“Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq qərara
alır:
“Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8;
2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, №
2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə
651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə
769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259;
2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr
709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.0.11-ci maddədən “gücləndirilmiş elektron imza ilə
təsdiq edilən və” sözləri
çıxarılsın.
2.
2.0.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“2.0.13.
elektron kabinet – bu Qanunun məqsədləri üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron
imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən kod-parol ilə daxil olmağa imkan verən,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və
sənəd mübadiləsini təmin edən fərdi elektron
səhifə;”.
3.
5-1-ci maddə üzrə:
3.1.
5-1.1-ci maddəsinin üçüncü cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Həmin
cəmiyyətin elektron dövlət qeydiyyatının həyata
keçirilməsi üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan
keçməklə elektron ərizə formasını
doldurur.”;
3.2.
5-1.2-ci maddədən “yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən
gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş”
sözləri çıxarılsın;
3.3.
5-1.6-cı maddənin birinci və ikinci cümlələrində
“ünvanına” sözləri “kabinetinə” sözləri ilə
əvəz edilsin;
3.4.
5-1.7-ci maddədə “ünvanına” sözü “kabinetinə”
sözü ilə əvəz edilsin;
3.5.
5-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5-1.8.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət
elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra
2 iş günü müddətində qanuni təmsilçi
(təmsilçilər) tərəfindən gücləndirilmiş
elektron imza ilə təsdiq edilmiş cəmiyyətin
sahibkarlıq fəaliyyətinə başlaması barədə
məlumatı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) göndərməlidir.”;
3.6.
aşağıdakı məzmunda 5-1.9-cu maddə əlavə
edilsin:
“5-1.9.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
dövlət qeydiyyatı zamanı mobil nömrənin
identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində
cavablandırılmalıdır.”.
4.
7-2.4-cü maddənin birinci və ikinci cümlələrində
“ünvanına” sözləri “kabinetinə” sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 28 dekabr 2018-ci il
№ 1447-VQD