ya qəyyumlar
bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın
bağladığı əqd sonradan onun valideynləri, övladlığa
götürənlər və qəyyumlar tərəfindən
bəyənildikdə etibarlıdır.[26]
29.2. 7 yaşından
14 yaşınadək olan şəxslərin aşağıdakı
əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:
29.2.1. xırda məişət
əqdləri;
29.2.2. əvəzsiz
olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər
ki, onlardan əmələ gələn hüquqların notariat
qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına
alınması tələb olunmur;
29.2.3. qanuni nümayəndənin
özünün və ya onun razılığı ilə üçüncü
şəxsin müəyyən məqsəd üçün və
ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində
sərəncam üzrə əqdlər.
29.3. 14 yaşı
tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri,
o cümlədən müstəqil bağladığı əqdlər
üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa
götürənlər və ya qəyyum daşıyır, bu
şərtlə ki, həmin şəxslər öhdəliyin
onların təqsiri üzündən pozulmadığını
sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər
azyaşlıların vurduqları ziyan üçün də
cavabdehdirlər.
Maddə 30. 14 yaşından 18 yaşınadək
olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti
30.1. 14 yaşından
18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu
Məcəllənin 30.2-ci maddəsində göstərilənlər
istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin
– valideynlərinin, övladlığa götürənlərin
və ya himayəçinin yazılı razılığı
ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın
bağladığı əqd sonradan valideynləri, övladlığa
götürənlər və ya himayəçi tərəfindən
bəyənildikdə də etibarlıdır.[27]
30.2. 14 yaşından
18 yaşınadək olan yetkinlik yaşına çatmayanların
ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin
və ya himayəçinin razılığı olmadan müstəqil
surətdə:[28]
30.2.1. öz qazancı,
təqaüdü və digər gəlirləri barəsində
sərəncam versin;
30.2.2. elm, ədəbiyyat
və ya incəsənət əsərinin, ixtiranın və ya
qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi
hüquqlarını həyata keçirsin;
30.2.3. çıxarılmışdır; [29]
30.2.4. xırda məişət
əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində
nəzərdə tutulan digər əqdlər bağlasın. On
altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların
kooperativ üzvü olmaq ixtiyarı da vardır.
30.3. 14 yaşından
18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu
Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun
bağladıqları əqdlər üzrə müstəqil surətdə
əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından
18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları
ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət
daşıyırlar.
30.4. Yetərli əsaslar
olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin
və ya himayəçinin və ya qəyyumluq və himayəçilik
orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək
olan yetkinlik yaşına çatmayanın (əgər o, tam həcmdə
fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz
qazancı, təqaüdü və ya digər gəlirləri barəsində
müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra
və ya ala bilər.[30]
Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən
və fəaliyyət qabiliyyətindən məhrum edilməsinin
və bunların məhdudlaşdırılmasının yolverilməzliyi
31.1. Fiziki şəxs
heç bir halda hüquq qabiliyyətindən məhrum edilə
bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət
qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş
hallarda və qaydada məhdudlaşdırıla bilər.
31.2. Fiziki şəxslərin
fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq
fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul
olmaq hüququnun məhdudlaşdırılmasının qanunla
müəyyənləşdirilmiş şərtlərinin və
qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti
qoymuş dövlət orqanının və ya digər orqanın
aktının etibarsızlığına səbəb olur.
31.3. Fiziki şəxsin
hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən
tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin
və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına
yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.
Maddə 32. Fiziki şəxsin fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması
32.1. Spirtli içkilərdən,
narkotik vasitələrdən və ya psixotrop maddələrdən
sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində
öz ailəsini ağır maddi vəziyyətə salan fiziki
şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində
himayəçilik təyin edilir. Onun xırda məişət
əqdləri bağlamaq ixtiyarı vardır. O yalnız himayəçisinin
razılığı ilə başqa əqdlər bağlaya bilər,
habelə qazanc, pensiya və digər gəlirlər götürə
bilər və bunlar barəsində sərəncam verə bilər.
Lakin bu cür fiziki şəxs bağladığı əqdlər
üzrə və vurduğu ziyan üçün müstəqil
surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət
qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin
himayəçinin razılığı tələb olunan hallarda,
belə razılıq olmadan bağladığı əqd sonradan
himayəçinin yazılı razılığı ilə etibarlı
hesab edilə bilər.[31]
32.2. Fiziki şəxsin
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına
səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını
ləğv edir. Fiziki şəxsin üzərində təyin
edilmiş himayəçilik məhkəmənin qərarına
əsasən ləğv olunur.
Maddə 33. Qəyyumluq və himayəçilik
33.1. Qəyyumluq
və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin
hüquq və mənafelərinin müdafiəsi üçün
təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində
qəyyumluq və himayəçilik, həmçinin onların
tərbiyələndirilməsi məqsədilə təyin edilir.
Qəyyumların və himayəçilərin buna uyğun hüquq
və vəzifələri Azərbaycan Respublikasının Ailə
Məcəlləsi ilə müəyyənləşdirilir.
33.2. Qəyyumlar
və himayəçilər istənilən şəxslərlə
münasibətlərdə, o cümlədən məhkəmədə
öz qəyyumluğunda olanların hüquq və vəzifələrini
xüsusi səlahiyyət almadan müdafiə edirlər.
33.3. Yetkinlik yaşına
çatmayanların valideynləri, onları övladlığa
götürənlər olmadıqda, valideynləri məhkəmə
tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə,
habelə bu cür fiziki şəxslər başqa səbəblərə
görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən
valideynləri onları tərbiyələndirməkdən və
ya hüquq və mənafelərini müdafiə etməkdən
boyun qaçırdıqda onların üzərində qəyyumluq
və himayəçilik təyin edilir.
33.4. On dörd yaşı
tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə
psixi pozuntuya görə məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər
üzərində qəyyumluq təyin edilir.
33.5. Qəyyumlar
qəyyumluqda olanların qanun üzrə nümayəndələri
olur və onların adından və onların mənafeləri
üçün bütün zəruri əqdləri bağlayırlar.
33.6. On dörd yaşından
on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar
üzərində, habelə spirtli içkilərdən, narkotik
vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə
etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış
fiziki şəxslər üzərində himayəçilik təyin
edilir.[32]
33.7. Himayəçilər
himayəçilikdə olan fiziki şəxslərin müstəqil
surətdə bağlamağa ixtiyarı çatmadığı
əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər
himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə
və vəzifələrini icra etməkdə kömək göstərir,
habelə onları üçüncü şəxslərin sui-istifadəsindən
qoruyurlar.
Maddə 34. Qəyyumluq və himayəçilik
orqanları
34.1. Qəyyumluq
və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir.
34.2. Fiziki şəxsin
fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması barədə
qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən
üç gün ərzində məhkəmə həmin fiziki
şəxs üzərində qəyyumluq və himayəçilik
təyin edilməsi üçün onun yaşayış yeri
üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə
məlumat verməlidir.
34.3. Qəyyumluqda
olanların yaşayış yeri üzrə qəyyumluq və
himayəçilik orqanı onların qəyyumlarının və
himayəçilərinin fəaliyyətinə nəzarət edir.
Maddə 35. Qəyyumlar və himayəçilər
35.1. Qəyyumu və
ya himayəçini qəyyumluğa və ya himayəçiliyə
ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq
və himayəçilik orqanı fiziki şəxs üzərində
qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin
ona məlum olduğu andan üç ay ərzində təyin
edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı
olan şəxsə qəyyum və ya himayəçi təyin
edilənədək qəyyum və ya himayəçi vəzifələrini
qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə
ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara qəyyum və himayəçi
təyin edilənədək qəyyumluq və ya himayəçilik
orqanının funksiyalarını müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin
edilməsi barədə maraqlı şəxslər məhkəməyə
etiraz verə bilərlər.[33]
35.2. Qəyyumlar
və himayəçilər yetkinlik yaşına çatmış
fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin
edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər
qəyyum və himayəçi təyin oluna bilməzlər.
35.3. Qəyyum və
ya himayəçi öz razılığı ilə təyin
edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri,
qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə
yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə
ehtiyacı olan şəxs arasında mövcud münasibətlər,
mümkünsə, həm də qəyyumluqda və ya himayədə
olanın arzusu nəzərə alınmalıdır.
35.4. Qəyyumluğa
və ya himayəçiliyə ehtiyacı olan və müvafiq
sosial
xidmət müəssisələrində olan və ya bu müəssisələrə
yerləşdirilmiş fiziki şəxslərin qəyyumları
və himayəçiləri həmin müəssisələrdir.[34]
35.5. Qəyyumluq
və himayəçilik vəzifələri, qanunla nəzərdə
tutulan hallardan başqa, əvəzsiz icra edilir.
35.6. Yetkinlik yaşına
çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri
öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə
yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına
çatmış himayədə olanın ayrılıqda yaşamasına
qəyyumluq və himayəçilik orqanının razılığı
ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə
olanın tərbiyəsinə, hüquq və mənafelərinin
müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar
və himayəçilər yaşayış yerinin dəyişməsi
barədə qəyyumluq və himayəçilik orqanlarına
məlumat verməyə borcludurlar.
35.7. Qəyyumlar
və himayəçilər öz qəyyumluğunda və ya
himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə
uyğun olaraq övladlığa götürmək istəyən
şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən
uşaqların saxlanması, onlara
baxılmasının və onların müalicəsinin təmin
edilməsi, onların təhsil alması və tərbiyələnməsi
qayğısına qalmağa, onların hüquq və mənafelərini
qorumağa borcludurlar.[35]
35.8. Bu Məcəllənin
35.7-ci maddəsində göstərilən vəzifələr
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış yetkinlik yaşına çatmış
fiziki şəxslərin himayəçilərinə həvalə
edilmir.
35.9. Fiziki şəxsin
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət
qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar
aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda
və ya himayədə olanın fəaliyyət qabiliyyətli
sayılması və onun üzərindən qəyyumluğun
və ya himayəçiliyin götürülməsi barədə
məhkəmə qarşısında vəsatət qaldırmağa
borcludur.
Maddə 36. Qəyyumluqda və himayədə
olanın əmlakı barəsində sərəncam verilməsi
36.1. Qəyyumluqda
və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə
sərəncam verməyə ixtiyarı çatdığı
gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən
qəyyumluqda və ya himayədə olana onun əmlakının
idarə edilməsindən çatası gəlirlər qəyyum
və ya himayəçi tərəfindən yalnız və yalnız
qəyyumluqda və ya himayədə olanın mənafeləri
üçün, həm də qəyyumluq və himayəçilik
orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir.
Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi
olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya
himayədə olanın saxlanması üçün zəruri
xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri
kimi çatası məbləğlər hesabına ödəyə
bilər.
36.2. Qəyyumluq
və himayəçilik orqanının qabaqcadan icazəsini almadan
qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının
özgəninkiləşdirilməsinə, o cümlədən
dəyişdirilməsinə və ya bağışlanmasına,
bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə
və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və
ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının
bölüşdürülməsinə və ya bu əmlakdan
payların ayrılmasına səbəb olan əqdləri, habelə
qəyyumluqda və ya himayədə olanın əmlakının
azalmasına səbəb olan hər hansı digər əqdləri
bağlaya bilməz, himayəçi isə onların bağlanmasına
razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının
idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
36.2-1. Bu Məcəllənin 36.1-ci və
36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq
və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar
həmin orqanların qərarları 1 (bir) iş günü ərzində
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminə daxil edilir.[36]
36.3. Qəyyumun,
himayəçinin, onların ərinin (arvadının) və
yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və
ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və
ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna
olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər
bağlasın, habelə əqdlər bağlanarkən və ya
qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin
əri (arvadı) və onların yaxın qohumları arasında
məhkəmə işləri aparılarkən qəyyumluqda və
ya himayədə olanı təmsil etsinlər.
Maddə 37. Qəyyumluqda və ya himayədə
olanın əmlakının etibarnamə ilə idarə edilməsi
37.1. Qəyyumluqda
və ya himayədə olanın daşınar və qiymətli
daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti
yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün
müəyyənləşdirdiyi idarəçi ilə həmin
əmlakın etibarnamə ilə idarə edilməsinə dair
müqavilə bağlayır. Bu halda qəyyum və ya himayəçi
qəyyumluqda və ya himayədə olanın etibarnamə ilə
idarəetməyə verilməmiş əmlakı barəsində
öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda və
ya himayədə olanın əmlakının etibarnamə ilə
idarə edilməsi səlahiyyətlərini həyata keçirərkən
idarəçiyə bu Məcəllənin 36.2 və 36.3-cü
maddələrində nəzərdə tutulan qaydalar tətbiq
edilir.
37.2. Qəyyumluqda
və ya himayədə olanın əmlakının etibarnamə
ilə idarə edilməsinə əmlakın etibarnamə ilə
idarə edilməsinə dair müqaviləyə xitam verilməsi
üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar
üzrə, habelə qəyyumluğa və ya himayəçiliyə
xitam verildiyi hallarda xitam verilir.
Maddə 38. Qəyyumların və himayəçilərin
öz vəzifələrinin icrasından azad və kənar edilməsi.
Qəyyumluğa və himayəçiliyə xitam verilməsi
38.1. Yetkinlik yaşına
çatmayan şəxs valideynlərinə qaytarıldıqda
və ya övladlığa götürüldükdə qəyyumluq
və himayəçilik orqanı qəyyumu və ya himayəçini
öz vəzifələrinin icrasından azad edir.
38.2. Qəyyumluqda
olan müvafiq sosial xidmət müəssisələrinə və ya digər oxşar müəssisəyə
yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı
bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini,
əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd
deyilsə, öz vəzifələrinin icrasından azad edir.[37]
38.3. Üzrlü
səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin
dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı
anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi
öz xahişi ilə vəzifələrinin icrasından azad edilə
bilər.
38.4. Qəyyum və
ya himayəçi onun üzərinə düşən vəzifələri
gərəyincə yerinə yetirmədikdə, o cümlədən
qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi
ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz
və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik
orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin
icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin
qanunla müəyyənləşdirilmiş məsuliyyətə
cəlb olunması üçün zəruri tədbirlər görə
bilər.
38.5. Qəyyumun,
himayəçinin və ya qəyyumluq və himayəçilik
orqanının ərizəsinə əsasən məhkəmə
qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması
və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının
ləğv edilməsi haqqında qərar çıxardıqda
yetkinlik yaşına çatmış fiziki şəxs üzərində
qəyyumluğa və himayəçiliyə xitam verilir.
38.6. Qəyyumluqda
olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində
qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata
keçirmiş fiziki şəxs isə bu barədə əlavə
qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın
himayəçisinə çevrilir.
38.7. Qəyyumluqda
olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına
çatdığı, habelə nikaha girdiyi və yetkinlik
yaşına çatanadək tam fəaliyyət qabiliyyəti
əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan
üzərində himayəçiliyə xüsusi qərarsız
xitam verilir.[38]
Maddə 39. Fəaliyyət qabiliyyətli
fiziki şəxs üzərində patronaj
39.1. Sağlamlıq
vəziyyətinə görə müstəqil surətdə öz
hüquqlarını həyata keçirməyə və müdafiə
etməyə, öz vəzifələrini icra etməyə qadir
olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxsin xahişi ilə onun üzərində patronaj
təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin
hüquqlarının məhdudlaşdırılmasına səbəb
olmur.
39.2. Yetkinlik yaşına
çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin
patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı
ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən
təyin edilir.
39.3. Patron (köməkçi)
fiziki şəxslə bağlanmış tapşırıq və
ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən
yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxsə mənsub əmlak barəsində sərəncam
verir. Məişət tələbatının saxlanmasına və
ödənilməsinə yönəldilən məişət
əqdlərini və başqa əqdləri patron (köməkçi)
fiziki şəxsin razılığı ilə bağlayır.
39.4. Bu Məcəllənin
39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış
fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində
təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi
ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi)
bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan
hallarda öz vəzifələrini yerinə yetirməkdən azad
edilir.
Maddə 40. Fiziki şəxsin xəbərsiz
itkin düşmüş elan edilməsi
40.1. Əgər
fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il
ərzində o, yaşayış yerində görünməmişsə,
maraqlı şəxslərin ərizəsinə əsasən
məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş
hesab edə bilər.
40.2. İtkin düşmə
haqqında son məlumatların alındığı günü
müəyyənləşdirmək mümkün olmadıqda,
xəbərsiz itkin düşmüş sayılma üçün
müddətin hesablanması itkin düşmüş haqqında
son məlumatların alındığı aydan sonrakı ayın
birinci günündən, həmin ayı müəyyənləşdirmək
mümkün olmadıqda isə növbəti ilin yanvar ayının
1-dən başlanır.
40.3. Xəbərsiz
itkin düşmə haqqında məhkəmənin qərarı
qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni
vərəsələri xəbərsiz itkin düşmüşün
əmlakını etibar olunmuş əmlak kimi idarə etmək,
o cümlədən ondan fayda götürmək ixtiyarı əldə
edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün
öhdəsində olan şəxslərə dolanacaq xərcləri
verilir və borclar ödənilir.
40.4. Xəbərsiz
itkin düşmüş fiziki şəxsin qanuni əmlakının
daimi idarə edilməsi zərurəti yarandıqda, əgər
onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı
ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı
tərəfindən müəyyənləşdirilən və
həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi
əsasında fəaliyyət göstərən şəxsə
verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının
idarəçisi itkin düşmüş şəxsin əmlakı
hesabına onun borclarını ödəyir, əmlakı həmin
şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün
öhdəsində olan şəxslərə dolanacaq xərcləri
verir. Əgər idarəçinin təyin edildiyi gündən
üç il keçənədək şəxsin xəbərsiz
itkin düşmüş hesab edilməsi haqqında məhkəmə
qərarı ləğv edilməzsə və şəxsin ölmüş
sayılması haqqında məhkəməyə müraciət
edilməzsə, qəyyumluq və himayəçilik orqanı
fiziki şəxsin ölmüş sayılması haqqında ərizə
ilə məhkəməyə müraciət etməyə borcludur.
40.5. Xəbərsiz
itkin düşmüş şəxs gəldikdə və ya onun
olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz
itkin düşmüş hesab edilməsi haqqında qərarı,
habelə onun əmlakının idarə olunması haqqında
qərarı ləğv edir.
Maddə 41. Fiziki şəxsin ölmüş
elan edilməsi
41.1. Əgər
şəxsin yaşayış yerində onun harada olması barədə
beş il ərzində məlumat olmazsa, habelə o, ölüm
təhlükəsi törədən və ya hansısa bədbəxt
hadisədən həlak olduğunu güman etməyə əsas
verən şəraitdə xəbərsiz itkin düşərsə
və ondan altı ay ərzində xəbər çıxmazsa,
o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
41.2. Hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşmüş hərbi
qulluqçu və ya digər şəxs hərbi əməliyyatların
qurtardığı gündən azı iki il keçdikdən
sonra məhkəmə qaydasında ölmüş elan edilə
bilər. Məhkəmə
şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman
etməyə əsas verən halları nəzərə alaraq,
onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların
qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş
elan edə bilər.[39]
41.3. Şəxsin
ölmüş elan edilməsi haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi gün onun ölüm günü
sayılır.
41.4. Bu Məcəllənin
41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan
hallarda məhkəmə şəxsin həlakının güman
edildiyi günü onun ölüm günü saya bilər.
Maddə 42. Ölmüş elan
edilmiş şəxsin gəlməsinin nəticələri
42.1. Ölmüş
elan edilmiş şəxs gəldikdə və ya onun olduğu
yer aşkar edildikdə məhkəmə onun ölmüş elan
edilməsi barədə qərarı ləğv edir.
42.2. Nə vaxt gəlməsindən
asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən
sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın
qalan hissəsinin qaytarılmasını tələb edə bilər.
42.3. Ölmüş
elan edilmiş şəxsin əmlakını əvəzli əldə
etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur
ki, əmlakı əldə edərkən onun ölmüş
elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.
42.4. Əgər
ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin
mədaxilinə keçirilmiş və satılmışdırsa,
həmin şəxsin ölmüş elan edilməsi haqqında
qərarın ləğvindən sonra əmlakın satışından
götürülmüş məbləğ ona qaytarılır.
4-cü fəsil.
Hüquqi şəxslər
§1. Əsas müddəalar
Maddə 43. Hüquqi şəxs
anlayışı və onun növləri
43.1. Hüquqi şəxs
qanunla müəyyənləşdirilən qaydada dövlət
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə
bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,
öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları
əldə etmək və həyata keçirmək, vəzifələr
daşımaq, məhkəmədə iddiaçı və ya
cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil
balansı olmalıdır.
43.2. Hüquqi şəxslər
bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud
fiziki və hüquqi şəxslərin toplusu tərəfindən
yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin
olmasından asılı ola və ya asılı olmaya bilər,
sahibkarlıq fəaliyyəti ilə məşğul ola və
ya məşğul olmaya bilər.
43.3. Azərbaycan
Respublikası mülki hüquq münasibətlərində eynilə
digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda
Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi
şəxslər olmayan orqanları həyata keçirirlər.
43.4. Bələdiyyələr
mülki hüquq münasibətlərində eynilə digər
hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin
səlahiyyətlərini onun hüquqi şəxslər olmayan
orqanları həyata keçirirlər.
43.5. Hüquqi şəxslər
fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən
ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas
məqsədi mənfəət götürməkdən ibarət
olmayan və götürülən mənfəəti iştirakçıları
arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi
şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul
olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.[40]
43.6. Qeyri-kommersiya
qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar,
hüquqi şəxslərin ittifaqları formasında, habelə
qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla
bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq
fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər
ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya
qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin
və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq
fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya
hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri
yarada bilər və ya onlarda iştirak edə bilərlər.
43.7. Publik hüquqi şəxslərin fəaliyyəti
bu Məcəllə, “Publik
hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. [41]
Maddə 44. Hüquqi şəxsin
hüquq qabiliyyəti
44.1. Hüquqi şəxs
dövlət qeydiyyatına alındığı andan mülki
hüquqlara malikdir və mülki vəzifələr daşıyır.
Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin
başa çatdığı an xitam verilir.
44.2. Kommersiya hüquqi
şəxsləri qanunla qadağan edilməyən istənilən
fəaliyyət növlərini həyata keçirmək üçün
zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr
daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən
ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər
yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul
ola bilərlər.
44.3. Hüquqi şəxsin
hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda
və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs
öz hüquqlarının məhdudlaşdırılması
haqqında qərardan məhkəməyə etiraz verə bilər.
44.4. Hüquqi şəxsin
xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti
həyata keçirmək hüququ belə lisenziyanın alındığı
andan və ya lisenziyada göstərilən vaxtda əmələ
gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı
qayda müəyyənləşdirilməyibsə, lisenziyanın
müddəti qurtardıqda xitam verilir.
Maddə 45. Hüquqi şəxsin
yaradılması
45.1. Hüquqi şəxs
onun təsis edilməsi və nizamnaməsinin hazırlanması
yolu ilə yaradılır.
45.2. Əgər
hüquqi şəxs bir neçə təsisçi tərəfindən
yaradılırsa, təsisçilər müqavilə bağlayaraq
hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə
birgə fəaliyyət qaydasını, özlərinin əmlakının
ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi
şərtlərini müəyyənləşdirirlər.
Maddə 46. Hüquqi şəxsin
təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin
təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına
alınmasına qədər əmələ gəlmiş, hüquqi
şəxsin yaradılması ilə bağlı olan öhdəliklər
üzrə birgə məsuliyyət daşıyırlar.
Maddə 47. Hüquqi şəxsin
nizamnaməsi
47.1. Hüquqi şəxsin
təsisçiləri tərəfindən təsdiq edilmiş
nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi
şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə
əsasında fəaliyyət göstərir.[42]
47.2. Hüquqi şəxsin
nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer,
fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun
ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya
hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin
predmeti və məqsədləri müəyyənləşdirilir.
Hüquqi şəxslərin (publik hüquqi
şəxslər və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və
yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna
olmaqla) nizamnamələrində
dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə
orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə,
habelə dövlət nəzarəti və yoxlama funksiyalarının
nəzərdə tutulmasına yol verilmir.[43]
47.3. Nizamnamədə
dəyişikliklər dövlət qeydiyyatına alındığı
andan üçüncü şəxslər üçün
hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər
və onların təsisçiləri (iştirakçıları)
həmin dəyişiklikləri nəzərə almaqla hərəkət
etmiş üçüncü şəxslərlə münasibətlərdə
həmin dəyişikliklərin qeydə alınmadığına
istinad edə bilməzlər.
Maddə 48. Hüquqi şəxslərin
dövlət qeydiyyatı
48.1. Hüquqi şəxs
müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına
alınmalıdır. Dövlət qeydiyyatının məlumatları,
o cümlədən kommersiya təşkilatları üçün
firma adı ümumi tanışlıq üçün açıq
olan hüquqi şəxslərin dövlət reyestrinə daxil
edilir.
48.2. Hüquqi şəxsin
dövlət qeydiyyatına alınmasından imtina edilməsinə
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina
edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə
şikayət verilə bilər.[44]
48.3. Hüquqi şəxs
yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən
qeydə alınmalıdır.
Maddə 49. Hüquqi şəxsin
orqanları KMQ30
49.1. Hüquqi şəxslər
qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət
göstərən öz orqanları vasitəsilə mülki hüquqlar
əldə edir və öhdələrinə mülki vəzifələr
götürürlər. Hüquqi şəxsin orqanlarının
seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan Respublikasının qanunları
ilə müəyyənləşdirilir. [45]
49.2. Hüquqi şəxs
öz iştirakçıları, habelə təmsilçiləri
vasitəsilə mülki hüquqlar əldə edə bilər
və öhdəsinə mülki vəzifələr götürə
bilər.
49.3. Hüquqi şəxs
adından çıxış edən şəxs, o cümlədən
hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə
(direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı
şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri
üçün vəzifələrini yerinə yetirərkən
vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət
etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının
maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını
öz maraqlarından üstün tutmaq, ehtiyatlı
olmaq, habelə qərarların qəbulu zamanı ədalətli
və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin
hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi
üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin
nizamnamə kapitalında ən azı 5 faiz
paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini
pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə
dəymiş zərərin əvəzini ödəməlidir.[46]
49.4. Hüquqi şəxsin mənafeləri
üçün bu Məcəllə ilə müəyyən
edilən vəzifələrini yerinə yetirməyən və
ya lazımınca yerinə yetirməyən hüquqi şəxs
adından çıxış edən şəxs, o cümlədən
hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə
(direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı
şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya)
dəyən zərərə görə aşağıdakı
hallarda məsuliyyət daşıyır: [47]
49.4.1. hüquqi şəxsin zərərlə
işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə
qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə
orqanlarının üzvlərinə bonusların ödənilməsi;
49.4.2. hüquqi şəxsin əmlakının
bazar şərtlərindən əhəmiyyətli dərəcədə
aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi
və ya istifadəyə verilməsi;
49.4.3. hüquqi şəxsə aidiyyəti
olan şəxslərlə qanunun tələblərini pozan və
ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan
müqavilələrin bağlanması;
49.4.4. hüquqi şəxsin bağlanmış
müqavilələr əsasında malları (işləri, xidmətləri)
onların real dəyərindən əhəmiyyətli dərəcədə
yuxarı qiymətə satın alması;
49.4.5. özü üçün, hüquqi
şəxsə aidiyyəti olan şəxslər və ya digər
şəxslər üçün maddi və qeyri-maddi əmlak
nemətləri və bu cür əmlaka hüquqların təmin
edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının
mənimsənilməsi və ya israf edilməsi;
49.4.6. səhmdarlara (payçılara) münasibətdə
ədalətsiz və ya onlara ziyan vuran əqdlərin
bağlanması. [48]
49.5. Hüquqi şəxsin adından çıxış
edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə
(direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı
şəxs hüquqi şəxsə vurulmuş zərərə
görə hüquqi şəxsin ümumi yığıncağının
qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla
bilər. Hüquqi şəxsə vurulmuş zərərə
görə hüquqi şəxsin adından çıxış
edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında
(müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil
olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə
cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin
ödənilməsi vəzifəsindən azad etmir.
49.6. Bu Məcəllənin 49.4-cü maddəsində
nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların
baş verməsinə dair əsaslı şübhələr
olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı
10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları)
hüquqi şəxs adından çıxış edən şəxsdən,
o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında
(müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil
olunan hər hansı şəxsdən hüquqi şəxsdə
olan və həmin hallarla bağlı bütün sənədlərə
(konkret sənəd göstərilmədən) və ya məlumatlara
baxış keçirmək məqsədi ilə həmin sənədləri
(məlumatları) tələb edə bilər. Bu halda müraciət
olunan şəxs tərəfindən həmin iştirakçının
tələbi 5 (beş) iş günü ərzində təmin
edilməlidir. İştirakçı həmin sənədin (məlumatın)
surətini əldə etmək istədikdə, müraciət
olunan şəxs tərəfindən həmin sənədin (məlumatın)
təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı
baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların
konfidensiallığını qorumalı və qanunda nəzərdə
tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə
həmin məlumatları ötürməməlidir.[49]
Maddə 49-1. Hüquqi şəxs tərəfindən
aidiyyəti şəxslərlə əqdlərin bağlanması
qaydası[50]
49-1.1.
Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin
hüquqi şəxs arasında bağlanılan hər hansı
əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu
aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə
aidiyyəti olan şəxslər aşağıdakılardır:
49-1.1.1.
hüquqi şəxsin direktorlar şurasının (müşahidə
şurasının) və icra orqanının rəhbəri və
üzvləri;
49-1.1.2.
hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik,
idarə və s.) rəhbəri;
49-1.1.3.
bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində
göstərilən şəxslərin qohumları (əri (arvadı),
valideynləri, o cümlədən ərinin, arvadının valideynləri,
babaları və nənələri, övladları, övladlığa
götürənləri (götürülənləri), qardaşları
və bacıları);
49-1.1.4.
hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10
faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik
olan hər hansı şəxs;
49-1.1.5.
bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində
göstərilən şəxslərin birbaşa və ya dolayısı
ilə iştirak etdiyi hüquqi şəxslər;
49-1.1.6.
hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20
faiz payla iştirak etdiyi hüquqi şəxs;
49-1.1.7.
bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində
göstərilən hüquqi şəxslərdə ən azı
20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
49-1.1.8.
bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində
göstərilən hüquqi şəxslərin direktorlar şurasının
(müşahidə şurasının) və icra orqanlarının
rəhbərləri;
49-1.1.9. “Banklar
haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq,
banklara, bank olmayan kredit təşkilatlarına və investisiya
fondlarına aidiyyəti olan digər şəxslər.[51]
49-1.2.
Aidiyyəti şəxslə bağlanması nəzərdə
tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin
5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin
əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş
müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının
ümumi yığıncağının sadə səs çoxluğu
ilə qəbul edilmiş qərarı ilə bağlanılır.
Həmin əqdə münasibətdə aidiyyəti şəxs
olan iştirakçı məsələ ilə əlaqədar
olan səsvermədə iştirak edə bilməz.
49-1.3.
Aidiyyəti şəxslə bağlanması nəzərdə
tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin
5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd
hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının
ümumi yığıncağı, direktorlar şurası (müşahidə
şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun
tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul
olunur. Bu halda iştirakçıların ümumi yığıncağında,
direktorlar şurasının (müşahidə şurasının)
və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs
olan iştirakçı (üzv) səsvermədə iştirak
edə bilməz. Hüquqi şəxsin təkbaşına icra
orqanının rəhbəri, habelə onun bu Məcəllənin
49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən
şəxsləri aidiyyəti şəxs qismində çıxış
etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar
şurasının (müşahidə şurasının), o olmadıqda
isə hüquqi şəxsin ümumi yığıncağının
qərarı ilə bağlanılır. [52]
49-1.4.
Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin
tələbləri pozulmaqla bağlanılması nəticəsində
hüquqi şəxsə dəyən zərərə görə
təqsiri olan şəxslər məsuliyyət daşıyır.
Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci
və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla
bağlandığını bildikdə hüquqi şəxs və
ya onun istənilən iştirakçısı bu Məcəllənin
337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin
əqdi mübahisələndirə bilər.[53]
49-1.5.
Hüquqi şəxsin direktorlar şurasının (müşahidə
şurasının) rəhbəri və ya üzvləri özlərinin,
bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin bağlanılan əqdə
münasibətdə aidiyyəti şəxs qismində çıxış
etmələri, həmçinin həmin əqdlə əlaqədar
öz maraqlarının xüsusiyyətləri (onun yaranması,
həcmi və s.) barədə məlumatı hüquqi şəxsin
iştirakçılarına yazılı şəkildə təqdim
etməlidirlər.
49-1.6.
Hüquqi şəxsin icra orqanının rəhbəri və
ya digər üzvləri özlərinin,
bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin bağlanılan əqdə
münasibətdə aidiyyəti şəxs qismində çıxış
etmələri, həmçinin həmin əqdlə əlaqədar
öz maraqlarının xüsusiyyətləri (onun yaranması,
həcmi və s.) barədə məlumatı hüquqi şəxsin
direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda
hüquqi şəxsin iştirakçılarına yazılı
şəkildə təqdim etməlidirlər. [54]
49-1.7.
Hüquqi şəxsin direktorlar şurasının (müşahidə
şurasının) və icra orqanının rəhbəri və
ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin,
bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin bağlanılan əqdə
münasibətdə aidiyyəti şəxs qismində çıxış
etmələri, həmçinin həmin əqdlə əlaqədar
öz maraqlarının xüsusiyyətləri (onun yaranması,
həcmi və s.) barədə məlumatı hüquqi şəxsin
direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda
hüquqi şəxsin icra orqanına yazılı şəkildə
təqdim etməlidirlər.
Maddə 50. Hüquqi şəxsin
adı
50.1. Hüquqi şəxsin
öz təşkilati-hüquqi formasını göstərən
adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi
şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.
50.1-1. Qeyri-hökumət
təşkilatlarının adında Azərbaycan Respublikasının
dövlət orqanlarının adlarından, habelə Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarından (onların
yaxın qohumlarının və ya vərəsələrinin icazəsi
olmadan) istifadə edilə bilməz.[55]
50.2. Kommersiya təşkilatı
olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı
qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış
hüquqi şəxsin həmin addan istifadəyə müstəsna
hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi
qaydası qanunvericiliklə müəyyənləşdirilir.
50.3. Başqa hüquqi
şəxsin firma adı ilə hüquqlar və vəzifələr
əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış
firma adından haqsız istifadə edən şəxs firma adına
hüququ olanın tələbi ilə ondan istifadəyə son
qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.
Maddə 51. Hüquqi şəxsin
olduğu yer
Hüquqi şəxsin
daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin
olduğu yer sayılır.[56]
Maddə 52. Hüquqi şəxsin
məsuliyyəti
52.1. Hüquqi şəxs
öz öhdəlikləri üçün ona mənsub bütün
əmlakla cavabdehdir.
52.2. Bu Məcəllədə
və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə
tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi
(iştirakçısı) hüquqi şəxsin öhdəlikləri
üçün, hüquqi şəxs isə təsisçinin
(iştirakçının) öhdəlikləri üçün
cavabdeh deyildir.
Maddə 53. Nümayəndəliklər
və filiallar
53.1. Hüquqi şəxsin
olduğu yerdən kənarda yerləşən və hüquqi
şəxsin mənafelərini təmsil və müdafiə edən
ayrıca bölməsi nümayəndəlik sayılır.
53.2. Hüquqi şəxsin
olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının
hamısını və ya bir hissəsini, o cümlədən
nümayəndəlik funksiyalarını həyata keçirən
ayrıca bölməsi filial sayılır.
53.3. Nümayəndəliklər
və filiallar hüquqi şəxs deyildirlər və hüquqi
şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət
göstərirlər. Nümayəndəliklərin və filialların
rəhbərləri hüquqi şəxs tərəfindən təyin
edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi
səxslər olduğu qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin rəhbərlərinin
müavinləri Azərbaycan Respublikasının vətəndaşları
olmalıdır.[57]
Maddə 54. İdarə
54.1. Hüquqi şəxsin
idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya
xarakterli funksiyaların həyata keçirilməsi üçün
yaratdığı təşkilat idarə sayılır.
54.2. İdarə
hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq
etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
54.3. İdarə
ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş
hədlərdə, öz fəaliyyətinin məqsədlərinə,
hüquqi şəxsin tapşırıqlarına və əmlakın
təyinatına uyğun sahiblik, istifadə və sərəncam
hüquqlarını həyata keçirir.
54.4. İdarənin
öhdəlikləri üçün məsuliyyət idarəni
yaratmış hüquqi şəxsin üzərinə düşür.
54.5. Dövlət
idarələrinin və digər idarələrin ayrı-ayrı
növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri
qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 55. Hüquqi şəxsin
yenidən təşkili
55.1. Hüquqi şəxsin
yenidən təşkili (birləşmə, qoşulma, bölünmə,
ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə həyata keçirilə bilər.
55.2. Qanunla müəyyənləşdirilmiş
hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən
bir və ya bir neçə hüquqi şəxsin ayrılması
şəklində yenidən təşkili məhkəmənin
qərarı ilə həyata keçirilir.
55.3. Məhkəmə
hüquqi şəxsin kənar idarəçisini təyin edir
və ona hüquqi şəxsi yenidən təşkil etməyi
tapşırır. Kənar idarəçinin təyin edildiyi andan
hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri
ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi
şəxsin adından çıxış edir, bölünmə
balansını tərtib edib baxılmaq üçün onu yenidən
təşkil nəticəsində yaranan hüquqi şəxslərin
nizamnamələri ilə birlikdə məhkəməyə verir.
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı,
qanunvericiliyin tələblərinə riayət edilməklə
yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına
alınması üçün əsasdır.[58]
55.4. Qoşulma şəklində
yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs
yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına
alındığı andan yenidən təşkil edilmiş sayılır.
55.5. Hüquqi şəxs
başqa hüquqi şəxsin ona qoşulması şəklində
yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin
fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi
şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci
hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
55.6. Bankların yenidən təşkili “Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.[59]
55.7. Barəsində
tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin
təmin edilməsi məqsədi ilə hüquqi şəxsin
yenidən təşkil olunması Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin
yenidən təşkil edilməsinin qadağan olunması barədə
məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti
orqanına göndərilir.[60]
Maddə 56. Hüquqi şəxslər
yenidən təşkil edilərkən hüquq varisliyi
56.1. Hüquqi şəxslər
birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri
təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə
keçir.
56.2. Hüquqi şəxs
digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi
şəxsin hüquq və vəzifələri təhvil aktına
uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
56.3. Hüquqi şəxs
bölündükdə onun hüquq və vəzifələri
bölünmə balansına uyğun olaraq yeni yaranmış
hüquqi şəxslərə keçir.
56.4. Hüquqi şəxsin
tərkibindən bir və ya bir neçə hüquqi şəxs
ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin
hüquq və vəzifələri bölünmə balansına
uyğun olaraq onların hər birinə keçir.
56.5. Bir növdən
olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə
çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi)
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq
və vəzifələri təhvil aktına uyğun olaraq yeni
yaranmış hüquqi şəxsə keçir.
Maddə 57. Təhvil aktı və
bölünmə balansı
57.1. Təhvil aktında
və bölünmə balansında yenidən təşkil edilmiş
hüquqi şəxsin bütün kreditorları və borcluları
barəsində öhdəliklərinin hamısı, o cümlədən
tərəflərin mübahisə etdikləri öhdəliklər
üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.
57.2. Təhvil aktı
və bölünmə balansı hüquqi şəxsin yenidən
təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri
(iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə
ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq
edilir və nizamnamələrlə birlikdə yeni yaranmış
hüquqi şəxslərin dövlət qeydiyyatına alınması
və ya mövcud hüquqi şəxslərin nizamnamələrində
dəyişikliklər edilməsi üçün təqdim olunur.
57.3. Nizamnamələrlə
birlikdə təhvil aktının və bölünmə balansının
təqdim edilməməsi, habelə onlarda yenidən təşkil
edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə
hüquq varisliyi haqqında müddəaların olmaması yeni
yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına
almaqdan imtina edilməsinə səbəb olur.
Maddə 58. Hüquqi şəxs yenidən
təşkil edilərkən onun kreditorlarının hüquqları
üçün təminatlar
58.1. Hüquqi şəxsin
yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi
şəxsin təsisçiləri (iştirakçıları)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə
tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin
yenidən təşkili barəsində onun kreditorlarına yazılı
bildiriş göndərməyə borcludurlar.
58.2. Yenidən təşkil
edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən
təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə
xitam verilməsini və ya onların vaxtından əvvəl icra
olunmasını və zərərin əvəzinin ödənilməsini
tələb etsin.
58.3. Əgər
bölünmə balansı yenidən təşkil edilmiş hüquqi
şəxsin hüquq varisini müəyyənləşdirməyə
imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər
yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri
üçün onun kreditorları qarşısında birgə
məsuliyyət daşıyırlar.
Maddə 59. Hüquqi şəxsin
ləğvi
59.1. Hüquqi şəxsin
ləğvi onun mövcudluğuna və fəaliyyətinə
hüquq və vəzifələri hüquq varisliyi qaydasında
başqa şəxslərə keçmədən xitam verilməsi
deməkdir.
59.2. Hüquqi şəxs
aşağıdakı hallarda ləğv edilə bilər:
59.2.1. onun təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı
ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu
üçün nəzərdə tutulan müddətin qurtarması
və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin
əldə edilməsi ilə əlaqədar olaraq;
59.2.2. hüquqi
şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik
pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə
tərəfindən etibarsız sayıldığı halda;
59.2.3. lazımi
xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla
qadağan edilmiş fəaliyyət həyata keçirildikdə
və ya qanunvericilik digər şəkildə dəfələrlə
və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond
onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə
müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunlarında nəzərdə
tutulan başqa hallarda məhkəmənin qərarı ilə;[61]
59.2.4.
məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi
ləğvetmə növündə cinayət-hüquqi tədbir
tətbiq edildikdə.[62]
59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində
göstərilən əsaslar üzrə hüquqi şəxsin
ləğv edilməsi təşəbbüsü ilə çıxış
edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə
ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə
rəhbərlik edən icra orqanından hüquqi şəxsin
bütün kreditorlarının tələblərini 12 ay ərzində
qarşılamaq üçün ödəmə qabiliyyətinin
olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və
passivlərinin vəziyyəti barədə) qəbul edilməsini
tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə
qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı
qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin
mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın
qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə,
iştirakçıların ümumi yığıncağı
hüquqi şəxsin bütün kreditorlarının tələblərini
12 ay ərzində qarşılamaq üçün ödəmə
qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün
müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor
hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını
öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə
ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.[63]
59.3. Bu Məcəllənin
59.2.2 və 59.2.3-cü maddələrində
göstərilən əsaslar üzrə hüquqi şəxsin
ləğv edilməsi tələbini məhkəməyə qanunla
bu cür tələb irəli sürmək hüququ verilmiş
dövlət orqanı (qurumu) və ya yerli özünüidarə
orqanı irəli sürə bilər. Hüquqi şəxsin
ləğv edilməsi haqqında məhkəmənin qərarı
ilə onun təsisçilərinə (iştirakçılarına)
və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi
üçün vəkil edilmiş orqana hüquqi şəxsin
ləğvini həyata keçirmək vəzifələri həvalə
edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən
əsas üzrə hüquqi şəxsin ləğv edilməsi
haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə
komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin
ləğvini həyata keçirmək vəzifələri həvalə
olunur.[64]
59.4. Hüquqi şəxs
müflis olma nəticəsində də ləğv edilir.
59.5. Əgər
ləğv edilən hüquqi şəxsin əmlakının
dəyəri kreditorların tələblərinin ödənilməsi
üçün yetərli deyildirsə, o yalnız müflis olma
nəticəsində ləğv edilə bilər.
59.6. Ləğvetmə prosesinin ümumi
müddəti hüquqi şəxsin ləğv edilməsi barədə
məlumatın hüquqi şəxslərin dövlət reyestrinə
daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır.
Həmin müddətin keçməsi ləğvetmə prosesinin
yenidən başlamasına səbəb olur.[65]
59.7. Xarici hüquqi şəxslərin filial
və ya nümayəndəliklərinin ləğv edilməsi
zamanı hüquqi şəxslərin ləğvi üçün
bu Məcəllə və “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.[66]
59.7-1. Azərbaycan Respublikasında xarici
media subyektlərinin filial və nümayəndəliklərinin
ləğv olunması məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat
daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən 5 (beş) iş günü
ərzində bu Məcəllənin 59 – 61-ci maddələrində
hüquqi şəxsin ləğv edilməsi ilə bağlı
qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında xarici
media subyektlərinin filial və nümayəndəliklərinin
ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən
çıxarılması təmin edilir.[67]
59.8. Yerli bankların, onların filial, şöbə və
nümayəndəliklərinin, habelə xarici bankların yerli
filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri nəzərə alınmaqla həyata keçirilir.[68]
59.9. Barəsində
tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin
təmin edilməsi məqsədi ilə hüquqi şəxsin
onun təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi
şəxsin ləğv edilməsinin qadağan olunması barədə
məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti
orqanına göndərilir.[69]
Maddə 60. Hüquqi
şəxsin ləğvi haqqında qərar[70]
60.1. Hüquqi şəxsin ləğvi haqqında
qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir,
bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası
və müddətləri müəyyənləşdirilir və
ləğvetmə prosesi başlayır.
60.2. Ləğvetmə prosesi ərzində
hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
60.3. Hüquqi şəxsin ləğv edilməsi
haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları
və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv
barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız
ləğvetmə prosesi çərçivəsində fəaliyyət
göstərir. Ləğv edilən hüquqi şəxsin adından
məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış
edir.
60.4. Ləğvetmə komissiyasının
(təsviyəçinin, ləğvedicinin) təyin edildiyi
andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri
ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi
və qalıq gəlirin saxlanıla bilməsi üçün
hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən
səmərəli, qiymət baxımından sərfəli və
tez bir zamanda satılması, borcların ödənilməsindən
sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi,
məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı
ləğv edildikdə onun borclarının ödənilməsindən
sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun
olaraq həll edilir.
60.5. Ləğvetmə komissiyasının
üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri
zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə
riayət etməlidirlər.
60.6. Ləğvetmə komissiyasının
üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları
qaydada geri çağırıla və ya başqa şəxslərlə
əvəz edilə bilərlər.
Maddə 61. Hüquqi şəxsin
ləğvi qaydası[71]
61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu
gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında
hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında
məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi
şəxsin ləğv edilməsi və kreditorlarının
tələblərinin bildirilməsi qaydası və müddəti
haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər
dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni
qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli
sürülməsi müddəti ləğvetmə haqqında
ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən
az ola bilməz.
61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu
gündən sonra 15 gün müddətində ləğvetmə
barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və
61.1-ci maddələrində göstərilən ödəmə
qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı,
ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi
və möhürü hüquqi şəxslərin dövlət
qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti
orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət
qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti
orqanı təqdim edilmiş məlumatları aldığı
gündən 5 gün ərzində “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət
reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən
sənədlərin tərtibi zamanı üzərində “ləğv
prosesindədir” yazılmış möhürdən istifadə
olunur və bütün sənədlərdə onun adından
sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.
61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları
aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər
görür, habelə ləğvetmə ilə bağlı mətbuatda
elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi
haqqında bütün məlum kreditorlara bildiriş göndərir,
dövlət büdcəsinə məcburi ödənişlər
və büdcədənkənar dövlət fonduna məcburi
dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları,
habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta
haqları üzrə borcların olub-olmamasını
müəyyən etmək üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət edir.[72]
61.3-1. Ləğvetmə komissiyası özünün
və ləğv edilən hüquqi şəxsin fəaliyyəti
nəticəsində yaranmış və “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq arxiv sənədinə
aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu
yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına
təhvil verilməsini təmin edir.[73]
61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı
bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı
halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna
malikdir. Tələb barədə məhkəmə qərarı
qəbul edilənədək onun təmin edilməsi üçün
zəruri olan vəsait saxlanılmalıdır.
61.5. Kreditorların tələblərinin
irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün
müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə
balansını tərtib edərək təsdiq edir və hüquqi
şəxsin iştirakçılarına göndərir. Aralıq
ləğvetmə balansına ən azı ləğv edilən
hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının
tələblərinin və debitor borcların siyahısı haqqında
məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə
razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı
10 faiz iştirak payına malik iştirakçısı həmin
balansı aldığı gündən 7 gün ərzində
ümumi yığıncağın çağırılmasını
tələb edə bilər. Bu halda aralıq ləğvetmə
balansı iştirakçıların ümumi yığıncağı
tərəfindən təsdiq edilməlidir.
61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə
məxsus olan əmlakın kreditorların tələblərini
ödəmək üçün kifayət etmədiyini müəyyən
etdikdə, dərhal müflis olma prosesini başlamalıdır.
61.7. Ləğv edilən hüquqi şəxsin
kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası
(təsviyəçi, ləğvedici) ödəmə
barədə tələblərin daxil olduğu növbəlilik
qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq
onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
61.7-1. Bu Məcəllənin
404-4.3-cü maddəsində nəzərdə tutulan halda gələcək
iştirak payı (səhm) haqqında müqavilə üzrə
investorun ödəniş tələbləri, hüquqi şəxsin
digər təminatsız kreditorlarının tələblərindən
sonra, lakin hüquqi şəxsin iştirakçılarına
(səhmdarlarına) qalıq əmlakın verilməsindən
(bölüşdürülməsindən) əvvəl yerinə
yetirilir.[74]
61.8. Bütün məlum olan kreditorlarla
hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində
ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə
balansını və qalıq əmlakın iştirakçılar
arasında bölünməsi (qeyri-kommersiya təşkilatı
olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü
və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi)
planını əks etdirən hesabatı tərtib edir. Həmin
balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən
gec olmayaraq hüquqi şəxsin iştirakçıları və
ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən
təsdiq edilməlidir.
61.9. Kreditorlar ləğvetmə balansı
təsdiq edilənə qədər öz tələblərini
irəli sürə bilərlər.
61.10. Ləğvetmə balansı təsdiq
edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası
(təsviyəçi, ləğvedici) qalan əmlakın
təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi
şəxsin iştirakçılarına təqdim edilməsini,
qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq
edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun
olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi
iştirakçının payına mütənasib şəkildə
həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin
iştirakçısı və ya iştirakçının
vərəsəsi olmadıqda qalıq əmlak dövlətə
verilir. Dövlətin adından həmin əmlakı müvafiq
icra hakimiyyəti orqanı qəbul edir.
61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın
bölünməsindən və ya istifadə edilməsindən
sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə
balansını, qalıq əmlakın bölünməsi (istifadə
edilməsi) planını əks etdirən hesabatı, həmin
əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya
təşkilatı olduğu halda isə bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun
olaraq istifadə edilməsini) təsdiq edən sənədi və
“Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər
sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını
həyata keçirən müvafiq icra hakimiyyəti orqanına
göndərir.
61.12. Hüquqi şəxsin ləğvi
bu barədə qeydin hüquqi şəxslərin dövlət
reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi
şəxs isə mövcudluğuna son qoymuş sayılır.
61.13. Hüquqi şəxsin ləğvi
başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə
bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə
prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası
(təsviyəçi, ləğvedici) təyin edə
bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi
həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar
arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı
olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü
və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir).
Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından
sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə
prosesinin yenidən açılmasına səbəb olmur.
Maddə 62. Kreditorların tələblərinin
ödənilməsi[75]
62.1. Hüquqi şəxs
ləğv edilərkən onun kreditorlarının tələbləri
aşağıdakı növbə ilə ödənilir:
62.1.1. birinci növbədə
ləğv edilən hüquqi şəxsin əmlakının
girov qoyulması ilə təmin edilmiş öhdəliklər
üzrə kreditorların tələbləri ödənilir;
62.1.2. ikinci növbədə
müvafiq vədəli ödənişlərin kapitallaşdırılması
yolu ilə o, fiziki şəxslərin tələbləri ödənilir
ki, ləğv edilən hüquqi şəxs onların qarşısında
həyata və ya sağlamlığa zərər vurulması
üçün məsuliyyət daşıyır;
62.1.3. üçüncü
növbədə işdənçıxma müavinətlərinin
verilməsi və əmək müqaviləsi üzrə işləyən
şəxslərin əməyinin ödənilməsi üzrə,
müəlliflik müqavilələrinə əsasən haqların
ödənilməsi üzrə hesablaşmalar aparılır;
62.1.4. dördüncü
növbədə büdcəyə məcburi ödənişlər
və büdcədənkənar dövlət fonduna məcburi
dövlət sosial sığorta haqları üzrə borc ödənilir;[76]
62.1.5. beşinci
növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.
62.1.-2. Sığortaçının
kreditorlarının tələblərinin ödənilməsinin
növbəliliyi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.[77]
62.2. Hər növbənin
tələbləri əvvəlki növbənin tələbləri
tam ödənildikdən sonra ödənilir.
62.3. Ləğvetmə
komissiyası kreditorun tələblərini ödəməkdən
imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda
kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə
balansı təsdiq edilənədək ləğvetmə komissiyasına
qarşı iddia ilə məhkəməyə müraciət
etsin.
62.4. Ləğvetmə
komissiyasının tələblər irəli sürülməsi
üçün müəyyənləşdirdiyi müddət
qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların
vaxtında bildirdikləri tələblər ödənildikdən
sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından
ödənilir.
62.5. Ləğv
edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə
komissiyası tərəfindən qəbul edilməmiş tələbləri
kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi
hallarda, habelə məhkəmə qərarı ilə kreditora
ödənilməsindən imtina edilmiş tələbləri
ödənilmiş sayılır.
Maddə 63. Hüquqi şəxsin
müflis olması
63.1. Əgər
hüquqi şəxs kreditorların tələblərini ödəməyə
qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis
sayıla bilər.
63.2. Hüquqi şəxsin
məhkəmə tərəfindən müflis sayılması
əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyənləşdirilir. [78]
§2. Kommersiya təşkilatları
Maddə 64. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri
64.1. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri təsisçilərinin
(iştirakçılarının) paylarına bölünmüş
nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır.
Təsisçilərin (iştirakçıların) maya qoyuluşları
hesabına yaranmış əmlak, habelə təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti
prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət
hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə
tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs
yarada bilər.
64.2. Təsərrüfat
ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı
formasında yaradıla bilər.
64.3. Təsərrüfat
cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli
cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla
bilər.
64.4. Yalnız fərdi
sahibkarlar və (və ya) kommersiya təşkilatları tam ortaqlıqların
iştirakçıları və kommandit ortaqlıqlarında
tam ortaqlar ola bilərlər.
64.5. Təsərrüfat
cəmiyyətlərinin iştirakçıları və kommandit
ortaqlıqlarının maya qoyanları fiziki və hüquqi şəxslər
ola bilərlər.
64.6. Dövlət
orqanları və yerli özünüidarə orqanları təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları
kimi çıxış edə bilməzlər.
64.7. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri
(iştirakçıları) ola bilərlər.
64.8. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin əmlakına
qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan
və ya əmlak hüquqlarından və ya pul dəyəri olan
digər hüquqlardan ibarət ola bilər.
64.9. Təsərrüfat
cəmiyyəti iştirakçısının mayasının
pulla qiymətləndirilməsi cəmiyyətin təsisçiləri
(iştirakçıları) arasında razılaşmaya əsasən
yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən)
keçirilməlidir.
64.10. Bu Məcəllənin
90.4-cü və 104.1-ci maddələrinin tələblərindən
fərqli olaraq təsərrüfat cəmiyyətinin nizamnaməsi
ilə direktorlar şurasına (müşahidə
şurasına) təsisçilərin
(iştirakçıların) ümumi
yığıncağını çağırmadan, nizamnamədə
əvvəlcədən yuxarı həddi nəzərdə
tutulmuş, lakin şərtləri (hüquqları,
imtiyazları və məhdudiyyətləri) hələ müəyyən
edilməmiş yeni payların ayrılması və ya səhmlərin
buraxılması barədə qərar qəbul etmək səlahiyyəti
verilə bilər. Bu payların (səhmlərin) emissiya şərtləri
direktorlar şurasının (müşahidə
şurasının) qərarı ilə müəyyən
edilir və bununla bağlı nizamnaməyə edilən dəyişikliklər
qanunla müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınır.[79]
Maddə 65. Təsərrüfat ortaqlığı
və ya cəmiyyəti iştirakçılarının hüquq
və vəzifələri
65.1. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.1.1. bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın
və ya cəmiyyətin işlərinin idarə olunmasında
iştirak edə bilər;
65.1.2. nizamnamədə
müəyyənləşdirilmiş qaydada ortaqlığın
və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala
bilər və onun mühasibat kitabları və digər sənədləri
ilə tanış ola bilər;
65.1.3. mənfəət
bölgüsündə iştirak edə bilər;
65.1.4. ortaqlığın
və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə
hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini
ala bilərlər.
65.2. Təsərrüfat
ortaqlığı və ya cəmiyyəti iştirakçılarının
bu Məcəllədə, ortaqlığın və ya cəmiyyətin
nizamnaməsində nəzərdə tutulan başqa hüquqları
da ola bilər.
65.3. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.3.1. nizamnamədə
nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə
maya qoymalıdırlar;
65.3.2. ortaqlığın
və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı
açıqlamamalıdırlar;
65.3.3. onun nizamnaməsində
nəzərdə tutulan digər vəzifələri daşımalıdırlar.
Maddə 65-1. Korporativ müqavilə[80]
65-1.1. Məhdud
məsuliyyətli cəmiyyətin iştirakçıları
və ya səhmdar cəmiyyətinin səhmdarları,
habelə korporativ müqavilədən irəli gələn
öhdəliklərin icrasında iştirakı zəruri
olduğu hallarda cəmiyyətin özü, öz
aralarında və ya cəmiyyətlə öz korporativ
hüquqlarının həyata keçirilməsi
qaydasını və cəmiyyətin fəaliyyətinin
təmin edilməsi və idarə edilməsi ilə
bağlı məsələləri müəyyən edən
korporativ müqavilə bağlaya bilərlər. Korporativ
müqaviləyə əsasən həmin subyektlər öz
hüquqlarını bu müqavilə ilə
müəyyən edilmiş qaydada həyata keçirməyi
və ya onların həyata keçirilməsindən
çəkinməyi (imtina etməyi) öhdələrinə
götürürlər.
65-1.2. Korporativ
müqavilədə təsisçilərin
(iştirakçıların) aşağıdakı
məsələlərlə bağlı hüquq və
vəzifələri bu Məcəllə ilə və digər
normativ hüquqi aktlarla müəyyən edilmiş
tələblərə zidd olmamaq şərtilə
tənzimlənə bilər:
65-1.2.1.
təsərrüfat cəmiyyətinin
təsisçilərinin (iştirakçılarının)
ümumi yığıncağında səsvermə
qaydaları və şərtləri;
65-1.2.2.
təsərrüfat cəmiyyətinin nizamnamə
kapitalındakı payların (səhmlərin)
özgəninkiləşdirilməsi qaydaları,
müəyyən qiymətə və ya müəyyən
hallar baş verdikdə həmin payların (səhmlərin)
alınması, yaxud da onların əldə edilməsindən
və ya özgəninkiləşdirilməsindən imtinanı,
o cümlədən payların (səhmlərin) qiymətinin
müəyyən edilməsi qaydasını və bu
Məcəllənin 93-cü və 101-ci maddələrində
nəzərdə tutulan qaydalardan fərqli olaraq bu
Məcəllənin 65-2-ci maddəsində nəzərdə
tutulan xüsusi hüquqların tətbiqi;
65-1.2.3.
təsərrüfat cəmiyyətinin idarə edilməsi
üzrə, o cümlədən cəmiyyətin
idarəetmə orqanlarının
formalaşdırılması və fəaliyyətinin
təşkili üzrə şərtlər;
65-1.2.4. korporativ
müqavilənin tərəfi olan təsərrüfat
cəmiyyətinin təsisçilərinə
(iştirakçılarına) məxsus payların
(səhmlərin) tam mülkiyyət hüququnun korporativ
müqavilədə nəzərdə tutulmuş
hədəflərə çatmaqdan asılı olaraq
tədricən yaranması qaydaları və
şərtləri, o cümlədən həmin müddət
bitənədək və ya hədəflərə
çatılmadıqda payların (səhmlərin)
cəmiyyət və ya digər iştirakçılar tərəfindən
geri alınması mexanizmləri;
65-1.2.5. korporativ
müqavilənin tərəfi olan və eyni zamanda
təsərrüfat cəmiyyəti ilə əmək
münasibətlərində olan təsisçinin
(iştirakçının) onunla olan əmək
münasibətlərinə xitam verilməsinin
əsaslarından asılı olaraq paylarını
(səhmlərini) digər iştirakçılara və ya
cəmiyyətə geri satması və həmin satış
üzrə qiyməti və şərtləri
müəyyən edən müddəalar;
65-1.2.6.
mübahisələrin həlli qaydası, tərəflər
arasında fikir ayrılığı yarandıqda tətbiq
ediləcək mübahisələrin həlli üsulları,
o cümlədən arbitraj və tətbiq ediləcək
hüquq barədə şərtlər;
65-1.2.7.
cəmiyyətin idarə edilməsində korporativ
müqavilə iştirakçıları üçün
xüsusi əhəmiyyət kəsb edən
məsələlərin (qorunan məsələlərin)
siyahısı, habelə bu məsələlər üzrə
qərar qəbulu və səsvermə qaydaları;
65-1.2.8.
təsərrüfat cəmiyyətinin idarəetmə
orqanlarına namizədlərin təyinatının
razılaşdırılması və şərtləri,
habelə müəyyən iştirakçıların
nümayəndələrinin cəmiyyətin idarəetmə
orqanlarının iclaslarında səs hüququ olmadan
iştirak etmək və iclas materialları ilə tanış
olmaq hüququ;
65-1.2.9.
təsərrüfat cəmiyyətinə investisiya edilmiş
vəsaitlərin istifadə istiqamətləri və
xərclənməsinə nəzarət mexanizmləri;
65-1.2.10.
payların (səhmlərin)
özgəninkiləşdirilməsi zamanı payı
(səhmi) əldə edən yeni iştirakçının
(səhmdarın) həmin müqaviləyə qoşulması
proseduru;
65-1.2.11. korporativ
müqavilənin şərtlərinin pozulmasının
hüquqi nəticələri;
65-1.2.12. korporativ
müqavilə iştirakçılarının
razılığı ilə müəyyən edilən
və normativ hüquqi aktlara zidd olmayan digər
şərtlər.
65-1.3. Korporativ
müqavilə yazılı formada bağlanır və
möhürlə (iştirakçı (səhmdar) hüquqi
şəxs olduqda həmçinin onun möhürü
ilə) təsdiqlənir. Korporativ müqavilənin notariat
qaydasında təsdiqi tələb olunmur. Müqavilənin
müddəaları yalnız onu imzalamış
tərəflər üçün məcburi
qüvvəyə malikdir və cəmiyyətin
nizamnaməsinin müddəalarına zidd olduqda,
müqaviləni imzalamış tərəflər
arasındakı daxili münasibətlərdə korporativ
müqavilənin müddəaları üstün hüquqi
qüvvəyə malikdir (bir şərtlə ki, bu, normativ
hüquqi aktlara zidd olmasın və üçüncü
şəxslərin hüquqlarına xələl
gətirməsin), cəmiyyət (tərəflərdən
birinin təsərrüfat cəmiyyəti olduğu hallar
istisna olmaqla) və üçüncü
şəxslərlə münasibətlərdə isə
nizamnamənin müddəaları tətbiq edilir.
65-1.4. Korporativ
müqavilənin şərtlərinin pozulması
müqavilənin digər tərəfləri üçün
dəymiş zərərin ödənilməsinə və
müqavilədə nəzərdə tutulmuş digər
hüquqi nəticələrin yaranmasına səbəb olur.
65-1.5. Korporativ
müqavilənin tərəfləri müqavilənin
bağlanmasından sonra on beş gündən gec olmayaraq
təsərrüfat cəmiyyətini bu barədə
yazılı şəkildə məlumatlandırmağa
borcludurlar.
65-1.6. Korporativ
müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, müqavilə tərəflərindən birinin
təsərrüfat cəmiyyətinin nizamnamə
kapitalındakı paylarına (səhmlərinə) olan
hüququna xitam verilməsi və ya müqavilədən
çıxması müqavilənin digər
tərəflər üçün qüvvədən düşməsinə
səbəb olmur.
65-1.7. Korporativ
müqavilə ilə ondan irəli gələn
öhdəliklərin icrasının təmin edilməsi
üsulları (dəbbə pulu, girov, zaminlik və s.) və
belə öhdəliklərin icra edilməməsi və ya
lazımınca icra edilməməsinə görə
məsuliyyət müəyyən edilə bilər.
Tərəflər həmçinin müqavilənin
pozulmasına görə dəymiş zərərin
ödənilməsini, cərimələrin tətbiqini və
ya öhdəliyin naturada icrasını tələb etmək
hüququnu nəzərdə tuta bilərlər.
65-1.8. Korporativ
müqavilədə fərqli səs, dividend və
ləğvetmə hüquqları verən
aşağıdakı xüsusi hüquqlar müəyyən
edilə bilər:
65-1.8.1.
ləğvetmə və ya özgəninkiləşdirmə
zamanı üstünlük: təsərrüfat
cəmiyyəti ləğv edildikdə və ya nəzarət
zərfinin və ya bütün aktivlərin satışı
(özgəninkiləşdirilməsi) həyata
keçirildikdə, səhmdar cəmiyyətində
imtiyazlı səhmlərə, məhdud məsuliyyətli
cəmiyyətdə isə nizamnamədə nəzərdə
tutulmuş xüsusi hüquqlu paylara (səhmlərə) sahib
olan təsisçilərin (iştirakçıların)
öz qoyduqları vəsaiti (nizamnamədə və ya
korporativ müqavilədə müəyyən edilmiş
əmsalla) digər təsisçilərdən
(iştirakçılardan) əvvəl geri almaq hüququ
(səhmdar cəmiyyətlərində imtiyazlı
səhmlərin hüquqi rejimi üzrə bu
Məcəllənin 106.2-ci maddəsi ilə müəyyən
edilmiş hallar nəzərə alınmaqla);
65-1.8.2. payın
(səhmin) dəyərsizləşməsi əleyhinə
müddəalar: təsərrüfat cəmiyyəti
tərəfindən gələcəkdə pay (səhm) nominal
dəyərindən aşağı olmamaqla, əvvəlki
buraxılış (yerləşdirmə) qiymətindən
daha aşağı yerləşdirmə qiyməti ilə
buraxıldıqda, müəyyən kateqoriya paylara
(səhmlərə) sahib olan təsisçilərin
(iştirakçıların) paylarının
(səhmlərinin) dəyər itkisindən qorunması
üçün konvertasiya qiymətinin və ya konvertasiya
nisbətinin yenidən hesablanması mexanizmi;
65-1.8.3. xüsusi
məsələlər: təsərrüfat cəmiyyətinin
imtiyazlı səhmlərinə (paylarına) və (və ya)
nizamnamə və ya korporativ müqavilə ilə nəzərdə
tutulmuş xüsusi hüquqlu paylara (səhmlərə) sahib
olan təsisçilərin (iştirakçıların)
razılığı olmadan qəbul edilə
bilməyəcək qərarların siyahısı və ya
veto hüququ;
65-1.8.4.
konvertasiya hüququ: imtiyazlı səhmləri (payları)
istənilən zaman nizamnamədə müəyyən
edilmiş şərtlərlə və nisbətdə adi
səhmlərə (paylara) çevirmək;
65-1.8.5.
təsərrüfat cəmiyyətinin fəaliyyətinə
və digər təsisçilərin
(iştirakçıların) hüquq və qanuni
mənafelərinə əhəmiyyətli təsir
göstərən qərarlar qəbul edildikdə, kiçik
həcmdə paya (səhmə) malik olan
təsisçilərin (iştirakçıların)
hüquqlarının qorunması mexanizmləri, o
cümlədən onlara öz paylarını
(səhmlərini) ədalətli bazar qiymətinə satmaq
və ya zəmanətli kompensasiya almaq hüququnun
verilməsi;
65-1.8.6. ümumi
yığıncaqda fərqli sayda səs vermək hüququnun
müəyyən edilməsi, təsərrüfat
cəmiyyətinin direktorlar şurasının
(müşahidə şurasının) üzvlərinin
seçilməsi və ya təyin edilməsi ilə
bağlı xüsusi hüquqlar;
65-1.8.7.
təsərrüfat cəmiyyəti tərəfindən yeni
paylar (səhmlər) buraxıldıqda, müəyyən
kateqoriya təsisçilərin (iştirakçıların)
öz mülkiyyət paylarına (səhmlərinə)
mütənasib şəkildə həmin payların
(səhmlərin) əldə edilməsində
üstünlük hüququnun bu Məcəllə ilə
müəyyən edilmiş qaydada verilməsi.
65-1.9.
Tərəflər, Azərbaycan Respublikasının rezidenti
və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq,
korporativ müqavilədə aralarında yaranacaq
mübahisələrin həlli üzrə xarici
dövlətin hüququnun tətbiq edilməsi barədə
razılığa gələ bilərlər.
Maddə 65-2.
Payın (səhmin) özgəninkiləşdirilməsi
ilə bağlı xüsusi hüquqlar[81]
65-2.1.
Təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya
iştirakçılar arasında bağlanmış korporativ
müqavilə ilə payların (səhmlərin)
özgəninkiləşdirilməsi ilə bağlı
aşağıdakı xüsusi hüquqlar müəyyən
edilə bilər:
65-2.1.1. birgə
satış hüququ: təsərrüfat cəmiyyətinin
nizamnamə kapitalında onun nizamnaməsi və ya korporativ
müqavilə ilə müəyyən edilmiş həddən
çox paya (səhmə) malik olan və öz
paylarını (səhmlərini) üçüncü
tərəfə satan təsisçi (iştirakçı)
alış təklifi aldıqda, digər təsisçilərin
(iştirakçıların) öz paylarını eyni
şərtlərlə və eyni qiymətə həmin
alıcıya satmaq hüququna dair şərt. Satıcı təsisçi
(iştirakçı) bu barədə digər
təsisçiləri (iştirakçıları)
məlumatlandırmağa və onların da satışda
iştirakını təmin etməyə borcludur;
65-2.1.2.
məcburi satış hüququ: təsərrüfat
cəmiyyətinin nizamnamə kapitalında nizamnamə və
ya korporativ müqavilə ilə müəyyən edilmiş
həddən çox paya (səhmə) malik olan
təsisçi (iştirakçı) təsərrüfat
cəmiyyətinin paylarının (səhmlərinin)
hamısının və ya nəzarət zərfinin
üçüncü şəxsə satışı
(özgəninkiləşdirilməsi) barədə
üçüncü şəxslə razılığa
gəldikdə, digər təsisçiləri
(iştirakçıları) öz paylarını
(səhmlərini) eyni şərtlərlə və eyni
qiymətə satmağa məcbur etmək hüququna dair
şərt;
65-2.1.3. ilk imtina
hüququ: açıq səhmdar cəmiyyətləri istisna
olmaqla, digər təsərrüfat cəmiyyətlərinin
hər hansı təsisçisi (iştirakçısı)
öz payını (səhmini) üçüncü
şəxsə satmaq niyyətində olduqda, həmin payı
(səhmi) eyni şərtlərlə ilk növbədə
təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya
korporativ müqavilə ilə müəyyən edilmiş
müəyyən kateqoriya təsisçisinə
(iştirakçısına) təklif etməyə dair
şərt.
Maddə 66. Təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi
66.1. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri iştirakçıların
ümumi yığıncağının qərarı ilə
bu Məcəllədə müəyyənləşdirilmiş
qaydada başqa növlü təsərrüfat ortaqlıqlarına
və cəmiyyətlərinə çevrilə bilər.
66.2. Ortaqlıq
cəmiyyətə çevrilərkən cəmiyyətin iştirakçısı
(səhmdarı) olmuş hər bir tam ortaq ortaqlıqdan cəmiyyətə
keçmiş öhdəliklər üzrə iki il ərzində
özünün bütün əmlakı ilə subsidiar məsuliyyət
daşıyır. Keçmiş ortağın ona mənsub payları
(səhmləri) özgəninkiləşdirməsi onu bu cür
məsuliyyətdən azad etmir.
Maddə 67. Törəmə təsərrüfat
cəmiyyəti
67.1. Təsərrüfat
cəmiyyəti o halda törəmə cəmiyyət sayılır
ki, digər (əsas) təsərrüfat ortaqlığı və
ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına
görə və ya onlar arasında bağlanmış müqaviləyə
müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi
qərarları müəyyənləşdirmək imkanına
malik olur.
67.2. Törəmə
cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin
borcları üçün cavabdeh deyildir.
67.3. Törəmə
cəmiyyətə onun üçün məcburi göstərişlər
vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət
həmin göstərişlərin icrası üçün törəmə
cəmiyyətin bağladığı əqdlər üzrə
onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq
və ya cəmiyyət törəmə cəmiyyətə onun
üçün məcburi göstərişlər vermək hüququna
yalnız o halda malik sayılır ki, bu hüquq törəmə
cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş
olur.
67.4. Törəmə
cəmiyyətin iştirakçıları (səhmdarları)
əsas ortaqlıqdan və ya cəmiyyətdən onun təqsiri
üzündən törəmə cəmiyyətə dəymiş
zərərin əvəzini ödəməyi tələb edə
bilərlər. Zərər yalnız əsas ortaqlığın
və ya cəmiyyətin törəmə cəmiyyət üçün
məcburi göstərişinin törəmə cəmiyyət
tərəfindən icrası nəticəsində baş verdikdə
əsas ortaqlığın və ya cəmiyyətin təqsiri
üzündən vurulmuş sayılır.
67.5. Törəmə
cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin
təqsiri üzündən müflis olduqda əsas ortaqlıq
və ya cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət
daşıyır. Törəmə cəmiyyət yalnız əsas
ortaqlığın və ya cəmiyyətin onun üçün
məcburi göstərişini icra etməsi nəticəsində
müflis olduqda əsas ortaqlığın və ya cəmiyyətin
təqsiri üzündən müflis olmuş sayılır.
67.6. Törəmə
cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını)
almaq hüququ yoxdur.[82]
Maddə 68. Asılı təsərrüfat
cəmiyyəti
68.1. Təsərrüfat
cəmiyyəti o halda asılı cəmiyyət sayılır
ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının
iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin
səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən
çoxu digər (üstün, iştirakçı) ortaqlığa
və ya cəmiyyətə mənsub olur.
68.2. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən
çoxunu və ya səhmdar cəmiyyətinin səsvermə
hüququ verən səhmlərinin iyirmi faizindən çoxunu
əldə edən təsərrüfat ortaqlığı və
ya cəmiyyəti bu barədə məlumatı ləngimədən
dərc etdirməlidir.
68.3. Asılı
cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını)
almaq hüququ yoxdur.[83]
Maddə 69. Tam ortaqlıq
69.1. Ortaqlıq
o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları
(tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq
adından sahibkarlıq fəaliyyəti ilə məşğul
olur və ortaqlığın öhdəlikləri üzrə
onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.
69.2. Şəxs
yalnız bir tam ortaqlığın iştirakçısı
ola bilər.
69.3. Tam ortaqlığın
firma adına onun bütün iştirakçılarının
adları və "tam ortaqlıq" sözləri daxil edilməli
və ya "və ortaqları" və "tam ortaqlıq"
sözləri əlavə edilməklə bir və ya bir neçə
iştirakçının adı daxil edilməlidir.
Maddə 70. Tam ortaqlığın
nizamnaməsi
Tam ortaqlığın
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilən məlumatlardan əlavə, ortaqlığın
şərikli kapitalının miqdarı və tərkibi haqqında;
hər bir iştirakçının şərikli kapitaldakı
payının miqdarı və dəyişdirilməsi qaydası
haqqında; onların mayalarının tərkibi və maya qoyması
qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin
pozulmasına görə iştirakçıların məsuliyyəti
haqqında şərtlər göstərilməlidir.
Maddə 71. Tam ortaqlıqda idarəetmə
71.1. Tam ortaqlığın
fəaliyyəti bütün iştirakçıların ümumi
razılığı ilə idarə edilir. Tam ortaqlığın
nizamnaməsində qərarın iştirakçıların
səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə
tutula bilər.
71.2. Əgər
nizamnamədə tam ortaqlıq iştirakçılarının
səslərinin sayını müəyyənləşdirməyin
başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın
hər iştirakçısının bir səsi vardır.
71.3. Ortaqlığın
hər bir iştirakçısı ortaqlığın işlərini
aparmağa vəkil edilib-edilmədiyindən asılı olmayaraq
işlərin aparılmasına dair bütün sənədlərlə
tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması,
o cümlədən ortaqlıq iştirakçılarının
razılaşması üzrə imtina və ya məhdudlaşdırma
əhəmiyyətsizdir.
Maddə 72. Tam ortaqlığın
işlərinin aparılması
72.1. Əgər
tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının
işləri birlikdə aparması və ya işlərin aparılmasının
ayrı-ayrı iştirakçılara tapşırılması
müəyyənləşdirilməyibsə, tam ortaqlığın
hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət
göstərə bilər.
72.2. Ortaqlığın
iştirakçıları onun işlərini birlikdə apararkən
hər bir əqdin bağlanması üçün ortaqlığın
bütün iştirakçılarının razılığı
tələb edilir.
72.3. Əgər
ortaqlığın iştirakçıları onun işlərinin
aparılmasını iştirakçıların birinə və
ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar
ortaqlıq adından əqdlər bağlamaq üçün
ortaqlığın işlərinin aparılmasının tapşırıldığı
iştirakçıdan (iştirakçılardan) etibarnamə
almalıdırlar.
72.4. Üçüncü
şəxslərlə münasibətlərdə ortaqlıq onun
iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran
nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin
bağlandığı vaxt ortaqlıq iştirakçısının
ortaqlıq adından fəaliyyət göstərmək hüququ
olmadığını üçüncü şəxsin bildiyini
və ya bilməli olduğunu ortaqlığın sübuta yetirdiyi
hallar istisna təşkil edir.
72.5. Ortaqlığın
işlərinin aparılması üzrə bir və ya bir neçə
iştirakçıya verilmiş səlahiyyətlərə məhkəmə
ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs
(şəxslər) öz vəzifələrini kobudcasına pozduqda
və ya onun işləri ağılla aparmağa qadir olmadığı
aşkara çıxdıqda ortaqlığın bir və ya bir
neçə digər iştirakçısının tələbi
ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən
ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər
edilir.
Maddə 73. Tam ortaqlıq iştirakçısının
vəzifələri
73.1. Tam ortaqlığın
iştirakçısı nizamnamənin şərtlərinə
uyğun olaraq ortaqlığın fəaliyyətində iştirak
etməyə borcludur.
73.2. Tam ortaqlığın
iştirakçısı ortaqlıq qeydə alınanadək
onun şərikli kapitalına maya qoymağa borcludur.
73.3. Tam ortaqlıq
iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların
razılığı olmadan öz adından öz mənafeləri
və ya üçüncü şəxslərin mənafeləri
üçün ortaqlığın fəaliyyət predmetini təşkil
edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın.
73.4. Bu qayda pozulduqda
ortaqlıq öz mülahizəsi ilə həmin iştirakçıdan
ortaqlığa vurulmuş zərərin əvəzini ödəməyi
və ya bu cür əqdlər üzrə əldə etdiyi bütün
faydanı ortaqlığa verməyi tələb edə bilər.
Maddə 74. Tam ortaqlığın
mənfəətinin və zərərinin bölüşdürülməsi
74.1. Tam ortaqlığın
mənfəəti və zərəri, əgər nizamnamədə
və ya iştirakçıların digər razılaşmasında
ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları
arasında onların şərikli kapitaldakı paylarına mütənasib
surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının
mənfəət və zərərdə iştirakdan kənar
edilməsi barədə razılaşma əhəmiyyətsizdir.
74.2. Əgər
ortaqlığın düşdüyü zərər nəticəsində
onun xalis aktivlərinin dəyəri şərikli kapitalının
miqdarından az olarsa, ortaqlığın götürdüyü
mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli
kapitalın miqdarını ötənədək onun iştirakçıları
arasında bölüşdürülmür.
Maddə 75. Tam ortaqlıq iştirakçılarının
onun öhdəlikləri üzrə məsuliyyəti
75.1. Tam ortaqlığın
iştirakçıları ortaqlığın öhdəlikləri
üzrə özlərinin əmlakı ilə birgə subsidiar
məsuliyyət daşıyırlar.
75.2. Tam ortaqlığın
təsisçisi olmayan iştirakçısı onun ortaqlığa
daxil olmasından əvvəl əmələ gəlmiş öhdəliklər
üzrə digər iştirakçılarla bərabər məsuliyyət
daşıyır.
75.3. Ortaqlıqdan
çıxmış iştirakçı ortaqlığın
onun çıxdığı anadək əmələ gəlmiş
öhdəlikləri üzrə ortaqlığın onun çıxdığı
il üçün fəaliyyəti barəsində hesabatın
təsdiq edildiyi gündən iki il ərzində qalan iştirakçılarla
bərabər məsuliyyət daşıyır.
75.4. Bu maddədə
nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması
və ya aradan qaldırılması haqqında ortaqlıq iştirakçılarının
razılaşması əhəmiyyətsizdir.
Maddə 76. Tam ortaqlıq iştirakçılarının
tərkibinin dəyişdirilməsi
76.1. Tam ortaqlığın
hər hansı iştirakçısı ortaqlıqdan çıxdıqda
və ya öldükdə, iştirakçılardan biri xəbərsiz
itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli və ya müflis sayıldıqda,
məhkəmənin qərarına əsasən iştirakçılardan
biri barəsində yenidən təşkil prosedurlarına başlandıqda,
ortaqlıqda iştirak edən hüquqi şəxs ləğv
olunduqda və ya iştirakçılardan birinin kreditoru tərəfindən
tutma onun şərikli kapitaldakı payına uyğun əmlak
hissəsinə yönəldildikdə ortaqlıq öz fəaliyyətini,
əgər bu, ortaqlığın nizamnaməsində və ya
qalan iştirakçıların razılaşmasında nəzərdə
tutulubsa, davam etdirə bilər.
76.2. Tam ortaqlıq
iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan
hər hansı birinin məhkəmə qaydasında ortaqlıqdan
çıxarılmasını qalan iştirakçıların
yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar
olduqda, məsələn, həmin iştirakçı öz vəzifələrini
kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa
qadir olmadığı aşkara çıxdıqda tələb
etsinlər.
Maddə 77. İştirakçının
tam ortaqlıqdan çıxması
77.1. Tam ortaqlıq
iştirakçısının ixtiyarı var ki, ortaqlıqda
iştirakdan imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın.
77.2. İştirakçı
tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik çıxmasına
ən geci altı ay qalmış bildirməlidir.
77.3. Ortaqlıqdan
çıxmaq hüququndan imtina haqqında ortaqlıq iştirakçıları
arasında razılaşma əhəmiyyətsizdir.
Maddə 78. İştirakçının
tam ortaqlıqdan çıxmasının nəticələri
78.1. Tam ortaqlıqdan
çıxmış iştirakçıya, əgər nizamnamədə
ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının
şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı
hissəsinin dəyəri ödənilir. Çıxan iştirakçı
ilə qalan iştirakçılar arasında razılaşmaya
əsasən əmlak dəyərinin ödənilməsi əmlakın
naturada verilməsi ilə əvəz edilə bilər. Çıxan
iştirakçıya ortaqlıq əmlakından çatası
hissə və ya onun dəyəri, bu Məcəllənin 80-ci
maddəsində nəzərdə tutulan hal istisna olmaqla, onun çıxdığı
məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
78.2. Tam ortaqlığın
iştirakçısı öldükdə onun vərəsəsi
tam ortaqlığa, əgər ortaqlığın nizamnaməsində
ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız digər
iştirakçıların razılığı ilə daxil
ola bilər. Tam ortaqlıqda iştirak etmiş və yenidən
təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan
hüquqi şəxs, əgər ortaqlığın nizamnaməsində
ayrı qayda nəzərdə tutulmayıbsa, ortaqlığa onun
digər iştirakçılarının razılığı
ilə daxil ola bilər. Ortaqlığa daxil olmayan vərəsə
(hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin 78.1-ci
maddəsinə uyğun aparılır. Tam ortaqlıq iştirakçısının
vərəsəsi (hüquq varisi) bu Məcəllənin 75.2 və
75.3-cü maddələrinə uyğun olaraq, çıxan iştirakçının
üçüncü şəxslər qarşısında cavab
verməli olduğu ortaqlığın öhdəlikləri üzrə
ortaqlığın çıxan iştirakçısından
ona keçmiş əmlak həddində məsuliyyət daşıyır.
78.3. Əgər
iştirakçılardan biri ortaqlıqdan çıxırsa,
ortaqlığın şərikli kapitalında qalan iştirakçıların
payları, əgər nizamnamədə və ya iştirakçıların
başqa razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, müvafiq surətdə artır.
Maddə 79. İştirakçının
tam ortaqlığın şərikli kapitalındakı payının
verilməsi
79.1. Tam ortaqlığın
iştirakçısı onun qalan iştirakçılarının
razılığı ilə şərikli kapitaldakı payını
və ya onun bir hissəsini ortaqlığın başqa iştirakçısına
və ya üçüncü şəxsə verə bilər.
79.2. Pay (pay hissəsi)
başqa şəxsə verildikdə payı (pay hissəsini) vermiş
iştirakçıya mənsub hüquqların hamısı və
ya müvafiq hissəsi ona keçir. Pay (pay hissəsi) verilmiş
şəxs bu Məcəllənin 75.2-ci maddəsində müəyyənləşdirilmiş
qaydada ortaqlığın öhdəlikləri üzrə məsuliyyət
daşıyır.
79.3. Ortaqlıq
iştirakçısının özünün bütün
payını başqa şəxsə verməsi onun ortaqlıqda
iştirakına xitam verir və bu Məcəllənin 75.2 və
75.3-cü maddələrində nəzərdə tutulan nəticələrə
səbəb olur.
Maddə 80. İştirakçının
tam ortaqlığın şərikli kapitalındakı payına
tutmanın yönəldilməsi
80.1. İştirakçının
ortaqlıqda iştirakla bağlı olmayan borcları (şəxsi
borcları) üzrə tutmanın iştirakçının tam
ortaqlığın əmlakındakı payına yönəldilməsinə
yalnız onun başqa əmlakının borcları ödəməyə
kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının
kreditorları tam ortaqlıqdan tutmanın borclunun şərikli
kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinə
yönəldilməsi məqsədilə həmin hissəni ayırmağı
tələb edə bilərlər. Ortaqlığın əmlakının
ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların
ayırma tələbini irəli sürdükləri məqamda
tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.
80.2. İştirakçının
tam ortaqlığın şərikli kapitalındakı payına
uyğun əmlaka tutmanın yönəldilməsi onun ortaqlıqda
iştirakına xitam verir və bu Məcəllənin 75.3-cü
maddəsində nəzərdə tutulan nəticələrə
səbəb olur.
Maddə 81. Tam ortaqlığın
ləğvi
81.1. Tam ortaqlıq
bu Məcəllənin 59-cu maddəsində göstərilən
əsaslar üzrə, habelə ortaqlıqda yeganə bir iştirakçının
qaldığı halda ləğv edilir. Həmin iştirakçının
ixtiyarı var ki, ortaqlıqda yeganə iştirakçı kimi
qaldığı andan altı ay ərzində ortaqlığı
bu Məcəllədə müəyyənləşdirilmiş
qaydada təsərrüfat cəmiyyətinə çevirsin.
81.2. Bu Məcəllənin
76.1-ci maddəsində nəzərdə tutulan hallarda da tam ortaqlıq,
əgər ortaqlığın nizamnaməsində və ya qalan
iştirakçıların razılaşmasında ortaqlığın
öz fəaliyyətini davam etdirəcəyi nəzərdə
tutulmayıbsa, ləğv edilir.
Maddə 82. Kommandit ortaqlığı
82.1. Kommandit ortaqlığı
elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq
fəaliyyətini həyata keçirən və ortaqlığın
öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət
daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı
ortaqlığın fəaliyyəti ilə bağlı zərər
üçün qoyduqları mayaların məbləği həddində
risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində
iştirak etməyən bir və ya bir neçə iştirakçısı
– maya qoyanı (kommanditçi) vardır.
82.2. Kommandit ortaqlığında
iştirak edən tam ortaqların hüquqi vəziyyəti və
ortaqlığın öhdəlikləri üzrə onların
məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları
haqqında qaydaları ilə müəyyənləşdirilir.
82.3. Şəxs
yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər.
Tam ortaqlığın iştirakçısı kommandit ortaqlığında
tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq
tam ortaqlığın iştirakçısı ola bilməz.
82.4. Kommandit ortaqlığının
firma adında bütün tam ortaqların adları ilə "kommandit
ortaqlığı" sözləri və ya "və ortaqları"
və "kommandit ortaqlığı" sözləri əlavə
edilməklə azı bir tam ortağın adı göstərilməlidir.
82.5. Əgər
kommandit ortaqlığının firma adına maya qoyanın adı
daxil edilərsə, həmin maya qoyan tam ortağa çevrilir.
82.6. Bu Məcəllənin
tam ortaqlıq haqqında qaydaları kommandit ortaqlığına
bu şərtlə tətbiq edilir ki, həmin qaydalar bu Məcəllənin
kommandit ortaqlığı haqqında qaydalarına zidd olmasın.
Maddə 83. Kommandit ortaqlığının
nizamnaməsi
Kommandit ortaqlığının
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilmiş məlumatlardan savayı, ortaqlığın
şərikli kapitalının miqdarı və tərkibi haqqında;
tam ortaqlardan hər birinin şərikli kapitaldakı payının
miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların
qoyduqları mayaların tərkibi və maya qoyması qaydası
haqqında, maya qoyulması üzrə vəzifələri pozmağa
görə onların məsuliyyəti haqqında; maya qoyanların
verdikləri mayaların məcmu miqdarı haqqında şərtlər
göstərilməlidir.
Maddə 84. Kommandit ortaqlığında
idarəetmə və onun işlərinin aparılması
84.1. Kommandit ortaqlığında
idarəetməni tam ortaqlar həyata keçirirlər. Onun tam
ortaqlar tərəfindən idarə edilməsi və işlərinin
aparılması qaydasını tam ortaqlar bu Məcəllənin
tam ortaqlıq haqqında qaydalarına əsasən müəyyənləşdirirlər.
84.2. Maya qoyanların
kommandit ortaqlığının idarə edilməsində və
işlərinin aparılmasında iştirak etmək, onun adından
etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur.
Onlar ortaqlığın idarə edilməsi və işlərinin
aparılması üzrə tam ortaqların hərəkətləri
barəsində mübahisə edə bilməzlər.
Maddə 85. Kommandit ortaqlığına
maya qoyanın hüquq və vəzifələri
85.1. Kommandit ortaqlığına
maya qoyan şərikli kapitala maya qoymağa borcludur. Mayanın
qoyulması maya qoyana ortaqlıq tərəfindən verilən
iştirak şəhadətnaməsi ilə təsdiqlənir.
85.2. Kommandit ortaqlığına
maya qoyanın aşağıdakı hüquqları vardır:
85.2.1. ortaqlığın
mənfəətinin onun şərikli kapitaldakı payına düşən
hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq;
85.2.2. ortaqlığın
illik hesabatları və balansları ilə tanış olmaq;
85.2.3. maliyyə
ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə
nəzərdə tutulan qaydada öz mayasını almaq;
85.2.4. şərikli
kapitaldakı payını və ya onun hissəsini digər maya
qoyana və ya üçüncü şəxsə vermək.
85.3. Maya qoyanlar
bu Məcəllənin 93.3-cü maddəsində nəzərdə
tutulan şərtlərə və qaydaya tətbiqən payı
(onun hissəsini) satın almaqda üçüncü şəxslər
qarşısında üstünlük hüququna malikdirlər.
Maya qoyanın bütün payını başqa şəxsə
verməsi onun ortaqlıqda iştirakına xitam verir.
85.4. Kommandit ortaqlığının
nizamnaməsində maya qoyanların başqa hüquqları da
nəzərdə tutula bilər.
Maddə 86. Kommandit ortaqlığının
ləğvi
86.1. Kommandit ortaqlığına
maya qoyanların hamısı ortaqlıqdan çıxdıqda
o, ləğv edilir. Lakin tam ortaqlar kommandit ortaqlığını
ləğv etmək əvəzinə onu tam ortaqlığa çevirə
bilərlər. Kommandit ortaqlığı tam ortaqlığın
ləğv edilməsi əsasları üzrə də ləğv
edilir. Lakin əgər kommandit ortaqlığında azı bir
tam ortaq və bir maya qoyan qalırsa, ortaqlıq saxlanılır.
86.2. Kommandit ortaqlığı
ləğv edildikdə, o cümlədən müflis olduqda maya
qoyanlar ortaqlığın kreditorlarının tələbləri
ödənildikdən sonra onun qalan əmlakından mayaları
almaqda tam ortaqlar qarşısında üstünlük hüququna
malikdirlər. Ortaqlığın bundan sonra qalan əmlakı,
əgər nizamnamədə və ya tam ortaqların razılaşmasında
ayrı qayda nəzərdə tutulmayıbsa, tam ortaqlar arasında
onların ortaqlığın şərikli kapitalındakı
paylarına mütənasib surətdə bölüşdürülür.
Maddə 87. Məhdud məsuliyyətli
cəmiyyət
87.1. Bir və ya
bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs)
tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə
ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən
cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları
onun öhdəlikləri üzrə məsuliyyət daşımır
və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər
üçün qoyduqları mayaların dəyəri həddində
risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının
üçüncü şəxslər qarşısında öhdəliklərinə
görə məsuliyyət daşımır.[84]
87.2. Cəmiyyət
bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması
və ya bu Məcəllədə müəyyən edilmiş
qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla
fəaliyyət göstərən hüquqi şəxsin yenidən
təşkili (birləşmə, qoşulma, bölünmə,
ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.
87.3. Cəmiyyətin
yaradılması təsis yığıncağının keçirilməsini
və müqavilənin bağlanmasını (bu Məcəllənin
45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və
ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul
edilməsini (cəmiyyət bir şəxs tərəfindən
yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini
(cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının
müəyyən müddətə ödənilməsi nəzərdə
tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə
edir.[85]
87.4. Cəmiyyətin
yaradılması zamanı təsis yığıncağı
cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən
tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin
nizamnaməsində nizamnamə kapitalının müəyyən
müddətə ödənilməsi nəzərdə tutulmayıbsa)
keçirilir. Təsis yığıncağı bütün
təsisçilər və ya onların nümayəndələri
iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay
olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay
təkrarən keçirilən təsis yığıncağında
da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak
edən təsisçilər və ya onların nümayəndələri
tərəfindən baş tutmamış hesab edilir və bu qərar
bütün təsisçilərin nəzərinə yeddi gün
müddətində çatdırılır.
87.5. Cəmiyyətin
yaradılması zamanı keçirilən təsis yığıncağı:
87.5.1. cəmiyyətin
yaradılması zamanı nizamnamə kapitalına ödənilən
pul olmayan əmanətlərin dəyərini təsdiq edir;
87.5.2. cəmiyyətin
yaradılması barədə qərarı qəbul edir və
onun nizamnaməsini təsdiq edir;
87.5.3. bu Məcəllə
və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş
cəmiyyətin idarəetmə orqanlarını təşkil
edir;
87.5.4. cəmiyyətin
yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması
ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik
aktlarına və təsisçilər arasında bağlanılmış
müqaviləyə zidd olmayan digər məsələləri
həll edir.
87.6. Cəmiyyətin
təsis yığıncağında cəmiyyətin təsis
edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin
yaradılması zamanı nizamnamə kapitalına ödənilən
pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi,
idarəetmə orqanlarının formalaşdırılması
barədə qərarlar təsisçilər tərəfindən
yekdilliklə, digər məsələlər üzrə isə
sadə səs çoxluğu ilə qəbul edilir.
87.7. Cəmiyyətin
yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına
alınmasına qədər yaranmış öhdəliklərinə
görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət
daşıyırlar
87.8. Məhdud məsuliyyətli
cəmiyyətin firma adında cəmiyyətin adı, habelə
"məhdud məsuliyyətli cəmiyyət" sözləri
göstərilməlidir.
87.9. Məhdud məsuliyyətli
cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının
hüquq və vəzifələri bu Məcəllə ilə
müəyyənləşdirilir.[86]
87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin
dəyərinin əlli faizindən artıq məbləğdə
olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi
əhəmiyyətli əqdin bağlanılması barədə
qərar cəmiyyətinin iştirakçılarının ümumi
yığıncağında qəbul edilir.[87]
Maddə 88. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçıları
88.1. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə
müəyyənləşdirilmiş həddi keçməməlidir.
Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə
çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər
onun iştirakçılarının sayı azaldılıb qanunla
müəyyənləşdirilmiş həddə endirilməzsə,
məhkəmə qaydasında ləğv edilməlidir.
88.2. Məhdud məsuliyyətli
cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən
ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
88.3. Məhdud
məsuliyyətli cəmiyyətin
iştirakçılarının normativ hüquqi aktlarla
müəyyən edilmiş qaydada aşağıdakı
hüquqları vardır:[88]
88.3.1. bu
Məcəllə və cəmiyyətin təsis
sənədləri ilə müəyyən edilmiş qaydada
cəmiyyətin idarə edilməsində iştirak etmək,
onun idarəetmə və icra orqanlarını seçmək
və həmin orqanlara seçilmək;
88.3.2. normativ
hüquqi aktlarda və cəmiyyətin təsis
sənədlərində müəyyən edilmiş qaydada
cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq,
ildə bir dəfə onun illik hesabatı və maliyyə
hesabatları ilə tanış olmaq;
88.3.3.
mənfəətin bölüşdürülməsində
iştirak etmək;
88.3.4. bu
Məcəllə və cəmiyyətin nizamnaməsi ilə
nəzərdə tutulmuş qaydada cəmiyyətin
nizamnamə kapitalındakı payını və ya onun bir
hissəsini bu cəmiyyətin bir və ya bir neçə
iştirakçısına satmaq və ya başqa
şəkildə güzəştə getmək;
88.3.5. bu
Məcəllə və cəmiyyətin təsis
sənədləri ilə nəzərdə tutulmuş qaydada
digər iştirakçıların
razılığından asılı olmayaraq istənilən
vaxt cəmiyyətdən çıxmaq;
88.3.6.
cəmiyyət ləğv edildiyi halda kreditorlarla
hesablaşmalardan, hesablanmış, lakin
ödənilməmiş dividendlər ödənildikdən
sonra qalan əmlakın bir hissəsini və ya onun
dəyərini almaq;
88.3.7.
cəmiyyətin təsisçiləri
(iştirakçıları) arasında onların
hüquqlarının bu Məcəllə ilə
müəyyən edilmiş qaydada həyata keçirilməsi
barədə korporativ müqavilə bağlamaq;
88.3.8.
cəmiyyətin ümumi yığıncağının
çağırılmasını, ümumi
yığıncağının gündəliyində
dəyişikliklərin edilməsini və gündəliyə
yeni müzakirə mövzularının əlavə
olunmasını tələb etmək;
88.3.9.
cəmiyyətin ümumi yığıncağında
səsvermə hüququ ilə iştirak etmək (bu
Məcəllənin 49-1.2-ci və 49-1.3-cü
maddələrində nəzərdə tutulmuş hallar istisna
olmaqla) və onun protokolunun surətini tələb etmək;
88.3.10.
cəmiyyətin fəaliyyətinin təftiş komissiyası
və ya auditor tərəfindən yoxlanılmasını
tələb etmək;
88.3.11.
cəmiyyətin xalis mənfəətindən dividend almaq;
88.3.12. icra
orqanının və direktorlar şurasının
(müşahidə şurasının) üzvlərinin
səhlənkarlığına və cəmiyyətə
qəsdən vurduğu zərərə görə
məsuliyyətə cəlb edilməsini tələb
etmək;
88.3.13.
cəmiyyətin paylarının satışı prosesində
iştirak etmək;
88.3.14.
bağlanmış əqd nəticəsində
cəmiyyətə və ya səhmdarlara dəyən
zərərin və bununla bağlı məsrəflərin
ödənilməsi barədə məhkəməyə
və ya digər səlahiyyətli quruma müraciət
etmək;
88.3.15.
bağlanacaq əqdlərin (o cümlədən aidiyyəti
şəxslərlə əqdlərin və xüsusi
əhəmiyyətli əqdlərin) əlavələri
ilə tanış olmaq;
88.3.16. bu
Məcəllədə və cəmiyyətin
nizamnaməsində nəzərdə tutulmuş digər
hüquqlara malik olmaq.
Maddə 89. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsi
Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci
maddəsində göstərilmiş məlumatlardan savayı,
cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında;
iştirakçılardan hər birinin payının miqdarı
haqqında; onların qoyduqları mayaların tərkibi və
maya qoyması qaydası haqqında, maya qoyulması üzrə
öhdəlikləri pozmağa görə iştirakçıların
məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə
orqanlarının tərkibi və səlahiyyəti, onların
qərarlar qəbul etməsi, o cümlədən barəsində
yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu
ilə qərarlar qəbul edilən məsələlərə
dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər
göstərilməlidir.
Maddə 90. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı
90.1. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının
mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin
nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə
təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir.
Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının
mənafelərinə təminat verən məbləğdən
az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə
münasibətdə nizamnamə kapitalının minimum miqdarı,
onun formalaşdırılması qaydası sahəvi qanunların
tələbləri nəzərə alınmaqla müəyyən
edilir.[89]
90.2. Məhdud məsuliyyətli
cəmiyyətin (məhdud məsuliyyətli
cəmiyyət formasında yaradılan vençur kapitalı
fondu istisna olmaqla) nizamnaməsində
nizamnamə kapitalının müəyyən müddətə
ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət
dövlət qeydiyyatına alınanadək təsisçilər
nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.
Məhdud məsuliyyətli cəmiyyətin (məhdud
məsuliyyətli cəmiyyət formasında yaradılan
vençur kapitalı fondu istisna olmaqla) nizamnaməsində nizamnamə
kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi
halda, bu müddət üç aydan çox ola bilməz.[90]
90.3. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçısının cəmiyyətinin
nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə,
o cümlədən cəmiyyətə qarşı tələblərin
əvəzləşdirilməsi yolu ilə azad edilməsinə
yol verilmir.[91]
90.3-1.
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının
artırılması zamanı cəmiyyət iştirakçılarının
yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı
pul tələbinə malik olan şəxslər pul tələblərini
əvəzləşdirməklə və məhdud məsuliyyətli
cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına
maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür
təşəbbüslə cəmiyyətə qarşı pul
tələbi olan şəxslər və (və ya) cəmiyyət
çıxış edə bilər.
Maliyyə
bazarlarında nəzarət edilən subyektlərə qarşı
pul tələbi olan şəxslərin pul tələblərinin
həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi
maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm
iştirak payının əldə olunmasına dair tələblər
nəzərə alınmaqla həyata keçirilir.[92]
90.3-2. Məhdud
məsuliyyətli cəmiyyətin
iştirakçılarına, idarəetmə
orqanlarının üzvlərinə və ya işçilərinə
həvəsləndirmə məqsədilə paylar bu Məcəllənin
404-5-ci maddəsinə uyğun olaraq bağlanmış
işçilərin pay iştirakı planı haqqında
müqavilə əsasında ödənişsiz verildikdə,
bu Məcəllənin 90.3-cü maddəsi tətbiq edilmir.[93]
90.4. Əgər
ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən
məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin
dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət
öz nizamnamə kapitalının azaldığını elan
etməyə və müəyyənləşdirilmiş qaydada
qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən
aktivlərinin dəyəri nizamnamə kapitalının minimum
miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
90.4. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən
sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində
nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı
hesabına iştirakçıların nizamnamə kapitalındakı
mayalarının dəyərinə mütənasib şəkildə
artırılması və (və ya) iştirakçılar tərəfindən
əlavə mayaların qoyulması vasitəsi ilə və (və
ya) cəmiyyətə
qarşı pul tələbi olan şəxslərin pul tələblərinin
həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi
yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni
iştirakçıların mayaları hesabına artırıla
bilər. Maliyyə
bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin
cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi
ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla,
cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində
ödənilməmiş zərəri onun nizamnamə kapitalından
artıq olduğu halda, həmin artıq məbləğlə
iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə
tutulan borc məbləği arasındakı fərq əlavə
maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə
qarşı pul tələblərinin əvəzləşdirilməsinə
yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti
nəticəsində ödənilməmiş zərəri müəyyən
edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları
hesabına yaranan xərclər nəzərə alınmır.[94]
90.5. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı
hesabına artırılması cəmiyyətin nizamnaməsində
nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının
qərarı ilə həyata keçirilir. Belə qərar yalnız
cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında
qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin
əmlakı hesabına artırılan miqdarı cəmiyyətin
xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı
və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir.
Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən
edilmiş qaydada artırıldıqda iştirakçıların
mayalarının məbləği dəyişmədən bütün
iştirakçıların mayalarının nominal dəyəri
proporsional surətdə artır.[95]
90.6. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının iştirakçıların
əlavə payları hesabına artırılması cəmiyyətin
nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin
ümumi yığıncağının qərarı ilə
həyata keçirilir. Bu qərarla əlavə payların ümumi
dəyəri, həmçinin iştirakçının əlavə
payının dəyəri və onun payının nominal dəyərinin
artırıldığı məbləğ arasındakı
nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının
payının nominal dəyərinin onun əlavə payına bərabər
və ya ondan az məbləğdə arta biləcəyi nəzərə
alınmaqla müəyyən edilir. Hər bir iştirakçı
əlavə payların ümumi dəyərindən artıq olmayan,
həmin iştirakçının nizamnamə kapitalında olan
mayasının məbləğinə proporsional olaraq əlavə
pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən
əlavə paylar, bu barədə ümumi yığıncağın
qərarı qəbul edildikdən sonra nizamnamədə və
ya ümumi yığıncağın qərarında müəyyən
edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay
qoymaq üçün müəyyən edilmiş müddətin
ötürülməsi nizamnamə kapitalının qeyd edilən
üsulla artırılmasının baş tutmamasına səbəb
olur.
90.7. Bu Məcəllənin
90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin
ümumi yığıncağının cəmiyyətin nizamnamə
kapitalının artırılması haqqında qərarı
iştirakçının (iştirakçıların) əlavə
maya qoyulması haqqında ərizəsi və (və ya) əgər
nizamnamədə qadağan edilməmişdirsə, üçüncü
şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə
iştirakçı kimi qəbul edilməsi və maya qoyması
haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə
mayaların məbləği və tərkibi, onların qoyulma
qaydası və müddəti, iştirakçının və
ya üçüncü şəxsin nizamnamə kapitalında
malik olmaq istədikləri mayaların məbləği göstərilir.
Ərizədə mayaların qoyulmasının və cəmiyyətə
daxil olmanın digər şərtləri də göstərilə
bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların
ərizəsi əsasında nizamnamə kapitalının artırılması
haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə
kapitalının məbləğinin və ərizə vermiş
iştirakçının mayasının nominal dəyərinin
artırılması ilə əlaqədar nizamnaməyə edilən
dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi
yığıncaq üçüncü şəxsin ərizəsi
əsasında nizamnamə kapitalının artırılması
haqqında qərarla yanaşı üçüncü şəxsin
cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal
dəyərinin müəyyən edilməsi və iştirakçıların
mayalarının məbləğlərinin dəyişməsi
ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər
haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən
üçüncü şəxsin mayasının nominal dəyəri
onun payının dəyərinin məbləğinə bərabər
və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının
artırılması baş tutmamışdırsa, cəmiyyət
ağlabatan müddətdə iştirakçıların əlavə
mayalarını və üçüncü şəxslərin
mayalarını müvafiq olaraq geri qaytarmalıdır.
90.8. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının azaldılması
bütün iştirakçıların mayalarının nominal
dəyərinin azaldılması yolu ilə həyata keçirilə
bilər. Bütün iştirakçıların mayalarının
nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının
azaldılması bütün iştirakçıların mayalarının
nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin
nizamnamə kapitalının azaldılması cəmiyyətin
ümumi yığıncağının qərarı əsasında
həyata keçirilir. Nizamnamə kapitalının azaldılması
haqqında ümumi yığıncağın qərarı qəbul
edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi
yığıncağının qərarında müəyyən
edilmiş müddətdə cəmiyyət özünün bütün
kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir.
Məlumat alındığı gündən bir ay müddətində
cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq
öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini
və ya xitamını, düşdükləri zərərin
əvəzinin ödənilməsini tələb etmək hüququ
vardır.[96]
Maddə 90-1. Məhdud məsuliyyətli
cəmiyyətdə mənfəətin bölüşdürülməsi[97]
90-1.1. Məhdud
məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində
əldə edilmiş xalis mənfəətin iştirakçılar
arasında bölüşdürülməsi cəmiyyətin
ümumi yığıncağı tərəfindən qəbul
edilən qərar əsasında cəmiyyətin nizamnaməsində
müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin
qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi
müəyyən edilə bilər.
90-1.2. Məhdud
məsuliyyətli cəmiyyətin (məhdud məsuliyyətli cəmiyyət
formasında yaradılan vençur kapitalı fondu istisna
olmaqla) hər bir iştirakçısının
nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət
almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın
qərarı qəbul edildikdən sonra bir ay müddətində
ödənilməlidir.[98]
90-1.3. Məhdud
məsuliyyətli cəmiyyət aşağıdakı hallarda
mənfəətin bölüşdürülməsi haqqında
qərar qəbul edə bilməz:
90-1.3.1. əgər
bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə
tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən
edilmiş müflisləşmə və ya iflas əlamətlərinə
uyğun gəlirsə və ya həmin qərarın qəbul
edilməsi nəticəsində belə əlamətlər əmələ
gələcəksə;
90-1.3.2. əgər
bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə
tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin
dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin
qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən
az olacaqsa.
Maddə 91. Məhdud məsuliyyətli
cəmiyyətdə idarəetmə KMQ30
91.1. Məhdud məsuliyyətli
cəmiyyətin ali orqanı onun iştirakçılarının
ümumi yığıncağıdır. Bir iştirakçısı
olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının
səlahiyyətləri iştirakçı tərəfindən
təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində
nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası
(və ya müşahidə şurası) və (və
ya) təftiş komissiyası
(müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə
cari rəhbərliyi həyata keçirən və iştirakçılarının
ümumi yığıncağına hesabat verən icra orqanı
(kollegial və ya təkbaşçı)
yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri
və üzvləri və ya cəmiyyətin təkbaşçı
icra orqanının rəhbəri onun iştirakçıları olmayanların
sırasından da seçilə bilər.[99]
91.1-1. Məhdud
məsuliyyətli cəmiyyətin iştirakçılarının
ümumi yığıncağı növbəti və növbədənkənar
ola bilər. Hər bir iştirakçının cəmiyyətin
iştirakçılarının ümumi yığıncağında
iştirak etmək, cəmiyyətin orqanlarını seçmək
(təyin etmək), onlara seçilmək (təyin edilmək) və
səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü
maddələrində nəzərdə tutulmuş hallar istisna
olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə
ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə
vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində
dəyişikliklərin edilməsini və gündəliyə
yeni müzakirə mövzularının əlavə olunmasını
tələb etmək hüququ vardır. İştirakçıların həmin
hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma
və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının
ümumi yığıncaqda hər bir iştirakçının
onun nizamnamə kapitalındakı payına mütənasib səsi
vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial
icra orqanının rəhbəri və üzvləri və ya
cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri
ümumi yığıncaqda məşvərətçi səs
hüququ ilə iştirak edə bilər. Bu Məcəllə
ilə cəmiyyətin iştirakçılarının ümumi
yığıncağının müstəsna səlahiyyətlərinə
aid edilən məsələlərdən başqa, cəmiyyətin
nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının
ümumi yığıncağının səlahiyyətlərinə
digər məsələlər də aid edilə bilər. Nizamnamədə
müəyyən edilib-edilməməsindən asılı olmayaraq,
ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə
əlaqədar istənilən məsələni müzakirə
edə bilər.[100]
91.1-2. Cəmiyyətin
iştirakçılarının növbəti ümumi yığıncağı
icra orqanı tərəfindən nizamnamədə müəyyən
edilmiş müddətdə, lakin ildə bir dəfədən
az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin
yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə
ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.
91.1-3. Cəmiyyətin
iştirakçılarının növbədənkənar ümumi
yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və
qaydada çağırılır. Növbədənkənar
ümumi yığıncaq icra orqanının öz təşəbbüsü
ilə, habelə direktorlar şurasının (müşahidə
şurasının), təftiş komissiyasının (müfəttişin)
və ya bütün səslərin azı onda birinə malik olan
iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən
digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə
prosesində olan cəmiyyətin növbədənkənar ümumi
yığıncağı ləğvetmə komissiyası tərəfindən
çağırılır.[101]
91.1-4. Cəmiyyətin iştirakçılarının
ümumi yığıncağında cəmiyyətin paylarının
əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları
iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.[102]
91.1-5. Cəmiyyətin iştirakçılarının
ümumi yığıncağında yetərsay olmadıqda, ümumi
yığıncaq cəmiyyətin icra orqanı tərəfindən
cəmiyyətin nizamnaməsində müəyyən edilmiş
qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən
çağırılmalıdır. Yenidən çağırılan
ümumi yığıncaq cəmiyyətin paylarının əlli
faizinə malik olan iştirakçıları iştirak etdikdə
səlahiyyətlidir.[103]
91.1-6. Yenidən çağırılan yığıncaqda
yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin
icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində
müəyyən edilmiş qaydada, ümumi yığıncağın
gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır.
Təkrarən çağırılan ümumi yığıncaq
cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları
iştirak etdikdə səlahiyyətlidir.
91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə
ümumi yığıncağın səlahiyyətlərinə
aid olan məsələlər barəsində qərarlar həmin
iştirakçı tərəfindən təkbaşına qəbul
edilir və yazılı surətdə rəsmiləşdirilir.
91.2. Cəmiyyəti
idarəetmə orqanlarının səlahiyyətləri, habelə
onların qərarlar qəbul etməsi və cəmiyyətin adından
çıxış etməsi qaydası bu Məcəlləyə
və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
91.3. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçılarının ümumi yığıncağının
müstəsna səlahiyyətinə aşağıdakılar
aiddir:
91.3.1. cəmiyyətin
nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını
dəyişdirmək;
91.3.2. cəmiyyətin
icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək;
91.3.3. cəmiyyətin
illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini
və zərərini bölüşdürmək; [104]
91.3.4. cəmiyyətin
yenidən təşkili və ya ləğvi haqqında qərar
qəbul etmək;
91.3.5. cəmiyyətin
cəmiyyətin direktorlar şurası (və ya müşahidə
şurası) və (və ya təftiş komissiyasını (müfəttişini)
seçmək və onların səlahiyyətlərinə vaxtından
əvvəl xitam vermək;[105]
91.3.6.
bu Məcəllənin 49-1.2-ci və 87.10-cu
maddələrində nəzərdə tutulmuş əqdlərin
bağlanması haqqında qərar qəbul etmək.[106]
91.4. Məhdud məsuliyyətli
cəmiyyət (mikro və kiçik sahibkarlıq
subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq
üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin
illik maliyyə hesabatlarının auditor yoxlanışı hər
hansı iştirakçının tələbi ilə də
aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı
tələb edən iştirakçının hesabına aparılır.
Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının
aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi
ilə müəyyənləşdirilir. [107]
91.5. Qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin
aparılması nəticələri haqqında cəmiyyət
tərəfindən məlumatların dərc edilməsi (açıq
hesabat) tələb olunmur.
Qeyd: Bu Məcəllənin 91.1-ci, 91-4.1-ci, 107.3-cü
və 107-12.1-ci maddələrində “ictimai əhəmiyyətli
qurumlar” dedikdə “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun 2.1.9-cu maddəsində göstərilən
kommersiya təşkilatları başa düşülür.[108]
Maddə 91-1. Məhdud məsuliyyətli
cəmiyyətin direktorlar şurası (müşahidə şurası)[109]
91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində
nəzərdə tutulmuş halda yaradılmış direktorlar
şurası (müşahidə şurası) cəmiyyətin
ümumi yığıncaqlar arasındakı dövrdə onun
icra orqanının fəaliyyətinə nəzarəti həyata
keçirir. Əgər nizamnamədə təftiş komissiyasının
seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə
tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq
təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri
direktorlar şurasına (müşahidə şurasına) verilə
bilər.
91-1.2. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə
xitam verilməsi qaydası nizamnamə ilə müəyyən
edilir.
91-1.3. Cəmiyyətin
təkbaşına rəhbəri, kollegial icra orqanının rəhbəri
(üzvü), kənar idarəçi direktorlar şurasının
(müşahidə şurasının) üzvü ola bilməz.
91-1.4.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) sədri onun iclaslarını üç ayda
bir dəfədən az olmayaraq çağırır və iclaslara
sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının
(müfəttişin), icra orqanının, şura üzvlərinin
və nizamnamə ilə müəyyən edilə bilən digər
şəxslərin tələbi ilə də direktorlar şurasının
(müşahidə şurasının) iclası şuranın
sədri tərəfindən çağırılır. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
iclası maliyyə bazarlarında nəzarət edilən subyektlərə
münasibətdə həmçinin “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla çağırılır. Şuranın
iclasının keçirilməsi qaydaları cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.[110]
91-1.5.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) iclasında hər üzv bir səsə malik
olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər bölünərsə,
şuranın sədrinin səsi həlledici hesab edilir.
91-1.6.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) iclasının yerini, vaxtını, iştirakçılarını,
gündəliyini, çıxışların xülasəsini,
səsvermənin nəticələrini və qərarlarını
əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın
sədri və üzvləri tərəfindən imzalanır.[111]
Maddə 91-2. Məhdud məsuliyyətli
cəmiyyətin icra orqanı
91-2.1. Cəmiyyətin
icra orqanının fəaliyyəti və onun tərəfindən
qərarların qəbul edilməsi qaydası cəmiyyətin
nizamnaməsi və daxili sənədləri ilə müəyyən
edilir.KMQ30
91-2.2. Cəmiyyətin
kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət
ola bilər.
91-2.3. Cəmiyyət
və cəmiyyətin təkbaşına rəhbəri arasında
müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi)
cəmiyyətin iştirakçılarının ümumi yığıncağında
sədrlik edən şəxs və ya ümumi yığıncağın
qərarı ilə müvəkkil edilən şəxs tərəfindən
imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri
bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən
həyata keçirilir.KMQ30
91-2.4. Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin
icra orqanının səlahiyyətləri müqavilə əsasında
başqa fiziki və ya hüquqi şəxslərə (kənar
idarəçiyə) verilə bilər. Kənar idarəçi
ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin
adından ümumi yığıncaqda sədrlik edən və
ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan
biri tərəfindən imzalanan müqavilə bağlanır.
*
(Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD
nömrəli Qanunu ilə 91-2.4-cü maddənin birinci cümləsinə
edilmiş
dəyişiklik 2027-ci il yanvarın 24-dən qüvvəyə
minir.)
91-2.5. Kənar idarəçi
icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni
qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində
və üçüncü şəxslərə ziyan vurduğu
zərərə görə qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 91-3. Məhdud məsuliyyətli
cəmiyyətin təftiş komissiyası (müfəttişi)
91-3.1. Bu Məcəllənin
91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin
iştirakçılarının ümumi yığıncağının
qərarı ilə təftiş komissiyası (müfəttiş)
seçilir (təyin edilir).
91-3.2. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) formalaşdırılması
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.
91-3.3. Cəmiyyətin
təftiş komissiyasının üzvlüyünə (müfəttiş
kimi) fiziki şəxslər seçilir (təyin edilir). Cəmiyyətin
iştirakçısı olmayan şəxslərin də təftiş
komissiyasına üzv seçilməsinə (müfəttiş
təyin edilməsinə) yol verilir. Cəmiyyətin direktorlar şurasının
(müşahidə şurasının) və ya kollegial icra orqanının
rəhbəri (üzvü), təkbaşına rəhbər və
ya kənar idarəçi təftiş komissiyasına üzv seçilə
(müfəttiş təyin edilə) bilməz.
91-3.4. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) cəmiyyətin
maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu
məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan
bütün sənədləri əldə etmək hüququ vardır.
Təftiş komissiyasının (müfəttişin) tələbi
ilə direktorlar şurasının (müşahidə şurasının)
və ya kollegial icra orqanının rəhbəri (üzvləri),
təkbaşına rəhbər, kənar idarəçi şifahi
və ya yazılı formada zəruri məlumatları təqdim
etməyə borcludurlar.
91-3.5. Cəmiyyətin
təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət
orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının
ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını
və maliyyə hesabatlarını təsdiq edə bilməz, habelə mənfəət
və zərərin bölüşdürülməsinə dair
qərar qəbul edə bilməz.
Maddə 91-4. Məhdud məsuliyyətli
cəmiyyətin audit komitəsi
91-4.1.
İştirakçılarının sayı əllidən çox
olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli
qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması,
həyata keçirilməsi və auditor nəzarətinin təşkili
üçün direktorlar şurası (müşahidə şurası)
tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların
sayı əllidən çox olmayan cəmiyyətlərdə
də audit komitəsi yaradılır.
91-4.2.
Cəmiyyətin audit komitəsinin formalaşdırılması
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla
və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
91-4.3. Cəmiyyətin icra orqanının
üzvləri və (və ya) cəmiyyətin iştirakçıları
audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvləri audit komitəsinin üzvü ola bilərlər.[112]
91-4.4.
Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin
audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın
və ya direktorlar şurasının (müşahidə şurasının)
qərarı ilə və ya cəmiyyətin paylarının on
faizindən artıq hissəsinə malik olan iştirakçıların
və cəmiyyətin icra orqanının tələbi ilə
həyata keçirilir.
91-4.5.
Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin
bütün orqanları və vəzifəli şəxsləri
cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti
ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
91-4.6.
Audit komitəsi direktorlar şurasına (müşahidə şurasına)
tabedir.[113]
Maddə 92. Məhdud məsuliyyətli
cəmiyyətin yenidən təşkili və ləğvi
92.1. Məhdud məsuliyyətli
cəmiyyət onun iştirakçılarının yekdil qərarı
ilə könüllü surətdə yenidən təşkil
və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən
təşkilinin və ləğvinin başqa əsasları, habelə
onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə
ilə müəyyənləşdirilir.
92.2. Məhdud məsuliyyətli
cəmiyyət səhmdar cəmiyyətinə çevrilə bilər.
Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin
nizamnamə kapitalındakı payın keçməsi
93.1. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə
kapitalındakı payını və ya onun bir hissəsini həmin
cəmiyyətin bir və ya bir neçə iştirakçısına
sata bilər və ya başqa qaydada güzəşt edə bilər.
93.2. Cəmiyyət
iştirakçısının öz payını (onun bir hissəsini)
üçüncü şəxslərə özgəninkiləşdirilməsinə,
əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, yol verilir.[114]
93.3. Cəmiyyətin
iştirakçıları iştirakçının payını
(onun bir hissəsini) öz paylarının miqdarına mütənasib
surətdə satın almaqda üstünlük hüququna malikdirlər,
bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və
ya onun iştirakçılarının razılaşmasında
həmin hüququn həyata keçirilməsinin ayrı qaydası
nəzərdə tutulmasın. Cəmiyyətin
iştirakçısı öz payını (onun bir hissəsini)
özgəninkiləşdirmək istədikdə həmin payın
(onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin
digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları
xəbərdar edildikləri gündən bir ay ərzində və
ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının
razılaşmasında nəzərdə tutulan başqa müddətdə
öz üstünlük hüququndan istifadə etməzlərsə,
iştirakçının payı üçüncü şəxsə
özgəninkiləşdirilə bilər.[115]
93.4. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının
payının (onun bir hissəsinin) üçüncü şəxslərə
özgəninkiləşdirilməsi mümkün olmadıqda,
cəmiyyətin digər iştirakçıları isə onu
satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının
payını əldə etməyə borcludur.
93.5. İştirakçının
payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin
özünün əldə etdiyi halda cəmiyyət onu özünün
nizamnaməsində nəzərdə tutulan müddətlərdə
və qaydada başqa iştirakçılara və ya üçüncü
şəxslərə satmağa və ya bu Məcəllənin
90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə
kapitalını azaltmağa borcludur.
93.6. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin
iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə
və hüquqi şəxslərin hüquq varislərinə bu
şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində
payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının
razılığı ilə keçməsi nəzərdə
tutulmasın. Payın keçməsinə razılıq verməkdən
imtina edilməsi cəmiyyətin nizamnaməsində nəzərdə
tutulan qaydada və şərtlərlə cəmiyyətin həmin
payın həqiqi dəyərini iştirakçının vərəsələrinə
(hüquq varislərinə) ödəməsi və ya həmin
dəyərə bərabər əmlakı onlara naturada verməsi
vəzifəsinin yaranmasına səbəb olur.
93.7. Cəmiyyətin paylarının əlli faizini və
daha çox hissəsini almaq istəyən şəxs bütün
iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim
edir.[116]
Maddə 94. İştirakçının
məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı
payına tutmanın yönəldilməsi
94.1. İştirakçının
şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli
cəmiyyətin əmlakındakı payına yönəldilməsinə
yalnız onun başqa əmlakının borclarını ödəməyə
kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının
kreditorları məhdud məsuliyyətli cəmiyyətdən
tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin
əmlakının borclunun nizamnamə kapitalındakı payına
uyğun hissəsinin dəyərini ödəməyi və ya
bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər.
Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və
ya onun dəyəri kreditorların tələb irəli sürdükləri
məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.
94.2. İştirakçının
məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı
bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə
iştirakına xitam verir.
Maddə 95. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçısının cəmiyyətdən
çıxması
95.1. Məhdud məsuliyyətli cəmiyyətin
(məhdud məsuliyyətli
cəmiyyət formasında yaradılan vençur kapitalı
fondu istisna olmaqla) iştirakçısı
onun digər iştirakçılarının razılığından
asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa
bilər. [117]
95.2.
“İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda, iştirakçının cəmiyyətdən
çıxmaq hüququnun həyata keçirilməsi müddəti,
hesablaşma vaxtı, şərtləri və qaydası cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilə və məhdudlaşdırıla
bilər.[118]
Maddə 96. Məhdud məsuliyyətli cəmiyyətin
iştirakçısı cəmiyyətdən çıxarkən
hesablaşmalar
96.1. Məhdud məsuliyyətli
cəmiyyətdən çıxan iştirakçıya, əgər
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, həmin iştirakçının nizamnamə
kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir.
Çıxan iştirakçının cəmiyyət ilə
razılaşmasına əsasən əmlakın dəyərinin
ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz
edilə bilər. Cəmiyyətin əmlakının çıxan
iştirakçıya düşən hissəsi və ya onun dəyəri
iştirakçının çıxdığı məqamda
tərtib edilən balans üzrə müəyyənləşdirilir.
96.2. Əgər
məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına
maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq
əmlak cəmiyyətdən çıxan iştirakçıya
qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində
dəyərinin azalmasının əvəzi ödənilmir.
96.3. Cəmiyyət
iştirakçısının vərəsəsi və ya onun
iştirakçısı olan hüquqi şəxsin hüquq varisi
cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin
qaydalarına uyğun aparılır.
Maddə 97. Əlavə məsuliyyətli
cəmiyyət
97.1. Bir və ya
bir neçə şəxs tərəfindən təsis edilən,
nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş
miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli
cəmiyyət sayılır. Belə cəmiyyətin iştirakçıları
onun öhdəlikləri üzrə öz mayalarının dəyərinin
cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən,
hamısı üçün eyni olan misli miqdarında özlərinin
əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar.
İştirakçılardan biri müflis olduqda cəmiyyətin
öhdəlikləri üzrə onun məsuliyyəti, əgər
cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin
ayrı qaydası nəzərdə tutulmayıbsa, qalan iştirakçılar
arasında onların mayalarına mütənasib surətdə
bölünür.
97.2. Əlavə
məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin
adı, habelə "məhdud məsuliyyətli cəmiyyət"
sözləri göstərilməlidir.
97.3. Əlavə
məsuliyyətli cəmiyyətə, əgər bu maddədə
ayrı qayda nəzərdə tutulmayıbsa, bu Məcəllənin
məhdud məsuliyyətli cəmiyyət haqqında qaydaları
tətbiq edilir.
Maddə 98. Səhmdar cəmiyyəti
98.1. Nizamnamə
kapitalı müəyyən sayda səhmlərə bölünmüş
cəmiyyət səhmdar cəmiyyəti sayılır.
98.2. Səhmlər
buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ
vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin
yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti
nəticəsində, habelə qanunla qadağan edilməmiş
digər mənbələr hesabına yaranır.[119]
98.3. Səhmdar cəmiyyəti
bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması
və ya müvafiq olaraq, bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında müəyyən
edilmiş qaydalar və məhdudiyyətlər nəzərə
alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin
yenidən təşkili (birləşmə, bölünmə,
ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.[120]
98.4. Səhmdar cəmiyyətinin
iştirakçıları (səhmdarlar) onun öhdəlikləri
üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti
ilə bağlı zərər üçün onlara mənsub
səhmlərin dəyəri həddində risk daşıyırlar.
98.5. Səhmdar cəmiyyəti
bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən
yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini
bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki
və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə
məlumat cəmiyyətin nizamnaməsində göstərilməli,
qeydə alınmalı və hamının tanış olması
üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin
yeganə iştirakçısı bir şəxsdən ibarət
digər təsərrüfat cəmiyyəti ola bilməz.[121]
98.6. Səhmdar cəmiyyətinin
firma adında onun adı, habelə "açıq səhmdar
cəmiyyəti" və ya "qapalı səhmdar cəmiyyəti"
sözləri göstərilməlidir.
98.7. Səhmdar cəmiyyətinin
hüquqi vəziyyəti və səhmdarların hüquq və
vəzifələri, müvafiq olaraq, bu Məcəlləyə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq müəyyənləşdirilir. [122]
98.8. Dövlət
müəssisələri özəlləşdirilərkən
səhmdar cəmiyyətlərinin yaradılması xüsusiyyətləri
həmin müəssisələrin özəlləşdirilməsinə
dair qanunvericiliklə müəyyənləşdirilir.
98.9. Səhmdar cəmiyyətinin
yaradılması təsis yığıncağının keçirilməsini
və müqavilənin bağlanmasını (bu Məcəllənin
45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və
ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın
qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs
tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər
arasında bölüşdürülməsini və nizamnamənin
hazırlanmasını (qəbul olunmasını) əhatə
edir.[123]
98.10. Səhmdar
cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı
təsisçilər arasında bağlanmış müqavilədə
nəzərdə tutulmuş müddətdə, səhmdar cəmiyyətinin
bütün səhmləri təsisçilər arasında bölüşdürüldükdə
keçirilir. Təsis yığıncağı bütün
təsisçilər və ya onların nümayəndələri
iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay
olmadıqda, yığıncaq təkrarən keçirilir. Yetərsay
təkrarən keçirilən təsis yığıncağında
da olmadıqda, səhmdar cəmiyyətinin yaradılması iclasda
iştirak edən təsisçilər və ya onların nümayəndələri
tərəfindən baş tutmamış hesab edilir və bu qərar
bütün təsisçilərin nəzərinə yeddi gün
müddətində çatdırılır.
98.11. Səhmdar
cəmiyyətinin yaradılması zamanı keçirilən təsis
yığıncağı:
98.11.1. səhmdar
cəmiyyətinin yaradılması zamanı yerləşdirilən
səhmlərin ödənilməsinə yönəldilən pul
olmayan əmlakın dəyərini təsdiq edir;
98.11.2. səhmdar
cəmiyyətinin yaradılması barədə qərarı qəbul
edir və onun nizamnaməsini təsdiq edir;
98.11.3. müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”,
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunları və səhmdar
cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş
səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və
icra orqanlarım təşkil edir; [124]
98.11.4. səhmdar
cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin
başlanılması ilə əlaqədar bu Məcəlləyə,
digər qanunvericilik aktlarına və təsisçilər arasında
bağlanılmış müqaviləyə zidd olmayan digər
məsələləri həll edir.
98.12. Səhmdar
cəmiyyətinin təsis yığıncağında cəmiyyətin
təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar
cəmiyyətinin yaradılması zamanı yerləşdirilən
səhmlərin ödənilməsinə yönəldilən pul
olmayan əmlakın dəyərinin təsdiq edilməsi, idarəetmə,
nəzarət və icra orqanlarının formalaşdırılması
barədə qərarlar təsisçilər tərəfindən
yekdilliklə, digər məsələlər üzrə isə
sadə səs çoxluğu ilə qəbul edilir.
98.13. Səhmdar
cəmiyyətinin təsisi zamanı səhmlərin buraxılışı
və dövlət qeydiyyatı, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.[125]
98.14. Səhmdar
cəmiyyətinin yaradılması ilə bağlı və onun
dövlət qeydiyyatına alınmasına qədər yaranmış
öhdəliklərinə görə cəmiyyətin təsisçiləri
birgə məsuliyyət daşıyırlar.
98.15. Bu Məcəllənin 98.4-cü, 98.5-ci və 98.11.1-ci
maddələrində qeyd edilmiş məsələlərlə
əlaqədar banklara, sığortaçılara və qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə
münasibətdə “Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında” və “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikasının qanunlarının müddəaları,
98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə
əlaqədar səhmdar investisiya fondlarına münasibətdə
isə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
Qanununun müddəaları tətbiq edilir.[126]
Maddə 99. Açıq səhmdar
cəmiyyəti
99.1. Səhmdar cəmiyyətinin
iştirakçıları onlara mənsub səhmləri digər
səhmdarların razılığı olmadan özgəninkiləşdirə
bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır.
Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə
açıq abunə yazılışını və onların
sərbəst satışını həyata keçirə bilər.
99.2. Açıq
səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik
sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı
məlumatları hamının tanış olması üçün
hər il dərc etməyə borcludur: [127]
99.2.1.
hesabat dövrü üzrə maliyyə göstəriciləri;
99.2.2.
aidiyyəti şəxslərlə bağlanılmış və
xüsusi əhəmiyyətli əqdlər;
99.2.3.
cəlb edilmiş maliyyə vəsaitləri;
99.2.4.
idarəetmə orqanları və vəzifəli şəxslər,
onların əsas və əlavə iş yerləri;
99.2.5.
idarəetmə strukturu;
99.2.6.
inkişaf siyasəti;
99.2.7.
səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;
99.2.8.
idarəetmə orqanlarının hər bir
üzvünə verilən ödənişlər;[128]
99.2.9. investisiyaların həcmi və mənbəyi;
99.2.10.
cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi
və gəlirliyi;
99.2.11. ictimai layihələr.[129]
99.3. Açıq
səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin
iyirmi beş faizindən artıq məbləğdə olan əqd
xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli
əqdin bağlanılması barədə qərar səhmdar
cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında
qəbul edilir və bu barədə məlumat açıqlanır.
Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin
nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri
banklara və xarici bankların yerli filiallarına şamil edilmir. [130]
99.4. Açıq
səhmdar cəmiyyətinə aidiyyəti olan şəxs ilə
həmin cəmiyyət arasında bağlanılan hər hansı
əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu
aidiyyəti şəxslə əqd hesab edilir. Qanunvericilikdə
nəzərdə tutulmuş hallar istisna olmaqla, aidiyyəti şəxslərin
siyahısı, onlarla cəmiyyət arasında əqdlərin
bağlanması və belə əqdlər barədə məlumatın
açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[131]
Maddə 100. Qapalı səhmdar
cəmiyyəti
100.1. Səhmləri
yalnız onun təsisçiləri arasında və ya qabaqcadan
müəyyənləşdirilmiş digər şəxslər
dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar
cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı
səhmlərə açıq abunə yazılışı
apara bilməz və ya başqa şəkildə onları əldə
edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə
təklif edə bilməz.
100.2. Qapalı səhmdar
cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
həddi keçməməlidir, əks halda o, bir il ərzində
açıq səhmdar cəmiyyətinə çevrilməli,
bu müddət bitdikdən sonra isə, əgər onların sayı
azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
həddə endirilməzsə, məhkəmə qaydasında ləğv
edilməlidir.
100.3. Qapalı səhmdar
cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən
sənədləri hamının tanış olması üçün
dərc etməyə borcludur.
Maddə 101. Qapalı səhmdar
cəmiyyətinin səhmlərinin başqasına keçməsi
101.1. Qapalı səhmdar
cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər
səhmdarlarının satdıqları səhmləri əldə
etməkdə üstünlük hüququna malikdirlər. Əgər
səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində
nəzərdə tutulan müddətdə, lakin satış elan
olunduğu tarixdən etibarən otuz gün ərzində özünün
üstünlük hüququndan istifadə etməzsə, sonrakı
otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri
onların mülkiyyətçisi ilə razılaşdırılmış
qiymətə özü əldə edə bilər. Səhmdar
cəmiyyəti səhmləri əldə etməkdən imtina
etdikdə və ya onların qiymətinə dair razılığa
gəlinmədikdə səhmlər üçüncü şəxsə
özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış
qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə
təklif edilən qiymətdən aşağı olmamalıdır.
Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız
hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə
satılmasını məhkəmə qaydasında tələb
edə bilər.[132]
101.2. Qapalı səhmdar
cəmiyyətinin səhmləri girov qoyulduqda və sonradan onlara
girov saxlayan tərəfindən tutma yönəldildikdə müvafiq
olaraq bu Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq
edilir.
101.3. Əgər
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri
səhmdar olan fiziki şəxslərin vərəsələrinə
və ya hüquqi şəxsin hüquq varislərinə keçir.
Cəmiyyət səhmlərin səhmdar olan fiziki şəxsin
vərəsələrinə və ya hüquqi şəxsin hüquq
varislərinə keçməsinə razılıq verməkdən
imtina etdikdə bu Məcəllənin 101.1-ci maddəsinin qaydaları
tətbiq edilir.
Maddə 102. Səhmdar cəmiyyətinin
nizamnaməsi
102.1. Səhmdar
cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci
maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin
buraxdığı səhmlərin kateqoriyaları, onların nominal
dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə
kapitalının miqdarı haqqında; səhmdarların hüquqları
haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi
və səlahiyyətləri, onların qərarlar qəbul etməsi,
o cümlədən barəsində qərarların yekdilliklə
və ya şərtləşdirilmiş səs çoxluğu
ilə qəbul olunduğu məsələlərə dair qərarlar
qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.[133]
102.2. Səhmdar
cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan
digər məlumatlar da nəzərdə tutula bilər.
102.3. Səhmdar
cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət
edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli
şəxsləri və səhmdarları üçün məcburidir.
102.4. Səhmdar
cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən
əlavə və dəyişikliklər ilə tanış olmaq
imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə
nizamnamənin surəti ona verilməlidir.
102.5. “Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, cəmiyyətin nizamnaməsində əlavə
və dəyişikliklərin edilməsi qərarı səhmdarların
ümumi yığıncağında, səsvermə hüququna
malik olan səhmdarların üçdə iki səs çoxluğu
ilə qəbul edilir.[134]
Maddə 103. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalı
103.1. Səhmdar
cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar
tərəfindən əldə edilmiş səhmlərinin nominal
dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, bu Məcəllə, sahəvi
qanunlar və təsisçilər
arasında bağlanmış müqavilə ilə müəyyən
edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar
pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar,
digər əmlak, o cümlədən əmlak hüquqları
və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar
cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın
dəyəri təsis yığıncağının qərarı
ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə
- səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının
qərarı ilə müəyyən edilir.[135]
103.2. Cəmiyyətin
nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə
təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir.
O, müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarını tənzimləyən
qanunlarda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş
miqdardan az ola bilməz. [136]
103.3. Səhmdar
cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə
alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə
borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən onun
bütün səhmləri təsisçilər arasında bölünməlidir.
103.4. Səhmdarı
cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən
azad etməyə, o cümlədən cəmiyyətə qarşı
tələblərin əvəzləşdirilməsi yolu ilə
azad etməyə yol verilmir.[137]
103.4-1.
Səhmdar cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının
üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə
qarşı pul tələbinə malik olan şəxslər pul
tələblərini əvəzləşdirməklə və
cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış
səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini
ödəmək vəzifəsindən azad oluna bilərlər.
Bu cür təşəbbüslə cəmiyyətə qarşı
pul tələbi olan şəxslər və (və ya) cəmiyyət
çıxış edə bilər. Əlavə buraxılmış
səhmlərin cəmiyyətə qarşı pul tələbinin
əvəzləşdirilməsi ilə əldə edilməsinə
qapalı yerləşdirmə üsulu ilə yol verilir. Maliyyə
bazarlarında nəzarət edilən subyektlərə qarşı
pul tələbi olan şəxslərin pul tələblərinin
həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi
maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm
iştirak payının əldə olunmasına dair tələblər
nəzərə alınmaqla həyata keçirilir.[138]
103.4-2. Səhmdar cəmiyyətinin
iştirakçılarına, idarəetmə
orqanlarının üzvlərinə və ya işçilərinə
həvəsləndirmə məqsədilə səhmlər bu
Məcəllənin 404-5-ci maddəsinə uyğun olaraq
bağlanmış işçilərin səhm
iştirakı planı haqqında müqavilə əsasında
ödənişsiz verildikdə, bu Məcəllənin
103.4-cü maddəsi tətbiq edilmir.[139]
103.5. Əgər
ikinci və hər növbəti maliyyə ili başa çatarkən
cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından
az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını
elan etməyə və müəyyənləşdirilmiş qaydada
qeydə aldırmağa borcludur. Sahəvi qanunlarda nəzərdə tutulmuş
hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən
aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. [140]
103.6. Cəmiyyətin
nizamnaməsində səhmlərin sayının, məcmu nominal
dəyərinin və ya bir səhmdara mənsub səslərin
maksimum sayının məhdudlaşdırılması müəyyənləşdirilə
bilər.
Maddə 104. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalının artırılması
104.1. Səhmdarların
ümumi yığıncağının qərarına əsasən
səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini
artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə
nizamnamə kapitalını artıra bilər. Cəmiyyətə qarşı pul tələbi
olan şəxslər pul tələbinin əvəzləşdirilməsi
yolu ilə səhm əldə etmək təşəbbüsü
ilə çıxış etdikdə əlavə səhmlərin
buraxılması barədə qərarda həmin səhmləri
əldə edəcək şəxslər göstərilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin
nominal dəyərinin artırılması və əlavə səhmlərin
buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən
edilir.[141]
104.1-1.
Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin
cəmiyyət tərəfindən əlavə buraxılmış
səhmlə əvəzləşdirilməsi ilə bağlı
müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin
təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş
zərəri onun nizamnamə kapitalından artıq olduğu halda,
həmin artıq məbləğlə əlavə buraxılmış
səhmlə əvəzləşdirilməsi nəzərdə
tutulan borc məbləği arasındakı fərq əlavə
səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə
qarşı pul tələblərinin əvəzləşdirilməsinə
yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti
nəticəsində ödənilməmiş zərəri müəyyən
edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları
hesabına yaranan xərclər nəzərə alınmır.[142]
104.2.
Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan
səhmdarların cəmiyyət tərəfindən əlavə
buraxılan səhmləri cəmiyyətin nizamnaməsində
müəyyən edilmiş qaydada satın almaqda üstünlük
hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və
daha çox hissəsini almaq istəyən şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif
təqdim edir.[143]
Maddə 105. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalının azaldılması
105.1. Səhmdarların
ümumi yığıncağının qərarına əsasən
səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini
azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın
alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə
kapitalını azalda bilər.
105.2. Səhmdar
cəmiyyətinin nizamnamə kapitalının azaldılması
haqqında səhmdarların ümumi yığıncağının
qərarı qəbul edildiyi gündən on beş təqvim günü
müddətində cəmiyyət kreditorlara bu barədə yazılı
surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları
məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində
cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl
icrasını və ya onlara xitam verilməsini və çəkdikləri
zərərin ödənilməsini tələb edə bilərlər.[144]
105.3. Səhmlərin
bir hissəsinin satın alınması və ödənilməsi
yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının
azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan
cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş
olsun.
105.4. Sahəvi qanunlarda nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti tərəfindən
nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə
səbəb olur. [145]
Maddə 105-1. Səhmdar cəmiyyətinin
yerləşdirilmiş səhmlərinin geri alınması[146]
105-1.1. Səhmdar
cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin
geri alınması bu Məcəllə və ya cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların
tələbi ilə həyata keçirilir.
105-1.2. Cəmiyyət
nizamnamə kapitalının miqdarını və səhmlərin
sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın
qərarı əsasında, əvvəl yerləşdirilmiş
səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə
qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə
nizamnamə kapitalı üçün müəyyən edilmiş
məbləğin minimal həddindən aşağı olmamalıdır.
105-1.3. Səhmlərin
geri alınması səhm mülkiyyətçilərinin razılığı ilə, səhmlərin
geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi
hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən
olunmuş qiyməti ilə həyata keçirilir.[147]
105-1.4. Aşağıdakı
hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı
qəbul edilə bilməz:
105-1.4.1. cəmiyyətin
nizamnamə kapitalı tam formalaşmadıqda;
105-1.4.2. cəmiyyətin
ləğvi barədə qərar qəbul edildikdə;
105-1.4.3. səhmdarların
tələbi əsasında onların səhmlərinin geri alınması
başa çatmadıqda.
105-1.5. Geri alınmış
səhmlər səsvermə zamanı nəzərə alınmır
və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər
geri satın alındığı tarixdən bir il müddətində
ya özgəninkiləşdirilməli, ya da ümumi yığıncağın
qərarı ilə dövriyyədən çıxarılmalıdır.[148]
Maddə 106. Səhmdar cəmiyyətinin
qiymətli kağızlarının buraxılması[149]
106.1. Səhmdar
cəmiyyətinin səhmlərinin, istiqrazlarının və
digər növ qiymətli kağızlarının buraxılması,
yerləşdirilməsi, dövriyyəsi və dövriyyədən çıxarılması bu Məcəlləyə, bu Məcəlləyə
müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara
və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata
keçirilir.[150]
106.2. Səhmdar
cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ
vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının
ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi
beş faizdən çox ola bilməz. İmtiyazlı səhm
öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən
sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən
üstünlük hüququ və bu cür səhmlərin buraxılması
şərtlərində nəzərdə tutulan digər hüquqları
verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin
nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla,
imtiyazlı səhmlər öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin
idarə olunmasında iştirak etmək hüququ vermir.[151]
106.3. Səhmdar
cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası bu
Məcəllənin 1078-26-cı maddəsinə müvafiq olaraq
həyata keçirilir.
Maddə 106-1. Səhmdar cəmiyyətinin
səhmdarları[152]
106-1.1. Səhmdar
cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha
çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən
edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və
ya) hüquqi şəxsdir.
106-1.2. Bir neçə
şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar
cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar
və öz hüquqlarmı nümayəndə vasitəsi ilə
həyata keçirə bilərlər.
106-1.3. Səhmdar
cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən
edilmiş qaydada aşağıdakı hüquqları vardır:[153]
106-1.3.1. cəmiyyətin
idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə
və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş
qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına
seçmək və seçilmək;
106-1.3.2. qanunvericiliklə
müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə
dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı
və maliyyə hesabatları ilə tanış olmaq;[154]
106-1.3.3. cəmiyyətin
səhmdarlarının ümumi yığıncağının
çağırılmasını tələb etmək;
106-1.3.4. cəmiyyətin
səhmdarlarının ümumi yığıncağının
gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə
mövzularının əlavə olunmasını tələb etmək;[155]
106-1.3.5. cəmiyyətin
səhmdarlarının ümumi yığıncağında səsvermə
hüququ ilə iştirak etmək
(bu Məcəllənin
49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb
etmək; [156]
106-1.3.6. cəmiyyətin
fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən
yoxlanılmasını tələb etmək;
106-1.3.7. cəmiyyətin
xalis mənfəətindən dividend almaq;
106-1.3.8. cəmiyyətin
fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının
tələbləri yerinə yetirildikdən, hesablanmış,
lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı
səhmlərin ləğvetmə dəyəri ödənildikdən
sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən
hissəsini almaq;
106-1.3.8-1.
icra orqanının və direktorlar şurasının (müşahidə
şurasının) üzvlərinin səhlənkarlığına
və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə
görə məsuliyyətə cəlb edilməsini tələb
etmək;
106-1.3.8-2.
cəmiyyətin səhmlərinin satışı prosesində
iştirak etmək;
106-1.3.8-3.
bağlanmış əqd nəticəsində cəmiyyətə
və ya səhmdarlara dəyən zərərin və bununla bağlı
məsrəflərin ödənilməsi barədə məhkəməyə
və ya digər səlahiyyətli quruma müraciət etmək;
106-1.3.8-4.
bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə
əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin)
əlavələri ilə tanış olmaq.[157]
106-1.3.9. bu Məcəllədə
və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə
tutulmuş digər hüquqlara malik olmaq;
106-1.3.10. cəmiyyətin
səhmdarları arasında onların hüquqlarının bu
Məcəllə ilə müəyyən edilmiş qaydada həyata
keçirilməsi barədə korporativ müqavilə
bağlamaq.[158]
106-1.4. Səhmdar
cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə)
mülkiyyətçisinin hüquqları bu Məcəllə
və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən
edilir.
106-1.5. Səhmdar
cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər
üzrə qərarların qəbul edilməsində imtiyazlı
səhm mülkiyyətçisi səs hüququ əldə edir:[159]
106-1.5.1. səhmdar
cəmiyyətinin yenidən təşkil edilməsi;
106-1.5.2. səhmdar
cəmiyyətinin ləğv edilməsi;
106-1.5.3. səhmdara
məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı
məhdudlaşdıran dəyişiklik və əlavələrin
nizamnamədə edilməsi.
106-1.6. Səhmdar
cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır:
106-1.6.1. qanuna və
(və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya
məxfi hesab olunan məlumatları üçüncü şəxslərə
açıqlamamaq;
106-1.6.2. səhmdarların
reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi
barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı
bildiriş vermək;[160]
106-1.6.3. qanunvericiliklə
müəyyən edilmiş başqa vəzifələri yerinə
yetirmək.
106-1.7. Səhmdar
cəmiyyətinin səhmdarlarının hüquqlarının
müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ
hüquqi aktlara uyğun olaraq təmin edilir.
Maddə 106-2. Səhmdar cəmiyyətinin
səhmdarlarının reyestri
106-2.1. Səhmdar
cəmiyyəti dövlət qeydiyyatına alındığı
tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının
reyestrinin aparılmasını təmin etməlidir.
106-2.2.
Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi
depozitar tərəfindən aparılmalıdır.[161]
106-2.3. Səhmdar
ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların
reyestrinin ona təqdim edilməsini tələb edə bilər.
Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların
reyestrini beş gün ərzində həmin səhmdara təqdim
etməlidir.
Maddə 106-3. Səhmdar cəmiyyətinin
mənfəəti və dividendlər
106-3.1. Səhmdar
cəmiyyətinin xalis mənfəəti vergilər və digər
məcburi ödənişlər ödənildikdən sonra yaranır
və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilən məqsədlərə yönəldilə
bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə
ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin
səhmdarlarının ümumi yığıncağının
qərarı ilə qəbul edilir.
106-3.2. Səhmdar
cəmiyyəti nizamnamədə müəyyən edilməsindən
asılı olaraq dövriyyədə olan səhmlər üzrə
aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə
bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi
barədə öhdəlikləri onların ödənilməsi
haqqında qərarın qəbul edildiyi gündən etibarən
yaranır və
30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi
dividendlərin ödənilməsi barədə qərarın
bu Məcəllə ilə müəyyən edilmiş müddətdə
və qaydada icra olunmasına təsir etmir.[162]
106-3.3. Adi səhm
üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin
səhmdarlara hər bir adi səhm üzrə hesablanmış
ödənişlər şəklində bölüşdürülmüş
hissəsidir.
106-3.4. İmtiyazlı
səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat
fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı
səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin
sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin
vəsaitin ödənilməsini təmin etmək üçün
səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi
fondlar yarada bilər.[163]
106-3.5. Dividendlər
və onların ödənilməsi qaydası haqqında qərar
(həmin məsələ nizamnamədə müəyyən edilmədikdə)
cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda
cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq
tərəfindən qəbul edilir.
106-3.6. Səhmdar
cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını
(bölüşdürülməsini) imtiyazlı səhmlərin
bütün növləri üzrə dividendlərin hesablanmasından
(bölüşdürülməsindən) sonra həyata keçirir.
106-3.7. Dividendlərin
hesablanmasında (bölüşdürülməsində) ilk
növbəlilik hüququnu verən imtiyazlı səhmlər üzrə
dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən
əvvəl bölüşdürülür.
106-3.8. Dividendlər
hesablanarkən səhmlərin hər bir növü və nominalı
üzrə hər səhmə düşən məbləğ
eyni olmalıdır.
106-3.9. Əgər
səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun
nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin
ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti
dividendləri elan edə və ödəyə bilməz.
Maddə 107. Səhmdar cəmiyyətində
idarəetmə
107.1. Səhmdar
cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının
ümumi yığıncağıdır. Səhmdarların ümumi
yığıncağının müstəsna səlahiyyətinə
aşağıdakılar aiddir:
107.1.1. cəmiyyətin
nizamnaməsini və nizamnamə kapitalının miqdarını
dəyişdirmək;
107.1.2. cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
və təftiş komissiyasının üzvlərini (müfəttişi)
seçmək və onların səlahiyyətlərinə vaxtından
əvvəl xitam vermək;
107.1.3. cəmiyyətin
icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək, bir şərtlə ki,
cəmiyyətin nizamnaməsində bu məsələlərin
həlli direktorlar şurasının (müşahidə şurasının)
səlahiyyətinə aid edilməsin;
107.1.4. cəmiyyətin
illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini
və zərərini bölüşdürmək; [164]
107.1.5. cəmiyyətin
yenidən təşkili və ya ləğvi haqqında qərar
qəbul etmək;
107.1.6.
bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində
nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında
qərar qəbul etmək.[165]
107.2. Bu Məcəllə
ilə səhmdarların ümumi yığıncağının
müstəsna səlahiyyətinə aid edilmiş məsələlər
həll edilmək üçün onun tərəfindən cəmiyyətin
icra orqanlarına verilə bilməz.
107.3. Səhmdarlarının
sayı əllidən çox olan cəmiyyətdə, habelə ictimai əhəmiyyətli qurumlarda direktorlar şurası (müşahidə
şurası) yaradılır. Direktorlar şurasının (müşahidə
şurasının) yaradıldığı halda cəmiyyətin
nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir.
Nizamnamə ilə direktorlar şurasının (müşahidə
şurasının) müstəsna səlahiyyətinə aid edilmiş
məsələlər həll edilmək üçün onun
tərəfindən cəmiyyətin icra orqanlarına verilə
bilməz.[166]
107.4. Cəmiyyətin
icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor,
baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə
cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına
(müşahidə şurasına) və səhmdarların ümumi
yığıncağına hesabat verir. Bu Məcəllə ilə
və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər
idarəetmə orqanlarının müstəsna səlahiyyətinə
aid edilməmiş bütün məsələlərin həlli
cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir.
“Banklar
haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının
qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri
müqaviləyə əsasən başqa kommersiya təşkilatına
və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.[167]
*
(Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD
nömrəli Qanunu ilə 107.4-cü maddənin dördüncü
cümləsinə edilmiş dəyişiklik 2027-ci il yanvarın 24-dən
qüvvəyə minir.)
107.5. Səhmdar
cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri,
habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin
adından çıxış etməsi qaydası, müvafiq olaraq, bu Məcəlləyə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”,
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunlarına və cəmiyyətin
nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. [168]
107.6. Bu Məcəllənin
99-cu maddəsində göstərilən sənədlərin dərci
zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün
müstəqil auditoru cəlb etməyə borcludur.
Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox
olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin
fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir.
Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının
keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin
nizamnaməsi ilə müəyyənləşdirilir. [169]
Maddə 107-1. Səhmdarların
ümumi yığıncağının çağırılması[170]
107-1.1. Səhmdarların
ümumi yığıncağı növbəti və növbədənkənar
ola bilər.
107-1.2. Səhmdarların
növbəti ümumi yığıncağı ildə bir dəfədən
az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).
107-1.3. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı
maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar
şurası (müşahidə şurası) tərəfindən
çağırılır və bu barədə səhmdarlara
məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə
şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının
çağırılması cəmiyyətin icra orqanı tərəfindən
həyata keçirilir. [171]
107-1.4. Səhmdarların
ümumi yığıncağının çağırılmasına
qırx beş gün qalmış yığıncağın
çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar
cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının
çağırılması halları istisna olunmaqla), habelə
səhmdarlara və ya nominal saxlayıcılara bu barədə
yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı
həmin bildirişin səhmdara çatdırılmasını
təmin etməlidir.[172]
107-1.5. Səhmdarların
ümumi yığıncağının çağırılması
barədə bildirişdə aşağıdakılar göstərilməlidir:
107-1.5.1. cəmiyyətin
adı və olduğu yer;
107-1.5.2. səhmdarların
ümumi yığıncağının keçirilmə tarixi,
vaxtı və ünvanı;
107-1.5.3. səhmdarların
ümumi yığıncağının gündəliyi;
107-1.5.4. səhmdarların
ümumi yığıncağının gündəliyi üzrə
materiallarla tanış olunma qaydası.
107-1.6. Qanunda nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi
yığıncağı direktorlar şurasının (müşahidə
şurasının) öz təşəbbüsü ilə və
ya təftiş komissiyasının (müfəttişin), yaxud
səsli səhmlərin on faizinə malik olan səhmdarların
yazılı tələbi ilə cəmiyyətin icra orqanı
tərəfindən çağırılır. Cəmiyyətin
direktorlar şurası (müşahidə şurası) olmadıqda
səhmdarların növbədənkənar ümumi yığıncağı
icra orqanının təşəbbüsü ilə çağırılır.[173]
107-1.7. Səhmdarların
növbədənkənar ümumi yığıncağının
çağırılması tələbində gündəliyə
təklif olunan məsələlər göstərilməlidir.
Həmin məsələlər yığıncağın gündəliyinə
mütləq salınmalıdır.
107-1.8. Səhmdarların
növbədənkənar ümumi yığıncağının
çağırılması haqqında tələbin (təşəbbüsün)
daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları
yerinə yetirməlidir:
107-1.8.1. üç
iş günü müddətində səhmdarların ümumi
yığıncağının vaxtmı və yerini təyin
edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının
ümumi yığıncağının çağırılması
halları istisna olunmaqla, bu barədə mediada elan verməlidir;
107-1.8.2. beş
iş günü müddətində səhmdarların ümumi
yığıncağının çağırılması
barədə bildirişləri səhmdarlara göndərməlidir;
107-1.8.3. otuz gündən
tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi
yığıncağının keçirilməsini təmin
etməlidir.
Maddə 107-2. Səhmdarların
ümumi yığıncağında yetərsay
107-2.1. Səhmdarların
ümumi yığıncağında səsli səhmlərin
ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq
səlahiyyətlidir. [174]
107-2.2. Səhmdarların
ümumi yığıncağında yetərsay olmadıqda, ümumi
yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində
müəyyən edilmiş qaydada
“Banklar
haqqında Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən çağırılmalıdır.
Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir.
Yenidən çağırılan ümumi yığıncaq
səsli səhmlərin 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir. [175]
107-2.3. Yenidən
çağırılan yığıncaqda yetərsay olmadıqda,
ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində
müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən
“Banklar haqqında Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrarən çağırılmalıdır.
Təkrarən çağırılan ümumi yığıncaq
səsli səhmlərin 25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.[176]
107-2.4. 107-2.3-cü
maddəyə əsasən təkrarən çağırılan
ümumi yığıncağın keçirilməsi üçün
yetərsay təmin olunmadıqda, cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi
Banka məlumat verərək yetərsaydan asılı olmadan
ümumi yığıncağın qərarı ilə və
ya Azərbaycan
Respublikasının Mərkəzi Bankın iddiası əsasında məhkəmənin
qərarı ilə ləğv edilə bilər. Səhmdarların
cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın
qərarından məhkəməyə şikayət etmək
hüququ vardır.[177]
Maddə 107-3. Səhmdarın ümumi
yığıncaqda iştirakı qaydası
107-3.1. Səhmdar
ümumi yığıncaqda iştirak hüququnu bilavasitə
özü və ya nümayəndəsi vasitəsi ilə həyata
keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə
müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə
malik olmalıdır.
107-3.2. Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar
ümumi yığıncağın gündəliyində olan
məsələyə münasibətini dəqiq və şərtsiz
bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası
qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və
sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi
ilə səsvermədə qiyabi iştirak edə bilər.
107-3.3. Qiyabi səsvermənin
reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən
edilir.
107-3.4. Səhm bir
neçə şəxsin ümumi birgə mülkiyyətində
olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti
onun mülkiyyətçilərinin birinə və ya onların
ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən
olunmuş qaydada həvalə edilir.
107-3.5. Bu Məcəllənin
65-1.8.6-cı maddəsində nəzərdə tutulmuş
hallar istisna olmaqla, səhmdarların ümumi
yığıncağında səsvermə “bir səsli səhm
- bir səsdir” prinsipi əsasında həyata keçirilir.[178]
Maddə 107-4. Hesablama komissiyası
107-4.1. Səhmdarlarının
sayı yüzdən çox olan cəmiyyətlərin ümumi
yığıncaqlarında səsvermənin nəticələrinin
müəyyən edilməsi üçün sayı üç
nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır.
Hesablama komissiyasına direktorlar şurasının (müşahidə
şurasının) üzvləri, təftiş komissiyasının
üzvləri (müfəttiş), icra orqanlarının üzvləri
(təkbaşçı icra orqanı) və həmin vəzifələrə
(vəzifəyə) seçilməyə namizədlər daxil
edilməməlidir.
107-4.2. Hesablama komissiyasının
yaradılması qaydası cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilir.
107-4.3. Hesablama komissiyasının
protokolu ümumi yığıncağın protokoluna əlavə
olunur.
Maddə 107-5. Səhmdarların
ümumi yığıncağının qərarı
107-5.1. Səhmdarların
ümumi yığıncağının qərarı, bu Məcəllə
və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə
tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları
nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak
edən səhmdarların sadə səs çoxluğu ilə
qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi,
nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi
haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında
səsvermə hüququna malik olan səhmdarların üçdə
iki səs çoxluğu ilə qəbul edilir.[179]
107-5.2. Səhmdarların
ümumi yığıncağının gündəliyinə
daxil edilməmiş məsələlər üzrə qərar
qəbul edə bilməz.
107-5.3. Səhmdarların
ümumi yığıncağı tərəfindən qəbul
edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq
səhmdarlara elan edilməlidir.
107-5.4. Səhmdarların
ümumi yığıncağının qərarından səhmdar
məhkəməyə şikayət edə bilər.
Maddə 107-6. Səhmdarların
ümumi yığıncağının protokolu
107-6.1. Səhmdarların
ümumi yığıncağının protokolu yığıncaq
bitdikdən sonra üç iş günündən gec olmayaraq
iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs
və katib tərəfindən imzalanır və möhürlənir.
107-6.2. Səhmdarların
ümumi yığıncağının protokolunda aşağıdakılar
göstərilir:
107-6.2.1. ümumi
yığıncağın keçirilmə vaxtı və yeri;
107-6.2.2 ümumi
yığıncağın gündəliyi;
107-6.2.3. ümumi
yığıncağın iştirakçılarının
səsli səhmlərinin sayı;
107-6.2.4. iştirak
edən səsvermə hüququna malik olan səhmdarların sayı;
107-6.2.5. çıxışların
xülasəsi;
107-6.2.6. səsə
qoyulan hər bir məsələ üzrə səsvermənin
nəticələri;
107-6.2.7. ümumi
yığıncaq tərəfindən qəbul edilmiş qərarın
dəqiq və səlis ifadə olunmuş mətni.
107-6.3. Səhmdarın
tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
Maddə 107-7. Səhmdar cəmiyyətinin
direktorlar şurası (müşahidə şurası)
107-7.1. Bu Məcəllənin
107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin
direktorlar şurası (müşahidə şurası) yaradılır.
Cəmiyyətin direktorlar şurası (müşahidə şurası)
öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi
və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti
həyata keçirir.
107-7.2. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvlərinin sayı və onlara olan tələblər cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvləri üçün sayı və onlara dair tələblər
qanunla da müəyyən edilə bilər.[180]
107-7.3. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
tərkibi nizamnamədə nəzərdə tutulmuş sayın
yarısına qədər azaldıqda, otuz təqvim günü
ərzində cəmiyyətin növbədənkənar ümumi
yığıncağı çağırılaraq, direktorlar
şurasına (müşahidə şurasına) yeni üzvlər
seçilməlidir.
107-7.4. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvləri ümumi yığıncaqda üç ildən
artıq olmayan müddətə bu Məcəllə ilə və
cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş
qaydada seçilirlər.
107-7.5. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının
(müşahidə şurasının) üzvlüyünə,
nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa,
cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə
bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı
icra orqanı) direktorlar şurasına (müşahidə şurasına)
üzv seçilə bilməz.
107-7.6. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
və ya onun üzvünün səlahiyyətinə vaxtından
əvvəl xitam verilməsi ümumi yığıncağın
qərarı ilə həyata keçirilə bilər.
Maddə 107-8. Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə şurasının)
sədri
Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə şurasının)
sədri səhmdarların ümumi yığıncağı
tərəfindən direktorlar şurasının (müşahidə
şurasının) üzvləri arasından seçilir. Direktorlar
şurasının (müşahidə şurasının) sədri
şuraya rəhbərlik edir.
Maddə 107-9. Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə şurasının)
iclası
107-9.1. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) sədri onun iclaslarım üç ayda bir
dəfədən az olmayaraq çağırır və iclaslara
sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının
(müfəttişin), icra orqanının, şura üzvlərinin, habelə qanun və nizamnamə ilə müəyyən
edilə bilən digər şəxslərin tələbi ilə
də direktorlar şurasının (müşahidə şurasının)
iclası şuranın sədri tərəfindən çağırılır.
Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.[181]
107-9.2. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) iclasında hər üzv bir səsə malik
olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər bölünərsə,
şuranın sədrinin səsi qərarın qəbul edilməsi
və ya rədd edilməsi üçün həlledici hesab edilir.
107-9.3. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) iclası çağırıldıqda, iclasın
yerini, vaxtını, iştirakçılarmı, gündəliyini,
çıxışların xülasəsini, səsvermənin
nəticələrini və qərarlarını əks etdirən
protokol tərtib edilir. Həmin protokol şuranın sədri tərəfindən
imzalanır.
Maddə 107-10. Səhmdar cəmiyyətinin
icra orqanı
107-10.1. Cəmiyyətin
icra orqanına direktorlar şurasının (müşahidə
şurasının) üzvləri seçilə bilməz.
107-10.2. Cəmiyyətin
icra orqanının səlahiyyətlərinə, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
qanunları və nizamnamə ilə cəmiyyətin
idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə
aid edilməmiş bütün məsələlər daxildir. [182]
107-10.3. Cəmiyyətin
kollegial icra orqanının üzvlərinin sayı və tərkibi,
habelə fəaliyyətinin qaydaları, müvafiq olaraq, cəmiyyətin
nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. [183]
107-10.4. Cəmiyyətin
icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda
vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin
ümumi yığıncağının və ya direktorlar şurasının
(müşahidə şurasının) razılığı
ilə yol verilir.
107-10.5. Cəmiyyətin icra orqanı üzvlərinin şəxsi
marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə
gətirib çıxara bilən, habelə bu Məcəllənin
49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda
cəmiyyətin icra orqanının rəhbəri və ya digər
üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar
şurasına (müşahidə şurasına), o olmadıqda,
səhmdarların ümumi yığıncağına yazılı
şəkildə təqdim etməlidirlər. Cəmiyyətin
maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq
olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları
ilə ayrı qayda nəzərdə tutulmamışdırsa,
müvafiq idarəetmə orqanının qərarı əsasında
həyata keçirilə bilər.[184]
107-10.6. Cəmiyyətin
icra orqanının və ya direktorlar şurasının (müşahidə
şurasının) üzvü mülkiyyətində olan qiymətli
kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə
məlumatı mediada açıqlamalıdır.
107-10.7. Cəmiyyətin
səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin
icra orqanının üzvü seçilə bilməz.
Maddə 107-11. Səhmdar cəmiyyətinin
təftiş komissiyası (müfəttişi)
107-11.1. Səhmdarların
sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat
fəaliyyətinə nəzarətin həyata keçirilməsi
üçün ümumi yığıncaqda təftiş komissiyası
(müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların
sayı əllidən çox olmayan cəmiyyətlərdə
də təftiş komissiyası (müfəttiş) seçilə
(təyin edilə) bilər.
107-11.2. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) formalaşdırılması
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.
107-11.3. Cəmiyyətin
təftiş komissiyasının üzvlüyünə (müfəttiş
kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının
üzvü (müfəttiş) cəmiyyətin səhmdarı,
direktorlar şurasının (müşahidə şurasının)
və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.
107-11.4. Cəmiyyətin
təftiş komissiyasının üzvlərinin (müfəttişin)
səlahiyyət müddəti nizamnamə ilə üç ildən
artıq olmayan müddətə müəyyən edilir.
107-11.5. Cəmiyyətin
maliyyə-təsərrüfat fəaliyyətinin təftişi
cəmiyyətin təftiş komissiyasının (müfəttişin)
təşəbbüsü ilə ümumi yığıncağın
və ya direktorlar şurasının (müşahidə şurasının)
qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin
on faizindən artıq hissəsinə malik olan səhmdarların
və cəmiyyətin icra orqanın tələbi ilə həyata
keçirilir.
107-11.6. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) tələbi
ilə cəmiyyətin bütün orqanları və vəzifəli
şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat
fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim
etməlidirlər.
107-11.7. Bu maddənin tələbləri sığortaçılara,
banklara və xarici bankların yerli filiallarına
şamil edilmir.[185]
Maddə 107-12. Səhmdar cəmiyyətinin
audit komitəsi
107-12.1.
Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə,
habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin
və strategiyasının hazırlanması, həyata keçirilməsi
və auditor nəzarətinin təşkili üçün direktorlar
şurası (müşahidə şurası) tərəfindən
audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində
nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən
çox olmayan cəmiyyətlərdə də audit komitəsi
yaradılır.
107-12.2.
Cəmiyyətin audit komitəsinin formalaşdırılması
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla
və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
107-12.3. Cəmiyyətin icra orqanının
üzvləri və (və ya) cəmiyyətin iştirakçıları
audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin
direktorlar şurasının (müşahidə şurasının)
üzvləri audit komitəsinin üzvü ola bilərlər.[186]
107-12.4.
Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin
audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın
və ya direktorlar şurasının (müşahidə şurasının)
qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin
on faizindən artıq hissəsinə malik olan səhmdarların
və cəmiyyətin icra orqanının tələbi ilə
həyata keçirilir.
107-12.5.
Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin
bütün orqanları və vəzifəli şəxsləri
cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti
ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
107-12.6.
Audit komitəsi cəmiyyətin direktorlar şurasına (müşahidə
şurasına) tabedir.[187]
Maddə 108. Səhmdar cəmiyyətinin
yenidən təşkili və ləğvi
108.1. Səhmdar
cəmiyyəti səhmdarların ümumi yığıncağının
qərarı ilə könüllü surətdə yenidən
təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin
yenidən təşkilinin və ləğvinin başqa əsasları
və qaydası, müvafiq olaraq, bu Məcəllə, “Banklar
haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. [188]
108.2. “Banklar haqqında”, “Sığorta
fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”,
“İnvestisiya fondları haqqında” və “Kredit büroları
haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətə
çevrilə bilər. [189]
Maddə 109. Kooperativlər haqqında
əsas müddəalar[190]
109.1. Kooperativ fiziki
və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət
göstərmək üçün üzvlüyə əsaslanan
könüllü birliyi olub iştirakçılarının
maddi və başqa tələbatının onun üzvlərinin
əmlak pay haqlarının birləşdirilməsi yolu ilə
ödənilməsi məqsədilə yaradılır.
109.2. Kooperativ üzvü
bu Məcəllənin tələblərinə cavab verən və
kooperativin nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı, mütləq və
əlavə pay haqqı ödəmiş və kooperativə qəbul
edilmiş, onun fəaliyyətində iştirak edən və səs
hüququ (bu Məcəllənin
49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
[191]
109.3. Kooperativin
ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə
cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı və yalnız
mütləq pay haqqı ödəmiş və kooperativə qəbul
edilmiş, onun fəaliyyətində iştirak etmək və
bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla
səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir.
109.4. Kooperativ üzvünün
əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən
qaydada və həcmdə üzvlər tərəfindən ödənilən
daşınar və (və ya) daşınmaz əmlakdan, habelə
pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət
olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və
əlavə ola bilər.
109.5. Mütləq
əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada
ödənilən, kooperativin fəaliyyətində iştirak
etmək, səs vermək və əsas kooperativ ödənişlərini
almaq hüququ verən əmlak payıdır.
109.6. Əlavə
əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin
109.5-ci maddəsində göstərilən pay haqqından əlavə,
öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən
(əsas kooperativ ödənişlərindən) başqa, həmçinin
dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ
verən paydır.
109.7. Üzvlük
haqqı iştirakçının kooperativ üzvlüyünə
daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi
üçün verilən pul məbləğidir. Kooperativ üzvünün
kooperativ ödənişləri (əsas kooperativ ödənişləri)
və dividend (əlavə kooperativ ödənişləri) almaq
hüququ vardır.
109.8. Kooperativ ödənişləri
(əsas kooperativ ödənişləri) üzvlərin mütləq
əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə
və digər növ fəaliyyətinə mütənasib surətdə
onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir.
109.9. Dividend (əlavə
kooperativ ödənişləri) yalnız səs hüququna malik
olan üzvlərə onların əlavə əmlak pay haqlarına
və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak
pay haqlarına mütənasib surətdə ödənilən
kooperativ mənfəətinin bir hissəsidir.
109.10. Kooperativin
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin
pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi
qaydası və onların verilməsi öhdəliyinin pozulmasına
görə kooperativ üzvlərinin məsuliyyəti haqqında;
kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti,
onların qərarlar qəbul etməsi, o cümlədən barəsində
qərarların yekdilliklə və ya şərtləşdirilmiş
səs çoxluğu ilə qəbul olunduğu məsələlərə
dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin
düşdüyü zərərin ödənilməsi qaydası
haqqında şərtləri, sənədlərin tərtibi qaydaları
(kooperativə qəbulun, üzvlərin siyahısının və
pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ
üzvlərinin ümumi yığıncağının və
digər idarəetmə orqanlarının protokollarının
tərtibi və sair) göstərilməlidir.
109.11. Kooperativ qanunla
qadağan olmayan istənilən sahədə qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini
həyata keçirə bilər. Fəaliyyət xarakterinə
görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak)
və digər növlərdə ola bilər.
109.12. Kooperativ öz
üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə
satmaq, iş və xidmətləri yerinə yetirmək barədə
müqavilələr bağlaya bilər.
109.13. Dövlət
orqanları, bələdiyyələr, digər fiziki və hüquqi
şəxslər koopertivlə münasibətlərini müqavilə
əsasında qururlar. Dövlət orqanları və bələdiyyələr
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat,
maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması)
və digər fəaliyyətinə müdaxilə etmirlər.
109.14. Kooperativdə
maliyyə-təsərrüfat fəaliyyətinin operativ və
mühasibat uçotu, statistika hesabatı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada
aparılır.
109.15. Kooperativ öz
fəaliyyətini həyata keçirmək üçün muzdla
işçilər tutmaq hüququna malikdir. Kooperativin belə işçilərlə
əmək münasibətləri Azərbaycan Respublikasının
əmək qanunvericiliyi ilə tənzimlənir.
109.16. Kooperativin,
şəxsi əməyini tətbiq etməklə onun fəaliyyətində
iştirak edən üzvləri ilə əmək münasibətləri
Azərbaycan Respublikasının əmək qanunvericiliyi, bu Məcəllə
və kooperativin nizamnaməsi ilə tənzimlənir.
109.17. Kooperativin
adında onun fəaliyyətinin əsas məqsədi, habelə
"kooperativ" sözü olmalıdır.
109.18. Kənd təsərrüfatı kooperativlərinin
təşkili və fəaliyyəti bu Məcəllə və
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[192]
Maddə 109-1. Kooperativin yaradılması[193]
109-1.1. Kooperativ
beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər
tərəfindən yaradılır.KMQ16
109-1.2. Kooperativ
yaratmaq məqsədilə fiziki və (və ya) hüquqi şəxslər
təşəbbüs qrupu yaradırlar. Təşəbbüs
qrupunun vəzifələrinə aşağıdakılar daxildir:
109-1.2.1. pay haqqı
fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə
kooperativin nəzərdə tutulan fəaliyyətinin əsaslandırılması;
109-1.2.2. kooperativin
nizamnamə layihəsinin hazırlanması;
109-1.2.3. kooperativin
üzvlüyünə daxil olmaq barədə fiziki və (və
ya) hüquqi şəxslərdən ərizələrin qəbul
edilməsi;
109-1.2.4. kooperativin
təsis yığıncağının hazırlanması və
keçirilməsi.
109-1.3. Kooperativin
təsis yığıncağı kooperativin yaradılması
və onun üzvlüyünə daxilolma barədə qərar
qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin
111-ci maddəsini müddəalarını nəzərə almaqla
kooperativin idarəetmə orqanlarını formalaşdırır.
109-1.4. Kooperativin
üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə
uyğun olaraq təsis müqaviləsi bağlayırlar.
109-1.5. Kooperativin
təsis yığıncağının qərarı protokolla
rəsmiləşdirilir.
Maddə 109-2. Kooperativin üzvləri
109-2.1. Kooperativin
nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş
qaydada və həcmdə üzvlük haqqı və əmlak
pay haqqı ödəyən 16 yaşına çatmış
fiziki şəxslər və (və ya) hüquqi şəxslər
kooperativin üzvü ola bilərlər.
109-2.2. Kooperativin
üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət
verdikləri nümayəndələri vasitəsilə təmsil
olunmalıdırlar.
109-2.3. Kooperativin
üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə
əsasən şəxsi əməyini tətbiq etməklə
və ya tətbiq etməməklə iştirak edirlər.
109-2.4. Kooperativin
nizamnaməsində ayrı hal nəzərdə tutulmayıbsa,
kooperativin üzvü başqa kooperativin də üzvü ola bilər.
109-2.5. Kooperativin
üzvlərinə [ortaq (assosiativ) üzvlər istisna olmaqla] onların
mütləq əmlak paylarına görə dividendlər ödənilmir.
109-2.6. Kooperativin
üzvü yaşına və səhhətinə görə
pensiyaya çıxdıqda, kooperativdən kənarda seçkili
işə keçdikdə, hərbi xidmətə çağırıldıqda
və kooperativin nizamnaməsində nəzərdə tutulmuş
digər hallarda kooperativin ümumi yığıncağının
qərarına əsasən kooperativdə ortaq (assosiativ) üzvlüyə
keçə bilər.
109-2.7. Kooperativin
ortaq (assosiativ) üzvünün mütləq əmlak pay haqqının
miqdarı və pay haqqı üzrə ödənilən dividendlərin
şərtləri kooperativin nizamnaməsinə uyğun olaraq ortaq
(assosiativ) üzvlə kooperativ arasında bağlanılan müqavilə
əsasında müəyyənləşdirilir. Kooperativin ortaq
(assosiativ) üzvünün mütləq əmlak pay haqqının
miqdarı kooperativin nizamnaməsində müəyyənləşdirildikdə
kooperativin digər üzvlərini mütləq pay haqqı miqdarından
artıq məbləğdə müəyyənləşdirilə
bilər.
109-2.8. Kooperativin
ortaq (assosiativ) üzvü, onun kooperativdə üzvlüyü
ilə bağlı şərtlərin kooperativin nizamnaməsində
dəyişdirilməsi halları istisna olmaqla səs hüququna
malik deyildir.
Maddə 109-3. Kooperativ üzvlüyünə
qəbul
Kooperativin üzvlüyünə
qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi
müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş
qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük
kitabçası verilir. Kitabçada göstərilən yazıların
məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.
Maddə 109-4. Kooperativ üzvlərinin
hüquq və vəzifələri
109-4.1. Kooperativin
üzvlərinin aşağıda göstərilən hüquqları
vardır:
109-4.1.1. kooperativə
daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq;
109-4.1.2. kooperativin
idarə edilməsində və fəaliyyətində iştirak
etmək, kooperativin orqanlarını seçmək və onlara
seçilmək;
109-4.1.3. kooperativin
fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə
də digər sənədləri ilə tanış olmaq;
109-4.1.4. kooperativin
fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının
və vəzifəli şəxslərinin işində olan nöqsanların
aradan qaldırılması barədə təkliflər vermək;
109-4.1.5. mənfəətin
bölüşdürülməsində iştirak etmək və
digər ödənişləri almaq;
109-4.1.6. kooperativ
ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın
onun payına düşən hissəsini və ya bu hissənin
dəyərini almaq;
109.4.1.7. kooperativin
üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan
və güzəştlərdən istifadə etmək;
109.4.1.8. bu Məcəllə
və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş
digər hüquqları həyata keçirmək.
109-4.2. Bu Məcəllənin
109-4.1.2-ci və 109-4.1.7-ci maddələrində nəzərdə
tutulan hüquqlar kooperativin ortaq (assosiativ) üzvlərinə şamil
olunmur.
109-4.3. Kooperativin
fəaliyyətində şəxsi əməyi ilə iştirak
edən üzvlərin göstərilən hüquqlardan savayı,
öz əməyinə görə pul və ya natura ilə əməkhaqqı
almaq hüququ vardır.
109-4.4. Kooperativin
üzvlərinin aşağıda göstərilən vəzifələri
vardır:
109-4.4.1. kooperativə
daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada
və həcmdə üzvlük haqqı və mütləq əmlak
pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar
üzərinə götürdüyü digər öhdəlikləri
yerinə yetirmək;
109-4.4.2. nizamnaməyə
əməl etmək, kooperativin orqanlarının qərarlarını
yerinə yetirmək;
104-4.4.3. bu Məcəllənin
110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda
və qaydada kooperativdə əmələ gəlmiş zərərin
ödənilməsində iştirak etmək;
109-4.4.4. qanun və
nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 110. Kooperativin əmlakı
110.1. Kooperativin
mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə
müvafiq surətdə onun üzvlərinin paylarına bölünür.
Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından,
dövriyyə vəsaitindən və balansında göstərilən
digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının
formalaşdırılması mənbələri onun öz vəsaiti
və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz
vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş
əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz
vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında,
qiymətli kağızlarda yerləşdirilməsindən daxil
olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin
ianələri və qanunla qadağan olunmayan digər mənbələr
hesabına formalaşdırır. Kooperativ tərəfindən
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb
edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin
(əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin
əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin
üzvü onun mülkiyyətində olan əmlakı müqavilə
əsasında istifadə edilmək üçün kooperativə
verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində
olan əmlakı müqavilə əsasında istifadə edilmək
üçün onun üzvü olan kooperativə verə və
ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş
digər məqsədlər üçün istifadə edə
bilər.[194]
110.2. Əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,
kooperativin üzvü kooperativ qeydə alınanadək pay haqqını
tamamilə verməyə borcludur.
110.3. Kooperativin
nizamnaməsi ilə müəyyənləşdirilə bilər
ki, kooperativə mənsub əmlakın bir hissəsini nizamnamə
ilə təyin edilən məqsədlər üçün istifadə
olunan bölünməz fondlar təşkil edir. Bölünməz
fondların yaradılmasına dair qərarı kooperativin üzvləri,
əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, yekdilliklə qəbul edirlər.
110.4. Kooperativin
üzvləri əmələ gəlmiş zərəri illik balansın
təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək
yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə
yetirilmədikdə kreditorların tələbi ilə kooperativ
məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin
üzvləri onun öhdəlikləri üçün kooperativin
hər bir üzvünün əlavə haqqının verilməmiş
hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
110.5. Kooperativin
ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında
onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür.
Maddə 110-1. Kooperativ üzvlərinin
pay haqları və kooperativin pay fondu[195]
110-1.1. Kooperativ
üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin
pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının
maraqlarına təminat verən kooperativ əmlakının minimal
həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən
ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və
kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır.
110-1.2. Kooperativ
üzvlərinin pay haqlarına onların şəxsi borclarına
görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində
nəzərdə tutulmuş halda və qaydada yönəldilə
bilər.
110-1.3. Kooperativin
pay fondunun və mütləq payın həcmi, mütləq və
əlavə payların ödənilmə qaydası, əmlakla
(əmlak hüquqları ilə) ödənilən payların
qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir.
Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada məşğul olan şəxslər cəlb edilə bilər.
110-1.4. Əgər
ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin
dəyəri pay fondunun dəyərindən az olarsa, kooperativ üzvlərinin
ümumi yığıncağı pay fondunun azaldığını
elan etməyə və onu qanunvericilikdə müəyyənləşdirilmiş
qaydada qeydə aldırmağa borcludur.
110-1.5. Kooperativ
üzvlərinin ümumi yığıncağının qərarı
ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay fondunun
miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq olmamalıdır.
Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqqdarından
artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində
mütləq pay haqlarının proporsional azaldılması yolu
ilə azaldılmalıdır.
110-1.6. Kooperativin
pay fondunun artırılmasına mütləq pay haqları miqdarının
artırılması ilə yol verilir.
Maddə 110-2. Kooperativin mənfəəti
və onun bölüşdürülməsi
110-2.1. Kooperativin
mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş məcburi ödənişlər
verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə
tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla
hesablaşmaların həyata keçirilməsinə, kooperativin
nizamnaməsi ilə müəyyənləşdirilmiş digər
məqsədlərə və (və ya) kooperativ ödənişlərinin
və dividendlərin ödənilməsinə yönəldilir.
110-2.2. Kooperativin
mənfəəti kooperativin üzvləri arasında onların
pay (mütləq və əlavə) haqları məbləğinə,
habelə kooperativin fəaliyyətində şəxsi əməyi
ilə və (və ya) digər formada iştirakına uyğun
olaraq bölüşdürülür.
110-2.3. Kooperativ
üzvlərinin ümumi yığıncağı ödənilən
kooperativ ödənişlərinin və dividendlərin kooperativin
mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını
müəyyənləşdirə bilər.
Maddə 110-3. Kooperativin və onun
üzvlərinin əmlak məsuliyyəti
110-3.1. Kooperativ
öz öhdəliklərinə görə ona məxsus olan əmlakı
ilə cavabdehdir.
110-3.2. Kooperativ
öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar
götürdükləri öhdəliklərinə və bu Məcəllənin
112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla
başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət
daşımır.
110-3.3. Kooperativ
yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından
əvvəl kooperativin götürdüyü öhdəliklərə
görə məsuliyyət daşıyır, bir şərtlə
ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın.
Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə
bütün zəruri məlumatlar verilməlidir.
110-3.4. Kooperativin
üzvləri kooperativin öhdəliklərinə görə
subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin
kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti
kooperativin öz öhdəliklərinin silinməsi üçün
kifayət qədər vəsaitləri olmadıqda yaranır və
bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada
müəyyənləşdirilir.
Maddə 111. Kooperativdə idarəetmə
111.1. Kooperativin
ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
Üzvlərinin sayı əllidən çox olan kooperativdə
onun icra orqanlarının fəaliyyətinə nəzarət edən
müşahidə şurası yaradıla bilər. Müşahidə
şurası üzvlərinin kooperativ adından fəaliyyət
göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları
idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin
fəaliyyətinə cari rəhbərliyi həyata keçirir,
müşahidə şurasına və kooperativ üzvlərinin
ümumi yığıncağına hesabat verirlər. Kooperativin
müşahidə şurasının və idarə heyətinin
üzvləri, habelə kooperativin sədri yalnız kooperativin
üzvlərindən ola bilər. Müşahidə şurasının
və ya icra orqanının üzvü oxşar kooperativin üzvü
ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə
şurasının üzvü və idarə heyətinin və
ya kooperativin sədri ola bilməz.
111.2. Kooperativin
idarəetmə orqanlarının səlahiyyətləri və
onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi
ilə müəyyənləşdirilir.
111.3. Kooperativ üzvlərinin
ümumi yığıncağının müstəsna səlahiyyətinə
aşağıdakılar aiddir:
111.3.1. kooperativin
nizamnaməsini dəyişdirmək;
111.3.2. kooperativin
müşahidə şurasını yaratmaq və onun üzvlərinin
səlahiyyətlərinə xitam vermək, habelə kooperativin
icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə
xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə
görə bu hüquq onun müşahidə şurasına verilmiş
olmasın;
111.3.3. kooperativ
üzvlərini qəbul etmək və çıxarmaq;
111.3.4. kooperativin
illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri
bölüşdürmək;
111.3.5. kooperativin
yenidən təşkili və ləğvi haqqında qərar
qəbul etmək;
111.3.5-1.
bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə
tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul
etmək;[196]
111.3.6. kooperativin
nizamnaməsi ilə ümumi yığıncağın müstəsna
səlahiyyətinə başqa məsələlərin həlli
də aid edilə bilər.
111.4. Kooperativin
ümumi yığıncağının və ya müşahidə
şurasının müstəsna səlahiyyətinə aid edilmiş
məsələləri onlar həll edilmək üçün
kooperativin icra orqanlarına verə bilməzlər.
111.5. Ümumi yığıncaqda
qərarlar qəbul edilərkən kooperativ üzvünün bir
səsi vardır.
111.6. Üzvlərinin
sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin
ümumi yığıncağı kooperativin nizamnaməsinə
uyğun olaraq müvəkkillərin yığıncağı
şəklində keçirilə bilər. Müvəkkillərin
sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq
müəyyənləşdirilir. Müvəkkillər kooperativin
nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə
tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu
ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin
sayı; müvəkkillərin səlahiyyətlərinin müddəti;
onların seçilmə qaydası. Müvəkkillər öz
səlahiyyətlərini başqa şəxslərə, o cümlədən
kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin
və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi
yığıncağı barədə müddəaları müvəkkillərin
yığıncağına da şamil edilir.[197]
111.7. Kooperativ üzvlərinin
ümumi yığıncağı üzvlərin (yaxud onların
nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir. Müvəkkillərin yığıncağı
seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir.
111.8. Kooperativ üzvlərinin
ümumi yığıncağı idarə heyəti (sədr)
tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə
ilə müəyyənləşdirilmiş müddətlərdə
və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən
geci üç ay keçənədək çağırılır.
Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı
idarə heyətinin (sədrin), müşahidə şurasının
və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü,
yaxud səs hüququna malik olan üzvlərin azı dörddə
birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə
münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar
ümumi yığıncağı idarə heyəti (sədr)
tərəfindən on beş gün müddətində kooperativin
nizamnaməsində müəyyənləşdirilmiş qaydada
çağırılır.[198]
111.9. Kooperativin
müşahidə şurası yaradıldıqda onun üzvlərinin
sayı və səlahiyyət müddəti kooperativ üzvlərinin
ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir.
Müşahidə şurasının iclası zərurət olduqda,
lakin yarım ildə bir dəfədən az olmayaraq çağırılır.
Müşahidə şurasının iclaslarının keçirilməsi
qaydaları kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.
Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin
ümumi yığıncağı tərəfindən müşahidə
şurası, yaxud onun ayrı-ayrı üzvləri onların
səlahiyyət müddəti bitməzdən əvvəl geri
çağırıla bilər.
111.10. Kooperativin
idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə
kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı
dövrdə rəhbərlik edir, onun işlərini aparır,
kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən
çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı
tərəfindən onun üzvlərindən kooperativin idarə
heyəti seçilir. İdarə heyətinə rəhbərliyi
kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən
seçilən (təyin edilən) sədr həyata keçirir.
Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin
edilməsi), onların səlahiyyətləri və səlahiyyət
müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına
sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti,
habelə vaxtından əvvəl vəzifədən azad edilməsi
(istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi
ilə müəyyənləşdirilir.
111.11. Əgər
idarə heyəti yaradılmışdırsa, nizamnamədə
sədrin və idarə heyətinin səlahiyyətləri (təkbaşına
və kollegial qaydada həyata keçirilən səlahiyyətlər)
ayrıca göstərilməlidir.
111.12. Kooperativin
maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti
həyata keçirmək məqsədi ilə kooperativ üzvlərinin
ümumi yığıncağı kooperativ üzvlərinin sayı
əllindən çox olduqda təftiş komissiyası (azı
üç nəfərdən ibarət), kooperativ üzvlərinin
sayı əllidən az olduqda isə müfəttiş seçir.
111.13. Kooperativin
təftiş komissiyası (müfəttişi):
111.13.1. maliyyə-təsərrüfat
ilinin nəticələrinə görə kooperativin maliyyə
vəziyyətini yoxlayır;
111.13.2. kooperativ
üzvlərinin ümumi yığıncağının, müşahidə
şurasının sayı on faizdən artıq olan üzvlərin
tələbi ilə, habelə öz təşəbbüsü
ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini
növbədənkənar yoxlayır.
111.14. Kooperativin
təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə
əsasən kooperativin idarəetmə orqanlarına rəy təqdim
edir. Müşahidə şurası və ya idarə heyəti
(sədr) yoxlamanın nəticələrinə nizamnamədə
nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar
qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası
(müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağa
müraciət edə bilər.
111.15. Nizamnamədə
nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi
yığıncağı tərəfindən təftiş komissiyası,
yaxud onun ayrı-ayrı üzvləri və ya müfəttiş
səlahiyyət müddəti bitməzdən əvvəl geri
çağırıla bilər.
Maddə 112. Kooperativdə üzvlüyə
xitam verilməsi və payın keçməsi
112.1. Kooperativ üzvünün
kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının
dəyəri ödənilməli və ya payına uyğun əmlak
verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə
tutulan digər ödənişlər verilməlidir. Kooperativin
çıxan üzvünə payın dəyərinin ödənilməsi
və ya başqa əmlakın verilməsi, əgər kooperativin
nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,
maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata
keçirilir.
112.2. Kooperativin
üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş
vəzifələri icra etmədikdə və ya lazımınca
icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə
tutulan başqa hallarda ümumi yığıncağın qərarı
ilə kooperativdən çıxarıla bilər. Kooperativdən
çıxarılmış kooperativ üzvünün bu Məcəllənin
112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin
nizamnaməsində nəzərdə tutulan digər ödənişləri
almaq hüququ vardır.
112.3. Əgər
kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa,
kooperativin üzvü öz payını və ya onun bir hissəsini
kooperativin digər üzvünə verə bilər. Payın (onun
bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə
verilməsinə yalnız kooperativin razılığı ilə
yol verilir. Belə halda kooperativin digər üzvləri həmin
payı (onun bir hissəsini) almaqda üstünlük hüququna
malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində
nəzərdə tutulan müddət ərzində öz üstünlük
hüququndan istifadə etməzlərsə, pay üçüncü
şəxsə özgəninkiləşdirilə bilər.
112.4. Kooperativin
üzvü öldükdə onun vərəsələri, əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,
kooperativ üzvlüyünə qəbul edilə bilərlər.
Əks halda kooperativin ölmüş üzvünün payının
dəyəri kooperativ tərəfindən onun vərəsələrinə
ödənilir.
112.5. Kooperativ üzvünün
şəxsi borclarına görə tutmanın kooperativ üzvünün
payına yönəldilməsinə yalnız həmin borcları
ödəmək üçün onun başqa əmlakı kifayət
etmədikdə kooperativin nizamnaməsi ilə nəzərdə
tutulan qaydada yol verilir. Kooperativ üzvünün borclarına görə
tutma kooperativin bölünməz fondlarına yönəldilə
bilməz.
Maddə 113. Kooperativin yenidən
təşkili və ləğvi
113.1. Kooperativ onun
üzvlərinin ümumi yığıncağının qərarı
ilə könüllü surətdə yenidən təşkil
və ya ləğv edilə bilər.
113.2. Kooperativin
yenidən təşkilinin və ləğvinin başqa əsasları
bu Məcəllə ilə müəyyənləşdirilir.
§3. Qeyri-kommersiya
təşkilatları
Maddə 114. İctimai birliklər
114.1. İctimai
birliyin təsisçilərinin (iştirakçılarının)
ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir.
İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş
məqsədlər üçün istifadə edir.
114.2. İctimai
birliklərin iştirakçıları həmin birliklərin
mülkiyyətinə verdikləri əmlaka, o cümlədən
üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar
ictimai birliklərin öhdəlikləri üçün, ictimai
birliklər isə öz iştirakçılarının öhdəlikləri
üçün məsuliyyət daşımırlar.
114.3. İctimai
birlik ləğv edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı ictimai birliyin
nizamnaməsində göstərilmiş məqsədlərə,
bu mümkün olmadıqda isə dövlət büdcəsinə
yönəldilir.[199]
114.4. İctimai
birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri
və hüquqi vəziyyəti bu Məcəllə ilə və
qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 115. Fondlar
115.1. Fond üzvlüyü
olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak
haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə,
mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər
güdən təşkilatdır.[200]
115.1-1. Fond yaradılarkən
onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.[201]
115.2. Fondun təsisçilərinin
(təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond
həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş
məqsədlər üçün istifadə edir.
115.3. Fond öz
əmlakından istifadə haqqında hesabatları hər il dərc
etməyə borcludur.
115.4. Təsisçilər
yaratdıqları fondun öhdəlikləri üçün,
fond isə öz təsisçilərinin öhdəlikləri
üçün məsuliyyət daşımır.
115.5. Fondun idarə
edilməsi və onun orqanlarının formalaşdırılması
qaydası fondun təsisçilər tərəfindən təsdiq
edilən nizamnaməsi ilə müəyyənləşdirilir.
115.6. Fondun nizamnaməsində
bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş
məlumatlardan savayı, fondun "fond" sözü də daxil
edilmiş adı, fondun məqsədləri haqqında məlumatlar;
fondun orqanları haqqında, o cümlədən fondun fəaliyyətinə
nəzarət edən himayəçilik şurası haqqında,
fondun vəzifəli şəxslərinin təyin edilməsi və
azad edilməsi qaydası haqqında, fondun ləğvi zamanı
onun əmlakı barəsində sərəncam verilməsi qaydası
haqqında məlumatlar göstərilməlidir.
115.7. Fondların
ayrı-ayrı növlərinin, o cümlədən xeyriyyə
təşkilatlarının xüsusiyyətləri və hüquqi
vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə
müəyyənləşdirilir.
Maddə 116. Fondun nizamnaməsinin
dəyişdirilməsi və onun ləğv edilməsi
116.1. Fondun nizamnaməsi
fondun orqanları tərəfindən bir şərtlə dəyişdirilə
bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi
imkanı nəzərdə tutulmuş olsun. Əgər nizamnamənin
dəyişməz şəkildə saxlanılması fondun təsis
edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün
olmayan nəticələrə səbəb olarsa, nizamnamədə
isə nizamnamənin dəyişdirilməsi imkanı nəzərdə
tutulmazsa və nizamnamə vəkil edilmiş şəxslər
tərəfindən dəyişdirilməzsə, dəyişikliklər
edilməsi hüququ fondun orqanlarının və ya fondun nizamnaməsi
ilə onun fəaliyyətinə nəzarət etməyə vəkil
edilmiş orqanın ərizəsinə əsasən məhkəməyə
mənsubdur.
116.2. Fondun ləğvi
haqqında qərarı maraqlı şəxslərin ərizəsinə
əsasən yalnız məhkəmə qəbul edə bilər.
Fond aşağıdakı hallarda ləğv edilə bilər:
116.2.1. fondun əmlakı
onun məqsədlərinin həyata keçirilməsinə kifayət
etmədikdə və lazımi əmlakın əldə edilməsi
ehtimalı real olmadıqda;
116.2.2. fondun məqsədlərinə
çatmaq mümkün olmadıqda, bu məqsədlər isə
lazımi şəkildə dəyişdirilə bilmədikdə;
116.2.3. öz fəaliyyətində
fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən
yayındıqda;
116.2.4. qanunvericilikdə
nəzərdə tutulan digər hallarda.
116.3. Fond ləğv
edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı fondun nizamnaməsində
göstərilən məqsədlərə, bu, mümkün olmadıqda
isə dövlət büdcəsinə yönəldilir.
Maddə 117. Hüquqi şəxslərin
ittifaqları
117.1. Kommersiya təşkilatları
özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi,
habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil
olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən
dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda)
məqsədi ilə ittifaqlar yarada bilərlər. Əgər
iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq
fəaliyyətini həyata keçirmək həvalə edilirsə,
belə ittifaq bu Məcəllə ilə nəzərdə tutulan
qaydada təsərrüfat ortaqlığına və ya cəmiyyətə
çevrilir və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək
üçün təsərrüfat cəmiyyəti yarada bilər
və ya bu cür cəmiyyətdə iştirak edə bilər.[202]
117.2. Qeyri-kommersiya
təşkilatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi,
habelə ümumi mənafelərinin təmsil və müdafiə
edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər.
117.3. İttifaqın
iştirakçıları özlərinin müstəqilliyini
və hüquqi şəxs hüquqlarını saxlayırlar.
117.4. İttifaqın
təsisçilərinin (iştirakçılarının) ona
verdikləri əmlak ittifaqın mülkiyyətidir. Bu əmlakdan
ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş
məqsədlər üçün istifadə edir.
117.5. İttifaq
öz iştirakçılarının öhdəlikləri üçün
məsuliyyət daşımır. İttifaqın iştirakçıları
onun öhdəlikləri üçün nizamnamədə nəzərdə
tutulan miqdarda və qaydada subsidiar məsuliyyət daşıyırlar.
117.6. İttifaqın
adında onun iştirakçılarının fəaliyyətinin
əsas predmeti, habelə "ittifaq" sözü göstərilməlidir.
117.7. İttifaq
ləğv edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı ittifaqın
nizamnaməsində göstərilmiş məqsədlərə,
bu mümkün olmadıqda isə dövlət büdcəsinə
yönəldilir.
117.8. İttifaqların
ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi
vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə
müəyyənləşdirilir.
Maddə 118. İttifaqın nizamnaməsi
İttifaqın
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilmiş məlumatlardan savayı, ittifaq iştirakçılarının
verdikləri haqların miqdarı, tərkibi və verilməsi
qaydası, haqq verilməsi öhdəliyini pozmağa görə
onların məsuliyyəti haqqında, ittifaqın idarəetmə
orqanlarının tərkibi və səlahiyyəti, onların
qərarlar qəbul etməsi, o cümlədən barəsində
qərarların yekdilliklə və ya ittifaq iştirakçılarının
şərtləşdirilmiş səs çoxluğu ilə qəbul
olunduğu məsələlərə dair qərarlar qəbul
etməsi qaydası haqqında, ittifaqın ləğv edildiyi halda
onun əmlakı barəsində sərəncam verilməsi qaydası
haqqında məlumatlar göstərilməlidir.
Maddə 119. İttifaq iştirakçılarının
hüquq və vəzifələri
119.1. Əgər
ittifaqın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,
ittifaq iştirakçılarının onun xidmətlərindən
əvəzsiz istifadə etmək ixtiyarı vardır.
119.2. İttifaqın
iştirakçısı maliyyə ili qurtardıqda ittifaqdan çıxa
bilər. Bu halda o, əgər ittifaqın nizamnaməsində ayrı
müddət nəzərdə tutulmayıbsa, çıxdığı
gündən bir il ərzində ittifaqın öhdəlikləri
üçün öz haqqına mütənasib subsidiar məsuliyyət
daşıyır. İttifaqın iştirakçısı ittifaqın
nizamnaməsində müəyyənləşdirilmiş hallarda
və qaydada digər iştirakçıların qərarı
ilə ittifaqdan çıxarıla bilər. İttifaqın çıxarılmış
iştirakçısının məsuliyyəti barəsində
ittifaqdan çıxmaya aid qaydalar tətbiq edilir.
119.3. İştirakçıların
razılığı ilə ittifaqa yeni iştirakçı daxil
ola bilər. İttifaqa yeni iştirakçının daxil olması
ittifaqın o, daxil olanadək əmələ gəlmiş öhdəlikləri
üçün onun subsidiar məsuliyyəti ilə şərtləndirilə
bilər.
§4. Hüquqi şəxslərin
inventar siyahısı, illik balansı və auditi – çıxarılmışdır.[203]
§ 5. Hüquqi şəxslərin
dövlət reyestri – çıxarılmışdır.KM1
Üçüncü bölmə
ƏMLAK VƏ ƏŞYA HÜQUQU[204]
5-ci fəsil.
Ümumi müddəalar
§ 1. Əşya
hüququnun əsas anlayışları
Maddə 135. Əşya hüququnun
obyektləri
135.1. Bu Məcəlləyə
uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.
Pullar və sənədli qiymətli kağızlar da əşyadır.[205]
135.2. Əmlak istənilən
əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
135.3. Bitkilər
və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti
xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər
qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə,
əşyaların hüquqi vəziyyəti bitkilərə və
heyvanlara da şamil edilir.
135.4. Əşyalar
daşınmaz və daşınar ola bilər. Torpaq sahələri,
yer təki sahələri, ayrıca su obyektləri, meşələr,
çoxillik əkmələr, binalar, qurğular və torpaqla
möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni
təyinatına tənasübsüz zərər vurulmadan yerinin
dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz
əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm
bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid
daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.[206]
135.5. Daşınmaz
əşyalara aid edilə bilməyən bütün əşyalar
daşınar əşyalar sayılır. Başqa şəxslərə
verilə bilən və ya sahibinə maddi fayda və ya başqa
şəxslərdən nəyi isə tələb etmək hüququ
vermək üçün nəzərdə tutulan tələblər
və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi
əmlak nemətləri (tələblər və hüquqlar) ilə
bağlı münasibətlər onların hər birinə aid
olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq
tənzimlənir.[207]
135.6. Əşyalar
bölünər və bölünməz ola bilər. Təyinatı
dəyişdirilmədən bölünə bilməyən və
ya qanunun göstərişinə görə bölünməli
olmayan əşyalar bölünməz əşyalardır.
135.7. Başqa əşyalardan
yalnız özlərinə xas əlamətlərə görə
ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz
əşyalar sayılır. Növ əlamətlərinə görə
fərqlənən, dövriyyədə adətən say, ölçü
və ya çəki ilə müəyyənləşdirilən
daşınar əşyalar əvəzedilən əşyalar
sayılır.
135.8. Təyinatı
istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən
ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.
135.9. Əgər
müxtəlif növlü əşyalar ümumi təyinat üzrə
istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa,
bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb
əmlak barəsində bağlanmış əqdin qüvvəsi,
əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil
edilir.
135.10. Adi anlamda
əşyanın tərkibinə daxil olan və dağıdılmadan,
zədələnmədən və ya dəyişdirilmədən
ondan ayrıla bilməyən hər şey əşyanın tərkib
hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar
istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün
tərkib hissələrinin mülkiyyətçisidir.[208]
135.11. Ümumi anlamda
və ya əsas əşya mülkiyyətçisinin aydın
iradəsinə əsasən təsərrüfatın daimi aparılması,
əsas əşyanın istifadəsi və ya saxlanması üçün
nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar
əşyalar əşyanın ləvazimatıdır. Əgər
əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan
müvəqqəti ayrıldığı halda da saxlanılır.
Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik
onun ləvazimatında da şamil edilir.
135.12. Əşyanın
verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın
bəhəridir. Ayrılanadək bəhər əşyanın
tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi
kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.
Maddə 136. Əşyaların
mülki dövriyyəsi
136.1. Əşyalar
dövriyyədən çıxarılmayıbsa və ya onların
dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq
varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin
yenidən təşkili) və ya başqa üsulla əşyalar
sərbəst surətdə özgəninkiləşdirilə
və ya bir şəxsdən başqasına keçə bilər.
136.2. Mülki dövriyyədə
olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən
çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa
göstərilməlidir.
136.3. Yalnız dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola bilən
və ya dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada
təyin edilir.
Maddə 137. Qeyri-maddi əmlak nemətləri
– çıxarılmışdır.[209]
Maddə 138. Əşyaların
və hüquqların yüklülüyü
138.1. Əşyanın
yüklülüyü - qanun və ya əqd əsasında əşyaya
mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.
138.2. Hüququn
yüklülüyü - qanun və ya əqd əsasında mülki
hüquqların və ya tələblərin hər hansı formada
məhdudlaşdırılmasıdır.
§ 2. Əmlak hüquqlarının dövlət qeydiyyatı
Maddə 139. Daşınar və
daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı
139.1. Mülkiyyət
hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu
hüquqların məhdudlaşdırılması, əmələ
gəlməsi, başqasına keçməsi və xitamı dövlət
qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə
hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər
hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə
tutulan hallarda qeydə alınmalıdır.
139.2. Daşınar
əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə
tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.[210]
139.3. Daşınmaz
əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən
edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz
əmlakın dövlət reyestrində həyata keçirilir.[211]
139.4. Məkana görə
daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən
istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini
və onların fərdiləşdirilməsini təmin edən
məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz
əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə
edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə
imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması
və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.[212]
Maddə 139-1. Daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz
əmlak üzərində hüquqların əmələ gəlməsinin,
başqasına keçməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) və xitam verilməsinin dövlət
qeydiyyatı üçün aşağıdakılar əsas
hesab olunur:
139-1.1.1. qanunla müəyyən
edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları
tərəfindən müvafiq olaraq dövlətə və ya
bələdiyyələrə məxsus olan daşınmaz əmlakın
özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə,
ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
139-1.1.2.
qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın
nəticələri haqqında protokol;[213]
139-1.1.3. daşınmaz
əmlak barəsində notariat qaydasında təsdiq edilmiş
müqavilələr, vərəsəlik hüququ haqqında,
ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət
hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar
daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan
Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr,
daşınmaz
əmlak sertifikatı;[214]
139-1.1.4. qanuni qüvvəyə
minmiş məhkəmə qərarları;
139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq
icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz
əmlak üzərində, o cümlədən torpaq sahələri,
binalar və qurğular, yaşayış və qeyri-yaşayış
sahələri, fərdi yaşayış və bağ evləri,
yer təki sahələri, sututarları, meşələr və
çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr
üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr
və qeydiyyat vəsiqələri;[215]
139-1.1.6. mənzil-tikinti
kooperativi binasında yaşayış (qeyri-yaşayış)
sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin
ümumi yığıncağının qərarı (qanunvericiliklə
nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
139-1.1.7. 2007-ci il
mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının
nəzdində olan bağ təsərrüfatı idarələri
tərəfindən vətəndaşlara ayrılmış bağ
sahələrinə dair verilən icarə müqavilələri,
sərəncamlar və orderlər,
kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının
üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük
kitabçası və ya üzvlərin iclasının protokolundan
çıxarış; [216]
139-1.1.8. “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu qüvvəyə minənədək əldə edilmiş
və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə
edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən sənədlər.[217]
139-1.1.9. Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə
minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş
tikililərə dair: [218]
139-1.1.9.1. hündürlüyü 12 metrədək
olan yaşayış evlərinə münasibətdə - torpaq
sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə
hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmış layihə və
ya yaşayış evinin istismara qəbul aktı;
139-1.1.9.2. çoxmənzilli binalara,
qeyri-yaşayış binalarına və hündürlüyü
12 metrdən çox olan yaşayış evlərinə münasibətdə
- torpaq sahəsi üzərində mülkiyyət, icarə və
ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırılmış
layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin
inşa edilməsinə icazə barədə qərarı,
istismara qəbul aktı; [219]
139-1.1.10. Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə
mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən
tikililərə dair:
139-1.1.10.1. tikintisinə icazə tələb
olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq
edən sənəd, tikintiyə icazə verilməsi barədə
qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi,
tikinti obyektinin istismarına icazə;[220]
139-1.1.10.2. məlumatlandırma icraatının
tətbiq edildiyi tikinti obyektləri üçün
- torpaq sahəsi üzərində mülkiyyət, icarə və
ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən
tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan
orqana (quruma) göndərilən
məlumat; [221]
139-1.1.11. Azərbaycan Respublikasının
Mənzil Məcəlləsi qüvvəyə minənədək
(2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil
fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq
icra hakimiyyəti orqanının sərəncamı, order və
ya mənzil kirayəsi müqaviləsi;
139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il
iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən
daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr;
139-1.1.13. təbii fəlakət, texnogen qəza
və ya hərbi əməliyyat nəticəsində (işğaldan
azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud
yararsız vəziyyətə düşmüş yaşayış
sahələrinin əvəzinə dövlət vəsaiti hesabına
tikilmiş yaşayış evlərinə və çoxmənzilli
yaşayış binalarının mənzillərinə münasibətdə
- həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin
siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış
evi və (və ya) mənzil dəqiq göstərilməklə),
yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma
bölməsi, çoxmənzilli yaşayış binasının
tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi
və istismarına icazə;[222]
139-1.1.14.
kənd təsərrüfatı təyinatlı torpaqların
konsolidasiyasına dair bölgü sənədi.[223]
Maddə 140. Daşınmaz əmlakın
dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı
prezumpsiyası[224]
Reyestrin məzmununun
qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun
həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
Əqd əsasında özgəninkiləşdirənin adına
qeydiyyata alınmış hər hansı bir hüququ əldə
edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair
etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin
qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi
hesab edilir.
Maddə 141 . Daşınmaz əmlakın
dövlət reyestrində düzəlişin aparılması[225]
141.1. Əgər
daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq
sahəsi üzərində hüquqa və ya həmin hüququn
məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə
uyğun deyildirsə, hüququ qeydə alınmamış və
ya hüququ düzgün qeydə alınmamış şəxs,
yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi
ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın
dövlət reyestrində qeyddə düzəlişin aparılması
üçün belə düzəlişlə hüququna toxunulan
şəxsdən razılıq verməsini tələb edə
bilər.
141.2. Bu Məcəllənin
141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz
əmlakın dövlət reyestrinin mötəbərliyinə
qarşı etiraz edilə bilər.
141.3. Daşınmaz
əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin
daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə
düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin
razılığı ilə həyata keçirilir.
Maddə 142. Daşınmaz əmlakın
qeydiyyatı üçün rüsum – Çıxarılmışdır.[226]
Maddə 143. Daşınmaz əmlakın
dövlət reyestrinin tərtibinə nəzarət – Çıxarılmışdır.[227]
Maddə 144. Daşınmaz əmlakın
dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi
144.1. Daşınmaz
əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam
verilməsi haqqında müqavilələr notariat qaydasında
təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius
və
ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam
verən tərəfin sərəncam hüququnu və müqavilənin
qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı
üçün məsuliyyət daşıyır.[228]
144.2. Sərəncam
hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın
dövlət reyestrinə əsasən bu hüquqa malik olması
və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti
verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat
qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu
notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə
dair sərəncam verilməsi haqqında müqavilələr
notarius və
ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.[229]
144.2-1. Sərəncam verən tərəfin sərəncam
hüququnun və öhdəliklərinin, eləcə də əmlakın
mövcud yüklülüyünün daşınmaz əmlakın
dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə
uyğun olaraq təmin olunur.[230]
144.3. Daşınmaz əmlak
üzərində sərəncam verilməsinə dair notariat qaydasında
təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə
real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən
ötürülmüş elektron nüsxəsi əsasında
müvafiq hüquqlar daşınmaz əmlakın dövlət
reyestrində dövlət qeydiyyatına alınır. Belə
müqavilə ondan irəli gələn mülkiyyət və
digər əşya hüquqlarının daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyatının aparılması üçün
ərizə hesab olunur.[231]
144.4. Əgər
əldə edən qanuni qüvvəyə minmiş məhkəmə
qərarına və ya ona bərabər olan sənədə,
o cümlədən notariat qaydasında təsdiqləməyə
istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb
olunmur.
144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ
əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə
tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların
nisbətini faizlə müəyyənləşdirən bölünmə
planı əsasında bölünə bilər. Mülkiyyətçi
tərəfindən tərtib edilən belə bölünmə
planı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin
bölünmə nəticəsində yaranan payların hər
birinə mülkiyyət hüququ daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınır.[232]
Maddə 144-1. Tikintisi
başa çatmayan binanın tərkib hissələrinə sərəncam
verilməsinin xüsusiyyətləri[233]
144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə
icazə alınmış, lakin həmin Məcəlləyə
uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi
başa çatmayan binalar hesab edilir.
144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib
hissələrdən ibarət binanın tikintisinə icazə
almış mülkiyyətçi tikiləcək binanın tərkib
hissələrinin sayına və sahəsinə mütənasib
olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində
nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında
paylara bölə bilər və bölünmə nəticəsində
yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə
alınmasını tələb edə bilər.
144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib
hissələrdən ibarət binanın tikintisinə icazə
almış şəxs bölünmə planına əsasən
yaranan paylara və tikintisi başa çatmayan binanın həmin
paylara bağlı olan tərkib hissələrinə bölünmə
nəticəsində yaranan payların hər birinə mülkiyyət
hüququ daşınmaz əmlakın dövlət reyestrində
qeydə alındıqdan sonra sərəncam verə bilər.
144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki
torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan
binanın həmin paylara bağlı olan tərkib hissələrinə
sərəncam verilməsi haqqında müqavilələr notariat
qaydasında təsdiqlənməli və tərkib hissələri
əldə edən şəxslərin xeyrinə bu Məcəllənin
147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.
144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində
nəzərdə tutulan müqavilədə digər müddəalarla
yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı
olduğu payların alqı-satqı şərtləri, təminat
qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin
və torpaq sahəsinə hüquq əldə etmək istəyən
şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə
tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə
tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci
maddəsində nəzərdə tutulan öhdəliklərin
yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq
paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə
təminat qeydi aparılmış şəxsə keçməsinə
dair torpaq sahəsi mülkiyyətçisinin razılığı
açıq-aydın ifadə edilməlidir.
144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs
tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində
müvafiq tərkib hissənin bağlı olduğu pay ilə
əlaqədar hüquqlarını və öhdəliklərini
yazılı formada sifarişli poçt göndərişi vasitəsilə
torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla
notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında
üçüncü şəxsə ötürə bilər.
Müqavilədə digər müddəalarla yanaşı, hüquqların
və öhdəliklərin ötürüldüyü məqamda
mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi,
aparılmış təminat qeydində hüquqların və
öhdəliklərin ötürüldüyü üçüncü
şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə
dair hər iki tərəfin razılıqları aydın şəkildə
ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər
onların üçüncü şəxsə ötürüldüyü
məqamda mövcud olmuş həcmdə və şərtlərlə
ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən
dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə
və təsdiqlənmiş yazılı formada sifarişli poçt
göndərişi vasitəsilə daşınmaz əmlakın
dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı
formada sifarişli poçt göndərişi vasitəsilə
torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir.
Belə müqavilə daşınmaz əmlakın dövlət
reyestrində aparılmış təminat qeydində müvafiq
dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur
və həmin müqavilə əsasında müvafiq qeydiyyat
hərəkətləri aparılır.
Maddə 145. Daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyat barəsində ərizə
– Çıxarılmışdır.[234]
Maddə 146. Daşınmaz əmlaka
hüququn əmələ gəlməsi[235]
146.1. Daşınmaz
əmlaka sahiblik və istifadə hüququ onun barəsində
əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ
gəlir (məhkəmə qərarı və ya digər qanuni
qüvvəyə malik olan və barəsində şikayət
verilə bilməyən qərar əsasında yaranan hüquq
istisna olmaqla).
146.2. Daşınmaz
əmlak üzərində sərəncam vermək hüququ həmin
əmlakın daşınmaz əmlakın dövlət reyestrində
ərazilər üzrə qeydiyyatı tarixindən əmələ
gəlir.
146.3. Daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyata alınmamış
daşınmaz əmlak barəsində müqavilələrin notariat
qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür
əmlak barəsində bağlanmış müqavilələr
etibarsız sayılır.
Məcəllənin
146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən
istifadə etməklə əldə olunan yaşayış sahəsinin
üzərində alıcının mülkiyyət hüququ,
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata
alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı
və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin
notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.[236]
146.4. Daşınmaz
əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən
sonra notarius müqavilənin iki nüsxəsini müraciət
etmiş şəxsə verir və ya onun istəyi ilə 2 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına daşınmaz
əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması
haqqında müraciət etmiş şəxsin notariat qaydasında
təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə
müqavilənin bir nüsxəsi, hüquqların dövlət
qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş
digər əsasları əks etdirən sənədlər, torpaq
sahəsinin planı və ölçüsü, torpaq sahəsində
yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz
əmlakın (onların tərkib hissələrinin) texniki pasportu,
plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə
sənəd əlavə edilir.
Həmin ərizənin surəti müqavilənin notariat qaydasında
təsdiqlənməsi haqqında müraciət edən şəxsə
verilir.[237]
146.5. Daşınmaz
əmlakı və ya ona dair hüquqları əldə edən
şəxs məhkəmə qərarına və ya digər qanuni
qüvvəyə malik olan və barəsində şikayət
verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə
həmin qərarın notariat qaydasında təsdiqlənmiş
surəti və daşınmaz əmlakın texniki göstəricilərini
əks etdirən sənədlər qoşulur.[238]
146.6. Daşınmaz
əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyatı üçün sənədlər
natamam olduqda, mülkiyyətçinin razılığı ilə
və ya məhkəmə qərarı əsasında dövlət
reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. [239]
146.7. Daşınmaz
əmlakın dövlət reyestrində daşınmaz əmlakın
və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil
olduğu tarix üzrə aparılır.[240]
146.8. Daşınmaz
əmlaka dair müqavilələrin daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmasına görə
daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən
notarius, qanunla
müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti
daşıyırlar. Daşınmaz əmlakın dövlət
reyestrində daşınmaz əmlaka dair müqavilələrin
qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün
olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara
görə dövlət reqressant qismində çıxış
edir.[241]
Maddə 147. Torpaq sahəsi barədə
təminat qeydi[242]
147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və
ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla)
ilə bağlı hər hansı hüququn əldə edilməsinə
yönəlmiş tələbləri təmin etmək məqsədilə
daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi
barədə təminat qeydi aparıla bilər. Tikintisi başa
çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib
hissələrin bağlı olduğu paylarla əlaqədar təminat
qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin
tələbləri nəzərə alınmaqla, bu Məcəllənin
144-1-ci maddəsində müəyyən olunur.
147.2. Təminat qeydinin aparılması üçün
torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə
hüquq əldə etmək istəyən şəxs arasında
notarial formada bağlanılmış müqavilə tələb
olunur. Müqavilədə digər müddəalarla yanaşı,
torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində
olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına
və torpaq sahəsinə hüquq əldə etmək istəyən
şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə
təminat qeydinin aparılmasına dair razılıqları, habelə
müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən
irəli gələn hüquqların xeyrinə təminat qeydi
aparılmış şəxsə keçməsinə dair torpaq
sahəsi mülkiyyətçisinin razılığı aydın
şəkildə ifadə edilməlidir.
147.3. Təminat qeydi daşınmaz əmlakın dövlət
reyestrində qeydə alındığı vaxtdan yaranır.
147.4. Torpaq sahəsi barədə daşınmaz əmlakın
dövlət reyestrində aparılmış təminat qeydinin
öz hüquqi qüvvəsini saxladığı müddətdə
həmin torpaq sahəsi barədə növbəti təminat qeydi
aparıla bilməz.
147.5. Daşınmaz əmlakın dövlət reyestrini
aparan orqanın və notariusların torpaq sahəsi barədə
təminat qeydinin aparılması ilə bağlı hərəkətləri
bu Məcəllə, “Notariat haqqında” və “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
qanunları ilə tənzimlənir.
147.6. Notarius təminat qeydinin aparılması üçün
bağlanılması nəzərdə tutulan müqavilənin
qanunauyğunluğunu müəyyən etdikdən sonra onu notariat
qaydasında təsdiq edib daşınmaz əmlakın dövlət
reyestrinə göndərir və daşınmaz əmlakın
dövlət reyestrində 3 iş günü ərzində
təminat qeydi aparılır. [243]
147.7. Torpaq sahəsi barədə təminat qeydinin öz
hüquqi qüvvəsini saxladığı müddətdə
həmin torpaq sahəsinə və ya ona olan hüquqa dair bağlanan
müqavilələr və (və ya) digər formada verilən
sərəncamlar təminat qeydinin əsası olmuş tələbin
həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu
hissədə etibarsızdır. Həmin qayda sərəncamın
məcburi icra və ya həbsin qoyulması qaydasında və
ya əmlak inzibatçısı tərəfindən iflas prosesi
zamanı verildiyi halda da tətbiq edilir.
147.8. Daşınmaz əmlakın dövlət reyestrində
torpaq sahəsi barədə aparılmış təminat qeydi
aşağıdakı hallarda öz hüquqi qüvvəsini itirir:
147.8.1. xeyrinə təminat qeydi aparılmış şəxsin
bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə
tutulan müqavilədən irəli gələn hüquqları
bu Məcəlləyə uyğun olaraq daşınmaz əmlakın
dövlət reyestrində qeydə alındıqda;
147.8.2. bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə
tutulan müqavilə bu Məcəllənin 421-424-cü maddələrinə
uyğun olaraq ləğv edildikdə;
147.8.3. aparılmış təminat qeydində bu Məcəllənin
144-1.6-cı maddəsində nəzərdə tutulan müqavilə
əsasında hüquqların və öhdəliklərin ötürüldüyü
üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklər
edildikdə.
147.9. Torpaq sahəsinin (üzərindəki tikilmiş
və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil
olmaqla) əldə edilməsi üçün bu Məcəllənin
147.2-ci maddəsinə uyğun olaraq bağlanılan müqavilədə
xeyrinə təminat qeydi aparılan şəxsin ipoteka kreditindən
istifadə etmək imkanı müəyyən edildiyi halda, şəxs
həmin torpaq sahəsinin əldə edilməsinin maliyyələşdirilməsi
məqsədi ilə ipoteka müqaviləsi bağlaya bilər.
Həmin ipoteka yalnız ipoteka predmeti olan torpaq sahəsinin (üzərindəki
tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri
də daxil olmaqla) əldə edilməsinin maliyyələşdirilməsi
üçün istifadə olunan kreditin təminatına xidmət
edə bilər.
Maddə 148. Daşınmaz əmlakın
dövlət reyestrinin açıqlığı
148.1. Daşınmaz
əmlakın təsviri, dövlət qeydiyyatına alınmış
hüquqlar və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayış
qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun
tərəfindən vəkil edilmiş şəxsə, hüquq
sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında
vərəsəlik hüququ olan şəxslərə və qanunla
nəzərdə tutulmuş səlahiyyətlərin yerinə
yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına
və bələdiyyələrə verilir.[244]
148.2. Daşınmaz
əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq
mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa
hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları
müdafiə edilməlidir.
148.2-1. Hüquq sahibinin istəyi ilə “Elektron
hökumət” portalında yerləşdirilmiş daşınmaz
əmlakın dövlət reyestrindən çıxarış
əsasında daşınmaz əmlak üzərində sərəncam
verildiyi hallarda çıxarış notarius və ya qanunla müəyyən
edilmiş hallarda bu cür notarial hərəkəti etməyə
hüququ çatan digər vəzifəli şəxslər tərəfindən
daşınmaz əmlakın dövlət reyestrindən elektron
informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə
edilir.[245]
148.3. Daşınmaz əmlak
barəsində notariat hərəkətlərinin aparılması
ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən
daşınmaz əmlaka dair çıxarışın, həmin
əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair məlumatların notarius və
ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər
tərəfindən əldə edilməsini, habelə daşınmaz
əmlak barəsində aparılmış notariat hərəkətinin
nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş
və həmin əmlak barəsində qeydiyyatın aparılması
üçün əsas hesab edilən sənədin təsdiqləndikdən
dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət
reyestrinə ötürülməsini təmin etmək məqsədilə
notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu
cür notarial hərəkəti etməyə hüququ çatan
digər vəzifəli şəxslərlə daşınmaz əmlakın
dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə
real vaxt rejimində məlumat və sənəd mübadiləsi
imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz
əmlakın dövlət reyestrinə birbaşa çıxışı
təmin olunmalıdır.[246]
148.4. İpoteka qoyulan daşınmaz əmlakla bağlı
məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına
nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar
və digər kredit təşkilatlarının informasiya sistemləri
ilə daşınmaz əmlakın dövlət reyestri arasında
əlaqə yaradılır.[247]
Maddə 149. Daşınmaz əmlaka
hüquqların əsassız qeydə alınması
149.1. Çıxarılmışdır.[248]
149.2. Əgər
daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa
və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa
və ya dəyişdirilmişsə, bunun nəticəsində
daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən
şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi
haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş
zərərin əvəzinin ödənilməsi üçün
tələblər irəli sürülməsi istisna edilmir. Bu
zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla
əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Maddə 150. Məhv olmuş daşınmaz
əmlakın qeydiyyatının ləğvi
150.1. Əgər
daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində
onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə,
maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın
ləğvini tələb edə bilər. Daşınmaz əmlakın
məhv olması daşınmaz əmlakın dövlət reyestrini
tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxsi tərəfindən təsdiqlənməlidir.[249]
150.2. İstənilən
maraqlı şəxs qeydiyyatın ləğvi barəsində
bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə
şikayət edə bilər.
Maddə
151. Daşınmaz əmlakın dövlət
reyestrində düzəliş[250]
151.1. Daşınmaz əmlakın
dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti
orqanı maraqlı şəxslərin yazılı razılığı
olmadan yalnız qanuni qüvvəyə minmiş məhkəmə
qərarına əsasən reyestrdə dəyişiklik edə
bilər.
151.2. Sadə səhvlər və texniki xətalar
xidməti qaydada düzəldilir.
6-cı fəsil.
Mülkiyyət hüququnun ümumi müddəaları
Maddə 152. Mülkiyyət hüququnun
anlayışı və məzmunu
152.1. Mülkiyyət
hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi
kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam
vermək üzrə dövlət tərəfindən tanınan
və qorunan hüququdur.
152.2. Sahiblik hüququ
- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin
hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
152.3. İstifadə
hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini
hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi
cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən
fayda gəlir, artım, bəhər, törəmə şəklində
və başqa formalarda ola bilər.
152.4. Sərəncam
hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını
təyin etməyin hüquqi cəhətdən təmin edilmiş
imkanıdır.
152.5. Mülkiyyətçi
qanunda və ya müqavilədə
müəyyən edilən məhdudiyyətlər nəzərə
alınmaqla müəyyənləşdirilmiş hədlərdə
əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,
ondan istifadə edə bilər və ona dair sərəncam verə
bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə
yol verməyə bilər, ona mənsub əmlak barəsində
öz mülahizəsi ilə istənilən hərəkətləri
edə bilər, bir şərtlə ki, həmin hərəkətlər
qonşuların və ya üçüncü şəxslərin
hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə
olmasın.[251]
152.6. Hüquqdan
sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran
şəkildə istifadədir; bu zaman mülkiyyətçinin
mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir
və onun hərəkətlərinin zəruriliyi əsaslı
deyildir.
152.7. İstifadə
hüququna şəxsin öz əşyasından istifadə etməməsi
imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi
və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd
edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi
müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin
üzərinə həmin vəzifələri özü icra etmək
və ya müvafiq muzd müqabilində əşyanı başqa
şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula
bilər.
152.8. Mülkiyyətçi
öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə
(etibarnaməli idarəçi) verə bilər. Əmlakın
etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət
hüququnun etibarnaməli idarəçiyə keçməsinə
səbəb olmur; o, əmlakı mülkiyyətçinin və
ya mülkiyyətçinin göstərdiyi üçüncü
şəxsin mənafeyi naminə idarə etməlidir.
*152.8-1. Üzərinə həbs qoyulmuş
əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada
idarə edilməsi ilə əlaqədar tədbirlər görülə
bilər.[252]
152.9. Əşyaya
mülkiyyət hüququ həmin əşyanın mühüm
tərkib hissələrinə də şamil edilir.
152.10. Əmlakın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi riski, əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülkiyyətçisinin üzərinə düşür.
152.11. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona
mənsub əmlakın saxlanması yükünü daşıyır.
Maddə 153. Mülkiyyət hüququnun
subyektləri
153.1. Bütün
növlərdən olan daşınar və daşınmaz əmlaka
mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər,
bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
153.2. Qanunvericiliklə
yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin
mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
153.3. Əmlakın
fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan
Respublikasının və ya bələdiyyələrin mülkiyyətində
olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun,
əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun
əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri
yalnız qanunla müəyyənləşdirilə bilər.
153.4. Bütün
mülkiyyətçilərin hüquqları eyni bərabərdə
müdafiə edilir.
Maddə 154. Fiziki və hüquqi
şəxslərin mülkiyyət hüququ
154.1. Qanunvericiliyə
uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub
ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna
edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində
istənilən əmlak ola bilər.
154.2. Bu Məcəllənin
6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər
üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin
müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və
hüquqi şəxslərin mülkiyyətində olan əmlakın
miqdarı və dəyəri məhdudlaşdırılmır.
154.3. Kommersiya və
qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin
(iştirakçılarının, üzvlərinin) maya və
ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi
şəxslərin başqa əsaslar üzrə əldə etdikləri
əmlakın mülkiyyətçiləridir.
Maddə 155. Dövlət mülkiyyəti
hüququ
155.1. Azərbaycan
Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak
dövlət mülkiyyətidir.
155.2. Fiziki, hüquqi
şəxslərin və ya bələdiyyələrin mülkiyyətində
olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
155.3. Dövlət
büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.
155.4. Dövlət
əmlakının özəlləşdirilməsi haqqında
qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində
olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə
verə bilər.
155.5. “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş torpağın dövlət ehtiyacları
üçün alınmasına əsas verən hallar, habelə
qanunla özəlləşdirilməsi qadağan olunan dövlət
əmlakı və dövlətin müstəsna mülkiyyətində
olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində
olan əmlak, o cümlədən torpaq sahəsi
qarşılıqlı razılıq əsasında xüsusi
mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təqdimatı
əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırmaqla müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı
ilə dəyişdirilir.[253]
Dəyişdirilən əmlakların, o
cümlədən torpaq sahələrinin qiymətləndirilməsi
əmlakların (torpaq sahələrinin) alqı-satqısı
zamanı təşəkkül tapan bazar qiyməti nəzərə
alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq qiymətləndirici tərəfindən həyata
keçirilir.
Dövlət mülkiyyətində olan əmlakın,
o cümlədən torpaq sahəsinin qarşılıqlı
razılıq əsasında müvafiq olaraq xüsusi
mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə
dəyişdirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 156. Bələdiyyələrin
mülkiyyət hüququ
156.1. Bələdiyyələrə
mülkiyyət hüququ ilə mənsub olan əmlak onların
mülkiyyətidir.
156.2. Yerli büdcənin
vəsaiti bələdiyyənin mülkiyyətidir.
Maddə 157. Mülkiyyətin müdafiəsi
157.1. Mülkiyyətçinin
mülkiyyət hüququnun tanınmasını tələb etmək
ixtiyarı vardır.
157.2. Mülkiyyətçi
özgəsinin qanunsuz sahibliyindən öz əmlakını
geri tələb edə bilər.
157.3. Çıxarılmışdır. [254]
157.4. Əgər
mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı
götürmədən və ya ondan məhrum etmədən törədilirsə,
mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə
son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər
davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə
son qoyulmasını məhkəmə vasitəsilə tələb
edə bilər.
157.5. Mülkiyyətçi
özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb
edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu
bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın
onda olduğu bütün vaxt ərzində onun götürdüyü
və ya götürməli olduğu bütün gəlirlərin
qaytarılmasını və ya əvəzinin ödənilməsini
də tələb edə bilər; vicdanlı sahibdən isə
onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli
olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin
iddiası üzrə məhkəmə bildirişini aldığı
vaxtdan götürdüyü və ya götürməli olduğu
bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini tələb edə bilər. Bundan başqa
vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın
onda olması ilə bağlı bütün zərərin əvəzini
ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən
yoxa çıxan və ya zərər çəkən əmlakın,
o cümlədən əmlakdan gəlir götürdüyünə
görə zərərin əvəzini ödəməyə borclu
deyildir.[255]
157.6. İstər
vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz
növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə
düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri
məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən
tələb edə bilər.
157.7. Vicdanlı
sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən
öz yaxşılaşdırmalarını özündə
saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq
mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən
artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq
üçün çəkdiyi məsrəflərin əvəzinin
ödənilməsini tələb edə bilər.
157.8. Mülkiyyətçi
hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə
və ya müqavilədə nəzərdə tutulan əsasla
əmlaka sahiblik edən şəxsə də mənsubdur.
157.9. Dövlət
ehtiyacları tələb etdikdə, dövlət tərəfindən
mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli
yolların və digər kommunikasiya xətlərinin çəkilməsi
və quraşdırılması, sərhədboyu zolaqda dövlət
sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
müdafiə və təhlükəsizlik əhəmiyyətli
obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən
sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması,
dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların)
və (və ya) aerodromların genişləndirilməsi və
ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların
inşası məqsədi ilə
alınır.[256]
Maddə 158. Mülkiyyətçi
olmayan şəxslərin hüquqları
158.1. Mülkiyyət
hüququ ilə yanaşı aşağıdakılar da əmlak
hüquqları sayılır:
158.1.1. girov hüququ;
158.1.2. əmlakdan
istifadə hüququ;
158.1.3. servitutlar.
158.2. Əmlak hüquqları
həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə
də mənsub ola bilər.
158.3. Əmlaka mülkiyyət
hüququnun başqa şəxsə keçməsi həmin əmlaka
olan digər əmlak hüquqlarının xitamına səbəb
olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın
yüklülüyünün olmamasına münasibətdə
vicdanlı olsun.[257]
158.4. Mülkiyyətçi
olmayan şəxsin əmlak hüquqları istənilən şəxs,
o cümlədən mülkiyyətçi tərəfindən
pozulmaqdan müdafiə edilir.
7-ci fəsil.
Sahiblik hüququ
Maddə 159. Əşyaya sahiblik
Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə
edilir.
Maddə 160. Vasitəsiz və vasitəli
sahiblik
Əgər sahib
əşyanı məhdud əşya və ya şəxsi sahiblik
hüququnun həyata keçirilməsi üçün kiməsə
vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi
vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
Maddə 161. Özgə əşyasının
sahibi və öz əşyasının sahibi
Əşyanın
mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan
öz əşyasının sahibidir, əşyanın hər
hansı başqa sahibi özgə əşyasının sahibidir.
Maddə 162. Sahibliyin müvəqqəti
kəsilməsi
Əşyaya faktik
sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq
və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
Maddə 163. Sahibliyin verilməsi
163.1. Sahiblik əşyanın
özünün verilməsi ilə verilir. Əvvəlki sahibin
iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi
həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
163.2. Əgər
üçüncü şəxs və ya özgəninkiləşdirən
özü xüsusi hüquq münasibətləri əsasında
əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya
verilmədən də əldə edilə bilər. Sahibliyin bu
cür verilməsi üçüncü şəxs üçün
yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş
verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı
özgəninkiləşdirənə verməkdən imtina etmək
üçün istinad etdiyi əsaslarla əldə edənə
verməkdən də imtina edə bilər.
163.3. Fraxtverənə
və ya anbara verilmiş mallar üçün onları təmsil
edən order sənədi verildikdə bu sənədin verilməsi
malın özünün verilməsi sayılır. Əgər
həm order sənədini vicdanlı əldə edən, həm
də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük
verilir.
Maddə 164. Sahibliyin müdafiəsi
164.1. Sahibin iradəsi
olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş
özbaşınalıq sayılır. Hər bir sahibin qadağan
edilmiş özbaşınalıqdan müdafiə üçün
güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti
nəzərə almaqla, əsassız güc hərəkətlərindən
çəkinməlidir.
164.2. Sahiblikdən
məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını
tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik
sahib və ya onun hüquq sələfi barəsində səhv
addım olduqda və sahiblik məhrumetmədən əvvəlki
ildə əldə edildikdə iddia istisna edilir.
Maddə 165. Sahibliyin pozulması
165.1. Sahiblik qadağan
edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan
pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların
davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması
üçün iddia verə bilər. Pozucu və ya onun hüquq
sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən
əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna
edilir.
165.2. Qadağan
edilmiş özbaşınalıq üzrə iddiaya yalnız
o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum
olmasından dərhal sonra əşyanın qaytarılmasını
və ya pozuntunun aradan qaldırılmasını tələb
etsin. İddia müddəti, hətta qəsd və təqsirkar
sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu
anından başlayaraq bir il təşkil edir.
Maddə 166. Mülkiyyətin sahiblik
əsasında ehtimal edilməsi
166.1. Daşınar
əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya
mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı
əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı
o, mülkiyyətçi olmuşdur.
166.2. Daşınar
əşyanın mülkiyyətçisi olmaq istəməyən
sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın
alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir.
Sahiblik hüququ olmadığını bilən və ya bilməli
olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində
məhdud əşya hüququna və ya şəxsi hüquqa
iddia edən daşınar əşya sahibinin bu cür hüququnun
olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı
şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.
166.3. Yalnız o
şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və
sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun
sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmasından irəli gəlir.
Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına
məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia
verə bilər.
Maddə 167. Vicdansız sahibin əşyanı
qaytarmaq vəzifəsi – Çıxarılmışdır.[258]
Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi
qarşısında məsuliyyətinin olmaması – Çıxarılmışdır.[259]
8-ci fəsil.
Mülkiyyət hüququnun məhdudlaşdırılması
Maddə 169. Mülkiyyət hüququnun
məhdudlaşdırılmasının ümumi müddəaları
169.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ
məhdudlaşdırıla bilər.
169.2. Hər bir
daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların
qazılması, drenaj, qaz və başqa boruların, habelə
yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi
onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən
mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər
hesabına mümkündürsə, bununla əlaqədar dəyən
zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti
ilə həmin tədbirlərin həyata keçirilməsinə
icazə verməlidir.
169.3. Yüklü
torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin
ədalətlə nəzərə alınması hüququna malikdir.
Yerüstü xətlərin çəkildiyi hallarda, əgər
fövqəladə hallar əsas verirsə, o, tələb edə
bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə
torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
169.4. Əgər
şərait dəyişərsə, mülkiyyətçi xəttin
onun mənafeyinə uyğun çəkilməsini tələb
edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı
şəxs ödəməlidir, lakin xüsusi halların əsas
verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin
hesabına aid edilə bilər.
Maddə 170. Qonşuluq hüququ
170.1. İkitərəfli
təsirlərin törəyə biləcəyi hər bir torpaq
sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi
və ya əmlakı sayılır.
170.2. Qonşu torpaq
sahələrinin və ya digər daşınmaz əmlakın
mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş
hüquq və vəzifələrindən əlavə, bir-birinə
qarşılıqlı hörmət bəsləməlidirlər.
Öz mülkiyyət hüququnu həyata keçirən hər
kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz
təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş
qazların, tozun, ağır qoxuların, səs-küyün və
ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin
mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri
qadağandır.
170.3. Heç kəsə
icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına
dəyişdirsin. Aşağı torpaq sahəsi üçün
zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri
olan həcmdə axıdıla bilər. Su axıdılarkən
aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi
əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız
götürməlidir. Əgər suyun buraxılması nəticəsində
ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı
mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən
nov çəksin.
170.4. Bir neçə
torpaq sahəsindən axan tullantı və yeraltı suların
istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq
başqa torpaq sahələrində suyun miqdarını azaltmaq
və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Maddə 171. Qonşu təsirinə
dözmək vəzifəsi
171.1. Torpaq sahəsinin
və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,
əgər öz sahəsindən istifadə etməkdə ona
maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz
dərəcədə pozulursa, qonşu sahədən qazın,
buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün,
istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin
öz sahəsinə təsirini qadağan edə bilməz.
171.2. Təsirin
əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən
və ya başqa daşınmaz əmlakdan adi istifadədən
törəndiyi və istifadəçilərin həmin növü
üçün normal təsərrüfat fəaliyyəti sayılan
tədbirlərlə qarşısı alına bilmədiyi hallarda
da eyni qayda qüvvədə olur.
171.3. Əgər
mülkiyyətçi bu cür təsirə dözməyə
borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin
və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən,
təsirin həmin ərazi üçün təsdiq edilən
adi istifadədən və iqtisadi cəhətdən yol verilən
hədlərdən yüksək olduğu hallarda pul formasında
müvafiq kompensasiya tələb edə bilər.
Maddə 172. Mülkiyyətçinin
qazıntılar və tikinti işləri ilə vurduğu ziyan
172.1. Qazıntı
və tikinti işləri apararkən mülkiyyətçiyə
icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə
kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə
məruz qoysun və ya həmin sahələrdəki qurğuları
zədələsin.
172.2. Torpaq sahəsinin
mülkiyyətçisi özünün torpaq sahəsindən
istifadə hüququna yolverilməz şəkildə qəsd edən
belə qurğuların qonşu sahədə tikilməsinin və
ya istismarının qadağan olunmasını tələb edə
bilər.
172.3. Əgər
torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu
sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin
sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən
qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan
başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş
qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu
hər il ödəməlidir.
172.4. Qonşuluq
hüququnun göstərişlərini pozan binalara çıxıntılı
binalar haqqında qaydalar tətbiq edilir.
Maddə 173. Çıxıntılı
binalar
173.1. Başqa daşınmaz
əmlaka keçən çıxıntıları olan binalar
və digər qurğular yerləşdikləri daşınmaz
əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə
ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya
hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı
etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan
əvəz ödənilməsini tələb edə bilər.
173.2. Üst tikiliyə
hüquq daşınmaz əmlakın dövlət reyestrində
servitut kimi qeydə alına bilər.
173.3. Əgər
üst tikili əsassızdırsa və hüququna toxunulmuş
şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə,
üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı
hallarda, ağlabatan əvəz ödənilməklə, üst
tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət
hüququ verilə bilər.
173.4. Əgər
qonşu sahədən binanın uçub torpaq sahəsinə
tökülməsi təhlükəsi varsa, mülkiyyətçi
qonşudan həmin təhlükənin qarşısının
alınması üçün lazımi tədbirlər görməyi
tələb edə bilər.
Maddə 174. Çıxıntılı
bitkilər
174.1. Əgər
çıxıntılı budaqlar və uzanan köklər qonşunun
mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə
ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin
budaqları və kökləri kəsib özündə saxlaya
bilər.
174.2. Ağac və
ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə
həmin torpaq sahəsinin meyvəsi sayılır.
174.3. Əgər
mülkiyyətçi tikililər və üst tikililər olan
torpaq sahələrində çıxıntılı budaqların
olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə
onun hüququ çatır. Bu göstərişlər meşə
torpaq sahələrinə şamil edilmir.
Maddə 175. Özgənin sahibliyində
olan sahədən zəruri yol və keçid
175.1. Əgər
torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən
ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə
keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular
ona tam əvəzi ödənilməklə zəruri keçid
ayırsınlar. Tələb ilk növbədə o qonşuya
qarşı yönəldilir ki, mülkiyyət və keçid
münasibətləri ilə əlaqədar keçid verilməsinin
ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb
keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.
Zəruri keçid müəyyənləşdirilərkən
qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
175.2. Sahələrindən
zəruri yol və ya birləşdirici xətt keçəcək
qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər
arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik
ödəniş şəklində verilə bilər.
175.3. Əgər
torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri
mülkiyyətçinin özbaşına hərəkətləri
nəticəsində ləğv edilərsə, zəruri yola və
ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ
gəlmir.
Maddə 176. Torpaq sahələrinin
hasarlanması və mərzlənməsi
176.1. Hasarlama xərclərini
hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi
çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə
və ya sərhəd kimi istifadə edilən başqa qurğu
ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin
mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə
bərabər hüquqlara malikdirlər və onunla bağlı
xərcləri öz mənafelərinə mütənasib surətdə
ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd
kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı
çatırsa, onlardan hər biri qurğudan elə istifadə
edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik
yaranmasın.
176.2. Torpaq sahəsinin
mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən
möhkəm ayırıcı mərz çəkilməsində
və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş
mərzin bərpasında iştirak etməyi tələb edə
bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun
razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
onların arasında bərabər bölünür. Nə qədər
ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır,
həmin mərz onun razılığı olmadan uçurula və
ya dəyişdirilə bilməz.
176.3. Əgər
dəqiq sərhədləri müəyyənləşdirmək
mümkün deyildirsə, mərz çəkilməsi üçün
qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır.
Faktik sahibliyi müəyyənləşdirmək mümkün
olmadıqda, mübahisəli ərazi sahələr arasında
bərabər bölüşdürülür. Əgər belə
bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən
birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
Maddə 177. İtmiş heyvanlar
və əşyalar
Əgər təbii
fəlakət və ya təsadüfi hadisələr nəticəsində
əşyalar özgə torpaq sahəsinə düşərsə
və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə
keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi
ixtiyarlı şəxsin onların arxasınca gəlib onları
götürməsinə icazə verməlidir. Bu zaman dəyən
zərər üçün o, əvəz ödənilməsini
tələb edə bilər və bununla əlaqədar həmin
əşyaları saxlamaq hüququna malikdir.
9-cu fəsil.
Mülkiyyət hüququnun əldə edilməsi və
itirilməsi
§ 1. Daşınmaz
əşyalara mülkiyyət hüququnun əldə edilməsi
Maddə 178. Daşınmaz əmlaka
mülkiyyət hüququnun əldə edilməsi
178.1. Daşınmaz
əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş
əsaslarla onun verilməsinin
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alındığı andan əldə edənə keçir.
Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun dövlət reyestrində qeydə
alınmadan başqa şəxsə keçməsi mümkündürsə,
onda şəxs bu barədə dövlət reyestrinə məlumat
verməlidir.[260]
178.2. Yeni yaranmış
daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz
əmlakın dövlət reyestrində qeydə alındığı
andan əmələ gəlir.[261]
178.3. Əgər
daşqın, torpağın səpələnməsi və ya
yerdəyişməsi, çayın yatağının və
ya səviyyəsinin dəyişməsi nəticəsində, yaxud
başqa şəkildə yeni ərazi meydana gəlmişsə,
o, bitişik torpaq sahəsində birləşdirilir.
178.4. Torpağın
bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin
hüdudlarının dəyişməsinə səbəb olmur.
178.5. Əgər
daşınmaz əmlakın dövlət reyestrində əsassız
qeydə alınmış mülkiyyətçi qeydəalmanın
əsassız olduğunu bilməyərək, torpaq sahəsinə
10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə,
həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi
sayılır.[262]
178.6. Əgər
şəxs daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi
hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız
sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını
tələb edə bilər. Eyni şərtlərlə bu hüquq
həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur
ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət
reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş
və ya mülkiyyətin sahiblik müddətinə görə
əldə edilməsi müddətinin əvvəlində xəbərsiz
itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan
olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd
edildikdən sonra yalnız məhkəmənin qərarı ilə
aparılmalıdır.
178.7. Sahibsiz daşınmaz
əşyalar, habelə ictimai sular və becərilməyə
yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar
və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar
dövlətə mənsubdur.
178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini
əldə etmək istəyən şəxslə binanın yerləşdiyi
torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında
bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan
podrat münasibətləri əmələ gəlir və belə
münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi
(satıcı) podratçı, tikintisi başa çatmayan binanın
tərkib hissəsini əldə etmək istəyən şəxs
isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə
yanaşı, satıcı (podratçı) bu Məcəllənin
144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə
müəyyənləşdirilən müddətdə binanın
tikintisini başa çatdırmaq və istismarına icazə
almaq, tərkib hissəni əldə etmək istəyən şəxs
(sifarişçi) isə razılaşdırılmış məbləği
hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi
daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsinin mülkiyyətçisinin (satıcının,
podratçının) və (və ya) həmin binanın tərkib
hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi
onlar arasında yaranan münasibətlərə bu Məcəllənin
39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin
tətbiqini istisna etməməlidir.[263]
Maddə 179. Əldə etmə
müddətiKM3
179.1. Çıxarılmışdır.[264]
179.2. Daşınmaz
əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq
varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün
müddəti öz sahiblik müddətinə birləşdirə
bilər.
179.3. Əmlaka öz
əmlakı kimi sahiblik edən şəxs əldə etmə
müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət
hüququnu əldə edənə qədər öz sahibliyini
əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə
və ya müqavilədə nəzərdə tutulmuş digər
əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü
şəxslərdən müdafiə etmək hüququna malikdir.
179.4. Əldə
etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı
əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət
hüququ bu hüququn daşınmaz əmlakın dövlət
reyestrində qeydə alındığı andan əmələ
gəlir.
Maddə 180. Özbaşına tikinti
və onun nəticələri
180.1. Tikinti məqsədləri
üçün ayrılmayan torpaq sahəsində və ya buna
lazımi icazələr almadan və ya şəhərsalma və
tikinti normalarını və qaydalarını ciddi surətdə
pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu
və ya başqa daşınmaz əmlak özbaşına tikinti
sayılır.
180.2. Özbaşına
tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə
etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq,
icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı
yoxdur.
180.3. Özbaşına
tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən
o şəxs üçün tanına bilər ki, tikinti aparılmış
torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin
saxlanması digər şəxslərin hüquqlarını və
qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin
həyatı və sağlamlığı üçün təhlükə
yaradırsa, göstərilən şəxsin özbaşına
tikintiyə mülkiyyət hüququ tanına bilməz.
180.4. Tikinti məqsədləri
üçün ayrılmayan torpaq sahəsində və ya buna
lazımi icazələr almadan və ya şəhərsalma və
tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla
tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının
və ya maraqlı tərəfin müraciəti üzrə qəbul
edilmiş məhkəmənin qərarı əsasında sökülə
bilər.[265]
§ 2. Daşınar əşyalara mülkiyyət hüququnun
əldə edilməsi
Maddə 181. Daşınar əşyalara
mülkiyyət hüququnun əldə edilməsi əsasları
181.1. Daşınar
əşyaya mülkiyyət hüququnun əldə edənə
verilməsi üçün mülkiyyətçi əşyaya
sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
181.2. Əşyanın
verilməsi bunlardır: əşyanın əldə edənin
birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin
müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi
birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü
şəxsdən sahibliyi tələb etmək hüququnu əldə
edənə verməsi.
181.3. Şəxsin
qanunvericiliyin tələblərinə əməl etməklə
özü üçün hazırladığı və ya yaratdığı
yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə
edir. Əmlakdan istifadə nəticəsində götürülən
bəhərə, məhsula və gəlirə mülkiyyət
hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə
tutulan əsaslarla əldə edilir.
181.4. Mülkiyyətçisi
olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən
alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi
və ya bu əmlakın özgəninkiləşdirilməsinə
dair digər əqd əsasında əldə edilə bilər.
Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya
öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya
mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).
Əgər əldə edən əşyaya vicdansız sahiblik
edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını
bilmişdirsə, daşınar əşyanın əldə edilməsi
yolverilməzdir.[266]
181.5. Çıxarılmışdır.[267]
181.6. Hüquqi şəxs
yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka
mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi
şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi
şəxslərə) keçir.
181.7. Bu Məcəllədə
nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi
olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka
və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə
tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi
əmlaka mülkiyyət hüququ əldə edə bilər.
181.8. Çıxarılmışdır.[268]
Maddə 182. Vicdanlı əldə
edən
182.1. Əşyanı
özgəninkiləşdirənin onun mülkiyyətçisi
olmadığı, lakin bu fakt barədə vicdanlı əldə
edən olduğu hallarda da əldə edən əşyanın
mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin
mülkiyyətçi olmadığını bilirmişsə
və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır.
Vicdanlılıq faktı əşya verilənə qədər
mövcud olmalıdır.
182.2. Daşınar
əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə,
əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə
olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa,
yaxud əldə edən onu əvəzsiz almışsa, həmin
əşyanı əldə edən vicdanlı ola bilməz. Bu
məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş
pula, sənədli qiymətli kağızlara və
əşyalara tətbiq olunmur.[269]
Maddə 183. Mülkiyyətin qiymətli
kağızlar vasitəsi ilə verilməsi
Mülkiyyətin
əldə edənə keçməsi üçün əşyanın
verilməsi əvəzinə qiymətli kağız verilməsi
məcburidirsə, qiymətli kağıza mülkiyyət hüququ əldə
edildiyi andan əşyaya mülkiyyət əldə edənə keçmiş
sayılır.[270]
Maddə 184. Sahibsiz daşınar
əşyaya mülkiyyətin əldə edilməsi
184.1. Əgər
sahibsiz daşınar əşyanın mənimsənilməsi
bu Məcəllə ilə qadağan edilməmişsə və
ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin
hüquqlarını pozmursa, şəxs həmin əşyanı
sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə
edir.
184.2. Əgər
daşınar əşyanın mülkiyyətçisi yoxdursa
və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi
mülkiyyətdən imtina edərək əşyaya sahibliyə
xitam verirsə, daşınar əşya sahibsiz sayılır.
Maddə 185. Mülkiyyətçinin
imtina etdiyi daşınar əşya
185.1. Mülkiyyət
hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin
atdığı və ya digər şəkildə əl çəkdiyi
daşınar əşyanı (atılmış əmlakı)
başqa şəxslər öz mülkiyyətinə yönəldə
bilər.
185.2. Mülkiyyətində,
sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar
və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri
əlli beş manatdan aşkar aşağı olan atılmış
əmlak və ya atılmış metal qırıntıları,
zay məhsul, faydalı qazıntıların çıxarılması
zamanı əmələ gələn təpəciklər, istehsal
tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan
istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə
yönəltdiyini göstərən digər hərəkətlər
etməklə, onu öz mülkiyyətinə yönəltmək
hüququna malikdir.[271]
185.3. Atılmış
başqa əmlak ona sahibliyə başlamış şəxsin
mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin
ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz
hesab edilir.
Maddə 186. Tapıntı
186.1. İtirilmiş
əşyanı tapan şəxs tapıntı barədə onu
itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli
şəxsə və ya əgər mülkiyyətçi məlum
deyilsə, polisə dərhal xəbər verməli və həmin
əşyanı verməlidir.
186.2. Əşyanı
tapan şəxsə mülkiyyətçinin məlum olduğu
və ya mülkiyyətçinin əşyaya hüququnun artıq
polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs
bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən
sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət
hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya
bütün başqa hüquqlara xitam verilir.
186.3. Səlahiyyətli
şəxs tapılmış əşyanı qəbul edirsə,
onu tapan şəxs tapılmış əşyanın dəyərinin
beş faizinədək miqdarda bəxşiş tələb edə
bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli
şəxsdən həmin əşyanın saxlanması xərclərinin
əvəzini ödəməyi də tələb edə bilər.
Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə
və ya onu gizlətməyə cəhd göstərmişsə,
bəxşiş almaq hüququ əmələ gəlmir.
186.4. Əşyanı
tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli
orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq
fayda götürə bilər və ya söhbət azqiymətli
əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə
bilər və ya məhv edə bilər.
186.5. Əgər
tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud
saxlanması böyük xərc tələb edən əşyadırsa,
bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi
nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə
qaytarılır.
Maddə 187. Dəfinə
187.1. Dəfinə,
yəni torpağa basdırılmış və ya başqa üsulla
gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini
müəyyənləşdirmək mümkün olmadıqda,
dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin,
tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni
aşkar etmiş şəxsin mülkiyyətinə, həm də,
əgər onların razılaşması ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, bərabər paylar
şəklində daxil olur.
187.2. Dəfinə
onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın
mülkiyyətçisinin razılığı olmadan qazıntı
aparan və ya sərvət axtaran şəxs tərəfindən
aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər
əmlakın mülkiyyətçisinə verilməlidir.
187.3. Aşkar edilən
dəfinə tarix və ya mədəniyyət abidələrinə
aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə
verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin
və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni
aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin
əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər.
Bu şəxslərin razılaşması ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, bəxşiş
onların arasında bərabər bölünür.
187.4. Belə dəfinə
onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı
olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs
tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə
əmlakın mülkiyyətçisinə verilir.
187.5. Bu maddənin
qaydaları dəfinə aşkar etmək üçün qazıntı
və axtarış aparılması əmək və ya qulluq
vəzifələrinə aid olan şəxslərə tətbiq
edilmir.
Maddə 188. Emal
188.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
şəxsin özünə mənsub olmayan materialların emalı
yolu ilə hazırladığı yeni daşınar əmlaka
mülkiyyət hüququnu materialların mülkiyyətçisi
əldə edir. Emalın dəyəri materialların dəyərindən
əhəmiyyətli dərəcədə yüksək olduqda,
yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət
edərək, materialları özü üçün emal etmiş
şəxs əldə edir.
188.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
özünün materiallarından hazırlanmış əmlaka
mülkiyyət hüququ əldə edən mülkiyyətçi
emalın dəyərini emal edən şəxsə ödəməlidir.[272]
188.3. Materialları
emal etmiş şəxsin vicdansız hərəkətləri
nəticəsində onları itirən materialların mülkiyyətçisi
yeni əmlakın öz mülkiyyətinə verilməsini və
ona vurulan zərərin əvəzinin ödənilməsini tələb
edə bilər.
Maddə 189. Yığılması
hamıya müyəssər olan əmlakın mülkiyyətə
götürülməsi
Qanunvericiliyə,
mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya
yerli adətə uyğun olaraq meşələrdə, sututarlarda
və ya başqa ərazidə giləmeyvə yığılmasına,
balıq tutulmasına, heyvan ovuna və ya hamıya müyəssər
olan digər əmlakın yığılmasına yol verildiyi
hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan
və ya ovlayan şəxs əldə edir.
Maddə 190. Torpaq sahəsinin tərkib
hissəsinə mülkiyyətin əldə edilməsi
Daşınar əşyanın
torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin
tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin
135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi
eyni zamanda həmin əşyanın da mülkiyyətçisi
olur.
Maddə 191. Birləşmə nəticəsində
yaranan əşyaya birgə mülkiyyət
191.1. Daşınar
əşyaların bir-birinə bağlılığı nəticəsində
onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə
və ya daşınar əşyalar birləşdikdə, onların
əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri
olurlar. Paylar həmin əşyaların birləşməzdən
əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.
191.2. Əşyalardan
biri, bərqərar olmuş rəyə görə, baş əşya
sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın
ləvazimatına da mülkiyyət əldə edir.
Maddə 191-1 . Yeni mülkiyyətçiyə
qarşı zərərin əvəzinin ödənilməsi tələbi[273]
191-1.1. Bu Məcəllənin
188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq
mülkiyyətini itirən və ya hüquqları başqa qaydada
pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən
zərərin əvəzinin ödənilməsini tələb
edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması
tələbi yolverilməzdir.
191-1.2. Əgər
yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə
əsasında üçüncü şəxsdən əldə
edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə
tutulmuş tələb əmələ gəlmir.
Maddə 192. Nəzarətsiz heyvanlar
192.1. Nəzarətsiz
və ya otlamağa buraxılmış mal-qaranı və ya digər
nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə
qaytarmalıdır, heyvanların mülkiyyətçisi və
ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu
andan ən geci üç gün keçənədək aşkar
etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis
mülkiyyətçinin axtarılması üçün tədbirlər
görməlidir.
192.2. Heyvanları
tutan şəxs mülkiyyətçinin axtarıldığı
müddətdə onları özündə saxlaya və istifadə
edə bilər, yaxud saxlanmaq və istifadə üçün
başqa şəxsə verə bilər. Nəzarətsiz heyvanları
tutan şəxsin xahişi ilə polis onları saxlamaq üçün
lazımi şəraiti olan şəxsi axtarır və heyvanları
ona verir.
192.3. Nəzarətsiz
heyvanları tutan şəxs, habelə saxlanmaq və istifadə
üçün onların verildiyi şəxs heyvanları lazımi
qaydada saxlamalıdırlar. Həmin şəxslər heyvanların
tələf olmasında və ya azarlamasında təqsirli olduqda,
onların dəyəri həddində məsuliyyət daşıyırlar.
192.4. Nəzarətsiz
ev heyvanlarının tutulması barədə xəbər verildiyi
gündən altı ay müddətində onların mülkiyyətçisi
aşkar edilməzsə və ya özü onlara hüququnu bildirməzsə,
heyvanları saxlayan və onlardan istifadə edən şəxs
onlara mülkiyyət hüququ əldə edir. Həmin şəxs
saxladığı heyvanları mülkiyyətə götürməkdən
imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur.
192.5. Heyvanlar başqa
şəxsin mülkiyyətinə keçdikdən sonra onların
əvvəlki mülkiyyətçisi gəldikdə, əgər
həmin heyvanların ona bağlılığını saxladığını
sübut edən hallar olarsa, yeni mülkiyyətçi ilə razılaşma
əsasında müəyyənləşdirilən şərtlərlə,
razılaşma əldə edilmədikdə isə məhkəmə
yolu ilə heyvanların qaytarılmasını tələb edə
bilər.
192.6. Nəzarətsiz
heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları
saxlamış şəxs, heyvanlardan istifadə nəticəsində
götürdüyü mənfəəti çıxmaq şərti
ilə, onların saxlanması ilə bağlı çəkdiyi
zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi
tərəfindən ödənilməsi hüququna malikdir. Nəzarətsiz
heyvanları tutmuş şəxs bu Məcəllənin 186.3-cü
maddəsinə uyğun olaraq bəxşiş hüququna malikdir.
§ 3. Hüquqlara və tələblərə mülkiyyət
hüququnun əldə edilməsi
Maddə 193. Hüquqlara və tələblərə
mülkiyyət hüququnun əldə edilməsi anlayışı
193.1. Güzəşt
edilməsi və ya girov qoyulması mümkün olan tələbi
və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə
verə bilər. Tələblər və hüquqlar yeni şəxsə
köhnə sahibində olduğu vəziyyətdə keçir.
193.2. Əvvəlki
sahib tələblərə və hüquqlara aid öz sərəncamında
olan bütün sənədləri və həmin tələblərdən
və hüquqlardan istifadə üçün zəruri olan bütün
məlumatı yeni sahibə verməlidir.
193.3. Əvvəlki
sahib tələb əsasında bu hüququn və tələbin
güzəşti barədə lazımınca təsdiqlənmiş
sənədi də əldə edənə verməlidir. Bu sənədin
təsdiqlənməsi üçün zəruri xərclər
yeni sahibin üzərinə qoyulur.
Maddə 194. Tələbin güzəşti
194.1. Tələb
sahibi (kreditor) borclunun razılığı olmadan tələbi
üçüncü şəxsə güzəşt edə
bilər (tələbin güzəşti), bu şərtlə
ki, həmin güzəşt öhdəliyin mahiyyətinə,
onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə
zidd olmasın. Güzəştin yolverilməzliyi barədə
borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi
olduqda mümkündür.
194.2. Tələbin
güzəşti tələbin sahibi ilə üçüncü
şəxs arasında bağlanan müqavilə ilə həyata
keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü
şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi
ilə borclu arasında bağlanmış müqaviləyə
dəyişiklik edilməsi tələb olunmur.[274]
194.3. Kreditorun şəxsiyyəti
ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən
alimentlər haqqında və həyata və ya sağlamlığa
vurulan zərərin əvəzinin ödənilməsi haqqında
tələblərin güzəşt edilməsinə yol verilmir.[275]
194.4. Sadə yazılı
və ya notarial formada bağlanmış əqdə əsaslanan
tələbin güzəşti müvafiq yazılı formada həyata
keçirilməlidir.[276]
194.5. Adlı sənədli qiymətli kağız, habelə
daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit
edən ipoteka kağızı ilə bağlı tələbin
güzəşti həmin qiymətli kağızlar üzrə
indossament yolu ilə həyata keçirilir.[277]
Maddə 195. Tələbin güzəşti
zamanı borclunun vəzifələri
Tələbin güzəşti
barədə borcluya məlumat verilənə qədər o, tələbin
ilk sahibi qarşısında öhdəliklərini icra edə
bilər.
Maddə 196 . Kreditorun başqa şəxsə
güzəşt edilən tələblərinin həcmi[278]
Əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda
mövcud olmuş həcmdə və şərtlərlə keçir.
Xüsusilə, öhdəliyin icrasını təmin edən
hüquqlar, habelə tələblə bağlı olan digər
hüquqlar, o cümlədən ödənilməmiş faizlərə
hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə
yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş
zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra
və müflisolma halı üçün tələblə bağlı
üstünlük hüququnu həyata keçirə bilər.
Maddə 197. Tələb sahiblərinin
növbəliyi
Əgər tələb
sahibi eyni tələbin güzəşti barədə bir neçə
şəxslə şərtləşərsə, “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal
nəzərdə tutulmayıbsa, tələb onun sahibinin daha əvvəl
münasibətlər yaratdığı şəxsə keçir.
Bunu müəyyənləşdirmək mümkün olmadıqda,
tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş
şəxsə keçir. Eyni qayda gələcəkdə yaranan
tələblərə də şamil edilir.[279]
Maddə 198 . Yeni kreditorun tələblərinin
sübutu[280]
198.1. Borclu yeni kreditora
öhdəliyi tələbin həmin şəxsə keçdiyinə
dair sübutlar ona təqdim edilənədək icra etməyə
bilər.
198.2. Tələbi
başqa şəxsə güzəşt etmiş kreditor ona tələb
hüququnu təsdiqləyən sənədləri təqdim etməyə
və tələbin həyata keçirilməsi üçün
əhəmiyyət daşıyan məlumatları bildirməyə
borcludur.
Maddə 199 . Yeni kreditorun tələblərinə
qarşı borclunun etirazları[281]
199.1. Borclu öhdəlik
üzrə tələblərin yeni kreditora güzəşt edildiyi
barədə bildirişi aldığı məqamda ilkin kreditora
qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə
qarşı irəli sürə bilər.
199.2. Əgər
borclu borc öhdəliyi barədə sənəd vermişsə,
borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin
güzəşti zamanı o, yeni kreditor qarşısında buna
istinad edə bilməz ki, öhdəlik münasibətlərinə
girməsi və onların təsdiqi yalnız görüntü
yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya
görə güzəşt istisna edilmişdir, amma güzəşt
zamanı yeni kreditorun işin təfsilatını bildiyi və
ya bilməli olduğu hallar istisna təşkil edir.
Maddə 200. Yeni borclunun vəzifələri
– çıxarılmışdır.[282]
Maddə 201. Borc keçirildikdə təminat
vasitələrinə xitam verilməsi – çıxarılmışdır.[283]
Maddə 202. Qanuna, məhkəmənin və
ya digər səlahiyyətli dövlət orqanının qərarına
əsasən tələbin güzəşti
Hüquqlara və
tələblərə mülkiyyət hüququnun əldə
edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər
səlahiyyətli dövlət orqanının qərarına əsasən
həyata keçirilən tələbin güzəştinə
də müvafiq surətdə tətbiq olunur.
§ 4. Mülkiyyət hüququnun itirilməsi
Maddə 203. Mülkiyyət hüququnun
itirilməsi növləri
203.1. Daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv
edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv
olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
203.2. Daşınar
əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan
imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər
hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu
əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı
olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
203.3. Qanunvericilikdə
nəzərdə tutulmuş əsaslarla həyata keçirilən
aşağıdakı tədbirlərdən başqa, əmlakın
mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
203.3.1. öhdəliklər
üzrə tutmanın əmlaka yönəldilməsi;
203.3.2. qanuna görə
həmin şəxsə mənsub ola bilməyən əmlakın
özgəninkiləşdirilməsi;
203.3.3. sahənin
alınması ilə əlaqədar daşınmaz əmlakın
özgəninkiləşdirilməsi;
203.3.4. təsərrüfatsızcasına
saxlanan mədəni sərvətlərin satın alınması;
203.3.5. rekvizisiya;
203.3.6. müsadirə.
203.4. Dövlət
mülkiyyətində olan əmlak özəlləşdirmə
haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada
fiziki və hüquqi şəxslərin mülkiyyətinə
özgəninkiləşdirilir.
203.5. Fiziki və
hüquqi şəxslərin mülkiyyətində olan əmlakın
dövlətin və cəmiyyətin ehtiyacları üçün
özgəninkiləşdirilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən
həyata keçirilir.
Maddə 204. Mülkiyyət hüququndan
imtina
204.1. Daşınmaz
əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan
imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan
imtina etdiyi barədə ərizəsi və həmin ərizənin
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət
hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə
bu barədə daşınmaz əmlakın dövlət reyestrində
qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.
204.2. Daşınar
əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan
imtina üçün mülkiyyətçi bu barədə yazılı
elan verməli və ya həmin əmlaka hər hansı hüququnu
saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə
etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını
aşkar göstərən başqa hərəkətləri yerinə
yetirməlidir.
Maddə 205. Mülkiyyətçinin
öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi
205.1. Mülkiyyətçinin
öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi
yolu ilə əmlakın alınması, müqavilədə tutmanın
yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa,
“Daşınar əmlakın yüklülüyü haqqında”
Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına
əsasən həyata keçirilir.[284]
205.2. Tutmanın
yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət
hüququna, alınmış əmlakın keçdiyi şəxsin
həmin əmlaka mülkiyyət hüququnun yarandığı
andan xitam verilir.
Maddə 206. Şəxsin ona mənsub ola
bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi
206.1. Əgər
qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə
qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə,
həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət
müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət
hüququnun əmələ gəldiyi andan bir il ərzində
özgəninkiləşdirməlidir.
206.2. Mülkiyyətçi
əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən
müddətlərdə özgəninkiləşdirmədikdə,
belə əmlak, onun xarakterini və təyinatını nəzərə
almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin
çıxardığı qərara əsasən məcburi satılaraq
satış pulu keçmiş mülkiyyətçiyə verilməli
və ya dövlət mülkiyyətinə verilərək dəyəri
keçmiş mülkiyyətçiyə ödənilməlidir.
Bu zaman əmlakın özgəninkiləşdirilməsinə
çəkilən xərclər çıxılır.
206.3. Əgər
qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin
mülkiyyətinə əldə edilməsinə xüsusi icazə
tələb olunan və mülkiyyətçiyə belə icazənin
verilməsindən imtina edilən əmlak düşərsə,
bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən
əmlak üçün müəyyənləşdirilmiş
qaydada özgəninkiləşdirilməlidir.
Maddə 207. Torpaq sahəsinin alınması
ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi
207.1. Torpaq sahəsində
olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka
mülkiyyət hüququna xitam verilmədən həmin sahənin
dövlət ehtiyacları üçün alınmasının
mümkün olmadığı hallarda dövlət bu əmlakı
satınalma yolu ilə ala bilər.[285]
207.2. Çıxarılmışdır.[286]
Maddə 208. Təsərrüfatsızcasına
saxlanan mədəni sərvətlərin satın alınması
208.1. Qanuna uyğun
olaraq xüsusilə qiymətli və dövlət tərəfindən
qorunan sərvətlər sırasına daxil edilmiş mədəni
sərvətlərin mülkiyyətçisi həmin sərvətləri
təsərrüfatsızcasına saxlayırsa, bu isə onların
öz əhəmiyyətini itirəcəyi qorxusunu törədirsə,
belə sərvətlər məhkəmənin qərarına
əsasən dövlət tərəfindən satınalma yolu
ilə mülkiyyətçidən alına bilər.
208.2. Mədəni
sərvətlər satın alınarkən onların dəyəri
mülkiyyətçiyə tərəflərin razılaşması
ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən
müəyyənləşdirilmiş miqdarda ödənilir.
Maddə 209. Rekvizisiya
209.1. Təbii fəlakətlər,
texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə
xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının
qərarı ilə mülkiyyətçidən əmlak qanunla
müəyyənləşdirilmiş qaydada və şərtlərlə,
dəyəri mülkiyyətçiyə ödənilməklə
cəmiyyətin mənafeləri üçün alına bilər
(rekvizisiya).
209.2. Əmlakı
rekvizisiya edilmiş şəxs rekvizisiya üçün əsas
götürülmüş halların təsiri qurtardıqda,
əmlakından qalanın qaytarılmasını məhkəmə
yolu ilə tələb edə bilər.
Maddə 210. Mülkiyyət hüququna
qanun üzrə xitam verilməsinin nəticələri
Mülkiyyət
hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul
edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə
dəyən zərərin əvəzi, o cümlədən əmlakın
dəyəri dövlət tərəfindən ödənilir.
Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri
məhkəmə həll edir.
Maddə 211. Mülkiyyət hüququna
xitam verildikdə əmlakın qiymətləndirilməsi
Mülkiyyət
hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən
qiymətləndirilir.
Maddə 212. Müsadirə
Müsadirə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda məhkəmə qərarı
ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq
dövlət nəfinə alınmasıdır.[287]
10-cu fəsil.
Mülkiyyət hüququnun xüsusi
növləri
§ 1. Ümumi mülkiyyət
Maddə 213. Ümumi mülkiyyət
anlayışı və onun əmələ gəlməsi əsasları
213.1. İki və
ya bir neçə şəxsin mülkiyyətində olan əşya
onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
213.2. Əşya
mülkiyyət hüququnda mülkiyyətçilərin hər
birinin payı müəyyənləşdirilməklə (paylı
mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən
(birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
213.3. Əşyaya
ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya
birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu
hallar istisna olmaqla, paylı mülkiyyətdir.
213.4. Ümumi mülkiyyət
təyinatı dəyişdirilmədən bölünə bilməyən
əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə
görə bölünməli olmayan əşyanın iki və
ya bir neçə şəxsin mülkiyyətinə daxil olması
zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət
bu Məcəllədə və ya müqavilədə nəzərdə
tutulmuş hallarda yaranır.
213.5. Birgə mülkiyyət
iştirakçılarının razılaşması ilə,
razılaşma əldə edilmədikdə isə məhkəmənin
qərarına əsasən ümumi əşyaya bu şəxslərin
paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
213.6. Ümumi mülkiyyətin
hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə
olan əşya barəsində üçüncü şəxslərə
qarşı tələblər irəli sürə bilər. Ümumi
mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı
yalnız bütün mülkiyyətçilərin xeyrinə
tələb edə bilər.
213.7. Ümumi mülkiyyətdə
olan əşya digər mülkiyyətçilərlə razılaşma
əsasında mülkiyyətçilərdən birinin xeyrinə
və mənafeyi üçün girov qoyula bilər və ya başqa
şəkildə yüklü edilə bilər.
213.8. Ümumi mülkiyyətdə
olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri,
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin
üzərinə bərabər şəkildə qoyulur.
Maddə 214. Paylı ümumi mülkiyyət
hüququnda payların müəyyənləşdirilməsi
214.1. Əgər
paylı mülkiyyət mülkiyyətçilərinin payları
bu Məcəlləyə əsasən təyin edilə bilmirsə
və bütün mülkiyyətçilərin razılaşması
ilə müəyyənləşdirilməyibsə, paylar bərabər
sayılır.
214.2. Paylı mülkiyyətin
bütün mülkiyyətçilərinin razılaşması
ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına
onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların
paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi
qaydası təyin edilə bilər.
214.3. Paylı mülkiyyətin
mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin
müəyyənləşdirilmiş qaydasına əməl etməklə
öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr
etmişsə və həmin əlavələr əmlakdan ayrıla
bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının
müvafiq surətdə artırılması hüququna malikdir.
214.4. Paylı mülkiyyət
mülkiyyətçilərinin razılaşması ilə ayrı
qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti
yaxşılaşdıran və ayrıla bilən əlavələr
onları etmiş mülkiyyətçinin mülkiyyətinə
daxil olur.
Maddə 215. Paylı mülkiyyətdə
olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam
verilməsi
215.1. Paylı mülkiyyətdə
olan əşyaya sahiblik və ondan istifadə onun bütün
mülkiyyətçilərinin razılaşması əsasında,
razılaşma əldə edilmədikdə isə məhkəmənin
müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
215.2. Paylı mülkiyyətin
mülkiyyətçisi ümumi əşyanın öz payına
uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə
verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə
onun payına düşən əşyaya sahiblik və ondan istifadə
edən digər mülkiyyətçilərdən müvafiq əvəz
ödəməyi tələb edə bilər.
215.3. Paylı ümumi
mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə
olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında
razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən
hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri
ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
215.3.1. əşyanın
dəyərini və işlənməyə yararlığını
saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin
yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər
yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi
barədə məhkəmənin qərar çıxarmasını
tələb etmək səlahiyyəti;
215.3.2. əşyaya
dəymək qorxusu olan və ya dəyə biləcək zərərin
qarşısını almaq üçün dərhal görülməli
olan tədbirləri bütün şərikli sahiblər hesabına
müstəqil həyata keçirmək səlahiyyəti.
215.4. Hər bir
mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları
ilə bir araya sığan dərəcədə əşyaya
sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına
malikdir. Əşyanı özgəninkiləşdirmək və
ya yüklü etmək, habelə onun təyinatını dəyişmək
üçün bütün iştirakçıların razılığı
tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı
qayda barədə razılaşmasınlar. Əgər ümumi
mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq
sahələrinə yüklülüklər varsa, daha iştirakçılar
əşyanın özünü həmin hüquqlarla yüklü
edə bilməzlər.
215.5. Paylı mülkiyyətdə
olan əşyaya dair sərəncam verilməsi əşyanın
bütün mülkiyyətçilərinin razılaşması
əsasında həyata keçirilir.
215.6. Paylı mülkiyyətin
mülkiyyətçisi öz payını sata, bağışlaya,
vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa
sərəncam verə bilər; onu əvəzi ödənilməklə
özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə
tutulmuş qaydalara əməl etməlidir.
Maddə 216. Paylı mülkiyyətdə
olan əşyanın istifadəsindən bəhər, məhsul
və gəlir
Mülkiyyətçilər
arasında razılaşma ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın
istifadəsindən götürülən bəhər, məhsul
və gəlir ümumi əmlakın tərkibinə daxil olur və
paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına
uyğun surətdə onlar arasında bölüşdürülür.
Maddə 217. Paylı mülkiyyətdə
olan əmlakın saxlanması xərcləri
217.1. Paylı mülkiyyətin
hər bir mülkiyyətçisi vergilərin, rüsumların
ödənilməsində və ümumi əmlak üzrə digər
ödənişlərin verilməsində, habelə həmin əmlakın
saxlanması və qorunması xərclərinin çəkilməsində
öz payına uyğun surətdə iştirak etməlidir.
217.2. Mülkiyyətçilərdən
birinin zərurət olmadan və qalan mülkiyyətçilərin
razılığını almadan çəkdiyi xərclərin
əvəzi qalan mülkiyyətçilər tərəfindən
ödənilməməlidir. Bu zaman yaranan mübahisələr
məhkəmə qaydasında həll olunur.
217.3. Mülkiyyətçilərin
əksəriyyətinin razılığı ilə əşyanın
dəyərini və işlənməyə yararlığını
qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə
işləri aparıla bilər.
217.4. Əşyanın
dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə
yararlığını yüksəltmək məqsədi ilə
aparılan təzələmə və yenidənqurma işləri
üçün eyni zamanda əşyadakı payların çox
hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin
razılığı zəruridir. Əşyanın əvvəlki
təyinatı üzrə işlədilməsini və ya istifadəsini
iştirakçılardan biri üçün əhəmiyyətli
dərəcədə və həmişəlik çətinləşdirən
və ya sərfəsiz edən dəyişikliklər onun razılığı
olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların
birindən onun imkanları xaricində olan, o cümlədən
payının əmlak dəyəri ilə tənasübsüzlüyünə
görə imkanları xaricində olan xərclər tələb
edirsə, dəyişiklik onun razılığı olmadan yalnız
o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların
hamısı onun payına düşən məsrəfləri,
bunlar onun üçün mümkün olan məbləğdən
çoxdursa, öz öhdələrinə götürsünlər.
217.5. Əşyanın
yalnız xarici görünüşünün yaxşılaşdırılması
və ya ondan istifadənin əlverişliyinin artırılması
üçün nəzərdə tutulan tikinti işlərini
və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin
razılığı ilə görməyə icazə verilir.
Əgər eyni zamanda əşyadakı payların çox hissəsini
təmsil edən mülkiyyətçilərin əksəriyyətinin
razılığı ilə bu cür işlərin görülməsi
haqqında sərəncam verilirsə, həmin işlər bununla
razılaşmamış iştirakçının istəyindən
asılı olmayaraq da görülə bilər, bu şərtlə
ki, həmin işlərlə əlaqədar onun istifadə və
sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın
və qalan iştirakçılar yalnız müvəqqəti
məhdudiyyət üçün ona əvəz ödəsinlər
və xərclərin onun payına düşən hissəsini
öz üzərlərinə götürsünlər.
Maddə 218. Satın almaqda üstünlük
hüququ
218.1. Ümumi paylı
mülkiyyət hüququndakı pay üçüncü şəxsə
satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri
satılan payı, açıq hərracdan satış halı
istisna olmaqla, satıldığı qiymətə və digər
bərabər şərtlər əsasında almaqda üstünlük
hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı
payın satışı üçün açıq hərraca
paylı mülkiyyətin bütün mülkiyyətçiləri
razılıq vermədikdə belə hərrac bu Məcəllənin
224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə
bilər.
218.2. Payın satıcısı
öz payını üçüncü şəxsə satmaq
niyyəti barəsində payın qiymətini və digər satış
şərtlərini göstərməklə paylı mülkiyyətin
qalan mülkiyyətçilərinə yazılı bildiriş
verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri
daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan
payı satın almaqdan imtina edərlərsə və ya bildirişin
verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə,
daşınar əmlaka mülkiyyət hüququndakı payı
isə 15 gün ərzində əldə etməzlərsə,
satıcı öz payını istədiyi şəxsə sata
bilər.
218.3. Pay satın
almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı
mülkiyyətin hər hansı digər iştirakçısının
üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin
ona keçirilməsini məhkəmə qaydasında tələb
etsin.[288]
218.4. Payı satın
almaqda üstünlük hüququnun güzəşt edilməsinə
yol verilmir.
218.5. Bu maddənin
qaydaları pay dəyişmə müqaviləsinə əsasən
özgəninkiləşdirildikdə də tətbiq edilir.
Maddə 219. Ümumi paylı mülkiyyət
hüququndakı payın müqavilə üzrə əldə
edənə keçməsi anı
219.1. Ümumi mülkiyyət
hüququndakı pay, əgər tərəflərin razılaşmasında
ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı
andan müqavilə üzrə əldə edənə keçir.
219.2. Doğurduğu
hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə
üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi
anı həmin hüquqların dövlət qeydiyyatına alındığı
vaxtdan müəyyənləşdirilir.
Maddə 220. Paylı mülkiyyətdə
olan əşyanın bölünməsi və ondan payın ayrılması
220.1. Paylı mülkiyyətdə
olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya
əsasən onlar arasında bölünə bilər.
220.2. Paylı mülkiyyətin
mülkiyyətçisi öz payının ayrılmasını
tələb edə bilər.
220.3. Paylı mülkiyyətin
mülkiyyətçiləri ümumi əşyanın bölünməsi
və ya ondan payın ayrılması üsulu və şərtləri
haqqında razılığa gələ bilmədikdə paylı
mülkiyyətin mülkiyyətçisi öz payının naturada
ayrılmasını məhkəmə qaydasında tələb
edə bilər. Əgər payın naturada ayrılmasına yol
vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya
tənasübsüz zərər vurmadan mümkün deyildirsə,
ayrılan mülkiyyətçi öz payının dəyərinin
paylı mülkiyyətin digər mülkiyyətçiləri
tərəfindən ona ödənilməsi hüququna malikdir.
220.4. Bu maddəyə
əsasən paylı mülkiyyətin mülkiyyətçisinə
naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı
payına tənasübsüzlüyü müvafiq pul məbləğinin
ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.
Paylı mülkiyyətin mülkiyyətçisinə naturada
pay ayrılması əvəzinə qalan mülkiyyətçilər
tərəfindən kompensasiya ödənilməsinə onun öz
razılığı ilə yol verilir. Mülkiyyətçinin
payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə
və ümumi əmlakdan istifadə edilməsində onun mühüm
mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin
razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının
öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini
qoya bilər.
220.5. Mülkiyyətçi
bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi
əmlakdakı paya hüququnu itirir.
220.6. Bu Məcəllənin
220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş
qaydalara əsasən ümumi əmlakın bölünməsi
və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun
olmadıqda, məhkəmə əmlakın açıq hərracdan
satılması və satış pulunun ümumi mülkiyyətin
mülkiyyətçiləri arasında onların paylarına
mütənasib surətdə bölüşdürülməsi
haqqında qərar qəbul edə bilər.
Maddə 221. Ümumi paylı mülkiyyət
hüquqlarına xitam verilməsi
Ümumi paylı
mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi
ilə satış və ya hərracdan satış və satış
pulunun bölünməsi və ya bütün əşyanın
bir və ya bir neçə iştirakçının adına
qeydə alınması və qalan iştirakçılara əvəz
verilməsi ilə xitam verilir. Əgər iştirakçılar
hüquqa xitam verilməsi növünə dair razılığa
gəlməsələr, əşya məhkəmənin qərarı
ilə fiziki bölünür, bu, əşyanın dəyəri
əhəmiyyətli dərəcədə azalmadan mümkün
olmadıqda isə açıq hərracdan və ya iştirakçılar
üçün hərracdan satılır. Fiziki bölgü bərabər
olmayan payların əvəzinin pulla ödənilməsi ilə
birləşdirilə bilər.
Maddə 222. Birgə mülkiyyətdə
olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam
verilməsi
222.1. Birgə mülkiyyətin
əmələ gəlməsi üçün əsas olmuş
ümumiliyin iştirakçıları birgə mülkiyyətin
mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin
mülkiyyətçiləri arasındakı razılaşmada
ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka
birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
222.2. Birgə mülkiyyətdə
olan əşyaya dair sərəncamçılıq bütün
mülkiyyətçilərin razılığı ilə həyata
keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında
əqdi mülkiyyətçilərdən hansının bağlamasından
asılı olmayaraq bu razılıq ehtimal edilir.
222.3. Birgə mülkiyyətin
hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin
razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi
əşyaya dair sərəncam verilməsi haqqında əqdlər
bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən
birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar
bağladığı əqd həmin mülkiyyətçinin
lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə
əsasən qalan iştirakçıların tələbi ilə
yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa
tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta
yetirilsin.
222.4. Birgə mülkiyyətin
digər mülkiyyətçiləri razılıq vermədikdə
borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini
əvəzləşdirə bilməz.
Maddə 223. Birgə mülkiyyət hüququna
xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın
bölünməsi və ondan pay ayrılması
223.1. Birgə mülkiyyət
hüququna əşyanın özgəninkiləşdirilməsi
və ya birgə mülkiyyətin əmələ gəlməsinə
əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması
ilə xitam verilir.
223.2. Birgə mülkiyyətin
mülkiyyətçiləri tərəfindən ümumi əşyanın
bölünməsi və ya onlardan birinin payının ayrılması
mülkiyyətçilərdən hər birinin payı qabaqcadan
müəyyənləşdirildikdən sonra həyata keçirilə
bilər.
223.3. Ümumi əşya
bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin
payları, əgər onların razılaşmasında ayrı
qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
223.4. Ümumi əşyanın
bölünməsi və ondan pay ayrılması əsasları
və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına
əsasən müəyyənləşdirilir.
Maddə 224. Ümumi mülkiyyətdəki
paya tutmanın yönəldilməsi
224.1. Paylı və
ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı
kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı
payına tutmanın yönəldilməsi üçün həmin
payın ayrılmasını tələb edə bilər.
224.2. Əgər
payın naturada ayrılması mümkün deyildirsə və
ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları
buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz
payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan
iştirakçılarına satmasını və satışdan
əldə edilmiş vəsaitin borcun ödənilməsinə
yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin
qalan mülkiyyətçiləri borclunun payını almaqdan
imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi
mülkiyyət hüququndakı payına onun açıq hərracdan
satılması yolu ilə yönəldilməsini məhkəmə
qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət
hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın
yönəldilməsi “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən olunmuş
qaydada həyata keçirilir.[289]
Maddə 225. Ərlə arvadın
ümumi mülkiyyəti
225.1. Ərlə
arvadın nikah dövründə qazandıqları əmlak, əgər
nikah kontraktında və ya onlar arasındakı razılaşmada
ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi
mülkiyyətidir.
225.2. Nikaha girənədək
ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə
onlardan birinin nikah dövründə hədiyyə kimi və ya
vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
225.3. Daş-qaş
və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə
olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə
ərlə arvadın ümumi vəsaiti hesabına əldə
edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti
sayılır.
225.4. Ər-arvaddan
hər birinin əmlakı o halda onların birgə mülkiyyəti
sayıla bilər ki, nikah dövründə ərlə arvadın
ümumi əmlakı və ya ərin (arvadın) şəxsi
əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli
dərəcədə artıran vəsait qoyulduğu (əsaslı
təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və
i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında
və ya ərlə arvadın razılaşmasında ayrı qayda
nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
225.5. Ərin (arvadın)
öhdəlikləri üzrə tutma onun mülkiyyətində
olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı
payına bu şərtlə yönəldilə bilər ki, nikah
kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
225.6. Daşınmaz
əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı
olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmış hüquq barədə bağlanmış müqavilə
etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin
belə hüququn yalnız müqavilə tərəfinə məxsus
olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər
müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını
bilirdisə və ya bilməli idisə, əldə edən həmin
tərəfdən etibarsızlıqdan irəli gələn zərərin
əvəzinin ödənilməsini tələb edə bilər.[290]
§ 2. Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququ
Maddə 226. Yaşayış binasının
tərkib hissəsinə mülkiyyət hüququ anlayışı
226.1. Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququ
ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur,
yəni binanın müəyyən hissələrindən müstəsna
istifadə etmək və onların içərisində bəzək-tamamlama
işləri aparmaq üçün mülkiyyətçinin xüsusi
hüquq əldə etməsidir. Yaşayış binasının
tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını
idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama
işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin
eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli
və ümumi tikinti elementlərini, qurğuları zədələməməli
və ya onların funksiyasını və ya zahiri görkəmini
pisləşdirməməlidir. O öz otaqlarını bütün
binanın qüsursuz vəziyyətdə saxlanması və ya
onun yaxşı zahiri görkəminin qorunması üçün
tələb edilən tərzdə saxlamalıdır.
226.2. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisi ona
mənsub yaşayış otağına sahiblik, ondan istifadə
və ona dair sərəncam hüquqlarını otağın
təyinatına uyğun həyata keçirir.
226.3. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə
əsasında onu icarəyə verə bilər.
226.4. Yaşayış
binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə
yol verilmir.
Maddə 227. Yaşayış binasının
tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti
227.1. Yaşayış
binasının mənzildən kənarda və ya mənzil daxilində
yerləşən, birdən çox mənzilə xidmət edən
ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki
və digər avadanlığı, habelə yerləşdiyi torpaq
sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış
binasının tərkib hissəsi mülkiyyətçilərinə
mənsubdur.[291]
227.2. Yaşayış
binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı
yoxdur ki, yaşayış binasının ümumi əmlakına
mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin,
habelə həmin payın yaşayış binasının tərkib
hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə
səbəb olan digər hərəkətləri yerinə yetirsin.
Maddə 228. Yaşayış binasının
tərkib hissəsindən istifadə hüququ
228.1. Yaşayış
binasının tərkib hissəsi mülkiyyətçisinin ailə
üzvləri və digər şəxslər yaşayış
binasından istifadə hüququna bu şərtlə malikdirlər
ki, həmin hüquq daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınsın.
228.2. Yaşayış
binasının tərkib hissəsindən istifadə hüququnun
əmələ gəlməsi, həyata keçirilməsi şərtləri
və xitamı mülkiyyətçi ilə bağlanan, notariat
qaydasında təsdiqlənən yazılı razılaşma
ilə müəyyənləşdirilir. Yaşayış binasının
tərkib hissəsindən istifadə hüququna xitam verilməsi
haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin
məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə
xitam verilə bilər.KM1
228.3. Yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
alğı-satqının, girovun və icarənin müstəqil
predmeti ola bilməz. Yaşayış binasının tərkib
hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi
də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış
binasına olan hüququnun pozulmasını aradan qaldırmağı
tələb edə bilər.
228.4. Yaşayış
evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi
yaşayış binasının tərkib hissəsindən istifadə
hüququna xitam verilməsi üçün əsas deyildir, amma
yaşayış otağından istifadə hüququ olan şəxsin
mülkiyyət hüququndan imtina barəsində həmin hüquq
keçənədək notariat qaydasında təsdiqlənmiş
öhdəlik verdiyi hal istisna təşkil edir.
228.5. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisinin
onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı,
valideynləri, uşaqları) yaşayış sahəsindən
onunla bərabər istifadə etmək hüququna malikdirlər.
Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin
ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını
həmin yaşayış binasına köçürmək ixtiyarına
malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın)
köçürülməsinə yalnız mülkiyyətçinin
razılığı ilə yol verilir. Həmin şəxslərin
yaşayış binasının tərkib hissəsindən istifadə
hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə
xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının
tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin
istifadə etmək hüququ bu məcəllənin qüvvəyə
mindiyi gündən yaranır. KM[292]
Maddə 229. Yaşayış binasının
tərkib hissələri mülkiyyətçilərinin yığıncağı
229.1. Yaşayış
binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin
toplusu yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını
təşkil edir.
229.2. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağının ləğvini tələb etmək
yolverilməzdir.
Maddə 230. Yaşayış binasının
tərkib hissələrinin vahidləri
Yaşayış
binasının ayrı-ayrı tərkib hissələri və
ya onların bölümləri xüsusi hüquqların obyekti
ola bilər; bu hissələr və bölümlər mənzil
kimi və ya işgüzar və ya digər məqsədlər
üçün otaq vahidləri kimi qapalı olmalı və onların
öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı
yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda
"yaşayış binasının tərkib hissələrinin
vahidləri" adlandırılır.
Maddə 231. Yaşayış binasının
tərkib hissələri mülkiyyətçilərinin ümumi
paylı mülkiyyətdə hüquqları
231.1. Əgər
daşınmaz əmlakın dövlət reyestrində yaşayış
binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin
xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa,
aşağıdakı predmetlər və hüquqlar yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
ümumi paylı mülkiyyətindədir:
231.1.1. torpaq və
bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik
hüququ;
231.1.2. yaşayış
binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin
otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi
üçün əhəmiyyət daşıyan və binanın
zahiri simasını və görkəmini müəyyənləşdirən
tikinti elementləri;
231.1.3. digər
bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə
xidmət üçün nəzərdə tutulan qurğular.
231.2. binanın
digər tikinti konstruksiyaları yaşayış binasının
tərkib hissələri mülkiyyətçilərinin sonrakı
razılaşması ilə əsaslandırma aktında birgə
konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal
olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.
Maddə 232. Yaşayış binasının
tərkib hissəsini əldə etməkdə üstünlük
hüququnun məhdudlaşdırılması
Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış
binasının tərkib hissəsinin digər mülkiyyətçisindən
onun payını əldə etmiş və ya sonrakı razılaşma
yolu ilə bu cür üstünlük hüququnu başqasına
vermiş və daşınmaz əmlakın dövlət
reyestrində xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs
barəsində əldə etmədə üstünlük hüququna
malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə
bilər ki, yaşayış binasının tərkib hissəsinin
özgəninkiləşdirilməsi, onun istifadə hüququ və
ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə
verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki,
yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri
müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi
andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər
etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir.
Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının
xahişi ilə onun iddiasının təmin edilməsi barədə
sərəncam verir. [293]
Maddə 233. Yaşayış binasının
tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması
233.1. Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququ
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla
təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında
tələb edilə bilər:
233.1.1. mülkiyyətçilərin
yaşayış binasının tərkib hissəsinə mülkiyyət
hüququndakı paylarının rəsmiləşdirilməsinə
dair müqavilə;
233.1.2. daşınmaz
əmlak mülkiyyətçisinin və ya müstəqil və
sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin
paylarının yaradılması və onların yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququna
rəsmiləşdirilməsi barədə ərizəsi.
233.2. Əqdin etibarlı
olması üçün onun notariat qaydasında təsdiqlənməsi
və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü
haqqında müqavilə varsa, müvafiq forma zəruridir.
233.3. Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququnun
əsaslandırılması aktında ərazi bölgüsündən
başqa, yaşayış binasının hər bir tərkib
hissəsinin payı daşınmaz əmlakın və ya tikinti
hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir.
Payların dəyərinin dəyişdirilməsi üçün
yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağının razılığı və
icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin
payı yanlış müəyyənləşdirilmişsə
və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri
nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən
hər birinin düzəliş hüququ vardır.
Maddə
234. Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququna xitam verilməsi
Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət hüququna
daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi
ilə və daşınmaz əmlakın dövlət reyestrində
qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından
çox ölçüdə dağılmışdırsa və
mülkiyyətçi özü üçün, demək olar,
dözülməz yüklülüklər olmadan binanın bərpasına
qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin
istənilən mülkiyyətçisindən mülkiyyət
hüququna xitam verilməsi tələb edilə bilər, lakin
yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri
ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə,
qalan mülkiyyətçilərə peşman haqqı ödəmək
yolu ilə hüquqa xitam verilməsinin qarşısını
ala bilərlər.
Maddə 235. Birgə idarəetmə
xərcləri
235.1. Yaşayış
binasının tərkib hissələrinin mülkiyyətçiləri
birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində
və birgə idarəetmə xərclərində öz dəyər
paylarına mütənasib surətdə iştirak etməlidirlər.
Mülkiyyətçilərin haqları hesabına ödənilməli
olan yüklülüklərə və xərclərə o cümlədən
aşağıdakılar aiddir:
235.1.1. torpaq sahəsinin
və yaşayış binasının birgə hissələrinin,
habelə birgə konstruksiyalarının və qurğularının
saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə
çəkilən xərclər;
235.1.2. idarəçiyə
haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə
çəkilən xərclər;
235.1.3. bütövlükdə
yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən
tutulan ödənişlər və vergilər.
235.2. əgər
birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları,
qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə
xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə
xidmət edirsə, bunu xərclərin bölgüsündə
nəzərə almaq lazımdır.
235.3. Yaşayış
binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi
xərclər üçün haqları üç il ərzində
ödəmədikdə yaşayış binasının tərkib
hissələri mülkiyyətçilərinin yığıncağı:
235.3.1. yaşayış
binasının tərkib hissələrinə mülkiyyətdə
onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna
malikdir. İpotekanın qeydə alınmasını idarəçi
və ya əgər o təyin edilməyibsə, əksəriyyətin
qərarı ilə və ya məhkəmə tərəfindən
vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin
mülkiyyətçilərindən hər hansı biri və
ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb
edə bilər;
235.3.2. yaşayış
binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında
olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi
üçün nəzərdə tutulan daşınar əşyaları
girov qoymaq hüququna malikdir.
Maddə 236. Yaşayış binasının
tərkib hissələri mülkiyyətçilərinin yığıncağının
səlahiyyətləri
236.1. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağı öz idarəetmə fəaliyyətindən,
o cümlədən haqq ödənilməsi tələbindən
irəli gələn əmlakı və haqlardan əmələ
gələn nağd vəsaiti, məsələn, yeniləşdirmə
fondunu öz adından əldə edir. Yaşayış binasının
tərkib hissələri mülkiyyətçilərinin yığıncağı
öz adından iddia qaldıra və icranı tələb edə
bilər, əşyanın olduğu yer üzrə cavabdeh ola bilər.
236.2. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağının bu Məcəllədə göstərilən
səlahiyyətlərindən savayı, aşağıdakı
səlahiyyətləri də vardır:
236.2.1. yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağı tərəfindən idarəçinin
səlahiyyətinə aid edilməmiş bütün idarəetmə
məsələlərini həll etmək;
236.2.2. idarəçini
təyin etmək və onun fəaliyyətinə nəzarət
etmək;
236.2.3. idarəetmə
məsələlərinin həllini, o cümlədən idarəçiyə
məsləhət verilməsini, onun idarəetmə fəaliyyətinin
yoxlanılmasını, bu barədə yığıncağa
hesabat verilməsini və ərizələr təqdim edilməsini
tapşıra biləcəyi komissiyanı və ya nümayəndəni
seçmək;
236.2.4. hər il
xərclər smetasına, mülkiyyətçilər arasında
xərclərin hesablanmasına və bölgüsünə icazə
vermək;
236.2.5. səliqə-sahmanın
qorunması və yeniləşdirmə işlərinin aparılması
üçün yeniləşdirmə fondunun yaradılması
haqqında qərar qəbul etmək;
236.2.6. binanı
yanğından və digər təhlükələrdən, habelə
məsuliyyəti sığorta etdirmək.
236.3. Əgər
idarəçi təyin edilirsə və ayrı qərar qəbul
olunmursa, yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağını
idarəçi çağırır və aparır. Əgər
idarəçi təyin olunmursa, yaxud o, təyinatdan imtina edirsə,
yığıncağı yaşayış binasının ümumi
dəyərinin azı 10 fazini təmsil edən hər hansı
mülkiyyətçi (və ya mülkiyyətçilərin
hər hansı çoxluğu) çağıra bilər. Yığıncaqda
sadə çoxluqla ona sədrlik edən seçilir. Qərarlar
barəsində protokol tərtib edilir. Protokolu idarəçi və
ya yaşayış binasının tərkib hissəsinin sədrlik
edən mülkiyyətçisi saxlamalıdır.
236.4. Yaşayış
binasının tərkib hissəsi bir neçə şəxsə
birlikdə mənsubdursa, onların yalnız bir səsi vardır.
Bu səsi onlar özlərinin təmsilçisi vasitəsilə
verirlər. Səsvermə hüququnun həyata keçirilməsi
barədə yaşayış binasının tərkib hissələri
vahidinin mülkiyyətçisi və uzufruktuarı da razılığa
gəlməlidirlər; əks halda uzufruktuar, sadəcə, faydalı
olan və ya bəzəklər və ya rahatlıqlar yaradılmasına
yönəldilən tikinti tədbirlərindən başqa, bütün
idarəetmə məsələlərində səsvermə hüququ
olan şəxs sayılır.
236.5. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağının qərarlar çıxarmağa
o halda ixtiyarı vardır ki, eyni zamanda payların yarısına
sahib olan mülkiyyətçilərin yarısı, lakin onların
azı ikisi yığıncaqda iştirak etsin və ya təmsil
olunsun. Yetərsay olmadıqda yığıncaq ikinci dəfə
çağırılır, həm də o, birinci yığıncaqdan
azı on gün keçəndən sonra keçirilməlidir.
İkinci yığıncağın qərarlar çıxarmağa
o halda ixtiyarı vardır ki, yaşayış binasının
tərkib hissələrinin bütün mülkiyyətçilərinin
üçdə bir hissəsi, lakin onların azı ikisi yığıncaqda
iştirak etsin və ya təmsil olunsun.
236.6. Əgər
yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağı idarəçini təyin edə bilməzsə,
yaşayış binasının tərkib hissəsinin hər
hansı mülkiyyətçisi idarəçinin məhkəmə
tərəfindən təyin olunmasını tələb edə
bilər. Bunda əsaslı marağı olan şəxs, məsələn,
girov saxlayan və sığortaçı da həmin hüquqa
malikdir.
236.7. Yığıncağın
qərarı ilə idarəçi onun əvəz ödənilmək
barədə irəli sürə biləcəyi iddiaları saxlanılmaqla
istənilən vaxt geri çağırıla bilər. Əgər
mülkiyyətçilərin yığıncağı mühüm
səbəblərə etinasızlıq göstərərək
idarəçinin geri çağırılmasını rədd
edərsə, yaşayış binasının tərkib hissəsinin
istənilən mülkiyyətçisi bir ay ərzində onun
məhkəmə qaydasında geri çağırılmasını
tələb edə bilər. Məhkəmənin təyin etdiyi
idarəçi təyin edildiyi müddət qurtaranadək məhkəmənin
razılığı olmadan geri çağırıla bilməz.
Maddə 237. Yaşayış binasının
tərkib hissələrinə birgə mülkiyyətin idarəçisi
237.1. İdarəçi
qanunun göstərişlərinə və mülkiyyətçilər
yığıncağının qərarlarına uyğun olaraq
birgə mülkiyyətin idarə edilməsi üzrə bütün
hərəkətləri yerinə yetirir, mümkün zərərin
qarşısının alınması və ya aradan qaldırılması
üçün özü tədbirlər görür. O, birgə
xərcləri və yaşayış binasının tərkib
hissələrinin ayrı-ayrı mülkiyyətçilərinin
yüklülüklərini bölüşdürür, onlara hesab
təqdim edir, haqlar alır, nağd pul vəsaitini idarə edir
və ondan təyinatı üzrə istifadə edir. O, xüsusi
hüquqların həyata keçirilməsi, torpaq sahəsinin
və yaşayış binasının birgə hissələrindən,
habelə birgə qurğulardan istifadə zamanı qanunun göstərişlərinin
və evdə yaşayış qaydalarının gözlənilməsinə
nəzarət edir.
237.2. İdarəçi
birgə mülkiyyətin idarə edilməsi sahəsində onun
qanuni vəzifələri dairəsinə daxil olan bütün
işlərdə yaşayış binasının tərkib hissələrinin
həm bütün mülkiyyətçilərini, həm də
ayrı-ayrı mülkiyyətçilərini kənarda təmsil
edir. Özünün və ya qarşı tərəfin başladığı
məhkəmə proseslərini aparmaq üçün ona iddianın
təmin edilməsi barədə sərəncamdan başqa, mülkiyyətçilər
yığıncağının qabaqcadan verdiyi səlahiyyət
də lazımdır. Bütövlükdə yaşayış
binasının tərkib hissələrinin mülkiyyətçilərinə
ünvanlanmış ərizələr, tələblər, məhkəmə
qərarları və sərəncamlar idarəçiyə onun
yaşayış yeri üzrə və ya əşyanın olduğu
yer üzrə çatdırıla bilər və həmin andan
qüvvəyə minir.
§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri
Maddə 238. Torpaq mülkiyyət
hüququnun obyekti kimi
238.1. Daşınmaz
əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin
ərazi sərhədləri daşınmaz əmlakın dövlət
reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə
verdiyi sənədlər əsasında təyin edilir.
238.2. Əgər
qanunla ayrı qayda müəyyənləşdirilməyibsə,
torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin
sərhədləri daxilində yerləşən səth (torpaq)
qatına və qapalı sututarlara, meşələrə və
bitkilərə də şamil edilir.
238.3. Torpaq sahəsinin
mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə
tutulmayıbsa və digər şəxslərin hüquqlarını
pozmursa, həmin sahənin üstündə və altında olan
hər şeydən istifadə edə bilər. Əgər qanunla
ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və
faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
238.4. Başqa məqsədlər
üçün istifadəsinə yol verilməyən və ya
məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı
və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.
Maddə 239. Torpaq sahəsinə
buraxılma
239.1. Fiziki şəxslər
dövlət və bələdiyyə mülkiyyətində olan,
hamının buraxılması üçün açıq torpaq
sahələrində heç bir icazə almadan sərbəst ola
bilər və həmin sahələrdə olan təbiət obyektlərindən
qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin
yol verdiyi hədlərdə istifadə edə bilər.
239.2. Fiziki və
ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə
onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla
nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Maddə 240. Torpaq sahəsində
tikinti
240.1. Torpaq sahəsinin
mülkiyyətçisi şəhərsalma və tikinti normalarını
və qaydalarını, habelə torpaq sahəsinin təyinatı
ilə bağlı tələbləri gözləmək şərti
ilə sahədə binalar və qurğular ucalda bilər, onları
yenidən qura və ya uçura bilər, öz sahəsində
başqa şəxslərin tikinti aparmasına icazə verə
bilər.
240.2. Torpaq sahəsinin
mülkiyyətçisi özünə mənsub sahədə
ucaldılmış və ya yaradılmış binaya, qurğuya
və digər daşınmaz əmlaka mülkiyyət hüququ
əldə edir.[294]
240.3. Mülkiyyətçinin
özünə mənsub torpaq sahəsində özbaşına
tikinti aparmasının nəticələri bu Məcəllənin
180-ci maddəsi ilə müəyyənləşdirilir.
Maddə 241. Torpaq sahəsindən
istifadə hüququnun əldə edilməsi əsasları
241.1. Torpaq sahəsinin
mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə,
o cümlədən icarəsinə verə bilər.
241.2. Dövlət
və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən
istifadə hüququ fiziki və hüquqi şəxslərə
torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil
edilmiş dövlət orqanının və ya yerli özünüidarə
orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş
qaydada verilir.
241.3. Bu Məcəllənin
243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq
sahəsindən istifadə hüququnu binanın, qurğunun və
digər daşınmaz əmlakın mülkiyyətçisi də
əldə edə bilər.
241.4. Hüquqi şəxs
yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən
istifadə hüququ onun hüquq varisinə keçir.
Maddə 242. Torpaq sahəsinə
sahiblik və ondan istifadə
242.1. Çıxarılmışdır. [295]
242.2. İstifadəsinə
torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun
mülkiyyətçisinin razılığı ilə icarəyə
və ya əvəzsiz istifadəyə verə bilər.
Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin
torpaq sahəsindən istifadə hüququ
243.1. Başqa şəxsə
mənsub torpaq sahəsində olan daşınmaz əmlakın
mülkiyyətçisi həmin əmlakın yerləşdiyi
torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
243.2. Özgə
torpaq sahəsində yerləşən daşınmaz əmlaka
mülkiyyət hüququ başqa şəxsə keçərkən,
o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu
daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi
ilə eyni şərtlərlə və eyni həcmdə əldə
edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə
keçməsi həmin torpaq sahəsində yerləşən
daşınmaz əmlakın mülkiyyətçisinin sahədən
istifadə hüququnun xitamı və ya dəyişdirilməsi
üçün əsas deyildir.
243.3. Özgə
torpaq sahəsində yerləşən daşınmaz əmlakın
mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə
və ona dair sərəncam hüququna, habelə müvafiq binaları
və qurğuları uçurmaq hüququna malikdir.[296]
Maddə 244. Torpaq sahəsindən
istifadə hüququna xitam verilməsinin nəticələri
Əgər torpaq
sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi
arasındakı müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam
verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində
tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka
mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə
keçir.
Maddə 245. Torpaq sahəsində olan binalar
və ya qurğular özgəninkiləşdirilərkən torpaq
sahəsinə hüququn keçməsi
Torpaq sahəsinin
mülkiyyətçisinə mənsub olan və həmin sahədə
yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ
keçərkən tərəflərin razılaşması ilə
müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar
binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin
bina (qurğu) yerləşən və ondan istifadə üçün
zəruri olan hissəsinə mülkiyyət hüququ əldə
edənə keçir.[297]
Maddə 246. Torpaqların dövlət
ehtiyacları üçün alınması[298]
246.1. Bu Məcəllənin
157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında qərar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada qəbul edilir.
246.2. Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında
müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz
əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
246.3. Torpağın
alınması haqqında qərar qəbul etmiş müvafiq icra
hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə
yazılı bildiriş göndərməlidir.
246.4. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun
olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan
sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları
həyata keçirir:
246.4.1. mülkiyyətçiyə
torpağın dəyərini tam ödəyir;
246.4.2. torpaqla bağlı
hüquqların dövlətə verilməsi (keçməsi)
üçün öz xərcləri hesabına lazımi tədbirləri
görür;
246.4.3. satılan
torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış
yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə
tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan Respublikası
Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə
torpağı boşaltmaqda və yeni yaşayış yerinə
köçməkdə köməklik göstərir.
246.5. Bu Məcəllənin
246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları
üçün alınan torpaqla yanaşı həmin torpaqda
yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə
alınan torpaqla
möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.[299]
246.6. Torpağın
alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın
obyekti olan torpağın ən azı 3 (üç) il ərzində
alınmasına təkrar başlanıla bilməz.
246.7. Torpaqların
dövlət ehtiyacları üçün alınması, bununla
bağlı kompensasiya məbləğinin hesablanması və
ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər
arasında yaranan digər münasibətlər “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 247. Torpaqların alınması
və ya torpağa dair hüquqları ilə bağlı alınmanın
təsirinə məruz qalan şəxslərə verilən kompensasiya[300]
247.1. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən alınan
torpaq üçün kompensasiyanın məbləği aşağıdakı
üsullarla hesablanır:
247.1.1. torpağın
bazar qiymətinin müəyyən edilməsi;
247.1.2. torpağın
qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən
edilməsi üçün alınan torpağın yerləşdiyi
ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq
bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün
kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə
digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən
edilməsi.
247.2. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən dövlət
ehtiyacları üçün alınacaq hər hansı torpaqla
bağlı kompensasiyanın məbləği müəyyən
edilərkən, aşağıdakı amillər nəzərə
alınır:
247.2.1. iddiaçılara
ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır
ki, torpaqlarını tərk etmələrinin və başqa yerə
köçürülmələrinin tələb olunması ilə
bağlı və onun nəticəsində zərər və
narahatlıq çəkən bütün şəxslərin
əmlakları, dolanışıq üçün vasitələri,
gəlirləri, yaşayış standartları onların məruz
qaldıqları zərər və narahatlığın baş
verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək
malik olduqları şəraitdən əlverişsiz şəraitə
düşməmələri baxımından bərpa edilsin;
247.2.2. ödəniləcək
kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;
247.2.3. torpağın
(tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən müəyyən edilmiş bazar qiyməti;
247.2.4. alınmanın
təsirinə məruz qalan şəxsdən torpağın müəyyən
hissəsinin alındığı hallarda alınan torpağın
həmin şəxsin saxlanılan (alınmayan) torpağından
ayrılması nəticəsində şəxsə dəyə
biləcək zərər;
247.2.5. alınmanın
təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin
əldə edilməsi nəticəsində həmin şəxsin
digər daşınar və ya daşınmaz əmlakına, yaxud
həqiqi gəlirinə dəyən və ya dəyə biləcək
zərər;
247.2.6. alınma
nəticəsində şəxs yaşayış, sahibkarlıq
fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə
məcbur edilmişdirsə, belə yerdəyişmədən
irəli gələn bütün xərclər və itkilər.
247.3. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən dövlət
ehtiyacları üçün alınan torpağa veriləcək
kompensasiyanın məbləği müəyyən edilərkən,
aşağıdakı amillər nəzərə alınmır:
247.3.1. alınmaya
səbəb olan təcililiyin dərəcəsi;
247.3.2. alınmanın
təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan
boyun qaçırması;
247.3.3. torpağın
gələcəkdə istifadəsindən irəli gələ
biləcək qiymətinin azalması;
247.3.4. torpağın
gələcəkdə istifadəsindən irəli gələ
biləcək qiymətinin artması;
247.3.5. alınan
torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması
üçün zəruri olan yenidən qurulmasına və kənd
təsərrüfatı məqsədləri üçün
torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu
halları istisna olmaqla “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan
torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə
bağlı xərclər.
247.4. Dövlət
ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya
aşağıdakı formalarda ödənilir:
247.4.1. itirilmiş
torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə,
istehsal potensialına malik olan torpaq sahəsi;
247.4.2. itirilmiş
yaşayış sahəsi və ya tikili ilə müqayisə
ediləcək keyfiyyətə, ölçüyə və istifadə
imkanına malik olan yaşayış sahəsi və ya tikili;
247.4.3. kənd təsərrüfatı
torpaqları itirildikdə, “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı
torpağında istifadə etmək üçün bitkilər
və toxumlar;
247.4.4. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş
ümumi istifadədə olan əmlakla bağlı təminatlar;
247.4.5. torpaq və
digər kapital itkisinə görə bu fəslin müddəalarına
uyğun olaraq, müəyyən edilmiş məbləğdə
birdəfəlik pul ödənişi;
247.4.6. yerdəyişmə
nəticəsində azalmış və ya itirilmiş gəlirin
təmin edilməsi və ya əvəz edilməsi üçün
müəyyən müddətə ödənişlər;
247.4.7. itirilmiş
torpaqda əldə edilən qida məhsullarının və ya
əvvəllər belə qida məhsullarını əldə
etmək üçün istifadə olunmuş itirilmiş gəlirin
əvəzinə müəyyən müddət ərzində
qida məhsulları ilə mütəmadi təchizat;
247.4.8. yerdəyişmə
nəticəsində itirilmiş iş imkanlarının əvəz
edilməsi məqsədi ilə iş əldə etmək üçün
alınmanın təsirinə məruz qalan şəxslərə
yeni vərdişləri aşılamaqla və ya torpağın
alınması layihəsi nəticəsində açılan iş
imkanlarından istifadə etməklə əlaqədar təlimin
təmin edilməsi;
247.4.9. alınmanın
təsirinə məruz qalan şəxslərlə alan orqan arasında
müəyyən edilən və ya razılaşdırılan
digər kompensasiya formaları.
247.5. Alınmanın
təsirinə məruz qalan şəxs ona ödənilməli
kompensasiyanın bir və ya daha çox növünü seçə
bilər.
Maddə 248. Məhkəmə təsdiqi[301]
248.1. Alınmanın
təsirinə məruz qalan şəxsdən alınan torpaqla
bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə
tərəfindən müvafiq qərar qəbul edildikdən sonra
həyata keçirilə bilər.
248.2. Alınan torpağın
yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə
müraciət alan orqan tərəfindən aşağıdakıların
təsdiq olunması üçün edilir:
248.2.1. torpağın
alınmasının “Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olmasının;
248.2.2. alınan
torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq əldə olunmasının;
248.2.3. alınmanın
təsirinə məruz qalan şəxslərə ödəniləcək
kompensasiyanın növünün və məbləğinin.
248.3. Torpağının
alınmasına, torpağının üzərində sahibliyin
əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz
edən alınmanın təsirinə məruz qalan şəxs
aşağıdakı əsaslardan biri və ya bir neçəsi
ilə məhkəməyə ərizə verə bilər:
248.3.1. torpağın
alınmasının “Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
zidd olması;
248.3.2. torpağın
alındığı layihənin həyata keçirilməsi
üçün lazım olmaması;
248.3.3. təklif
olunan kompensasiyanın ədalətli olmaması;
248.3.4. alan orqanın
müvafiq səlahiyyətlərə malik olmaması;
248.3.5. “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün
və ədalətli riayət edilməməsi.
248.4. Torpaq üzərində
hüquqların alınma prosedurlarını başa çatdırmaq
üçün tələb olunan hər hansı hərəkətlərlə
əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin
üzərinə heç bir xərc, ödəmə, yaxud başqa
maliyyə tələbləri qoyula və ya alına bilməz.
Maddə 249. Torpağın alınması
barədə qərarın hüquqi qüvvəsi[302]
249.1. Torpağın
alınması barədə qərarın qəbul edildiyi tarixdən:
249.1.1. həmin
torpaq alınan torpaq kimi tanınır;
249.1.2. alınan
torpaqda yaşayan və ya ondan istifadə edən “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya
alınmış şəxslər alınmanın təsirinə
məruz qalan hesab edilir;
249.1.3. alan orqan
alınan torpağın alınması ilə bağlı tələb
olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;
249.1.4. köçürülmə
planı və (və ya) təlimatı tələb olunan hallarda,
alan orqan onların alınmanın təsirinə məruz qalan
şəxslərlə məsləhətləşməklə
ağlabatan müddətdə hazırlanmasını təmin
etmək öhdəliyini daşıyır;
249.1.5. alan orqan
alınmanın təsirinə məruz qalan şəxslərə
və torpağın alınması nəticəsində zərər
çəkəcək digər şəxslər və təşkilatlara
ödəniləcək kompensasiyanın müəyyən edilməsi
məqsədi ilə alınan torpağın və həmin torpaqda
yerləşən tikililərin (inşası başa çatdırılmamış
tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün
digər təbii əşyaların və tikilmiş əmlakın
qiymətləndirilməsində qiymətləndirmə komissiyasına
kömək etmək öhdəliyini daşıyır;
249.1.6. alan orqan
alınmanın təsirinə məruz qalan şəxslərə
və torpağın alınması nəticəsində zərər
çəkəcək digər şəxslərə və təşkilatlara
kompensasiya ödəmək öhdəliyini daşıyır;
249.1.7. alan orqan
kompensasiyanın ödənilməsi məqsədi ilə aidiyyəti
dövlət orqanlarından vəsait almaq üçün zəruri
sənədləri hazırlamaq öhdəliyini daşıyır.
249.2. Torpağın
alınması barədə qərarın qəbul edildiyi tarixdən
sonra həmin tarixədək mülkiyyətində alınan torpaq
olan şəxslərin sahiblik və istifadə hüquqları
istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları
kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlətin hüquqları
alınmamış hər hansı torpağın alınmasından
imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab
edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən
olunmuş qaydada digər şəxslərə keçə bilər.
249.3. Müvafiq
icra hakimiyyəti orqanı torpağın alınması barədə
qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış
tikintinin (inşaat işlərinin) dayandırılması və
(və ya) tikilinin sökülməsi məqsədi ilə qanunvericilikdə
nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata
keçirə bilər.
249.4. Alan orqan torpağın
alınması haqqında qərarın və həmin qərarın
hüquqi qüvvəsinə dair arayışın surətini
alınmanın təsirinə məruz qalan şəxslərin
diqqətinə çatdırmaq vəzifəsini daşıyır.
11-ci fəsil.
Əşya istifadə hüquqları
§ 1. Tikintiyə vərəsəlik hüququ
Maddə 250. Tikintiyə vərəsəlik
hüququ anlayışı
250.1. Torpaq sahəsi
elə yüklü ola bilər ki, onun üstündə və
ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən
və vərəsəlik üzrə keçən hüquq xeyrinə
yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə
vərəsəlik hüququ daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınır.
250.2. Tikintiyə
vərəsəlik hüququ tikinti üçün zəruri olmayan,
lakin binadan daha yaxşı istifadə etməyə imkan verən
torpaq sahəsi hissəsinə şamil edilə bilər.
250.3. Tikintiyə vərəsəlik hüququnun
müddəti tərəflərin razılaşması ilə
müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə
olan torpaq sahələri üçün - doxsan doqquz ildən,
dövlət və bələdiyyə mülkiyyətində olan
torpaqlar üçün isə - qırx doqquz ildən çox
ola bilməz.[303]
Maddə 251. Tikintiyə vərəsəlik
hüququ haqqında müqavilə
251.1. Tikintiyə
vərəsəlik hüququ haqqında müqavilə notariat qaydasında
təsdiqləndikdə etibarlıdır.
251.2. Tikintiyə
hüququn məzmunu və həcmi haqqında, məsələn,
binaların mövqeyi, forması, genişləndirilməsi və
təyinatı haqqında, habelə tikinti aparılmamış
və həmin hüququn həyata keçirilməsi üçün
istifadə edilə bilən sahələrdən istifadə haqqında
müqavilə müddəaları tikintiyə vərəsəlik
hüququnu əldə edən hər bir şəxs üçün
məcburidir. Eyni qayda tikintiyə vərəsəlik hüququ
subyektinin müəyyən şərtlər yarandıqda bu hüququ
daşınmaz əmlakın mülkiyyətçisinə vermək
öhdəliyi üçün də etibarlıdır.
Maddə 252. Tikintiyə vərəsəlik
hüququ haqqında müqaviləyə xitam verilməsi
252.1. Əgər
tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin
qüvvəsinə xitam verilirsə, mövcud binalar torpaq sahəsinin
mülkiyyətçisinə keçir (mülkiyyətçiyə
qayıtma) və onun torpaq sahəsinin tərkib hissələrinə
çevrilir.
252.2. Tikintiyə
vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda
və ya tərəflər qarşılıqlı razılaşmaya
gəldikdə ləğv edilir.
252.3. Əgər
tikintiyə vərəsəlik hüququnu əldə etmiş
şəxs öz əşya hüququnu kobudcasına aşırsa
və ya müqavilə öhdəliklərini pozursa, torpaq sahəsinin
mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnun
ondan irəli gələn bütün hüquq və yüklülüklərlə
birlikdə ona keçməsini tələb edərək həmin
hüquqa vaxtından əvvəl xitam verilməsinə nail ola
bilər.
252.4. Torpaq sahəsinin
mülkiyyətçisi müqaviləyə xitam verildikdən
sonra ona keçən binalar üçün tikintiyə vərəsəlik
hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir.
hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya tikintiyə
vərəsəlik hüququ subyektinin təqsirli davranışı
kompensasiyanın azaldılması üçün əsas kimi
nəzərə alınmaqla hesablanır. Tikintiyə vərəsəlik
hüququ yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə
keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş
olsun və ya girov qoyulsun. Bu kompensasiya tikintiyə vərəsəlik
hüququnun girov kimi verildiyi kreditorlar üçün qarantiya
sayılır, onların razılığı olmadan tikintiyə
vərəsəlik hüququnun əvvəlki subyektinə kompensasiya
ödəmək olmaz.
252.5. Əgər
kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə
vərəsəlik hüququnun əvvəlki subyekti və ya tikintiyə
vərəsəlik hüququnun girov kimi verildiyi kreditor tələb
edə bilər ki, tikintiyə vərəsəlik hüququnun ləğv
edilməsi əvəzinə kompensasiya barədə tələbin
təmin edilməsi üçün eyni dərəcəli ipoteka
qeydə alınsın. Qeydiyyat tikintiyə vərəsəlik
hüququna xitam verilməsindən ən geci üç ay keçənədək
aparılmalıdır.
252.6. Kompensasiyanın
miqdarı və müəyyənləşdirilməsi proseduru
haqqında, habelə kompensasiya vermək vəzifəsinin ləğvi
və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası
haqqında tikintiyə vərəsəlik hüququnun əsaslandırılması
üçün zəruri olan formada razılaşmalar qəbul
edilə və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparıla bilər.
[304]
252.7. Binanın
məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə
səbəb olmur, tikintiyə vərəsəlik hüququ olan
şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində
ona xitam verilir.
Maddə 253. Tikintiyə vərəsəlik
hüququ üçün haqq
253.1. Daşınmaz
əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik
hüququ üçün haqq almaq hüququna malikdir.
253.2. Tikintiyə
vərəsəlik hüququna birtərəfli qaydada mülkiyyətçi
yalnız iki il ərzində ödənişlərin verilməməsi
ilə əlaqədar xitam verə bilər.
253.3. Tikintiyə
vərəsəlik hüququ üçün haqq ödənilməsinin
təmin edilməsi məqsədilə torpaq sahəsi mülkiyyətçisinin
tikintiyə vərəsəlik hüququnun həmin subyekti barəsində
ixtiyarı var ki, daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmış tikintiyə vərəsəlik hüququ
üçün girov hüququnu ən çoxu üç illik
haqq həcmində qeydə aldırsın. Əgər qarşılıqlı
öhdəlik bərabər illik haqlar şəklində müəyyənləşdirilməyibsə,
bərabər bölgü zamanı üç ilə düşən
məbləğin girovu üçün qanuni hüquq tələb
edilə bilər.
253.4. Girov hüququ
tikintiyə vərəsəlik hüququnun mövcud olduğu dövrdə
istənilən vaxt qeydə alına bilər və hərracdan
açıq satış vasitəsilə onun ləğvinə
yol verilmir.
Maddə 254. Tikintiyə vərəsəlik
hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük
hüququ
Tikintiyə vərəsəlik
hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük
hüququna malikdir. Torpaq sahəsinin mülkiyyətçisi tikintiyə
vərəsəlik hüququnu satın almaqda üstünlük
hüququna malikdir.
§ 2. Özgəsinin daşınmaz əşyasından
məhdud istifadə hüququ
I. Servitut
Maddə 255. Servitut anlayışı
255.1. Servitut daşınmaz
əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin
xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər
daşınmaz əşyanın mülkiyyətçisinə)
ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə
verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə
müəyyən hərəkətləri yerinə yetirməyə
və ya mülkiyyət hüququndan irəli gələn digər
hüquqları həyata keçirməyə icazə verilmir.
255.2. Daşınmaz
əşyanın servitutla yüklülüyü həmin əşyanın
mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından
məhrum etmir.
255.3. Servitut alğı-satqının,
girovun və icarənin müstəqil predmeti ola bilməz.
255.4. Servitut torpaq
sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə
xətlərinin və boru kəmərlərinin çəkilişinin
və istismarının, su təchizatının və meliorasiyanın,
habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut
qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının
təmin edilməsi üçün təyin oluna bilər.
255.5. Mülkiyyətçi
özünə mənsub digər daşınmaz əşya hesabına
öz daşınmaz əşyasına servitut vermək hüququna
malikdir.
255.6. Servitut yalnız
o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə
öz daşınmaz əşyasından istifadə etməkdə
lazımi güzəştlər və imkanlar yaratsın.
255.7. Servitutla yüklü
edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə
keçdikdə servitut saxlanılır.
255.8. Daşınmaz
əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü
edilə bilər. Bu cür yüklülük şəxsi servitut
adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa,
həmin şəxs binadan və ya onun bir hissəsindən özü
və ya ailəsi üçün mənzil kimi istifadə edə
bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
Maddə 256. Servitutun qeydə alınması
256.1. Servitutun verilməsi
üçün daşınmaz əmlakın dövlət reyestrində
onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi
və qeydə alınması üçün torpağa mülkiyyət
haqqında müddəalar qüvvədədir.
256.2. Servitut verilməsinə
dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
Maddə 257. Servitut tərəflərinin
vəzifələri
257.1. Servitut almış
şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və
həyata keçirilməsi üçün tələb olunan
hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində
elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin
mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq
yaratmasın.
257.2. Servitutla yüklü
olan mülkiyyətçi servitutun həyata keçirilməsinin
qarşısını alan və ya onu çətinləşdirən
heç bir hərəkət etməməlidir.
Maddə 258. Servitutun məzmunu
258.1. Servitutun məzmununa
servitutun qüvvədə olma müddəti və şərtləri
daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı
servitutun yeri göstərilməklə müqaviləyə qoşulur.
258.2. Servitutun məzmunu
daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat
yazısında qeyd olunmalıdır.
258.3. Qeydiyyat yazısında
servitutla yüklü olan daşınmaz əşyanın planı
servitutun yeri ilə birlikdə göstərilməlidir.
Maddə 259. İxtiyarlı şəxsin
və yüklü olan mülkiyyətçinin hüquqlarının
müdafiəsi
259.1. Əgər
servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs
hüquqlarının həyata keçirilməsində maneələrlə
qarşılaşarsa, bunların aradan qaldırılması üçün
o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir.
259.2. Əgər
servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin
və onun daşınmaz əşyasının tələbatı
dəyişərsə, yüklü olan mülkiyyətçini
əlavə yüklü etmək imkanına yol verilmir.
259.3. Əgər
servitutun həyata keçirilməsi üçün qurğu
varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir.
Qurğu həm də yüklü olan mülkiyyətçinin
mənafelərinə xidmət üçün nəzərdə
tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini
öz mənafelərinə mütənasib surətdə çəkirlər.
259.4. Yüklü
olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını
nəzərə alaraq servitutun bir yerdən başqa yerə keçirilməsini
bu şərtlə tələb edə bilər ki, özünün
yerdəyişmədə maraqlı olduğunu sübuta yetirsin
və yerdəyişmə xərclərini öz öhdəsinə
götürsün.
Maddə 260. İxtiyarlı şəxsin
daşınmaz əşyasının bölünməsinin nəticələri
260.1. Əgər
ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası
bölünərsə, hər bir bölünmüş hissə
üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir.
Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin
vəziyyətini pisləşdirməmək şərti ilə
yol verilə bilər.
260.2. Əgər
yüklü olan daşınmaz əşyanın bölünməsi
nəticəsində servitut hissələrdən yalnız birinə
şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə
bölgüdən sonra servitut təsir göstərmir.
260.3. Servitutda edilən
bütün dəyişikliklər daşınmaz əmlakın
dövlət reyestrində qeyd edilir.
260.4. Daşınmaz
əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı
şəxsə həmin servitutun ləğv edilməsi xahişi
barəsində məlumat verməli və əgər o buna bir
ay ərzində etiraz etməzsə, ləğvetməni həyata
keçirməlidirlər.
Maddə 261. Servitut üçün
haqq
261.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi
xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən
sahədən istifadə üçün haqq tələb edə
bilər.
261.2. Haqqın miqdarı
tərəflərin razılaşması ilə, razılaşmaya
gəlmək mümkün olmadıqda isə məhkəmənin
qərarı ilə müəyyənləşdirilir.
Maddə 262. Servituta xitam verilməsi
262.1. Yüklü
olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə
məhv olarkən hər cür servituta xitam verilir.
262.2. Yüklü
olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu
əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
262.3. Fiziki və
ya hüquqi şəxsə mənsub daşınmaz əşya
servitutla yüklü olma nəticəsində öz təyinatına
uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi
servituta xitam verilməsini məhkəmə yolu ilə tələb
edə bilər.
262.4. Servituta xitam
verilməsi daşınmaz əmlakın dövlət reyestrində
qeyd edilməlidir.
262.5. Əgər
ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi
yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi
olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək
servitut əşya hüququ kimi saxlanılır.
262.6. Əgər
ixtiyarı verilmiş daşınmaz əşya üçün
servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz
əşyanın mülkiyyətçisi ona xitam verilməsini
tələb edə bilər. Əgər ixtiyarı verilmiş
daşınmaz əşyanın mülkiyyətçisinin hələ
də marağı varsa, lakin bu marağı yüklülüyə
nisbətən cüzidirsə, onda kompensasiya müqabilində
servitut qismən və ya tamamilə əvəz edilə bilər.
II. Uzufrukt
Maddə 263. Uzufrukt anlayışı
263.1. Uzufrukt əşyanın
və ya hüquqların elə yüklülüyüdür ki,
bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən
şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək
hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq
bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək
və ya vərəsəlik üzrə vermək hüququna malik
deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə
məhdudlaşdırıla bilər.
263.2. Uzufrukt pullu
və pulsuz ola bilər.
263.3. Uzufrukt müvəqqəti
və ya uzufruktuarın bütün ömrü boyu mövcud ola
bilər.
Maddə 264. Uzufruktun verilməsi
şərtləri
Uzufruktun verilməsi
üçün daşınar əşyalar və ya hüquqlar
ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz
əşyalarla bağlı halda isə onların daşınmaz
əmlakın dövlət reyestrində qeydə alınması
zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında
müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu
nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə
biləndir.
Maddə 265. Uzufruktuarın hüquq
və vəzifələri
265.1. Uzufruktdan əvvəl
mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən
obyektlərin vəziyyətini təsvir edə bilərlər.
265.2. Mülkiyyətçinin
razılığı olmadan uzufruktuar istifadə məqsədini
dəyişdirə bilməz.
265.3. Uzufruktuarın
ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat tətbiqi
nəticəsində əldə edilməmiş bəhəri və
faydanı da əldə etsin. Bu halda o, belə tətbiq nəticəsində
əşyaya dəymiş ziyanın əvəzini mülkiyyətçiyə
ödəməyə borcludur.
265.4. Əgər
uzufruktuar etməyə borclu olmadığı xərclər çəkmişsə
və ya yeniliklər tətbiq etmişsə, qaytarma zamanı tapşırıqsız
idarəçi kimi onlar üçün kompensasiya tələb
edə bilər. Əgər onun yaratdığı qurğular
üçün mülkiyyətçi kompensasiya vermək niyyətində
deyildirsə, o həmin qurğuları geri götürə bilər,
lakin əşyanın əvvəlki vəziyyətini bərpa
etməyə borcludur.
265.5. Uzufruktuar əşyaya
sahiblik, ondan istifadə və əşyadan fayda götürmək
hüququna malikdir. O, əşyanın idarə olunmasını
təmin edir. Öz hüququnu həyata keçirərkən o,
vicdanlı təsərrüfatçılıq qaydalarına uyğun
hərəkət etməlidir. Uzufruktuar əşyanın normal
aşınması üçün məsuliyyət daşımır.
O, cari xərcləri ödəməyə, əşyanı təmir
etməyə, habelə ona normal təsərrüfat qulluğunun
qayğısına qalmağa borcludur.
265.6. Mülkiyyətçinin
əşyanın dəyişdirilməsi və ya dəyərinin
azaldılması nəticəsində kompensasiya iddiaları, habelə
uzufruktuarın xərclər üçün kompensasiya və
ya qurğuların geri götürülməsi iddiaları əşyanın
qaytarılmasından bir il sonra müddətin keçməsinə
görə qüvvədən düşür.
265.7. Bəhərlər
uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın
lazımınca aparılması çərçivəsində
yetişdirilmişsə, uzufruktuara mənsubdur.
265.8. Uzufrukt obyektləri
üzrə haqq və digər vaxtaşırı xidmətlər,
hətta onların icra müddəti istifadə hüququna xitam
verildikdən sonra çatdıqda belə, uzufruktuarın hüququnun
başlandığı gündən hüququna xitam verildiyi anadək
ona mənsubdur.
265.9. Əgər
uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə,
uzufruktuar onu həyata keçirilmək üçün başqa
şəxsə verə bilər. Bu şəxs barəsində
mülkiyyətçi öz hüquqlarını bilavasitə
həyata keçirir.
265.10. Uzufruktuar
uzufruktun mövcud olduğu bütün dövr üçün
əşyanı müvafiq surətdə sığorta etdirməyə
borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə
uzufruktuar artıq sığortalanmış əşya üzrə
sığorta haqqı ödəməlidir.
265.11. Əgər
əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə
və ya onun saxlanması üçün gözlənilməz
xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən
mülkiyyətçiyə bildirməlidir. O, mənfi nəticələri
aradan qaldırmaq üçün mülkiyyətçinin həyata
keçirdiyi tədbirlərə və hərəkətlərə
dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri
görməyə borclu deyildir. Əgər bu tədbirləri uzufruktuar
özü həyata keçirirsə, uzufrukt qurtardıqda o, həmin
tədbirlər və hərəkətlər nəticəsində
əşyaya əlavə etdiyi predmetləri ayıra bilər və
ya bunun üçün mülkiyyətçidən müvafiq
kompensasiya tələb edə bilər.
265.12. Əgər
uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində
ayrı-ayrı predmetləri özgəninkiləşdirərsə,
özgəninkiləşdirilən predmetlərin yerini onun əldə
etdiyi predmetlər tutmalıdır.
265.13. Uzufruktuar
əşyanın məhv olması və dəyərinin azalması
üçün, əgər zərərin onun təqsiri üzündən
baş vermədiyini sübuta yetirməzsə, məsuliyyət
daşıyır. O, istifadəyə daxil olmamış və
işlədilmiş predmetlərin əvəzini verməlidir. O,
əşyadan düzgün istifadə ilə əlaqədar predmetlərin
dəyərinin azalmasının əvəzini ödəməyə
borclu deyildir.
265.14. Daşınmaz
əşyanın uzufruktuarı göz qoymalıdır ki, daşınmaz
əşyadan həddən artıq istifadə edilməsin. Bu həddən
artıq əldə edilmiş bəhərlər mülkiyyətçiyə
mənsubdur.
265.15. Uzufruktuara
torpaq sahəsinin təsərrüfat təyinatında mülkiyyətçi
üçün mühüm zərərə səbəb ola
biləcək hər hansı dəyişikliklər etməyə
icazə verilmir. O, torpaq sahəsini əhəmiyyətli dərəcədə
dəyişdirə bilməz.
265.16. Əgər
ayrı qayda müəyyənləşdirilməyibsə, uzufruktuar
işlətdiyi əşyalara mülkiyyət hüququ əldə
edir, lakin istifadə hüququ qüvvəyə minənədək
onların mövcud olmuş dəyərinin əvəzini ödəməyə
borcludur.
Maddə 266. Uzufruktla yüklü edilmiş
əşyanın mülkiyyətçisinin hüquq və vəzifələri
266.1. Mülkiyyətçi
əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından
kənar istifadəyə etiraz edə bilər. Əgər uzufruktuar
etiraza məhəl qoymursa, mülkiyyətçi vurulmuş ziyanın
əvəzinin ödənilməsini və ya uzufrukta xitam verilməsini
məhkəmə qaydasında tələb edə bilər.
266.2. Mülkiyyətçi
əşyasının və ya hüquqlarının təhlükədə
olduğunu sübuta yetirərsə, uzufruktuardan girov tələb
edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan
və ya qiymətli kağızlardan ibarətdirsə, o, qarantiyanı
sübut gətirmədən və əşya verilənədək
tələb edə bilər. Qiymətli kağızlarla bağlı
halda onların depozitə qoyulması yetərli qarantiyadır.
Qarantiya alınması üçün iddia istifadə hüququnu
saxlamaqla predmeti mülkiyyətçiyə bağışlamış
şəxs barəsində irəli sürülə bilməz.
266.3. Əgər
uzufruktuar onun üçün təyin edilmiş ağlabatan müddət
ərzində girov verməzsə və ya mülkiyyətçinin
etirazına baxmayaraq əşyadan qanunsuz istifadəyə son qoymazsa,
məhkəmə qərar qəbul edənədək onu əşyaya
sahiblikdən məhrum etməlidir.
266.4. Mülkiyyətçi
və uzufruktuar istənilən vaxt əşyanın onların
hesabına qiymətləndirilməsini tələb edə bilərlər.
266.5. Uzufruktuar özü
əşyanı saz saxlamalı və əşyanın adi qaydada
saz saxlanmasına aid yaxşılaşdırmaları və yeniləşdirmələri
müstəqil həyata keçirməlidir. Əgər əşyanın
qorunması üçün daha mürəkkəb işlərin
və ya tədbirlərin görülməsi zəruridirsə,
uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat
verməli və lazım gəldikdə bunların mülkiyyətçinin
qüvvəsi ilə həyata keçirilməsinə icazə
verməlidir. Əgər mülkiyyətçi bunu etməzsə,
uzufruktuar həmin işləri və tədbirləri mülkiyyətçinin
hesabına özü görə bilər.
266.6. Adi saxlama və
təsərrüfat istifadəsi xərclərini, bununla bağlı
müvafiq borclar üzrə faizləri, habelə vergiləri və
rüsumları uzufruktuar ixtiyarlı olduğu müddətə
uyğun ödəyir. Əgər vergilər və ayırmalar
mülkiyyətçidən tutulursa, uzufruktuar onların əvəzini
eyni həcmdə ödəməlidir. Bütün başqa xərcləri
mülkiyyətçi çəkir.
Maddə 267. Mənzilə uzufruktun
xüsusiyyətləri
267.1. Mənzilə
uzufrukt binada və ya onun bir hissəsində mənzilə malik
olmaq ixtiyarından ibarətdir. O, üçüncü şəxslərə
verilə bilməz və vərəsəlik üzrə keçmir.
Ona istifadə hüququ haqqında müddəalar şamil edilir.
267.2. Mənzilə
uzufrukt adətən uzufruktuarın şəxsi tələbatı
ilə müəyyənləşdirilir. Lakin o, əgər mülkiyyətçi
birbaşa şərt qoymayıbsa, öz ailəsinin üzvlərini
və ya binada onunla birgə yaşayanları öz mənzilinə
götürə bilər. Əgər mənzil hüququ binanın
bir hissəsi ilə məhdudlaşıbsa, uzufruktuar birgə istifadə
üçün nəzərdə tutulan predmetlərdən istifadə
edə bilər.
267.3. Əgər
uzufruktuarın müstəsna mənzil hüququ varsa, o, mənzilin
adi saxlanması xərclərini çəkir. Əgər onun
birgə istifadəyə hüququ varsa, mənzilin saxlanması
xərclərini mülkiyyətçi çəkir.
Maddə 268. Uzufrukta xitam verilməsi
268.1. Uzufrukta əşya
tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə, uzufruktuar
uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın ölümü
ilə əlaqədar olaraq, hüquqi şəxslər üçün
isə onların buraxılması ilə əlaqədar olaraq xitam
verilir.
268.2. Uzufrukt qurtardıqda
uzufruktuar əşyanı mülkiyyətçiyə qaytarmağa
borcludur.
268.3. Əgər
uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə
düşərsə, uzufrukta xitam verilir.
268.4. Mülkiyyətçi
məhv olmuş əşyanı bərpa etməyə borclu deyildir.
Əgər o, əşyanı bərpa edərsə, əşyaya
uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın
əvəzi verilirsə, uzufrukt əvəz kimi verilmiş əşyaya
keçir.
12-ci fəsil.
Əşya təminat hüququ.
Girov və ipoteka hüququ
§ 1. Ümumi müddəalar
Maddə 269. Girov və ipoteka hüququ
anlayışı
269.1. Girov və
ipoteka hüququ girov qoyanın əşyası barəsində
girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun
girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin
icrasının təmin edilməsi üsuludur.
KMQ 25
269.2. Girov və
ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından
ibarətdir.
269.3. Girov daşınar
əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan
başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda
hüquqların da girov qoyulması mümkündür.[305]
269.4. İpoteka
daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə
alınmalı olan daşınar əşyalara əşya hüquqlarının
məhdudlaşdırılmasıdır.
269.5. Girov və
ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında
əsas öhdəliyinin icrasının təmin edilməsi üçün
əlavə (aksessor) əşya hüququdur.[306] KMQ 25
269.6. Əşyaya
girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna
aid olan hər şeyə şamil edilir.
269.7. Girovla və
ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun
(girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun
həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və
ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən
həmin əşyanın mənsub olduğu şəxsin (girov
qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən
üstün qaydada təminat alsın.
269.8. Bu Məcəllənin
266.6-cı maddəsində müəyyənləşdirilmiş
prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın)
hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü
edilmiş əşyanın itirilməsi və ya zədələnməsi
üçün, onun kimin xeyrinə sığortalanmasından
asılı olmayaraq, sığorta ödənişindən təminat
alsın, bu şərtlə ki, itki və ya zədələnmə
girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən
baş verməsin.
269.9. Girov və
ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar
və hüquqlar üçün verilir.
269.10. Girov qoyulmuş
və ya ipoteka ilə yüklü edilmiş əşya məhv
olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın
(ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə
və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli
sürülməsi hüququ irəli gəlir.
269.11. Girov və
ipoteka hüququ həm mövcud, həm də gələcək
tələb üçün verilə bilər. Tələb adlı,
orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana)
və ya mülkiyyətçinin özünə qarşı,
həm də başqa şəxsə qarşı tələb
ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb
yetərli dərəcədə aydın olmalıdır.
Maddə 270. Girovun və ipotekanın
əmələ gəlməsi əsasları
270.1. Girov və
ipoteka müqavilə üzrə əmələ gəlir.
270.2. Bu Məcəllənin
müqaviləyə əsasən əmələ gələn
girov və ipoteka haqqında qaydaları müvafiq surətdə
digər əsaslara görə əmələ gələn girova
və ipotekaya da tətbiq edilir.
Maddə 271. Girov qoyan (ipoteka qoyan)
271.1. Əşyanı
girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola
bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka
(girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri
bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına
uyğun olaraq müəyyən edilir.[307]
271.2. Girov qoyan (ipoteka
qoyan) həm borclu, həm də üçüncü şəxs
ola bilər.
271.3. Hüququ girov
qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər.
Maddə 272. Girov saxlayan (ipoteka saxlayan)
Girov saxlayan (ipoteka
saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin
icrasının təmin edilməsi üçün girov qoyanın
əşyası barəsində müqavilədə göstərilmiş
əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir.
Maddə 273. Girov qoyulmuş və ya ipoteka
ilə yüklü edilmiş əşyanın mənimsənilməsinin
yolverilməzliyi
Girov saxlayana və
ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü
edilmiş əşyanı mənimsəmək hüququ verən
hər cür razılaşma etibarsızdır.
Maddə 274. Girov qoyulmuş və ya ipoteka
ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin
dəyişməsinin nəticələri
274.1. İpoteka ilə yüklü edilmiş əşyanın
mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu
dəyişdirmir. [308]
274.2. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən
edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın
mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir.
Maddə 275. Girov və ya ipoteka
hüququna xitam verilməsi – çıxarılmışdır.[309]
§ 2. Girov
Maddə 276. Girov predmeti
276.1. İpoteka
predmeti olan əşyalar, habelə mülki dövriyyədən
çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti
ilə qırılmaz bağlı olan tələblər, o cümlədən
alimentlər, həyata və ya sağlamlığa vurulmuş
zərərin əvəzinin ödənilməsi haqqında tələblər
və digər şəxsə güzəşt olunması qanunla
qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən
əşyalar və tələblər girov predmeti ola bilər.
276.2. Bölünməz
əşyalar hissə-hissə girov qoyula bilməz.
276.3. Əşyanın
mülkiyyətçisinin razılığı olmadan icarə
hüququnun girov qoyulmasına yol verilmir.
276.4. Azərbaycan
Respublikasının dövlətə məxsus aktivləri, onun
beynəlxalq ehtiyatları və gələcəkdə yarana biləcək
aktivləri dövlət borcu və ya dövlət tərəfindən
zəmanət verilmiş borc üzrə öhdəliklərinin
yerinə yetirilməsinin təminatı məqsədilə girov
qoyula bilməz.[310]
Maddə 277. Ümumi mülkiyyətdə
olan əşyanın girov qoyulması
277.1. Ümumi birgə
mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin
yazılı razılığı olduqda girov qoyula bilər.
277.2. Ümumi paylı
mülkiyyətin mülkiyyətçilərindən hər hansı
biri ümumi əşyaya hüquqdakı payını digər
mülkiyyətçilərin razılığı olmadan girov
qoya bilər. Girov saxlayanın tələbi ilə həmin paya
tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin
satın almaqda üstünlük hüququ haqqında qaydaları
tətbiq edilir.
Maddə 278. Girov hüququnun şamil
edildiyi əşya
Girov saxlayanın girov predmeti olan əşyaya girov hüququ,
əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun ləvazimatına, habelə “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan digər əmlaka da şamil edilir.[311]
Maddə 279. Girovla təmin edilən
tələb
Əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın
tələbini girov faktik təminat məqamında malik olduğu
həcmdə təmin edir. Bu tələbə həmçinin
faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş
zərərin əvəzinin ödənilməsi, habelə girov
qoyulmuş əşyanın saxlanması və salamatlığı
üçün girov saxlayanın zəruri xərcləri və
tutma xərcləri daxildir.
Maddə 280. Girov müqaviləsi
280.1. Girov müqaviləsi
yazılı formada bağlanmalıdır.
280.2. Girov müqaviləsində
tərəflərin adı və yaşayış yeri (olduqları
yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti,
ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir.
Girov predmetinin təsvirində girov qoyanın bütün
mövcud və ya gələcək daşınar əmlakından
ibarət olması göstərilə bilər. Bu cür təsvir,
həmçinin daşınar əmlakın müəyyən
bir növünü (kateqoriyasını), debitor borcları və
ya onların müəyyən hissəsini ehtiva edə bilər. [312]
280.3. Bu Məcəllədə
nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında
təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına
alınmalıdır.
280.4. Bu maddənin
qaydalarına riayət edilməməsi girov müqaviləsinin
etibarsızlığına səbəb olur. Belə müqavilə
əhəmiyyətsiz sayılır.
Maddə 281. Girov hüququnun əmələ
gəlməsi
281.1. Girov hüququ
girov müqaviləsinin bağlandığı andan, girov hüququnun
dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə
onun qeydə alındığı andan əmələ gəlir.
281.2. Əgər
müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa,
girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə
bağlanana qədər verildikdə isə onun bağlandığı
an əmələ gəlir.
Maddə 282. Sonrakı girov
282.1. Girovda olan
əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər.
282.2. Sonrakı
girova onun əvvəlki girov müqavilələri ilə qadağan
edilmədiyi halda yol verilir.
282.3. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən
edilmiş hallar nəzərə alınmaqla, sonrakı girov zamanı sonrakı girov saxlayanın
tələbləri əvvəlki girov saxlayanın tələbləri
ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir. [313]
Maddə 283. Girov qoyulmuş əmlakın
saxlanması və salamatlığı
283.1. Girov qoyulmuş
əşyanın kimdə olmasından asılı olaraq girov qoyan
və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda
nəzərdə tutulmayıbsa:
283.1.1. girov qoyulmuş
əşyanı itirilmə və zədələnmə risklərindən
onun tam dəyərində, əşyanın tam dəyəri girovla
təmin edilən tələbin ölçüsündən artıqdırsa,
tələbin ölçüsündən az olmayan məbləğdə
sığorta etdirməlidir;
283.1.2. girov qoyulmuş
əşyanın salamatlığının təmin edilməsi,
o cümlədən üçüncü şəxslərin
qəsdlərindən və tələblərindən müdafiəsi
üçün tədbirlər görməlidir;
283.1.3. girov qoyulmuş
əşyanın itirilməsi və ya zədələnməsi
təhlükəsi yarandıqda digər tərəfi dərhal
xəbərdar etməlidir.
283.2. Girov saxlayan
və girov qoyan digər tərəfdə olan girov qoyulmuş əşyanın
mövcudluğunu, miqdarını, vəziyyətini və saxlanma
şəraitini sənədlər üzrə və faktik surətdə
yoxlaya bilərlər.
283.3. Girov saxlayan
öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş
əşyanın itirilməsi və ya zədələnməsi
təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl
xitam verilməsini tələb edə bilər.
Maddə 284. Girov predmetindən istifadə
və ona dair sərəncam verilməsi
284.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə
edə bilər, o cümlədən ondan bəhər və gəlir
götürə bilər.
284.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyan yalnız girov saxlayanın razılığı ilə
girov predmetini özgəninkiləşdirə bilər, başqa
şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə
verə bilər və ya ona dair digər sərəncamlar verə
bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət
etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
284.3. Girov saxlayan
ona verilmiş girov predmetindən yalnız müqavilədə
nəzərdə tutulan hallarda istifadə edə bilər. Girov
qoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir.
Müqaviləyə əsasən girov saxlayanın üzərinə
əsas öhdəliyin ödənilməsi məqsədilə
və ya girov qoyanın mənafeləri üçün girov predmetindən
bəhər və gəlir götürmək vəzifəsi qoyula
bilər.
Maddə 285. Girov qoyulmuş əşyanın
məhv olmasının, itirilməsinin və ya zədələnməsinin
nəticələri
285.1. Əgər
girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyulmuş əşyanın təsadüfən məhv olması,
itirilməsi və ya təsadüfən zədələnməsi
riski girov qoyanın üzərinə düşür.
285.2. Girov saxlayan
ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv
olması, itirilməsi və ya zədələnməsi üçün,
məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə,
məsuliyyət daşıyır.[314]
285.3. Girov saxlayan
girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən
asılı olmayaraq girov predmetinin itirilməsinə görə
onun həqiqi dəyəri məbləğində, zədələnməsinə
görə isə dəyərinin azaldığı məbləğdə
məsuliyyət daşıyır.
285.4. Əgər
zədələnmə nəticəsində girov predmeti öz
birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək
dərəcədə dəyişmişsə, girov qoyan ondan imtina
edə bilər və onun itirilməsi üçün əvəz
tələb edə bilər. Müqavilədə girov saxlayanın
girov qoyana girov predmetinin itirilməsi və ya zədələnməsi
nəticəsində dəyən digər zərərin əvəzini
də ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov
qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi
nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsi barədə girov qoyana verdiyi tələbi
girovla təmin edilmiş öhdəliyin ödənilməsinə
aid edə bilər.
Maddə 286. Girov predmetinin dəyişdirilməsi
Əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetinin dəyişdirilməsinə
girov saxlayanın razılığı ilə yol verilir.
Maddə 287. Girov predmetinin bərpa
və əvəz edilməsi
Girov predmeti məhv
olduqda və ya zədələndikdə və ya ona mülkiyyət
hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan
müddətdə bərpa etməli və ya eyni dəyərli
başqa əmlakla əvəz etməlidir.
Maddə 288. Girov saxlayanın girov
predmetinə hüquqlarını müdafiə etməsi
288.1. Girov qoyulmuş
əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu
özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov
qoyanın sahibliyindən tələb edə bilər.
288.2. Müqavilə
şərtlərinə görə girov saxlayana ona verilmiş
girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən,
o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını
aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə
ilə birləşdirilmədikdə belə, tələb edə
bilər.
Maddə 289. Girov qoyulmuş əşyaya
mülkiyyət hüququ keçərkən girovun saxlanması
289.1. Bu Məcəllənin 274.2-ci maddəsi
nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət
hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz
özgəninkiləşdirilməsi nəticəsində və
ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə
keçdikdə girov hüququ qüvvədə qalır. Girov
qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər
girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyanın bütün vəzifələrini daşıyır. [315]
289.2. Girov qoyanın
girov predmeti olan əşyası hüquq varisliyi qaydasında bir
neçə şəxsə keçdikdə hüquq varislərindən
(əmlakı əldə edənlərdən) hər biri girovla
təmin edilmiş öhdəliyin icra edilməməsinin girovdan
irəli gələn nəticələrini həmin əmlakın
ona keçmiş hissəsinə mütənasib surətdə
daşıyır. Lakin girov predmeti bölünməz olduqda və
ya başqa əsaslara görə hüquq varislərinin ümumi
mülkiyyətində qaldıqda onlar birgə girov qoyanlar olurlar.
Maddə 290. Girov qoyulmuş əmlakın
məcburi alınmasının nəticələri
290.1. Girov qoyanın
girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş
əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün
satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində
xitam verildikdə və girov qoyana başqa əşya və (və
ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz
kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə,
girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən
öz tələbinin üstün ödənilməsi hüququnu
əldə edir.[316]
290.2. Girov predmeti
olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət
törətmək üstündə sanksiya şəklində
girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada
alındıqda girov saxlayan həmin əşyanın dəyərindən
öz tələbinin üstün ödənilməsi hüququnu
əldə edir.
290.3. Girov predmeti
olan əşyanın mülkiyyətçisinin əslində
digər şəxs olması əsasında həmin əşya
girov qoyandan alındıqda bu əmlak barəsində girova xitam
verilir.
290.4. Bu maddədə
nəzərdə tutulan hallarda girov saxlayan girovla təmin edilmiş
öhdəliyin vaxtından əvvəl icrasını tələb
edə bilər.
Maddə 291. Girov müqaviləsi
üzrə hüquqların güzəşt edilməsi
291.1. Girov saxlayan
kreditorun hüquqlarının tələbin güzəşti
yolu ilə verilməsi qaydalarını gözləməklə,
girov müqaviləsi üzrə öz hüquqlarını başqa
şəxsə verə bilər.
291.2. Çıxarılmışdır.[317]
Maddə 292. Girovla təmin edilmiş
öhdəlik üzrə borcun keçirilməsi
Girovla təmin edilmiş
öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə,
əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı
barədə kreditora razılıq verməyibsə, girova xitam
verilir.
Maddə 293. Girovla təmin edilmiş öhdəliyin
vaxtından əvvəl icrası və girov qoyulmuş əmlaka
tutmanın yönəldilməsi
293.1. Aşağıdakı
hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından
əvvəl icrasını tələb edə bilər:
293.1.1. girov predmeti
onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin
şərtlərinə uyğun olmayaraq çıxdıqda;
293.1.2. girov qoyan
girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda;
293.1.3. əgər
girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə
tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın
cavabdeh olmadığı səbəblərdən itirildikdə.
293.2. Aşağıdakı
hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından
əvvəl icrasını tələb edə bilər, tələbi
yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə
yönəldə bilər:
293.2.1. girov qoyan
sonrakı girov qaydasını pozduqda;
293.2.2. girov qoyan
bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində
nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə;
293.2.3. girov qoyan
girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam
verilməsi qaydalarını pozduqda.
Maddə 294. Girova xitam verilməsi
294.1. Girova aşağıdakı
hallarda xitam verilir:
294.1.1. girovla təmin
edilmiş öhdəliyə xitam verildikdə;
294.1.2. bu Məcəllənin
283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda
girov qoyanın tələbi ilə;
294.1.3. əgər
girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə
tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya
məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə;
294.1.4. tutma yönəldilməsi ilə
bağlı girov qoyulmuş əmlak açıq hərracdan
satıldıqda.[318]
294.2. Girovla təmin
edilmiş öhdəliyin icrası nəticəsində və
ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov
qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal
girov qoyana qaytarmağa borcludur.
Maddə 295. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsi əsasları
Girov saxlayanın
(kreditorun) tələblərinin ödənilməsi üçün
tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş
öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra
etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə
bilər.
Maddə 296. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsi qaydası
296.1. Girov saxlayanın
tələbinin məhkəməyə müraciət edilmədən,
girov qoyulmuş əşya hesabına ödənilməsinə
girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş
razılaşması əsasında yol verilir. Belə razılaşma
ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə
məhkəmə həmin razılaşmanı etibarsız saya
bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın
(kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən
ödənilməsi məhkəmənin qərarı ilə həyata
keçirilir. Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük
predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən
edilmiş qaydada həyata keçirilir. [319]
296.2. Girov predmetinə
tutma aşağıdakı hallarda yalnız məhkəmənin
qərarı ilə yönəldilə bilər: [320]
296.2.1. girov müqaviləsinin
bağlanması üçün başqa şəxsin razılığı
və icazəsi tələb olunduqda;
296.2.2. girov predmeti
cəmiyyət üçün mühüm tarixi, bədii və
ya mədəni dəyərli əşya olduqda.
Maddə 297. Girov qoyulmuş əşyanın
realizə edilməsi (satılması)
Girov qoyulmuş əşya hərracda (açıq auksionda)
və ya “Daşınar əmlakın yüklülüyü haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hallarda istənilən üsulla satıla bilər.[321]
Maddə 298. Girov qoyulmuş əşyanın
satışından götürülmüş məbləğin
bölüşdürülməsi
298.1. Girov qoyulmuş əşyanın satılmasından
əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla
bölüşdürülür: [322]
298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı,
yaxşılaşdırılması və onun satılmasına
çəkilmiş xərclərin ödənilməsinə;
298.1.2. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan
tələblərin ödənilməsinə;
298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə;
298.1.4. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik
olan tələblərin ödənilməsinə.
298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə
tutulmuş ödənişlər həyata keçirildikdən
sonra girov qoyulmuş əşyanın satışından əldə
olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın
satılmasından 10 (on) iş günü müddətində
girov qoyana qaytarılır.
298.3. Əgər girov qoyulmuş əşyanın satışından
götürülən məbləğ girov saxlayanın tələbini
ödəmək üçün yetərli deyildirsə, girov
saxlayan çatışmayan məbləği, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından
almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan
üstünlük hüququ yoxdur.
Maddə 299. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsinə və onun satışına
xitam verilməsi
299.1. Tutma yönəldilməsi ilə
bağlı girov predmetinin satışı həyata keçirilənə
(alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı
əsasında həyata keçirilən hərracın nəticələri
üzrə protokol imzalananadək və ya elektron hərracın
nəticələri haqqında protokol tərtib olunanadək, yaxud
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü
maddəsinə əsasən şəhadətnamə verilənədək), yaxud “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə
qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş
öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini
icra edərək girov predmetinə tutmanın yönəldilməsinə
xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma
əhəmiyyətsizdir.[323]
299.2. Girov qoyulmuş
əşyaya tutmanın yönəldilməsinə və ya onun
satışına xitam verilməsini tələb edən şəxs
həmin əşyaya tutmanın yönəldilməsi və onun
satışı ilə bağlı çəkilmiş xərclərin
əvəzini girov saxlayana ödəməyə borcludur.
Maddə 300. Girovun növləri
300.0. Girov aşağıdakı
növlərdə ola bilər:
300.0.1. saxlanc;
300.0.2. əşyanın
lombardda girovu;
300.0.3. hüquqların
girovu;
300.0.4. pul vəsaitinin
girovu;
300.0.5. sabit girov;
300.0.6. dövriyyədəki
malların girovu.
Maddə 301. Saxlanc
Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə
verilir.
Maddə 302. Əşyanın lombardda
girovu
302.1. Şəxsi
istehlak üçün nəzərdə tutulan daşınar
əşyanın fiziki şəxslərdən qısamüddətli
kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini
sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi
(lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar
- lombardlar həyata keçirə bilərlər.
302.2. Əşyanın
lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi
yolu ilə rəsmiləşdirilir.
302.3. Saxlanca qoyulan
əşyalar lombarda verilir.
302.4. Lombard girov
götürdüyü əşyanı onun girova qəbul olunduğu
anda eyni növlü və keyfiyyətli əşyanın bazar
qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin
tam məbləğində girov qoyanın xeyrinə sığorta
etdirməlidir.
302.5. Lombardın
girov qoyulmuş əşyadan istifadə etmək və ona dair
sərəncam vermək ixtiyarı yoxdur.
302.6. Lombard girov
qoyulmuş əşyanın itirilməsi və zədələnməsi
üçün məsuliyyət daşıyır.
302.7. Əşyanın
lombardda girovu ilə təmin edilmiş kredit məbləği
müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda
lombard həmin əşyanı açıq hərracdan realizə
edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya)
qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın
satışından götürülən məbləğ onların
tam ödənilməsi üçün yetərli olmadıqda
belə, ləğv edilir.
302.8. Lombardlar tərəfindən
fiziki şəxslərin onlara mənsub əşyanın girovu
müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə
müəyyənləşdirilir.
302.8-1. Lombard cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasının
və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının
tətbiqi məqsədi ilə
onun üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş tədbirləri yerinə yetirməlidir.[324]
302.9. Əşyanın
lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını
bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran
şərtləri əhəmiyyətsizdir.
Maddə 303. Hüququn girovu
303.1. Hüquq girov
qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən
hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun,
yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki
paya hüquq, borc tələbidir.
303.2. Müddətli
hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək
girov predmeti ola bilər.
303.3. Girov qoyulmuş
hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir.
303.4. Dövlət
qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını
həyata keçirən dövlət orqanında qeydə alındığı
andan etibarlıdır.
303.5. Sənədli qiymətli kağızla təsdiqlənmiş
hüquq girov qoyularkən o, əgər müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, girov saxlayana və ya bankın
və ya notariusun depozitinə verilir.[325]
Maddə 304. Pul vəsaitinin girovu
Girov predmeti olan
pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır.
Bu məbləğin üstünə hesablanan faizlər, əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyana mənsubdur.
Maddə 305. Sabit girov
Sabit girov elə
girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında
və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır.
Maddə 306. Dövriyyədəki
malların girovu
306.1. Dövriyyədəki
malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır
və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə
ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul
və i.a.) tərkibini və natural formasını dəyişdirmək
hüququ verilir, bu şərtlə ki, onların ümumi dəyəri
girov müqaviləsində göstərilən dəyərindən
aşağı düşməsin. Girov qoyulmuş dövriyyədəki
malların dəyərinin azalmasına, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girovla təmin edilmiş
öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə
yol verilir. [326]
306.2. Girov qoyanın
özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə
edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur,
girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən
mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ
gəldiyi andan girov predmeti olur.
306.3. Dövriyyədəki mallar girov qoyulduqda, tərəflər
onların ümumi dəyərinin girov müqaviləsində göstərilən
dəyərdən aşağı düşməməsini şərtləndirə
bilərlər. Bu zaman: [327]
306.3.1. əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov qoyulmuş dövriyyədəki malların
dəyərinin azalmasına girovla təmin edilmiş öhdəliyin
icra edilmiş hissəsinə mütənasib surətdə yol
verilir.
306.3.2. girov qoyan girov qoyulmuş malların qeydiyyatı
kitabını tərtib etməyə borcludur. Həmin kitaba malların
girov qoyulması şərtləri haqqında və girov qoyulmuş
malların tərkibinin və ya natural formasının dəyişməsinə
səbəb olan bütün əməliyyatlar, o cümlədən
onların emalı haqqında sonuncu əməliyyat günü
üçün qeydlər daxil edilir.
306.4. Girov qoyan dövriyyədəki
malların girovu şərtlərini pozduqda girov saxlayan girov qoyulmuş
mallara öz nişanlarını vurmaq yolu ilə onlarla bağlı
əməliyyatları pozuntu aradan qaldırılanadək dayandıra
bilər.
§ 3. İpoteka
Maddə 307. İpoteka müqaviləsi
307.1. İpoteka müqaviləsində tərəflərin
adı və yaşayış yeri (olduqları yer), ipotekanın
predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi
üçün yetərli olan digər təsviri, əsas öhdəliyin
mahiyyəti, ölçüsü (məbləği), əmələ
gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin
əsaslandığı müqavilənin tərəfləri,
bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən
edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın
tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə
şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka
predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən
edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında
müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda,
habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən
satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından
əldə olunacaq gəlirlərin bölüşdürülməsi
qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt
ünvanı göstərilməlidir.[328]
307.2. İpotekanın
predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə
və eyniləşdirilməsi üçün yetərli olan
təsviri verilməklə müəyyənləşdirilir. [329]
307.3. İpoteka
müqaviləsində ipotekanın predmeti olan əşyanın
hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu
və ipoteka verənin bu hüququnu qeydə almış dövlət
orqanı göstərilməlidir.
307.4. İpoteka
müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik,
onun məbləği, əmələ gəlməsi əsasları
və icra müddəti göstərilməlidir. Bu öhdəliyin
hansısa müqaviləyə əsaslandığı hallarda
həmin müqavilənin tərəfləri, bağlandığı
tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə
təmin edilmiş öhdəliyin məbləği gələcəkdə
müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində
onun müəyyənləşdirilməsinin qaydası və digər
zəruri şərtləri göstərilməlidir. [330]
307.5. Əgər
ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə
icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq
ödənişlərin müddətləri və ya dövriliyi,
onların məbləğləri və ya bu məbləğləri
müəyyənləşdirməyə imkan verən şərtlər
göstərilməlidir.
307.6. İpoteka
müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən,
habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən
imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı
formada bağlanmalıdır.
307.7. İpoteka
müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Maddə 308. İpotekanın növləri
308.1. Ümumi ipoteka
elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır
və ümumi tələbin ödənilməsi üçün
əşyaların hər birindən istifadə edilir. Kreditorun
tələbi onun arzusu ilə istənilən əşya hesabına
ödənilə bilər.
308.2. Mülkiyyətçinin
ipotekası o deməkdir ki, təmin edilməsi üçün
ipotekanın mövcud olduğu tələb əmələ gəlmir,
ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə
keçdikdə ipoteka da ona keçir. Bu halda digər hüquqların
növbəliliyi dəyişmir.[331]
Maddə 309. İpotekanın dövlət
qeydiyyatı
309.1. Daşınmaz
əmlakın ipotekası haqqında müqavilə daşınmaz
əmlakın dövlət reyestrində, daşınar əmlakın
ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına
alınmalı olan daşınar əmlakın rəsmi reyestrində
qeydə alınmalıdır.
309.2. İpotekanın
dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada
aparılır.[332]
309.3. İpoteka
və tələb yeni kreditora köhnə kreditorda olduğu kimi
keçir. Daşınmaz əmlakın dövlət reyestrində
kreditorun maraqlarına cavab verən məlumatların qeydiyyatı
düzgün hesab edilir. Bu halda borclu tələbin mövcud olmamasına
istinad edə bilməz. Əgər yeni kreditor reyestrdəki yazıların
düzgün olmadığını bilirdisə, bu qayda tətbiq
edilmir.[333]
Maddə 310. Əşyanın ipoteka
ilə dəfələrlə yüklü edilməsi
Eyni bir əşya
ipoteka ilə bir neçə dəfə yüklü edilə
bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət
qeydiyyatı anı ilə müəyyənləşdirilir.[334]
Maddə 311. Mülkiyyətçinin
kreditoru təmin etmək hüququ
311.1. Əşyanın
mülkiyyətçisi tələbin icra müddəti çatdıqda
kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə
bilər.
311.2. Əgər
mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb
ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.
311.3. Kreditoru təmin
edərkən mülkiyyətçi daşınmaz əmlakın
dövlət reyestrinə və ya daşınar əmlakın
digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması
üçün zəruri olan sənədləri və ipotekaya
xitam verilməsini tələb edə bilər.
Maddə 312. İpoteka ilə yüklü
edilmiş əşyanı saxlamaq vəzifəsi
312.1. İpoteka
verən əşyanın real dəyərini qorumağa borcludur.
Əgər şəraitin pisləşməsi nəticəsində
ipoteka üçün təhlükə yaranırsa, ipoteka saxlayan
bu təhlükəni aradan qaldırmaq üçün ipoteka
verənə müvafiq müddət təyin edə bilər.
312.2. Əgər
əşya sığortalanmışsa, şərait pisləşdikdən
sonra sığorta təşkilatı sığortalıya sığorta
məbləğini yalnız zərərin baş verməsi faktının
ipoteka saxlayana bildirildiyi vaxt ödəyə bilər. Əgər
ipoteka saxlayan məbləğdən əşyanın bərpası
üçün istifadə olunmayacağından ehtiyat edirsə,
məbləğin ödənilməsinə mane ola bilər.
312.3. Əgər
ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi
aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini
tələb edə bilər. Bu tələb üzrə qərarı
məhkəmə qəbul edir.
312.4. İpoteka
verənin ipoteka saxlayan qarşısında öz üzərinə
əşyanı özgəninkiləşdirməmək, əşyadan
istifadə etməmək və ya onu digər şəkildə
yüklü etməmək öhdəliyini götürməsini
nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür
əqdlərin üçüncü şəxslər üçün
etibarlığı ipoteka saxlayanların razılığından
asılı ola bilməz. KMQ20
Maddə 313. İpotekanın və
onun əsasında duran tələbin üçüncü şəxsə
keçməsi
İpoteka və
onun əsasında duran tələb başqa şəxsə yalnız
eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka
saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi
yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka
qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş
sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın
dövlət reyestrində və ya daşınar əmlakın
rəsmi reyestrində qeydə alınsın.
Maddə 314. İpoteka və tələb
yeni ipoteka saxlayana keçərkən daşınmaz əmlakın
dövlət reyestrində və ya daşınar əmlakın
rəsmi reyestrində edilmiş qeydin düzgünlüyü prezumpsiyası
İpoteka və
tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün
olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət
reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində
qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri
əsas götürülməklə düzgün hesab edilir. Bu
halda ipoteka verən tələbin mövcud olmadığına
istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki
yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda
tətbiq edilmir.
Maddə 315. Üçüncü
şəxslərin hüquqları
315.1. İpotekanın
reallaşdırılması nəticəsində vəziyyəti
pisləşmiş hər hansı üçüncü şəxsin
tələbi icra etmək və bu yolla ipotekanı özünə
keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin
edilərkən o, müvafiq surətdə təsdiqlənmiş
sənədləri və özünün ipoteka saxlayan kimi qeydə
alınmasını tələb edə bilər.
315.2. Əgər
şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona
keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi
tələb edə bilər.
Maddə 316. İpoteka saxlayanın
tələbdən və ya ipotekadan imtinası
Əgər ipoteka
saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, ipotekaya xitam verilir. İmtina bu şərtlə hüquqi
qüvvəyə malik olur ki, ipotekaya xitam vermə daşınmaz əmlakın dövlət
reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində
qeydə alınsın.[335]
Maddə 317. İpoteka ilə yüklü
olan əşyanı satmaq tələbi
317.1. Borclu təminat
vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz
əşyanın satılmasını tələb edə bilər.[336]
317.2. Satış “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[337]
Maddə 318. İpoteka verilməsi
xərcləri
318.1. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi
xərclərini borclu çəkir.
318.2. Əgər
əşya ipoteka ilə yüklü edilmişsə və əgər
ipoteka verildikdən sonra mülkiyyətçi ipotekada dəyişikliklər
və ya əlavələr etmişsə və bu zaman onları
da tələbin təminatı kimi verməyə borclu deyilsə,
həmin dəyişiklikləri və əlavələri geri götürərək
əşyanın əvvəlki vəziyyətini bərpa edə
bilər. Daşınmaz əşyanın dəyərinin azalması
üçün məsuliyyət mülkiyyətçinin üzərinə
düşür.
Maddə 319. Borclunun öhdəlikləri
yerinə yetirməyi gecikdirməsinin nəticələri
319.1. Əgər
borclu icrasını təmin etmək üçün əşyanın
ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə,
ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq
hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin
olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya
yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka
mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi
barədə razılaşma etibarsızdır.[338]
319.2. İpoteka
ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka
saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın
açıq hərracdan fərqli olan başqa formaları barədə
razılığa gələ bilərlər. Razılıqda həmçinin
nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının
tam hesablanması şərtilə bazar qiymətinə satılsın
və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili
(yaşayış sahəsini) əldə edən şəxs qarşısında
gələcəkdə borcluya və onun ailə üzvlərinə
həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi
olmaq hüququ verən şərt qoyulsun.[339]
319.3. İpoteka
ilə yüklü edilmiş obyektin alıcısı satınalma
qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü
edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma
qiymətindən tutulur.
319.4. Açıq hərracdan satışa
çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilir.[340]
319.5.
Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması
əsasında məhkəməyə müraciət edilmədən
tutma yönəldilən ipoteka predmeti satılarkən satış
üsulu və satışı həyata keçirməli olan
şəxs, hərracların keçirilməsi qaydası, habelə
hərrac baş tutmadıqda sonrakı prosedurlar, tərəflərin
hüquq və vəzifələri, əmlakın satış
qiyməti tərəflərin ipoteka predmetinə tutmanın yönəldilməsi
hüququ yarandıqdan sonra müəyyən edilən razılaşması
ilə müəyyən olunur.[341]
319.6. İpoteka predmetinin satışından götürülən
məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi
üçün yetərli deyildirsə, o, çatışmayan
məbləği, əgər ipoteka müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından
almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan
üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən
məbləğ ipoteka saxlayanın tələblərindən
artıqdırsa, artıq məbləğ ipoteka verənə
qaytarılmalıdır.
Maddə 320. İpoteka saxlayanların
tələblərinin ödənilməsi növbəliyi
Əgər bir neçə
ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin
satışından götürülmüş xalis gəlirdən
ipoteka saxlayanların tələbləri onların hüquqlarının
qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər
növbəlik və ya ixtiyarlı şəxslərdən hər
birinə mənsub məbləğ mübahisəlidirsə, onların
növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası
məbləğ müəyyənləşdirilənə qədər
ödəniş həyata keçirilmir. Qalıq satılmış
əşyanın mülkiyyətçisinə ödənilir.
Maddə 321. İpoteka borcu
321.1. Torpaq sahəsi
elə yüklü edilə bilər ki, xeyrinə yüklülük
müəyyənləşdirilən şəxsə torpaq sahəsi
üzrə müəyyən pul məbləği (ipoteka borcu)
ödənilməli olar. Yüklülük elə şəkildə
də müəyyənləşdirilə bilər ki, pul məbləği
üzrə faizlər ödənilməli olar, habelə daşınmaz
əmlak üzrə digər əlavə öhdəliklər icra
edilməli olar. İpoteka borcuna müvafiq surətdə ipoteka
haqqında göstərişlər tətbiq edilir, bu şərtlə
ki, onlardan ipoteka borcunun arxasında tələblərin ehtimal olunduğu
irəli gəlməsin.
321.2. Tərəflərin
razılaşması ilə ipoteka ipoteka borcuna, o isə ipotekaya
keçirilə bilər.
Maddə 322. Renta borcu
İpoteka borcu elə
verilə bilər ki, müntəzəm təkrarlanan müddətlərdə
daşınmaz əmlak üzrə müəyyən pul məbləği
(renta borcu) ödənilməli olar. Renta borcu verilərkən onun
satın alınmasını mümkün edən məbləğ
də müəyyənləşdirilməlidir. Satınalma məbləği
daşınmaz əmlakın dövlət reyestrində göstərilməlidir.
Maddə 323. Əşya yüklülüyü
Daşınmaz əşya
elə yüklü edilə bilər ki, xeyrinə yüklülük
müəyyənləşdirilən şəxsə torpaq sahəsi
üzrə müəyyən vaxtaşırı öhdəliklər
icra edilməli olar.[342]
Maddə 323-1 . Mülkiyyətçinin
ipotekaya dair etirazları
Daşınmaz əmlakın
mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş
tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız
şəxsi borcluya məxsus olan qarşılıqlı tələb
irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin
əvəzləşdirilməsi və tələbdən şikayətin
verilməsi ilə bağlı qarşılıqlı tələblərdir.
Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın
şəxsi borclusu olduğu hala da aiddir.
Dördüncü bölmə
ƏQDLƏR
13-cü fəsil.
Əqdlər haqqında ümumi
müddəalar
Maddə 324. Əqd anlayışı
və onun növləri
324.1. Əqd mülki
hüquq münasibətinin əmələ gəlməsinə,
dəyişdirilməsinə və ya xitamına yönəldilmiş
birtərəfli, ikitərəfli və ya çoxtərəfli
iradə ifadəsidir.
324.2. Əqdlər
birtərəfli və müqavilə şəklində (ikitərəfli
və ya çoxtərəfli) ola bilər.
324.3. Bu Məcəlləyə
və ya tərəflərin razılaşmasına uyğun olaraq
bağlanması üçün bir tərəfin iradə ifadəsinin
zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
324.4. Müqavilənin
bağlanması üçün iki tərəfin razılaşdırılmış
iradə ifadəsi (ikitərəfli əqd) və ya üç
və ya daha çox tərəfin razılaşdırılmış
iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
324.5. İradə
ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə
hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə
əsasında müəyyənləşdirilməlidir.
324.6. Əgər
nə zahiri ifadəyə görə, nə də başqa hallara
görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə
bilmirsə, əqd mövcud deyildir.
Maddə 325. Birtərəfli iradə
ifadəsinin etibarlığı
325.1. Başqa tərəfin
qəbul etməsi tələb olunan iradə ifadəsi başqa
tərəfə çatdığı andan etibarlı olur.
325.2. Çıxarılmışdır.[343]
325.3. Əqdi bağlamış
şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini
itirməsi iradə ifadəsindən sonra baş verərsə,
iradə ifadəsinin etibarlığına təsir göstərməyə
bilər.
Maddə 326. Birtərəfli əqd
üzrə vəzifələr
Birtərəfli
əqd onu bağlamış şəxs üçün vəzifələr
yaradır. Əqd başqa şəxslər üçün yalnız
bu Məcəllədə və ya həmin şəxslərlə
razılaşmada müəyyənləşdirilmiş hallarda
vəzifələr yarada bilər.
Maddə 327. Birtərəfli əqdlərin
hüquqi tənzimlənməsi
Birtərəfli
əqdlərə öhdəliklər və ya müqavilələr
haqqında ümumi müddəalar müvafiq surətdə o halda
tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli
xarakterinə və mahiyyətinə zidd gəlməsin.
Maddə 328. Şərtlə bağlanmış
əqdlər
328.1. Əgər
tərəflər hüquq və vəzifələrin əmələ
gəlməsini baş verib-verməyəcəyi məlum olmayan
hallardan asılı etmişlərsə, əqd şərtlə
bağlanmış sayılır.
328.2. Bu Məcəllənin
müəyyənləşdirdiyi tələblərə zidd olan,
yaxud icrası mümkün olmayan şərt etibarsızdır.
Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır.
328.3. Tərəflərin
iradəsindən asılı olan şərt, yəni baş verməsi
və ya baş verməməsi yalnız tərəflərin əqddəki
arzusundan asılı olan şərt etibarsızdır. Belə
şərtlə bağlanmış əqd etibarsızdır.
328.4. Pozitiv şərt
o deməkdir ki, əqd hansısa hadisənin müəyyən
müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır.
Əgər həmin müddət bitmiş və hadisə baş
verməmişsə, şərt qüvvədən düşmüş
sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə,
şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin
baş verməsinin mümkünsüzlüyü aydın olduqda
şərt qüvvədən düşmüş sayıla bilər.
328.5. Neqativ şərt
o deməkdir ki, əqd hansısa hadisənin müəyyən
müddətdə baş verməyəcəyi şərti ilə
bağlanmışdır. Əgər həmin müddət bitənədək
hadisə baş verməzsə və ya həmin hadisənin baş
verməsinin mümkünsüzlüyü müddət bitənədək
aydın olarsa, şərt yerinə yetirilmiş sayılır.
Əgər müddət müəyyənləşdirilməyibsə,
şərt yalnız hadisənin baş verməyəcəyinin
aydın olduğu vaxt yerinə yetirilmiş sayılır.
328.6. Əqddə
nəzərdə tutulan hüquq və vəzifələrin əmələ
gəlməsi gələcəkdə gözlənilən və
ya naməlum hadisədən və ya artıq baş versə də,
hələlik tərəflərə bəlli olmayan hadisədən
asılı olduqda əqd təxirəsalıcı şərtlə
bağlanmış sayılır.
328.7. O əqd ləğvedici
şərtlə bağlanmış sayılır ki, həmin
şərtin baş verməsi əqdin xitamına səbəb
olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti
bərpa edir.
328.8. Müəyyən
şərtlə əqd bağlamış şəxsin ixtiyarı
yoxdur ki, şərt baş verənədək öhdəliklərinin
icrasına maneçilik törədə bilən hər hansı
hərəkəti yerinə yetirsin. Əgər şərt müəyyən
müddətdə baş verərsə və şəxs həmin
hərəkəti icra etmiş olarsa, bu hərəkət nəticəsində
əmələ gəlmiş ziyanın əvəzini digər
tərəfə ödəməlidir.
328.9. Şərtin
baş verməsi onun üçün sərfəli olmayan tərəf
şərtin baş verməsinə vicdansızcasına maneçilik
törədərsə, şərt baş vermiş sayılır.
328.10. Şərtin
baş verməsi onun üçün sərfəli olan tərəf
şərtin baş verməsinə vicdansızcasına kömək
göstərdikdə şərt baş verməmiş sayılır.
Maddə 329. Əqdlərin formaları
KMQ33
329.1. Əgər
qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla
və ya tərəflərin qarşılıqlı razılığı
ilə müəyyən edilmiş forma tələblərinə
riayət etməməklə bağlanılmış əqd etibarsızdır.[344] KMQ35
329.2. Əqdlər
şifahi və ya yazılı (sadə və ya notarial) formada
bağlanır.
329.3. Şifahi bağlana
bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin
əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
329.4. Susmaq bu Məcəllədə
və ya tərəflərin razılaşmasında nəzərdə
tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.
Maddə 330. Şifahi əqd – çıxarılmışdır.[345]
Maddə 331. Yazılı əqd
331.1. Yazılı
əqd onun məzmununu ifadə edən və əqdi bağlayan
şəxs və ya şəxslər və ya onların lazımınca
vəkil etdikləri şəxslər tərəfindən imzalanmış
sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz
formada maddi daşıyıcıda əks etdirməyə imkan
verən elektron və ya digər texniki vasitələrin köməyi
ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş
hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi
dürüst müəyyən etməyə imkan verən hər
hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə
yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya
tərəflərin razılaşması ilə şəxsi dəqiq
müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar)
müəyyənləşdirilə bilər.[346]
331.2. Qanunda, digər hüquqi aktlarda və ya
tərəflərin razılaşmasında əqdin formasının uyğun
gəlməli olduğu əlavə tələblər (müəyyən
formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə
və i.a.) müəyyənləşdirilə bilər və
bu tələblərə riayət edilməməsinin nəticələri
nəzərdə tutula bilər.[347]
331.3. Əqdlərin
bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma
vasitələrinin köməyi ilə imzanın faksimilesindən,
elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan
istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında
nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan
istifadə etmə qaydaları qanunvericiliklə müəyyən
edilir.[348]
331.4. Əgər
fiziki şəxs fiziki çatışmazlıq, xəstəliyinə və ya savadsızlığına
görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi
ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki
şəxsin imzası əqdi bağlayanın özünün
imza edə bilməməsinin səbəbləri göstərilməklə,
notarius tərəfindən və ya bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxs
tərəfindən təsdiqlənməlidir.[349]
331.5. Əqdlərin
elektron ticarət
zamanı bağlanılması və elektron imza ilə təsdiq
edilməsi ilə bağlı
məsələlər elektron ticarət haqqında və elektron
sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tənzimlənir.[350]
Maddə 332. Sadə yazılı
formada bağlanan əqdlər – çıxarılmışdır. [351]
Maddə 333. Əqdin sadə yazılı
formasına riayət edilməməsinin nəticələri – çıxarılmışdır.[352]
Maddə 334. Əqdin notariat qaydasında
təsdiqlənməsi
334.1. Əqdin notariat
qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci
maddəsinin tələblərinə uyğun gələn sənəddə
notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə
hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici
qeyd etməsi yolu ilə həyata keçirilir.
334.2. Əqdin notarial
təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. [353]
334.3. Çıxarılmışdır.
Maddə 335. Əqdin notarial formasına riayət
edilməməsinin nəticələri – çıxarılmışdır.[354]
Maddə 336. Əqdlərdən əmələ
gələn hüquqların qeydə alınması tələbinə
riayət edilməməsinin nəticələri[355]
336.1. Əgər
tərəflərdən biri əqddən əmələ gələn
hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa,
onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin
qərarı əsasında həyata keçirilir.
336.2. Zərərin
əvəzinin ödənilməsi ilə bağlı digər
hüquqlar toxunulmaz qalır.
14-cü fəsil.
Əqdlərin etibarsızlığı
Maddə 337. Əqdlərin etibarsızlığı
anlayışı və onun nəticələri. Mübahisə
edilən və əhəmiyyətsiz əqdlər KMQ14
337.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş şərtləri pozmaqla
bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər
mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz
əqdlər ola bilər.[356] KMQ35
337.2. Əqd barəsində
mübahisə edildikdə əqd bağlandığı andan
etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin
digər tərəfinə iradə ifadəsinin bildirilməsi
yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə
həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə
qarşı mübahisə edilir.[357]
337.3. Əhəmiyyətsiz
əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından
asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.[358]
337.4. etibarsız
əqd onun etibarsızlığı ilə bağlı nəticələr
istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
Bu cür əqd bağlandığı andan etibarsızdır.
337.5. Əqd etibarsız
olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının
ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən
hər biri əqd üzrə aldıqlarının hamısını
digər tərəfə qaytarmağa, alınanları eyni ilə
qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar
əmlakdan istifadədə, görülmüş işdə
və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun
dəyərini pulla ödəməlidir.
Maddə 338. Bu Məcəllə ilə müəyyənləşdirmiş
qaydaları və qadağanları pozan əqdin etibarsızlığı
– çıxarılmışdır.[359]
Maddə 339. Hakimiyyətdən sui-istifadə
nəticəsində, aldatma, zorakılıq, hədə təsiri
altında, bir tərəfin nümayəndəsinin digər tərəflə
pis niyyətlə razılığa gəlməsi və ya şəxsin
ağır vəziyyətə düşməsi nəticəsində
bağlanmış əqdin etibarsızlığı
339.1. Hakimiyyətdən
sui-istifadə, bir tərəfin nümayəndəsinin digər
tərəflə pis niyyətlə razılığa gəlməsi
nəticəsində bağlanmış, yaxud bu
Məcəllənin 49.4-cü maddəsində müəyyən
edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır
vəziyyətə düşməsi və digər tərəfin
bundan istifadə etməsi nəticəsində həmin şəxsin
özü üçün son dərəcə əlverişsiz
şərtlərlə bağlamağa məcbur olduğu əqd
(ağır şərtli əqd) zərərçəkən
tərəfindən mübahisələndirilə bilər.[360]
339.2. Şəxs
əqd bağlanması məqsədilə aldadıldıqda həmin
əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə
əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar
olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən
biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı
hallar barəsində susmuşsa, aldadılmış tərəf
əqdi mübahisələndirə bilər. Barəsində susulan
hallar barəsində məlumat vermək vəzifəsi yalnız
o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.[361]
339.3. Aldatma yolu
ilə bağlanmış əqdin mübahisələndirilməsi
üçün tərəfin yanlış məlumat verərkən
fayda götürmək məqsədini, yaxud digər tərəfə
zərər vurmaq məqsədini güdmüş olduğunun
əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən
aldadılma halında, əgər bu əqddən fayda götürən
şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar
olmalı idisə, əqd mübahisələndirilə bilər.
Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət
etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına
istinad edərək əqdi mübahisələndirsin və ya zərərin
əvəzinin ödənilməsini tələb etsin.[362]
339.4. Əqdi bağlayan
şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq
və ya hədələmə) ona hüquq verir ki, zorakılığın
üçüncü şəxs tərəfindən törədildiyi
halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə
təsir göstərə bilən və ona şəxsən özünü
və ya əmlakını real təhlükə gözlədiyini
təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına
səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən
şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə
alınır. Məcburetmə tərəflərdən birinin arvadına
(ərinə), digər ailə üzvlərinə və ya yaxın
qohumlarına qarşı yönəldildikdə də əqdin
mübahisələndirilməsinə əsas verir. Məcburetmənin
məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi
hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə
də qanuna zidd vasitələr tətbiq edilməklə həyata
keçirilməyən hərəkətlər məcburetmə
sayılmır.[363]
339.5. Əgər
339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən
əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa,
bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq
edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə
nəticəsində zərərçəkənə vurduğu
real zərərin əvəzini ödəyir.[364]
339.6. Bu Məcəllənin 339.1-339.4-cü
maddələrində göstərilən əsaslar üzrə
əqd zərərçəkənin iddiası ilə məhkəmə
tərəfindən etibarsız sayıla bilər.[365] KMQ14
Maddə 340. Uydurma və yalan əqdlərin
etibarsızlığı
340.1. Uydurma əqd
ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan
yalnız görünüş üçün bağlanmış
əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
340.2. Yalan əqd
başqa əqdi pərdələmək məqsədi ilə bağlanan
əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə
onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin
həmin əqdi bağlayarkən əslində nəzərdə
tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.[366] KMQ18 KMQ33
Maddə 341. Qeyri-ciddi əqdin etibarsızlığı
341.1. Qeyri-ciddiliyin
seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə
ifadəsi etibarsızdır.
341.2. Qeyri-ciddi əqd
nəticəsində digər tərəfə zərər dəydikdə,
əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar
olmamışdırsa və xəbərdar ola bilməzdisə,
zərərin əvəzi ödənilməlidir.
Maddə 342. Fəaliyyət qabiliyyəti
olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı
342.1. Psixi pozuntu
nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış
fiziki şəxsin bağladığı əqd etibarsızdır.
Belə əqdin tərəflərindən hər biri aldıqlarının
hamısını digər tərəfə eyni ilə qaytarmalı,
alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə
onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər
fəaliyyət qabiliyyətli tərəf digər tərəfin
fəaliyyət qabiliyyəti olmadığını bilirdisə
və ya bilməli idisə, ona dəymiş real zərərin
əvəzini də ödəməlidir.
342.2. Psixi pozuntu
nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış
fiziki şəxsin bağladığı əqd onun xeyrinə
olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla
bilər.[367]
Maddə 343. Fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış fiziki şəxsin bağladığı
əqdin etibarsızlığı
343.1. Spirtli içkilərdən,
narkotik vasitələrdən və ya psixotrop maddələrdən
sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində
fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
məhdudlaşdırılmış fiziki şəxsin öz
himayəçisindən razılıq almadan əmlaka dair sərəncam
verilməsi barədə bağladığı əqd himayəçinin
iddiası ilə məhkəmə tərəfindən etibarsız
sayıla bilər.[368]
343.2. Bu maddənin
qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış
fiziki şəxsin müstəqil bağlamağa hüququ çatan
xırda məişət əqdlərinə şamil edilmir.
Maddə 344. On dörd yaşı tamam olmamış
yetkinlik yaşına çatmayanın bağladığı
əqdin etibarsızlığı
344.1. Bu Məcəllənin
29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın
(azyaşlının) bağladığı əqd etibarsızdır.[369]
344.2. Çıxarılmışdır. [370]
344.3. Çıxarılmışdır. [371]
Maddə 345. On dörd yaşından on səkkiz
yaşınadək olan yetkinlik yaşına çatmayanın
bağladığı əqdin etibarsızlığı
345.1. On dörd
yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına
çatmayanın bu Məcəllənin tələblərinə
görə valideynlərindən, övladlığa götürənlərdən
və ya himayəçidən razılıq almasının tələb
edildiyi hallarda onlardan razılıq almadan bağladığı
əqd etibarsızdır.[372]
345.2. Bu maddənin
qaydaları bu Məcəllənin qaydalarına müvafiq surətdə
tam fəaliyyət qabiliyyətli olmuş yetkinlik yaşına
çatmayanların əqdlərinə şamil edilmir.
Maddə 346. Öz hərəkətlərinin
mənasını başa düşməyən və ya onlara
rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı
əqdin etibarsızlığı
346.1. Fəaliyyət
qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz
hərəkətlərinin mənasını başa düşmədiyi
və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə
fiziki şəxsin bağladığı əqd onun özünün
və ya əqd bağlanması nəticəsində hüquqları
və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin
iddiası ilə məhkəmə tərəfindən etibarsız
sayıla bilər. KMQ14
346.2. Sonradan fəaliyyət
qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı
əqd, əgər əqdin bağlandığı zaman fiziki
şəxsin öz hərəkətlərinin mənasını
başa düşmədiyi və ya onlara rəhbərlik edə
bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası
ilə məhkəmə tərəfindən etibarsız sayıla
bilər.
346.3. Şüurun
itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş
iradə ifadəsi etibarsız sayıla bilər.
346.4. Ruhi xəstə
şəxsin iradə ifadəsi real şəraitin düzgün
qavranışına uyğun gəlmədikdə və şəxs
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.
Maddə 347. Vacib əhəmiyyətli yanılmanın
təsiri altında bağlanmış əqdin etibarsızlığı
347.1. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqd
belə yanılmanın təsiri altında hərəkət etmiş
şəxs tərəfindən mübahisələndirilə bilər.[373]
347.2. Vacib əhəmiyyətli
yanılma aşağıdakı hallardır:
347.2.1. şəxs
razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;
347.2.2. şəxs
bağlamağı arzuladığı əqdin məzmunu barəsində
səhv etmişdir;
347.2.3. tərəflərin
vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası
kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
347.3. Əqdin motivləri
barəsində yanılma, onun razılaşma predmeti olduğu
hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
347.4. Kontragentin
şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib
sayılır ki, əqdin bağlanması üçün kontragentin
şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin
nəzərə alınması başlıca əsas olmuşdur.
347.5. Predmetin əsas
xüsusiyyətləri barəsində yanılma yalnız o zaman
vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi
üçün əhəmiyyət kəsb edir.
347.6. Yazılı
əqdlər bağlanarkən buraxılmış xırda səhvlər
düzəlişə hüquq verir, lakin mübahisə etməyə
hüquq vermir.
347.7. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqdi
mübahisələndirmiş tərəf yanılmanın digər
tərəfin təqsiri üzündən əmələ gəldiyini
sübuta yetirərsə, özünə dəymiş real zərərin
əvəzini ödəməyi digər tərəfdən tələb
edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqdi
mübahisələndirmiş tərəf digər tərəfin
tələbi ilə ona dəymiş real zərərin əvəzini
ödəməyə, hətta yanılmanın yanılan tərəfdən
asılı olmayan səbəblərdən əmələ gəldiyi
hallarda da borcludur.[374]
Maddə 348. Məcburi formanı pozmaqla bağlanmış
əqdin etibarsızlığı – çıxarılmışdır.[375]
Maddə 349. Hüquqi şəxsin hüquq
qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı
Hüquqi şəxsin
öz nizamnaməsində müəyyənləşdirilmiş
fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı
əqd, əgər əqddə iştirak edən digər tərəfin
onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta
yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi
tərəfindən mübahisələndirilə bilər.[376]
Maddə 350. Əqd bağlamaq səlahiyyətlərinin
məhdudlaşdırılmasının nəticələri
Əgər şəxsin
əqd bağlamaq səlahiyyətləri müqavilə ilə
və ya hüquqi şəxsin orqanının səlahiyyətləri
onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə
müəyyənləşdirilənə və ya əqdin bağlandığı
şəraitə görə aşkar sayıla bilənə nisbətən
məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin
şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara
çıxarsa, əqd yalnız onda iştirak edən digər
tərəfin göstərilən məhdudiyyətləri bildiyinin
və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri
üçün məhdudiyyətlər qoyulmuş şəxs
tərəfindən mübahisələndirilə bilər.[377]
Maddə 351. Əqdlərin etibarsızlığı
zamanı təsdiqetmənin əhəmiyyəti
351.1. Əhəmiyyətsiz
əqd onun bağlandığı andan etibarsızdır.
351.2. Əgər
əhəmiyyətsiz əqdi bağlamış şəxs onu
təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən
bağlanması kimi qiymətləndirilir.
351.3. Əgər
əqdi onun barəsində mübahisə etmək hüququna malik
şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək
hüququnu itirir.
351.4. Əgər
əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf
təsdiq edirsə, şübhələrin olduğu halda onlar,
əgər əqd lap əvvəldən etibarlı olsaydı,
onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
351.5. Təsdiqetmə
yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd
əxlaq tələblərinə zidd olmasın və üçüncü
şəxslərin mənafelərini pozmasın.
Maddə 352. Əqdin bir hissəsinin
etibarsızlığının nəticələri
Əqdin bir hissəsinin
etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına
o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil
edilmədən də bağlana bilərdi.
Maddə 353. Əqdin konversiyası
Tərəflər
əqdin etibarsızlığını bildikdən sonra etibarlı
olmasını arzuladıqda, əgər etibarsız əqd başqa
əqd üçün nəzərdə tutulan tələblərə
uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
Maddə 354. Etibarsız əqdlər
üzrə müddətlər[378] KMQ14
354.1. Əhəmiyyətsiz
əqdin etibarsızlığı nəticələrinin tətbiqi
haqqında iddia onun icrasına başlanıldığı gündən
bir il ərzində irəli sürülə bilər.[379]
354.2. Bu Məcəllənin
347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla,
maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş
zorakılığa və ya hədəyə son qoyulduğu gündən
və ya əqdin etibarsız sayılmasına əsas verən
halları bildiyi və ya bilməli olduğu gündən bir il
ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqd
mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində
mübahisə edilə bilər.[380]
15-ci fəsil.
Əqdlərdə razılıq
Maddə 355. Əqdlərdə razılıq
anlayışı
355.1. Əgər
əqdin etibarlığı üçüncü şəxsin
razılığından asılıdırsa, onda həm razılıq,
həm də razılıqdan imtina istər bir tərəfin, istərsə
də digər tərəfin qarşısında ifadə edilə
bilər.
355.2. Razılıq
üçün müəyyənləşdirilmiş əqd
formasına riayət edilməsi tələb olunmur.
Maddə 356. İcazə (qabaqcadan
verilmiş razılıq)
Əqdin bağlanmasına
verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər
ayrı qayda haqqında razılığa gəlməyiblərsə,
əqd bağlananadək ləğv edilə bilər. İcazənin
(qabaqcadan verilmiş razılığın) ləğv edilməsi
barədə hər iki tərəfə məlumat verilməlidir.
Maddə 357. Bəyənmə (sonradan
verilən razılıq)
Əqd bağlanmasının
bəyənilməsi (sonradan verilən razılıq), əgər
bu Məcəllə ilə və ya tərəflərin razılaşması
ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə
malikdir.
Maddə 358. Səlahiyyətsiz şəxsin
əşyaya və ya hüquqa dair sərəncam verməsi
358.1. Səlahiyyətsiz
şəxsin əşyaya və ya hüquqa dair sərəncam
verməsi, əgər səlahiyyətli şəxsin icazəsi
(qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə,
etibarlıdır.
358.2. Əşyaya
və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli
şəxs bunu bəyənirsə, etibarlı olur.
16-cı fəsil.
Əqdlərdə təmsilçilik
Maddə 359. Əqdlərdə təmsilçilik
anlayışı
359.1. Əqd təmsilçi
vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)
etibarnaməyə, qanunun göstərişinə və ya buna
vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının
aktına əsaslanan səlahiyyətə görə başqa
şəxs (təmsil edilən) adından bağladığı
əqd təmsil edilənin mülki hüquq və vəzifələrini
bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət
həmçinin təmsilçinin fəaliyyət göstərdiyi
şəraitdən də (pərakəndə ticarətdə satıcı,
kassir və i.a.) bəlli ola bilər.
359.2. Özgə
mənafeyi üçün olsa da, öz adından fəaliyyət
göstərən şəxslər (kommersiya vasitəçiləri,
müflisləşmə zamanı müsabiqə idarəçiləri,
vərəsəlik zamanı vəsiyyət icraçıları
və i.a.), habelə gələcəkdə mümkün ola biləcək
əqdlər barəsində danışıqlara başlamağa
vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.
359.3. Təmsilçi
təmsil edilən adından şəxsən özü barəsində
əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi
halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi
olduğu şəxs barəsində bu cür əqdlər bağlaya
bilməz.[381]
359.4. Xarakterinə
görə yalnız şəxsən bağlana bilən əqdlərin,
eləcə də bu Məcəllədə göstərilən
digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına
yol verilmir.
Maddə 360. Səlahiyyət verilməyən
şəxsin əqd bağlaması
360.1. Əgər
başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan
şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil
edilənin) adından hərəkət etmək səlahiyyəti
olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər
tərəfinin təmsilçidən həmin əqdin icrasını
və ya əqdin bağlanması nəticəsində ona dəymiş
zərərin əvəzinin ödənilməsini tələb
etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs
(təmsil edilən) əqdi sonradan bəyənməsin.[382]
360.2. Təmsil edilən
tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün
əqdin bağlandığı andan əqd üzrə mülki
hüquq və vəzifələr yaradır, dəyişdirir və
onlara xitam verir.
Maddə 361. Kommersiya təmsilçiliyi
361.1. Sahibkarlıq
fəaliyyəti sahəsində müqavilələr bağlanarkən
sahibkarları daimi və müstəqil surətdə təmsil
edən şəxs kommersiya təmsilçisi sayılır.
361.2. Əqddə
müxtəlif tərəflərin eyni vaxtda kommersiya təmsilçiliyinə
həmin tərəflərin razılığı ilə və
bu Məcəllədə nəzərdə tutulan digər hallarda
yol verilir. Kommersiya təmsilçisi şərtləşdirilmiş
muzdu və tapşırığın icrası zamanı çəkdiyi
xərclərin əvəzini müqavilə tərəflərinin
bərabər paylarla ödəməsini tələb edə bilər,
bu şərtlə ki, onlar arasında razılaşmada ayrı
qayda nəzərdə tutulmasın.
361.3. Kommersiya təmsilçiliyi
yazılı formada bağlanmış və təmsilçinin
səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında,
belə göstərişlər olmadıqda isə həmçinin
etibarnamə əsasında həyata keçirilir. Kommersiya təmsilçisi
ticarət əqdləri barəsində ona bəlli olmuş məlumatların
sirrini ona verilmiş tapşırığı icra etdikdən
sonra da saxlamağa borcludur.
Maddə 362. Etibarnamə
362.1. Bir şəxsin
üçüncü şəxslər qarşısında təmsilçilik
üçün başqa şəxsə verdiyi vəkalət
etibarnamə sayılır. Təmsil edilən təmsilçinin
əqd bağlaması üçün yazılı vəkaləti
bilavasitə müvafiq üçüncü şəxsə təqdim
edə bilər.[383]
362.2. Notarial forma
tələb edən əqdlərin bağlanması üçün
etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
362.3. Aşağıdakılar
notariat qaydasında təsdiqlənən etibarnamələrə
bərabər tutulur:
362.3.1. hospitallarda,
sanatoriyalarda və digər hərbi- müalicə müəssisələrində
müalicədə olan hərbi qulluqçuların və başqa
şəxslərin həmin müəssisənin rəisi, onun
tibbi hissə üzrə müavini, böyük və ya növbətçi
həkim tərəfindən təsdiqlənmiş etibarnamələri;
362.3.2. hərbi
qulluqçuların etibarnamələri, hərbi hissələrin,
birləşmələrin, idarələrin və hərbi təlim
məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları
aparan digər orqanların olmadığı məntəqələrdə
isə həmçinin fəhlə və qulluqçuların,
onların ailə üzvlərinin və hərbi qulluqçuların
ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin
və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş
etibarnamələri;[384]
362.3.3. azadlıqdan
məhrumetmə yerlərində olan şəxslərin müvafiq
azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən
təsdiqlənmiş etibarnamələri.
362.3.4. sosial xidmət müəssisələrində
olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti
və ya müvafiq əhalinin sosial müdafiəsi orqanının
rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş
etibarnamələri.[385]
362.4. Əmək
haqqının və əmək münasibətləri ilə
bağlı digər haqların, müəlliflərin və ixtiraçıların
haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin,
fiziki şəxslərin banklardakı əmanətlərinin və
poçt göndərmələrinin, o cümlədən pul və
bağlamaların alınması üçün etibarnamə
etibar edənin işlədiyi və ya təhsil aldığı
təşkilat, onun yaşayış yeri üzrə müvafiq
icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar
müalicə müəssisəsinin müdiriyyəti, sosial xidmət müəssisələrinə
yerləşdirilən şəxslərə münasibətdə
isə həmin müəssisələrin müdiriyyəti tərəfindən də təsdiqlənə
bilər.[386]
362.5. hüquqi şəxs
adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi
ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə,
həmin təşkilatın möhürü vurulmaqla verilir.
362.6. Teleqrafla, habelə
sənədin rabitə işçisi tərəfindən yola
salındığı digər rabitə növləri ilə
göndərilən etibarnamə rabitə orqanları tərəfindən
təsdiqlənir.
362.7. Üçüncü
şəxslər onların barəsində hərəkətlərin
edilməsi üçün verilmiş, etibar edənin rəsmi
rabitə orqanlarının vasitəçiliyi olmadan faksimile və
digər rabitə vasitəsilə müvəkkilə göndərdiyi
etibarnaməni həqiqi saya bilərlər.
Maddə 363. Etibarnamənin müddəti
363.1. Bu Məcəllənin
363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, etibarnamə istənilən müddətə verilə
bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə,
o bağlandığı gündən bir il ərzində qüvvəsini
saxlayır. Bağlandığı tarix göstərilməyən
etibarnamə əhəmiyyətsizdir.[387]
363.2. Xaricdə
hərəkətlərin yerinə yetirilməsi üçün
nəzərdə tutulan və qüvvədə olma müddəti
göstərilməyən etibarnamə notarius tərəfindən
təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən
ləğv edilənədək qüvvəsini saxlayır.
363.3. Nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə
tutan etibarnamə bir ildən artıq müddətə verilə
bilməz.[388]
Maddə 364. Etibar edilmişi etibaretmə
364.1. Etibarnamə
verilmiş şəxs vəkil edildiyi hərəkətləri
şəxsən özü etməlidir. O, etibarnamə ilə
buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin
qorunması üçün şəraitin buna məcbur etdiyi
halda həmin hərəkətlərin icrasını başqa
şəxsə etibar edə bilər.
364.2. Səlahiyyətləri
başqa şəxsə verən bunu etibarnaməni verənə
bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində
ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi
səlahiyyəti verənin üzərinə səlahiyyətləri
verdiyi şəxsin hərəkətləri üçün öz
hərəkətləri üçün olduğu kimi məsuliyyət
qoyur.
364.3. Çıxarılmışdır. [389]
364.4. Etibar edilmişi
başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin
qüvvədə olma müddəti onun verilməsi üçün
əsas götürülmüş etibarnamənin qüvvədə
olma müddətindən artıq ola bilməz.
Maddə 365. Etibarnaməyə xitam
verilməsi
365.1. Etibarnamənin
qüvvəsinə aşağıdakılar nəticəsində
xitam verilir:
365.1.1. etibarnamənin
müddətinin bitməsi;
365.1.2. etibarnamədə
nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
365.1.3. etibarnaməni
vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
365.1.4. etibarnamə
verilmiş şəxsin imtinası;
365.1.5. adından
etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
365.1.6. adına
etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
365.1.7. etibarnaməni
vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti
olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz
itkin düşmüş sayılması;
365.1.8. etibarnamə
verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti
olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz
itkin düşmüş sayılması.
365.2. Etibarnamə
vermiş şəxs istənilən vaxt etibarnaməni və ya
başqasına etibaretməni ləğv edə bilər, etibarnamə
verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə
bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
Maddə 366. Etibarnaməyə xitam
verilməsinin nəticələri
366.1. Etibarnamə
vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə
etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında
təmsil edilmək üçün verdiyi ona məlum üçüncü
şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin
365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan
əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni
vermiş şəxsin hüquq varisləri üzərinə də
eynilə bu cür vəzifə qoyulur.
366.2. Etibarnamə
verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi
və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər
nəticəsində əmələ gələn hüquq və
vəzifələr etibarnaməni vermiş şəxs və onun
hüquq varisləri üçün üçüncü şəxslər
barəsində qüvvəsini saxlayır. Əgər üçüncü
şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə
və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
366.3. Etibarnaməyə
xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri
dərhal etibarnaməni qaytarmağa borcludurlar.
366.4. Etibarnaməyə
xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən
düşür.
Beşinci bölmə.
MÜDDƏTLƏR
17-ci fəsil.
Müddətlərin hesablanması
Maddə 367. Müddət anlayışı
367.1. Müddət
mülki hüquq və vəzifələrin əmələ gəlməsinin,
dəyişdirilməsinin və xitamının bağlı olduğu
vaxtdır.
367.2. Əqdlə
müəyyənləşdirilən və ya məhkəmə
tərəfindən təyin edilən müddət təqvim tarixi
ilə və ya illər, aylar, həftələr, günlər
və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
367.3. Müddət
həmçinin hökmən baş verməli olan hadisənin
göstərilməsi ilə müəyyənləşdirilə
bilər.
Maddə 368. Müddətin başlandığını
bildirən vaxt
Vaxt dövrü
ilə müəyyənləşdirilmiş müddətin axımı
təqvim tarixindən və ya müddətin başlanması üçün
müəyyənləşdirilmiş hadisənin baş verməsindən
sonrakı gün başlanır.
Maddə 369. Müddətin qurtardığını
bildirən vaxt
369.1. İllərlə
hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında
və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş
müddətə aylarla hesablanan müddətlər üçün
qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər
sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa
başlanır.
369.2. Rüblərlə
hesablanan müddətə aylarla hesablanan müddətlər üçün
qaydalar tətbiq edilir. Həm də rüb üç aya bərabər
sayılır, rüblər isə ilin əvvəlindən hesablanmağa
başlanır.
369.3. Aylarla hesablanan
müddət müddətin sonuncu ayının müvafiq günündə
qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq
günü olmayan aya düşdükdə müddət həmin
ayın sonuncu günü qurtarır.
369.4. Yarım ayla
müəyyənləşdirilmiş müddət günlərlə
hesablanan müddət kimi qiymətləndirilir və on beş
günə bərabər sayılır.
369.5. Həftə
ilə hesablanan müddət yeddi günə bərabərdir və
müddətin sonuncu həftəsinin müvafiq günündə
qurtarır.
369.6. Günlərlə
hesablanan müddət müddətin sonuncu gününün başa
çatması ilə bir vaxtda qurtarır.
369.7. Əgər
müddət bir və ya bir neçə tam aydan və ayın
yarısından ibarətdirsə, on beş gün axırda hesablanmalıdır.
369.8. Müddət
uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan
hesablanır.
369.9. Əgər
vaxt aylarla və ya illərlə, özü də elə tərzdə
müəyyənləşdirilsə ki, onların birgə qurtarmasına
zərurət yoxdur, onda ay otuz günlə, il isə üç
yüz altmış beş günlə hesablanır.
369.10. Ayın birinci
günü ayın başlanğıcı, on beşinci günü
ayın ortası, sonuncu günü isə ayın axırı
sayılır.
Maddə 370. Qeyri-iş günlərində
müddətlərin hesablanması[390]
370.1. Əgər
hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə
və həmin gün qeyri-iş günüdürsə, hərəkət
növbəti iş günündə yerinə yetirilməlidir.
370.2. Əgər
müddətin sonuncu günü qeyri-iş gününə düşürsə,
ondan sonrakı iş günü müddətin qurtardığı
gün sayılır.
Maddə 371. Müddətin sonuncu
günündə hərəkətlərin yerinə yetirilməsi
qaydası
371.1. Əgər
müddət hər hansı hərəkətin yerinə yetirilməsi
üçün təyin edilmişdirsə, həmin hərəkət
müddətin sonuncu günündə saat iyirmi dördədək
yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət
təşkilatda yerinə yetirilməlidirsə, onda müddət
müəyyənləşdirilmiş qaydalara görə həmin
təşkilatda müvafiq əməliyyatların dayandırıldığı
saatda qurtarır.
371.2. Müddətin
sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına
təhvil verilmiş yazılı ərizələr və bildirişlər
vaxtında verilmiş sayılır.
18-ci fəsil.
İddia müddəti
Maddə 372. İddia müddəti
anlayışı
372.1. Başqa şəxsdən
hər hansı hərəkəti yerinə yetirməyi və ya
yerinə yetirməkdən çəkinməyi tələb etmək
hüququna müddət şamil edilir. KMQ23
372.2. hüququ pozulmuş
şəxsin iddiası ilə hüququn müdafiəsi üçün
müddət iddia müddəti sayılır.
Maddə 373. İddia müddətləriKM2
373.1. Ümumi iddia
müddəti on il təşkil edir. KMQ23
373.2. Müqavilə
tələbləri üzrə iddia müddəti üç il,
daşınmaz əşyalarla bağlı müqavilə tələbləri
üzrə iddia müddəti isə altı ildir.
373.3. Vaxtaşırı
icra edilməli öhdəliklərdən irəli gələn
tələblər üzrə iddia müddəti üç ildir.
373.4. Tələblərin
ayrı-ayrı növləri üçün bu Məcəllə
ilə ümumi müddətə nisbətən qısaldılmış
və ya uzadılmış xüsusi iddia müddətləri
təyin edilə bilər.
373.5. Bu Məcəllənin
bu fəslində müəyyənləşdirilmiş qaydalar,
əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə,
xüsusi iddia müddətlərinə də şamil edilir.
Maddə 374. İddia müddətlərinin
müəyyənləşdirilməsi[391]
374.1. Əgər
müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,
iddia müddətləri və onların hesablanması qaydası
bu Məcəllə ilə müəyyənləşdirilir.[392]
374.2. İddia müddətləri
axımının dayandırılması və kəsilməsi
əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.
Maddə 375. İddia müddətinin
tətbiqi
375.1. hüququn
müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən
asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa
qəbul edilir.
375.2. Məhkəmə
tərəfindən iddia müddəti yalnız mübahisə
tərəfinin məhkəmə qərarı çıxarılanadək
verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə
tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi
iddia müddətinin keçməsi məhkəmənin iddiadan
imtina barəsində qərar çıxarması üçün
əsasdır.KMQ17
Maddə 376. İddia müddətinin
əlavə tələblərə tətbiqi
Əsas tələb
üzrə iddia müddəti keçdikdə əlavə tələblər
(girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia
müddəti keçir.
Maddə 377. İddia müddətinin
başlanması KMQ32
377.1. İddia müddətinin
axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi
və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan
istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
377.2. İcra müddəti
müəyyənləşdirilmiş öhdəliklər üzrə
iddia müddətinin axımı icra müddəti bitdikdə
başlanır.
377.3. İcra müddəti
müəyyənləşdirilməmiş və ya tələbetmə
məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər
üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi
icra etmək tələbini irəli sürmək hüququnun əmələ
gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası
üçün güzəştli müddət verildikdə isə
iddia müddəti göstərilən müddət bitdikdən
sonra hesablanmağa başlanır.
377.4. Reqres öhdəliklər
üzrə iddia müddətinin axımı əsas öhdəliyin
icrası anından başlanır.
Maddə 378. Öhdəlikdə
şəxslər dəyişilərkən iddia müddəti
Öhdəlikdə
şəxslərin dəyişilməsi iddia müddətinin və
onun hesablanması qaydasının dəyişilməsinə səbəb
olmur.
Maddə 379. İddia müddəti
axımının dayandırılması
379.1. İddia müddətinin
axımı aşağıdakı hallarda dayandırılır:
379.1.1. iddianın
irəli sürülməsinə fövqəladə və həmin
şəraitdə qarşısı alına bilməyən hal
(qarşısıalınmaz qüvvə) mane olduqda;
379.1.2. iddiaçı
və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı
qüvvələrin tərkibində olduqda;
379.1.3. müvafiq
icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün
möhlət (moratorium) müəyyənləşdirdikdə;
379.1.4. fəaliyyət
qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;
379.1.5. müvafiq
münasibəti tənzimləyən qanunun və ya digər normativ
hüquqi aktın qüvvəsi dayandırıldıqda;
379.1.6. tərəflər arasında yaranmış
mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə;[393]
379.1.7.
ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından
yaranan pretenziya verildikdə.[394]
379.2. Fiziki şəxslərin
həyatına və ya sağlamlığına dəymiş
zərərin əvəzinin ödənilməsi haqqında iddialar
üzrə iddia müddətinin axımı həmçinin fiziki
şəxsin müvafiq orqana pensiya və müavinət təyin
edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq
pensiya və ya müavinət təyin edilənədək və
ya təyin etməkdən imtina olunanadək dayandırılır.
379.3. İddia müddətinin
axımı bir şərtlə dayandırılır ki, bu maddədə
göstərilmiş hallar iddia müddətinin son altı ayında,
həmin müddət altı aya bərabər və ya altı
aydan az olduqda isə iddia müddəti ərzində əmələ
gəlsin və ya mövcud olmaqda davam etsin.
379.4. Müddətin
dayandırılmasına əsas vermiş halın sona çatdığı
gündən müddətin axımı davam edir. Müddətin
qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti
altı aya bərabər və ya altı aydan az olduqda isə iddia
müddətinə qədər uzadılır.
379.4-1. Mediasiya prosesinin tətbiqi ilə
əlaqədar dayandırılmış iddia müddətinin
axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.[395]
379.4-2.
Ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından
yaranan pretenziyanın verilməsi ilə əlaqədar iddia müddətinin
axımı həmin pretenziyanın ekspeditora verildiyi gündən
etibarən pretenziyaya cavab alınanadək və ya cavab üçün
müəyyən edilmiş müddət bitənədək dayandırılır.[396]
379.5. Nikahın
mövcud olduğu dövrdə ərlə arvad arasındakı
tələblər üzrə iddia müddətinin axımı
dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək
uşaqlarla valideynlər arasındakı tələblər üzrə,
habelə bütün qəyyumluq dövründə qəyyumlarla
(himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar
arasındakı tələblər üzrə də eyni qayda tətbiq
edilir.
379.6. Əgər
tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət
qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs
irəli sürürsə, iddia müddəti həmin şəxs
tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün
təmsilçi təyin edilənədək dayandırılmış
sayılır.
Maddə 380. İddia müddəti
axımının kəsilməsi
380.1. Müəyyənləşdirilmiş
qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs
borcu etiraf etməsini göstərən hərəkətlər
etdikdə iddia müddətinin axımı kəsilir.
380.2. Fasilədən
sonra iddia müddəti yenidən başlanır. Fasiləyə
qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Maddə 381. İddianın baxılmamış
saxlandığı halda iddia müddətinin axımı
381.1. Əgər
iddia məhkəmə tərəfindən baxılmamış
saxlanmışdırsa, iddia irəli sürülənədək
başlanmış iddia müddətinin axımı ümumi qaydada
davam edir.
381.2. Əgər
cinayət işində irəli sürülmüş iddia məhkəmə
tərəfindən baxılmamış saxlanmışdırsa,
iddia irəli sürülənədək başlanmış iddia
müddətinin axımı iddianı baxılmamış saxlayan
hökm qanuni qüvvəyə minənədək dayandırılır.
Müddətin dayandırıldığı vaxt iddia müddətinə
daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az
olduqda altı aya qədər uzadılır.
Maddə 382. İddia müddətinin
bərpası
İddiaçının
şəxsiyyəti ilə bağlı hallara görə (ağır
xəstəlik, köməksiz vəziyyət, savadsızlıq
və i.a.) iddia müddətinin ötürülməsi səbəbini
məhkəmənin üzrlü saydığı müstəsna
hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.
İddia müddətinin ötürülməsi səbəbləri
iddia müddətinin son altı ayında, həmin müddət
altı aya bərabər və ya altı aydan az olduqda isə iddia
müddəti ərzində baş verdikdə üzrlü sayıla
bilər.
Maddə 383. İddia müddəti
bitdikdən sonra vəzifənin icrası
Borclu və ya digər
mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti
bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin
bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə
bilməz.
Maddə 384. İddia müddətinin
şamil edilmədiyi tələblər
384.0. İddia müddəti
aşağıdakılara şamil edilmir:
384.0.1. şəxsi
qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin
müdafiəsi haqqında tələblər;
384.0.2. əmanətlərin
verilməsi haqqında əmanətçilərin banka tələbləri;
384.0.3. fiziki şəxsin
həyatına və ya sağlamlığına vurulmuş zərərin
əvəzinin ödənilməsi haqqında tələblər.
Lakin bu cür zərərin əvəzinin ödənilməsi
hüququnun əmələ gəldiyi andan üç il bitdikdən
sonra irəli sürülmüş tələblər ən çoxu
iddia irəli sürülməzdən əvvəlki üç
il üçün ödənilir;[397]
384.0.4. mülkiyyətçinin
və ya digər sahibin onun hüququnun hər cür pozuntularının
aradan qaldırılması haqqında tələbləri, özü
də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş
olmasa belə;
384.0.5. dövlət
və ya bələdiyyə orqanının və ya onların
vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə
və ya ona dair sərəncam üzrə mülkiyyətçinin
hüquqlarını pozmuş aktının etibarsız sayılması
haqqında mülkiyyətçinin tələbləri;
384.0.6. bu Məcəllə
ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.
Altıncı bölmə
ÖHDƏLİK HÜQUQUNUN ÜMUMİ
HİSSƏSİ
19-cu fəsil.
Öhdəliklər haqqında ümumi
müddəalar
Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə
əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)
xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,
pul ödəməli, əmlak verməli, iş görməli,
xidmətlər göstərməli və i.a. və ya müəyyən
hərəkətdən çəkinməlidir, kreditorun isə
borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.
385.2. Öz məzmunundan
və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən
hər birinin üzərinə istər müqavilə münasibətləri
zamanı, istərsə də belə münasibətlərdən
sonra digər tərəfin hüquqlarına və əmlakına
xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.[398]
Maddə 386. Öhdəliklərin
əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin
zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə
nəzərdə tutulmuş digər əsaslar nəticəsində
əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin
əmələ gəlməsi üçün onun iştirakçıları
arasında müqavilə olmalıdır.
386.2. Bu Məcəllənin
385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər
müqavilənin hazırlanması əsasında da əmələ
gələ bilər.
386.3. Danışıqların
iştirakçısı digər iştirakçının
təqsirli hərəkəti nəticəsində bağlanmayan
müqavilənin bağlanması üçün çəkdiyi
xərclərin əvəzini ödəməyi digər iştirakçıdan
tələb edə bilər.
386.4. Elektron formada
bağlanan əqdlərdən irəli gələn öhdəliklərin
məzmunu və icrası ilə bağlı məsələlər,
elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə
ilə tənzimlənir.[399]
Maddə 387. Öhdəliyin tərəfləri
387.1. Öhdəlikdə
onun tərəflərindən hər biri kreditor və ya borclu
kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs
iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində
iştirak edən şəxslərdən birinə qarşı
kreditorun tələblərinin etibarsızlığı, eləcə
də bu cür şəxsə qarşı tələb üzrə
iddia müddətinin keçməsi özlüyündə kreditorun
belə şəxslərin qalanlarına qarşı tələblərinə
toxunmur.
387.2. Əgər
müqavilə üzrə tərəflərdən hər biri
digər tərəfin xeyrinə vəzifə daşıyırsa,
o, digər tərəfin xeyrinə etməli olduqları barəsində
həmin tərəfin borclusu və eyni zamanda ondan tələb
etməyə hüququ çatanlar barəsində onun kreditoru
sayılır.
387.3. Öhdəlik
tərəf kimi onda iştirak etməyən şəxslər
(üçüncü şəxslər) üçün vəzifələr
yaratmır. Tərəflərin razılaşmasında nəzərdə
tutulmuş hallarda öhdəlik üçüncü şəxslər
üçün öhdəliyin bir və ya hər iki tərəfi
barəsində hüquqlar yarada bilər.
387.4. Tərəflərdən
biri dövlət qulluqçusunun işlədiyi dövlət orqanı
olan əqdlərdə həmin dövlət qulluqçusu digər
tərəf ola bilməz.[400]
Maddə 388. Məlumat vermək
öhdəliyi
Öhdəlikdən
bu və ya başqa məlumatı almaq hüququ irəli gələ
bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu
müəyyənləşdirmək üçün əhəmiyyətli
olduğu və kontragentin belə məlumatı öz hüquqlarına
xələl gətirmədən verə biləcəyi halda da
təmin edilməlidir. məlumatı alan onun verilməsi xərclərinin
əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir.
20-ci fəsil.
Müqavilə hüququ
§1. Müqavilə anlayışı və şərtləri
Maddə 389. Müqavilə anlayışı
389.1. Mülki hüquq
və vəzifələrin müəyyənləşdirilməsi,
dəyişdirilməsi və ya xitamı haqqında iki və ya
bir neçə şəxsin razılaşması müqavilə
sayılır.
389.2. Müqavilələrə
iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq
edilir.
389.3. Bu fəslin
qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə
dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə
tutulmayıbsa, müqavilədən əmələ gələn
öhdəliklərə öhdəliklər haqqında ümumi
müddəalar tətbiq edilir.
389.4. İkidən
çox tərəfin bağladığı müqavilələrə
müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə
tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli
xarakterinə zidd olmasın.
Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və
hüquqi şəxslər azad surətdə müqavilələr
bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə
bilərlər. Onlar bu Məcəllədə nəzərdə
tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya
bilərlər.
390.2. Müqavilə
onun bağlandığı vaxt qüvvədə olan qanunla və
digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş,
tərəflər üçün məcburi qaydalara (imperativ
normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan
sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən,
tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən
qanun qəbul edilmişsə, bağlanmış müqavilənin
şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin
əvvəllər bağlanmış müqavilələrdən
əmələ gələn münasibətlərə şamil
olunmasının müəyyənləşdirildiyi hallar istisna
təşkil edir.
390.3. Müqavilə
bağlamaq vəzifəsinin bu Məcəllədə və ya
könüllü götürülmüş öhdəlikdə
nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə
bağlamağa məcburetməyə yol verilmir.
390.4. Tərəflər
bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif
müqavilələrin ünsürlərini əhatə edən
müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.
Tərəflərin razılaşmasından və ya qarışıq
müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə,
qarışıq müqavilə üzrə tərəflərin
münasibətlərinə qarışıq müqavilədə
ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq
hissələrdə tətbiq edilir.
390.5. Müqavilə
şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir,
amma müvafiq şərtin məzmununun bu Məcəllədə
göstərildiyi hallar istisna təşkil edir.
390.6. Müqavilə
şərti tərəflərin razılaşması ilə ayrı
qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq
edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər
razılaşma əsasında bu normanın tətbiqini istisna edə
bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt
müəyyənləşdirə bilərlər. Bu cür razılaşma
olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
390.7. Əgər
müqavilə şərti onun iştirakçıları tərəfindən
və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə,
müvafiq şərtlər tərəflərin münasibətlərinə
tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
Maddə 391. Gələcək əmlak
barəsində bağlanmış müqavilənin etibarsızlığı
Tərəflərdən
birinin özünün bütün gələcək əmlakını
və ya onun bir hissəsini digər tərəfə verməyi,
yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü
müqavilə etibarsızdır, amma müqavilənin gələcək
əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı
hallar, habelə “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş hallar istisna təşkil
edir. [401]
Maddə 392. Miras əmlak barəsində
bağlanmış müqavilənin etibarsızlığı
392.1. Sağ olan
şəxsin miras əmlakı barəsində başqa şəxslərin
bağladığı müqavilə etibarsızdır. Eyni qayda
sağ olan şəxsin miras əmlakından məcburi paylar və
(və ya) onun vəsiyyət tapşırığı barəsində
bağlanmış müqavilələrə də tətbiq edilir.
392.2. 392.1-ci maddənin
qaydası qanun üzrə gələcək vərəsələrin
qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı
haqqında və məcburi pay haqqında bağladıqları
müqavilələrə tətbiq edilmir.
Maddə 393. Əmlakın verilməsi
barədə müqavilə
Tərəflərdən
birinin hazırda olan əmlakı bütünlüklə və
ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud
onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü
müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma
müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri
barəsində bağlandığı hallar istisna təşkil
edir.
Maddə 394. Daşınmaz əşyanın
özgəninkiləşdirilməsi barədə müqavilənin
bağlanması qaydası
Bir tərəfin
daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək
və ya əldə etmək barədə öhdəlik götürdüyü
müqavilə notariat qaydasında təsdiqlənməlidir. [402]
Maddə 395. Əşyanın yüklü
edilməsi barədə müqavilənin hüdudları
Əgər şəxs
öz əşyasını özgəninkiləşdirmək
və ya yüklü etmək barəsində öhdəlik götürürsə,
bu öhdəlik “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda
nəzərdə tutulmadıqda, əşyanın ləvazimatına
da şamil edilir. [403]
Maddə 396. Müqavilə öhdəlikləri
barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə
tətbiqi
Öhdəliyin
xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə
öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə
öhdəliklərinə də tətbiq edilir.
Maddə 397. Əvəzli və
əvəzsiz müqavilələr
397.1. Müqaviləyə
görə tərəf öz vəzifələrinin icrası
müqabilində haqq və ya digər qarşılıqlı
əvəz almalıdırsa, həmin müqavilə əvəzli
sayılır.
397.2. Müqaviləyə
görə bir tərəf digər tərəfdən haqq və
ya digər qarşılıqlı əvəz almadan ona nə
isə verməyi öhdəsinə götürürsə, həmin
müqavilə əvəzsiz sayılır.
397.3. Bu Məcəllədən,
müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı
hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu
ehtimal edilir.
Maddə 398. Qiymət
398.1. Müqavilənin
icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş
qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş
hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilən və ya tənzimlənən
qiymətlər (tariflər, normalar, dərəcələr və
s.) tətbiq edilir.
398.2. Müqavilə
bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə
müqavilədə və ya bu Məcəllədə nəzərdə
tutulmuş hallarda və qaydada yol verilir.
398.3. Əvəzli
müqavilədə qiymət nəzərdə tutulmayıbsa və
müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə
bilməzsə, müqavilənin icrası üçün pul
müqayisəyə gələ bilən hallarda oxşar mallar,
işlər və ya xidmətlər üçün adətən
alınan qiymət üzrə ödənilməlidir.
Maddə 399. Müqavilənin qüvvəsi
KMQ24
399.1. Müqavilə
bağlandığı andan qüvvəyə minir və tərəflər
üçün məcburi olur.
399.2. Tərəflər
müəyyənləşdirə bilərlər ki, bağladıqları
müqavilənin şərtləri onların müqavilə bağlanana
qədər yaranmış münasibətlərinə də tətbiq
edilir.
399.3. Müqavilədə
nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə
olma müddətinin qurtarması tərəflərin müqavilə
üzrə öhdəliklərinin xitamına səbəb olur.
Belə şərtin olmadığı müqavilə öhdəliyin
icrasının qurtarmasının həmin müqavilədə
müəyyənləşdirilmiş anına qədər qüvvədə
sayılır.
399.4. Müqavilənin
qüvvədə olma müddətinin qurtarması tərəfləri
müqavilənin həmin müddət qurtarana qədər yol
verilmiş pozulmasına görə məsuliyyətdən azad
etmir.
Maddə 400. Ümumi müqavilə
400.1. Əgər
müqavilə tərəflərindən biri bazarda üstün
mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə
müqavilə bağlamaqdan əsassız imtina etməməli,
habelə kontragentə qeyri-bərabər şərtlərini təklif
etməməlidir.
400.2. Sahibkarlıq
məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının
ödənilməsi üçün əmlak və ya xidmət
əldə edən və ya onlardan istifadə edən şəxslə,
əgər digər tərəf özünün sahibkarlıq
fəaliyyəti həddində hərəkət edirsə, müqavilə
bağlamaqdan əsassız imtina edilə bilməz.[404]
Maddə 401. Qoşulma müqaviləsi[405]
401.1. Qoşulma müqaviləsi
elə müqavilədir ki, onun şərtlərini tərəflərdən
biri formulyarlarda və ya başqa standart formalarda müəyyənləşdirir
və bu şərtləri digər tərəf yalnız təklif
olunmuş müqaviləyə bütövlükdə qoşulmaq
yolu ilə qəbul edə bilir.
401.2. Əgər qoşulma müqaviləsi
bu Məcəlləyə zidd olmasa da, ona qoşulmuş tərəfi
bu növ müqavilələr üzrə adətən verilən
hüquqlardan məhrum edirsə, öhdəlikləri pozmağa
görə digər tərəfin məsuliyyətini istisna edir
və ya məhdudlaşdırırsa, yaxud qoşulmuş tərəf
üçün aşkar ağır olan başqa şərtlər
nəzərdə tutursa, özü də müqavilə şərtlərinin
müəyyənləşdirilməsində həmin tərəfin
iştirak etmək imkanı olsa idi, o, özünün ağlabatan
mənafeyi əsasında bu şərtləri qəbul edə
bilməzdisə, müqaviləyə qoşulmuş tərəf
müqavilənin ləğvini və ya dəyişdirilməsini
tələb edə bilər.
401.3. 401.2-ci maddədə nəzərdə
tutulmuş hallar olduqda, öz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar müqaviləyə qoşulmuş
tərəfin müqaviləni ləğv etmək və ya dəyişdirmək
haqqında irəli sürdüyü tələb, əgər
həmin tərəf müqavilənin hansı şərtlərlə
bağlandığını bilirdisə və ya bilməli idisə,
yerinə yetirilməməlidir.
Maddə 402. İlkin müqavilə
KMQ34
402.1. İlkin müqaviləyə
görə tərəflər həmin müqavilədə nəzərdə
tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin
görülməsi və ya xidmətlərin göstərilməsi
barədə gələcəkdə müqavilə (əsas müqavilə)
bağlamağı öhdələrinə götürürlər.
402.2. İlkin müqavilə
əsas müqavilə üçün nəzərdə tutulmuş
formada bağlanır. İlkin müqavilənin formasına dair
qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə
səbəb olur.[406]
402.3. İlkin müqavilədə
əsas müqavilənin predmetini, habelə digər mühüm
şərtlərini müəyyənləşdirməyə imkan
verən şərtlər göstərilməlidir.
402.4. İlkin müqavilədə
tərəflərin əsas müqaviləni hansı müddətdə
bağlamağı öhdələrinə götürdükləri
göstərilir. Əgər ilkin müqavilədə bu müddət
müəyyənləşdirilməyibsə, əsas müqavilə
ilkin müqavilənin bağlandığı andan bir il müddətində
bağlanmalıdır.
402.5. Əgər
əsas müqavilə tərəflərin onu bağlamalı olduğu
müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən
biri digər tərəfə həmin müqaviləni bağlamaq
barədə təklif göndərməzsə, ilkin müqavilədə
nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
402.6. Niyyət razılaşmasında
(niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə
qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa,
o, mülki hüquq nəticələri doğurmur.
Maddə 403. Üçüncü
şəxsin xeyrinə müqavilə
403.1. Üçüncü
şəxsin xeyrinə müqavilə elə müqavilədir
ki, onun tərəfləri borclunun icranı müqavilədə
göstərilmiş və ya göstərilməmiş, öhdəliyin
öz xeyrinə icrasını borcludan tələb etmək hüququ
olan üçüncü şəxsə həyata keçirməli
olduğunu müəyyənləşdirirlər.
403.2. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən
hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü
şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını
həm kreditor, həm də üçüncü şəxs
tələb edə bilər.
403.3. Xüsusi qeyd-şərt
olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə
əsasən aşağıdakılar müəyyənləşdirilməlidir:
403.3.1. üçüncü
şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir;
403.3.2. bu hüquq
dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ
gəlir;
403.3.3. üçüncü
şəxsin razılığı olmadan onun hüququna xitam verməyə
və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin
ixtiyarı var, yoxsa yox.
403.4. Müqavilədə
üçüncü şəxsin xeyrinə qeyd-şərt qoymuş
tərəf, kontragentin razılığından asılı olmayaraq,
müqavilədə göstərilən üçüncü
şəxsi dəyişmək hüququnu saxlayır.
403.5. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, üçüncü şəxsin
müqavilə üzrə öz hüququndan istifadə etmək
niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları
müqaviləni üçüncü şəxsin razılığı
olmadan ləğv edə və ya dəyişdirə bilməzlər.
403.6. Borclu kreditora
qarşı irəli sürə biləcəyi etirazları müqavilədə
üçüncü şəxsin tələbinə qarşı
irəli sürə bilər.
403.7. Üçüncü
şəxs müqavilə üzrə ona verilmiş hüquqdan
imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə
və müqaviləyə zidd deyilsə, istifadə edə bilər.
Maddə 403-1. Törəmə
maliyyə alətləri[407]
403-1.1.
Törəmə maliyyə aləti hər hansı baza aktivini
almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən
müqavilədir. Baza aktivi qismində qiymətli kağız (investisiya
fond payı istisna olmaqla), valyuta, faiz dərəcəsi, gəlirlik,
törəmə maliyyə aləti, əmtəə, maliyyə
indeksi, kredit riski və s. çıxış edə bilər.[408]
403-1.2.
Törəmə maliyyə alətlərinin standartlaşdırılmış
formada fond birjası vasitəsilə yerləşdirilməsi və
tədavülü qaydası Mərkəzi Bank tərəfindən
müəyyən edilir. “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda törəmə maliyyə alətləri ilə əməliyyatlar
digər ticarət sistemində aparıldıqda, törəmə
maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü
həmin ticarət sisteminin qaydalarına müvafiq olaraq həyata
keçirilir.[409]
403-1.3.
Törəmə maliyyə alətlərinə fyuçers, opsion
və svop aiddir.
403-1.4.
Fyuçers baza aktivinin müəyyənləşdirilmiş növdə
və sayda əvvəlcədən razılaşdırılmış
tarixə və qiymətə alqı-satqısı üzrə
törəmə maliyyə alətidir.
403-1.5.
Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və
ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir.
403-1.6.
Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi
üzrə törəmə maliyyə alətidir.
Maddə 404. Müqavilənin təfsiri
404.1. Müqavilə
şərtlərini təfsir edərkən məhkəmə təkcə
müqavilədəki söz və ifadələrin hərfi mənasını
deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi
mənasını, bütövlükdə müqavilənin hərfi
mənasının onun digər şərtləri və mənası
ilə müqayisəsini nəzərə alır.
404.2. Bu zaman bütün
müvafiq hallar, o cümlədən müqaviləyə qədərki
danışıqlar və yazışmalar, tərəflərin
qarşılıqlı münasibətlərində yaranmış
praktika, işgüzar adətlər, tərəflərin sonrakı
hərəkətləri nəzərə alınır.
404.3. Əgər
müqavilənin ayrı-ayrı ifadələri müxtəlif
cür təfsir edilə bilərsə, müqaviləni bağlamış
tərəflərin yaşayış yerində adətən qəbul
olunmuş mənaya üstünlük verilir. Tərəflərin
yaşayış yerləri müxtəlif olduqda, akseptantın
yaşayış yeri həlledici sayılır.
404.4. Müqavilədə
bir-birini istisna edən və ya çoxmənalı ifadələr
olduqda, müqavilənin məzmununa digərlərindən daha
çox uyğun gələn mənaya üstünlük verilməlidir.
404.5. Qarışıq
müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə
daha yaxın olan və ona uyğun gələn müqavilələr
haqqında normalar tətbiq edilir.
Maddə 404-1. Dövlət satınalmaları
müqaviləsi[410]
Dövlət satınalmaları
müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının
dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun
tənzimlənir.
Maddə 404-2.
Konvertasiya edilən maliyyə alətləri [411]
404-2.1.
Təsərrüfat cəmiyyəti gələcəkdə
əvvəlcədən müəyyən edilmiş hallar
baş verdikdə, cəlb edilən vəsaitin
cəmiyyətin payına (səhmlərinə)
çevrilməsini (konvertasiyasını) nəzərdə
tutan maliyyə alətlərindən istifadə edə
bilər.
404-2.2. Konvertasiya
edilən maliyyə alətləri borc öhdəliyi
(konvertasiya edilən borc müqaviləsi) və ya borc
öhdəliyi yaratmayan müqavilə (gələcək
iştirak payı (səhm) haqqında müqavilələr)
formasında ola bilər.
404-2.3. Konvertasiya
edilən maliyyə alətlərinin tətbiqi
nəzərdə tutulduğu hallarda, konvertasiya edilən
maliyyə alətlərinin buraxılması və
konvertasiyası qaydaları cəmiyyətin nizamnaməsi
və ya cəmiyyətin iştirakçılarının
ümumi yığıncağının qərarı ilə
müəyyən edilə bilər.
404-2.4. Konvertasiya
edilən maliyyə alətləri üzrə vəsait
cəlb edən cəmiyyət, investorun tələbi ilə
ona öz fəaliyyəti, maliyyə vəziyyəti və
cəlb edilmiş vəsaitlərin istifadəsi haqqında
mütəmadi olaraq, dövriliyi cəmiyyətin nizamnaməsi
və ya korporativ müqavilə ilə müəyyən
edilən qaydada hesabat təqdim edir.
404-2.5. Bu
Məcəllənin 404-3-cü və 404-4-cü
maddələrində nəzərdə tutulan alətlər
(müqavilələr) və onlarda təsbit edilən
hüquqlar konvertasiya edilənədək qiymətli
kağız və ya törəmə maliyyə aləti hesab
olunmur, onların bağlanması qiymətli
kağızların emissiyası (kütləvi təklifi) sayılmır.
404-2.6.
Cəmiyyət tərəfindən bağlanmış
konvertasiya edilən maliyyə alətlərinin daxili reyestri
aparılmalıdır. Konvertasiya baş verdikdə
nizamnamə kapitalının artırılması və
payların (səhmlərin)
bölüşdürülməsi qanunvericiliklə
müəyyən edilmiş ümumi qaydada dövlət
qeydiyyatına alınır.
Maddə
404-3. Konvertasiya edilən borc müqaviləsi[412]
404-3.1. Konvertasiya
edilən borc müqaviləsi investordan cəmiyyətə borc
qismində pul vəsaitinin verilməsini və
müqavilədə göstərilən qaytarılma
müddəti çatdıqda, yaxud cəmiyyət
tərəfindən yeni investorlardan əlavə vəsaitin
cəlb edildiyi maliyyələşmə mərhələsi
(kvalifikasiyalı maliyyələşmə) baş verdikdə,
həmin borcun (əsas məbləğ və faizlərin) qaytarılmaq
əvəzinə tərəflərin
razılaşdırdığı şərtlərlə
cəmiyyətin paylarına (səhmlərinə)
çevrilməsini nəzərdə tutan müqavilədir.
Konvertasiya edilən borc müqaviləsi yazılı formada
bağlanır və möhürlə (investor hüquqi
şəxs olduqda həmçinin onun möhürü ilə)
təsdiqlənir və onun notariat qaydasında təsdiqi
tələb olunmur.
404-3.2. Borcun paya
(səhmə) konvertasiyası zamanı ilkin investorun
risklərini kompensasiya etmək üçün
müqavilədə aşağıdakı qoruyucu
mexanizmlərdən azı biri müəyyən edilməlidir:
404-3.2.1.
qiymətləndirmənin yuxarı həddi – konvertasiya
anında investorun əldə edəcəyi payın
həcminin hesablanması üçün tətbiq edilən,
cəmiyyətin dəyərinin müqavilə ilə
əvvəlcədən razılaşdırılmış
maksimal miqdarı;
404-3.2.2. endirim
dərəcəsi – kvalifikasiyalı maliyyələşmə
mərhələsində cəmiyyətə daxil olan yeni
investorların bir pay (səhm) üçün ödədikləri
qiymətə ilkin borcverən üçün tətbiq
edilən güzəşt faizi.
404-3.3.
Müqavilənin müddəti bitdikdə və paya
çevrilməni şərtləndirən hadisə baş
vermədikdə, investor öz seçimi ilə borcun
(faizlərlə birlikdə) pul şəklində geri
qaytarılmasını və ya borcun müqavilədə
əvvəlcədən razılaşdırılmış
qiymətləndirmə əsasında cəmiyyətin
payına (səhmlərinə) çevrilməsini
tələb edə bilər.
Maddə 404-4. Gələcək iştirak payı (səhm)
haqqında müqavilə[413]
404-4.1.
Gələcək iştirak payı (səhm) haqqında
müqavilə investorun cəmiyyətə pul vəsaiti
ödəməsini, bunun müqabilində cəmiyyətin
hər hansı borc öhdəliyi, faiz və ya
ödəmə müddəti yaratmadan investora həmin
vəsait müqabilində gələcəkdə
cəmiyyətin paylarını (səhmlərini) almaq
hüququ verməsini nəzərdə tutan müqavilədir.
Gələcək iştirak payı (səhm) haqqında
müqavilə yazılı formada bağlanır və
möhürlə (investor hüquqi şəxs olduqda
həmçinin onun möhürü ilə) təsdiqlənir
və onun notariat qaydasında təsdiqi tələb olunmur.
404-4.2.
Gələcək iştirak payı (səhm) haqqında
müqavilə üzrə investorun vəsaitinin paya
(səhmə) konvertasiyası cəmiyyətin nizamnamə
kapitalını artıraraq yeni investorlara pay (səhm)
satdığı yeni maliyyələşmə
mərhələsi (kvalifikasiyalı
maliyyələşmə) baş verdikdə və ya
cəmiyyətin nəzarət zərfinin və ya bütün
aktivlərinin satılması, cəmiyyətin başqa
hüquqi şəxsə qoşulması, ləğvi kimi
likvidlik hadisəsi baş verdikdə həyata keçirilir.
404-4.3.
Gələcək iştirak payı (səhm) haqqında
müqavilə üzrə paya (səhmə) çevrilmə
zamanı investorun payının həcminin hesablanması
tərəflərin razılaşdırdığı
qiymətləndirmənin yuxarı həddi və (və ya)
endirim dərəcəsi əsasında bu Məcəllənin
404-3.2-ci maddəsinə uyğun olaraq hesablanır. İnvestor
bu iki şərtdən onun üçün daha sərfəli
olanını seçmək hüququna malikdir.
404-4.4. Likvidlik
hadisəsi (cəmiyyətin ləğvi və ya
satışı) konvertasiyadan əvvəl baş verdikdə,
bu müqavilə üzrə vəsaiti ödəmiş
investorun ödəniş (investisiyanın geri
qaytarılması) tələbləri cəmiyyətin
digər təminatsız kreditorlarının
tələblərindən sonra, lakin cəmiyyətin təsisçilərinə
(iştirakçılarına, səhmdarlarına) qalıq
əmlakın bölüşdürülməsindən
əvvəl yerinə yetirilir.
Maddə 404-5. İşçilərin pay (səhm)
iştirakı planı haqqında müqavilə[414]
04-5.1.
Təsərrüfat cəmiyyəti işçilərini
və idarəetmə orqanının üzvlərini
həvəsləndirmək məqsədilə, onlara
cəmiyyətin paylarını (səhmlərini)
gələcəkdə müəyyən edilmiş
qiymətə (icra qiyməti) və ya ödənişsiz
əsaslarla əldə etmək (almaq) hüququ verən pay
(səhm) iştirakı planı haqqında
müqavilələr bağlaya bilər. Müqavilə
yazılı formada bağlanır və cəmiyyətin
möhürü ilə təsdiqlənir və onun notariat
qaydasında təsdiqi tələb olunmur.
404-5.2. Planın
tərtibi tarixi, hüququn qüvvəyə minməsi
şərtləri, icra qiyməti (payların (səhmlərin)
güzəştli ödənişli əsaslarla əldə
edilməsi nəzərdə tutulduğu hallarda) və
müddəti müqavilədə aydın şəkildə
göstərilməlidir. Cəmiyyət tərəfindən
bağlanmış işçilərin pay (səhm)
iştirakı planı müqavilələrinin daxili reyestri
aparılmalıdır.
404-5.3. Bu
müqavilələrin icrası üçün
cəmiyyət nizamnamə kapitalının tərkibində
səlahiyyət verilmiş (lakin buraxılmamış)
xüsusi pay (səhm) fondu yarada bilər.
§ 2. Müqavilənin bağlanması
Maddə 405. Müqavilənin mühüm
şərtləri barəsində razılaşma
405.1. Tərəflər
müqavilənin bütün mühüm şərtləri barəsində
tələb olunan formada razılığa gəldikdə müqavilə
bağlanmış sayılır. Müqavilənin predmetinə
dair şərtlər, bu Məcəllədə həmin növ
müqavilələr üçün mühüm və ya zəruri
adlandırılmış şərtlər, habelə tərəflərdən
birinin müraciəti ilə barəsində razılaşma əldə
edilməli olan bütün şərtlər mühüm sayılır.
405.2. Müqavilə
tərəflərdən birinin oferta (müqavilə bağlamaq
təklifi) göndərməsi və digər tərəfin onu
aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
Maddə 406. Müqavilənin forması
406.1. Müqavilə
əqdlərin bağlanması üçün nəzərdə
tutulan hər hansı formada bağlana bilər, bu şərtlə
ki, bu Məcəllədə həmin növ müqavilə üçün
müəyyən forma təyin edilməsin.[415]
406.2. Əgər
tərəflər müqaviləni müəyyən formada bağlamaq
barəsində şərtləşiblərsə, həmin müqavilə
növü üçün bu Məcəllə ilə belə
forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş
formaya salındıqdan sonra bağlanmış sayılır.
406.3. Yazılı
formada müqavilə tərəflərin imzaladığı bir
sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə
uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin
və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.[416]
Maddə 407. Müqavilənin bağlanması
anı
407.1. Müqavilə
oferta göndərmiş şəxsin onun akseptini aldığı
anda bağlanmış sayılır.
407.2. Sadə yazılı
müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada
təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq
edildiyi andan bağlanmış sayılır.[417] KMQ9
407.3. Çıxarılmışdır. [418]
Maddə 408. Oferta
408.1. Müqavilə
bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır
ki, bir və ya bir neçə şəxsə ünvanlanmış
bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq
(aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə
edilsin. Ofertada müqavilənin mühüm şərtləri
əks olunmalıdır.
408.2. Şəxslərin
qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə
(o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə,
bu təklif ofertaya dəvət sayılır.[419]
408.3. Oferta ünvan
sahibinin onu aldığı andan onu göndərmiş şəxsi
bağlı edir. Ofertanın geri götürülməsinə
dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə
eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır.
408.4. Çıxarılmışdır. [420]
408.5. Çıxarılmışdır. [421]
408.6. Ünvan sahibinin
aldığı oferta, əgər ofertanın özündə
ayrı qayda şərtləşdirilməyibsə, yaxud təklifin
mahiyyətindən və ya verildiyi şəraitdən ayrı
qayda irəli gəlmirsə, onun aksepti üçün müəyyənləşdirilmiş
müddət ərzində geri götürülə bilməz.
408.7. Əgər
müqavilənin bütün mühüm şərtlərini
əks etdirən təklifdən onu irəli sürmüş şəxsin
təklifdə göstərilmiş şərtlər ilə müqaviləni
cavab verən istənilən şəxslə bağlamaq iradəsi
aydın görünürsə, belə təklif ümumi oferta
sayılır. [422]
Maddə 409. Aksept
409.1. Ofertanın
ünvanlandığı şəxsin ofertanı qəbul etməsi
haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz
olmalıdır.
409.2. Əgər
oferent aksept üçün müddət müəyyənləşdiribsə,
aksept yalnız həmin müddətdə həyata keçirilə
bilər.
409.3. Əgər
bu Məcəllədən, işgüzar adətdən və ya
tərəflərin əvvəlki işgüzar münasibətlərindən
ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır.
409.4. Əgər
bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa
və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta
almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş
müddətdə ofertada göstərilən müqavilə şərtlərini
yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək,
işlər görmək, müvafiq məbləği ödəmək
və s.) üçün hərəkətlər etməsi aksept
sayılır.
409.5. Aksept oferentə
gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi
məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər
ki, oferent bu barədə digər tərəfə dərhal məlumat
vermiş olsun. Əgər oferta göndərmiş tərəf
digər tərəfin gec alınmış akseptini qəbul etdiyi
barədə ona dərhal məlumat verərsə, müqavilə
bağlanmış sayılır.
409.6. Akseptin geri
götürülməsi haqqında bildiriş oferta göndərmiş
şəxsə akseptdən əvvəl və ya onunla bir vaxtda
çatdıqda, aksept alınmamış sayılır.
409.7. Əgər
ofertada aksept üçün müddət müəyyənləşdirilibsə,
ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən
müddət ərzində aldıqda müqavilə bağlanmış
sayılır.
409.8. Əgər
yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə,
müqavilə bu şərtlə bağlanmış sayılır
ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə
müəyyənləşdirilmiş müddət qurtarana qədər,
belə müddət müəyyənləşdirilmədikdə
isə bunun üçün zəruri olan müddət ərzində
almış olsun.
409.9. Əgər
oferta aksept üçün müddət göstərilmədən,
şifahi edilmişsə, digər tərəf ofertanın akseptini
dərhal bildirdikdə müqavilə bağlanmış sayılır.
409.10. Bu Məcəllənin
409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, ünvanında olan şəxsə verilmiş oferta dərhal
qəbul və ya rədd edilməlidir.[423]
409.11. Bu Məcəllənin
409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız
oferta vermiş şəxsin adətən cavab gözləyə
biləcəyi müddətədək qəbul edilə bilər.[424]
Maddə 410. Yeni oferta
410.1. Oferta üçün
gecikmiş aksept yeni oferta sayılır.
410.2. Əgər
cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan
fərqlənən başqa şərtlərlə bağlamağa
razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və
eyni zamanda yeni təklif sayılır.
Maddə 411. Müqavilənin bağlandığı
yer
411.1. Əgər
müqavilədə onun bağlandığı yer göstərilməyibsə,
müqavilə ofertanı göndərmiş fiziki şəxsin
yaşayış yerində və ya hüquqi şəxsin olduğu
yerdə bağlanmış sayılır.
411.2. İstehlakçı
ilə öz müəssisəsinin hüdudları daxilində
küçədə, evin qabağında və buna bənzər
yerlərdə ticarət edən şəxs arasında bağlanan
müqavilə yalnız o halda etibarlıdır ki, istehlakçı
bir həftə müddətində müqavilədən yazılı
surətdə imtina etməsin, amma müqavilənin bağlandığı
zaman icra olunduğu hallar istisna təşkil edir.
Maddə 412. Tərəfin müqavilə
bağlamaqdan boyun qaçırması – çıxarılmışdır.[425]
Maddə 413. Borcun etirafı – çıxarılmışdır. [426]
Maddə 414. Müqavilənin hərracda
bağlanması
414.1. Əgər
müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə
hərracı udan şəxslə bağlanır.
414.2. Hərracın
təşkilatçısı kimi əmlakın mülkiyyətçisi
və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış
təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış
təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak
hüququnun sahibi ilə müqavilə əsasında hərəkət
edir və onların adından və ya öz adından çıxış
edir.
414.3. Bu Məcəllədə
göstərilən hallarda əmlakın və ya əmlak hüququnun
satışı barədə müqavilələr yalnız hərrac
keçirilməsi yolu ilə bağlana bilər.
414.4. Hərrac auksion
və ya müsabiqə formasında keçirilir. Ən yüksək
qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş
sayılır, hərracın təşkilatçısının
qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə
əsasən ən yaxşı şərtlər təklif etmiş
şəxs isə müsabiqə üzrə hərracı udmuş
sayılır.
414.5. Qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını
satılan əmlakın mülkiyyətçisi və ya satılan
əmlak hüququnun sahibi müəyyənləşdirir.[427]
Maddə 415. Hərracın təşkili
və keçirilmə qaydası
415.1. Auksionlar və
müsabiqələr açıq və qapalı ola bilər.
Açıq auksionda və açıq müsabiqədə istənilən
şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı
müsabiqədə yalnız bu məqsəd üçün
dəvət olunan şəxslər iştirak edirlər.
415.2. Qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı
hərracın keçirilməsini onun keçirilməsinə
ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə
hərracın vaxtı, yeri və forması, onun predmeti və
keçirilmə qaydası, o cümlədən hərracda iştirakın
rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi,
habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə
müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa,
qarşıdakı hərrac barəsində bildirişdə bunun
üçün verilən müddət göstərilməlidir.[428]
415.3. Əgər
bu Məcəllədə və ya hərracın keçirilməsi
barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa,
bildirişi göndərən açıq hərrac təşkilatçısı
auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi
gününə ən geci üç gün qalmış, müsabiqəni
keçirməkdən isə onun keçirilməsinə ən
geci otuz gün qalmış imtina edə bilər. Açıq
hərracın təşkilatçısı onu keçirməkdən
həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara
dəyən real zərərin əvəzini ödəməlidir.
Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı
hərracdan imtinanın bildiriş göndərildikdən sonra
məhz hansı müddətdə edildiyindən asılı olmayaraq,
dəvət etdiyi iştirakçılara dəyən real zərərin
əvəzini ödəməlidir.
415.4. Hərracın
iştirakçıları hərracın keçirilməsinə
dair bildirişdə göstərilən məbləğdə,
müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə
beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin
onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı
udmuş şəxslə müqavilə bağlandıqda, onun
verdiyi behin məbləği bağlanmış müqavilə
üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
415.5. Hərracı
udmuş şəxs və hərracın təşkilatçısı
auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın
nəticələri haqqında protokol imzalayırlar; bu protokol
müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş
şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi
itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı
hərracı udan şəxsə behi ikiqat məbləğdə
qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində
dəyən zərərin əvəzini ödəməlidir.
415.6. Əgər
hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ
olmuşsa, belə müqaviləni tərəflər hərrac
qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra
iyirmi gündən və ya bildirişdə göstərilən
başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
415.7. Onlardan biri
müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər
tərəf müqaviləni bağlamağa məcbur etmək,
habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində
vurulan zərərin əvəzini ödəmək tələbi
ilə məhkəməyə müraciət edə bilər.
415.8.
İcra sənədinə əsasən elektron hərracın keçirilməsi
qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.
415.9.
Bu maddənin tələbləri “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 41.4-cü maddəsinə uyğun olaraq tərəflərin
notariat qaydasında təsdiqlənmiş razılaşması
əsasında həyata keçirilən hərraclara bu Məcəllənin
415.5-ci maddəsi ilə müəyyən edilmiş tələblər
nəzərə alınmaqla həmin razılaşmada ayrı
qayda müəyyən edilmədikdə şamil edilir.[429]
Maddə 416. Hərrac keçirilməsi
qaydalarının pozulması nəticələri
416.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən
hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə
tərəfindən etibarsız sayıla bilər.
416.2. Hərracın
etibarsız sayılması hərracı udmuş şəxslə
bağlanan müqavilənin etibarsızlığına səbəb
olur.
§ 3. Müqavilənin standart şərtləri
Maddə 417. Müqavilənin standart
şərtləri anlayışı
417.1. Müqavilənin
standart şərtləri əvvəlcədən ifadə edilmiş,
dəfələrlə istifadə üçün nəzərdə
tutulan elə şərtlərdir ki, bunları bir tərəf
(təklif edən) digər tərəfə təqdim edir və
əvvəlcədən müəyyənləşdirilmiş
normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar
onların vasitəsilə müəyyənləşdirilir.
417.2. Əgər
tərəflər müqavilənin şərtlərini müfəssəl
müəyyənləşdirmişlərsə, bunlar müqavilənin
standart şərtləri sayılmır.
417.3. Tərəflərin
bilavasitə razılaşdırdıqları şərtlərə
standart şərtlərə nisbətən üstünlük
verilir.
Maddə 418. Müqavilənin standart şərtlərinin
müqavilənin tərkib hissəsinə çevrilməsi
418.1. Müqavilənin
standart şərtləri onu təklif etmiş tərəflə
digər tərəf arasında bağlanmış müqavilənin
tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif
etmiş tərəf müqavilənin bağlandığı
yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad
etsin, digər tərəf isə həmin şərtlərlə
tanış olmaq və razıdırsa, bu şərtləri qəbul
etmək imkanına malik olsun.
418.2. Əgər
müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin
standart şərtləri bu şərtlə müqavilənin
tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə
zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə
tutmalı olsun.
Maddə 419. Müqavilələrin
standart şərtlərinin qeyri-adi müddəaları
419.1. Müqavilələrin
standart şərtlərinin formaca qeyri-adi olduğuna görə
digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları
müqavilənin tərkib hissəsinə çevrilmir.
419.2. Müqavilənin
standart şərtləri təfsir edilərkən rast gəlinən
bütün qeyri-müəyyənliklər, onları özündə
əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini
təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir
edilir.[430]
Maddə 420. Müqavilənin standart
şərtlərinin etibarsızlığı
420.1. Təklif etmiş
tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin
standart şərtlərində aşağıdakılar etibarsız
sayılır:
420.1.1. təklif
etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina
etmək və ya bu və ya digər işi icra etmək üçün
tənasübsüz surətdə uzun və ya aşkar qısa
müddət (təklifin qəbul və icra edilməsi müddətləri)
müəyyənləşdirdiyini ifadə edən müddəalar;
420.1.2. təklif
etmiş tərəfin öz öhdəliklərinin icrası üçün
əvvəlcədən müəyyənləşdirilmiş
normalardan fərqlənən, tənasübsüz surətdə
uzun və ya kifayət qədər aydın olmayan müddətlər
(öhdəliklərin pozulması zamanı müddətlər)
müəyyənləşdirdiyini ifadə edən müddəalar;
420.1.3. təklif
etmiş tərəfə əsassız olaraq və müqavilədə
göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından
imtina etmək hüququ (müqavilədən imtina şərti)
verən müddəalar;
420.1.4. təklif
etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək
və ya ondan imtina etmək hüququ verən müddəalar, bir
şərtlə ki, bu barədə razılaşma müqavilənin
digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik
edilməsi şərti);
420.1.5. təklif
etmiş tərəfə müqavilənin digər tərəfindən
çəkilmiş xərclər üçün tənasübsüz
surətdə yüksək əvəz (çəkilmiş xərclərin
tənasübsüz surətdə yüksək əvəzi) tələb
etmək hüququ verən müddəalar.
420.2. Müqavilənin
standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad
və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin
digər tərəfi üçün zərərlidirsə, etibarsızdır.
Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi
şərait, tərəflərin qarşılıqlı maraqları
və sair nəzərə alınmalıdır.
420.3. Təklif etmiş
tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin
standart şərtlərində aşağıdakılar da etibarsız
sayılır:
420.3.1. qiymətlərin
əsassız qısa müddətdə yüksəldilməsini
(qiymətlərin qısamüddətli yüksəldilməsi)
nəzərdə tutan müddəalar;
420.3.2. müqavilə
tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin
icrasından imtina etmək hüququnu və ya müqavilənin
digər tərəfi öz öhdəliklərini yerinə yetirənə
qədər müqavilənin icrasından imtina etmək hüququnu
(icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən
müddəalar;
420.3.3. müqavilənin
tərəfini şübhəsiz və ya məhkəmə qərarı
ilə müəyyənləşdirilmiş tələblərin
əvəzləşdirilməsi hüququndan məhrum edən
müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin
qadağan edilməsi);
420.3.4. təklif
etmiş tərəfi müqavilənin digər tərəfini
xəbərdar etməyə və ya öhdəliyin icrası üçün
ona müddət verməyə dair (öhdəliyin icrası barədə
xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə
tutulan vəzifədən azad edən müddəalar;
420.3.5. zərərin
miqdarından çox olan məbləğin tələb edilməsinə
dair razılaşma (zərərin əvəzinin ödənilməsinə
dair yüksəldilmiş tələb);
420.3.6. təklif
etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı
üzündən tələbin pozulması nəticəsində
vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq
üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran
müddəalar;
420.3.7. təklif
etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin
digər tərəfinin müqavilədən imtina etmək hüququnu
məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən
və ya müqavilənin digər tərəfini icra etməmə
nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı
maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran
(əsas öhdəliyinin icrası tələbinin pozulması)
müddəalar;
420.3.8. təklif
etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi
halda müqavilənin digər tərəfini bütövlükdə
müqavilənin icra edilməməsi üçün zərərin
əvəzinin ödənilməsini tələb etmək və
ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə
(öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi),
müqavilədən imtina etmək hüququndan məhrum edən
müddəalar;
420.3.9. təklif
etmiş tərəfin yeni mallar göndərilərkən və
işlər görülərkən əşyanın qüsurları
üçün məsuliyyətini nəzərdə tutan qaydalardan
fərqli olaraq məhdudlaşdıran müddəalar.
§ 4. Müqavilənin dəyişdirilməsi və ləğv
edilməsi
Maddə 421. Müqavilənin dəyişdirilməsi
və ləğv edilməsi əsasları
421.1. Müqavilənin
dəyişdirilməsi və ləğv edilməsi, əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması
ilə mümkündür.
421.2. Tərəflərdən
birinin tələbi ilə müqavilə yalnız digər tərəf
müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
və ya bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan digər hallarda dəyişdirilə və
ya ləğv edilə bilər. Tərəflərdən birinin
müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır
ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində
o, müqavilə bağlanarkən ümid etməyə haqqı
çatanlardan xeyli dərəcədə məhrum olur.[431]
421.3. Müqavilənin
tamamilə və ya hissə-hissə icrasından birtərəfli
imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə
və ya tərəflərin razılaşması ilə yol verildikdə
müqavilə müvafiq surətdə ləğv edilmiş və
ya dəyişdirilmiş sayılır.KMQ24
Maddə 422. Şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə əlaqədar
müqavilənin dəyişdirilməsi və ləğv edilməsi
422.1. Tərəflərin
müqavilə bağlayarkən əsas götürdükləri
şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi,
əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv
edilməsinə əsas verir. Şəraitin dəyişməsi
o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər
bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən
görə bilsəydilər, müqaviləni əhəmiyyətli
dərəcədə fərqlənən şərtlərlə
bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin
müqavilənin əsasında durmuş təsəvvürlərinin
yanlış çıxması şəraitin dəyişməsinə
bərabər tutulur.[432]
422.2. Əgər
tərəflər müqavilənin əhəmiyyətli dərəcədə
dəyişmiş şəraitə uyğunlaşdırılması
və ya ləğv edilməsi barədə razılığa
gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər
olduqda müqavilə maraqlı tərəfin tələbi ilə
məhkəmə tərəfindən ləğv edilə bilər,
422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda
isə dəyişdirilə bilər:
422.2.1. müqavilənin
bağlandığı məqamda tərəflər şəraitin
bu dərəcədə dəyişməyəcəyini əsas
götürmüşlər;
422.2.2. şəraitin
dəyişməsini doğuran elə səbəblərdir ki,
əmələ gəldikdən sonra bu səbəbləri maraqlı
tərəf müqavilənin xarakterinə və dövriyyənin
şərtlərinə görə ondan tələb edilən
qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3. müqavilənin
şərtləri dəyişdirilmədən onun icra edilməsi
tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri
nisbətini o dərəcədə pozar və maraqlı tərəfə
o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən
ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə
məhrum olardı;
422.2.4. işgüzar
adətlərdən və ya müqavilənin mahiyyətindən
şəraitin dəyişməsi riskini maraqlı tərəfin
daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli
dərəcədə dəyişmiş şəraitə görə
müqavilə ləğv edilərkən tərəflərdən
hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin
icrası ilə əlaqədar çəkilmiş xərclərin
tərəflər arasında ədalətli bölüşdürülməsi
zərurətini əsas götürərək, müqavilənin
ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi
ilə əlaqədar müqavilənin dəyişdirilməsinə
müqavilənin ləğvinin ictimai mənafelərə zidd
olduğu və ya tərəflərə müqavilənin məhkəmə
tərəfindən dəyişdirilmiş şərtlərlə
icrası üçün zəruri məsrəflərdən xeyli
çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin
qərarı ilə yol verilir.
Maddə 423. Müqavilənin dəyişdirilməsi
və ləğv edilməsi qaydası
423.1. Müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi haqqında
razılaşma, əgər bu Məcəllədən, müqavilədən
və ya işgüzar adətlərdən ayrı qayda irəli
gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
423.2. Müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi tələbini
tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək
və ya ləğv etmək təklifindən digər tərəfin
imtinasını aldıqda və ya təklifdə göstərilmiş
müddətdə, müddət göstərilmədikdə isə
otuz gün müddətində ondan cavab almadıqda irəli sürə
bilər.KMQ24
Maddə 424. Müqavilənin dəyişdirilməsinin
və ləğv edilməsinin nəticələri
424.1. Müqavilə
dəyişdirilərkən tərəflərin öhdəlikləri
dəyişdirilmiş şəkildə saxlanılır.
424.2. Müqavilə
ləğv edilərkən tərəflərin öhdəliklərinə
xitam verilir.
424.3. Müqavilə
dəyişdirilərkən və ya ləğv edilərkən,
əgər tərəflərin razılaşmasından və
müqavilənin dəyişdirilməsi xarakterindən ayrı
qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında tərəflərin
razılaşmasının bağlandığı andan, müqavilə
məhkəmə qaydasında dəyişdirildikdə və ya
ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş
və ya xətm edilmiş sayılır.
424.4. Əgər
bu Məcəllə ilə və ya tərəflərin razılaşması
ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
tərəflər müqavilənin dəyişdirildiyi və ya
ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin
qaytarılmasını tələb edə bilməzlər.
424.5. Əgər
müqavilənin dəyişdirilməsinə və ya ləğvinə
onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə
pozması əsas vermişdirsə, digər tərəf müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
21-ci fəsil.
Öhdəliklərin icrası
Maddə 425. Öhdəliklərin
icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını
həyata keçirərkən və vəzifələrini icra
edərkən tərəflərdən hər biri vicdanlılığın
tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş
vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin
şərtlərinə və bu Məcəllənin tələblərinə
müvafiq surətdə, belə şərtlər və tələblər
olmadıqda isə işgüzar adətlərə və ya adətən
irəli sürülən digər tələblərə müvafiq
surətdə hərəkət etməlidir.
425.2. Öhdəlikləri
icra edərkən tərəflər müqavilənin yerinə
yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət
etməli və müqavilənin məqsədinə çatmağa
maneçilik törədə biləcək və ya öhdəliklərin
icrasını təhlükəyə məruz qoya biləcək
hər cür hərəkətlərdən çəkinməlidirlər.
Maddə 426. Öhdəliklərin
icrası yeri
426.1. Öhdəliklərin
icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə
ilə ayrı qayda müəyyənləşdirilməyibsə
və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir.
426.2. Əgər
öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə,
icra aşağıda göstərilən yerlərdə həyata
keçirilməlidir:
426.2.1. torpaq sahəsinin,
binanın, qurğunun və ya digər daşınmaz əmlakın
verilməsi öhdəliyi üzrə - əmlakın olduğu
yerdə;
426.2.2. öhdəlik
müəyyən əşyanın verilməsindən ibarətdirsə
- müqavilənin bağlandığı an həmin əşyanın
olduğu yerdə;
426.2.3. bütün
digər öhdəliklər üzrə - borclunun yaşayış
yerində, borclu hüquqi şəxsdirsə - öhdəlik münasibətinin
əmələ gəldiyi vaxt onun olduğu yerdə.
426.3. Öhdəlik
borclunun istehsal müəssisəsində əmələ gəldikdə,
əgər müəssisə onun yaşayış yerində
deyildirsə, borclunun müəssisəsinin olduğu yerdə icra
edilir.
426.4. Yalnız borclunun
göndərmə xərclərini öz öhdəsinə götürdüyünə
əsaslanmaqla təyinat yerinin öhdəliyin icrası yeri olduğu
qənaətinə gəlmək olmaz.
Maddə 427. Öhdəliyin icrası
müddəti
427.1. Əgər
öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor
müddət çatanadək onun icrasını tələb edə
bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
427.2. Əgər
öhdəliyin icrası müddəti təyin edilməyibsə
və ya şəraitə görə onu təyin etmək mümkün
deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb
edə bilər, borclu isə onu ağlabatan müddətdə
icra etməyə borcludur.
427.3. Əgər
öhdəlik onun icrası gününü və ya icra edilməli
olduğu vaxt dövrünü nəzərdə tutursa və ya
müəyyənləşdirməyə imkan verirsə, öhdəlik
həmin gün və ya bu cür dövr ərzində istənilən
an icra edilməlidir.
427.4. Ağlabatan
müddətdə icra edilməmiş öhdəliyi, eləcə
də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş
öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü
gündən yeddi gün müddətində icra etməyə
borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin
şərtlərindən, işgüzar adətlərdən və
ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə
həyata keçirmək vəzifəsi irəli gəlməsin.
427.5. Əgər
öhdəliyin icrası müddəti hər hansı şərtin
baş verməsindən asılıdırsa, öhdəlik həmin
şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 428. Öhdəliyin vaxtından
əvvəl icrası
428.1. Əgər
kreditor icranı almaqdan üzrlü səbəbə görə
imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl
icra edə bilər.
428.2. Öhdəliyin
tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul
olması ilə bağlı öhdəliyin vaxtından əvvəl
icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının
mümkünlüyü bu Məcəllədə və ya öhdəlik
şərtlərində nəzərdə tutulduqda və ya işgüzar
dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən
irəli gəldikdə yol verilir.
428.3. Əgər
icra vaxtı müəyyənləşdirilibsə, şübhələr
yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər
tələbin icrasını tələb edə bilməz, borclu
isə öhdəliyi vaxtından əvvəl icra edə bilər.
428.4. Öhdəliyin
icrası üçün borclunun xeyrinə hər hansı müddət
təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini
itirərsə və ya şərtləşdirilmiş təminatı
azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə,
kreditor, qanunda
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb
edə bilər.[433]
Maddə 429. Öhdəliklərin icrası
müddətlərinin müəyyənləşdirilməsi –
çıxarılmışdır.[434]
Maddə 430. Öhdəliyin icrasından
imtina
430.1. Əgər
bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa,
öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini
birtərəfli dəyişdirməyə yol verilmir.
430.2. Öhdəliyin
tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul
olması ilə bağlı öhdəliyin icrasından birtərəfli
imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli
dəyişdirilməsinə, əgər bu Məcəllədən
və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda
da yol verilir.
430.3. Çıxarılmışdır. [435]
430.4. Elektron ticarətdə
öhdəliyin icrasından imtinaya elektron ticarət haqqında
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
yol verilir.[436]
Maddə 431. Öhdəliyin üçüncü
şəxs tərəfindən icrası
431.1. Borclu öhdəliyin
icrasının onun özündən asılı olduğu hallarda,
habelə bunun bu Məcəllədən, müqavilədən
və ya öhdəliyin təbiətindən irəli gəldiyi
hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün
digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü
şəxs də icra edə bilər və buna borclunun razılığı
tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış
müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.[437]
431.2. Kreditor üçüncü
şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə,
qəbul etməyə bilər.
431.3. Əgər
kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə,
onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının
itirilməsi təhlükəsi yaranan hər hansı şəxs
kreditoru təmin edə bilər. Üçüncü ºəxs
kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə
keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
Maddə 432. Öhdəliyin hissə-hissə
icrası
432.1. Əgər
kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra
edə bilər (öhdəliyin hissə-hissə icrası).
432.2. Əgər
bu Məcəllədə, öhdəliyin şərtlərində
ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin
mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor
öhdəliyin hissə-hissə icrasını qəbul etməyə
bilər.
432.3. Əgər
borclu kreditora bir neçə eyni növlü öhdəlik icra
etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin
ödənilməsi üçün yetərli deyildirsə, icra
zamanı borclunun özünün müəyyənləşdirdiyi
öhdəlik ödənilir. Əgər borclu ödənilən
öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə
müddəti çatmış öhdəliklərdən müvafiq
olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə
ödənilir, bərabər təminatlı öhdəliklərdən
borclu üçün daha ağır olanı, eyni dərəcədə
ağır olan öhdəliklərdən daha köhnə öhdəlik,
eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.
432.4. Əgər
borclu əsas öhdəliyin icrasından başqa, faizləri və
xərcləri də ödəməlidirsə, bütün borcun
ödənilməsi üçün yetərli olmayan öhdəliyin
icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin
hesabına və nəhayət, əsas öhdəliyin hesabına
daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda
etibarsızdır.
Maddə 433. Tələbin ixtiyarlı
şəxsə icra edilməsi
433.1. Borclu öz
öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin
qərarı ilə icranı qəbul etməyə ixtiyarı
çatan şəxsə ödəməlidir.
433.2. Əgər
öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul
edərsə, öhdəlik kreditorun buna razılıq verməsi
və ya bu icradan fayda götürməsi şərti ilə icra
olunmuş sayılır.
433.3. Öhdəliyin
icrası zamanı borclu icranı kreditorun özünün və
ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların
təqdim olunmasını tələb edə bilər və bu
cür tələb irəli sürülməməsi nəticələrinin
riskini daşıyır.
Maddə 434. Alternativ öhdəlik
434.1. Bir neçə
öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli
olduqda seçmək hüququ, əgər müqavilədən,
bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək
hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət
təyin edərək öhdəliyi seçməsini tələb
edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə,
həmin müddət keçdikdən sonra seçmək hüququ
borcluya keçir.
434.2. Əgər
borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə
ixtiyarı çatırsa, digər hərəkəti icra etmək
öhdəliyi qüvvədə qalır.
434.3. Alternativ öhdəliyin
seçilməsi bunun digər tərəfə bəyan edilməsi
və ya icranın həyata keçirilməsi vasitəsilə
yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən
icra edilməli öhdəlik sayılır.
434.4. Bu Məcəllənin
434.1, 434.2 və 434.3-cü maddələrinin qaydaları seçim
predmetinin icra edilməli ikidən çox öhdəlikdən
ibarət olduğu hallarda da tətbiq edilir.
Maddə 435. Kreditorun başqa icranı
qəbul etmək hüququ
Kreditor müqavilədə
nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna
malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın
dəyərinin daha çox olduğu halda da qüvvədə
qalır.
Maddə 436. Öhdəliyin icrasının
keyfiyyəti
Əgər icranın
keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə,
borclu ən azı orta keyfiyyətli iş görməli və
orta keyfiyyətli əşya verməlidir.
Maddə 437. Müqavilənin predmeti
fərdi-müəyyən əşya olduqda öhdəliyin icrası
437.1. Əgər
müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa,
kreditor başqa əşyanı, onun dəyəri daha yüksək
olsa da, qəbul etməyə borclu deyildir.
437.2. Əgər
borclu fərdi-müəyyən əşyanı verməyə
borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir.
Əgər borclu həmin əşyanın verilməsi üçün
zəruri olan özündən asılı hər şeyi etmişdirsə,
borc öhdəliyi bu əşya ilə məhdudlaşır.
Maddə 438. Müqavilənin predmeti
növlü əşya olduqda öhdəliyin icrası
Əgər müqavilənin
predmeti əvəz edilə bilən əşyadırsa (növlü
əşya), borclu öhdəliyi həmişə icra etməyə
borcludur.
Maddə 439. Pul öhdəliklərinin
icrası
439.1. Pul öhdəliyi
manatla ifadə edilməlidir. Əgər tərəflərdən
biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər
pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə,
xarici valyutada da müəyyənləşdirə bilərlər.
439.2. Əgər
xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında
ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı
olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla
ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş
yerinin məzənnə qiyməti üzrə aparılır.
439.3. Qanuna və
ya müqaviləyə əsasən borcun üstünə faizlər
hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və
ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası
Mərkəzi Bankı tərəfindən müəyyən edilən
uçot dərəcəsi miqdarında, lakin ildə azı beş
faiz miqdarında hesablanır.[438]
439.4. Öhdəlikdən
kənar ödənilmiş pul əsassız varlanma qaydalarına
uyğun olaraq geri tələb edilə bilər.
439.5. Əgər
pul öhdəliyinin icra yeri barəsində şübhə varsa,
öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin
yaşayış yeri və ya hüquqi şəxsin olduğu
yer üzrə) icra edilməlidir.
439.6. Əgər
ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə
kreditorun pul köçürülməsi üçün nəzərdə
tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun
etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə
yolu ilə yerinə yetirə bilər.
439.7. Əgər
ödəniş müddəti çatanadək pul vahidinin dəyəri
(məzənnə) artmış və ya azalmışsa və
ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ
gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə
yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin
əsasını valyutanın dəyişdiyi gün həmin pul
vahidləri arasında mövcud olmuş məzənnə təşkil
etməlidir.
Maddə 440. Pul öhdəliklərinin
ödənilməsi növbəliyi
440.1. Əgər
kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən
irəli gələn bir neçə oxşar icra həvalə
edilmişdirsə və icra edilənlər bütün borcların
ödənilməsi üçün yetərli deyildirsə, borclunun
icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə
isə ödəniş müddəti birinci çatan borc ödənilir.
440.2. Əgər
tələblərin icra müddətləri eyni vaxtda çatarsa,
icrası borclu üçün daha ağır olan tələb
birinci növbədə ödənilməlidir.
440.3. Əgər
tələblər eyni dərəcədə ağırdırsa,
daha az təmin edilmiş tələb birinci növbədə icra
olunmalıdır.
440.4. Borclunun ödəniş
müddəti çatmış bütün borcunun ödənilməsi
üçün yetərli olmayan ödənişləri hesabına
birinci növbədə məhkəmə xərcləri, sonra
əsas icra (borc) və nəhayət, faizlər ödənilir.KM5
Maddə 441. Öhdəliklərin
qarşılıqlı icrası
441.1. Tərəflərdən
birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun
olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi
ilə şərtləndirildikdə qarşılıqlı icra
sayılır.
441.2. Mükəlləfiyyətli
tərəf müqavilədə şərtləşdirilmiş
öhdəliyin icrasını həyata keçirmədikdə
və ya həmin icranın müəyyənləşdirilmiş
müddətdə həyata keçirilməyəcəyini aşkar
edən hallar olduqda qarşılıqlı icra öhdəsinə
düşən tərəf öz öhdəliyinin icrasını
dayandıra bilər və ya öhdəliyin icrasından imtina
edib zərərin əvəzinin ödənilməsini tələb
edə bilər.
441.3. Əgər
müqavilədə şərtləşdirilmiş öhdəliyin
icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı
icra öhdəsinə düşən tərəf öz öhdəliyinin
icrasını dayandıra bilər və ya həyata keçirilməmiş
icraya müvafiq hissədə icradan imtina edə bilər.
441.4. Əgər
digər tərəf müqavilədə şərtləşdirilmiş
öhdəliyinin icrasını həyata keçirmədiyinə
baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata
keçirilərsə, digər tərəf öz öhdəliyini
icra etməlidir.
441.5. Bu Məcəllənin
441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar
müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda
tətbiq edilir.
22-ci fəsil.
Öhdəliklərin icra edilməməsi
Maddə 442. Öhdəliyin icra
edilməməsi anlayışı
Öhdəliyin
icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca
icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə
və xidmətlərdə qüsurlarla və ya öhdəliyin
məzmunu ilə müəyyənləşdirilmiş digər
şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra
edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini
icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini
ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi
pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə
olmur.
443.2. Zərər
bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan
qaydalara uyğun müəyyənləşdirilir.
443.3. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən
öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini
borclunun könüllü ödədiyi gün mövcud olmuş
qiymətlər, tələb könüllü ödənilmədikdə
isə məhkəmənin qərar çıxardığı
gün mövcud olmuş qiymətlər nəzərə alınır.
443.4. Əldən
çıxmış fayda müəyyənləşdirilərkən
kreditorun onu əldə etmək üçün gördüyü
tədbirlər və bu məqsədlə apardığı hazırlıq
işləri nəzərə alınır.
443.5. Borclu icranı
gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün
zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi
bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin
icrası əvəzinə zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
443.6. Əgər
əlavə müddətin təyin edilməsinin hər hansı
nəticə verməyəcəyi aydındırsa və ya zərərin
əvəzinin ödənilməsini tələb etmək hüququndan
dərhal istifadəyə hər iki tərəfin mənafeləri
əsas götürülməklə haqq qazandıran xüsusi
hallar mövcuddursa, əlavə müddət təyin edilməsi
zərurəti yoxdur.
443.7. Əgər
öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa
və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə
yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş
hərəkətlər nəticəsində dəymiş zərərin
əvəzini ödəmək vəzifəsi qoyulur.
443.8. Borclunun öhdəliyi
qəsdən edilmiş hərəkətlər nəticəsində
icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən
azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması
yolverilməzdir.
443.9. Borclu öz
qanuni təmsilçisinin və öhdəliklərinin icrası
üçün xidmətlərindən istifadə etdiyi digər
şəxslərin hərəkətləri üçün özünün
təqsirli hərəkətləri üçün olan həcmdə
məsuliyyət daşımalıdır.
443.10. Borclu icra
predmetini başqa şəxsdən almalı olduqda və onu ala
bilmədikdə də, əgər müqavilədən ayrı
qayda irəli gəlmirsə, icra etməmək üçün
məsuliyyət daşıyır.
Maddə 444. Müqavilənin dəyişmiş
şəraitə uyğunlaşdırılması – çıxarılmışdır.[439]
Maddə 445. Borclunun icranı gecikdirməsi
445.1. İcranı
gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu
zərər üçün və gecikdirmə zamanı təsadüfən
baş vermiş icra mümkünsüzlüyünün nəticələri
üçün kreditor qarşısında məsuliyyət daşıyır.
445.2. Aşağıdakı
hallar borclunun icranı gecikdirməsi sayılır:
445.2.1. öhdəliyin
onun icrası üçün müəyyənləşdirilmiş
müddətdə icra edilməməsi;
445.2.2. icra müddəti
çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin
icra edilməməsi.
445.3. Əgər
borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına
baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma
üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası
barədə iddia irəli sürülməsi, habelə icraya dair
yazılı tələbin çatdırılması xatırlatmaya
bərabər tutulur.
445.4. İcra üçün
təqvim günü təyin edildikdə, əgər borclu təyin
edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı
xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər
öhdəlik ləğv edildikdə, əgər icra müddəti
təyin edilmişsə və onu ləğvetmə anından
təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda
qüvvədə olur.
445.5. Əgər
öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların
nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
445.6. Borclu zərərin
öhdəliyin vaxtında icrası zamanı da əmələ
gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi
hallar üçün də məsuliyyət daşıyır.[440]
445.7.
Bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin
ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt
üçün gecikdirilmiş məbləğə illik beş
faizin ödənilməsini tələb edə bilər.[441]
445.8. Kreditor borclunun
icranı gecikdirməsi nəticəsində icraya marağını
itirdikdə, icranı qəbul etməkdən imtina edə və
zərərin əvəzinin ödənilməsini tələb
edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi
nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş
sayılmır.[442]
445.9. Borclu icranı
gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün
əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə
vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı
gecikdirmiş sayılmır.[443]
Maddə 446. Kreditorun icranı gecikdirməsi
446.1. Kreditor vaxtı
çatmış və ona təklif olunmuş icranı qəbul
etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək
üçün ondan gözlədiyi hərəkətləri
yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.
446.2. Kreditorun icranı
gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş
zərərin əvəzinin ödənilməsi hüququ verir,
bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə
də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin
cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta
yetirməsin.
446.3. Pul öhdəliyi
üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün
faizlər ödəməli deyildir.
446.4. Kreditorun icranı
gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi
üçün yalnız bu şərtlə məsuliyyət
daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı
nəticəsində qeyri-mümkün olsun.
446.5. Gecikdirmə
zamanı kreditor onun təqsirindən asılı olmayaraq:
446.5.1. müqavilə
predmetinin saxlanması ilə əlaqədar çəkilmiş
artıq xərclərin əvəzini borcluya ödəməlidir;
446.5.2. əşyanın
təsadüfən korlanması və ya məhv olması riski
onun üzərinə düşür;
446.5.3. pul öhdəliyi
üçün faizlər almaq hüququna daha malik deyildir.
446.6. Əgər
təklif edilmiş icra vaxtınadək borclu kreditorun hərəkəti
üçün təyin edilmiş müddət ərzində
öhdəliyi icra etməyə qadir deyildirsə, kreditor icranı
gecikdirmiş sayılmır.
446.7. Borclu öhdəliyi
yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin
icrasından sonra icra etməli olduğu halda kreditor icranı o
zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina
etmədən qarşılıqlı öhdəliyin tələb
olunan icrasını təklif etmir.
446.8. Əgər
öhdəliyin icrası müddəti müəyyənləşdirilməyibsə
və ya borclu təyin edilmiş vaxtadək öhdəliyi icra
etmək hüququna malik deyildirsə, kreditor təklif olunmuş
icranı qəbul etməyə müvəqqəti imkanı olmadığına
görə icranı gecikdirmiş sayılmır, lakin borclunun
buna qədər ağlabatan müddətdə ona icranı təklif
etdiyi hallar istisna təşkil edir.
446.9. Əgər
öhdəliyin predmeti fərdi-müəyyən əşyadırsa
və kreditorun icranı gecikdirməsinin səbəbi təklif
edilmiş eyni növlü əşyadan imtinadırsa, borclunun
icra vəzifəsi təklif edilmiş əşya ilə məhdudlaşır,
onun məhv olması və ya təsadüfən zədələnməsi
riski isə kreditora keçir.
Maddə 447. İkitərəfli
müqavilələrdə öhdəliklərin icra edilməməsi
KMQ24
447.1. Əgər
ikitərəfli müqavilənin bir tərəfi müqavilədən
irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin
digər tərəfi öhdəliklərin icrası üçün
təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan
sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin
pozulması xarakteri əsas götürülməklə əlavə
müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi
əlavə müddət təyin olunmasına bərabər tutulur.
Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə,
kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin
icrasına marağını itirdiyi halda imtina edə bilər.
447.2. Aşağıdakı
hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq
edilməsi zərurəti yoxdur:
447.2.1. bunun heç
bir nəticə verməyəcəyi aydın olduqda;
447.2.2. öhdəlik
müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə
və müqaviləyə görə kreditor münasibətlərin
davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə
bağladıqda;
447.2.3. xüsusi
əsaslara görə və qarşılıqlı mənafelər
nəzərə alınmaqla müqavilənin dərhal ləğv
edilməsinə haqq qazandırıldıqda.
447.3. Aşağıdakı
hallarda müqavilədən imtina yolverilməzdir:
447.3.1. öhdəliyin
pozuntusu cüzi olduqda;
447.3.2. öhdəliyin
pozulması üçün tamamilə və ya əsasən kreditorun
özü məsuliyyət daşıdıqda;
447.3.3. öhdəliyin
qarşısında borclu tərəfindən artıq irəli
sürülmüş və ya müqavilədən imtina edildikdən
dərhal sonra irəli sürüləcək qarşılıqlı
tələb olduqda.
447.4. Müqavilədən
imtina üçün əsasların baş verəcəyi aşkar
olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək
imtina edə bilər.
447.5. Borclu müqavilədən
imtina üçün kreditora ağlabatan müddət təyin
edə bilər.
447.6. Əgər
ikitərəfli müqaviləyə görə borclu onun üzərinə
qoyulmuş öhdəliklərdən imtina edə bilərsə,
ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən
yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər
cavab icrası üçün əsas kreditorun icranı almağı
ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq
edilmir.
447.7. Müqavilədən
çıxarkən kreditor müqavilənin icra edilməməsi
nəticəsində ona dəymiş zərərin əvəzini
ödəməyi tələb edə bilər. Əgər müqavilədən
çıxmaq üçün əsas borclunun təqsiri üzündən
yaranmamışsa, bu qayda tətbiq edilmir.
23-cü fəsil.
Öhdəliklərin icra edilməməsi
üçün məsuliyyət
Maddə 448. Öhdəliklərin
icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər
bu Məcəllə ilə və müqavilə ilə ayrı
qayda müəyyənləşdirilməyibsə, borclu onun risk
dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi
bütün hallar üçün cavabdehdir.
448.2. Borclu öz
öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət
və ya hərəkətsizlik) üçün məsuliyyət
daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə
və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən
qabaqcadan azad etmək olmaz.
448.3. Borclu öz
qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə
və ya hissə-hissə icrası üçün xidmətlərindən
istifadə etdiyi şəxslərin hərəkəti və ya
hərəkətsizliyi üçün öz hərəkəti
və ya hərəkətsizliyi üçün olan dərəcədə
məsuliyyət daşımalıdır.
448.4. Borclu öhdəliyin
pozulmasına görə bu şərtlə məsuliyyət daşımır
ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini
və müqavilə bağlanarkən onun həmin halı nəzərə
ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini
istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin
mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən
xəbərdardırsa və ya xəbərdar olmalıdırsa,
həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə
kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı
dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması
ilə əlaqədar kreditorun düşdüyü zərər
üçün məsuliyyət daşıyır.
Maddə 449. Pul öhdəliyinin
icra edilməməsi üçün məsuliyyət KM2
449.1. Özgəsinin
pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,
onun ödənilməsini digər şəkildə gecikdirməklə
və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız
əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə
həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
Qanunda
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
faizlərin miqdarı pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün
bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun
tələbini qərarın çıxarıldığı
gün üçün bank uçot dərəcəsini əsas
götürməklə təmin edə bilər.[444]
449.2. Bank uçot
dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi
Bankı müəyyənləşdirir.[445]
449.3. Əgər
kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində
ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə
əsasən ona çatası faizlərin məbləğindən
çoxdursa, kreditor borcludan həmin məbləğdən çox
olan hissədə zərərin əvəzini ödəməyi
tələb edə bilər.
449.4. Özgə
vəsaitindən istifadə üçün faizlər, əgər
bu Məcəllədə
və ya müqavilədə
faizlərin hesablanması üçün daha qısa müddət
müəyyənləşdirilməyibsə, həmin vəsait
məbləğinin kreditora ödənildiyi günə qədər
tutulur.[446]
Maddə 450. Öhdəliyin naturada
icrası
450.1. Öhdəliyin
lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin
əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
öhdəliyin naturada icrasından azad etmir.
450.2. Öhdəliyin
icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi
və onun icra edilməməsi üçün dəbbə pulunun
ödənilməsi borclunu, əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
öhdəliyin naturada icrasından azad edir.[447]
450.3. Kreditorun gecikdirilmə
nəticəsində marağını itirdiyi icranı qəbul
etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş
dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada
icrasından azad edir.[448]
Maddə 451. Öhdəliyin borclunun
hesabına icrası
Borclu əmlakı
hazırlamaq və kreditorun mülkiyyətinə vermək və
ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun
üçün müəyyən işi görmək və ya
ona müəyyən xidməti göstərmək öhdəliyini
icra etmədikdə kreditor, əgər bu Məcəllədən,
müqavilədən və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə
və ağlabatan müddətdə öhdəliyin icrasını
üçüncü şəxslərə tapşıra bilər
və ya onu öz qüvvələri ilə icra edə bilər
və çəkdiyi zəruri xərclərin və digər zərərin
əvəzini ödəməyi borcludan tələb edə bilər.
Maddə 452. Fərdi-müəyyən əşyanı
vermək öhdəliyinin icra edilməməsinin nəticələri
452.1. Fərdi-müəyyən
əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli
istifadəsinə vermək öhdəliyi icra edilmədikdə
kreditor həmin əmlakın borclunun əlindən alınmasını
və öhdəlikdə nəzərdə tutulan şərtlərlə
ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın
üçüncü şəxsə mülkiyyət hüququ
ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ
verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə
daha əvvəl əmələ gəlmişsə, üstünlük
o kreditorundur, bunu müəyyənləşdirmək mümkün
olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
452.2. Kreditor öhdəliyin
predmeti olan əmlakın ona verilməsini tələb etmək
əvəzinə zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
Maddə 453. Subsidiar məsuliyyət
453.1. Kreditor bu Məcəlləyə
və ya öhdəliyin şərtlərinə görə əsas
borclu olan digər şəxsin məsuliyyətinə əlavə
məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə
qarşı tələblərini irəli sürənədək
əsas borcluya qarşı tələb irəli sürməlidir.
453.2. Əgər
əsas borclu kreditorun tələbini ödəməkdən imtina
etmişsə və ya kreditor irəli sürdüyü tələb
üçün ondan ağlabatan müddətdə cavab almamışsa,
bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə
qarşı irəli sürülə bilər.
453.3. Əgər
kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı
tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə
bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar
məsuliyyət daşıyan şəxsdən tələb edə
bilməz.
453.4. Subsidiar məsuliyyət
daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü
tələbi ödəyənədək bu barədə əsas
borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı
iddia irəli sürüldükdə isə əsas borclunu işdə
iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar
məsuliyyət daşıyan şəxsin reqres tələbinə
qarşı kreditorun tələblərinə qarşı olan
etirazlarını irəli sürmək hüququna malikdir.
Maddə 454. Öhdəliklər
üzrə məsuliyyətin ölçüsünün məhdudlaşdırılması
454.1. Öhdəliklərin
ayrı-ayrı növləri üzrə və müəyyən
fəaliyyət növü ilə bağlı öhdəliklər
üzrə qanunla zərərin əvəzinin tam ödənilməsi
hüququ məhdudlaşdırıla bilər (məhdud məsuliyyət).
454.2. Qoşulma
müqaviləsi üzrə və ya kreditorun istehlakçı
kimi çıxış edən fiziki şəxs olduğu digər
müqavilə üzrə borclunun məsuliyyət ölçüsünün
məhdudlaşdırılması haqqında razılaşma, əgər
həmin öhdəlik növü və ya həmin pozuntu üçün
məsuliyyət ölçüsü bu Məcəllə ilə
müəyyənləşdirilmişsə və əgər razılaşma
öhdəliyin icra edilməməsi və ya lazımınca icra
edilməməsi üçün məsuliyyətə səbəb
olan hallar baş verənə qədər bağlanmışsa,
əhəmiyyətsizdir.
Maddə 455. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxsin öhdəliyin pozulması
üçün məsuliyyətinin xüsusi əsasları –
çıxarılmışdır.[449]
Maddə 456. Borclunun öz işçilərinin
hərəkətləri üçün məsuliyyəti
Borclunun öhdəliyini
icra etmək üçün onun işçilərinin yerinə
yetirdikləri hərəkətlər borclunun hərəkətləri
sayılır. Əgər həmin hərəkətlər öhdəliyin
icra edilməməsinə və lazımınca icra edilməməsinə
səbəb olmuşsa, borclu bu hərəkətlər üçün
məsuliyyət daşıyır.
Maddə 457. Üçüncü şəxslərin
hərəkətləri üçün borclunun məsuliyyəti
– çıxarılmışdır.[450]
Maddə 458. Öhdəliyin hər
iki tərəfin təqsiri üzündən pozulmasının
nəticələri
458.1. Əgər
öhdəliyin icra edilməməsi və ya lazımınca icra
edilməməsi hər iki tərəfin təqsiri üzündən
baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin
ölçüsünü müvafiq surətdə azaldır.
Kreditor icra etməmək və ya lazımınca icra etməmək
nəticəsində dəyən zərərin miqdarının
artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən
kömək göstərdikə və ya zərəri azaltmaq üçün
ağlabatan tədbirlər görmədikdə də məhkəmə
borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
458.2. Bu Məcəllənin
458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və
ya müqaviləyə görə borclunun öz təqsirindən
asılı olmayaraq öhdəliyin icra edilməməsi və
ya lazımınca icra edilməməsi üçün məsuliyyət
daşıdığı hallarda da müvafiq surətdə tətbiq
edilir.
Maddə 459. İlkin vəziyyəti
bərpa etmək vəzifəsi
459.1. Zərərin
əvəzini ödəməyə borclu olan şəxs əvəz
ödəməyə borclu edən hal baş verməsəydi,
mövcud olacaq vəziyyəti bərpa etməlidir.
459.2. Əgər
bədən xəsarəti və ya sağlamlığa zərər
vurulması nəticəsində zərərçəkən
əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti
azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə
zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi
ilə ödənilməlidir.
459.3. Zərərçəkən
müalicə xərclərini qabaqcadan tələb edə bilər.
Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda
da eyni qayda qüvvədə olur.
459.4. Əgər
vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən
dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini
tələb edə bilər.
459.5. Əgər
ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin
ödənilməsi mümkün deyildirsə və ya bunun üçün
tənasübsüz surətdə böyük xərclər zəruridirsə,
kreditora pul əvəzi verilə bilər.
459.6. Qabaqcadan razılaşmaya
əsaslanaraq, öhdəliyin pozulması nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququndan imtina etmək yolverilməzdir.
459.7. Zərərin
həcmi müəyyənləşdirilərkən öhdəliyin
lazımınca icrası barəsində kreditorun mənafeləri
də nəzərə alınmalıdır. Zərərin həcminin
müəyyənləşdirilməsi üçün müqavilənin
icrası yeri və vaxtı da nəzərə alınmalıdır.
24-cü fəsil.
Öhdəliklərin icrasının
təmin edilməsi
§ 1. Öhdəliklərin icrasının təmin edilməsi
haqqında ümumi müddəalar
Maddə 460. Öhdəliklərin
icrasının təmin edilməsi üsulları
460.1. Öhdəliklərin
icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması,
zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və
ya müqavilədə nəzərdə tutulan digər üsullarla
təmin edilə bilər. KMQ 25
460.2. Öhdəliyin
icrasının təmin edilməsi barədə razılaşmanın
etibarsızlığı əsas öhdəliyin etibarsızlığına
səbəb olmur.
460.3. Əgər
bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
əsas öhdəliyin etibarsızlığı onu təmin edən
öhdəliyin etibarsızlığına səbəb olur.
Maddə 461. Öhdəliyin icrası
təminatının əvəz edilməsi
461.1. Öhdəliklərin
icrası üçün təminat vermiş şəxs kreditorun
razılığı ilə onu başqa təminatla əvəz
edə bilər.[451]
461.2. Çıxarılmışdır.[452]
§ 2. Dəbbə pulu
Maddə 462. Dəbbə pulu anlayışı
462.1. Dəbbə
pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən,
öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,
o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora
ödəməli olduğu pul məbləğidir. Əgər
öhdəliyin məzmununu hərəkətdən çəkinmək
təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi
andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi
tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta
yetirməyə borclu deyildir.[453]
462.2. Əgər
borclu öhdəliyin icra edilməməsi və ya lazımınca
icra edilməməsi üçün məsuliyyət daşımırsa,
kreditor dəbbə pulunun ödənilməsini tələb edə
bilməz.
462.3. Müqavilənin
tərəfləri dəbbə pulunun miqdarını sərbəst
müəyyənləşdirə bilərlər və bu, mümkün
zərərdən çox ola bilər.
462.4. Əgər
öhdəliyin icrası barədə vəd bu Məcəlləyə
görə etibarsız sayılırsa, həmin öhdəliyin
icra edilməməsi üçün dəbbə pulu haqqında
qəbul edilmiş razılaşma da, hətta həmin vədin
etibarsızlığı tərəflərə məlum olsa
belə, etibarsızdır.
462.5. Əgər
borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə
pulu tutulması barədə mübahisə edirsə, o, icranı
sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən
çəkinməkdən ibarət olmasın.
Maddə 463. Dəbbə pulu haqqında
razılaşmanın forması
463.1. Dəbbə
pulu haqqında razılaşma əsas öhdəliyin formasından
asılı olmayaraq yazılı formada bağlanmalıdır.
463.2. Yazılı
formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın
etibarsızlığına səbəb olur.
Maddə 464. Qanun üzrə dəbbə
pulunun ödənilməsi
464.1. Kreditor qanunla
müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini,
tərəflərin razılaşmasında onun ödənilməsi
vəzifəsinin nəzərdə tutulub-tutulmadığından
asılı olmayaraq, tələb edə bilər.
464.2. Əgər
qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə
dəbbə pulunun miqdarını artıra bilərlər.
Maddə 465. Öhdəliyin icra
edilməməsi üçün cərimə ödənilməsi
465.1. Əgər
borclu öhdəliyin icra edilməməsi üçün cərimə
ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin
icrası əvəzinə dəbbə pulu ödənilməsini
tələb edə bilər. Əgər kreditor borcluya cərimə
ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin
icra edilməsi barədə tələb istisna olunur. Əgər
kreditorun icra etməmək nəticəsində dəyən zərərin
əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı
olan cəriməni zərərin minimum məbləği kimi tələb
edə bilər. Bununla kreditorun digər zərərin tutulması
hüququ istisna edilmir.
465.2. Əgər
borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi
üçün cərimə ödəyəcəyini vəd
etmişdirsə, kreditor cərimənin ödənilməsini və
öhdəliyin icrasını tələb edə bilər. Əgər
kreditorun lazımınca icra etməmək nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsi hüququ
varsa, kreditor onun ödənilməsini tələb edə bilər.
Əgər kreditor icranı qəbul etmişsə, cərimənin
tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ
özündə saxlamış olduğu halda tələb edə
bilər.
465.3. Əgər
borclu pul cəriməsinin ödənilməsi əvəzinə
başqa hərəkəti icra edəcəyini vəd edirsə,
bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri
tətbiq edilir.
Maddə 466. Zərər və dəbbə
pulu
466.1. Əgər
öhdəliyin icra edilməməsi və ya lazımınca icra
edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə,
zərərin dəbbə pulu çatmamış hissəsinin
əvəzi ödənilir.
466.2. Qanunda və
ya müqavilədə aşağıdakı hallar nəzərdə
tutula bilər:
466.2.1. zərərin
deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
466.2.2. dəbbə
pulundan artıq zərər tam məbləğdə tutula bilər;
466.2.3. kreditorun
seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər
tutula bilər.
466.3. Öhdəliyin
icra edilməməsi və ya lazımınca icra edilməməsi
üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi
hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan
yuxarı hissədə və ya onun əvəzinə ödənilməli
olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş
həddə qədər tutula bilər.
Maddə 467. Məhkəmə tərəfindən
dəbbə pulunun azaldılması
Məhkəmə
işin hallarını nəzərə alaraq tənasübsüz
surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb
müəyyənləşdirilərkən kreditorun həm əmlak
mənafeləri, həm də bütün əsaslı mənafeləri
nəzərə alınır. Dəbbə pulu ödənildikdən
sonra onun miqdarının azaldılması istisna edilir.
§ 3. Saxlama
Maddə
468. Saxlama anlayışı və onun əsasları
468.1. Borcluya və
ya borclunun göstərdiyi şəxsə verilməli əmlak
kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək
və ya kreditora bununla bağlı xərclərin və digər
zərərin əvəzini ödəmək öhdəliyini vaxtında
icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik
icra edilənədək saxlamaq ixtiyarı vardır.
468.2. Əmlakın
və ya ona çəkilən xərclərin və digər zərərin
əvəzinin ödənilməsi ilə bağlı olmasa da,
tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən
öhdəlikdən əmələ gələn tələblər
də əmlakın saxlanması ilə təmin edilə bilər.
468.3. Kreditor onda
olan əmlakı həmin əmlak kreditorun sahibliyinə daxil olduqdan
sonra əmlaka hüquqları üçüncü şəxsin
əldə etməsinə baxmayaraq saxlaya bilər.
468.4. Bu maddənin
qaydaları, əgər müqavilədə ayrı şərt
nəzərdə tutulmayıbsa, tətbiq edilir.
Maddə 469. Tələblərin
saxlanan əmlak hesabına ödənilməsi
Əmlakı saxlayan
kreditorun tələbləri girovla təmin edilmiş tələblərin
ödənilməsi üçün nəzərdə tutulan həcmdə
və qaydada əmlakın dəyərindən ödənilir.
§ 4. Zaminlik
Maddə 470. Zaminlik müqaviləsi
470.1. Zaminlik müqaviləsi
üzrə zamin başqa şəxsin kreditoru qarşısında
həmin şəxsin öz öhdəliyini tamamilə və ya
hissə-hissə icra etməsi üçün məsuliyyəti
öz üzərinə götürür.
470.2. Zaminlik müqaviləsi
gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi
üçün də bağlana bilər.
Maddə 471. Zaminlik müqaviləsinin
forması
Zaminlik müqaviləsi
yazılı formada bağlanmalıdır. Yazılı formaya
riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına
səbəb olur.
Maddə 472. Zaminin məsuliyyəti
472.1. Borclu zaminliklə
təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca
icra etmədikdə, əgər bu Məcəllədə və
ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti
nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında
birgə məsuliyyət daşıyırlar.
472.2. Əgər
zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin
və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca
icra etməməsi nəticəsində kreditora dəyən digər
zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,
zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət
daşıyır.
472.3. Birgə zamin
olmuş şəxslər, əgər zaminlik müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında
birgə məsuliyyət daşıyırlar.
472.4.
Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik
üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu
halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən
mirasın qəbul edildiyi günədək müddətdə
dayandırılır.[454]
Maddə 473. Zaminin xidmətləri
üçün muzd
Əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi
xidmətlər üçün muzd almaq hüququ vardır.
Maddə 474. Kreditorun tələblərinə
qarşı zaminin etiraz hüququ
474.1. Əgər
zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə,
zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə
biləcəyi etirazları irəli sürə bilər. Zamin bu
cür etirazlar irəli sürmək hüququnu hətta borclunun
onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
474.2. Zamin kreditorun
tələbini ödəyənədək bu barədə borclunu
xəbərdar etməyə, zaminə qarşı iddia irəli
sürüldükdə isə borclunu işdə iştiraka cəlb
etməyə borcludur.
474.3. Zamin bu Məcəllənin
474.2-ci maddəsində göstərilən vəzifələri
yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə
qarşı kreditora qarşı olan etirazlarını irəli
sürə bilər.
Maddə 475. Öhdəliyi icra etmiş
zaminin hüquqları
475.1. Öhdəliyi
icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə
hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş
hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə
keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş
məbləğdən faizlər ödəməyi və borclunun
əvəzinə məsuliyyətlə bağlı çəkdiyi
digər zərərin əvəzini ödəməyi tələb
edə bilər.
475.2. Zamin öhdəliyi
icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən
sənədləri zaminə təqdim etməyə və həmin
tələbi təmin edən hüquqları verməyə borcludur.
475.3. Bu maddədə
müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə
və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda
nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən
ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
Maddə 476. Borclunun öhdəliyi
icra etməsi barədə zaminə məlumat verilməsi
Zaminliklə təmin
edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal
zaminə məlumat verməlidir.[455]
Maddə 477. Zaminliyə xitam verilməsi
477.0. Zaminliyə
aşağıdakı hallarda xitam verilir:
477.0.1. zaminliyin
təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin
razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə
və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına
və ya onun üçün digər əlverişsiz nəticələrə
səbəb olduqda;
477.0.2. əgər
zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora
razılıq verməmişsə, zaminliklə təmin edilmiş
öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
477.0.3. kreditor borclunun
və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən
imtina etdikdə;
477.0.4. zaminlik müqaviləsində
göstərilmiş onun verilmə müddəti qurtardıqda.
Belə müddət təyin edilmədikdə zaminliyə onun
təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı
gündən bir il ərzində kreditorun zaminə qarşı
iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin
icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə
bilmədikdə və ya tələbetmə məqamı ilə
müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik
müqaviləsinin bağlandığı gündən iki il ərzində
kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda
xitam verilir.
§ 5. Qarantiya
Maddə 478. Qarantiya anlayışı
Qarantiyaya əsasən
qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı)
digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın
kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə
uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi
barədə yazılı tələb təqdim etdikdə həmin
məbləği ödəyəcəyi barədə yazılı
öhdəlik verir.[456]
Maddə 479. Prinsipialın öhdəliyinin
qarantiya ilə təmin edilməsi
479.1. Qarantiya prinsipialın
benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi)
lazımınca icra etməsini təmin edir.
479.2. Qarantiya verilməsinə
görə prinsipial qaranta şərtləşdirilmiş muzd
ödəyir.
Maddə 480. Qarantiyanın əsas
öhdəlikdən asılı olmaması
Qarantın benefisiar
qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi
müstəqil öhdəlikdir və icrasının təminatı
üçün verildiyi əsas öhdəlikdən, hətta
qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı
deyildir.
Maddə 481. Qarantiyanın geri götürülməzliyi
Əgər qarantiyada
ayrı qayda nəzərdə tutulmayıbsa, o, qarant tərəfindən
geri götürülə bilməz.
Maddə 482. Qarantiya üzrə
hüquqların başqasına verilə bilməməsi
Əgər qarantiyada
ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya üzrə
benefisiara mənsub olan, qaranta qarşı tələb irəli
sürmək hüququ başqa şəxsə verilə bilməz.
Maddə 483. Qarantiyanın qüvvəyə
minməsi
Əgər qarantiyada
ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi
gündən qüvvəyə minir.
Maddə 484. Qarantiya üzrə
tələbin təqdim edilməsi
484.1. Benefisiarın
qarantiya üzrə pul məbləği ödənilməsinə
dair tələbi qarantiyada göstərilmiş sənədlər
qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir.
Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın
təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi
pozmasının nədən ibarət olduğunu göstərməlidir.
484.2. Benefisiarın
tələbi qaranta qarantiyada müəyyənləş-dirilmiş
verilmə müddəti qurtaranadək təqdim edilməlidir.
Maddə 485. Benefisiarın tələbinə
baxarkən qarantın vəzifələri
485.1. Benefisiarın
tələbini aldıqda qarant bu barədə ləngimədən
prinsipiala məlumat verməli və tələbin surətini ona
aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim
etməlidir.
485.2. Qarant qoşulmuş
sənədlərlə birlikdə benefisiarın tələbinə
qarantiyada göstərilmiş müddətdə, müddət
göstərilmədikdə isə ağlabatan müddətdə
baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin
qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini
müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir.
Maddə 486. Benefisiarın tələbini
ödəməkdən qarantın imtina etməsi
486.1. Əgər
benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər
qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada
təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim
edilmişdirsə, qarant bu tələbi ödəməkdən
imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən
imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir.
486.2. Əgər
benefisiarın tələbini ödəyənə qədər
qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas
öhdəlik tamamilə və ya müvafiq hissədə artıq
icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir
və ya etibarsızdır, bu barədə o dərhal benefisiara
və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən
sonra qarant benefisiardan təkrarən aldığı tələbi
ödəməlidir.
Maddə 487. Qarantın öhdəliyinin
hədləri
487.1. Qarantın
benefisiar qarşısında qarantiyada nəzərdə tutulan
öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi
ilə məhdudlaşır.
487.2. Qarantın
qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi və
ya lazımınca yerinə yetirməməsi üçün benefisiar
qarşısında məsuliyyəti, əgər qarantiyada ayrı
hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə
məhdudlaşmır.
Maddə 488. Qarantiyaya xitam verilməsi
488.1. Qarantın
benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə
aşağıdakılarda xitam verilir:
488.1.1. qarantiya verilmiş
məbləğ benefisiara ödənildikdə;
488.1.2. qarantiyada
müəyyənləşdirilmiş müddət qurtardıqda;
488.1.3. benefisiar
qarantiya üzrə hüquqlarından imtina etdikdə və onu
qaranta qaytardıqda;
488.1.4. benefisiar
qarantı onun öhdəliyindən azad etməsi barədə
yazılı ərizə vermək yolu ilə qarantiya üzrə
hüquqlarından imtina etdikdə.
488.2. Bu Məcəllənin
488.1.1, 488.1.2 və 488.1.4-cü maddələrində nəzərdə
tutulan əsaslar üzrə qarantın öhdəliyinə xitam
verilməsi qarantiyanın ona qaytarıb-qaytarılmadığından
asılı deyildir.
488.3. Qarantiyaya xitam
verildiyindən xəbər tutan qarant bu barədə ləngimədən
prinsipiala məlumat verməlidir.
Maddə 489. Qarantın prinsipiala
qarşı reqres tələbləri
489.1. Qarantın
qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin
əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında
tələb etmək hüququ qarantla prinsipialın icrası üçün
qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
489.2. Əgər
qarantın prinsipialla razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, qarant prinsipialdan qarantiya şərtlərinə
uyğun olmadan və ya qarantın benefisiar qarşısında
öhdəliyinin pozulmasına görə benefisiara ödənilmiş
məbləğlərin əvəzini tələb edə bilməz.
Maddə 490. Borclunun qarantiyası
– çıxarılmışdır.[457]
§ 6. Beh
Maddə 491. Beh anlayışı
491.1. Beh müqavilənin
bağlanmasını təsdiq etmək və icrasını təmin
etmək məqsədilə razılığa gələn tərəflərdən
birinin müqavilə üzrə digər tərəfə verəcəyi
ödənişlər hesabına verdiyi pul məbləğidir.
491.2. Behin məbləğindən
asılı olmayaraq beh haqqında razılaşma yazılı
formada bağlanmalıdır. Beh
haqqında razılaşma daşınmaz əmlaka sərəncam
verilməsi barədə müqavilənin bağlanması ilə
bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir.
Daşınmaz əmlaka sərəncam verilməsi barədə
müqavilənin bağlanması ilə bağlı beh haqqında
razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı
behi alana münasibətdə bu Məcəllənin 225.6-cı
maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. [458]
491.3. Müqavilə
üzrə tərəfin verəcəyi ödənişlər
hesabına ödənilmiş məbləğin beh olub-olmadığına
şübhə yarandıqda, o cümlədən bu Məcəllənin
491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya
riayət edilməməsi nəticəsində şübhə
yarandıqda həmin məbləğ, əgər əksi sübuta
yetirilməsə, avans kimi ödənilmiş sayılır.
Maddə 492. Behlə təmin edilmiş öhdəliyə
xitam verilməsinin və onun icra edilməməsinin nəticələri
492.1. Öhdəliyin
icrasına başlanana qədər ona tərəflərin razılaşması
üzrə və ya icranın mümkün olmaması nəticəsində
xitam verildikdə beh qaytarılmalıdır.
492.2. Əgər
müqavilənin icra edilməməsi üçün beh vermiş
tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə
qalır. Əgər müqavilənin icra edilməməsi üçün
beh almış tərəf məsuliyyət daşıyırsa,
o, digər tərəfə behin iki mislini ödəməlidir.
Bundan əlavə, müqavilənin icra edilməməsi üçün
məsuliyyət daşıyan tərəf, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği
hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə
ödəməyə borcludur.
25-ci fəsil.
Öhdəlikdə kreditorların
və ya borcluların çoxluğu
Maddə 493. Birgə kreditorlar və
birgə səlahiyyətlər
493.1. Əgər
bir neçə şəxs onlardan hər birinin tam icranı tələb
edə biləcəyi şəkildə icranı tələb etməyə
səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik
icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
493.2. Birgə səlahiyyətlər
müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə
əsasən əmələ gəlir.
Maddə 494. Öhdəliyin istənilən
kreditora icra edilməsi
Əgər kreditorlardan
biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə
tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə,
borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora
icra edə bilər.
Maddə 495. Öhdəliyin kreditorlardan
birinə icra edilməsi
Öhdəliyin
birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu
digər kreditorlar qarşısında öhdəliklərdən
azad edir.
Maddə 496. Birgə kreditorlardan
birinin imtinasının nəticələri
Əgər birgə
kreditorlardan biri borclu barəsində tələbdən imtina edirsə,
borclu həmin kreditora çatası hissəni ödəməkdən
azad edilir.
Maddə 497. Digər kreditorla bağlı
faktlardan istifadənin yolverilməzliyi
Borclu kreditorlardan
biri barəsində digər kreditorla bağlı faktlardan istifadə
edə bilməz.
Maddə 498. Birgə kreditorun vərəsələrinin
hüquqları
Əgər birgə
kreditorun bir neçə vərəsəsi vardırsa, onlardan
hər birinə borca hüququn yalnız onun vərəsəlik
payına uyğun hissəsi keçir.
Maddə 499. Birgə kreditorun digər
birgə kreditorlar qarşısında vəzifələri
499.1. Borcludan icranı
tam almış kreditor qalan birgə kreditorlara çatası payı
ödəməyə borcludur.
499.2. Əgər
birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə,
onların öz qarşılıqlı münasibətlərində
bərabər payları vardır.
Maddə 500. Birgə borclular və
birgə öhdəliklər
500.1. Əgər
öhdəliyin icrası bir neçə şəxsə onlardan
hər birini öhdəliyin tam icrasında iştirak etməyə
borclu edən şəkildə həvalə edilirsə, kreditor
isə yalnız birdəfəlik icranı tələb etmək
hüququna malikdirsə, onlar birgə borclulardır.
500.2. Birgə öhdəlik
müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə
əsasən əmələ gəlir.
Maddə 501. Kreditorun icranı istənilən
borcludan tələb etmək hüququ
Kreditor öz arzusu
ilə istənilən borcludan həm tam, həm də hissə-hissə
icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək
qalan borcluların öhdəlikləri qüvvədə qalır.
Maddə 502. Birgə borclunun kreditor
barəsində qarşılıqlı tələbi
Birgə borclunun
kreditora qarşı müqavilənin mahiyyətindən irəli
gələn və ya yalnız özünün hüququ çatan,
yaxud birgə borcluların hamısı üçün ümumi
olan bütün qarşılıqlı tələbləri irəli
sürmək ixtiyarı vardır.
Maddə 503. Borclulardan birinin öhdəliyi
tam icra etməsinin nəticələri
Borclulardan birinin
öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir.
Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə
barəsində də eyni qayda qüvvədə olur.
Maddə 504. Digər birgə borclu
ilə bağlı faktlardan istifadənin yolverilməzliyi
Əgər öhdəlik
münasibətlərinin mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan
yalnız həmin şəxs barəsində istifadə edilə
bilər.
Maddə 505. Birgə borclulardan biri
barəsində iddia
Birgə borclulardan
biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində
də iddia vermək hüququndan məhrum etmir.
Maddə 506. İcranın qəbulunun
ləngidilməsinin nəticələri
506.1. Kreditorun birgə
borclulardan birindən icranın qəbulunu ləngitməsinin nəticələri
qalan birgə borclular barəsində də qüvvədədir.
506.2. Birgə borclulardan
birinin icra müddətlərinə riayət etməməsinin
nəticələrindən qalan birgə borclular barəsində
istifadə oluna bilməz.
Maddə 507. Birgə borcluların
vərəsələrinin hüquqları
Əgər birgə
borclulardan birinin bir neçə vərəsəsi vardırsa,
onlardan hər biri tələbi öz miras payına mütənasib
surətdə icra etməyə borcludur. Əgər tələb
bölünməzdirsə, bu qayda tətbiq edilmir.
Maddə 508. Kreditorun tələbinin birgə
borclulardan birinin borcu ilə birləşdirməsi
Əgər kreditorun
tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə,
qalan borclular barəsində öhdəliyə həmin borclunun
payına düşən miqdarda xitam verilir.
Maddə 509. Borclulardan biri öhdəliyi
tam icra etdikdə reqres qaydasında tələb hüququ
509.1. Birgə öhdəliyi
icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə
ayrı qayda müəyyənləşdirilməyibsə, qalan
borclular barəsində onların paylarına mütənasib surətdə,
lakin öz payı çıxılmaqla reqres qaydasında tələb
hüququna malikdir.
509.2. Əgər
borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək
mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni
dərəcədə məsuliyyət daşıyırlar.
509.3. Kreditor qarşısında
birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər
borclulara qarşı tələbi, habelə bu Məcəllənin
196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun
digər borclulara münasibətdə hüququ keçir.[459]
Maddə 510. Birgə borclunun ödəniş
qabiliyyəti olmamasının nəticələri
Əgər borclulardan
birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən
pay ödəniş qabiliyyətli bütün digər borclular
arasında mütənasib surətdə bölüşdürülür.
Maddə 511. Birgə borclunun kompensasiyası
Əgər birgə
borclu birgə öhdəlikdən fayda götürmüşsə,
belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin
icrası üçün ondan təminat tələb edə bilər.
Maddə 512. Müddətin keçməsinin
nəticələri
Birgə borclulardan
biri barəsində müddətin axımının dayandırılmasının
və ya xitamının digər borclular barəsində qüvvəsi
yoxdur.
26-cı fəsil.
Öhdəliklərin verilməsi[460]
§ 1. Tələblərin güzəşti – çıxarılmışdır.
§ 2. Öhdəliklərin verilməsi – paraqrafın adı çıxarılmışdır.
Maddə 522. Öhdəliklərin
verilməsi əsasları və qaydası
522.1. Kreditor ilə
müqaviləyə əsasən öhdəlik üçüncü
şəxsə verilə bilər; bunun nəticəsində o,
əvvəlki borclunu əvəz edir.
522.2. Əgər
borclu ilə öhdəliyin üçüncü şəxsə
veriləcəyi barədə razılaşma əldə edilərsə,
bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
522.3. İcazə
yalnız borclunun və ya üçüncü şəxsin kreditoru
öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir.
İcazə verilənədək tərəflər müqaviləni
dəyişdirə və ya ləğv edə bilərlər.
İcazə verməkdən imtina edilərsə, öhdəlik
verilmiş sayılmır.
522.4. Borclu və
ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş
müddətdə elan etməyi tələb edirlərsə, icazə
həmin müddət qurtaranadək elan edilir; bu edilməsə,
hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.
522.5. Kreditor icazə
verməyənədək, öhdəliyi üzərinə götürmüş
şəxs şübhə olduğu halda borcluya münasibətdə
kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır.
Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə
olur.[461]
Maddə 523. Torpaq sahəsini özgəninkiləşdirənin
öhdəliklərinin verilməsi
523.1. Əgər
torpaq sahəsini əldə edən şəxs özgəninkiləşdirənlə
müqaviləyə əsasən özgəninkiləşdirənin
torpaq sahəsinə ipoteka barəsində öhdəliyini öz
üzərinə götürürsə, kreditor öhdəliyin
verilməsinə icazəni yalnız özgəninkiləşdirənin
ona bu barədə bildiriş göndərdiyi halda verə bilər.
523.2. Əgər
bildirişin alınmasından altı ay keçmişdirsə,
icazə kreditorun həmin müddət ərzində özgəninkiləşdirənə
imtina etmədiyi halda verilmiş sayılır. Özgəninkiləşdirən
yalnız o halda bildiriş göndərə bilər ki, mülkiyyətçi
əldə edəni daşınmaz əmlakın dövlət
reyestrində qeydə aldırmış olsun.
523.3. Bildiriş
yazılı şəkildə tərtib edilir və öhdəliyi
qəbul edənin əvvəlki borclunu əvəz etdiyini göstərir,
bu şərtlə ki, kreditor altı ay ərzində bundan imtina
etməsin. Əldə edənin tələbi ilə özgəninkiləşdirən
öhdəliklərin verilməsi barədə kreditora bildiriş
göndərməlidir. İcazə verildikdən və ya ondan
imtina edildikdən dərhal sonra özgəninkiləşdirən
əldə edənə bu barədə bildiriş göndərir.
Maddə 524. Öhdəliyi qəbul
etmiş şəxsin etirazları
Öhdəliyi qəbul
etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən
irəli gələn etirazları kreditora qarşı irəli
sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi
hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs
öhdəlik qəbul edənlə əvvəlki borclu arasında
olan, öhdəliyin verilməsinin əsasında duran hüquq
münasibətindən irəli gələn etirazları kreditora
qarşı irəli sürə bilməz.
Maddə 525. Zaminlik öhdəliyinin, girov
və ipoteka hüququnun verilmə nəticəsində ləğvi
Tələb üçün
verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi
nəticəsində ləğv edilir. Əgər tələb
üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi
zaman baş verən eyni nəticələr baş verir. Əgər
zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın
mənsub olduğu şəxs razılıq verərlərsə,
bu göstərişlər tətbiq edilmir. Müflisolma halı
üçün tələblə bağlı üstünlük
hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin
əmlakı barəsində həyata keçirilə bilməz.
Maddə 526. Öhdəliyi qəbul
etmiş şəxsin məsuliyyəti
Əgər kimsə
müqaviləyə əsasən başqa şəxsin əmlakını
qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki
borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin
bağlandığı andan özlərinin həmin vaxtadək
mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə
qarşı irəli sürə bilərlər. Əmlakı qəbul
edənin məsuliyyəti alınmış əmlakın tərkibi
və müqavilə üzrə ona mənsub olan tələblər
ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti
onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən
istisna edilə və ya məhdudlaşdırıla bilməz.
27-ci fəsil.
Öhdəliklərə xitam verilməsi
Maddə 527. Öhdəliklərə
xitam verilməsi əsasları
527.1. Öhdəliyə
icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə,
borcu bağışlama, müddətin keçməsi nəticəsində
və bu Məcəllədə və ya müqavilədə nəzərdə
tutulan digər əsaslar üzrə tamamilə və ya qismən
xitam verilir.
527.2. Öhdəliyə
tərəflərdən birinin tələbi ilə xitam verilməsinə
yalnız bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan hallarda yol verilir.
§ 1. Öhdəliklərə icra nəticəsində xitam
verilməsi
Maddə 528. Öhdəliyə kreditorun
xeyrinə icra nəticəsində xitam verilməsi
Öhdəliyə onun kreditorun xeyrinə lazımınca
icrası (icra) nəticəsində xitam verilir.
Maddə 529. Öhdəliyin icrasının
qəbulu
529.1. Borclunun tələbi
ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul
etdiyini təsdiqləyən sənəd verməlidir.
529.2. Öhdəliyin
icrası kimi təklif olunmuş hərəkəti qəbul edən
kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək
niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli
öhdəlik deyil, başqasıdır və ya natamamdır və
ya lazımi öhdəlik deyildir.
529.3. Əgər
borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi
vermişdirsə, kreditor icranı qəbul edərkən həmin
sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə
bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə
göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə
qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin
üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin
borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,
öhdəliyə xitam verildiyini təsdiqləyir.
529.4. Borcun alınması
barədə tərtib edilmiş, faizlərə dair məlumatlar
göstərilməmiş sənəd nəzərdə tutur ki,
həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə
tamamilə xitam verilir.
529.5. Borc vaxtaşırı,
hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin
ödənilməsi barədə sənəd, nə qədər
ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki
hissənin də ödənildiyini ehtimal etməyə əsas
verir.
529.6. Əgər
kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə
xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış
verilməsini tələb edə bilər.
529.7. İcra haqqında
kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib
etdiyi sənəddə borcun həcmi və növü, borclunun
və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı
və yeri haqqında məlumatlar göstərilməlidir.
529.8. Tərəflərin
razılaşması ilə öhdəliyə icra əvəzinə
peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak
verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman
haqqının miqdarını, habelə onun verilməsi müddətlərini
və qaydasını tərəflər müəyyənləşdirirlər.
Maddə 530. İcra haqqında sənədin
verilməsi xərclərinin ödənilməsi
530.1. İcra haqqında
sənədin verilməsi xərcləri, əgər borclu ilə
kreditor arasında razılaşmadan ayrı hal irəli gəlmirsə,
borclunun öhdəsinə qoyulur.
530.2. Əgər
kreditor yaşayış yerini dəyişdirərsə və
ya vəfat edərsə və başqa yaşayış yerində
onun vərəsələri qalarsa, icra haqqında sənədin
verilməsi ilə bağlı artmış xərclər kreditorun
və ya onun vərəsələrinin öhdəsinə qoyulur.
Maddə 531. Öhdəliyə novasiya
nəticəsində xitam verilməsi
531.1. Öhdəliyə
tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin
eyni şəxslər arasında digər predmet və ya icra üsulu
(novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz
edilməsi haqqında tərəflərin razılaşması
ilə xitam verilir.
531.2. Həyata və
ya sağlamlığa vurulmuş zərərin əvəzinin
və alimentlərin ödənilməsi üzrə öhdəliklər
barəsində novasiyaya yol verilmir.
531.3. Əgər
ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə
bağlı olan əlavə öhdəliklərə xitam verir.
§ 2. Öhdəliyə depozitə qoyma nəticəsində
xitam verilməsi
Maddə 532. Öhdəliyə depozitə
qoyma nəticəsində xitam verilməsi anlayışı
532.1. Əgər
kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu
yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün
məhkəməyə və ya notariata verə bilər, pulları
və ya sənədli qiymətli kağızları isə
notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində
borclu ləngimədən kreditora bildiriş göndərməlidir.[462]
532.2. Depozitə qoyma nəticəsində
borclu kreditor qarşısında öhdəlikdən azad edilir.[463]
532.3. Əgər
depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa,
borclu öz öhdəliyindən azad edilir, çünki bu halda
depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər
tutulur.
532.4. Əgər
borclu öhdəliyi yalnız kreditor öz öhdəliyini icra
etdikdən sonra icra etməlidirsə, kreditorun depozitə qoyulmuş
əşyanı almaq hüququnu qarşılıqlı öhdəliyin
icrasından asılı edə bilər.
Maddə 533. Depozitə qoyulmuş
əmlakın kreditora verilməsi
533.1. Məhkəmə
və ya notarius depozitə qoyulmuş əmlakı kreditora verməlidir.
Məhkəmə və ya notarius mühafizi seçir, sənədlər
isə onda qalır.
533.2. Depozitə
qoyma öhdəliyin icra edildiyi yerdəki məhkəmədə
və ya notariatda həyata keçirilməlidir. Əgər borclu
depozitə qoymanı başqa yerdə həyata keçirərsə,
kreditorun bununla əlaqədar düşə biləcəyi zərərin
əvəzini ödəməlidir.
533.3. Əgər
depozitə qoyulmuş əşya məhkəməyə və
ya notariata poçtla göndərilmişsə, depozitin qüvvədə
olma müddəti əşyanın göndərilmək üçün
poçta verildiyi tarixə keçirilir.
Maddə 534. Depozitə qoyulmaq üçün
yararlı predmet
534.1. Predmet saxlanmaq
üçün yararlı olmalıdır. Tez xarab olan predmetlər
saxlanmağa qəbul edilmir.
534.2. Əgər
öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna
və ya saxlanması tənasübsüz surətdə yüksək
xərclərlə bağlı olduğuna görə depozitə
qoyulmaq üçün yararlı deyildirsə, borclu onu öhdəliyin
icra yerində hərracdan sata bilər, satış pulunu isə
depozitə qoya bilər.
Maddə 535. Saxlanma yeri
Saxlanma icra yerində həyata keçirilməlidir.
Maddə 536. Kreditordan predmeti qəbul
etməyin tələb olunması
Məhkəmə
və ya notarius predmetin saxlanmağa qəbul edildiyi barədə
kreditora məlumat verir və predmeti qəbul etməyi ondan tələb
edir.
Maddə 537. Saxlama ilə bağlı
xərclərin ödənilməsi
Saxlama ilə bağlı bütün xərclər kreditorun
üzərinə düşür.
Maddə 538. Borclunun saxlanmağa
verdiyi predmeti tələb etməsi
538.1. Borclu saxlanmağa
verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə
qədər qaytarılmasını tələb edə bilər,
bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş
olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə,
saxlama baş tutmamış sayılır.
538.2. Kreditor predmetdən
imtina edirsə və ya bu Məcəllənin 539-cu maddəsində
müəyyənləşdirilən müddət qurtarmışsa,
borclu təhvil verdiyi predmeti geri götürə bilər.
538.3. Borclu predmeti
geri götürürsə, saxlama xərcləri onun üzərinə
düşür.
Maddə 539. İcra predmetinin saxlanma
müddəti
Məhkəmə
və ya notarius icra predmetini üç ilədək müddətə
saxlayır. Əgər həmin müddət ərzində kreditor
predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat
verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi
tələb olunur. Borclu predmeti geri götürülmə üçün
zəruri olan müddət ərzində almazsa, o, dövlət
əmlakı sayılır.
§ 3. Öhdəliyə qarşılıqlı tələblərin
əvəzləşdirilməsi ilə xitam verilməsi (əvəzləşdirmə)
Maddə 540. Öhdəliklərin
əvəzləşdirilməsinin mümkünlüyü
540.1. Əgər
iki şəxs arasında mövcud olan qarşılıqlı
tələblərin icra müddəti çatmışsa, həmin
tələblərə onların əvəzləşdirilməsi
yolu ilə xitam verilə bilər.
540.2. Tələblərin
əvəzləşdirilməsi tələblərdən birinin
icra müddətinin hələ çatmadığı, lakin
bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə
tərəfdar olduğu halda da mümkündür. Tələblərin
əvəzləşdirilməsi bu barədə digər tərəfə
məlumat verməklə həyata keçirilir. məlumat hər
hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi
ilə bağlı olduqda etibarsızdır.
Maddə 541. Tələbin güzəşti
zamanı əvəzləşdirmə
541.1. Tələb
güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün
qarşılıqlı tələbini yeni kreditorun tələbi
ilə əvəzləşdirə bilər.
541.2. Əvəzləşdirmə
bu şərtlə aparıla bilər ki, tələb, onun güzəşt
edilməsi barədə borclunun bildiriş aldığı anda
mövcud olmuş əsasa görə əmələ gəlsin
və tələbin müddəti o alınana qədər çatsın
və ya həmin müddət göstərilməsin və ya tələbetmə
anı ilə müəyyənləşdirilsin.
Maddə 542. Əvəzləşdirmə
tələbinin müddəti
Əgər tələbin
əvəzləşdirilməsinin hələ mümkün olduğu
vaxtadək tələb üzrə müddət keçməyibsə,
tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini
istisna etmir.
Maddə 543. Əvəzləşdirilən
tələblər
Əgər əvəzləşdirilən
tələblər bir-birini tam ödəmirsə, yalnız digər
tələbin həcmindən az olan həcm əvəzləşdirilir.
Maddə 544. İcra yerləri müxtəlif
olduqda öhdəliklərin əvəzləşdirilməsi
Öhdəliklərin
icrası üçün müxtəlif yerlər nəzərdə
tutulduqda da onların əvəzləşdirilməsinə yol
verilir.
Maddə 545. Tələblərin
əvəzləşdirilməsinin yolverilməzliyi
545.0. Aşağıdakı
hallarda öhdəliklərin əvəzləşdirilməsinə
yol verilmir:
545.0.1. tələblərin
əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən
istisna edilmişsə;
545.0.2. öhdəliyin
predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin
predmeti yaşayış vasitəsidirsə;
545.0.3. öhdəlik
sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini
nəzərdə tutursa;
545.0.4. digər
tərəfin ərizəsi ilə tələbə iddia müddəti
tətbiq edilməli olduqda və bu müddət keçdikdə;
545.0.5. alimentlərin
tutulması ilə bağlı olduqda;
545.0.6. bu, Azərbaycan
Respublikasının və ya bələdiyyənin tələbidirsə;
digər tərəfin qarşılıqlı əvəzləşdirmə
tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə,
öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli
olduğu hallar istisna təşkil edir.
545.0.7. bu Məcəllədə
nəzərdə tutulmuş digər hallarda.
§ 4. Borcun bağışlanması ilə öhdəliyin
xitamı
Maddə 546. Borcun bağışlanması
anlayışı
Kreditorun borclunu
onun üzərinə düşən vəzifədən azad etməsi
(borcun bağışlanması) ilə öhdəliyə xitam
verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun
əmlakı barəsində başqa şəxslərin hüquqlarını
pozmasın.
Maddə 547. Borcun bağışlanmasının
digər birgə borclular üçün nəticələri
Birgə borclulardan
birinə borcun bağışlanması digər birgə borcluları
da azad edir, amma kreditorun onlara qarşı tələbini özündə
saxlaması halı istisna təşkil edir. Bu halda kreditor azad edilmiş
borclunun payını çıxmaqla, qalan birgə borclular barəsində
yalnız bir tələbdən istifadə edə bilər.
Maddə 548. Borcun əsas borcluya
bağışlanmasının nəticələri
548.1. Borcun əsas
borcluya bağışlanması zaminləri də azad edir.
548.2. Zaminin borcu
ödəməkdən azad edilməsi əsas borclunu öhdəliyin
icrasından azad etmir.
548.3. Zaminlərdən
birinin borcu ödəməkdən azad edilməsi digər borcluları
da azad edir.
Maddə 549. İkitərəfli
müqavilə üzrə tələblərdən imtinanın
nəticələri
İkitərəfli
müqavilənin tərəflərindən birinin öz tələbindən
imtina etməsi öhdəliyin xitamına səbəb olmur. Həmin
tərəf digər tərəfin də öz tələbindən
imtina etməsinə qədər müqavilədə nəzərdə
tutulmuş öhdəliklərini icra etməlidir.
§ 5. Müddətin keçməsinə görə öhdəliyin
xitamı
Maddə 550. Tələblər üçün
müddət
Tələbə,
yəni digər şəxsdən hərəkətin edilməsini
və ya edilməməsini tələb etmək hüququna müddətin
keçməsinə görə xitam verilə bilər.
Maddə 551. Öhdəliklərin
xitamı üçün müddətlər
551.1. Əgər
bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
bütün tələblər on il (adi müddət) keçdikdən
sonra qüvvəsini itirir. KMQ23
551.2. Aşağıdakı
tələblər beş il keçdikdən sonra qüvvəsini
itirir:
551.2.1. kirayə
haqqı, icarə haqqı, kapital üçün faizlər və
digər vaxtaşırı ödənişlər haqqında
tələblər;
551.2.2. qida məhsulları satışı və ya gələnlərə
yaşayış yeri verilməsi üzrə tələblər;[464]
551.2.3. zavod tikintisi,
mallar satışı, daşımalar üzrə tələblər,
sərbəst peşə adamlarının (məsələn,
həkimlərin, vəkillərin və ya məsləhətçilərin)
tələbləri, habelə işçilərin əmək
münasibətləri üzrə tələbləri;
551.2.4. məhkəmə
qərarına əsasən əmələ gələn tələb
otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin
daha qısa müddətlə bağlı olduğu halda da tətbiq
edilir.
Maddə 552. Öhdəliklərin
xitamı üçün müddətin axımının başlanması
552.1. Müddətin
axımı tələbin icra müddətinin çatması
ilə başlanır. Müddət hesablanarkən müddətin
başlandığı gün nəzərə alınmır.
Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət
bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
552.2. Aşağıdakı
hallarda müddətin axımı başlanmır və müddət
dayandırılır:
552.2.1. öhdəliyin
icrasına möhlət verildikdə və ya öhdəlik götürən
başqa halla əlaqədar onun icrasından müvəqqəti
imtina etmək hüququna malik olduqda;
552.2.2. müddətin
son altı ayı ərzində məhkəmə baxışının
dayandırılması nəticəsində ixtiyarlı şəxs
öz hüququnun məhkəmə müdafiəsini həyata
keçirmək imkanından məhrum olana qədər. Bu cür
imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində
baş verdikdə də eyni qayda qüvvədə olur.
552.2.3. söhbət
ərlə arvadın tələblərindən gedirsə, nikah
pozulana qədər. Eyni qayda uşaqlar yetkinlik yaşına çatanadək
valideynlərin və uşaqların tələbləri üçün
və qəyyumluq və himayəçilik üzrə münasibətlər
dövründə qəyyumun və qəyyumluqda olanın tələbləri
üçün də qüvvədədir.
552.2.4. söhbət
təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli
və ya fəaliyyət qabiliyyəti olmayan şəxsdən gedirsə,
bu şəxsin fəaliyyət qabiliyyətini itirdiyi andan altı
ay keçənədək.
552.3. Müddətin
axımı kəsilirsə, kəsilmə anınadək keçən
vaxt nəzərə alınmır; yeni müddət yalnız
kəsilmə qurtardıqdan sonra başlanır.
Maddə 553. Öhdəliklərin
xitamı üçün müddətin kəsilməsi
553.1. Aşağıdakı
hallarda müddətin axımı kəsilir:
553.1.1. mükəlləfiyyətli
şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə
ödənişlərlə, faizlər ödəməklə,
təminat verməklə və ya digər üsulla icra edirsə;
553.1.2. ixtiyarlı
şəxs məhkəməyə iddia verirsə.
553.2. Müddətin
kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş
məhkəmə qərarı qəbul edilənədək davam
edir.
Maddə 554. Öhdəliklərin
xitamı üçün müddətin keçməsinin nəticələri
554.1. Müddət
keçdikdən sonra mükəlləfiyyətli şəxsin
öhdəliyin icrasından imtina etmək hüququ vardır.
554.2. Öhdəlik
müddətin keçdiyini bilmədən icra olunduqda belə,
müddətin keçməsinə görə qüvvəsini
itirmiş tələbin ödənilməsi üçün icra
olunmuşları geri istəmək olmaz.
554.3. Əsas tələblə
birlikdə ondan asılı olan əlavə öhdəliklərin
icrasına dair tələb də müddətin keçməsinə
görə qüvvəsini itirir.
554.4. Müddətin
keçməsi tərəflərin razılaşması ilə
istisna edilə və ya çətinləşdirilə bilməz.
Tərəflər müddətin keçməsinin sadələşdirilməsi,
o cümlədən onun qısaldılması barədə razılaşa
bilərlər.
§ 6. Öhdəliyin xitamının digər əsasları
Maddə 555. Borclu və kreditor eyni
şəxs olduqda öhdəliyin xitamı
Borclu və kreditor eyni şəxs olduqda öhdəliyə
xitam verilir.
Maddə 556. İcra mümkün
olmadığına görə öhdəliyin xitamı
556.1. İcra mümkün
olmadıqda, yəni icra edilməmə tərəflərin heç
birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə
xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını
tələb edə bilməz.
556.2. Borclunun öhdəliyi
yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri
nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik
üzrə özünün icra etdiklərini qaytarmağı
tələb edə bilməz.
Maddə 557. Dövlət və
ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin
xitamı
557.1. Dövlət
və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində
öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün
olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda
öhdəliyə tamamilə və ya müvafiq hissədə
xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş
ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant
qismində çıxış edir və bunun nəticəsində
zərər çəkmiş tərəflər bu Məcəllənin
19 və 22-ci maddələrinə uyğun olaraq zərərin
əvəzinin ödənilməsini tələb edə bilərlər.[465]
557.2. Öhdəliyin
xitamı üçün əsas olmuş dövlət və
ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş
qaydada etibarsız sayıldıqda, əgər tərəflərin
razılaşmasından və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına
kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.
Maddə 558. Borclunun ölümü
nəticəsində öhdəliyin xitamı
558.1. Əgər
borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə,
onun ölümü öhdəliyin xitamına səbəb olur.
558.2. İcra şəxsən
kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü
öhdəliyin xitamına səbəb olur.
Maddə 559. Hüquqi şəxsin
ləğvi nəticəsində öhdəliyin xitamı
Hüquqi şəxsin
(borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı
andan onun öhdəliklərinə xitam verilir.
28-ci fəsil.
Mülki hüquqların həyata
keçirilməsi
Maddə 560. Hüquqdan sui-istifadənin
qadağan edilməsi
560.1. Mülki hüquqlar
hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız
başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi
yolverilməzdir.
560.2. Hüquqdan
sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata
keçirilən razılaşmalar və hərəkətlər
isə etibarsızdır.
560.3. Hüquqdan
sui-istifadə xüsusən aşağıdakılardır:
560.3.1. qeyri-qanuni
və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların
həyata keçirilməsi;
560.3.2. şəxsin
öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını
həyata keçirməsi;
560.3.3. müdafiə
edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil
etməyən hüququn həyata keçirilməsi;
560.3.4. digər
tərəfin güvəndiyi və güvənmiş olduğu
əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
560.3.5. bir və
ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və
ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən
sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və
ya istehsal xidmətləri üçün bazar şəraitinin
xeyli pozulması ilə nəticələnə bilərsə,
məsələn:
560.3.5.1. alğı-satqının
tənasübsüz qiymətlərinə və ya əqdin digər
şərtlərinə birbaşa və ya dolayısı ilə
məcburetmə;
560.3.5.2. istehlakçıların
zərərinə istehsalın, satışın və ya texniki
inkişafın məhdudlaşdırılması;
560.3.5.3. müqavilə
üzrə tərəfdaşlar üçün bərabər
dəyərli xidmətlərdən ötrü rəqabətdə
onların mənafelərinə toxunulmasına səbəb olan
müxtəlif şərtlər tətbiq edilməsi;
560.3.5.4. müqavilənin
bağlanmasının elə bir müəyyən şərtlə
bağlılığı ki, həmin şərtə görə
müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə,
nə də ticarət adətlərinə görə müqavilənin
predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri
yerinə yetirməli olurlar;
560.3.6. kommersiya
hüquqi şəxslərinin razılaşmaları, öz aralarında
razılaşdırdıqları hərəkət metodları,
əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri
üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə
bilərsə və rəqabətin qarşısının alınması,
məhdudlaşdırılması və ya təhrif edilməsi
məqsədi daşıyarsa və ya buna kömək edərsə,
o cümlədən:
560.3.6.1. qiymətlərin və ya əqdlərin digər
şərtlərinin birbaşa və ya dolayısı ilə təyin
edilməsi;
560.3.6.2. istehsala
nəzarətin, satışın, texniki inkişafın və
ya investisiyaların məhdudlaşdırılması;
560.3.6.3. bazarların və ya təchizat mənbələrinin
bölünməsi;
560.3.6.4. bu Məcəllənin
560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən
praktika.
Maddə 561. Dövlət hakimiyyətinin
inhisarı
Mülki hüquqların həyata keçirilməsinin
təşkil edilməsi dövlətin inhisarındadır. Bu məqsədlə
dövlət güc və ya məcburetmə tətbiq olunmasını,
məcburi icra orqanlarının fəaliyyətini tənzimləyir,
mülki-prosessual və icra haqqında qanunvericiliklə müəyyən
edilən metodlar tətbiq edir.[466]
Maddə 562. Ləngitmə hüququ
562.1. Əgər
bu Məcəlləyə və ya müqaviləyə görə
borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar
ödəniş müddəti çatmış tələbi
varsa, borclu onun barəsində öhdəlik icra edilənədək
öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə
hüququ).
562.2. Əgər
qarşılıqlı müqavilə bağlandıqdan sonra digər
tərəfin vəziyyəti xeyli pisləşərsə və
bunun nəticəsində qarşılıqlı öhdəliyin
icrası hüququ təhlükə altında olarsa, qarşılıqlı
müqaviləyə görə öhdəliyi birinci icra etməli
olan şəxs digər tərəf öhdəliyini yerinə
yetirənə və ya öz öhdəliyi üçün təminat
verənə qədər öhdəliyin icrasından imtina edə
bilər.
562.3. Əgər
ləngitmə predmeti qanunsuz əldə edilmişsə, ləngitmə
hüququ istisna edilir.
562.4. Əgər
qarşılıqlı icra olunan öhdəliklər qarşılıqlı
müqavilənin predmeti deyilsə, kreditor qarantiyalar vermək yolu
ilə ləngitmə hüququnun həyata keçirilməsinin
qarşısını ala bilər.
562.5. Kreditorun iddiası
üzrə ləngitmə hüququ yalnız o zaman həyata keçirilə
bilər ki, borcluya öhdəliyi ancaq kreditorun öz öhdəliyini
icra etdiyi vaxt icra etmək (eyni vaxtda icra) vəzifəsi tapşırıla
bilsin. Vəzifənin bu cür tapşırılması əsasında
kreditor, əgər borclu icranın qəbulunu gecikdirərsə,
öz öhdəliyini icra etmədən məcburi icra tələb
edə bilər.
Maddə 563. Zəruri müdafiə
563.1. Zəruri müdafiə
vəziyyətində edilən hərəkət hüquqa uyğundur,
yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi
ödənilməməlidir.
563.2. Zəruri müdafiə
elə şəkildə özünümüdafiədir ki, o,
özünə və ya digər şəxslərə qarşı
hüquqa zidd real həmlənin dəf edilməsi üçün
zəruridir.
563.3. Əgər
hər hansı şəxs zəruri müdafiə həddini təqsirli
şəkildə aşmışsa və ya zəruri müdafiə
vəziyyətini qəsdən törətmişsə və ya
hüquqa zidd hərəkətin qarşısını almaq üçün
zəruri olan ilkin şəraitin mövcudluğu barədə
təqsirli şəkildə yanılmışsa, vurulmuş ziyanın
əvəzini ödəməlidir.
Maddə 564. Son zərurət
564.1. Müdafiə
zamanı son zərurət vəziyyətində edilən hərəkət
hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman
vurulan ziyanın əvəzi ödənilməməlidir, bu şərtlə
ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə
səbəb olmuş təhlükəni yaradan şəxsə
və ya əşyaya vurulsun.[467]
564.2. Son zərurət
elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa
vasitələrlə qarşısı alına bilməyən
real təhlükənin qarşısını almaq üçün
qarşısı alınmış təhlükəyə nisbətən
daha az ziyan vurulur.
564.3. Son zərurət
vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə
almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş
şəxs kimin mənafeyi üçün hərəkət
etmişsə, həmin üçüncü şəxsin üzərinə
qoyula bilər.
564.4. Əgər
son zərurət vəziyyətində vurulmuş ziyan qarşısı
alınmış ziyandan çoxdursa, həmin ziyanı vurmuş
şəxs onun əvəzini ödəməlidir.
Maddə 565. Özünəyardım
565.1. Səlahiyyətli
dövlət orqanlarının köməyi vaxtında yetişmədikdə
və təcili müdaxilə edilmədən hüququn həyata
keçirilməsinin qeyri-mümkün olacağı və ya xeyli
çətinləşəcəyi təhlükəsi olduqda özünəyardım
məqsədi ilə əşyanı alan, məhv edən və
ya zədələyən, yaxud gizlənə biləcək mükəlləfiyyətli
şəxsi tutan və ya özünün yerinə yetirməli
olduğu hərəkətlər barəsində mükəlləfiyyətli
şəxsin müqavimətinin qarşısını alan şəxsin
hərəkətləri hüquqa zidd sayılmır.
565.2. Özünəyardım
təhlükənin qarşısını almaq və ya onu dəf
etmək üçün zəruri olan hədləri aşa bilməz.
565.3. Kiminsə
əlindən əşya alındıqda bu barədə dərhal
bəyanat verilməlidir.
565.4. Mükəlləfiyyətli
şəxs tutulduqda, o, dərhal müvafiq dövlət orqanlarına
təhvil verilməlidir.
565.5. Özünəyardım
tədbirləri həyata keçirildikdən bilavasitə sonra
təsdiq olunmaq üçün səlahiyyətli dövlət
orqanına bəyan edilmədikdə və ya həmin orqan belə
bəyanatı yolverilməz və ya əsassız bəyanat kimi
rədd etdikdə, özünəyardım tədbirləri lap
əvvəlindən qeyri-hüquqi sayılır. Özünəyardım
tədbirləri hüquqa zidd halın qarşısını almaq
üçün zəruri olan ilkin şəraitin mövcudluğu
barədə yanlış mülahizə ilə həyata keçirildikdə,
hərəkəti etmiş şəxs, yanılmanın ehtiyatsızlıqdan
irəli gəlmədiyi halda belə, ziyanın əvəzini digər
tərəfə ödəməlidir.
Maddə 566. Öhdəliyin icrası
barədə məlumat verilməsi
566.1. Öhdəliyin
icrasının gedişi barədə kreditorun borcludan məlumat
almaq hüququ vardır.
566.2. Öhdəliyin
icrası barədə məlumatı aşağıdakılar
verməlidirlər:
566.2.1. bu Məcəllə
və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı
şəxs;
566.2.2. borclunun işlərini
tamamilə və ya qismən həyata keçirən şəxs;
566.2.3. gəlir
və xərclərlə bağlı idarəetmə barədə
hesabat verməli olan şəxs.
566.3. Əgər
məlumat verməli olan şəxs məlumatı yalnız böyük
xərc çəkməklə verə bilərsə, xərci
kreditor çəkir.
566.4. Verilmiş
məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını
ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə
borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla
tərtib olunduğuna yazılı surətdə inandırmalıdır.
Məhkəmə mübahisəsi əmələ gəldikdə,
bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi
vardır.
XÜSUSİ HİSSƏ
Yeddinci bölmə
MÜQAVİLƏLƏRDƏN ƏMƏLƏ
GƏLƏN ÖHDƏLİKLƏR
29-cu fəsil.
Alğı-satqı
§ 1. Alğı-satqı haqqında ümumi müddəalar
Maddə 567. Alğı-satqı
müqaviləsi
Alğı-satqı
müqaviləsinə görə satıcı əşyanı
alıcının mülkiyyətinə verməyi, alıcı
isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş
pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə
götürür.
Maddə 568. Satıcının
əşyanı vermək vəzifəsi
568.1. Satıcı
alğı-satqı müqaviləsində nəzərdə tutulan
əşyanı alıcıya verməyə borcludur.
568.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə
bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan,
qanunvericilikdə və ya müqavilədə nəzərdə
tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını,
istismar təlimatını və i.a.) verməyə borcludur.
Maddə 569. Əşyanı vermək
vəzifəsinin icrası müddəti
569.1. Satıcının
əşyanı alıcıya vermək vəzifəsinin icrası
müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə
həmin müddəti müəyyənləşdirməyə
imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində
nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
569.2. Əgər
alğı-satqı müqaviləsinin icrası müddətinin
pozulduğu halda alıcının ona marağının itməsi
müqavilədən aydın şəkildə irəli gəlirsə,
belə müqavilə qəti müəyyənləşdirilmiş
müddətədək icra edilmək şərti ilə bağlanmış
sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş
müddət çatanadək və ya müddət keçdikdən
sonra həmin müqaviləni yalnız alıcının razılığı
ilə icra edə bilər.
Maddə 570. Satıcının
əşyanı vermək vəzifəsinin icrası məqamı
570.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcının əşyanı alıcıya
vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş
sayılır:
570.1.1. müqavilədə
satıcının əşyanı çatdırmaq vəzifəsi
nəzərdə tutulubsa, əşyanın alıcıya və
ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;
570.1.2. əşya
alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın
olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına
verildiyi məqamda. Əşya müqavilədə nəzərdə
tutulan müddətdə lazımi yerdə verilməyə hazır
olduqda və müqavilənin şərtlərinə müvafiq
surətdə alıcı bundan xəbərdar olduqda əşya
alıcının ixtiyarına verilmiş sayılır. Əgər
əşya nişanlanma yolu ilə və ya başqa şəkildə
müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə,
verilməyə hazır sayılmır.
570.2. alğı-satqı
müqaviləsindən satıcının əşyanı çatdırmaq
və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin
irəli gəlmədiyi hallarda satıcının əşyanı
alıcıya vermək vəzifəsi, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın
alıcıya çatdırılmaq üçün daşıyıcıya
və ya rabitə təşkilatına təhvil verildiyi məqamda
icra edilmiş sayılır.
Maddə 571. Əşyanın təsadüfən
məhv olması və təsadüfən zədələnməsi
riskinin alıcıya keçməsi
571.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, əşyanın təsadüfən məhv olması
və ya təsadüfən zədələnməsi riski müqaviləyə
uyğun olaraq satıcının əşyanı alıcıya
vermək vəzifəsini icra etmiş sayıldığı andan
alıcıya keçir.
571.2. Yolda olduğu
vaxt satılmış əşyanın təsadüfən məhv
olması və ya təsadüfən zədələnməsi
riski, alğı-satqı müqaviləsində və ya işgüzar
dövriyyə adətlərində ayrı qayda nəzərdə
tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı
andan alıcıya keçir.
571.3. Əşyanın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi riskinin malın birinci daşıyıcıya
təhvil verildiyi andan alıcıya keçməsi barədə
müqavilə şərti alıcının tələbi ilə
məhkəmə tərəfindən o halda etibarsız sayıla
bilər ki, müqavilənin bağlandığı anda satıcı
əşyanın itirildiyini və ya zədələndiyini bilirdi
və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat
verməmişdir.
Maddə 572. Satıcının üçüncü
şəxslərin hüquqlarından azad əşya vermək
vəzifəsi
572.1. Alıcının
üçüncü şəxslərin hüquqları ilə
yüklü olan əşyanı qəbul etməyə razılıq
verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü
şəxslərin hüquqlarından azad əşya verməyə
borcludur. Satıcının bu vəzifəni icra etməməsi
alıcıya əşyanın qiymətinin azaldılmasını
və ya alğı-satqı müqaviləsinin ləğvini tələb
etmək hüququ verir, bu şərtlə ki, alıcının
həmin əşyaya üçüncü şəxslərin
hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.[468]
572.2. Bu Məcəllənin
572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın
verildiyi məqamda üçüncü şəxslərin əşyaya
iddialarının olduğu və satıcının bu iddiaları
bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş
qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə
tətbiq edilir.
Maddə 573. Alıcıdan əşyanın
geri alındığı halda satıcının məsuliyyəti
573.1. Alğı-satqı
müqaviləsi icra edilənədək əmələ gəlmiş
əsaslar üzrə üçüncü şəxslər
əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının
həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə,
alıcıya dəymiş zərərin əvəzini ödəməyə
borcludur.[469]
573.2. Alıcının
əldə etdiyi malı ondan üçüncü şəxslərin
tələb etdiyi halda satıcının məsuliyyətdən
azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması
haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.
Maddə 574. Əşyanın geri alınması
barədə iddia irəli sürüldükdə alıcının
və satıcının vəzifələri
574.1. Əgər
üçüncü şəxs alğı-satqı müqaviləsi
icra edilənədək əmələ gəlmiş əsas üzrə
alıcıya qarşı əşyanın geri alınması
barədə iddia irəli sürərsə, alıcı satıcını
işdə iştiraka cəlb etməyə, satıcı isə
alıcının tərəfində bu işə daxil olmağa
borcludur.
574.2. Alıcının
satıcını işdə iştiraka cəlb etməməsi
satıcını alıcı qarşısında məsuliyyətdən
azad edir, bu şərtlə ki, satıcı işdə iştirak
etməklə satılmış əşyanın alıcıdan
geri alınmasına yol verməyə biləcəyini sübuta
yetirsin.
574.3. Alıcının
işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak
etməmiş satıcı alıcının işi yanlış
apardığını sübuta yetirmək hüququndan məhrum
olur.
Maddə 575. Əşyanı vermək
vəzifəsinin icra edilməməsinin nəticələri
575.1. Əgər
satıcı satılmış əşyanı alıcıya
verməkdən imtina edirsə, alıcı alğı-satqı
müqaviləsinin icrasından imtina edə bilər.
575.2. Satıcı
fərdi-müəyyən əşyanı verməkdən imtina
etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin
452-ci maddəsində nəzərdə tutulan tələbləri
irəli sürə bilər.
Maddə 576. Əşyaya aid ləvazimatı
və sənədləri vermək vəzifəsinin icra edilməməsinin
nəticələri
Əgər satıcı
verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri
alıcıya vermirsə və ya verməkdən imtina edirsə,
alıcı bunların verilməsi üçün ona ağlabatan
müddət təyin edə bilər. Satıcı əşyaya
aid ləvazimatı və ya sənədləri göstərilmiş
müddətdə vermədikdə, alıcı, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina
edə bilər.
Maddə 577. Satılan əşyaların
miqdarı
577.1. Alıcıya
verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində
müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə
olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə
onun müəyyənləşdirilməsi qaydasının təyin
edilməsi yolu ilə razılaşdırıla bilər.
577.2. Əgər
alğı-satqı müqaviləsi verilməli əşyaların
miqdarını müəyyənləşdirməyə imkan vermirsə,
müqavilə bağlanmış sayılmır.
Maddə 578. Əşyaların
miqdarı haqqında şərtin pozulmasının nəticələri
578.1. Satıcı
alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə
müəyyənləşdirildiyindən az miqdarda əşya
verdikdə, alıcı, əgər müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda
əşya verilməsini tələb edə bilər və ya verilmiş
əşyadan və onu ödəməkdən imtina edə bilər,
əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin
qaytarılmasını tələb edə bilər.
578.2. Əgər
satıcı alıcıya alğı-satqı müqaviləsində
nəzərdə tutulan miqdardan çox əşya verərsə,
alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə
tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir.
Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan
müddətdə əşyaların müvafiq hissəsinə
dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları
qəbul edə bilər.
578.3. Alıcı
alğı-satqı müqaviləsində göstərilən
miqdardan çox əşyanı qəbul etdikdə, əlavə
qəbul edilmiş əşyalar, əgər tərəflərin
razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə,
müqaviləyə uyğun qəbul edilmiş mal üçün
müəyyənləşdirilmiş qiymətlə ödənilir.
Maddə 579. Əşyaların
çeşidi
579.1. Əgər
alğı-satqı müqaviləsinə görə növlər,
modellər, ölçülər, rənglər və ya digər
əlamətlər üzrə müəyyən nisbətdə
(çeşiddə) əşyalar verilməlidirsə, satıcı
alıcıya tərəflərin razılaşdırdıqları
çeşiddə əşyalar verməyə borcludur.
579.2. Əgər
alğı-satqı müqaviləsində çeşid və
onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə,
lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların
çeşiddə verilməli olduğu irəli gəlirsə,
satıcı müqavilənin bağlandığı məqamda
alıcının ona məlum olmuş tələbatını
əsas götürməklə alıcıya əşyaları
çeşiddə verə bilər və ya müqavilənin icrasından
imtina edə bilər.
Maddə 580. Əşyaların
çeşidi haqqında şərtin pozulmasının nəticələri
580.1. Satıcı
alğı-satqı müqaviləsində nəzərdə tutulan
əşyaları müqaviləyə uyğun gəlməyən
çeşiddə verdikdə alıcı onları qəbul etməkdən
və ödəməkdən imtina edə bilər, ödəmiş
olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını
tələb edə bilər.
580.2. Əgər
satıcı alıcıya alğı-satqı müqaviləsinə
uyğun çeşiddə əşyalarla yanaşı çeşid
haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının
ixtiyarı var ki, öz seçimi ilə:
580.2.1. çeşid
haqqında şərtə uyğun gələn əşyaları
qəbul etsin, qalan əşyalardan isə imtina etsin;
580.2.2. verilmiş
əşyaların hamısından imtina etsin;
580.2.3. çeşid
haqqında şərtə uyğun gəlməyən əşyaların
müqavilədə nəzərdə tutulan çeşiddə
əşyalarla əvəz olunmasını tələb etsin;
580.2.4. verilmiş
əşyaların hamısını qəbul etsin.
580.3. Alğı-satqı
müqaviləsinin şərtinə uyğun gəlməyən
çeşiddə əşyalardan imtina edərkən və ya
çeşid haqqında şərtə uyğun gəlməyən
malların əvəz olunması tələbini irəli sürərkən
alıcı həmin malları ödəməkdən imtina edə
də bilər, onları ödəmiş olduqda isə ödədiyi
pul məbləğinin qaytarılmasını tələb edə
bilər.
580.4. Alğı-satqı
müqaviləsinin çeşid haqqında şərtinə uyğun
gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır
ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə
satıcıya öz imtinasını bildirməsin.
580.5. Əgər
alıcı çeşidi alğı-satqı müqaviləsinə
uyğun gəlməyən əşyalardan imtina etməzsə,
onları satıcı ilə razılaşdırılmış
qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması
üçün ağlabatan müddətdə zəruri tədbirlər
görmədikdə, alıcı əşyaları müqavilənin
bağlandığı an müqayisəyə gələn şəraitdə
oxşar əşyalar üçün adətən alınan
qiymətlə ödəyir.
580.6. Bu maddənin
qaydaları alğı-satqı müqaviləsində ayrı
qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
Maddə 581. Əşyaların
keyfiyyəti
581.1. Satıcı
alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə
uyğun gələn əşya verməyə borcludur.
581.2. Alğı-satqı
müqaviləsində əşyanın keyfiyyəti haqqında
şərtlər olmadıqda, satıcı alıcıya bu cür
malın adətən istifadə edildiyi məqsədlərə
yarayan əşya verməyə borcludur. Əgər müqavilə
bağlanarkən alıcı əşyanı əldə etməsinin
konkret məqsədləri barəsində satıcıya məlumat
vermişdirsə, satıcı alıcıya həmin məqsədlər
üçün istifadəyə yarayan əşya verməyə
borcludur.
581.3. Əşyanı
nümunəyə və (və ya) təsvirə əsasən
satarkən, satıcı alıcıya nümunəyə və
(və ya) təsvirə uyğun gələn əşya verməyə
borcludur.
581.4. Satılan
əşyanın keyfiyyəti barəsində məcburi tələblər
olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan
satıcı alıcıya həmin məcburi tələblərə
uyğun gələn əşya verməyə borcludur. Tərəflər
arasında razılaşmaya əsasən satıcı keyfiyyət
üçün müəyyənləşdirilmiş məcburi
tələblərə nisbətən daha yüksək tələblərə
uyğun gələn əşya verə bilər.
Maddə 582. Malın keyfiyyəti
üçün qarantiya
582.1. Satıcının
alıcıya verməli olduğu əşya alıcıya verildiyi
məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə
tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə
ki, alğı-satqı müqaviləsində əşyanın
həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin
ayrı məqamı nəzərdə tutulmasın. Verilən
əşya bu cür əşyaların adətən istifadə
edildiyi məqsədlər üçün ağlabatan müddət
ərzində yararlı olmalıdır.
582.2. Alğı-satqı
müqaviləsində satıcının əşyanın keyfiyyəti
üçün qarantiya verməsinin nəzərdə tutulduğu
halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində
nəzərdə tutulan tələblərə müqavilə
ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti)
ərzində uyğun gəlməli əşya verməlidir.
582.3. Əşyanın
keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
onun tərkib hissələrinə (komplektləşdirici məmulata)
də şamil edilir.
Maddə 583. Qarantiya müddətinin
hesablanması
583.1. Qarantiya müddətinin
axımı, əgər alğı-satqı müqaviləsində
ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın
alıcıya verildiyi məqamdan başlanır.
583.2. Əgər
alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş
əşyadan istifadə etmək imkanından satıcıdan asılı
səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin
axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan
sonra başlanır. Əgər müqavilədə ayrı qayda
nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada
aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün
olmadığı müddət qədər artırılır,
bu şərtlə ki, əşyanın qüsurları haqqında
satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş
qaydada bildiriş verilsin.
583.3. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, komplektləşdirici məmulat üçün
qarantiya müddəti əsas məmulat üçün qarantiya
müddətinə bərabər sayılır və əsas məmulat
üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır.
583.4. Satıcının
qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş
əşyanın (komplektləşdirici məmulatın) əvəzinə
verdiyi əşya (komplektləşdirici məmulat) üçün,
əgər alğı-satqı müqaviləsində ayrı
müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş
əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya
müddəti müəyyənləşdirilir.
Maddə 584. Əşyanın yararlıq
müddəti
584.1. Qanunvericilik,
dövlət standartlarının məcburi tələbləri
və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı
üzrə istifadəyə yararlığına hədd qoyan müddət
(yararlıq müddəti) müəyyənləşdirilə
bilər.
584.2. Satıcı
yararlıq müddəti müəyyənləşdirilmiş
əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq
müddəti bitənədək əşyadan təyinatı
üzrə istifadə edilə bilsin.
Maddə 585. Əşyanın yararlıq
müddətinin hesablanması
Əşyanın
yararlıq müddəti onun hazırlandığı gündən
hesablanan, istifadəyə yararlığını göstərən
vaxt dövrü ilə və ya əşyanın istifadəyə
yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
Maddə 586. Əşyanın keyfiyyətinin
yoxlanması
586.1. Qanunvericilikdə,
dövlət standartlarının məcburi tələblərində
və ya alğı-satqı müqaviləsində əşyanın
keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.
586.2. Əgər
bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın
keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə,
əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə
və ya alğı-satqı müqaviləsi üzrə verilməli
əşyanın yoxlanmasının adətən tətbiq edilən
digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
586.3. Əgər
qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində
və ya alğı-satqı müqaviləsində satıcının
alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq
vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə
tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına
dair alıcıya sübutlar təqdim etməlidir.
586.4. İstər
satıcı, istərsə də alıcı tərəfindən
əşyanın keyfiyyətinin yoxlanmasının qaydası,
habelə digər şərtləri eyni olmalıdır.
Maddə 587. Lazımi keyfiyyətli
olmayan əşyanın verilməsinin nəticələri
587.1. Əgər
satıcı əşyanın qüsurları barəsində
qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli
olmayan əşyanın verildiyi alıcının ixtiyarı var
ki, satıcının təqsiri olub-olmamasından asılı
olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları
tələb etsin:[470]
587.1.1. alış
qiymətinin mütənasib azaldılması;
587.1.2. əşyanın
qüsurlarının ağlabatan müddətdə əvəzsiz
aradan qaldırılması;
587.1.3. əşyanın
qüsurlarının aradan qaldırılması üçün
özünün çəkdiyi xərclərin əvəzinin
ödənilməsi.
587.2. Əşyanın
keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə
pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz
xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla
bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə
aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən
üzə çıxan və digər bu cür qüsurlar olduqda)
alıcının ixtiyarı var ki, öz seçimi ilə:
587.2.1. alğı-satqı
müqaviləsinin icrasından imtina etsin və əşya üçün
ödədiyi pul məbləğinin qaytarılmasını tələb
etsin;
587.2.2. lazımi
keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun
əşya ilə əvəz olunmasını tələb etsin.
587.3. Bu Məcəllənin
587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların
aradan qaldırılması və ya əşyanın əvəz
edilməsi tələbini alıcı, əgər əşyanın
xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, irəli sürə bilər.
587.4. Komplektə
daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda
alıcı əşyanın həmin hissəsi barədə
bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində
nəzərdə tutulan hüquqları həyata keçirə
bilər.
587.5. Əgər alıcı əşyanın
qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin
ləğvini və ya alınmış əşyanın müqaviləyə
uyğun əşya ilə əvəz edilməsini tələb
edərsə, o, qüsurlu əşyanı satıcıya onun
hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə
üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin
157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.[471]
Maddə 588. Satıcının
cavabdeh olduğu qüsurlar
588.1. Əgər
alıcı əşyanın qüsurlarının alıcıya
verilməzdən əvvəl və ya həmin məqamadək
yaranan səbəblərdən əmələ gəldiyini sübuta
yetirərsə, əşyanın qüsurları üçün
satıcı cavabdehdir.
588.2. Satıcı
keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları
üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının
əşya alıcıya verildikdən sonra alıcı tərəfindən
ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması
və ya üçüncü şəxslərin hərəkətləri
nəticəsində və ya qarşısıalınmaz qüvvənin
təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
Maddə 589. Verilmiş əşyanın
qüsurlarının aşkar edilməsi müddətləri
589.1. Əgər
alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
alıcı əşyanın qüsurları ilə bağlı
tələbləri bu şərtlə irəli sürə bilər
ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş
müddətdə aşkar edilsin.
589.2. Əgər
əşya üçün qarantiya və ya yararlılıq müddəti
müəyyənləşdirilməyibsə, alıcı əşyanın
qüsurları ilə bağlı tələbləri həmin
əşyanın alıcıya verildiyi gündən iki il ərzində
və ya alğı-satqı müqaviləsi ilə nəzərdə
tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
Daşınmalı və ya poçtla göndərilməli əşyanın
qüsurlarının aşkar edilməsi müddəti əşyanın
təyinat yerinə çatdırıldığı gündən
hesablanır.[472]
589.3. Əgər
əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə,
alıcı əşyanın qüsurları ilə bağlı
tələbləri həmin qüsurları qarantiya müddəti
ərzində aşkara çıxardığı halda irəli
sürə bilər.
589.4. Alğı-satqı
müqaviləsində komplektləşdirici məmulat üçün
əsas məmulata nisbətən daha qısa qarantiya müddəti
müəyyənləşdirildikdə alıcı komplektləşdirici
məmulatın qüsurları ilə bağlı tələbləri
həmin qüsurları əsas məmulatın qarantiya müddəti
ərzində aşkara çıxardığı halda irəli
sürə bilər.
589.5. Müqavilədə
komplektləşdirici məmulat üçün əsas məmulata
nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə
alıcı əşyanın qüsurları ilə bağlı
tələbləri əsas məmulatın qarantiya müddətinin
bitib-bitmədiyindən asılı olmayaraq komplektləşdirici
məmulatın qüsurlarını onun qarantiya müddəti
ərzində aşkara çıxardığı halda irəli
sürə bilər.
589.6. Yararlıq
müddəti müəyyənləşdirilmiş əşyanın
qüsurları ilə bağlı tələbləri alıcı
həmin qüsurları əşyanın yararlıq müddəti
ərzində aşkara çıxardığı halda irəli
sürə bilər.
589.7. Müqavilədə
nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda
və alıcı əşyanın qüsurlarını qarantiya
müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi
gündən iki il ərzində aşkar etdikdə, satıcı
bu şərtlə məsuliyyət daşıyır ki, alıcı
əşyanın qüsurlarının əşya alıcıya
verilənədək əmələ gəldiyini və ya həmin
məqamadək yaranmış səbəblərdən əmələ
gəldiyini sübuta yetirsin.
Maddə 590. Əşyanın komplektliyi
590.1. Satıcı
alıcıya alğı-satqı müqaviləsinin komplektlik
haqqında şərtlərinə uyğun gələn əşya
verməyə borcludur.
590.2. Alğı-satqı
müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə,
satıcı alıcıya komplektliyi işgüzar dövriyyə
adətləri ilə və ya adətən irəli sürülən
digər tələblərlə müəyyənləşdirilən
əşya verməyə borcludur.
Maddə 591. Malların komplekti
591.1. Əgər
alğı-satqı müqaviləsində satıcının
alıcıya əşyaların müəyyən toplusunu komplekt
şəklində vermək vəzifəsi nəzərdə tutulubsa,
öhdəlik komplektə daxil olan bütün əşyaların
verildiyi andan icra edilmiş sayılır.
591.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan
bütün əşyaları alıcıya eyni vaxtda verməyə
borcludur.
Maddə 592. Komplektsiz əşya
verilməsinin nəticələri
592.1. Komplektsiz əşya
verildiyi halda alıcı satıcıdan öz seçimi ilə
aşağıdakıları tələb edə bilər:
592.1.1. alış
qiymətinin mütənasib surətdə azaldılması;
592.1.2. əşyanın
komplektinin ağlabatan müddətdə tamamlanması.
592.2. Əgər
satıcı əşyanın komplektinin tamamlanması barədə
alıcının tələbini ağlabatan müddətdə
yerinə yetirməzsə, alıcının ixtiyarı var ki,
öz seçimi ilə:
592.2.1. komplektsiz
əşyanın komplektli əşya ilə əvəz olunmasını
tələb etsin;
592.2.2. alğı-satqı
müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul
məbləğinin qaytarılmasını tələb etsin.
592.3. Bu Məcəllənin
592.1 və 592.2-ci maddələrində nəzərdə tutulan
nəticələr satıcının alıcıya əşya
komplekti vermək vəzifəsini pozduğu halda da, əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, tətbiq edilir.
Maddə 593. Alğı-satqı
müqaviləsinin predmeti olan əşyaların tarası və
qabı
593.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, satıcı alıcıya əşyanı
tarada və (və ya) qabda verməlidir, amma xarakterinə görə
taralaşdırılması və (və ya) qablaşdırılması
tələb olunmayan əşya istisna təşkil edir.
593.2. Əgər
alğı-satqı müqaviləsində taraya və qaba aid tələblər
müəyyənləşdirilməyibsə, əşya belə
mal üçün adi üsulla, belə üsul olmadıqda isə
bu cür əşyaların adi şəraitdə salamatlığını
təmin edən üsulla taralaşdırılmalı və (və
ya) qablaşdırılmalıdır.
593.3. Əgər
qanunla müəyyənləşdirilmiş qaydada taraya və
(və ya) qaba aid məcburi tələblər nəzərdə
tutulmuşdursa, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan satıcı alıcıya əşyanı həmin məcburi
tələblərə uyğun gələn tarada və (və
ya) qabda verməlidir.
Maddə 594. Əşyanın tarasız
və (və ya) qabsız verilməsinin və ya qeyri-münasib
tarada və (və ya) qabda verilməsinin nəticələri
594.1. Taralaşdırılmalı
və (və ya) qablaşdırılmalı əşya alıcıya
tarasız və (və ya) qabsız verildikdə və ya qeyri-münasib
tarada və (və ya) qabda verildikdə alıcının ixtiyarı
var ki, əgər müqavilədən, öhdəliyin mahiyyətindən
və ya əşyanın xarakterindən ayrı qayda irəli
gəlmirsə, əşyanı taralaşdırmağı və
(və ya) qablaşdırmağı və ya qeyri-münasib taranı
və (və ya) qabı dəyişdirməyi tələb etsin.
594.2. Bu Məcəllənin
594.1-ci maddəsində nəzərdə tutulan hallarda alıcı
satıcıya qarşı bu bənddə göstərilən
tələblərin əvəzinə lazımi keyfiyyətli olmayan
əşyanın verilməsindən irəli gələn tələbləri
verə bilər.
Maddə 595. Alğı-satqı müqaviləsinin
lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş
verilməsi
595.1. Alıcı
alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət,
komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin
pozulmasına dair satıcıya müqavilədə nəzərdə
tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə
isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın
xarakterinə və təyinatına görə aşkar edilməli
olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
595.2. Bu Məcəllənin
595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə
yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan
miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin
keyfiyyət və ya çeşid haqqında şərtlərinə
uyğun gəlməyən əşyanın dəyişdirilməsinə,
əşyanın qüsurlarının aradan qaldırılmasına,
komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli
əşya ilə əvəz edilməsinə, əşyanın
taralaşdırılmasına və (və ya) qablaşdırılmasına
və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə
dair tələblərini ödəməkdən o halda tamamilə
və ya qismən imtina edə bilər ki, alıcının həmin
qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin
qeyri-mümkünlüyünə səbəb olduğunu və
ya müqavilənin pozulması haqqında vaxtında bildiriş
aldığı halda çəkəcəyi xərclərə
nisbətən tənasübsüz xərclər çəkdiyinə
səbəb olduğunu sübuta yetirsin.
595.3. Əgər
satıcı alıcıya verilmiş əşyaların alğı-satqı
müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini
bilirdisə və ya bilməli idisə, bu Məcəllənin
595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan
müddəalara istinad edə bilməz.
Maddə 596. Alıcının əşyanı
qəbul etmək vəzifəsi
596.1. Alıcı
ona verilən əşyanı qəbul etməyə borcludur, amma
onun əşyanı dəyişdirməyi tələb etməyə
və ya alğı-satqı müqaviləsinin icrasından imtina
etməyə ixtiyarı çatdığı hallar istisna təşkil
edir.
596.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı adətən irəli sürülən
tələblərə görə müvafiq əşyanın
verilməsini və alınmasını təmin etmək üçün
öz tərəfindən zəruri olan hərəkətləri
etməyə borcludur.
596.3. Alıcı
alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul
etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı
alıcıdan əşyanı qəbul etməyi tələb
edə bilər və ya müqavilənin icrasından imtina edə
bilər.
Maddə 597. Satılan əşyanın
qiyməti
597.1. Alıcı
əşyanı alğı-satqı müqaviləsində nəzərdə
tutulan qiymətlə və ya əgər müqavilədə qiymət
nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri
əsas götürülməklə müəyyənləşdirilə
bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun
müəyyənləşdirilmiş qiymətlə ödəməyə,
habelə müqaviləyə və ya adətən irəli sürülən
tələblərə müvafiq surətdə ödəniş
üçün zəruri olan hərəkətləri öz hesabına
yerinə yetirməyə borcludur.
597.2. Qiymət əşyanın
çəkisindən asılı olaraq müəyyənləşdirildikdə,
əgər alğı-satqı müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə
təyin edilir.
597.3. Alğı-satqı
müqaviləsində əşyanın qiymətini şərtləndirən
göstəricilərdən (maya dəyəri, məsrəflər
və i.a.) asılı olaraq onun qiymətinin dəyişdirilməli
olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməsi
üsulu müəyyənləşdirilmədikdə, qiymət
müqavilənin bağlandığı an və əşyanın
təhvil verildiyi an üçün həmin göstəricilərin
nisbəti əsas götürülməklə müəyyənləşdirilir.
Satıcı əşyanı vermək vəzifəsinin icrasını
gecikdirdikdə qiymət müqavilənin bağlandığı
an və əşyanın verilməsinin müqavilədə nəzərdə
tutulan anı üçün, müqavilədə həmin an
nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci
maddəsinə uyğun müəyyənləşdirilmiş
an üçün həmin göstəricilərin nisbəti əsas
götürülməklə müəyyənləşdirilir.
Maddə 598. Alınmış əşyanın
ödənilməsi
598.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan
bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan
sonra ödəməlidir.
598.2. Əgər
alğı-satqı müqaviləsində əşyanın hissə-hissə
ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı
verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə
borcludur.
598.3. Əgər
alıcı alğı-satqı müqaviləsinə uyğun
olaraq verilmiş əşyanı vaxtında ödəmirsə,
satıcı əşyanı ödəməyi və bu Məcəllənin
449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb
edə bilər.
598.4. Əgər
alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı
qəbul etməkdən və ödəməkdən imtina edirsə,
satıcı öz seçimi ilə əşyanın ödənilməsini
tələb edə bilər və ya müqavilənin icrasından
imtina edə bilər.
598.5. alğı-satqı
müqaviləsinə uyğun olaraq satıcının alıcıya
təkcə onun ödədiyi əşyaları deyil, digər
əşyaları da verməyə borclu olduğu hallarda satıcının
ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı
tam ödənilənədək həmin əşyaların verilməsini
dayandırsın.
Maddə 599. Alınan əşyaların
qabaqcadan ödənilməsi
599.1. Alğı-satqı
müqaviləsində alıcının əşyanı satıcıdan
almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan
ödəniş) vəzifəsinin nəzərdə tutulduğu
hallarda alıcı ödənişi müqavilədə nəzərdə
tutulan müddətdə, müqavilədə belə müddət
nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci
maddəsinə uyğun müəyyənləşdirilmiş
müddətdə həyata keçir.
599.2. Alıcı
əşyanı qabaqcadan ödəmək vəzifəsini icra
etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə
tutulan qaydalar tətbiq edilir.
599.3. Qabaqcadan ödəniş
məbləğini almış satıcı əşyanı
müəyyənləşdirilmiş müddətdə vermək
vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın
verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi
məbləğin qaytarılmasını tələb edə bilər.
599.4. Satıcı
qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini
icra etmədikdə və alğı-satqı müqaviləsində
ayrı qayda nəzərdə tutulmadıqda əşyanın
müqaviləyə görə verilməli olduğu gündən
alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin
ona qaytarıldığı günədək qabaqcadan ödəniş
məbləğindən bu Məcəllənin 449-cu maddəsinə
uyğun faizlər ödənilməlidir. Müqavilədə
satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini
aldığı gündən həmin məbləğdən
faizlər ödəmək vəzifəsi nəzərdə tutula
bilər.
Maddə 600. Nisyə satılmış
əşyanın ödənilməsi
600.1. Alğı-satqı
müqaviləsində əşyanın alıcıya verildikdən
müəyyən müddət sonra ödənilməsinin (əşyaların
nisyə satışının) nəzərdə tutulduğu
halda alıcı ödənişi müqavilədə nəzərdə
tutulan müddətdə, müqavilədə belə müddət
nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci
maddəsinə uyğun müəyyənləşdirilmiş
müddətdə həyata keçirməlidir.
600.2. Əşyaların
nisyə satışı satış günü qüvvədə
olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə
satılmış əşyaların qiymətinin sonradan dəyişməsi,
əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
600.3. Satıcı
əşyanı vermək vəzifəsini icra etmədikdə
bu Məcəllənin 441-ci maddəsində nəzərdə
tutulan qaydalar tətbiq edilir.
600.4. Əşyanı
təhvil almış alıcı onu alğı-satqı müqaviləsində
nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini
icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini
və ya ödənilməmiş malın qaytarılmasını
tələb edə bilər.
600.5. Alıcı
verilmiş əşyanı müqavilədə nəzərdə
tutulan müddətdə ödəmək vəzifəsini icra
etmədikdə və bu Məcəllədə və ya alğı-satqı
müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda
gecikdirilmiş məbləğdən malın müqaviləyə
görə ödənilməli olduğu gündən ödənildiyi
günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun
faizlər ödənilməlidir. Müqavilədə alıcının
satıcı tərəfindən əşyanın verildiyi gündən
başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən
faizlər ödəmək vəzifəsi nəzərdə tutula
bilər.
600.6. Çıxarılmışdır. [473]
Maddə 601. Əşyanın hissə-hissə
ödənilməsi
601.1. Əşyanın
nisyə satılması haqqında müqavilədə onun hissə-hissə
ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə
ödəmə şərti ilə əşyanın nisyə
satılması haqqında müqavilə o halda bağlanmış
sayılır ki, alğı-satqı müqaviləsinin digər
mühüm şərtləri ilə yanaşı əşyanın
qiyməti, ödənişlərin qaydası, müddətləri
və məbləğləri nəzərdə tutulmuş olsun.
601.2. Hissə-hissə
ödəmə şərti ilə malın nisyə satılması
haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci
maddələrində nəzərdə tutulan qaydalar tətbiq
edilir.[474]
Maddə 602. Alğı-satqı
müqaviləsinin predmeti olan əşyanın sığortalanması
602.1. alğı-satqı
müqaviləsində satıcının və ya alıcının
əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə
tutula bilər.
602.2. Əşyanı
sığorta etdirməyə borclu olan tərəf müqavilənin
şərtlərinə uyğun sığortanı həyata keçirmədikdə
digər tərəf əşyanı sığorta etdirə və
borclu tərəfdən sığortaya çəkdiyi xərclərin
əvəzini ödəməyi tələb edə bilər və
ya müqavilənin icrasından imtina edə bilər.
Maddə 603. Mülkiyyət hüququnun
satıcıda saxlanması – çıxarılmışdır.[475]
Maddə 604. Oxşar müqavilələr
Hazırlanmalı
və ya istehsal edilməli malların göndərilməsinə
dair müqavilələr, əgər sifarişçi həmin
malların hazırlanması və ya istehsalı üçün
zəruri materialların mühüm hissəsini göndərməyi
öz öhdəsinə götürürsə, habelə əgər
mal göndərən tərəfin vəzifələrinin daha
böyük hissəsi işlərin görülməsindən
və ya başqa xidmətlərin göstərilməsindən
ibarət deyildirsə, alğı-satqı müqavilələrinə
bərabər tutulur.
Maddə 605. Alğı-satqı
haqqında müddəaların tətbiq edilmədiyi hallar
Əşyaların
alğı-satqısı haqqında müddəalar auksion satışı
çərçivəsində, icraat və ya digər məhkəmə
tədbirləri əsasında əşyaların əldə
edilməsinə, habelə qiymətli kağızların və
ya ödəniş vasitələrinin və elektrik enerjisinin əldə
edilməsinə tətbiq olunmur.
Maddə 606. Mülkiyyət hüququnun
saxlanması haqqında qeyd-şərt
606.1. Əgər
daşınar əşyanın satıcısı alıcı
tərəfindən alış qiyməti ödənilənədək
əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa
(mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt),
şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi
alış qiyməti tam ödənilənədək təxirəsalıcı
şərtlə həyata keçirilir və əgər alıcı
alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının
müqaviləni ləğv etmək və (və ya) həmin daşınar
əşyaya tutma yönəltmək hüququ vardır. [476]
606.2. Satıcının
satılmış əşyaya bu Məcəllənin 606.1-ci maddəsindən
irəli gələn əşya hüquqlarına alıcının
vəkil etdiyi şəxslər, habelə alıcının kreditorları
da riayət etməlidirlər. Bu halda "vəkil edilmiş şəxs"
dedikdə alıcının ödəniş qabiliyyətinin olmaması
ilə əlaqədar onun əmlakını kreditorlarının
mənafeləri üçün idarə etməyə təyin
olunmuş idarəçi və ya hər hansı digər şəxs
başa düşülür.
606.3. Bu Məcəllənin
606.2-ci maddəsi kreditorların üstün və ya bərabər
hüquqlarını məhdudlaşdırmır. Onlar əşyaya
girov hüququna və ya həbsin və ya icraatın nəticəsi
olmayan digər təminat hüququna malikdirlər və ya müsadirə
ilə əlaqədar olaraq avtomobillər, gəmilər və
ya hava gəmiləri barəsində saxlama hüququnu
və ya istifadə hüququnu həyata keçirə bilərlər.[477]
606.4. Alğı-satqı
müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət
hüququnun mal ödənilənədək satıcıda qaldığı
nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ
ona keçənədək əşyanı, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın
təyinatından və xassələrindən ayrı qayda irəli
gəlmirsə, özgəninkiləşdirə bilməz və
ya ona dair digər sərəncam verə bilməz.[478]
Maddə 607. Alğının qadağan
edilməsi
607.1. Əgər
icraat çərçivəsində satış həyata keçirilirsə,
satışı həyata keçirməyə və ya ona rəhbərlik
etməyə ixtiyarı çatan şəxsə və onun cəlb
etdiyi köməkçilərə, o cümlədən protokolu
tərtib edən katibə satışa çıxarılmış
obyekti nə şəxsən və ya başqa şəxs vasitəsilə
özü üçün, nə də təmsil etdiyi digər
şəxslər üçün almağa icazə verilmir. İcraat
çərçivəsindən kənarda satış həyata
keçirilərkən eyni qayda tətbiq edilir. Bu zaman satış
tapşırığı zaminə obyektin satışını
üçüncü şəxsin hesabına həyata keçirmək
səlahiyyəti verən qanuni göstəriş əsasında
verilir. Eyni qayda ödəniş qabiliyyətinin olmadığı
halda icraat zamanı idarəçinin həyata keçirdiyi satışda
da tətbiq edilir.
607.2. Bu Məcəllənin
607.1-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş
alğı bu şərtlə etibarlıdır ki, satışın
borclular, mülkiyyətçilər və ya kreditorlar kimi çıxış
edən iştirakçıları onunla razılaşsınlar.
§ 2. Heyvanların, quşların və balıqların
alğı-satqısı
Maddə 608. Alğı-satqı
haqqında müddəaların tətbiqi
Əgər bu paraqrafın
aşağıdakı müddəalarından ayrı qayda irəli
gəlmirsə, heyvanların, quşların və balıqların
alğı-satqısına əşyaların alğı-satqısı
haqqında ümumi müddəalar tətbiq edilir.
Maddə 609. Heyvan, quş və balıq
satıcısının məsuliyyətinin başlıca qüsurlarla
məhdudlaşdırılması
609.1. Heyvan, quş
və balıq satıcısı yalnız müqaviləyə
aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar
(başlıca qüsurlar) üçün və yalnız bu qüsurların
konkret müddətlər (qarantiya müddətləri) ərzində
aşkara çıxdığı halda məsuliyyət daşıyır.
609.2. Faydalı
və damazlıq heyvanların satıldığı halda aşağıdakılar
başlıca qüsurlar sayılır:
609.2.1. cıdır
və yük heyvanlarında - manqo, şüurun azalması ilə
baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və
ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin
sağalmaz xəstəliyi nəticəsində tənəffüsün
çətinləşməsi, habelə gözün daxili orqanlarının
iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti
ilə;
609.2.2. qaramalda -
heyvanın vəziyyəti ümumən pisləşməklə
vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti
ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük
qarantiya müddəti ilə;
609.2.3. davarda - qoturluq
- 14 günlük qarantiya müddəti ilə, qızıl yel
- 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük
qarantiya müddəti ilə.
609.3. Qida məhsulları əldə etmək məqsədilə
heyvanların kəsilmək üçün satıldığı
halda aşağıdakılar başlıca qüsurlar sayılır:[479]
609.3.1. cıdır
və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti
ilə;
609.3.2. qaramalda -
heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması
üçün yararsız etmiş vərəm xəstəliyi
- 14 günlük qarantiya müddəti ilə;
609.3.3. qoyunlarda
və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya
müddəti ilə;
609.3.4. donuzlarda
- heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması
üçün yararsız etmiş vərəm xəstəliyi
- 14 günlük qarantiya müddəti ilə, habelə trixin -
14 günlük qarantiya müddəti ilə.
609.4. Digər heyvanlar,
quşlar və balıqlar satılarkən başlıca qüsurlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ
hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir.
609.5. Qarantiya müddəti
riskin alıcıya keçdiyi günün sonundan başlanır.
Maddə 610. Məsuliyyətin genişləndirilməsi
və məhdudlaşdırılması
Yazılı müqavilədə
tərəflər bu Məcəllənin 609-cu maddəsində
nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının
xüsusi şərtləri barəsində razılığa
gələ bilərlər. Həmin şərtlərə əsasən
başlıca qüsurların olmamasına və ya müəyyən
xassələrin olmasına təminat verilə bilər, qarantiya
müddətləri uzadıla və ya qısaldıla bilər.
Maddə 611. Heyvan, quş və
balıq satıcısının təqsirinin prezumpsiyası
Qarantiya müddəti
ərzində hər hansı başlıca qüsur aşkar edildikdə
ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi
ana qədər mövcud idi.
Maddə 612. Heyvan, quş və
balıq alıcısının hüquqi müdafiəsi vasitələri
612.1. Heyvanlarda,
quşlarda və balıqlarda başlıca qüsurların olması
nəticəsində alıcı yalnız müqavilənin ləğvini
tələb edə bilər, qiymətin azaldılmasını
isə tələb edə bilməz.
612.1.1. Bu halda alıcı
cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu
və ya balığı qaytara bilmədikdə, o cümlədən
başqasına satması, onun tələf olması, xəstələnməsi
və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə
də müqavilənin ləğvini tələb edə bilər.
Heyvanın, quşun və ya balığın kəsildiyi halda
alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir.
612.1.2. Əgər
müqavilə ləğv edilənədək alıcının
cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun
və ya balığın vəziyyəti əhəmiyyətsiz
dərəcədə pisləşmişdirsə, alıcı
onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan,
quşdan və ya balıqdan istifadə nəticəsində hər
hansı faydanın əvəzini alıcı yalnız bu cür
faydanı əldə etmiş olduğu halda ödəyir.
612.1.3. Müqavilənin
ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə
və bəslənməsinə, baytarlıq müayinələrinə
və qulluğuna çəkilmiş xərclərin, habelə
heyvanın məcburən öldürülməsinə və
uzaqlaşdırılmasına çəkilmiş xərclərin
əvəzini ödəməlidir.
612.2. Müəyyən
cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı
müqavilənin ləğvi əvəzinə tələb edə
bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın,
quşun və ya balığın əvəzinə ona müqaviləyə
uyğun gələn heyvan verilsin.
612.3. Əgər
satıcı heyvanın, quşun və ya balığın hər
hansı başlıca qüsurlarının olmadığına
və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi
qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə,
alıcı müqavilənin ləğvini və ya icra edilməmə
nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.
Maddə 613. Heyvan, quş və
balıq alıcısının hüquqlarını itirməsi
613.1. Alıcı
hər hansı başlıca qüsur əsasında ona mənsub
hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan
sonra üç gündən gec olmayaraq və ya əgər heyvan,
quş və ya balıq həmin müddət bitənədək
öldürülərsə və ya digər şəkildə
tələf olarsa, heyvanın, quşun və ya balığın
ölümündən sonra satıcıya bu qüsur barəsində
məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir
və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür.
Əgər satıcı bu qüsur barəsində qəsdən
susmuşdursa, hüquq itmir.
613.2. Satıcının
müqavilənin ləğv edilməsi, dəyişdirmə üçün
göndərilmə və ya zərərin əvəzinin ödənilməsi
hüquqları qarantiya müddəti qurtardıqdan iki ay sonra müddətin
keçməsinə görə qüvvədən düşür.
§ 3. Pərakəndə alğı-satqı
Maddə 614. Pərakəndə
alğı-satqı müqaviləsi
614.1. Pərakəndə
alğı-satqı müqaviləsinə görə malların
pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini
həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti
ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər
istifadə üçün nəzərdə tutulan malı alıcıya
verməyi öhdəsinə götürür.
614.2. Çıxarılmışdır. [480]
614.3. Fiziki şəxs
olan alıcının iştirakı ilə pərakəndə
alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə
ilə tənzimlənməyən münasibətlərə istehlakçıların
hüquqlarının qorunması haqqında qanun və ona uyğun
qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir.
Maddə 615. Pərakəndə
alğı-satqı müqaviləsinin forması
Əgər pərakəndə
alğı-satqı müqaviləsində, o cümlədən
alıcının qoşulduğu standart formaların şərtlərində
ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə
alğı-satqı müqaviləsi satıcının alıcıya
kassa və ya əmtəə çekini və ya malın ödənildiyini
təsdiq edən digər sənədi verdiyi andan lazımi formada
bağlanmış sayılır.
Maddə 616. Malın ümumi ofertası
616.1. Malın qeyri-müəyyən
şəxslər dairəsinə ünvanlanmış reklamda,
kataloqlarda və malların təsvirlərində təklif edilməsi,
əgər bu, pərakəndə alğı-satqı müqaviləsinin
bütün mühüm şərtlərini əhatə edirsə,
ümumi oferta (maddə 408.8) sayılır.
616.2. Satış
yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların
qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi
və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin,
kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim
edilməsi qiymətin və pərakəndə alğı-satqı
müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilmədiyindən
asılı olmayaraq ümumi oferta sayılır, amma satıcının
müəyyən malların satış üçün nəzərdə
tutulmadığını aşkar müəyyənləşdirdiyi
hal istisna təşkil edir.
Maddə 617. Mal haqqında informasiya
verilməsi
617.1. Satıcı
satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə
müəyyənləşdirilmiş və pərakəndə
ticarətdə adətən irəli sürülən tələblərə
uyğun olan zəruri və düzgün informasiya verməyə
borcludur.
617.2. Pərakəndə
alğı-satqı müqaviləsi bağlananadək alıcının
malı gözdən keçirmək, öz yanında malın
xassələrinin yoxlanılmasını və ya ondan istifadənin
nümayiş olunmasını tələb etmək ixtiyarı
vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə
istisna edilməsin və pərakəndə ticarətdə qəbul
edilmiş qaydalara zidd olmasın.
617.3. Alıcıya
bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində
göstərilmiş mala dair məlumatı satış yerində
dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə
alğı-satqı müqaviləsinin bağlanmasından əsassız
boyun qaçırılması nəticəsində dəyən
zərərin əvəzini ödəməyi tələb edə
bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan
müddətdə müqavilənin icrasından imtina edə bilər,
mal üçün ödədiyi məbləğin geri qaytarılmasını
və digər zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
617.4. Alıcıya
mal haqqında müvafiq informasiya almaq imkanı verməyən
satıcı malın alıcıya verilməsindən sonra əmələ
gəlmiş qüsurları üçün də məsuliyyət
daşıyır, bu şərtlə ki, alıcı həmin
qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar
əmələ gəldiyini sübuta yetirsin.
Maddə 618. Malın alıcı tərəfindən
müəyyən müddətdə qəbul edilməsi şərti
ilə satılması
618.1. Pərakəndə
alğı-satqı müqaviləsi alıcının malı
müqavilədə müəyyənləşdirilmiş müddətdə
qəbul etməsi şərti ilə bağlana bilər. Bu müddət
ərzində mal başqa alıcıya satıla bilməz.
618.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
alıcının gəlməməsi və ya malın müqavilədə
müəyyənləşdirilmiş müddətdə qəbul
edilməsi üçün zəruri olan digər hərəkətlərin
yerinə yetirilməməsi satıcı tərəfindən alıcının
müqavilənin icrasından imtina etməsi kimi qiymətləndirilə
bilər.
618.3. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
malın müqavilədə müəyyənləşdirilmiş
müddətdə alıcıya verilməsini təmin etmək
üçün satıcının çəkdiyi əlavə
xərclər malın qiymətinə daxil edilir.
Maddə 619. Malların nümunələr
üzrə satılması
619.1. Pərakəndə
alğı-satqı müqaviləsi alıcının satıcı
tərəfindən təklif edilmiş mal nümunəsi (onun
təsviri, malların kataloqu və i.a.) ilə tanış olması
əsasında bağlana bilər.
619.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
malın nümunə üzrə pərakəndə alğı-satqısı
müqaviləsi malın müqavilədə göstərilmiş
yerə çatdırıldığı andan, müqavilədə
malın verilməsi yeri müəyyənləşdirilmədikdə
isə malın fiziki şəxsin yaşayış yeri üzrə
və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya
çatdırıldığı andan icra edilmiş sayılır.
619.3. Mal verilənədək
alıcı pərakəndə alğı-satqı müqaviləsinin
icrasından bu şərtlə imtina edə bilər ki, satıcıya
müqavilənin yerinə yetirilməsi üzrə hərəkətlərin
icrası ilə əlaqədar çəkdiyi zəruri xərclərin
əvəzini ödəsin.
Maddə 620. Malların avtomatlardan
istifadə etməklə satılması
620.1. Malların
avtomatlardan istifadə etməklə satıldığı hallarda
avtomatların sahibi satıcının adı (firma adı), olduğu
yer, habelə malı almaq üçün alıcının yerinə
yetirməli olduğu hərəkətlər haqqında məlumatları
avtomatda yerləşdirməklə və ya başqa üsulla təqdim
etmək yolu ilə alıcılara malların satıcısı
haqqında informasiya verməyə borcludur.
620.2. Avtomatlardan
istifadə etməklə pərakəndə alğı-satqı
müqaviləsi alıcının malı almaq üçün
zəruri hərəkətləri yerinə yetirdiyi andan bağlanmış
sayılır.
620.3. Əgər
ödənilmiş mal alıcıya verilmirsə, satıcı
alıcının tələbi ilə dərhal malı ona təqdim
etməyə və ya ödədiyi məbləği qaytarmağa
borcludur.
620.4. Avtomatdan pulların
xırdalanması, ödəniş nişanlarının əldə
edilməsi və ya valyuta mübadiləsi üçün istifadə
edildiyi hallarda, əgər öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, pərakəndə alğı-satqı
haqqında qaydalar tətbiq edilir.
Maddə 621. Malın alıcıya
çatdırılmaq şərti ilə satılması
621.1. Pərakəndə
alğı-satqı müqaviləsi malın alıcıya çatdırılması
şərti ilə bağlandıqda satıcı müqavilədə
müəyyənləşdirilmiş müddətdə malı
alıcının göstərdiyi yerə çatdırmağa,
alıcı malın çatdırılma yerini göstərmədikdə
isə alıcı olan fiziki şəxsin yaşayış yerinə
və ya hüquqi şəxsin olduğu yerə çatdırmağa
borcludur.
621.2. Pərakəndə
alğı-satqı müqaviləsi malın alıcıya, alıcı
olmadıqda isə müqavilənin bağlandığını
və ya malın çatdırılmasının rəsmiləşdirildiyini
göstərən qəbzi və ya digər sənədi təqdim
etmiş istənilən şəxsə təhvil verildiyi andan
icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə
ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin
mahiyyətindən ayrı qayda irəli gəlməsin.
621.3. Müqavilədə
malın alıcıya təhvil verilmək üçün çatdırılma
vaxtı müəyyənləşdirilmədikdə mal alıcının
tələbi alındıqdan sonra ağlabatan müddətdə
çatdırılmalıdır.
Maddə 622. Pərakəndə
satılan malın qiyməti və ödənilməsi
622.1. Əgər
öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
alıcı malı pərakəndə alğı-satqı müqaviləsinin
bağlandığı an satıcının elan etdiyi qiymətlə
ödəməyə borcludur.
622.2. Pərakəndə
alğı-satqı müqaviləsində malın qabaqcadan ödənilməsinin
nəzərdə tutulduğu halda alıcının müqavilədə
müəyyənləşdirilmiş müddətdə malı
ödəməməsi, əgər tərəflərin razılaşmasında
ayrı qayda nəzərdə tutulmayıbsa, alıcının
müqavilənin icrasından imtina etməsi sayılır.
622.3. Malların
pərakəndə nisyə alğı-satqısı müqavilələrinə,
o cümlədən alıcı tərəfindən malların
hissə-hissə ödənilməsi şərti ilə bağlanmış
müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində
nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir.
622.4. Alıcı
malın hissə-hissə ödənilməsi üçün
müqavilədə müəyyənləşdirilmiş müddət
ərzində istədiyi vaxt malı ödəyə bilər.
Maddə 623. Malın dəyişdirilməsi
623.1. Əgər
satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə,
alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində
aldığı malı alış yerində və satıcının
elan etdiyi digər yerlərdə başqa ölçülü,
formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar
mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq
olduqda satıcı ilə lazımi hesablaşma aparılır.
Satıcıda dəyişdirilmək üçün zəruri
mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya
qaytara bilər və mal üçün ödədiyi pul məbləğini
geri ala bilər.[481]
623.2. Alıcının
malın dəyişdirilməsi və ya qaytarılması haqqında
tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş
olmasın, istehlak xassələri qorunub saxlansın və həmin
satıcıdan alındığına dair sübutlar olsun.
623.3. Bu maddədə
göstərilmiş əsaslar üzrə dəyişdirilməli
və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi
hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada
təyin edilir.
Maddə 624. Alıcıya lazımi
keyfiyyətli olmayan mal satıldıqda onun hüquqları
624.1. Alıcıya
lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın
qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə,
alıcı öz seçimi ilə tələb edə bilər
ki:
624.1.1. keyfiyyətsiz
mal lazımi keyfiyyətli malla əvəz edilsin;
624.1.2. alış
qiyməti mütənasib surətdə azaldılsın;
624.1.3. malın
qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan
qaldırılsın;
624.1.4. malın
qüsurlarının aradan qaldırılmasına çəkilmiş
xərclərin əvəzi ödənilsin.
624.2. Çıxarılmışdır. [482]
624.3. Malın xassələri
onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa
imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və
i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi
keyfiyyətli malla dəyişdirilməsini və ya alış
qiymətinin mütənasib surətdə azaldılmasını
tələb edə bilər.[483]
624.4. Bu Məcəllənin
624.1 və 624.3-cü maddələrində göstərilmiş
tələbləri irəli sürmək əvəzinə alıcı
pərakəndə alğı-satqı müqaviləsinin icrasından
imtina edə bilər və mal üçün ödədiyi pul
məbləğinin qaytarılmasını tələb edə
bilər.[484]
624.5. Çıxarılmışdır. [485]
Maddə 625. Mal dəyişdirilərkən,
alış qiyməti azalarkən və lazımi keyfiyyətli
olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsi
625.1. Pis keyfiyyətli
mal pərakəndə alğı-satqı müqaviləsinə
uyğun gələn lazımi keyfiyyətli malla əvəz edilərkən
satıcı malın müqavilədə müəyyənləşdirilmiş
qiyməti ilə onun dəyişdirildiyi və ya dəyişdirilməsinə
dair məhkəmə qərarının çıxarıldığı
an mövcud olmuş qiyməti arasındakı fərqin ödənilməsini
tələb edə bilməz.
625.2. Pis keyfiyyətli
mal oxşar, lakin ölçüsünə, fasonuna, növünə
və ya digər əlamətlərinə görə başqa
olan lazımi keyfiyyətli malla əvəz edilərkən dəyişdirilən
malın dəyişdirilmə anındakı qiyməti ilə
lazımi keyfiyyətli olmayan malın əvəzinə verilən
malın qiyməti arasındakı fərq ödənilməlidir.
Əgər satıcı alıcının tələbini yerinə
yetirmirsə, dəyişdirilən malın qiyməti və onun
əvəzinə verilən malın qiyməti məhkəmə
tərəfindən malın dəyişdirilməsinə dair qərarın
çıxarıldığı gün üçün müəyyənləşdirilir.
625.3. Malın alış
qiymətinin mütənasib surətdə azaldılması tələbinin
irəli sürüldüyü halda malın həmin tələbin
irəli sürüldüyü an üçün qiyməti,
alıcının tələbi könüllü surətdə
yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən
qiymətin mütənasib surətdə azaldılmasına dair
qərarın çıxarıldığı gün üçün
qiyməti hesaba alınır.
625.4. Lazımi keyfiyyətli
olmayan malı satıcıya qaytararkən alıcı malın
pərakəndə alğı-satqı müqaviləsində
müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin
könüllü surətdə yerinə yetirildiyi an üçün,
tələb könüllü surətdə yerinə yetirilmədikdə
isə məhkəmə qərarının çıxarıldığı
gün üçün müvafiq malın qiyməti arasındakı
fərqin ödənilməsini tələb edə bilər.
Maddə 626. Satıcının
məsuliyyəti və öhdəliyin naturada icrası – çıxarılmışdır.[486]
§ 4. Malların göndərilməsi
Maddə 627. Göndərmə müqaviləsi
627.1. Göndərmə
müqaviləsinə görə mal göndərən - sahibkarlıq
fəaliyyətini həyata keçirən satıcı istehsal
etdiyi və ya satın aldığı malları sahibkarlıq
fəaliyyətində və ya şəxsi, ailə, ev və digər
bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər
üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş
müddətdə və ya müddətlərdə alıcıya
verməyi öhdəsinə götürür.
627.2. Çıxarılmışdır. [487]
Maddə 628. Göndərmə müqaviləsi
bağlanarkən ixtilafların nizama salınması – çıxarılmışdır.[488]
Maddə 629. Malların göndərilməsi
dövrləri
629.1. Tərəflər
göndərmə müqaviləsinin qüvvədə olduğu
müddət ərzində malların ayrı-ayrı partiyalar
ilə göndərilməsini nəzərdə tutduqda və bu
partiyaların göndərilməsi müddətləri (göndərmə
dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə,
mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən
və ya işgüzar dövriyyə adətlərindən ayrı
qayda irəli gəlmirsə, bərabər partiyalar ilə aybaay
göndərilməlidir.
629.2. Göndərmə
müqaviləsində göndərmə dövrləri ilə
yanaşı malların göndərilməsi cədvəli də
(on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə
bilər.
629.3. Mallar alıcının
razılığı ilə vaxtından qabaq göndərilə
bilər. Vaxtından qabaq göndərilmiş və alıcı
tərəfindən qəbul edilmiş mallar növbəti dövrdə
göndərilməli olan malların miqdarına daxil edilir.
Maddə 630. Malların göndərilməsi
qaydası
630.1. Mal göndərən
göndərmə müqaviləsinin tərəfi olan alıcıya
və ya müqavilədə alıcı kimi göstərilmiş
şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.
630.2. Göndərmə
müqaviləsində alıcının mal göndərənə
malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər
(yollama sərəncamı) vermək hüququnun nəzərdə
tutulduğu halda mal göndərən malları yollama sərəncamında
göstərilmiş mal alanlara yollayır (verir).
630.3. Yollama sərəncamının
məzmunu və alıcı tərəfindən onun mal göndərənə
verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir.
Əgər müqavilədə yollama sərəncamının
verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal
göndərənə göndərmə dövrünün çatmasına
ən geci otuz gün qalmış verilməlidir.
630.4. Alıcının
yollama sərəncamını müəyyənləşdirilmiş
müddətdə verməməsi mal göndərənə ya
göndərmə müqaviləsinin icrasından imtina etmək,
ya da alıcıdan malları ödəməyi tələb etmək
hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının
verilməməsi ilə əlaqədar dəyən zərərin
əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 631. Malların çatdırılması
631.1. Mal göndərən
malları göndərmə müqaviləsində nəzərdə
tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş
şərtlərlə çatdırır.
631.2. Müqavilədə
malların hansı nəqliyyat növü ilə və ya hansı
şərtlərlə çatdırıldığının
müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü
seçmək və ya malların çatdırılması şərtlərini
müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən,
öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə
adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə
mənsubdur.
631.3. Göndərmə
müqaviləsində alıcının (mal alanın) malları
mal göndərənin olduğu yerdə alması (malların
seçilməsi) nəzərdə tutula bilər. Əgər
müqavilədə malların seçilməsi müddəti
nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malları
onların hazır olduğu barədə mal göndərəndən
bildiriş aldıqdan sonra ağlabatan müddətdə seçməlidir.
Maddə 632. Malların tam göndərilməməsinin
tamamlanması
632.1. Ayrıca göndərmə
dövründə malları tam göndərməmiş mal göndərən
malların göndərilməmiş miqdarını, əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
göndərmə müqaviləsinin qüvvədə olduğu
müddət ərzində növbəti dövrdə (dövrlərdə)
göndərməlidir.
632.2. Mal göndərən
malları göndərmə müqaviləsində və ya alıcının
yollama sərəncamında göstərilmiş bir neçə
mal alana yolladığı halda bir mal alana müqavilədə
və ya yollama sərəncamında nəzərdə tutulan miqdardan
artıq göndərilmiş mallar, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, digər mal alanlara
tam göndərilməmənin tamamlanması hesabına daxil edilmir.
632.3. Əgər
göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş
malların qəbulundan mal göndərənə bildiriş verməklə
imtina edə bilər. Alıcı mal göndərənin bildirişi
aldığı vaxtadək göndərdiyi malları qəbul
etməyə və ödəməyə borcludur.
Maddə 633. Tam göndərilməmə
tamamlanarkən malların çeşidi
633.1. Tam göndərilməməsi
tamamlanmalı olan malların çeşidi tərəflərin
razılaşması ilə müəyyənləşdirilir.
Belə razılaşma olmadıqda mal göndərən malların
göndərilməmiş miqdarını buna yol verildiyi dövr
üçün müəyyənləşdirilmiş çeşiddə
tamamlamağa borcludur.
633.2. Bir addan olan
malların göndərmə müqaviləsində nəzərdə
tutulduğundan artıq miqdarda göndərilməsi eyni çeşidə
daxil olan digər adlı malların tam göndərilməməsinin
tamamlanması hesabına daxil edilmir. Bu cür göndərmənin
alıcının qabaqcadan yazılı razılığı
ilə həyata keçirildiyi hal istisna olmaqla, tam göndərilməmə
tamamlanmalıdır.
Maddə 634. Alıcı tərəfindən
malların qəbul edilməsi
634.1. Alıcı
(mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş
malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri
yerinə yetirməyə borcludur.
634.2. Malların
qüsurlarını gözdən keçirməklə müəyyən
etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş
vermədikdə, mal qəbul olunmuº hesab edilir.[489]
634.3. Göndərilmiş
malları nəqliyyat təşkilatından aldıqda alıcı
(mal alan) malların nəqliyyat və müşayiət sənədlərində
göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı,
habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın
fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə
tutulan qaydaları gözləməklə qəbul etməlidir.
Maddə 635. Alıcı tərəfindən
qəbul edilməmiş malın məsuliyyətlə saxlanması
635.1. Göndərmə
müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin
verdiyi maldan imtina etdikdə bu malın salamatlığını
təmin etməyə (məsuliyyətlə saxlamağa) və
mal göndərənə ləngimədən bildiriş göndərməyə
borcludur.
635.2. Mal göndərən
alıcının (mal alanın) məsuliyyətlə saxlamağa
qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa
və ya ona dair sərəncam verməyə borcludur. Əgər
mal göndərən mala dair bu müddətdə sərəncam
verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə
qaytara bilər.
635.3. Malın məsuliyyətlə
saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya
qaytarılması ilə əlaqədar alıcının çəkdiyi
zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir.
Bu zaman malın satışından götürülən vəsait
alıcıya çatan məbləğ çıxılmaqla
mal göndərənə verilir.
635.4. Müqavilədə
müəyyənləşdirilmiş əsaslar olmadan alıcı
mal göndərəndən malı qəbul etmədikdə və
ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan
malı ödəməyi tələb edə bilər.
Maddə 636. Malların seçilməsi
636.1. Göndərmə
müqaviləsində alıcı (mal alan) tərəfindən
malların mal göndərənin olduğu yerdə seçilməsi
nəzərdə tutulduqda, əgər öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, alıcı malları onların
verildiyi yerdə gözdən keçirməyə borcludur.
636.2. Alıcının
(mal alanın) göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş
müddətdə, belə müddət olmadıqda isə malların
hazır olduğu barədə mal göndərənin bildirişini
aldıqdan sonra ağlabatan müddətdə malları seçməməsi
mal göndərənə müqavilənin icrasından imtina etmək
və ya alıcıdan malları ödəməyi tələb
etmək hüququ verir.
Maddə 637. Göndərilən
mallar üçün hesablaşmalar
637.1. Alıcı
göndərilən malları göndərmə müqaviləsində
nəzərdə tutulan hesablaşma qaydasını və formasını
gözləməklə ödəyir. Əgər tərəflərin
razılaşmasında hesablaşma qaydası və forması
müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş
tapşırıqları ilə həyata keçirilir.
637.2. Göndərmə
müqaviləsində malların mal alan (ödəyici) tərəfindən
ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən
əsassız imtina etdikdə və ya malları müqavilədə
müəyyənləşdirilmiş müddətdə ödəmədikdə
mal göndərən alıcıdan göndərilmiş malları
ödəməyi tələb edə bilər.
637.3. Göndərmə
müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı
hissələrlə göndərilməsi nəzərdə tutulduqda,
alıcı malları, əgər müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, komplektə daxil olan sonuncu
hissə yollandıqdan (seçildikdən) sonra ödəyir.
Maddə 638. Göndərmə zamanı
tara və qab
638.1. Əgər
göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı (mal alan) malın göndərildiyi
çoxdəfəlik taranı və paketləmə vasitələrini
müqavilə ilə müəyyənləşdirilmiş qaydada
və müddətlərdə qaytarmağa borcludur.
638.2. Malın digər
tarası, habelə qabı mal göndərənə yalnız
müqavilədə nəzərdə tutulmuş hallarda qaytarılmalıdır.
Maddə 639. Lazımi keyfiyyətli
olmayan malların göndərilməsinin nəticələri
639.1. Lazımi keyfiyyətli
olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə
qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə
tutulan tələbləri irəli sürə bilər.
639.2. Göndərilmiş
malların pərakəndə satışını həyata
keçirən alıcı (mal alan) istehlakçının qaytardığı
lazımi keyfiyyətli olmayan malın ağlabatan müddətdə
dəyişdirilməsini tələb edə bilər, bu şərtlə
ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 640. Komplektsiz malların
göndərilməsinin nəticələri
640.1. Göndərmə
müqaviləsinin şərtləri, komplektlik barəsində
adətən irəli sürülən tələblər pozulmaqla
malların göndərildiyi alıcı (mal alan) mal göndərənə
qarşı bu Məcəllənin 592-ci maddəsində nəzərdə
tutulan tələbləri irəli sürə bilər.
640.2. Malların
pərakəndə satışını həyata keçirən
alıcı (mal alan) istehlakçının qaytardığı
komplektsiz malların ağlabatan müddətdə komplektli mallarla
əvəz olunmasını tələb edə bilər, bu şərtlə
ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 641. Mallar tam göndərilmədikdə,
malların qüsurlarının aradan qaldırılmasına və
ya komplektinin tamamlanmasına dair tələblər yerinə yetirilmədikdə
alıcının hüquqları
641.1. Əgər
mal göndərən göndərmə müqaviləsində
nəzərdə tutulan miqdarda malları göndərməzsə
və ya pis keyfiyyətli malların dəyişdirilməsinə
və ya malların komplektinin tamamlanmasına dair alıcının
tələblərini müəyyənləşdirilmiş müddətdə
yerinə yetirməzsə, alıcının ixtiyarı var ki,
göndərilməmiş malları başqa şəxslərdən
əldə edərək buna çəkdiyi bütün zəruri
və ağlabatan xərcləri mal göndərənə aid
etsin.
641.2. Mal göndərən
tərəfindən malların tam göndərilmədiyi və
ya malların qüsurlarının aradan qaldırılmasına
və ya malların komplektinin tamamlanmasına dair alıcının
tələblərinin yerinə yetirilmədiyi hallarda alıcının
malları başqa şəxslərdən əldə etməyə
çəkdiyi xərclər bu Məcəllənin 645.1-ci maddəsində
nəzərdə tutulan qaydalara uyğun hesablanır.
641.3. Malların
qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək
və ya mallar dəyişdirilənədək alıcı (mal
alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən
imtina edə bilər, malları ödəmiş olduqda isə
ödədiyi məbləğlərin qaytarılmasını
tələb edə bilər.
Maddə 642. Malların tam göndərilməməsi
və ya göndərilməsinin gecikdirilməsi üçün
dəbbə pulu
Malların tam göndərilməməsi
və ya göndərilməsinin gecikdirilməsi üçün
qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş
dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş
malların miqdarını göndərmənin sonrakı dövrlərində
tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini
faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla
və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin
ayrı qaydası nəzərdə tutulmasın.
Maddə 643. Bir neçə göndərmə
müqaviləsi üzrə eyni növlü öhdəliklərin
icrası
643.1. Mal göndərən
eyni vaxtda bir neçə göndərmə müqaviləsi üzrə
alıcıya eyni adlı mallar göndərdikdə və göndərilmiş
malların miqdarı mal göndərənin bütün müqavilələr
üzrə öhdəliklərinin icrası üçün yetərli
olmadıqda göndərilmiş mallar mal göndərənin göndərmə
zamanı və ya göndərmədən sonra dərhal göstərdiyi
müqavilənin icrası hesabına daxil edilməlidir.
643.2. Əgər
alıcı bir neçə göndərmə müqaviləsi
üzrə aldığı eyni adlı malları mal göndərənə
ödəmişsə və ödəniş məbləği
alıcının bütün müqavilələr üzrə
öhdəliklərinin icrası üçün yetərli deyilsə,
ödənilmiş məbləğ alıcının malları
ödəyərkən göstərdiyi müqavilənin icrası
hesabına daxil edilməlidir.
643.3. Əgər
mal göndərən və ya alıcı bu Məcəllənin
643.1 və 643.2-ci maddələrinə uyğun onlara verilmiş
hüquqlardan istifadə etməzlərsə, öhdəliyin icrası
icra müddəti daha tez çatan müqavilə üzrə öhdəliklərin
icrası hesabına daxil edilir. Əgər bir neçə müqavilə
üzrə öhdəliklərin icrası müddəti eyni vaxtda
çatarsa, həyata keçirilmiş icra bütün müqavilələr
üzrə öhdəliklərin icrası hesabına mütənasib
surətdə daxil edilir.
Maddə 644. Göndərmə müqaviləsinin
birtərəfli dəyişdirilməsi və ya onun icrasından
birtərəfli imtina – çıxarılmışdır.[490]
Maddə 645. Müqavilə ləğv
edilərkən zərərin hesablanması
645.1. Əgər
satıcının öhdəliyi pozması nəticəsində
müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə
alıcı müqavilədə nəzərdə tutulan malın
əvəzinə başqa şəxsdən daha yüksək,
lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş
qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə
qiymət arasındakı fərq şəklində zərərin
əvəzinin ödənilməsi tələbini satıcıya
qarşı irəli sürə bilər.
645.2. Əgər
alıcının öhdəliyi pozması nəticəsində
müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə
satıcı malı müqavilədə nəzərdə tutulandan
daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə
satarsa, müqavilədə müəyyənləşdirilmiş
qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə
qiymət arasındakı fərq şəklində zərərin
əvəzinin ödənilməsi tələbini alıcıya
qarşı irəli sürə bilər.
645.3. Əgər
bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində
nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv
edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa
və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə
müəyyənləşdirilmiş qiymətlə müqavilənin
ləğv edildiyi məqamdakı cari qiymət arasındakı
fərq şəklində zərərin əvəzinin ödənilməsi
tələbini irəli sürə bilər.
645.4. Malın verilməli
olduğu yerdə oxşar mal üçün müqayisəyə
gələn şəraitdə adətən alınmış
qiymət cari qiymət sayılır. Əgər həmin yerdə
cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan
əvəz ola bilən cari qiymət, malın nəql edilməsi
xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq
edilə bilər.
645.5. Bu Məcəllənin
645.1.-645.4-cü maddələrində nəzərdə tutulan
tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş
və ya lazımınca icra etməmiş tərəfi digər
tərəfə vurulmuş başqa zərərin əvəzini
ödəməkdən azad etmir.
§ 5. Daşınmaz əşyaların alğı-satqısı
Maddə 646. Daşınmaz əşyaların
alğı-satqısı müqaviləsi
646.1. Daşınmaz
əşyaların alğı-satqısı müqaviləsinə
görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu,
mənzili və ya digər daşınmaz əşyanı alıcının
mülkiyyətinə verməyi öhdəsinə götürür.
646.2. Əgər
bu Məcəllənin bu paraqrafının aşağıdakı
müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz
əşyaların alğı-satqısına əşyaların
alğı-satqısı haqqında ümumi müddəalar müvafiq
surətdə tətbiq edilir.
Maddə
647 . Daşınmaz
əşyaların alğı-satqısı müqaviləsinin
rəsmiləşdirilməsi xərcləri
Alğı-satqı
müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması xərclərini alıcı çəkir.[491]
Maddə 648. Daşınmaz əşyaların
alğı-satqısı zamanı tərəflərin vəzifəsi
648.1. Daşınmaz
əşyaların alğı-satqısı halında tərəflərdən
hər biri mülkiyyət hüququnun keçirilməsi faktının
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması üçün öz tərəfindən zəruri
olanları həyata keçirərək özünün vermə
və ya qəbul etmə vəzifəsini icra edir.
648.2. Satılmış
əşya ilə bağlı risklər, xərclər və
faydalar şübhə halında alıcıya yalnız daşınmaz
əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir.
Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində
təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş
zərərin əvəzini digər tərəfə ödəməlidir.
648.3. Alqı-satqı müqaviləsinin predmetini digər
müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın
yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylar təşkil edirsə, alıcının
üzərinə həmin payların alış qiymətini tikinti
başa çatmazdan əvvəl tam şəkildə ödəmək
öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu
Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş
şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri
üzrə hissələrlə həyata keçirilməlidir.[492]
Maddə 648-1. Kənd təsərrüfatı
təyinatlı torpaqların alqı-satqısı zamanı
üstünlük hüququ[493]
Kənd
təsərrüfatı təyinatlı torpaq sahəsinin
alqı-satqısı zamanı həmin torpaq sahəsi ilə
bilavasitə ümumi sərhədə malik olan torpaq sahələrinin
mülkiyyətçiləri həmin torpaq sahəsini eyni
şərtlərlə satın almaqda bu Məcəllənin
218-ci maddəsinin tələbləri nəzərə
alınmaqla üstünlük hüququna malikdirlər.
Maddə 648-2. Kənd təsərrüfatı
təyinatlı torpaqların alqı-satqısı və digər
özgəninkiləşdirilmə hallarında məhdudiyyətlər[494]
Dövlətin
ehtiyacları üçün özgəninkiləşdirilmə
halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin
mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı
torpaq sahələrinin alqı-satqısı və digər
özgəninkiləşdirilməsi halları nəticəsində
bölünməsinə yalnız bölünmə nəticəsində
yaranan hər bir torpaq sahəsinin ölçüsü 5
hektardan az olmadıqda yol verilir.
Maddə 649. Satılmış daşınmaz
əşyanın uyğun olmaması
Satılmış
daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə
uyğun olmamasından savayı həmin əşyaya aid artıq
mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət
reyestrində göstərildiyi halda da baş verir.
Maddə 650. Daşınmaz əşyaların
alğı-satqısı haqqında müddəaların rəsmi
reyestrlərdə qeydə alınması tələb edilən
daşınar əşyaların alğı-satqısına tətbiqi
Rəsmi reyestrlərdə
qeydə alınması tələb edilən daşınar əşyalara
daşınmaz əşyaların alğı-satqısı haqqında
göstərişlər müvafiq surətdə tətbiq edilir.
§ 6. Tələblərin və digər hüquqların
alğı-satqısı
Maddə 651. Əşyaların alğı-satqısı
haqqında müddəaların tələblərin və digər
hüquqların alğı-satqısına tətbiqi
Tələblərin
və digər hüquqların alğı-satqısına əşyaların
alğı-satqısı haqqında göstərişlər müvafiq
surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə
alınmış daşınmaz əşyalara və obyektlərə
hüquqların satıldığı hallarda bu Məcəllənin
646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
Maddə 652. Hüququn keçirilməsi
(tələbin güzəşti)
Hüququn satıldığı
halda göndərmə və qəbul hüququn keçirilməsindən
(tələbin güzəştindən) ibarət olur. Satıcıda
olan hüququn əsaslandırılması və alıcıya
keçirilməsi xərclərini satıcı çəkir.
Maddə 653. Əşyaya sahiblik
hüquqlarının satılması
Əşyaya sahiblik
səlahiyyəti verən hüququn satıldığı halda
satıcı alıcıya qüsurlardan, habelə üçüncü
şəxslərin hüquqlarından və iddialarından azad
əşya göndərməyə borcludur.
Maddə 654. Hüquqların və
tələblərin alğı-satqısı zamanı satıcının
məsuliyyəti
654.1. Hər hansı
tələbin və hər hansı digər hüququn satıcısı
həmin tələbin və ya hüququn həqiqətən mövcud
olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı
belə bir məsuliyyət də daşıyır ki, həmin
qiymətli kağızın etibarsızlığına səbəb
ola biləcək hansısa icraata başlanılmayacaqdır.
654.2. Əgər
hər hansı tələbin satıcısı borclunun ödəniş
qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə
götürürsə, hesab edilir ki, həmin məsuliyyət
bu tələbin güzəşt edildiyi an üçün ödəniş
qabiliyyətinə aiddir.
§ 7. Faktorinq
Maddə 655. Faktorinq müqaviləsi
655.1. Faktorinq pul
tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir.
Faktorinq müqaviləsinə görə bir tərəf (faktor)
üçüncü şəxs (borclu) barəsində müştərinin
(kreditorun) üçüncü şəxsə mal verməsindən,
işlər görməsindən və ya xidmətlər göstərməsindən
irəli gələn pul tələbinin hesabına digər tərəfə
(müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə
götürür, müştəri isə bu pul tələbini
faktora güzəşt edir və ya güzəşt etməyi
öhdəsinə götürür.
655.2. Pul tələblərinin
güzəşti barəsində borcluya bildiriş verilməlidir.
655.3. Müştəri
faktor qarşısında öhdəliyinin icrasını təmin
etmək məqsədi ilə də borcluya olan pul tələbini
faktora güzəşt edə bilər.
655.4. Faktorun faktorinq
müqaviləsi üzrə öhdəliklərinə müştəri
üçün mühasibat uçotunun aparılması, habelə
müştəriyə güzəşt predmeti olan pul tələbləri
ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi
də daxil ola bilər.
655.5. Faktorinq müqaviləsi
yazılı formada bağlanır.
655.6. Faktorinq müqavilələrini
faktor kimi banklar və digər kredit təşkilatları, habelə
bu cür fəaliyyəti həyata keçirməyə icazəsi
olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.
Maddə 656. Tələblərin alğı-satqısı
haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi
Əgər bu Məcəllənin
bu paraqrafının aşağıdakı müddəalarından
ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə
tələblərin alğı-satqısı və verilməsi
haqqında müddəalar tətbiq edilir.
Maddə 657. Faktorinq müqaviləsinin iştirakçıları
arasında münasibətlərin xüsusiyyətləri
657.1. Çıxarılmışdır. [495]
657.2. Faktorinq müqaviləsinin
gələcək tələblərin güzəştinə əsas
verən hər hansı müddəası tələblərin
verilmə üzrə hansısa əlavə hərəkətlər
edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini
bildirir.
657.3. Faktorinq müqaviləsində
müştərinin hüquqlarının faktora hansı dərəcədə
keçməsi də tənzimlənə bilər.
657.4. Əgər
borclu müştəridən və ya müştərinin vəkaləti
ilə faktordan güzəşt barəsində yazılı bildiriş
almışdırsa, ödənişi faktora həyata keçirməlidir.
Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt
edilmiş tələbləri və borclunun ödənişi həyata
keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət
qədər dəqiq göstərsin və bildirişin verildiyi
an və ya daha əvvəl bağlanmış müqavilədən
irəli gələn tələblərə aid olsun.
657.5. Əgər
borclu başqa şəxsin ödənişi həyata keçirməkdə
üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin
657.4-cü maddəsinə uyğun ödənişi həyata
keçirmək vəzifəsi aradan qalxır.
657.6. Borclunu faktora
ödəniş nəticəsində borcdan azad edən digər
əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin
nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin
657.4-cü maddəsinə uyğun həyata keçirilir.
657.7. Əgər
faktor borcludan müqavilə əsasında əmələ gəlmiş
tələb üzrə məbləğ ödəməyi tələb
edirsə, borclu həmin müqavilədən irəli gələn
və müştərinin ondan ödəniş tələb etdiyi
halda irəli sürə biləcəyi bütün etirazları
faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı
bildirişin verildiyi məqamda müştəriyə qarşı
olan tələblərinin ödənilməsinə dair hər
hansı hüququ da qarşılıqlı əvəzləşdirmə
çərçivəsində faktora qarşı etiraz kimi irəli
sürə bilər.
657.8. Mal göndərənin
alğı-satqı müqaviləsi üzrə öhdəlikləri
icra etməməsi, lazımınca icra etməməsi və ya
icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi
məbləğin qaytarılmasını tələb etmək
hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə
faktora ödədiyi məbləğin qaytarılmasını
tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin
qaytarılmasını yalnız o halda tələb edə bilər
ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə
öhdəliyini icra etməsin və ya borclunun ödəniºinin
aid edildiyi mallar barəsində müqavilənin müştəri
tərəfindən yerinə yetirilmədiyini, lazımınca
yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini
bildiyi məqamda icra etsin.
657.9. Əgər
müştəri faktorinq müqaviləsi əsasında hər
hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn,
faktor tərəfindən tələbin hər hansı növbəti
güzəştinə və ya hər hansı sonrakı tələb
alana bu Məcəllənin 657.4 - 657.8-ci maddələri elə
tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki
faktordur, ikincisi isə, növbəti güzəşt haqqında
borcluya ünvanlanmış bildiriş həm də faktora ünvanlanmış
bildiriş olur.
657.10. Bu Məcəllənin
bu paraqrafının müddəaları faktorinq müqaviləsi
ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq
edilmir.
§ 8. Sınama üçün alğı-satqı
Maddə 658. Sınama üçün
alğı-satqı müqaviləsi
658.1. Sınama və
ya yoxlama üçün alğı-satqı müqaviləsi
alıcının həmin predmeti almağa razılıq verdiyi
vaxtadək təxirəsalıcı şərtlə bağlanan
alğı-satqı müqaviləsidir.
658.2. Sınama üçün
alğı-satqı müqaviləsinə görə satıcı
alıcıya predmeti gözdən keçirməyə icazə
verməlidir.
658.3. Çıxarılmışdır. [496]
658.4. Alıcı
sınama və ya yoxlama üçün aldığı predmet
barəsində razılığını yalnız müəyyənləşdirilmiş
müddət ərzində, bu müddət müəyyənləşdirilmədikdə
isə yalnız satıcının alıcı üçün
müəyyənləşdirdiyi ağlabatan müddət bitənədək
bildirə bilər. Əgər əşya sınama və ya gözdən
keçirmə üçün artıq alıcıya verilmişdirsə,
onun susması razılıq kimi qiymətləndirilir.
30-cu fəsil.
Satın almaqda üstünlük
hüququ və digər üstünlük hüquqları
Maddə 659. Satın almaqda üstünlük
hüququ və digər üstünlük hüquqları haqqında
ümumi müddəalar
659.1. Satın almaqda
üstünlük hüququ və hər hansı əşyaya
və ya hər hansı hüquqa digər üstünlük hüquqları
qanuna görə və ya müqavilə əsasında əmələ
gələ bilər. Əgər belə hüquqlar müqaviləyə
əsaslanırsa, yalnız müqavilə iştirakçılarını
mükəlləfiyyətli edir və həmin əşyanı
və ya həmin hüququ arxayın əldə etmiş üçüncü
şəxslərə qarşı qoyula bilməz.
659.2. Satın almaqda
üstünlük hüququ və müqaviləyə əsaslanan
digər üstünlük hüquqları yalnız nəzərdə
tutduqları əqdin etibarlığı üçün tələb
edilən formada qeydə alınmış olduqda etibarlıdır.
659.3. Satın almaqda
üstünlük hüququnun və digər üstünlük
hüquqlarının aşağıdakı hallarda qüvvəsi
yoxdur:
659.3.1. onlar başqasına
verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuş
xüsusi prosedurlarla tənzimlənən obyektlərə və
ya hüquqlara aid olduqda;
659.3.2. icraat çərçivəsində,
o cümlədən məcburi auksion satışı çərçivəsində
satış halında.
659.4. Əgər
satın almaqda üstünlük hüququ və müqaviləyə
əsaslanan digər üstünlük hüquqları qıt olan
ən zəruri əşyalara və hüquqlara aiddirsə, maraqlı
şəxslər onların etibarlığı barəsində
mübahisə edə bilərlər.
659.5. Əgər
satın almaqda hər hansı üstünlük hüququnun və
digər üstünlük hüququnun qüvvəsi yoxdursa, belə
hüququn verilməsi üçün ödənilmiş haqqın
əvəzi, o cümlədən onun ödənildiyi gündən
qanunla müəyyənləşdirilmiş faizlər ödənilməlidir.
Maddə 660. Satın almaqda üstünlük
hüququ
660.1. Hər hansı
obyekti üstün satın almağa ixtiyar verilmiş şəxs
bu hüququnu satın almaqda üstünlük hüququ üzrə
mükəlləfiyyətli olan şəxs həmin obyektin alğı-satqısı
barədə hər hansı üçüncü şəxslə
müqavilə bağladıqdan sonra həyata keçirə bilər.
660.2. Mükəlləfiyyətli
şəxs üçüncü şəxslə bağladığı
müqavilənin məzmununu üstün satın almağa ixtiyar
verilmiş şəxsə ləngimədən bildirməlidir.
Mükəlləfiyyətli şəxsin məlumatı üçüncü
şəxsin məlumatı ilə əvəz edilə bilər.
Satın almaqda üstünlük hüququ məlumat alındıqdan
sonra iki ay ərzində həyata keçirilə bilər.
660.3. Satın almaqda
üstünlük hüququnun həyata keçirilməsi üçün
mükəlləfiyyətli şəxsə bu barədə ərizə
verilir. Ərizədən ötrü alğı-satqı müqavilələri
üçün müəyyənləşdirilmiş forma tələb
edilmir.
660.4. İxtiyarlı
şəxs satın almaqda üstünlük hüququnu həyata
keçirmək üçün mükəlləfiyyətli şəxslə
alğı-satqı müqaviləsi bağlayır. Müqavilənin
şərtləri mükəlləfiyyətli şəxslə
üçüncü şəxs arasında razılaşdırılır.
Əgər alış qiyməti cari qiymətdən yüksəkdirsə,
ixtiyarlı şəxs onun cari qiymət səviyyəsinədək
azaldılmasını tələb edə bilər. İxtiyarlı
şəxs həmin hüququ həyata keçirdikdə mükəlləfiyyətli
şəxs alğı-satqı müqaviləsini ləğv edə
bilər. Müqavilə iştirakçılarının hüquqi
müdafiə vasitələri alğı-satqı müqaviləsi
ilə müəyyənləşdirilir. Əgər ixtiyarlı
şəxs satın almaqda üstünlük hüququnu həyata
keçirənədək əşyaya mülkiyyət hüququnu
üçüncü şəxs arxayın əldə etmişdirsə,
mükəlləfiyyətli şəxs barəsində ixtiyarlı
şəxsin hüquqi müdafiə vasitələri onun icra etməmə
nəticəsində zərərin əvəzinin ödənilməsi
tələbi ilə məhdudlaşdırılır.
660.5. Mükəlləfiyyətli
şəxsin üçüncü şəxslə razılaşması
alğını satın almaqda üstünlük hüququnun
həyata keçirilməməsindən asılı etdikdə
və ya satın almaqda üstünlük hüququnun həyata
keçirildiyi halda mükəlləfiyyətli şəxsin imtina
hüququnu qüvvədə saxladıqda həmin razılaşmanın
üstün satın almağa ixtiyar verilmiş şəxs üçün
qüvvəsi yoxdur.
660.6. Əgər
üçüncü şəxs üstün satın almağa
ixtiyar verilmiş şəxsin icra etməyə qadir olmadığı
hər hansı əlavə öhdəliyin icrasını müqaviləyə
əsasən üzərinə götürürsə, ixtiyar verilmiş
şəxs öhdəliyin icrası əvəzinə onun dəyərini
ödəməlidir. Əgər öhdəliyi pulla qiymətləndirmək
mümkün deyildirsə, satın almaqda üstünlük hüququnun
həyata keçirilməsi istisna edilir. Lakin əgər üçüncü
şəxslə müqavilə həmin öhdəliksiz də
bağlana bilərsə, hər hansı əlavə öhdəlik
haqqında şərt nəzərə alınmır.
660.7. Əgər
üçüncü şəxs satın almaqda üstünlük
hüququnun şamil edildiyi hər hansı obyekti digər obyektlərlə
birlikdə ümumi qiymətə alırsa, üstün satın
almağa ixtiyar verilmiş şəxs həmin ümumi qiymətin
ağlabatan hissəsini ödəməlidir. Mükəlləfiyyətli
şəxs tələb edə bilər ki, satın almaqda üstünlük
hüququ bütün bölünməz əşyalara şamil
edilsin.
660.8. Ayrı şərt
qoyulmayıbsa, satın almaqda üstünlük hüququ ixtiyarlı
şəxsin vərəsələrinə verilmir və keçmir.
Hüquq konkret müddətlə məhdudlaşdırıldıqda,
o, şübhə halında vərəsəlik üzrə verilir.
Maddə 661. Digər üstünlük
hüquqları KMQ33
Tətbiq edilə
bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin
müddəaları müvafiq olaraq digər üstünlük
hüquqları, o cümlədən satılmış əşyanın
yenidən alınması (satın alınması) hüququ və
kirayəyə və ya icarəyə götürməkdə üstünlük
hüquqları üçün etibarlıdır.
31-ci fəsil.
Dəyişdirmə
Maddə 662. Dəyişdirmə
müqaviləsi
662.1. Dəyişdirmə
müqaviləsinə görə tərəflərdən hər
biri başqa tərəfin mülkiyyətinə bir əşyanın
müqabilində digər əşyanı verməyi öhdəsinə
götürür.
662.2. Dəyişdirmə
müqaviləsinə alğı-satqı haqqında göstərişlər
müvafiq surətdə tətbiq edilir.
662.3. Dəyişdirmə
müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı
digər tərəfə verəcəyini vəd etdiyi əşyanın
satıcısı və aldığı əşyanın alıcısı
sayılır.
Maddə 663. Dəyişdirmə
müqaviləsi üzrə qiymətlər və xərclər
663.1. Əgər
dəyişdirmə müqaviləsindən ayrı qayda irəli
gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli
sayılır, onların verilməsi və qəbul edilməsi
xərclərini isə hər bir halda müvafiq vəzifələri
daşıyan tərəf çəkir.
663.2. Çıxarılmışdır. [497]
Maddə 664. Dəyişdirmə müqaviləsi
üzrə malı vermək öhdəliyinin qarşılıqlı
icrası
Dəyişdirmə
müqaviləsinə uyğun olaraq dəyişdirilən malların
verilməsi müddətləri üst-üstə düşmədikdə
digər tərəf malı verdikdən sonra malı verməli
olan tərəfin malı vermək öhdəliyinin icrasına
öhdəliklərin qarşılıqlı icrası haqqında
qaydalar tətbiq edilir.
Maddə 665. Dəyişdirilən
mallara mülkiyyət hüququnun keçməsi
Əgər dəyişdirmə
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə
müqaviləsi üzrə alıcı kimi çıxış
edən tərəflərə hər iki tərəf müvafiq
malları vermək öhdəliklərini icra etdikdən sonra eyni
vaxtda keçir.
32-ci fəsil.
Bağışlama
Maddə 666. Bağışlama
müqaviləsi
666.1. Bağışlama
müqaviləsi sağ ikən bağlanan elə müqavilədir
ki, onun əsasında hədiyyə verən öz əmlakının
bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,
həm də bu cür bağışlama hədiyyə alan tərəfindən
heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama
müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul
etməsi ilə bağlanmış sayılır. Əgər
bağışlama öhdəliklə şərtləndirilməyibsə,
hədiyyənin qəbul edildiyi ehtimal olunur.
666.2. Bağışlama
predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü
şəxsə qarşı əmlak hüquqları (tələblər),
habelə hədiyyə alanın hədiyyə verən və ya
üçüncü şəxs qarşısında əmlak
vəzifəsindən azad edilməsi ola bilər.
666.3. Mənəvi
və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
Maddə 667. Bağışlamaq
və hədiyyə qəbul etmək qabiliyyəti
667.1. Fəaliyyət
qabiliyyətli şəxs öz əmlakına dair bağışlama
yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak
ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik
hüququ ilə məhdudlaşmış olmasın.
667.2. Fəaliyyət
qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama
yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması
şərti ilə, habelə qəyyumluq və himayəçilik
hüququnun göstərişlərinə uyğun olaraq həyata
keçirilə bilər.
667.3. Əgər
fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin
xarakterini və nəticələrini qiymətləndirməyə
qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa
uyğun surətdə əldə edə bilər. Lakin əgər
qanuni nümayəndə hədiyyənin qəbul olunmasını
qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam
vermişsə, hədiyyə əldə edilmir və ya ləğv
edilir.
Maddə 668. Bağışlama
forması. Bağışlama vədi
668.1. Bağışlama
aşağıdakı hallarda etibarlıdır:
668.1.1. daşınmaz
əşyaların və ya həmin əşyalara hüquqların
bağışlanması zamanı bağışlama müqaviləsi
notariat qaydasında təsdiqləndikdə;[498]
668.1.2. rəsmi
reyestrlərdə qeydə alınması tələb edilən
daşınar əşyaların bağışlanması zamanı
bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;[499]
668.1.3. daşınar
əşyaların bağışlanması zamanı hədiyyə
verən əşyanı hədiyyə alana verdikdə;
668.1.4. tələblərin
və digər hüquqların bağışlanması zamanı
onlar bu Məcəllənin tələblərinə uyğun yazılı
surətdə keçirildikdə;
668.1.5. gələcəkdə
bağışlama vəd edildikdə bu vəd notariat qaydasında
təsdiqləndikdə.
668.2. Çıxarılmışdır. [500]
Maddə 669. Hədiyyənin qəbul
edilənədək geri götürülməsi
Nəyi isə bağışlamaq
niyyəti ilə başqa şəxsə verən şəxs
hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi
vaxt onu geri götürə bilər.
Maddə 670. Bağışlama
müqaviləsi üzrə şərtlər və öhdəliklər
670.1. Bağışlama
şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən
asılı edilə bilər.
670.2. Hədiyyə
verənin ölməsi halı üçün bağışlama
vərəsəlik hüququnun göstərişlərinə
uyğun icra edilir.
670.3. Bağışlama
müqaviləsinə uyğun olaraq hədiyyə verən və
onun vərəsələri hədiyyə alanın götürdüyü
öhdəliyin icra edilməməsi və ya lazımınca icra
edilməməsi barədə iddia verə bilərlər. Əgər
öhdəliyin icrası ilə ictimai mənafelərə riayət
edilirsə, hədiyyə verənin ölümündən sonra
icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə
bilər.
670.4. Əgər
bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə
alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini
ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini
aşkar edərsə, öhdəliyin icrasından imtina edə
bilər.
Maddə 671. Hədiyyənin restitusiyası
Hədiyyə verən
hədiyyə alanın ondan qabaq ölməsi halı üçün
bağışlanmış əşyanın restitusiyası hüququnu
özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara
əşya hüquqları bağışlanarkən bu cür
restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində
qabaqcadan qeydə alına bilər.
Maddə 672. Hədiyyə verənin
məsuliyyəti
672.1. Hədiyyə
verən hədiyyə alana hədiyyə ilə əlaqədar
dəyən zərər üçün onun qarşısında
yalnız o halda məsuliyyət daşıyır ki, zərər
qəsdən və ya kobud ehtiyatsızlıq üzündən
vurulmuş olsun.
672.2. Qalan hallarda
hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri
üçün məsuliyyət daşıyır.
Maddə 673. Bağışlamaqdan
imtina
673.1. Hədiyyə
verən aşağıdakı hallarda bağışlamaqdan imtina
edə bilər:
673.1.1. hədiyyə
alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində
ağır cinayət törətdikdə;
673.1.2. hədiyyə
alan ailə hüquq münasibətlərinə uyğun olaraq
onun üzərinə qoyulmuş vəzifələri hədiyyə
verənin və ya onun yaxın qohumlarının biri barəsində
kobudcasına pozduqda; KMQ28
673.1.3. o, bağışlama
ilə bağlı öhdəlikləri əsassız olaraq icra
etmədikdə.
673.2. Hədiyyə
verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı
hallarda ləğv edə və onun icrasından imtina edə bilər:
673.2.1. bu Məcəllənin
673.1-ci maddəsində nəzərdə tutulan hallarda;
673.2.2. vəd verildikdən
sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı
onun üçün son dərəcə ağır yükə
çevirə biləcəyi dərəcədə dəyişdikdə;
673.2.3. vəd verildikdən
sonra hədiyyə verənin ailə hüquq münasibətləri
üzrə əvvəllər olmamış, yaxud çox cüzi
həcmdə olmuş öhdəlikləri yarandıqda.
673.3. İmtina yalnız
onun əsasının hədiyyə verənə məlum olduğu
gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə
alana çatdığı halda qüvvədədir. Hədiyyə
verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ
qalan müddət üçün onun vərəsələrinə
keçir. Əgər hədiyyə alan hədiyyə verəni
qəsdən öldürmüşsə və ya bağışlamanı
ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin
vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
KMQ28
673.4. Bağışlamaqdan
imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış
predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa
borcludur.
Maddə 674. Bağışlamanın
ləğvi və hədiyyə verənin öhdəliklərinin
xitamı
674.1. Aşağıdakı hallarda bağışlama
imtina hüququnun həyata keçirilməsinə zərurət
olmadan ləğv edilir:
674.1.1. bağışlanması
vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;
674.1.2. hədiyyə verənin əmlakı üçün
müsabiqə icraatı başlandıqda.
674.2. Hədiyyə
verən vaxtaşırı xidmətlər göstərməyi
öhdəsinə götürdükdə, əgər ayrı
şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü
ilə xitam verilir.
33-cü fəsil.
Əmlak kirayəsi
Maddə 675. Əmlak kirayəsi
müqaviləsi
Əmlak kirayəsi
müqaviləsinə görə, kirayəyə verən əşyanı
kirayəçinin istifadəsinə verməyi, kirayəçi
isə bunun üçün kirayəyə verənə kirayə
haqqı ödəməyi öhdəsinə götürür.
Maddə 676. Kirayəyə verənin
məsuliyyəti
676.0. Bütün
kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar
üçün məsuliyyət daşıyır:
676.0.1. kirayəyə
verilən əşya kirayəçinin istifadəsi üçün
yararlı vəziyyətdə olmalıdır;
676.0.2. kirayəyə
verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə
qarantiya verilmiş xassələrə malik olmalıdır;
676.0.3. üçüncü
şəxslərin hər hansı hüquqları və ya iddiaları
kirayəyə verilmiş əşyanın müqavilədə
nəzərdə tutulan istifadəsinə mane olmamalı və
ya bu istifadəni istisna etməməlidir;
676.0.4. yaşayış
otağı və ya adamların olması üçün nəzərdə
tutulan digər otaq həmişə elə vəziyyətdə
olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına
və sağlamlığına vicdanlı kirayəyə verən
üçün aşkar təhlükələr törənməsi
ilə bağlı olmasın.
Maddə 677. Əşya müqaviləyə
uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə
vasitələri
677.1. Əmlak kirayəsi
müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin
676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi
kirayəçiyə aşağıdakı hüquqi müdafiə
vasitələrini tətbiq etmək hüququ verir:
677.1.1. əgər
müqaviləyə uyğunsuzluğu nəticəsində əşya
məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş
istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının
itdiyi müddət üçün kirayəçi kirayə haqqını
ödəməkdən azad edilir, onun yararlığının
azaldığı müddət üçün isə yalnız
kirayə haqqının bir hissəsini ödəməyə borclu
olur. Yararlığın əhəmiyyətsiz dərəcədə
azalması hesaba alınmır. Yaşayış otağının
kirayəsi müqaviləsində kirayəçinin ziyanına
olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur;
677.1.2. əgər
müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı
məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə
verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan
əmələ gələrsə və ya kirayəyə verən
həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə,
kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə
əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində
dəyən zərərin əvəzini ödəməyi tələb
edə bilər;
677.1.3. bundan savayı,
kirayəyə verənin gecikdirməsi halında kirayəçi
qüsuru özü aradan qaldıra bilər və çəkdiyi
zəruri xərclərin əvəzini ödəməyi tələb
edə bilər;
677.1.4. əgər
kirayəçi kirayəyə götürdüyü əşyanı
tamamilə və ya qismən müqavilə üzrə istifadəyə
müəyyənləşdirilmiş müddətdə almırsa
və ya əşya ondan götürülürsə və ya
əhəmiyyətli dərəcədə pisləşirsə,
kirayəyə verən isə gecikdirməyə yol verirsə,
kirayəçi xəbərdarlıq müddətini gözləmədən
müqaviləni ləğv edə bilər. İstifadəyə
əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə
nəticəsində müqavilənin ləğvinə yalnız
o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri
buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı
vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş
müddət bitənədək aradan qaldırdığına
əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi
barədə mübahisə edirsə, o bunları sübut etməlidir.
Yaşayış otağının kirayəsi üzrə hüquq
münasibətlərində müqaviləni ləğv etmək
hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın
qüvvəsi yoxdur.
677.2. Əgər
kirayəyə götürülən əşyanın müqaviləyə
uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən
məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində
müəyyənləşdirilmiş hüquqlardan istifadə
edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə
müqavilənin şərtlərinə uyğun gəlməyən
əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o
halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən
onları həyata keçirmək hüququnu özündə
saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu
Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq,
müqavilənin pozuntularına tətbiq edilmir.
677.3. Kirayəçi
kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə
hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı
və ya onun istifadəçilərini gözlənilməz təhlükədən
qorumaq üçün tədbirlər görülməsi zərurəti
barəsində kirayəyə verənə dərhal bildiriş
verməlidir. Bu, əşya barəsində üçüncü
şəxslərin hüquqlarının bəyan edildiyi hallarda
da qüvvədədir. Əgər kirayəçi bildiriş
vermirsə, bunun nəticəsində əmələ gələn
zərərin əvəzini ödəməyə borcludur; kirayəyə
verən kirayəçinin bildiriş verməməsi üzündən
hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin
bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş
hüquqları həyata keçirmək hüququ yoxdur.
677.4. Kirayəyə
verəni kirayəyə verilmiş əşyanın qüsurları
üçün məsuliyyətdən azad edən və ya bu
məsuliyyəti məhdudlaşdıran razılaşmanın
qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən
həmin qüsurlar barəsində qəsdən susmuş olsun.
Maddə 678. Kirayəyə verilmiş
əşyaya təsirlər
678.1. Otaqların
kirayəçisi obyektiv baxıldıqda kirayəyə götürülmüş
otaqlara təsirlə ya bağlı olmayan, ya da əhəmiyyətsiz
dərəcədə bağlı olan tədbirlərin kirayəyə
verən tərəfindən həyata keçirilməsinə
yol verməlidir.
678.2. Obyektiv baxıldıqda
kirayəyə götürülmüş əşyaya hər
hansı əhəmiyyətli təsirlə bağlı olan tədbirlərə
kirayəçi bu şərtlə yol verməlidir ki:
678.2.1. təsir,
əvvələn, kirayəyə verilmiş otaqların və
ya binanın salamatlığı üçün zəruri olan,
ikincisi isə, kirayəyə verilmiş otaqların və ya binanın
digər hissələrinin yaxşılaşdırılmasına,
yaxud isitməyə sərf olunan enerjiyə qənaət edilməsinə
yönəldilən, kirayəçi və ya onun ailəsi üçün
yolverilməz rahatsızlıqlar yaratmayan tədbirlərin nəticəsi
olsun (yolveriləbilənlik qiymətləndirilərkən görülən
işlərin törətdiyi rahatsızlıqların xarakteri
və müddəti, kirayəçinin əvvəlki məsrəfləri,
kirayə haqqının gözlənilə bilən artımı,
habelə kirayəyə verənin və digər kirayəçilərin
əsaslı mənafeləri nəzərə alınır. Əgər
kirayəyə verilmiş otaqlar və ya binanın digər hissələri
yalnız hamılıqla qəbul olunmuş sayılan vəziyyətə
gətirilərsə, kirayə haqqının gözlənilə
bilən artımı nəzərə alınmır);
678.2.2. kirayəyə
verən tədbirlərin həyata keçirilməsinə üç
ay qalmış kirayəçiyə bu tədbirlərin xarakteri,
həcmi, başlanğıcı və ehtimal edilən müddəti
barəsində, habelə kirayə haqqının mümkün
artımı barəsində yazılı bildiriş versin;
678.2.3. kirayəyə
verən həmin tədbirlərin həyata keçirilməsi
nəticəsində kirayəçinin çəkməli olacağı
xərclərin əvəzini ödəsin; kirayəçinin
xahişi ilə kirayəyə verən ona avans verməlidir.
678.3. Bu Məcəllənin
678.2-ci maddəsinə uyğun hallarda kirayəçi bildirişin
daxil olduğu tarixdən iki ay ərzində müqaviləni növbəti
ayın sonu üçün ləğv etmək hüququna malikdir.
Əgər kirayəçi müqavilənin ləğv olunduğunu
bəyan edərsə, tədbirlərin görülməsi kirayə
müddətinin sonunadək təxirə salınır.
678.4. Yaşayış
otağının kirayəsi müqaviləsində kirayəçinin
ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın
qüvvəsi yoxdur.
Maddə 679. Əmlak kirayəsi müqaviləsi
üzrə yüklülüklərin, dövlət vergilərinin
və yerli vergilərin ödənilməsi
Kirayəyə verilmiş
əşya ilə bağlı yüklülükləri, dövlət
vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda,
kirayəyə verən ödəməlidir.
Maddə 680. Kirayəçinin zəruri
məsrəfləri
680.1. Kirayəyə
verən kirayəyə verilmiş əşyanın saxlanması
və ya bərpası üçün kirayəçinin çəkdiyi
zəruri xərclərin əvəzini ona ödəməyə
borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar
aid deyildir:
680.1.1. binaların,
qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi
halında - istismar, qulluq və təmizləmə xərcləri;
680.1.2. heyvanın
kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.
680.2. Kirayəyə
verənin digər xərclərinin, o cümlədən kirayəyə
verilmiş əşyanın yaxşılaşdırılması
xərclərinin əvəzini ödəmək vəzifəsi
bu Məcəllənin özgə işlərini tapşırıqsız
aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
Maddə 681. Kirayəçinin qurğuları
Kirayəçinin
əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ
vardır. Yaşayış otağı kirayəçisinin qurğunu
götürmək hüququnu istisna edən razılaşmanın
qüvvəsi yoxdur.
Maddə 682. Kirayəyə götürülmüş
əşyanın dəyişməsi və ya pisləşməsi
Kirayəçi
kirayəyə götürdüyü əşyanın müqavilə
üzrə istifadəsi nəticəsində dəyişməsi
və ya pisləşməsi üçün məsuliyyət
daşımır.
Maddə 683. Kirayəyə götürülmüş
əşyanın üçüncü şəxslərə
verilməsi
683.1. Kirayəyə
verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü
əşyanı kirayəyə verənin ailəsinin tərkibinə
daxil olmayan üçüncü şəxsin istifadəsinə
vermək, o cümlədən əşyanı ikinci əldən
kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə
verən icazə verməkdən imtina edirsə, kirayəçi
qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə
hüquq münasibətlərini ləğv edə bilər, bu
şərtlə ki, obyektiv baxıldıqda üçüncü
şəxs icazədən imtina üçün mühüm əsaslar
verməsin.
683.2. Əgər
kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış
otağı kirayəçisinin həmin otağın bir hissəsini
istifadə üçün hər hansı üçüncü
şəxsə verməyə əsaslı marağı vardırsa,
bunun üçün kirayəyə verəndən icazə almaq
hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda
üçüncü şəxs icazədən imtina üçün
mühüm əsaslar verməsin, yaşayış otağı
həddindən artıq yüklənməsin və ya kirayəyə
verənin bu cür ikinci əldən kirayəyə adətən
yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür
ikinci əldən kirayəyə yalnız kirayə haqqının
ağlabatan dərəcədə artırılması şərti
ilə yol verirsə, icazə verməsini kirayəçinin belə
artımla razılaşması ilə şərtləndirə
bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar
barəsində razılaşmanın qüvvəsi yoxdur.
683.3. İstifadə
hər hansı üçüncü şəxsə verilərkən
kirayəçi, hətta kirayəyə verən ikinci əldən
kirayəyə razılıq versə belə, həmin üçüncü
şəxsin istifadə zamanı əmələ gələn
təqsiri üçün məsuliyyət daşıyır.
Maddə 684. Əmlak kirayəsi
üçün ödəniş müddəti
684.1. Əmlak kirayəsi
haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa,
həmin müddətin sonunda ödənilməlidir. Əgər
kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi
haqqı zərurət olduqda müvafiq surətdə hər ayın
sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak
kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa,
ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
684.2. Kirayəçi
ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə
görə həyata keçirə bilmədiyinə görə
əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.
Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan
istifadə zamanı qənaət edilmiş məsrəflərin
hesabı, habelə əşyadan başqa şəkildə istifadə
etsəydi, əldə edə biləcəyi faydaların hesabı
ilə razılaşmalıdır.
Maddə 685. Kirayəyə verənin
hüquqi müdafiə vasitələri
685.1. Əgər
kirayəçi və ya onun kirayəyə götürdüyü
əşyanı istifadəyə verdiyi hər hansı digər
şəxs kirayəyə verənin xəbərdarlığına
baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə
verənin hüquqlarını əhəmiyyətli dərəcədə
pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı
üçüncü şəxsin qeyri-hüquqi istifadəsində
saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla
da özünün vicdanlı kirayəçi vəzifələrini
pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq
müddətini gözləmədən ləğv edə bilər.
Kirayəçi müqavilənin ləğvinə dair bildiriş
vermək əvəzinə neqator iddiası da irəli sürə
bilər.
685.2. Kirayəyə
verən xəbərdarlıq müddətini gözləmədən
kirayə müqaviləsini aşağıdakı hallarda ləğv
edə bilər:
685.2.1. kirayəçi
iki ardıcıl müddət üçün kirayə haqqının
və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;
685.2.2 ikidən
çox müddət üçün iki aylıq əmlak kirayəsi
haqqının məbləğinə çatan məbləğdə
əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
685.3. Bu Məcəllənin
685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv
edilənədək kirayəyə verən təmin edilərsə,
müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi
qarşılıqlı əvəzləşdirmə çərçivəsində
öz borcundan azad edilərsə və müqavilənin ləğvi
bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə,
müqavilənin ləğvi etibarsız olur.
685.4. Kirayəyə
verilmiş yaşayış otağına bu Məcəllənin
685.2-ci maddəsindən əlavə, aşağıdakı göstərişlər
tətbiq edilir:
685.4.1. bu Məcəllənin
685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak
kirayəsi haqqının ödənilməmiş hissəsi yalnız
bir aylıq əmlak kirayəsi haqqının məbləğindən
yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış
otağı yalnız müvəqqəti istifadə üçün
kirayəyə verilirsə, bu, tətbiq edilmir);
685.4.2. əgər
əmlak kirayəsi haqqının vaxtında ödənilməməsi
nəticəsində otaqdan çıxarma hüququ haqqında
və kirayəyə verənin bu Məcəlləyə uyğun
icra edilməli digər hüquqları haqqında iş icraata
qəbul edildikdən sonra bir ay başa qurtaranadək kirayəyə
verən təmin edilərsə və ya onu təmin etmək vəzifəsini
hər hansı dövlət orqanı öz öhdəsinə
götürərsə, müqavilənin ləğvinin qüvvəsi
yoxdur;
685.4.3. kirayəyə
verənin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
Maddə 686. Kirayə müqaviləsi üzrə
hüquq münasibətlərinin davam etdirilməsinə yol verilmədiyi
hallar. Xəbərdarlıq müddəti gözlənilmədən
müqavilənin ləğvi
Əgər tərəflərdən
biri öhdəliklərini öz təqsiri üzündən o
dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərinin davam etdirilməsi
digər tərəf üçün yolverilməz olur, onda hüquq
münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən
ləğv edilə bilər. Tərəflərin bu maddənin
göstərişlərinə zidd olan razılaşmasının
qüvvəsi yoxdur.
Maddə 687. Yaşayış otağının
kirayəsi müqaviləsinin qanunda nəzərdə tutulan əsaslardan
savayı, başqa əsaslarla dərhal ləğv edilməsinin
qadağan olunması
Yaşayış
otağını kirayəyə verənə müqavilənin
ləğvi müddətini gözləmədən müqaviləni
qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla
ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi
yoxdur.
Maddə 688. Əmlak kirayəsi
zamanı bron haqqı, beh, dəbbə pulu
688.1. Kirayədə
marağı olan hər hansı şəxsin gələcəkdə
kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi
haqq (bron və ya ehtiyatda saxlama haqqı):
688.1.1. əgər
kirayəyə verənə, onun müavinlərinə və ya
vasitəçilərinə ödənilmişdirsə, kirayə
müqaviləsinin bağlandığı zaman əmlak kirayəsi
haqqının hesabına daxil edilir. Əgər vasitəçi
daşınmaz əmlakla əqdlər üzrə maklerdirsə,
bron haqqı əvvəlcə maklerin dövlət tarifləri
əsasında hesablanan muzdunun hesabına gedir və yalnız qalan
hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir;
688.1.2. əgər
iki aylıq kirayə haqqının məbləğindən yüksəkdirsə,
kirayədə marağı olan şəxs tərəfindən
istənilən vaxt geri tələb edilə bilər;
688.1.3. əgər
kirayə müqaviləsi kirayədə marağı olan şəxsin
təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə
zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması
imkanı təmin edilməzsə, kirayədə marağı
olan şəxs tərəfindən istənilən vaxt tamamilə
geri tələb edilə bilər.
688.2. Əgər
kirayəçi kirayəyə verənin öz öhdəliklərini
icra etməsi üçün ona təminat verməlidirsə,
bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının
iki mislindən çox olmamalıdır. Əgər təminat
pul məbləği ilə ifadə edilirsə, kirayəyə
verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti
qanunla müəyyənləşdirilmiş əmanətlər
üçün adi olan faizlər ilə yerləşdirməlidir.
Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin
təminatının artmasına xidmət edir.
688.3. Yaşayış
otaqlarının kirayəsi halında kirayəçinin ziyanına
olaraq bu Məcəllənin 688.1 və 688.2-ci maddələrinin
tələblərindən kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
688.4. Yaşayış
otağını kirayəyə verənin kirayəçidən
dəbbə pulu ödənilməsi barədə öhdəlik
almasına əsas verən razılaşmanın qüvvəsi
yoxdur.
Maddə 689. Kirayə müddəti
689.1. Kirayə müqaviləsi
üzrə hüquq münasibətlərinə müqavilənin
bağlandığı müddət bitdikdə xitam verilir.
689.2. Əgər
kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə,
kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı
bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə
uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş
verə bilər.
Maddə 690. Əmlak kirayəsi müqaviləsinin
ləğvinə dair bildirişin forması və məzmunu
690.1. Əmlak kirayəsi
müqaviləsinin ləğvinə dair bildiriş yazılı
formada verilməlidir.
690.2. Əmlak kirayəsi
müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin
ləğvi üçün əsaslar göstərilməlidir.
690.3. Yaşayış
otağını kirayəyə verən bu Məcəllənin
696-cı maddəsinə uyğun etirazvermə imkanını,
habelə etirazın verilməsi formasını və müddətini
kirayəçiyə vaxtında göstərməlidir.
Maddə 691. Əmlak kirayəsi
müqaviləsinin ləğv edilməsi müddətləri
691.1. Torpaq sahələrinin,
otaqların və ya rəsmi reyestrdə qeydə alınmış
gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq
münasibətlərində müqavilənin ləğvinə
aşağıdakı hallarda yol verilir:
691.1.1. əmlak
kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin
ləğvinə dair bildiriş növbəti günün sonu
üçün qüvvəyə minməklə hər hansı
gün verildikdə;
691.1.2. əmlak
kirayəsi haqqı həftələr üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş növbəti
bazar gününün sonu üçün qüvvəyə minməklə
həftənin birinci iş günü verildikdə;
691.1.3. kirayə
haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş növbəti
aydan sonrakı ayın axırı üçün qüvvəyə
minməklə təqvim ayının birinci iş günü verildikdə.
691.2. Yaşayış
otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq
münasibətlərində müqavilənin ləğvinə
yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə
dair bildiriş növbəti aydan sonrakı ayın axırı
üçün qüvvəyə minməklə təqvim ayının
birinci iş günü verilsin.
691.3. Müqavilənin
ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin
691.1.3 və 691.3-cü maddələrində göstərilmiş
və kirayəçi tərəfindən gözlənilməli
olan müddətləri kirayəlik əşya verildikdən üç,
altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq
surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə
dair xəbərdarlıq müddətləri kirayəçi üçün
dəyişilməz qalır. Müqavilənin ləğvinə
dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən
gözlənilməli olan müddətlərinin qısaldılmasına
əsas verən razılaşmaların qüvvəsi yoxdur.
691.4. Daşınar
əşyaların kirayəsi müqaviləsi üzrə hüquq
münasibətlərində müqavilənin ləğvinə
aşağıdakı hallarda yol verilir:
691.4.1. əmlak
kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin
ləğvinə dair bildiriş növbəti günün sonu
üçün qüvvəyə minməklə istənilən
gün verildikdə;
691.4.2. əmlak
kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq
münasibətlərinə xitam verilməli günə ən
geci yeddi gün qalmış verildikdə.
Maddə 692. Yaşayış otağının
kirayəsi müqaviləsinə xitam verilməsi şərtləri
692.1. Kirayəyə
verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını
gözləmək şərti ilə yaşayış otağının
kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini
yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə
xitam verilməsində onun əsaslı marağı olsun.
692.2. Kirayəyə
verənin kirayə hüquq münasibətlərinə xitam vermək
arzusu aşağıdakı hallarda əsaslı sayılır:
692.2.1. kirayəçi
müqavilə öhdəliklərinin pozulmasında təqsirli
olduqda;
692.2.2. kirayəyə
verənin otaqlara özü və ya ailə üzvləri üçün
mənzil kimi ehtiyacı olduqda;
692.2.3. kirayə
hüquq münasibətlərinin davam etməsi nəticəsində
kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən
sərfəli istifadə edə bilmədikdə və buna görə
xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış
otağının başqa şəxslərə kirayəyə
verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək
haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin
buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə
verildikdən sonra nəzərdə tutulmuş və ya həyata
keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi
ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir;
692.2.4. kirayəyə
verən binanın yardımçı qeyri-yaşayış otaqlarını
kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz
edərək yol verilən şəkildə yaşayış
otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin
ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda.
Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə
azaldılmasını tələb edə bilər. Əgər
həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin
başlanması uzadılırsa, kirayəçi yardımçı
otaqlar barəsində kirayə hüquq münasibətlərinin
müvafiq müddətə uzadılmasını tələb
edə bilər.
692.3. Kirayəyə
verənin əsaslı mənafeləri kimi yalnız müqavilənin
ləğvinə dair bildirişdə göstərilmiş əsaslar
qəbul edilir, bu şərtlə ki, onlar sonradan əmələ
gəlməsin.
692.4. Kirayəyə
verən özünün yaşadığı və ən çoxu
iki mənzildən ibarət olan yaşayış binasında mənzilin
kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərini
bu Məcəllənin 692.1-ci maddədə nəzərdə tutulan
şərtlər olmadıqda da ləğv edə bilər. Bu
halda müqavilənin ləğvinə dair xəbərdarlıq
müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin
özünün yaşadığı mənzil çərçivəsində
yaşayış otağının kirayəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərinə müvafiq surətdə
tətbiq edilir.
692.5. Torpaq sahəsinin
kirayəsi haqqında qeyri-müəyyən müddətə
bağlanmış müqavilə altı aylıq ləğvetmə
müddəti gözlənilməklə təqvim ilinin sonu üçün
ləğv edilə bilər.
692.6. Əgər
kirayə müqaviləsi 30 ildən çox müddətə
bağlanmışsa, 30 ildən sonra kirayə müqaviləsi
üzrə hüquq münasibətlərinin hər bir iştirakçısı
qanunla müəyyənləşdirilmiş xəbərdarlıq
müddətlərini gözləməklə onun ləğvinə
dair bildiriş verə bilər. Əgər müqavilə kirayəyə
verənin və ya kirayəçinin bütün ömrü üçün
bağlanmışdırsa, ləğvetməyə yol verilmir.
692.7. Kirayəçinin
müdafiəsi üzrə digər hüquqlar dəyişilməz
qalır.
692.8. Bu Məcəllənin
692-ci maddəsində nəzərdə tutulan qaydalardan kirayəçinin
ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın
qüvvəsi yoxdur.
692.9. Bu Məcəllənin
692-ci maddəsinin göstərişləri aşağıdakıların
kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə
tətbiq edilmir:
692.9.1. yalnız
müvəqqəti istifadə üçün kirayəyə
verilmiş yaşayış otağı;
692.9.2. kirayəyə
verənin özünün yaşadığı və müxəlləfatla
tam və ya əsasən təchiz etməli olduğu mənzilin
hissəsi olan yaşayış otağı, bu şərtlə
ki, yaşayış otağı uzunmüddətli istifadə
üçün hansısa ailəyə verilmiş olmasın;
692.9.3. tələbə
və ya gənclər yataqxanasının bir hissəsi olan yaşayış
otağı;
692.9.4. əgər
müqavilə bağlanarkən kirayəyə verən yaşayış
otağının təyinatını kirayəçiyə göstərmişsə,
kurort yerlərində və istirahət zonalarında yerləşən
kurort evlərində və istirahət evlərində olan yaşayış
otağı;
692.9.5. hüquqi
şəxsin mənzilə kəskin ehtiyacı olan şəxslərə
və ya təhsil alan şəxslərə vermək üçün
yerinə yetirdiyi vəzifələr çərçivəsində
kirayələdiyi yaşayış otağı.
Maddə 693. Yaşayış otaqlarının
kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş
müqavilələrin qüvvəsinin davam etməsi
693.1. Yaşayış
otağının kirayəsi haqqında qüvvədə olma
müddəti müəyyənləşdirilmiş müqavilə
üzrə hüquq münasibətlərində kirayəçi
bu münasibətlərin davam etdirilməsini aşağıdakı
hallarda tələb edə bilər:
693.1.1. əgər
müqavilənin ləğv olunduğu halda münasibətlərin
davam etdirilməsini bu Məcəlləyə əsasən tələb
etmək mümkündürsə. Əgər kirayə müqaviləsi
bağlanarkən kirayəçi kirayəyə verənin yaşayış
otağını müəyyənləşdirilmiş müddətdə
geri qaytarmasına əsas verən halları bilirdisə, onda kirayəçinin
xeyrinə yalnız müqavilə bağlandıqdan sonra baş
vermiş hallar nəzərə alınır;
693.1.2. əgər
yaşayış otağının kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərinin müddəti bir
ildən çoxdursa və hüquq münasibətlərinə
xitam verilməsinə ən geci iki ay qalmış kirayəçi
yazılı bildiriş əsasında kirayəyə verəndən
bu münasibətlərin qeyri-müəyyən müddətə
davam etdirilməsini tələb edirsə və münasibətlərə
xitam verilməsində kirayəyə verənin əsaslı marağı
yoxdursa. Kirayə hüquq münasibətlərinə xitam verilməsi
haqqında kirayəyə verənin tələbinə bu Məcəllənin
692-ci maddəsi müvafiq surətdə tətbiq edilir.
693.2. Yaşayış
otağının kirayəsi haqqında qüvvədə olma
müddəti müəyyənləşdirilmiş müqavilə
üzrə hüquq münasibətləri aşağıdakı
hallarda qeyri-müəyyən müddətə uzadılır:
693.2.1. əgər
kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan
istifadəni davam etdirirsə və iki həftə ərzində
kirayəyə verən və ya kirayəçi əks niyyətdə
olduğu barədə müvafiq olaraq digər tərəfə
bildiriş vermirsə. Kirayəçi üçün müddət
istifadənin davam etdiyi andan, kirayəyə verən üçün
bu davametmənin ona məlum olduğu andan başlanır;
693.2.2. əgər
ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə
uyğun həyata keçirilmirsə.
693.3. Yaşayış
otağının kirayəsi haqqında təxirəsalıcı
şərtlə bağlanmış müqavilə üzrə
hüquq münasibətlərində hesab edilir ki, həmin şərt
baş verdikdə hüquq münasibətləri qeyri-müəyyən
müddətə uzadılır. Əgər həmin şərt
baş verdikdə kirayəyə verən müqavilənin ləğvinə
dair bildiriş verərsə və bu Məcəllənin 693.1-ci
maddəsinə uyğun olaraq kirayəçi hüquq münasibətlərinin
davam etdirilməsini tələb edərsə, onun xeyrinə yalnız
kirayə müqaviləsi bağlandıqdan sonra baş vermiş
hallar nəzərə alınmalıdır.
693.4. Bu Məcəllənin
693.3-cü maddəsində nəzərdə tutulan tələblərdən
kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində
razılaşmanın yalnız yaşayış otağı müvəqqəti
istifadə üçün kirayəyə verildikdə qüvvəsi
vardır.
Maddə 694. Xidməti mənzillərin
kirayəsi müqavilələrinin ləğvi
694.1. Yaşayış
otağı xidməti münasibətlərin mövcudluğu
nəzərə alınmaqla kirayəyə verildikdə kirayə
müqaviləsi üzrə hüquq münasibətlərinin istənilən
iştirakçısı xidməti münasibətlərə
xitam verilənədək və ya xitam verildikdən bir ay sonra
müqavilənin ləğvinə dair bildiriş verə bilər.
Bu halda ləğvetmə onun bildirildiyi aydan sonrakı ayın
axırında qüvvəyə minir. Əgər ləğvetməyə
dair bildiriş həmin müddətdə verilməzsə, ümumi
qaydalar tətbiq edilir.
694.2. Ümumi qaydalar
tətbiq edilərkən xidməti mənzilə hüququ olan
şəxsin tələbləri də nəzərə alınmalıdır.
Maddə 695. Kirayəçinin ölümünün
nəticələri
695.1. Kirayəçinin
öldüyü halda kirayə müqaviləsi üzrə hüquq
münasibətləri, əgər başqa kirayəçilər
varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda
kirayə müqaviləsi üzrə hüquq münasibətləri
vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin
və ya vərəsənin qanunla müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləməklə
kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin
ləğvinə dair bildiriş vermək hüququ vardır.
695.2. Kirayəçinin
öz arvadı (əri) və ya ailə üzvləri ilə yaşadığı
yaşayış otağının kirayəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərinə kirayəçinin
öldüyü halda onun arvadı (əri) və ya ailə üzvləri
girirlər. Əgər bu sonuncular kirayəçinin ölümü
onlara məlum olduqdan sonra bir ay ərzində kirayəyə verənə
kirayə hüquq münasibətlərini davam etdirmək niyyətində
olmadıqlarını bəyan edərlərsə, hesab edilir ki,
onlar həmin hüquq münasibətlərinə girməmişlər.
Ailənin bir neçə üzvü olduqda onların hər biri
öz əvəzinə bildiriş verə bilər. Ailənin
bir neçə üzvü bu cür hüquq münasibətlərinə
girdikdə onlar kirayə hüquq münasibətlərindən
irəli gələn hüquqları yalnız birlikdə həyata
keçirə bilərlər. Bu hüquq münasibətlərindən
irəli gələn öhdəliklər üzrə onlar birgə
borclular kimi məsuliyyət daşıyırlar.
695.3. Kirayəçinin
arvadı (əri) və ya ailə üzvləri kirayə hüquq
münasibətlərinə daxil olduqdan sonra kirayəçinin
ölümündən əvvəl əmələ gəlmiş
öhdəliklər üzrə vərəsə ilə yanaşı
birgə borclular kimi məsuliyyət daşıyırlar. Arvad
(ər) və ya ailə üzvləri ilə münasibətlərdə
vərəsə məsuliyyəti tək daşıyır.
695.4. Əgər
kirayə hüquq münasibətlərinə girən vərəsə,
arvad (ər) və ya ailə üzvü kirayə müqaviləsinin
ləğvi üçün vacib əsaslar verirlərsə, kirayəyə
verən qanunla müəyyənləşdirilmiş xəbərdarlıq
müddətlərini gözləməklə kirayə müqaviləsinin
ləğvinə dair bildiriş verə bilər.
695.5. Bu Məcəllənin
695-ci maddəsinin tələblərinə zidd olan razılaşmaların
qüvvəsi yoxdur.
Maddə 696. Yaşayış otağı
kirayəçisinin şikayət vermək hüququ
696.1. Əgər
yaşayış otağının kirayəsi haqqında müqaviləyə
uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi
kirayəçi və onun ailəsi üçün ağır
nəticələrə gətirib çıxara bilərsə
və buna hətta kirayəyə verənin əsaslı mənafelərini
nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi
müqavilənin ləğv edilməsi barədə şikayət
verə bilər və kirayəyə verəndən həmin müqavilə
üzrə hüquq münasibətlərini davam etdirməyi tələb
edə bilər. Ağır nəticələr əvvəlki otağın
əvəzinə münasib yaşayış otağının
məqbul şərtlərlə verilməsinin mümkün olmadığı
halda da baş verir. Kirayəyə verənin əsaslı mənafeləri
nəzərə alınarkən yalnız ləğvetməyə
dair bildirişdə göstərilmiş əsaslar qəbul edilir,
bu şərtlə ki, onlar sonradan yaranmış olmasın.
696.2. Bu Məcəllənin
696.1-ci maddəsində nəzərdə tutulan halda kirayəçi
tələb edə bilər ki, hüquq münasibətləri
bütün şərtlər nəzərə alınmaqla ağlabatan
sayıla biləcək qədər davam etdirilsin. Əgər qüvvədə
olan müqavilə şərtlərinə müvafiq surətdə
hüquq münasibətlərinin davam etdirilməsi kirayəyə
verən üçün mümkün deyildirsə, kirayəçi
yalnız onların ağlabatan şəkildə dəyişdirilmiş
şərtlərlə davam etdirilməsini tələb edə
bilər.
696.3. Əgər
razılıq əldə edilmirsə, kirayə hüquq münasibətlərinin
davam etdirilməsi və kirayə müddəti haqqında, habelə
kirayənin davam etdirilməsi şərtləri haqqında qərar
məhkəmə qaydasında qəbul edilir. Əgər kirayə
hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi
və ya onun ailəsi üçün ağır nəticələrə
gətirib çıxarmasına əsas verən şərtlərin
nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün
deyildirsə, kirayə hüquq münasibətlərinin qeyri-müəyyən
müddətə davam etdiriləcəyi müəyyənləşdirilə
bilər. Əgər razılığa və ya məhkəmə
qərarına əsasən kirayə hüquq münasibətlərinin
müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə,
kirayəçi münasibətlərin həmin müddətdən
əlavə davam etdirilməsini yalnız o halda tələb edə
bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə
dəyişməsi əsas versin və ya həmin münasibətlərin
davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi
üçün əsas götürüləcək və baş
verməsi gözlənilən hallar baş verməsin.
696.4. Aşağıdakı
hallarda kirayəçi kirayə hüquq münasibətlərinin
davam etdirilməsini tələb edə bilməz:
696.4.1. əgər
o, hüquq münasibətlərinin ləğvinə dair bildiriş
vermişdirsə;
696.4.2. əgər
kirayəyə verənə müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləmədən
hüquq münasibətlərini ləğv etmək hüququ
verən hər hansı əsas varsa.
696.5. Kirayəçinin
ləğvetmədən şikayət vermək və kirayə
hüquq münasibətlərini davam etdirmək niyyəti barəsində
bildirişi yazılı formada tərtib edilməlidir. Kirayəyə
verənin xahişi ilə kirayəçi etirazın əsaslarını
ona dərhal bildirməlidir.
696.6. Əgər
kirayə hüquq münasibətlərinin başa çatmasına
ən geci bir ay qalmış və ya şikayət vermək hüququ
barəsində kirayəyə verənin izahını aldıqdan
bir ay sonra kirayəçi ona öz etirazını bildirməzsə,
kirayəyə verən kirayə hüquq münasibətlərinin
davam etdirilməsindən imtina edə bilər.
696.7. Bu Məcəllənin
696-cı maddəsinin tələblərinə zidd olan razılaşmaların
qüvvəsi yoxdur.
Maddə 697. Kirayə hüquq münasibətlərinə
xitam verilməsinin nəticələri
697.1. Kirayəçi
kirayəyə götürdüyü əşyanı kirayə
hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa
borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü
torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları
əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı
hər hansı üçüncü şəxsin istifadəsinə
verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə
xitam verildikdən sonra üçüncü şəxsdən
həmin əşyanı qaytarmağı tələb edə bilər.
697.2. Əgər
kirayə hüquq münasibətlərinə xitam verildikdən
sonra kirayəçi kirayəyə götürdüyü əşyanı
qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın
saxlandığı müddət üçün müəyyənləşdirilmiş
kirayə haqqının verilməsini tələb edə bilər;
otaqların kirayəsi üzrə hüquq münasibətlərində
bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu
cür otaqların kirayəsi üçün adətən tutulan
məbləğdə kirayə haqqı verilməsini tələb
edə bilər. Digər zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış
otaqlarını kirayəyə verən digər zərərin
əvəzinin ödənilməsini yalnız o halda tələb
edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu
halların nəticəsində qaytarılmasın; zərərin
əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin
tələb etdiyi dərəcədə ödənilir. Əgər
kirayəçi ləğvetməyə dair bildiriş verərsə,
bu müddəa tətbiq edilmir.
697.3. Kirayə hüquq
münasibətlərinə xitam verildikdən sonra kirayəyə
verən hər hansı müddət üçün qabaqcadan
verilmiş kirayə haqqını qaytarmalıdır.
697.4. Kirayəyə
verənin kirayəyə verilmiş əşyanın dəyişməsi
və ya pisləşməsi nəticəsində zərərin
əvəzinin ödənilməsi barədə iddiaları, habelə
kirayəçinin xərclərin əvəzinin ödənilməsi
və ya hər hansı qurğunun götürülməsinə
icazə verilməsi barədə iddiaları altı aydan sonra
müddətin keçməsinə görə qüvvədən
düşür. Kirayəyə verənin zərərin əvəzinin
ödənilməsi barədə iddialarının müddəti
onun əşyanı geri aldığı andan başlanır.
Kirayəçinin iddialarının müddəti kirayə hüquq
münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə
verən əşyanın qaytarılması hüququnu müddətin
keçməsinə görə itirdikdə onun zərərin
əvəzinin ödənilməsi barədə iddiaları da
qüvvədən düşür.
Maddə 698. Kirayəyə verənin
girov hüququ
698.1. Hər hansı
torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə
verən kirayə hüquq münasibətlərindən irəli
gələn tələbləri üzrə kirayəçinin
həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının
girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti
ildən də uzun müddət üçün zərərin
əvəzinin ödənilməsi və kirayə haqqının
verilməsi haqqında gələcək tələblər üzrə
həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən
əşyalara şamil edilmir.
698.2. Torpaq sahəsindən
və ya otaqlardan əşyaların aparılması kirayəyə
verənin girov hüququnu ləğv edir, amma əşyaların
kirayəyə verənə xəbər verilmədən və
ya onun şikayəti üzrə aparıldığı hallar
istisna təşkil edir. Əgər əşyalar kirayəçinin
müəssisəsinin hüquqa uyğun işi çərçivəsində
və ya adi yaşayış şəraiti çərçivəsində
aparılmışdırsa və ya qalan əşyalar kirayəyə
verənin təmin edilməsi üçün aşkar yetərlidirsə,
kirayəyə verən əşyaların aparılması barədə
şikayət verə bilməz.
698.3. Kirayəyə
verən onun girov hüququnun şamil edildiyi əşyaların
aparılmasına məhkəməyə müraciət etmədən
də mane ola bilər və əgər kirayəçi torpaq sahəsini
və ya otağı boşaldırsa, həmin əşyalara sahibliyə
başlaya bilər. Əşyalar kirayəyə verənə xəbər
verilmədən və ya onun şikayəti üzrə aparıldıqda
kirayəyə verən onların torpaq sahəsinə qaytarılması
məqsədilə verilməsini və əgər kirayəçi
torpaq sahəsini və ya otağı boşaltmışsa, onlara
sahiblik hüququnun verilməsini tələb edə bilər. Əgər
kirayəyə verən öz hüququnu daha əvvəl məhkəmə
qaydasında həyata keçirməmişsə, girov hüququ
əşyaların aparılması barədə kirayəyə
verənə xəbər verildikdən bir ay sonra ləğv edilir.
698.4. Kirayəçi
kirayəyə verənin girov hüququnun həyata keçirilməsinin
qarşısını təminat vermək yolu ilə ala bilər;
hər hansı ayrıca əşyanı onun dəyəri miqdarında
təminat verərək girov hüququndan azad edə bilər.
698.5. Əgər
kirayəyə verənin girov hüququnun şamil edildiyi hər
hansı əşya başqa kreditor üçün girov götürülürsə,
həbs qoyulmasından bir il əvvəldən çox müddət
üçün kirayə haqqı ilə bağlı girov hüququ
həmin kreditora qarşı irəli sürülə bilməz.
Maddə 699. Kirayəyə verilmiş
əşyaların özgəninkiləşdirilməsi
699.1. Kirayəyə
verilən əşya kirayəçiyə verildikdən sonra ona
mülkiyyət hüququ kirayəyə verəndən hər hansı
üçüncü şəxsə (əldə edənə)
keçdikdə əldə edən mülkiyyəti əldə
etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə
hüquq münasibətlərindən irəli gələn bütün
hüquq və vəzifələrə malik olur. Əldə edən
öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə
verən əldə edən tərəfindən əvəzi ödənilməli
zərər üçün zamin kimi məsuliyyət daşıyır.
Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin
kirayəyə verənə məlum olmasından altı ay keçənədək
mövcud olur.
699.2. Kirayəlik
əşya kirayəçiyə verilənədək ona mülkiyyət
hüququ kirayəyə verəndən hər hansı üçüncü
şəxsə (əldə edənə) keçdikdə, əgər
əldə edən kirayə müqaviləsindən irəli gələn
öhdəliklərin icrasını öz üzərinə götürürsə,
bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə
tətbiq edilir.
699.3. Əgər
kirayəyə verilən əşya yaşayış otağıdırsa
və kirayəçiyə verildikdən sonra kirayəyə verən
tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı
üçüncü şəxsə satılırsa, kirayəçi
satın almaqda üstünlük hüququna malikdir.
699.4. Kirayəyə
verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü
şəxslərin hüquqları və ya iddiaları ilə
yüklü edildikdə, əgər bunların həyata keçirilməsi
nəticəsində kirayəçi müqaviləyə uyğun
istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci
maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü
şəxslərin hüquqları və iddiaları müqaviləyə
uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların
və iddiaların həyata keçirilməsinin qadağan olunmasını
tələb etmək hüququna malikdir.
34-cü fəsil.
İcarə
§ 1. İcarə haqqında ümumi müddəalar
Maddə 700. İcarə müqaviləsi
700.1. İcarə
müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə
görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə
(icarəçiyə) icarəyə götürdüyü obyektdən
və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən
istifadə etmək və gəlir götürmək hüququ
da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş
icarə haqqı ödəməyə borcludur.
700.2. İcarə
predmeti torpaq sahələri, binalar, daşınar əşyalar,
hüquqlar və müəssisələr ola bilər.
700.3. Əgər
bu Məcəllənin bu fəslinin müddəalarından ayrı
qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə
bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları
müvafiq surətdə tətbiq edilir.
* (Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə əlavə
edilmiş 700.4-cü maddə 2026-cı il dekabr 25-dən qüvvəyə
minir.)
Maddə 701. İcarəyə verilən
əşyanın ləvazimatı
701.1. İcarəlik
əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi
və ya müəssisə öz ləvazimatı ilə birlikdə
icarəyə verilir. Əgər müqavilənin iştirakçıları
bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə
dəyəri üzrə ləvazimatın verilməsi şərtini
qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu
şəkildə saxlamalıdır. İcarəyə verən
icarəçinin cavabdeh olmadığı hər hansı hallar
nəticəsində sıradan çıxan ləvazimat obyektlərini
əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata
aid əşyaların və heyvanların adi sıradan çıxmasının
yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına
uyğun gələn dərəcədə borcludur.
701.2. Əgər
icarəyə götürülən ləvazimatın dəyəri
icarənin əvvəlində müqavilənin iştirakçıları
və ya hər hansı üçüncü şəxs tərəfindən
qiymətləndirilirsə və icarəçi icarəyə
xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə
dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə,
aşağıdakı qaydalar tətbiq edilir:
701.2.1. ləvazimatın
təsadüfən məhv olması və təsadüfən
pisləşməsi riski icarəçinin üzərinə düşür;
701.2.2. icarəçi
ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca
aparılması çərçivəsində sərəncam
verə bilər;
701.2.3. icarəçi
ləvazimatı təsərrüfatın lazımınca aparılmasına
uyğun gələn vəziyyətdə saxlamalı və uyğun
gələn həcmdə daim əvəz etməlidir. Onun əldə
etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə
verənin mülkiyyəti olur;
701.2.4. icarəyə
xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı
icarəyə verənə qaytarmalıdır. İcarəyə
verən icarəçinin əldə etdiyi və təsərrüfatın
lazımınca aparılması qaydalarına görə icarəyə
götürülmüş obyekt üçün lüzumsuz və
ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini
qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə
mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;
701.2.5. əgər
qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın
ümumi qiymətləndirmə dəyərləri arasında
fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə
dəyərləri üçün icarəyə xitam verildiyi
məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir.
Maddə 702. İcarəçinin
girov hüququ
702.1. İcarə
ilə alınmış ləvazimata aid olan və icarəyə
verənə qarşı yönəlmiş tələbə əsasən
torpaq sahəsinin icarəçisi onun sahibliyinə daxil olmuş
ləvazimat obyektlərinə girov hüququna malikdir.
702.2. İcarəyə
verən icarəçinin girov hüququnun həyata keçirilməsinin
qarşısını təminat verməklə ala bilər. İcarəyə
verən hər hansı ayrıca ləvazimat obyektini onun dəyəri
miqdarında təminat verərək girov hüququndan azad edə
bilər.
Maddə 703. İcarəyə verilmiş
əşyanın ləvazimatına dair sərəncam hüququnda
məhdudiyyətlər
Hər hansı
torpaq sahəsinin və ya müəssisənin icarəçisinin
öhdəsinə ləvazimat obyektlərinə dair sərəncam
verməmək və ya icarəyə verənin razılığı
ilə sərəncam vermək və ya onları icarəyə
verənə satmaq vəzifəsi qoyan müqavilə müddəalarının
yalnız o halda qüvvəsi vardır ki, icarəyə verən
icarəyə xitam verildikdən sonra həmin ləvazimatı qiymətləndirmə
dəyəri üzrə əldə etməyi öhdəsinə
götürsün.
Maddə 704. İcarə müqaviləsinin
ləğvi
704.1. Əgər
hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin
icarəsi müqaviləsi bağlanarkən icarə müddəti
müəyyənləşdirilməyibsə, müqavilənin
ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq
müddətini gözləmək şərti ilə ilin sonunda
yol verilir.
704.2. İcarəçinin
bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni
ləğv etmək hüququ yoxdur.
Maddə 705. İcarəyə verilmiş
əşyanın qaytarılmasının gecikdirilməsi
Əgər icarə
üzrə hüquq münasibətlərinə xitam verildikdən
sonra icarəçi icarəyə götürdüyü obyekti
qaytarmırsa, icarəyə verən obyektin saxlandığı
müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş
illik icarə haqqından icarəçinin həmin il ərzində
əldə etdiyi və ya əldə edə biləcəyi icarə
faydaları hissəsinə uyğun olan hissənin verilməsini
tələb edə bilər. Digər zərərin əvəzinin
ödənilməsi barədə iddia da istisna edilmir.
§ 2. Torpaq icarəsi müqaviləsi
Maddə 706. Torpaq icarəsi müqaviləsinin
məzmunu
706.1. Torpaq icarəsi
müqaviləsinə əsasən icarəyə dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün
kateqoriyalara aid torpaqlar verilə bilər.
706.2. Torpaqlar torpaq
qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada
mülkiyyətçilərin və ya onların vəkil etdiyi
orqanların qərarı (razılığı) ilə bilavasitə
və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi
ilə icarəyə verilə bilər.
706.3. Torpaq icarəsi
müqaviləsində icarəyə verilən torpaq sahəsinin
ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı,
icarənin müddəti, icarə haqqı, ödənilmə
qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin
yaxşılaşdırılması şərtləri, habelə
torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş
digər şərtlər nəzərdə tutula bilər.
706.4. Torpaq icarəsi
haqqında müqavilələrə bu Məcəllənin 700.1,
701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın
müddəaları tətbiq edilir.
Maddə 707. İcarəyə götürülmüş
torpağın təsviri
707.1. İcarə
müqaviləsi üzrə hüquq münasibətlərinə
girməzdən əvvəl icarəyə verən və icarəçi
icarəyə verilən torpağın təsvirini birlikdə tərtib
etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə
verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq
münasibətlərinə xitam verildikdə də tərtib edilir.
Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı
və müqavilənin hər iki iştirakçısı imza
atmalıdır.
707.2. Müqavilə
iştirakçılarından biri təsvirin tərtibində
iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm
ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı
tələb edə bilər ki, təsvir ekspert tərəfindən
tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan
doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə
xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna
təşkil edir. Belə hallarda tərəflərdən birinin
iddiası üzrə ekspert məhkəmənin qərarı ilə
məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar
əmələ gələn xərcləri müqavilənin hər
iki iştirakçısı yarıbayarı çəkir.
Maddə 708. İcarəyə götürülmüş
torpağın vəziyyəti və təsərrüfat təyinatına
uyğun istifadəsi üçün məsuliyyət
708.1. İcarəyə
verən icarəlik torpağı icarəçiyə müqavilə
üzrə istifadəyə yararlı vəziyyətdə verməli
və bütün icarə müddətində onu həmin vəziyyətdə
saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin
708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin
öhdəsinə qoyulmasın.
708.2. İcarəçi
icarəyə götürdüyü torpaqdan onun təsərrüfat
təyinatına uyğun lazımi qaydada istifadə etməyə
borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların,
o cümlədən yaşayış və təsərrüfat
binalarının, yolların, arxların, drenaj sistemlərinin və
hasarların adi təmirini öz hesabına aparmalıdır.
708.3. İcarəyə
verilən torpağın qüsurları və üçüncü
şəxslərin torpağa iddialarının və hüquqlarının
olması üçün icarəyə verənin məsuliyyətinə,
habelə icarəçinin həmin qüsurlar nəticəsində
əmələ gələn hüquq və vəzifələrinə
bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri
müvafiq surətdə tətbiq edilir.
Maddə 709. Yüklülüklər
və vergilər
İcarə müqaviləsində
ayrı şərtlər nəzərdə tutulmamışdırsa,
icarəyə verilən torpağın yüklülüklərini
və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi
ödəməlidir.
Maddə 710. Torpaq icarəsi haqqı
710.1. Torpaq icarəsi
haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
710.2. Dövlət
və bələdiyyə mülkiyyətində olan torpaqların
icarə haqqının aşağı həddi onların təyinatından,
sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən
asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
710.3. İcarə
haqqının ödənilməsi formaları və qaydaları
torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
Maddə 711. İcarəyə götürülmüş
torpağın qorunması və ya yaxşılaşdırılması
tədbirləri
711.1. İcarəçi
icarəyə götürdüyü torpaqda onun qorunması üçün
zəruri tədbirlərin görülməsinə yol verməlidir.
711.2. İcarəçi
icarəyə götürdüyü torpağın yaxşılaşdırılması
üçün tədbirlər görülməsinə yol verməlidir,
bu şərtlə ki, həmin tədbirlər onun üçün
hətta icarəyə verənin əsaslı mənafeləri
ilə haqq qazandırıla bilməyən mənfi nəticələr
törətməsin. İcarəyə verən bu tədbirlərin
görülməsi üçün məsrəflərin və
əldən çıxmış gəlirlərin əvəzini
icarəçiyə həmin şəraitdə ağlabatan olan
həcmdə ödəməyə borcludur. İcarəçinin
xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər
belə tədbirlər nəticəsində icarəçi daha
yüksək gəlir əldə edirsə və ya təsərrüfat
lazımınca aparıldıqda əldə edə bilərsə,
icarəyə verən tələb edə bilər ki, icarəçi
icarə haqqının ağlabatan artımına razılıq
versin, amma müəssisənin vəziyyətinə görə
icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar
istisna təşkil edir.
Maddə 712. İcarəyə götürülmüş
torpaqdan üçüncü şəxslərin istifadə etməsi
712.1. İcarəyə
verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki:
712.1.1. torpağı
üçüncü şəxslərin istifadəsinə versin,
o cümlədən ikinci əldən icarəyə versin;
712.1.2. birgə
istifadə üçün torpağı tamamilə və ya qismən
hər hansı kənd təsərrüfatı birliyinə versin.
712.2. Əgər
icarəçi icarəyə götürdüyü torpağı
hər hansı üçüncü şəxsə ikinci əldən
icarəyə verirsə, həmin üçüncü şəxsin
istifadə zamanı baş vermiş təqsiri üçün,
hətta icarəyə verənin ikinci əldən icarəyə
razılıq verdiyi halda da məsuliyyət daşıyır.
712.3. İcarəçi
icarəyə götürdüyü torpağın təyinatını
yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə
bilər. İcarəyə götürülmüş torpaqdan
istifadənin əvvəlki növünü dəyişdirmək
üçün icarəyə verənin qabaqcadan razılığını
almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə
müddətindən sonra istifadə növünə təsir
göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız
icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə
verən icazə verməkdən imtina etdikdə icarəçinin
müraciəti ilə bu icazə məhkəmənin qərarı
ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik
müəssisənin rentabelliyinin qorunması və ya sürəkli
yaxşılaşdırılması üçün yararlı
olsun və icarəyə verənin əsaslı mənafeləri
nəzərə alınmaqla onun üçün yolverilən
olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə
və ya icarə hüquq münasibətlərinə üç
ildən də tez xitam verilərsə, bu müddəa tətbiq
edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin
və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı
qərarı ilə əvəz edilə bilər, məsələn,
məhkəmə təminat verilməsi barəsində sərəncam
verə bilər, habelə təminatın növünü və
həcmini müəyyənləşdirə bilər. Əgər
təminatın verilməsi üçün əsas aradan qalxarsa,
tərəfin müraciəti ilə məhkəmə təminatın
qaytarılması barədə qərar qəbul edə bilər.
712.4. Əgər
icarəçi bu Məcəllənin 701.2-ci maddəsinə uyğun
qiymətləndirmə dəyəri üzrə qəbul etdiyi
ləvazimatı icarəyə götürdüyü torpaqdan istifadə
növünü dəyişdirməsi nəticəsində əhəmiyyətli
dərəcədə azaldırsa, icarəyə verən hələ
icarə dövründə pul kompensasiyası ödənilməsini
tələb edə bilər, amma ləvazimat tərkibindən obyektlərin
satışından götürülən vəsaitdən onun
məbləği ilə ağlabatan nisbətdə olan yaxşılaşdırmanın
həyata keçirilməsi üçün istifadə olunduğu
hallar istisna təşkil edir.
Maddə 713. İcarəyə götürülmüş
torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən
istifadə
Əgər icarəçinin
icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə
şərtlərinə uyğun gəlmirsə və icarəyə
verənin xəbərdarlığına baxmayaraq, o, bu cür
istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin
öz müqavilə vəzifələrini icra etməməsi barədə
iddia verə bilər, bunun nəticəsində dəyən zərərin
əvəzinin ödənilməsini tələb edə bilər
və (və ya) xəbərdarlıq müddətini gözləmədən
müqaviləni ləğv edə bilər.
Maddə 714. Torpaq icarəçisinin
məsrəfləri və qurğuları
714.1. İcarəyə
verən bu Məcəllənin 680-ci maddəsinə uyğun olaraq
icarəçiyə zəruri məsrəflərinin əvəzini
ödəməyə borcludur.
714.2. Torpaq icarəsi
üzrə hüquq münasibətlərinə xitam verildikdə
icarəyə verən razılıq verdiyi və icarəyə
götürülmüş torpağın dəyərini icarə
müddətindən sonra artıran (dəyərin artımı)
digər məsrəflərin əvəzini də icarəçiyə
ödəməlidir. Əgər icarəyə verən məsrəflərə
razılıq verməkdən imtina edirsə, icarəçinin
vəsatəti ilə razılıq məhkəmənin qərarı
ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin
məsrəflər müəssisənin rentabelliyinin qorunması
və ya sürəkli yaxşılaşdırılması üçün
yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri
nəzərə alınmaqla onun üçün yolverilən
olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə
və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə
üç ildən də tez xitam verilərsə, bu müddəa
tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən
öhdəliklərin icrası ilə bağlı qərarı
ilə əvəz edilə bilər. Məhkəmə həmçinin
dəyərin artımı haqqında qərar qəbul edə
bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə
müəyyənləşdirə bilər ki, icarəyə verən
dəyərin artımını hissə-hissə ödəməlidir.
Eyni zamanda məhkəmə bu cür ödənişlərin
hissə-hissə həyata keçirilməsi şərtlərini
müəyyənləşdirə bilər. Əgər icarə
hüquq münasibətlərinə xitam verilərkən icarəyə
verən dəyər artımını hətta hissə-hissə
kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız
bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya
edilənədək icarə hüquq münasibətləri əvvəlki
şərtlər əsasında davam etdirilsin. Razılıq əldə
edilmədikdə, tərəfin tələbi ilə məhkəmə
icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə
qərar qəbul edir.
714.3. İcarəçinin
torpağa əlavə etdiyi qurğunu götürmək hüququ
vardır. İcarəyə verən qurğunun götürülməsinin
qarşısını ağlabatan kompensasiya ödəmək
yolu ilə ala bilər, bu şərtlə ki, qurğunun götürülməsində
icarəçinin əsaslı mənafeyi olmasın. İcarəçinin
götürmə hüququnu istisna edən razılaşmanın
yalnız ağlabatan kompensasiya nəzərdə tutulduğu halda
qüvvəsi vardır.
Maddə 715. Torpaq icarəsi müqaviləsi
üzrə iddia müddəti
715.1. İcarəyə
verilmiş torpağın dəyişməsi və ya pisləşməsi
nəticəsində kompensasiya barəsində icarəyə verənin
iddiaları, habelə bu Məcəllənin 714-cü maddəsinə
uyğun xərclərin əvəzinin ödənilməsi və
ya qurğunun götürülməsi barədə icarəçinin
iddiaları altı aydan sonra, müddətin keçməsinə
görə qüvvədən düşür.
715.2. İcarəyə
verənin kompensasiya barədə iddialarının müddəti
torpağın geri qəbul edildiyi andan başlanır. İcarəçinin
iddialarının müddəti icarə hüquq münasibətlərinə
xitam verildiyi andan başlanır.
715.3. Qaytarma hüququ
müddətin keçməsinə görə ləğv edildikdə
icarəyə verən zərərin əvəzinin ödənilməsi
barədə iddialarından da məhrum olur.
Maddə 716. İcarəyə verənin
girov hüququ
Torpaq icarəsi
müqaviləsi üzrə hüquq münasibətlərindən
irəli gələn tələbləri üzrə icarəyə
verən icarəçinin icarəyə götürülmüş
torpaqda qurulmuş əşyalarına, habelə icarəyə
götürülmüş əşyanın bəhərinə
girov hüququna malikdir. Girov hüququ icarəçi və onun
ailəsi üçün növbəti məhsula qədər
dolanacaq vasitəsi kimi zəruri olan, habelə icarəyə götürülmüş
əşyadan onun təsərrüfat təyinatına uyğun
adi istifadə üçün zəruri olan əşyalara şamil
edilmir. Bu zaman bu Məcəllənin 698-ci maddəsinin göstərişləri
tətbiq edilməlidir.[501]
Maddə 717. Torpaq icarəsi haqqında
müqavilənin razılaşdırılması
717.1. Əgər
müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi
üçün əsas götürülmüş şərtlər
müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər
arasında böyük tənasübsüzlük yaranmasına
səbəb olan dərəcədə dəyişərsə,
müqavilənin istənilən iştirakçısı, icarə
müddətindən başqa, müqavilə şərtlərinin
dəyişdirilməsini tələb edə bilər. İcarəyə
götürülmüş əşyadan gəlir icarəçi
tərəfindən təsərrüfatın aparılması
nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının
dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa,
tələb etmək olmaz.
717.2. Müqavilə
şərtlərinin dəyişdirilməsini icarənin başlanmasından
və ya müqavilə öhdəliklərinin son dəyişikliyinin
qüvvəyə minməsindən iki il keçənədək
tələb etmək olmaz. Əgər adətən sığorta
müdafiəsi olmayan viranedici təbii fəlakətlər müqavilə
öhdəliklərinin nisbətini kökündən dəyişdirərsə,
bu müddəa tətbiq edilmir.
717.3. Müqavilə
şərtlərinin dəyişdirilməsini ona dair bildiriş
verildiyi icarə ilindən tez tələb etmək olmaz.
717.4. Əgər
iştirakçılardan biri müqavilə şərtlərinin
dəyişdirilməsinə razılıq vermirsə, digər
iştirakçı bu razılığın məhkəmə
qərarı ilə əvəz edilməsi barədə məhkəməyə
iddia verə bilər.
717.5. Bu maddəyə
uyğun olaraq müqavilə şərtlərinin dəyişdirilməsini
tələb etmək hüququ istisna edilə bilməz. Müqavilə
iştirakçılarından birinin bu maddəyə uyğun
hüquqlarını həyata keçirməsi və ya həyata
keçirməməsi halında onun üçün xüsusi
mənfi nəticələr və ya üstünlüklər yaranmasını
nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur.
Maddə 718. İcarəyə götürülmüş
torpağın özgəninkiləşdirilməsi və yüklü
edilməsi
İcarəyə
götürülmüş torpaq satıldıqda və ya üçüncü
şəxslərin hüquqları və ya iddiaları ilə
yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi
tətbiq edilir.
Maddə 719. Torpaq icarəsi müqaviləsinə
xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin
ləğvi
719.1. Torpaq icarəsi
müqaviləsi üzrə hüquq münasibətlərinə
müqavilənin bağlandığı müddət qurtardıqda
xitam verilir.
719.2. Torpaq icarəsi
müqaviləsi azı üç il müddətinə bağlandıqda
bu müqavilə üzrə hüquq münasibətləri o halda
qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan
biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı
həmin münasibətlərin davam etdirilməsindən üç
ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı
formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət
edilməməsinin nəticələri birbaşa göstərilməmişsə
və sorğu icarənin üçüncü ili ərzində
verilməmişsə, onun qüvvəsi yoxdur.
719.3. Əgər
icarə müddəti müəyyənləşdirilməyibsə,
müqavilənin istənilən iştirakçısı müqaviləni
icarənin hər hansı ilinin üçüncü iş günündən
gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə
icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə
halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin
müəyyənləşdirilməsi barədə razılaşma
yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləməklə
icarə müqaviləsinin vaxtından əvvəl ləğv
edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə
ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə
xitam veriləcək icarə yarımilliyinin üçüncü
iş günündən gec olmayaraq verilməlidir.
719.4. İcarə
müqaviləsi 30 ildən çox müddətə bağlandıqda
müqavilənin istənilən iştirakçısı 30 ildən
sonra müqavilənin ləğvinə dair bildirişi icarənin
növbəti ilinin sonu üçün qüvvəyə minməklə
icarənin hər hansı ilinin üçüncü iş günündən
gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə
verənin və ya icarəçinin bütün ömrü üçün
bağlanmışdırsa, ləğvetməyə yol verilmir.
719.5. İcarəçi
iş qabiliyyətini itirdikdə, əgər icarəyə verən
icarəyə götürülmüş əşyanın təsərrüfat
təyinatına uyğun lazımi istifadəsini təmin etmək
məqsədilə hər hansı üçüncü şəxsə
ikinci əldən icarəyə verilməsi ilə razılaşmırsa,
icarəçi xəbərdarlıq müddətlərini gözləməklə
hüquq münasibətlərini ləğv edə bilər. Bu
qaydaya zidd olan razılaşmanın qüvvəsi yoxdur.
719.6. İcarəçi
öldükdə onun vərəsələri, habelə icarəyə
verən müqavilənin ləğvinə dair bildirişi təqvim
ili rübünün sonu üçün qüvvəyə minməklə
altı ay əvvəldən vermək hüququna malikdirlər.
Yalnız o halda vərəsələr müqavilənin icarəyə
verən tərəfindən ləğv olunması barədə
şikayət verə bilər və müqavilə üzrə
hüquq münasibətlərinin davam etdirilməsini tələb
edə bilərlər ki, onların və ya digər miras şəriklərinin
və ya bunu tapşırdıqları hər hansı üçüncü
şəxsin əşyadan onun təsərrüfat təyinatına
uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun.
Əgər vərəsələr icarə müddətinin qurtarmasına
azı üç ay qalmış şikayət verməzlərsə
və icarəyə götürülmüş əşyadan
onun təsərrüfat təyinatına uyğun lazımi istifadə
olunacağını ehtimal etməyə imkan verən hallar barəsində
məlumat verməzlərsə, icarəyə verən müqavilə
üzrə hüquq münasibətlərinin davam etdirilməsindən
imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat
yazılı formada tərtib edilməlidir. Razılıq əldə
edilməzsə, qərarı vəsatət əsasında məhkəmə
qəbul edir.
719.7. Bu Məcəllənin
677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə
tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən
müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi
icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi
üç aydan çox gecikdirdikdə də, icarəyə verən
müqaviləni dərhal ləğv edə bilər. Əgər
icarə haqqı bir ildən az müddət üçün tutulursa,
müqavilənin ləğvinə yalnız icarəçinin
iki ardıcıl müddət üçün icarə haqqını
və ya onun mühüm hissəsini ödəmədiyi halda yol
verilir. Əgər həmin müddət çatanadək icarəyə
verən təmin edilərsə, müqavilənin ləğvi
istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı
əvəzləşdirmə çərçivəsində
ödəyərək ondan azad olursa və ləğvetməyə
dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə,
ləğvetmənin qüvvəsi yoxdur.
719.8. Ləğvetməyə
dair bildiriş yazılı formada tərtib edilməlidir.
Maddə 720. Torpaq icarəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərinin davam etdirilməsi
720.1. İcarəçi
icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə
hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı
hallarda tələb edə bilər:
720.1.1. müəssisənin
icarəyə götürüldüyü halda bu müəssisə
icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil
etdikdə;
720.1.2. torpaq sahəsinin
icarəyə götürüldüyü halda icarəçi
öz mövcudluğunun iqtisadi əsasını təşkil
edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə
və müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilməsi icarəçi və ya onun ailəsi üçün
hətta icarəyə verənin əsaslı mənafeləri
ilə haqq qazandırıla bilməyən mənfi nəticələr
törədə bildikdə.
720.2. Bu Məcəllənin
720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi
tələb edə bilər ki, icarə müqaviləsi bütün
halları nəzərə almaqla ağlabatan olan vaxtadək uzadılsın.
Əgər icarəyə verən müqavilə üzrə hüquq
münasibətlərinin əvvəlki şərtlərlə
davam etdirilməsinə razılıq verə bilmirsə, icarəçi
yalnız bunu tələb edə bilər ki, hüquq münasibətləri
ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə
davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə
tələb oluna bilər.
720.3. İcarəçi
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin
davam etdirilməsini aşağıdakı hallarda tələb
edə bilməz:
720.3.1. o, müqavilənin
ləğvinə dair bildiriº verdikdə;
720.3.2. icarəyə
verənin dərhal ləğvetmə hüququ olduqda;
720.3.3. müəssisənin
icarəsi, müəssisə yaradılmasına kömək göstərən
əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin
becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi
haqqında müqavilə azı 18 il müddətinə, digər
torpaq sahələrinin icarəsi haqqında müqavilə azı
12 il müddətinə bağlandıqda;
720.3.4. icarəyə
verən müvəqqəti icarəyə verdiyi torpağı
yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş
və ya digər dövlət vəzifələrinin yerinə
yetirilməsi üçün istifadə etmək niyyətində
olduqda.
720.4. İcarəçinin
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin
davam etdirilməsini tələb etdiyi bildirişi yazılı
formada tərtib edilməlidir. İcarəyə verənin xahişi
ilə icarəçi müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsi tələbi üçün əsasları
dərhal ona bildirməlidir.
720.5. İcarəyə
verən müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam
verilməsinə azı bir il qalmış icarəçi hüquq
münasibətlərinin davam etdirilməsini tələb etməsin
və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq
surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq
münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər
ləğvetmə haqqında xəbərdarlıq müddəti
12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin
davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş
alındıqdan sonra bir ay ərzində irəli sürülməsi
kifayətdir.
720.6. Əgər
razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə
müqavilə üzrə hüquq münasibətlərinin davam
etdirilməsi, icarə müddəti və bu münasibətlərin
davam etdirilməsi şərtləri haqqında qərar qəbul
edir. Lakin məhkəmə cari hüquq münasibətlərinin
başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü
maddəsində göstərilmiş müddətlərdən
kənara çıxmayan anadək müqavilə üzrə hüquq
münasibətlərinin davam etdirilməsi haqqında qərar
qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsi icarəyə götürülmüş torpağın
bir hissəsi ilə də məhdudlaşdırıla bilər.
720.7. İcarəçi
müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilməsinə ən geci doqquz ay qalmış və (ləğvetmə
haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha
qısa müddət təşkil etdikdə) ləğvetməyə
dair bildirişin məhkəməyə daxil olmasından iki ay
sonra məhkəməyə ərizə verməlidir. Əgər
mənfi nəticələrə yol verməmək üçün
ağlabatan hesab edilərsə və əgər torpaq icarəsi
müqaviləsinin qüvvədə olma müddəti hələ
qurtarmamışsa, məhkəmə ərizənin daha gec daxil
olmasına yol verə bilər.
720.8. Bu Məcəllənin
720-ci maddəsinə uyğun olaraq müqavilə üzrə hüquq
münasibətlərinin davam etdirilməsini tələb etmək
hüququ yalnız o halda istisna edilə bilər ki, icarə hüquq
münasibətlərinə dair mübahisəyə son qoymaq məqsədilə
bu tələbdən imtina barəsində məhkəməyə
ərizə verilsin. Müqavilə iştirakçılarından
birinin öz hüquqlarını həyata keçirməsi və
ya həyata keçirməməsi nəticəsində onun üçün
xüsusi mənfi nəticələr və ya üstünlüklər
yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi
yoxdur.
Maddə 721. Torpaq icarəsi müqaviləsinin
vaxtından əvvəl ləğvi və təsviyəsi
721.1. Əgər
torpaq icarəsi müqaviləsinin iştirakçıları
torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv
etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə
üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan
və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər.
721.2. Müqavilə
iştirakçılarından birinin iddiası üzrə məhkəmə
qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam
verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına
dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi
müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş
torpağın hər hansı hissəsi üçün uzadılırsa,
məhkəmə həmin hissə üçün icarə haqqını
müəyyənləşdirə bilər.
Maddə 722. İcarəyə götürülmüş
torpağın qaytarılması
722.1. Müqavilə
üzrə hüquq münasibətlərinə xitam verildikdən
sonra icarəçi icarəyə götürdüyü torpağı
təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma
məqamında uyğun gəlməli olduğu vəziyyətdə
qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə
qarşı tələbləri əsasında torpaq sahəsini
saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə
götürdüyü torpağı hər hansı üçüncü
şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi
müqaviləsi üzrə hüquq münasibətlərinə
xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını
həmin üçüncü şəxsdən də tələb
edə bilər.
722.2. Əgər
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə
icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə
verən hələ yaranmamış, lakin təsərrüfatın
lazımınca aparılması qaydalarına görə icarə
ilinin sonunadək əldə edilə bilən bəhərlərin
dəyərini icarəçiyə ödəməlidir. Bu zaman
məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə
alınmalıdır. Əgər bəhərlərin dəyərini
müəyyənləşdirmək mövsüm səbəblərinə
görə mümkün deyildirsə, icarəyə verən icarəçinin
bu bəhərlər üzrə xərclərinin əvəzini
təsərrüfatın lazımınca aparılması qaydalarına
uyğun gələn dərəcədə ödəməlidir.
Bu qayda qırılmaq üçün nəzərdə tutulan,
lakin hələ qırılmamış ağaclara da tətbiq
edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının
yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı
ağacların dəyərini icarəyə verənə ödəməlidir.
Digər zərərin əvəzinin ödənilməsinə
dair pretenziya verilməsi istisna edilmir.
722.3. hüquq münasibətlərinə
xitam verildikdən sonra qalan kənd təsərrüfatı məhsullarından
icarəçi növbəti məhsuladək təsərrüfatçılığın
davam etdirilməsi üçün zəruri olan miqdarda məhsulu,
hətta o, həmin hüquq münasibətlərinə girərkən
belə məhsulu qəbul etmiş olmasa da, verməlidir. Əgər
bununla əlaqədar olaraq icarəçi icarəlik torpaq verilərkən
aldığı məhsula nisbətən daha çox miqdarda və
ya daha yaxşı keyfiyyətli məhsulu verməlidirsə, icarəyə
verəndən dəyəri ödəməyi tələb edə
bilər.
722.4. Əgər
müqavilə üzrə hüquq münasibətlərinə
xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü
torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti
üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb
edə bilər. Digər zərərin əvəzinin ödənilməsi
barədə pretenziyalar verilməsi istisna edilmir.
35-ci fəsil.
Françayzinq
Maddə 723. Françayzinq müqaviləsi
Françayzinq müqaviləsi
elə bir uzunmüddətli öhdəlik münasibətidir ki,
ona əsasən müstəqil müəssisələr zərurət
olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın
istehsalına, satışına və xidmətlərin göstərilməsinə
kömək etməyi qarşılıqlı surətdə öhdələrinə
götürürlər.
Maddə 724. Françayz verənin
vəzifələri
724.1. Françayz
verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını,
əmtəə (ticarət) nişanlarını, mal nümunələrini,
qablarını, məhsulun istehsalı, əldə edilməsi,
satışı və fəaliyyətin təşkili konsepsiyasını,
habelə satışa kömək üçün zəruri olan
başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə
verməyə borcludur.
724.2. Françayz
verən birgə fəaliyyət sistemini üçüncü
şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız
təkmilləşdirməyə və françayz alanı işgüzar
vərdişlərlə tanış etmək, informasiya vermək
və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə
borcludur.
Maddə 725. Françayz alanın
vəzifələri
725.1. Françayz
alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu
zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli
və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli,
müqavilənin məqsədi ilə bilavasitə bağlı
olan hallarda françayz verənin və ya onun göstərdiyi
şəxslərin vasitəsilə xidmətlər qəbul etməli
və mallar əldə etməlidir.
725.2. Əgər
müqavilə bağlanarkən françayz alan daxilolma haqqı
vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil
edilməmişdirsə, onda françayz verən müqavilənin
qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa
borcludur.
Maddə 726. Etibar edilmiş informasiyanı
açıqlamamaq vəzifəsi
Françayzinq müqaviləsi
bağlanarkən tərəflər bir-birini françayzinq ilə
bağlı hallarla, xüsusən françayzinq sistemi ilə
açıq-aşkar və tam tanış etməli və bir-birinə
vicdanlı surətdə informasiya verməlidirlər. Onlar etibar
edilmiş informasiyanı müqavilənin bağlanmadığı
halda da açıqlamamağa borcludurlar.
Maddə 727. Françayzinq müqaviləsinin
forması
Françayzinq müqaviləsi
yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində
tərəflər ikitərəfli öhdəlikləri, müqavilənin
müddətini, ləğv edilməsi və ya müddətinin
uzadılması şərtlərini və müqavilənin digər
mühüm elementlərini dəqiq göstərməkdən əlavə,
françayzinq sistemini tam təsvir etməlidirlər.
Maddə 728. Françayzinq müqaviləsinin
müddəti
728.1. Françayzinq
müqaviləsinin müddətini tərəflər həmin malın
və xidmətlərin satışı ilə bağlı tələbatı
nəzərə almaqla müəyyənləşdirirlər.
728.2. Əgər
müqavilənin müddəti on ildən çoxdursa, istənilən
tərəfin ləğvetmə üçün zəruri olan
bir illik müddəti gözləməklə müqaviləni
ləğv etmək ixtiyarı vardır. Əgər tərəflərdən
heç biri müqaviləni ləğv etmək üçün
bu hüquqdan istifadə etmirsə, müqavilə iki il müddətinə
uzadılır. Müqavilə müddətin bitməsi nəticəsində
və ya tərəflərin təşəbbüsü ilə
ləğv edildikdə tərəflər qarşılıqlı
etimad prinsipini gözləməklə müqavilənin müddətini
işgüzar qarşılıqlı münasibətlərin faktik
qurtardığı vaxtadək eyni və ya dəyişdirilmiş
şərtlərlə uzatmağa çalışmalıdırlar.
Maddə 729. Loyal rəqabət
729.1. Tərəflər
müqavilə münasibətləri qurtardıqdan sonra da öz
aralarında loyal rəqabət aparmağa borcludurlar. Bununla əlaqədar
olaraq françayz alanın müəyyən ərazinin hüdudları
daxilində rəqabət aparması üzərində ən çoxu
bir il müddətinə qadağan qoyula bilər.
729.2. Əgər
rəqabət aparmağın qadağan edilməsi françayz
alanın peşə fəaliyyəti üçün təhlükə
yarada bilərsə, müqavilə müddətinin bitməsinə
baxmayaraq ona müvafiq maliyyə kompensasiyası verilməlidir.
Maddə 730. Françayz verənin
məsuliyyəti
Françayz verən
françayzinq sistemi ilə nəzərdə tutulan hüquqlar
və informasiya üçün məsuliyyət daşıyır.
Əgər françayz verən müqavilə öhdəliklərini
təqsirli surətdə pozarsa, françayz alan əvəz ödənilməsini
azalda bilər. Azaltmanın miqdarı müstəqil ekspertin rəyi
əsasında qəti surətdə müəyyənləşdirilməlidir.
Bununla bağlı xərclər tərəflərin öhdəsinə
qoyulur.
Maddə 731. Françayzinq hüquq
münasibətlərinə tətbiq edilən müddəalar
731.1. Əgər
françayzinq müqaviləsinin predmetini əqli mülkiyyətdən
istifadə hüquqlarının verilməsi təşkil edirsə,
ona müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında,
habelə patent hüququ haqqında qanunvericiliyin müddəaları
tətbiq edilir.
731.2. Əgər
françayz alan françayz verənin və ya françayz verənlə
bağlı hər hansı müəssisənin mallarını
yaymaqla daimi məşğul olursa, bu Məcəllənin ticarət
nümayəndəliyi və konsessiya müqaviləsi haqqında
müddəaları tətbiq edilir.
731.3. Əgər
françayzinq müqaviləsinin iştirakçıları başqa
öhdəliklər (o cümlədən alğı-satqı,
əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi)
götürürlərsə, iştirakçıların hüquq
münasibətlərinə bu Məcəllənin həmin müqavilə
növləri haqqında müddəaları tətbiq edilir.
36-cı fəsil.
Əvəzsiz istifadə
Maddə 732. Əvəzsiz istifadə
müqaviləsi
Əvəzsiz istifadə
müqaviləsinə görə, hər hansı əşyanı
kirayəyə verən onu kirayəçinin istifadəsinə
verməyi öhdəsinə götürür, kirayəçi
isə həmin əşyanı kirayəyə verənə qaytarmağı
öhdəsinə götürür, özü də bu öhdəlikləri
iştirakçılar əvəzsiz icra etməlidirlər.
Maddə 733. Əvəzsiz istifadəyə
verilən əşyanı kirayəyə verənin məsuliyyəti
733.1. Əvəzsiz
istifadəyə verilən əşyanı kirayəyə verən
kirayəçi qarşısında yalnız qəsdən və
ya kobud ehtiyatsızlıq üzündən törədilmiş
əməllər və ya qüsurlar üçün məsuliyyət
daşıyır.
733.2. Əgər
kirayəyə verən üçüncü şəxslərin
hər hansı hüquqlarının və ya iddialarının
olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın
hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində
əmələ gələn zərərin əvəzini kirayəçiyə
ödəməyə borcludur.
Maddə 734. Əvəzsiz istifadəyə
götürülmüş əşyanın saxlanması
734.1. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanın
adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri
çəkməlidir. Kirayəyə verənin digər xərclərin
əvəzini ödəmək vəzifəsi özgə işlərini
tapşırıqsız aparmaq haqqında və əsassız
varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.
734.2. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanın
müqavilə üzrə istifadəsi çərçivəsində
dəyişməsi və ya pisləşməsi üçün
məsuliyyət daşımır.
Maddə 735. Əvəzsiz istifadəyə
götürülmüş əşyadan müqavilə şərtlərinə
uyğun istifadə
Kirayəçinin
əvəzsiz istifadəyə götürdüyü əşyadan
müqavilədə göstəriləndən savayı, başqa
təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə
verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü
şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
Maddə 736. Əvəzsiz istifadəyə
götürülmüş əşyanı qaytarmaq vəzifəsi
736.1. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanı
müqavilədə müəyyənləşdirilmiş müddət
qurtardıqdan sonra qaytarmağa borcludur.
736.2. Əgər
əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə,
kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə
uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər
kirayəçinin əşyadan istifadə edə bilməsi üçün
yetərli olan müddət bitərsə, kirayəyə verən
əşyanın daha əvvəl qaytarılmasını tələb
edə bilər.
736.3. Əgər
kirayə müddəti müəyyənləşdirilməyibsə,
yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən
onu müəyyənləşdirmək mümkün deyildirsə,
kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş
əşyanın qaytarılmasını istənilən vaxt tələb
edə bilər.
736.4. Əgər
kirayəçi əvəzsiz istifadəyə götürdüyü
əşyanı üçüncü şəxslərin istifadəsinə
verirsə, şübhə halında kirayəyə verən əşyanın
qaytarılmasını üçüncü şəxslərdən
də istənilən vaxt tələb edə bilər.
Maddə 737. Əvəzsiz istifadə müqaviləsi
üzrə hüquq münasibətlərinə vaxtından əvvəl
xitam verilməsi
Kirayəyə verən
əvəzsiz istifadə müqaviləsini, əvvələn,
əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz
hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi
əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə
etdikdə, o cümlədən əşyanı üçüncü
şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin
kifayət qədər vicdanlı olmaması üzündən
əşya mühüm təhlükəyə məruz qaldıqda
və üçüncüsü, kirayəçinin öldüyü
halda vaxtından əvvəl ləğv edə bilər.
Maddə 738. Əvəzsiz istifadə
müqaviləsi üzrə müddətlər
Kirayəyə verənin
əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi
və ya pisləşməsi nəticəsində dəyən
zərərin əvəzinin ödənilməsi hüquqları,
habelə kirayəçinin çəkdiyi zəruri xərclərin
əvəzinin ödənilməsi hüquqları altı aydan
sonra, müddətin keçməsinə görə qüvvədən
düşür.
37-ci fəsil.[502]
Borc
§ 1. Borc
müqaviləsi
Maddə 739. Borc müqaviləsinin anlayışı
və forması
739.1.
Borc müqaviləsinə görə bir tərəf (borcverən)
pul vəsaitinə və ya digər əvəz edilən əşyalara
mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi
öhdəsinə götürür, borcalan isə aldıqlarını
müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya
eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar
şəklində borcverənə qaytarmağı öhdəsinə
götürür.
739.2.
Borc müqaviləsi predmetinin məbləği üç min
manatdan çoxdursa və ya məbləğindən asılı
olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi
şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.KMQ35
739.3.
Borcalanın və ya onun göstərdiyi üçüncü
şəxsin borc müqaviləsinin predmetinə sərəncam
hüququnun yarandığı gün borcun verildiyi gün hesab
olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız
qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin
borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin
hesabına xidmət göstərən kredit təşkilatının
və ya digər şəxsin hesabına mədaxil edildiyi gün
hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi
üçüncü şəxsin) hesabları eyni təşkilatda
olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi
şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi
gün hesab edilir.
739.4.
Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin)
alınması məqsədilə borc verə bilməz. Borcverən
qarşısındakı borc öhdəliyinin icrasının
təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm)
çıxış edə bilməz.
Maddə 740. Borc müqaviləsi üzrə
faizlər
740.1.
Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə
tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna
malikdir.
740.2.
Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa,
borcun verilməsinə görə faizin və (və ya) digər
haqqın məbləği və ya hesablanma qaydası tərəflərin
razılaşması ilə müəyyən edilir.
740.3.
Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa
və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə,
həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə
əsasən hesablanır.
740.4.
Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün
hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı
günədək ödənilməmiş əsas borc qalığı
məbləğinə hesablanır.
740.5.
Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar
müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda
ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,
faizlər və (və ya) haqlar borcun qaytarılması ilə
bir vaxtda ödənilməlidir.
740.6.
Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin
üç yüz altmış beşə və ya borc müqaviləsində
nəzərdə tutulduğu halda üç yüz altmışa
bölünərək, borcun verildiyi faktiki günlərin (borcun
verildiyi gün daxil, qaytarıldığı gün isə xaric
olmaqla) sayına vurulmaqla hesablanır.
740.7.
Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul
etdiyi hər hansı ödənişin borc üzrə sonrakı
günlərin birində qəbul edilmiş ödəniş kimi
hesab edilməsi yolverilməzdir.
740.8.
Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər
haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə
ödənilir.
740.9.
Bu Məcəllənin bu paraqrafının faiz və (və ya)
haqların ödənilməsinə dair müddəaları qanunda
və ya borc müqaviləsində faiz və (və ya) haqların
ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.
740.10.
Gəlir əldə etmək məqsədilə müntəzəm
olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin
borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin
verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna
malik şəxs tərəfindən həyata keçirilə
bilər.
Maddə 741. Borc vermək və almaq öhdəliyinin
birtərəfli ləğvi
741.1.
Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa,
borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə
pisləşməsi və ya borcalanın borcverənə hər
hansı yanlış məlumat verməsi səbəbindən
borcun vaxtında qaytarılmayacağı açıq-aşkar
bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc
müqaviləsində nəzərdə tutulmuş öhdəliyini
icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə,
borcverən borc vermək öhdəliyini tam və ya qismən
icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
741.2.
Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun
alınmasından tam və ya qismən birtərəfli qaydada imtina
edə bilər.
Maddə 742. Borcun qaytarılması
742.1.
Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları)
borc müqaviləsində nəzərdə tutulan müddətdə
və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə
alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə
və ya borcverənin göstərdiyi üçüncü şəxsə
verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə
tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin
predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda,
borcun qaytarıldığı gün borc məbləğinin
borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin
hesabına xidmət göstərən kredit təşkilatının
və ya digər şəxsin hesabına mədaxil edildiyi gün
hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi
üçüncü şəxsin hesabları eyni təşkilatda
olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi
şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı
gün hesab edilir.
742.2.
Əgər borc müqaviləsində borcun qaytarılması üçün
müddət müəyyən edilməmişdirsə, borcverən
borcun qaytarılmasını istənilən vaxt tələb edə
bilər. Borcverənin icra tələbini almış borcalan bir
ay müddətində borcu qaytarmalı, habelə faizləri və
(və ya) haqları ödəməlidir, bu şərtlə ki,
tərəflərin razılaşması ilə daha uzun müddət
nəzərdə tutulmasın.
742.3.
Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa,
borcalan borcun verildiyi gündən qaytarıldığı günədək
hesablanmış faizləri və (və ya) haqları ödəməklə,
borcu vaxtından əvvəl qaytara bilər.
742.4.
Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən
müddət xəbərdarlığın alındığı
vaxtdan hesablanır.
742.5.
Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə
ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı
hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən
borcun vaxtından əvvəl tələb edildiyi günədək
borcla bağlı borcverənə ödənilməli olan faiz
və (və ya) digər ödənişlərin) vaxtından
əvvəl qaytarılmasını tələb edə bilər:
742.5.1.
borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə
pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan
əvvəl baş vermiş və müqavilə bağlanılan
anadək aradan qaldırılmamış pisləşmə borcverənə
sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər
hansı yanlış məlumat verməsi səbəbindən
borcun vaxtında qaytarılmayacağını güman etməyə
əsaslar olduqda;
742.5.2.
borcun hissə-hissə qaytarılmasını və (və ya)
faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini
nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı
çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla)
90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi,
yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi
müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması
(90 (doxsan) gündən az olmamaqla);
742.5.3.
borcalan borc öhdəliyinin icrasının təmin edilməsi
üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin
cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə
(məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri
azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak
vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə)
və bu hallarda borcun vaxtında qaytarılmayacağını
güman etməyə əsaslar olduqda;
742.5.4.
borcun təyinatı borc müqaviləsində göstərildiyi
halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə
edilməsinə müqavilədə nəzərdə tutulmuş
qaydada nəzarət etməyə imkan vermədikdə və ya
borc təyinatı üzrə istifadə olunmadıqda.
§ 2. Kredit
müqaviləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı
743.1.
Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə
mülkiyyət hüququnu müqavilədə göstərilən
məbləğdə və şərtlərlə borcalana verməyi,
borcalan isə aldığı pul vəsaitini müqavilədə
müəyyən edilmiş müddətə faizlərin və
(və ya) müqavilədə göstərilən digər ödənişlərin
ödənilməsi şərtilə borcverənə qaytarmağı
öhdəsinə götürür. Kredit müqaviləsi üzrə
borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin
verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna
malik şəxs ola bilər.
743.2.
Bu Məcəllənin bu paraqrafının müddəalarından
ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə
bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları
müvafiq surətdə tətbiq edilir.
743.3.
Azərbaycan Respublikasının adından borc alınması,
habelə ixtisaslaşmış dövlət qurumlarının
və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri
hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin
verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi
aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə
uyğun olaraq tənzimlənir.
Maddə 744. Kredit müqaviləsinin bağlanma
qaydası və məzmunu
744.1.
Kredit müqaviləsi tərəflər arasında yazılı
formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi
borcalana verilir.
744.2.
Kredit müqaviləsində ən azı aşağıdakılar
göstərilməlidir:
744.2.1.
borcverənin adı və ünvanı;
744.2.2.
borcalanın adı və ünvanı;
744.2.3.
kreditin məbləği və valyutası;
744.2.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
744.2.5.
kreditin təyinatı;
744.2.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği,
həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə
üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə,
ilkin faktiki illik faiz dərəcəsi);
744.2.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı
müddət barədə aydın və dəqiq məlumat.
744.3.
Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə
faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.
Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri
745.1.
Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin
icrası təminatının itirilməsi və yaxud dəyərinin
azalması hallarına yalnız bu şərtlə tətbiq edilir
ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş
müddətdə təminatı əvəz etməmiş və
ya əlavə təminat təqdim etməmiş olsun.
745.2.
Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik
vaxtından əvvəl ödənilərsə, borcverən bu
Məcəlləyə uyğun olaraq zərərin əvəzinin
ödənilməsi üçün kompensasiya ödənilməsini
yalnız kredit müqaviləsində nəzərdə tutulduqda
tələb edə bilər.
745.3.
Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən
irəli gələn münasibətlərə bu şərtlə
tətbiq edilir ki, ödəniş əməliyyat gününün
(borcverənin ödənişlərin qəbulu üçün
müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş
olsun. Borcverən tərəfindən kredit müqaviləsində
daha qısa müddət müəyyən edilməmişdirsə,
əməliyyat günü bitdikdən sonra ödəniş terminalı
vasitəsilə və ya digər üsulla həyata keçirilən
ödəniş növbəti iş günündən gec olmayaraq
həyata keçirilən ödəniş hesab edilir.
745.4.
Borcverənin kredit müqaviləsindən irəli gələn
tələbləri üzrə iddia müddəti bir ildir.
745.5.
Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa
(daha yuxarı məbləğin müəyyənləşdirilməsi
istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə
görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində
nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilən uçot dərəcəsi əlavə
edilməklə hesablanır. Bu maddədə müəyyən
edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə,
əlavə dəbbə pulu (cərimə, penya) və ya digər
formada hər hansı ödəniş tələb edilə bilməz.
745.6.
Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə
görə borcverənə dəyən zərər bu Məcəllənin
745.5-ci maddəsinə əsasən ona çatası faizlərin
məbləğindən çoxdursa, borcverən borcalandan həmin
məbləğdən çox olan hissədə zərərin
əvəzini ödəməyi məhkəmə qaydasında
və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca
razılıq əldə etməklə tələb edə bilər.
§ 3. İstehlak
krediti müqaviləsi
Maddə 746. İstehlak krediti müqaviləsinin
anlayışı
746.1.
İstehlak krediti müqaviləsinə görə borcverən
sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı
olmayan məqsədlər üçün fiziki şəxs olan
borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi,
istehlakçı isə aldığı borcu faizlər və
(və ya) müqavilədə göstərilən digər ödənişlərin
ödənilməsi şərtilə müqavilə ilə müəyyən
edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə
götürür.
746.2.
Bu Məcəllənin bu paraqrafının müddəaları
aşağıdakı müqavilələrə şamil edilmir:
746.2.1.
daşınmaz əmlaka dair hüquqların əldə edilməsi
ilə bağlı və ya daşınmaz əmlakın ipotekası
ilə təmin edilən kredit müqavilələrinə;
746.2.2.
kredit müqaviləsinin bağlandığı anda məbləği
ölkə üzrə müəyyən olunmuş minimum aylıq
əməkhaqqı məbləğindən aşağı və
ya həmin məbləğin 300 (üç yüz) mislindən
çox olan müqavilələrə;
746.2.3.
90 (doxsan) gün müddətinədək bank hesabının kreditləşdirilməsinə;
746.2.4.
kredit ittifaqlarının öz üzvlərinə verdiyi kreditlər
üzrə müqavilələrə;
746.2.5.
bu Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq kreditlərin
verilməsi fəaliyyətini həyata keçirən borcverənin
öz işçilərinə verdiyi kreditlər üzrə müqavilələrə;
746.2.6.
investisiya xidmətlərini həyata keçirən təşkilatlar
tərəfindən qiymətli kağızlar və ya törəmə
maliyyə alətləri ilə onların həyata keçirdiyi
əqdlərin bağlanması üçün verilən kreditlər
üzrə müqavilələrə;
746.2.7.
məhkəmə və ya mediasiya vasitəsilə bağlanan barışıq
sazişinə əsasən bağlanmış kredit müqavilələrinə;
746.2.8.
kredit borcunun və digər ödənişlərin yeni müddətə
ödənilməsini nəzərdə tutan və faizsiz müəyyən
edilən restrukturizasiya müqavilələrinə;
746.2.9.
öhdəliyin icrası borcverənin sahibliyinə verilən əşya
ilə təmin edilən və istehlakçının öhdəliyinin
yalnız həmin əşya ilə məhdudlaşmasını
nəzərdə tutan kreditlər üzrə müqavilələrə.
746.3.
Bu Məcəllənin bu paraqrafının müddəalarından
ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə
bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi
haqqında müddəaları müvafiq surətdə tətbiq
edilir.
Maddə 746-1. İstehlak krediti müqaviləsi
üzrə ilkin məlumatlandırma
746-1.1.
İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl
borcverən aşağıdakılar barədə məlumatları
kağız və ya digər davamlı daşıyıcıda
(məlumatın məqsədlərinə uyğun müddət
ərzində saxlanılmasına imkan verən və saxlanılan
məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün
olan istənilən vasitə) istehlakçıya təqdim etməlidir:
746-1.1.1.
kreditin növü;
746-1.1.2.
borcverənin adı və ünvanı;
746-1.1.3.
kreditin məbləği və valyutası;
746-1.1.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-1.1.5.
kredit müəyyən malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar olaraq əlaqəli
kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal
və ya xidmət və onun nağd qiyməti (malın və ya
xidmətin alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-1.1.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği
və onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi;
746-1.1.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı
müddət barədə aydın və dəqiq məlumat;
746-1.1.8.
istehlakçı tərəfindən edilməli olan ödənişlərin
məbləği, sayı və dövriliyi, habelə yetərli
miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin
öhdəliyin icrasından silinmə ardıcıllığı;
746-1.1.9.
tətbiq edildikdə (hesabın açılması zəruri olmayan
hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma
əməliyyatlarının qeydiyyatını aparan bir və ya
bir neçə hesabın saxlanma xərcləri, o cümlədən
ödəniş və nağdlaşdırma əməliyyatları
üçün ödəniş vasitələrindən istifadə
xərcləri, kredit müqaviləsindən irəli gələn
digər xərclər və bu xərclərin dəyişdirilmə
şərtləri;
746-1.1.10.
tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması
ilə bağlı istehlakçı tərəfindən ödənilməli
olan notarial xərclərin mövcudluğu;
746-1.1.11.
kreditin alınması üçün əlavə xidmət müqaviləsinin,
o cümlədən sığorta müqaviləsinin bağlanılması
məcburi olduğu hallarda istehlakçının istehlak krediti
müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq
vəzifəsi;
746-1.1.12.
istehlakçının ödənişlərini vaxtında etməməsinin
hüquqi nəticələri;
746-1.1.13.
tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq
edilən zaman ödənilməli olan dəbbə pulu;
746-1.1.14.
tətbiq edildikdə, kreditin verilməsi üçün tələb
olunan təminatlar;
746-1.1.15.
istehlakçının istehlak krediti müqaviləsindən imtina
hüququ, belə bir hüququn həyata keçirildiyi müddət
və şərtlər;
746-1.1.16.
istehlakçının istehlak kreditini vaxtından əvvəl
ödəmək hüququ və tətbiq edildikdə, borcverənin
kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən
edilməsi qaydası;
746-1.1.17.
tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci
maddəsində göstərilən borcun vaxtından əvvəl
qaytarılmasını tələb edə bildiyi hallar;
746-1.1.18.
ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə
kredit bürolarından alınmış məlumatlar əsasında
istehlakçıya kredit verilməsindən imtina edildikdə, bu
barədə istehlakçının ödənişsiz olaraq
məlumat almaq hüququ;
746-1.1.19.
istehlakçının müraciəti əsasında müqavilə
layihəsinin surətini borcverəndən ödənişsiz almaq
hüququ;
746-1.1.20.
borcverənin verdiyi məlumatların qüvvədə olduğu
müddət.
746-1.2.
Bu Məcəllənin 746-1.1-ci maddəsində göstərilən
məlumatlar standart məlumatlandırma formasında əks etdirilir.
Standart məlumatlandırma forması Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
746-1.3.
Borcverən tərəfindən standart məlumatlandırma formasına
kreditlə bağlı digər məlumatlar da daxil edilə bilər.
746-1.4.
Borcverən tərəfindən verilən məlumatlar aydın
və başa düşülən şəkildə ifadə
edilməlidir.
746-1.5.
Məsafəli istehlak krediti müqaviləsinin bağlanması
üçün rabitə vasitəsi kimi səsli rabitə vasitəsi
(telefon zəngi, videozəng və s.) istifadə edildikdə, borcverən
zəngin əvvəlində yalnız aşağıdakı məlumatları
istehlakçıya təqdim edir:
746-1.5.1.
borcverənin adı və zəngin məqsədi;
746-1.5.2.
istehlakçı ilə əlaqə saxlayan şəxsin adı,
soyadı və borcverənlə əlaqəsi;
746-1.5.3.
təklif olunan xidmətin istehlak krediti olması;
746-1.5.4.
təklif olunan istehlak kreditinin məbləği, kredit üzrə
ödənilən faizlərin illik dərəcəsi və faktiki
illik faiz dərəcəsi;
746-1.5.5.
təklif olunan istehlak krediti ilə bağlı istehlakçının
üzərinə düşəcək əlavə xərclərinin
ola biləcəyi barədə qeyd;
746-1.5.6.
istehlakçının istehlak krediti müqaviləsindən imtina
hüququ, belə bir hüququn həyata keçirildiyi müddət
və şərtlər;
746-1.5.7.
borcverənin verdiyi məlumatların qüvvədə olduğu
müddət.
746-1.6.
Bu Məcəllənin 746-1.5-ci maddəsi tətbiq edildikdə,
borcverən bu Məcəllənin 746-1.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada həmin maddədə göstərilən digər
məlumatların istehlakçının müraciəti əsasında
ona təqdim edilməsinin mümkünlüyü barədə
istehlakçını məlumatlandırır və istehlakçının
müraciəti əsasında həmin məlumatların təqdim
edilməsini təmin edir.
746-1.7.
İstehlakçı bu Məcəllənin 746-1.1.18-ci maddəsində
göstərilən hüququndan istifadə edərək borcverənə
müraciət edərsə, borcverən müvafiq məlumatı
növbəti iş günündən gec olmayaraq istehlakçıya
yazılı şəkildə təqdim etməlidir.
Maddə 746-2. İstehlak krediti müqaviləsinin
bağlanma qaydası və məzmunu
746-2.1.
İstehlak krediti müqaviləsi yazılı formada kağız
və ya digər davamlı daşıyıcıda tərtib edilir.
746-2.2.
İstehlak krediti müqaviləsində aşağıdakılar
aydın və dəqiq şəkildə göstərilir:
746-2.2.1.
kreditin növü;
746-2.2.2.
tərəflərin adı və ünvanı;
746-2.2.3.
kreditin məbləği və valyutası;
746-2.2.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-2.2.5.
kredit müəyyən malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar olaraq əlaqəli
kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal
və ya xidmət və onun nağd qiyməti (malın və ya
xidmətin alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-2.2.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği
və onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil
edilən bütün ödənişlər;
746-2.2.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı
müddət barədə aydın və dəqiq məlumat;
746-2.2.8.
istehlakçı tərəfindən edilməli olan ödənişlərin
məbləği, sayı və dövriliyi, habelə yetərli
miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin
öhdəliyin icrasından silinmə ardıcıllığı;
746-2.2.9.
tətbiq edildikdə (hesabın açılması zəruri olmayan
hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma
əməliyyatlarının qeydiyyatını aparan bir və ya
bir neçə hesabın saxlanma xərcləri, o cümlədən
ödəniş və nağdlaşdırma əməliyyatları
üçün ödəniş vasitələrindən istifadə
xərcləri, kredit müqaviləsindən irəli gələn
digər xərclər və bu xərclərin dəyişdirilmə
şərtləri;
746-2.2.10.
tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması
ilə bağlı istehlakçı tərəfindən ödənilməli
olan notarial xərclər;
746-2.2.11.
istehlakçının ödənişlərini vaxtında etməməsinin
hüquqi nəticələri;
746-2.2.12.
tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq
edilən zaman ödənilməli olan dəbbə pulu (gecikdirilmə
faizləri);
746-2.2.13.
tətbiq edildikdə, kredit öhdəliyinin icrasının təminatına
dair şərtlər və sığorta tələbləri haqqında
məlumatlar;
746-2.2.14.
istehlakçının istehlak krediti müqaviləsindən imtina
hüququ, belə bir hüququn həyata keçirildiyi müddət
və şərtlər;
746-2.2.15.
istehlakçının istehlak kreditini vaxtından əvvəl
ödəmək hüququ və tətbiq edildikdə, borcverənin
kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən
edilməsi qaydası;
746-2.2.16.
tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci
maddəsində göstərilən borcun vaxtından əvvəl
qaytarılmasını tələb edə bildiyi hallar;
746-2.2.17.
istehlakçının müqavilə müddətində sorğu
əsasında ödənişsiz olaraq kağız daşıyıcıda
təqvim ili ərzində iki dəfə (müqavilədə
daha əlverişli hal nəzərdə tutulmadıqda), digər
davamlı daşıyıcıda isə istənilən zaman kreditin
qalığı barədə hesabdan çıxarışı
kreditin ödəniş qrafiki şəklində əldə etmək
hüququ (ödəniş qrafikində həyata keçirilməli
olan ödənişlər, belə ödənişlərin müddətləri,
ödənişlərin strukturu, o cümlədən illik faiz
dərəcəsi üzrə hesablanmış faizlər və
tətbiq olunan digər əlavə xərclər göstərilir);
746-2.2.18.
mübahisələrə məhkəmədənkənar qaydada
baxılması imkanlarının olub-olmaması, olduqda onun qaydası;
746-2.2.19.
tətbiq edildikdə, digər müqavilə şərtləri;
746-2.2.20.
Mərkəzi Bankın adı və ünvanı.
746-2.3.
İstehlak krediti müqaviləsi üzrə dəyişən
faiz dərəcəsinin tətbiq edilməsi və faizlərin
və digər ödənişlərin artırıla bilməsi
imkanının şərtləndirilməsi yolverilməzdir.
746-2.4.
Bank hesabının kreditləşdirilməsi hallarında borcverən
istehlakçını vaxtaşırı olaraq kağız və
ya digər davamlı daşıyıcıda hesabdan çıxarış
vasitəsilə aşağıdakılar barədə məlumatlandırır:
746-2.4.1.
hesabdan çıxarışın aid olduğu dövr;
746-2.4.2.
kreditləşdirilmənin tarixləri və məbləğləri;
746-2.4.3.
əvvəlki çıxarış üzrə balans və onun
tarixi;
746-2.4.4.
cari çıxarış tarixinə yeni balans;
746-2.4.5.
istehlakçı tərəfindən edilmiş ödənişlərin
məbləğləri və tarixləri;
746-2.4.6.
müqavilə üzrə faiz dərəcəsi;
746-2.4.7.
tətbiq edilən istənilən xərclər və digər
haqlar;
746-2.4.8.
tətbiq edildikdə, ödənilməli olan minimum məbləğ.
746-2.5.
İstehlak krediti müqaviləsi bağlanıldığı
an da daxil olmaqla həmin ana qədər məsafədən bir
və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi
yolu ilə borcverən və istehlakçının eyni zamanda
birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü
maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.
746-2.6.
İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına
dair digər tələblər Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Maddə 746-3. İstehlakçının
istehlak krediti müqaviləsindən imtina hüququ
746-3.1.
İstehlakçı istehlak krediti müqaviləsi üzrə
pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində
heç bir səbəb göstərmədən istehlak krediti
müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı
müqavilə üzrə verilmiş pul vəsaitini və həmin
pul vəsaitinin verildiyi gündən qaytarıldığı
günədək hesablanan faizləri ödəməlidir. Borcverən
tərəfindən ödənilən dövlət rüsumu və
xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan
kompensasiya və hər hansı digər ödənişlərin
alınması yolverilməzdir.
746-3.2.
İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində
nəzərdə tutulmuş hüququndan istifadə etdikdə,
istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə
və ya borcverənlə bağladığı müqavilə
əsasında xidmət göstərən üçüncü
şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə
xitam verilir və istehlakçı həmin müqavilələr
üzrə hər hansı öhdəlik daşımır.
Maddə 746-4. İstehlak krediti müqaviləsinin
vaxtından əvvəl icrası
746-4.1.
İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq
etmədən tamamilə və ya qismən borcverənə qaytara
bilər. Bu halda, kreditin qalıq müddətinə görə
hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından
əvvəl ödənilmiş məbləğə mütənasib
olaraq azaldılır.
746-4.2.
Borcverən istehlak krediti müqaviləsinin vaxtından əvvəl
icrası zamanı bu Məcəlləyə uyğun olaraq zərərin
əvəzinin ödənilməsi üçün istehlakçıdan
bu Məcəllənin 746-4-cü maddəsinin tələbləri
nəzərə alınmaqla, müqavilə ilə müəyyənləşdirilmiş
kompensasiya məbləğini tələb edə bilər.
746-4.3.
Bu Məcəllənin 746-4.2-ci maddəsində göstərilən
kompensasiyanın məbləği müqavilə müddətinin
bitməsinə bir ildən çox müddət qaldıqda, istehlak
krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğin
1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə
0,5 faizindən çox olmamalıdır.
746-4.4.
Kompensasiya məbləği aşağıdakı hallarda tələb
edilə bilməz:
746-4.4.1.
vaxtından əvvəl ödəniş həmin müqavilə
üzrə bağlanan sığorta müqaviləsinin əsasında
həyata keçirildikdə;
746-4.4.2.
bank hesabının kreditləşdirilməsi halında.
746-4.5.
İstehlakçı tərəfindən son on iki ay ərzində
istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş
məbləğ ölkə üzrə müəyyən edilmiş
minimum əməkhaqqı məbləğinin qırx mislindən
çox olarsa, borcverən ona belə ödəmələr zamanı
dəymiş zərəri məhkəmə qaydasında və
ya zərərin baş verdiyi tarixdən sonra istehlakçıyla
ayrıca razılıq əldə etməklə sübut etmək
şərtilə bu Məcəllənin 746-4.3-cü maddəsində
göstərilmiş kompensasiya məbləğlərindən
daha yüksək (dəymiş zərərə mütənasib)
kompensasiya tələb edə bilər. Bu halda, borcverənə
dəymiş zərər qaytarılan kreditin kredit müqaviləsində
nəzərdə tutulan faiz dərəcəsi ilə vaxtından
əvvəl ödənilmə anında borcverənin borc verdiyi
eyni təyinatlı kreditin faiz dərəcəsi arasındakı
fərqdən ibarətdir.
746-4.6.
Kompensasiya məbləği hər bir halda istehlak kreditinin istehlakçı
tərəfindən vaxtından əvvəl ödənilməsi
anı ilə müqavilənin müddətinin başa çatması
anı arasındakı müddətdə ödənilməli
olan illik faiz dərəcəsi üzrə hesablanmış faiz
məbləğlərindən çox ola bilməz.
Maddə 746-5. İstehlak krediti müqaviləsinin
digər xüsusiyyətləri
746-5.1.
İstehlak krediti müqaviləsi üzrə istehlakçının
borcverənə hər hansı ödənişinə (bu Məcəllənin
746-3-cü və 746-4-cü maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla), habelə borcverənin istehlakçıya
məlumat verməsinə görə (bu Məcəllənin 746-2.2.17-ci
maddəsinin tələbləri nəzərə alınmaqla) haqq
alına bilməz.
746-5.2.
İstehlak krediti müqaviləsində ödənişlərin
gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri)
nəzərdə tutulduqda, həmin faizlərin məbləği
istehlak krediti müqaviləsində nəzərdə tutulan illik
faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə
hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə
dəbbə pulu (cərimə, penya), komissiya və ya digər
formada hər hansı ödəniş tələb edilə bilməz.
Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox
davam edə bilməz. Əgər borcverənə dəyən
zərər gecikdirilmə faizlərinin məbləğindən
çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən
çox olan hissədə zərərin əvəzini ödəməyi
tələb edə bilər.
746-5.3.
Bu Məcəllənin 742.5.3-cü maddəsi istehlak krediti öhdəliyinin
icrasının təminatının itirilməsi və yaxud dəyərinin
azalması hallarına yalnız bu şərtlə tətbiq edilir
ki, istehlakçı borcverən tərəfindən tələb
irəli sürüldükdən sonra iki ay ərzində təminatı
əvəz etməmiş və ya əlavə təminat təqdim
etməmiş olsun.
746-5.4.
İstehlak krediti müqaviləsinin bütün ziddiyyətləri
və qeyri-müəyyənlikləri istehlakçının
xeyrinə şərh edilməlidir.
746-5.5.
İstehlak krediti müqaviləsində göstərilməyən
hər hansı xərclər və digər ödənişlər
istehlakçıdan tələb edilə bilməz.
746-5.6.
Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini
birtərəfli qaydada dəyişdirə bilməsi barədə
kredit müqaviləsinin müddəası etibarsızdır. Bu
tələb istehlakçının vəziyyətini yaxşılaşdıran,
o cümlədən borc yükünü yüngülləşdirən
hallara şamil edilmir.
Maddə 746-6. Əlaqəli kredit müqaviləsi
746-6.1.
Müəyyən malların alqı-satqısı və ya xidmətlərin
göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi
üçün bağlanan və həmin müqavilə ilə
iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli
kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı
hallardan birinin mövcudluğu ilə şərtləndirilir:
746-6.1.1.
kredit müqaviləsinin hazırlanması və bağlanması
ilə əlaqədar olaraq borcverən satıcının (xidmət
göstərənin) xidmətlərindən istifadə edir;
746-6.1.2.
müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi)
kredit müqaviləsində aşkar göstərilir.
746-6.2.
Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar
istehlakçıya verilmədikdə (xidmətlər göstərilmədikdə),
qismən verildikdə (xidmətlər qismən göstərildikdə),
yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun
olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən
yaranan öhdəliklərinin icrasını dayandırmaq və
ödənişlərin geri qaytarılmasını borcverəndən
tələb etmək hüququ vardır.
746-6.3.
İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində
göstərilən hüquqlarını yalnız aşağıdakı
hallarda həyata keçirə bilər:
746-6.3.1.
istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin
şərtlərinin yerinə yetirilməsinə dair satıcıya
(xidmət göstərənə) müraciət etmişdir və
bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq
alqı-satqı (xidmət) müqaviləsinin şərtləri
yerinə yetirilməmişdir;
746-6.3.2.
alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə
olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə
ki, istehlakçı borcverənə malların lazımi keyfiyyətdə
olmaması barədə müraciət etmişdir;
746-6.3.3.
alqı-satqı (xidmət) müqaviləsinə satıcı
(xidmət göstərən) tərəfindən malların verilməməsi
(xidmətlərin göstərilməməsi) səbəbindən
xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv
edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında
aldıqlarını qaytarmışdır.
746-6.4.
İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində
göstərilən halların baş verməsi ilə bağlı
borcverənə müraciət etdikdə, borcverən 10 (on) iş
günü ərzində istehlakçıya ödənişləri
geri qaytarır və satıcıdan (xidmət göstərəndən)
istehlakçıya geri qaytarılmış ödənişləri
və digər xərcləri tələb etmək hüququnu əldə
edir.
746-6.5.
Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin
göstərilməsi üzrə müddəalar işlərin
görülməsi üzrə münasibətlərə də
şamil edilir.
38-ci fəsil.
Lizinq
*
(38-ci fəslin Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə ləğv edilməsi
2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
Maddə 747. Lizinq müqaviləsi
747.1. Lizinq müqaviləsinə
görə lizinq verən müəyyən əşyanı müqavilə
ilə şərtləşdirilmiş müəyyən haqla,
müəyyən müddətə və digər şərtlərlə
(lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də
daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur.
Lizinq alan müəyyənləşdirilmiş dövriliklə
muzd ödəməyə borcludur.[503] KMQ11
747.2. Lizinq verən
müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa
və ya əldə etməyə borcludur.
747.3. Lizinq müqaviləsinə
görə, lizinq alana müqavilə müddəti qurtardıqdan
sonra lizinq predmetini əldə etmək və ya kirayələmək
vəzifəsi həvalə edilə bilər və ya belə hüquq
verilə bilər, bu şərtlə ki, müqavilə öz
predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər
hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə
alınmalıdır. Əgər müqavilədə müvafiq
müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə
ixtiyarı çatır.
Maddə 747-1. Lizinq müqaviləsinin
subyektləri[504]
747-1.1. Lizinq müqaviləsinin
subyektləri lizinq verən, lizinq alan və satıcıdır
(mal verəndir).
747-1.2. Lizinq verən
lizinq müqaviləsinə əsasən cəlb edilmiş və
ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə
etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti
kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə
və şərtlərlə (mülkiyyət hüququnun lizinq
alana keçməsi və ya keçməməsi şərti
də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə
verən hüquqi və ya fiziki şəxsdir.
747-1.3. Lizinq alan
lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən
haqla, müəyyən müddətə və şərtlərlə
müvəqqəti sahibliyə və istifadəyə qəbul
edən hüquqi və ya fiziki şəxsdir. KMQ11
747-1.4. Satıcı
(mal verən) alqı-satqı müqaviləsinə əsasən
lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
747-1.5. Bu Məcəllə
ilə müəyyənləşdirilmiş qaydada və hallarda
Azərbaycan Respublikasının istənilən rezidenti və
qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər.
Maddə 747-2. Lizinqin obyekti[505] KMQ11
Lizinqin obyekti Azərbaycan
Respublikasının qanunlarına əsasən sərbəst mülki
dövriyyədən çıxarılmış və ya mülki
dövriyyəsi məhdudlaşdırılmış əşyalar
istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş
təsnifat üzrə əsas vəsaitə aid olan daşınar
və ya daşınmaz əşyalardır.
Maddə 747-3. Lizinqin formaları[506]
747-3.1. Lizinqin bu
Məcəllə ilə tənzimlənən əsas formalarına
daxili və beynəlxalq lizinq aiddir.
747-3.2. Daxili lizinq
həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan
Respublikasının rezidentləridir.
747-3.3. Beynəlxalq
lizinq həyata keçirildikdə lizinq verən, yaxud lizinq alan
(və ya onların hər ikisi) Azərbaycan Respublikasının
qeyri-rezidentləridir.
Maddə 747-4. Sublizinq[507]
747-4.1. Sublizinq-
sublizinq müqaviləsi ilə rəsmiləşdirilir.
747-4.2. Sublizinq zamanı,
əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə
alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi
üzrə lizinq alan üçüncü şəxslərə
(sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə
və sublizinq müqaviləsinin şərtlərinə uyğun
müddətə sahibliyə və istifadəyə verir.
747-4.3. Əşya
sublizinqə verildikdə satıcıya qarşı tələb
hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir.
747-4.4. Lizinq obyektinin
sublizinqə verilməsi zamanı hökmən lizinq verənin
yazılı razılığı olmalıdır.
Maddə 747-5. Lizinq əməliyyatlarının
hüquqi forması[508]
747-5.1. Lizinq əməliyyatlarının
hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış
lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında
bağlanılmış alqı-satqı müqaviləsidir, ya
da həmin şəxslər arasında bu Məcəllənin
747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər
maddələrinə müvafiq surətdə bağlanılmış
üçtərəfli müqavilədir.[509]
747-5.2. Lizinqlə
əlaqədar bağlanılan alqı-satqı müqaviləsində,
bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə
yanaşı, aşağıdakılar da göstərilməlidir:
747-5.2.1. Lizinq obyekti
lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək
üçün əldə edilir;
747-5.2.2. Lizinq müqaviləsində
ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq
obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan
alqı-satqı müqaviləsindən irəli gələn alıcı
hüquqlarına malikdir.
Maddə 748. Lizinq müqaviləsinin
forması[510]
748.1. Lizinq müqaviləsi
yazılı formada bağlanılır.
748.2. Lizinq müqaviləsində
aşağıdakılar göstərilməlidir:
748.2.1. lizinq müqaviləsinin
adında lizinqin forması;
748.2.2. lizinq obyektinin
dəqiq təsviri;
748.2.3. lizinq obyekti
üzrə verilən hüquqların həcmi;
748.2.4. lizinq obyektinin
verilmə yeri və qaydası;
748.2.5. lizinq müqaviləsinin
müddəti;
748.2.6. lizinq obyektinin
balans uçotunun qaydası;
748.2.7. lizinq obyektinin
saxlanması və təmiri qaydası;
748.2.8. lizinq müqaviləsi
əsasında lizinqverənin göstərəcəyi əlavə
xidmətlərin siyahısı;
748.2.9. lizinq ödənişinin
ümumi məbləği və lizinqverənin mükafatının
məbləği;
748.2.10. hesablaşma
qaydasını əks etdirən lizinq ödənişlərinin
qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə
lizinq ödənişlərinin hesablanması qaydası;
748.2.11. əgər
müqavilə ilə ayrı hal nəzərdə tutulmayıbsa,
tərəflərin lizinq obyektini lizinq müqaviləsi ilə
bağlı risklərdən sığorta etməsi vəzifələri.
748.3. Lizinq müqaviləsində
tərəflərin öhdəliklərinin mübahisəsiz və
aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə
səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər
arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi
proseduru hökmən qeyd olunmalıdır.
748.4. Lizinq müqaviləsində
lizinq alanın lizinq müqaviləsinin şərtlərini saxlamaq
və ya dəyişməklə lizinq müqaviləsinin müddətini
uzatmaq hüququ nəzərdə tutula bilər.
Maddə 748-1. Lizinq müqaviləsi
iştirakçılarının hüquq və vəzifələri[511]
748-1.1. Lizinq verən
lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin
şərtlərinə və həmin əmlakın təyinatına
uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
748-1.2. Lizinq alan
əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq
aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli
və çatışmazlıqları aradan qaldırmaq məqsədilə
bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında
tələb irəli sürmək üçün lizinq verənə
məlumat verməlidir.
748-1.3. Lizinq alan
bilavasitə lizinq obyektinin satıcısı qarşısında
bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri
barədə və satıcı ilə lizinq verənin arasında
alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan
digər tələbləri irəli sürə bilər.
748-1.4. Lizinq verən
müvəqqəti sahibliyə və istifadəyə verilən
lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş
və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq
alanın lizinq obyektini nəzərdə keçirərkən
və ya lizinq müqaviləsinin bağlanması zamanı onun
sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar
üçün məsuliyyət daşımır.
748-1.5. Lizinq müqaviləsi
qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq
lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan)
lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə
yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi
təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı
vurulmuş zərərin, əgər bu hazırlıq üçün
bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq
olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə
yolu ilə tələb etmək hüququ vardır.
748-1.6. Lizinq obyektinə
təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində
nəzərdə tutulubsa, satıcı tərəfindən həyata
keçirilir.
748-1.7. Lizinq alan,
lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini
öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın
əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə
ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən
aparılır.
748-1.8. Lizinq müqaviləsinə
xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə
(amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən
köhnəlmə nəzərə alınmaqla, lizinq verənə
ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
748-1.9. Lizinq alan
lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa,
lizinq verənin gecikmə vaxtı üçün ödəniş
tələb etmək hüququ vardır.
748-1.10. Əgər
lizinq alan lizinq verənin yazılı razılığı ilə
lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa
və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə,
lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq
müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa,
bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini
tələb etmək hüququna malikdir.
748-1.11. Əgər
lizinq alan lizinq verənin yazılı razılığı olmadan
lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa
və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə,
lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların
dəyərinin ona ödənilməsini tələb etmək hüququna
malik deyildir.
748-1.12. Lizinq verənin
aşağıdakı hallarda pul məbləğlərini və
lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini
vaxtından əvvəl ləğv etmək hüququ vardır:
748-1.12.1. lizinq alanın
lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin
şərtlərinə və ya lizinq obyektinin təyinatına
uyğun deyilsə;
748-1.12.2. lizinq alan
lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;
748-1.12.3. lizinq alan
lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak
keyfiyyətlərini pisləşdirirsə;
748-1.12.4. lizinq alan
lizinq obyektindən istifadə üçün haqqı müqavilə
ilə nəzərdə tutulan ödəniş müddətləri
üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
748-1.13. Lizinq müqaviləsi
iştirakçılarının digər hüquq və vəzifələri
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.
Maddə 748-2. Lizinq zamanı mülkiyyət
münasibətləri
748-2.1. Lizinq alana
müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş
lizinq obyekti lizinq verənin mülkiyyətidir.
748-2.2. Lizinq müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə
sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə
keçir.
748-2.3. Lizinq verən
bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində
nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın
sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.
748-2.4. Lizinq alanın
həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları,
əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun mülkiyyətidir.
748-2.5. Maliyyə
lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər
maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi
şərti ilə müqavilə müddəti başa çatmazdan
əvvəl lizinq alana keçir.
Maddə 748-3. Lizinq obyektinin uçotu
Maliyyə lizinqi
əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin
qarşılıqlı razılığı əsasında lizinq
verənin və ya lizinq alanın balansında uçota alınmalıdır.
Maddə 748-4. Lizinq obyektinin üçüncü
şəxslərə güzəşti və girov qoyulması
748-4.1. Lizinq verən
lizinq müqaviləsi üzrə öz hüquqlarını üçüncü
şəxsə tam və ya qismən güzəşt edə bilər.
748-4.2. Lizinq verən
pul vəsaitinin cəlb edilməsi məqsədilə girov kimi
lizinq müqaviləsinin şərtləri üzrə alınacaq
lizinqin obyektini istifadə edə bilər.
Maddə 748-5. Lizinq müqaviləsinin
obyekti olan əmlakın qeydiyyatı
Lizinq müqaviləsinin
obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə
tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi
aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət qeydiyyatına alınmalıdır.
Maddə 748-6. Lizinq obyektinin və
sahibkarlıq (maliyyə) risklərinin sığortası
748-6.1. Lizinq müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı
lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti
başa çatanadək lizinq obyektini itirilmə (məhv olma),
çatışmazlıq və ya zədələnmə risklərindən
sığortalamalıdır.
748-6.2. Sahibkarlıq
(maliyyə) risklərinin sığortası lizinq müqaviləsi
tərəflərinin razılığı ilə həyata keçirilə
bilər.
748-6.3. Sığorta
edənin öhdəliklərini yerinə yetirən və qazanc
götürən tərəflər, həmçinin sığortanın
müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir.
748.6.4. Lizinq alan,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən
hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin
həyatına, sağlamlığına və ya əmlakına
dəyən ziyan nəticəsində yaranan öhdəliklərin
yerinə yetirilməsinə görə öz məsuliyyətini
sığortalamalıdır.
748-6.5. Lizinq alanın
lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyətinin
riskini lizinq verənin xeyrinə sığortalamaq hüququ vardır.
Maddə 748-7. Lizinq müqaviləsinin
tərəfləri arasında risklərin bölüşdürülməsi
748-7.1. Lizinq obyekti
olan əmlakın zərərin bütün növlərindən
qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi,
korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması,
quraşdırılması və ya istifadəsi zamanı buraxılan
səhvlərdən və istismarı zamanı yol verilən risklərdən
qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi
ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin
faktiki qəbulu anından lizinq alan daşıyır.
748-7.2. Satıcının
müflisləşməsi ilə bağlı riskin məsuliyyətini,
əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcını seçən tərəf daşıyır.
748-7.3. Lizinq obyektinin
lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə
uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini,
lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa,
lizinq obyektini seçən tərəf daşıyır.
Maddə 748-8. Üçüncü
şəxslərin iddiasının lizinqin obyektinə yönəldilməsi
748-8.1. Lizinq alanın
öhdəliklərinə görə üçüncü şəxslərin
iddiası lizinqin predmetinə yönəldilə bilməz.
748-8.2. Lizinq verənin
əmlakına yönəldilmiş üçüncü şəxslərin
iddiası lizinq verənin yalnız bu mülkiyyət hüququnun
obyektinə lizinq obyektinə münasibətdə aid edilə bilər.
İddianın təmin edilməsi nəticəsində lizinq verənin
hüquqlarını əldə edənə lizinq verənin lizinq
müqaviləsində müəyyənləşdirilmiş həm
hüquqları, həm də öhdəlikləri məcburi qaydada
keçir.
Maddə 748-9. Lizinqin obyektinin itirilməsi
zamanı lizinq alanın vəzifələri
Əgər lizinq
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi
və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq
alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən
azad etmir.
Maddə 748-10. Lizinq ödənişləri
748-10.1. Lizinq müqaviləsinin
qüvvədə olduğu müddət ərzində həmin
müqavilə üzrə ödənişlərin ümumi məbləği
lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri
lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən
istifadəyə görə onun tərəfindən lizinq verənin
xeyrinə həyata keçirilən ödənişlərdir.
748-10.2. Lizinq ödənişlərinin
məbləği həyata keçirilməsi üsulu, forması
və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin
müddəaları nəzərə alınmaqla həyata keçirilir.
748-10.3. Əgər
lizinq alan və lizinq verən arasında lizinq ödənişləri
ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə
istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə
məhsulun qiyməti tərəflərin razılığı
ilə müəyyənləşdirilir və lizinq müqaviləsində
qeyd edilir.
748-10.4. Lizinq alanın
lizinq ödənişlərinin verilməsi ilə bağlı
öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda
nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən
istifadəyə başladığı vaxtdan qüvvəyə
minir.
748-10.5. Lizinq müqaviləsində
lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə
başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək
möhlət verilməsi nəzərdə tutula bilər.
748-10.6. Lizinq ödənişləri
bilavasitə lizinq verənin hesabına köçürülür.
Maddə 748-11. Lizinq ödənişlərinin
ümumi məbləği
748-11.1. Lizinq ödənişlərinin
ümumi məbləğinə aşağıdakılar daxildir:
748-11.1.1. lizinq obyektinin
amortizasiya ödənişləri;
748-11.1.2. lizinq obyektinin
əldə edilməsi ilə bağlı zəruri xərclər;
748-11.1.3. lizinq obyektini
əldə etmək üçün alınan kreditə görə
faiz;
748-11.1.4. lizinq verənin
mükafatının məbləği;
748-11.1.5. lizinq obyekti
lizinq verən tərəfindən sığorta edilmişdirsə,
sığorta üçün ödənilən məbləğ;
748-11.1.6. lizinq verənin
əlavə xidmətlərinin haqqı;
748-11.1.7. lizinq verənin
lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər
xərcləri.
748-11.2. Lizinq ödənişlərinin
tərkibinə daxil edilən məbləğlər lizinq verən
tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
Maddə 748-12. Lizinq müqaviləsini
yoxlamaq hüququ
748-12.1. Lizinq müqaviləsində
müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə
lizinq alan tərəfindən əməl edilməsinə lizinq
verənin nəzarət etmək hüququ vardır.
748-12.2. Yoxlamanın
məqsədləri və qaydası lizinq müqaviləsində
nəzərdə tutulur.
748-12.3. Lizinq alan
lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri
və lizinqin obyekti ilə maneəsiz tanış olması və
onlara baxış keçirilməsi imkanını təmin etməlidir.
Maddə 748-13. Lizinq verənin maliyyə
nəzarəti hüququ
748-13.1. Lizinq verən
lizinq alanın lizinq müqaviləsi üzrə lizinq obyektinə
aid öhdəliklərini yerinə yetirməsi hissəsində
onun fəaliyyətinə maliyyə nəzarətini həyata keçirmək
hüququna malikdir.
748-13.2. Maliyyə
nəzarətinin məqsədləri və qaydası lizinq müqaviləsi
ilə nəzərdə tutulur.
748-13.3. Lizinq verənin
maliyyə nəzarətini həyata keçirməyə lazım
olan məlumatı almaq üçün lizinq alana yazılı
sorğu göndərmək hüququ vardır, lizinq alan isə
bu sorğulara cavab verməyə borcludur.
748-13.4. Lizinq alan
lizinq ödənişləri üzrə öhdəliklərini
yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə
və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş
və öhdəliklərin təmin edilməsinə yönəldilmiş
hərəkətləri həyata keçirmək hüququ vardır.
Maddə 749. Lizinq verənin məsuliyyəti
749.1. Kirayə müqaviləsinin
qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi
gecikdirməyə və ya göndərməməyə, habelə
qüsurlu əmlak göndərməyə görə lizinq alan
qarşısında məsuliyyət daşıyır.
749.2. Tərəflər
razılığa gələ bilərlər ki, lizinq alan lizinq
verənə qarşı pretenziyalar irəli sürməzdən
əvvəl tələbin əmlakı göndərən tərəfindən
yerinə yetirilməsini tələb etməlidir.
Maddə 750. Lizinq alanın məsuliyyəti
Lizinq alanın təqsiri
üzündən müqaviləyə vaxtından əvvəl
xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə
aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər
müəyyənləşdirilərkən lizinq əmlakının
qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı
və qənaət edilmiş digər xərclər nəzərə
alınır.
Maddə 751. Lizinqə tətbiq
edilən digər qaydalar
Lizinq barəsində
əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci
maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
39-cu fəsil.
Podrat
Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə
görə podratçı müqavilədə nəzərdə
tutulan işi icra etməyi, sifarişçi isə podratçıya
razılaşdırılmış muzd ödəməyi öhdəsinə
götürür.
752.2. Əgər
podratda hər hansı məmulatın hazırlanması nəzərdə
tutularsa və podratçı onu özünün əldə
etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata
mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz
edilən əşya hazırlanmışdırsa, alğı-satqı
qaydaları tətbiq edilir.
752.3. Podratla bağlı
smetanın tərtibi, əgər razılaşmada ayrı qayda
müəyyənləşdirilməyibsə, ödənilmir.
Maddə 753. Muzd barəsində
razılaşma
753.1. Sifarişçi
podratçıya şərtləşdirilmiş muzd ödəməyə
borcludur. Əgər həmin şəraitdə podratın yalnız
muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə
hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.
Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə,
adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş
muzd ödənildikdə, podratçının müqavilə
üzrə razılaşdırılmış iş həcminə
daxil olan bütün işləri ödənilmiş sayılır.
753.2. Əgər
müqavilədə nəzərdə tutulan iş həcminin yerinə
yetirilməsi üçün muzdun əsasları müqavilə
bağlandıqdan sonra sifarişçinin sərəncamları
əsasında dəyişmişdirsə, onda dəyərin artması
və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
753.3. Əgər
sifarişçi müqavilədə nəzərdə tutulmayan
əlavə işlərin görülməsini tələb edirsə,
podratçının həmin işləri yerinə yetirməyə
görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi
əlavə işlərin yalnız ayrıca muzd müqabilində
yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı
ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan
əvvəl məlumat verməlidir.
753.4. Müqavilədə
nəzərdə tutulmayan və sifarişçi tərəfindən
yerinə yetirilməsi tələb edilməyən işlər
ödənilmir. Tələb edildikdə podratçı belə
işlərin nəticələrini aradan qaldırmalıdır.
Əgər o bunu ağlabatan müddət ərzində etməzsə,
sifarişçi onları podratçının hesabına aradan
qaldıra bilər. Bundan başqa, podratçı bütün
digər zərər üçün sifarişçi qarşısında
məsuliyyət daşıyır.
Maddə 754. Təqribi smetadan kənaraçıxmanın
nəticələri
754.1. Əgər
podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə
kənara çıxarsa, yalnız razılaşdırılmış
muzdun verilməsini tələb edə bilər, amma artıq xərci
qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı
hallar istisna təşkil edir.
754.2. Müqavilə
bağlanarkən nəzərdə tutulması mümkün olmayan
təqribi smetadan bu cür kənaraçıxma barəsində
podratçı ləngimədən sifarişçiyə məlumat
verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma
nəticəsində müqaviləyə xitam verərsə, icra
olunmuş işi təqribi smeta üzrə ödəməyə
borcludur.
Maddə 755. İşi şəxsən
yerinə yetirmək vəzifəsi
Podratçı
işi şəxsən yerinə yetirməyə yalnız bunun
müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən
irəli gəldiyi hallarda borcludur.
Maddə 756. Sifarişçinin
zərərin əvəzini ödəmək vəzifəsi
756.1. Əgər
sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə,
podratçı yerinə yetirilməmiş işin haqqını
və zərərin əvəzinin ödənilməsini tələb
edə bilər. Sifarişçi işin yerinə yetirilməsi
üçün zəruri hərəkətləri icra etmədiyi
halda da zərərin əvəzini ödəməyə borcludur.[512]
756.2. Zərərin
əvəzinin ödənilməsi miqdarı bir tərəfdən
gecikdirmənin müddətindən və muzdun miqdarından asılı
olaraq, digər tərəfdən isə, əgər sifarişçi
müddəti pozmasaydı, podratçının öz iş
qüvvəsindən başqa şəkildə istifadə etməsi
nəticəsində ala biləcəyindən asılı olaraq
müəyyənləşdirilir.
Maddə 757. Podratçının
hazırladığı daşınar əşyaya girov hüququ
Əgər podratçının
hazırladığı və ya təmir etdiyi sifarişçiyə
məxsus daşınar əşya hazırlanma və ya təmir
məqsədilə onun sahibliyindədirsə, podratçı
öz tələblərinin təminatı üçün həmin
əşyaya girov hüququndan istifadə edə bilər.[513]
Maddə 758. Tikinti aparılan torpaq
sahəsinə ipoteka hüququ
Əgər müqavilənin
predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə,
podratçı müqavilədən irəli gələn tələblərinə
əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə
məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər.[514]
Maddə 759. Podrat müqaviləsinin
ləğvi
759.1. Sifarişçi
işlər qurtaranadək istənilən vaxt müqavilədən
imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş
işin haqqını verməli və müqavilənin ləğvi
ilə vurulan zərərin əvəzini ödəməlidir.
759.2. Əgər
sifarişçi tərəfindən müqaviləyə bilavasitə
podratçının hərəkətləri (hərəkətsizliyi)
nəticəsində baş verən və ya həmin hərəkətlərlə
bağlı olan səbəbə görə xitam verilərsə,
podratçı yalnız yerinə yetirilmiş işin haqqını
tələb edə bilər, bu şərtlə ki, sifarişçinin
həmin işlərə hansısa marağı olsun.[515]
Maddə 760. Müqaviləyə
podratçının təşəbbüsü ilə xitam verilməsi
760.1. Əgər podratçı
tərəfindən müqaviləyə bilavasitə sifarişçinin
hərəkətləri nəticəsində baş verməyən
və ya həmin hərəkətlərlə bağlı olmayan
səbəbə görə xitam verilirsə, podratçı
işlər qurtaranadək müqaviləyə elə tərzdə
xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə
və bərabər və ya daha əlverişli şərtlərlə
ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin
haqqının ödənilməsini tələb edə bilər,
bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş
işlərə hansısa marağı olsun.
760.2. Əgər podratçı
tərəfindən müqaviləyə bilavasitə sifarişçinin
hərəkətləri (hərəkətsizliyi) nəticəsində
baş verən və ya həmin hərəkətlərlə
bağlı olan səbəbə görə xitam verilirsə,
podratçı yerinə yetirilmiş işin haqqını və
müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.[516]
Maddə 761. Podratçının muzdun
bir hissəsini tələb etmək hüququ – çıxarılmışdır.[517]
Maddə 762. Podratın nəticələrini
qüsursuz icra etmək vəzifəsi
762.1. Podratçı
sifarişçi üçün podratı elə icra etməlidir
ki, podratın nəticəsi qüsurlardan, üçüncü
şəxslərin hüquqlarından və ya iddialarından azad
olsun.
762.2. Podratın
nəticəsi şərtləşdirilmiş keyfiyyətə
uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət
şərtləşdirilmədikdə podratın nəticəsi
müqaviləyə uyğun istifadə və ya adi istifadə
üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
762.3. Podratçının
sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini
təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə
yetirməməsi, əgər bunu icra əvəzinə qəbul
etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara
bərabər tutulur.
762.4. Əgər
üçüncü şəxslər sifarişçiyə
qarşı heç bir hüquq irəli sürə bilmirlərsə,
podratın nəticəsi üçüncü şəxslərin
hüquqlarından və iddialarından azad sayılır.
Maddə 763. Qüsurlar olduqda əlavə
icra tələbi
763.1. Əgər
məmulatın qüsuru vardırsa, sifarişçi əlavə
icra tələb edə bilər. Podratçı öz seçimi
ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat
hazırlaya bilər.
763.2. Əlavə
icra məqsədi ilə podratçı iş və materiallar
üçün əlavə xərcləri, o cümlədən
nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə
icra tənasübsüz xərclər tələb edirsə, podratçı
həmin icradan imtina edə bilər.
763.3. Əgər
podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən
qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
Maddə 764. Məmulatın qüsurunun
sifarişçi tərəfindən düzəldilməsi
764.1. Əgər
podratçı xərclərin tənasübsüzlüyünə
baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə
icra üçün müəyyənləşdirilmiş müddət
nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü
aradan qaldırıb çəkdiyi xərclərin əvəzini
ödəməyi tələb edə bilər.
764.2. Sifarişçi
podratçıdan qüsurun aradan qaldırılması üçün
zəruri xərclər hesabına avans tələb edə bilər.
Maddə 765. Məmulatın qüsuru
nəticəsində podrat müqaviləsindən imtina
Məmulatın
qüsuru nəticəsində, əgər müqavilənin əlavə
icrası üçün müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan
qaldırılmazsa, sifarişçi müqavilədən imtina
edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı
xərclərin əvəzini sifarişçiyə ödəməyə
borcludur.[518]
Maddə 766. Məmulatın qüsuru
nəticəsində muzdun azaldılması
Sifarişçi
müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra əlavə icranı qəbul
etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə
muzdun miqdarını qüsur məmulatın dəyərini nə
qədər azaldırsa, o qədər azalda bilər.
Maddə 767. İşin podratçının
materialları ilə icra edilməsi
767.1. Əgər
podratçı işi öz materialları ilə icra edirsə,
keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır.
767.2. Podratçı
sifarişçinin materiallarından yanlış istifadə üçün
məsuliyyət daşıyır. Podratçı materialların
işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə
və qalan materialı ona qaytarmağa borcludur.
Maddə 768. Podratçının
sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi
768.1. Podratçı
aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar
etməyə borcludur:
768.1.1. sifarişçidən
alınmış material keyfiyyətsiz və yararsız olduqda;
768.1.2. sifarişçinin
göstərişinin icra ediləcəyi təqdirdə məmulatın
davamsız və ya yararsız olacağı halda;
768.1.3. podratçıdan
asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı
üçün təhlükə törədən hər hansı
başqa hallar olduqda.
768.2. Əgər
podratçının vaxtında etdiyi xəbərdarlığa
baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız
və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin
yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi
dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına
və möhkəmliyinə zərər vura bilən digər halları
aradan qaldırmazsa, podratçı müqavilədən imtina
edə bilər və bununla vurulan zərərin əvəzini
ödəməyi tələb edə bilər.
Maddə 769. Yerinə yetirilmiş
iş üçün muzd ödənilməsi
Əgər müqavilədə
muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa,
sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən
sonra ödəməlidir.
Maddə 770. Yerinə yetirilmiş
işin qəbul edilməsi
Əgər müqaviləyə
görə və ya işin xarakterinə əsasən iş qəbul
edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi
qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi
muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının
müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə,
iş qəbul edilmiş sayılır.
Maddə 770-1. Tikintisi başa çatmayan
binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu payların özgəninkiləşdirilməsi
zamanı yaranan podrat münasibətlərində alış qiymətinin
(muzd) ödənilməsi[519]
770-1.1. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində tərkib hissələrin bağlı olduğu
payların özgəninkiləşdirilməsi zamanı yaranan
podrat münasibətlərində alış qiymətinin (muzdun)
ödənilməsi yalnız aşağıdakı şərtlər
mövcud olduqda tələb edilə bilər:
770-1.1.1. bu Məcəllənin 144-1.4-cü maddəsində
nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə;
770-1.1.2. daşınmaz əmlakın dövlət reyestrində
binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylar barədə əldə edənin xeyrinə
təminat qeydi aparılmışdırsa.
770-1.2. Bu Məcəllənin 770-1.1-ci maddəsində
müəyyən edilən şərtlər tikintisi başa çatmayan
binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun
keçməsi barədə satıcı qismində çıxış
edən podratçının öhdəlik götürdüyü
hallara da şamil edilir.
770-1.3. Bu Məcəllənin 770-1.1-ci və 770-1.2-ci maddələrində
nəzərdə tutulan müqavilələrdə ayrı mərhələ
və hissələr nəzərdə tutulmayıbsa, alış
qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri
üzrə hissələrlə aşağıda göstərilən
faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:
770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından
sonra - müqavilə məbləğinin 30 faizi;
770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü
hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;
770-1.3.3. dam səthlərinin və navalçaların
(novların) qurulması işləri başa çatdıqdan
sonra - müqavilə məbləğinin 8 faizi;
770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması
başa çatdıqdan sonra - müqavilə məbləğinin
3 faizi;
770-1.3.5. su xətlərinin çəkilməsi başa
çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa
çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
770-1.3.7. pəncərələrin quraşdırılması
(şüşələrin taxılması da daxil olmaqla) başa
çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
770-1.3.8. daxili suvaq (malalama) işləri başa çatdıqdan
sonra - müqavilə məbləğinin 6 faizi;
770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada
birdən artıq tərkib hissəyə xidmət edən sahələrin
döşəmələri hazır olduqdan sonra - müqavilə
məbləğinin 3 faizi;
770-1.3.10. fasad işləri başa çatdıqdan sonra
- müqavilə məbləğinin 10 faizi;
770-1.3.11. su anbarı da daxil olmaqla, binaya xidmət edən
və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa
çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;
770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına
icazə verildikdən sonra – müqavilə məbləğinin
5 faizi.
770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində tərkib hissələrin bağlı olduğu
payların alqı-satqı müqavilələrinə bu Məcəllənin
daşınmaz əşyaların alqı-satqısı haqqında
müddəaları müvafiq surətdə tətbiq edilir.
Maddə 771. Sifarişçinin
əmlakının məhv olması üçün podratçının
məsuliyyəti
Podratçı
sifarişçinin əmlakı barəsində diqqətsizlik
üzündən həmin əmlakın məhv olması və
ya zədələnməsi üçün məsuliyyət daşıyır.
Maddə 772. Podratçının
riski
772.1. Görülmüş
işin təsadüfən məhv olması və ya zədələnməsi
riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının
üzərinə düşür. İcranın sifarişçiyə
verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və
ya zədələnmə riski də ona keçir. Sifarişçinin
icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə
bərabər tutulur.
772.2. Materialın
təsadüfən məhv olması və ya zədələnməsi
riski materialı vermiş tərəfin üzərinə düşür.
Maddə 773. Qüsurlu məmulatın
qəbul edilməsinin nəticələri
Əgər sifarişçi
məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli
sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı
tələb hüququ əmələ gəlmir.
Maddə 774. Qarantiya müddəti
Əgər podratçı
məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə,
qarantiyanın qüvvədə olduğu müddətdə aşkar
edilən qüsur müvafiq hüquqlar doğurur.
Maddə 775. Podratçının
əşyanın qüsurunu bilərəkdən gizlətməsinin
nəticələri
Əgər podratçı
qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin
məmulatın qüsuru ilə bağlı hüquqlarını
istisna edən və ya məhdudlaşdıran razılaşmaya
istinad edə bilməz.
Maddə 776. Podrat müqaviləsi
üzrə iddia müddəti
776.1. Sifarişçi
icranın qüsuru barəsində tələbi işin qəbul
edildiyi gündən bir il ərzində, binaya aid tələbi
isə beş il ərzində irəli sürə bilər.
776.2. Əgər
müqaviləyə əsasən iş hissə-hissə qəbul
edilmişdirsə, qüsur barəsində tələb müddətinin
axımı işin tam qəbul olunduğu gündən başlanır.
40-cı fəsil.
Tapşırıq
Maddə 777. Tapşırıq müqaviləsi
777.1. Tapşırıq
müqaviləsinə görə, tapşırığı həyata
keçirməyi öhdəsinə götürən şəxs
(vəkalət alan) başqa şəxsin (vəkalət verənin)
ona tapşırdığı əqdləri, işləri və
ya digər xidmətləri konkret nəticə əldə olunmasına
təminat vermədən icra etməyi öhdəsinə götürür.
777.2. Tapşırıq
müqaviləsi həm şifahi, həm də yazılı formada
bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı
qəbul etməsindən sonra qüvvəyə minir.
777.3. Çıxarılmışdır.[520]
777.4. Bu Məcəlləyə
uyğun olaraq müqavilələrin hər hansı növünə
aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə
tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız
subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq
edilir.
Maddə 778. Tapşırığın
məzmunu
778.1. Vəkalət
alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət
verənin haqlı mənafelərini müdafiə etməlidir.
778.2. Tapşırığın
məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin
və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir.
Məsələn, tapşırıqda onun icrasına aid hüquqi
hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti
göstərilməlidir. Üçüncü şəxslər
üçün nümayəndəliyə aid müddəalar
qüvvədə olur.
778.3. Əgər
vəkalət verən tapşırılmış əqdin icrası
üçün hansısa göstərişlər vermişdirsə,
vəkalət alan bu göstərişlərdən yalnız o
halda kənara çıxa bilər ki, işin hallarına görə
buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət
verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan
bu cür kənaraçıxmaya icazə verə biləcəyini
ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür
əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına
onun göstərişlərindən kənara çıxmışdırsa,
o, vurulmuş zərərin əvəzini ödəməlidir.[521]
Maddə 779. Vəkalət alanın
məsuliyyəti
779.1. Vəkalət
alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq
üzündən kifayət qədər vicdanla icra etməməsi
nəticəsində vəkalət verənə dəyən zərər
üçün məsuliyyət daşıyır. Əvəzsiz
tapşırıq müqaviləsi üzrə vəkalət alan
tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq
üzündən kifayət qədər vicdanla icra etməməsi
nəticəsində vəkalət verənə dəyən zərər
üçün məsuliyyət daşıyır.[522]
779.2. Vəkalət
alanın məsuliyyət daşıdığı vicdanlılıq
dərəcəsi aşağıdakılar nəzərə alınmaqla
tapşırığın növü ilə müəyyənləşdirilir:
779.2.1. peşə
fəaliyyəti ilə bağlı risk və tapşırığın
həyata keçirilməsi üçün zəruri olan xüsusi
biliklər;
779.2.2. vəkalət
verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın
qabiliyyəti və keyfiyyətləri.
Maddə 780. Vəkalət alanın
şəxsi öhdəlikləri. Üçüncü şəxslər
üçün məsuliyyət
780.1. Vəkalət
alan tapşırığı aşağıdakı hallar istisna
olmaqla şəxsən özü icra etməlidir:
780.1.1. vəkalət
verən onu icranı üçüncü şəxslərə
verməyə vəkil etdikdə;
780.1.2. tapşırığın
icrasının üçüncü şəxslərə verilməsi
şəraitdən irəli gəldikdə;
780.1.3. icranın
bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə
uyğun gəldikdə.
780.2. Əgər
vəkalət alan əqdin icrasını və ya xidmətlərin
göstərilməsini buna ixtiyarı çatmadan üçüncü
şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri
üçün o öz hərəkətləri kimi məsuliyyət
daşıyır.
780.3. Əgər
o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini
buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü
şəxsin seçilməsi və təlimatlandırılması
zamanı lazımi vicdanlılıq üçün məsuliyyət
daşıyır, bu şərtlə ki, müqavilədə ayrı
şərt qoyulmasın və işin hallarından ayrı şərt
irəli gəlməsin.
780.4. Hər bir
halda vəkalət verən vəkalət alanın üçüncü
şəxslərə qarşı malik olduğu tələbləri
bilavasitə həmin üçüncü şəxslərə
qarşı irəli sürə bilər.
Maddə 781. Vəkalət verənə
informasiya və hesabat vermək vəzifəsi
Vəkalət alan
istənilən vaxt vəkalət verənin tələbi ilə
ona tapşırığın icrası gedişi haqqında informasiya,
habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
Maddə 782. Tapşırığın
icrası nəticələrini vermək vəzifəsi
782.1. Vəkalət
alan tapşırığın icrası nəticəsində
əldə olunanların hamısını vəkalət verənə
verməyə borcludur.
782.2. Vəkalət
alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa
borcludur.
782.3. Əgər
vəkalət alan vəkalət verənin hesabına öz adından
üçüncü şəxslərə qarşı tələb
hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət
verənə öz növbəsində onun tapşırıq
müqaviləsi üzrə hüquq münasibətlərindən
irəli gələn bütün öhdəlikləri icra etməsindən
sonra keçir.
782.4. Vəkalət
alanın ödəmə qabiliyyətinin olmadığı halda
vəkalət verən saxlama hüququnu vəkalət alan üçün
saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına
əldə etdiyi daşınar əşyaları verməyi tələb
edə bilər.
Maddə 783. Vəkalət alanın
xərclərinin əvəzinin ödənilməsi və muzdu
783.1. Vəkalət
verən vəkalət alanın tapşırığı vicdanla
icra edərkən çəkdiyi xərclərin əvəzini,
o cümlədən faizləri ödəməli və onu bu məqsədlə
götürdüyü öhdəliklərdən azad etməlidir.
783.2. Vəkalət
verən vəkalət alana yalnız o halda muzd ödəməlidir
ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul
edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə
vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində
bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
783.3. Əgər
bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə
tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə,
tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət
alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş
muzd sayılır.
Maddə 784. Vəkalət verənin
məsuliyyəti
Vəkalət verən
tapşırığın icrası gedişində vəkalət
alana dəyən zərər üçün, əgər zərərin
onun təqsiri üzündən yaranmadığını sübuta
yetirməsə, vəkalət alan qarşısında məsuliyyət
daşıyır.
Maddə 785. Tapşırıq müqaviləsi
üzrə bir neçə şəxsin məsuliyyəti
785.1. Əgər
tapşırığı bir neçə şəxs birlikdə
vermişsə, vəkalət alan qarşısında onlar birgə
borclular kimi məsuliyyət daşıyırlar.
785.2. Əgər
tapşırığı icraya bir neçə şəxs birlikdə
qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət
daşıyır və vəkalət verəni yalnız birgə
hərəkətlərlə mükəlləfiyyətli edə
bilərlər, bu şərtlə ki, onlar tapşırığın
icrasını üçüncü şəxslərə verməyə
vəkil edilməsinlər.
Maddə 786. Tapşırıq müqaviləsinin
qüvvəsinə xitam verilməsi
786.1. Tapşırıq
müqaviləsinin hər bir iştirakçısı istənilən
vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə
əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən
tərəf digər tərəfin düşdüyü zərərin
əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin
ləğvinə səbəbin bilavasitə digər tərəfin
hərəkəti nəticəsində baş verdiyini və ya
həmin hərəkətlərlə bağlı olduğunu sübut
etməsin.[523]
786.2. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa və ya
tapşırığın xarakterindən ayrı şərt
irəli gəlmirsə, vəkalət verən və ya vəkalət
alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə
və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq
müqaviləsinə xitam verilir.
786.3. Əgər
tapşırıq müqaviləsinin qüvvəsinə bu Məcəllənin
786.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsində
və ya vəkalət verənin təqsiri olmadan müqavilənin
vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində
vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə
məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və
ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin
və ya onun nümayəndəsinin tapşırıq müqaviləsi
üzrə hüquq münasibətlərini davam etdirməyə
qadir olmasınadək bu münasibətlərin davam etməsi qayğısına
qalmalıdırlar.
786.4. Tapşırıq
müqaviləsinə xitam verilməsi vəkalət alana məlum
olanadək onun həyata keçirdiyi əqdlərdən vəkalət
verən və ya onun vərəsəsi üçün tapşırıq
müqaviləsinə xitam verilmədiyi halda əmələ gələ
bilən öhdəliklər əmələ gəlir.
786.5. Əgər vəkalət alan
tərəfindən müqaviləyə bilavasitə vəkalət
verənin hərəkəti nəticəsində baş verən
və ya həmin hərəkətlə bağlı olan səbəbə
görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən
görülmüş işlərin haqqını tələb
edə bilər.[524]
786.6. Əgər vəkalət alan
tərəfindən müqavilə bilavasitə vəkalət verənin
hərəkəti nəticəsində baş verməyən və
ya həmin hərəkətlə bağlı olmayan səbəbə
görə ləğv edilirsə, vəkalət alan görülmüş
işlərin haqqının ödənilməsini yalnız o halda
tələb edə bilər ki, vəkalət verənin görülmüş
işlərdə hansısa marağı olsun.[525]
41-ci fəsil.
Brokerlik
Maddə 787. Broker müqaviləsi
anlayışı
787.1. Broker müqaviləsinə
əsasən brokerə muzd müqabilində sifarişçiyə
vasitəçilik xidmətləri göstərmək tapşırığı
verilir.
787.2. Əgər
bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından
ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə
tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq
edilir.
Maddə 788. Brokerin muzd almaq hüququnun əmələ
gəlməsi. Xərclərin əvəzinin ödənilməsi
788.1. Brokerin öz
vasitəçilik xidmətləri və ya köməyi nəticəsində
müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ
vardır. Əgər müqavilə təxirəsalıcı
şərtlə bağlanırsa, muzd yalnız həmin şərt
baş verdikdə tələb edilə bilər.
788.2. Brokerin xərclərinin
əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda
ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara
da tətbiq edilir.
788.3. Əgər
broker başqa iştirakçıya broker müqaviləsinə
zidd üsulla xidmətlər göstərmişsə və ya
vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən
də muzd almağı şərtləşdirmişdirsə,
onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi
hüququ istisna edilir.
42-ci fəsil.
Ticarət nümayəndəsi (agent)
Maddə 789. Ticarət nümayəndəsi
(agent) haqqında müqavilə
789.1. Ticarət
nümayəndəsi haqqında müqaviləyə görə,
sənətkarlıq şəklində müstəqil fəaliyyətlə
məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı
müqavilələrinin, habelə xidmətlər yaradılmasına
dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında
hər hansı istehsalçının, sənayeçinin və
ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik
xidmətləri göstərmək və (və ya) bunları
bağlamaq barəsində uzunmüddətli tapşırıq
verilir.
789.2. Həm fiziki,
həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər.
Aşağıdakılar ticarət agentləri deyildirlər:
789.2.1. vasitəçilik
fəaliyyəti və ya əqdlərin bağlanması ilə
təsadüfdən-təsadüfə məşğul olan şəxslər;
789.2.2. ticarət
və xammal birjalarında işləyən şəxslər;
789.2.3. tapşıranla
əmək müqaviləsi bağlamış şəxslər.
789.3. Ticarət
nümayəndəsi haqqında müqavilə yazılı formada
bağlanır.
789.4. Müqavilə
ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə
və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu
yerdə ticarət sahəsindəki işgüzar adətlər
tətbiq edilir.
Maddə 790. Ticarət agentinin vəzifələri
790.1. Ticarət
agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci
maddəsindən irəli gəlir.
790.2. Ticarət
agentinin aşağıdakı vəzifələri vardır:
790.2.1. vasitəçilik
qaydasında tapşıran üçün əqdləri bağlamağa
çalışmaq və ya əqdləri bağlamaq, habelə
tapşıranın müştərilərinin sayının optimal
surətdə artmasına çalışmaq;
790.2.2. bütün
sifarişlər və (və ya) bağlanmış müqavilələr
barəsində tapşırana bildiriş vermək;
790.2.3. özündə
olan hər bir zəruri informasiyanı tapşırana bildirmək;
790.2.4. tapşıranın
əsaslı sərəncamlarını yerinə yetirmək;
790.2.5. tapşıranın
məhsullarına və xidmətlərinə oxşar məhsulları
və xidmətləri öz hesabına və ya başqa tapşıranın
hesabına təklif etmək üçün tapşıranın
qabaqcadan razılığını almaq.
790.3. Müqavilədə
ticarət agentinin öhdəsinə başqa vəzifələr,
o cümlədən aşağıdakı vəzifələr
də qoyula bilər:
790.3.1. müəyyən
mövzular üzrə müntəzəm hesabat vermək;
790.3.2. sifarişlər
və ya müqavilələr üzrə minimum dövriyyəyə
(kvotaya) nail olmaq;
790.3.3. zərurət
olduqda və ayrıca muzd müqabilində tapşıran üçün
malları saxlamaq və göndərmək, habelə onun borclularından
məbləğləri tutmaq.
790.4. Ticarət
agenti tapşıran barəsində müqavilələrin müştərilər
tərəfindən icrasına yalnız aşağıdakı
hallarda qarantiya verməlidir:
790.4.1. bu, yazılı
formada qabaqcadan ifadə edildikdə;
790.4.2. qarantiya dəqiq
müəyyənləşdirilmiş əqdə və ya müştəriləri
qabaqcadan müəyyənləşdirilməklə bir neçə
əqdə şamil edildikdə;
790.4.3. öz öhdəsinə
qarantiya götürmək barəsində razılaşmada ayrıca
muzd şərtləşdirildikdə və ticarət nümayəndəsinə
bu muzdun ödənilməsi müddəti müştəri ilə
həmin müqavilənin bağlanmasından dərhal sonra çatdıqda.
Buna zidd olanlar barəsində razılaşmaların qüvvəsi
yoxdur.
Maddə 791. Tapşıranın
vəzifələri
791.1. Ticarət
agenti barəsində tapşıran vicdanlılıq prinsipinə
uyğun hərəkət etməlidir. Tapşıran:
791.1.1. öz məhsulları
və xidmətləri, işlərin aparılması qaydaları
və qiymətləri barəsində ticarət agentinə lazımi
informasiya verməlidir;
791.1.2. ticarət
agentini ticarət nümayəndəsi haqqında müqavilənin
yerinə yetirilməsi üçün zəruri informasiya ilə
təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün
olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir
ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin
adi halda ümid bəsləyə biləcəyi həcmdən
xeyli az olacaqdır;
791.1.3. ticarət
nümayəndəsinin vasitəçilik qaydasında təklif
etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi
və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan
müddət ərzində bildiriş verməlidir;
791.1.4. ticarət
agentinə muzd ödəməlidir.
791.2. Müqavilədə
tapşıranın digər vəzifələri, o cümlədən
ticarət agentinin müəyyən ərazi və ya müəyyən
müştərilər üçün qüvvədə olan
müstəsna hüququna (inhisar hüququna) hörmət
bəsləmək vəzifəsi də nəzərdə tutula
bilər.[526]
Maddə 792. Ticarət agentinin muzdu
792.1. Ticarət
agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən
və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ
vardır.
792.2. Muzd müqaviləyə
əsasən hesablanır. Əgər o, müqavilə ilə
tənzimlənmirsə, ticarət agentinin öz təqdim etdiyi
mallar və ya bunlara oxşar mallar üçün işgüzar
adətlərə uyğun qəbul edilmiş muzda bərabər
muzd almaq hüququ vardır. İşgüzar adətlər olmadıqda
müqavilənin istənilən iştirakçısı bütün
hallar nəzərə alınmaqla ağlabatan muzdun müəyyənləşdirilməsi
üçün məhkəməyə müraciət edə
bilər.
792.3. Muzdun tamamilə
və ya qismən komisyon prinsiplərinə əsaslandığı
hallara bu Məcəllənin 793-cü maddəsi tətbiq edilir.
Maddə 793. Ticarət agentinin komisyon
muzdu
793.1. Ticarət
agentinin aşağıdakılar üçün komisyon muzdu
almaq hüququ vardır:
793.1.1. ticarət
nümayəndəsi haqqında müqavilənin qüvvədə
olduğu müddət ərzində ya ticarət agentinin fəaliyyəti
nəticəsində bağlanmış, ya da oxşar əqdlərin
həyata keçirilməsi üçün ticarət agentinin
əvvəllər müştəri kimi cəlb etdiyi şəxslər
ilə bağlanmış bütün ticarət əqdləri;
793.1.2. əgər
ticarət agentinin müəyyən coğrafi ərazidə və
ya şəxslərin müəyyən qrupuna müstəsna hüququ varsa, həmin ərazidə və
ya həmin qrupdan müştərilər ilə bağlanan bütün
əqdlər;[527]
793.1.3. ticarət
nümayəndəsi haqqında müqavilənin qüvvədə
olma müddəti bitəndən sonra bağlanmış ticarət
əqdləri - bu şərtlə ki, əqd ticarət agentinin
müqavilənin qüvvədə olduğu dövrdə və
ya bundan sonra ağlabatan dövrdə fəaliyyəti nəticəsində
yaransın və ya müştərinin sifarişini agent və
ya tapşıran ticarət nümayəndəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərinə xitam verilənədək
alsın.
793.2. Əgər
ticarət əqdi bir neçə ticarət agentinin fəaliyyəti
nəticəsində həyata keçirilərsə, onlar komisyon
muzdunu həmin əqdin bağlanmasına onlardan hər birinin göstərdiyi
təsirə uyğun nisbətdə bölüşdürürlər.
793.3. Ticarət
agentinin komisyon muzduna iddiası tapşıranın üçüncü
şəxslə müqavilə üzrə öz öhdəliklərini
icra etməsindən və ya icra etməli olmasından sonra əmələ
gəlir. Komisyon muzduna iddia tapşıran öz öhdəliklərini
icra etdikdən sonra üçüncü şəxsin öz müqavilə
öhdəliklərini yerinə yetirdiyi və ya yerinə yetirməli
olduğu andan gec olmayaraq əmələ gəlir.
793.4. Əgər
tapşıranla üçüncü şəxs arasında bağlanmış
müqavilənin yerinə yetirilməyəcəyinə əminlik
olarsa və onun yerinə yetirilməməsi tapşıranın
cavabdeh olduğu hallardan irəli gəlməzsə, komisyon muzduna
iddia istisna edilir. Əgər ticarət agenti həmin əqd əsasında
komisyon muzdunu almışdırsa, bu muzdu qaytarmağa borcludur.
793.5. Təqvim ilinin
hər rübündən sonrakı ayda tapşıran ticarət
agentinə müvafiq rüb üçün ona çatası
komisyon muzdunun hesabını verir. Bu hesabda komisyon muzdunun miqdarını
və ödənilməsi müddətini yoxlamaq üçün
zəruri məlumat göstərir.
793.6. Hər rüb
üçün komisyon muzdu rübün qurtarmasından ən
geci bir ay keçənədək ödənilməlidir.
793.7. Bu Məcəllənin
793.5 və 793.6-cı maddələrinə uyğun komisyon muzdlarının
hesabının verilməsi və ödənilməsi müddəti
tərəflərin razılaşmasına əsasən qısaldıla
və ya uzadıla bilər, özü də bu müddət ən
çoxu altı aylığına uzadıla bilər.
793.8. Ticarət
agenti komisyon muzdunun hesablanması üçün zəruri olan
mühasibat uçotu sənədləri də daxil olmaqla tapşıranın
bütün sənədlərini gözdən keçirmək
hüququna malikdir.
Maddə 794. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvədə olma müddəti
və ləğvi
794.1. Ticarət
nümayəndəsi haqqında müqavilə üzrə hüquq
münasibətlərinə, əgər müqavilənin qüvvədə
olması konkret müddətlə məhdudlaşdırılmayıbsa,
müqavilədə müəyyənləşdirilmiş müddətdə
xitam verilir. Lakin əgər tapşıranın dinməz və
ya birbaşa razılığı ilə ticarət agenti öz
fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən
sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə
lap əvvəldən qeyri-müəyyən müddətə
bağlanmışdır.
794.2. Qeyri-müəyyən
müddətə bağlanmış müqaviləni istənilən
iştirakçı ləğvetmə haqqında xəbərdarlıq
edilməsinin ağlabatan müddətini gözləməklə
ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində
azı 1 ay, ikinci il ərzində azı 2 ay və əgər
müqavilənin qüvvəsi iki ildən çox davam edirsə,
3 ay təşkil edir. Əgər müddətli müqavilə
bu Məcəllənin 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz
müqaviləyə çevrilirsə, ləğvetmə haqqında
xəbərdarlıq müddəti hesablanarkən müqavilənin
bütün qüvvədə olma müddəti əsas götürülür.
794.3. Müqavilənin
iştirakçıları ləğvetmə haqqında xəbərdarlıq
edilməsinin daha uzun müddətini şərtləşdirə
bilərlər. Ləğvetmə haqqında xəbərdarlıq
edilməsinin bu müddəti həm tapşıran, həm də
ticarət agenti üçün eyni olmalıdır.
Maddə 795. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvəsinə fövqəladə
hallar nəticəsində xitam verilməsi
795.1. Ticarət
nümayəndəsi haqqında müqavilənin hər bir iştirakçısı
aşağıdakı hallarda xəbərdarlıq müddətini
gözləmədən istənilən vaxt müqaviləni ləğv
edə bilər:
795.1.1. öz vəzifələrini
əhəmiyyətli dərəcədə pozan digər iştirakçıya
bu barədə yazılı xəbərdarlıq edildikdə,
o, müəyyənləşdirilmiş müddət qurtardıqdan
sonra da öz vəzifələrini pozmaqda davam etdikdə;
795.1.2. müqavilə
iştirakçılarından heç birinin cavabdeh olmadığı
digər fövqəladə hallar baş verdikdə və bu hallar
ləğvetməyə dair bildiriş vermiş iştirakçıdan
müqaviləni qüvvədə saxlamağı tələb
etməyi artıq ağlabatan etmədikdə.
795.2. Ticarət
nümayəndəsi haqqında müqavilənin hər hansı
iştirakçısının digər iştirakçının
öz vəzifələrini pozması nəticəsində dəyən
zərərin əvəzinin ödənilməsinə iddiaları
qüvvədə qalır.
Maddə 796. Müştərilər
üçün kompensasiya
796.1. Müqavilənin
qüvvəsinə xitam verildikdən sonra ticarət agenti özünün
cəlb etdiyi müştərilər üçün kompensasiya
almaq hüququna malikdir, bu şərtlə ki:
796.1.1. o, tapşıran
üçün yeni müştərilər cəlb etsin və
ya mövcud müştərilərlə əqdlərin həcmini
xeyli artırsın;
796.1.2. tapşıran
bu Məcəllənin 796.1.1-ci maddəsindən onun üçün
irəli gələn faydalardan istifadəni davam etdirə bilsin;
796.1.3. müqaviləyə
xitam verilməsi nəticəsində komisyon muzdu ticarət agentinin
əlindən çıxsın.
796.2. Kompensasiyanın
maksimum miqdarı illik muzdun miqdarı ilə məhdudlaşdırılır.
Ticarət agentinin illik muzdu ticarət nümayəndəsi haqqında
müqavilənin qüvvəsinə xitam verilməzdən əvvəlki
son illər (maksimum 5 il) üçün orta muzd şəklində
hesablanır.
796.3. Aşağıdakı
hallarda kompensasiya ödənilmir:
796.3.1. müqavilə
üzrə hüquq münasibətlərinə ticarət agentinin
təqsiri üzündən xitam verildikdə;
796.3.2. ticarət
agenti müqavilə üzrə hüquq münasibətlərinə
şəxsi əsaslar üzrə xitam verdikdə;
796.3.3. tapşıranın
razılığı ilə ticarət agenti müqavilədən
irəli gələn hüquq və vəzifələrini hər
hansı üçüncü şəxsə verdikdə.
Maddə 797. Zərərin əvəzinin
ödənilməsi
Müqavilə üzrə
hüquq münasibətlərinə xitam verildikdə ticarət
agenti, bu Məcəllənin 796-cı maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla, tapşıranın müqavilə üzrə
hüquq münasibətlərini hüquqa zidd və ya yanlış
dəyişdirməsi və ya bu münasibətlərə xitam
verməsi nəticəsində ona dəymiş zərərin əvəzinin
ödənilməsini də tələb edə bilər.
Maddə 798. Ticarət agentinin ölümünün
nəticələri
Ticarət agentinin
öldüyü halda onun vərəsələri müştərilər
üçün kompensasiya alınmasına dair tələb irəli
sürə bilərlər.
Maddə 799. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvəsinə xitam verildikdən
sonra rəqabətin istisna edilməsi
Ticarət agenti
müqavilənin qüvvəsinə xitam verildikdən sonra tapşıranla
rəqabət aparmayacağı barədə iltizam verə bilər.
Rəqabətin bu cür istisna edilməsi yalnız o halda etibarlıdır
ki, əvvəla, ticarət nümayəndəsinin nümayəndəlik
hüququna malik olduğu əraziyə, şəxslərə
və məhsul növünə şamil edilsin, ikincisi, ticarət
nümayəndəsi haqqında müqavilə üzrə hüquq
münasibətlərinə xitam verildiyi andan ən çoxu iki
illik müddətlə məhdudlaşdırılsın.
43-cü fəsil.
Kommersiya konsessiyası[528]
Maddə 800. Konsessiya müqaviləsi
800.1. Konsessiya müqaviləsi
istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq
şəklində müstəqil fəaliyyətlə məşğul
olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır
(birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları
öhdəsinə götürür:
800.1.1. tapşırandan
müəyyən malları (kontrakt mallarını) vaxtaşırı
satın almaq;
800.1.2. bu malları
öz adından və öz hesabına başqasına satmaq;
800.1.3. bu zaman kontrakt
mallarını müəyyən ərazilərdə və (və
ya) müəyyən müştərilərə (müqavilə
ərazisi və müqavilə müştəriləri) satmaq.
Onların barəsində tapşıran konsessionerə müstəsna
satış hüququ (inhisar hüququ) verir, konsessioner isə
tapşıranın mallarının onun nəzarəti altında
satışına qarantiya verməlidir.[529]
800.2. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran
barəsində konsessionerin kontrakt mallarını müqavilə
ərazisinin hüdudlarından kənarda və ya müqavilə
müştərilərindən savayı, başqa müştərilərə
satmaq hüququ yoxdur.
800.3. Başqasına
satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə
əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri
də konsessiya haqqında müqaviləyə əsas verə bilməz.
Maddə 801. Ticarət nümayəndəsi
haqqında müddəaların konsessiya müqaviləsinə
tətbiqi
801.1. Ayrı razılaşma
olmadıqda konsessioner ilə tapşıran arasında hüquq
münasibətlərinə müvafiq olaraq bu Məcəllənin
789.3, 790.2.3-790.2.5 və 791.1.1-791.1.3-cü maddələri tətbiq
edilir.
801.2. Aşağıdakı
şərtlər gözlənilməklə, bu Məcəllənin
794-798-ci maddələri konsessiya müqaviləsi üzrə hüquq
münasibətlərinə də tətbiq edilir:
801.2.1. bu Məcəllənin
794.2-ci maddəsinə uyğun olaraq ləğvetmə haqqında
xəbərdarlıq edilməsinin qarşılıqlı müddətləri
müvafiq olaraq üç ay uzadılır;
801.2.2. bu Məcəllənin
796.1 və 796.2-ci maddələrinə uyğun kompensasiyanın
hesablanması üçün konsessionerin ticarət nümayəndəsi
vəzifələrini icra etdiyi təqdirdə ona çata bilməsi
ehtimal edilən haqq əsas götürülür.
801.3. Qalan hallarda
kompensasiya yalnız aşağıdakı şərtlər gözlənilməklə
ödənilir:
801.3.1. əgər
müqavilənin qüvvəsinə xitam verildiyi məqamda tapşıran
konsessionerin çoxaltdığı və ya genişləndirdiyi
müştərilər dairəsi barəsində məlumat almışdırsa
və həmin müştərilərə konsessionerin göndərdiyi
həcmdə mal göndərə bilərsə;
801.3.2. əgər
artıq konsessioner müştərilərdən rəqabətli
malların satışı üçün özü istifadə
etmirsə.
Maddə 802. Konsessiya haqqında birtipli müqavilə
ilə alğı-satqı müqavilələri arasında qarşılıqlı
əlaqə
802.1. Tapşıran
ilə konsessioner arasında münasibətlər ümumi (birtipli)
müqavilənin predmetidir. Birtipli müqavilədə bu Məcəllənin
800.1-ci maddəsindən irəli gələn müddəalardan
əlavə, nəzərdə tutula bilər ki, konsessioner:
802.1.1. müəyyən
ticarət-servis təşkilatına malik olmalıdır;
802.1.2. müvafiq
işçi heyətinə malik olmalıdır;
802.1.3. satılmış
malların təmiri işlərini yerinə yetirməlidir;
802.1.4. işçilərə
təlim verilməsində və reklam tədbirlərində iştirak
etməlidir;
802.1.5. həmişə
anbarda müəyyən miqdarda mal saxlamalıdır;
802.1.6. hər il
tapşırandan müəyyən həcmdə və ya müəyyən
miqdarda mal (kvota) qəbul etməlidir.
802.2. Konsessionerə
malların satılması barədə ayrıca müqavilələr
birtipli müqavilədən asılı deyildir. Lakin birtipli müqavilədə
bütün alğı-satqı müqavilələri üçün
qüvvədə olan ümumi şərtlər, o cümlədən
aşağıdakılar göstərilə bilər:
802.2.1. tapşıranın
ümumi prays-vərəqindən konsessionerə verilən güzəşt;
802.2.2. ödənişlərin
müddətləri;
802.2.3. tapşıranın
qarantiyası barədə şərtlər.
802.3. Tapşıran
birtipli müqavilə üzrə aşağıdakı hüquqları
birtərəfli qaydada əldə edə bilməz:
802.3.1. konsessioner
üçün satış qiymətləri təyin etmək;
802.3.2. mümkün
şərtləşdirilmiş kvotaları dəyişdirmək.
802.4.
Bu Məcəllənin 802.3-cü maddəsi Azərbaycan Respublikasının
Rəqabət Məcəlləsində nəzərdə tutulan
hallara tətbiq olunmur.[530]
Maddə 803. Konsessionerin qəti
qərar qəbul etmək hüququ
803.1. Konsessionerin
öz ticarət fəaliyyətini sərbəst təşkil etmək,
o cümlədən təkrar satış qiymətlərini sərbəst
təyin etmək hüququ vardır.
803.2. Konsessionerin
ticarətin təşkilini, satış və ya servis xidməti
metodlarını dəyişdirməsi tapşıranın mallarının
optimal satışını təhlükəyə məruz qoyursa,
bu Məcəllənin 795-ci maddəsinə uyğun olaraq, lakin
803.1-ci maddəsi nəzərə alınmaqla, müqavilənin
tapşıran tərəfindən dərhal ləğv edilməsinə
əsas verə bilər.
Maddə 804. Konsessionerin müştərilərinin
müdafiəsi
804.1. Birtipli müqavilənin
qüvvədə olduğu müddətdə tapşıranın
eyni və ya oxşar malları satmaq məqsədi ilə birbaşa
və ya üçüncü şəxslər vasitəsilə
konsessionerin müştərilərinə müraciət etməsi
qadağandır.
804.2. Müqavilənin
iştirakçıları razılığa gələ bilərlər
ki, tapşıranın malları bilavasitə konsessionerin müştərilərinə
satmasına istisna qaydasında icazə verilir. Bu halda tapşıran
konsessionerə bu Məcəllənin 793-cü maddəsinə
uyğun komisyon muzdu ödəməyə borcludur.
Maddə 805. Tapşıranın
mal göndərmək vəzifəsi
805.1. Tapşıran
birtipli müqaviləyə uyğun olaraq konsessionerin sifariş
etdiyi malları ona göndərməyə borcludur.
805.2. Tapşıran
malları göndərməkdən yalnız vacib əsaslar üzrə
imtina edə bilər.
805.3. Əgər
malların göndərilməsindən imtina edilmişdirsə
və ya mallar başqa əsaslar üzrə göndərilmirsə,
konsessioner sifarişə müvafiq surətdə malların göndərilməli
olduğu ildə müəyyən kvotaya çatmaq vəzifəsindən
azad edilir. Bu zaman zərərin ödənilməsi barədə
digər iddialar da qüvvədə qalır.
Maddə 806. Tapşıranın
qarantiyası
806.1. Tapşıran
qarantiya verir ki, konsessionerə çatdırılarkən malın
qüsuru yoxdur. Əgər konsessioner qarantiya verilməsi barədə
öz ölkəsində qüvvədə olan göstərişləri
qabaqcadan və yazılı şəkildə tapşırana göstərirsə,
tapşıran ən azı bu qarantiyanı verməyə borcludur.
Qarantiya pretenziyalarının irəli sürülməsi müddəti
konsessionerin malı təkrar satdığı gündən, lakin
ən geci tapşıranın malı göndərdiyi gündən
altı ay keçənədək başlanır. Bundan kənaraçıxmalar
barəsində razılaşmaların, əgər bu kənaraçıxmalar
birbaşa şərtləşdirilməmişsə və yazılı
formada ifadə edilməmişsə, qüvvəsi yoxdur.
806.2. Tapşıranın
qabaqcadan razılığını almadan konsessionerin satış
üçün nəzərdə tutulan mallarda və ya onların
qablarında hər hansı dəyişikliklər etmək hüququ
yoxdur. Əgər mallarda dəyişiklikləri tapşıran
edirsə, bu barədə o, konsessionerə ağlabatan müddətdə
bildiriş verməlidir.
Maddə 807. Konsessiya müqaviləsinin
qüvvəsinə xitam verilməsinin nəticələri
807.0. Konsessioner
ilə tapşıran arasında birtipli müqavilənin qüvvəsinə
xitam verildikdən sonra:
807.0.1. Artıq
konsessioner müştərilər qarşısında tapşıranın
konsessioneri kimi çıxış edə bilməz. Bundan başqa,
o, tapşıranın firma markalarından və nişanlarından
istifadə edə bilməz. Konsessioner öz adına qeydə alınmış
və müqavilə bağlananadək istifadə edilmiş bütün
firma markalarını və nişanlarını tapşıranın
adına keçirməyə borcludur. İlkin qeydiyyat və keçirmə
xərclərini tapşıran çəkir.
807.0.2. Əgər
konsessioner müştərilər və (və ya) tapşıran
qarşısında öhdəliklərini yerinə yetirmək
üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun
anbarında qalan malları satın almağa borcludur. Əgər
mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə,
satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana
ödədiyi qiymətdən aşağı olmamalıdır.
Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı
qalığı ağlabatan müddətdə müştərilərə
satmaq hüququ verir.
44-cü fəsil.
Komissiya
Maddə 808. Komissiya müqaviləsi
808.1. Komissiya müqaviləsinə
görə bir tərəf (komisyonçu) digər tərəfin
(komitentin) tapşırığı ilə muzd müqabilində
öz adından, lakin komitentin hesabına bir və ya bir neçə
əqd bağlamağı öhdəsinə götürür.
Komisyonçunun üçüncü şəxslə bağladığı
əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış
olduqda və ya əqdin icrası üzrə üçüncü
şəxslə bilavasitə münasibətlərə girdikdə
belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli
olur.
808.2. Çıxarılmışdır. [531]
808.3. Komissiya müqaviləsi
müəyyən müddətə və ya qüvvədə
olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə
və ya göstərilmədən, komitentin onun mənafeləri
üçün və onun hesabına bağlamağı komisyonçuya
tapşırdığı əqdləri bağlamaq hüququnu
üçüncü şəxslərə verməmək öhdəliyi
nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan,
komissiya predmeti olan malların çeşidi barəsində şərtlər
qoyulmaqla və ya qoyulmadan bağlana bilər.
Maddə 809. Komisyonçunun ümumi
vəzifələri
809.1. Komisyonçu
tapşırılmış işi vicdanla aparmalı və komitentin
mənafelərini qorumalıdır.
809.2. Komisyonçu
əqdləri vicdanlı üçüncü şəxslərlə
bağlamalı və komitentin razılığı olmadan üçüncü
şəxslərə kredit verməməlidir.
809.3. Komisyonçu
öz işlərinin gedişi, o cümlədən komisyon tapşırığının
icrası gedişi barəsində komitentə məlumat verməlidir.
809.4. Komisyonçu
komitentin icazəsi olmadan onun adını açıqlamamalıdır.
Maddə 810. Komitentin göstərişləri
810.1. Komisyonçu
komitentin göstərişlərinə əməl etməli, o
cümlədən qiymətlərin limitini gözləməlidir.
810.2. Komitent öz
zərərinə olan kənarçıxmalarla bağlanan əqddən
imtina edə bilər, amma komisyonçunun zərər üçün
kompensasiya təklif etdiyi hallar istisna təşkil edir.
810.3. Komisyonçunun
daha sərfəli şərtlərlə bağladığı
əqddən bütün fayda komitentə çatır.
Maddə 811. Komisyonçunun hesabat
verməsi
811.1. Komisyonçu
əqdin müqavilə şərtləri haqqında, öz adından
və sifarişçinin hesabına hərəkətləri yerinə
yetirməsi haqqında komitentə məlumat verməyə borcludur.
811.2. Ayrı razılaşmanın
olmadığı halda komisyonçu üçüncü şəxsin
adını bildirməyə borclu deyildir, amma komisyonçunun
ödəniş qabiliyyətli olmadığından ehtiyat edildiyi
hallar istisna təşkil edir.
811.3. Üçüncü
şəxsin adını bildirməkdən imtina hüququ hesabat
üçün vacib olan hər hansı digər informasiyanı
vermək vəzifəsinə təsir göstərmir. Komitentin
xahişi ilə komisyonçu üçüncü şəxsin
adı da daxil olmaqla, bütün informasiyanı notariusa verməlidir.
Notarius isə üçüncü şəxsin anonimliyini saxlamaqla,
bu informasiyanı komitentə verir.
Maddə 812. Komisyonçunun komisyon
malı barəsində vəzifələri
812.1. Komitentin sərəncamı
ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş
olduqda komisyonçu komitentin hüquqlarını müdafiə
etməli, malın vəziyyəti barəsində sübutlar qayğısına
qalmalı və bu barədə dərhal komitentə bildiriş
verməlidir.
812.2. Komitent üçün
nəzərdə tutulan komisyon malı barəsində komisyonçunun
üzərinə satıcı hüquqları və vəzifələri
qoyulur.
Maddə 813. Komisyonçunun mal
üçün məsuliyyəti
Komisyonçu saxlamağa
götürdüyü malın itməsi və zədələnməsi
üçün, əgər qarşısıalınmaz qüvvə
ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır.
Maddə 814. Əqdin üçüncü
şəxs tərəfindən icrası üçün komisyonçunun
məsuliyyəti
814.1. Komisyonçu
komitentin hesabına əqd bağladığı üçüncü
şəxsin öhdəliklərinin icrası üçün
məsuliyyət daşıyır, bu şərtlə ki, o belə
məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü
şəxslə bağlanmış əqddən onun üçün
irəli gələn bütün öhdəliklərə şamil
edilir.
814.2. Bu halda komisyonçuya
əlavə muzd verilməlidir. Müqavilədə ayrı şərt
qoyulmadıqda əlavə muzdun miqdarı bank zaminliyi üçün
adi muzd üzrə müəyyənləşdirilir.
Maddə 815. Komisyon muzdu
815.1. Komisyonçu
komitentin hesabına bağlanmış əqdin üçüncü
şəxs tərəfindən icra edildiyi halda və ya komitentin
cavabdeh olduğu səbəblərdən əqdin icra edilmədiyi
halda komisyon muzdu tələb edə bilər.
815.2. Komisyon muzdunun
miqdarı komissiya müqaviləsi ilə, belə qeyd-şərt
olmadıqda isə, əgər komisyon əqdləri komisyonçunun
müəssisəsinin fəaliyyət predmetinə aiddirsə,
yerli işgüzar adətlər əsasında müəyyənləşdirilir.
815.3. Bundan başqa,
komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi
gedişində çəkdiyi və bütün halları nəzərə
almaqla zəruri saydığı xərclərin əvəzinin
ödənilməsini tələb edə bilər. Komisyonçunun
və ya onun işçi heyətinin adi işlərin yerinə
yetirilməsi xərclərinin və müqaviləyə uyğun
və ya komisyon muzdunun hesabına ödənilən digər xərclərin
əvəzi ödənilmir.
Maddə 816. Komisyonçunun özü
ilə əqdləri
816.1. Əgər
malların rəsmi birja və ya bazar qiyməti vardırsa və
komitent ayrı şərt qoymayıbsa, komisyonçunun özü
ilə əqdlər bağlamaq hüququ vardır.
816.2. Komisyonçu
özü ilə bağladığı əqdlər barəsində
bildiriş verməli və bildirişin göndərildiyi an mövcud
olmuş birja və ya bazar qiymətini sübut etməlidir.
Maddə 817. Komisyonçunun satış
hüququ
817.1. Əgər
komitent müqaviləyə və ya şəraitə uyğun
komisyon malına sahibliyə başlamalı olsa da, bunu etmirsə,
komisyonçu komisyon malının satışını həyata
keçirmək hüququnu əldə edir.
817.2. Əgər
mal korlanmaya meyllidirsə və ya sonradan malda onun qiymətdən
düşməsinə səbəb ola biləcək dəyişikliklər
aşkar edilərsə və komitentlə əlaqə yaratmağa
vaxt olmazsa, komisyonçu komitentə qabaqcadan bildiriş verməklə,
malın satılması qayğısına qalmaq hüququna malikdir.
Maddə 818. Komitentin verdiyi obyektlərə
mülkiyyət hüququ
Komitentin komisyonçuya
verdiyi obyektlərə mülkiyyət hüququ komisyon əqdi
icra edilənədək komitentdə qalır.
Maddə 819. Öz adından və sifarişçinin
hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında
əqd
819.1. Komisyonçu
öz adından və sifarişçinin hesabına hərəkətlərin
yerinə yetirilməsi haqqında üçüncü şəxslər
ilə əqd üzrə kreditor və borcludur.
819.2. Komisyonçu
komissiya müqaviləsinin icrasından əldə etdiklərinin
hamısını komitentə verməyə borcludur.
819.3. Komitent komisyonçunun
bağladığı əqddən irəli gələn tələbləri
yalnız komisyonçu tələbi güzəşt etdikdən
sonra irəli sürə bilər.
819.4. Komisyonçunun
öz adından və sifarişçinin hesabına hərəkətlərin
yerinə yetirilməsi haqqında əqddən irəli gələn
tələbləri kreditora güzəşt etməsinin qüvvəsi
yoxdur. Əmlakın girov qoyulduğu halda komitent onun ləğvini
tələb edə bilər. Əgər girov qoyulmuş tələb
artıq kreditora göndərilmişdirsə, komisyonçu kreditorun
həmin tələb əsasında aldıqlarının verilməsini
tələb edə bilər.[532]
Maddə 820. Komisyonçunun təminat
hüququ
820.1. Komisyonçunun
hər hansı komisyon əqdindən və ya əvvəlki komisyon
əqdlərindən komitentə qarşı əmələ gəlmiş
tələbləri əsasında komisyonçu sənədlərə
əsasən sahiblik etdiyi və ya sərəncam verə bildiyi
komisyon malına qanuni girov hüququ əldə edir. Komisyon malının
komitentin mülkiyyətində olmadığı, lakin komisyonçunun
həmin malı onun komitentə mənsub olduğunu vicdanlı
qəbul etdiyi halda da komisyonçu bu mala girov hüququnu əldə
edir.[533]
820.2. Komisyonçu
komisyon əqdinin icrası əsasında üçüncü
şəxsə qarşı mövcud olan tələblər üzrə
təminat ala bilər.
Maddə 821. Komissiya müqaviləsinə
xitam verilməsi
821.1. Komisyonçunun
öldüyü halda komissiya müqaviləsinə xitam verilir.
821.2. Komissiya müqaviləsinin
iştirakçıları istənilən vaxt müqaviləni
ləğv edə bilərlər. Əgər müqavilənin
ləğvinə dair komitent bildiriş verirsə, komisyonçunun
çəkdiyi xərclərin əvəzini ona ödəməlidir.
45-ci fəsil.
Saxlama
§1. Saxlama haqqında ümumi müddəalar
Maddə 822. Saxlama müqaviləsi
Saxlama müqaviləsinə
görə bir şəxs (yük götürən, saxlayıcı)
başqa şəxsin (yük verənin, tapşıranın) ona
verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin
qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə
götürür.
Maddə 823. Yük verənin (tapşıranın)
vəzifələri
823.1. Tapşıran
saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının
çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.
823.2. Tapşıran
saxlama üçün muzdu yalnız o halda ödəməlidir
ki, bu, şərtləşdirilmiş olsun və ya şərait
nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi
qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda
ödənilir. Müəyyən zaman hissələri üçün
muzd ödənilməsi barədə razılaşma olduqda həmin
muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda
hissələr şəklində ödənilir.
823.3. Tapşıran
saxlamaya götürülmüş əşyanın xarakteri ilə
əlaqədar saxlayıcının düşdüyü zərərin
əvəzini ödəməlidir, amma əşyanı saxlamaya
verərkən onun təhlükəli xassələrini bilmədiyi
və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya
bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də
bunu bildiyi hallar istisna təşkil edir.
Maddə 824. Yük götürənin
(saxlayıcının) vəzifələri
824.1. Əgər
saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə
saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa
görə məsuliyyət daşıyır. Əgər saxlama
haqq müqabilində həyata keçirilirsə, saxlayıcı
şərtləşdirilmiş vicdanlılığa riayət
edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların
saxlanması zamanı adi olan vicdanlılıq üçün
məsuliyyət daşıyır.[534]
824.2. Saxlayıcının
saxlamaya götürdüyü əşyadan tapşıranın
qabaqcadan razılığı olmadan istifadə etmək hüququ
yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi
üçün, əgər itmənin əşyadan istifadə
edilmədən də mümkün olduğunu sübuta yetirməsə,
tapşıran qarşısında məsuliyyət daşıyır.
824.3. Tapşıranın
xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır.
Saxlama üçün konkret müddətin təyin edildiyi halda
da bu müddəa həmişə qüvvədədir. Əşya
onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın
saxlayıcısı onu tapşırana çatdırmağa borclu
deyildir. Əşya tapşıranın hesabına və tapşıranın
riski ilə qaytarılır.
Maddə 825. Yük götürənin
(saxlayıcının) hüquqları
825.1. Saxlayıcı
şərtləşdirilmiş saxlama növünü dəyişdirmək
hüququna o halda malikdir ki, tapşıranın vəziyyəti
bildikdən sonra buna razı olacağını şəraiti nəzərə
almaqla ehtimal edə bilsin. Buna qədər isə saxlayıcı
dəyişiklik barəsində tapşırana bildiriş verməli
və əgər ləngimə risklə bağlı deyildirsə,
onun qərarını gözləməlidir.
825.2. Əgər
saxlama üçün müddət təyin edilməyibsə,
saxlayıcı istənilən vaxt tapşırandan əşyanı
geri götürməyi tələb edə bilər, bu şərtlə
ki, həmin tələb tapşıran üçün açıq-aşkar
qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz
müddətdə icra edilməli olmasın. Saxlama müddəti
müəyyənləşdirildikdə saxlayıcı əşyanın
geri götürülməsini yalnız vacib əsaslar üzrə
tələb edə bilər.[535]
Maddə 826. Əvəz edilə
bilən əşyaların saxlanması
826.1. Əgər
saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının
eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa
və ya dinməz razılıqla şərtləşdirilirsə,
pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun
itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz
razılıq pul məbləğinin möhürlənməmiş
və bağlanmamış şəkildə verildiyi halda ehtimal
edilir.
826.2. Əgər
saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə,
saxlayıcı onlara dair yalnız o halda sərəncam verə
bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun.[536]
§2. Anbarlarda saxlama
Maddə 827. Anbar sahibi
Anbar sahibi sənətkarlıq
şəklində saxlama ilə məşğul olan və saxlama
üzrə öz xidmətlərini açıq təklif edən
saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının
aşağıdakı müddəalarında ayrı şərt
qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında
göstərişlər tətbiq edilir.
Maddə 828. Əmtəə kağızları[537]
828.1.
Anbar sahibi saxlamağa qəbul edilmiş mallar üçün
əmtəə kağızları yazıb verə bilər. Əmtəə
kağızı sahibinin həmin kağızda göstərilən
əmtəəyə dair sərəncam vermək və bu əmtəəni
almaq hüququnu təsbit edən (anbar şəhadətnaməsi,
konosament və s.) sənəddir.
828.2.
Əmtəə kağızları yük verənin və ya mal
sahibinin adına yazıla bilər.
828.3.
Əgər hər hansı mala əmtəə kağızı
yazılmışdırsa, anbar sahibi həmin malı yalnız
bu sənəddə göstərilmiş ixtiyarlı şəxsə
verə bilər və verməlidir.
828.4.
Əmtəə kağızlarında aşağıdakı məlumatlar
göstərilməlidir:
828.4.1.
sənədin tərtib edildiyi yer və tarix, sənədi vermiş
şəxsin imzası;
828.4.2.
sənədi vermiş şəxsin adı və yaşayış
yeri və ya olduğu yer;
828.4.3.
malları anbarda saxlayan şəxsin və ya göndərənin
adı və yaşayış yeri və ya olduğu yer;
828.4.4.
saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti,
miqdarı və əlamətləri göstərilməklə
adı;
828.4.5.
tutulmalı olan və ya qabaqcadan ödənilmiş ödənişlər;
828.4.6.
maraqlı şəxslərin mallarla rəftar barəsində qəbul
etdikləri xüsusi sazişlər;
828.4.7.
əmtəə kağızlarının nüsxələrinin
sayı;
828.4.8.
həmin sənəd üzrə ixtiyarlı şəxsin adının
göstərilməsi və ya əmr barədə qeyd-şərt
və ya təqdim edənin göstərilməsi.
828.5.
Bir neçə əmtəə kağızından biri girovun
müəyyənləşdirilməsi üçün nəzərdə
tutulmuşsa, bu cür sənəd girov şəhadətnaməsi
(varrant) adlandırılmalı və qalan məlumatlarına görə
əmtəə kağızı şəklində olmalıdır.
Digər nüsxələrdə girov şəhadətnaməsinin
verildiyi qeyd edilməli, tələbin məbləği və ödəniş
müddəti göstərilməklə hər bir girov qoyma əks
etdirilməlidir.
828.6.
Saxlanılan və ya yola salınmış mallar üçün
şəhadətnamələr əmtəə kağızlarının
forması haqqında qanuni göstərişlər pozulmaqla verildikdə
bunlar əmtəə kağızları deyil, alınma haqqında
qəbzlər və ya digər təsdiqləyici sənədlər
sayılır.
828.7.
Anbar sahiblərinin səlahiyyətli orqanlardan qanunla verilməli
icazəni almadan verdikləri şəhadətnamələr forma
barədə qanuni göstərişlərə uyğun gəlirsə,
əmtəə kağızları sayılır.
828.8.
Konosament mala dair sərəncam sənədindən ibarət əmtəə
kağızı olub, onun sahibinin konosamentdə göstərilən
yükə dair sərəncam vermək və daşıma başa
çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir.
Konosament adsız və ya adlı ola bilər.
828.9.
Qoşa anbar şəhadətnaməsi anbar sahibi tərəfindən
malın saxlanmağa qəbul olunmasını təsdiqləyən
əmtəə kağızıdır. Qoşa anbar şəhadətnaməsi
iki hissədən - anbar şəhadətnaməsindən və
girov şəhadətnaməsindən (varrantdan) ibarətdir və
bunlar ayrı-ayrılıqda əmtəə kağızlarıdır.
828.10.
Adi anbar şəhadətnaməsi anbar sahibi tərəfindən
malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən
əmtəə kağızıdır.
Maddə 829. Anbar sahibinin vəzifələri
829.1. Anbar sahibi
malların saxlanması üçün komisyonçu kimi məsuliyyət
daşıyır.
829.2. Anbar sahibi
malın məruz qaldığı və saxlama xidmətlərindən
əlavə tədbirlər görülməsinə yol verən
dəyişikliklər barəsində tapşırana dərhal
bildiriş göndərməlidir.
829.3. Anbar sahibi
anbarın adi iş vaxtında tapşıranın malı gözdən
keçirməsinə və nümunələr götürməsinə
yol verməlidir. Bundan başqa, anbar sahibi tapşıranın malın
salamatlığı üçün tədbirlər görməsinə
bunun zəruri olduğu hər bir vaxt yol verməlidir.
829.4. Anbar sahibinin
əvəz edilən əşyaları eyni növlü və
keyfiyyətli başqa əşyalarla qarışdırmasına
yalnız tapşıranın ona qabaqcadan birbaşa icazə verdiyi
hallarda yol verilir. Qarışıq saxlama halında anbar sahibi hər
hansı tapşıranın xahişi ilə həmin tapşıranın
saxlamaya verdiyi miqdara uyğun miqdarda mal verməlidir.
829.5. Anbar sahibi
malı saxlayıcı kimi qaytarmalıdır. Gözlənilməz
hallar nəticəsində adi saxlayıcının şərtləşdirilmiş
müddət bitənədək əşyanı qaytarmaq hüququna
malik ola bildiyi halda da anbar sahibi şərtləşdirilmiş
saxlama müddəti ilə bağlı qalır.
Maddə 830. Anbar sahibinin muzd almaq və xərclərinin
əvəzinin ödənilməsi hüququ, habelə girov hüququ
830.1. Əgər
müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə,
anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ
vardır. Əgər tapşıran malı tamamilə və ya
qismən geri qəbul edərsə, saxlama haqqını hər
bir halda ödəməlidir. Əgər saxlama müddəti üç
aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç
ayın sonunda ödənilir.
830.2. Anbar sahibi
saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı
olmayan bütün xərclərin əvəzinin, məsələn,
fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin
ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin
tələbi ilə tapşıran xərclərin əvəzini
dərhal ödəməlidir.
830.3. Saxlama müqaviləsindən
irəli gələn bütün tələblər üzrə
anbar sahibi saxladığı mallara - tapşıranın mallarına
komisyonçu kimi girov hüququna malikdir.[538]
§3. Mehmanxanalarda və restoranlarda əşyaların saxlanması
Maddə 831. Mehmanxana və ya restoran
sahibinin məsuliyyəti
831.1. Mehmanxana və
ya restoran sahibi başqa şəxslərə (qonaqlara) daldalanacaq
verən şəxsdir. Mehmanxana və ya restoran sahibi qonaqların
mehmanxana və ya restoran sahibinin otaqlarında və ya mehmanxana
və ya restoran sahibinin və ya onun işçi heyətinin müəssisədən
kənarda müəyyənləşdirdiyi başqa yerdə saxladıqları
və ya mehmanxana və ya restoran sahibinin və ya onun işçi
heyətinin saxlamaya başqa şəkildə qəbul etdiyi əşyaların
hər hansı zədələnməsi, korlanması və ya
oğurlanması üçün məsuliyyət daşıyır.
831.2. Əvəz
ödəmək vəzifəsi avtomobillərə, avtomobillərdəki
əşyalara və diri heyvanlara şamil edilmir.
831.3. Əgər
mehmanxana və ya restoran sahibi zərəri qonağın, onu müşayiət
edən şəxsin və ya qonağın qəbul etdiyi şəxsin
vurduğunu və ya əşyanın xarakterindən və ya qarşısıalınmaz
qüvvənin təsirindən irəli gəldiyini sübuta yetirərsə,
onun məsuliyyəti istisna edilir.
Maddə 832. Mehmanxanalarda və restoranlarda
pulların, sənədli qiymətli kağızların və digər qiymətli
əşyaların saxlanması[539]
Mehmanxana və ya
restoran sahibi pulları, sənədli qiymətli kağızları, sərvətləri və
digər qiymətli əşyaları saxlamaya qəbul etməyə
borcludur, amma miqdarı və ya dərəcəsi ilə əlaqədar
onların əhəmiyyətinə və ya həcminə görə
mehmanxana və ya restoran üçün ifrat və ya təhlükəli
olduğu hallar istisna təşkil edir. Mehmanxana və ya restoran
sahibi onların qapalı və ya möhürlənmiş yeşikdə
(mücrüdə, sandıqçada) verilməsini tələb
edə bilər.
Maddə 833. Mehmanxana və ya restoran sahibinin
məsuliyyətinin məhdudlaşdırılması
833.1. Mehmanxana və
ya restoran sahibi bu Məcəllənin 831.1-ci maddəsində nəzərdə
tutulan məsuliyyəti min yüz manatdan çox olmayan miqdarda
daşıyır.[540]
833.2. Lakin əgər
əşya mehmanxana və ya restoran sahibinin və ya onun işçi
heyətinin təqsiri üzündən itmişsə, korlanmışsa
və ya zədələnmişsə, habelə əgər söhbət
onun saxlamaya qəbul etdiyi və ya bu Məcəllənin 832-ci
maddəsinə zidd olaraq saxlamaya qəbul etmədiyi əşyalardan
gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır.
Maddə 834. Mehmanxana və ya restoran sahibinin
məsuliyyətinin istisna edilməsi
Bu Məcəllənin
832-ci maddəsində nəzərdə tutulan hallarda müqavilə
üzrə məsuliyyətin istisna edilməsinin qüvvəsi
yoxdur. Qalan hallarda mehmanxana və ya restoran sahibinin məsuliyyəti
yalnız zərərin bu Məcəllənin 833.1-ci maddəsində
müəyyənləşdirilmiş maksimum məbləğdən
çox olan hissəsi üçün qabaqcadan istisna edilir. məsuliyyətdən
azad edilmə yalnız o halda baş verir ki, qonaq bu barədə
yazılı bildiriş verir və bu bildirişdə ayrı müddəalar
olmur.
Maddə 835. Qonağın zərərin
əvəzinin ödənilməsi hüququnun ləğvi
Əgər qonaq
əşyanın zədələnməsi, korlanması və
ya itməsi ona məlum olan kimi bu barədə mehmanxana və ya
restoran sahibinə bildiriş verməzsə, ona mənsub olan zərərin
əvəzinin ödənilməsi hüququ ləğv edilir.
Maddə 836. Mehmanxana və ya restoran
sahibinin girov hüququ
Qonağın mehmanxanada
yaşayışı, ona qulluq üçün göstərilmiş
xidmətlərdən və tələbatının ödənilməsi
üçün digər xidmətlərdən irəli gələn
tələbləri, o cümlədən çəkilmiş xərclər
üzrə mehmanxana və ya restoran sahibi qonağın bu Məcəllənin
831.1-ci maddəsində müəyyənləşdirilmiş əşyalarına
girov hüququna malikdir. Bu halda yaşayış otağını
kirayəyə verənin girov hüququ üçün qüvvədə
olan göstərişlər tətbiq edilir.
§4. Konsiqnasiya anbarında saxlama
Maddə 837. Konsiqnasiya anbarı
haqqında müqavilə
837.1. Konsiqnasiya
anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana)
malları (konsiqnasiya mallarını) müştərilərə
tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində
müstəqil fəaliyyətlə məşğul olan başqa
şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya
mallarını saxlamağı öhdəsinə götürür
və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə
əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.
837.2. Əgər
bu Məcəllənin bu paraqrafının aşağıdakı
müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya
mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar,
konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə
alğı-satqı haqqında müddəalar tətbiq edilir.
Maddə 838. Tacirin vəzifələri
838.1. Tacir konsiqnasiya
mallarını ayrıca saxlamalı və onları tapşıranın
mülkiyyəti kimi eyniləşdirməlidir.
838.2. Konsiqnasiya
malı anbara göndərilərkən tacir onun tamlığını
və qüsursuzluğunu yoxlamalı və görünən qüsurlar
barəsində tapşırana dərhal məlumat verməlidir.
Görünməyən qüsurlar aşkar edilən kimi onlar barəsində
dərhal bildiriş verilməlidir. Əgər tacir bunu etməzsə,
hesab edilir ki, o, malı saxlamaya qəbul etmişdir.
838.3. Konsiqnasiya
malında qüsurların aşkar edildiyi halda tacir tapşıranın
ekspeditor, daşıyıcı və ya sığorta firması
barəsində hüquqlarının müdafiəsi üçün
lazımi tədbirlər görməlidir.
Maddə 839. Tacirin məsuliyyəti
839.1. Tacir malın
saxlanması üçün komisyonçu kimi məsuliyyət
daşıyır.
839.2. Tacir konsiqnasiya
malını oğurlanmadan, yanmadan və üçüncü
şəxs tərəfindən zədələnmədən sığorta
etdirmək hüququna malikdir və tapşıranın tələbi
ilə bunu onun hesabına etməyə borcludur.
Maddə 840. Konsiqnasiya anbarından
malın götürülməsi
840.1. Konsiqnasiya
anbarı haqqında müqavilənin qüvvədə olduğu
müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində
müştərilərinə mal göndərmək üçün
konsiqnasiya anbarından mal götürmək hüququ vardır.
840.2. Konsiqnasiya
anbarından mal götürüldükdə tapşıran ilə
tacir arasında münasibətlər həmin malın alğı-satqısı
haqqında müqavilə ilə tənzimlənir. Alış
qiyməti və alğı-satqının digər şərtləri
iştirakçılar arasında razılaşmalara əsasən,
qalan məsələlər isə bu Məcəllə ilə
müəyyənləşdirilir.
840.3. Tapşıran
istənilən vaxt tacirin mal götürmək səlahiyyətini
qabaqcadan ləğv edə bilər, bir şərtlə ki, bununla
birlikdə o, konsiqnasiya anbarını dərhal geri qəbul etmək
təklifini versin.
Maddə 841. Konsiqnasiya anbarında
saxlama muzdu
Ayrı razılaşma
olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə
heç bir muzd verilməməlidir.
46 – cı fəsil.
Daşıma
§1. Sərnişin daşınması
Maddə 842. Sərnişin daşınması
müqaviləsi
842.1. Sərnişin
daşınması müqaviləsinə görə daşıyıcı
müəyyən nəqliyyat növü ilə sərnişini,
habelə onun əl yükünü yola düşmə yerindən
təyinat yerinə çatdırmağı, sərnişin isə
daşımanın dəyərini ödəməyi öhdəsinə
götürür.
842.2. Sərnişin
daşınması müqaviləsi sərnişinin daşıyıcıdan
sərnişin daşınması üçün nəqliyyat
sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş
alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının
razılığı ilə sərnişinin nəqliyyat vasitəsində
yer tutması nəticəsində bağlanmış sayılır.[541]
842.3. Əgər
bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə,
sərnişin daşınması haqqında müqaviləyə
tapşırıq müqaviləsi haqqında göstərişlər
tətbiq edilir.
Maddə 843. Sərnişin daşınmasının
qiyməti
843.1. Əgər
daşıma üçün müəyyən qiymət təyin
edilməyibsə, daşımanın tarif qiyməti, tarif olmadıqda
isə həmin nəqliyyat vasitəsində gediş üçün
daşımanın müvafiq hissəsində tutulan adi haqq şərtləşdirilmiş
haqq sayılır.
843.2. Daşımanın
dəyəri daşıyıcının tələbi ilə,
lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək
ödənilməlidir.
Maddə 844. Sərnişinin başqa
şəxslə əvəz edilməsi
Daşıma başlayanadək
sərnişin gedişdə onun əvəzinə başqa şəxsin
(üçüncü şəxsin) iştirak etməsini xahiş
edə bilər. Əgər üçüncü şəxs
daşımanın xüsusi tələblərinə uyğun
gəlmirsə və ya onun iştirakına qanuni göstərişlər
mane olursa, daşıyıcı onun iştirakına etiraz edə
bilər. Daşıyıcı sərnişindən üçüncü
şəxsin gedişi ilə əlaqədar yaranmış əlavə
xərclərin əvəzini ödəməyi tələb edə
bilər.
Maddə 845. Sərnişin daşınması
müqaviləsinin daşıma başlayanadək ləğvi
845.1. Daşıma
başlayanadək istənilən vaxt sərnişin müqavilənin
ləğv olunduğunu bəyan edə bilər.
845.2. Müqavilənin
ləğvi ilə daşıyıcı şərtləşdirilmiş
haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompensasiya tələb
edə bilər. Kompensasiyanın miqdarı daşıyıcının
qənaət etdiyi xərclərin və gediş hüququnu başqa
şəxsə satmaqdan əldə edə biləcəyi gəlirin
dəyəri çıxılmaqla gedişin dəyəri ilə
müəyyənləşdirilir.
845.3. Adətən
qənaət edilən xərclər və gedişin başqa şəxslərə
satılması nəticəsində adətən əldə olunan
mümkün gəlir nəzərə alınmaqla, müqavilədə
hər nəqliyyat növü üçün kompensasiya kimi daşımanın
dəyərindən faiz dərəcəsi müəyyənləşdirilə
bilər.
Maddə 846. Sərnişin daşınmasının
həyata keçirilməsi və daşıyıcının
məsuliyyəti
846.1. Daşıyıcı
daşımanı müqaviləyə, sərnişinlərin
müdafiəsi üçün qüvvədə olan göstərişlərə
və sərnişin nəqliyyat vasitələrinin istismarı
qaydalarına uyğun həyata keçirməlidir. Əgər
daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa,
adi nəqliyyat növləri üçün yolun həmin hissəsində
qüvvədə olan adi şərtlər razılaşdırılmış
şərtlər sayılır. Əgər daşıma bu tələbləri
təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.
846.2. Daşıma
hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin,
əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya
bildiriş vermişsə və daşıyıcı qüsuru
dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları
vardır:
846.2.1. daşımanın
dəyərinin ağlabatan dərəcədə aşağı
salınmasını tələb etmək;
846.2.2. əgər
daşıma qüsur nəticəsində xeyli pisləşmişsə
və ya bu qüsura görə daşıyıcı üçün
aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul
deyildirsə, gələcək üçün daşıma müqaviləsinin
ləğv olunduğunu bəyan etmək.
846.3. Əgər
müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun
ləğv edilərsə, sərnişin özünü təhlükəyə
məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini
tərk edə bilər. Bu halda daşıyıcı daşımanın
şərtləşdirilmiş dəyərinin daşımanın
icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu
itirir. Əgər göstərilmiş nəqliyyat xidmətləri
müqavilənin ləğvi nəticəsində sərnişin
üçün maraq doğurmursa, daşıyıcı daşımanın
qalıq dəyərini almaq hüququnu da itirir.
846.4. Əgər
daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının
cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin
daşıma müqaviləsinin icra edilməməsi nəticəsində
dəyən zərər üçün əlavə kompensasiya
tələb edə bilər.
Maddə 847. Sərnişin daşınmaları
zamanı qarşısıalınmaz qüvvə
847.1. Əgər
daşıma müqaviləsinin bağlandığı məqamda
qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat
vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı
surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq
şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz
qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi
nəticəsində daşıma xeyli çətinləşərsə,
təhlükəyə məruz qalarsa və ya pisləşərsə,
müqavilə həm daşıyıcı, həm də sərnişin
tərəfindən ləğv edilə bilər.
847.2. Müqavilənin
ləğv edildiyi halda sərnişin özünü təhlükəyə
məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini
tərk edə bilər, daşıyıcı isə daşımanın
şərtləşdirilmiş dəyərinin daşımanın
icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu
itirir. Müqavilənin iştirakçıları geriyə daşıma
üçün əlavə xərcləri yarıbayarı çəkirlər.
Qalan əlavə xərcləri sərnişin çəkir.
Maddə 848. Sərnişinin pretenziyalarının
ödənilməsi
Sərnişin bu
Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları
daşıyıcıya müqavilədə nəzərdə
tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək
verməlidir. Müddət keçdikdən sonra sərnişin
pretenziyaları yalnız həmin müddəti öz təqsiri
olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı
sərnişinin pretenziyalarını qəbul etmədikdə onlar
daşımanın qurtarmasından altı ay keçənədək
ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında
bundan da tez ödənilmiş olmasın.
Maddə 849. Daşıyıcının
məsuliyyətinin məhdudlaşdırılması
849.1. Əgər
daşıyıcının ayrı-ayrı və ya bütün
nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər
və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə
və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi
hüququ yalnız müəyyən şərtlər və ya
məhdudiyyətlər olduqda əmələ gəlirsə və
ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər
olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında
həmin göstərişlərə yalnız onları yerinə
yetirdiyi halda istinad edə bilər.
849.2. Bütün
digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya
əsasən öz məsuliyyətini daşımanın dəyərinin
üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə
ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq
üzündən vurulmasın və ya sərnişin üçün
yaranmış zərərə görə daşıyıcı
yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri
nəticəsində məsuliyyət daşısın.
§2. Yük daşınması
Maddə 850. Yük daşınması
müqaviləsi
850.1.
Yük daşınması müqaviləsinə görə daşıyıcı
yükü haqq (yüklərin daşınması üçün
haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı,
yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi
digər şəxs isə daşımanın dəyərini ödəməyi
öhdəsinə götürür.[542]
850.2. Əgər
bu Məcəllənin bu paraqrafının aşağıdakı
müddəalarından ayrı qayda irəli gəlmirsə, yük
daşınması müqaviləsinə tapşırıq haqqında
göstərişlər tətbiq edilir.
Maddə 851. Yük göndərən, yük
alan və daşıyıcı[543]
851.1.
Yük göndərən daşımanın təşəbbüsçüsü
olan və adından yük göndərilməsi rəsmiləşdirilən
fiziki və ya hüquqi şəxsdir. Yük göndərən
həm yükün daşımadan əvvəl olduğu şəxs,
həm də yükün göndərildiyi şəxs (yük
alan) ola bilər. Yük alan əqd əsasında yüklərin
alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir.
Daşıyıcı yük daşınması müqaviləsi
əsasında və haqq müqabilində baqaj, yük və ya
poçt daşımalarını yerinə yetirən, mülkiyyət,
icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə
malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.
851.2.
Daşıyıcılar yükün daşınması ilə
bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin
normativ hüquqi aktlara və daşıyıcıların müəyyən
etdiyi tələblərə zidd olmaması şərtilə yük
daşınması müqaviləsini bağlayırlar. Həmin
müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu
gündən etibarən ən geci 5 (beş) iş günü
ərzində, tez xarab olan yüklərə münasibətdə
isə 2 (iki) iş günü ərzində razılıq verilməli,
eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin
müəyyən etdiyi yerdə və tarixdə daşınmanın
həyata keçirilməsinə başlanılmalıdır.
Maddə 852. Ekspeditor. Nəqliyyat
komisyonçusu
852.1.
Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən
nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı
və vəsaiti hesabına göstərən və ya üçüncü
şəxslər vasitəsilə göstərilməsini təşkil
edən hüquqi şəxs və ya fərdi sahibkardır.[544]
852.2. Daşıyıcılar
ilə münasibətlərdə ekspeditor yük göndərənin
və
ya yük alanın hüquq və
vəzifələrinə malikdir [545]
852.3. Ekspeditor yük
göndərənin tapşırıqlarına əməl etməlidir. O, daşıyıcıları
öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı
tamamilə və ya qismən özü həyata keçirirsə,
daşıyıcının hüquq və vəzifələrinə
malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının
aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu
əşyaları qruplaşdıraraq yığma nəqliyyat
təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin
mənafelərini qorumalı və tapşırıqlarına əməl etməlidir. O, qarşıya
çıxan bütün çətinliklər barəsində
yük göndərənə məlumat verməlidir.[546]
852.4.
Ekspeditorun öz xidmətləri üçün muzd almaq və
yük göndərən üçün çəkdiyi xərclərin
əvəzinin ödənilməsini tələb etmək hüququ
vardır.[547]
852.5. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.10-cu
maddəsində qeyd edilən hal istisna olmaqla, ekspeditor yük göndərənin
tapşırıqlarından bütün kənaraçıxmalar
üçün onun qarşısında məsuliyyət daşıyır.
Ekspeditor daşıyıcıların
təqsiri üçün də məsuliyyət daşıyır,
amma daşıyıcıları seçərkən lazımi
vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna
təşkil edir.[548]
852.6.
Nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə
bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan
Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “Nəqliyyat
haqqında”, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının
və bu sahədə Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarının tələblərinə uyğun
olaraq tənzimlənir.[549]
Maddə 853. Yük göndərənin
zəruri məlumatları və sənədləri[550]
853.1. Yük göndərən
daşıyıcıya aşağıdakıları dəqiq
göstərməlidir:
853.1.1. yük alanın
ünvanı;
853.1.2. çatdırılma
yeri;
853.1.3. yük yerlərinin
miqdarı, qabı, tərkibi və brutto çəkisi;
853.1.4. göndərmə
müddəti və nəqliyyat növü;
853.1.5. qiymətli
obyektlər olduqda - onların dəyəri;
853.1.6. habelə
xüsusi təhlükəli və potensial təhlükəli
yüklər olduqda - təhlükənin konkret növü və
belə hallarda qəbul edilməli ehtiyat tədbirləri.
853.1-1.
Yük göndərən yükün daşınması müqaviləsinin
lazımınca icrası üçün yükə aid olan sənədləri
və digər məlumatları daşıyıcıya təqdim
etməlidir.[551]
853.2. Yük göndərən
bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi
nəticəsində dəyən zərərin əvəzini ödəyir. [552]
Maddə 854. Qaimə
854.1. Yük daşınması
müqaviləsi və onun həyata keçirilməsi formulyar
şəklində tərtib edilən sənədlə (qaimə
ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək
qaimə aşağıdakıları təsdiq edir:
854.1.1. yük göndərən
ilə daşıyıcı arasında müqavilə;
854.1.2. bir və
ya bir neçə daşıyıcı tərəfindən yükün
daşımaya qəbul olunması;
854.1.3. yük alan
tərəfindən yükün qəbul edilməsi;
854.1.4. müqavilə
iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar
və ya qeyd-şərtlər;
854.1.5. yük göndərənin
və ya yük alanın yükə dair sərəncam vermək
hüququ;
854.1.6. daşıyıcının
yükə girov hüququ.
854.2. Qaimənin
üç orijinalında yük göndərənin və daşıyıcının
imzaları və ya ştempelləri olmalıdır. Qaimənin
birinci nüsxəsi yük göndərənə verilir, ikinci
nüsxəsi yükü müşayiət edir, üçüncü
nüsxəsi isə daşıyıcıya verir.
854.3. Qaimədə
aşağıdakı məlumatlar göstərilməlidir:
854.3.1. bu Məcəllənin
853-cü maddəsində göstərilən məlumatlar;
854.3.2. qaimənin
tərtib edildiyi yer və tarix;
854.3.3. yük göndərənin
adı və ünvanı;
854.3.4. daşıyıcının
adı və ünvanı;
854.3.5. yükləmənin
yeri və tarixi;
854.3.6. yük yerlərinin adı və nömrələri;
854.3.7. daşımanın
qiyməti (yük daşınması üçün haqq, əlavə
xərclər);
854.3.8. zərurət olduqda daşımanın şərtləri
barəsində yük göndərənin xüsusi göstərişləri.
854.4. Zərurət
olduqda qaimədə aşağıdakı əlavə məlumatlar
da göstərilə bilər:
854.4.1. yükün boşaldılıb başqa nəqliyyat
vasitələrinə yüklənməsinin qadağan edilməsi;
854.4.2. yük göndərənin
öz hesabına qəbul etdiyi və ya yükü alana avansını
verdiyi xərclər;
854.4.3. yük alanın
daşıyıcıya ödədiyi dəyər (yükə
əlavə edilmiş, yük təhvil verilərkən icra olunmalı
ödənişin məbləği);
854.4.4. yükün
dəyəri;
854.4.5. yük göndərənin sığorta barəsində
təlimatı;
854.4.6. yükün
daşınması üçün şərtləşdirilmiş
müddətlər;
854.4.7. daşıyıcıya yüklə birlikdə
verilmiş sənədlərin siyahısı.
854.5. Yük göndərən
qaimədəki məlumatların dəqiqliyi və tamlığı
üçün daşıyıcı qarşısında məsuliyyət
daşıyır.
854.6. Əgər
yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8
və ya 854.4-cü maddələrində nəzərdə tutulan
məlumatları yanlış və ya natamam vermişdirsə,
bununla əlaqədar bütün zərər üçün
daşıyıcı qarşısında məsuliyyət daşıyır.
854.7. Qaimənin
tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib
edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi
qüvvədə olur. Müqavilənin iştirakçıları
yük daşınması haqqında şərtləşdirdikləri
müqavilənin mövcudluğunu və məzmununu sübuta
yarayan hər bir vasitə ilə sübut edə bilərlər.
Maddə 855. Yükün qablaşdırılması
855.1. Yük göndərən
yükün lazımınca qablaşdırılmasını təmin
etməlidir. O, qablaşdırmanın zahirən görünməyən
qüsurları üçün məsuliyyət daşıyır.
855.2. Öz növbəsində
daşıyıcı yükü daşımaya qeyd-şərtsiz
qəbul edərkən mövcud olmuş zahirən görünən
qüsurların nəticələri üçün məsuliyyət
daşıyır.
Maddə 856. Yükə dair sərəncam
vermək hüququ
856.1. Nə qədər
ki yük hələ daşıyıcıdadır, yük göndərənin
daşıyıcıya onun xərcləri və zərərləri
üçün kompensasiya ödəyərək, yükü
geri qəbul etmək və ya çatdırma yerini və yük
alanı dəyişdirmək hüququ vardır. Bu müddəalar
aşağıdakı hallarda tətbiq edilmir:
856.1.1. yük daşınması
müqaviləsində və ya qaimədə yükə dair sərəncam
verməyə yalnız yük alanın ixtiyarının çatdığı
müəyyənləşdirildikdə;
856.1.2. qaimənin birinci nüsxəsi yük alana verildikdə;
856.1.3. yük təyinat
yerinə gəldikdən sonra yük alan yükün çatdırılmasını
tələb etdikdə və ya daşıyıcı qaimənin
ikinci nüsxəsini yük alana verdikdə;
856.1.4. yük göndərən yükün alınması
barədə daşıyıcıdan qəbz aldıqda və
onu qaytara bilmədikdə.
856.2. Bu Məcəllənin
856.1.1-856.1.4-cü maddələrində nəzərdə tutulan
hallarda daşıyıcı yük alanın göstərişlərinə
şərtsiz əməl etməlidir. Bu Məcəllənin 856.1.4-cü
maddəsində nəzərdə tutulan halda, yük təyinat
yerinə gələnədək daşıyıcı bunu etməyə
yalnız yükün alınması barədə yük alana qəbz
çatdırıldıqda borcludur.
Maddə 857. Yükün gəlməsi
haqqında bildiriş
Daşıyıcı
yükün çatdırılma yerinə gəlməsi barədə
yük alana dərhal bildiriş verməlidir.
Maddə 858. Yükün çatdırılması
zamanı maneələr
858.1. Əgər
yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər
həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək
mümkün deyilsə, daşıyıcı yük göndərənə
bu barədə məlumat verməli və yük göndərənin
riski və hesabı ilə yükü müvəqqəti saxlamaya
götürməli və ya saxlama üçün üçüncü
şəxsə verməlidir. Əgər yük göndərən
və yük alan şərait nəzərə alınmaqla ağlabatan
müddət ərzində yükə dair zəruri sərəncamlar
verməzlərsə, ekspertin köməyi ilə daşıyıcı
eynilə komisyonçu kimi yükü ixtiyarlı şəxsin
xeyrinə sata bilər.
858.2. Əgər
yük tez korlanandırsa və ya onun ehtimal edilən dəyəri
xərcləri ödəmirsə, daşıyıcı ləngimədən
bu faktı rəsmən təyin edilmiş ekspertin köməyi
ilə müəyyənləşdirməli və yükü
çatdırılma zamanı maneələrin olduğu haldakı
kimi eyni qaydada satmalıdır. Yükün satılmasına dair
sərəncam verilməsi barədə iştirakçılara
imkan daxilində bildiriş verilir.
858.3. Daşıyıcı
yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin
icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum
müdafiə etməyə borcludur. Bu vəzifələri öz
təqsiri üzündən pozduqda o, zərərin əvəzinin
ödənilməsi üçün məsuliyyət daşıyır.
Maddə 859. Yük daşıyıcısının
məsuliyyəti
859.1.
Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı
və ya zədələndiyi (xarab olduğu), eləcə də
bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini
pozduğu halda daşıyıcı dəymiş zərərin
və müştərinin əldən çıxmış gəlirlərinin
tam dəyərini ödəyir, eləcə də daşıma
haqqını qaytarır. Əgər yük daşıyıcı
tərəfindən daşımaya qəbul edildikdən sonra üç
ay ərzində çatdırılmazsa, eləcə də müqavilə
ilə müəyyən edilmiş çatdırılma müddətinin
bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə,
əksi sübut edilənədək yük itirilmiş sayılır.[553]
859.2. Bundan başqa,
daşıyıcı çatdırmanın gecikdirilməsi və
ya yükün zədələnməsi və ya qismən məhv
olması ilə bağlı bütün zərər üçün
məsuliyyət daşıyır.
859.3.
Əgər daşıyıcı yükün itirilməsinin,
məhvinin, əskik çıxmasının və ya zədələnməsinin
(xarab olmasının), habelə bu Məcəllənin 851.2-ci maddəsinin
tələblərinin pozulmasının aşağıdakılar
nəticəsində baş verdiyini sübuta yetirərsə, bu
Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə
tutulan məsuliyyət tətbiq edilmir:[554]
859.3.1. risk məlum
olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa
təyinatı;
859.3.2. yük göndərənin
və ya yük alanın təqsiri və ya göstərişi;
859.3.3. daşıyıcının
lazımi vicdanlılığı şəraitində qarşısı
alınması mümkün olmayan hallar.
859.4. Daşıyıcı
daşımanı tamamilə və ya qismən başqa daşıyıcının
vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət
daşıyır. Onun daşıma üçün yükü
verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
859.5. Daşıyıcıya
qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul
edildikdən və ödənildikdən sonra ödənilir. Bu
müddəa aşağıdakı hallarda tətbiq edilmir:
859.5.1. daşıyıcı
qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət
daşıyırsa;
859.5.2. əgər
iddialar yükün zahirən görünən zədələrinə
əsaslanırsa, yük alan bunları şərait nəzərə
alınmaqla onun üçün mümkün və yolverilən
müddət ərzində aşkar etdikdə və bu barədə
daşıyıcıya zədələr aşkar edildikdən
sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz
gün keçənədək bildiriş verdikdə.
Maddə 860. Yükə girov hüququ
860.1. Daşıyıcı
ona çatası daşıma haqqına və xərclərin
kompensasiyasına əsasən yükə girov hüququna malikdir.
Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin
182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin
yükün mülkiyyətçisi olmadığı, lakin həmin
yük barəsində yük göndərənin yükün
mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti
olması ilə əlaqədar daşıyıcının vicdanlı
olduğu hallarda da yükə girov hüququ əldə edilir.[555]
860.2. Əgər
daşıyıcı öz girov hüququnu həyata keçirirsə,
yükün çatdırılması yalnız mübahisəli
məbləğin məhkəmədə depozitə qoyulduğu
halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin
girov hüququ barəsində yükü əvəz edir.
860.3. Çıxarılmışdır. [556]
Maddə 861. Yüklərin daşınması
zamanı iddia müddətləri
861.1. Daşıyıcıya
qarşı iddialar müddətin keçməsinə görə
bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi
və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata
keçirilməli olduğu gündən, bu Məcəllənin 851.2-ci maddəsində
qeyd edilən yük daşınması müqaviləsi bağlanılmadığı
halda həmin müqavilənin bağlanılmalı olduğu sonuncu
gündən, yük zədələndikdə
isə onun yük alana verildiyi gündən qüvvəsini itirir.
etiraz qaydasında yük alan və ya yük göndərən
istənilən vaxt öz pretenziyalarını irəli sürə
bilərlər, bu şərtlə ki, onlar bir illik müddət
ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş
olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində
qüvvəsini itirməsin. Daşıyıcının qəsdi
və kobud ehtiyatsızlığı halları istisna təşkil
edir.[557]
861.2.
Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora
qarşı yaranan tələblər üzrə pretenziya verilməsi
və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci
və 28-ci maddələrinə uyğun həyata keçirilir.[558]
47 – ci fəsil.
Turist xidmətlərinin göstərilməsi
Maddə 862. Turist xidmətlərinin
göstərilməsinə dair müqavilə
862.1. Turist xidmətlərinin
göstərilməsinə dair müqaviləyə görə
bu xidmətlərin təşkilatçısı istifadəçiyə
məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri)
öhdəsinə götürür, turist isə turist xidmətlərinin
təşkilatçısına şərtləşdirilmiş
xidmətlərə görə şərtləşdirilmiş
muzd ödəməyə borcludur.
862.2. Turist xidmətlərinin
məzmununa turist səfərinin əhatə etdiyi bir və ya
bir neçə yerə aparma, habelə geriyə, səfərin
başlandığı yerə gətirmə daxil ola bilər.
Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi
yalnız o halda baş verir ki, onun təşkilatçısı
daşımadan əlavə, aşağıdakı xidmətlərdən,
heç olmasa, birini göstərir:
862.2.1. qidalanma;
862.2.2. mehmanxanalarda
yerləşdirmə;
862.2.3. təyinat
məntəqəsində seyretmələr və ya mədəni
tədbirlərdə iştirak.
862.3. Turist səfərinin
təşkilatçısı turist xidmətlərinin göstərilməsinə
dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist
səfərinin təşkilatçısı özü daşıyıcı
ola bilər və ya başqa turist xidmətləri göstərə
bilər.
862.4. Turist xidmətlərinin
göstərilməsinə dair müqaviləyə bu Məcəllənin
844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq
olunur.
Maddə 863. Turist səfərinin həyata
keçirilməsi və qüsurlara görə təşkilatçının
məsuliyyəti
863.1. Turist səfərinin
təşkilatçısı səfəri elə həyata keçirməlidir
ki, səfərin qarantiya verilmiş xassələri olsun və
turist səfərinin dəyərini, yaxud adi istifadəyə və
ya müqavilənin məqsədlərinə uyğun istifadəyə
yararlığını istisna edən və ya azaldan qüsurları
olmasın.
863.2. Bu Məcəllənin
863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda,
bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq
edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol
verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti
düzəltmək üçün səfər iştirakçısının
ona təyin etdiyi ağlabatan müddəti ötürmüş
olsun. Əgər vəziyyəti düzəltmək mümkün
deyildirsə və ya təşkilatçı bundan imtina edirsə
və ya müqavilənin dərhal ləğv edilməsi səfər
iştirakçısının xüsusi mənafelərinə
uyğundursa, müddət təyin etmək tələb olunmur.
48 – ci fəsil.
Renta
§1. Renta haqqında ümumi müddəalar
Maddə 864. Renta müqaviləsi
864.1. Renta müqaviləsinə
görə bir tərəf (renta alan) əmlakı digər tərəfin
(renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi
isə alınmış əmlakın müqabilində renta alana
vaxtaşırı müəyyən pul məbləği şəklində
renta ödəməyi öhdəsinə götürür.
864.2. Renta müqaviləsinə
görə rentanı müddətsiz ödəmək (daimi renta)
və ya renta alanın ömrü boyu ödəmək (ömürlük
renta) vəzifəsinin müəyyənləşdirilməsinə
yol verilir.
Maddə 865. Renta müqaviləsinin
forması
865.1. Renta müqaviləsi
tərəflərin imzaladığı bir sənədin tərtibi
yolu ilə yazılı formada bağlanır.
865.2. Renta ödənilməsi
üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini
nəzərdə tutan renta müqaviləsi notariat qaydasında
təsdiqlənməlidir.
Maddə 866. Daşınmaz əmlakın
özgəninkiləşdirilməsini nəzərdə tutan renta
müqaviləsinə görə mülkiyyət hüququnun keçməsinin
qeydə alınması
Renta ödənilməsi
üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini
nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət
hüququnun keçməsi daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmalıdır.
Maddə 867. Renta ödənilməsi
üçün əmlakın özgəninkiləşdirilməsi
867.1. Renta ödənilməsi
üçün özgəninkiləşdirilən əmlakı
renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində
və ya pulsuz verə bilər.
867.2. Renta müqaviləsində
əmlakın haqq müqabilində verilməsinin nəzərdə
tutulduğu halda əmlakın verilməsi və ödənilməsi
üzrə tərəflərin münasibətlərinə alğı-satqı
haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə
bağışlama müqaviləsi haqqında qaydalar tətbiq
edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin
qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin
və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın.
Maddə 868. Daşınmaz əşyanın
renta ilə yüklülüyü
868.1. Renta torpaq
sahəsini, binanı, qurğunu və ya onun ödənilməsi
üçün verilmiş başqa daşınmaz əşyanı
yüklü edir. Renta ödəyicisi belə əşyanı
özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə
öhdəlikləri əldə edənə keçir.
868.2. Renta ilə
yüklü olan daşınmaz əşyanı başqa şəxsin
mülkiyyətinə vermiş şəxs renta alanın renta müqaviləsinin
pozulması ilə əlaqədar əmələ gəlmiş
tələbləri üzrə həmin şəxslə subsidiar
məsuliyyət daşıyır, bir şərtlə ki, bu Məcəllədə
və ya müqavilədə bu öhdəlik üzrə birgə
məsuliyyət nəzərdə tutulmasın.
Maddə 869. Renta ödənilməsinin
təmin edilməsi
869.1. Torpaq sahəsi
və ya digər daşınmaz əşya renta ödənilməsi
üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin
təminatından ötrü həmin əşyaya girov hüququ
əldə edir.
869.2. Pul məbləğinin
və ya başqa daşınar əşyanın renta ödənilməsi
üçün verilməsini nəzərdə tutan müqavilənin
mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin
icrasına təminat vermək və ya bu öhdəliklərin
icra olunmaması, ya da lazımınca icra olunmaması üçün
məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək
vəzifəsini müəyyənləşdirən şərtdir.
869.3. Renta ödəyicisi
bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə
tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə
renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı
hallara görə itirildikdə və ya pisləşdikdə renta
alanın renta müqaviləsini ləğv etmək və müqavilənin
ləğvi nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsini tələb etmək ixtiyarı vardır.
Maddə 870. Rentanın forması
və miqdarı
870.1. Renta müqavilə
ilə müəyyənləşdirilmiş miqdarda pulla ödənilir.
Renta müqaviləsində rentanın dəyərcə onun pul
məbləğinə uyğun əmlakın verilməsi, işlərin
görülməsi və ya xidmətlərin göstərilməsi
yolu ilə ödənilməsi nəzərdə tutula bilər.
870.2.
Ödənilən rentanın miqdarı renta müqaviləsində
nəzərdə tutulmuş hallarda və qaydada artırılır.[559]
§2. Daimi renta
Maddə 871. Daimi renta alan
871.1. Daimi renta alanlar
yalnız fiziki şəxslər, habelə qeyri-kommersiya təşkilatları
ola bilərlər, bir şərtlə ki, bu, qanuna zidd olmasın
və onların fəaliyyətinin məqsədlərinə uyğun
gəlsin.
871.2. Daimi renta müqaviləsi
üzrə renta alanın hüquqları bu Məcəllənin
871.1-ci maddəsində göstərilmiş şəxslərə,
tələbin güzəşti yolu ilə verilə bilər və
vərəsəlik üzrə və ya hüquqi şəxslər
yenidən təşkil olunduqda hüquq varisliyi qaydasında keçə
bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda
nəzərdə tutulmasın.
Maddə 872. Daimi rentanın ödənilməsi
müddətləri
Əgər daimi
renta müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, daimi renta hər təqvim rübünün sonunda
ödənilir.
Maddə 873. Ödəyicinin daimi
rentanı satın almaq hüququ
873.1. Daimi renta ödəyicisinin
onu satın almaq ixtiyarı vardır.
873.2. Əgər
müqavilədə satınalmanın başqa qaydası nəzərdə
tutulmayıbsa, renta alan bütün satınalma məbləğini
alanadək renta ödənilməsi öhdəliyinə xitam verilmir.
873.3. Daimi renta ödəyicisinin
rentanı satın almaq hüququndan imtina etməsi haqqında daimi
renta müqaviləsinin şərti əhəmiyyətsizdir.
873.4. Müqavilədə
nəzərdə tutula bilər ki, daimi rentanı satın almaq
hüququ renta alanın sağlığında və ya başqa
müddət ərzində həyata keçirilə bilməz.
Maddə 874. Renta alanın tələbi
ilə daimi rentanın satın alınması
874.0. Daimi renta alan
aşağıdakı hallarda ödəyicinin rentanı satın
almasını tələb edə bilər:
874.0.1. daimi renta
müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa,
renta ödəyicisi onun ödənilməsini bir ildən çox
gecikdirdikdə;
874.0.2. renta ödəyicisi
renta ödənişini təmin etmək öhdəliklərini
pozduqda;
874.0.3. onun rentanı
müqavilə ilə müəyyənləşdirilmiş miqdarda
və müddətlərdə ödəməyəcəyinə
aşkar dəlalət edən hallar yarandıqda;
874.0.4. renta ödənilməsi
üçün verilmiş daşınmaz əmlak ümumi mülkiyyətə
daxil olduqda və ya bir neçə şəxs arasında bölüşdürüldükdə;
874.0.5. müqavilədə
nəzərdə tutulmuş digər hallarda.
Maddə 875. Daimi rentanın satınalma
qiyməti
875.1. Bu Məcəllənin
873 və 874-cü maddələrində nəzərdə tutulmuş
hallarda daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş
qiymətlə satın alınır.
875.2. Daimi renta ödənilməsindən
ötrü əmlakın haqq müqabilində verilməsi üçün
əsas götürülən daimi renta müqaviləsində
satınalma qiyməti haqqında şərt olmadıqda satınalma
ödəniləsi rentanın illik məbləğinə uyğun
qiymətlə həyata keçirilir.
875.3. Daimi renta ödənilməsindən
ötrü əşyanın pulsuz verilməsi üçün
əsas götürülən daimi renta müqaviləsində
satınalma qiyməti haqqında şərt olmadıqda, satınalma
qiymətinə, renta ödənişlərinin illik məbləği
ilə yanaşı, verilmiş əşyanın qiyməti də
daxil edilir.
Maddə 876. Daimi renta ödənilməsi
üçün verilmiş əmlakın təsadüfən məhv
olması və ya təsadüfən zədələnməsi
riski
876.1. Daimi renta ödənilməsi
üçün pulsuz verilmiş əşyanın təsadüfən
məhv olması və ya təsadüfən zədələnməsi
riski renta ödəyicisinin üzərinə düşür.
876.2. Daimi renta ödənilməsi
üçün haqq müqabilində verilmiş əşya təsadüfən
məhv olduqda və ya təsadüfən zədələndikdə
ödəyici müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə
xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin
dəyişdirilməsini tələb edə bilər.
§3. Ömürlük renta
Maddə 877. Ömürlük renta
alan
877.1. Ömürlük
renta əşyanı renta ödənilməsi üçün
verən fiziki şəxsin sağlığı dövrü üçün
və ya onun göstərdiyi başqa fiziki şəxsin sağlığı
dövrü üçün müəyyənləşdirilə
bilər.
877.2. Ömürlük
rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdirilməsinə
yol verilir və əgər ömürlük renta müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, renta almaq hüququnda
onların payları bərabər sayılır.
877.3. Əgər
ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, renta alanlardan biri öldükdə renta almaq hüququnda
onun payı ondan çox yaşayan renta alanlara keçir. Sonuncu
renta alan öldükdə rentanı ödəmək öhdəliyinə
xitam verilir.
877.4. Müqavilənin
bağlandığı məqamda sağ olmayan fiziki şəxsin
xeyrinə ömürlük renta müəyyənləşdirən
müqavilə əhəmiyyətsizdir.
Maddə 878. Ömürlük rentanın
ödənilməsi müddətləri
Əgər ömürlük
renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
ömürlük renta hər təqvim ayının sonunda ödənilir.
Maddə 879. Renta alanın tələbi
ilə ömürlük renta müqaviləsinin ləğv edilməsi
879.1. Renta ödəyicisi
ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə
pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı
və ya müqaviləni ləğv etməyi və zərərin
əvəzini ödəməyi tələb edə bilər.
879.2. Əgər
ömürlük renta ödənilməsi üçün mənzil,
yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə,
renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda renta alan həmin əmlakın qaytarılmasını və
onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini
tələb edə bilər.
Maddə 880. Ömürlük renta ödənilməsi
üçün verilmiş əşyanın təsadüfən
məhv olması və ya təsadüfən zədələnməsi
riski
Ömürlük
renta ödənilməsi üçün verilmiş əşyanın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi renta ödəyicisini ömürlük
renta müqaviləsində nəzərdə tutulmuş şərtlər
əsasında rentanı ödəmək öhdəliyindən
azad etmir.
49-cu fəsil.
Barışıq razılaşması
və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə[560]
Maddə 881. Barışıq razılaşması
haqqında müqavilə
881.1. Barışıq
razılaşması haqqında müqaviləyə görə
tərəflər öz aralarında hüquqlar və ya iddialar
barəsində mübahisəni və ya qeyri-müəyyənliyi
qarşılıqlı güzəştlər yolu ilə həll
edirlər.
881.2. Barışıq
razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər
mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara
və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən
istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar
üçün yalnız barışıq razılaşmasında
təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında
razılaşma olmadıqda:
881.2.1. hər hansı
iddiaya aid təminat və üstünlük hüquqları, məsələn,
girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının
saxlanması haqqında qeyd-şərt qüvvədə qalır,
bu şərtlə ki, belə iddia barışıq razılaşması
ilə təsdiqlənsin;
881.2.2. barışıq
razılaşmasının qüvvəsi barışıq razılaşması
məqamında müqavilənin iştirakçısına məlum
olmayan iddialara şamil edilmir.
881.3. Barışıq
razılaşmasının bağlanması üçün forma
tələb olunmur. Lakin əgər barışıq razılaşmasında
hər hansı formanın gözlənilməsini tələb
edən əqdlər vardırsa, razılaşma bu əqdlər
üçün tələb edilən forma üzrə tərtib
olunmalıdır, amma barışıq razılaşmasının
məhkəmə qaydasında protokol şəklində tərtib
olunduğu hallar istisna təşkil edir.
881.4. Əgər barışıq razılaşması
məhkəmə qaydasında protokol şəklində bağlanmışdırsa
və ya əgər notariat qaydasında təsdiqlənmiş barışıq
razılaşmasının iştirakçılarından biri
üçün digər iştirakçının müəyyən
iddiaları ilə əlaqədar dərhal icraata başlanırsa,
onda icraat istər barışıq razılaşması üzrə,
istərsə də hüquqi qüvvəsi olan məhkəmə
qərarı üzrə həyata keçirilə bilər.[561]
881.5. Əgər
müqavilə iştirakçıları hüquq münasibətlərini
və ya iddiaları həyata keçirə bilmirlərsə,
xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə
əlaqədar həyata keçirə bilmirlərsə, barışıq
razılaşmasının qüvvəsi yoxdur.
Maddə 882. Mövcud borcun etirafı
haqqında mücərrəd müqavilə KMQ 26
882.1. Borcun etiraf
edilməsini, həm də öhdəliyə əsas verən şəkildə
etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin
(mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin)
yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı
şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması
üçün müəyyənləşdirilmiş forma üzrə
verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik
münasibətlərinin yaranması üçün ayrı forma
nəzərdə tutulubsa, etiraf üçün də belə
forma tələb edilir.[562]
882.2. Bu Məcəllədə
nəzərdə tutulan başqa göstərişlər olmadıqda,
mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə
əsaslanan iddiaya qarşı başlıca əqddən irəli
gələn heç bir etiraz irəli sürülə bilməz.
882.3. Bu zaman bu Məcəllənin
881.5-ci maddəsi tətbiq olunur.[563]
882.4. Bu Məcəllənin
882.1-882.3-cü maddələri öhdəliyin icrasının
qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə
əsas verən şəkildə qəbul edilməsini nəzərdə
tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə
götürmək haqqında müqaviləyə) müvafiq surətdə
tətbiq edilir.
882.5. Əgər
borc hesablaşmaya (ödənişə) əsasən və ya
razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi
məcburi deyildir.[564]
50-ci fəsil.[565]
Sığorta
§ 1. Sığorta haqqında ümumi müddəalar
Maddə 883. Sığorta və
təkrarsığorta müqaviləsi
883.1. Sığorta
müqaviləsi sığortalının müvafiq sığorta
haqqı ödəməsi müqabilində sığorta obyektinin
məruz qala biləcəyi risklərlə bağlı itkilərin,
dəyən zərərin əvəzinin və ya razılaşdırılan
pul məbləğinin müəyyən bir hadisənin baş
verməsi əsasında ödənilməsinin sığortaçı
tərəfindən öhdəlik kimi götürülməsi
şərtlərinin təsbit edildiyi razılaşmadır.
883.2. Təkrarsığorta
müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta
haqqı ödəməsi müqabilində sığortaladığı
risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya
ötürülməsi və ya onunla bölüşdürülməsi
şərtlərinin təsbit edildiyi razılaşmadır.
Maddə 884. Sığorta münasibətlərinin
subyektləri
884.1. Sığorta
münasibətləri sığortalının və ya sığorta
olunanın əmlakı, həyatı, sağlamlığı,
mülki məsuliyyəti, qanunla
qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq
fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin
müdafiəsi sahəsində risklərin ötürülməsinə
və ya bölüşdürülməsinə əsaslanır.[566]
884.2. Sığorta
və ya təkrarsığorta müqaviləsinin tərəfi
olan, yaxud belə müqavilənin həyata keçirilməsi
üzrə hüquqlara və (və ya) vəzifələrə
malik olan şəxslər sığorta münasibətlərinin
subyektləridir.
884.3. Sığortaçı icbari sığorta
üzrə icbari sığorta növlərinin həyata keçirilməsini
tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları),
könüllü sığorta üzrə sığorta müqaviləsində
nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi
halda sığorta ödənişini vermək öhdəliyi
daşıyan sığorta müqaviləsinin tərəfidir.[567]
884.4. Sığortalı
sığorta haqqı ödəyən, sığorta obyektinin
sığorta etdirilməsində sığorta marağı olan
sığorta müqaviləsinin tərəfidir.
884.5. Sığorta
olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında
sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə
sığorta müqaviləsində sığorta olunan qismində
başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı
eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası
üzrə sığorta müqaviləsində sığorta
olunan qismində başqa şəxs nəzərdə tutulmasından
asılı olmayaraq, sığortalının sığorta olunan
kimi tanınması heç bir halda, o cümlədən müqavilə
şərtləri ilə məhdudlaşdırıla bilməz.
884.6. Faydalanan şəxs
icbari sığorta qanunlarına
və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta
ödənişi verilməli
olan şəxsdir. Sığorta müqaviləsində faydalanan
şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa,
sığortalı və (və ya) sığorta olunan faydalanan
şəxs sayılır.[568]
884.6–1. Əmlak sığortası
üzrə sığorta hadisəsi nəticəsində zərər
dəymiş əmlakla bağlı sığorta marağı
olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi
olub-olmamasından asılı olmayaraq zərərçəkən
sayılır. [569]
884.6–2. Şəxsi sığorta üzrə
sığorta hadisəsi nəticəsində sağlamlığına
zərər dəymiş şəxs, onun öldüyü halda
isə ailə üzvləri zərərçəkən sayılır.
884.7. Təkrarsığortaçı
ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı
tərəfindən bağlanmış sığorta və ya
təkrarsığorta müqavilələri əsasında sığortalanmış
(təkrarsığortalanmış) riskləri təkrarsığortalayan
(təkrarsığortaya qəbul edən) təkrarsığorta
müqaviləsinin tərəfidir.
884.8. Təkrarsığortalı
sığortaladığı və ya təkrarsığortaladığı
riskləri təkrarsığorta müqaviləsi əsasında
təkrarsığorta etdirən (təkrarsığortaya ötürən)
sığortaçı və ya təkrarsığortaçıdır.
Maddə 885. Sığorta sahələri
885.1. Sığorta
sığortaçıların fəaliyyət istiqamətləri
baxımından həyat sığortası və qeyri-həyat
sığortası (ümumi sığorta) sahələrinə,
sığorta obyekti baxımından şəxsi sığorta
və əmlak sığortası sahələrinə bölünür.
885.2. Həyat və
qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində
nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir.[570]
885.3. Həyat sığortası
sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə
görə yalnız şəxsi sığortaya aiddir.
885.4. Qeyri-həyat
sığortası sahəsinə aid olan sığorta sinifləri
həm şəxsi, həm də əmlak sığortasına
aid ola bilər.
Maddə 885-1. Aqrar sığorta sistemi
Aqrar sığorta
sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə,
“Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
tənzimlənir.[571]
Maddə 886. Sığorta obyekti
və sığorta predmeti
886.1. Sığorta
obyekti sığortalının, yaxud sığorta olunanın
qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
886.2. Qanunazidd mənafelər,
həmçinin qanuni, lakin sığortalanması qanunla
qadağan olunan mənafelər, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və digər qanunlarda nəzərdə tutulmuş cərimələr,
habelə oyunlarda (o cümlədən lisenziya əsasında
təşkil edilən kazino oyunlarında), mərclərdə, lotereyalarda
iştirakla bağlı mənafelər sığorta obyekti ola
bilməz.[572]
886.3. Sığorta
predmeti sığorta müqaviləsi üzrə sığortalanan
əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak
və ya haldır.
Maddə 887. Şəxsi sığortanın
obyekti
Şəxsi sığortanın
obyektləri sığortalının və ya sığorta olunanın
həyatı, sağlamlığı, əmək qabiliyyəti
və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir.
Şəxsi sığorta zamanı həm sığortalı
özü, həm də müqavilədə göstərilən
başqa şəxs (sığorta olunan) sığortalana bilər.
Maddə 888. Əmlak sığortasının
obyekti
888.1. Əmlak sığortasının
obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi
və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi, digər fiziki şəxslərin
sağlamlığına xəsarət yetirməsi və ya fiziki
şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə
vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat
fəaliyyəti ilə bağlı əmlak mənafeləridir.
Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin
sığortası aiddir.
888.2. Əmlakın
sığortası zamanı əmlakın zədələnməsi,
itirilməsi (məhv olması) və çatışmazlığı,
eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı
risklər sığortalanır.
888.3. Mülki məsuliyyətin
sığortası zamanı üçüncü şəxslərin
həyatına, sağlamlığına, yaxud əmlakına zərər
vurulması nəticəsində yaranan öhdəliklərə
görə (zərər vurmağa görə mülki məsuliyyətin
sığortası), habelə mülki-hüquqi müqavilələrlə
bağlı yaranan məsuliyyətə görə (müqavilə
şərtlərini pozmağa görə mülki məsuliyyətin
sığortası) risklər sığortalanır.
888.4. Qarışıq
maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya
risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə
xərclərinin, habelə bu Məcəllənin 888.1-ci maddəsində
nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı
digər risklərin sığortası da obyektinə görə
əmlak sığortasına aid edilir.
Maddə 889. Sığorta marağı
889.1. Sığorta
marağı sığorta hadisəsinin baş verəcəyi
təqdirdə şəxsin maliyyə
itkisinə məruz qalması ehtimalı ilə şərtlənən
və onun sığorta obyektini sığorta etdirmək hüququnun
əsaslandığı mənafedir.
889.2. Sığorta
marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə
tanınır. Şəxslə
sığorta predmeti arasında bu cür tanınan əlaqə
yoxdursa, sığorta marağının mövcud olmadığı
hesab edilir.
889.3. Sığortalının
öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin,
uşaqlarının, işçilərinin, işəgötürəninin,
borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı
ilə bağlı sığorta marağı mövcuddur.
889.4. Sığorta
marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi
bağlandığı andan etibarsızdır.
889.5. Sığorta
marağının gələcəkdə əldə edilməsi
ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması
üçün əsas deyil.
889.6. Sığorta
müqaviləsinin qüvvədə olduğu müddət ərzində
sığorta marağı itərsə sığorta müqaviləsinə
xitam verilməlidir.
889.7. Əmlak sığortası üzrə
sığorta hadisəsi kimi tanına bilən hadisə və
ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda
həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir
və sığortaçı sığorta ödənişi
üzrə vəzifələrinin icrasından azad edilir.
Maddə 890. Təkrarsığorta
890.1. Təkrarsığorta
sığortaçının sığorta müqaviləsi üzrə
sığortaladığı və ya təkrarsığortaladığı
risklərin bütövlükdə, yaxud bir hissəsinin sığorta
qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı
ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya
ötürülməsidir.[573]
890.2. Təkrarsığortanın
şərtləri təkrarsığortaçı və təkrarsığortalı
arasında yazılı formada bağlanan təkrarsığorta
müqaviləsi ilə müəyyən edilir.
890.3. Bu Məcəllənin
940-cı maddəsində təminat şəhadətnaməsi
üçün müəyyən edilmiş bütün məlumatlar
təkrarsığorta müqaviləsində göstərilməlidir.
890.4. Sığortaçı
və ya təkrarsığortaçı sığorta və
ya təkrarsığorta müqavilələri üzrə sığortaladığı
(təkrarsığortaladığı) riskləri təkrarsığorta
etdirərkən müvafiq sığortalıların və ya
təkrarsığortalıların razılığı tələb
olunmur.
890.5. Təkrarsığorta
fakultativ və ya obliqator formada, mütənasib və ya qeyri-mütənasib
növlər üzrə aparıla bilər.
890.6. Mütənasib
təkrarsığorta müvafiq sığorta müqaviləsində
nəzərdə tutulmuş sığorta hadisəsinin baş
verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta
müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə
mütənasib məbləğdə sığorta ödənişi
vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta
növüdür.
890.7. Qeyri-mütənasib
təkrarsığorta müvafiq sığorta müqaviləsində
nəzərdə tutulmuş sığorta hadisəsinin baş
verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığortalının
şəxsi tutumundan artıq olan məbləğdə sığorta
ödənişi vermək öhdəliyinin müəyyən
edildiyi təkrarsığorta növüdür.
890.8. Fakultativ təkrarsığorta
hər bir riskin ayrılıqda qiymətləndirilməsinə
əsasən onun təkrarsığortalanmasını nəzərdə
tutan təkrarsığortanın formasıdır.
890.9. Obliqator təkrarsığorta
təkrarsığorta müqaviləsi ilə müəyyən
olunan şərtlərə cavab verən bütün risklərin
təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın
formasıdır.
Maddə 891. Sığortaçının
(təkrarsığortaçının) təkrarsığorta
müqaviləsinə görə sığortalı (təkrarsığortalı)
qarşısında öhdəliyi
891.1. Bu Məcəllənin
891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta müqaviləsi
üzrə sığortaladığı riskləri təkrarsığorta
etdirən sığortaçı (təkrarsığorta müqaviləsinə
əsasən təkrarsığortalı) həmin sığorta
müqaviləsinə görə sığortalı qarşısında
tam və birbaşa öhdəlik daşıyır.
891.2. Sığortaçı
sığortalının aşkar yazılı təkidi ilə
seçilən təkrarsığortaçının öz öhdəliklərini
icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi
üzrə vəzifəsini yerinə yetirməkdən azaddır.
891.3. Bu Məcəllənin
891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta
müqaviləsi üzrə təkrarsığortaladığı
riskləri yenidən təkrarsığorta etdirən təkrarsığortaçı
təkrarsığortalı qarşısında tam və birbaşa
öhdəlik daşıyır.
891.4. Təkrarsığortaçı
müvafiq riskləri təkrarsığortalının aşkar
yazılı təkidi ilə seçilən təkrarsığortaçıda
yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta
müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən
ikinci təkrarsığortaçının öhdəliklərini
icra edə bilmədiyi həddə azaddır.
Maddə 892. Təkrarsığortaçının
sənədləri tələb etmək hüququ
Təkrarsığortaçı
təkrarsığortalıdan müvafiq sığorta qaydalarını
və müqavilələrini, həmçinin sığorta hadisəsi
baş verdikdə müvafiq təsdiqedici sənədləri və
ya onların surətlərini tələb etmək hüququna malikdir.
Maddə 893. Şərikli sığorta
893.1. Şərikli
sığorta bir neçə sığortaçının aralarında
bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta
ödənişi üzrə öhdəlikləri bölüşdürməklə
sığorta müqaviləsi ilə müəyyən edilmiş
sığorta risklərini eyni zamanda sığortalamaları ilə
bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
893.2. Sığorta
obyekti bir müqavilə ilə bir neçə sığortaçı
tərəfindən sığortalana bilər. Bu müqavilədə
hər bir sığortaçının razılaşdırılmış
paylar əsasında hüquq və vəzifələrini müəyyən
edən şərtlər olmalıdır.
893.3. Sığortalı
qarşısında öhdəliyi öz payı miqdarında olmaqla
şərikli sığortaçılardan biri sığortalı
ilə münasibətdə bütün şərikləri təmsil
edə bilər.
893.4. Müvafiq
sığorta növü üzrə fəaliyyət göstərməyə
icazəsi olmayan sığortaçı şərikli sığortada
iştirak edə bilməz.
Maddə 894. Qrup halında sığorta
894.1. Qrup halında
sığorta zamanı bir sığorta müqaviləsi ilə
bir neçə sığorta predmeti sığortalanır.
894.2. Qrup halında
sığorta həm şəxsi, həm də əmlak sığortası
üzrə aparıla bilər.
894.3. Şəxsi
sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı
sığorta olunanın kimliyi göstərilən sığorta
müqaviləsində sığorta olunan şəxslərin hər
birini sığorta müqaviləsinin onlara aid olan bütün
şərtləri ilə tanış etməlidir. Bu halda sığorta
olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə
tanış edilməsini təsdiq edən sənəd (siyahı
və s.) sığorta şəhadətnaməsinin ayrılmaz
tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi
sığorta müqaviləsində sığorta olunanın kimliyi
göstərildikdə və ya əmlak sığortası müqaviləsində
sığortalanan əmlak fərdi şəkildə qeyd olunduqda,
tərəflər arasında razılaşmaya əsasən müvafiq
olaraq sığorta olunan şəxslərin hər birinə, yaxud
hər bir sığortalanan əmlaka görə sığorta
şəhadətnaməsi verilə bilər.
894.4. Qrup halında
sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən
şəxsi sığorta müqaviləsində və ya sığortalanan
əmlak fərdi şəkildə qeyd olunmayan əmlak sığortası
müqaviləsində sığorta olunan şəxslərin və
ya əmlak sığortası müqaviləsində sığortalanan
əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir
ki, sığorta hadisəsini, onun nəticələrini və
sığorta predmeti üzrə verilməli olan sığorta
ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta
olunana və ya sığortalanan əmlaka münasibətdə
fərdiləşdirmək mümkün olsun.
Maddə 895. İkili (çoxqat)
sığorta
895.1. Sığorta müqaviləsi bağlanan
andakı həqiqi, yəni sığorta dəyərindən artıq
məbləğdə əmlakın eyni risklərdən iki və
ya daha çox sığortaçıda sığortalanması
halında (ikili və ya çoxqat sığorta halında), sığorta
hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə
sığortaçılardan hər biri onunla bağlanmış
sığorta müqaviləsində nəzərdə tutulmuş
sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə
sığorta dəyərindən artıq olmamaq şərtilə
öhdəlik daşıyır.[574]
895.2. Əmlak sığortalı
tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə
bir və ya bir neçə sığorta müqaviləsi əsasında
onun həqiqi dəyərindən artıq məbləğə
sığorta etdirildikdə, bu məqsədlə bağlanmış
hər bir sığorta müqaviləsi bağlandığı
andan etibarsız sayılır. Bu halda sığortalının
qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə
qaydasında sübut edilməlidir.
Maddə 896. Qismən sığorta[575]
896.1. Əmlakın sığortası
üzrə müqavilədə müəyyən edilmiş sığorta
məbləği sığorta dəyərindən az olduğu
halda (qismən sığorta halında), sığortaçı
zərərin əvəzini sığorta məbləğinin
sığorta dəyərinə olan nisbətində ödəyir,
bir şərtlə ki, qismən sığorta barədə müddəa
sığorta müqaviləsində əks edilmiş olsun.
896.2. Sığorta hadisəsi nəticəsində
qismən sığortalanmış əmlakın tam məhv olması
halında sığorta məbləği bütünlüklə
ödənildikdə, sığorta predmetinin qalıqlarına
olan hüquq sığortaçıya sığorta ödənişi
məbləğinin sığorta dəyərinə olan nisbətində
keçir.
896.3. Bu Məcəllənin 930.1-ci maddəsində
nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş
verdiyi zaman, sığorta təminatı qismən sığorta
kimi qiymətləndirilə bilməz.
Maddə 897. İcbari sığorta
897.1. İcbari sığortanın
həyata keçirilməsi icbari
sığorta qanunları ilə tələb olunur.[576]
897.2. Xeyrinə icbari sığorta müqaviləsi
bağlanmalı olan şəxs sığortalanmadığını
bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən
sığorta etdirilməsini məhkəmə qaydasında tələb
etmək hüququna malikdir.[577]
897.3. İcbari sığorta qanunları
ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən
olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə
və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə
tutulmuş şərtlərlə müqayisədə sığorta
olunanın vəziyyətini pisləşdirən şərtlərlə
bağladıqda həmin şəxs müvafiq icbari sığorta
üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin
baş verdiyi, yaxud halın yarandığı zaman sığorta
olunan qarşısında ən azı həmin icbari sığorta
üzrə qanunvericiliklə müəyyən edilmiş
sığorta təminatı həddində öhdəlik daşıyır.[578]
897.4. İcbari sığorta qanunlarında
fərqli müddəaların nəzərdə tutulduğu hallar
istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən
irəli gələn münasibətlər bu Məcəllə
və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.[579]
Maddə 898. Azadolma məbləği
və gözləmə müddəti
898.1. İcbari sığorta
qanunlarında və könüllü
sığorta növləri üzrə sığorta müqavilələrində
şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin
gözləmə müddəti müəyyən oluna bilər.
898.2. Azadolma məbləği
sığorta hadisəsi nəticəsində yaranan itkilərin
və ya dəyən zərərin sığorta təminatı
ilə əhatə olunmayan və sığortalının üzərində
qalan hissəsidir. Azadolma məbləği
sığorta müqaviləsinə uyğun olaraq müəyyən
edilən zərər məbləğindən, qismən sığorta
halında isə sığortaçının zərər məbləğindəki
payından çıxılır.
898.3. Şərtli
azadolma məbləğinin nəzərdə tutulması halında,
sığorta hadisəsi nəticəsində dəyən zərərin
həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində
razılaşdırılmış hər hansı digər halın
baş verməsi şərtilə azadolma məbləği tətbiq
edilmir.
898.4. Şərtsiz
azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ
hər bir halda tətbiq edilir.
898.5. Sığorta
müqaviləsində gözləmə müddəti nəzərdə
tutulduqda sığorta hadisəsi nəticəsində həmin
müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi
sığortalının üzərində qalır.
898.6. Şərtli
gözləmə müddəti müəyyən edildikdə sığorta
hadisəsinin nəticələrinin həmin müddətə
bərabər və ya ondan artıq müddətdə davam etməsi
şərti ilə sığorta tələbi və ya sığorta
ödənişi sığorta hadisəsinin baş verməsindən
keçən həmin müddət qədər vaxt ərzində
yaranan itkilərə də şamil edilir.
898.7. Sığorta
müqaviləsində şərtsiz gözləmə müddəti
müəyyən edildikdə sığorta tələbi və
ya sığorta ödənişi sığorta hadisəsinin baş
verməsindən keçən həmin müddət qədər
vaxt ərzində yaranan itkilərə şamil edilmir.
§2. Sığorta müqaviləsinə dair başlıca
tələblər
Maddə 899. Sığorta müqaviləsinin
forması
899.1. Sığorta
müqaviləsi yazılı olaraq
aşağıdakı hər hansı bir formada bağlanır:
899.1.1. tərəflərin
müvafiq sığorta qaydaları əsasında sığorta
müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı
imzalaması yolu ilə;
899.1.2. müvafiq
sığorta qaydaları ilə sığortalının razı
olmasını təsdiq etməsi şərti ilə sığortaçı
tərəfindən ona sığorta şəhadətnaməsinin
verilməsi yolu ilə;
899.1.3. icbari sığorta
qanunlarında nəzərdə
tutulmuş digər qaydada.
899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində
nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları
elektron sənəd formasında da bağlana bilər.[580]
899.2. Bu Məcəllənin
899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
şəhadətnaməsində sığorta predmetinin sığortalandığı
risklər konkret olaraq sadalanmalıdır.
899.3. Bu Məcəllənin
899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə
görə sığortaçı məsuliyyət daşıyır.
Maddə 900. Sığorta müqaviləsinin
məzmunu
900.1 Bu Məcəllənin
899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
müqaviləsində aşağıdakılar göstərilməlidir:
900.1.1. sığortaçının
adı və ünvanı;
900.1.2. sığortalının
adı (fiziki şəxs olduqda, həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [581]
900.1.3. sığorta
predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta
olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin
soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [582]
900.1.4. faydalanan
şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı,
atasının adı, və
doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi
şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;[583]
900.1.5. sığorta
məbləğinin hər bir sığorta predmeti və ya onun
hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə
ayrı-ayrı risklər üzrə miqdarı;
900.1.6. sığorta
haqqının ümumi və hər bir sığorta predmeti üzrə
məbləği və ödənilməsi qaydası;
900.1.7. sığorta
müqaviləsinin qüvvədə olduğu müddət və
ərazi;
900.1.8. sığorta
müqaviləsinə əlavələr və dəyişikliklər
edilməsi, həmçinin ona xitam verilməsi qaydası;
900.1.9. sığorta
müqaviləsi üzrə təminat verilən sığorta
riskləri, eyni zamanda əgər bu barədə razılaşdırılıbsa,
müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş
əlavə sığorta təminatları;
900.1.10. sığorta
ödənişinin verilməsi qaydası və əsasları;
900.1.11. sığorta
ödənişinin verilməsindən imtinanın əsasları;
900.1.12. sığorta
müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə
və ya lazımi qaydada yerinə yetirilməməsinə görə
tərəflərin məsuliyyəti;
900.1.13. mübahisələrin
həlli qaydası;
900.1.14. sığorta
müqaviləsinin tərəflərinin qarşılıqlı
razılaşması əsasında müəyyən edilən
, qanunvericiliyə zidd olmayan digər şərtlər;
900.1.15. sığorta
müqaviləsinin tərəflərinin imzaları, hüquqi şəxs
olduqda həmçinin möhürləri.
900.2 İcbari sığorta
müqaviləsinin bağlanması qaydası icbari sığorta
qanunları ilə müəyyən
edilir.
Maddə 901. Sığorta şəhadətnaməsi
901.1. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə
tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya
sığorta müqaviləsinin bağlanması faktını
təsdiq edən sənəd - sığorta şəhadətnaməsi
verməlidir. Bu tələb sığorta müqaviləsinin bu
Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
901.2. Müqavilə
üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda,
sığorta şəhadətnaməsi sığortalının
yazılı tələbi ilə sığorta olunana da verilə
bilər.
901.3. Əgər
“İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda və sığorta
müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa,
sığorta şəhadətnaməsi sığorta haqqının
ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında
sığorta zamanı isə sığorta haqqının ilk
hissəsinin və ya tam ödənilməsindən 3 iş günü
müddətində verilməlidir.
901.4. Sığorta
şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortalı
və ya sığorta olunan onun dublikatını sığortaçıdan
tələb edə bilər.
901.5. Bu Məcəllənin
901.4-cü maddəsində nəzərdə tutulmuş tələbin
yazılı şəkildə daxil olduğu tarixdən etibarən
3 iş günü müddətində sığortaçı
sığortalını və ya sığorta olunanı müqavilədə
başqa cür nəzərdə tutulmamışdırsa, öz
hesabına müvafiq sığorta şəhadətnaməsinin
dublikatı ilə təmin etməlidir.
Maddə 902. Sığorta şəhadətnaməsinin
məzmunu
902.1. Sığorta
şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
902.1.1. sığortaçının
adı və ünvanı;
902.1.2. sığortalının
adı (fiziki şəxs olduqda, həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi
şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [584]
902.1.3. sığorta
predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı
(fiziki şəxs olduqda həmçinin soyadı, atasının
adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs
olduqda həmçinin VÖEN-i) və ünvanı; [585]
902.1.4. sığorta
riskləri;
902.1.5. sığorta
məbləği;
902.1.6. sığorta
haqqının məbləği, onun verilməsi qaydası və
müddəti;
902.1.7. sığorta
müqaviləsinin qüvvədə olduğu müddət və
ərazi;
902.1.8. sığorta
müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan
şəxs, sığorta agenti və sığorta brokeri) varsa,
onların adı (fiziki şəxs olduqda həmçinin soyadı,
və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi
şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;[586]
902.1.9. sığortaçının
sığorta şəhadətnaməsini, sığortalının
isə müvafiq sığorta qaydaları ilə tanış
olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
902.2. Sığorta
şəhadətnaməsində sığortalının və
ya sığorta olunanın sığorta müqaviləsi üzrə
hüquqlarının pozulmasını hesab etdiyi hallarda Azərbaycan Respublikasının Mərkəzi
Banka şikayətlə müraciət etməsi üçün
həmin orqanın adı, ünvanı və telefon nömrəsi
aydın şəkildə göstərilməlidir.[587]
Maddə 903. Sığorta haqqı
903.1. Sığorta
haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi
müqabilində sığorta müqaviləsində nəzərdə
tutulan qaydada sığortalının sığortaçıya
ödəməli olduğu pul məbləğidir.
903.2. Sığorta
haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi
qaydası könüllü sığortada sığorta müqaviləsi
ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən
edilir.
903.3. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə
tutulmamışdırsa, sığorta müqaviləsində sığorta
haqqının hissə-hissə ödənilməsi razılaşdırıla
bilər.
903.4. Müqavilədə
başqa cür nəzərdə tutulmamışdırsa, sığorta
müqaviləsi sığorta haqqının ilk hissəsinin və
ya tam ödənilməsindən sonra qüvvəyə minir.
903.5. Sığorta
haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə
sığortaçı onun ödənilməsi üçün
bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə
alaraq yazılı surətdə 15 günədək müddət
müəyyən edə bilər.
903.6. Hər bir
halda sığorta haqqı və ya onun razılaşdırılmış
ilk hissəsi sığorta müqaviləsi bağlandığı
gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
903.7. Elektron sənəd formasında olan
sığorta müqaviləsi üzrə sığorta haqqının
ödənilməsi sığortalının müvafiq sığorta
qaydaları və sığorta müqaviləsinin şərtləri
ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə
razılığını, həmçinin sığorta müqaviləsinin
bağlanması faktını təsdiqləyir.
Maddə 904. Sığorta məbləği
904.1. Sığorta
məbləği sığortalanmış risklər üzrə
sığortaçının öhdəliyinin son həddidir.
904.2. Sığorta
məbləği icbari sığorta
üzrə icbari sığorta qanunları ilə, könüllü
sığorta üzrə sığorta müqaviləsi ilə
müəyyənləşdirilir.
Maddə 905. Sığortalanan əmlakın
dəyərinin mübahisə predmeti olması
Sığortalanan
əmlak barəsində sığortaçıya sığortalı
tərəfindən qəsdən yanlış məlumat verilməsinin
sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın
sığorta müqaviləsində müəyyən edilmiş
dəyərini mübahisələndirə bilməzlər.
Maddə 906. Sığorta təminatının
müddətinin başlanması və sonu
906.1. İcbari sığorta qanunlarında
və ya könüllü sığorta müqaviləsində
başqa cür nəzərdə tutulmamışdırsa, sığorta
haqqının ilk hissəsinin və ya tam ödənilməsi
halında, sığorta təminatının müddəti sığorta
müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən
başlanır və icbari sığorta qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə
əsasən həmin müqavilənin qüvvədə olduğu
sonuncu gün saat iyirmi dörddə başa çatır.
906.2. Bu Məcəllənin 919.1.1–919.1.8-ci
maddələrində nəzərdə tutulmuş hər hansı
hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin
919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə
bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən
edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi
anından sığorta müqaviləsi üzrə sığorta
təminatı başa çatmış hesab edilir.
Maddə 907. İcbari sığorta
müqaviləsinin məcburiliyi
907.1. İcbari sığorta qanunları
ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi
qoyulan şəxs müvafiq icbari sığorta növünü
aparmağa icazəsi olan sığortaçını sərbəst
seçmək hüququndan istifadə etməklə müvafiq
icbari sığorta müqaviləsini bağlamağa borcludur.
907.2. İcbari sığorta növünü
aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri
sığorta etdirmək üçün müraciət edən
və sığorta marağı olan şəxslə icbari sığorta
müqaviləsi bağlamaqdan imtina edə bilməz.
907.3. Sığortalı
qismində sığorta etdirməli olan şəxsin, eləcə
də sığortaçı qismində sığortalamağa
borclu olan sığortaçının müvafiq icbari sığorta
müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur.
Maddə 908. Sığorta müqaviləsinin
etibarsızlığı
908.1. Əqdlərin
etibarsızlığının bu Məcəllə ilə nəzərdə
tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta
müqaviləsi aşağıdakı hallarda bağlandığı
andan etibarsız sayılır:
908.1.1. sığorta
obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə
(qərarına) əsasən müsadirə edilməli
əmlakla bağlı olduqda;[588]
908.1.2. sığorta
müqaviləsi sığortaçının və ya sığortalının
adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə
bağlandıqda;
908.1.3. sığorta
müqaviləsi bağlandığı anda sığorta predmeti
mövcud olmadıqda;
908.1.4. sığorta
obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə,
həmçinin sığortalanması qanunvericiliklə
qadağan olunmuş mənafeləri ilə bağlı olduqda;
908.1.5. əmlak
bir və ya bir neçə sığorta müqaviləsi ilə
həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda
sığorta məbləğinin sığorta dəyərindən
artıq olan hissəsində;
908.1.6. sığorta
qaydalarında nəzərdə tutulmayan və sığortalının
vəziyyətini pisləşdirən əlavə şərtlər
sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə
münasibətdə;
908.1.7. sığorta
fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və
ya müvafiq sığorta növünü aparmağa icazəsi
olmayan şəxs sığortaçı qismində müvafiq
sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş
sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
908.1.8. sığorta
marağı mövcud olmadıqda.
908.2. Sığortaçı
sığorta müqaviləsinin bağlanmasının bu Məcəllənin
899.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarına
əməl olunmamasına görə öz vəzifələrinin
yerinə yetirilməsindən imtina etmək üçün sığorta
müqaviləsinin etibarsız olmasını iddia edə bilməz.
Maddə 909. Faydalanan şəxsin
təyin edilməsi
909.1. Sığortalı sığorta müqaviləsi
bağlayarkən istənilən şəxsi (şəxsləri)
faydalanan şəxs kimi təyin etmək, habelə sığorta
hadisəsi baş verənədək onu dəyişdirmək hüququna
malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi
tətbiq edilən sığorta müqavilələri üzrə
faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın
və ya lizinq verənin razılığı ilə təyin
edilə və ya dəyişdirilə bilər.
* (909.1-ci
maddənin ikinci cümləsinə
Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik
2026-cı il dekabr
25-dən qüvvəyə minir.)
909.2. Girov qoyulan
əmlakın sığortası müqaviləsində girov saxlayan
yalnız sığorta ödənişinin verilməsi anında
borclunun (girov qoyanın) ona olan borc məbləği həddində
ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi
tanına bilər. Zərərin borc məbləğindən artıq
olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan
şəxs qismində tanınmalıdır.
909.3. Öz həyatını
sığorta etdirən fiziki şəxs müvafiq sığorta
müqaviləsində istənilən şəxsi (şəxsləri) faydalanan şəxs
qismində təyin edə bilər.
Maddə 910. Şəxsi sığorta
müqavilələrində sığorta olunanın yazılı
razılığı
Şəxsi sığortada
sığortalı həm də sığorta olunan olmadıqda
sığorta müqaviləsinin bağlanmasına sığorta
olunanın (və ya onun qanuni nümayəndəsinin) müqavilənin
onun xeyrinə bağlanması təklifi ilə yazılı qaydada
tanış edilməsi şərti ilə yol verilir.
Maddə 911. Sığorta müqaviləsinin
bağlanması zamanı məlumat vermək vəzifəsi
911.1. Sığorta
müqaviləsi bağlanarkən sığortalı sığortaçının
müstəqil auditor tərəfindən təsdiqlənmiş
illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə
nəticələri ilə tanış olmaq hüququna malikdir.
911.2. Sığorta
müqaviləsi bağlanarkən sığortalı özünə
məlum olan, habelə sığortaçının
yazılı surətdə tələb etdiyi və müqavilədən
imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən bütün
hallar barədə sığortaçıya məlumat verməlidir.
911.3. Eyni sığorta
marağı ilə bağlı bir neçə sığortaçı
ilə sığorta müqaviləsi bağlayan sığortalı
bu barədə sığortaçılardan hər birinə məlumat
verməlidir. Həmin məlumatda digər sığortaçının
adı və müvafiq sığorta məbləği göstərilməlidir.
Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq
sənədlər təqdim olunmalıdır.
Maddə 912. Sığorta riskinin
artması barədə məlumat vermək vəzifəsi
912.1. Sığortalı bu Məcəllənin
911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı
sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan
bütün dəyişikliklər barədə sığortaçıya
və ya sığortaçının adından çıxış
edən sığorta vasitəçisinə məlumat verməlidir.
912.2. Girov və lizinq münasibətlərinin
şərti kimi tətbiq edilən sığorta müqavilələri
üzrə bu Məcəllənin 911.2-ci maddəsinə uyğun
olaraq bildirilmiş hallarla bağlı sonradan meydana çıxan
dəyişikliklər barədə sığortaçıya
və ya sığortaçının adından çıxış
edən sığorta vasitəçisinə məlumat vermək
həmin dəyişikliklərdən xəbərdar olan girovsaxlayan
və ya lizinqverənin vəzifəsidir.
*
(912.2-ci maddəyə Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik
2026-cı il dekabr
25-dən qüvvəyə minir.)
912.3. Sığortaçının adından
çıxış edən sığorta vasitəçisinin
bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş
hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan
sonra meydana çıxan hər hansı dəyişiklik barədə
məlumatlandırılması sığortaçının
məlumatlandırılması hesab edilir.
Maddə 913. Sığorta müqaviləsinin
şərtləri ilə tanış etmək vəzifəsi
Sığorta müqaviləsi bağlanarkən
sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını
icbari sığortanın şərtləri ilə, yaxud könüllü
sığorta müqaviləsinin əsaslandığı sığorta
qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab
edilə bilən halın baş verdiyi zaman necə hərəkət
etməyi, sığortaçının sığorta ödənişindən
imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı
tərəfindən asanlıqla başa düşülən üslubda
tərtib edilmiş yaddaş vərəqi verməlidir.
Maddə 914. Sığorta riskinin
qiymətləndirilməsi
914.1. Əmlak sığortası
müqaviləsi bağlayarkən sığortaçı sığortalanan
predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini
müxtəlif vasitələrlə təyin etməklə, sxem
və cizgilər tərtib etməklə, foto və video çəkilişlər
aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə
onun həqiqi dəyərini müəyyən etmək məqsədilə
“Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini
nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna
malikdir.
914.2. Sığortaçı
sığortalanan əmlakı, həmçinin sığorta
risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə
almaqla təyin etdiyi sığorta sahəsində yardımçı
fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil
ekspert vasitəsilə qiymətləndirir.
914.3. Şəxsi
sığorta müqaviləsi bağlandıqda sığortaçı
sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini
qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin
şərtlərindən asılı olaraq öz hesabına və
ya sığortalının hesabına müayinə olunmasını
tələb edə bilər.
914.4. Sığorta
riskinin qiymətləndirilməsi üçün təyin olunan
müstəqil ekspertlər və sığorta sahəsində
yardımçı fəaliyyət göstərən şəxslər
bununla bağlı sığortaçının malik olduğu
bütün hüquqlardan istifadə edə bilərlər.
Maddə 915. Sığorta qaydaları
Sığortaçının təklif
etdiyi könüllü sığorta növünün aparılmasının
əsaslandığı, həmin sığorta növü üzrə
qayda və şərtlərin məcmusu olan sığorta qaydaları
bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla, sığortaçının özü tərəfindən
və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə
tutulmuş digər qaydada müəyyən edilir. [589]
Maddə 916. Sığorta qaydalarının
məzmunu
916.1. Sığorta
qaydalarında aşağıdakılar müəyyən edilməlidir:
916.1.1. müvafiq
sığorta növünün aid olduğu və ya bu növdə
birləşdirilmiş sığorta sinifləri;
916.1.2. sığorta
predmetlərinin – sığorta olunanların, sığortalanan
əşyaların və ya halların konkret kateqoriyası;
916.1.3. sığorta
məbləğlərinin müəyyən edilməsi qaydası;
916.1.4. sığorta
riskləri;
916.1.5. sığorta
risklərindən istisnalar və (və ya) sığorta təminatında
məhdudiyyətlər;
916.1.6. sığorta
müqaviləsinin bağlanması, həmçinin ona əlavələr
və dəyişikliklər edilməsi və xitam verilməsi
qaydası;
916.1.7. tərəflərin
hüquqları və vəzifələri;
916.1.8. sığorta
hadisəsi baş verdikdə sığortalının vəzifələri;
916.1.9. sığorta
ödənişinin həyata keçirilməsi qaydası və
şərtləri, sığorta ödənişinin verilməsi
üçün tələb olunan sənədlərin konkret siyahısı;
916.1.10. sığorta
ödənişinin verilməsindən imtinanın əsasları;
916.1.11. sığorta
ödənişinin verilməsi, yaxud sığorta ödənişini
verməkdən imtina olunması haqqında qərarın qəbul
edilməsi müddəti;
916.1.12. sığorta
müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə
və ya lazımi qaydada yerinə yetirilməməsinə görə
tərəflərin məsuliyyəti;
916.1.13. mübahisələrin
həlli qaydası;
916.1.14. sığorta
tarifləri və onların iqtisadi əsaslandırılması.
916.1-1.
Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə
tutulmuş məsələlərdən əlavə olaraq aqrar
sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş digər məsələlər də müəyyən
edilir.[590]
916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində
nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər
sığorta müqaviləsində razılaşdırılmaqla
sığorta təminatına daxil edilə bilər.
Maddə 917. Həyat sığortası
müqavilələrinə dair əlavə tələblər
917.1. Sığorta
olunanın sığortaçının mənfəətində
iştirak etməsi şərti ilə bağlanan həyat sığortası
müqaviləsində mənfəətin bölüşdürülməsi
qaydası göstərilməlidir.
917.2. Sığortalının
həyat sığortası müqaviləsinin bağlanması
zamanı özünün məlumat vermək vəzifəsini
icra etməməsi müqavilənin bağlandığı vaxtdan
5 il müddət keçdikdən sonra sığortaçının
müqavilə üzrə vəzifələrinin icrasından imtina
etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı
məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə,
müqavilədən imtinaya yol verilir.
Maddə 918. Vahid sığorta müqaviləsi
tərtib etməklə sığorta müqaviləsinin bağlanması
918.1. Sığortalı
ilə sığortaçı arasındakı razılaşmaya
görə davamlı olaraq eynicinsli əmlakın (malların,
yüklərin və s.) müxtəlif hissələrinin oxşar
şərtlərlə ayrı-ayrı dövrlər üzrə
sığorta olunması vahid sığorta müqaviləsi tərtib
edilməklə bir sığorta müqaviləsi əsasında
həyata keçirilə bilər.
918.2. Sığortalı
bu Məcəllənin 918.1-ci maddəsində göstərilən
əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində
razılaşdırılmış məlumatları vaxtında,
belə məlumatların təqdim edilmə vaxtı müqavilədə
nəzərdə tutulmadıqda isə həmin məlumatları
əldə etdikdən dərhal sonra sığortaçıya
çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman
zərərlərin əvəzinin sığortaçı tərəfindən
ödənilməyəcəyi məlum olduqda belə, sığortalı
bu maddədə nəzərdə tutulmuş vəzifənin yerinə
yetirilməsindən azad edilmir.
918.3. Sığortalı
tələb etdikdə sığortaçı bu Məcəllənin
918.1-ci maddəsində nəzərdə tutulan müqavilənin
aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə
sığorta şəhadətnaməsi verməlidir.
Maddə 919. Sığorta müqaviləsinə
vaxtından əvvəl xitam verilməsi
919.1. Sığorta
müqaviləsinə aşağıdakı hallarda vaxtından
əvvəl xitam verilir:
919.1.1. sığorta
predmeti artıq mövcud olmadıqda;
919.1.2. aşağıdakı
hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə
və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
919.1.2.1. əmlak
sığortası müqaviləsini bağlamış sığortalı
sığorta müqaviləsi bağlayarkən sığortalanmış
əmlakı qəbul edəcək hər hansı şəxsi
təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş
verənədək sığortaçının razılığı
ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı
fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə
üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən
olunmuş vərəsəlik qaydasında sığortalanmış
əmlakı qəbul edən şəxsə keçir;
919.1.2.2. icbari sığorta qanunlarında
və ya müqavilədə başqa şərtlər müəyyən
edilməmişdirsə, sığortalının hüquq və
vəzifələri sığorta predmeti olan miras əmlakın
yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə
həm onun özünün, həm də sığortaçının
müqavilədə rəsmiləşdirilən razılığı
ilə keçir;
919.1.2.3. başqa
şəxsin xeyrinə həyat sığortası müqaviləsi
bağlamış sığortalı vəfat etdikdə onun hüquq
və vəzifələri xeyrinə sığorta müqaviləsi
bağlanmış şəxsə təqdim edildikdən sonra
ona özünün yazılı razılığı ilə
keçir;
919.1.2.4. sığortalı
olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə
olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin
müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə
uyğun olaraq müvafiq hüquq varisinə keçir.
919.1.3. Sığorta
müqaviləsi üzrə sığortalı olmayan sığorta
olunan vəfat etdikdə sığortalının onun başqası
ilə əvəz olunması təklifinə sığortaçı
etiraz etdikdə;
919.1.4. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta
müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa,
sığortalanmış əmlak özgəninkiləşdirilərkən
sığortaçı sığortalının hüquq və
vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə,
sahibinə və ya istifadəçisinə keçməsinə
etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən
sığortaçı sığortalının hüquq və
vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə,
sahibinə və ya istifadəçisinə keçməsinə
etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən
sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir;
919.1.5. sığorta
hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta
riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi
olmayan hallara görə başa çatdıqda;
919.1.6. sığortaçı
sığortalı qarşısında öz öhdəliklərini
tam olaraq yerinə yetirdikdə;
919.1.7. sığortalı
sığorta haqqını icbari
sığorta qanunlarında və ya sığorta müqaviləsində
müəyyən edilən qaydada ödəmədikdə;
919.1.8. sığorta
marağı artıq mövcud olmadıqda;
919.1.9. sığortalı və ya sığortaçı
sığorta müqaviləsinə vaxtından əvvəl xitam
verilməsi tələbi ilə çıxış etdikdə.
919.2. Sığorta
müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı
məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti
olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti
məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa,
mülki məsuliyyət sığortası üzrə müqavilə
məhkəmənin müvafiq qərarının qüvvəyə
mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə
sığortalının hüquq və vəzifələrini
onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 920. Sığorta müqaviləsinə
vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar
etmə
920.1. Bu Məcəllənin
919-cu maddəsində göstərilən hallarda sığorta
müqaviləsinə xitam verilməsi üçün əsas
olan şərait yarandıqda bu Məcəllənin
920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə
xitam verilməsində maraqlı olan tərəf dərhal digər
tərəfi bu barədə xəbərdar etməlidir.
920.2. Sığorta müqaviləsinə
bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq
sığortalının və ya sığortaçının
tələbi ilə vaxtından əvvəl xitam verilərkən
bu barədə bir tərəf digərinə ən azı 30 gün
əvvəl (sığorta müqaviləsi beş ildən çox
müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az
müddətə bağlanmış olduqda isə 5 iş günü
əvvəl) tələbini əsaslandırdığı yazılı
bildiriş göndərməlidir.
Maddə 921. Sığorta müqaviləsinə
vaxtından əvvəl xitam vermənin nəticələri
921.1. Sığorta müqaviləsinə
(qrup halında sığorta zamanı həm də müqaviləyə
hər hansı bir sığorta predmetinə münasibətdə)
sığortalının tələbi ilə vaxtından əvvəl
xitam verildikdə, sığortaçı həmin müqavilə
üzrə (qrup halında sığorta zamanı isə müqavilənin
hər hansı sığorta predmeti ilə bağlı sığorta
haqqına mütənasib olan) sığorta haqqının qaytarılan
hissəsindən işlərin aparılması xərclərinin
müqavilənin qurtarmamış müddətinə mütənasib
hissəsini çıxmaqla həmin müddət üçün
sığorta haqlarını ona qaytarır. Sığortalının
sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı
tələbi sığortaçının sığorta müqaviləsi
üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı sığorta haqlarını
(qrup halında sığorta zamanı həm də müqavilənin
hər hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarını) bütünlüklə sığortalıya
qaytarır.
921.2. Sığorta
müqaviləsinə (qrup halında sığorta zamanı, həm
də müqaviləyə hər hansı bir sığorta predmetinə
münasibətdə) sığortaçının tələbi
ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını (qrup halında sığorta zamanı, həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə
sığortalıya qaytarır; əgər bu tələb sığortalının
sığorta müqaviləsi üzrə vəzifələrini
yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı
həmin müqavilə üzrə işlərin aparılması
xərcləri çıxılmaqla müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını (qrup
halında sığorta zamanı, həm də müqavilənin
hər hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi
üzrə (qrup halında sığorta zamanı isə müqavilənin
hər hansı sığorta predmeti ilə bağlı sığorta
haqqına mütənasib olan) sığorta haqqının qaytarılan
hissəsindən işlərin aparılması xərclərinin
müqavilənin qurtarmamış müddətinə mütənasib
hissəsini çıxa bilər.
921.3. Sığorta
müqaviləsinə (qrup halında sığorta zamanı, həm
də müqaviləyə hər hansı bir sığorta predmetinə
münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda,
əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya ödənilmiş sığorta
haqqına (qrup halında sığorta zamanı, həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarına) bərabər və
ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə,
sığorta haqqı (qrup halında sığorta zamanı, həm
də müqavilənin hər hansı bir sığorta predmeti
üzrə ödənilmiş sığorta haqları) sığortalıya
qaytarılmır.
921.4. Sığorta
müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda,
əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya ödənilmiş
sığorta haqqından (qrup halında sığorta zamanı,
həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqlarından)
az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin
sığorta haqqı məbləği ilə sığorta ödənişi
məbləği arasındakı fərq miqdarında sığorta
haqqının sığortalıya qaytarılması müvafiq
olaraq bu Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
921.5. Sığorta
müqaviləsi bu Məcəllənin 919.2-ci maddəsində
müəyyən edilmiş məhkəmə qərarı əsasında
xitam verilmiş hesab edildikdə sığortaçı həmin
müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta
zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) qurtarmamış müddəti
üçün sığorta haqlarını, bu Məcəllənin
921.3-cü və 921.4-cü maddələrinin tələbləri
nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə
qaytarır.
921.6.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq sığortaçıya moratorium tətbiq
edildikdə, sığorta müqaviləsinə vaxtından əvvəl
xitam verilməsi nəticəsində sığortalıya qaytarılmalı
olan sığorta haqqının qaytarılması moratorium qüvvədə
olduğu müddət ərzində dayandırılır.[591]
§3. Sığorta hadisəsi və sığorta ödənişi
Maddə 922. Sığorta hadisəsi
922.1. Sığorta
hadisəsi icbari sığorta qanunlarına
və ya sığorta müqaviləsinə görə sığorta
ödənişinin sığortalıya, sığorta olunana
və ya digər faydalanan şəxslərə ödənilməsi
üçün əsas olan, sığorta müqaviləsinin
qüvvədə olduğu müddət ərzində baş verən
hadisə və ya yaranan haldır.
922.2. Sığorta
hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta
üzrə icbari sığorta qanunlarında,
könüllü sığorta üzrə isə tərəflərin
razılaşması əsasında sığorta müqaviləsində
müəyyən edilir.
922.3. Sığorta
hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik
əlamətlərinə malik olmalıdır.
Maddə 923. Sığorta hadisəsi
barədə məlumatlandırma
923.1. Sığorta
hadisəsinin baş verməsi barədə sığortalı
və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs
hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün
olan ən qısa müddət ərzində sığortaçıya
və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə
uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı
olan səlahiyyətli dövlət orqanlarına hər hansı
vasitə ilə xəbər verməlidir. İcbari sığorta
qanunvericiliyində və sığorta müqaviləsində sığorta
hadisəsi barədə sığortaçıya xəbər
vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə
tutula bilər.
923.2. Sığorta
hadisəsinin baş verməsi barədə sığortaçıya
məlumat vermiş sığortalı və ya sığorta olunan
şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin
923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli
dövlət orqanlarına həmin hadisə barədə xəbər
verməmişdirsə sığortaçı qeyd olunan orqanları
bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
923.3. Sığortalı
və ya sığorta olunan tərəfindən sığortaçının
sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından
asılı olmayaraq sığortaçıya bu barədə
məlumatlandırılmış səlahiyyətli dövlət
orqanı xəbər verməlidir.
923.4. Bu Məcəllənin
923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi
qoyulan şəxslərdən başqa digər şəxslər,
o cümlədən səlahiyyətli dövlət orqanları
və müvafiq hallarda zərərçəkən tərəfindən
də sığorta hadisəsinin baş verməsi haqqında hər
hansı vasitə ilə sığortaçıya xəbər
verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma
hesab edilir.
Maddə 924. Sığorta hadisəsinin
təsdiqi
924.1. Sığortaçı
(və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta
sahəsində yardımçı fəaliyyət göstərən
şəxs) sığorta hadisəsinin baş verməsi faktını
təsdiq edən və (və ya) sığorta ödənişinin
həcminin müəyyənləşdirilməsi üçün
lazım olan sənədləri və məlumatları bu Məcəllənin
924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan
tələb etmək hüququna malikdir.
924.2. Sığorta
hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq
araşdırılması və ya qeydə alınması tələb
olunan hadisələr barədə səlahiyyətli dövlət
orqanlarına belə hadisələrin baş verməsi faktını
və (və ya) səbəbini, habelə nəticələrini
təsdiq edən sənədin alınması üçün
yazılı sorğu vermək sığortaçının
və ya onun nümayəndəsinin vəzifəsidir.
924.3. Səlahiyyətli dövlət orqanları
sığortaçının və ya onun nümayəndəsinin
yazılı sorğusuna əsasən, sığorta hadisəsi
ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun
daxil olduğu tarixdən etibarən 10 gün müddətində
təqdim etməlidirlər.
Maddə 925. Zərərin qiymətləndirilməsi
925.1. Sığorta
hadisəsi nəticəsində dəymiş zərərin miqdarını
sığortalının, sığorta olunanın və ya faydalanan
şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi
sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində
sığortaçı müəyyən edir.
925.2. Sığortaçı
dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən
zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki
və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə
təyin etməklə, sxem və cizgilər tərtib etməklə,
foto və video çəkilişlər aparmaqla, bilavasitə özü
və ya “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin
tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta
sahəsində yardımçı fəaliyyət göstərən
müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə
dair məlumatları (zərər dəymiş əmlakın hər
bir hissəsinin təmir və ya bərpasına tələb olunan
konkret xərclərin məbləği) sığortalıya,
sığorta olunana və faydalanan şəxsə kağız
daşıyıcıda, habelə elektron poçt və ya digər
elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.[592]
925.2-1.
İcbari sığorta növləri üzrə sığorta
hadisəsinin baş verməsi nəticəsində dövlət
və bələdiyyə əmlakına dəyən zərərin
məcburi qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.[593]
925.3. Sığorta
hadisəsi nəticəsində dəyən zərərin sığortaçı
tərəfindən qiymətləndirilməsi, habelə miqdarı
barədə tərəflər arasında razılıq əldə
edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi
“Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi
nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert
tərəfindən aparılır.[594]
925.4. Sığorta
hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi
üçün təyin olunan müstəqil ekspertlər və
sığorta sahəsində yardımçı fəaliyyət
göstərən şəxslər, habelə qiymətləndiricilər (qiymətləndirici
təşkilatlar) bununla bağlı
sığortaçının malik olduğu bütün hüquqlardan
istifadə edə bilərlər.[595]
925.5. Əmlak sığortası
müqaviləsi üzrə sığortalı, sığorta
olunan və ya üçüncü şəxs aşağıdakı
hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta
hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya
və ya onun səlahiyyətli nümayəndəsinə təqdim
etməlidir:
925.5.1. Zərərin
qarşısının alınması və ya həcminin azaldılması,
sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması,
yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər
dəymiş əmlakın sonrakı itkiləri üçün
təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz
halda qalmaması, başqa şəxslərin hərəkətinə
və ya fəaliyyətinə mane olmaması üçün
zəruri tədbirlərin görülməsi, o cümlədən
bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması
zamanı zərər dəymiş əmlakın hadisədən
dərhal sonrakı vəziyyətdə saxlanması mümkün
olmadıqda;
925.5.2. sığortaçı
sığorta hadisəsi barədə bu Məcəllədə
nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan
5 gün müddətində onun nümayəndəsi zərər
dəymiş əmlaka baxış keçirmədikdə;
925.5.3. digər
hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən
dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının
yazılı razılığı olduqda.
925.6. Əmlakın tam məhv olması dedikdə,
həmin əmlakın sığorta hadisəsindən əvvəlki
vəziyyətə çatdırılması üçün
təmiri və ya bərpasına tələb olunan xərclərin
sığorta müqaviləsində müəyyən edilmiş
həddən çox olması başa düşülür.
Maddə 925-1. Zərərin müstəqil
ekspert tərəfindən qiymətləndirilməsi[596]
925-1.1.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası
Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci
maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində
dəyən zərərin sığortaçı tərəfindən
qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər
arasında razılıq əldə edilmədikdə zərərin
miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin
tələbləri nəzərə alınmaqla müstəqil
ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən
aparılır.
925-1.2.
Müstəqil ekspert sığortalının, sığorta olunanın
və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil
ekspertin sırasından seçilərək 3 (üç) iş
günü ərzində sığortaçı tərəfindən
təyin edilir.
925-1.3.
Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində
müəyyən edilmiş müddət ərzində müstəqil
eksperti təyin etmədikdə sığortalı, sığorta
olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi
üçün özünün seçdiyi müstəqil ekspertə
müraciət etmək hüququna malikdir.
925-1.4.
Müvafiq hallarda sığortalı, sığorta olunan və
ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə
uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən
qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə
həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin
təkrar qiymətləndirilməsini tələb edə bilər.
925-1.5.
Müstəqil ekspert zərərin qiymətləndirilməsinin
nəticələrini sığortaçıya, həmçinin
müvafiq hallarda sığortalıya, sığorta olunana və
ya faydalanan şəxsə təqdim etməlidir.
925-1.6.
Zərərin qiymətləndirilməsinə çəkilən
xərc aşağıdakı şəxslər tərəfindən
ödənilir:
925-1.6.1.
müstəqil ekspert bu Məcəllənin 925-1.2-ci və 925-1.3-cü
maddələrinə uyğun olaraq təyin edildikdə - sığortaçı;
925-1.6.2.
müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə
uyğun olaraq təyin edildikdə - təkrar qiymətləndirməni
tələb edən şəxs.
Maddə 926. Sığorta ödənişi
926.1. Sığorta
ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və
ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı
tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
926.2. Sığortaçı
sığorta ödənişini sığorta məbləği
həddində həyata keçirir.
926.3. Sığorta
ödənişinin miqdarının müəyyən edilməsi
və ödənilməsi qaydası icbari sığortada icbari
sığorta qanunları ilə,
könüllü sığortada müvafiq sığorta qaydalarına
əsasən bağlanan sığorta müqaviləsi ilə
müəyyən edilir.
926.4. Sığorta hadisəsi nəticəsində
bir neçə zərərçəkən müəyyən
edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi
nəzərə alınmaqla, onlardan sığorta tələbi
ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs
kimi tanınır.
Maddə 927. Əmlak sığortası
üzrə sığorta ödənişinə dair əlavə
tələblər
927.1. Əmlakın
sığortasında və əmlaka vurulan zərərə görə
mülki məsuliyyətin sığortasında sığorta
ödəniºi sığorta hadisəsinin baş verməsi
nəticəsində sığortalıya və ya sığorta
olunana, habelə zərərçəkən üçüncü
şəxsə dəyən real zərərin miqdarından çox
ola bilməz.
927.2. Zərərin
miqdarı barədə tərəflər arasında razılıq
əldə edildikdən sonra əmlak sığortası üzrə
sığorta ödənişi sığortaçının
seçimi əsasında bu Məcəllənin
927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı
formalardan hər hansı birində həyata keçirilir (ödənilir):
927.2.1. zərər
məbləğinin pul şəklində faydalanan şəxsə
ödənilməsi;
927.2.2. sığorta
hadisəsi nəticəsində dəyən zərərin aradan
qaldırılması üçün sığortalıya (sığorta
olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin
və ya satılan əşyaların dəyərinin xidmət
göstərənə və ya satıcıya ödənilməsi;
927.2.3. sığorta
predmeti olan, yaxud zərərçəkmiş üçüncü
şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
927.2.4. sığorta
müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə
müəyyən edilən şərtlər əsasında sığorta
predmeti olan əmlakın dəyişdirilməsi.
927.3. Bu Məcəllənin 927.5-ci maddəsində
nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın
sığortası üzrə sığorta hadisəsi baş
verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov
qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta
ödənişinin verildiyi tarixə ona ödəməli olduğu
məbləğdən artıq sığorta ödənişi
verilə bilməz.
927.4. Əgər əmlak sığortası
üzrə faydalanan şəxs sığorta hadisəsinin baş
verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa,
sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü
və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş
formaları tətbiq edilir. Sığorta ödənişinin bu
Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində
nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli
idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin
aradan qaldırılmasının nəticələri sığortaçıya
təqdim olunduğu halda tətbiq edilir.
927.5. Girov qoyulan əmlakın tam məhv
olması ilə nəticələnən sığorta hadisəsi
baş verdikdə, sığorta müqaviləsində nəzərdə
tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov
qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən
edilmiş borcun ödənilməmiş hissəsində sığorta
ödənişi almaq hüququ var.
Maddə 928. Şəxsi sığorta
üzrə sığorta ödənişi
Şəxsi sığorta
üzrə sığorta ödənişi onu almaq hüququ olan
şəxsə sosial sığorta, həmçinin icbari və
ya könüllü sığortalar üzrə nəzərdə
tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında
və ya sığorta müqaviləsində müəyyən
olunmuş qaydada ödənilməlidir.
Maddə 929. Sığorta ödənişindən
sığorta haqqının tutulması
Sığorta ödənişinin
ödənilməsi zamanı sığortaçı sığorta
ödənişi məbləğindən sığortalının
ona ödəməli olduğu, vaxtı çatmış və
ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq
hüququna malikdir.
Maddə 930. Sığorta məbləğinin
sığorta ödənişinə uyğun olaraq azalması
930.1. İcbari sığorta qanunlarında
və ya sığorta müqaviləsində başqa cür nəzərdə
tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən
edilmiş sığorta məbləği həmin müqavilə
üzrə verilmiş sığorta ödənişi həcmində
azalmış hesab olunur, lakin sığorta müqaviləsi üzrə
təminat qismən sığorta təminatı sayılmır.
İcbari sığorta qanunlarında başqa hal nəzərdə
tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə
sığorta məbləğinin azalması ilə bağlı
dəyişiklik etmək vacib deyil.
930.2. Bu Məcəllənin
930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
məbləğinin azalmış hissəsinə uyğun olaraq,
əlavə sığorta haqqı ödənilməklə sığorta
müqaviləsində müəyyən edilmiş sığorta
məbləği bərpa edilə bilər.
Maddə 931. İcbari sığorta
ödənişinin üstünlüyü
Bir sığorta
hadisəsi üzrə dəyən zərərin və (və
ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün
iki və ya daha çox sığorta müqaviləsi ilə bir
və ya bir neçə sığortaçının öhdəlikləri
yarandıqda əvvəlcə icbari sığorta müqavilələri
üzrə sığorta ödənişləri verilməlidir.
Bu zaman könüllü sığorta müqaviləsi bağlamış
sığortaçı sığortalı (sığorta olunan
və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini
öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış
sığortaçıdan əvvəl yerinə yetirə bilər.
Maddə 932. Sığorta ödənişi
barədə qərarın təxirə salınması[597]
Sığorta hadisəsi
hesab edilə bilən hadisə ilə bağlı mülki məsuliyyətin
sığortası üzrə üçüncü şəxs
barəsində, digər hallarda isə sığortalı və
ya sığorta olunan barəsində həmin hadisənin baş
verməsi ilə əlaqədar inzibati xəta üzrə iş
və ya cinayət işi başlanarsa, sığortaçı
müvafiq sığorta ödənişinin verilib-verilməməsi
barədə qərarını səlahiyyətli orqanın bu
iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 933. Sığorta ödənişinin
verilməsinin əsasları
933.1. Sığorta
ödənişi aşağıdakılardan
hər birinin mövcud olduğu halda həyata keçirilir:[598]
933.1.1. sığorta
hadisəsi baş verdikdə, sığortalının, sığorta
olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində
nəzərdə tutulmuş müddətdə sığortaçıya
ünvanladığı sığorta tələbi;[599]
933.1.2. sığorta
hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə
uyğun olaraq, hər hansı dövlət orqanına məlumat
verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim
etdiyi müvafiq sənəd;[600]
933.1.3. icbari sığorta qanunlarında
və müvafiq sığorta qaydalarında nəzərdə
tutulan, sığorta ödənişinin verilməsi üçün
tələb olunan digər sənədlər.[601]
933.2. Bu Məcəllənin
933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta
hadisələrinə şamil edilmir.
933.3. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş
hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə
tutulmuş sənəd tələb edilmir. Sağlamlığa
zərər dəyməsi faktının mövcud olduğu hallar
istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə
sığorta hadisəsi nəticəsində dəymiş zərərin
həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında
müəyyən edilmiş həddən az olduqda, həmçinin
sığorta hadisəsinin baş vermə səbəbləri
və təfərrüatlarının təhrif edilməsi barədə
sığortaçıda hər hansı əsaslandırılmış
şübhə olmadıqda, sığorta ödənişinin
həyata keçirilməsi üçün bu Məcəllənin
933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd
tələb edilməyə bilər.[602]
Maddə 934. Sığorta
ödənişinin verilməsi[603]
934.1. Bu Məcəllənin 933.1-ci
maddəsində nəzərdə tutulan sənədlərdən
sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə
alınmaqla) sığortaçıya daxil olduğu tarixdən
7 iş günündən gec olmayaraq sığortaçı
sığorta ödənişini verməli, yaxud sığortalıya,
sığorta olunana və ya faydalanan şəxsə sığorta
ödənişinin verilməsindən imtina haqqında yazılı
şəkildə əsaslandırılmış bildiriş təqdim
etməlidir.
934.2. Sığortaçı sığorta
ödənişini icbari sığorta qanunları və ya sığorta
müqaviləsi ilə müəyyən olunmuş müddətdə
ödəmədikdə, hər gecikdirilmiş gün üçün
sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində
dəbbə pulu ödəyir.
Maddə 935. Sığorta ödənişinin
verilməsindən imtinanın əsasları
935.1. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə
tutulmamışdırsa, sığortaçı sığorta
ödənişinin verilməsindən aşağıdakı
hallarda imtina edir:
935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin
tələblərinə əməl edilməməsi nəticəsində
sığortaçının hadisənin sığorta hadisəsi
olub-olmamasını müəyyənləşdirmək imkanından
məhrum olması;
935.1.2. bu Məcəllədə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan
başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin
müvafiq hadisənin baş verməsinə
yönələn qəsdən etdiyi hərəkəti və ya
hərəkətsizliyi, habelə hadisə
ilə birbaşa səbəb əlaqəsində olan qəsdən
cinayət törətməsi;
935.1.3. müqavilə
və ya icbari sığorta qanunları
ilə hərbi risklərin sığortalanması nəzərdə
tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar
və ya hərbi xarakterli tədbirlər hesab edilən halların
nəticəsi olması;
935.1.4. sığortalının
sığortalanmış əmlaka dəyən zərərin
qarşısını almaq və ya həcmini azaltmaq üçün
lazımi və mümkün tədbirləri görmək iqtidarında
olduğu halda, həmin tədbirləri qəsdən görməməsi;
bu zaman sığorta ödənişindən o həcmdə imtina
edilə bilər ki, sığortalı mümkün tədbirləri
görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə
azalmış olardı;
935.1.5. zərər dəymiş əmlakın
sığortaçıya təqdim edilməsi ilə bağlı
bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin
sığortaçını zərərin həcmini müəyyənləşdirmək
imkanından tam və ya qismən məhrum etməsi;
935.1.6. bu Məcəllənin
935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti,
həmçinin sığorta olunan şəxs və (və ya)
sığorta hadisəsi barəsində sığortalının
sığortaçıya qəsdən yanlış məlumat
verməsi nəticəsində sığortaçının
sığorta riskini qiymətləndirmək, həmçinin sığorta
hadisəsinin səbəblərini və (və ya) dəyən
zərərin həcmini müəyyənləşdirmək imkanından
tam və ya qismən məhrum olması;
935.1.7. əmlakın
sığortası üzrə sığortalı, sığorta
olunan və ya faydalanan şəxsin zərərin əvəzini
tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən
alması; zərərvuran zərərin əvəzini qismən
ödəmiş olduqda sığorta ödənişindən
ödənilmiş məbləğ həcmində imtina edilir.
935.1.8. baş vermiş
hadisənin icbari sığorta qanunlarına
və ya sığorta müqaviləsinə görə sığorta
hadisəsi hesab edilməməsi;
935.1.9. sığorta haqqının növbəti
hər hansı bir hissəsinin müqavilədə nəzərdə
tutulmuş ödənilməsi müddəti başa çatdıqdan
15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə
tutulmuş halda isə sığortaçının müəyyən
etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta
hadisəsinin baş verməsi halında sığorta haqqının
müvafiq hissəsi ödənilməmiş olduqda;
935.1.10. icbari sığorta qanunlarında
nəzərdə tutulmuş digər hallarda.
935.2. Bu Məcəllənin
911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların
yanlışlığı sığorta müqaviləsi bağlanarkən
sığortaçıya məlum olduqda və ya sığortalı
yanlış məlumatların verilməsində təqsirli olmadıqda,
habelə tələb olunan məlumata
sığortalının cavab verməməsinə baxmayaraq sığorta
müqaviləsi bağlanmış olduğu halda sığortaçı
sığorta ödənişinin verilməsindən imtina üçün
yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi
faktına əsaslana bilməz.
935.3. Bu Məcəllənin 935.1.5-ci
maddəsində müəyyən edilmiş hallarda sığortaçı
zərərin həcmini müəyyənləşdirmək imkanından
tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut
olunan həcmdə sığorta ödənişindən imtina
edə bilməz.[604]
935.4. Bu Məcəllədə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan
başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn,
sığorta müqaviləsi üzrə sığortalı və
(və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin
qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi
nəticəsində baş verdikdə, həmin faydalanan şəxs
sığorta ödənişini almaq hüququndan məhrum olur.
Maddə 936. Subroqasiya hüququ
936.1. Subroqasiya hüququ
bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla,
sığorta ödənişi almış şəxsin ona dəymiş
zərərə görə məsuliyyət daşıyan üçüncü
şəxsə qarşı malik olduğu hüquqlardan və
vasitələrdən həmin ödənişi vermiş sığortaçının
istifadə etmək hüququdur.[605]
936.2. Faydalanan şəxsin
zərərvuran şəxsə qarşı zərərin əvəzini
ödəmək tələbi (iddiası) ilə bağlı hüquq
əmlak sığortası üzrə sığorta ödənişini
vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi
sığorta ödənişi məbləğində keçir.
936.3. Faydalanan şəxs
sığorta ödənişini aldıqda subroqasiya hüququnun
həyata keçirilməsi üçün özündə
olan bütün lazımi sənədlərlə sığortaçını
təmin etməlidir.
936.4. Faydalanan şəxs
zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi
təmin edən hüquqlardan, yaxud lazımi sənədləri
sığortaçıya verməkdən imtina etdikdə sığortaçı
sığorta ödənişi verməkdən zərərvuran
şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ
həcmində azad edilir.
936.5. Sığortaçı
subroqasiya hüququndan zərərvuran şəxsin özünə
və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı
risklər üzrə həmin şəxsin məsuliyyətini
sığortalamış sığortaçıya, həmçinin
qanunvericiliyə əsasən dəyən zərərə
görə sığortalı və ya faydalanan şəxs qarşısında
maddi məsuliyyət daşıya bilən digər şəxsə
qarşı istifadə edə bilər.[606]
936.6. Həyat sığortası
siniflərinə və fərdi qəza sığortasına aid
olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
§4. Sığorta vasitəçiliyi
Maddə 937. Sığorta münasibətlərində
sığorta vasitəçilərinin iştirakı
937.1. Sığorta
(təkrarsığorta) müqaviləsi tərəflər arasında
həm birbaşa, həm də sığorta vasitəçilərinin
- sığorta agentlərinin və ya sığorta brokerlərinin
xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar
sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların
xidmətindən istifadə etməklə bağlanır.[607]
937.2. Sığortaçı
aşağıdakı sığorta əməliyyatlarında
onun adından çıxış edən sığorta agentinin
vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə
edə bilər:[608]
937.2.1. sığorta
müqavilələrinin bağlanması və bununla əlaqədar
sövdələşmələrin aparılması;
937.2.2. sığorta
müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi
ilə bağlı sövdələşmələrin aparılması.
937.2–1. Sığortaçı
ilə sığorta agenti arasında bağlanan vasitəçilik
xidmətinin göstərilməsi üzrə tapşırıq
müqaviləsində aşağıdakılar əks olunmalıdır: [609]
937.2–1.1. tapşırıq müqaviləsinin
nömrəsi və tarixi;
937.2–1.2. sığortaçının
adı və ünvanı;
937.2–1.3. sığorta agenti fiziki
şəxs olduqda onun adı, atasının adı, soyadı,
yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya
və nömrəsi, lisenziyasının seriya və nömrəsi
və VÖEN-i;
937.2–1.4. sığorta agenti hüquqi
şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının
seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta
agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının
rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət
növüdürsə, icra orqanının rəhbəri ilə
yanaşı, “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı
və atasının adı;[610]
937.2–1.5. tapşırıq müqaviləsinin
predmeti;
937.2–1.6. sığorta agentinin müştərilərə
təklif edəcəyi sığorta növlərinin siyahısı;
937.2–1.7. tapşırıq müqaviləsi
üzrə sığorta agentinə ödənilməli olan komisyon
muzdun məbləği;
937.2–1.8. tərəflərin hüquq
və vəzifələri;
937.2–1.9. müqavilə şərtlərini
pozmağa görə tərəflərin məsuliyyəti;
937.2–1.10. tapşırıq müqaviləsinin
qüvvədə olduğu ərazi;
937.2–1.11. tapşırıq müqaviləsinin
qüvvədə olduğu müddət;
937.2–1.12. tərəflərin rekvizitləri.
937.3. Sığorta
brokeri sığortalını (təkrarsığortalını)
sığortaçı (təkrarsığortaçı) ilə
münasibətlərdə təmsil etməklə aşağıdakı
sığorta əməliyyatlarında tapşırıq müqaviləsi əsasında vasitəçilik
edə bilər:[611]
937.3.1. sığorta
(təkrarsığorta) müqavilələrinin bağlanması
və bununla əlaqədar sövdələşmələrin
aparılması;
937.3.2. sığorta
(təkrarsığorta) müqavilələrinin davam etdirilməsi
və ya yenilənməsi ilə bağlı sövdələşmələrin
aparılması;
937.3.3. sığorta
(təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi,
o cümlədən sığorta (təkrarsığorta) tələbləri
və sığorta ödənişləri üzrə sövdələşmələrin
aparılması və (və ya) məsləhətlərin verilməsi.
Maddə 938. Sığorta və ya təkrarsığorta
müqavilələrinin sığorta vasitəçiliyi ilə
bağlanması
938.1. Sığorta
müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda
sığorta agenti müqaviləni həmin sığortaçının
adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət
əsasında imzalaya bilər.
938.2. Sığorta
(təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə
bağlandıqda müqavilə sığortaçı və
sığortalı tərəfindən və ya sığortalının
(təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət
əsasında sığorta brokeri tərəfindən imzalana
bilər.
938.3. Sığorta
(təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi
ilə bağlandıqda həmin müqavilədə müvafiq
olaraq sığorta agentinin və ya sığorta brokerinin adı,
(fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı
göstərilməlidir.
938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə
uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi
bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik
barədə məlumatlandırılmış sığorta vasitəçisi
həmin məlumatı aldığı tarixdən 1 gün müddətində
sığortaçıya çatdırmalıdır.[612]
Maddə 938–1. Sığorta
vasitəçisinin sığorta müqaviləsinin bağlanmasından
əvvəl sığortalıya açıqlamalı olduğu
məlumatlar[613]
938–1.0. Sığorta vasitəçiliyi
ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından,
yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən
əvvəl sığorta vasitəçisi sığorta etdirən
şəxsi ən azı aşağıdakı məlumatlarla
təmin etməlidir:
938–1.0.1. özünün adı
və yaşayış yeri (hüquqi şəxslər üçün
– olduğu yer);
938–1.0.2. daxil edildiyi reyestr və
həmin reyestrdən onun barəsində informasiya əldə etməyin
üsulları;
938–1.0.3. sığorta müqaviləsinin
tərəfi kimi təklif edilən sığortaçı ilə
səhmdar, aidiyyəti şəxs və
ya asılı cəmiyyət münasibətlərində olub-olmaması; [614]
938–1.0.4. sığorta vasitəçilərindən
şikayət vermək hüququ və proseduru, həmçinin
şikayətin üsulları və təqdim etmə vasitələri;
938–1.0.5. sığorta vasitəçiliyini
bir və ya bir neçə sığortaçı ilə bağladığı
tapşırıq müqaviləsi üzrə öhdəlikləri
əsasında (həmin sığortaçıların adı,
ünvanı, sığorta bazarındakı mövqeyi barəsində
obyektiv məlumat verməklə) və ya belə bir müqavilə
olmadan həyata keçirməsi;
938–1.0.6. sığorta etdirənin tələbinə
və ehtiyacına uyğun olan sığorta növləri əsasında
verilən təminatlar.
Maddə 939. Sığorta brokerinin sığorta
müqaviləsinin tərəflərini sənədlərlə
təmin etməsi
939.1. Sığorta
brokeri onun vasitəsilə bağlanan sığorta müqaviləsini
tərəflərdən sonuncusunun imzaladığı tarixdən
etibarən 3 gün müddətində sığortalını
həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq
sığorta şəhadətnaməsi ilə, bu mümkün
olmadıqda isə müvafiq sığorta müqaviləsinin nüsxəsinin,
yaxud sığorta şəhadətnaməsinin sığortalıya
verilməsinədək qüvvədə olan, bu Məcəllənin
940-cı maddəsində nəzərdə tutulmuş təminat
şəhadətnaməsi ilə təmin etməlidir.
939.2. Sığorta
brokeri onun vasitəsilə bağlanan təkrarsığorta müqaviləsini
tərəflərdən sonuncusunun imzaladığı tarixdən
etibarən 10 gün müddətində təkrarsığortalını
müvafiq təkrarsığorta müqaviləsinin nüsxəsi
və ya bu Məcəllənin 940-cı maddəsində nəzərdə
tutulmuş təminat şəhadətnaməsi ilə təmin
etməlidir.
939.3. Sığorta
brokeri vasitəsilə bağlanan sığorta (təkrarsığorta)
müqaviləsi üzrə riskləri qəbul edən və ya
bölüşən sığortaçı (təkrarsığortaçı)
həmin müqavilə üzrə istənilən məlumatı
sığorta brokerindən tələb edə bilər.
Maddə 940. Təminat şəhadətnaməsi
940.1. Təminat
şəhadətnaməsi sığorta brokerinin sığortalıya
(təkrarsığortalıya) verdiyi və sığorta risklərinin
yerləşdirilməsini təsdiq edən sənəddir.
940.2. Təminat
şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
940.2.1. sığorta
(təkrarsığorta) müqaviləsi üzrə riskləri
qəbul edən və ya bölüşən sığortaçının
(təkrarsığortaçının) tam adı və ünvanı;
940.2.2. sığortalının
(təkrarsığortalının) tam adı və ünvanı;
940.2.3. sığorta
müqaviləsinin qüvvədə olduğu müddət və
ərazi;
940.2.4. sığorta
(təkrarsığorta) müqaviləsi üzrə təminat
verilən sığorta riskləri;
940.2.5. sığortaçının
(təkrarsığortaçının) qəbul etdiyi və ya
bölüşdüyü sığorta və ya təkrarsığorta
riskinə uyğun olan sığorta (təkrarsığorta) məbləğinin
hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud
hər bir sığorta olunana münasibətdə ayrı-ayrı
risklər üzrə miqdarı;
940.2.6. sığorta
(təkrarsığorta) haqqının ümumi və hər bir
sığorta predmeti üzrə məbləği və ödənilməsi
qaydası.
940.3. Sığorta
riski bir neçə sığortaçıda (təkrarsığortaçıda)
yerləşdirildikdə, bu Məcəllənin 940.2.3-940.2.6-cı
maddələrində nəzərdə tutulmuş məlumatlar
hər bir sığortaçıya (təkrarsığortaçıya)
münasibətdə ayrılıqda göstərilməlidir.
Maddə 941. Sığorta vasitəçilərinin
sığorta haqqı və sığorta ödənişlərinin
ödənilməsində iştirakı
941.1. Sığorta
agenti sığortaçının adından sığorta haqqını
onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul
edə bilər.
941.2. Sığorta
(təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə
bağlandıqda onunla sığortalı (təkrarsığortalı)
və (və ya) sığortaçı (təkrarsığortaçı)
arasında bağlanmış vasitəçilik xidməti üzrə
müqavilədən asılı olaraq, sığortalı (təkrarsığortalı)
sığorta (təkrarsığorta) haqqını sığortaçıya
(təkrarsığortaçıya) birbaşa, yaxud sığorta
brokeri vasitəsilə ödəyə bilər.
941.3. Sığorta
(təkrarsığorta) haqqı sığorta brokerinə daxil
olduğu andan müvafiq sığorta (təkarsığorta) müqaviləsi
üzrə ödənilmiş hesab edilir.
941.4. Sığorta
brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən
pul vəsaitlərini “sığorta haqqı hesabı” formasında, digər hesablardan ayrı
və fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya)
ödənilmək məqsədilə saxlayır və bu vəsaitləri
digər məqsədlər üçün istifadə edə
bilməz.[615]
941.5.
Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi
onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində
tam həcmdə müvafiq sığortaçının müvafiq
bank hesabına köçürməlidir. Təkrarsığorta
haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı
ilə razılaşdırılmış müddətdə və
qaydada həmin təkrarsığortaçının müvafiq
bank hesabına köçürməlidir. Sığorta vasitəçisi
sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin
941.5-ci maddəsinin birinci və ikinci cümlələrində
qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya)
köçürülməməsinə görə hər gecikdirilmiş
gün üçün köçürülməmiş məbləğin
0,1 faizi həcmində dəbbə pulu ödəyir.
941.6.
Sığorta brokeri ilə təkrarsığortaçı arasındakı
müvafiq müqaviləyə əsasən müəyyən edilmiş
komisyon muzd məbləği təkrarsığorta haqqının
bu Məcəllənin 941.5-ci maddəsində nəzərdə
tutulmuş qaydada köçürülməsi zamanı, təkrarsığorta
haqqından çıxıla bilər.[616]
941.7. Sığorta
brokeri sığortaçı (təkrarsığortaçı)
tərəfindən sığorta ödənişləri ilə
bağlı ona ödənilən pul vəsaitlərini “sığorta
ödənişi hesabı” kimi müəyyən edilən, digər
hesablardan ayrı və fərqli olan bank hesabında sığortalıya
(təkrarsığortalıya) və ya faydalanan şəxsə
ötürülmək məqsədilə saxlayır və bu
vəsaiti digər məqsədlər üçün istifadə
edə bilməz.
941.8. Sığorta
brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə
tutulmuş vəsaitləri sığorta ödənişi hesabına
daxil olduğu tarixdən etibarən 3 gündən gec olmayaraq müvafiq
sığortalıya (təkrarsığortalıya) və ya faydalanan
şəxsə ötürməlidir.
Maddə 942. Sığorta vasitəçilərinin
sığortalı və ya təkrarsığortalı qarşısında
subsidiar öhdəliyi
Sığorta vasitəçisi
onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və
ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan
şəxslə bağlanmış sığorta və ya təkrarsığorta
müqaviləsinə, yaxud müvafiq sığorta növünün
aparılmasına icazəsi olmayan sığortaçı ilə
bağlanmış sığorta müqaviləsinə görə,
həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə
əməl etməməsi üzündən sığortalının
(təkrarsığortalının) mənafelərinin pozulmasına
görə onun qarşısında həmin sığorta (təkrarsığorta)
müqaviləsində sığortaçıya (təkrarsığortaçıya)
aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi
üzrə sığortaçı (təkrarsığortaçı)
kimi subsidiar öhdəlik daşıyır.
51 – ci fəsil.
Bank əmanəti
Maddə 943. Bank əmanəti haqqında
ümumi müddəa
Bu Məcəllənin
bu fəslinin banklara aid qaydaları hüquqi şəxslərdən
əmanətlər (depozitlər) qəbul edən digər kredit
təşkilatlarına və poçt rabitəsinin milli operatoruna
da tətbiq olunur.
Maddə 944. Bank əmanəti müqaviləsi
944.1. Bank əmanəti
(depozit) müqaviləsinə görə bir tərəf (bank)
başqa tərəfdən (əmanətçidən) və ya
başqa tərəf (əmanətçi) üçün daxil
olmuş pul məbləğini (əmanəti) qəbul edərək
müqavilədə nəzərdə tutulmuş şərtlərlə
və qaydada əmanət məbləğini əmanətçiyə
qaytarmağı və onun üçün faizlər ödəməyi
öhdəsinə götürür.
944.2. Əmanətin
qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə
bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur,
bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında
ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti
müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin.[617]
Maddə 945. Pul vəsaitini əmanətlərə
cəlb etmək hüququ
945.1. Pul vəsaitini
əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş
qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq
buna hüququ çatan banklar və poçt rabitəsinin milli
operatoru malikdirlər.[618]
945.2. Hüququ çatmayan
şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş
qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla
fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi
əmanət məbləğinin dərhal qaytarılmasını,
habelə onun üçün faizlər ödənilməsini
və bundan əlavə, əmanətçiyə vurulmuş bütün
zərərin əvəzinin verilməsini tələb edə bilər.
Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri
əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə,
bu cür müqavilə etibarsızdır.[619]
945.3. Əgər
qanunla ayrı qayda müəyyənləşdirilməyibsə,
bu Məcəllənin 945.2-ci maddəsində nəzərdə
tutulmuş nəticələr aşağıdakı hallarda da
tətbiq olunur:
945.3.1. fiziki və
hüquqi şəxslərin pul vəsaiti onlara buraxılması
qanunsuz sayılmış səhmlər və digər qiymətli
kağızlar satmaq yolu ilə cəlb olunduqda;
945.3.2. fiziki şəxslərin
pul vəsaiti əmanət sahiblərinin əmanəti ilk tələb
üzrə almasını və bu Məcəllənin bu fəslinin
qaydalarında nəzərdə tutulmuş digər hüquqları
həyata keçirməsini istisna edən veksellər və ya
başqa qiymətli kağızlar müqabilində əmanətlərə
cəlb olunduqda.
Maddə 946. Bank əmanəti müqaviləsinin
forması
946.1. Bank əmanəti
müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti
müqaviləsinin yazılı formasına o halda riayət olunmuş
sayılır ki, əmanətin qoyulması bank kitabçası
ilə, bank və ya depozit sertifikatı ilə və ya bank
tərəfindən əmanətçiyə verilmiş digər
sənədlə, özü də qanunda bu cür sənədlər
üçün nəzərdə tutulmuş tələblərə,
qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına
və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətlərinə uyğun gələn sənədlə təsdiq
edilsin.[620]
946.2. Bank əmanəti
müqaviləsinin yazılı formasına riayət edilməməsi
bu müqavilənin etibarsızlığına səbəb olur.
Belə müqavilə əhəmiyyətsizdir.
Maddə 947. Əmanətlərin
növləri
947.1. Bank əmanəti
müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi
şərti ilə (tələbli əmanət) və ya əmanətin
müqavilədə müəyyənləşdirilmiş müddət
qurtardıqdan sonra şərti ilə (müddətli əmanət)
bağlanır. Müqavilədə əmanətlərin qanuna
zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması
nəzərdə tutula bilər.
947.2. İstənilən
növ bank əmanəti müqaviləsinə görə bank
əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin
ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini
isə ən geci beş bank günü müddətində verməlidir,
amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş
başqa şərtləri ilə hüquqi şəxslərin
qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin
əmanəti ilk tələb üzrə almaq hüququndan imtina
etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.[621]
947.3. Tələbli
əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət
müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində
göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin
tələbi ilə ona qaytarıldıqda əmanət üzrə
faizlər bankın tələbli əmanətlər üzrə
ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir,
bu şərtlə ki, müqavilədə faizlərin ayrı
miqdarı nəzərdə tutulmasın.
947.4. Əmanətçinin
müddətli əmanətin məbləğini müddət
qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə
qoyulmuş əmanətin məbləğini müqavilədə
nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı
tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin
şərtləri ilə uzadılmış sayılır, bu
şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 948. Əmanətin məbləği
üçün faizlər
948.1. Bank əmanətçiyə
əmanətin məbləği üçün bank əmanəti
müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda
faizlər ödəyir. Müqavilədə ödənilən
faizlərin miqdarı haqqında şərtlər olmadıqda
bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun
müəyyənləşdirilən miqdarda ödəməlidir.
948.2. Əgər
bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bankın tələbli əmanətlər üçün
ödənilən faizlərin miqdarını dəyişməyə
ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda
faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında
əmanətçilərə məlumat verilənədək
qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi
andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə
ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.
948.3. Fiziki şəxs
əmanəti müəyyən müddət qurtardıqdan sonra
və ya müqavilədə nəzərdə tutulan hallar baş
verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət
üçün faizlərin bank əmanəti müqaviləsində
müəyyənləşdirilmiş miqdarı bank tərəfindən
birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi
şəxslə bağladığı bu cür bank əmanəti
müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli
qaydada dəyişdirilə bilməz.
Maddə 949. Əmanətin məbləğinə
faizlərin hesablanması və ödənilməsi qaydası
949.1. Bank əmanətinin
məbləğinə faizlər bu məbləğin banka daxil
olduğu günün ertəsi günündən məbləğin
əmanətçiyə qaytarılmasından və ya başqa
əsaslarla əmanətçinin hesabından silinməsindən
əvvəlki günədək hesablanır. Bu qayda bir günlük
depozitlərə tətbiq edilmir.
949.2. Əgər
bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan
faizlər əmanətçiyə hər rüb başa çatdıqdan
sonra onun tələbi ilə əmanətin məbləğindən
ayrılıqda ödənilir, həmin müddətdə tələb
olunmamış faizlər isə üstünə faizlər hesablanan
əmanətin məbləğini artırır. Əmanət
qaytarıldıqda həmin anadək hesablanmış bütün
faizlər ödənilir.
Maddə 950. Əmanətin qaytarılmasının
təmin edilməsi
950.1. Banklar fiziki
şəxslərin əmanətlərinin qaytarılmasını
icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda
isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə
kapitalında iştirak paylarının və ya səhmlərin
əlli faizindən çoxunun Azərbaycan Respublikasına və
ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən
fiziki şəxslərin əmanətlərinin qaytarılmasına,
bundan əlavə, əmanətçinin banka qarşı tələbləri
üzrə onların bu Məcəllənin 453-cü maddəsində
nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə
qarantiya verilir. [622]
950.2. Bank tərəfindən
hüquqi şəxslərin əmanətlərinin qaytarılması
üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.
950.3. Bank əmanəti
müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının
necə təmin ediləcəyi barədə əmanətçiyə
məlumat verməlidir.
950.4. Bank əmanətin
qaytarılmasının təmin edilməsi üçün bank
əmanəti müqaviləsində nəzərdə tutulmuş
vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin
qaytarılması üçün təminat itirildikdə və
ya onun şərtləri pisləşdikdə, əmanətçi
bankdan əmanət məbləğini dərhal qaytarmağı,
bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş
miqdarda faizlər ödəməyi və vurulmuş zərərin
əvəzini verməyi tələb edə bilər.
Maddə 951. Əmanətçinin
hesabına üçüncü şəxslərin pul vəsaiti
qoyması
Əgər bank
əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, əmanətçinin əmanət üzrə
hesabına dair lazımi məlumat göstərilməklə banka
onun adına üçüncü şəxslərdən daxil
olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir.
Həm də nəzərdə tutulur ki, əmanətçi həmin
şəxslərdən pul vəsaiti almağa razılığını
ifadə edərək, onlara əmanət üzrə hesaba dair
lazımi məlumat vermişdir.
Maddə 952. Üçüncü
şəxslərin xeyrinə əmanətlər
952.1. Əmanət
banka müəyyən üçüncü şəxsin adına
qoyula bilər. Əgər bank əmanəti müqaviləsində
ayrı müddət nəzərdə tutulmayıbsa, həmin
şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi
və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa
üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır.
Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi
şəxsin adının göstərilməsi müvafiq bank
əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin
bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və
ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti
müqaviləsi əhəmiyyətsizdir.
952.2. Bank əmanəti
müqaviləsi bağlamış şəxs onun əmanət
üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində
əmanətçi hüquqlarından üçüncü şəxs
əmanətçi hüquqlarından istifadə etmək niyyətini
bildirənədək istifadə edə bilər.
952.3. Üçüncü
şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü
şəxsin xeyrinə bank əmanəti müqaviləsinə
bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin
qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın.
Maddə 953. Bank kitabçası
953.1. Əgər
tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin
bağlanması və onun əmanət üzrə hesabına
pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq
olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının
və ya adsız bank kitabçasının verilməsi nəzərdə
tutula bilər. Bank kitabçasında bankın adı və olduğu
yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq
filialın adı və olduğu yer, əmanət üzrə
hesabın nömrəsi, habelə hesaba köçürülmüş
pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş
pul vəsaitinin bütün məbləğləri və bank
kitabçasının banka təqdim olunduğu anadək hesabdakı
pul vəsaitinin qalığı göstərilməli və bank
tərəfindən təsdiq edilməlidir. Əgər ayrı
hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş
əmanət haqqında məlumatlar bankla əmanətçi
arasında əmanət üzrə hesablaşmalar üçün
əsasdır.
953.2. Bank əmanətin
verilməsini, əmanət üzrə faizlərin ödənilməsini
və əmanət üzrə hesabdan pul vəsaitinin digər
şəxslərə köçürülməsinə dair
əmanətçinin sərəncamlarının icrasını
bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı
bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün
yararsız vəziyyətə düşdükdə, əmanətçinin
ərizəsi üzrə bank ona yeni bank kitabçası verir.
İtirilmiş adsız sənədli bank kitabçası üzrə
hüquqların bərpası adsız qiymətli kağızlar
üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.[623]
953.3. Bank, bank kitabçasını
qeyri-qanuni yollarla və ya itirmə nəticəsində əldə
etmiş şəxslə həmin kitabça üzrə hesablaşma
apararsa, məsuliyyətdən azad olunur, bu şərtlə ki,
həmin hallar barədə məlumata malik olmasın. Lakin, əgər
bank kobud ehtiyatsızlıq üzündən belə məlumata
malik olmazsa, məsuliyyətdən azad edilmir.[624]
953.4. Banka qarşı
olan tələbi bu Məcəllə ilə müəyyən
edilmiş qaydada həmin tələbin güzəşti yolu ilə
əldə etmiş yeni kreditor, ona bank kitabçasının
verilməsini tələb edə bilər.[625]
52 – ci fəsil.
Bank hesabı
Maddə 954. Bank hesabı müqaviləsi
954.1. Bank hesabı
müqaviləsinə görə bank müştəriyə (hesabın
sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini
qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin
köçürülməsinə və verilməsinə, hesab
üzrə digər əməliyyatların aparılmasına dair
müştərinin sərəncamlarını yerinə yetirməyi
öhdəsinə götürür.
954.2. Bank hesabda
olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam
vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə
edə bilər.
954.3. Bank müştərinin
pul vəsaitindən istifadə edilməsi istiqamətlərini
müəyyənləşdirə və buna nəzarət edə
bilməz, habelə müştərinin pul vəsaitinə dair
öz istədiyi kimi sərəncam vermək hüququ üzərində
qanunla
və bank hesabı müqaviləsi
ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər
qoya bilməz.[626]
954.4. Bu fəslin
banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya)
müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan
və icra edən başqa kredit təşkilatlarına və poçt
rabitəsinin milli operatoruna da tətbiq olunur. Maliyyə xidmətlərinin göstərilməsi
ilə bağlı mərkəzi depozitarın açdığı
və apardığı pul hesablarına bu fəslin qaydaları
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla tətbiq
edilir.[627]
Maddə 955. Bank hesabı müqaviləsinin
forması
955.1. Bank hesabı
müqaviləsi yazılı formada bağlanır.
955.2. Bank hesabı
müqaviləsinin yazılı formasına riayət edilməməsi
bu müqavilənin etibarsızlığına səbəb olur.
Belə müqavilə əhəmiyyətsizdir.
Maddə 956. Bank hesabı müqaviləsinin
bağlanması
956.1. Bank hesabı
müqaviləsi bağlanarkən müştəriyə və
ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı
şərtlərlə bankda hesab açılır.
956.2. Bank həmin
növ hesabların açılması üçün bankın
elan etdiyi, qanunda nəzərdə tutulmuş və qanuna əsasən
bank qaydaları ilə müəyyənləşdirilmiş tələblərə
uyğun şərtlər əsasında hesab açmaq təklifi
ilə müraciət etmiş müştəri ilə bank hesabı
müqaviləsi bağlamalıdır.
956.3. Hesab üzrə
müvafiq əməliyyatların aparılması qanunla, bankın
nizamnaməsi və ona verilmiş xüsusi icazə (lisenziya) ilə
nəzərdə tutulduqda, bankın həmin hesabın açılmasından
imtina etməyə ixtiyarı yoxdur, amma belə imtinanın bank
xidmətinə qəbul etməyə bankın imkanının
olmaması ilə bağlı olduğu və ya buna qanunla, yaxud
başqa hüquqi aktlarla yol verildiyi hallar istisna təşkil edir.
956.4. Bank hesabı
müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda
müştərinin onu müqavilə bağlamağa məcbur
etmək tələbi ilə məhkəməyə müraciət
etməyə ixtiyarı vardır. Bank hesabı müqaviləsi
bağlamaqdan əsassız boyun qaçıran bank müştəriyə
bununla vurulmuş zərərin əvəzini ödəməlidir.
Maddə 957. Hesabda olan pul vəsaitinə
dair sərəncam vermək hüququnun təsdiqi
957.1. Hesabdan vəsaitin
köçürülməsi və verilməsi haqqında müştərinin
adından sərəncamlar verən şəxslərin hüquqları
qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları
və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş
sənədlərin müştəri tərəfindən banka
təqdim olunması yolu ilə təsdiq edilir.
957.2. Üçüncü
şəxslərin tələbi ilə, o cümlədən müştərinin
bu şəxslər qarşısında öhdəliklərini
yerinə yetirməsi ilə bağlı tələbi üzrə
müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında
banka sərəncam verə bilər. Bank belə sərəncamları
bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli
sürülərkən onu irəli sürməyə hüququ
çatan şəxsi eyniləşdirməyə imkan verən
lazımi məlumatlar həmin sərəncamlarda yazılı
formada göstərilmiş olsun.
957.3. Müqavilədə
hesabdakı pul məbləğlərinə dair sərəncam
hüququnun elektron ödəmə vasitələri və öz
əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın
buna vəkil edilmiş şəxs tərəfindən verildiyini
təsdiqləyən digər vasitələrdən istifadə
olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi
də nəzərdə tutula bilər.
957.4. Əgər
bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam
əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun
üçün məsuliyyət daşıyır, bir şərtlə
ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən
verildiyini sübut edə bilməsin.[628]
Maddə 958. Bankın apardığı
hesab əməliyyatları
Bank müştəri
üçün həmin növ hesablardan ötrü qanunla, qanuna
əsasən müəyyənləşdirilmiş bank qaydaları
ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətləri ilə nəzərdə tutulan əməliyyatlar
aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində
ayrı hal nəzərdə tutulmasın.
Maddə 959. Hesab əməliyyatlarının
müddətləri
959.1.
Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini
həmin əməliyyat günündən (bankın müştəri
sərəncamlarının qəbulu və bank əməliyyatlarının
aparılması üçün müəyyən etdiyi iş
vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə
ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.[629]
959.2. Müştərinin
sərəncamı ilə bank müştərinin pul vəsaitini
müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi
günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir,
bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş
bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə
ayrı müddətlər nəzərdə tutulmasın.[630]
Maddə 960. Hesabın kreditləşdirilməsi
960.1. Bank hesabı
müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin
olmadığına baxmayaraq, bankın ödənişləri
həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi)
bank bu cür ödənişi həyata keçirdiyi gündən
müştəriyə müvafiq məbləğdə kredit vermiş
sayılır.
960.2. Tərəflərin
hesabın kreditləşdirilməsi ilə bağlı hüquq
və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir,
bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində
ayrı hal nəzərdə tutulmasın.[631]
Maddə 961. Hesab əməliyyatlarının
aparılmasına bankın xidmətlərinin haqqının ödənilməsi[632]
961.1. Bank hesabı müqaviləsində nəzərdə
tutulduğu halda, müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların
aparılması üzrə bank xidmətlərinin haqqını
ödəyir.[633]
961.2. Bu Məcəllənin
961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin
haqqını bank hər bir əqd başa çatdıqdan sonra
müştərinin hesabdakı pul vəsaitindən tuta bilər,
bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı
qayda nəzərdə tutulmasın.
Maddə 962. Pul vəsaitindən
bankın istifadə etməsi üçün faizlər
962.1. Əgər
bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bank müştərinin hesabında olan pul vəsaitindən
istifadə etməsi üçün faizlər ödəyir və
bu faizlərin məbləği hesaba salınır.
962.2. Bu Məcəllənin
962.1-ci maddəsində göstərilən faizlər bank tərəfindən
bank hesabı müqaviləsində müəyyənləşdirilmiş
miqdarda, müqavilədə müvafiq şərt olmadıqda isə
bu bankın tələbli əmanət üzrə müəyyənləşdirdiyi
miqdarda ödənilir.
962.3. Faizlərin
məbləği müqavilədə nəzərdə tutulmuş
müddətlərdə, müqavilədə bu cür müddətlər
nəzərdə tutulmadıqda isə hər rübün axırında
hesaba salınır.
Maddə 963. Bankın və müştərinin
hesab üzrə qarşılıqlı tələblərinin
əvəzləşdirilməsi
963.1. Hesabın
kreditləşdirilməsi və bank xidmətlərinin haqqının
ödənilməsi ilə bağlı bankın müştəriyə
qarşı pul tələblərinə, habelə pul vəsaitindən
istifadə üçün faizlərin ödənilməsi haqqında
müştərinin banka qarşı tələblərinə
əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə
ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmasın. Göstərilən tələblər bank tərəfindən
əvəzləşdirilir.
963.2. Bank aparılmış
əvəzləşdirmə haqqında müştəriyə
müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə,
əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa,
müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında
müştərilərə məlumat verilməsinin bank praktikası
üçün adi olan qaydada və müddətlərdə məlumat
verməlidir.
Maddə 964. Pul vəsaitinin hesabdan
silinməsinin əsasları
964.1. Hesabdan pul
vəsaitinin silinməsini bank müştərinin sərəncamına
əsasən həyata keçirir.
964.2. Müştərinin
sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə
məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş
və ya bankla müştəri arasında müqavilədə
nəzərdə tutulmuş hallarda yol verilir.
Maddə 965. Hesabdan pul vəsaitinin
silinməsinin növbəliyi
965.1. Hesabdakı
pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən
bütün tələbləri ödəməyə kifayət
etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin
sərəncamlarının və hesabdan silməyə dair digər
sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim
ardıcıllığı) həyata keçirilir, bu şərtlə
ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal
nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin
sərəncamlarını və ona qarşı irəli sürülmüş
bütün tələbləri yerinə yetirməyə kifayət
etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla
silinir:[634]
965.2.1. birinci növbədə
həyata və ya sağlamlığa vurulmuş zərərin
ödənilməsi haqqında tələblərin, habelə alimentlərin
tutulması haqqında tələblərin yerinə yetirilməsi
üçün hesabdan pul vəsaitinin köçürülməsini
və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və
yaxud bu tələblərlə bağlı icra sənədləri
əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;[635]
965.2.2. ikinci növbədə
əmək müqaviləsi ilə işləyən şəxslərə
işdənçıxma müavinətlərinin və əmək
haqqının ödənilməsi üzrə və müəlliflik
müqaviləsinə görə haqların ödənilməsi
üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini
və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və
yaxud bu tələblərlə bağlı icra sənədləri
əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə, habelə
bu məqsədlər üçün verilmiş bank kreditlərinin
hesabdan silinməsi həyata keçirilir;[636]
965.2.3. üçüncü
növbədə dövlət büdcəsinə, məcburi dövlət
sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar
dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi
sığorta fonduna və bələdiyyələrin büdcələrinə
ödənişləri nəzərdə tutan ödəniş
sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;[637]
965.2.4. dördüncü
növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin
yerinə yetirilməsini nəzərdə tutan ödəniş
sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;
965.2.5. beşinci
növbədə başqa pul tələblərinin yerinə yetirilməsini
nəzərdə tutan icra sənədi əsasında verilən ödəniş
sərəncamı üzrə hesabdan
silmə həyata keçirilir;[638]
965.2.6. altıncı
növbədə təqvim ardıcıllığı qaydasında
digər ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir.[639]
965.3. “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal
nəzərdə tutulmayıbsa, bir növbəyə aid tələblər
üzrə vəsait ödəniş sərəncamlarının daxil olmasının təqvim ardıcıllığı
qaydasında hesabdan silinir.[640]
Maddə 966. Hesab əməliyyatlarının
lazımınca aparılmaması üçün bankın məsuliyyəti
Müştəriyə
gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı
və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi,
habelə pul vəsaitinin hesabdan köçürülməsi
və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin
lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ
üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə
tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.
Maddə 967. Bank sirri
967.1. Bank hesabının
və bank əmanətinin, hesab əməliyyatlarının və
müştəri haqqında məlumatların sirrinə bank qarantiya
verir.
967.2.
Bank sirrini təşkil edən məlumatlar müştərinin
özünə və nümayəndəsinə verilir. Belə
məlumatlar digər şəxslərə yalnız “Banklar haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda və qaydada verilir.[641]
967.3. Bank sirri təşkil
edən məlumatlar bank tərəfindən açıqlandığı
halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş
zərərin əvəzini ödəməyi tələb edə
bilər.
Maddə 968. Hesaba dair sərəncam
verilməsinin məhdudlaşdırılması
Müştərinin
hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının
məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə
tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı
pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab
əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. [642]
Maddə 969. Bank hesabı müqaviləsinin
ləğvi
969.1. Bank hesabı
müqaviləsi müştərinin ərizəsi üzrə
istənilən vaxt ləğv edilir.
969.2. Əgər
bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bankın tələbi ilə bank hesabı müqaviləsi
məhkəmə tərəfindən aşağıdakı hallarda
ləğv edilə bilər:
969.2.1. müştərinin
hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları
və ya müqavilə ilə nəzərdə tutulmuş minimum
miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ
bankın bu barədə xəbərdarlıq etdiyi gündən
bir ay ərzində bərpa edilməmiş olsun;
969.2.2. bir il ərzində
həmin hesab üzrə əməliyyatlar aparılmadıqda,
bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə
tutulmasın.
969.2.3. ciddi əsaslar
olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından
qeyri-leqal məqsədlər üçün istifadə etməsi
sübut edilsin.[643]
969.3. Hesabdakı
pul vəsaitinin qalığı müştəriyə verilir
və ya müştərinin göstərişi ilə onun müvafiq
yazılı ərizəsinin alındığı gündən
ən geci yeddi gün keçənədək başqa hesaba köçürülür.
969.4. Bank hesabı
müqaviləsinin ləğv edilməsi müştərinin hesabının
bağlanması üçün əsasdır.
Maddə 970. Bankların hesabları
Əgər qanunla,
başqa hüquqi aktlarla və ya onlara uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə ayrı hal nəzərdə tutulmayıbsa,
bu Məcəllənin bu fəslinin qaydaları müxbir hesablarına,
müxbir subhesablarına və bankların digər hesablarına
da şamil edilir.
53 – cü fəsil.
Mülki dövriyyənin iştirakçıları
arasında hesablaşmalar
§ 1. Hesablaşmalar haqqında ümumi müddəalar
Maddə 971. Nağd və nağdsız
hesablaşmalar
971.1. Fiziki şəxslərin
iştirakı ilə hesablaşmalar onların sahibkarlıq fəaliyyətini
həyata keçirməsi ilə bağlı deyilsə, məbləğ
məhdudlaşdırılmadan nağd pullarla və ya nağdsız
qaydada aparıla bilər.
971.2. Çıxarılmışdır. [644]
971.3.
Nağdsız hesablaşmalar banklar və digər ödəniş
xidməti təchizatçıları, mərkəzi depozitar tərəfindən
qanuna uyğun olaraq aparılır.[645]
Maddə 972. Nağdsız hesablaşmaların
formaları
972.1. Nağdsız
hesablaşmalar aparılarkən ödəniş tapşırıqları
ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə,
çeklərlə, ödəniş kartları ilə, elektron
şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun
müəyyənləşdirilmiş bank qaydaları ilə və
bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətləri ilə nəzərdə tutulmuş digər formalarda
hesablaşmalara yol verilir.
972.1-1.
Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı
mərkəzi depozitarın açdığı pul hesabları
üzrə nağdsız hesablaşmalar “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.[646]
972.2. Müqavilə
üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində
göstərilmiş hesablaşma formalarından hər hansı
birini seçmək və müqavilədə müəyyənləşdirmək
hüququ vardır.
§ 2. Ödəniş tapşırıqları ilə hesablaşmalar
Maddə 973. Ödəniş tapşırıqları
ilə hesablaşmalar haqqında ümumi müddəalar
973.1. Ödəniş
tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin
tapşırığı ilə onun hesabında olan vəsait
hesabına müəyyən pul vəsaitini bu və ya başqa
bankda ödəyicinin göstərdiyi şəxsin hesabına
qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin
edilmiş müddətdə köçürməyi öhdəsinə
götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində
daha qısa müddət nəzərdə tutulmasın və ya
bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.
973.2. Bu Məcəllənin
bu paraqrafının qaydaları bankda hesabı olmayan şəxsin
öz pul vəsaitini həmin bank vasitəsilə köçürməsi
ilə bağlı münasibətlərə tətbiq edilir, bu
şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə ayrı hal nəzərdə tutulmasın
və ya bu münasibətlərin mahiyyətindən ayrı hal
irəli gəlməsin.
973.3. Ödəniş
tapşırıqları ilə hesablaşmaların həyata
keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar
dövriyyə adətləri ilə tənzimlənir.
Maddə 974. Bank tərəfindən
ödəniş tapşırığının yerinə yetirilməsi
şərtləri
974.1. Ödəniş
tapşırığının və onunla birlikdə təqdim
edilən hesablaşma sənədlərinin məzmunu və forması
qanunla və ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə
uyğun gəlməlidir.
974.2. Ödəniş
tapşırığı bu Məcəllənin 974.1-ci maddəsində
göstərilmiş tələblərə uyğun gəlmədikdə
bank tapşırığın məzmununu dəqiqləşdirə
bilər. Ödəyiciyə bu cür sorğu tapşırıq
alındıqdan dərhal sonra verilməlidir. Qanunla və ya ona
uyğun müəyyənləşdirilmiş bank qaydaları
ilə nəzərdə tutulmuş müddətdə, bunlar olmadıqda
isə ağlabatan müddətdə cavab almadıqda bank tapşırığı
icra etmədən ödəyiciyə qaytara bilər, bu şərtlə
ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank
qaydaları və ya bankla ödəyici arasında müqavilə
ilə ayrı hal nəzərdə tutulmasın.
974.3. Əgər
ödəyici ilə bank arasında müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, ödəyicinin tapşırığını
bank ödəyicinin hesabında vəsait olduqda yerinə yetirir.
Bank tapşırıqları hesabdan pul vəsaitinin silinməsi
növbəliyini gözləməklə icra edir. Ödəyicinin
hesabında vəsait olmadıqda bank bu barədə ona məlumat
verir.[647]
Maddə 975. Tapşırığın
icrası
975.1. Ödəyicinin
ödəniş tapşırığını qəbul etmiş
bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş
şəxsin hesabına salınmaq üçün vəsait alanın
bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş
müddətdə köçürməlidir.
975.2. Bank müştərinin
tapşırığında göstərilmiş hesaba pul vəsaitinin
köçürülməsi əməliyyatlarının yerinə
yetirilməsi üçün digər bankları cəlb edə
bilər.
975.3. Bank ödəyiciyə tapşırığın icrası
haqqında dərhal bildiriş verməlidir. Ödəniş tapşırığının
icrasından sonra məlumatlandırma ilə bağlı digər
tələblər “Ödəniş xidmətləri və ödəniş
sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənir.[648]
Maddə 976. Tapşırığın
icra edilməməsinə və ya lazımınca icra edilməməsinə
görə məsuliyyət
976.1. Müştərinin
tapşırığı icra edilmədikdə və ya lazımınca
icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində
nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda
məsuliyyət daşıyır.
976.2. Tapşırığın
icra edilməməsi və ya lazımınca icra edilməməsi
ödəyicinin tapşırığının icrası üçün
cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının
aparılması qaydalarının pozulması ilə əlaqədar
baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində
nəzərdə tutulmuş məsuliyyəti məhkəmə
həmin bankın üzərinə qoya bilər.
976.3. Əgər
bank tərəfindən hesablaşma əməliyyatlarının
aparılması qaydalarının pozulması pul vəsaitinin qanunsuz
tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin
449-cu maddəsində nəzərdə tutulmuş qaydada və
miqdarda faizlər ödəməlidir.
§ 3. Akkreditiv üzrə hesablaşmalar
Maddə 977. Akkreditiv üzrə
hesablaşmalar haqqında ümumi müddəalar
977.1. Akkreditiv üzrə
hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması
haqqında tapşırığı və göstərişi
ilə hərəkət edən bank (emitent bank) vəsait alana
vəsait ödəməyi və ya köçürmə vekselini
ödəməyi, aksept etməyi və ya uçota almağı
və ya bu səlahiyyətləri başqa banka (icraçı
banka) verməyi öhdəsinə götürür. Vəsait
alana vəsaiti ödəyən və ya köçürmə
vekselini ödəyən, aksept edən və ya uçota alan emitent
banka icraçı bank haqqında qaydalar tətbiq olunur.
977.2. Akkreditiv üzrə
hesablaşmaların həyata keçirilməsi qaydası qanunla,
habelə ona uyğun müəyyənləşdirilmiş bank
qaydaları və bank praktikasında tətbiq edilən işgüzar
dövriyyə adətləri ilə tənzimlənir.
Maddə 978. Geriçağırma
akkreditivi
978.1. Vəsait alana
qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və
ya ləğv edə bildiyi akkreditiv geriçağırma akkreditivi
sayılır. Akkreditivin geri çağırılması emitent
bankın vəsait alan qarşısında hər hansı öhdəliklərini
yaratmır.
978.2. İcraçı
bank geriçağırma akkreditivi üzrə ödənişi
və ya digər əməliyyatları icra etməlidir, bu şərtlə
ki, icra anınadək o, akkreditivin şərtlərinin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında bildiriş almasın.
978.3. Akkreditiv o
vaxt geriçağırma akkreditivi olur ki, onun mətnində bu
hal birbaşa müəyyənləşdirilir.[649]
Maddə 979. Geri çağırılmayan
akkreditiv
979.1. O akkreditiv
geri çağırılmayan akkreditiv sayılır ki, o, vəsait
alanın razılığı olmadan ləğv edilə və
ya dəyişdirilə bilmir.
979.2. Akkreditiv əməliyyatının
aparılmasında iştirak edən icraçı bank emitent bankın
xahişi ilə geri çağırılmayan akkreditivi təsdiqləyə
bilər (təsdiqlənmiş akkreditiv). Bu cür təsdiqləmə
icraçı bankın emitent bankın öhdəliyindən əlavə,
akkreditivin şərtlərinə uyğun ödənişi icra
etmək öhdəliyini qəbul etdiyini bildirir.
979.3. İcraçı
bankın təsdiqlədiyi geri çağırılmayan akkreditiv
icraçı bankın razılığı olmadan dəyişdirilə
və ya ləğv edilə bilməz.
Maddə 980. Akkreditivin icrası
980.1. Akkreditivin
icrası üçün vəsait alan icraçı banka akkreditivin
bütün şərtlərinin yerinə yetirildiyini təsdiqləyən
sənədləri təqdim edir. Bu şərtlərdən, heç
olmasa, biri pozulduqda akkreditiv icra edilmir. İcraçı bank həmin
sənədlərin yalnız formal baxımdan qaydada olmasını
yoxlamalıdır.[650]
980.2. Əgər
icraçı bank akkreditivin şərtlərinə müvafiq
surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı
aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə
bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir.
Göstərilən xərclərin əvəzi, habelə akkreditivin
icrası ilə əlaqədar emitent bankın bütün başqa
xərclərinin əvəzi ödəyici tərəfindən
ödənilir.
Maddə 981. Sənədləri
qəbul etməkdən imtina
981.1. Əgər
icraçı bank zahiri əlamətlərinə görə akkreditivin
şərtlərinə uyğun gəlməyən sənədləri
qəbul etməkdən imtina edirsə, bu barədə o, imtinanın
səbəblərini göstərməklə, vəsait alana və
emitent banka dərhal məlumat verməlidir.
981.2. Əgər
icraçı bankın qəbul etdiyi sənədləri aldıqdan
sonra emitent bank onları zahiri əlamətlərinə görə
akkreditivin şərtlərinə uyğun gəlməyən hesab
edərsə, onların qəbulundan imtina edə bilər və
akkreditivin şərtləri pozulmaqla vəsait alana ödənilmiş
məbləği icraçı bankdan tələb edə bilər,
ödənilməmiş akkreditiv üzrə isə ödənilmiş
məbləğlərin əvəzini ödəməkdən
imtina edə bilər.
Maddə 982. Akkreditivin şərtlərinin
pozulmasına görə bankın məsuliyyəti
982.1. Bu maddədə
nəzərdə tutulmuş hallar istisna olmaqla akkreditivin şərtlərinin
pozulmasına görə ödəyici qarşısında emitent
bank, emitent bank qarşısında isə icraçı bank məsuliyyət
daşıyır.
982.2. İcraçı
bank ödənilmiş və ya təsdiqlənmiş akkreditiv
üzrə pul vəsaitini ödəməkdən əsassız
imtina etdikdə vəsait alan qarşısında məsuliyyət
icraçı bankın üzərinə qoyula bilər.
982.3. İcraçı
bank ödənilmiş və ya təsdiqlənmiş akkreditiv
üzrə pul vəsaitini akkreditivin şərtlərinin pozulması
nəticəsində düzgün ödəmədikdə ödəyici
qarşısında məsuliyyət icraçı bankın üzərinə
qoyula bilər.
Maddə 983. Akkreditivin bağlanması
983.1. İcraçı
bankda akkreditiv aşağıdakı hallarda bağlanır:
983.1.1. akkreditivin
müddəti qurtardıqda;
983.1.2. akkreditivin
qüvvədə olma müddəti qurtaranadək onun istifadəsindən
imtina etmək haqqında vəsait alanın ərizəsi üzrə,
bir şərtlə ki, bu cür imtinanın mümkünlüyü
akkreditivin şərtləri ilə nəzərdə tutulsun;
983.1.3. akkreditivin
tam və ya qismən geri çağırılması haqqında
ödəyicinin tələbi ilə, bir şərtlə ki, akkreditivin
şərtlərinə görə belə geriçağırma
mümkün olsun.
983.2. Akkreditivin
bağlanması haqqında icraçı bank emitent banka məlumat
verməlidir.
983.3. Ödənilmiş
akkreditivin istifadə olunmamış məbləği akkreditivin
bağlanması ilə eyni vaxtda dərhal emitent banka qaytarılmalıdır.
Emitent bank qaytarılmış məbləğləri ödəyicinin
vəsaitin deponentləşdirildiyi hesabına daxil etməlidir.
§ 4. İnkasso üzrə hesablaşmalar
Maddə 984. İnkasso üzrə
hesablaşmalar haqqında ümumi müddəalar
984.1. İnkasso
üzrə hesablaşmalar zamanı bank (emitent bank) müştərinin
tapşırığı ilə ödəyicidən ödənişin
və (və ya) ödəniş akseptinin alınması əməliyyatlarını
müştərinin hesabına həyata keçirməyi öhdəsinə
götürür.
984.2. Müştərinin
tapşırığını almış emitent bank tapşırığın
icrası üçün başqa bankı (icraçı bankı)
cəlb edə bilər. İnkasso üzrə hesablaşmaların
həyata keçirilməsi qaydası qanunla, qanuna əsasən
müəyyənləşdirilmiş bank qaydaları və bank
praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri
ilə tənzimlənir.
984.3. Müştərinin
tapşırığının icra edilmədiyi və ya lazımınca
icra edilmədiyi halda emitent bank onun qarşısında bu Məcəllənin
23-cü fəslində nəzərdə tutulmuş əsaslar
üzrə və miqdarda məsuliyyət daşıyır.
984.4. Əgər
müştərinin tapşırığının icra edilməməsi
və ya lazımınca icra edilməməsi hesablaşma əməliyyatlarının
həyata keçirilməsi qaydalarının icraçı bank
tərəfindən pozulması ilə əlaqədar baş vermişdirsə,
müştəri qarşısında məsuliyyət həmin
bankın üzərinə qoyula bilər.
984.5. İnkasso
üzrə hesablaşmalarla əlaqədar olan, bu Məcəllə
ilə tənzimlənməyən münasibətlər bank qanunvericiliyi
ilə tənzimlənir.
Maddə 985. İnkasso tapşırığının
icrası
985.1. Hər hansı
sənəd olmadıqda və ya sənədlər zahiri əlamətlərinə
görə inkasso tapşırığına uyğun gəlmədikdə
icraçı bank inkasso tapşırığını aldığı
şəxsə bu barədə dərhal məlumat verməlidir.
Göstərilən qüsurlar aradan qaldırılmadıqda bank
sənədləri icra etmədən qaytara bilər.
985.2. Sənədlər
alındıqları formada ödəyiciyə təqdim edilir,
amma inkasso əməliyyatının rəsmiləşdirilməsi
üçün zəruri olan bank qeydləri və yazıları
istisna edilir.
985.3. Əgər
sənədlər təqdim olunduqda ödənilməlidirsə,
icraçı bank inkasso tapşırığını aldıqdan
dərhal sonra sənədləri ödənişə təqdim
etməlidir. Əgər sənədlər başqa müddətdə
ödənilməlidirsə, icraçı bank ödəyicinin
akseptini almaq üçün sənədləri inkasso tapşırığını
aldıqdan sonra dərhal akseptə təqdim etməlidir, ödəniş
isə sənəddə göstərilmiş ödəniş
müddətinin çatdığı gündən gec olmayaraq
tələb olunmalıdır.
985.4. Qismən ödənişlər
bunun bank qaydaları ilə müəyyənləşdirildiyi
və ya inkasso tapşırığında xüsusi icazənin
olduğu hallarda qəbul edilə bilər.
985.5. Alınmış
(inkasso edilmiş) məbləğlər icraçı bank tərəfindən
dərhal emitent bankın sərəncamına verilməli, həmin
bank isə bu məbləğləri müştərinin hesabına
salmalıdır. İcraçı bank inkasso edilmiş məbləğlərdən
ona çatan muzdu və xərclərin əvəzini tuta bilər.
Maddə 986. Aparılmış
əməliyyatlar haqqında bildiriş
986.1. Əgər
ödəniş və (və ya) aksept alınmamışdırsa,
icraçı bank ödənişin icra olunmamasının və
ya akseptdən imtina edilməsinin səbəblərini dərhal
emitent banka bildirməlidir. Emitent bank bu barədə müştəriyə
dərhal məlumat verərək, ondan gələcək hərəkətlər
barəsində göstərişlər istəməlidir.
986.2. Gələcək
hərəkətlər haqqında göstərişlər bank
qaydaları ilə müəyyənləşdirilmiş müddətdə,
bu müddət olmadıqda isə ağlabatan müddətdə
alınmadıqda, icraçı bankın sənədləri emitent
banka qaytarmağa ixtiyarı vardır.
§ 5. Çek[651]
Maddə 986-1. Çek anlayışı
və onun məzmunu
986-1.1.
Çek ifadə etdiyi pul məbləğinin çek sahibinə
ödənilməsi barədə çek verənin banka verdiyi
və heç nə ilə şərtləndirilməyən yazılı
sərəncamından ibarətdir.
986-1.2.
Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir:
986-1.2.1.
sənədin mətninə daxil edilmiş “çek” adı;
986-1.2.2.
müəyyən pul məbləğini ödəmək barədə
sadə və heç nə ilə şərtləndirilməyən
tapşırıq;
986-1.2.3.
ödənişi icra etməli olan bankın adı;
986-1.2.4.
ödəniş yeri;
986-1.2.5.
çekin tərtib olunduğu tarix və yer;
986-1.2.6.
çek verənin imzası.
986-1.3.
Bankların yalnız elə çek blankları verməsinə
icazə verilir ki, orada mətbəə üsulu ilə çap
edilmiş aşağıdakı məlumatlar olsun: ödəyici
bankın adı, ünvanı və telefon nömrəsi, çek
verənin (hesab sahibinin) adı və ünvanı, habelə ödəyici
bankın hesab nömrəsi.
986-1.4.
Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki
və yol çeki aiddir.
986-1.5.
Hesablaşma çeki hesablardan nağdsız qaydada hesablaşmaların
aparılmasını nəzərdə tutan çekdir.
986-1.6.
Bank çeki bir bankın başqa banka banklararası hesablaşmaların
aparılması üçün təqdim etdiyi çekdir.
986-1.7.
Pul çeki müştərinin bankda olan hesabından nağd
pul vəsaitini almaq üçün yazılı sərəncamdan
ibarət olan çekdir.
986-1.8.
Yol çeki bir məntəqədə verilmiş çekdə
imza nümunəsi göstərilən çek sahibinə çekdə
yazılmış məbləği ödəməyi üzərinə
götürən təşkilatın öhdəliyi olub, digər
məntəqədə nağdlaşdırılan çekdir.
Yol çeklərinin ödənilməsi sahibinin imzası əsasında
çekin emitenti, onun filialı və yaxud emitentin göstərdiyi
digər təşkilat tərəfindən həyata keçirilir.
Maddə 986-2. Veksellər
haqqında müddəaların çeklərə tətbiqi
Vekselin
aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
1005.2.4-cü, 1006-cı, 1009-1012-ci maddələrinin müddəaları
çeklərdən irəli gələn münasibətlərin
tənzimlənməsinə də tətbiq edilir.
Maddə 986-3. Çekin
təminatı tələbi
986-3.1.
Çek yalnız o hallarda verilə bilər ki, çek verənin
bankdakı hesablarında vəsaiti və həmin vəsaitə
dair çeklər vasitəsilə sərəncam vermək hüququ
olsun.
986-3.2.
Çekin ödənilməsi üçün çek verənin
vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə
bankın çeki ödəməkdən imtina etmək hüququ
vardır. Bank təmin olunmamış məbləği ödədikdə,
çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə
və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı
nəticələr baş verməlidir:
986-3.2.1.
çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş
çeki çek verənin əvəzinə imzalamış şəxs
birgə borclular kimi, çek məbləğinin ödənilməmiş
hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek
sahibinə ödəməlidirlər. Çek sahibinin başqa
zərərin əvəzinin ödənilməsi tələbini
həyata keçirmək hüququ saxlanılır;
986-3.2.2.
bank təminat olmadığından çekin tamamilə və
ya qismən ödənilmədiyini çekin özündə
qeyd etməli və ləngimədən onu çek sahibinə
göndərməli, bu barədə belə çekləri imzalamış
çek verənlərin reyestrini tərtib edən Azərbaycan
Respublikasının Mərkəzi Banka dərhal bildiriş göndərməlidir;[652]
986-3.2.3.
təmin olunmamış çeki verənin bir il ərzində
çeklər verməsinə icazə verilmir və o özündə
olan bütün çek blanklarını dərhal ödəyici
banka və müştərisi olduğu bütün başqa banklara
qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə
dərhal çek verəndən və hesablardakı vəsaitə
dair sərəncam verməyə ixtiyarı olan bütün şəxslərdən
tələb etməli və bundan sonra çek verməyi onlara
qadağan etməlidir;
986-3.2.4.
bu tələbdən sonra bir ay müddətində çek verən
çek sahibi barədə çek məbləğinin ödənilməmiş
hissəsini ödədiyini, habelə bu Məcəllənin 986-3.2.1-ci
maddəsinə uyğun olaraq zərərin əvəzini ödədiyini,
yaxud həmin məbləğlərin tam ödənilməsi üçün
ödəyici bankın kifayət qədər vəsaitə malik
olması qayğısına qaldığını ödəyici
banka sübut edərsə, bu Məcəllənin 986-3.2.3-cü
maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan
edilməsinin gələcək üçün qüvvəsi
olmur.
Maddə 986-4. Çekin
aksept edilməsinin istisna olunması
Ödəyici çeki aksept etməməlidir. Çekdə
aksept barədə yazılan qeyd etibarsız sayılır.
Maddə 986-5. Çek üzrə
ödənişi almağa ixtiyarlı şəxsin adı
986-5.1.
Çek yazıla bilər:
986-5.1.1.
müəyyən şəxsin adına;
986-5.1.2.
təqdim edənə (adsız).
986-5.2.
Çek “və ya təqdim edənə” qeyd-şərti ilə,
yaxud bu cür məna ifadə edən qeyd-şərtlə müəyyən
şəxsə verilərsə, adsız çek sayılır.
986-5.3.
Sahibinin adı göstərilməyən çek adsız çek
sayılır.
986-5.4.
Çek, çek verənin özünə verilə bilər.
Maddə 986-6. Çekdə
faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı
Çekdə faizlər barədə yazılan qeyd-şərt
etibarsız sayılır.
Maddə 986-7. Çekin
başqasına verilməsi
986-7.1.
Müəyyən şəxsə verilmiş və ödənişə
təqdim olunmuş çek indossament vasitəsilə başqa
şəxsə verilə bilər.
986-7.2.
Çek indossament vasitəsilə həmçinin çek verənə
və çek üzrə mükəlləfiyyətli hər hansı
şəxsə verilə bilər. Öz növbəsində bu
şəxslər də çeki indossament edə bilərlər.
986-7.3.
Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament
blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin
(filialının) olduğu və indossamentin çekin verildiyi
şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi
hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş
qəbzi qüvvəsi vardır.
986-7.4.
Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu
Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və 1020-ci
maddələrinin müddəaları çeklərə də
tətbiq edilir.
Maddə 986-8. Çek sahibinin
xeyrinə ehtimal. Çekin itirilməsi
986-8.1.
Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci
maddəsi tətbiq edilir.
986-8.2.
Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs,
onun adsız çek və ya indossament vasitəsilə verilən
çek olmasına baxmayaraq, çeki yalnız o halda qaytarmağa
borcludur ki, onu vicdansız yolla əldə etmiş olsun və ya
əldə edərkən kobud ehtiyatsızlıq etmiş olsun.
Maddə 986-9. Çek zaminliyi
(aval)
Çek
məbləğinin ödənişinə avalçı tərəfindən
aval (çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən
qarantiya verilə bilər. Ödənişə belə qarantiyanı,
ödəyici bank istisna olmaqla, hər hansı üçüncü
şəxs və ya artıq çekdə imzası olan şəxs
verə bilər.
Maddə 986-10. Çekin
ödənişə təqdim olunması
986-10.1.
Çek təqdim olunduqda ödənilməlidir. Hər cür
başqa göstəriş etibarsız sayılır.
986-10.2.
Tərtib edildiyi ölkədə ödənilməli olan çek
bir ay müddətində ödənişə təqdim olunmalıdır.
Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli
olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə,
iki ay müddətində, müxtəlif qitələrdədirsə,
üç ay müddətində ödənişə təqdim
edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin
üzvü olan bir dövlətin ərazisində verilən və
Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər
dövlətin ərazisində ödənilməli olan çeklər
eyni qitədə verilən və ödənilməli olan çeklər
sayılır. Yuxarıda göstərilən müddətlərin
axımı çekdə onun verilmə günü kimi göstərilən
gündən başlanır.
986-10.3.
Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən
başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə,
ödəniş yerinin təqviminə əsasən verilmə
gününə uyğun tarix və bundan asılı olaraq ödəniş
müddəti müəyyənləşdirilir.
Maddə 986-11. Çekin
geri götürülməsi
986-11.1.
Çekin geri götürülməsi yalnız onun təqdim edilmə
müddəti qurtardıqdan sonra etibarlıdır.
986-11.2.
Çek geri götürülmədikdə, bank çekin təqdim
edilmə müddəti qurtardıqdan sonra da ödənişi
icra edə bilər.
986-11.3.
Çek verən özünün və ya hər hansı üçüncü
şəxsin çeki itirdiyini təsdiq edirsə, ödəyiciyə
ödənişin icrasını qadağan edə bilər.
Maddə 986-12. Çek verənin
ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin və
ya ödəmə qabiliyyətli olmamasının nəticələri
Çek
verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət
qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətli
olmamasının elan edilməsi çekin etibarlığına
təsir göstərmir.
Maddə 986-13. Çek üzrə
ödəniş və ödənişə dair qəbz. Xarici
valyutada verilən çeklər
Çek
üzrə ödənişlərə, ödənişə
dair qəbz verilməsinə və xarici valyutada çeklərə
bu Məcəllənin 1028-ci, 1029.4-cü və 1030-cu maddələri
müvafiq surətdə tətbiq olunur.
Maddə 986-14. Cızıqlı
çek
986-14.1.
Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin
986-14.2-986-14.6-cı maddələrində nəzərdə tutulan
nəticələr ilə çeki cızıqlaya bilər. Cızıqlama
çekin üz tərəfinə iki paralel xətt çəkməklə
aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər.
Xətlər arasında heç bir göstəriş və ya
“bank” qeydi və ya eyni mənalı başqa qeyd yoxdursa, cızıqlama
ümumi sayılır. Xətlər arasında bankın adı
yazılmışsa, cızıqlama xüsusi sayılır. Ümumi
cızıqlama xüsusiyə çevrilə bilər, lakin xüsusi
cızıqlama ümumiyə çevrilə bilməz. Cızıqlamanın
və ya göstərilmiş bankın adının qaralanması
etibarsız sayılır.
986-14.2.
Ödəyici ümumi cızıqlaması olan çeki yalnız
banka və ya öz müştərisinə ödəyə bilər.
986-14.3.
Xüsusi cızıqlaması olan çeki ödəyici yalnız
göstərilmiş banka və ya əgər bu bankın özü
ödəyicidirsə, həmin bankın müştərisinə
ödəyə bilər. Göstərilən bank çeki qəbul
etməyi digər banka tapşıra bilər.
986-14.4.
Bank cızıqlı çeki yalnız öz müştərisindən
və ya başqa bankdan qəbul edə bilər.
986-14.5.
Bir neçə xüsusi cızıqlaması olan çeki ödəyici
yalnız o halda ödəyə bilər ki, çekin üzərində
ikidən çox cızıqlama aparılmasın.
986-14.6.
Yuxarıdakı göstərişləri yerinə yetirməyən
ödəyici və ya bank vurulan zərərin əvəzini çekin
məbləğindən artıq olmayan miqdarda ödəməyə
borcludur.
Maddə 986-15. Hesablaşma
çeki
986-15.1.
Çek verən, habelə hər hansı çek sahibi çekin
üz tərəfində “hesablaşma” qeydi və ya eyni mənalı
başqa qeyd yazmaqla, çekin nağd pulla ödənilməsini
qadağan edə bilər. Bu halda ödəyici çekin ödənişini
yalnız hesabdan hesaba keçirmə yolu ilə (hesablaşma,
köçürmə, nağdsız hesablaşmalar) icra edə
bilər. Hesabda yazı ödəniş sayılır. “Hesablaşma”
qeydinin pozulması etibarsız sayılır. Yuxarıdakı göstərişləri
yerinə yetirməyən ödəyici vurulan zərərin əvəzini
çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə
borcludur.
986-15.2.
Əgər ödəyici ödəmə qabiliyyəti olmayan elan
edilmişsə və ya o, ödənişlərin icrasını
dayandırmışsa və ya tutmanın onun əmlakına yönəldilməsi
nəticəsiz qalmışsa, hesablaşma çekinin sahibi ödəyicidən
çeki nağd pulla ödəməyi tələb edə bilər,
çek ödənilmədikdə isə özünün reqres
hüququnu həyata keçirə bilər. “Banklar haqqında”
Qanuna əsasən görülən tədbirlər nəticəsində
çek sahibi özünün ödəyicidəki hesablarına
dair sərəncam verə bilmədikdə də bu qayda tətbiq
olunur.
986-15.3.
Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia vermək
hüququ vardır, amma o sübut etməlidir ki, ödəyici
hesabda sadə və heç nə ilə şərtləşdirilməyən
qeyd yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə
müvafiq hesablaşma orqanı öhdəliklərin ödənilməsi
məqsədi ilə nağdsız hesablaşmalar aparılması
üçün çeki yararsız elan etmişdir.
Maddə 986-16. Çek üzrə
ödəməmə nəticəsində iddia
986-16.1.
Ödənişə vaxtında təqdim olunan çek ödənilmədikdə
çek sahibi indossantlara, çek verənə və çek
üzrə digər mükəlləfiyyətli şəxslərə
iddia verə bilər.
986-16.2.
Çek sahibi iddia verdiyi şəxsdən aşağıdakıları
tələb edə bilər:
986-16.2.1.
çek ödənilməyibsə, çek məbləğinin
ödənilməsini;
986-16.2.2.
faizlərin ödənilməsini;
986-16.2.3.
xərclərin ödənilməsini;
986-16.2.4.
faizin üçdəbirindən çox olmayan miqdarda penya.
986-16.3.
Əgər çekin vaxtında təqdim edilməsinə qarşısıalınmaz
maneə əngəl törədirsə, çeklərin ödənişə
təqdim edilməsi müddətlərinin uzadılmasına bu
Məcəllənin 1042-ci maddəsi tətbiq olunur.
Maddə 986-17. Saxta çek
Qəlp
və ya saxta çekin ödənişi ilə əlaqədar
zərəri ödəyici çəkir, bu şərtlə ki,
çekdə göstərilən çek verən təqsirli
olmasın, məsələn, ona tapşırılmış çek
blanklarını etinasız saxlamış olmasın.
Maddə 986-18. Çekin
mətninin dəyişdirilməsi
Çekin mətninin dəyişdirilməsinə bu Məcəllənin
1045-ci maddəsi tətbiq edilir.
Maddə 986-19. Çek öhdəlikləri
üzrə iddia müddətləri
Çek
sahibinin indossantlara, çek verənə və çek üzrə
digər mükəlləfiyyətli şəxslərə qarşı
çekdən irəli gələn iddia tələbləri təqdimetmə
müddəti qurtardıqdan bir il sonra ödənilir. Çek
üzrə mükəlləfiyyətli olan bir şəxsin çek
üzrə mükəlləfiyyətli olan digər şəxsə
iddia tələbləri çekin mükəlləfiyyətli
şəxs tərəfindən ödənildiyi və ya məhkəmə
qaydasında ondan çek üzrə ödənişin tutulduğu
gündən bir il sonra ödənilir.
Maddə 986-20. Çekin
etibarsız elan edilməsi
Çekin etibarsız elan edilməsinə bu Məcəllənin
1047-ci maddəsi tətbiq olunur.
Maddə 986-21. Çekin
ödənişə təqdim edilməsi müddətlərinin
hesablanması
Çek
ödənişə yalnız iş günləri təqdim olunmalıdır.
Təqdimetmə müddətinin son günü bazar gününə
və ya başqa qeyri-iş gününə düşdükdə,
müddət növbəti iş gününədək uzadılır.
Müddət ərzində olan qeyri-iş günləri müddət
hesablanarkən nəzərə alınır.
54-cü fəsil.[653]
Qiymətli kağızlar
§ 1. Qiymətli kağızlar haqqında ümumi müddəalar
Maddə 987. Qiymətli kağız
anlayışı
987.1.
Qiymətli kağız onun mülkiyyətçisi və emitenti
arasında müqavilə münasibətlərinin mövcudluğunu
və mülkiyyətçinin həmin müqavilədən irəli
gələn hüquqlarını təsdiqləyən sənəddir.
Qiymətli kağızı emissiya etmiş, buraxmış və
ya vermiş şəxs bu Məcəllənin 54-cü fəslinin
məqsədləri üçün emitent adlanır.[654]
987.2.
Qiymətli kağızların növləri, məcburi rekvizitləri,
onlara aid tələblər, qiymətli kağızlar və qiymətli
kağız bazarı ilə bağlı münasibətlər
bu Məcəllə və “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir.[655]
987.3. Qiymətli
kağızın məcburi rekvizitlərinin olmaması və ya
qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş
formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə
səbəb olur.
Maddə 988. Qiymətli kağız
üzrə öhdəliklər və onların icrası
988.1.
Qiymətli kağızda emitentə qarşı təsbit edilmiş
hər hansı tələb həmin qiymətli kağızla təsdiqlənir.
Belə tələbin etibarlılığı onu əmələ
gətirən əqdin mövcudluğundan və ya etibarlılığından
asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş
öhdəliyin icrasından onun əsasının olmamasına
və ya onun etibarsızlığına istinadla imtina edilməsinə
yol verilmir.[656]
988.2. Qiymətli
kağız üzrə borclu icranı yalnız qiymətli kağızın
ona verilməsi ilə eyni vaxtda həyata keçirməlidir.
Emitent
qiymətli kağızın mülkiyyətçisinə icranı hansı həcmdə
həyata keçirmişdirsə, öz öhdəliyindən
də həmin həcmdə azad edilir.[657]
988.3. Qiymətli
kağızı vermiş emitent və onu indossament
etmiş bütün şəxslər onun mülkiyyətçisi qarşısında birgə məsuliyyət
daşıyırlar. Qiymətli kağızın mülkiyyətçisinin tələbi qiymətli kağız
üzrə öhdəlik götürmüş bir və ya bir
neçə şəxs tərəfindən yerinə yetirildikdə,
o (onlar), qiymətli kağız üzrə öhdəlik götürmüş
qalan şəxslər qarşısında geriyə tələb
(reqres) hüququ əldə edir.[658]
988.4. Qiymətli
kağızla təsdiqlənmiş öhdəliyin icrasından
onun əsasının olmamasına və ya onun etibarsızlığına
istinadla imtina edilməsinə yol verilmir.[659]
988.5. Qiymətli
kağızın mülkiyyətçisi qiymətli kağızda aldatma və ya
saxtalaşdırma aşkar etdikdə kağızı ona vermiş
borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş
öhdəliyin lazımınca yerinə yetirilməsi və zərərin
əvəzinin ödənilməsi tələbini irəli sürə
bilər.[660]
Maddə 989. Adlı qiymətli kağızlar[661]
989.1.
Mülkiyyətçisinin adı üzərində təsbit edilən
və ya mülkiyyət hüququ mərkəzi depozitarda qeydiyyata
alınmış qiymətli kağız adlı qiymətli kağızdır.
989.2.
Adlı qiymətli kağız üzrə borclu icranı yalnız
özünün adına qiymətli kağız verilmiş və
ya digər qaydada qiymətli kağıza mülkiyyət hüququnu
əldə etmiş şəxs kimi, yaxud həmin şəxsin
hüquq varisi kimi təsdiq edən şəxs həyata keçirməlidir.
Əgər borclu icranı bu cür təsdiq olmadan həyata keçirsə,
o, qiymətli kağıza dair öz hüququnu sübut edəcək
üçüncü şəxs qarşısında öhdəliyindən
azad edilmir.
Maddə 990. Adsız qiymətli
kağızlar
990.1. Qiymətli
kağız o halda adsız sayılır ki, ona əsasən emitent öhdəliyi bu qiymətli kağızı
təqdim edən istənilən şəxsə icra etməyi
öz üzərinə götürür.
990.2. Əgər
məhkəmənin qərarı ilə və ya başqa qanuni
göstəriş əsasında qadağan edilərsə, emitent adsız qiymətli kağız
üzrə sonrakı ödənişləri icra etməməlidir.[662]
Maddə 991. Sənədli
qiymətli kağızlar[663]
991.1.
Sənədli qiymətli kağız saxtalaşdırma imkanlarını
aradan qaldırmaq məqsədi ilə xüsusi qaydada hazırlanmış
kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli
kağız formasıdır.
991.2.
Sənədli qiymətli kağız blanklarına və onları
hazırlayan şəxslərə aid tələblər Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
Maddə 992. Qiymətli
kağızların dövlət qeydiyyatı[664]
Qiymətli
kağızlar (investisiya fond payı və
daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit
edən ipoteka kağızı istisna olmaqla) Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
dövlət qeydiyyatına alınmaqla qiymətli kağızların
dövlət reyestrinə daxil edilir.[665]
Maddə 992-1. Qiymətli kağızlar
bazarı və qiymətli kağızlar bazarının iştirakçıları[666]
992-1.1. Qiymətli
kağızlar bazarı qiymətli kağızların emissiyası,
buraxılması, tədavülü, ödənilməsi, sahibliyi,
saxlanılması, onlarla əqdlərin bağlanması, digər
əməliyyatların aparılması üzrə subyektlər
arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.
992-1.2. Qiymətli
kağızlar bazarının iştirakçıları qiymətli
kağızların emissiyasında, tədavülündə, ödənilməsində,
sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla
əməliyyatların aparılmasında subyekt və ya tərəf
kimi çıxış edən şəxslər, habelə qiymətli
kağızlar bazarının tənzimlənməsini həyata
keçirən dövlət və qeyri-kommersiya təşkilatları
olan qiymətli kağızlar bazarının iştirakçılarının
özünü tənzimləyən təşkilatlarıdır.
992-1.3. Emitent qiymətli
kağızların emissiyasını qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirən şəxs, müvafiq
icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş
dövlət orqanı və ya bələdiyyədir.
992-1.4. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyət hüquqi
və ya fiziki şəxslər tərəfindən qiymətli
kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
992-1.5. Qiymətli
kağızlar bazarının peşəkar iştirakçıları
qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya)
əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən
hüquqi şəxslərdir.[667]
992-1.6. Qiymətli
kağızların nominal saxlayıcısı hüquq sahibinin
tapşırığı ilə və onun xeyrinə qiymətli
kağız sahiblərinin reyestrində qeydə alınmış
və bu qiymətli kağızların hüquqi mülkiyyətçisi
olmayan şəxsdir.
992-1.7. Broker fəaliyyəti
müştərinin hesabına tapşırıq və ya komisyon
müqaviləsi əsasında müvəkkil və ya komisyonçu
kimi fəaliyyət göstərən, həmin müştərinin
mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı
əqdlərinin bağlanması üzrə qiymətli kağızlar
bazarında peşəkar fəaliyyətdir.
992-1.8. Diler fəaliyyəti
öz adından və öz hesabına əvvəlcədən
kütləvi elan olunmuş alış və (və ya) satış
qiymətləri ilə qiymətli kağızlar üzrə alqı
-satqı əqdlərinin bağlanması üzrə qiymətli
kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi
elan açıq elan formasında edilmiş təklifdir.
992-1.9. Aktivlərin
idarə edilməsi müstəsna predmeti müştəriyə
məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri,
qiymətli kağızlar və qanunvericiliklə müəyyən
edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi
üçüncü şəxsin mənafeyi üçün
əməliyyatların aparılmasından ibarət olan qiymətli
kağızlar bazarında peşəkar fəaliyyətdir.[668]
992-1.10. Klirinq fəaliyyəti
qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı
öhdəliklərin müəyyən edilməsi (məlumatların
toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat
sənədlərinin hazırlanması), hesablaşmaların aparılması
və öhdəliklərin qarşılıqlı icrasının
təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.11. Depozitar
fəaliyyət qiymətli kağızların saxlanması, onlara
hüquqların və öhdəliklərin yüklənməsi
faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə
müəyyən edilmiş qaydada pul hesablarının açılması,
aparılması və pul köçürmələri ilə
əlaqədar xidmətlər göstərilməsindən ibarət
olan peşəkar fəaliyyətdir.[669]
992-1.12. Depozitar
sistemi bir-biri ilə "depo" hesabları açmaq vasitəsi
ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərən depozitarların vahid sistemidir.
992-1.13. Qiymətli
kağızların sahiblərinin reyestrinin aparılması qiymətli
kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları
barədə məlumatların toplanması, qeydə alınması,
işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin
göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.14. Fond birjası
qiymətli kağızlarla əqdlərin bağlanması üçün
zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin
müəyyən edilməsi, onlar haqqında lazımi məlumatın
yayılması üzrə peşəkar fəaliyyətdir.
992-1.15. İnvestor
qiymətli kağızları mülkiyyətinə əldə
etmiş şəxsdir.
992-1.16. Qiymətli
kağızlar bazarının peşəkar iştirakçılarının
özünü tənzimləyən təşkilatı qiymətli
kağızlar bazarının peşəkar iştirakçılarının
könüllülük, qeyri-kommersiya prinsipləri əsasında
fəaliyyət göstərən qeyri-hökumət təşkilatı
olan ictimai birliyidir.
992-1.17. Qiymətli
kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli
kağızlar bazarının stabilliyinin pozulmasına səbəb
ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının
qiymətli kağızlarla əqdlər üzrə qiymətli
kağızların bazar qiymətinin hər hansı bir üsulla
əvvəlcədən razılaşdırılmış, qəsdən
edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir.
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya
yol verilmir.
Maddə 993. Qiymətli
kağıza mülkiyyət hüququnun əmələ gəlməsi
və ötürülməsi[670]
993.1.
Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna
olmaqla, digər sənədsiz qiymətli kağızlara
mülkiyyət hüququ buraxılış zamanı həmin
qiymətli kağızın ilk mülkiyyətçiyə özgəninkiləşdirilməsindən
sonra mərkəzi depozitarda qeydə alındığı andan
əmələ gəlir. Sənədli qiymətli kağızlara
mülkiyyət hüququ həmin qiymətli kağızların
ilk mülkiyyətçiyə özgəninkiləşdirildiyi
andan əmələ gəlir. [671]
993.2.
Mülkiyyətçi qiymətli kağıza mülkiyyət
hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən
qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə
ötürə bilər.
993.3.
Bu Məcəllənin 993.2-ci maddəsi ilə nəzərdə
tutulmuş qaydada daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna
olmaqla, digər sənədsiz qiymətli kağızları
əldə edən şəxsin mülkiyyət hüquqları
həmin qiymətli kağızların ötürülməsinin
mərkəzi depozitarda qeydiyyatı ilə, sənədli qiymətli
kağızları əldə edən şəxsin mülkiyyət
hüquqları isə müvafiq əqdin bağlanması ilə
yaranır. [672]
993.4.
Qiymətli kağıza mülkiyyət hüququ başqasına
verildikdə və bu Məcəllənin 1078-21-ci maddəsində
nəzərdə tutulmuş digər şərtlər yerinə
yetirildikdə qiymətli kağızla təsdiqlənmiş bütün
hüquqlar əldə edənə keçir, bu şərtlə
ki, həmin qiymətli kağızı başqasına vermək
hüququ mövcud olsun.
993.5.
Əgər müqavilədə və ya qiymətli kağızın
özündə nəzərdə tutulubsa, digər şəxslərin,
xüsusən də emitentin iştirakı qiymətli kağıza
mülkiyyət hüququnun verilməsi üçün zəruridir.
Maddə 994. Sənədli qiymətli kağızların
zədələnməsi, korlanması[673]
Sənədli
qiymətli kağız zədələnmək
və ya korlanmaq nəticəsində dövriyyə üçün
yararsız olduqda onun mülkiyyətçisi emitentdən zədələnmiş və ya
korlanmış kağızın qaytarılması müqabilində
yeni qiymətli kağız verməyi tələb edə bilər,
bu şərtlə ki, həmin kağızda onun əsas məzmununu
və fərqləndirici əlamətlərini inamla müəyyənləşdirmək
hələ mümkün olsun. Zədələnmiş və ya
korlanmış sənədli qiymətli kağızın əvəz olunması xərclərini
onun mülkiyyətçisi çəkir.
Maddə 995. Sənədli qiymətli kağızın
etibarsız elan edilməsi[674]
995.1. Sənədli qiymətli kağız itirilmişdirsə,
onun mülkiyyətçisinin vəsatəti ilə məhkəmə
emitent fiziki şəxsin yaşayış
yeri üzrə və ya emitent hüquqi şəxsin olduğu
yer üzrə bu qiymətli kağızı etibarsız elan edə
bilər. Adsız qiymətli kağızlar itirilmişdirsə,
ərizəçinin tələbi ilə məhkəmə qiymətli
kağız üzrə emitentə onu ödəməyi
qadağan edə bilər.[675]
995.2. Sənədli qiymətli kağızın etibarsız elan
edilməsi haqqında vəsatəti itki və ya itkinin aşkar
edilməsi məqamında onun mülkiyyətçisi olmuş şəxs verə bilər. Ərizəçi
qiymətli kağıza mülkiyyət hüququnu və onun itirildiyini sübuta yetirməlidir.
Əgər kupon vərəqi və ya səhm kuponu olan qiymətli
kağız sahibi yalnız kupon vərəqini və ya səhm
kuponunu itirərsə, vəsatətini əsaslandırması
üçün əsas qiymətli kağızı təqdim
etməsi kifayətdir.[676]
Maddə 996. Sənədsiz qiymətli
kağızlar
996.1.
Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna
olmaqla, digər sənədsiz qiymətli kağız mülkiyyətçisinin
adı və digər rekvizitləri mərkəzi depozitardakı
yazıda əks olunmuş elektron sənəd formasında olan
qiymətli kağızdır. Elektron imza və
elektron sənəd haqqında” Azərbaycan Respublikasının
Qanunu daşınmaz əmlak üzərində ipoteka hüququnu
təsbit edən ipoteka kağızı istisna olmaqla, digər
sənədsiz qiymətli kağızlara tətbiq edilmir.[677]
996.2. Hüququ sənədsiz
formada təsbit etmiş şəxs hüquq sahibinin tələbi
ilə ona təsbit edilmiş hüququ təsdiqləyən sənəd
verməlidir.
996.2-1. İpoteka kağızına mülkiyyət hüququnun
yaranması, ipoteka kağızının dövlət qeydiyyatı,
ipoteka kağızı üzrə hüquqların ötürülməsi
(tədavülü) və ipoteka kağızına xitam verilməsi
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız
elektron sənəd formasında tərtib olunur. Daşınmaz
əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka
kağızı üzrə hüquqlar bu Məcəllənin
1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin
elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.[678]
996.3. Göstərilən
təsbit yolu ilə təsdiqlənən hüquqlar, hüquqların
və hüquq sahiblərinin rəsmən təsbit edilməsi
qaydası, qeydlərin sənədli surətdə təsdiqlənməsi
qaydası və sənədsiz qiymətli kağızlarla əməliyyatların
aparılması qaydası qanunla və ya qanunun müəyyənləşdirdiyi
qaydada təyin edilir.
996.4. Sənədsiz
qiymətli kağızlarla əməliyyatlar yalnız hüquqların
qeydiyyatını aparan şəxsə müraciət etməklə
aparıla bilər. Hüquqların başqasına verilməsi,
təqdim olunması və məhdudlaşdırılması rəsmi
yazıların salamatlığı, onların məxfiliyinin təmin
edilməsi, bu cür yazılar haqqında düzgün məlumatlar
verilməsi, aparılmış əməliyyatlar haqqında rəsmi
qeydlərin yazılması üçün məsuliyyət daşıyan
bu şəxs tərəfindən rəsmən təsbit edilməlidir.[679]
Maddə 997. Qiymətli kağızların
növləri[680]
997.1.
Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi,
investisiya fond payı, girov kağızı, ipoteka kağızı
və daşınmaz əmlak sertifikatı aiddir.[681]
997.2. İstiqrazlar
və səhmlər investisiya qiymətli kağızlarıdır.
İnvestisiya qiymətli kağızları buraxılışlarla
yerləşdirilir və qiymətli kağızların əldə
edilməsi vaxtından asılı olmayaraq bir buraxılış
daxilində hüquqların həyata keçirilməsinin həcmi
və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli
kağızların buraxılışı emitentin qiymətli
kağızların bir növünə aid olan və eyni dövlət
qeydiyyat nömrəsi olan qiymətli kağızlarının
toplusudur. İnvestisiya
qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla adlı formada buraxılır. İnvestisiya
qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunur.[682]
997.3. Veksellər ödəniş qiymətli kağızlarıdır.[683]
997.4.
Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı)
üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə
onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan
xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş
hüquqları tələb etmək hüququ verən qiymətli
kağızdır. Depozitar qəbzlərinin buraxılışı,
onların dövlət qeydiyyatına alınması və tədavülü
qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən müəyyən edilir.[684]
997.5.
İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı
investisiya fondunda payına mülkiyyət hüquqlarını
təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən
sonra fondun aktivlərinin satışından payına müvafiq
pul vəsaitlərini almaq hüququnu, habelə “İnvestisiya fondları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş digər hüquqları verən sənədsiz adlı
qiymətli kağızdır.[685]
997.6. Qiymətli
kağızın sertifikatının məcburi rekvizitləri və
onun blankının hazırlanması qaydaları maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən müəyyən edilir.
997.7. Bu Məcəllənin
və qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının
başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli
şəxslər Azərbaycan Respublikasının mülki, inzibati
və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş
hallarda və qaydada məsuliyyət daşıyırlar.[686]
997.8. Qiymətli
kağızlar bazarı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinin pozulması nəticəsində
vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş
qaydada ödənilməlidir.[687]
997.9. Qiymətli
kağızlar bazarında dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qiymətli kağızlar bazarının iştirakçıları
barəsində inzibati tənbeh, müvafiq lisenziyanın dayandırılması,
ləğv edilməsi, qiymətli kağızlarla əməliyyatların
məhdudlaşdırılması, dayandırılması və
qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş
digər tədbirlərin tətbiq edilməsindən inzibati qaydada
və (və ya) məhkəmə qaydasında şikayət verilə
bilər. Belə şikayətin verilməsi məhkəmənin
qərarının çıxarılmasına qədər tətbiq
olunmuş tədbirin qüvvəsini dayandırmır.[688]
Maddə 997-1. Dövlət və
bələdiyyə qiymətli kağızları[689]
997-1.1. Dövlət
qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı
və müvafiq qaydada buna səlahiyyətləndirilmiş qurum tərəfindən buraxılan qiymətli
kağızlardır.[690]
997-1.2. Bələdiyyə
qiymətli kağızları bələdiyyə tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan
qiymətli kağızlardır.
§ 2. Order[691]
Maddə 998. Order anlayışı
998.1. Order elə
bir sənəddir ki, onun əsasında bir şəxs (çıxarıcı)
başqa şəxsə (ödəyiciyə) çıxarıcının
hesabına remitentə pul, qiymətli kağızlar və ya digər
əvəzolunan əşyalar verməyi tapşırır. Order
remitentin adına,adsız və ya əmrə dair qeyd-şərtlə
verilə bilər. Əgər order "veksel" və ya "çek"
kimi göstərilirsə, onda, birinci növbədə, bu Məcəllənin
veksellər və ya çeklər haqqında müddəaları
tətbiq edilir.
998.2. Orderi almaqla
remitent ödəyicidən öhdəliyin icrasını öz
adından tələb etmək hüququ qazanır.
998.3. Ödəyici
remitent barəsində öhdəliyi icra etməlidir.
Maddə 999. Orderin ödəyici
tərəfindən aksept edilməsi
999.1. Ödəyici
remitentə icranı yalnız onun orderi aksept etdiyi halda həyata
keçirməlidir. Lakin əgər ödəyici çıxarıcının
borclusudursa, ödəyici icranı aksept edilmədən də
həyata keçirməlidir.
999.2. Aksept etmə
icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər.
Əgər aksept etmə icradan əvvəl elan olunursa, ödəyici
orderdə aksept haqqında qeyd yazır. Əgər orderdə qeyd
onun remitentə təqdim edilməsinədək yazılmışdırsa,
remitent üçün aksept ancaq təqdim edilmə anından
qüvvəyə malikdir.
999.3. Order ödəyici
üçün aksept edildikdə icranı remitentə həyata
keçirmək barəsində birbaşa öhdəlik əmələ
gəlir. Order aksept edildikdən sonra o, remitentə yalnız akseptin
etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan
irəli gələn etirazlarını bildirə bilər.
Maddə 1000. Aksept etməkdən
və ya ödənişdən imtina
Əgər ödəniş
müddəti çatanadək ödəyici orderi aksept etməkdən
və ya ödənişi həyata keçirməkdən imtina
edirsə, remitent bu barədə çıxarıcıya dərhal
bildiriş verməlidir. Remitent orderdən irəli gələn
hüququnu həyata keçirə bilmədikdə və ya həyata
keçirmək niyyətində olmadıqda da eyni qayda tətbiq
olunur.
Maddə 1001. Çıxarıcının
remitentlə münasibətləri
1001.1. Əgər
ödəyicinin icranı həyata keçirməsi ilə çıxarıcının
borcu ödənilməlidirsə, ödəniş yalnız ödəyici
tərəfindən orderin remitentə icrasından sonra yerinə
yetirilmiş sayılır.
1001.2. Remitent orderi
qəbul edərək, çıxarıcıya qarşı öz
tələb hüququnu yalnız o halda həyata keçirə
bilər ki, ödəyicidən ödənişin icrasını
tələb etsin və onu orderdə nəzərdə tutulan müddət
qurtardıqdan sonra almasın.
1001.3. Order ona dəlalət
edir ki, başlıca əqd üzrə ixtiyarlının çıxarıcıya
qarşı müvafiq tələbi vardır.
Maddə 1002. Orderin geri götürülməsi
Ödəyici orderi
aksept edənədək və ya ödənişi icra edənədək
çıxarıcı ondan orderi geri götürə bilər.
Maddə 1003. Orderin başqasına
verilməsi
1003.1. Remitent orderi
hələ aksept edilməmiş olsa belə, hər hansı üçüncü
şəxsə keçirə bilər.
1003.2. Çıxarıcı
orderin keçirilməsini istisna edə bilər. Ödəyici
üçün belə istisna yalnız o halda etibarlıdır
ki, orderdə onun haqqında qeyd-şərt edilmiş olsun və
ya ödəyici orderi aksept etməzdən və ya ödənişi
icra etməzdən əvvəl çıxarıcı ödəyiciyə
bu barədə məlumat vermiş olsun.
§ 3. Veksel
Maddə 1004. Veksel anlayışı
Veksellər adlı qiymətli kağızlardır, veksel verən
onların vasitəsilə müəyyən şəxsə müəyyən
məbləğ ödəmək barəsində başqa şəxsə
(ödəyiciyə) göstəriş verir (köçürmə
vekseli) və ya hər hansı müəyyən şəxsə
və ya bu şəxsin sərəncamına müəyyən
məbləğ ödəməyi öhdəsinə götürür
(sadə veksel).[692]
Maddə 1005. Köçürmə
vekseli
1005.1. Köçürmə
vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir:
1005.1.1. Sənədin
mətninə daxil edilmiş "veksel" adı;
1005.1.2. veksel verənin
müəyyən məbləği ödəmək barəsində
sadə və heç nə ilə ºərtləºdirilməmiº
göstəriºi;
1005.1.3. kim ödəməlidirsə,
onun (ödəyicinin) adı;
1005.1.4. ödəniş
kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə,
onun adı;
1005.1.5. vekselin tərtib
edildiyi tarix;
1005.1.6. veksel verənin
imzası;
1005.1.7. vekselin tərtib
edildiyi yer;
1005.1.8. vekselin ödənilməsi
vaxtı (veksel üzrə ödəniş müddəti);
1005.1.9. ödənişin
icra edilməli olduğu yer.
1005.2. Bu Məcəllənin
1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən
hər hansı birinin olmadığı sənədin, aşağıdakı
hallar istisna olmaqla, köçürmə vekseli qüvvəsi
yoxdur:
1005.2.1. ödəniş
müddəti göstərilməmiş köçürmə
vekseli təqdim edildikdə ödənilməli olan veksel (müddəti
təqdim edilməsi ilə müəyyənləşdirilən
veksel) sayılır;
1005.2.2. ödəniş
yeri xüsusi göstərilmədikdə ödəyicinin adı
ilə yanaşı göstərilmiş yer ödəniş yeri
və bununla birlikdə, ödəyicinin yaşayış yeri
və ya olduğu yer sayılır;
1005.2.3. tərtib
edildiyi yer göstərilməmiş köçürmə vekseli
veksel verənin adı ilə yanaşı göstərilmiş
yerdə imzalanmış sayılır;
1005.2.4. verildiyi
məqamda tam doldurulmamış köçürmə vekseli başqa
şəxslərə verildikdə və həmin şəxslərə
vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq
hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur.
Maddə 1006. Köçürmə
veksellərinin növləri
1006.1. Köçürmə
vekseli veksel verənin özünün sərəncamı ilə
verilə bilər.
1006.2. Köçürmə
vekseli veksel verənin özünə verilə bilər.
1006.3. Köçürmə
vekseli üçüncü şəxsin hesabına verilə
bilər.
Maddə 1007. Köçürmə
vekseli üzrə ödəniş yeri
Köçürmə
vekseli üçüncü şəxsdə, ödəyicinin
yaşayış yerində və ya olduğu yerdə və ya
hər hansı başqa yerdə ödənilməli ola bilər.
Maddə 1008. Veksel üzrə faizlər
1008.1. Təqdim
edildikdə və ya təqdim edildikdən sonra müəyyən
vaxt ərzində ödənilməli olan köçürmə
vekselində veksel verən şərt qoya bilər ki, veksel məbləğinin
üstünə faizlər hesablanacaqdır.
1008.2. Faiz dərəcəsi
vekseldə göstərilməlidir; belə göstəriş
olmadıqda şərt yazılmamış sayılır.
1008.3. Faizlərin
hesablanmağa başlandığı gün göstərilmədikdə
onlar vekselin tərtib edildiyi gündən hesablanmalıdır.
Maddə 1009. Veksel məbləği
1009.1. Əgər
veksel məbləği həm sözlə, həm də rəqəmlə
göstərilmişdirsə, onların arasında fərq olduqda
vekselin yazı ilə göstərilmiş məbləğdə
qüvvəsi olur.
1009.2. Əgər
köçürmə vekselində məbləğ bir neçə
dəfə yazı ilə və bir neçə dəfə rəqəmlə
göstərilmişdirsə, onların arasında fərq olduqda
vekselin daha az məbləğdə qüvvəsi olur.
Maddə 1010. Köçürmə
vekselində etibarsız imzalar
Köçürmə
vekselində veksel üzrə öhdəlik götürə bilməyən
şəxslərin imzaları, saxta imzalar və ya uydurma şəxslərin
imzaları olduqda və ya imzaları atmış və ya adından
imzalar atılmış şəxsləri hər hansı başqa
əsasla mükəlləfiyyətli edə bilməyən imzalar
olduqda, digər şəxslərin imzaları qüvvəsini itirmir.
Maddə 1011. Nümayəndəlik səlahiyyəti
olmayan şəxsin köçürmə vekselini imzalaması
Şəxsin adından
fəaliyyət göstərmək üçün səlahiyyət
almadan onun nümayəndəsi kimi köçürmə vekselini
imzalamış hər bir şəxs veksel üzrə öhdəlikləri
özü daşıyır və əgər veksel üzrə
ödənişi həyata keçirmişdirsə, təmsil etdiyi
şəxsin malik ola biləcəyi hüquqlara malik olur. Öz
səlahiyyətlərini aşan nümayəndə də eynilə
bu vəziyyətdə olur.
Maddə 1012. Veksel verənin məsuliyyəti
1012.1. Veksel verən
aksept və ödəniş üçün məsuliyyət
daşıyır.
1012.2. Veksel verən
aksept üçün məsuliyyəti öhdəsindən götürə
bilər, lakin ödəniş üçün məsuliyyəti
öhdəsindən götürə bilməz.
Maddə 1013. Vekselin aksepti
1013.1. Ödəyici
aksept vasitəsilə köçürmə vekselini vaxtında
ödəmək öhdəliyini götürür. Ödənişin
həyata keçirilmədiyi halda veksel verən akseptanta qarşı
məhkəməyə iddia verə bilər.
1013.2. Aksept vekseldə
yazılı bəyanat vasitəsilə ifadə edilir.
1013.3. Əgər
veksel təqdim edildikdən sonra müəyyən müddətdə
ödənilməlidirsə və ya əgər xüsusi şərtə
görə veksel aksept üçün müəyyən müddətdə
təqdim edilməlidirsə, akseptə onun verildiyi günün
tarixi qoyulmalıdır, bu şərtlə ki, veksel saxlayan akseptə
təqdim edilmə gününün tarixini qoymağı tələb
etməsin.
1013.4. Əgər
veksel verən köçürmə vekselində ödəniş
yeri kimi ödəyicinin yaşayış yerini və ya olduğu
yeri deyil, başqa yeri göstərmişdirsə və bu zaman
ödənişin hansı üçüncü şəxsdə
icra edilməli olduğunu göstərməmişdirsə, ödəyici
həmin şəxsi aksept zamanı göstərə bilər.
1013.5. Əgər
veksel ödəyicinin yaşayış yerində və ya olduğu
yerdə ödənilməlidirsə, ödəyici akseptdə
ödənişin icra edilməli olduğu yerdəki hər hansı
ünvanı göstərə bilər.
1013.6. Ödəyici
aksepti veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdıra
bilər.
1013.7. Qalan məsələlərdə
aksept sadə olmalı və heç nə ilə şərtləşdirilməməlidir.
Köçürmə vekselinin məzmununda akseptin etdiyi hər
hansı başqa dəyişiklik akseptdən imtinaya bərabərdir.
Maddə 1014. Köçürmə
vekselinin aksept üçün təqdim edilməsi
1014.1. Veksel saxlayan
və ya vekseli olan hər hansı şəxs köçürmə
vekselini ödəniş müddəti çatanadək aksept üçün
ödəyiciyə onun yaşayış yerində təqdim edə
bilər.
1014.2. Veksel verən
aşağıdakıları edə bilər:
1014.2.1. köçürmə
vekselində şərt qoya bilər ki, veksel aksept üçün
müddət təyin edilməklə və ya təyin edilmədən
təqdim oluna bilər;
1014.2.2. üçüncü
şəxsdə ödənilməli olan köçürmə
vekseli və ya ödəyicinin yaşayış yerində və
ya olduğu yerdə deyil, başqa yerdə ödənilməli
olan veksel və ya təqdim edildikdən müəyyən müddət
sonra ödənilməli olan veksel istisna edilməklə, vekseldə
onun aksept üçün təqdim olunmasını qadağan
edə bilər;
1014.2.3. şərt
qoya bilər ki, veksel aksept üçün müəyyən müddətdən
tez təqdim edilə bilməz.
1014.3. Hər bir
indossant şərt qoya bilər ki, veksel aksept üçün
müddət təyin edilməklə və ya təyin edilmədən
təqdim oluna bilər, bu şərtlə ki, veksel verən onun
akspet üçün təqdim olunmasını qadağan etməsin.
1014.4. Təqdim
edildikdən sonra müəyyən müddətdə ödənilməli
olan köçürmə vekseli aksept üçün onun verildiyi
gündən bir il ərzində təqdim edilməlidir. Veksel verən
başqa müddət təyin edə bilər. İndossantlar bu
müddəti qısalda bilərlər.
Maddə 1015. Köçürmə
vekseli üzrə akseptin geri götürülməsi
1015.1. Köçürmə
vekselində öz aksepti barəsində qeyd yazmış ödəyici
veksel qaytarılanadək qeydin üstündən xətt çəkdikdə
hesab edilir ki, akseptdən imtina olunmuşdur.
1015.2. Lakin ödəyici
öz aksepti barəsində veksel saxlayana və ya vekseldə imza
edənlərin hər hansı birinə yazılı məlumat
vermişdirsə, onların qarşısında öz akseptinin
şərtlərinə uyğun məsuliyyət daşıyır.
Maddə 1016. Aval (veksel zaminliyi)
1016.1. Köçürmə
vekseli üzrə ödəniş veksel zaminliyi (aval) vasitəsilə
tamamilə və ya qismən təmin edilə bilər.
1016.2. Avalı üçüncü
şəxs və ya vekseldə imza etmiş şəxslərdən
biri verə bilər.
1016.3. Veksel zaminliyi
köçürmə vekselində və ya əlavə vərəqdə
verilir. Aval üçün ödəyici və ya veksel verən
olmayan avalçının köçürmə vekselinin üz
tərəfində qoyduğu imza kifayətdir.
1016.4. Avalda onun
kimin hesabına verildiyi göstərilməlidir. Bu, göstərilmədikdə
hesab edilir ki, aval veksel verənin hesabına verilmişdir.
1016.5. Avalçı
avalı kimin əvəzinə vermişdirsə, onun qədər
məsuliyyət daşıyır. Onun öhdəliyi qarantiya verdiyi
öhdəliyin etibarsız olduğu halda da qüvvədə qalır.
1016.6. Avalçı
köçürmə vekselini ödəyərək həmin
vekseldən irəli gələn hüquqları qarantiya verdiyi
şəxsə qarşı və köçürmə vekselinə
görə onun qarşısında mükəlləfiyyətli
olanların hamısına qarşı əldə edir.
Maddə 1017. Vekselin başqasına
verilməsi
1017.1. İstənilən
köçürmə vekseli indossament vasitəsilə başqasına
verilə bilər.
1017.2. İndossament
həmçinin veksel verənin və veksel üzrə mükəlləfiyyətli
olan hər hansı digər şəxsin xeyrinə icra edilə
bilər. Bu, vekseli aksept edib-etmədiyindən asılı olmayaraq
ödəyici üçün də qüvvədədir. Bu şəxslər
də vekseli indossament edə bilərlər.
Maddə 1018. İndossantın məsuliyyəti
Əgər razılaşmada
ayrı qayda nəzərdə tutulmayıbsa, indossant aksept və
ödəniş üçün məsuliyyət daşıyır.
İndossant öz indossamentində sonrakı indossamenti qadağan
edirsə, veksel xeyrinə indossament edilmiş şəxslərin
qarşısında məsuliyyət daşımır.
Maddə 1019. Veksel saxlayanın xeyrinə
ehtimallar
1019.1. Köçürmə
vekseli olan şəxs indossamentlərin ardıcıl sırasına
öz hüququnu əsaslandırırsa, hətta sonuncu indossament
blank indossamenti olsa da, qanuni veksel saxlayandır. Bu zaman üstündən
xətt çəkilmiş indossamentlər yazılmamış
sayılırlar. Blank indossamentinin ardınca başqa indossament
gəldikdə bu sonuncunu imzalamış şəxs blank indossamenti
üzrə veksel əldə edən sayılır.
1019.2. Əgər
əvvəlki veksel saxlayan köçürmə vekselini hər
hansı səbəblərə görə itirmişsə, bu
Məcəllənin 1019.1-ci maddəsinə əsasən öz
hüququnu sübuta yetirən yeni veksel saxlayan vekseli yalnız
onu haqsız əldə etdiyi və ya əldə edərkən
kobud ehtiyatsızlıq göstərmiş olduğu halda geri verməyə
borcludur.
Maddə 1020. Yenidən tapşırma
indossamenti
1020.1. Əgər
indossamentdə sadə tapşırıqdan ibarət hər hansı
qeyd-şərt qoyulmuşdursa, veksel saxlayan köçürmə
vekselindən irəli gələn bütün hüquqları
həyata keçirə bilər, lakin onu yalnız yenidən tapşırma
qaydasında indossament edə bilər.
1020.2. Yenidən
tapşırma indossamentində olan tapşırığa yenidən
tapşıranın ölümü və ya fəaliyyət qabiliyyətini
itirməsi nəticəsində xitam verilmir.
Maddə 1021. Girov indossamenti
Əgər indossamentdə
girovu nəzərdə tutan qeyd-şərt qoyulmuşdursa, veksel
saxlayan köçürmə vekselindən irəli gələn
bütün hüquqları həyata keçirə bilər, lakin
onun qoyduğu indossamentin yalnız yenidən tapşırma indossamenti
kimi qüvvəsi vardır.
Maddə 1022. Ödəniş müddətindən
sonra indossament
1022.1. Ödəniş
müddətindən sonra icra edilmiş indossament həmin müddətdən
əvvəl icra edilmiş indossamentlə eyni nəticələrə
səbəb olur.
1022.2. Tarixi qoyulmamış
indossament, nə qədər ki əksi sübuta yetirilməmişdir,
müddət bitənədək icra edilmiş sayılır.
Maddə 1023. Köçürmə
vekselinin ödəniş vaxtı (ödəniş müddətləri)
1023.1. Köçürmə
vekseli aşağıdakı ödəniş müddəti ilə
verilə bilər:
1023.1.1. təqdim
edildiyi an;
1023.1.2. təqdim
edildikdən sonra müəyyən müddətdə;
1023.1.3. tərtib
edildikdən sonra dəqiq göstərilmiş vaxtda;
1023.1.4. müəyyən
gündə.
1023.2. Başqa ödəniş
müddətləri və ya bir neçə ardıcıl ödəniş
müddəti olan köçürmə vekselləri etibarsızdır.
Maddə 1024. Ödəniş müddəti
təqdim edildiyi an çatan köçürmə vekseli
1024.1. Ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli təqdim edildikdə dərhal ödənilməlidir. Ödəniş
üçün həmin veksel tərtib edildiyi gündən bir
il ərzində təqdim edilməlidir. Veksel verən bu müddəti
qısalda və ya daha uzun müddət təyin edə bilər.
Bu müddətləri indossantlar qısalda bilərlər.
1024.2. Veksel verən
müəyyənləşdirə bilər ki, ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli ödəniş üçün müəyyən müddətdən
tez təqdim edilə bilməz. Bu halda təqdim edilmə müddətinin
axımı həmin vaxtdan başlanır.
Maddə 1025. Təqdim edildikdən sonra müəyyən
müddətdə ödənilən köçürmə vekseli
1025.1. Təqdim
edildikdən sonra müəyyən ödəniş müddəti
ilə verilmiş köçürmə vekseli üzrə ödəniş
müddəti akseptdə göstərilən tarixlə təyin
edilir.
1025.2. Əgər
akseptdə tarix göstərilməyibsə, akseptant barəsində
veksel aksept üçün təqdim edilmək üçün
nəzərdə tutulan müddətin sonuncu günündə
aksept edilmiş sayılır.
Maddə 1026. Veksellər üzrə
ödəniş müddətlərinin hesablanması
1026.1. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra bir və ya bir neçə
aylıq müddətə verilmiş köçürmə vekseli
üzrə ödəniş müddəti ödənişin icra
edilməli olduğu ayın müvafiq günündə çatır.
Həmin ayda müvafiq gün olmadıqda ödəniş müddəti
həmin ayın sonuncu günündə çatır.
1026.2. Əgər
köçürmə vekseli tərtib edildikdən və ya təqdim
olunduqdan sonra bir ay yarım və ya bir neçə ay üstəgəl
yarım ay müddətinə verilmişdirsə, əvvəlcə
tam aylar hesablanır.
1026.3. Əgər
ödəniş müddəti ayın əvvəlinə, ortasına
və ya axırına təyin edilmişdirsə, bu ifadələr
ayın birinci, on beşinci və ya sonuncu gününü bildirir.
1026.4. "Səkkiz
gün" və ya "on beş gün" ifadəsi bir və
ya iki həftəni deyil, tam səkkiz və ya on beş günlük
müddəti bildirir.
1026.5. "Yarım
ay" ifadəsi on beş günlük müddəti bildirir.
1026.6. Əgər
köçürmə vekseli onun verildiyi yerdəki təqvimdən
fərqlənən başqa təqvimin qəbul olunduğu hər
hansı yerdə müəyyən gün ödənilməlidirsə,
ödəniş müddəti ödəniş yerinin təqvimi
üzrə təyin edilmiş sayılır.
1026.7. Tərtib
edildikdən sonra müəyyən ödəniş müddəti
ilə verilmiş köçürmə vekselinin verildiyi yerdə
və ödəniş yerində müxtəlif təqvimlər
qüvvədədirsə, ödəniş yerinin təqvimində
verilmə gününə uyğun tarix müəyyənləşdirilir
və ondan asılı olaraq ödəniş müddəti təyin
edilir.
1026.8. Köçürmə
veksellərinin təqdim edilməsi üçün müddətlər
bu Məcəllənin 1026.7-ci maddəsinə əsasən hesablanır.
Maddə 1027. Vekselin ödəniş
üçün təqdim edilməsi
1027.1. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra müəyyən ödəniş
müddəti ilə verilmiş köçürmə vekselini
saxlayan ödəniş üçün köçürmə
vekselini ya onun ödənilməli olduğu gün, ya da həmin
gündən sonrakı iki iş günündən birində təqdim
etməlidir.
1027.2. Köçürmə
vekseli ödəniş üçün bu Məcəllənin
1027.1-ci maddəsində müəyyənləşdirilmiş
müddət ərzində təqdim edilmədikdə borclu veksel
məbləğini kreditorun yaşayış yeri üzrə məhkəməyə
depozitə verə bilər.
Maddə 1028. Ödənişin
alınması barədə qəbz təqdim edilməsi. Qismən
ödəniş
1028.1. Köçürmə
vekselini ödəyərkən ödəyici tələb edə
bilər ki, veksel saxlayan vekseli ona ödənişi aldığı
barədə qəbzlə təqdim etsin.
1028.2. Veksel saxlayan
qismən ödənişin qəbulundan imtina edə bilməz.
1028.3. Vekselin qismən
ödənildiyi halda ödəyici tələb edə bilər
ki, bu cür ödənişə dair vekseldə qeyd edilsin və
bu barədə ona qəbz verilsin.
Maddə 1029. Veksel üzrə ödəniş
müddəti çatanadək və çatdıqda ödəniş
1029.1. Veksel saxlayan
köçürmə vekselini ödəniş üçün
onun ödəniş müddəti çatanadək qəbul etməyə
borclu deyildir.
1029.2. Vekseli müddət
çatanadək ödəyən ödəyici bunu öz riski
ilə edir.
1029.3. Vekseli vaxtında
ödəyən şəxs öhdəlikdən azaddır.
1029.4. Ödəyici
indossamentlərin ardıcıl sırasının düzgünlüyünü
yoxlamağa borcludur, lakin indossantların imzalarını yoxlamağa
borclu deyildir.
Maddə 1030. Xarici valyuta ilə
verilən veksellər
1030.1. Əgər
köçürmə vekseli xarici valyuta ilə yazılıb
verilmişdirsə, onun məbləği ödəniş müddətinin
çatdığı günün məzənnəsi üzrə
manatla ödənilə bilər. Əgər borclu ödənişi
gecikdirmişsə, veksel saxlayan öz mülahizəsinə əsasən
tələb edə bilər ki, köçürmə vekselinin
məbləği ya ödəniş müddətinin çatdığı
günün, ya da ödəniş gününün məzənnəsi
üzrə manatla ödənilsin.
1030.2. Xarici valyutanın
məzənnəsini Azərbaycan Respublikasının Mərkəzi
Bankı müəyyənləşdirir. Lakin veksel verən şərt
qoya bilər ki, ödənilməli məbləğ vekseldə
göstərilmiş məzənnə üzrə hesablanacaqdır.
1030.3. Veksel verən
ödənişin vekseldə göstərilmiş müəyyən
valyuta ilə həyata keçirilməli olduğu barədə
məcburi şərt qoyduqda, bu Məcəllənin 1030.1 və
1030.2-ci maddələrinin müddəaları tətbiq edilmir.
Maddə 1031. Vekselin ödənişindən
və ya akseptindən imtina
1031.1. Əgər
köçürmə vekselini ödəməkdən imtina edilmişdirsə,
ödəniş müddəti çatdıqda veksel saxlayan özünün
reqres hüquqlarını indossantlara, veksel verənə və
veksel üzrə digər mükəlləfiyyətlilərə
qarşı həyata keçirə bilər.
1031.2. Ödəyici
köçürmə vekselinin akseptindən tamamilə və
ya qismən imtina etdikdə, veksel saxlayana da eyni hüquq ödəniş
müddəti çatanadək mənsub olur.
Maddə 1032. Akseptdən və ya
ödənişdən rəsmi akt üzrə imtina (protest)
1032.1. Akseptdən
və ya ödənişdən imtina bu Məcəllənin 1033-cü
maddəsinə uyğun tərtib edilmiş rəsmi aktla təsdiqlənməlidir
(akseptdən və ya ödənişdən imtinaya protest).
1032.2. Akseptdən
imtinaya protest vekselin akseptə təqdim edilməsi üçün
müəyyənləşdirilmiş müddətlərdə
verilməlidir. Əgər vekselin aksept üçün ilk təqdimatı
müddətin sonuncu günündə baş vermişdirsə,
protest növbəti gündə də verilə bilər.
1032.3. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra müəyyən ödəniş
günü və ya müəyyən ödəniş müddəti
olan köçürmə vekselini ödəməkdən imtina
edilməsinə protest köçürmə vekselinin ödənilməli
olduğu gündən sonrakı iki iş günündən birində
verilməlidir. Ödəniş müddəti təqdim edildiyi
an çatan köçürmə vekseli ilə əlaqədar
protest bu Məcəllənin 1032.2-ci maddəsində müəyyənləşdirilmiş
müddətlərdə verilməlidir.
1032.4. Akseptdən
imtinaya protest verilməsi vekselin ödəniş üçün
təqdim edilməsindən və ödənişdən imtinaya
protestdən azad edir.
1032.5. Ödəyici
ödənişləri dayandırdıqda onun vekseli aksept edib-etmədiyindən
asılı olmayaraq veksel saxlayan özünə mənsub hüquqları
yalnız veksel ödəniş üçün ödəyiciyə
təqdim edildikdən və protest verildikdən sonra həyata keçirə
bilər.
Maddə 1033. Veksel üzrə akseptdən
və ya ödənişdən imtinaya protest verilməsi
1033.1. Protest icra
məmuru, notarius və ya Azərbaycan Respublikasının Mərkəzi Bankın rəsmi sənədlərin tərtibinə
vəkil etdiyi digər şəxs tərəfindən tərtib
edilməlidir.[693]
1033.2. Protestdə
aşağıdakı məlumatlar göstərilməlidir:
1033.2.1. protest verən
şəxsin adı;
1033.2.2. protest kimə
qarşı yönəldilmişdirsə, həmin şəxsin
adı;
1033.2.3. protestin
yönəldildiyi şəxsdən ödənişi həyata
keçirmək və ya aksepti icra etmək barəsində xahişlər
edilməsinin nəticəsiz qaldığının göstərilməsi;
və ya onu yerində tapmağın mümkün olmadığının
göstərilməsi; və ya protestin yönəldildiyi şəxsin
yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin
mümkün olmadığının göstərilməsi;
1033.2.4. nəticəsiz
qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yerin və
günün göstərilməsi.
1033.3. Protest tərtib
edən şəxs onu imzalayır və köçürmə
vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə
möhür və ya ştempel vurur.
1033.4. Əgər
eyni köçürmə vekselinin bir neçə nüsxəsi
təqdim edilərkən və ya onun əsli və surəti təqdim
edilərkən protest verilirsə, protestin nüsxələrdən
birində və ya vekselin əslində yazılması kifayətdir.
Digər nüsxələrdə və ya surətdə protestin
hansı nüsxədə yazıldığı və ya vekselin
əslində olduğu qeyd edilməlidir. Bu qeydi protesti tərtib
etmiş şəxs imzalamalıdır.
1033.5. Əgər
aksept veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdırıldığına
görə protest verilirsə, köçürmə vekselinin
surəti tərtib edilir və protest həmin surətə və
ya ona qoşulan vərəqə yazılır. Köçürmə
vekselində olan indossamentlər və digər qeydlər onun surətində
də olmalıdır.
1033.6. Əgər
köçürmə vekselindən irəli gələn bir neçə
tələb bir neçə şəxsə və ya eyni şəxsə
qarşı irəli sürülməlidirsə, çoxsaylı
tələblər üçün bir protestin tərtibi kifayətdir.
1033.7. Protesti tərtib
edən şəxs onun bir surətini özündə saxlamalıdır.
Bu surətdə aşağıdakılar göstərilməlidir:
1033.7.1. veksel məbləği;
1033.7.2. ödəniş
müddəti;
1033.7.3. protestin
tərtib edildiyi yer və tarix;
1033.7.4. veksel verənin,
ödəyicinin adı, habelə ödəniş kimə və
ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə,
onun adı.
Maddə 1034. Veksel üzrə akseptdən
və ya ödənişdən imtina barəsində bildiriş
1034.1. Veksel saxlayan
akseptdən və ya ödənişdən imtina barəsində
öz indossantına və veksel verənə protest günündən
sonrakı dörd iş günü ərzində bildiriş verməlidir.
Hər bir indossant bildirişi aldığı gündən sonrakı
iki iş günü ərzində öz indossantına bu bildiriş
barəsində, əvvəlki bildirişləri göndərənlərin,
o cümlədən veksel verənin adlarını və ünvanlarını
göstərməklə məlumat verməlidir. Yuxarıda göstərilən
müddətlərin axımı əvvəlki bildirişin alındığı
gündən başlanır.
1034.2. Əgər
bu Məcəllənin 1034.1-ci maddəsinə əsasən, köçürmə
vekselinə imza etmiş şəxsə bildiriş göndərilərsə,
eyni bildiriş eyni müddətdə veksel üçün aval
vermiş şəxsə də göndərilməlidir.
1034.3. İndossantlardan
hər hansı biri öz ünvanını göstərmədikdə
və ya dolaşıq göstərdikdə bildirişin ondan əvvəlki
indossanta göndərilməsi kifayətdir.
1034.4. Bildiriş
istənilən formada, hətta köçürmə vekselinin
sadə qaytarılması yolu ilə verilə bilər.
1034.5. Bildirişi
göndərməli olan onu müəyyənləşdirilmiş
müddətdə göndərdiyini sübuta yetirməlidir. Əgər
bildirişdən ibarət məktub göstərilmiş müddətdə
poçtla yola salınmışdırsa, müddətə riayət
edildiyi hesab olunur.
1034.6. Bildirişi
yuxarıda göstərilmiş müddətdə göndərməyən
şəxs öz hüquqlarını itirmir, lakin öz səliqəsizliyi
üzündən əmələ gələ bilən zərər
üçün veksel məbləği həddində məsuliyyət
daşıyır.
Maddə 1035. Veksel üzrə akseptdən
və ya ödənişdən imtinaya protest verməkdən azad
edilmə
1035.1. Veksel verən,
indossant və ya avalçı vekselə daxil edilmiş və
imzalanmış qeyd-şərt vasitəsilə veksel saxlayanı
akseptdən və ya ödənişdən imtinaya protest vermək
öhdəliyindən azad edə bilər.
1035.2. Bu qeyd-şərt
veksel saxlayanı köçürmə vekselini müəyyənləşdirilmiş
müddətdə təqdim etmək və bildiriş göndərmək
vəzifəsindən azad etmir. Müddətlərə riayət
olunmadığını veksel saxlayanla mübahisədə bu
hala istinad edən şəxs sübuta yetirməlidir.
1035.3. Əgər
qeyd-şərti veksel verən daxil etmişdirsə, bu qeyd-şərtin
vekseli imzalamış bütün şəxslər barəsində
qüvvəsi vardır. Qeyd-şərti indossant və ya avalçı
daxil etmişdirsə, həmin qeyd-şərtin onların özləri
barəsində qüvvəsi vardır.
Maddə 1036. Veksel üzrə mükəlləfiyyətlilərin
məsuliyyəti
1036.1. Köçürmə
vekselini vermiş, aksept etmiş, indossament etmiş və ya ona
aval qoymuş bütün şəxslər veksel saxlayan qarşısında
birgə borclular kimi məsuliyyət daşıyırlar.
1036.2. Veksel saxlayan
bu şəxslərin ayrılıqda hər birinə və ya
birlikdə hamısına qarşı onların ardıcıllığını
gözləmədən iddia irəli sürmək hüququna malikdir.
1036.3. Köçürmə
vekselini imzalamış hər kəs onu ödədikdən sonra
eyni hüquqa malikdir.
1036.4. Əgər
vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında
veksel üzrə ödənilməməsinə protest icra sənədidir
və ödəyicinin hesabındakı vəsaitin mübahisəsiz
silinməsi üçün əsasdır. Ödəyənin
hesabında vəsait olmadıqda protest verən ərizəçi
veksel üzrə öhdəliklərin veksel üzrə borclunun
əmlakına yönəldilməsini tələb etmək hüququna
malikdir.
1036.5. Veksel üzrə
ödəyicinin əmlakı hesabına vekselsaxlayanın tələblərinin
ödənilməsi hüququ bu Məcəllənin 1036.4-cü
maddəsində göstərilən hal istisna olmaqla, yalnız
məhkəmə qərarlarının icrası qaydasında həyata
keçirilir. Vekselin etibarsız sayıldığı hallar istisna
olmaqla, məhkəmə veksel verilməsinə əsas olan müqavilə
şərtlərindən asılı olmayaraq qanunvericiliyin tələblərinə
uyğun qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında
tezləşdirilmiş prosedur üzrə (yeddi iş günü
ərzində) veksel saxlayanın xeyrinə qərar çıxarmalıdırlar.[694]
Maddə 1037. Ödənişdən və
ya akseptdən imtina edildikdə veksel saxlayanın hüququ
1037.0. Veksel saxlayan
iddia irəli sürdüyü şəxsdən aşağıdakıları
tələb edə bilər:
1037.0.1. Aksept edilməmiş
və ya ödənilməmiş köçürmə vekselinin
məbləğini və əgər şərtləşdirilmişdirsə,
faizləri;
1037.0.2. Ödəniş
müddətinin çatdığı gündən faizləri;
1037.0.3. Protest üzrə
və bildiriş göndərmək üzrə xərcləri,
habelə digər xərcləri.
Maddə 1038. Ödəyicinin hüquqları
Ödəyici onun
qarşısında mükəlləfiyyətli olan şəxslərdən
bütün ödənilmiş məbləği, həmin məbləğə
ödəniş günündən hesablanan faizləri və çəkdiyi
xərcləri tələb edə bilər.
Maddə 1039. Veksel sənədlərinin
təqdim edilməsi
1039.1. İddia irəli
sürülmüş və ya irəli sürülə biləcək
hər bir mükəlləfiyyətli şəxs tələb
edə bilər ki, veksel məbləğinin ödənilməsi
müqabilində ona protestlə və ödəniş qəbzi
ilə birlikdə köçürmə vekseli verilsin.
1039.2. Köçürmə
vekselini ödəmiş hər bir indossant öz indossamentinin və
özündən sonrakı indossantların indossamentlərinin
üstündən xətt çəkə bilər.
Maddə 1040. Qismən akseptdən
sonra reqres tələbi
Qismən akseptdən
sonra reqres tələbinin irəli sürüldüyü halda
vekselin aksept edilmədiyi məbləği ödəyən həmin
ödənişin vekseldə qeyd olunmasını və bu barədə
ona qəbz verilməsini tələb edə bilər. Veksel saxlayan
bundan əlavə, ona vekselin təsdiqlənmiş surətini və
protest aktını verməlidir ki, o, sonrakı reqres tələbini
həyata keçirə bilsin.
Maddə 1041. Geriyə tratta
İddia irəli
sürmək hüququ olan şəxs, əgər əks razılaşma
yoxdursa, onun qarşısında mükəlləfiyyətli şəxslərdən
birinə ödəniş müddəti təqdim edildiyi an çatan,
həmin şəxsin yaşayış yeri üzrə ödənilməli
olan yeni veksel vermək vasitəsilə ödənişi ala bilər
(geriyə tratta).
Maddə 1042. Müddətlər
keçdikdə veksel saxlayanın hüquqlarını itirməsi
1042.1. Veksel saxlayan
indossantlara qarşı, veksel verənə qarşı və akseptant
istisna olmaqla, veksel üzrə mükəlləfiyyətli olan
digər şəxslərə qarşı öz hüquqlarını
aşağıdakılar üçün müəyyənləşdirilmiş
müddətlər keçdikdə itirir:
1042.1.1. təqdim
edildiyi an və ya təqdim edildikdən sonra müəyyən
müddətdə ödənilən köçürmə vekselinin
təqdim edilməsi üçün;
1042.1.2. akseptdən
və ya ödənişdən imtina nəticəsində protestin
verilməsi üçün;
1042.1.3. müvafiq
qeyd-şərtin olduğu halda ödənişə təqdim
etmək üçün.
1042.2. Vekseli aksept
üçün veksel verənin şərtləşdirdiyi müddətdə
təqdim etmədikdə veksel saxlayan həm ödənişdən
imtina nəticəsində, həm də akseptdən imtina nəticəsində
əmələ gələn və ona mənsub olan hüquqları
itirir.
1042.3. Əgər
vekselin ödəniş üçün təqdim edilməsi müddəti
indossamentdə şərtləşdirilmişdirsə, ona yalnız
indossant istinad edə bilər.
1042.4. Əgər
müəyyənləşdirilmiş müddətdə köçürmə
vekselinin təqdim edilməsinə və ya protestin verilməsinə
qarşısıalınmaz maneə varsa, bu cür hərəkətlər
üçün müəyyənləşdirilmiş müddətlər
qarşısıalınmaz qüvvənin təsir etdiyi müddətə
uzadılır və bu müddətə 14 gün əlavə
edilir. Şəxsən veksel saxlayana və ya onun vekseli təqdim
etməyi və ya protest verməyi tapşırdığı
şəxsə aid olan hallar qarşısıalınmaz qüvvə
sayılmır.
Maddə 1043. Vekselin bir neçə
nüsxəsinin verilməsi
1043.1. Köçürmə
vekseli bir neçə eyni nüsxədə verilə bilər.
Bu nüsxələrə vekselin özündə ardıcıl
nömrələr qoyulmalıdır; əks halda onların hər
biri ayrıca köçürmə vekseli sayılır. Əgər
vekseldə onun yeganə nüsxədə verildiyi göstərilməyibsə,
veksel saxlayan öz hesabına onun bir neçə nüsxəsinin
verilməsini tələb edə bilər. Bu məqsədlə
o bilavasitə özündən əvvəlki indossanta müraciət
etməlidir. Həmin indossant ona öz indossantı və əvvəlki
indossantlar, o cümlədən veksel verən barəsində kömək
göstərməlidir. İndossantlar öz indossamentlərini yeni
nüsxələrdə təkrar etməyə borcludurlar.
1043.2. Bir nüsxə
üzrə ödənişin həyata keçirilməsi bütün
qalan nüsxələrdən irəli gələn hüquqları,
hətta bir nüsxə üzrə ödənişin həyata
keçirilməsi nəticəsində bütün qalan nüsxələrin
qüvvədən düşdüyü qeyd edilməsə belə,
ləğv edir. Lakin ödəyici özünün aksept etdiyi
və ona qaytarılmamış hər bir nüsxə üzrə
məsuliyyət daşımaqda davam edir. Nüsxəni müxtəlif
şəxslərə vermiş indossant, habelə sonrakı indossantlar
özlərinin imza etdikləri və qaytarılmamış bütün
nüsxələr üzrə məsuliyyət daşıyırlar.
1043.3. Nüsxələrdən
birini aksept üçün göndərən həmin nüsxənin
kimdə olduğunu başqa nüsxələrdə göstərməlidir.
Həmin nüsxənin olduğu şəxs onu digər nüsxəni
qanuni saxlayana verməyə borcludur. Əgər o bunu etməkdən
imtina edərsə, veksel saxlayan özünün iddia hüququnu
yalnız aşağıdakılar protestlə təsdiqləndikdən
sonra həyata keçirə bilər:
1043.3.1. aksept üçün
göndərilmiş nüsxə onun tələbinə baxmayaraq
ona verilməmişdir;
1043.3.2. aksept və
ya ödəniş başqa nüsxə üzrə alına bilməzdi.
Maddə 1044. Vekselin surətləri
1044.1. Köçürmə
vekselini saxlayan hər kəs onun surətini çıxara bilər.
1044.2. Surət orijinalı
indossamentlər ilə və üzərində olan bütün
digər qeydlərlə birlikdə dəqiq təkrar etməlidir.
Surətdə onun hansı indossamentə qədər etibarlı
olduğu göstərilməlidir.
1044.3. Surət orijinalla
eyni qaydada və eyni nəticələr ilə indossament və
aval edilə bilər.
1044.4. Surətdə
sənədin əslinin kimdə olduğu göstərilməlidir.
1044.5. Əgər
sənədin əslində onun surəti çıxarılanadək
edilmiş sonuncu indossamentdən sonra belə bir qeyd-şərt
varsa ki, yalnız surətdəki indossament etibarlıdır, sənədin
əslində ondan sonra qoyulmuş indossament etibarsız olur.
Maddə 1045. Vekselin mətninin dəyişdirilməsi
Köçürmə
vekselinin mətninin dəyişdirildiyi halda bu dəyişiklikdən
sonra imza etmiş şəxslər dəyişdirilmiş mətnin
məzmununa uyğun məsuliyyət daşıyırlar; dəyişikliyə
qədər imza etmiş şəxslər əvvəlki mətnin
məzmununa uyğun məsuliyyət daşıyırlar.
Maddə 1046. Köçürmə
vekselindən irəli gələn iddia tələbləri üzrə
müddətlər
1046.1. Köçürmə
vekselindən akseptanta qarşı irəli gələn iddia tələbləri
ödəniş müddətinin çatdığı gündən
üç il sonra ödənilir.
1046.2. Veksel saxlayanın
indossantlara və veksel verənə qarşı iddia tələbləri
müəyyənləşdirilmiş müddətdə protestin
verildiyi gündən bir il sonra ödənilir.
1046.3. İndossantların
bir-birinə və veksel verənə qarşı iddia tələbləri
indossantın vekseli ödədiyi gündən və ona qarşı
iddia irəli sürüldüyü gündən altı ay sonra
ödənilir.
1046.4. Qanuni və
ya vekseldə göstərilmiş müddətlər hesablanarkən
həmin müddətlərin axımının başlandığı
gün hesaba alınmır.
Maddə 1047. Vekselin etibarsız
elan edilməsi
İtmiş və
ya məhv olmuş veksel ödəniş yeri üzrə məhkəmə
tərəfindən etibarsız elan edilə bilər.
Maddə 1048. Sadə veksel. Rekvizitlər
1048.1. Sadə vekseldə
aşağıdakılar göstərilməlidir:
1048.1.1. mətnin
özünə daxil edilmiş "veksel" adı;
1048.1.2. müəyyən
məbləği ödəmək barəsində sadə və
heç nə ilə şərtləşdirilməmiş vəd;
1048.1.3. bu Məcəllənin
1005.1.4-1005.1.9-cu maddələrində göstərilmiş rekvizitlər.
1048.2. Bu Məcəllənin
1048.1-ci maddəsində göstərilmiş rekvizitlərdən
hər hansı birinin olmadığı sənədin sadə
veksel qüvvəsi yoxdur.
1048.3. Sadə vekseli
verən köçürmə vekselinin akseptantı ilə eyni
əsaslar üzrə məsuliyyət daşıyır.
1048.4. Təqdim
edildikdən sonra müəyyən müddətli sadə veksellər
veksel verənə bu Məcəllənin 1014.4-cü maddəsində
göstərilmiş müddətlər ərzində təqdim
edilməlidir. Veksel verən vekselin təqdim edildiyini, günü
göstərməklə və öz imzasını qoymaqla təsdiqləməlidir.
Təqdim edildikdən sonra müəyyən müddətin axımı
təqdim edilmə haqqında qeydin edildiyi gündən başlanır.
1048.5. Qalan məsələlərdə
sadə veksellərə köçürmə vekselləri üçün
qüvvədə olan müddəalar tətbiq edilir.
Maddə 1048-1. Xəzinə vekseli[695]
1048-1.1. Xəzinə
vekseli dövlət büdcəsindən ödənilməli olan
vəsaitlərin məbləğini təsbit edən və ya
qısa müddətə şəxslərdən sərbəst
pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış
sadə vekseldir.
1048-1.2. Xəzinə
vekseli aşağıdakı hallarda verilir:
1048-1.2.1. büdcə
təşkilatlarına nəzərdə tutulmuş vəsaitlərin
ödənilməsi zamanı xəzinədarlığın sərəncamında
kifayət qədər vəsait olmadıqda;
1048-1.2.2. büdcənin
cari ehtiyaclarmı təmin etmək məqsədilə vəsaitlərin
cəlb edilməsi hallarında;
1048-1.2.3. büdcənin
mülkiyyət formasından asılı olmayaraq müəssisə
və təşkilatlara borcu olduqda (artıq ödənilmiş
vergilər, geri qaytarılmalı olan məbləğlər və
s.).
1048-1.3. Xəzinə
veskelinin ödəmə müddəti aşağıdakı
kimi ola bilər:
1048-1.3.1. tərtib
olunduqdan sonra müəyyən vaxt ərzində;
1048-1.3.2. müəyyən
edilmiş bir gündə.
1048-1.4.
Xəzinə vekseli onun buraxıldığı büdcə ili
ərzində ödənilməlidir.[696]
1048-1.5. Xəzinə
vekselindən alınmış mallara görə, görülmüş
işlərə və ya göstərilmiş xidmətlərə
görə ödəniş vasitəsi kimi istifadə oluna bilər.
1048-1.6. Xəzinə
vekseli müvafiq qaydada uçot təşkilatında uçot
edilə bilər.
1048-1.7 Xəzinə
vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə
satılıb-alına bilər. Bu əməliyyatların aparılması
üçün vekselsaxlayan müəyyən edilmiş qaydada
vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir.
1048-1.8. Xəzinə
vekseli hüquqi şəxslər tərəfindən büdcəyə
olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa
təqdim edilə bilər.
1048-1.9. Xəzinə
vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa
ödəniş üçün təqdim oluna bilməz.
1048-1.10. Xəzinə
vekseli ödəniş vaxtı çatdıqda ödəniş
üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə)
təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq
(ödəyici) xəzinə vekselini ödəməkdən imtina
etdikdə, vekselsaxlayan qanunvericiliyə uyğun olaraq ödəmədən
imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir.
1048-1.11. Hüquqi
və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin
büdcəyə cəlb edilməsi məqsədilə xəzinə
vekseli diskont qiymətli kağızı kimi buraxılır və
xəzinədarlıq tərəfindən nominal dəyərindən
aşağı qiymətlə realizə olunur, ödənildikdə
isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği
tam ödənilir.
Maddə 1048-2. Veksellərin uçotu[697]
1048-2.1. Veksellərin
uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan
tərəfindən vekselin uçot təşkilatına verilməsi
və onun müqabilində, veksel məbləğindən diskont
məbləği çıxılmaqla, qalan məbləğin
alınmasıdır.
1048-2.2. Azərbaycan
Respublikasında veksellərin uçotu, domisilyasiyası, inkassoya
qəbul edilməsi, veksellərin ödənilməsi üzrə
xidmətlərin göstərilməsi və veksellər üzrə
digər əməliyyatlar yalnız Azərbaycan Respublikasının Mərkəzi
Bankda qeydiyyatdan keçmiş uçot təşkilatları
tərəfindən (kredit təşkilatları, veksel evləri
və digər ixtisaslaşdırılmış maliyyə-investisiya
müəssisələri) həyata keçirilə bilər.
1048-2.3. Veksellərin
yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı
veksellərin, ödəniş tarixindən əvvəl Mərkəzi
Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə
alınmasıdır.
1048-2.4. Veksellərin
uçotu və yenidən uçotu qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.[698]
§4. Çek[699]
Maddə 1049. Çek anlayışı
və onun məzmunu
1049.1. Çek orderli
qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin
çek sahibinə ödənilməsi barədə çek verənin
banka verdiyi və heç nə ilə şərtləndirilməyən
yazılı sərəncamından ibarətdir.
1049.2. Çekdə
aşağıdakı rekvizitlər göstərilməlidir:
1049.2.1. sənədin
mətninə daxil edilmiş "çek" adı;
1049.2.2. müəyyən
pul məbləğini ödəmək barədə sadə və
heç nə ilə şərtləndirilməyən tapşırıq;
1049.2.3. ödənişi
icra etməli bankın adı;
1049.2.4. ödəniş
yerinin göstərilməsi;
1049.2.5. çekin
tərtib olunduğu tarixin və yerin göstərilməsi;
1049.2.6. çek
verənin imzası.
1049.3. Bankların
yalnız elə çek blankları verməsinə icazə verilir
ki, orada mətbəə üsulu ilə çap edilmiş aşağıdakı
məlumatlar olsun: ödəyici bankın adı, ünvanı
və telefon nömrəsi, çek verənin (hesab sahibinin) adı
və ünvanı, habelə ödəyici bankın hesab nömrəsi.
1049.4. Çeklərə
hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki
aiddir.
1049.5. Hesablaşma
çeki hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını
nəzərdə tutan çekdir.
1049.6. Bank çeki
bir bankın başqa banka banklararası hesablaşmaların aparılması
üçün təqdim etdiyi çekdir.
1049.7. Pul çeki
müştərinin bankda olan hesabından nağd pul vəsaitini
almaq üçün yazılı sərəncamdan ibarət olan
çekdir.
1049.8. Yol çeki
bir məntəqədə verilmiş çekdə imza nümunəsi
göstərilən çek sahibinə, çekdə yazılmış
məbləği ödəməyi üzərinə götürən
təşkilatın öhdəliyi olub, digər məntəqədə
nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi
sahibinin imzası əsasında çekin emitenti, onun filialı
və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən
həyata keçirilir.
1049.9. Azərbaycan
Respublikasında çeklərin buraxılışı və
tədavülü qaydaları qiymətli kağızlar bazarmı
tənzimləyən müvafiq icra hakimiyyəti orqanının
normativ hüquqi aktları ilə müəyyən edilir.[700]
Maddə 1050. Veksellər haqqında
müddəaların çeklərə tətbiqi
Vekselin aksept edilməsinə
dair müddəalar istisna olmaqla, bu Məcəllənin 1005.2.4,
1006, 1009-1012-ci maddələrinin müddəaları çeklərdən
irəli gələn münasibətlərin tənzimlənməsinə
də tətbiq edilir.
Maddə 1051. Çekin təminatı
tələbi
1051.1. Çek yalnız
o hallarda verilə bilər ki, çek verənin bankdakı hesablarında
vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə
sərəncam vermək hüququ olsun.
1051.2. Çekin
ödənilməsi üçün çek verənin vəsaiti
və ya ona verilmiş kredit kifayət etmədikdə bankın
çeki ödəməkdən imtina etmək hüququ vardır.
Bank təmin olunmamış məbləği ödədikdə
isə, çek sahibinin hüquqları ona keçir. Bank çeki
tamamilə və ya qismən ödəməkdən imtina etdikdə,
aşağıdakı nəticələr baş verməlidir:
1051.2.1. çek
verən, yaxud tamamilə və ya qismən ödənilməmiş
çeki çek verənin əvəzinə imzalamış şəxs
birgə borclular kimi, çek məbləğinin ödənilməmiş
hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek
sahibinə ödəməlidirlər. Çek sahibinin başqa
zərərin əvəzinin ödənilməsi tələbini
həyata keçirmək hüququ saxlanılır;
1051.2.2. bank təminat
olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini
çekin özündə qeyd etməli və ləngimədən
onu çek sahibinə göndərməli, bu barədə belə
çekləri imzalamış çek verənlərin reyestrini
tərtib edən Azərbaycan Respublikasının Mərkəzi
Bankına dərhal bildiriş göndərməlidir;
1051.2.3. təmin
olunmamış çeki verənin bir il ərzində çeklər
verməsinə icazə verilmir və o, özündə olan bütün
çek blanklarını dərhal ödəyici banka və müştərisi
olduğu bütün başqa banklara qaytarmalıdır. Ödəyici
bank bunu yazılı şəkildə dərhal çek verəndən
və hesablardakı vəsaitə dair sərəncam verməyə
ixtiyarlı olan bütün şəxslərdən tələb
etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir;
1051.2.4. bu tələbdən
sonra bir ay müddətində çek verən çek sahibi barədə
çek məbləğinin ödənilməmiş hissəsini
ödədiyini, habelə bu Məcəllənin 1051.2.1-ci maddəsinə
uyğun olaraq zərərin əvəzini ödədiyini, yaxud
həmin məbləğlərin tam ödənilməsi üçün
ödəyici bankın kifayət qədər vəsaitə malik
olması qayğısına qaldığını ödəyici
banka sübut edərsə, bu Məcəllənin 1051.2.3-cü
maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan
edilməsinin gələcək üçün qüvvəsi
yoxdur.
Maddə 1052. Çekin aksept edilməsinin
istisna olunması
Ödəyici çeki
aksept etməməlidir. Çekdə aksept barədə yazılan
qeyd etibarsız sayılır.
Maddə 1053. Çek üzrə
ödənişi almağa ixtiyarlı şəxsin adı
1053.1. Çek yazıla bilər:
1053.1.1. müəyyən
şəxsin adına;
1053.1.2. təqdim edənə (adsız).
1053.2. Çek "və
ya təqdim edənə" qeyd-şərti ilə, yaxud bu cür
məna ifadə edən qeyd-şərtlə müəyyən
şəxsə verilərsə, adsız çek sayılır.
1053.3. Sahibinin adı
göstərilməyən çek adsız çek sayılır.
1053.4. Çek,
çek verənin özünə verilə bilər.
Maddə 1054. Çekdə faizlər
barədə yazılan qeyd-şərtin etibarsızlığı
Çekdə faizlər barədə yazılan
qeyd-şərt etibarsız sayılır.
Maddə 1055. Çekin başqasına
verilməsi
1055.1. Müəyyən
şəxsə verilmiş və ödənişə təqdim
olunmuş çek indossament vasitəsilə başqa şəxsə
verilə bilər.
1055.2. Çek indossament
vasitəsilə həmçinin çek verənə və çek
üzrə mükəlləfiyyətli hər hansı şəxsə
verilə bilər. Öz növbəsində bu şəxslər
də çeki indossament edə bilərlər.
1055.3. Ödəyici
bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı
indossament sayılır. Bankın bir neçə şöbəsinin
(filialının) olduğu və indossamentin çekin verildiyi
şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi
hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş
qəbzi qüvvəsi vardır.
1055.4. Vekselin aksept
edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
993.3-993.4, 1018 və 1020-ci maddələrinin müddəaları
çeklərə də tətbiq edilir.
Maddə 1056. Çek sahibinin xeyrinə
ehtimal. Çekin itirilməsi
1056.1. Çek sahibinin
xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi tətbiq
edilir.
1056.2. Çek sahibi
çeki itirdikdə, əlində çek olan şəxs, onun
adsız çek və ya indossament vasitəsilə verilən çek
olmasına baxmayaraq, çeki yalnız o halda qaytarmağa borcludur
ki, onu vicdansız yolla əldə etmiş olsun və ya əldə
edərkən kobud ehtiyatsızlıq etmiş olsun.
Maddə 1057. Çek zaminliyi (aval)
Çek məbləğinin
ödənişinə avalçı tərəfindən aval
(çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən
qarantiya verilə bilər. Ödənişə belə qarantiyanı,
ödəyici bank istisna olmaqla, hər hansı üçüncü
şəxs və ya artıq çekdə imzası olan şəxs
verə bilər.
Maddə 1058. Çekin ödənişə
təqdim olunması
1058.1. Çek təqdim
olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş
etibarsız sayılır.
1058.2. Tərtib
edildiyi ölkədə ödənilməli olan çek bir ay
müddətində ödənişə təqdim olunmalıdır.
Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli
olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə,
iki ay müddətində, müxtəlif qitələrdədirsə,
üç ay müddətində ödənişə təqdim
edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin
üzvü olan bir dövlətin ərazisində verilən və
Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər
dövlətin ərazisində ödənilməli olan çeklər
eyni qitədə verilən və ödənilməli olan çeklər
sayılır. Yuxarıda göstərilən müddətlərin
axımı çekdə onun verilmə günü kimi göstərilən
gündən başlanır.
1058.3. Əgər
çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa
təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə,
ödəniş yerinin təqviminə əsasən verilmə
gününə uyğun tarix və bundan asılı olaraq ödəniş
müddəti müəyyənləşdirilir.
Maddə 1059. Çekin geri götürülməsi
1059.1. Çekin
geri götürülməsi yalnız onun təqdim edilmə müddəti
qurtardıqdan sonra etibarlıdır.
1059.2. Çek geri
götürülmədikdə, bank çekin təqdim edilmə
müddəti qurtardıqdan sonra da ödənişi icra edə
bilər.
1059.3. Çek verən
özünün və ya hər hansı üçüncü
şəxsin çeki itirdiyini təsdiq edirsə, ödəyiciyə
ödənişin icrasını qadağan edə bilər.
Maddə 1060. Çek verənin
ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin və
ödəmə qabiliyyətli olmamasının nəticələri
Çek verildikdən
sonra çek verənin ölməsi və ya fəaliyyət qabiliyyətini
itirməsi və ya ödəmə qabiliyyətli olmamasının
elan edilməsi çekin etibarlığına təsir göstərmir.
Maddə 1061. Çek üzrə
ödəniş və ödənişə dair qəbz. Xarici
valyutada verilən çeklər
Çek üzrə
ödənişlərə, ödənişə dair qəbz
verilməsinə və xarici valyutada çeklərə bu Məcəllənin
1028, 1029.4 və 1030-cu maddələri müvafiq surətdə
tətbiq olunur.
Maddə 1062. Cızıqlı çek
1062.1. Çek verən,
habelə hər hansı çek sahibi bu Məcəllənin 1062.2-1062.6-cı
maddələrində nəzərdə tutulan nəticələr
ilə çeki cızıqlaya bilərlər. Cızıqlama
çekin üz tərəfinə iki paralel xətt çəkməklə
aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər.
Xətlər arasında heç bir göstəriş və ya
"bank" qeydi və ya eyni mənalı başqa qeyd yoxdursa,
cızıqlama ümumi sayılır. Xətlər arasında
bankın adı yazılmışsa, cızıqlama xüsusi
sayılır. Ümumi cızıqlama xüsusiyə çevrilə
bilər, lakin xüsusi cızıqlama ümumiyə çevrilə
bilməz. Cızıqlamanın və ya göstərilmiş bankın
adının qaralanması etibarsız sayılır.
1062.2. Ödəyici
ümumi cızıqlaması olan çeki yalnız banka və
ya öz müştərisinə ödəyə bilər.
1062.3. Xüsusi
cızıqlaması olan çeki ödəyici yalnız göstərilmiş
banka və ya əgər bu bankın özü ödəyicidirsə,
həmin bankın müştərisinə ödəyə bilər.
Göstərilən bank çeki qəbul etməyi digər banka
tapşıra bilər.
1062.4. Bank cızıqlı
çeki yalnız öz müştərisindən və ya başqa
bankdan qəbul edə bilər.
1062.5. Bir neçə
xüsusi cızıqlaması olan çeki ödəyici yalnız
o halda ödəyə bilər ki, çekin üzərində
ikidən çox cızıqlama aparılmasın.
1062.6. Yuxarıdakı
göstərişləri yerinə yetirməyən ödəyici
və ya bank vurulan zərərin əvəzini çekin məbləğindən
artıq olmayan miqdarda ödəməyə borcludur.
Maddə 1063. Hesablaşma çeki
1063.1. Çek verən,
habelə hər hansı çek sahibi çekin üz tərəfində
"hesablaşma" qeydi və ya eyni mənalı başqa qeyd
yazmaqla, çekin nağd pulla ödənilməsini qadağan
edə bilər. Bu halda ödəyici çekin ödənişini
yalnız hesabdan hesaba keçirmə yolu ilə (hesablaşma,
köçürmə, nağdsız hesablaşmalar) icra edə
bilər. Hesabda yazı ödəniş sayılır. "Hesablaşma"
qeydinin pozulması etibarsız sayılır. Yuxarıdakı göstərişləri
yerinə yetirməyən ödəyici vurulan zərərin əvəzini
çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə
borcludur.
1063.2. Əgər
ödəyici ödəmə qabiliyyəti olmayan elan edilmişsə
və ya o, ödənişlərin icrasını dayandırmışsa
və ya tutmanın onun əmlakına yönəldilməsi nəticəsiz
qalmışsa, hesablaşma çekinin sahibi ödəyicidən
çeki nağd pulla ödəməyi tələb edə bilər,
çek ödənilmədikdə isə özünün reqres
hüququnu həyata keçirə bilər. Banklar haqqında qanuna
əsasən görülən tədbirlər nəticəsində
çek sahibi özünün ödəyicidəki hesablarına
dair sərəncam verə bilmədikdə də bu qayda tətbiq
olunur.
1063.3. Hesablaşma
çeki sahibinin, bundan əlavə, iddia vermək hüququ vardır,
amma o, sübut etməlidir ki, ödəyici hesabda sadə və
heç nə ilə şərtləşdirilməyən qeyd
yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə müvafiq
hesablaşma orqanı öhdəliklərin ödənilməsi
məqsədi ilə nağdsız hesablaşmalar aparılması
üçün çeki yararsız elan etmişdir.
Maddə 1064. Çek üzrə
ödəməmə nəticəsində iddia
1064.1. Ödənişə
vaxtında təqdim olunan çek ödənilmədikdə çek
sahibi indossantlara, çek verənə və çek üzrə
digər mükəlləfiyyətli şəxslərə iddia
verə bilər.
1064.2. Çek sahibi
iddia verdiyi şəxsdən aşağıdakıları tələb
edə bilər:
1064.2.1. çek
ödənilməyibsə, çek məbləğinin ödənilməsini;
1064.2.2. faizlərin
ödənilməsini;
1064.2.3. xərclərin
ödənilməsini;
1064.2.4. faizin üçdə
birindən çox olmayan miqdarda penya.
1064.3. Əgər
çekin vaxtında təqdim edilməsinə qarşısıalınmaz
maneə əngəl törədirsə, çeklərin ödənişə
təqdim edilməsi müddətlərinin uzadılmasına bu
Məcəllənin 1042-ci maddəsi tətbiq olunur.
Maddə 1065. Saxta çek
Qəlp və ya
saxta çekin ödənişi ilə əlaqədar zərəri
ödəyici çəkir, bu şərtlə ki, çekdə
göstərilən çek verən təqsirli olmasın, məsələn,
ona tapşırılmış çek blanklarını etinasız
saxlamış olmasın.
Maddə 1066. Çekin mətninin
dəyişdirilməsi
Çekin mətninin dəyişdirilməsinə
bu Məcəllənin 1045-ci maddəsi tətbiq edilir.
Maddə 1067. Çek öhdəlikləri
üzrə iddia müddətləri
Çek sahibinin
indossantlara, çek verənə və çek üzrə digər
mükəlləfiyyətli şəxslərə qarşı
çekdən irəli gələn iddia tələbləri təqdimetmə
müddəti qurtardıqdan bir il sonra ödənilir. Çek
üzrə mükəlləfiyyətli olan bir şəxsin çek
üzrə mükəlləfiyyətli olan digər şəxsə
iddia tələbləri çekin mükəlləfiyyətli
şəxs tərəfindən ödənildiyi və ya məhkəmə
qaydasında ondan çek üzrə ödənişin tutulduğu
gündən bir il sonra ödənilir.
Maddə 1068. Çekin etibarsız
elan edilməsi
Çekin etibarsız elan edilməsinə
bu Məcəllənin 1047-ci maddəsi tətbiq olunur.
Maddə 1069. Çekin ödənişə
təqdim edilməsi müddətlərinin hesablanması
Çek ödənişə
yalnız iş günləri təqdim olunmalıdır. Təqdimetmə
müddətinin son günü bazar gününə və ya başqa
qeyri-iş gününə düşdükdə, müddət
növbəti iş gününədək uzadılır. Müddət
ərzində olan qeyri-iş günləri müddət hesablanarkən
nəzərə alınır.
§5. İstiqraz
Maddə 1070. İstiqraz anlayışı[701]
İstiqraz
emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən
və şərtlərindən asılı olaraq, müəyyən
edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği
ödənilən borc investisiya qiymətli kağızıdır.
Maddə 1071. İstiqraz şəklində
borc öhdəliyindən irəli gələn tələblərin
ödənilməsi – çıxarılmışdır.[702]
Maddə 1072. İstiqrazların
etibarsız elan edilməsi – çıxarılmışdır.
Maddə 1073. Faizli qiymətli kağız
kuponları, renta kağızları və dividend kuponları –
çıxarılmışdır.
Maddə 1074. Kartoçkalar, markalar
və oxşar sənədlər – çıxarılmışdır.
Maddə 1075. Açıq borc istiqrazları.
Emissiya prospektinin məcburiliyi – çıxarılmışdır.
Maddə 1076. Konversiya borcu istiqrazları[703]
1076.1. Konversiya borcu
istiqrazları açıq səhmdar cəmiyyətləri tərəfindən
buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin
hesablanmasını tələb etmək hüququ, həm də
onları eyni növ qiymətli kağızlara dəyişmək
hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük
hüququ verir.[704]
1076.2. Konversiya borcu
istiqrazları yalnız emissiya prospekti əsasında açıq
abunə yazılışı üçün buraxıla və
ya birjaya çıxarıla bilər. Emissiya prospekti barəsində
bu Məcəllənin 1078-12-ci maddəsi müvafiq surətdə
tətbiq olunur. Prospektdə əlavə olaraq aşağıdakılar
göstərilməlidir:
1076.2.1. istiqrazların
dəyişdirilməsi və ya səhmlərin əldə edilməsi
müddəti;
1076.2.2. konversiya
borcu istiqrazlarının səhmlərə dəyişdirilməsi
hansı nisbətdə aparılmalıdır və ya konversiya
borcu istiqrazları şəklində borc öhdəliyi ilə
bağlı üstünlük hüququ əsasında hansı
məbləğdə səhmlərin əldə edilməsi mümkündür;[705]
1076.2.3. hansı
məbləğdə əlavə haqq mümkündür.
1076.3. Konversiya borcu
istiqrazının sahibi istiqrazdan irəli gələn hüquqları
ilə kifayətlənə bilər və dəyişdirmə
hüququnu və ya əldə etməyə üstünlük
hüququnu həyata keçirməyə borclu ola bilməz.
Maddə 1076-1. Təmin edilmiş
istiqrazlar[706]
1076-1.1.
Təmin edilmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər
girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə
zəmanəti ilə təmin olunan istiqrazlardır.[707]
1076-1.2. Təmin
edilmiş istiqrazlar üzrə hüquqların keçməsi
ilə təminat üzrə hüquqlar da keçmiş hesab olunur.
İstiqrazlar üzrə hüquqların keçməsi ilə
müşayiət olunmayan təminat üzrə hüquqların
keçməsi etibarsızdır.
1076-1.3. Təmin
edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat
istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində
(informasiya
memorandumunda) əks etdirilməlidir.[708]
1076-1.4. Təmin
edilmiş istiqrazlar üzrə təminat üçüncü
şəxs tərəfindən təqdim edildikdə həmin şəxs
istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır.
Təminatı təqdim etmiş şəxs hüquqi şəxs
olduqda istiqrazların emissiyası haqqında qərar həmin hüquqi
şəxsin təkbaşına icra orqanı və ya kollegial icra orqanının
bütün üzvləri tərəfindən imzalanır və möhürlə
təsdiq edilir.[709]
1076-1.5. Təmin
edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların
ümumi nominal dəyərindən və ödəniləcək
olan faizlərdən (olduqda) aşağı olmamalıdır.
1076-1.6. Təmin
edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini istənilən
səbəbdən, o cümlədən müflisləşmə
nəticəsində icra etmədiyi halda investorlar təminatın
predmetini həmin emitentin digər kreditorlarına nisbətən
üstün qaydada əldə etmək hüququna malikdirlər.[710]
Maddə 1076-2. Təmin edilmiş
istiqrazlar üzrə təminatın sərəncamçısı[711]
1076-2.1.
Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı
həmin təminatın qanunvericiliyin və emissiya prospektinin (informasiya
memorandumunun) tələblərinə cavab verməsinə nəzarət
məqsədi ilə istiqrazların mülkiyyətçilərinin
xeyrinə öz adından təminatı girov saxlayan qismində
çıxış edən investisiya şirkəti, mərkəzi
depozitar və ya bankdır. Emitentlə sərəncamçı
arasında qarşılıqlı asılılıq olmamalıdır.
1076-2.2.
Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında
qəbul olunmuş qərarında müəyyənləşdirilir
və emitentlə bağlanılmış müqavilə əsasında
fəaliyyət göstərir.
1076-2.3.
Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin
(informasiya memorandumunun) tələblərinə uyğun olmayan
hərəkət və ya hərəkətsizliyə yol verdikdə
və ya bu Məcəllədə sərəncamçıya dair
müəyyən edilmiş tələblərə cavab vermədikdə,
emitent Azərbaycan Respublikasının Mərkəzi Bankının
tələbi ilə sərəncamçını digər şəxslə
əvəz etməlidir.[712]
1076-2.4.
Sərəncamçı öz hüquq və vəzifələrini
həyata keçirərkən hər hansı hərəkəti
və ya hərəkətsizliyi nəticəsində yaranmış
zərər üçün məsuliyyət daşımır,
bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin
qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi
olduğu sübut edilməsin.
Maddə 1076-3. Girovla təmin edilmiş
istiqrazlar
1076-3.1.
Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti investisiya
qiymətli kağızları, daşınmaz əmlak sertifikatları,
daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət
hüququ qeydə alınan daşınar əşyalar, habelə
bu Məcəllənin 1076-6-cı maddəsi ilə müəyyən
edilmiş ipoteka örtüyü ola bilər.[713]
1076-3.2. Girovla təmin
edilmiş istiqrazların bir buraxılışının daxilində
hər bir istiqraz mülkiyyətçisi girov qoyulmuş əmlaka münasibətdə
həmin buraxılışda olan digər istiqrazların bütün
başqa mülkiyyətçiləri ilə bərabər hüquqlara
malikdir.[714]
1076-3.3. Girovla təmin
edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması qanunvericilikdə
girov üçün nəzərdə tutulmuş prosedurlara müvafiq
surətdə həyata keçirilir.
1076-3.4. Girovla təmin
edilmiş istiqrazlar üzrə girovun predmeti olan qiymətli kağızlar
qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq
surətdə depozitarda deponentləşdirilərək öhdəliklərlə
yüklənməlidir.[715]
1076-3.5.
Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alınmazdan
əvvəl girovun predmeti olan qiymətli kağızlar (adsız
qiymətli kağızlar daxil olmaqla) “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
surətdə depozitar sistemində deponentləşdirilərək
onların girovu qeydiyyata alınır.[716]
1076-3.6. Girov predmetini
təşkil edən qiymətli kağızlar üzrə hüquqlar məhdudlaşdırıldıqdan
sonra, girov qoyan sərəncamçıya
bu barədə rəsmi məlumat verir.[717]
1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, girov predmeti olan əmlaka bu istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə, sərəncamçı tərəfindən qanunvericiliyə müvafiq surətdə tutma yönəldilə bilər. Sərəncamçı istiqraz mülkiyyətçisinin yazılı tələbində qeyd olunmuş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi faktlarını araşdırır və yalnız bu faktlar təsdiq olunduqda girov predmetinə tutma yönəldir.