“Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
ilə İordaniya Dəniz Komissiyası arasında
Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə
dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın
(əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq
sertifikatların (diplomların) tanınması haqqında”
Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə
İordaniya Dəniz Komissiyası arasında
Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə
və növbə çəkməyə dair (DHDNÇ)
1978-ci il tarixli Beynəlxalq Konvensiyanın
(əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq
sertifikatların (diplomların) tanınması haqqında”
2019-cu il dekabrın 10-da Bakı şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 1 may 2020-ci il
¹ 66-VIQ
Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
ilə İordaniya Dəniz Komissiyası arasında
Dənizçilərin hazırlanmasına,
onlara diplom verilməsinə və növbə
çəkməyə dair (DHDNÇ)
1978-ci il tarixli Beynəlxalq Konvensiyanın
(əlavələrlə) 1/10-cu qaydasına
uyğun olaraq sertifikatların (diplomların) tanınması
haqqında
ANLAŞMA MEMORANDUMU
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun 1978-ci il tarixli
“Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə
dair” Beynəlxalq Konvensiyanın (əlavələrlə)
(bundan sonra - DHDNÇ Konvensiyası) icrası
məqsədilə Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
ilə İordaniya Dəniz Komissiyası (bundan sonra -
Tərəflər) arasında dəniz nəqliyyatı
sahəsində təhsil və təlimin, dənizçilərə
verilən ixtisas şəhadətnamələrinin
qarşılıqlı tanınmasıdır.
Maddə 2
Tətbiq
Bu Anlaşma Memorandumu DHDNÇ
Konvensiyasının müvafiq müddəalarına uyğun
olaraq bir Tərəfin verdiyi ixtisas
şəhadətnaməsinə malik olan və digər
Tərəfin bayrağı altında üzən
gəmidə xidmət göstərən
dənizçilərə şamil olunur.
Maddə 3
Anlaşma Memorandumunun əhatə
dairəsi
Hər iki Tərəf DHDNÇ
Konvensiyasının (əlavələrlə) 1/10-cu
qaydasına uyğun olaraq digər Tərəfin
Hökuməti tərəfindən verilmiş dəniz
nəqliyyatı sahəsində təhsil və təlimin,
ixtisas şəhadətnamələrinin,
təsdiqnamələrin, təsdiq edilmiş təlim
sənədlərinin və dənizçilərin tibbi
şəhadətnamələrinin (bundan sonra - “sertifikatlar”)
qarşılıqlı tanınması və təlim,
sertifikatlaşdırma və dənizçilərin idarə
edilməsi üzrə iki Tərəf arasında
əməkdaşlıq etmək barədə
razılığa gəlir.
Maddə 4
Tərəflərin əlaqə
vasitələri
4.1. Bu Anlaşma Memorandumunun həyata
keçirilməsi məqsədilə hər iki Tərəf
bir-birini Anlaşma Memorandumunun icrasına məsul olan
şəxslərin əlaqə nömrələri və
elektron poçt ünvanı ilə təmin edir.
4.1.1. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Dəniz Agentliyinin əlaqə
vasitələri:
Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Dəniz Agentliyinin direktoru
Xanlar küçəsi 2B, Bakı, AZ
1003, Azərbaycan
Telefon:
+994124974405
Faks:
+994124974406
E-poçt:
info@ardda.qov.az
4.1.2. İordaniya Dəniz
Komissiyasının əlaqə vasitələri:
İordaniya
Dəniz Komissiyasının Baş direktoru
Əl-Rəşid
küçəsi - Aqaba, İordaniya
Poçt
indeksi (171) Aqaba (77 110)
Telefon:
0096232015858 Faks: 0096232031553
E-
poçt: ima@ima.qov.io, ima reqister@ima.qov.io
4.2.
Tərəflərin yuxarıda qeyd olunmuş
ünvanlarında və ya əlaqə
nömrələrində yaxud e-poçt ünvanında
hər hansı dəyişiklik olacağı təqdirdə
bir Tərəf ikinci Tərəfi dərhal bu
dəyişikliklər barədə xəbərdar edir.
Maddə 5
Təhsil,
təlim və dənizçilərin
qiymətləndirilməsi
DHDNÇ Konvensiyasının
tələblərinə uyğun olaraq Tərəflər milli
qanunvericilikləri çərçivəsində,
dənizçilərin təhsilinin, təliminin və
qiymətləndirilməsinin DHDNÇ Məcəlləsinin
A-l/6 fəslinə əsasən müvafiq təlimin
qiymətləndirilməsinin hər bir növ və
səviyyə üzrə təşkil olunmasını və
nəzarət edilməsini təmin edirlər.
Maddə 6
Etibarlılıq və autentikliyin
yoxlanılması
Hər iki Tərəf
razılığa gəlir ki, hər bir Tərəfin
Dəniz Administrasiyası sertifikat verən Tərəfin
verdiyi sertifikatların autentikliyini və
etibarlılığını faksimil və ya elektron
poçt vasitəsilə bu Anlaşma Memorandumunun icrasına
bilavasitə məsul olan rəsmi şəxsə ünvanlanan
birbaşa sorğu əsasında yoxlayır. Sorğuda
sertifikat sahibinin şəxsi məlumatları (adı,
soyadı, doğum tarixi) və sorğu olunan sertifikatla
bağlı məlumatlar (sertifikatın tipi, seriya
nömrəsi, verilmə yeri və tarixi) öz əksini
tapır. Sertifikat verən Tərəf sorğunu qəbul
etdikdən sonra yeddi (7) gün ərzində elektron poçt
və ya faksimillə qarşı tərəfi
cavablandırır.
Maddə 7
Təlim sahələrinə
səfər və prosedurların yoxlanılması
7.1. Tərəflərin Dəniz
Administrasiyalarının nümayəndələri digər
sertifikat verən Tərəfin razılığı ilə
və DHDNÇ Konvensiyasının 1/10-cu qaydasının
müddəalarına uyğun olaraq aşağıda
göstərilənlərlə bağlı təlim
sahələrinə səfər edə, DHDNÇ
Konvensiyasının tələblərinin yerinə
yetirilməsi ilə əlaqədar sertifikat verən
Tərəfin təsdiqlədiyi və ya qəbul etdiyi prosedur
və qaydaları yoxlaya bilərlər.
a. DHDNÇ Konvensiyasının
tətbiqinə riayət edilməsi ilə bağlı hər
bir Dəniz Administrasiyasının imkanı, həmçinin
dənizçilərin təhsil və təlim
sahələri;
b. ixtisas sertifikatlarının
verilməsi ilə bağlı standartlar;
c. sertifikatların verilməsi,
təsdiq edilməsi, etibarlılıq müddətinin
uzadılması və sertifikatın ləğv edilməsi;
d. uçot aparılması;
e. tibbi uyğunluq standartları;
f.
yoxlama üçün sorğuların
əlaqələndirilməsi və cavablandırılması
prosesi.
7.2.
Səfəri həyata keçirən Dəniz
Administrasiyası yuxarıda göstərilən bəndin
müddəalarına uyğun olaraq həyata keçirdiyi
qiymətləndirmənin nəticələri barədə
məlumatı səfəri bitirdikdən sonra üç (3)
ay müddətinə sertifikatı verən Tərəfə
təqdim edir.
Maddə 8
Əhəmiyyətli
dəyişikliklərlə bağlı bildiriş
Hər bir Tərəf DHDNÇ
Konvensiyasına uyğun olaraq sertifikatın verilməsi və
təlimlərin təşkili ilə bağlı hər
hansı əhəmiyyətli dəyişikliklər
edərsə, bu dəyişikliklərin tətbiqindən sonra
altmış (60) gün müddətində bu barədə
digər Tərəfin Dəniz Administrasiyasını
məlumatlandırır.
Maddə 9
Tanınmaya dair təsdiqnamələrin
etibarlılıq müddətinin dayandırılması,
ləğv edilməsi və geri alınması
Tərəflərdən birinin Dəniz
Administrasiyası müvafiq qaydada
sertifikatlaşdırılmış dənizçilərin
intizam xətasına və ya öz dövlətinin milli
qanunvericiliyinə görə DHDNÇ Konvensiyasının
1/2-ci qaydasının müddəasına uyğun olaraq,
tanınmaya dair təsdiqnamələrin verilməsindən imtina
edə və ya tanınmaya dair təsdiqnamələrin
etibarlılıq müddətini dayandıra, ləğv
edə və ya geri ala bilər və bu barədə yeddi (7)
gün ərzində sertifikatı verən Tərəf faksimil
və ya elektron poçt vasitəsilə
məlumatlandırılmalıdır.
Maddə 10
Dəyişikliklər
Bu Anlaşma Memorandumuna
Razılığa gələn Tərəflərin
qarşılıqlı razılığı əsasında dəyişikliklər
və ya düzəlişlər edilə bilər. Bu
dəyişikliklər və ya düzəlişlər
hazırkı Anlaşma Memorandumunun ayrılmaz hissəsi hesab
edilir və 11-ci maddədə nəzərdə tutulan
prosedurlara uyğun olaraq qüvvəyə minən protokollarla
rəsmiləşdirilir.
Maddə 11
Etibarlılıq müddəti
Bu Anlaşma Memorandumu onun
qüvvəyə minməsi üçün zəruri olan
müvafiq dövlətdaxili prosedurlann tamamlanmasını
təsdiq edən Tərəflərin sonuncu yazılı
bildirişinin diplomatik kanallar vasitəsilə
alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu Bakı
şəhərində 10 dekabr 2019-cu il tarixində, iki əsl
nüsxədə, hər biri Azərbaycan, ərəb və
ingilis dillərində olmaqla, imzalanmışdır, bütün
mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun
təfsiri zamanı fikir ayrılığı
yarandığı təqdirdə, ingilis dilindəki
mətnə üstünlük verilir.
Azərbaycan
Respublikasının |
İordaniya Dəniz
Komissiyası |
Nəqliyyat, Rabitə və
Yüksək |
adından |
Texnologiyalar Nazirliyi adından |
|
(imza) |
(imza) |