“AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187
nömrəli Qərarında dəyişiklik edilməsi
haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli
187 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 947;
2019, № 4, maddə 756, № 5, maddə 965, № 12, maddə 2060; 2020, №
4, maddə 499, № 5, maddə 653; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 23 noyabr tarixli 456 nömrəli Qərarı)
ilə təsdiq edilmiş 1 nömrəli əlavə -
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin
3.1-ci bəndinə və 3.2.1-3.2.3-cü yarımbəndlərinə
“əlvan” sözündən sonra “və qara” sözləri əlavə
edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri,
15 dekabr 2020-ci il
№ 496
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 14 aprel
2023-cü il tarixli 109
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 14 aprel 2023-cü
il, “Xalq” qəzeti,
19 aprel 2023-cü il, № 81)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 aprel 2023-cü il
tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı, 14 aprel 2023-cü il, “Xalq” qəzeti,
19 aprel 2023-cü il, № 81) ilə ləğv
edilmişdir.