Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Əmək qanunvericiliyinin və “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına
görə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən
cərimələrdən toplanan və həmin orqanın
hesabına köçürülən vəsaitdən istifadə
Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 12
iyun tarixli 224 nömrəli, “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə
görə ödənilən dövlət rüsumunun həmin
xidmətləri və hüquqi hərəkətləri həyata
keçirən və ya təşkil edən dövlət
orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən
yaradılan publik hüquqi şəxslərin, habelə
dövlət notariat ofislərinin xəzinə hesabına
köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə”
2016-cı il 16 noyabr tarixli 462 nömrəli, “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci
maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
göstərilən xidmətlərə (hüquqi hərəkətlərə)
görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən ödənilən
dövlət rüsumlarından toplanan və həmin
orqanın hesabına köçürülən ..vəsaitdən
istifadə Qaydası”nın təsdiq edilməsi haqqında”
2019-cu il 18 aprel tarixli 181 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Yol hərəkəti haqqında”,
“Sosial sığorta haqqında”, “Tibbi sığorta
haqqında”, “İşsizlikdən sığorta haqqında”,
“Məşğulluq haqqında”, “Dövlət rüsumu
haqqında”, “Əhalinin sağlamlığının
qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi
haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti
haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli,
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569
nömrəli, “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233
nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci
il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1036 nömrəli Fərmanına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, № 6, maddə 796; 2017, № 5, maddə 990;
2019, № 7, maddə 1336, № 8, maddə 1446) ilə təsdiq
edilmiş “Əmək qanunvericiliyinin və “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına
görə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən
cərimələrdən toplanan və həmin orqanın
hesabına köçürülən vəsaitdən istifadə
Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə “25” rəqəmləri
“18” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2.5-ci bənddə “1997-ci il 10 mart
tarixli 16” sözləri “2017-ci il 17 noyabr tarixli 502” sözləri
ilə əvəz edilsin.
2. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə
və hüquqi hərəkətlərə görə ödənilən
dövlət rüsumunun həmin xidmətləri və
hüquqi hərəkətləri həyata keçirən və
ya təşkil edən dövlət orqanlarının Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslərin, habelə dövlət
notariat ofislərinin xəzinə hesabına
köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli Qərarında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1950; 2017, № 6, maddə
1240, № 11, maddələr 2167, 2171; 2019, № 3, maddə 562, № 4, maddə
772, № 6, maddə 1171, № 8, maddə 1446; 2020, № 6, maddə 795)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda
3-cü hissə əlavə edilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.”;
2.2. həmin Qərarla təsdiq
edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə
və hüquqi hərəkətlərə görə ödənilən
dövlət rüsumunun həmin xidmətləri və
hüquqi hərəkətləri həyata keçirən və
ya təşkil edən dövlət orqanlarının Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslərin, habelə dövlət
notariat ofislərinin xəzinə hesabına
köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.2.1. 1.1-ci bənddə və 3.5-ci bəndin
birinci cümləsində “20” rəqəmləri “18” rəqəmləri
ilə əvəz edilsin;
2.2.2. “Qeyd” hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 aprel tarixli 181 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019, № 4, maddə 774) ilə təsdiq
edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
göstərilən xidmətlərə (hüquqi hərəkətlərə)
görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən ödənilən
dövlət rüsumlarından toplanan və həmin
orqanın hesabına köçürülən vəsaitdən
istifadə Qaydası”nın 1.2-ci bəndi ləğv edilsin.[1]
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri, 10 fevral 2021-ci il
№ 33
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 23 may
2022-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
25 may 2022-ci
il, № 109, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 567)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 may 2022-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 25 may
2022-ci il, № 109,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
5, maddə 567) ilə
3-cü bənd ləğv edilmişdir.