Azərbaycan
Respublikasının Əmək Qanunları
Məcəlləsinə dəyişikliklər edilməsi
barədə[1]
Azərbaycan Respublİkasının
Qanunu
«Fərdi əmək
mübahisələrinin həlli haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Milli
Məclisi qərara
alır:
1. Azərbaycan Respublikasının
Əmək Qanunları Məcəlləsinə (Azərbaycan
SSR Ali Sovetinin Məlumatı, 1971-ci il, ¹ 23, maddə 190; 1973-cü il, ¹ 17-18, maddə 158, ¹
24, maddə 216; 1975-ci il, ¹ 7,
maddə 52, ¹ 15, maddə 125;
1977-ci il, ¹ 5-6, maddə 34, ¹ 13, maddə 91;
1978-ci il, ¹ 9, maddə 77, ¹ 14, maddə 139; 1980-ci il, ¹ 1-2, maddə 3, ¹ 6,
maddə 83, ¹ 19, maddə 191, ¹ 21, maddə 223; 1982-ci il,
¹ 24, maddə 288;
1983-cü il, ¹ 11-12, maddə 111, ¹ 23, maddə 215; 1984-cü il, ¹ 1-2, maddə 13;
1987-ci il, ¹ 19, maddə 179, ¹ 21,
maddə 215; 1988-ci il, ¹
5-6, maddə 31, ¹ 8, maddə 59, ¹ 11-12, maddə 114; 1990-ci il, ¹ 13-14, maddə 172; 1991-ci il, ¹ 2, maddə 5, ¹ 5, maddə 80, ¹ 9-10, maddə 151; 1992-ci il, ¹ 3 maddə 42, ¹ 14,
maddə 561, ¹ 19 maddə 846, ¹ 21, maddə 924; 1996-cı il, ¹ 14-IQD, ¹ 161-IQD, ¹ 222-IQD; 1997-ci il, ¹ 279-IQD, ¹ 280-IQD, ¹ 281-IQD
Azərbaycan Respublikasının Qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
XV fəsil aşağıdakı
redaksiyada verilsin:
«XV
fəsil
Fərdİ
əmək mübahİsələrİ
Maddə 221. Fərdi əmək mübahisələri
anlayışı
Fərdi əmək
mübahisələri, işəgötürənlə
işçi arasında əmək müqaviləsinin
(kontraktın), kollektiv əmək müqaviləsinin
(sazişin) şərtlərinin, əmək qanunvericiliyinin tətbiqi zamanı
yaranan və qanunvericiliklə müəyyən edilmiş
qaydada həll edilən fikir ayrılığıdır.
Maddə 222. Fərdi əmək mübahisələrinə
baxılması haqqında qanunvericilik
Fərdi əmək
mübahisələrinə məhkəmədə
baxılması bu Məcəllə, Azərbaycan
Respublikasının Mülki-Prosessual Məcəlləsi,
«Fərdi əmək
mübahisələrinin həlli haqqında» Azərbaycan
Respublikasının Qanunu və digər müvafiq qanunvericilik
aktları ilə nizama salınır.
Maddə 223. Fərdi əmək mübahisələrində
tərəflər
Fərdi əmək
mübahisələrində bir tərəfi mülkiyyət
formasından, təsərrüfatçılıq
növündən və ya təşkilati-hüquqi
tabeçiliyindən asılı olmayaraq müəssisələrdə
işçilərlə əmək müqaviləsi (kontraktı)
bağlamaq, bu müqaviləni xitam etmək, yaxud
dəyişdirmək hüququna malik
işəgötürən, digər
tərəfi isə əmək hüquqlarının
və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia
edən işçi və ya qanunvericiliklə
müəyyən edilmiş qaydada
onun vəkil etdiyi şəxs təmsil edir.
Maddə 224. Fərdi əmək mübahisələrinə baxan
orqanlar
Bilavasitə qanunda nəzərdə
tutulan hallar istisna olmaqla bütün fərdi əmək
mübahisələrinə məhkəmələr
tərəfindən baxılır.
Kollektiv müqavilələrdə
(sazişlərdə) nəzərdə tutulan hallarda müəssisələrdə
həmkarlar ittifaqı təşkilatının
nəzdində fərdi əmək
mübahisələrinə
məhkəməyə qədər baxan orqanın
yaradılması nəzərdə tutula bilər. Bu
orqanların yaradılması və fəaliyyət qaydası
işçinin məhkəməyə qədər mübahisələrə baxan
orqana, yaxud bilavasitə məhkəməyə müraciət
etmək hüququ saxlanılmaqla kollektiv
müqavilələrlə (sazişlərlə) nizama salınır. Məhkəməyə
qədər əmək mübahisələrinə baxan
orqanın çıxardığı qərar işçini
qane etməzsə o, həmin mübahisənin həlli
üçün məhkəməyə müraciət edə bilər.
Maddə 225. Fərdi əmək mübahisələrinin predmeti
Bu Məcəllə ilə
aşağıdakı məsələlərlə
bağlı baş verən əmək
mübahisələrinin həlli nizama salınır:
a) əmək müqaviləsinin
(kontraktın) bağlanması, ləğv edilməsi və ya
onun şərtlərinin dəyişdirilməsi;
b) əmək normalarının,
həmçinin işin həcminin müəyyən
edilməsi;
ç) əmək
müqaviləsində (kontraktda) nəzərdə tutulan
iş yerinin dəyişdirilməsi;
c) əmək haqqının,
habelə digər ödəmələrin müəyyən
edilməsi və hesablanması, yaxud ödənilməsi;
d) əmək haqqından, habelə
digər ödəmələrdən tutulmaların
aparılması;
e) məzuniyyət hüququnun
həyata keçirilməsi;
ə) intizam tənbehi verilməsi;
f) əmək mühafizəsinin
təşkili və təmin edilməsi;
q) işçinin
işəgötürənə vurduğu maddi ziyanın
məbləğinin müəyyən edilməsi və ya
ödənilməsi;
ğ) istehsalat qəzası və ya
peşə xəstəliyi nəticəsində
işçiyə və ya onun ailə üzvlərinə
vurulan zərərə görə əvəzin
məbləğinin müəyyən edilməsi və ödənilməsi;
h) səhmlər və ya digər
qiymətli kağızlar üzrə ödəmələrin
məbləğlərinin müəyyən edilməsi və
ödənilməsi, habelə özəlləşdirmə
prosesində və sonralar
əmək münasibətləri ilə bağlı
normaların tətbiq edilməsi;
x) əmək
müqavilələrinin (kontraktların), habelə kollektiv
müqavilələrinin (sazişlərin)
şərtlərinin, əmək qanunvericiliyinin pozulması
ilə bağlı digər
məsələlərin tətbiq edilməsi.
Maddə 226. İşçinin pozulmuş hüquqlarının
bərpasını iddia etmək hüququ
Bu Məcəllənin 225-ci
maddəsində göstərilən
məsələlərlə bağlı işçi,
hüquqlarının və ya qanunla qorunan mənafeyinin
pozulduğunu aşkar etdikdə
qanunvericilikdə nəzərdə tutulan qaydada fərdi
əmək mübahisələrini həll edən orqanlara
müraciət edərək pozulmuş hüquqlarının
bərpa edilməsini
tələb etmək hüququna malikdir.
Pozulmuş hüquqlarının
bərpa edilməsi barədə işçi arzusu ilə
məhkəməyə, yaxud məhkəməyə
qədər əmək mübahisələrini həll
edən müvafiq orqana
müraciət edə bilər. Pozulmuş
hüquqlarının bərpası üçün
işçi onun vəkil etdiyi nümayəndəsi
vasitəsi ilə də əmək mübahisəsini həll
edən orqana müraciət
edə bilər. Hüquqlarının müdafiəsini
həyata keçirmək üçün işçi öz
nümayəndəsinə qanunvericilikdə nəzərdə
tutulan qaydada tərtib edilmiş
etibarnamə verməlidir.
Əmək müqaviləsinin
ləğvi ilə əlaqədar yaranan mübahisələr
istisna olmaqla fərdi əmək mübahisələrinə,
bir qayda olaraq, işçinin iş vaxtından kənar vaxtlarda
baxılmalıdır. Əmək mübahisəsinin
həllinə işçinin iş vaxtı ərzində
baxıldıqda onun həmin vaxt ərzində həm əsas,
həm də əlavə iş
yerində orta əmək haqqı saxlanılır.
Maddə 227. Fərdi əmək mübahisələrində
tərəflərin vəzifələri və
məsuliyyəti
Fərdi əmək
mübahisələrində tərəflər biri digərinin
hüquqlarına hörmət edərək qanunvericiliyin
tələblərini, əmək müqaviləsi (kontrakt)
üzrə
öhdəlikləri və əmək
mübahisələrini mahiyyəti üzrə həll edən
məhkəmə qərarlarını yerinə
yetirməyə borcludurlar.
İşçinin əmək
mübahisəsi üzrə iddiası məhkəmə
tərəfindən rədd edildikdə
işəgötürənin çəkdiyi xərclər
onun ərizəsi əsasında məhkəmə
tərəfindən
işçidən tutula bilər.
İşçinin hüquqlarını
və qanuni mənafelərini pozmuş
işəgötürən, işçiyə dəyən
maddi ziyanı ödəməklə yanaşı,
mənəvi ziyana, yəni işçinin şərəf
və ləyaqətinin
ləkələnməsinə, alçaldılmasına
görə də maddi məsuliyyət daşıyır.
İşçiyə dəyən mənəvi ziyanın pul
hesabı ilə məbləği respublika üzrə minimum əmək haqqı
miqdarının iyirmi beş mislindən az, işçinin
hüquqlarının pozulmasında təqsirkar vəzifəli
şəxsin (şəxslərin) altı aylıq
əmək haqqından çox
ola bilməz. İşçiyə dəyən mənəvi
ziyanın pul hesabı ilə məbləği onun
ərizəsi əsasında işin faktiki hallarına
uyğun olaraq mülki
qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məhkəmə tərəfindən müəyyən edilir.
Dövlət
müəssisələrinin, təşkilatlarının
rəhbərliyinin və digər vəzifəli
şəxslərinin qanunsuz hərəkətləri
nəticəsində yaranan və məhkəmə
tərəfindən
işçinin xeyrinə həll edilən əmək
mübahisələri nəticəsində həmin
müəssisə və ya təşkilata dəyən maddi
ziyan təqsirkar vəzifəli şəxslərdən məhkəmənin qərarı
ilə tutulur.
Maddə 228. İddia müddətləri
Fərdi əmək
mübahisələrinə baxan orqana, işçi
hüququnun pozulduğunu aşkar etdiyi gündən
etibarən üç ay ərzində, əmək
müqaviləsinə xitam
verilməsi ilə əlaqədar yaranan əmək
mübahisələrinin həlli üçün isə bir ay
ərzində müraciət edə bilər. Hüququnun
pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq
əmrin, sərəncamın, qərarın, əmək
kitabçasının, haqq-hesab kitabçasının
(vərəqəsinin) verildiyi, həmçinin fərdi və
ya kollektiv əmək
müqaviləsinin (kontraktın, sazişin) mühüm
şərtlərinin işəgötürən
tərəfindən müvafiq qaydada sənədləşdirmədən
bilə-bilə qəsdən pozulduğu gündür.
Pul tələbləri ilə
əlaqədar yaranmış əmək
mübahisələrinin həlli üçün
işçi, hüququnun pozulduğunu aşkar etdiyi
gündən etibarən bir il ərzində əmək mübahisələrinə baxan
orqana müraciət edə bilər.
Həmin müddətlər
üzürlü səbəblərdən (özünün
xəstələnməsi, yaxın qohumunun ölməsi,
işçinin ezamiyyətdə, yaşayış yerindən
kənarda məzuniyyətdə
olması və s.) ötürülərsə, fərdi
əmək mübahisəsinə baxan orqan
buraxılmış müddəti bərpa edərək
mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Maddə 229. İşçinin məhkəmə xərclərini
ödəməkdən azad edilməsi
Hüquqlarının pozulduğunu
iddia edən işçi məhkəmə
xərclərindən azad edilir.
Maddə 230. İddianın məbləğində və onun
təmin olunmasında məhdudiyyətin olmaması
Fərdi əmək
mübahisələri üzrə iddianın
məbləğinə, həmçinin onun təmin
olunmasına hər hansı məhdudiyyət qoyula bilməz.
Maddə 231. İşə bərpa etmə
İşçi qanuni əsas olmadan
və ya fərdi əmək müqaviləsinə
(kontraktına) xitam verilməsinin qanunvericiliklə
müəyyən edilmiş qaydaları pozulmaqla işdən
çıxarıldıqda, yaxud qanunsuz olaraq başqa
işə keçirildikdə məhkəmə onu
əvvəlki işinə bərpa etməlidir.
Maddə 232. Fərdi əmək mübahisələri üzrə
qərarların və qətnamələrin icrası
qaydaları
Fərdi əmək
mübahisəsinin həlli barədə məhkəmə
qərarı dərhal icra edilməlidir.
Hakim, məhkəmənin fərdi
əmək mübahisəsinin həlli barədə
çıxardığı qərar icra edilmədikdə,
yaxud icraya mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi
ziyanın ödənilməsi və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlama haqqında qərardad çıxarır.
Maddə 233. Fərdi əmək mübahisələri üzrə
icrada dönüşün məhdudlaşdırılması
Fərdi əmək
mübahisələri üzrə məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı
çıxarıldığı gündən bir il
keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə
ləğv edilə bilməz.
Maddə 234. Bu Məcəllə ilə müəyyən
olunmuş fərdi əmək mübahisələrinin
həlli qaydaları şamil edilməyən şəxslər
və hallar
Bu Məcəllə ilə
müəyyən olunmuş fərdi əmək
mübahisələrinin həlli qaydaları, Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə
tutulan qaydada vəzifəyə
seçilən və ya təyin edilən, yaxud Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin olunan, eləcə də yerli özünüidarə
orqanlarında seçkili vəzifə tutan
şəxslərə şamil edilmir.
Bu Məcəllənin XV fəslinin
müddəaları əmək müqavilələrinin
(kontraktların) əlamətləri olan, lakin işçi
ilə işəgötürən arasında əmək münasibətlərini tənzim
etməyən mülki-hüquqi müqavilələr — podrat,
tapşırıq, müəlliflik müqavilələri
və bu qəbildən olan digər müqavilələr
üzrə
öhdəliklərin icrası zamanı
tərəflər arasında yaranan mübahisələrə
tətbiq edilmir».
2. Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 10 oktyabr 1997-ci il
¹ 382-IQD
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 01 fevral
1999-ci il tarixli 618-IQ nömrəli
Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-ci il, ¹4, maddə
213)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 01 fevral 1999-ci il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-ci il, ¹4, maddə
213) ilə ləğv edilmişdir.