“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair Tələblər”in
təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Bakı şəhərində
nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və
parklanma qaydalarına riayət etməsinin təmin olunması
və yol hərəkətinin təşkili sahəsində
fəaliyyətin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair Tələblər”
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı
şəhəri, 4 mart 2019-cu il
¹ 73
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli
Qərarı ilə |
Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən daşıyıcılara,
nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq yerlərinə
dair
TƏLƏBLƏR[2]
1. Ümumi müddəalar
1.1. Bu Tələblər “Bakı
şəhərində nəqliyyat vasitələri
sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət
etməsinin təmin olunması və yol hərəkətinin
təşkili sahəsində fəaliyyətin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası ilə
bağlı hazırlanmışdır və Bakı
şəhərində sərnişin daşımalarında
istifadə olunan avtobusların
və taksi minik avtomobillərinin
sürücülərinə, sərnişin
daşımalarını həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair tələbləri
müəyyən edir.
1.2. Bu Tələblər Bakı şəhərinin
inzibati ərazisində müntəzəm marşrutlar
üzrə şəhərdaxili (qəsəbədaxili)
sərnişin daşımalarını həyata
keçirən avtobusların
və taksi minik avtomobillərinin
sürücülərinə, sərnişin
daşımalarını həyata keçirən
daşıyıcılara, habelə Bakı
şəhərinin inzibati ərazisində sərnişin
daşımaya aid infrastruktura (nəqliyyat mübadilə
mərkəzlərinə, avtobus dayanacaq
məntəqələrinə və taksi duracaq
yerlərinə) şamil edilir.
1.3. Bu Tələblər Azərbaycan
Respublikasının “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti
haqqında” qanunları, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” nəzərə alınmaqla
hazırlanmışdır.
2. Bakı şəhərinin inzibati
ərazisində müntəzəm şəhərdaxili
(qəsəbədaxili) sərnişin
daşımalarını yerinə yetirən avtobuslara dair
tələblər[3]
2.1. Avtobusların
texniki göstəricilərinə dair tələblər
2.1.1. Bakı şəhərinin inzibati
ərazisində müntəzəm şəhərdaxili
(qəsəbədaxili) sərnişin
daşımalarını yerinə yetirən avtobuslar (bundan
sonra – avtobus) onlar üçün irəli sürülən
milli və beynəlxalq standartlara və normativlərə
uyğun texniki təchizata malik olmalı və “Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun saz vəziyyətdə
saxlanılmalıdır. Dövri texniki baxışdan
keçməmiş avtobuslar sərnişindaşımada
istifadə edilə bilməz.
2.1.2. Avtobuslar aşağıda
göstərilənlərlə təchiz edilməlidir:
2.1.2.1. salonu isitmə və sərinləşdirmə
funksiyalı tam havalandırma sistemi;
2.1.2.2. əlilliyi olan şəxslər üçün
təkərli oturacaqların
və uşaq arabalarının girişi və
çıxışı üçün mexanizm;[4]
2.1.2.3. nağdsız ödənişin
aparılmasına imkan verən avadanlıq (qurğu);
2.1.2.4. maksimal sürəti
məhdudlaşdırmağa imkan verən qurğu;
2.1.2.5. bütün salonu əhatə edən daxili
və dörd tərəfdən xarici nəzarətə imkan
verən və qeydə aldığı məlumatları
ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu
ilə təchiz edilmiş videokameralar;
2.1.2.6. avtobusların hərəkətini
izləmək üçün nəzərdə tutulmuş
və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi
mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal
Mövqetəyinetmə Sistemi (GPS) qurğusu;
2.1.2.7. sərnişinlərə səsli
məlumatları çatdırmaq, o cümlədən
dayanacaq məntəqələrini bildirmək
üçün istifadə olunan audioqurğu;
2.1.2.8. sərnişin qapıları açıq olduqda,
ayaqaltını işıqlandıran işıq cihazı;
2.1.2.9. qapıları açıq
vəziyyətdə hərəkətə başlamanı
məhdudlaşdıran qurğu və ya xüsusi səs
siqnalı;
2.1.2.10. sərnişinlərlə
sürücünün fiziki təmasını istisna edən
şəffaf kabinə;
2.1.2.11. ayaq üstə dayanan sərnişinlərin
sayına uyğun olan dayanıqlı əl tutacaqları;
2.1.2.12. ilk tibbi yardım
qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1
ədədi sürücü olan hissədə, digəri
isə salonda yerləşdirilməklə 2 ədəd
odsöndürən, qəza çıxış yeri
pəncərəsinin şüşəsinin sındırılması
üçün çəkic, diyirlənməyə
qarşı dayaq.[5]
2.1.3. Avtobusun salonunda sürücünün
görməsinə maneə yaratmamaq şərtilə salonu
işıqlandıran ağ və ya ağ-sarımtıl
işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı
sərnişin daşınarkən, həmin işıqlar
yandırılmalıdır.
2.1.4. Avtobusların salon
şüşələrinə pərdə və başqa bu
tipli örtüklər çəkilməsi qadağandır.
Lakin günəş şüalarından qorunmaq üçün
işıqburaxma dərəcəsi 60 faizdən
aşağı olmamaqla, şəffaf
tündləşdirilmiş şüşələrin
tətbiq edilməsinə yol verilir.
2.1.5. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə
alınmadan yerdən pillənin üst səviyyəsinə
qədər hündürlük 300 mm-dək,
hündürlüyün 300 mm-dək düşməsinə
imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək
olmalıdır.
2.1.6. Avtobuslar alçaq döşəməli
olmalıdır.
2.1.7. Avtobusların siniflərinə görə
uzunluğu və oturacaq yerlərinin minimum sayı bu
Tələblərin 1 nömrəli əlavəsində
göstərilənlərlə uyğun olmalıdır.
2.1.8. Avtobuslarda sərnişinlər üçün
çıxışların və qəza
çıxış yerlərinin minimum sayı (qapılar,
qəza çıxış pəncərələri və
lükü) bu Tələblərin 2 nömrəli
əlavəsində göstərilənlərə uyğun
olmalıdır.
2.1.9. Qəza çıxış yerləri
Azərbaycan və ingilis dillərində olmaqla
işarələnməlidir.
2.1.10. Qəza çıxış
pəncərələri asanlıqla və dərhal
açılmaqla, yalnız çölə açılan
olmalıdır.
2.1.11. Qəza çıxış
pəncərəsi təhlükəsiz
şüşədən olmalıdır. Şüşə
laminə edilmiş və ya plastik materialdan olmamalıdır.
2.1.12. Qəza zamanı çıxış
lükündən istifadə asan və rahat olmalıdır.
2.1.13. Avtobusların salonunda bu Tələblərdə
nəzərdə tutulan, habelə maarifləndirici və reklam
xarakterli əşyalar və qurğular istisna olmaqla,
konstruksiyada nəzərdə tutulmayan hər hansı
əşyanın yerləşdirilməsinə yol verilmir.
2.1.14. Avtobuslar müvafiq avtonəqliyyat
vasitələri üçün qüvvədə olan ekoloji
standartlara uyğun olmaqla, sıxılmış təbii qaz
və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
2.2. Avtobusların
xarici tərtibatı
2.2.1. Avtobusların banının qabaq, arxa və yan
tərəflərinin üzərində Bakı Nəqliyyat
Agentliyinin loqosu, qısaldılmış adı və ya
abreviaturası (BNA) göstərilməlidir. Loqo aydın
görünə bilən ölçülərdə
olmalıdır.
2.2.2. Avtobuslarda Bakı Nəqliyyat Agentliyi
tərəfindən verilən eyniləşdirmə
nömrəsi və Agentliyin çağrı
mərkəzinin nömrəsi olmalıdır. Bakı Nəqliyyat
Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası,
eyniləşdirmə və çağrı mərkəzinin
nömrələri hər bir avtobusun banında
aşağıdakı qaydada yerləşdirilməlidir:
2.2.2.1. banın ön hissəsinin üzərində
sağ tərəfdə və banın arxa hissəsinin
üzərində sağ tərəfdə;
2.2.2.2. banın sağ tərəfində önə
yaxın hissədə, banın sol tərəfində
sürücü pəncərəsinin altında;
2.2.2.3. avtobusun damının üstündə
(yalnız eyniləşdirmə nömrəsi) ön
tərəfə yaxın.
2.2.3. Eyniləşdirmə nömrələrinin
hündürlüyü aşağıdakı kimi
olmalıdır:
2.2.3.1. banın ön, arxa və yan
tərəflərində – ən azı 130 mm;
2.2.3.2. avtobusun damının üstündə – ən
azı 500 mm.
2.2.4. Bakı Nəqliyyat Agentliyinin loqosu,
qısaldılmış adı və ya abreviaturası,
eyniləşdirmə və çağrı mərkəzinin
nömrələri yazıların rəngi aydın
oxunması üçün bu Tələblərin 3
nömrəli əlavəsinin 3A-3D hissələrində
göstərilən nümunələrə uyğun
olmalıdır.
2.2.5. Avtobusun üzərində reklam “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə riayət edilməklə
yerləşdirilməli, avtobusun üzərinə bu
Tələblərə uyğun yerləşdirilən
zəruri məlumatları fərqləndirməyi
çətinləşdirməməlidir.
2.2.6. Avtobusların qapılarının
üzərində dekalkomaniya üsulu ilə və ya trafaretin
köməyi ilə forma və ölçüləri bu
Tələblərin 4 nömrəli əlavəsinə
uyğun olan yaşıl rəngdə “Giriş” və
qırmızı rəngdə “Çıxış”
işarələri yazılır.
2.2.7. Avtobuslar marşrut lövhəsi ilə təchiz
olunmalıdır. Marşrut lövhəsində marşrutun
nömrəsi, başlanğıc, son və əsas aralıq
dayanacaq məntəqələrinin adları
göstərilməlidir. Marşrut lövhəsində
məntəqə adları və rəqəmlər “Bookman”
şrifti ilə yazılmaldır.
2.2.8. Marşrut lövhəsi avtobusun ön, arxa və
yan tərəflərində yerləşdirilməlidir.
2.2.9. Ön, arxa və sağ yan
tərəflərdə olan marşrut lövhələri lent
şəklində informasiyanı dəyişmək
imkanına malik çarxlı qurğusu olan elektron tablo və
ya planşet şəklində olmalıdır, sol yan
marşrut lövhəsi isə bərk materialdan hazırlanmalıdır.
2.2.10. Ön marşrut lövhəsi avtobusun
konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda
quraşdırılmalıdır. Oyuq olmadıqda, marşrut
lövhəsi salonun içərisində standartlara müvafiq
sürücünün yerindən zəruri
görünüş mənzərəsinin
tələblərini təmin etmək şərtilə
hərəkət istiqamətindən sağ tərəfdə
yuxarıda alın şüşəsinin arxasında
quraşdırılır.
2.2.11. Avtobusların ön marşrut
lövhəsində sol tərəfdən marşrutun
nömrəsi, başlanğıc və son dayanacaq
məntəqələri göstərilir. Hərflərin hündürlüyü
yazıda hərflərin miqdarından asılı olaraq
maksimum ölçüdə olmalıdır. Avtobusların
ön lövhəsinin ölçüsü 200x900 mm-dən,
hərflərin hündürlüyü 150 mm-dən,
marşrutun dayanacaq məntəqələrinin adındakı
hərflərin hündürlüyü 75 mm-dən, ştrixin
eni 10 mm-dən az olmamalıdır.
2.2.12. Sağ yan marşrut lövhəsi avtobusun
konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda
quraşdırılmalıdır. Oyuq olmadıqda,
avtobusların yan marşrut lövhələri xüsusi
qurğunun köməyi ilə salonun içərisində
pəncərə üzərində aşağıdakı
qaydada yerləşdirilir:
2.2.12.1. birqapılı avtobuslarda qapıdan sonra birinci
pəncərə yerinin sağ tərəfdən
aşağı küncündə;
2.2.12.2. ikiqapılı və üçqapılı
avtobuslarda ikinci qapıdan əvvəl birinci pəncərə
yerinin sol aşağı küncündə.
2.2.13. Sağ yan marşrut lövhəsində sol
tərəfdə marşrutun nömrəsi və ardınca
marşrutun başlanğıc, son və bir və ya bir
neçə ən çox sərnişin olan aralıq
məntəqələri göstərilməlidir.
Hərflərin hündürlüyü yazıda
hərflərin miqdarından asılı olaraq maksimal
ölçüdə olmalıdır. Avtobusların sağ
yan marşrut lövhəsinin ölçüləri 270x900
mm, rəqəmlərin hündürlüyü 200 mm-dək,
marşrutun başlanğıc və son dayanacaq
məntəqələrinin adındakı hərflərin
hündürlüyü 75 mm-dək, ştrixin eni 15 mm-dək,
aralıq dayanacaqların adlarındakı hərflərin
hündürlüyü 35 mm-dək, ştrixin eni 7 mm-dək
olmalıdır.
2.2.14. Marşrutun arxa lövhəsi avtobusun
konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda
və ya arxa şüşənin içəri
tərəfində xüsusi qurğularda və ya orta
hissəsində quraşdırıla bilər.
2.2.15. Arxa və sol yan lövhələrdə
yalnız marşrutun nömrəsi göstərilir. Arxada
və sol yan tərəfdə marşrutun nömrəsi 220x350
mm-lik lövhədə, rəqəmlərin
hündürlüyü 200 mm, bir rəqəmin eni 100 mm və
ştrixin qalınlığı 15 mm ölçüdə
olmalıdır.
2.2.16. Lövhələrdə yazılar Azərbaycan
dilində olmalıdır. Beynəlxalq hava limanı
istiqamətində işləyən marşrutlarda
sərnişin daşımalarını həyata
keçirən avtobuslarda lövhələr Azərbaycan
və ingilis dillərində yazılmalıdır.
2.2.17. Avtobuslarda nümunəsi və
quraşdırılma yeri bu Tələblərin 3
nömrəli əlavəsinin 3A-3Ç hissəsində
göstərilənlərə uyğun olan ön, arxa və
sağ yan marşrut lövhələri (elektron tablolar) hər
zaman işlək vəziyyətdə, aydın oxuna bilən
və təmiz olmalıdır. Lövhələrdə
məlumat yazıları günün işıqlı və
ya qaranlıq vaxtında ön və arxa
lövhələrdə 15 m-lik məsafədən, yan
lövhələrdə 3 m-lik məsafədən aydın
görünən olmalıdır.
2.2.18. Banın sağ tərəfində giriş
qapısına yaxın hissədə gediş haqqının
nağdsız həyata keçirildiyi barədə məlumat
yerləşdirilməlidir (3 nömrəli əlavənin 3A
hissəsi).
2.3. Avtobusların
daxili tərtibatı
2.3.1. Avtobusların salonlarının daxili
tərtibatı sərnişinlər üçün
aşağıda göstərilən əyani və texnoloji
məlumatları əks etdirməlidir:
2.3.1.1. marşrutun nömrəsini;
2.3.1.2. Bakı Nəqliyyat Agentliyinin loqosunu,
qısaldılmış adını və ya
abreviaturasını və onun verdiyi eyniləşdirmə
nömrəsini;
2.3.1.3. Bakı Nəqliyyat Agentliyinin çağrı
mərkəzinin nömrəsini;
2.3.1.4. sürücünün fotoşəkli və
Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən
fərdi kod nömrəsi olan kart (5 nömrəli
əlavə);
2.3.1.5. ilk tibbi yardım
qutusu və odsöndürənin yerini;
2.3.1.6. marşrut sxemini (şəhərdaxili
marşrutlar üçün);
2.3.1.7. gediş haqqının məbləğini,
müvafiq ödəniş etmədən getməyə
görə inzibati cərimə barədə məlumatı;
2.3.1.8. giriş, çıxış və qəza
çıxışlarının yerini;
2.3.1.9. hərəkət zamanı texniki
təhlükəsizliyə riayət olunması haqqında
xəbərdarlığı;
2.3.1.10. uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq
yerlərini;[6]
2.3.1.11. tütün çəkməyin qadağan
olunması barədə məlumat;
2.3.1.12. maarifləndirici məlumatlar.
2.3.2. Lövhələrdəki informasiya
yazılarına müvafiq simvolik təsvirlər (piktoqramlar)
əlavə edilə bilər və ya həmin yazılar
təsvirlərlə əvəzlənə bilər (6
nömrəli əlavənin 6A-6E hissələri).
2.3.3. Avtobus sürücüsünün
fotoşəkli və fərdi kod nömrəsi olan kart avtobus
salonunda ön panelin yuxarı hissəsinə və ya
sürücünün kabinəsinin arakəsməsinə
yerləşdirilməlidir.
2.3.4. İnformasiya lövhələri (Bakı
Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı
və ya abreviaturası və Agentliyin verdiyi
eyniləşdirmə nömrəsi, gediş haqqının
və cərimənin məbləği)
sürücünün kabinəsinin arakəsməsinə
vurulur.
2.3.5. Avtobuslarda əlilliyi olan şəxslərin
təkərli oturacaqları
və uşaq arabaları üçün xüsusi
işarələnmiş yerlər və müvafiq təhlükəsizlik
sistemi olmalıdır.[7]
2.3.6. Avtobuslarda sürüşməyən
döşəmə örtüyü tətbiq edilməli,
interyerin bütün detalları (oturacaqlar, tavan və s.)
qüsursuz, yanğın təhlükəsizliyinin
tələblərinə uyğun olmalıdır.
2.3.7. Uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün yerləri
göstərən lövhələr müvafiq yerlərin
yanında və ya arxasında pəncərə yerinin
üzərində və ya paneldə vurulur.[8]
2.3.8. Avtobus marşrutunun sxemi avtobusun salonunun
içərisində bütün sərnişinlərin
yaxşı görə biləcəyi yerdə vurulmalı və
növbəti dayanacağın göstərildiyi elektron
lövhə şəklində olmalıdır. Marşrut
sxemində bütün dayanacaq məntəqələri
göstərilməlidir.
2.3.9. Avtobusun marşrutu üzrə hər bir dayanacaq
və növbəti dayanacaq audioqurğu vasitəsilə elan
edilməlidir.
2.3.10. İnformasiya lövhələrinin fonu və
məlumat yazıları, habelə piktoqramlar
sərnişinlər tərəfindən aydın oxunula və
qavranıla bilən rənglərdə olmalıdır.
2.3.11. Avtobusun salonunda reklam informasiyası “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olmaqla, xüsusi
bərkidilmiş planşetlərdə
yerləşdirilməli və sürücünün
görünüş sahəsinə mane olmamalıdır.
3. Bakı şəhərinin inzibati
ərazisində sərnişin daşımalarını
yerinə yetirən taksi minik avtomobillərinə dair
tələblər[9]
3.1. Taksi minik avtomobillərinin texniki
göstəricilərinə dair tələblər
3.1.1. Bakı şəhərinin inzibati
ərazisində sərnişin daşımalarını
yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra – taksi
minik avtomobilləri) onlar üçün irəli
sürülən milli və beynəlxalq standartlara və
normativlərə uyğun texniki təchizata malik olmalı,
“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun saz vəziyyətdə
saxlanılmalıdır.
3.1.2. Taksi minik avtomobilləri kimi müvafiq
avtonəqliyyat vasitələri üçün qüvvədə
olan ekoloji standartlara uyğun mühərriklə və ya
elektrik mühərriki ilə təchiz edilmiş minik
avtomobilləri istifadə oluna bilər.
3.1.3. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi
Komissiyasının təsnifatına uyğun olaraq, “B” və
daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər.
İkiqapılı (siyirmə qapısı olan minivenlər
istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan,
habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün
avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi
istismarına yol verilmir.[10]
3.1.4. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi,
salonu normal işıqlandırma sistemi, tam hava
tənzimləyicisi (sərinlətmə və isitmə
funksiyalı), sürücü və bütün
sərnişinlər üçün təhlükəsizlik
kəməri ilə təchiz edilməlidir.
3.1.5. Taksi minik avtomobilləri onların
hərəkətini izləmək üçün
nəzərdə tutulmuş və Bakı Nəqliyyat
Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya
olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu
ilə təchiz edilməlidir.
3.2. Beynəlxalq hava limanında sərnişin
daşıma xidməti üçün istifadə olunan taksi
minik avtomobillərinə dair əlavə tələblər
aşağıdakılardan ibarətdir:
3.2.1. ən azı “avro-4” ekoloji standartına uyğun
olmalıdır;
3.2.2. xüsusi proqram təminatı (internet
üzərindən taksi sifarişi, SMS məlumatlandırma)
olmalıdır.
3.3. Taksi minik
avtomobillərinin xarici tərtibatına dair tələblər
3.3.1. Taksi minik avtomobilinin damında öndən və
arxadan görünməklə “Taksi” sözü
yazılmış, damın həndəsi ortasında uzununa
oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik
bərkidilmiş yandırılıb söndürülə
bilən sarı rəngli fənər (avtomobilin
konstruksiyasında xüsusi “taksi” fənəri
nəzərdə tutulduqda əlavə fənər qoyulmur),
hər iki tərəfdən ön və arxa
qapılarının üzərində şahmat qaydasında
düzülmüş dördbucaq-lılardan ibarət
kompozisiyalı fərqləndirici nişan olmalıdır (7
nömrəli əlavənin 7A hissəsi).
3.3.2. Taksi minik avtomobilində Bakı Nəqliyyat
Agentliyi tərəfindən verilən eyniləşdirmə
nömrəsi, onun loqosu, qısaldılmış adı
və ya abreviaturası, habelə Agentliyin çağrı
mərkəzinin nömrəsi olmalıdır.
Eyniləşdirmə nömrəsi, loqo,
qısaldılmış ad və ya abreviatura və
çağrı mərkəzinin nömrəsi hər bir
avtomobilin banında ön sağ və sol
qapılarının üstündə
yerləşdirilməlidir (7 nömrəli əlavənin 7B
hissəsi). Hərf və rəqəmlərin
hündürlüyü 80 mm olmalıdır.
3.3.3. Hüquqi şəxslərin, habelə iki və
daha artıq minik avtomobili ilə sərnişin
daşımalarını həyata keçirən fiziki
şəxslərin daşımalarda istifadə etdiyi taksi minik
avtomobilləri sarı, ağ və ya bənövşəyi
rəngdə olmalıdır.
3.3.4. Taksi minik avtomobillərinin fərqləndirici
nişanı göy-sarı və ya qara-ağ rəngdə
olmalıdır.
3.3.5. Fərqləndirici nişanlar trafaret üzrə
və ya dekalkomaniya üsulu ilə (boya ilə)
çəkilməlidir.
3.3.6. Taksi minik avtomobillərinin alın
şüşəsinin yuxarı sağ küncündə
və ya taksi fənərinin yanında həmin avtomobilin
boş və ya dolu olduğunu bildirən, müvafiq olaraq
qırmızı və yaşıl rəngdə
işıqsaçan xüsusi işıq cihazı
yerləşdirilə bilər.
3.3.7. Beynəlxalq hava limanında xidmət
üçün istifadə olunan taksi minik avtomobillərinin
yanlarında “Airport taxi” fərqləndirici nişanı
olmalıdır (7 nömrəli əlavənin 7C hissəsi).
3.4. Taksi minik
avtomobillərinin daxili tərtibatı
3.4.1. Taksi minik avtomobillərində sərnişin
üçün ön oturacağın cihaz panelində
yaxşı oxuna biləcək şəkildə
sürücünün soyadı, adı, fotoşəkli
və Bakı Nəqliyyat Agentliyi tərəfindən
verilən fərdi kod nömrəsi, eləcə də
daşıyıcının (fiziki və ya hüquqi
şəxsin) adı, ünvanı göstərilən 110x60
mm ölçüdə məlumat lövhəsi
olmalıdır. Taksi minik avtomobilinin sürücü ilə
bağlı informasiya lövhəsinin nümunəsi 8
nömrəli əlavədə verilmişdir.
3.4.2. Taksi minik avtomobilləri taksometr aparatı və
ya müvafiq proqram təminatı ilə təchiz
edilməlidir.
3.4.3. Taksometr taksi minik avtomobilinin salonunda
sərnişinlərin rahat məlumat almaları
üçün uyğun yerdə
quraşdırılmalıdır.
3.4.4. Taksi minik avtomobillərinin oturacağında,
oturacaq üzlüyündə, döşəmə
xalçasında və ya digər daxili hissəsində
heç bir qüsur olmamalıdır. Ön və arxa
oturacaqların üzərini örtmək üçün
tikilmiş örtüklərin istifadəsinə icazə
verilmir. Örtük kimi avtomobil yorğanlarının
istifadəsinə icazə verilir. Salonun daxili
bütövlükdə təmiz, səliqəli olmalı
və xoşagəlməz qoxular olmamalıdır.
3.4.5. Taksi minik avtomobillərində
sərnişinlər tərəfindən yaxşı
görülə bilən yerdə daşınma
haqqının tarifləri əks olunmuş lövhə (8 nömrəli
əlavənin 8B hissəsi) asılmalıdır. Beynəlxalq
hava limanında taksi kimi istifadə edilən minik
avtomobillərində daşıma haqqı tarifləri
Azərbaycan və ingilis dillərində
göstərilməlidir.
3.4.6. Taksi minik avtomobilində sərnişinlər
tərəfindən yaxşı görünən yerdə
lövhədə “tütün çəkmək
qadağandır” yazısının və ya işarəsinin
olması təmin edilməlidir.
3.4.7. Hüquqi şəxslərin, habelə iki və
daha artıq minik avtomobili ilə sərnişin
daşımalarını həyata keçirən fiziki
şəxslərin daşımalarda istifadə etdiyi taksi minik
avtomobillərində, eləcə də beynəlxalq hava
limanında sərnişindaşıma xidməti
üçün istifadə olunan taksi minik
avtomobillərində nağdsız ödəniş
üçün POS-terminal olmalıdır.
4. Bakı şəhərinin inzibati
ərazisində yerləşən nəqliyyat mübadilə mərkəzlərinə
dair tələblər
4.1. Nəqliyyat mübadilə mərkəzi Bakı
şəhərinin inzibati ərazisində sərnişin
axınının nisbətən sıx olduğu və bir
neçə şəhərdaxili marşrut xəttinin
kəsişdiyi, ictimai nəqliyyatın digər
növlərinə (metro, şəhərətrafı qatar,
şəhərlərarası avtobuslar, taksilər)
keçidin daha rahat və əlverişli olduğu
yerlərdə sərnişinlərə xidmət
göstərilməsi üçün nəzərdə
tutulmuş və avadanlıqlarla təchiz edilmiş xüsusi
ərazidir.
4.2. Nəqliyyat mübadilə mərkəzinin
girişində (bir neçə girişi olduqda, onların
hər birində) Bakı Nəqliyyat Agentliyinin loqosunu və
çağrı mərkəzinin nömrəsini, həmin
nəqliyyat mübadilə mərkəzinin adını və
nömrəsini, ondan istifadə edən bütün avtobus
marşrutlarının nömrəsini əks etdirən
lövhə (9 nömrəli əlavə) olmalıdır.
4.3. Nəqliyyat mübadilə mərkəzləri yol
hərəkəti qaydalarına və sərnişin
daşınmasının təhlükəsizliyi
tələblərinə riayət edilməklə
yerləşdirilməli, avtobusların rahat və
təhlükəsiz yanalmasını, sərnişinlərin
təhlükəsiz və rahat girişini və
çıxışını təmin edən
şəraitə malik olmalıdır.
4.4. Nəqliyyat mübadilə mərkəzində
həmin mərkəzdən istifadə edən hər bir
marşrut xəttinə aid avtobuslar üçün dayanacaq
yeri müəyyən edilməlidir. Bu yerlər müvafiq
marşrutun nömrəsini və onun getdiyi əsas aralıq
və son dayanacaq məntəqələrini, marşrut
üzrə avtobusların hərəkət intervalını,
birinci və sonuncu reyslərinin vaxtını əks
etdirən lövhə (10 nömrəli əlavə) ilə
təchiz edilməlidir.
4.5. Nəqliyyat mübadilə mərkəzində
sərnişinlərin daldalanması üçün
pavilyonlar olmalıdır. Pavilyonların sayı və
ölçüləri həmin mərkəzdən
istifadə edən marşrut xətlərinin sayına,
sərnişin axınına və ərazi imkanlarına
görə müəyyən olunur.
4.6. Nəqliyyat mübadilə mərkəzində
nağdsız ödənişin aparılmasına imkan
verən avadanlıqlardan (qurğulardan) istifadə
üçün kartların satışını, habelə
bu kartlara pul vəsaitinin mədaxilini həyata keçirən
terminallar olmalıdır.
4.7. Nəqliyyat mübadilə mərkəzində
avtobusların hərəkət qrafikinə, onların
mərkəzdən istifadə qaydalarına riayət
etməsinə nəzarət üçün, avtobusların
rahat gəlməsinin və yola düşməsinin idarə
olunması üçün dispetçer məntəqəsi
olmalıdır.
4.8. Nəqliyyat mübadilə mərkəzi
avtobusların giriş və çıxış
istiqamətlərini, mərkəzin ərazisində
hərəkət sxemini, yol verilən maksimal
hərəkət sürətini, konkret dayanacaq yerlərini
bildirən yol nişanları və nişanlanma xətləri
ilə təchiz edilməlidir.
4.9. Nəqliyyat mübadilə mərkəzində kartların
satışını (onlara pul vəsaitinin mədaxilini)
həyata keçirən terminalların yerini
göstərən, digər nəqliyyat növlərinin
stansiya və ya dayanacaqlarına istiqaməti
göstərən məlumatverici nişanlar və
lövhələr, sərnişinlərin
hüquqlarını, vəzifələrini və
məsuliyyətini əks etdirən digər məlumatlar,
qrafiki təsvirlər yerləşdirilməlidir.
4.10. Nəqliyyat mübadilə mərkəzində
reklam lövhələri və reklam xarakterli məlumatlar
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa
və bu Tələblərə uyğun yerləşdirilməlidir.
4.11. Nəqliyyat mübadilə mərkəzində
sərnişinlərə və sürücülərə
xidmət göstərilməsi üçün kiçik
ticarət və iaşə xidmətləri
köşkləri, sanitar qovşağı
yerləşdirilə bilər.
4.12. Yol-nəqliyyat infrastrukturu imkan verdiyi hallarda
nəqliyyat mübadilə mərkəzinin
yaxınlığında taksi duracaq yerləri də
təşkil edilməlidir.
5. Bakı şəhərinin inzibati
ərazisində yerləşən avtobus dayanacaq
məntəqələrinə və taksi duracaq
yerlərinə dair tələblər
5.1. Avtobus dayanacaq
məntəqələrinin növləri və ölçüləri
5.1.1. Cibsiz dayanacaq məntəqəsi yol
kənarında, səkiboyu yerləşdirilmiş dayanacaq
məntəqəsidir.
5.1.2. Cibsiz dayanacaq məntəqəsi minimum 16 metr
giriş, 24 metr dayanma və 9 metr çıxış
sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir (11
nömrəli əlavə).
5.1.3. Cibli dayanacaq məntəqəsi sürət
həddinin və nəqliyyat axınının yüksək,
yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli
dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma
və 25 metr çıxış sahəsindən,
ümumilikdə 69 metrdən ibarətdir (12 nömrəli
əlavə).
5.1.4. Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki
və daha artıq avtobus üçün
hesablandığı zaman qeyd edilən
ölçülərdən əlavə avtobuslar arasında ən
azı 9 metr məsafə nəzərə
alınmalıdır (13 nömrəli əlavə).
5.1.5. Yol infrastrukturunun vəziyyətindən
asılı olaraq, qeyd edilən ölçülərə
müvafiq dəyişikliklər edilə bilər.
5.2. Avtobus dayanacaq
məntəqələrinin yerləşdirilməsi
5.2.1. Avtobus dayanacaq məntəqələri
şəhər daxilində 400-600 metr,
şəhərətrafı ərazilərdə isə
800-1000 metr intervalla yerləşdirilməlidir.
5.2.2. Əks istiqamətlərdə hərəkət
olan yollarda dayanacaq məntəqələri bir-birinə
nəzərən çarpaz formada yerləşdirilməlidir (14
və 15 nömrəli əlavələr).
5.2.3. Dayanacaq məntəqəsi piyada
keçidindən sonra yerləşdirilməlidir.
Avtobusların yanalma sahəsi ilə piyada keçidinin
arasında minimum 5 metr məsafə olmalıdır (14
nömrəli əlavə).
5.2.4. Əks istiqamətlərdə hərəkət
olan və hər istiqamətdə hərəkət
üçün bir hərəkət zolağından
ibarət yollarda dayanacaq məntəqələri çarpaz
formada, bir-birindən minimum 36 metr ara məsafəsi
gözlənilməklə quraşdırılmalıdır
(15 nömrəli əlavə).
5.2.5. Avtobus dayanacaq məntəqələri
yolayrıclarından sonra kəsişmənin
xüsusiyyətlərindən asılı olaraq, minimum 20 metr
məsafədə yerləşdirilməlidir (16 nömrəli
əlavə).
5.2.6. Yüksək sərnişin tələbatı
olduqda və kəsişmədən sonra yol infrastrukturu
əlverişli vəziyyətdə olmadıqda, avtobus dayanacaq
məntəqəsi kəsişmədən minimum 30 metr
əvvəl quraşdırıla bilər.
5.3. Avtobus dayanacaq
məntəqəsinin təchizatı
5.3.1. Dayanacaq pavilyonu aşağıdakı
tələblərə cavab verməlidir:
5.3.1.1. sərnişin tələbatından və
istiqamət üzrə hərəkət edən marşrut
avtobuslarının sayından asılı olaraq dayanacaq
məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu
quraşdırılmalıdır;
5.3.1.2. dayanacaq pavilyonu avtobusun çıxış
sahəsinə yaxın quraşdırılmalı və
qurularkən piyadaların hərəkəti üçün
minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır (17
nömrəli əlavə);
5.3.1.3. dayanacaq pavilyonu ilə avtobusun keçdiyi
hərəkət hissəsi arasındakı məsafə
minimum 0,5 metr olmalıdır (17 nömrəli əlavə);
5.3.1.4. tikiliyə yaxın yerləşdirilən
pavilyona qulluq göstərilməsi (yuyulması və s.)
üçün tikili ilə pavilyon arasında minimum 0,3 metr
məsafə saxlanılmalıdır.
5.3.2. Dayanacaq məntəqəsində səkinin eni 2
metrdən az olarsa və gün ərzində 20
sərnişindən az minib-düşmə həyata
keçirilərsə, həmin məntəqədə
pavilyonun qoyulmamasına yol verilir (18 nömrəli
əlavə).
5.3.3. Dayanacaq lövhəsi dayanacaq yerini işarə
edən 5.12 yol nişanından, dayanacaq məntəqəsinin
adının və dayanacaq məntəqəsindən
keçən marşrutların nömrələrinin əks
olunduğu məlumat tablosundan ibarətdir (19 nömrəli
əlavə).
5.3.4. Dayanacaq pavilyonu olmayan dayanacaq
məntəqələrində marşrutların dayanacaq
məntəqəsindən keçmə qrafiki, intervalları
və xəritə lövhənin aşağı
hissəsində quraşdırılmış əlavə
məlumat tablosunda əks olunmalıdır.
5.3.5. Ödəmə terminalı dayanacaq məntəqəsi
pavilyonunun yaxınlığında təhlükəsiz
yerdə yerləşdirilməlidir.
5.3.6. Avtobus dayanacaq məntəqəsində yol
müvafiq qaydada nişanlanmalıdır.
5.3.7. Avtobusların yanalma sahələrində yolun
1.17 nişanlanması çəkilən hissənin eni 3m±30 sm
olmalıdır (17 nömrəli əlavə).
5.3.8. Dayanacaq məntəqələri günün
qaranlıq saatlarında
işıqlandırılmalıdır.
5.3.9. Avtobus dayanacaq məntəqələrində
bordürün hündürlüyü 12-16 sm olmalıdır.
5.3.10. Dayanacaq məntəqələri drenaj sistemi
və zibil qutusu ilə təmin edilməlidir.
5.4. Avtobus dayanacaq
məntəqələrinin reyestri
5.4.1. Hər bir avtobus dayanacaq məntəqəsi
Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan
vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq
məntəqəsinin adı, ünvanı, texniki
göstəriciləri və başqa zəruri məlumatlar qeyd
edilir.
5.5. Bakı
şəhərinin inzibati ərazisində yerləşən
taksi duracaq yerlərinə dair tələblər
5.5.1. Taksi duracaq yerləri yol hərəkəti
qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz
və rahat hərəkəti nəzərə alınmaqla,
taksi xidmətlərinə ehtiyacın daha çox olduğu
küçə və prospektlərdə
yaradılmalıdır.
5.5.2. Taksi duracaq yerləri 5.14 yol nişanı və
1.17 nişanlanma xətti ilə işarələnməlidir.
5.5.3. Sərnişin tələbatının çox
olduğu ərazilərdə taksi duracaqlarında pavilyon
quraşdırıla bilər.
5.5.4. Taksi duracaq yerləri ən azı üç
taksi minik avtomobilinin yerləşə biləcəyi
ölçülərə malik olmalıdır. Yol
şəraitindən asılı olaraq, taksi minik avtomobillərinin
səkiyə paralel və səkiyə bucaq altında
durmasını nəzərdə tutan taksi duracaq yerləri
yaradıla bilər.
5.5.5. Taksi minik avtomobillərinin səkiyə paralel
durması nəzərdə tutulduğu taksi duracaq yerləri
hər bir minik avtomobili üçün 6,0-7,5 metr
uzunluğunda yer olması şərtilə təşkil
olunmalıdır.
5.5.6. Taksi minik avtomobillərinin səkiyə bucaq
altında durmasını nəzərdə tutan taksi duracaq
yerləri yalnız küçə və prospektlərin
hərəkət hissəsinin kənarında xüsusi
genişləndirilmiş sahələrdə, dayanmış
taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında
nəqliyyatın hərəkətinə hər hansı
maneə yaratmadığı hallarda təşkil edilə
bilər. Belə taksi duracaq yerlərində yanaşı
dayanan hər bir taksi minik avtomobili üçün 2,5x5 metr
ölçülərdə yer nəzərdə
tutulmalıdır.
5.5.7. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat
Agentliyi tərəfindən aparılan vahid reyestrdə
qeydə alınır. Reyestrdə duracağın adı,
ünvanı, texniki göstəriciləri və başqa
zəruri məlumatlar göstərilir.
6. Bakı şəhərinin inzibati
ərazisində müntəzəm şəhərdaxili
(qəsəbədaxili) sərnişin
daşımalarını yerinə yetirən avtobuslarla və
taksi minik avtomobilləri ilə sərnişin daşıyan
daşıyıcılara dair tələblər
6.1. Avtomobil nəqliyyatı ilə
sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun
13-cü maddəsinə uyğun olaraq müvafiq icazəyə
malik hüquqi şəxslər və fərdi sahibkarlar
tərəfindən yerinə yetirilə bilərlər.[11]
6.2. Daşıyıcı mülkiyyət, icarə
və ya istifadəsində olan, bu
Tələblərə və dövlət standartlarına
uyğun sərnişin avtonəqliyyat vasitəsinə malik
olmalıdır. Avtobuslarla müntəzəm
şəhərdaxili (qəsəbədaxili) marşrut
üzrə sərnişin daşımalarına cəlb olunan
daşıyıcı ona həvalə edilmiş marşrutda
istifadə olunacaq nəqliyyat vasitələrinin sayının
10 (on) faizi qədər ehtiyat nəqliyyat
vasitələrinə, marşrutda istifadə olunacaq
nəqliyyat vasitələrinin sayı 10-dan az olduqda isə
ən azı bir ehtiyat nəqliyyat vasitəsinə sahib
olmalıdır. Daşıyıcının
istifadəsində olan istehsalat bazasında istismar etdiyi
avtobusların ümumi sayının 60 faizindən az olmamaqla
təkər zəncir komplektləri olmalıdır.[12]
6.3. Daşıyıcının tabeliyində hər
bir avtobus üçün ən azı 3 (üç)
sürücü olmalıdır.
6.4. Daşıyıcı istifadəsində olan
nəqliyyat vasitələrinin sürücüləri
tərəfindən iş və istirahət rejiminə
riayət olunmasına nəzarət etməlidir.
6.5. Avtobusla sərnişin daşımalarını
həyata keçirən daşıyıcı müvafiq
avtonəqliyyat vasitələrinin saxlanması, onlara texniki
xidmət göstərilməsi, texniki vəziyyətinə
nəzarətin həyata keçirilməsi, reysqabağı
texniki yoxlanılması, habelə sürücülərin
reysqabağı tibbi müayinədən keçirilməsi
üçün istifadəsində olan avtobusların
sayına uyğun şəraiti olan istehsalat bazasına, yaxud
bu xidmətlərin göstərilməsi üçün
belə bazası olan fiziki və ya hüquqi
şəxslərlə bağlanılmış
müqaviləyə malik olmalıdır.
6.6. Daşıyıcı (onun səlahiyyətli
şəxsi) yola düşməzdən əvvəl
sürücünü zəruri sənədlərlə
(“Fərqlənmə nişanı”, yol vərəqəsi,
marşrut sxemi, hərəkət cədvəli, icbari
sığorta şəhadətnamələri, tələb
olunan halda baqaj qəbzi və s.) icbari
sığorta şəhadətnamələri barədə
və digər məlumatlarla təmin etməlidir.[13]
6.7. Daşıyıcı sərnişin
daşımalarına təqdim etdiyi avtobusların və taksi
minik avtomobillərinin xarici və daxili hissələrinin
təmiz olmasını, avtobusların salonunun ayda iki
dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin
tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən
asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata
keçirilə bilər.[14]
6.8. Daşıyıcı istifadəsində olan
avtonəqliyyat vasitələrinin rübdə bir
dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji
tələblərə uyğunluğunun
yoxlanılmasını (taksi minik avtomobilləri istisna olmaqla),
texniki vəziyyətinin reysqabağı
yoxlanılmasını, dövlət texniki
baxışından keçirilməsini təmin etməlidir.[15]
6.9. Avtobusla sərnişin daşımalarını
həyata keçirən daşıyıcı sərnişin
daşımalarında istifadə olunan avtobusları reysdən
sonra yalnız istehsalat bazasına daxil olan duracaq
yerlərində (qarajda, avtoparkda və s.) saxlamalıdır.
İstehsalat bazası mövcud standartlara uyğun olmaqla,
aşağıdakı minimal tələblərə cavab
verməlidir:
6.9.1. reysə çıxan nəqliyyat
vasitələrinin sayına uyğun reysqabağı texniki
yoxlamanın, texniki qulluğun və cari təmirin
keçirilməsi üçün məntəqənin
mövcudluğu;
6.9.2. eyni növbədə reysə çıxan
sürücülərin sayına uyğun tibbi
müayinənin keçirilməsi üçün
məntəqənin mövcudluğu;
6.9.3. avtobusların sayına uyğun yuma
məntəqəsinin mövcudluğu;
6.9.4. istifadəsində olan avtobusların rahat və
təhlükəsiz parklanmasına imkan verən ərazinin
və avtobuslar üçün təhlükəsiz və
maneəsiz giriş-çıxış yerlərinin, o
cümlədən fövqəladə hallar üçün
ehtiyat çıxış yerlərinin mövcudluğu;
6.9.5. nəqliyyat vasitələrinin
salamatlılığının təmini üçün
nəzarət kameraları ilə təchiz edilmiş,
yanğın və texniki-təhlükəsizlik tələblərinə
cavab verən mühafizə sisteminin mövcudluğu.
6.10. Daşıyıcı bu Tələblərdə
nəzərdə tutulmuş hallarda sərnişin
avtonəqliyyat vasitəsini nağdsız ödənişin
aparılmasına imkan verən avadanlıq (qurğu) və ya
POS-terminalla, daxili və xarici nəzarət kameraları
ilə, taksometrlə (müvafiq proqram təminatı
ilə) təchiz etməlidir.[16]
6.11. Müntəzəm şəhərdaxili
(qəsəbədaxili) marşrut üzrə sərnişin
daşımalarına cəlb olunan daşıyıcı,
habelə taksi minik avtomobilləri ilə
sərnişindaşıma xidməti göstərən
daşıyıcı sürücü qismində işə
qəbul etdiyi və işdən azad etdiyi hər bir
şəxs barədə müəyyən olunan qaydada
məlumatları 3 (üç) gündən gec olmayaraq vahid
informasiya sisteminə yerləşdirilməsi üçün
Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir.
6.12. Hər bir daşıyıcı sərnişin
daşımalarında istifadə olunan avtobus və taksi minik
avtomobili üçün ilk dəfə “Fərqlənmə
nişanı” alarkən, Bakı Nəqliyyat Agentliyindən
həmin avtobus və ya taksi minik avtomobilinə fərdi qaydada
verilən eyniləşdirmə nömrəsi, hər avtobus
sürücüsü üçün fərdi kod nömrəsi
olan kart, taksi sürücüsü üçün isə
fərdi kod almalıdır.[17]
6.13. Hər bir daşıyıcı sərnişin
daşımalarında istifadə olunan avtobus və taksi minik
avtomobili ilə bağlı “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun icbari sığorta
müqavilələrinə malik olmalı, həmin
müqavilələri vaxtlı-vaxtında yeniləməlidir.
6.14. Daşıyıcı
sürücü qismində işə qəbul etdiyi hər
bir şəxsin Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki
peşə təhsili müəssisələrində
təhsil alanlara münasibətdə isə Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi yanında
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
müəyyən etdiyi peşə təhsili
müəssisələri, habelə mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
təhsil müəssisələri tərəfindən
müqavilə bağlanılmaqla xüsusi hazırlıq
keçməsini təmin etməli və belə xüsusi
hazırlığın nəticələrinə dair
daşıyıcılarla və ya
sürücülərlə bağlanılmış
müqavilə əsasında Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi tərəfindən
aparılmış qiymətləndirməyə əsasən
7 (yeddi) il müddətində etibarlı olan, forması
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş sənədi
əldə etməyən sürücünü avtobusun və
taksinin idarə olunmasına buraxmamalıdır.[18]
6.15. Daşıyıcı istifadəsində olan
bütün nəqliyyat vasitələrinin reysqabağı
texniki yoxlamadan, onların sürücülərinin isə
reysqabağı tibbi müayinədən keçirilməsini
təmin etməlidir.
6.16. Daşıyıcı sərnişin
daşınmasında istismar etdiyi nəqliyyat
vasitələrinin istifadəsi ilə bağlı
törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə
yol hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarının pozulmasından ibarət olan
inzibati xətaların uçotunu aparmalıdır.
İstifadəsində olan nəqliyyat vasitələrinin
iştirakı ilə baş vermiş yol-nəqliyyat
hadisələri barədə həmin gün, nəqliyyat
vasitələrindən istifadə ilə bağlı
törədilmiş inzibati xətalarla bağlı isə ayda
bir dəfə Bakı Nəqliyyat Agentliyinə
müəyyən olunmuş məzmunda (yol-nəqliyyat
hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun
törədildiyi vaxt və yer, hansı nəqliyyat
vasitəsindən istifadə ilə bağlı
törədilməsi, bu xətanı törədən
sürücü barədə məlumatlar daxil
edilməklə) məlumat verməlidir.
6.17. Daşıyıcının işçi
heyətinin tərkibinə daxil olan hər hansı
sürücü nəqliyyat vasitəsini idarə etmək
hüququndan məhrum edildikdə və ya onun bu hüququ
məhdudlaşdırıldıqda, daşıyıcı bu
barədə qərar və ya hökm qüvvəyə
mindikdən sonra 3 (üç) gündən gec olmayaraq
Bakı Nəqliyyat Agentliyinə məlumat verməlidir.
6.18. Daşıyıcı sürücü kimi
işə qəbul etdiyi hər bir şəxs
üçün tibbi arayış tələb etməli
və təkrar tibbi müayinədən keçməsinə
nəzarət etməlidir.
7. Bakı şəhərinin inzibati
ərazisində müntəzəm şəhərdaxili
(qəsəbədaxili) sərnişin
daşımalarını yerinə yetirən avtobusların
və taksi minik avtomobillərinin sürücülərinə
dair tələblər
7.1. Avtobuslarla sərnişin daşımalarına “D”
kateqoriyası və ya “D1” altkateqoriyası üzrə
nəqliyyat vasitələrini idarə etmək hüququnu
təsdiq edən sürücülük vəsiqəsi olan
(yaşı 23-dən az və 65-dən çox olmayan və
“B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil
olan avtonəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübəsi beş ildən az olmayan),
“D1E” altkateqoriyası üzrə avtonəqliyyat
vasitələrini idarə etmək hüququnu təsdiq
edən sürücülük vəsiqəsi olan (yaşı
25-dən az və 65-dən çox olmayan və “D”
kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan
avtonəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübəsi iki ildən az olmayan) və
yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat
vasitələrini idarə etmək hüququnu təsdiq
edən sürücülük vəsiqəsi olan (yaşı
26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına
daxil olan avtonəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübəsi üç ildən az
olmayan) və daşıyıcı ilə əmək
müqaviləsi olan sürücülər buraxılırlar.
7.2. Taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına “B” və ya “BE” kateqoriyaları
üzrə nəqliyyat vasitələrini idarə etmək
hüququnu təsdiq edən sürücülük
vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən
artıq müddətdə mülkiyyətində,
icarəsində və ya istifadəsində olan
avtonəqliyyat vasitəsini idarə edən
sürücülər buraxılırlar. Beynəlxalq hava
limanında xidmət üçün istifadə olunan taksi
minik avtomobili ilə sərnişin daşımalarına taksi
minik avtomobilində sürücü qismində ən azı 2
(iki) il təcrübəsi olan sürücülər
buraxılırlar.[19]
7.3. Sərnişin daşımalarında istismar
edilən avtobusların sürücüləri peşə
fəaliyyətinə və davranışına, iş və
istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq
olunmuş xüsusi proqram üzrə hazırlıq
keçməli, habelə avtomobil nəqliyyatı ilə
sərnişin daşımalarını tənzimləyən
normativ hüquqi aktlar barədə zəruri biliklərə
malik olmalıdırlar. Taksi minik
avtomobillərinin sürücüləri etik davranış
qaydalarına və avtomobil nəqliyyatı ilə
sərnişin daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair xüsusi hazırlıq
keçməlidirlər. Avtobusların və taksi minik
avtomobillərinin sürücülərinin xüsusi
hazırlığı Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin tabeliyindəki peşə təhsili
müəssisələrində təhsil alanlara münasibətdə
isə Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi yanında Peşə Təhsili üzrə
Dövlət Agentliyinin müəyyən etdiyi peşə
təhsili müəssisələri, habelə mülkiyyət
və təşkilati-hüquqi formasından asılı
olmayaraq, təhsil müəssisələri
tərəfindən müqavilə bağlanılmaqla
təşkil edilir və keçirilir.[20]
7.4. Sərnişin daşımalarında istismar
edilən avtobusların və taksi minik avtomobillərinin
sürücüləri reysqabağı tibbi
müayinədən keçməli, idarə edəcəyi
nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan
keçdiyinə əmin olmalı, zəruri
sənədləri əldə etdikdən sonra reysə
çıxmalıdırlar.
7.5. Avtobus sürücüsü avtobusu marşrutun
hərəkət intervalına uyğun olaraq yalnız ilk
və son dayanacaq məntəqəsində
sərnişinlərin minib-düşməsi üçün
lazım olandan artıq müddətə dayandırıb
gözləyə bilər. Bütün aralıq dayanacaq
məntəqələrində avtobus sürücüsü
avtobusu yalnız sərnişinlərin minib-düşməsi
üçün zəruri olan müddətdə
dayandırmalıdır. Sürücü avtobusu marşrut
sxemi üzrə bütün dayanacaq
məntəqələrində dayandırmalıdır.
Dayanacaq məntəqəsində olan son sərnişin
mindikdən və ya orada düşməli olan son
sərnişin düşdükdən dərhal sonra
sürücü avtobusun qapılarını bağlayaraq
hərəkətinə davam etməlidir. Avtobusu dayanacaq
məntəqəsində çıxışa yaxın
yerdə dayandırmaq lazımdır. Avtobusu müvafiq
marşrut üzrə nəzərdə tutulan dayanacaq məntəqələrindən
kənarda sərnişini mindirib-düşürmək
məqsədi ilə dayandırmaq, habelə dayanacaq
məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa
keçərək dayandırmaq qadağandır.
7.6. Sərnişin daşımalarında istismar
edilən avtobusların sürücüləri və
beynəlxalq hava limanında xidmət üçün
istifadə olunan taksi minik avtomobillərinin
sürücüləri vahid xüsusi geyim formasında
olmalıdırlar (20 nömrəli əlavə). Digər taksi
minik avtomobillərinin sürücüləri isə
səliqəli geyimə malik olmalıdırlar.
7.7. Taksi minik avtomobilləri ilə
sərnişindaşıma xidməti göstərən
hüquqi şəxslərin və ikidən artıq minik
avtomobili olan fiziki şəxslərin öz
sürücüləri üçün vahid geyim forması
tətbiq edilə bilər.
7.8. Beynəlxalq hava limanında xidmət
üçün istifadə olunan taksi minik avtomobillərinin
sürücüləri ingilis dilində sadə
ünsiyyət üçün təməl bilgilərə
malik olmalıdırlar.
7.9. Sərnişin daşımalarında istismar
edilən avtobusların sürücüləri və taksi
minik avtomobillərinin sürücüləri
sərnişinlərlə nəzakətli rəftar etməli,
nəqliyyat vasitəsində, marşrut boyu yol
şəraitində yaranan bütün problemlər
barədə dərhal daşıyıcının
səlahiyyətli şəxsinə məlumat verməli,
yol-nəqliyyat hadisəsi, yanğın və başqa
fövqəladə hadisələr baş verdikdə və ya
sərnişinin səhhətində ciddi problem olduqda,
dərhal müvafiq xidmətlərə (polis, yanğından
mühafizə xidməti, təcili tibbi yardım xidməti)
məlumat verməli, sərnişinlərin təhlükəsizliyini
təmin etməklə yaranmış problemi aradan qaldırmaq
üçün mümkün tədbirlər
görməlidir.
8. Keçid müddəa[21]
8.1. Bu Tələblərin 2.1.14-cü yarımbəndi
2025-ci il yanvarın 1-dən
qüvvəyə minir.[22]
|
|
Avtobusların siniflərinə
görə uzunluğu və oturacaq yerlərinin minimum sayı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
A. Sərnişinlər üçün
çıxışların minimum sayı
|
|
|
|
Qeydlər:
1. Sərnişin tutumu 9-17 nəfər olan avtobuslarda
qapıların hər ikisi sərnişin qapısı kimi
və ya biri sərnişin, digəri isə qəza
çıxış qapısı kimi nəzərdə tutula
bilər.
2. Qoşqulu avtobusların ön bölməsində
ən azı iki, arxa bölməsində
(yarımqoşqusunda) isə ən azı bir sərnişin
qapısı olmalıdır.
B. Avtobuslarda qəza
çıxış yerlərinin minimum sayı
|
|
|
|
Qeyd. Cədvəldə göstərilən qəza
çıxış yerlərinin yalnız biri
çıxış lükü olaraq qəbul edilə
bilər.
|
|
|
|
Avtobusun giriş və
çıxışlarının işarələnməsi
|
|
Avtobus sürücülərinin
fərdi kod nömrəsi olan kartı
|
|
Avtobusun daxili tərtibatı
|
|
|
|
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik
avtomobilləri üçün duracaq yerlərinə dair
Tələblər”ə 9
nömrəli əlavə[24] |
Nəqliyyat mübadilə
mərkəzinin girişlərində qurulan lövhə
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə 10
nömrəli əlavə |
Nəqliyyat mübadilə
mərkəzində hər bir marşrut yeri üçün
lövhə
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”ə 11
nömrəli əlavə |
Cibsiz dayanacaq məntəqəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq yerlərinə
dair Tələblər”ə 12
nömrəli əlavə |
Cibli dayanacaq məntəqəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”ə 13
nömrəli əlavə |
İki və daha artıq avtobusluq
dayanacaq məntəqəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə 14
nömrəli əlavə |
Piyada keçidinə yaxın dayanacaq
məntəqələri
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə 15
nömrəli əlavə |
Əks istiqamətlərdə dayanacaq
məntəqələri
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”ə 16
nömrəli əlavə |
Yolayrıcı
yaxınlığında dayanacaq məntəqəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə 17
nömrəli əlavə |
Dayanacaq məntəqəsinin
təchizatı
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik
avtomobilləri üçün duracaq yerlərinə dair
Tələblər”ə 18
nömrəli əlavə |
Pavilyonsuz dayanacaq məntəqəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə
və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə 19
nömrəli əlavə |
Avtobus dayanacaq lövhəsi
|
“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik
avtomobillərinin sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün
dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”ə 20
nömrəli əlavə |
Avtobus və taksi
sürücülərinin geyim forması
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 3
oktyabr 2020-ci il, ¹ 202,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
9, maddə 1239)
2.
15 oktyabr
2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 oktyabr 2020-ci il, ¹ 218, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1281)
3. 20 oktyabr
2020-ci il tarixli 403
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1291)
4. 30 noyabr 2020-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 3
dekabr 2020-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1408)
5. 23 dekabr 2021-ci il tarixli 408
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, ¹ 282,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1532)
6. 9 mart 2022-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 11
mart 2022-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 3, maddə 261)
7. 21 dekabr 2022-ci il tarixli 448
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin
rəsmi internet saytı, 23 dekabr 2022-ci il,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1552)
8. 15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
16 may 2023-cü
il, “Xalq” qəzeti, 18 may 2023-cü il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5,
maddə 723)
9. 1 noyabr 2024-cü il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 noyabr 2024-cü il, “Xalq” qəzeti, 5 noyabr 2024-cü il, ¹ 244, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 11, maddə 1246)
10.
12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
13 mart 2025-ci il,
“Xalq” qəzeti, 18
mart 2025-ci il, ¹ 59)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə qərarın
adında və ikinci abzasında “avtobuslara
və taksi minik avtomobillərinə, onların”
sözləri “avtobusların
və taksi minik avtomobillərinin” sözləri ilə
əvəz edilmişdir.
[2] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in adında,
1.1-ci və 1.2-ci bəndlərində “avtobuslara və taksi minik avtomobillərinə, onların”
sözləri “avtobusların
və taksi minik avtomobillərinin” sözləri ilə
əvəz edilmişdir.
[3] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
2-ci hissəsi ləğv edilmişdir.
[4] 23 dekabr 2021-ci il
tarixli 408 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, ¹
282, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 12, maddə 1532) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma fəaliyyətini
həyata keçirən daşıyıcılara,
nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 2.1.2.2-ci
yarımbənddə “sağlamlıq imkanları məhdud
şəxslər üçün arabaların”
sözləri “əlilliyi olan şəxslər
üçün təkərli oturacaqların”
sözləri ilə əvəz edilmişdir.
[5] 20 oktyabr
2020-ci il tarixli 403
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1291) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 2.1.2.12-ci və 2.3.1.5-ci
yarımbəndlərində “dərman”
sözü “ilk tibbi yardım”
sözləri ilə əvəz edilmişdir.
[6] 23 dekabr 2021-ci il
tarixli 408 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, ¹
282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1532) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair Tələblər”in
2.3.1.10-cu yarımbənddə “sağlamlıq imkanı
məhdud” sözləri “əlilliyi olan”
sözləri ilə əvəz edilmişdir.
[7] 23 dekabr 2021-ci il
tarixli 408 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, ¹
282, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 12, maddə 1532) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair Tələblər”in
2.3.5-ci yarımbənddə “sağlamlıq imkanları
məhdud şəxslərin arabaları” sözləri “əlilliyi
olan şəxslərin təkərli oturacaqları”
sözləri ilə əvəz edilmişdir.
[8] 23 dekabr 2021-ci il
tarixli 408 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, ¹
282, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 12, maddə 1532) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə,
avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair Tələblər”in
2.3.7-ci yarımbənddə “sağlamlıq imkanları
məhdud” sözləri “əlilliyi olan”
sözləri ilə əvəz edilmişdir.
[9] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
3-cü hissəsi ləğv edilmişdir.
[10] 15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, ¹
218,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1281) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 3.1.3-cü yarımbəndinin ikinci
cümləsində “əlil”
sözü “əlilliyi olan
şəxs üçün” sözləri ilə
əvəz edilmişdir.
[11] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
6.1-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
6.1. Bakı
şəhərində müntəzəm
şəhərdaxili (qəsəbədaxili) sərnişin
daşımalarını yerinə yetirən avtobuslarla və
taksi minik avtomobilləri ilə sərnişin
daşımaları müvafiq icazəsi olan şəxslər
tərəfindən yerinə yetirilə bilər. İcazə
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, müntəzəm
şəhərdaxili (qəsəbədaxili) marşrut
üzrə sərnişin daşınması haqqında
müqavilə bağlanılmasını, avtobuslar
üçün “Fərqlənmə nişanı”
alınmasını və taksi minik avtomobilləri
üçün “Fərqlənmə nişanı”
alınmasını ehtiva edir.
[12] 30 sentyabr 2020-ci il tarixli
367 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, ¹ 202, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1239) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 6.2-ci bəndin birinci
cümləsində “və yaxud
digər qanuni əsaslarla istifadəsində” sözləri
“, icarə və ya
istifadəsində” sözləri ilə əvəz edilmişdir.
[13] 15 may 2023-cü il tarixli
156 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 16 may
2023-cü il, “Xalq”
qəzeti, 18 may 2023-cü il, ¹ 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 5, maddə 723) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 6.6-cı
bəndindən “icbari
sığorta şəhadətnamələri,”
sözləri çıxarılmışdır və
həmin bəndə “və
digər” sözlərindən əvvəl “icbari sığorta
şəhadətnamələri barədə” sözləri
əlavə edilmişdir.
[14] 30 noyabr 2020-ci il tarixli 465 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, ¹
253, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1408) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 6.7-ci bəndinin ikinci
cümləsində “Səhiyyə
orqanlarının”
sözləri “Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin”
sözləri ilə əvəz edilmişdir.
1 noyabr 2024-cü il
tarixli 470 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 4 noyabr
2024-cü il, “Xalq” qəzeti, 5 noyabr
2024-cü il, ¹ 244,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 11, maddə 1246) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 6.7-ci bəndinin ikinci
cümləsində “İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin”
sözləri “Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin”
sözləri ilə əvəz edilmişdir.
[15] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
6.8-ci bəndindən “rübdə
bir dəfə texniki, istismar, təhlükəsizlik və
ekoloji tələblərə uyğunluğunun
yoxlanılmasını (taksi minik avtomobilləri istisna olmaqla),”
sözləri çıxarılmışdır.
[16] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
6.10-cu bəndindən “(müvafiq
proqram təminatı ilə)” sözləri
çıxarılmışdır.
[17] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
6.12-ci bəndi ləğv edilmişdir.
[18] 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1291) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 6.14-cü bəndə “Agentliyi” sözündən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tabeliyindəki peşə təhsili
müəssisə-lərində təhsil alanlara
münasibətdə isə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə
Dövlət Agentliyinin müəyyən etdiyi peşə
təhsili müəssisələri” sözləri
əlavə edilmişdir.
21 dekabr
2022-ci il tarixli 448 nömrəli
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin
rəsmi internet saytı, 23 dekabr
2022-ci il, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə
1552) ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi
minik avtomobillərinə, onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini
həyata keçirən daşıyıcılara,
nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 6.14-cü (hər iki halda)
və 7.3-cü (hər iki halda)
bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
6.14-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
6.14.
Daşıyıcı sürücü qismində işə
qəbul etdiyi hər bir şəxsin Bakı Nəqliyyat
Agentliyi, Azərbaycan
Respublikası Elm və Təhsil
Nazirliyinin tabeliyindəki peşə təhsili
müəssisə-lərində təhsil alanlara
münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
müəyyən etdiyi peşə təhsili
müəssisələri tərəfindən təşkil
olunan xüsusi hazırlıq keçməsini təmin
etməli və belə hazırlığı
keçməklə müvafiq sənəd əldə
etməyən sürücünü avtobusun və taksinin
idarə olunmasına buraxmamalıdır.
[19] 30 sentyabr 2020-ci il tarixli
367 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, ¹ 202, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1239) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in 7.2-ci bəndində “və ya digər qanuni əsaslarla
(icarə müqaviləsi, etibarnamə və s.)
istifadəsində” sözləri “, icarəsində və ya istifadəsində”
sözləri ilə əvəz edilmişdir.
[20] 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1291) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 7.3-cü bəndin ikinci və
üçüncü cümlələri yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
Taksi
minik avtomobillərinin sürücüləri etik
davranış və avtomobil nəqliyyatı ilə
sərnişin daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair xüsusi hazırlıq,
beynəlxalq hava limanında daşıma xidmətləri
göstərən taksi minik avtomobillərinin sürücüləri
isə hava limanlarında sərnişindaşımanın
xüsusiyyətlərinə dair yenidən hazırlıq
keçməlidirlər. Avtobusların və taksi minik
avtomobillərinin sürücülərinin xüsusi
hazırlığı və yenidən
hazırlığı Bakı Nəqliyyat Agentliyi
tərəfindən müəyyən olunan qaydada və
dövrilikdə təşkil edilir və keçirilir.
12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
7.3-cü bəndində “Bakı
Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili
müəssisələrində təhsil alanlara
münasibətdə isə Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin müəyyən etdiyi
peşə təhsili müəssisələri
tərəfindən” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
tabeliyindəki peşə təhsili
müəssisələrində təhsil alanlara
münasibətdə isə Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin müəyyən etdiyi
peşə təhsili müəssisələri, habelə
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, təhsil müəssisələri
tərəfindən müqavilə bağlanılmaqla”
sözləri ilə əvəz edilmişdir..
[21] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”inin
8-ci hissəsi ləğv edilmişdir.
[22] 9 mart 2022-ci il tarixli 74 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart
2022-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 3, maddə 261) ilə “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan avtobuslara və
taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma
fəaliyyətini həyata keçirən
daşıyıcılara, nəqliyyat mübadilə
mərkəzlərinə, avtobuslar üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri
üçün duracaq yerlərinə dair
Tələblər”in 8.1-ci bəndində “2022-ci” sözləri “2025-ci”
sözləri ilə əvəz edilmişdir.
[23] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə
1-8 nömrəli əlavələr ləğv edilmişdir.
[24] 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 mart
2025-ci il, “Xalq” qəzeti, 18 mart
2025-ci il, ¹ 59) ilə “Bakı
şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə,
onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata
keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”ə
9–20 nömrəli əlavələrin yuxarı sağ
küncündə “avtobuslara
və taksi minik avtomobillərinə, onların”
sözləri “avtobusların
və taksi minik avtomobillərinin” sözləri ilə
əvəz edilmişdir.