Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına, humanizm və ədalət prinsiplərinə sadiq olduğunu ifadə edərək, məhkum edilmiş şəxslərin əfv olunması barədə vəsatətlərə baxaraq, cinayətlərin ictimai təhlükəliliyini və baş vermə şəraitini, məhkumların səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, törətdikləri cinayətlərdən səmimi peşman olduqlarını və Azərbaycan Respublikasının qanunlarına əməl edəcəklərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
I. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı qadınlar cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Həşimova Misirəbəyim Əhəd qızı, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin 1995-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
2. Rzayeva İradə Aslan qızı, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon xalq məhkəməsinin 1997-ci il 10 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
3. Şıxməmmədova Xalidə Nürəddin qızı, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin 1996-cı il 19 mart tarixli hökmü ilə məhkum edilmişdir.
II. Cinayəti yetkinlik yaşına çatmamışdan əvvəl törətmiş və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Əliyarov Ceyhun Sədrəddin oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 1998-ci il 25 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
2. İsgəndərov Rauf Famil oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 1998-ci il 1 may tarixli hökmü ilə məhkum edilmişdir.
3. İsmayılov Natiq Zülfüqar oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1997-ci il 2 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
4. Krasnikov Aleksey Borisoviç, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayon xalq məhkəməsinin 1997-ci il 8 may tarixli hökmü ilə məhkum edilmişdir.
5. Qurbanov Aslan Fəzayıl oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 1997-ci il 18 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
6. Məmmədov Vüqar Rəhim oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayon məhkəməsinin 1997-ci il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
7. Səttarov Aslan Aslan oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1998-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
8. Süleymanov Anar Nizami oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1998-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
9. Vorotnikov Yevgeni Viktoroviç, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı qarnizonu hərbi məhkəməsinin 1997-ci il 29 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
III. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı şəxslər səhhətlərinə görə cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abdullayev Müzamil İmran oğlu, 1941-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 24 mart tarixli hökmü ilə məhkum edilmişdir.
2. Abışov Sahib Adil oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin 1997-ci il 11 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
3. Ağayev Vüqar Əyyub oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər Məhkəməsinin 1996-cı il 24 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
4. Cavadov Tofiq Hamlet oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin 1997-ci il 29 may tarixli hökmü ilə məhkum edilmişdir.
5. Cəfərov Eldəniz Azbəy oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran qarnizonu hərbi məhkəməsinin 1998-ci il 9 mart tarixli hökmü ilə məhkum edilmişdir.
6. Xanəliyev Teymur Arif oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər xalq məhkəməsinin 1995-ci il 20 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
7. Qələndərov Vaqif Budaq oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1995-ci il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.
8. Məmişov Elxan Elmalı oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər xalq məhkəməsinin 1997-ci il 4 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
9. Rəsulov Anar Əlican oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı qarnizonu hərbi tribunalının 1993-cü il 27 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
10. Şərifov Məhərrəm Məhəmməd oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon xalq məhkəməsinin 1996-cı il 5 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
IV. Fərarilik, hərbi hissəni və ya qulluq yerini özbaşına buraxıb getmə və digər cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı hərbi qulluqçular cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abdullayev Allahşükür Mirzəhüseyn oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran qarnizonu hərbi tribunalının 1997-ci il 19 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
2. Atayev Uğur Nürəddin oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə qarnizonu hərbi tribunalının 1994-cü il 30 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
3. Əbülhəsənov Vaqif Əlihüseyn oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər qarnizonu hərbi tribunalının 1995-ci il 31 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
4. Fərəcov Emin Yusif oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam qarnizonu hərbi məhkəməsinin 1998-ci il 12 mart tarixli hökmü ilə məhkum edilmişdir.
5. Hüseynov Dönməz Müzəffər oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər qarnizonu hərbi tribunalının 1995-ci il 1 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
6. Kərimov Nicat Əkbər oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hərbi Dəniz Qüvvələri hərbi tribunalının 1997-ci il 11 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
7. Səfərov Novruz Ömürxan oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı qarnizonu hərbi tribunalının 1995-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
8. Şərifov Nazim Naib oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam qarnizonu hərbi tribunalının 1996-cı il 29 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
9. Şıxəliyev Rahib Şüküralı oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hərbi Dəniz Qüvvələri hərbi tribunalının 1995-ci il 17 may tarixli hökmü ilə məhkum edilmişdir.
V. Müxtəlif növ cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abbaszadə Balaş Əlizaman oğlu, 1950-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 3 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
2. Abdullayev Ceyhun Yolçu oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon xalq məhkəməsinin 1995-ci il 7 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
3. Abdürəhimov Vaqif Müseyib-Kazım oğlu, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayon xalq məhkəməsinin 1996-cı il 6 may tarixli hökmü ilə məhkum edilmişdir.
4. Ağayev Rasim Hüseyn oğlu, 1940-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1998-ci il 1 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
5. Aslanov Əlastan Rəsul oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayon xalq məhkəməsinin 1996-cı il 25 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
6. Bağırov Fəxrəddin Kazım oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 1999-cu il 14 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
7. Eyvazov Vüqar Abbas oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayon xalq məhkəməsinin 1996-cı il 5 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
8. Ələkbərov Nizami Qoca oğlu, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 28 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
9. Əmrahov Musa Məcid oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayon xalq məhkəməsinin 1994-cü il 26 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
10. Əzizov Səfər Əziz oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala rayon məhkəməsinin 1998-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
11. Hacıyev Akif Firudin oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xanlar rayon xalq məhkəməsinin 1994-cü il 17 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
12. Heydərov Əliabbas Əliabbas oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon xalq məhkəməsinin 1993-cü il 12 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
13. Həsənov Qadir Tehran oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1995-ci il 24 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
14. Xammədov İlham Soltanməcid oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayon xalq məhkəməsinin 1995-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
15. İbrahimov Yalçın Nadir oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 1998-ci il 9 mart tarixli hökmü ilə məhkum edilmişdir.
16. Qəhrəmanlı Fuad Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1998-ci il 27 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
17. Quliyev Vaqif Əmrah oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1998-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
18. Quliyev Vüqar Aydın oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 1998-ci il 14 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
19. Quliyev Yaşar İbrahim oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon xalq məhkəməsinin 1994-cü il 28 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
20. Məmmədov Daşqın Tofiq oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayon xalq məhkəməsinin 1996-cı il 26 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
21. Məmmədov Ehtiram Nurməmməd oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayon xalq məhkəməsinin 1995-ci il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.
22. Mikayılov Xaliq Ələsgər oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon xalq məhkəməsinin 1994-cü il 27 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
23. Mirzəyev Azər Astan oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər xalq məhkəməsinin 1993-cü il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
24. Mustafayev Saday Süleyman oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1998-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
25. Nəzərov İlqar Qulam oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı qarnizonu hərbi tribunalının 1997-ci il 17 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
26. Orucov Mehman Hilal oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1998-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
27. Reymer Yakov Qenrixoviç, 1967-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Səbail rayon xalq məhkəməsinin 1993-cü il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
28. Rəcəbov Məmməd Hacıyov oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon xalq məhkəməsinin 1997-ci il 4 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
29. Rəsulov Xaliq Həşim oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli qarnizonu hərbi tribunalının 1994-cü il 5 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
30. Rüstəmov Məhəmməd Salah oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon xalq məhkəməsinin 1994-cü il 16 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
31. Rzayev Damət Cəlil oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayon xalq məhkəməsinin 1994-cü il 11 aprel tarixli hökmü ilə məhkum edilmişdir. 32. Soleymani Avraham Nosretulla oğlu, 1961-ci ildə anadan olmuş, İsrail Dövlətinin vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1995-ci il 22 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
33. Şıxəliyev Vahid Bəhaləddin oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər qarnizonu hərbi tribunalının 1994-cü il 19 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
34. Şirinov Etibar Rafiq oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
35. Şükürəliyev Akif Həmzə oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 1997-ci il 5 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
VI. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş aşağıdakı şəxslərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılsın:
1. Abbasov Şaiq Nazim oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 1 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
2. Abışov Mayıl Xanlar oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
3. Alıyev Fazil İsa oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 1 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
4. Aslanov Şikar Sosialist oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 6 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
5. Azayev Fərmudə İkram oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 14 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
6. Babayev Məhəmməd Məhəmmədəli oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 11 mart tarixli hökmü ilə məhkum edilmişdir.
7. Ələkbərova Sevda İmran qızı, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsinin 1996-cı il 22 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
8. Əliyev Mais Heybət oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin 1997-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
9. Əliyeva Səfurə İsmayıl qızı, 1956-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayon xalq məhkəməsinin 1997-ci il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
10. Həsənov Eldar Zeynalabdı oğlu, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 28 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
11. Hüseynov Ram Məcid oğlu, 1977-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax rayon məhkəməsinin 1998-ci il 17 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
12. Qafarov Zülfəli Baxşəli oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hərbi Dəniz Qüvvələri hərbi tribunalının 1996-cı il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
13. Qurbanov Hafis Nəsib oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
14. Məmmədov Elxan Qəşəm oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 7 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
15. Məmmədov Faiq Alik oğlu, 1968-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1995-ci il 22 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
16. Məmmədov İdayət Yunis oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayon xalq məhkəməsinin 1993-cü il 24 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
17. Məmmədov Millət Xancan oğlu, 1971-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayon məhkəməsinin 1997-ci il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
18. Mirsadıqov Miryaqub Mirəziz oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1996-cı il 29 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
19. Muradov İlham İmran oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər məhkəməsinin 1997-ci il 12 mart tarixli hökmü ilə məhkum edilmişdir.
20. Muradov Vüqar Xalıqverdi oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam qarnizonu hərbi tribunalının 1996-cı il 29 mart tarixli hökmü ilə məhkum edilmişdir.
21. Musayev Mahir Şəmil oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər qarnizonu hərbi tribunalının 1996-cı il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
22. Mursəlov Rövşən Novruz oğlu, 1970-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1997-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
23. Rəhimov Əflatun Müzəffər oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər qarnizonu hərbi tribunalının 1995-ci il 2 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
24. Rzayev Akif Mayis oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 1997-ci il 21 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
25. Yaşılov Şamil Haqverdi oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayon məhkəməsinin 1998-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
VII. Yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyalara tapşırılsın ki, bu Fərmanın II hissəsinə əsasən əfv edilmiş yetkinlik yaşına çatmamış şəxslərin davranışı və tərbiyəsi ilə bağlı məsələləri həll etsinlər.
Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, əfv edilmiş yetkinlik yaşına çatmamışların tədrisə və ictimai faydalı əməyə cəlb olunmaları üçün tədbirlər görsünlər.
VIII. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Səhiyyə Nazirliyinə tapşırılsın ki, bu Fərmanla əfv olunaraq azadlığa buraxılmış, lakin himayəsinə götürə biləcəyi qohumları olmayan xəstələrin sosial müdafiəsini və onlara zəruri tibbi yardım göstərilməsini təmin etsinlər.
IX. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılsın ki, fərarilik, hərbi hissəni və ya qulluq yerini özbaşına buraxıb getmə və digər cinayətlər törətmiş, bu Fərmanın IV hissəsinə əsasən əfv olunmuş müddətli həqiqi hərbi xidmətin qanunla müəyyən edilmiş son yaş həddinə çatmamış və hərbi xidmətə yararlı hesab olunan hərbi qulluqçuların Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmətlərinin davam etdirilməsini təmin etsin.
X. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyul 1999-cu il
№ 152