Turizm
haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında turizm
bazarının hüquqi əsaslarının bərqərar
edilməsinə yönəldilmiş dövlət
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin
əsaslarını müəyyən edir və turizm
sahəsində meydana çıxan münasibətləri
tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən
vasitələrdən biri kimi turizm ehtiyatlarından
səmərəli istifadə olunması qaydasını
müəyyənləşdirir.
Bu Qanunda istifadə edilən
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
turizm -
Azərbaycan Respublikası vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin müvəqqəti olacağı
ölkədə (yerdə) ödənişli
fəaliyyətlə məşğul olmamaq şərtilə
istirahət, sağlamlaşdırma, tanış olma, idraki
(tarix və mədəniyyət sərvətlərindən
bəhrələnmə və sair), iş-peşə
(vəzifə borclarının icra edilməsi istisna olmaqla),
idman və dini məqsədlərlə daimi yaşayış
yerlərindən müvəqqəti getmələri
(səyahətləri);
turist -
istirahət, sağlamlaşdırma, tanış olma, idraki
(tarix və mədəniyyət sərvətlərindən
bəhrələnmə və sair), iş-peşə
(vəzifə borclarının icra edilməsi istisna olmaqla),
idman və dini məqsədlərlə getdiyi
ölkədə (yerdə) ödənişli
fəaliyyətlə məşğul olmamaq
şərtilə, 24 saatdan 12 ayadək müddətdə
müvəqqəti olan şəxs;
tur -
konkret müddətdə konkret marşrut üzrə fərdi
və ya qrup halında səfərdən ibarət olan, turizm
məhsulunun vauçer şəklində satılan
forması;
turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramla
nəzərdə tutulmuş xidmətlərin
ödənildiyini təsdiq edən sənəd;
turizm vauçeri - xarici turistlərə xidmət
göstərilməsi və firma ilə
qarşılıqlı ödəmələr
aparılması üçün əsas olmaqla, turun
tərkibinə daxil olan xidmətlər üzərində
turistin hüququnu müəyyənləşdirən və
xidmətlərin göstəriləcəyi faktını
təsdiq edən sənəd;
turoperator
- turların komplektləşdirilməsi, turizm məhsulunun
formalaşdırılması, hərəkətə
gətirilməsi və satışı ilə
məşğul olan turizm təşkilatı;
turaqent
- turoperator tərəfindən turların satışı,
turizm məhsulunun hərəkətə gətirilməsi
və satışı üzrə vasitəçilik
fəaliyyəti göstərən fiziki və ya hüquqi
şəxs;
turaqentlik
- turizm və ekskursiya yollayışlarının
satışı, habelə turizm - ekskursiya fəaliyyətinin
təşkili üzrə (informasiya, reklam, marketinq və s.)
digər xidmətlər göstərilməsi ilə
məşğul olan vasitəçi təşkilat;
turizm məhsulu - turistlərə göstərilən
xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi,
daşınması, yeməyi üzrə xidmətlər
kompleksi, ekskursiya, həmçinin bələdçi
(bələdçi-tərcüməçi) xidmətləri
və səfərin məqsədlərindən asılı
olaraq göstərilən digər xidmətlər);
turizm fəaliyyəti - turoperator və turaqent fəaliyyəti,
habelə səyahətlərin təşkili üzrə
digər fəaliyyət;
ekskursiya fəaliyyəti - turoperatorun müddəti 24 saatdan
çox olmayan və turistlərin yerləşdirilməsi
(gecələməsi) xidmətini nəzərdə tutmayan
turizm məhsulunun formalaşdırılması,
hərəkətə gətirilməsi və
satışı üzrə fəaliyyəti;
daxili turizm - Azərbaycan Respublikasında yaşayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;
xarici turizm - Azərbaycan Respublikasında yaşayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
başqa ölkəyə səyahətləri;
gəlmə turizm - Azərbaycan Respublikasında yaşamayan
vətəndaşların və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudları daxilində
səyahətləri;
sosial turizm - sosial ehtiyaclar üçün dövlətin
ayırdığı vəsaitdən yardımlanan
səyahət;
öz fəaliyyət turizmi - yerdəyişmənin aktiv
üsullarından istifadə olunmaqla, turistlər
tərəfindən sərbəst təşkil edilən
səyahətlər;
turizm ehtiyatları - səfər edilən ölkənin
(yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma
obyektləri və turistlərin ayrı-ayrılıqda və
ya kompleks halında tələb və ehtiyaclarını
təmin edə bilən, onların fiziki və mənəvi
qüvvələrinin bərpası və inkişafına
kömək edə bilən digər obyektlər məcmusu;
turizm infrastrukturu - turizm məhsulu istehsalı
təşkilinin kompleksli sistemi və yaxud mehmanxana və
digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat
vasitələrinin, ictimai iaşə, əyləncə
obyektləri və vasitələrinin, tanış olma, idraki,
iş-peşə, sağlamlaşdırma, idman və digər
təyinatlı obyektlərin, turoperator və turaqent
fəaliyyətini həyata keçirən
ixtisaslaşdırılmış müəssisə və
təşkilatların, həmçinin ekskursiya və
bələdçi
(bələdçi-tərcüməçi) xidmətləri
göstərən təşkilatların məcmusu;
turizm məhsulunun hərəkətə
gətirilməsi - turizm məhsulunun satışına
yönəldilmiş tədbirlər kompleksi (reklam,
ixtisaslaşdırılmış sərgilər, yarmarkalarda
iştirak, turizm məhsulunun satışı üzrə
turizm informasiya mərkəzlərinin təşkili,
kataloqların, bukletlərin və s. nəşri);
turizm və
rekreasiya zonaları – xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni
əhəmiyyət daşıyan təbiət və
mədəniyyət komponentlərinin yerləşdiyi,
təbiəti mühafizə, milli və mədəni irsi
qoruma, maarifçilik, elmi və digər məqsədlər
üçün istifadə olunan, qanunvericiliyin
tələbləri nəzərə alınmaqla turizmin
təşkili və inkişafı məqsədilə
ayrılan əlverişli turizm potensialına və müvafiq
turizm infrastrukturuna malik olan ərazilər.[2]
Turizm haqqında qanunvericilik Azərbaycan
Respublikası Konstitusiyasına əsaslanır və bu
Qanundan, Azərbaycan Respublikasının digər normativ
hüquqi aktlarından və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
1. Dövlət turizm sahəsində:
1.1. Turizm fəaliyyətinə
kömək edir və onun inkişafı üçün
əlverişli şərait yaradır;
1.2. turizm fəaliyyətinin üstün
istiqamətlərini müəyyən edir və onun həyata
keçirilməsinə kömək edir;
1.3. Azərbaycan Respublikası haqqında
turizm üçün əhəmiyyətli bir ölkə kimi
təsəvvür formalaşdırır.
2. Turizm fəaliyyətinin
tənzimlənməsinin əsas məqsədləri
aşağıdakılardır:
2.1. turistlərin səyahətləri
zamanı istirahət, yerdəyişmə azadlığı
və digər hüquqlarını təmin etmək;
2.2. ətraf mühiti (təbiəti)
qorumaq;
2.3. turistlərin səyahətləri
zamanı onların tələbatlarını təmin edən
turizmin infrastrukturunu inkişaf etdirmək, yeni iş yerləri
yaratmaq, dövlətin və onun vətəndaşlarının
gəlirlərini artırmaq;
2.4. beynəlxalq əlaqələri inkişaf
etdirmək, turizm baxış obyektlərini qoruyub saxlamaq,
təbii, tarixi və mədəni irsdən səmərəli
surətdə istifadə etmək.
3. Turizm fəaliyyətinin dövlət
tənzimlənməsinin üsulları
aşağıdakılardır:
3.1. turizm infrastrukturu sahəsində
münasibətlərin təkmilləşməsinə
yönəldilmiş normativ hüquqi aktların qəbul
edilməsi;
3.2. daxili və dünya turizm
bazarlarında turizm məhsulunun hərəkətə
gətirilməsinə kömək göstərilməsi;
3.3. turistlərin hüquq və
maraqlarını müdafiə etmək, onların
təhlükəsizliyinin təmin edilməsi;
3.4. turizm infrastrukturu sahəsində
xüsusi razılığın verilməsi,
standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılmasının
təşkili; [3]
3.5. turizmin inkişaf etdirilməsi
üzrə məqsədli dövlət proqramlarının
işlənib hazırlanması;
3.6. turizm infrastrukturuna investisiya
qoyuluşu, o cümlədən xarici investorların cəlb
olunması üçün əlverişli şərait
yaradılması;
3.7. turizm fəaliyyəti sahəsinin kadr
təminatına kömək edilməsi;
3.8. turizm infrastrukturu sahəsində elmi
tədqiqatların inkişaf etdirilməsi;
3.9. Azərbaycan turistlərinin,
turoperatorlarının, turaqentlərinin və onların
birliklərinin beynəlxalq turizm proqramında iştirakına
şərait yaradılması;
3.10. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş digər
üsullar.
1. Turizm sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
1.1. turizm sahəsində dövlət
siyasətinin əsaslarını və bu sahənin əsas
istiqamətlərini müəyyənləşdirmək;
1.2. turizmin inkişafına dair
dövlət proqramını işləyib hazırlamaq;
1.3. turizmin normativ bazasını
işləyib hazırlamaq;
1.4. turizmdə sahələrarası və
regionlararası fəaliyyəti əlaqələndirmək;
1.5. Azərbaycan Respublikasını
xaricdə əhəmiyyətli turizm ölkəsi kimi
tanıtmaq məqsədilə informasiya şəbəkəsi
yaratmaq;
1.6. beynəlxalq turizm
təşkilatlarında Azərbaycan Respublikasının
nümayəndəliyini təşkil etmək, turizmin
inkişafına dair beynəlxalq proqramın işlənib
hazırlanmasında iştirak etmək, turizm sahəsində
əməkdaşlıq üzrə müqavilələr
bağlamaq və onların həyata keçirilməsi
mexanizmini işləyib hazırlamaq;
1.7. ərazi-turizm ehtiyatları kimi
qəbul edilmiş obyektlərin qorunmasını və
fəaliyyətini təşkil etmək;
1.8. turizm sahəsində peşə-ixtisas
təhsili üzrə istiqamətləri və ixtisasların
siyahısını müəyyən etmək;
1.9. turizm qanunvericiliyinin icrasına
nəzarət etmək;
1.10. turizm sahəsində
standartlaşdırma və sertifikatlaşdırma
qaydalarını hazırlamaq;
1.11. turizm təşkilatlarının
reyestrini aparmaq;
1.12. mülkiyyət formasından və
tabeliyindən asılı olmayaraq, turizm fəaliyyəti
ilə məşğul olan və turistlərə xidmət
göstərən bütün müəssisələrdə
xidmətlərin dövlət standartlarına riayət
olunmasına nəzarət etmək.
2. Bu maddənin 1-ci
hissəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş
dövlət proqramlarının layihələrinə dair
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi
hazırlanmalı və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılmalıdır.[4]
Maddə 4-1. Turizm və rekreasiya zonaları [5]
4-1.1. Turizm
fəaliyyətinin dövlət tənzimlənməsi
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən turizm və rekreasiya zonaları yaradıla
bilər.
4-1.2. Turizm
və rekreasiya zonaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən idarə olunur.
4-1.3. Turizm və rekreasiya zonaları
haqqında nümunəvi əsasnamə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
4-1.4. 300 nəfərdən
çox tutumu olan turizm və rekreasiya obyektlərinin
layihələrinə dair “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qaydada ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
sənədi hazırlanmalı, həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir. [6]
4-1.5. Bu Qanunun 4-1.4-cü
maddəsində nəzərdə tutulan mövcud obyektlər
ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə uyğun olduqda, həmin
obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin
obyektlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən verilən sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla
bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf
mühitin mühafizəsi sahəsində normativ hüquqi
aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla, müvafiq
dəyişikliklər edilir.
4-1.6. Bu Qanunun 4-1.4-cü
maddəsində nəzərdə tutulan mövcud obyektlərin
fəaliyyəti zamanı təbiətdən istifadə
şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji
üsullar tətbiq edildikdə, həmin fəaliyyətə
dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
4-1.7. Bu Qanunun 4-1.4-cü
maddəsində nəzərdə tutulan obyektlərə dair
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd
təsiri müəyyən edildikdə, həmin obyektlərlə
bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll olunur.
1. Turizm fəaliyyəti sahəsində
standartlaşdırmaya aşağıdakılar aiddir:
1.1 turizm müəssisələrinin və
turizm məhsullarının təsnifatı;
1.2. turizm məhsullarının
təhlükəsizliyinin və keyfiyyətinin təmin
edilməsi;
1.3. turizm məhsullarının turist
tələbatına uyğunluq parametrlərinin
müəyyənləşdirilməsi;
1.4. turizm müəssisələrinin
işçilərinə verilən ixtisas tələbləri;
1.5. turizm müəssisələrinin
ofislərinə verilən tələblər.
2. Turizm fəaliyyəti sahəsində
standartlaşdırma obyektləri müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmaqla müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
3. Turizm fəaliyyəti sahəsində
sertifikatlaşdırma turizm məhsulunun turistlərin
tələbatını təmin edən, onların
əmlakını qoruyan, ətraf mühiti mühafizə
edən qanunlara və digər normativ aktlara uyğunluğunu
müəyyən etməkdir.
4. Turoperatorun və ya turaqentin turizm
məhsulunun məcburi sertifikatlaşdırılmasından
imtina etməsi, turizm məhsulunun
sertifikatlaşdırılmasının mənfi
nəticəsi, habelə sertifikatın ləğv olunması
turizm fəaliyyətinin həyata keçirilməsi
üçün verilmiş xüsusi razılığın
qüvvəsinin dayandırılması və ya ləğvi
ilə nəticələnir.
5. Turizm sahəsində xüsusi
rzılığın verilməsi, standartlaşdırma və
turizm məhsulunun sertifikatlaşdırılması
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.[7]
6. Turist-ekskursiya xidmətlərinin
sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumu və ya akkreditasiya edilmiş uyğunluğu
qiymətləndirən qurumlar tərəfindən
aparılır. Turist-ekskursiya xidmətlərinin
sertifikatlaşdırılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[8]
7. Bu maddənin altıncı
hissəsində nəzərdə tutulmuş uyğunluğu
qiymətləndirən qurumların akkreditasiyası
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada həyata
keçirilir.[9]
1. Turist səyahətə
hazırlaşarkən, habelə tranzit də daxil olmaqla,
bütün səyahət müddətində
aşağıdakı hüquqlara malikdir:
1.1. nəzərdə tutulan proqrama
müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada qalma
qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər,
müqəddəs yerlər, xüsusi mühafizədə olan
təbiət, tarix, mədəniyyət abidələri və
digər turizm obyektləri, ətraf mühitin vəziyyəti
barədə zəruri və dürüst informasiya almaq;
1.2. getdiyi ölkədə (yerdə),
mövcud olan məhdudiyyət tələbləri
nəzərə alınmaqla,
hərəkət-yerdəyişmə hüququndan, turizm
ehtiyatlarından sərbəst istifadə etmək;
1.3. həyatının və
sağlamlığının qorunması üçün
təxirəsalınmaz tibbi yardım alınması
hüququna malik olmaq;
1.4. turizm məhsulunun pərakəndə
alqı-satqı müqaviləsi şərtlərinin
turoperator və ya turaqent tərəfindən yerinə
yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi
zərərlərin əvəzinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada ödənilməsini tələb etmək;
1.5. getdiyi ölkənin (yerin) hakimiyyət
və yerli özünüidarə orqanlarından hüquqi
və digər təxirəsalınmaz yardım növləri
göstərilməsində kömək almaq.
1. Azərbaycan Respublikasından xarici
ölkəyə gedən turistin tranzit də daxil olmaqla,
səyahət vaxtı aşağıdakı vəzifələri
var:
1.1. getdiyi ölkənin (yerin)
qanunlarına riayət etmək, onun sosial quruluşuna,
adətlərinə, ənənələrinə, dini
etiqadlarına hörmət etmək;
1.2. müvəqqəti olduğu
ölkədə (yerdə) ətraf mühitin mühafizə
qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət
abidələrinə qayğı ilə yanaşmaq;
1.3. müvəqqəti getdiyi
ölkədə (yerdə), habelə yolboyu keçdiyi
ölkələrdə gəlmə, getmə qaydalarına
riayət etmək;
1.4. səyahət zamanı şəxsi
təhlükəsizlik qaydalarına riayət etmək.
2. Azərbaycan Respublikasına
gəlmiş turist yuxarıdakı müddəalara
əməl etməklə bərabər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş ölkəyə (müvəqqəti olduğu
yerə) gəlmə və ölkədən
(müvəqqəti olduğu yerdən) getmə, habelə
orada qalma qaydalarına riayət etməlidir.
Maddə 7-1. Turizm vizası və
turistlərə verilən elektron vizalar[10]
7-1.1. Azərbaycan Respublikasına
gəlmək üçün viza tələb olunduğu
hallarda turist kimi gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə müəyyən olunmuş qaydada turizm vizası
almalıdırlar.
7-1.2. Turizm vizasında ölkədə
qalma müddəti 30 günədək müəyyən
edilir.
7-1.3. Turizm vizasının
rəsmiləşdirilməsi üçün səfərin
turizm məqsədi ilə həyata keçirildiyini
təsdiqləyən sənəd (turizm vauçeri və ya
turizm yollayışı, yaxud sərnişin bileti və
mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu
kimi obyektlərdə yer sifariş edilməsini
təsdiqləyən sənəd) və Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
7-1.4. Azərbaycan Respublikasına
gələn turistlər siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən ölkələrin
vətəndaşları və ya həmin
ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər
olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala
bilərlər. [11]
7-1.5. Elektron viza almaq
üçün əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər “ASAN
Viza” sistemində yerləşdirilmiş elektron müraciət
formasında nəzərdə tutulan məlumatları
sistemə daxil etməli, müraciətin qəbul olunması
barədə müvafiq təsdiqnamə aldıqdan sonra
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət rüsumunu elektron qaydada
ödəməlidirlər. [12]
7-1.6. Birdəfəlik
və ya çoxdəfəlik elektron vizanın verilməsi
ilə bağlı müraciətə ən geci 3 iş
günü müddətində, birdəfəlik elektron
vizanın sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə ən geci 3 saat
ərzində, birdəfəlik elektron vizanın Azərbaycan
Respublikasının beynəlxalq hava limanlarında alınması
üçün müraciət edildikdə isə real vaxt
rejimində baxılır, imtina üçün əsas
olmadıqda müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada viza verilir. Viza
verilməsindən imtina edildikdə, müraciət etmiş
şəxsin elektron poçt ünvanına bu barədə
məlumat göndərilir. [13]
Turizm məhsulu turizm bazarının
vəziyyəti ilə əlaqədar olaraq və yaxud da
turistin konkret sifarişi üzrə
formalaşdırılır.
Turoperator ayrı-ayrı xidmətlər
göstərən və yaxud tura daxil olan bütün
xidmət növlərini təmin edən turist qəbulu
üzrə turoperatorla müqavilələr əsasında tura
daxil olan xidmətlər üzərində hüquqlara malik
olur.
Turoperator turizm məhsulunu
formalaşdırır (hazırlıyır), göndərir
və onun satışını birbaşa və ya turaqent
vasitəsilə həyata keçirir.
Turizm məhsulu haqqında yazılı
informasiyada müqavilənin Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, həmçinin bu Qanunda
nəzərdə tutulmuş bütün vacib
şərtləri varsa və turoperatorun və ya turaqentin
təklifdə göstərilmiş şərtlərlə
müqavilə bağlamaq iradəsi ifadə olunarsa, belə
təklif müqavilə təklifi kimi qəbul olunur.
1. Turizm məhsulunun satışı
müqavilə əsasında həyata keçirilir.
Müqavilə yazılı formada bağlanır və o,
Azərbaycan Respublikasının qanunvericiliyinə, o
cümlədən istehlakçıların
hüquqlarının müdafiəsi sahəsində
qanunvericiliyə uyğun olmalıdır.
2. Müqavilənin vacib şərtləri
aşağıdakılardır:
2.1. turizm fəaliyyətinin həyata
keçirilməsi üçün verilmiş lisenziya
barədə məlumatlar göstərilməklə turoperator
haqqında informasiya, onun hüquqi ünvanı və bank
rekvizitləri;
2.2. turist (alıcı) haqqında turizm
məhsulunun satışı üçün zəruri olan
həcmdə məlumat;
2.3. turizm fəaliyyətinin həyata
keçirilməsi üçün verilmiş xüsusi
razılıq barədə məlumatlar
göstərilməklə turaqent (satıcı) haqqında
informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;
2.4. səyahətin proqramı və
marşrutu barədə məlumat göstərilməklə
turizm məhsulunun istehlak xassələri, turistlərin
təhlükəsizlik şərtləri, turizm məhsulunun
sertifikatlaşdırılmasının nəticələri
haqqında düzgün məlumat;
2.5. səyahətin başlanmasının
və qurtarmasının tarixi və vaxtı, onun
müddəti;
2.6. turistlərin qarşılanması,
yola salınması və müşayiət olunması
qaydası;
2.7. tərəflərin hüquqları,
vəzifələri və məsuliyyəti;
2.8. turizm məhsulunun pərakəndə
qiyməti və onun ödəniş qaydası;
2.9. qrupda turistlərin minimal sayı, qrup
üzvlərinin çatışmazlığı
üzündən səyahətin olmayacağı
barədə turistin məlumatlandırılması
müddəti;
2.10. müqavilənin
dəyişdirilməsi və pozulması şərtləri,
bununla əlaqədar əmələ gəlmiş
mübahisələrin tənzimlənməsi və
tərəflərə dəymiş ziyanların
ödənilməsi qaydası.
3. Müqavilənin digər
şərtləri tərəflərin razılığı
ilə müəyyən edilir. Turistin turoperatordan və ya
turaqentdən tura daxil olan bütün xidmətlərin
göstərilməsini tələb etmək hüququ var.
4. Tərəflərin hər birinin,
səyahət vaxtı şəraitin əsaslı
dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni
dəyişdirməyi və ya onu pozmağı tələb
etmək hüququ var.
5. Şəraitin əsaslı
dəyişikliyinə aşağıdakılar aiddir:
5.1. səyahətin şərtlərinin
pisləşməsi, səyahətin müddətində
dəyişiklik;
5.2. səyahətin baş tutması
üçün müqavilədə göstərilmiş
qrupda turistlərin minimal sayının natamamlığı;
5.3. nəqliyyat tariflərinin
gözlənilmədən artması;
5.4. turoperatorun və ya turaqentin maliyyə
vəziyyətini kəskin pisləşdirən yeni vergi və
vergitutma qaydalarının tətbiqi və ya mövcud
olanların artırılması;
5.5. milli valyuta kursunun kəskin
dəyişilməsi.
6. Müqavilə pozulduqda, zərərin
ödənilməsi tərəflərin çəkdikləri
faktiki xərclərə uyğun surətdə həyata
keçirilir. Zərərin əvəzi kimi
ödənilən məbləğ turizm məhsulunun
dəyərinin iki mislindən artıq ola bilməz.
7. Səyahətin konkret
şərtləri, turizm məhsulunun pərakəndə
qiyməti turistə turoperator və ya turaqent
tərəfindən verilən turizm yollayışında
göstərilir.
8. Turizm yollayışı
müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperatorun və
ya turaqentin turizm məhsulunun satışına yazılı
razılıq və onun satıldığı faktını
təsdiqləyən ilkin hesabat sənədidir.
9. Turist göndərən turoperatorla
və ya turaqentlə turist qəbul edən turoperator və ya
tura daxil olan konkret xidmətləri təklif edən
şəxslər arasında qarşılıqlı
ödəmələr turizm vauçeri əsasında
həyata keçirilir.
10. Turagentlərə
ödəmələr yalnız nağdsız qaydada həyata
keçirilir.[14]
1. Turoperatorlar və turaqentlər
özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi,
həmçinin ümumi əmlak maraqlarının təmsili
və müdafiəsi məqsədilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada birliklər yarada bilərlər. 2. Turizm
birliklərinə turizm sahəsinə aid olan təşkilatlar
və müəssisələr daxil ola bilərlər.
3. Turistlər, səyahət vaxtı
istirahət, hərəkət-yerdəyişmə
azadlığı hüquqlarını və başqa
hüquqlarını həyata keçirmək məqsədilə
maraq birliyi əsasında Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai
birliklər yarada bilərlər.
4. Turistlərin birliyinin fəaliyyəti
turizmin və özfəaliyyət turizminin təşkilinə
və inkişafına, əhalinin turizm sahəsində
maarifləndirilməsi, turistlərin huquq və
marağının müdafiəsi, turizmin infrastrukturu
sahəsində təşkilatların fəaliyyəti
barədə ictimai rəyin formalaşdırılması
və digər vəzifələrin həllinə kömək
etməyə yönəldilə bilər.
Azərbaycan Respublikasının turizm
ehtiyatlarının təsnifatı və
qiymətləndirilməsi, onların mühafizəsi rejimi,
Azərbaycan Respublikasının turizm ehtiyatlarının
bütövlüyünün saxlanılması və
onların bərpası üzrə tədbirlər, ətraf
mühitə yol verilə bilən təsirin həddi
nəzərə alınmaqla, turizm ehtiyatlarından istifadə
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq müəyyənləşdirilir.
Turistlərin təhlükəsizliyi -
səyahət müddətində turistlərin şəxsi
təhlükəsizliyi və onların əmlakının
qorunmasıdır.
Turistlərin sığortalanması
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
Turizm sahəsində müvafiq icra
hakimiyyəti orqanı turistlərin getdikləri
ölkədə (müvəqqəti olacaqları yerdə)
onların həyatını təhlükə altında qoya
biləcək hər bir amil haqqında turoperatorlara,
turaqentlərə və turistlərə məlumat və
təlimat verir.
Təsisçilər dövlət
orqanları olan kütləvi informasiya vasitələri turizm
sahəsində müvafiq icra hakimiyyəti orqanına
turistlərin həyatı üçün təhlükə
qorxusu barədə təcili məlumat verməyə imkan
yaradırlar.
Turoperatorlar və turaqentlər
turistlərə səyahətlərin xüsusiyyətləri,
habelə səyahət zamanı onların rast gələ
biləcəkləri təhlükələr barədə
müfəssəl məlumat verməyə qabaqcadan
turistlərin təhlükəsizliyinin təmin
edilməsinə yönəldilmiş tədbirlər
görməyə borcludurlar.
Turoperatorlar və turaqentlər
səyahət zamanı turistlərin qatlaşdığı
(üzləşdiyi) fövqəladə hadisələr,
həmçinin səyahətdən qayıtmamış
turistlər barədə müvafiq icra hakimiyyəti
orqanına və turizm fəaliyyəti ilə bilavasitə
bağlı olan şəxslərə təxirə salmadan
məlumat verməlidirlər.
Yoluxucu xəstəliklər
təhlükəsi olan ölkəyə (yerə)
göndərilən turistlər beynəlxalq tibbi
tələbatlara müvafiq surətdə lazımi tibbi
yoxlamadan keçməli və təhlükəli yoluxucu
xəstəliklərə qarşı peyvənd
olunmalıdırlar.
Turist qruplarını müşayiət
edən şəxslərin proqram əsasında minimum tibbi
hazırlığı, tibbi ləvazimatı və ilkin
yardım üçün tibb çantası olmalıdır.
Sayı 100 nəfərdən artıq olan turist qrupları
ixtisaslaşdırılmış həkim
tərəfindən müşayiət olunmalıdır.
Turistlərin getdiyi, müvəqqəti
olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin
ölkədə müvəqqəti olan
şəxslərə göstərilən tibbi yardım
üçün xərcin ödənilməsinə
zəmanət verilməsi tələbi müəyyən
edilmişdirsə, turoperator (turaqent) belə
zəmanətləri verməlidir. Turistlərin
qəflətən xəstələnməkdən və
bədbəxt hadisələrdən sığortalanması
belə zəmanətlərin əsas formasıdır.
Sığorta şəhadətnaməsində turistlərin
getdiyi, müvəqqəti olacağı ölkədə
(yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım
xərclərinin və bu hadisə ilə bağlı
digər xərclərin ödənilməsi nəzərdə
tutulmalıdır.
Sığorta şəhadətnaməsi
Azərbaycan dilində və turistlərin getdiyi ölkənin
və ya ölkələrin dövlət dilində tərtib
olunur.
Turistlərin tələbi ilə turoperator
(turaqent) səyahətin keçirilməsi ilə bağlı
digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi
əmlakın itirilməsi, izafi xərclər və s.)
üzrə sığorta xidmətləri
göstərilməsinə kömək edir.
Azərbaycan Respublikasının
ərazisində bədbəxt hadisələrə
uğramış turistlərə axtarış-xilasetmə
xidməti lazımi yardım göstərir və onların
təhlükəsizliyini təmin edir.
Axtarış-xilasetmə xidməti yerli icra hakimiyyəti, rabitə, daxili işlər orqanları, tibb müəssisələri, meşə
təsərrüfatı, hidrometeorologiya, mülki aviasiya
və s. xidmət idarələri ilə müvafiq qaydada
qarşılıqlı əlaqə şəraitində
fəaliyyət göstərir.[15]
Fövqəladə vəziyyət
yarandığı hallarda dövlət Azərbaycan
Respublikasının hüdudlarından kənarda Azərbaycan
turistlərinin maraqlarının müdafiəsi üzrə, o
cümlədən onların müvəqqəti olduqları
ölkədən köçürülməsi üzrə
tədbirlər görür.
Azərbaycan Respublikasının turizm
sahəsində müvafiq icra hakimiyyəti orqanı dünya
bazarında turizm məhsulunun hərəkətə
gətirilməsi, yayılması, satışı
məqsədilə Azərbaycan Respublikasının
hüdudlarından kənarda qanunvericiliklə
müəyyən edilmiş qaydada turizm
nümayəndəlikləri yaradır.
Turizm haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq qaydada məsuliyyətlə
nəticələnir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 4 iyun 1999-cu il
¹ 674-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 mart 2004-cü il tarixli 607-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cu il, ¹ 4, maddə 203)
2.
20 aprel 2004-cü il tarixli
641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 6, maddə 396)
3.
5 iyun 2007-ci il tarixli 374-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
751)
4.
17 oktyabr 2014-cü il tarixli 1061-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 noyabr 2014-cü il, ¹ 262; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1341)
5.
29 noyabr
2016-cı il tarixli 441-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı
il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2035)
6.
14 aprel 2017-ci
il tarixli 617-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, ¹ 132,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1030)
7.
13 iyun 2017-ci
il tarixli 717-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, ¹ 151,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,¹
7, maddə 1276)
8.
29 dekabr
2017-ci il tarixli 964-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci
il, ¹ 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 31)
9.
3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991)
10.
19 may 2020-ci
il tarixli 101-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2020-ci il, ¹ 117,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 677)
11.
23 aprel 2021-ci il tarixli 303-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
6, I kitab, maddə 543)
12. 27 dekabr 2021-ci il tarixli 448-VIQ
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2022-ci il, ¹ 38,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 88)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27
dekabr 2021-ci il tarixli 448-VIQ
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
19 fevral 2022-ci il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci
il, ¹ 2, maddə 88) ilə ləğv edilmişdir.
[2] 5
iyun 2007-ci il tarixli 374-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 751) ilə 1-ci
maddənin iyirminci abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və maddəyə yeni məzmunda
iyirmi birinci abzas əlavə edilmişdir.
[3] 14 aprel 2017-ci
il tarixli 617-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, ¹ 132,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1030) ilə
3.4-cü maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının
təşkili” sözləri ilə əvəz
edilmişdir.
[4] 3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991)
ilə 4-cü maddəyə yeni
məzmunda 2-ci hissə əlavə edilmişdir.
[5] 5
iyun 2007-ci il tarixli 374-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 751) ilə Qanuna
yeni məzmunda 4-1-ci maddə əlavə edilmişdir.
[6] 3 may 2019-cu il
tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
6, maddə 991)
ilə yeni məzmunda 4-1.4 – 4-1.7-ci
maddələr əlavə edilmişdir.
[7] 20 aprel 2004-cü il tarixli
641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 6, maddə 396) ilə 5-ci
maddənin 3-cü, 4-cü və 5-ci bəndləri
çıxarılmışdır.
[8] 19 mart
2004-cü il tarixli 607-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cu il, ¹ 4, maddə
203) ilə 5-ci maddəyə 6-cı bənd əlavə
edilmişdir.
14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyun 2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1030) ilə 5-ci
maddənin altıncı hissəsinin birinci
cümləsində “müvafiq
icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya
edilmiş uyğunluğu qiymətləndirən qurumu və
ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar” sözləri ilə əvəz edilmişdir.
[9] 14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyun 2017-ci il, ¹ 132, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1030) ilə 5-ci
maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.
[10] 17
oktyabr 2014-cü il tarixli 1061-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30
noyabr 2014-cü il, ¹ 262; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1341) ilə
7-1-ci
maddə əlavə edilmişdir.
29 noyabr 2016-cı il tarixli
441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə adından “və
turistlərə verilən elektron vizalar” sözləri
çıxarılmışdır.
19 may 2020-ci il tarixli 101-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 iyun 2020-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
677)
ilə 7-1-ci maddənin
adına “Turizm vizası”
sözlərindən sonra “və
turistlərə verilən elektron vizalar” sözləri
əlavə edilmişdir.
[11] 29 noyabr 2016-cı il tarixli
441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə 7-1.4-cü maddədə “turizm şirkətləri” sözləri “siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
ölkələrin vətəndaşları və ya həmin
ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər
olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz
edilmişdir.
[12] 29 noyabr 2016-cı il tarixli
441-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2035) ilə 7-1.5-ci və 7-1.6-cı maddələr yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7-1.5. Elektron viza almaq
üçün əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında fəaliyyət
göstərən və müvafiq icra hakimiyyəti
orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə
birbaşa və ya yaşadıqları
ölkələrdə həmin şirkətlərin
tərəfdaşı olan turizm şirkətləri
vasitəsilə müraciət edə bilərlər.
7-1.6.
Turistlərə elektron vizaların verilməsi qaydası
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə tənzimlənir.
[13] 29 dekabr 2017-ci il
tarixli 964-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar
2018-ci il, ¹ 7, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
31)
ilə 7-1.6-cı maddəyə “günü” sözündən
sonra “, elektron vizanın
sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə isə ən geci 3
saat” sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 101-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 iyun 2020-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
677)
ilə 7-1.6-cı
maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Elektron vizanın verilməsi
ilə bağlı müraciətə ən geci 3 iş
günü, elektron
vizanın sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə isə ən geci 3
saat müddətində baxılır,
imtina üçün əsas olmadıqda viza
rəsmiləşdirilərək müraciət etmiş
şəxsin elektron poçt ünvanına göndərilir.
[14] 13 iyun 2017-ci il tarixli 717-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,¹ 7, maddə
1276) ilə 9-cu maddəsinə yeni məzmunda 10-cu hissə
əlavə edilmişdir.
[15] 23
aprel 2021-ci il tarixli 303-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
13 iyun 2021-ci il, ¹ 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 6, I kitab, maddə 543) ilə
14-cü maddəsinin ikinci cümləsində “səhiyyə, rabitə, daxili işlər orqanları” sözləri “rabitə, daxili işlər orqanları, tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir..