“Dövlət
məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. “Dövlət məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 7; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹
11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 3, maddə 211; 2018, ¹ 2,
maddə 147) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. Qanunun adında “Dövlət məhkəmə
ekspertizası” sözləri “Məhkəmə ekspertizası”
sözləri ilə əvəz edilsin;
1.2. Preambulanın birinci abzasında
“Dövlət məhkəmə ekspertizası fəaliyyətinin
(bundan sonra - məhkəmə ekspertizası fəaliyyəti)”
sözləri “məhkəmə ekspertizası fəaliyyətinin”
sözləri ilə əvəz edilsin;
1.3. 1-ci maddə üzrə:
1.3.1. dördüncü abzasda
“marağı olmayan” sözlərindən sonra “, məhkəmə
eksperti şəhadətnaməsi almış” sözləri əlavə
edilsin;
1.3.2. beşinci abzasda “təyin”
sözündən sonra “(sifariş)” sözü əlavə
edilsin;
1.3.3. yeddinci abzasın sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda səkkizinci
abzas əlavə edilsin:
“məhkəmə ekspertizası tədqiqatının
metodu - məhkəmə ekspertizasının predmeti ilə
bağlı işin halları barədə informasiya
daşıyan maddi obyektlər, hadisələr və proseslərin
tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr
sistemidir.”;
1.4. 6-cı maddənin birinci hissəsinin
birinci cümləsində, 8-ci maddənin
üçüncü hissəsinin birinci cümləsində,
dördüncü və beşinci hissələrində, 9-cu
maddənin ikinci hissəsinin üçüncü
abzasında, üçüncü hissəsinin
üçüncü abzasında, 10-cu maddənin birinci hissəsinin
yeddinci abzasında, 12-ci maddənin birinci hissəsinin doqquzuncu
abzasında, üçüncü hissəsinin ikinci
abzasında, dördüncü hissəsində, beşinci hissəsinin
səkkizinci abzasında, 13-cü maddənin birinci hissəsinin
ikinci abzasında, 16-cı maddədə, 17-ci maddədə,
18-ci maddənin ikinci hissəsinin ikinci cümləsində,
19-cu maddənin ikinci, üçüncü hissələrində
və altıncı hissəsinin birinci cümləsində
(birinci halda), 20-ci maddənin birinci hissəsində, 24-cü
maddənin üçüncü hissəsinin ikinci cümləsində,
25-ci maddənin birinci və dördüncü hissələrində,
26-cı maddənin ikinci hissəsinin dördüncü
abzasında, üçüncü hissəsinin
üçüncü cümləsində “təyin”
sözündən sonra “(sifariş)” sözü əlavə
edilsin;
1.5. 8-ci maddənin
üçüncü hissəsinin ikinci cümləsinə
“(qərardadda)” sözündən sonra “və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə edilsin;
1.6. 9-cu maddə üzrə:
1.6.1. birinci hissədə “(qərardadı)
aldıqdan” sözlərindən sonra “və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilə bağlandıqdan” sözləri əlavə
edilsin;
1.6.2. ikinci hissənin ikinci abzasında
“icra edilmədən” sözlərindən sonra “və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə rəsmi
müraciəti təmin edilmədən” sözləri əlavə
edilsin;
1.6.3. ikinci hissənin dördüncü
abzasında “(qərardadda)” sözündən sonra “və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə edilsin;
1.6.4. üçüncü hissənin
ikinci abzasında "(qərardad)” sözündən sonra “və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə” sözləri əlavə edilsin;
1.7. 10-cu maddənin birinci hissəsi
üzrə:
1.7.1. ikinci abzasda “(qərardadı)
aldıqdan” sözlərindən sonra "və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilə bağlandıqdan” sözləri əlavə
edilsin;
1.7.2. dördüncü abzasda “qərarda”
sözündən sonra “(qərardadda) və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə edilsin;
1.8. 11-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Maddə 11. Məhkəmə eksperti
Ali təhsilli və müəyyən
ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik
Azərbaycan Respublikasının vətəndaşı məhkəmə
eksperti ola bilər.
İkili vətəndaşlığı,
digər dövlətlər qarşısında öhdəlikləri
olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab
olunmuş, cinayət törətdiyinə görə məhkum
olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul
olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə
minmiş məhkəmə qərarı
çıxarılmış, habelə barəsində cinayət
işinin icraatına bəraətverici əsaslar olmadan xitam
verilmiş şəxs məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci hissələrində
göstərilən tələblərə cavab verən şəxs
məhkəmə eksperti qismində fəaliyyət göstərmək
üçün məhkəmə eksperti şəhadətnaməsini
(bundan sonra - şəhadətnamə) almalıdır.
Məhkəmə ekspertizası idarələrində
fəaliyyət göstərən ekspertlərə dövlət
məhkəmə eksperti şəhadətnaməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin birinci və ikinci hissələrində
göstərilən tələblərə cavab verən və
özəl məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxs özəl məhkəmə
eksperti şəhadətnaməsini almaq üçün
müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq
edən sənədlə yanaşı aşağıdakı
tələblərdən birinə cavab verdiyini təsdiq edən
sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət
göstərmək istədiyi ixtisas üzrə ən azı
10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət
göstərmək istədiyi ixtisas üzrə fəlsəfə
doktoru və ya elmlər doktoru elmi dərəcəsinin
olduğunu;
3) xüsusi biliklərə malik
olduğunu təsdiq edən beynəlxalq səviyyədə
tanınan sənədlərinin (diplom, sertifikat və sair)
mövcudluğunu.
Şəxsin xüsusi biliklərə
malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə
tanınan sənədlərin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Özəl məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxs şəhadətnamə
almaq üçün həmin siyahıda olmayan sənəd təqdim
etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi
araşdırılır və bu sənəd siyahıya daxil
edildiyi halda ona şəhadətnamə verilməsi
üçün əsas qismində çıxış edir.
Özəl məhkəmə eksperti
qismində fəaliyyət göstərmək istəyən
şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən
internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən
məhkəmə ekspertizası fəaliyyətinə dair
qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib
edilməsi qaydaları və etik davranış kodeksinin
müddəalarına dair icbari təlimdə iştirak etməlidir.
Təlimin keçirilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı
özəl məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxslərlə
müsahibə keçirir.
Özəl məhkəmə ekspertlərinə
şəhadətnamələr müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
Şəhadətnamənin verilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Şəhadətnamə almış
şəxs barədə ətraflı məlumat müvafiq
icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə
Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız
şəhadətnamə aldıqdan və barəsində məlumat
Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti
qismində fəaliyyət göstərə bilər.
Reyestrə daxil edilmiş şəxslər
məhkəmə ekspertizasının aparılması və
ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə
ekspertləri üçün bu Qanunla və müvafiq
prosessual qanunvericiliklə nəzərdə tutulmuş
bütün hüquqlardan istifadə edir, vəzifələri
yerinə yetirirlər.
Məhkəmə eksperti yalnız şəhadətnamədə
qeyd edilən məhkəmə ekspertizası ixtisası
(ixtisasları) üzrə ekspert rəyi verə bilər.
Məhkəmə eksperti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə
riayət etməlidir.
Müvafiq icra hakimiyyəti
orqanlarının məhkəmə ekspertizası idarələrinin
ekspertlərinə bu orqanların işçiləri
üçün qanunla müəyyən edilmiş qaydada
xüsusi rütbələr verilir.
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə
ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə
nəzarət edir.”;
1.9. aşağıdakı məzmunda
11-1 – 11-5-ci maddələr əlavə edilsin:
“Maddə 11-1. Məhkəmə
ekspertinin fəaliyyətinə xitam verilməsi
Aşağıdakı hallarda müvafiq
icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv
edərək məhkəmə ekspertinin fəaliyyətinə
xitam verir:
şəxs öz arzusu ilə şəhadətnamənin
ləğv olunması barədə yazılı ərizə
verdikdə;
şəhadətnamə almaq
üçün təqdim edilən sənədlərdə
bilərəkdən təhrif olunmuş məlumatların qeyd
edildiyi aşkar olunduqda;
şəhadətnamə aldıqdan sonra
5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət
göstərmədikdə;
attestasiyadan keçə bilmədikdə
və ya attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin tələblərini kobud və
ya mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab
olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olduqda;
ekspertin Azərbaycan Respublikasının
vətəndaşlığına xitam verildikdə və ya
ekspert Azərbaycan Respublikasından daimi yaşayış
üçün başqa ölkəyə köçüb
getdikdə;
ekspert məhkum edildikdə, onun barəsində
ekspertiza fəaliyyəti ilə məşğul olma
hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə
minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində cinayət
işinin icraatına bəraətverici əsaslar olmadan xitam
verildikdə;
ekspert vəfat etdikdə, məhkəmə
tərəfindən ölmüş elan edildikdə və ya
itkin düşmüş hesab edildikdə.
Müvafiq icra hakimiyyəti orqanı
şəhadətnaməsi ləğv edilmiş ekspertin
adını Məhkəmə Ekspertləri Reyestrdən
çıxarır.
Şəhadətnaməsi ləğv
edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı
üç iş günü müddətində məlumat
verilir.
Maddə 11-2. Məhkəmə ekspertlərinin
attestasiyası
Məhkəmə ekspertləri 5 ildə
bir dəfədən çox olmayaraq attestasiyadan
keçirilirlər. 20 ildən artıq müddətdə
ekspert qismində fəaliyyət göstərən şəxslər
attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində məhkəmə
ekspertizası idarələrinin ekspertlərinə
ixtisaslaşmasından və hazırlıq səviyyəsindən
asılı olaraq ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və
ixtisas dərəcəsinin verilməsi qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 11-3. Məhkəmə Ekspertlərinin
Reyestri
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə
ekspertizası idarələrinin ekspertləri və özəl
məhkəmə ekspertləri barədə məlumatları
Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestrin aparılması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra
hakimiyyəti orqanının rəsmi internet səhifəsində
yerləşdirilir və məlumatlar daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin
məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul
olması qadağandır və qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
Maddə 11-4. Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası Tədqiqat
Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
Məhkəmə Ekspertizası Tədqiqat
Metodlarının Dövlət Reyestrinin aparılması və
yeni metodların həmin reyestrə daxil edilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Ekspertlər məhkəmə
ekspertizasının aparılması zamanı Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət
Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir.
Ekspert Məhkəmə Ekspertizası Tədqiqat
Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan
yalnız həmin metodun aşağıdakı bütün
şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla
istifadə edə bilər:
1) qanunda nəzərdə tutulmuş
norma və prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən əsaslandırılmışdır;
3) insanların həyat və
sağlamlığı və ətraf mühit
üçün təhlükəsizdir.
Maddə 11-5. Məhkəmə
ekspertizasının metodik fondu
Məhkəmə ekspertizalarının
elmi-metodik materiallarından ibarət xüsusi fond
yaradılır. Həmin materialların elektron nüsxələri
fonda daxil edilir.
Fondun yaradılması və istifadəsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”;
1.10. 12-ci maddənin beşinci hissəsi
üzrə:
1.10.1. ikinci abzasda “idarəsinin”
sözündən sonra “ekspertlərinə həmin idarənin”
sözləri əlavə edilsin;
1.10.2. üçüncü abzasda
“başqa” sözündən əvvəl “məhkəmə
ekspertizası idarəsinin ekspertlərinə” sözləri əlavə
edilsin;
1.11. 13-cü maddənin birinci hissəsinin
yeddinci abzasında “təhqiqat aparan şəxsə, müstəntiqə
və ya məhkəməyə (hakimə)” sözləri “məhkəmə
ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxsə” sözləri ilə əvəz edilsin;
1.12. 19-cu maddə üzrə:
1.12.1. altıncı hissənin birinci
cümləsində “işləyib hazırlamaq” sözlərindən
sonra “, ekspertizanın aparılmasının ümumi müddəti
daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini
təyin etmək və onlara əməl olunmasına nəzarət
etmək” sözləri əlavə edilsin;
1.12.2. dördüncü-səkkizinci
hissələr müvafiq olaraq beşinci-doqquzuncu hissələr
hesab edilsin və aşağıdakı məzmunda
dördüncü hissə əlavə edilsin:
“Şəxsin anlaqlı olub-olmaması
ilə bağlı məhkəmə-psixiatrik
ekspertizasının aparılması üçün ən
azı üç məhkəmə ekspertindən ibarət tərkibdə
komissiya təşkil edilir.”;
1.13. 21-ci və 22-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“Maddə 21. Məhkəmə
ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində nəzərdə
tutulmuş hallarda təhqiqatçının, müstəntiqin
və ya prokurorun qərarı, yaxud məhkəmənin
(hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının,
müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin
(hakimin) qərarı (qərardadı) ilə təyin
edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin
ekspertləri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının
Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar
məcəllələrində nəzərdə tutulmuş
hallarda fiziki və ya hüquqi şəxslər, həmin
şəxslərin vəkilləri və nümayəndələri
(qanuni nümayəndələri) məhkəmə
ekspertizasının aparılmasını sifariş vermək
üçün məhkəmə ekspertizası idarələrinə
və ya özəl məhkəmə ekspertlərinə rəsmi
müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə
ekspertizası həmin şəxslərlə məhkəmə
ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə
ekspertləri arasında bağlanan müqavilə əsasında
məhkəmə ekspertizasını sifariş edən şəxslərin
hesabına həyata keçirilir. Müqavilədə ekspertin
bilə-bilə yalan rəy verməyə görə məsuliyyət
daşıması barədə məlumatlandırıldığı
onun imzası ilə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əsasən cinayət təqibi
xüsusi ittiham qaydasında həyata keçirildiyi halda
şübhəli, təqsirləndirilən şəxs və
ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə
ekspertizasının aparılmasını məhkəmə
ekspertizası idarələrinə sifariş vermək
üçün rəsmi müraciət etmək hüququna
malikdir.
Maddə 22. Məhkəmə
ekspertizasının aparılması
Məhkəmə ekspertizasını təyin
(sifariş) etmiş orqan və ya şəxs tədqiqatın
aparılması və ekspert rəyinin verilməsi
üçün suallar siyahısını, tədqiqat obyektləri
və iş üzrə materialları məhkəmə
ekspertizası idarəsinə və ya özəl məhkəmə
ekspertinə təqdim edir.
Məhkəmə ekspertizasını təyin
(sifariş) etmiş orqan və ya şəxs Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müqayisəli tədqiqat üçün
nümunələr götürür və onları işə
əlavə edir. Nümunənin götürülməsi məhkəmə
ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət
məhkəmə ekspertizasını aparan ekspert tərəfindən
həyata keçirilir.
Tədqiqat prosesində ekspert tərəfindən
eksperimental nümunələr hazırlana bilər və bu hal
ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin
etmiş orqan və ya şəxs bu cür nümunələrin
hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti
tərtib etdiyi protokolda əks etdirilir.
Məhkəmə ekspertizasının
aparılması müddətləri Azərbaycan
Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və
İnzibati Xətalar məcəllələrinə müvafiq
olaraq müəyyən edilir.”;
1.14. 22-1-ci maddə ləğv edilsin;
1.15. 23-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 23. Məhkəmə
ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin fəaliyyəti
müvafiq icra hakimiyyəti orqanının məhkəmə
ekspertizası idarələrində, elmi müəssisə və
təşkilatlarda, ali təhsil müəssisələrində,
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq akkreditasiyadan keçmiş sınaq
laboratoriyalarında, özəl hüquqi şəxslərdə,
habelə özəl məhkəmə eksperti tərəfindən
ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb (məhkəmə-psixiatriya),
məhkəmə-ballistik, məhkəmə
partlayış-texniki, pul nişanları və qiymətli
kağızların, narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının, güclü təsir edən
və zəhərli maddələrin, dərman vasitələrinin
məhkəmə ekspertizaları yalnız məhkəmə
ekspertizası idarələri tərəfindən həyata
keçirilir.
Məhkəmə ekspertizası fəaliyyətini
həyata keçirən şəxslər və qurumlar məhkəmə
ekspertizasının aparılması üzrə fəaliyyətini
ekspert təcrübəsinin ümumiləşdirilməsi,
ekspertlərin peşəkar hazırlığı və
onların ixtisaslaşdırılması, î cümlədən
ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi
əsasında həyata keçirirlər.
Məhkəmə ekspertizası idarələri
məhkəmə ekspertlərinə metodik köməklik
göstərir.
Məhkəmə ekspertizası idarələrində
məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar
göstərilən xidmətlərə görə ödənilən
haqqın məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.”;
1.16. 43-cü maddədə “vəzifəli
şəxslər və vətəndaşlar” sözləri
“şəxslər” sözü ilə əvəz edilsin.
Maddə
2. Bu Qanun 2020-ci il martın 1-dən
qüvvəyə minir.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu
il
¹1709-VQD