![]() |
| AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
|
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI |
|
Qəbul edildiyi tarix |
24.01.2019 |
|
Qeydiyyat nömrəsi |
01 |
|
Adı |
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu - Yaşayış və ictimai binalar”, “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu-Rayon planlaşdırılması, yaşayış məskənlərinin planlaşdırılması və tikintisi” və “Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi göstərişlər”in təsdiq edilməsi haqqında” 2012-ci il 12 iyun tarixli 03 nömrəli, “Polad konstruksiyaları. Layihələndirmə normaları”, “Ağac konstruksiyaları. Layihələndirmə normaları”, “Yüklər və təsirlər”, “Beton və dəmir-beton konstruksiyaları. Layihələndirmə normaları”, “Dam örtükləri. Layihələndirmə normaları”, “Svay bünövrələri. Layihələndirmə normaları” və “Bina və qurğuların qrunt əsasları” texniki normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2015-ci il 15 aprel tarixli 02 nömrəli, “Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ın təsdiq edilməsi haqqında 2015-ci il 13 avqust tarixli 04 nömrəli, “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” və “Qazanxana qurğuları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 avqust tarixli 06 nömrəli, “İstilik şəbəkələri. Layihələndirmə normaları” və “Döşəmələr. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 oktyabr tarixli 08 nömrəli, “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” 2001-ci il 12 oktyabr tarixli 5 nömrəli Kollegiya qərarlarında dəyişikliklər edilməsi haqqında |
|
Rəsmi dərc edildiyi mənbə |
|
|
Qüvvəyə minmə tarixi |
08.02.2019 |
|
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
140.010.000 |
|
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201901240001 |
|
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
07.02.2019 |
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 6-cı hissəsinin, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 3-cü hissəsinin, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 2-ci hissəsinin, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1147-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 284 nömrəli Sərəncamının 2-ci hissəsinin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 3-cü hissəsinin, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:
1. “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu - Yaşayış və ictimai binalar”, “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu-Rayon planlaşdırılması, yaşayış məskənlərinin planlaşdırılması və tikintisi” və “Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi göstərişlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-ci il 12 iyun tarixli 03 nömrəli Kollegiya Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu – “Yaşayış və ictimai binalar”ın 1-ci fəslinin 6-cı cədvəlinin adında “Məktəb və məktəbəqədər təhsil müəssisəsi binaları” sözləri “Məktəbəqədər, ümumi və peşə təhsili müəssisələri binaları” sözləri ilə, 1-ci sətrinin 2-ci sütununda, “Qeyd” hissəsinin 1-ci bəndində “Uşaq bağçası-körpələr evi” sözləri “Məktəbəqədər təhsil müəssisələri” sözləri ilə, 6-ci sətrinin 2-ci sütununda “Texniki-peşə məktəbləri” sözləri “Peşə təhsili müəssisələri” sözləri ilə, “Qeyd” hissəsinin 2-ci bəndində “uşaq bağçası-körpələr evinin” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə, 3-cü bəndində “uşaq bağçası-körpələr evlərinin” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə, 4-cü bəndində “texniki-peşə məktəblərinin” sözləri “peşə təhsili müəssisələrinin” sözləri ilə, 3-cü fəslin “Layihə-smeta sənədlərinin hazırlanması qiymətində layihə hissələrinin dəyəri, faizlə” cədvəlinin 17-ci sətrinin 3-cü sütununda “Texniki-peşə məktəbləri” sözləri “Peşə təhsili müəssisələri” sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu – “Rayon planlaşdırılması. Yaşayış məskənlərinin planlaşdırılması və tikintisi”nin 8-ci hissəsində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin.
2. “Polad konstruksiyaları. Layihələndirmə normaları”, “Ağac konstruksiyaları. Layihələndirmə normaları”, “Yüklər və təsirlər”, “Beton və dəmir-beton konstruksiyaları. Layihələndirmə normaları”, “Dam örtükləri. Layihələndirmə normaları”, “Svay bünövrələri. Layihələndirmə normaları” və “Bina və qurğuların qrunt əsasları” texniki normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015-ci il 15 aprel tarixli 02 nömrəli Kollegiya Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş “Yüklər və təsirlər. Layihələndirmə normaları”nın cədvəl 8.3-ün 1-ci sətrinin 2-ci sütununda “uşaq” sözü “təhsil” sözü ilə, 8.3.2-ci yarımbəndinin ikinci abzasında “məktəbəqədər müəssisə” sözləri “məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.2. həmin qərarla təsdiq edilmiş “Dam örtükləri. Layihələndirmə normaları”nın əlavə 3 – “Azərbaycan Respublikasının yaşayış məntəqələri üçün hesablama iqlim göstəriciləri”nin 3.7-ci cədvəlinin 95-ci sətrində və 3.8-ci cədvəlinin 92-ci sətrində “Şuşa, texniki peşə məktəbi” sözləri “Şuşa peşə məktəbi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015-ci il 13 avqust tarixli 04 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ının 5.2.3-cü yarımbəndinin üçüncü abzasında “məktəblər, məktəbəqədər tərbiyə müəssisələri” sözləri “məktəbəqədər və ümumi təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.
4. “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” və “Qazanxana qurğuları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2017-ci il 21 avqust tarixli 06 nömrəli Kollegiya Qərarında aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin qərarla təsdiq edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”nın 6.15-ci bəndinin on dördüncü abzasında “Uşaq” sözü “Məktəbəqədər təhsil” sözləri ilə, 6.46-cı bəndinin ikinci abzasında “məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə” sözləri “məktəbəqədər və ümumi təhsil müəssisələrində” sözləri ilə, 9.9-cu bəndinin ikinci abzasında “uşaq” sözü “məktəbəqədər təhsil” sözləri ilə, Əlavə 11 – “İsitmə sistemləri”nin 2-ci sətrinin birinci sütununda “uşaq” sözü “təhsil” sözü ilə, Əlavə 15 – “Binalarda soba isitmənin istifadəsi”nin altıncı sətrində “məktəbləri” sözü “müəssisələri” sözü ilə, yeddinci sətrində “uşaq” sözü “təhsil” sözü ilə, Əlavə 16 – “Soba və tüstü kanallarının qoruyucu hörgü qatı və ara boşluğunun ölçüləri”nin “Qeyd” hissəsinin 2-ci bəndində “Uşaq” sözü “Məktəbəqədər təhsil” sözləri ilə əvəz edilsin;
4.2. həmin qərarla təsdiq edilmiş “Qazanxana qurğuları. Layihələndirmə normaları”nın 5.5-ci bəndinin on ikinci abzasında “Məktəbəqədər uşaq və məktəb müəssisələrinin” sözləri “Məktəbəqədər və ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.
5. “İstilik şəbəkələri. Layihələndirmə normaları” və “Döşəmələr. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2017-ci il 16 oktyabr tarixli 08 nömrəli Kollegiya Qərarında aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin qərarla təsdiq edilmiş “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın 4.2-ci bəndinin üçüncü abzasında “uşaq” sözü “təhsil” sözü ilə, 9.1-ci bəndinin ikinci abzasında “Uşaq” sözü “Məktəbəqədər təhsil” sözləri ilə, 9.3-cü bəndinin səkkizinci abzasının birinci cümləsində “uşaq, məktəb” sözləri “təhsil, ümumi təhsil” sözləri ilə, 14.21-ci bəndinin ikinci cümləsində “məktəbəqədər müəssisələrin” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
5.2. həmin qərarla təsdiq edilmiş “Döşəmələr. Layihələndirmə normaları”nın Əlavə 3 – “Yaşayış, ictimai, inzibati və məişət binalarının döşəmə örtüyü növlərinin təyinatı”nın 4-cü sətrinin birinci sütununda “uşaq” sözü “məktəbəqədər təhsil” sözləri ilə, “körpələr evi-uşaq bağçalarının” sözləri “məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə, 5-ci sətrinin birinci sütununda “Körpələr evi-uşaq bağçalarında” sözləri “Məktəbəqədər təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 2001-ci il 12 oktyabr tarixli 5 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.8-ci bəndin “Qeyd” hissəsinin 3-cü bəndində “əlillərin və əhalinin sağlamlığına görə hərəkəti məhdud olan qruplarının” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə, 4.6-cı bəndin ikinci abzasında “məktəb və məktəbəqədər uşaq müəssisələrindən” sözləri “ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrindən” sözləri ilə, 4.11-ci bəndin birinci abzasında “məktəb və məktəbəqədər uşaq müəssisələrinin” sözləri “ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin” sözləri ilə, 5.5-ci bəndin birinci abzasının ikinci cümləsində, 5.8-ci bənddə “uşaq” sözü “təhsil” sözü ilə, Cədvəl 5-də “məktəbəqədər uşaq müəssisələri” sözləri “məktəbəqədər təhsil müəssisələri” sözləri ilə, “məktəbəqədər uşaq müəssisələrinə, ixtisaslaşdırılmış ümumi tipli körpələr evi-uşaq bağçalarına” sözləri “məktəbəqədər təhsil müəssisələrinə” sözləri ilə, Cədvəl 6-nın birinci sətrinin beşinci sütununda “uşaq” sözü “təhsil” sözü ilə, ikinci sətrinin birinci sütununda “məktəbəqədər uşaq müəssisə” sözləri “məktəbəqədər təhsil müəssisəsi” sözləri ilə, 8.24-cü bəndin birinci cümləsində “qocalar və əlillər evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə, 8.29-cu bəndin ikinci abzasında “uşaq” sözü “təhsil” sözü ilə, həmin bəndin “Qeyd” hissəsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, 8.38-ci bəndin ikinci abzasında “uşaq” sözü “təhsil” sözü ilə, üçüncü abzasının birinci cümləsində “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, 8.41-ci bəndin ikinci abzasında “uşaq” sözü “təhsil” sözü ilə, 8.43-cü bənddə “uşaq bağçası, körpələr evi” sözləri “məktəbəqədər təhsil” sözləri ilə, 8.46-cı bəndin birinci abzasının birinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə, Cədvəl 10-nun dördüncü sətrinin birinci sütununda “uşaq məktəbəqədər” sözləri “məktəbəqədər təhsil” sözləri ilə, həmin cədvəlin “Qeyd” hissəsinin 1-ci bəndində, 11.22-ci bəndin birinci və ikinci abzaslarında, Əlavə 1 - “Yanğın əleyhinə tələblər”in Cədvəl 2-nin “Qeyd” hissəsinin 1-ci bəndində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
6.2. Əlavə 7 – “Xidmət idarələrinin və müəssisələrinin hesablanması normaları və onların torpaq sahələrinin ölçüləri” üzrə:
6.2.1. üçüncü sətrin 1-ci sütununda “uşaq” sözü “təhsil” sözü ilə, on birinci sətrinin 1-ci sütununun birinci abzasında “Fiziki çatışmamazlığı olan yetkin əlillər” sözləri “Yetkinlik yaşına çatmış əlilliyi olan şəxslər” sözləri ilə, dördüncü abzasında “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
6.2.2. doqquzuncu sətrinin 1-ci sütununda “texniki-peşə” sözləri “peşə” sözü ilə, “şəgird” sözü “tələbə” sözü ilə, 3-cü sütunda “Texniki-peşə məktəblərinin” sözləri “Peşə təhsili” sözləri ilə, “məktəbinin tutumuna görə bir şagirdə” sözləri “tutumuna görə bir tələbəyə” sözləri ilə, 4-cü sütunda “şagirdə” sözü “tələbəyə” sözü ilə əvəz edilsin.
7. Sənədlərlə iş və təminat şöbəsinə (S.Məmmədov) və Hüquq sektoruna (N.Mehtiyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
8. Bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
9. Bu Qərarın icrasına nəzarət Komitənin sədr müavini D.Dövlətxanova həvalə edilsin.
|
Kollegiyanın sədri |
Samir Nuriyev |
|
|
|
|
Kollegiyanın katibi |
Pənah Abbasov |