“Fərdi parklanma talonlarının
forması, habelə onların verilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin
icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Fərdi parklanma talonlarının forması,
habelə onların verilməsi Qaydası” təsdiq edilsin
(əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı
şəhəri, 22 aprel 2019-cu il
¹ 187
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli
Qərarı ilə təsdiq edilmişdir. |
Fərdi parklanma talonlarının
forması, habelə onların verilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. “Fərdi parklanma talonlarının forması,
habelə onların verilməsi Qaydası” (bundan sonra - Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü
maddəsinin səkkizinci hissəsinə uyğun olaraq
hazırlanmışdır və fərdi parklanma
talonlarının formasını, habelə onların
verilməsi qaydasını müəyyən edir.
1.2. Yerli icra hakimiyyəti orqanları və Bakı
şəhərinin inzibati ərazisində Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) fərdi parklanma
talonlarının uçotunu aparır. [1]
1.3. Bu Qaydada istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.3.1. parklanma
yerlərinin təşkil edildiyi avtomobil yollarının
kənarında yerləşən evlər və ya binalar -
təşkil edilmiş parklanma yerindən hər iki
istiqamətdə yolun hər iki kənarı boyu 100 metr
məsafədə yerləşən ev və ya binalar;
1.3.2. parklanma
məntəqələrində ödənişsiz parklanma
- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 53-cü maddəsinin XXIII hissəsi nəzərə
alınmaqla, təşkil olunmuş parklanma yerindən
rezervasiya edilmədən ödənişsiz istifadə
imkanlarının yaradılması. [2]
2. Fərdi parklanma talonlarının
verilməsi qaydası
2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil
yollarının kənarlarında yerləşən
evlərdə və ya binalarda yaşayış yeri
üzrə qeydiyyatda olan minik avtomobillərinin
istifadəçilərinə onların müraciətinə
əsasən yerli icra hakimiyyəti orqanları (bu Qaydanın 1
nömrəli əlavəsinin 2-ci hissəsində
göstərilən formaya uyğun), Bakı
şəhərinin inzibati ərazisində isə Agentlik (bu
Qaydanın 1 nömrəli əlavəsinin 1-ci
hissəsində göstərilən formaya uyğun)
tərəfindən nəqliyyat vasitəsinin
istifadəçisi, markası, dövlət qeydiyyat
nişanı, parklanma məntəqələri və
etibarlılıq müddəti göstərilməklə
elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma
talonu həmin parklanma məntəqələrində
ödənişsiz parklanma hüququ verir.[3]
2.2. Fərdi parklanma talonu almaq üçün
müraciət etmiş minik avtomobilinin
istifadəçilərinə fərdi parklanma talonu
müraciət edildiyi tarixdən 15 iş günü müddətində
verilir.
2.3. Fərdi parklanma talonu almaq istəyən
şəxs yerli icra hakimiyyəti orqanına, Bakı
şəhərinin inzibati ərazisində isə Agentliyə
şəxsən və ya internet şəbəkəsi
vasitəsilə elektron formada müraciət edə bilər. [4]
2.4. Müraciətə aşağıdakı
sənədlər əlavə edilir:
2.4.1. minik avtomobilinin istifadəçisi
tərəfindən bu Qaydanın 2 nömrəli
əlavəsində göstərilən formaya uyğun
yazılmış ərizə;
2.4.2. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsinin (Azərbaycan Respublikasının
ərazisində əcnəbinin şəxsiyyətini
təsdiq edən sənədin və ya Azərbaycan
Respublikasının hüdudlarında istifadə edilməsi
üçün vətəndaşlığı olmayan
şəxsin şəxsiyyət vəsiqəsinin) surəti;
2.4.3. nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsinin surəti;
2.4.4. nəqliyyat vasitəsindən icarə və ya
digər əşya hüquqlarına dair müqavilə və
etibarnamə əsasında istifadə edildikdə, həmin
sənədlərin surəti.
2.4-1.
Fərdi parklanma talonu almaq üçün nəzərdə
tutulan sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər və ya
məlumatlar ərizəçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların
təqdim edilməsi ərizəçinin razılığı
ilə sorğu əsasında müvafiq dövlət
orqanından (qurumundan) tələb olunur və ya
ərizəçi tərəfindən təmin edilir.[5]
2.5. Elektron müraciət edildikdə, bu Qaydanın
2.4.1-2.4.4-cü yarımbəndlərində nəzərdə
tutulmuş sənədlərin skan edilmiş surəti
tələb olunur. Bu halda həmin sənədlərin elektron
formatda müraciətə əlavə edilməsi, habelə
yerli icra hakimiyyəti orqanı və ya Agentlik
tərəfindən qəbul edilməsi və baxılaraq
cavablandırılması üçün Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya
sistemində və Bakı şəhərinin inzibati
ərazisində isə Agentliyin “AYNA” informasiya sistemində texniki
imkan yaradılır. [6]
2.6. Təqdim olunmuş sənədlərdə və
ərizədə çatışmazlıq (bu Qaydanın
2.4-1-ci bəndinin tələbləri nəzərə
alınmaqla) aşkar edildikdə, müraciətin
yerinə yetirilməsindən imtina edilir və imtinanın
səbəbləri barədə ərizəçiyə 2
(iki) iş günü müddətində sifarişli
poçt göndərişi vasitəsilə, elektron
müraciət etdikdə isə onun elektron poçtuna
dərhal məlumat göndərilir.[7]
2.7. Hər iki halda müraciətə
baxılmasından imtina şəxsin yenidən müraciət
etməsinə mane olmur.
2.8. Şəxs tərəfindən təqdim
edilmiş sənədlər bu Qaydanın 2.4-cü
bəndində göstərilənlərə uyğun olduqda
müraciət qəbul olunur.
2.9. Müraciətə yerli icra hakimiyyəti
orqanı, Bakı şəhərinin inzibati ərazisində
isə Agentlik tərəfindən baxılıb razılıq
verildikdən sonra 2 (iki) iş günü müddətində
müraciət etmiş şəxsə elektron qaydada fərdi
parklanma talonu verilir. Fərdi parklanma talonunun
verilməsindən imtina edildikdə, imtinanın səbəbləri
barədə ərizəçiyə 2 (iki) iş günü
müddətində sifarişli poçt göndərişi
vasitəsilə, elektron müraciət etdikdə isə onun
elektron poçtuna dərhal məlumat göndərilir.[8]
2.10. Nəqliyyat vasitələrinin
istifadəçilərinə fərdi parklanma talonunun
verilməsi üçün ödəniş tələb
olunmur.
2.11. Fərdi parklanma talonu zədələndikdə
və ya itirildikdə, nəqliyyat vasitələrinin
istifadəçiləri tərəfindən bu Qaydanın
2.3-cü bəndinə uyğun olaraq təkrar müraciət
edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir. [9]
2.12. Aşağıdakı hallarda fərdi parklanma
talonu öz qüvvəsini itirir:
2.12.1. nəqliyyat vasitəsi
özgəninkiləşdirildikdə;
2.12.2. fərdi parklanma talonunun verildiyi şəxsin
yaşayış yeri üzrə qeydiyyatda olduğu
ünvan dəyişdikdə; [10]
2.12.3. fərdi parklanma talonunun qüvvədəolma
müddəti bitdikdə.
2.13. Bu Qaydanın 2.12-ci bəndində
göstərilmiş hallarda fərdi parklanma talonunun verildiyi
şəxs dərhal fərdi parklanma talonunu verən orqana
məlumat verməlidir.
2.14. Nəqliyyat vasitəsi şəxsin
mülkiyyətində olduqda, ona verilən fərdi parklanma
talonunun qüvvədəolma müddəti 3 (üç)
ildir.
2.15. Nəqliyyat vasitələri icarə və ya
digər əşya hüquqlarına dair müqavilə,
eləcə də etibarnamə əsasında istifadə
edildikdə, nəqliyyat vasitələrinin
istifadəçilərinə fərdi parklanma talonları
həmin sənədlərin qüvvədəolma
müddətinədək verilir (3 ildən çox olmamaqla).
2.16. Talonun qüvvədəolma müddətinin
bitməsinə azı 15 gün qalmış talonun sahibi bu
Qaydanın 2.3-cü bəndinə uyğun olaraq yenidən
müraciət edir.
2.17. Bir şəxsə yalnız bir fərdi parklanma
talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir
istifadəçisinin fərdi parklanma talonunda
göstərilə bilər. Fərdi parklanma talonuna dair
məlumatlar yerli icra hakimiyyəti orqanları (Bakı
şəhərinin inzibati ərazisi istisna olmaqla)
tərəfindən Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin mərkəzi informasiya sisteminə
ötürülür.[11]
2.18. Fərdi parklanma talonu verilmiş
şəxslər nəqliyyat vasitələrini yalnız
talonda göstərilən parklanma məntəqələrində
ödənişsiz əsaslarla saxlayırlar. [12]
2.19. Fərdi parklanma talonu verilmiş
şəxslərə nəqliyyat vasitələrinin onlar
üçün ödənişsiz parklanma hüququ
verilmiş parklanma məntəqələrində
saxlanılmasına görə müddət məhdudiyyəti
nəzərdə tutulmur. [13]
2.20. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin
salonunda, ön şüşənin arxasında aydın
görünən və oxunan yerdə qoyulmalıdır.
|
|
“Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”na 1 nömrəli
əlavə |
1. Bakı şəhərinin inzibati ərazisində
tətbiq edilən fərdi parklanma talonunun forması [14]
Fərdi
parklanma talonunu verən orqan _____________________________ Parklanma
məntəqələri ___________________________________________ Nəqliyyat
vasitəsinin markası _____________________________________ Dövlət
qeydiyyat nişanı __________________________________________ Nəqliyyat
vasitəsinin istifadəçisi __________________________________ Fərdi
parklanma talonunun verilmə tarixi ___________________________ Fərdi
parklanma talonunun etibarlılıq müddəti
______________________ Tam
və dəqiq məlumatın əldə olunması
üçün:
QR kod |
2. Bakı
şəhərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının
digər ərazilərində tətbiq olunan fərdi parklanma
talonunun forması
Ön
hissəsi
|
FƏRDİ
PARKLANMA TALONU ¹ _________ Fərdi
parklanma talonunu verən orqan:______________________________________ [15] Parklanma məntəqələri _____________________________________________________ Nəqliyyat
vasitəsinin markası: ______________________________________________ Dövlət
qeydiyyat nişanı: ___________________________________________________ Verilmə
tarixi: _________________________________ Etibarlılıq
müddəti: ____________________________ |
Arxa
hissəsi
|
Nəqliyyat
vasitəsinin istifadəçisi:_____________________________________________ |
|
Qeyd.
Fərdi parklanma talonlarında ştrix-kod tətbiq edilir. |
|
|
“Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”na 2 nömrəli
əlavə |
|
|
______________ Rayon (şəhər)
İcra Hakimiyyətinə (və ya Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinə)[16] __________________ dövlət
nömrə nişanlı nəqliyyat vasitəsinin istifadəçisi
_________________________ (adı, soyadı və atasının adı) tərəfindən |
|
Ə R İ Z
Ə Mən ___________________________ oğlu/qızı
(təvəllüdü __________, şəxsiyyət
vəsiqəsinin seriyası və nömrəsi ____________)
yazıb Sizdən xahiş edirəm ki, qeydiyyatda olduğum
_______________________ ünvanında
yaşadığımı və həmin ünvanın
bilavasitə yaxınlığından keçən avtomobil
yolunun kənarında parklanma yerlərinin təşkil
edildiyini nəzərə alaraq, istifadəmdə olan
__________ dövlət nömrə nişanlı nəqliyyat
vasitəsini (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin
seriyası və nömrəsi __________, nəqliyyat vasitəsindən
icarə və ya digər əşya hüquqlarına dair
müqavilə və etibarnamə əsasında istifadə
edildikdə, həmin sənədin adı _______, verilmə
tarixi ________, etibarlılıq müddəti ________,
seriyası və nömrəsi _________) parklanma
məntəqələrində ödənişsiz saxlamaq
üçün mənə fərdi parklanma talonu
verilməsinə köməklik göstərəsiniz.
[17] imza
/ tarix |
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 1.2-ci bəndində “Bakı Nəqliyyat
Agentliyi (Bakı şəhərinin inzibati ərazisində)”
sözləri “Bakı şəhərinin inzibati
ərazisində Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra –
Agentlik)” sözləri ilə əvəz edilmişdir.
[2]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 1.3.2-ci yarımbəndində “pulsuz
parklanma yerinin ayrılması” sözləri “parklanma
məntəqələrində ödənişsiz parklanma”
sözləri ilə əvəz edilmişdir.
[3]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil
yollarının kənarlarında yerləşən
evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin
istifadəçiləri üçün onların
müraciətinə əsasən yerli icra hakimiyyəti
orqanları tərəfindən pulsuz parklanma yerləri
ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin
2-ci hissəsində göstərilən formaya uyğun
fərdi parklanma talonu (Bakı şəhərinin inzibati
ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin
inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı
Nəqliyyat Agentliyi tərəfindən ayrılır və
yerli icra hakimiyyəti orqanları tərəfindən bu
Qaydanın 1 nömrəli əlavəsinin 1-ci
hissəsində göstərilən formaya uyğun fərdi
parklanma talonu verilir.
[4]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.3-cü bəndinə “orqanına”
sözündən sonra “, Bakı şəhərinin inzibati
ərazisində isə Agentliyə” sözləri
əlavə edilmişdir.
[5]
22 may 2024-cü il tarixli 274
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 611) ilə “Fərdi
parklanma talonlarının forması, habelə onların
verilməsi Qaydası”na yeni məzmunda 2.4-1-ci bənd
əlavə edilmişdir.
[6]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.5-ci bəndin ikinci cümləsinə
“orqanı” sözündən sonra “və ya Agentlik”
sözləri əlavə edilsin və “Bakı Nəqliyyat
Agentliyinin informasiya sistemində” sözləri “, Bakı
şəhərinin inzibati ərazisində isə Agentliyin
“AYNA” informasiya sistemində” sözləri ilə
əvəz edilmişdir.
[7]
22 may 2024-cü il tarixli 274
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 611) ilə “Fərdi
parklanma talonlarının forması, habelə onların
verilməsi Qaydası”nın 2.6-cı bəndinə “çatışmazlıq”
sözündən sonra “(bu Qaydanın 2.4-1-ci bəndinin
tələbləri nəzərə alınmaqla)” sözləri
əlavə edilmişdir.
[8]
22 may 2024-cü il tarixli 274
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 611) ilə “Fərdi
parklanma talonlarının forması, habelə onların
verilməsi Qaydası”nın 2.9-cu bəndinə “surətini”
sözündən sonra “və ya Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə əldə etdiyi
sənədləri və ya məlumatları”
sözləri əlavə edilmişdir.
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.9-cu bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş
günü müddətində yerli icra hakimiyyəti
orqanları müraciəti və ona əlavə edilən
sənədlərin skan edilmiş surətini və ya Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
etdiyi sənədləri və ya məlumatları elektron
qaydada Bakı şəhərinin ərazisində pulsuz
parklanma yerlərinin ayrılması üçün Bakı
Nəqliyyat Agentliyinə göndərir. Müraciətə
Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb
razılıq verildikdən sonra 2 (iki) iş günü
müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı
olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları
tərəfindən müraciət etmiş şəxsə
verilir. Fərdi parklanma talonunun verilməsindən imtina
edildikdə, imtinanın səbəbləri barədə
ərizəçiyə 2 (iki) iş günü
müddətində sifarişli poçt göndərişi
vasitəsilə, elektron müraciət etdikdə isə onun
elektron poçtuna dərhal məlumat göndərilir.
[9]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.11-ci və 2.20-ci bəndləri ləğv
edilmişdir.
[10]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.12.2-ci yarımbəndinə “yaşayış
yeri” sözlərindən sonra “üzrə qeydiyyatda
olduğu ünvan” sözləri əlavə edilmişdir.
[11]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.17-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.17. Bir şəxsə yalnız bir fərdi parklanma
talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra
hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi
tərəfindən Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.
[12]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.18-ci bəndində “ərazisində
müəyyən olunmuş yerlərdə” sözləri “məntəqələrində”
sözü ilə əvəz edilmişdir.
[13]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2.19-cu bəndində “ayrılmış
parklanma yerlərində” sözləri “ödənişsiz
parklanma hüququ verilmiş parklanma
məntəqələrində” sözləri ilə
əvəz edilmişdir.
[14]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 1 nömrəli əlavənin 1-ci
hissəsi
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1. Bakı
şəhərinin inzibati ərazisində tətbiq edilən
fərdi parklanma talonunun forması
Ön hissəsi
Arxa hissəsi
|
|
|
|
[15]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 1 nömrəli əlavənin 2-ci
hissədə “Parklanma ərazisi / koordinatları”
sözləri “Parklanma məntəqələri”
sözləri ilə əvəz edilmişdir.
[16]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2 nömrəli əlavənin “Rayon
(şəhər) İcra Hakimiyyətinə”
sözlərindən sonra “(və ya Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinə)” sözləri əlavə edilmişdir.
[17]
1 fevral 2025-ci il tarixli 19
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 180) ilə “Fərdi parklanma
talonlarının forması, habelə onların verilməsi
Qaydası”nın 2 nömrəli əlavənin
“Ərizənin” mətnində “saxlamağım
üçün ödənişsiz əsaslarla mənə
parklanma yerinin ayrılmasına və” sözləri “parklanma
məntəqələrində ödənişsiz saxlamaq
üçün mənə” sözləri ilə
əvəz edilmişdir.