Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan
Respublikasında nəqliyyat, rabitə və yüksək
texnologiyalar sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785
nömrəli və “Dövlət informasiya ehtiyatları və
sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın
təsdiq edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 5 sentyabr tarixli 706 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3,
maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117,
№ 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048;
2015, № 6, maddə 708, № 8, maddə 917, № 10,
maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5,
maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017,
№ 2, maddə 174, № 4, maddə 564, № 5, maddə
809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437,
№ 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə
2553; 2019, № 1, maddə 61, № 4, maddə 647) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd
əlavə edilsin:
“3.1.11-1. dövlət qurumları tərəfindən
dövlət informasiya ehtiyatları və sistemlərinin
“Hökumət buludu”nda formalaşdırılması,
aparılması və təkmilləşdirilməsi, o
cümlədən elektron xidmətlərin təşkili və
göstərilməsi ilə bağlı dəstək
tədbirləri görmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 12 yanvar tarixli 1785 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95,
№ 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə
1929; 2020, № 3, maddə 231, № 4, maddə 407) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
2.1.
aşağıdakı məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci,
3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə
edilsin:
“2.0.17-1.
“Hökumət buludu”nun fəaliyyətini və istifadəsini
təşkil edir;”;
“3.0.78-1.
“Hökumət buludu”nun idarə olunmasını və
fəaliyyətinin təşkilini təmin etmək;”;
“3.0.79-1.
dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data
Mərkəzində saxlanılmasını, həmçinin
“Hökumət buludu”ndan istifadəni təşkil etmək;
3.0.79-2.
Nazirliyin Data Mərkəzində, eləcə də “bulud”
texnologiyasına əsaslanan “bulud” xidmət modellərində
dövlət informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması və aparılmasını,
habelə elektron xidmətlərin təşkili üçün texnoloji
mühiti təmin etmək;
3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin
təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə
birlikdə tədbirlər görmək;”;
2.2. 3.0.79-cu yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“3.0.79. “Hökumət buludu”nun yaradılması
vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları
və sistemlərinin istismarı, bunun üçün tələb olunan
infrastrukturun qurulması və standartların
formalaşdırılması sahəsində aidiyyəti
dövlət qurumları ilə birlikdə tədbirlər görmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 12 sentyabr tarixli 263 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 9, maddə 1826) ilə təsdiq edilmiş
“Dövlət informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”na aşağıdakı
məzmunda 1.8-ci bənd, 6.0.2-1-ci və 7.1.3-1-ci
yarımbəndlər əlavə edilsin:
“1.8.
Dövlət informasiya ehtiyatları və sistemləri “Hökumət
buludu”nun (G-cloud) yaradılması və “bulud”
xidmətlərinin göstərilməsi sahəsində
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında nəzərdə
tutulmuş Keçid Planına uyğun olaraq mərhələli
şəkildə “Hökumət buludu”nda yerləşdirilir,
aparılır və Data Mərkəzində saxlanılır.”;
“6.0.2-1.
dövlət informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci
bəndinə uyğun olaraq mərhələli
şəkildə “Hökumət buludu”nda yerləşdirilməsini,
aparılmasını və təkmilləşdirilməsini, o
cümlədən elektron xidmətlərin təşkilini və
göstərilməsini təmin etmək;”;
“7.1.3-1.
dövlət qurumları tərəfindən dövlət informasiya
ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1.8-ci
bəndinə uyğun olaraq mərhələli
şəkildə “Hökumət buludu”nda
formalaşdırılması, aparılması və
təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin
təşkili və göstərilməsi ilə bağlı
dəstək tədbirləri görmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 18 avqust 2020-ci il
№ 1141