Azərbaycan Respublikasının Qusar və Kürdəmir rayonlarının inzibati-ərazi quruluşunda qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Qusar və Kürdəmir rayonlarının inzibati-ərazi quruluşunda qismən dəyişikliklər edilsin:
Qusar rayonu üzrə:
Şirvanovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kələntəroba kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
Kürdəmir rayonu üzrə:
Topalhəsənli kənd inzibati-ərazi vahidi tərkibindəki Əkinçi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 13 mart 1998-ci il
¹ 455-IQ