Ümumi təhsil haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasında ümumi təhsilin təmin olunması sahəsində
dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin
təşkilati-hüquqi və iqtisadi əsaslarını
müəyyən edir.
Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, insan
hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
digər beynəlxalq müqavilələrə əsaslanır,
təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin
və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında
dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. ümumi təhsil –
təhsilalanlara elmlərin ümumi əsaslarının
öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin
aşılanmasını, onların həyata və əmək
fəaliyyətinə hazırlanmasını təmin edən
təhsil pilləsi;
1.0.2. ümumi təhsil
müəssisəsi – ümumi təhsil pilləsinin hər
üç səviyyəsinin və ya hər hansı səviyyəsinin
(səviyyələrinin) təşkil olunduğu təhsil
müəssisəsi;
1.0.3. ümumi orta təhsil
– ümumi təhsilin icbari hesab olunan və məzunlarına
təhsil
haqqında dövlət sənədinin verilməsi ilə
başa çatan səviyyəsi;[1]
1.0.4. internat
tipli ümumi təhsil müəssisələri –
sutkalıq əsasda fəaliyyət göstərən və
ayrı-ayrı kateqoriyadan olan təhsilalanlar üçün
müvafiq təhsil proqramları əsasında təhsil
prosesinin həyata keçirildiyi ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey,
internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil
məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi,
internat tipli sanator ümumtəhsil məktəbi;[2]
1.0.5. ümumi təhsil
pilləsinin səviyyələri – ümumi təhsil pilləsini
təşkil edən və varislik əsasında hər biri
üzrə müvafiq tədris proqramlarının həyata
keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri;
1.0.6. ümumi təhsil
müəssisəsinin akkreditasiyası – təhsil müəssisəsinin
fəaliyyətinin dövlət təhsil standartlarına
uyğunluğunun və onun statusunun müəyyənləşdirilməsi
prosesi;
1.0.7. ümumi təhsil
müəssisələrində psixoloji xidmət – valideynlərlə,
rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq
yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil,
sosial-mənəvi problemlərinin öyrənilməsini və
onlara zəruri hallarda pedaqoji-psixoloji dəstək göstərilməsini
təmin edən xidmət növü;
1.0.8. ümumi təhsilin
dövlət standartı – ümumi təhsilin məzmununa,
idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris
bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə,
təhsilalanların bilik, bacarıq və vərdişlərinə
verilən minimum tələb və normaları əhatə edən
ümumi normalar məcmusu;
1.0.9. ümumi təhsil
proqramı (kurikulum) – fənlər üzrə
kurikulumları, dərsdənkənar məşğələləri
(fakültativ kursları), məktəbdənkənar təhsil
proqramlarını, tədris planlarını özündə
əks etdirən dövlət sənədi;
1.0.10. akkreditasiya şəhadətnaməsi
– müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən və
ümumi təhsil müəssisəsinin fəaliyyətinin
davam etdirilməsinə hüquqi əsas yaradan sənəd;
1.0.11. azkomplektli məktəb
– paralel siniflərsiz və şagirdlərinin ümumi sayı
100 nəfərdən az olan məktəb;
1.0.12. beynəlxalq
akkreditasiya – ümumi təhsil müəssisənin fəaliyyətinin
beynəlxalq standartlara uyğunluğunun beynəlxalq təşkilatlar
tərəfindən könüllü əsasda qiymətləndirilməsi;
1.0.13. beynəlxalq səviyyədə
akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat
və ya xarici dövlət tərəfindən müəyyən
edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına
iki və daha çox xarici ölkələrin ali təhsil
müəssisələrində təhsil almaq hüququ verən
təhsil proqramı;
1.0.14. defektoloq – əqli
və ya fiziki məhdudiyyətləri olan uşaqların təhsili
və korreksiyası ilə məşğul olan ali təhsilli
mütəxəssis;
1.0.15. dərsdənkənar
məşğələ (fakültativ kurs) – şagirdlərin
meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin
genişlənməsinə, yaradıcılıq qabiliyyətinin
inkişafına və peşəyönümünə
yönəlmiş məşğələ forması;
1.0.16. fənn kurikulumu – fənnin məqsəd
və vəzifələrini, fənnin tədrisinə verilən
tələbləri, ümumi təhsilin səviyyələri və
hər bir sinif üzrə təlim nəticələrini, təlim
strategiyalarını, fəndaxili və fənlərarası
inteqrasiyanı, qiymətləndirmə vasitələri və
meyarlarını, təlim materiallarının
planlaşdırılması üzrə metodik tövsiyələri
özündə ehtiva edən sənəd;
1.0.17. günüuzadılmış
qrup – dərsdən
sonrakı və ya dərsdən əvvəlki vaxtlarda fəaliyyət
göstərən və ibtidai sinif şagirdlərinin
inkişafına yönəlmiş təşkilati forma;
1.0.18. himayəçilər
şurası – ümumi təhsil
müəssisəsinin fəaliyyətində, mövcud problemlərinin
həllində yaxından iştirak edən, təhsil müəssisəsinə
ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən
göstərilən yardımların toplanması, qeydiyyata
alınması və istifadə olunmasına ictimai nəzarəti
həyata keçirən, könüllülərdən ibarət
özünüidarəetmə orqanı;
1.0.19. ibtidai təhsil – ümumi təhsilin
birinci səviyyəsi;
1.0.20. icbari dispanserizasiya – uşaqların
sağlamlığının qorunması, normal fiziki
inkişafının təmin edilməsi və xəstəliyin
ilkin mərhələdə aşkar edilməsi məqsədilə
kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı
tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə
sistemi;
1.0.21. inklüziv təhsil – sağlamlıq
imkanları məhdud olan uşaqların ümumi təhsil
müəssisəsində xüsusi şərait yaratmaqla
xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə
eyni sinifdə təhsilə cəlb edilməsi;[3]
1.0.22. innovasiya (ümumi
təhsildə) – təhsilin məzmunu, qiymətləndirilməsi
və idarəolunması, təlim strategiyaları və
metodikalarının keyfiyyətcə
yaxşılaşdırılması sahəsində tətbiq
edilən yeniliklər;
1.0.23. inteqrasiya
(ümumi təhsildə) – təlim prosesini təşkil edən
mərhələlər və müxtəlif fənlər
üzrə məzmun standartları arasında üzvi əlaqələrin
qurulmasını ehtiva edən didaktik prinsip;
1.0.24. inteqrasiya təlimli
internat tipli təhsil müəssisəsi – sağlamlıq
imkanları məhdud şəxslərlə sağlam şəxslərin
birgə təhsil alması üçün xüsusi şərait
yaradılmış ümumi təyinatlı təhsil müəssisəsi; [4]
1.0.25. qabaqcıl
(yaradıcı) pedaqoji təcrübə – müəllim tərəfindən
pedaqoji prosesdə orijinal metodlar, vasitələr, üsullar tətbiq
edilməklə, pedaqoji ustalıq və novatorluq nümayiş
etdirilməklə innovativ fəaliyyət nəticəsində
səmərəli nəticələr əldə edilməsi;
1.0.26. loqoped –
uşaqların nitq pozuntularının korreksiyasını
həyata keçirən ali təhsilli mütəxəssis;[5]
1.0.27. məktəbəhazırlıq
təhsili – 5 yaşlı uşaqların məktəb təliminə
psixoloji hazırlığının təmin edilməsi məqsədilə
təşkil edilən ümumi təhsilin ilk mərhələsi;
1.0.28. metodik şura
– ümumi təhsil müəssisəsində metodik xidmətin
təşkili və həyata keçirilməsini təmin edən
qurum;
1.0.29. metodist –
ümumi təhsil müəssisələrində müvafiq fənnin
tədrisinə metodik rəhbərliyi həyata keçirən,
müasir təlim metodları və texnologiyalarının tətbiqi
üzrə müəllimlərə bələdçilik xidməti
göstərən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.30. müəllim
köməkçisi – inklüziv təhsilin həyata
keçirildiyi ümumi təhsil müəssisələrində
pedaqoji prosesin təşkilində müəllimə kömək
edən ixtisaslı mütəxəssis;
1.0.31. pedaqoji fəaliyyət
– təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə,
Azərbaycan xalqının dəyərləri və ümumbəşəri
dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət
kimi formalaşmasına yönəlmiş fəaliyyət;
1.0.32. pedaqoji şura – ümumi təhsil
müəssisəsinin kollegial ali idarəetmə orqanı;
1.0.33. sağlamlıq
imkanları məhdud olan şəxs – xüsusi şərait
yaradılmadan təhsil almasında çətinliklər
yaranan fiziki
çatışmazlığı, əqli və (və ya)
psixi ləngimələri olan şəxs; [6]
1.0.34. sertifikatlaşdırılma
– dövlət ümumi təhsil müəssisələrində
(ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə digər dövlət təhsil müəssisələrində)
pedaqoji fəaliyyətlə məşğul
olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyəsinin və peşə
yararlılığının yoxlanılması proseduru;[7]
1.0.35. sinifdənxaric və
məktəbdənkənar tədbir – ümumi təhsil
müəssisəsində və ya ümumi təhsil müəssisəsindən
kənar yerlərdə şagirdlərin əlavə bilik və
bacarıqlar əldə etməsinə,
dünyagörüşünün və məlumatlılıq
səviyyəsinin genişlənməsinə, habelə asudə
vaxtının səmərəli təşkilinə yönəlmiş
tədbirlər;
1.0.36. stasionar təhsil
– uzunmüddətli müalicədə olan şəxslər
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində
müvafiq təhsil proqramlarına uyğun təşkili;
1.0.37. tam orta təhsil –
ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə
və ya təmayüllər olmadan təşkil edilən və
məzunlarına təhsil haqqında dövlət sənədinin
verilməsi ilə başa çatan üçüncü səviyyəsi;
1.0.38. tədris
proqramı – hər bir fənnin kurikulumunda təsbit
olunmuş məzmun standartlarının
reallaşdırılmasına xidmət edən tədris vahidlərinin
ümumi məcmusu;
1.0.39. təhsil xidmətləri
– “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş xidmətlər, o cümlədən ümumi təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilmiş vəzifələrinə uyğun olaraq həyata
keçirdiyi xidmətlər;
1.0.40. təlim metodu –
müəllim və şagird arasında proqramda nəzərdə
tutulmuş bilik, bacarıq və vərdişlərin
ötürülməsi və mənimsənilməsinə, təlimin
öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə
nail olunmasına xidmət edən qarşılıqlı
proses;
1.0.41. təlim
strategiyası – psixoloji və didaktik prinsiplər əsasında
müəyyən edilib təhsil prosesində tətbiq olunan
forma, metod, üsul və vasitələrin məcmusu;
1.0.42. təmayülləşmə
– tam orta təhsil səviyyəsində təlimin
şagirdlərin meyil, maraq və qabiliyyətlərinə
uyğun istiqamətlər üzrə müvafiq fənlərə
üstünlük verilməklə xüsusi tədris planı
və proqramları əsasında təşkili;
1.0.43. xüsusi təhsil
müəssisəsi – sağlamlıq imkanları məhdud
olan şəxslərin təhsil alması üçün
xüsusi dövlət təhsil standartları və
proqramları əsasında təhsil prosesini həyata
keçirən təhsil müəssisəsi;
1.0.44.
inteqrasiya təlimli təhsil
müəssisəsi – sağlamlıq imkanları məhdud
şəxslərlə sağlam şəxslərin birgə təhsil
alması üçün xüsusi şərait
yaradılmış ümumi təhsil müəssisəsi.[8]
Maddə 2. Ümumi
təhsil haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1. Ümumi təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanunlarından, bu
Qanundan, ümumi təhsil sahəsində münasibətləri
nəzərdə tutan digər normativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
2.2. Ümumi təhsil haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların
ümumi təhsil sahəsində Azərbaycan
Respublikasının Konstitusiyası ilə nəzərdə
tutulmuş təhsil hüququnu təmin etməkdən,
ümumi təhsil prosesi iştirakçılarının
hüquqlarını və vəzifələrini müəyyən
etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən
və ümumi təhsilin təşkilati-hüquqi
bazasını yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət
göstərən dini təhsil müəssisələrinə,
xarici dövlətlərin diplomatik nümayəndəlikləri
yanındakı təhsil müəssisələrinə
şamil edilmir.
Maddə 3. Ümumi
təhsil sahəsində dövlət siyasətinin əsas
prinsipləri və istiqamətləri
3.1. Ümumi təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
3.1.1. humanistlik – Azərbaycan xalqının dəyərlərinin
və ümumbəşəri dəyərlərin, şəxsiyyətin
azad inkişafının, insan hüquqları və
azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin,
ətraf mühitə və insanlara qayğı və hörmətin,
tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul
olunması;
3.1.2. bərabərlik – ümumi təhsilin əlçatanlığı,
bütün şagirdlər üçün bərabər təhsil
şəraitinin yaradılması və onların təhsil
hüququnun təmin edilməsi;
3.1.2-1. millilik və dünyəvilik – milli və
ümumbəşəri dəyərlərin qorunması və
onların dialektik vəhdətinin təmin edilməsi əsasında
dünyəvi ümumi təhsil sisteminin yaradılması və
inkişaf etdirilməsi;[9]
3.1.3. inteqrasiya – ümumi təhsil sisteminin mütərəqqi
beynəlxalq təhsil təcrübələrinə
uyğunlaşdırmaqla inkişaf etdirilməsi;
3.1.4. keyfiyyətlilik – ümumi təhsilin mövcud
standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin,
cəmiyyətin və dövlətin maraqlarına
uyğunluğu;
3.1.5. varislik – ümumi təhsil sahəsində əldə
olunmuş bilik və təcrübənin ardıcıl olaraq
növbəti nəslə ötürülməsi;
3.1.6. çeviklik – ümumi təhsil sisteminin
sosial-iqtisadi həyatda baş verən dəyişikliklərə
adekvat uyğunlaşması, yeniliklərin qiymətləndirilib
vaxtında tətbiq edilməsi;
3.1.7. fasiləsizlik, vəhdətlik – mövcud təhsil
standartları, tədris proqramları və planları əsasında
təhsilin bir neçə səviyyədə əldə
edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri
arasında qarşılıqlı əlaqənin təmin
olunması;
3.1.8. demokratiklik – təhsilalanların azad
düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin
dövlət-ictimai əsaslarla təşkili və idarə
edilməsinin genişləndirilməsi, təhsil müəssisələrinin
muxtariyyətinin artırılması.
3.2. Ümumi təhsil sahəsində dövlət
siyasətinin əsas istiqamətləri
aşağıdakılardır:
3.2.1. ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin
və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin
inkişafına çevik uyğunlaşdırılması;
3.2.2. ümumi təhsilin inkişafı
üçün stimullaşdırıcı tədbirlərin
tətbiqi;
3.2.3. sağlamlıq imkanları məhdud olan şəxslərin
inklüziv təhsilinin təşkili;
3.2.4. ümumi təhsilin müasir infrastrukturunun
yaradılması və davamlı inkişafının təmin
edilməsi;
3.2.5. ümumi təhsilin inkişafı üzrə
dövlət proqramlarının təsdiqi və həyata
keçirilməsi;
3.2.6. ümumi təhsil sisteminin dayanıqlı maliyyələşdirilməsinin
təmin edilməsi;
3.2.7. təhsilverənlərin peşəkarlıq səviyyəsinin
davamlı olaraq yüksəldilməsi.
Maddə 4. Ümumi
təhsil sahəsində dövlətin vəzifələri
4.0. Ümumi təhsil sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
4.0.1. ümumi təhsil sahəsində dövlət
siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. ümumi təhsil sisteminin inkişaf prioritetlərini
müəyyənləşdirmək;
4.0.3. ümumi təhsil sisteminin inkişafı məqsədilə
dövlət proqramlarını təsdiq etmək və
onların icrasına nəzarəti həyata keçirmək;
4.0.4. ümumi təhsilə dair normativ hüquqi aktlar
qəbul etmək;
4.0.5. ümumi təhsilin dövlət
standartlarını təsdiq etmək və icrasına nəzarəti
həyata keçirmək;
4.0.6. sağlamlıq imkanları məhdud olan şəxslərin
təhsili üçün xüsusi təhsilin dövlət
standartlarını təsdiq etmək;
4.0.7. ümumi təhsil müəssisələrinə
uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə
keçirilməsi və yerdəyişməsi qaydasını
təsdiq etmək;
4.0.8. ümumi təhsilin inkişafına ayrılan
dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə
mexanizmlərini və normativlərini müəyyənləşdirmək
və icrasına nəzarət etmək;
4.0.9. dövlət ümumi təhsil müəssisələrinin
rəhbərlərini vəzifəyə təyin etmək və
vəzifədən azad etmək;
4.0.10. dövlət və bələdiyyə tərəfindən
yaradılan ümumi təhsil müəssisələrinin
nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə
və özəl ümumi təhsil müəssisələrinin
nizamnamələrinə rəy vermək;
4.0.11. tədris ilinin müddətini müəyyən
etmək;
4.0.12. ümumi təhsil müəssisələri
üçün dərsliklərin, dərs vəsaitlərinin
və digər tədris-metodik vasitələrin müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada hazırlanmasını təmin
etmək;
4.0.13. ümumi təhsil müəssisələrinin tədris,
metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris
resursları və digər texniki vasitələrlə təminatını
həyata keçirmək;
4.0.14. özəl və bələdiyyə ümumi təhsil
müəssisələrinin fəaliyyətini təşviq etmək
və dəstəkləmək, onlara metodik kömək
göstərmək;
4.0.15. ümumi təhsil müəssisələrinin
infrastrukturuna, tikintisinə, maddi-texniki təchizatına dair
vahid normaları, ümumi sanitariya-gigiyena və təhlükəsizlik
tələblərini, şagird yerləri ilə təminat
normativlərini təsdiq etmək;
4.0.16. dövlət ümumi təhsil müəssisələrinin
nümunəvi ştatlarını və xərc
normalarını müəyyən etmək;
4.0.17. ümumi təhsil sistemində çevik idarəetmə
və qərar qəbul etməni təmin edən Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemini (TMİS) yaratmaq və onun digər təhsil
pillələri üzrə elektron məlumat bazalarına
inteqrasiyasını təmin etmək;
4.0.18. təlim-tərbiyə prosesində müasir təhsil
texnologiyalarının və innovasiyaların tətbiqinə,
təhsilverənlərin peşəkar inkişafına şərait
yaratmaq;
4.0.19. ümumi təhsilin keyfiyyətinə dövlət
nəzarətini həyata keçirmək;
4.0.20. ümumi təhsil müəssisəsinin (dövlət ümumi təhsil
müəssisələri istisna olmaqla) fəaliyyətinə
lisenziya vermək və ya onu ləğv etmək;[10]
4.0.21. ümumi təhsil müəssisəsinin
akkreditasiyası və təhsilverənlərinin
sertifikatlaşdırılması qaydasını müəyyən
etmək, akkreditasiyanı və
sertifikatlaşdırılmanı həyata keçirmək;
4.0.22. ümumi təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili
qaydasını müəyyənləşdirmək və
dövlət ümumi təhsil müəssisəsində tibbi
xidməti təmin etmək;[11]
4.0.23. ümumi təhsil sahəsinə yerli və
xarici investisiyaların cəlb edilməsi məqsədi ilə
investisiya mühitinin yaradılmasını təmin etmək;
4.0.24. Azərbaycan Respublikasının vətəndaşı
olan, həmçinin Azərbaycan Respublikasının ərazisində
qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ümumi təhsil müəssisələrində
bərabər şərtlərlə təhsil almaq hüququnu
təmin etmək;
4.0.25. dövlət ümumi təhsil müəssisələrində
təhsilalanlar üçün geyim formalarının təsvirlərini
və təhsilverənlər üçün geyim ilə
bağlı tələbləri təsdiq etmək;[12]
4.0.26. ümumi təhsil pilləsində təhsilalanların
attestasiyası, yekun attestasiyası qaydalarını müəyyən
etmək və yekun attestasiyanı həyata keçirmək;
4.0.27. ümumi təhsil müəssisələrinin
pedaqoji işçilərinin dərs yükü
normasını müəyyən etmək;
4.0.28. dövlət ümumi təhsil müəssisələrinin
müəllimlərinin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsini həyata keçirmək;
4.0.29. dövlət ümumi təhsil müəssisələrinin
müəllimlərə tələbatını
müəyyən etmək, müəllimlərin
işə qəbulu və yerdəyişməsi
qaydalarını təsdiq etmək,
habelə kadr təminatını həyata keçirmək; [13]
4.0.30. məktəb yaşlı uşaqların icbari
ümumi orta təhsilə cəlbini təmin etmək, icbari
ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət
etmək;
4.0.31. ümumi təhsil haqqında dövlət sənədlərinin
təsvirlərini
və onların verilməsi qaydasını təsdiq etmək; [14]
4.0.32. ümumi təhsil müəssisələrində
təhsilalanların peşəyönümü işini təşkil
etmək.
Maddə 5. Ümumi
təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın
ümumi təhsil alması üçün müvafiq şərait
yaradılmasına təminat verir və ümumi təhsilin hər
hansı səviyyəsindən və formasından məhrum
edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən,
dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən,
sosial vəziyyətindən, mənşəyindən,
sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir
vətəndaşa ümumi təhsil almaq imkanı
yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə
təminat verir.
5.3. Dövlət mülkiyyət formasından
asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə
qəbul olunmada, biliyin qiymətləndirilməsində, təhsilin
növbəti pillədə davam etdirilməsində və digər
məsələlərdə cinsindən asılı olmayaraq hər
bir vətəndaşa bərabər imkanlar
yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın
icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Dövlət təhsil müəssisələrində hər
bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ
vardır.
5.5. Dövlət ümumi təhsil sahəsində
istedadlı uşaq və gənclərin vaxtında aşkar
olunması, inkişafı və dəstəklənməsinə,
maddi vəziyyətindən asılı olmayaraq, istedadlı
şəxslərin təhsilini davam etdirməsinə təminat
verir.
Maddə 6. Tədris
dili
6.1. Ümumi təhsil müəssisələrində
tədris dili dövlət dili – Azərbaycan dilidir.
6.2. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə
alınaraq, Azərbaycan Respublikasının tərəfdar
çıõdığı beynəlõalq müqavilələrə
və ya müvafiq icra hakimiyyəti îrqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşmaya
uyğun olaraq, ümumi təhsil müəssisələrində
tədris müvafiq dövlət təhsil standartları və
ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramları əsasında digər dillərdə də
aparıla bilər.
6.3. Tədris digər dillərdə aparılan
ümumi təhsil müəssisələrində Azərbaycan
dili, ədəbiyyatı, tariõi və cîğrafiyası tədris
îlunmalıdır.
6.4. Dövlət ümumi təhsil müəssisələrində
təhsilini dövlət təhsil standartları əsasında
digər dildə almaq istəyən şagirdlər müvafiq
icra hakimiyyəti îrqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris
dili üzrə müsahibədən keçirilirlər.
6.5. Azərbaycan dilini zəif bilən təhsilalanlar
üçün müvafiq icra hakimiyyəti îrqanının
müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada və təhsil proqramlarına
uyğun hazırlıq sinifləri və kursları təşkil
olunur.
2-ci fəsil
ÜMUMİ TƏHSİLİN
TƏŞKİLİ
Maddə 7. Ümumi
təhsilin mahiyyəti və məqsədi
7.1. Ümumi təhsil Azərbaycan Respublikasında
fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin
və dövlətin maraqları nəzərə alınaraq
davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən
bilik, bacarıq və vərdişlərin mənimsənilməsini
təmin edən mühüm fəaliyyət sahəsidir.
7.2. Ümumi təhsil aşağıdakı məqsədlərə
xidmət edir:
7.2.1. Azərbaycan dövləti qarşısında
öz məsuliyyətini dərk edən, Azərbaycan
xalqının dəyərlərinə və ümumbəşəri
dəyərlərə, xalqının adət və ənənələrinə,
insan hüquqları və azadlıqlarına hörmət edən,
azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst
qərarlar qəbul etməyi bacaran, müstəqil,
yaradıcı düşünən, sağlam həyat tərzinə,
müasir dünyagörüşünə, yüksək mədəniyyətə
və intellektə malik vətəndaş və şəxsiyyət
yetişdirmək;
7.2.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini və daim artırılmasını
təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli
əmək fəaliyyətinə hazırlamaq;
7.2.3. təhsilalanların Azərbaycan xalqının dəyərləri
və bəşəri dəyərlər ruhunda tərbiyə
olunmasını, dövlət maraqları və azərbaycançılıq
məfkurəsi əsasında
formalaşdırılmasını təmin etmək.
Maddə 8. Ümumi
təhsilin dövlət standartları
8.1. Ümumi təhsil sahəsində dövlət
standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına
uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında
hazırlanan və müəyyən dövr (5 ildən az
olmayaraq) üçün vahid dövlət tələblərini
əks etdirən ümumi normalar məcmusudur.
8.2. Ümumi təhsilin dövlət standartları və
onların qüvvədə olma müddəti müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
8.3. Tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
ümumi təhsil müəssisələrində təhsil
ümumi təhsilin dövlət standartlarına uyğun təşkil
edilir.
8.4. Ümumi təhsilin dövlət standartları bu təhsil
pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki
bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət
göstəricilərini, təhsilalanların bilik, bacarıq və
vərdişlərinin səviyyəsini, həmçinin tədris
olunan fənləri, ümumi təhsilin səviyyələri
üzrə həftəlik dərs və dərsdənkənar
məşğələ (fakültativ kurs) saatlarının
ümumi miqdarını, ümumi təhsilin təşkilinə
verilən ümumi pedaqoji tələbləri, ümumi təhsil
sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi
və monitorinqi sistemini müəyyən edir.
8.5. Sağlamlıq imkanları məhdud olan şəxslərin
təhsili üçün xüsusi təhsilin dövlət
standartları tətbiq edilir.
8.6. Ümumi təhsil müəssisəsinin
akkreditasiyasında, təhsilalanların attestasiyasının
aparılmasında və yekun attestasiyasında dövlət təhsil
standartları əsas götürülür.
Maddə 9. Ümumi
təhsil proqramı (kurikulum)
9.1. Ümumi təhsil proqramı (kurikulum) səviyyələr
üzrə ümumi təhsilin məzmununu müəyyənləşdirir.
9.2. Ümumi təhsil proqramı (kurikulum) ümumi təhsilin
dövlət standartlarına və ümumi təhsilin məzmununa
dair bu Qanunla müəyyən olunan ümumi tələblər
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
îrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
9.3. Ümumi təhsil proqramına (kurikuluma) daxildir:
9.3.1. fənlər üzrə kurikulumlar;
9.3.2. dərsdənkənar məşğələlər
(fakültativ kurslar);
9.3.3. məktəbdənkənar təhsil
proqramları;
9.3.4. tədris planları.
9.4. Fənn kurikulumuna daxildir:
9.4.1. fənnin məqsəd və vəzifələri;
9.4.2. fənnin tədrisinə verilən tələblər;
9.4.3. ümumi təhsilin səviyyələri və hər
bir sinif üzrə təlim nəticələri;
9.4.4. təlim strategiyaları;
9.4.5. fəndaxili və fənlərarası inteqrasiya;
9.4.6. qiymətlən¬dirmə vasitələri və
meyarları;
9.4.7. təlim materiallarının
planlaşdırılması üzrə metodik tövsiyələr.
9.5. Ümumi təhsil müəssisələrində
təhsilalanlara tədris edilən ümumi təhsil fənləri
dövlət təhsil proqramları əsasında
keçirilir.
9.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin
sosial bacarıqlarının inkişafını və ictimai
həyata inteqrasiyasını nəzərdə tutan xüsusi
təhsil proqramları (kurikulumlar) həyata keçirilir.
9.7. Müvafiq maddi-texniki bazası və ixtisaslı
kadr potensialı olduğu halda, Azərbaycan
Respublikasının ümumi təhsil sistemində beynəlxalq
təhsil proqramları da həyata keçirilə bilər.
Maddə 10. Ümumi
təhsilin məzmununa verilən ümumi tələblər
10.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər
aşağıdakılardır:
10.1.1. fərdin, dövlətin, cəmiyyətin
dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının
təmin edilməsi;
10.1.2. təhsilalanların yaşına,
fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq,
onların əqli, fiziki, mənəvi, estetik
inkişafının, müstəqil əmək və təhsil
həyatına hazırlanmasının, cəmiyyətin
faydalı və məhsuldar üzvünə çevrilməsinin
təmin olunması;
10.1.3. şəxsiyyətin formalaşması
üçün təhsilalanların zəruri nəzəri və
praktik biliklərlə yanaşı, həyati bacarıq və
dəyərlərə yiyələnməsinin təmin edilməsi;
10.1.4. ümumi təhsil pilləsində verilmiş
biliklərin müstəqil həyatda təhsilalanlar
üçün faydalı olmasının təmin edilməsi;
10.1.5. istedadın reallaşması və
inkişafının təmin edilməsi.
Maddə 11. Ümumi
təhsil sisteminin quruluşu
11.1. Ümumi təhsil sisteminə
aşağıdakılar daxildir:
11.1.1. bütün ümumi təhsil müəssisələri,
ümumi təhsil prosesi ilə məşğul olan və
ümumi təhsil xidmətləri göstərən digər
qurumlar, ümumi təhsil fəaliyyəti ilə bağlı
informasiya mərkəzləri, idman, sağlamlıq və
istirahət düşərgələri, ümumi təhsili
idarəetmə orqanları və onların tabeliyindəki
qurumlar;
11.1.2. ümumi təhsil sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları,
assosiasiya və cəmiyyətlər, elmi-metodik şuralar.
11.2. Ümumi təhsilin səviyyələri
aşağıdakılardır:
11.2.1. məktəbəhazırlıq mərhələsi
(5 yaş);
11.2.2. ibtidai təhsil (I-IV siniflər);
11.2.3. ümumi orta təhsil (V-IX siniflər);
11.2.4. tam orta təhsil (X-XI siniflər).
Maddə 12. Ümumi
təhsil müəssisəsi
12.1. Dövlət və bələdiyyə tərəfindən
yaradılan ümumi təhsil müəssisəsi publik
hüquqi şəxsdir.
12.2. Mülkiyyət növündən və tabeliyindən
asılı olmayaraq, ümumi təhsil müəssisəsinin
fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə
alınmaqla, öz nizamnaməsi əsasında həyata
keçirilir.
12.3. Azərbaycan Respublikasında mülkiyyət
növünə görə dövlət, bələdiyyə
və özəl ümumi təhsil müəssisələri
fəaliyyət göstərir.
12.4. Ümumi təhsil müəssisəsi öz fəaliyyətinə
görə vətəndaşlar, cəmiyyət və dövlət
qarşısında məsuliyyət daşıyır.
12.5. Ümumi təhsil müəssisəsində
iş rejimi müəssisənin Pedaqoji Şurası tərəfindən
müəyyən edilir.
12.6. Dövlət və bələdiyyə ümumi təhsil
müəssisələri “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq
yaradılır.
12.7. Özəl ümumi təhsil müəssisəsinin
yaradılması, yenidən təşkili və ləğvi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.
12.8. Dövlət ümumi təhsil müəssisəsində
siniflər üzrə şagird sıxlığı
normaları müvafiq icra hakimiyyəti îrqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
12.9. Dövlət ümumi təhsil müəssisəsinin
nizamnaməsi və ona dəyişikliklər müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
12.10. Bələdiyyə və özəl ümumi təhsil
müəssisələrinin nizamnamələri və onlarda
edilən dəyişikliklər təsisçilər tərəfindən
müvafiq icra hakimiyyəti îrqanının müəyyən
etdiyi orqanın (qurumun) rəyi
nəzərə alınmaqla təsdiq edilir.
12.11. Ümumi təhsil müəssisəsində
siyasi partiyaların və dini qurumların strukturlarının
yaradılmasına yol verilmir.
12.12. Azərbaycan Respublikasında fəaliyyət
göstərən ümumi təhsil müəssisələri
Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sisteminə (TMİS-ə) və “Şagird-məzun” dövlət
elektron məlumat sisteminə qoşulmalıdır.
12.13. Dövlət ümumi təhsil müəssisəsində
təhsilalanlar üçün təsvirləri müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
olunmuş geyim formaları tətbiq edilir. Dövlət
ümumi təhsil müəssisəsində təhsilverənlər
üçün geyim ilə bağlı tələblər
müvafiq icra hakimiyyəti îrqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.[15]
12.13-1. Dövlət ümumi təhsil müəssisəsində
təhsilalanlar və təhsilverənlər tərəfindən
geyim ilə bağlı tələblərə riayət
olunmalıdır. [16]
12.14. Ümumi təhsil müəssisələrinin
aşağıdakı növləri vardır:
12.14.1. ibtidai ümumtəhsil məktəbi;
12.14.2. ümumi orta ümumtəhsil məktəbi;
12.14.3. tam orta ümumtəhsil məktəbi;
12.14.4. lisey;
12.14.5. gimnaziya;
12.14.6. inteqrasiya təlimli
ümumtəhsil məktəbi; [17]
12.14.7. xüsusi ümumtəhsil
məktəbi;
12.14.8. ümumi təyinatlı internat
tipli ümumtəhsil məktəbi;
12.14.9. internat tipli lisey;
12.14.10. internat tipli gimnaziya;
12.14.11. inteqrasiya təlimli internat tipli
ümumtəhsil məktəbi;
12.14.12. internat tipli xüsusi
ümumtəhsil məktəbi;
12.14.13. internat tipli sanator ümumtəhsil
məktəbi;
12.14.14.
digər məktəblər.[18]
12.15. Ümumi təhsil müəssisələrinin
növlər üzrə meyarlarını müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
12.16. Təhsilalanların, pedaqoji və texniki heyətin
təhlükəsizliyini təmin etmək məqsədi ilə
ümumi təhsil müəssisəsində müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil
edilir.
Maddə 13. Ümumi
təhsilin təşkili
13.1. Ümumi təhsil müəssisəsində təhsil
prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici
xarakter daşıyır.
13.2. Ümumi təhsil fərdin, cəmiyyətin,
dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların
fənlər vasitəsilə müvafiq elm sahələri
üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini,
Azərbaycan xalqının dəyərləri və ümumbəşəri
dəyərlər əsasında tərbiyə
olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət,
dövlət və ətraf mühit qarşısında
hüquq və vəzifələrini dərk etməsini,
müstəqil surətdə əlavə biliklər və
şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə
etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə
inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli
olmasını, peşə seçimini, əmək fəaliyyətinə
hazırlığını və növbəti pillədə
təhsil almaq imkanını təmin edir.
13.3. Ümumi təhsil pilləsi məktəbəhazırlıq
mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil
səviyyələrini əhatə edir.
13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq
mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan
başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin
müraciəti ilə hər təqvim ilinin sonunadək 6
yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə
qəbul edilirlər.
13.5. Məktəbəhazırlıq qruplarına
uşaqların qəbulu müvafiq icra hakimiyyəti
îrqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada həyata keçirilir.
13.6. Ümumtəhsil məktəbi ibtidai, ümumi
orta, tam orta məktəb formasında ayrı-ayrılıqda
da təşkil oluna bilər.
13.7. Ucqar kənd yerlərində şagirdlərin
sayından asılı olmayaraq, ibtidai və ümumi orta
ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə
yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən
komplekt siniflər təşkil olunur.
13.8. Ümumi təhsil müəssisəsində
ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli
mənimsəmələrinə, təlim nailiyyətlərinin
yaxşılaşdırılmasına,
dünyagörüşünün
formalaşdırılmasına, idraki və kommunikativ
bacarıqlarının inkişafına dəstək məqsədilə
günüuzadılmış qruplar yaradılır. Dövlət
ümumi təhsil müəssisələrində
günüuzadılmış qrupların təşkili
qaydasını müvafiq icra hakimiyyəti îrqanının
müəyyən etdiyi orqan (qurum) müəyyən edir. [19]
13.9. Ümumi təhsilin səviyyələri üzrə
müddəti, bir səviyyəsindən digər səviyyəsinə
keçid qaydası müvafiq icra hakimiyyəti
îrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
13.10. Tədris ilinin müddətini müvafiq icra
hakimiyyəti îrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
13.11. Ümumi təhsil ümumi təhsil müəssisələrində,
peşə və orta ixtisas təhsili müəssisələrində,
habelə ali təhsil müəssisələrinin tabeliyində
yaradılan məktəblərdə həyata keçirilir.
13.12. Ümumi təhsil sistemində təhsilalanların
idman və yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar
təhsil proqramları tətbiq olunur. Məktəbdənkənar
təhsil məktəbdənkənar (yaradıcılıq və
inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri,
uşaq-gənclər idman-şahmat məktəbləri,
uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər
şahmat məktəbləri və s.) və ümumi təhsil
müəssisələrində həyata keçirilir.
13.12-1. Ümumi təhsil müəssisələri
tərəfindən yetkinlik yaşına çatmayanların
öz inkişaf səviyyələrinə uyğun cinsi
istismar və cinsi zorakılıq təhlükələri,
habelə özünümüdafiə vasitələri barədə
məlumat almaları təmin edilir. Bu zaman uşaqlara cinsi tərbiyəyə
dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə,
xüsusilə yeni informasiya və kommunikasiya
texnologiyalarından istifadədən irəli gələn
hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim
edilməsinə yetkinlik yaşına çatmayanların
valideynləri və ya digər qanuni nümayəndələri
cəlb edilə bilərlər.[20]
13.13. Ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil,
tam orta təhsil proqramları (kurikulumlar) əsasında həyata
keçirilir.
13.14. İbtidai təhsilin məqsədi təhsilalanlara
oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik
və Azərbaycan xalqının dəyərlərinə,
dövlət rəmzlərinə hörmət hissi
aşılamaq, onlarda insan, cəmiyyət və təbiət
haqqında ilkin biliklər, şəxsiyyətin
formalaşmasına yönəlmiş həyati bacarıqlar,
sadə əmək vərdişləri, məntiqi təfəkkür
elementləri, bədii-estetik keyfiyyətlər və digər
xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
13.15. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda
nitq, yazı və ünsiyyət mədəniyyətinin,
sağlam həyat tərzinin
formalaşdırılmasını, onların dövlətə
və dövlətçiliyə, Azərbaycan xalqının
dəyərlərinə və ümumbəşəri dəyərlərə
sədaqət ruhunda tərbiyə olunmasını, insan
hüquq və azadlıqlarına hörmətlə
yanaşmasını, idrak fəallığının və
məntiqi təfəkkürünün inkişafını,
müvafiq təhsil proqramı üzrə əldə etdiyi
bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə etmək, cəmiyyətdə
baş verən hadisələri dəyərləndirmək,
öz gələcək həyat yolunu və fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək,
müstəqil öyrənmə və qərar qəbuletmə
bacarığını, peşə seçiminə və əmək
fəaliyyətinə hazırlığını təmin etməkdən
ibarətdir.
13.16. Tam orta təhsil səviyyəsində təhsilalanların
istedad və qabiliyyətinin reallaşdırılması,
müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş
mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri
dəyərlərə tolerant münasibətin
formalaşdırılması, müasir informasiya mənbələrindən
sərbəst və səmərəli istifadə etməsi,
iqtisadi dünyagörüşə yiyələnməsi,
xarici dillərdən birində, yaxud bir neçəsində
ünsiyyət saxlaması və s. təmin olunur.
13.17. Mülkiyyət növündən və tabeliyindən
asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində
təlim-tərbiyə prosesi dövlət təhsil
standartlarına uyğun hazırlanmış və ya beynəlxalq
səviyyədə akkreditasiya olunan müvafiq təhsil
proqramları (kurikulumlar) əsasında həyata
keçirilir.
13.18. Ümumi təhsilin tam orta təhsil səviyyəsində
təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət
və s.) təşkil edilir. Təmayül sinifləri
şagirdlərin sayı ən azı 15 nəfər olmaqla
komplektləşdirilir. Tədris ili ərzində təmayül
siniflərində şagird sayının azalması həmin
siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət
yaratmır.
13.19. Ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vuran məzunlar müvafiq icra hakimiyyəti
îrqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada qızıl və ya
gümüş nişanla təltif olunurlar.
13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil
icbaridir.
13.21. Xüsusi proqram əsasında təhsil verən
təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil
müəssisəsinin yerləşdiyi ərazidə
yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə
ilk növbədə qəbul olunurlar.
13.22. Ümumi təhsil müəssisələrinə
uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə
keçirilməsi və yerdəyişməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
13.23. Dövlət təhsil müəssisələrində
ümumi təhsil pilləsinin dövlət
standartlarını əhatə edən tam orta təhsil
pulsuzdur. Dövlət təhsil müəssisələri
dövlət standartlarından əlavə tədris edilən
beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramlarını ödənişli əsaslarla təşkil
etmək hüququna malikdirlər.
13.24. Ümumi təhsil müəssisəsində
formal təhsil həyata keçirilir.
13.25. Ümumi təhsilin səviyyələri üzrə
təhsilalma formaları aşağıdakı kimi müəyyən
edilir:
13.25.1. ibtidai təhsil - əyani, sərbəst
(eksternat);
13.25.2. ümumi orta - əyani, sərbəst (eksternat);
13.25.3. tam orta - əyani, sərbəst (eksternat).
13.26. Bu Qanunda müəyyən edilmiş təhsilalma
formaları çərçivəsində evdə təhsil,
fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
13.27. Beynəlxalq fənn olimpiadalarının qalibləri
istənilən ixtisaslar üzrə, respublika fənn
olimpiadalarının, yüksək səviyyəli beynəlxalq
müsabiqələrin və yarışların qalibləri
müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar. Həmin
olimpiadaların, beynəlxalq müsabiqələrin və
yarışların siyahısı və onların qaliblərinin
ali təhsil müəssisələrinə müsabiqədənkənar
qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
13.28. Beynəlxalq səviyyədə akkreditasiya olunan
təhsil proqramları üzrə ümumi təhsil
almış abituriyentlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş şərtlər yerinə yetirilməklə, təhsil
aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali
təhsil müəssisələrinə müsabiqədənkənar
qəbul olunurlar.
13.29. Təhsilalanların peşə seçiminə
və əmək fəaliyyətinə hazırlanması məqsədilə
ümumi təhsil müəssisələrində peşəyönümü
xidməti təşkil edilir. Peşəyönümü xidməti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
Maddə 14. Ümumi
təhsil müəssisələrində təhsilalanların
attestasiyası
14.1. Ümumi təhsil pilləsinin ümumi orta və
tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların
təhsildə nailiyyətlərinin qiymətləndirilməsi
və təhsil
haqqında dövlət sənədinin verilməsi məqsədi
ilə ümumi təhsil müəssisələrinin
buraxılış siniflərində (IX və XI sinif) təhsilalanların
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada yekun attestasiyası
keçirilir.
14.2. Təhsilalanların nailiyyətlərinin izlənilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi qaydada təhsilalanların attestasiyası (məktəbdaxili
qiymətləndirmə) təşkil edilir.
14.3. Ümumi təhsil sistemində baş verən dəyişiklikləri
və kurikulumların keyfiyyətini dəyərləndirmək
məqsədi ilə ümumi təhsil müəssisələrində
ölkə səviyyəli qiymətləndirmə
keçirilir.
14.4. Təhsilin vəziyyəti barədə məlumatlar
əldə etmək, nəticələri digər ölkələrin
nəticələri ilə müqayisə etmək və
ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) ümumi təhsil müəssisələrinin
beynəlxalq qiymətləndirmə proqramlarında
iştirakı barədə qərar qəbul edə bilər.
Maddə 15. Ümumi
təhsil müəssisəsinin təsisçisi
15.1. Ümumi təhsil müəssisəsinin təsisçisi
(təsisçiləri) dövlət, bələdiyyə, Azərbaycan
Respublikasının və xarici dövlətlərin hüquqi
şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları,
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər ola bilərlər.
15.2.Təsisçiləri əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər olan ümumi təhsil müəssisələrinin
müəllim heyətinin tərkibində Azərbaycan
Respublikasının vətəndaşları sayca
üstünlük təşkil etməlidir. Yerli kadr
potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə
bilər.
15.3. Təsisçisi (təsisçiləri) əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər və
ya xarici hüquqi şəxslər olan, o cümlədən
nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən
çoxu əcnəbilərə, vətəndaşlığı
olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə
məxsus təhsil müəssisəsinin rəhbərinin
müavini Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin
və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırılır. Həmin təhsil müəssisəsinin
dövlət qeydiyyatına alınması təhsil müəssisəsi
rəhbərinin və onun müavininin namizədliyi
razılaşdırıldıqdan sonra həyata keçirilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət
dairəsi və təhsil müəssisəsi ilə
qarşılıqlı öhdəlikləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər
haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis
müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi
ilə müəyyən edilir.
Maddə 16. Ümumi
təhsil fəaliyyətinin lisenziyalaşdırılması və
ümumi təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan Respublikasında ümumi təhsil
müəssisəsinin (dövlət ümumi təhsil müəssisələri
istisna olmaqla) təhsil fəaliyyəti “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
verilmiş lisenziya əsasında həyata keçirilir.
16.2. Ümumi təhsil müəssisələrinə
lisenziya müddətsiz verilir.
16.3. Xarici hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
öz ölkələrində təhsil fəaliyyəti ilə
məşğul olmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən
edilir.
16.4. Ümumi təhsil müəssisəsi ümumi təhsilin
dövlət standartlarının tələblərini yerinə
yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
dayandırılır və ya ləğv edilir.
16.5. Ümumi təhsil müəssisəsinin
akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin
qəbul olunmuş dövlət təhsil standartlarına, zəruri
hallarda beynəlxalq standartlara və digər normativ hüquqi
aktların tələblərinə uyğunluğunun
yoxlanılması məqsədi ilə aparılır və
ümumi təhsil müəssisəsinin fəaliyyətinin
davam etdirilməsi, onun idarə olunması, maliyyələşdirilməsi
və inkişafına dair qərarların qəbul
olunmasına əsas yaradır.
16.6. Təşkilati-hüquqi və mülkiyyət
formasından asılı olmayaraq hər bir ümumi təhsil
müəssisəsi akkreditasiyadan keçirilir.
16.7. Ümumi təhsil müəssisələrinin
akkreditasiyasına görə “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
dövlət rüsumu tutulur.
16.8. Akkreditasiyadan keçən ümumi təhsil
müəssisəsinə akkreditasiya şəhadətnaməsi
verilir. Akkreditasiya şəhadətnaməsinin qüvvədə
olma müddəti 5 (beş) ildir.
16.9. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
digər hal nəzərdə tutulmamışdırsa, beynəlxalq
akkreditasiyadan keçmə ümumi təhsil müəssisəsini
dövlət akkreditasiyasından keçməkdən azad
etmir.
16.10. Ümumi təhsil müəssisəsi
akkreditasiyanın keçirilməsi məqsədilə tələb
olunan məlumatların müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada təqdim olunmasına görə
cavabdehlik daşıyır.
16.11. Ümumi təhsil müəssisəsinin
akkreditasiyadan keçə bilməməsi onun
lisenziyasının “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
ləğvi üçün əsasdır.
Maddə 17. Ümumi
təhsil haqqında dövlət sənədi
17.1. Ümumi təhsil müəssisələrini
ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri
üzrə bitirən şəxslərə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan müvafiq təhsil haqqında dövlət sənədi
– attestat verilir. [21]
17.2. Ümumi təhsili başa vuran məzunlara nailiyyətlərinə
görə attestat, fərqlənmə attestatı və
xüsusi nümunəli attestat verilir. [22]
17.3. Ümumi təhsil haqqında dövlət sənədi
növbəti səviyyədə və pillədə təhsili
davam etdirmək və ya əmək fəaliyyətinə
başlamaq üçün əsas sayılır.
17.4. Müxtəlif səbəblərdən ümumi
orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan
şəxslərə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan arayış verilir. [23]
Maddə 18. Ümumi
təhsil müəssisəsində psixoloji xidmət
18.1. Ümumi təhsil müəssisələrində
“Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil
olunur və “Psixoloji
yardım haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə riayət edilməklə
psixoloji yardım həyata keçirilir.[24]
18.2. Ümumi təhsil müəssisələrində
psixoloji yardım
ixtisaslı psixoloq (məktəb psixoloqu) tərəfindən
həyata keçirilir. [25]
18.3. Ümumi təhsil müəssisələrində
psixoloq ştatının sayı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
Maddə 19. Ümumi
təhsil müəssisəsində iaşə və tibbi xidmət
19.1. Ümumi təhsil müəssisələrində
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada iaşə və tibbi
xidmət təşkil edilir.[26]
19.2. Mülkiyyət növündən və tabeliyindən
asılı olmayaraq ümumi təhsil müəssisələrində
təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri
tərəfindən göstərilir.[27]
19.3. Mülkiyyət növündən və
tabeçiliyindən asılı olmayaraq ümumi təhsil
müəssisələrində “Uşaqların icbari
dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada təhsilalanların icbari dispanserizasiyası həyata
keçirilir.
19.4. İcbari dispanserizasiyanın nəticələrinə
uyğun olaraq, təhsilalanlara ambulator, stasionar və ya
sanatoriya şəraitində tibbi yardım göstərilir.
19.5. Ümumi təhsil müəssisələrində
sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika
tədbirlərinin aparılmasına nəzarət müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata
keçirilir.
19.6. Ümumi təhsil müəssisələrində
iaşə xidməti təhsil müəssisəsi ilə
iaşə xidməti göstərən hüquqi və ya
fiziki şəxslər arasında bağlanan müqavilə əsasında
həyata keçirilir.
3-cü fəsil
ÜMUMİ TƏHSİL
SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL
SUBYEKTLƏRİNİN HÜQUQLARI,
VƏZİFƏLƏRİ VƏ SOSİAL
MÜDAFİƏSİ
Maddə 20. Ümumi
təhsil müəssisəsinin idarə olunması
20.1. Ümumi təhsil müəssisəsi
aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri
əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu
Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə
edilir.
20.2. Dövlət ümumi təhsil müəssisəsinə
rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş
dövlət ümumi təhsil müəssisəsinin rəhbəri,
bələdiyyə ümumi təhsil müəssisəsinə
rəhbərliyi bələdiyyə tərəfindən təyin
edilmiş bələdiyyə ümumi təhsil müəssisəsinin
rəhbəri, özəl ümumi təhsil müəssisəsinə
rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi
(təsisçiləri) tərəfindən təyin
edilmiş özəl ümumi təhsil müəssisəsinin
rəhbəri həyata keçirir.
20.3. Ümumi təhsil müəssisəsi rəhbərinin
səlahiyyətləri bu Qanun, “Publik
hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və öz
nizamnaməsi ilə müəyyən edilir. [28]
20.4. Dövlət ümumi təhsil müəssisəsində
ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət
göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş
əsasnaməyə və ümumi təhsil müəssisəsinin
nizamnaməsinə uyğun fəaliyyət göstərir.
20.5. Bələdiyyə və özəl ümumi təhsil
müəssisəsində ali idarəetmə orqanı həmin
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən
olunur.
20.6. Ümumi təhsil müəssisəsinin idarə
olunmasında demokratikliyi və şəffaflığı təmin
etmək məqsədi ilə təhsil müəssisəsində
digər özünüidarə orqanları (himayəçilər,
qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər.
Maddə 21. Ümumi
təhsil prosesinin iştirakçıları
21.0. Ümumi təhsil prosesinin
iştirakçıları aşağıdakılardır:
21.0.1. təsisçilər;
21.0.2. təhsilalanlar (uşaqlar, şagirdlər);
21.0.3. təhsilverənlər (pedaqoji işçilər)
– müəllimlər, məsləhətçilər, tərbiyəçilər,
müəllim köməkçiləri,
çağırışaqədərki hazırlıq rəhbərləri,
defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar,
uşaq birliyi rəhbərləri, laborantlar,
kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri,
təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri,
metodistlər, təhsil müəssisəsində
çalışan konsertmeysterlər və məşqçilər,
ümumi təhsil müəssisələrində pedaqoji və
idarəetmə fəaliyyəti ilə məşğul olan
digər şəxslər;
21.0.4. tədrisə köməkçi heyət – tibbi
xidmət işçiləri və digər işçilər;
21.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;
21.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr;
21.0.7. ümumi təhsil müəssisəsi ilə təhsil
sahəsində əməkdaşlıq edən digər fiziki
və hüquqi şəxslər.
Maddə 22. Ümumi
təhsil sahəsində təhsilalanların hüquq və vəzifələri
22.1. Ümumi təhsil sahəsində təhsilalanların
hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq müəyyən edilir.
22.2. Ümumi təhsil sahəsində təhsilalanların
aşağıdakı hüquqları vardır:
22.2.1. həyat və sağlamlıq üçün
təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən
sağlam pedaqoji mühitdə dövlət təhsil
standartlarına uyğun keyfiyyətli təhsil almaq;
22.2.2. təhsil müəssisəsini, tədris dilini,
xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü,
tədris olunan dərsdənkənar məşğələləri
(fakültativ kursları) sərbəst seçmək;
22.2.3. dövlət və bələdiyyə ümumi
təhsil müəssisələrində dərsliklərlə
pulsuz təmin olunmaq;
22.2.4. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini
tələb etmək;
22.2.5. təhsil prosesinin təşkilində və idarə
olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
22.2.6. şərəf və ləyaqəti
aşağılayan, fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
22.2.6-1. “Psixoloji
yardım haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada ödənişsiz psixoloji yardım almaq;[29]
22.2.7. ümumi təhsil müəssisəsinin
mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət,
idman, sağlamlıq mərkəzlərindən,
laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
22.2.8. bilik və bacarıqlarını təkmilləşdirmək
üçün məktəbdənkənar təhsil müəssisələrinin
imkanlarından istifadə etmək;
22.2.9. ümumi təhsil müəssisəsinin ictimai,
sosial və mədəni həyatında iştirak etmək;
22.2.10. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələr) iştirak etmək;
22.2.11. qanunda nəzərdə tutulmuş digər
hüquqlardan istifadə etmək.
22.3. Ümumi təhsil müəssisələri
şagirdlərinin təhsil prosesi ilə bağlı olmayan
işlərə və tədbirlərə cəlb edilməsinə
yol verilmir.
22.4. Ümumi təhsil sahəsində təhsilalanların
vəzifələri aşağıdakılardır:
22.4.1. dövlət təhsil standartlarına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;
22.4.2. üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
22.4.3. təhsil müəssisəsinin nizamnaməsinin
tələblərinə, daxili intizam qaydalarına əməl
etmək;
22.4.4. pedaqoji işçilərə, pedaqoji prosesin
digər iştirakçılarına, bütün insanlara
hörmət və ehtiramla yanaşmaq;
22.4.5. dövlət, cəmiyyət, ailə və
özü qarşısında öz məsuliyyətini dərk
etmək;
22.4.6. öz məktəb yoldaşları ilə təhsildə
əməkdaşlıq etmək;
22.4.7. sağlam həyat tərzi keçirmək;
22.4.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 23. Ümumi
təhsil sahəsində təhsilverənlərin hüquq və
vəzifələri
23.1. Ümumi təhsil sahəsində təhsilverənlərin
hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, təhsil müəssisəsinin
nizamnaməsi və daxili intizam qaydaları, eləcə də
işəgötürənlə təhsilverən arasında
bağlanılan əmək müqaviləsi ilə tənzimlənir.
23.2. Ümumi təhsil sahəsində təhsilverənlərin
hüquqları aşağıdakılardır:
23.2.1. təhlükəsiz iş və normal təhsil
şəraiti ilə təmin olunmaq;
23.2.2. təhsil müəssisəsinin nizamnaməsinə
uyğun olaraq təhsil prosesinin təşkilində və idarə
olunmasında iştirak etmək, təkliflər irəli
sürmək;
23.2.3. şərəf və ləyaqətinə
hörmətlə yanaşılmasını tələb etmək;
23.2.4. tədrisin forma, metod və vasitələrini sərbəst
seçmək, tədris-metodik vəsaitlərlə təmin
olunmaq;
23.2.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və
elmi dərəcəsini yüksəltmək; [30]
23.2.6. mükafatlandırılmaq və təltif
olunmaq;
23.2.7. təhsil müəssisəsində vəzifə
tutmaq, seçkili vəzifələrə seçmək və
seçilmək;
23.2.8. qanunda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin
vəzifələri aşağıdakılardır:
23.3.1. ümumi təhsil sahəsində dövlət
siyasətinin həyata keçirilməsində iştirak etmək;
23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək;
23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini
təmin etmək, keyfiyyətli təhsil vermək;
23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri,
müasir interaktiv təlim metodlarını, innovasiyaları
öyrənmək və tətbiq etmək;
23.3.5. ümumi təhsil müəssisəsinin daxili
intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
23.3.6. təhsilalanlarda Azərbaycan
Respublikasının müstəqilliyinə, Konstitusiyasına
və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan
xalqının tarixinə, mədəniyyətinə, dilinə,
adət və ənənələrinə, Azərbaycan
xalqının dəyərlərinə və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı hissləri aşılamaq;
23.3.7. təhsilalanlarda fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və
əxlaq normalarına riayət etmək, müəllim
nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək, təhsilalanların şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
23.3.9. təhsilalanları fiziki və psixi
zorakılığın bütün formalarından qorumaq və
zərərli vərdişlərdən çəkindirmək,
təhsilalanların təhlükəsizliyinin və
sağlamlığının mühafizəsində
iştirak etmək;
23.3.10. əlavə məşğələlər,
sinifdənxaric və məktəbdənkənar tədbirlər
keçirmək;
23.3.11. valideynlərlə əməkdaşlıq etmək,
təhsilalanların təlim nailiyyətləri barədə
valideynləri məlumatlandırmaq;
23.3.12. məktəb rəhbərliyi, məktəb
psixoloqu və həmkarları ilə əməkdaşlıq
etmək, təhsilalanların təlimi və inkişafı ilə
bağlı məsləhətləşmələr aparmaq;
23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 24. Ümumi
təhsil sahəsində valideynlərin və ya digər qanuni
nümayəndələrin hüquq və vəzifələri
24.1. Ümumi təhsil sahəsində valideynlərin və
ya digər qanuni nümayəndələrin hüquqları
aşağıdakılardır:
24.1.1. yetkinlik yaşına çatmayan
övladları (qəyyumluğunda və ya himayəsində
olan şəxslər) üçün təlim-tərbiyə
müəssisəsini seçmək;
24.1.2. təhsil prosesinin təşkili, tədrisin
keyfiyyəti, övladlarının (qəyyumluğunda və
ya himayəsində olan şəxslərin) dərsə
davamiyyəti, təhsilə marağı və
davranışı haqqında məlumat almaq;
24.1.3. təhsilalanların hüquqlarını
müdafiə etmək, təhsil müəssisəsinin idarə
olunmasında iştirak etmək;
24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq
etmək, tədris prosesinin təkmilləşdirilməsi və
maddi-texniki bazasının
yaxşılaşdırılması üçün təkliflər
irəli sürmək və könüllü yardımlar etmək;
24.1.5. qanunda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
24.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin
ümumi təhsil sahəsində vəzifələri
aşağıdakılardır:
24.2.1. övladlarının (qəyyumluğunda və
ya himayəsində olan şəxslərin) erkən
yaşlarından fiziki, əxlaqi və intellektual
inkişafına şərait yaradılması, onların
icbari ümumi orta təhsil almasının təmin olunması
və mənəvi yetkinliyi üçün məsuliyyət
daşımaq;
24.2.2. övladlarını (qəyyumluğunda və
ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik,
azərbaycançılıq, əməksevərlik, öz
dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan
xalqının dəyərlərinə və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
24.2.2-1. dövlət ümumi təhsil müəssisəsində
övladları (qəyyumluğunda və ya himayəsində
olan şəxslər) tərəfindən geyim forması ilə
bağlı tələblərə riayət olunmasını
təmin etmək;[31]
24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq
etmək, ümumi təhsil müəssisəsinin daxili intizam
qaydalarına riayət etmək, işgüzar nüfuzunu
qorumaq;
24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
24.3. Övladını təhsildən
yayındıran valideynlər bu Qanuna uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 25. Ümumi
təhsil müəssisəsində təhsilalanların sosial
müdafiəsi
25.1. Dövlət və bələdiyyə ümumi təhsil
müəssisələrində təhsilalanlar dərsliklərlə
dövlət hesabına təmin olunurlar.
25.2. Özəl ümumi təhsil müəssisələrində
təhsilalanların sosial müdafiəsi müəssisənin
nizamnaməsi ilə müəyyən edilir.
25.3. Ümumi təhsil müəssisələrində
təhsilalanlar üçün bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikasının digər qanunlarına və ümumi təhsil
müəssisəsinin nizamnaməsinə uyğun olaraq digər
sosial müdafiə tədbirləri də tətbiq edilə
bilər.
Maddə 26. Ümumi
təhsil sahəsində təhsilverənlərin sosial
müdafiəsi
26.1. Dövlət ümumi təhsil müəssisələrində
təhsilverənlərin sosial müdafiəsinə dövlət
təminat verir.
26.2. Ümumi təhsil müəssisələrində
təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan
Respublikasının digər qanunları ilə, həmçinin
müəssisənin nizamnaməsi ilə müəyyən
edilir.
26.3. Dövlət ümumi təhsil müəssisələrində
təhsilverənlərinin vəzifə maaşı və ona əlavələr
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
26.4. Dövlət və bələdiyyə ümumi təhsil
müəssisəsi öz sərəncamında olan büdcədənkənar
vəsait hesabına təhsilverənlərə və
ümumi təhsil müəssisəsinin digər
işçilərinə əlavə
stimullaşdırıcı ödənişlər təyin edə
bilər.
26.5. Sağlamlıq imkanları məhdud, inklüziv təhsili
həyata keçirən, valideynlərini itirmiş və ya
valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə
şəraitinə ehtiyacı olan uşaqlar üçün
xüsusi təhsil müəssisələrinin, istedadlı
uşaqlar üçün təhsil müəssisələrinin,
eləcə də yüksək dağlıq və sərhədyanı
ərazilərdə, ucqar yaşayış məntəqələrində
çalışan təhsil işçilərinin vəzifə
maaşına əlavələr olunur.[32]
26.6. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlər müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
Maddə 27. Pedaqoji fəaliyyətlə
məşğul olma
27.1. Ümumi təhsil müəssisələrində
müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin
müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli
mütəxəssislər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul
ola bilərlər.
27.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə
məşğul ola bilməzlər:
27.2.1. məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul
olması qadağan edilənlər;
27.2.2. ağır, xüsusilə ağır cinayət
törətməsinə görə məhkumluğu
üstündən götürülməmiş və ya
ödənilməmiş şəxslər;
27.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya
məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə
dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olan şəxslər;
27.2.4. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş
siyahıda göstərilən xəstəliklərə
görə pedaqoji fəaliyyətlə məşğul
olmasına qadağa qoyulmuş şəxslər;
27.2.5. uşaqlara qarşı cinsi
istismar və ya cinsi zorakılıqla bağlı cinayətə
görə məhkum olunmuş şəxslər.[33]
27.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq
etdiyi etik davranış qaydalarını pozduğuna görə
əmək müqaviləsinə xitam verilmiş pedaqoji
işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə
məşğul ola bilməz.
27.4. Dövlət ümumi təhsil
müəssisələrinə müəllimlərin işə
qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə
yolu ilə həyata keçirilir. Müəllimlərin işə
qəbulu ilə bağlı müsabiqədə iştirak
(ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi
olan şəxslər, ünvanlı dövlət sosial
yardımı alan ailələrin üzvləri, şəhid
ailəsinin üzvləri və Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarında iştirak etdiyinə
görə “Müharibə veteranı” adı almış
şəxslər istisna olmaqla) ödənişlidir. Müəllimlərin
işə qəbulu ilə bağlı müsabiqədə
iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.[34]
Maddə 28. Dövlət
ümumi təhsil müəssisələrində təhsilverənlərin
sertifikatlaşdırılması
28.1. Dövlət ümumi təhsil müəssisələrində
(ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə digər dövlət təhsil müəssisələrində)
işləyən təhsilverənlər 5 (beş) ildə bir
dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən
sertifikatlaşdırmadan keçirlər. Dövlət
ümumi təhsil müəssisələrində (ümumi təhsil
üzrə təhsilverənlərə münasibətdə
digər dövlət təhsil müəssisələrində)
işləyən təhsilverənlərin
sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
28.2. Aşağıdakı şəxslər
sertifikatlaşdırmadan keçmirlər:
28.2.1. hamilə qadınlar;
28.2.2. uşağının üç yaşınadək
sosial məzuniyyətdə olan və həmin məzuniyyət
bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq
vəzifədə (peşədə) çalışan
qadınlar (uşağını təkbaşına
böyüdən kişilər);
28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;[35]
28.2.4. azı üç dəfə
sertifikatlaşdırmadan keçmiş şəxslər.
28.2-1. 60 və daha yuxarı yaşda olan
şəxslərin sertifikatlaşdırmada iştirakı
könüllüdür.[36]
28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə
5 (beş) il müddətində dövlət ümumi təhsil
müəssisələrində pedaqoji fəaliyyətlə məşğul
olmaq hüququ verilir.
28.4. Üzrlü səbəblərdən
sertifikatlaşdırmada iştirak etməyən və ya
sertifikatlaşdırmadan keçməyən şəxslərin
1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar
sertifikatlaşdırmada iştirak etmək hüququ vardır.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən
şəxslər sertifikatlaşdırmadan keçməmiş
hesab olunurlar.
28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən
şəxslərlə əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
4-cü fəsil
ÜMUMİ TƏHSİLİN
İQTİSADİYYATI
Maddə 29. Ümumi
təhsil sistemində mülkiyyət münasibətləri
29.1. Ümumi təhsil müəssisəsinin əmlakı
dövlət, bələdiyyə, təsisçi (təsisçilər),
hüquqi və fiziki şəxslər tərəfindən
onun mülkiyyətinə və ya istifadəsinə verilən,
eləcə də bu Qanunda və nizamnaməsində əksini
tapan fəaliyyət nəticəsində əldə etdiyi əmlakdan,
o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından
ibarətdir.
29.2. Ümumi təhsil müəssisəsi mülkiyyətində
və istifadəsində olan əmlakın saxlanılması,
qorunması və ondan səmərəli istifadə edilməsi
üçün məsuliyyət daşıyır. Təhsil
müəssisəsinin əmlakının idarə olunması
ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi
və ya onun səlahiyyət verdiyi şəxs həyata
keçirir.
29.3. Ümumi təhsil müəssisəsinin
maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi
(təsisçilər) tərəfindən ayrılan vəsait,
həmçinin qanunda nəzərdə tutulmuş digər mənbələr
hesabına həyata keçirilir.
29.4. Dövlət ümumi təhsil müəssisəsinin
özəlləşdirilməsinə, ümumi təhsil
müəssisəsinin ərazisində profilindən kənar
müəssisələrin yerləşdirilməsinə və
fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin)
məskunlaşdırılmasına yol verilmir.
29.5. Dövlət ümumi təhsil müəssisəsinə
məxsus daşınmaz əmlakın qorunması və ərazisinin
mühafizəsi ilə bağlı normativləri müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 30. Ümumi
təhsil müəssisəsinin maliyyələşdirilməsi
30.1. Mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olaraq, ümumi təhsil müəssisəsi
aşağıdakı mənbələrdən maliyyələşdirilir:
30.1.1. dövlət büdcəsinin vəsaiti;
30.1.2. təsisçinin (təsisçilərin) vəsaiti;
30.1.3. dövlət fondlarının vəsaiti;
30.1.4. ödənişli təhsil xidmətlərindən
daxil olan vəsait;
30.1.5. kreditlər, qrantlar, ianələr;
30.1.6. innovasiya və bu Qanuna uyğun olaraq
sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
30.1.7. qanuna və nizamnaməsinə uyğun olaraq digər
qanuni mənbələrdən əldə olunan vəsait.
30.2. Dövlət ümumi təhsil müəssisəsinin
maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi maliyyə normativlərinə əsasən
həyata keçirilir.
30.3. Dövlət ümumi təhsil müəssisəsinin
əldə etdiyi büdcədənkənar vəsait ona
dövlət büdcəsindən ayrılan vəsaitin
miqdarına təsir göstərmir və nizamnaməsinə
uyğun sərbəst istifadə edilir.
30.4. Zəruri hallarda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı
ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri
mövcud normativlərdən üstün maliyyələşdirilə
bilər.
30.5. Dövlət, ümumi təhsil müəssisələrində
və təhsilverənlərdə sağlam rəqabəti və
innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə
təhsildə inkişaf və innovasiyalar üzrə qrant
layihələrinin həyata keçirilməsi
üçün qrantlar ayrılmasını təmin edir.
30.6. Özəl ümumi təhsil müəssisəsi
öz maliyyə vəsaitini sərbəst idarə edir.
30.7. Bələdiyyə və özəl ümumi təhsil
müəssisəsində təhsil haqqının məbləği
təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən
edilir.
30.8. Bələdiyyə və özəl ümumi təhsil
müəssisəsi ilə təhsilalanlar, valideynlər və
ya digər qanuni nümayəndələr arasında
münasibətlər müqavilə ilə tənzimlənir.
30.9. Ümumi təhsil müəssisəsinin əldə
etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki
bazasının inkişafına, istedadı ilə fərqlənən
təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə
və işçilərin sosial müdafiəsinə yönəldilir.
Maddə 31. Ümumi
təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti
31.1. Ümumi təhsil müəssisəsi öz
nizamnaməsi çərçivəsində profilinə və
fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin
prioritetliyini əsas götürməklə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi sahibkarlıq növləri ilə və
innovasiya fəaliyyəti ilə məşğul ola bilər.
31.2. Sahibkarlıq və
innovasiya fəaliyyətini təmin etmək üçün təhsil
müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat
sahələri yaradıla, əlavə məşğələlər
keçirilə, ödənişli əsaslarla dərnəklər,
maraq kursları, sərgilər və s. təşkil oluna bilər.[37]
31.3. Ümumi təhsil müəssisəsinin
işçilərinin səmərələşdirici təkliflərlə
çıxış etmək və innovasiya fəaliyyəti
ilə məşğul olmaq hüququ vardır.
31.4. Dövlət ümumi təhsil müəssisəsinin
sahibkarlıq fəaliyyətindən əldə etdiyi vəsait
bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə
və işçilərin sosial müdafiəsinə yönəldilir.
31.5. Ümumi təhsil müəssisələri Azərbaycan
Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti
məqsədilə digər vasitələrin gətirilməsi
zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 32. Ümumi
təhsil sahəsində beynəlxalq əməkdaşlıq
32.1. Ümumi təhsil sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının qanunları və tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirilir.
32.2. Ümumi təhsil müəssisəsinin bu Qanuna, “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa və özünün fəaliyyət
xüsusiyyətlərinə uyğun olaraq, beynəlxalq təcrübədən
yararlanmaq, xarici ölkələrin ümumi təhsil müəssisələri,
təşkilatları və fondları ilə əlaqələr
yaratmaq, əməkdaşlıq haqqında müqavilələr
bağlamaq və qarşılıqlı əməkdaşlığın
digər formalarını həyata keçirmək hüququ
vardır.
Maddə 33. Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 29 mart 2019-cu il
¹ 1532-VQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 24 aprel 2020-ci il
tarixli 61-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, ¹ 116, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 664)
2. 19 iyun 2020-ci il tarixli 139-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 5 avqust 2020-ci il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
851)
3. 6 oktyabr 2020-ci il tarixli 185-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 11, maddə 1335)
4. 18 dekabr 2020-ci il tarixli 219-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2021-ci il, ¹ 28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
109)
5. 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, ¹ 125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, I kitab,
maddə 548)
6. 13 may 2022-ci il tarixli 535-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2022-ci il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹6, maddə 588)
7.
8 iyul
2022-ci il tarixli 582-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20
avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
829)
8. 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1
fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 207)
9. 30 dekabr 2022-ci il tarixli 792-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 28 yanvar
2023-cü il, “Azərbaycan”
qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 43)
10. 6 iyun 2023-cü il tarixli 909-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul
2023-cü il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 7, maddə 896)
11. 22 dekabr 2023-cü il tarixli 1060-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti,
20 yanvar 2024-cü il, ¹ 12, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə
3)
12. 23 dekabr 2025-ci il tarixli 321-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar 2026-cı il, ¹ 9, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə
5)
13. 26 dekabr
2025-ci il tarixli 324-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 yanvar
2026-cı il, “Azərbaycan” qəzeti, 10 yanvar 2026-cı il, ¹ 5, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə
8)
14. 7 iyul
2026-cı il tarixli 434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 22 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul
2026-cı il, ¹ 129)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 1.0.3-cü, 1.0.37-ci və 14.1-ci maddələrdə
“dövlət təhsil sənədinin”
sözləri “təhsil
haqqında dövlət sənədinin” sözləri ilə
əvəz edilmişdir.
[2] 30 dekabr 2022-ci il tarixli 792-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 28
yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar
2023-cü il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 43) ilə 1.0.4-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.0.4. ümumtəhsil
internat məktəbi – əqli və fiziki cəhətdən
normal inkişaf etmiş və ya sağlamlıq imkanları məhdud
olan, yaxud valideyn himayəsindən məhrum uşaqlar
üçün sutkalıq fəaliyyət göstərmək
şərti ilə ayrı-ayrılıqda yaradılan təhsil
müəssisəsi;
[3] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 1.0.21-ci maddədə “yaradılması və”
sözləri “yaratmaqla”
sözü ilə əvəz edilmişdir.
[4] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 1.0.24-cü maddə ləğv
edilmişdir.
[5] 8 iyul 2022-ci il tarixli 582-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi
internet saytı 19 avqust 2022-ci il, “Azərbaycan”
qəzeti 20 avqust 2022-ci il,
¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
829) ilə 1.0.26-cı maddəsində “qüsurlarının”
sözü “pozuntularının”
sözü ilə əvəz edilmişdir.
[6] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 1.0.33-cü maddədə “sabit fiziki, psixi, əqli və ya
hissiyyat pozuntuları” sözləri “fiziki çatışmazlığı, əqli və
(və ya) psixi ləngimələri” sözləri ilə əvəz
edilmişdir.
[7] 6 iyun 2023-cü il tarixli 909-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul
2023-cü il, ¹ 154,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 7, maddə 896) ilə 1.0.34-cü maddədə “və idarəetmə fəaliyyəti
ilə” sözləri “fəaliyyətlə”
sözü ilə əvəz edilmişdir.
[8] 13 may 2022-ci il tarixli 535-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 iyun 2022-ci il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹6, maddə 588) ilə 1.0.43-cü maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda
1.0.44-cü maddə əlavə edilmişdir.
[9] 7 iyul 2026-cı il tarixli
434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, ¹ 129) ilə yeni məzmunda
3.1.2-1-ci maddə əlavə edilmişdir.
[10] 19 iyun 2020-ci il tarixli 139-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 avqust
2020-ci il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 7, maddə 851) ilə 4.0.20-ci
maddəsinə “müəssisəsinin”
sözündən sonra “(dövlət
ümumi təhsil müəssisələri istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[11] 4 may 2021-ci il tarixli 312-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, ¹ 125,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
6, I kitab, maddə 548) ilə 4.0.22-ci maddədə “ödənişsiz”
sözü “pulsuz”
sözü ilə əvəz edilmişdir və həmin maddədən
“və dövlət ümumi təhsil
müəssisəsində tibbi xidməti təmin etmək”
sözləri çıxarılmışdır.
[12] 7 iyul 2026-cı il tarixli
434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, ¹ 129) ilə 4.0.25-ci maddəyə
“təsvirlərini” sözündən sonra “və təhsilverənlər
üçün geyim ilə bağlı tələbləri”
sözləri əlavə edilmişdir.
[13] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 4.0.29-cu maddədə ismin
müvafiq hallarında “kadrlar”
sözü ismin müvafiq hallarında “işçilər” sözü ilə əvəz edilmişdir.
18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 4.0.29-cu maddəyə “qəbulu” sözündən sonra “və yerdəyişməsi”
sözləri əlavə edilmişdir və həmin maddədə “və” sözü “, habelə”
sözü ilə əvəz edilmişdir.
13 may 2022-ci il tarixli 535-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 iyun 2022-ci il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹6, maddə 588) ilə 4.0.29-cu maddədə “pedaqoji işçilərə”
sözləri “müəllimlərə”
sözü ilə, “pedaqoji
işçilərin” sözləri “müəllimlərin” sözü ilə əvəz
edilmişdir.
[14] 18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 4.0.31-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilmişdir.
[15] 7 iyul 2026-cı il tarixli
434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, ¹ 129) ilə 12.13-cü maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[16] 7 iyul 2026-cı il tarixli
434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, ¹ 129) ilə yeni məzmunda
12.13-1-ci maddə əlavə edilmişdir.
[17] 13 may 2022-ci il tarixli 535-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 iyun 2022-ci il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹6, maddə 588) ilə 12.14.6 – 12.14.13-cü maddələr yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
12.14.6. ümumtəhsil internat məktəbi;
12.14.7. inteqrasiya təlimli internat tipli təhsil
müəssisəsi;
12.14.8. inteqrasiya təlimli ümumi təhsil
müəssisəsi;
12.14.9. xüsusi məktəb;
12.14.10. xüsusi internat məktəbi;
12.14.11. inteqrasiya təlimli internat tipli
gimnaziya;
12.14.12. valideyn himayəsindən məhrum
uşaqlar üçün ümumtəhsil internat məktəbi;
12.14.13. digər məktəblər.
[18] 13 may 2022-ci il tarixli 535-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 iyun 2022-ci il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹6, maddə 588) ilə yeni məzmunda 12.14.14-cü maddə əlavə edilmişdir.
[19] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 13.8-ci maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
[20] 27 dekabr 2022-ci il tarixli 776-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1
fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 207) ilə yeni məzmunda
13.12-1-ci maddə əlavə edilmişdir.
[21] 18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 17.1-ci maddədə “ümumi orta təhsil haqqında attestat və tam orta təhsil
haqqında attestat” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan
müvafiq təhsil haqqında dövlət sənədi –
attestat” sözləri ilə əvəz edilmişdir.
[22] 18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 17.2-ci maddə ləğv edilmişdir.
[23] 18 dekabr 2020-ci il tarixli 219-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2021-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 2, maddə 109) ilə 7.4-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri əlavə edilmişdir.
[24] 24 aprel 2020-ci il tarixli 61-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, ¹ 116, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 664) ilə 18.1-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
18.1. Ümumi təhsil müəssisəsində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada psixoloji xidmət təşkil olunur.
[25] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 18.2-ci maddədə “xidmət” sözü “yardım” sözü ilə əvəz
edilmişdir.
[26] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 19.1-ci və 19.2-ci maddələrdə
“orqanının” sözü
“orqanının müəyyən
etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.
[27] 4 may 2021-ci il tarixli 312-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, ¹ 125,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
6, I kitab, maddə 548) ilə 19.2-ci maddəyə “xidmət”
sözündən sonra “həmin
təhsil müəssisələri tərəfindən”
sözləri əlavə edilmişdir.
[28] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 20.3-cü maddəyə “Qanun,” sözündən sonra “Publik hüquqi şəxslər
haqqında” və” sözləri əlavə edilmişdir və həmin maddədə
“Qanunu” sözü “qanunları” sözü ilə
əvəz edilmişdir.
[29] 24 aprel 2020-ci il tarixli 61-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, ¹ 116, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 664) ilə yeni məzmunda 22.2.6-1-ci maddə əlavə
edilmişdir.
[30] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 23.2.5-ci maddədə “ixtisas dərəcəsini”
sözləri “ixtisas və elmi
dərəcəsini” sözləri ilə əvəz edilmişdir.
[31] 7 iyul 2026-cı il tarixli
434-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul
2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, ¹ 129) ilə yeni məzmunda
24.2.2-1-ci maddə əlavə edilmişdir.
[32] 26 dekabr 2025-ci il tarixli
324-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 yanvar
2026-cı il, “Azərbaycan” qəzeti, 10 yanvar 2026-cı il, ¹ 5, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə
8) ilə 26.5-ci maddədən “valideynlərini itirmiş və ya”
sözləri çıxarılmışdır.
[33] 27 dekabr 2022-ci il tarixli 776-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1
fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 207) ilə yeni
27.2.4-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 27.2.5-ci maddə əlavə
edilmişdir.
22 dekabr 2023-cü il tarixli 1060-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 20 yanvar
2024-cü il, ¹ 12,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 3) ilə 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilmişdir.
[34] 23 dekabr 2025-ci il tarixli 321-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 15 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar
2026-cı il, ¹ 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı
il, ¹ 1, maddə 5) ilə yeni məzmunda
27.4-cü maddə əlavə edilmişdir.
[35] 6 iyun 2023-cü il tarixli 909-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul
2023-cü il, ¹ 154,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 7, maddə 896) ilə 28.2.3-cü maddədə “5 (beş)” sözləri “3 (üç)” sözləri
ilə əvəz edilmişdir.
[36] 6 iyun 2023-cü il tarixli 909-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul
2023-cü il, ¹ 154,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 7, maddə 896) ilə yeni məzmunda 28.2-1-ci maddə əlavə
edilmişdir.
[37] 6 oktyabr 2020-ci il tarixli 185-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2020-ci il, ¹ 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 11, maddə 1335) ilə 31.2-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
31.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin
etmək üçün ümumi təhsil müəssisəsinin
nəzdində müvafiq təcrübə-istehsalat sahələri,
ödənişli əsaslarla dərnəklər, maraq
kursları, əlavə məşğələlər
keçirilə, sərgilər və s. təşkil oluna bilər.