Dövlət mülkiyyətində
saxlanılan və Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin tabeçiliyinə
verilən təsərrüfatların siyahısının
təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Aqrar islahatın əsasları
haqqında" Azərbaycan Respublikası Qanunun 4-cü
maddəsinə, "Sovxoz və kolxozların islahatı
haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu
maddəsinə və "Torpaq islahatı haqqında"
Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 2-ci
abzasına, habelə Azərbaycan Respublikasında 1995-1998-ci
illərdə Dövlət Mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət
Proqramı"na 1 nömrəli əlavənin 1-ci
bölməsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yüksək məhsuldarlıq və
sabit irs əlamətlərə malik, xəstəliyə
və müxtəlif iqlim şəraitinə
dözümlü bitki sortları və cins mal-qara
yetişdirmək, onların təkrar istehsalını
təmin etmək məqsədilə Azərbaycan
Respublikası Dövlət Aqrar İslahatı
Komissiyasının Kənd Təsərrüfatı Nazirliyi,
Dövlət Əmlak Komitəsi və Ədliyyə Nazirliyi
ilə razılaşdırılmış təklifinə
əsasən dövlət mülkiyyətində saxlanılan
və Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin tabeçiliyinə
verilən təsərrüfatların siyahısı
əlavəyə uyğun olaraq təsdiq edilsin.
2. Bu qərarın əlavəsində
göstərilən mövcud təsərrüfatların
(atçılıq zavodları və cıdır meydanı
istisna olmaqla) adları dəyişdirilərək bundan sonra
aşağıdakı müvafiq sahələr üzrə
dövlət kənd təsərrüfatı istehsalı
müəssisələri adlandırılaraq "Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
bəzi məsələləri haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 noyabr tarixli 221
nömrəli qərarının 1 nömrəli
əlavəsinə uyğun təsdiq edilmiş
"Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin strukturu"na daxil
edilsinlər:
taxıl toxumçuluğu üzrə
dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi;
tərəvəz-bostan və kartof
toxumçuluğu üzrə dövlət kənd
təsərrüfatı istehsalı müəssisəsi;
üzüm və meyvə tingliyi
üzrə dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi;
pambıq toxumçuluğu üzrə
dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi;
südlük maldarlıq üzrə
damazlıq dövlət kənd təsərrüfatı
istehsalı müəssisəsi;
ətlik maldarlıq üzrə damazlıq
dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi;
camışçılıq üzrə
damazlıq dövlət kənd təsərrüfatı
istehsalı müəssisəsi;
qoyunçuluq üzrə damazlıq
dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi;
dəvəçilik üzrə
dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi.
3. Kənd Təsərrüfatı
Nazirliyinə, dövlət Torpaq Komitəsinə və
Dövlət Əmlak Komitəsinə
tapşırılsın ki, üç ay müddətində
müvafiq rayonların icra hakimiyyəti orqanları ilə
birlikdə bu qərarla dövlət mülkiyyətində
saxlanılan toxumçuluq, damazçılıq
müəssisələri və atçılıq
təsərrüfatlarının əsas istehsal
məqsədlərini təmin etmək üçün
tələb olunan miqdarda torpaq və əmlakın
dövlət mülkiyyətində saxlanılmasını,
qalan torpaq və əmlakın
özəlləşdirilməsini qanunvericilikdə
nəzərdə tutulmuş qaydada həll etsinlər.
4. Bu qərarın icrasına
nəzarət Nazirlər Kabinetinin İşlər
İdarəsinin aqrar-sənaye və ərazi inkişafı
şöbələrinə tapşırılsın.
5. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27
aprel 1999-cu il
№ 74
|
|
Dövlət
mülkiyyətində saxlanılan və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeçiliyinə verilən təsərrüfatların
SİYAHISI
taxıl toxumçuluğu
üzrə:
Beyləqan
rayonu "Şəfəq sovxozu
Cəlilabad
rayonu "Qırmızı Partizan" sovxozu
Xanlar rayonu
"Bağbanlar" sovxozu
Xacmaz rayonu
"28 May" sovxozu
Qobustan
rayonu M. Hüseynzadə adına sovxoz
Şəki
rayonu "Qaratorpaq" sovxozu
Cəlilabad
rayonu "Moskva" sovxozu
Samux rayonu
M.F.Axundov adına sovxoz
tərəvəz-bostan və
kartof toxumçuluğu üzrə:
Xaçmaz
rayonu "Azərbaycan" sovxozu
Qusar rayonu
"Urva" sovxozu
Lənkaran
rayonu "Oktyabr" sovxozu
Samux rayonu
R.Əliyev adına sovxoz
Tovuz rayonu
"1 nömrəli" sovxoz
Gədəbəy rayonu
"Sartaovka" sovxozu üzüm tingliyi üzrə:
Ağstafa
üzüm tingliyi sovxozu
Şamaxı
üzüm tingliyi sovxozu
meyvə tingliyi üzrə:
Quba
meyvə tingliyi sovxozu
Şəki
meyvə tingliyi sovxozu
Tərtər
meyvə tingliyi təsərrüfatı
Abşeron
meyvə tingliyi təsərrüfatı
pambıq toxumçuluğu
üzrə:
Beyləqan
rayonu 3 N-li pambıqçılıq sovxozu
südlük maldarlıq
damazlığı üzrə:
Abşeron
rayonu S.Əliyev adına sovxoz
Xacmaz rayonu
"Yalama" sovxozu
Quba rayonu
"Şəfəq" sovxozu
Qusar rayonu
S.Stalski adına sovxoz
Beyləqan
rayonu Xətai adına sovxoz
ətlik maldarlıq damazlığı
üzrə:
Xanlar rayonu
Damazlıq ətlik müəssisəsi
camışçılıq
damazlığı üzrə:
Zərdab
rayonu camışçılıq sovxoz
Şəki
rayonu "Daşüz" camışçılıq
sovxozu
Dəvəçi
rayonu camışçılıq sovxozu
Xanlar rayonu
camışçılıq sovxozu
qoyunçuluq
damazlığı üzrə;
Abşeron rayonu
"Güzdək" sovxozu
Beyləqan
rayonu "Dostluq" sovxozu
Biləsuvar
rayonu M.Ə.Sabir adına sovxoz
Ağstafa
rayonu M.Mikayılov adına sovxoz
Şəmkir
rayonu Koroğlu adına sovxoz
Lerik rayonu
"Pirəsora" sovxozu
Şamaxı
rayonu "Qələbə" sovxozu
atçılıq
üzrə:
Ağstafa
atçılıq zavodu
Ağdam
atçılıq zavodu
Baku
Cıdır meydanı
dəvəçilik
üzrə:
Abşeron
rayonu "Qobu" sovxozu
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 14 fevral 2005-ci il tarixli 28 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 129)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 fevral 2005-ci il tarixli 28 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə
129) ilə
qüvvədən
düşmüş hesab edilmişdir.