Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısının təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə məsələləri haqqında”
Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş
Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Əmək haqqından tutulan
vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2001-ci il yanvarın 1-dən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 4 yanvar 2001-ci il
№
4
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4
nömrəli qərarı ilə təsdiq
edilmişdir |
Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin
SİYAHISI[1]
1. Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı
sənədlər əsasında müəyyənləşdirilir:
1.1. Azərbaycan Respublikasının Vətən
müharibəsi Qəhrəmanları:[2]
Azərbaycan Respublikası Vətən
müharibəsi Qəhrəmanlarının təltif edilmə
barədə vəsiqəsi;
1.1-1. Azərbaycanın Milli qəhrəmanları:
Azərbaycan Respublikası Milli
qəhrəmanlarının təltif edilmə barədə
vəsiqəsi; [3]
1.2. Sovet İttifaqı və Sosialist Əməyi
Qəhrəmanları:
Sovet İttifaqı və Sosialist Əməyi
Qəhrəmanlarının təltif edilmə barədə
vəsiqəsi;
1.3. "Şöhrət" ordeninin hər üç
dərəcəsi ilə təltif edilmiş şəxslər:
"Şöhrət" ordeninin hər üç
dərəcəsi ilə təltif edilmə barədə
vəsiqə;
1.4. orqanizminin funksiyaları 61-100 faiz pozulmuş müharibə ilə əlaqədar əlilliyi olan
şəxslər:[4]
orqanizminin funksiyaları 61-100 faiz pozulmuş müharibə ilə əlaqədar əlilliyi olan
şəxs barədə əlilliyi olan şəxslərin
reyestrindən çıxarışı;[5]
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun
və ya “DOST” mərkəzinin arayışı:[6]
1.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş
döyüşçülərin (şəhid statusu
almış şəxslər istisna olmaqla) dul arvadları (ərləri) və övladları:[7]
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun
və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin
Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinin arayışları;[8]
1.6. 1941-1945-ci illərdə arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslər:
orden və medallarla təltif olunma haqqında
vəsiqələr;
1.7. qanunvericiliklə müəyyən edilmiş
qaydada müharibə veteran adı almış şəxslər:
müharibə veteranı vəsiqəsi;
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin arayışı;
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin, Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin,
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
arayışları:
1.8. Çernobıl AES-də qəza, mülki və ya
hərbi təyinatlı atom obyektlərində, digər radiasiya
qəzaları nəticəsində, habelə nüvə qurğularının
hər hansı növləri, o cümlədən nüvə silahı və
kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa
işlər nəticəsində şüa xəstəliyinə və
şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və
ya bu xəstəlikləri keçirmiş şəxslər:
tibbi-sosial ekspert komissiyasının qərarı;[9]
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin
və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin arayışları:
1.9. orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;[10]
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun
və ya “DOST” mərkəzinin arayışı;
tibbi-sosial ekspert komissiyasının qərarı;[11]
1.10. həlak olmuş, yaxud sonralar vəfat
etmiş döyüşçülərin (şəhid
statusu almış şəxslər istisna olmaqla) valideynləri,
habelə vəzifələrinin icrası zamanı həlak olmuş
dövlət qulluqçularının valideynləri və arvadları
(ərləri):[12]
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və
ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin
və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin arayışları;
1.11. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının
müdaxiləsi nəticəsində, habelə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş
şəxslərin valideynləri ,
arvadları (ərləri) və övladları:[13]
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və
ya “DOST” mərkəzinin arayışı;[14]
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin, hərbi hissənin arayışları;
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin
Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinin arayışları;
1.12. Əfqanıstana və döyüş
əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş
hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış
hərbi vəzifəlilər:
Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin arayışı;
hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisənin arayışları;[15]
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin, Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin,
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
arayışları;
1.13. daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;[16]
himayədə olma faktı barədə
məhkəmə orqanlarının qərarı:
ər və arvaddan birinin güzəştdən
istifadə edib-etməməsi barədə onların əsas
iş yeri üzrə işəgötürənin arayışı; [17]
uşağın doğulması haqqında
şəhadətnamənin surəti:
birgə yaşamaq haqqında mənzil-kommunal
istismar sahələrinin yaxud icra hakimiyyəti
nümayəndəliklərinin arayışları;
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
övladlığagötürmə barədə
məhkəmə qərarının surəti;[18]
1.14. məcburi köçkünlərə və onlara
bərabər tutulan şəxslər:
Azərbaycan Respublikası Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin qaçqın və ya məcburi köçkün statusu haqqında
vəsiqəsi;[19]
1.15. himayədə olanlara görə
əmək haqqından tutulan gəlir vergisindən güzəşt
aşağıdakı sənədlərə əsasən verilir:
ər və arvaddan birinin güzəştdən
istifadə edib-etməməsi barədə onların əsas iş
yerindən işəgötürənin arayışı;
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra
hakimiyyəti və ya bələdiyyə tərəfindən
verilmiş arayışları; [20]
1.16. şəhid ailəsi statusu
verilmiş şəxslərin valideynləri, dul arvadları
(ərləri) və övladları:[21]
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları
tərəfindən verilən şəhid ailəsi statusunu
təsdiq edən vəsiqə.[22]
2. Güzəşt hüququna malik olan şəxslər
yuxarıda adları çəkilən sənədlərdən birini
təqdim etməlidirlər.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
3. 20 avqust 2008-ci il tarixli 192
nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)
4. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
5. 25 iyun 2010-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 569)
6. 2 oktyabr 2013-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1200)
7. 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 9, maddə 1585)
8. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
9.
7 mart
2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)
10. 9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319)
11. 5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il,
№ 56, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 3, maddə 282)
12. 19 aprel 2021-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il,
№ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 405)
13. 2 oktyabr 2021-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 oktyabr 2021-ci il,
№ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1159)
14. 23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il,
№ 284, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535)
(2022-ci il iyulun 1-dən
qüvvəyə minir)
15. 25 avqust 2022-ci il tarixli 334
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti
2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il,
№ 8, maddə 1021)
16. 4 avqust 2023-cü il tarixli 265
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 5 avqust 2023-cü il, “Xalq” qəzeti, 6 avqust
2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
№ 8, II kitab, maddə 1248)
17. 5 avqust 2023-cü il tarixli 281
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13
avqust 2023-cü il,
№ 171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab,
maddə 1264)
18. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust
2024-cü il, № 164, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)
19. 12 may 2025-ci
il tarixli 157 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 13 may 2025-ci il,
“Xalq”
qəzeti, 16 may 2025-ci il,
№ 100)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 oktyabr 2013-cü
il tarixli 279 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr
2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, № 10, maddə 1200) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin üçüncü abzasında,
1.5-ci bəndinin ikinci abzasında, 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci
bəndlərinin üçüncü abzaslarında, 1.12-ci bəndinin ikinci
abzasında “hərbi komissarlığın”
sözləri “Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin” sözləri ilə,
1.12-ci bəndinin üçüncü abzasında “hərbi
təhsil” sözləri “hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil” sözləri
ilə əvəz edilmişdir.
[2] 2 oktyabr 2021-ci il tarixli 290 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 oktyabr 2021-ci il, № 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1159) ilə “Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.1-ci bəndin birinci və
ikinci abzaslarında “Milli” sözü “Vətən
müharibəsi” sözləri ilə əvəz edilmişdir.
[3] 2 oktyabr 2021-ci il tarixli 290 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 oktyabr 2021-ci il, № 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1159) ilə “Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”na yeni məzmunda 1.1-1-ci bənd
əlavə edilmişdir.
[4] 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.4-cü bəndin birinci abzasında “qrup müharibə əlilləri”
sözləri “dərəcə
müharibə ilə əlaqədar əlilliyi olan şəxslər”
sözləri ilə əvəz edilmişdir.
23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) ilə “Əmək haqqından tutulan vergi hesablanarkən
fiziki şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın
1.4-cü bəndin birinci və ikinci abzaslarında “I və II
dərəcə” sözləri “orqanizminin funksiyaları 61-100
faiz pozulmuş” sözləri ilə əvəz edilmişdir.
[5] 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.4-cü bəndin ikinci abzasında “qrup müharibə əlilinin
vəsiqəsi” sözləri “dərəcə
müharibə ilə əlaqədar əlilliyi olan şəxs
barədə əlilliyi olan şəxslərin reyestrindən
çıxarışı” sözləri ilə əvəz edilmişdir.
[6] 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı
il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, №11, maddə 1976) ilə “Əmək haqqından
tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasında,
1.5-ci bəndinin üçüncü abzasında, 1.9-cu, 1.10-cu, 1.11-ci
bəndlərinin ikinci abzaslarında və 1.13-cü bəndinin altıncı
abzasında “rayon (şəhər)
əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin”
sözləri ilə əvəz edilmişdir.
5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasında,
1.5-ci bəndinin üçüncü abzasında, 1.9-1.11-ci bəndlərinin ikinci
abzaslarında və 1.13-cü bəndinin altıncı abzasında “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında”
sözləri “Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsinin”
sözləri “yerli qurumunun”
sözləri ilə əvəz edilmişdir.
[7] 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 930) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.5-ci
bəndin birinci abzasına “döyüşçülərin”
sözündən sonra “(şəhid statusu
almış şəxslər istisna olmaqla)” sözləri, “(ərləri)” sözündən sonra
isə “və övladları”
sözləri əlavə edilmişdir.
[8] 07 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)
ilə "Əmək haqqından tutulan vergi hesablanarkən
fiziki şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı"nın 1.5-ci yarımbəndinin dördüncü abzasında, 1.7-ci
yarımbəndinin dördüncü abzasında, 1.8-ci yarımbəndinin üçüncü
abzasında, 1.10-cu yarımbəndinin üçüncü abzasında, 1.11-ci
yarımbəndinin dördüncü abzasında və 1.12-ci yarımbəndinin
dördüncü abzasında "Daxili
İşlər Nazirliyinin" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin" sözləri əlavə
edilmişdir.
2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 6, maddə 342)
ilə "Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı"nın 1.5-ci yarımbəndinin dördüncü abzasında, 1.7-ci
yarımbəndinin dördüncü abzasında, 1.8-ci yarımbəndinin üçüncü
abzasında, 1.10-cu yarımbəndinin üçüncü abzasında, 1.11-ci
yarımbəndinin dördüncü və 1.12-cü yarımbəndinin dördüncü
abzasında "Naxçıvan Muxtar
Respublikası Ədliyyə Nazirliyinin" sözlərindən
sonra "Dövlət Sərhəd
Xidmətinin" sözləri əlavə edilmişdir.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
ilə “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.5-ci, 1.7-ci, 1.8-ci, 1.10-cu, 1.11-ci və 1.12-ci
bəndlərindən “Milli
Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və
həmin bəndlərə “Dövlət
Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici
Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilmişdir.
25 avqust 2022-ci il
tarixli 334 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı 31
avqust 2022-ci il,
“Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, № 8, maddə 1021) ilə “Əmək haqqından tutulan
vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri
hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.5-ci, 1.7-ci, 1.11-ci, 1.12-ci
bəndlərinin dördüncü abzasına, 1.8-ci, 1.10-cu bəndlərinin
üçüncü abzasına “Xarici Kəşfiyyat Xidmətinin”
sözlərindən sonra “, Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin,
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin”
sözləri əlavə edilmişdir.
[9] 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.8-ci bəndin ikinci abzasında “rəyi və ya arayışı”
sözləri “qərarı” sözü
ilə əvəz edilmişdir.
[10] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №
8, maddə 787) ilə
1.9-cu bəndin birinci abzasında «əlillər
(müharibə əlillərindən başqa)» sözlərindən
sonra «və ya sağlamlıq imkanları
məhdud uşaqlar» sözləri əlavə edilmişdir.
7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.9-cu bəndin birinci abzasında “qrup əlillər (müharibə
əlillərindən başqa) və ya sağlamlıq imkanları məhdud
uşaqlar” sözləri “dərəcə
əlilliyi olan şəxslər (müharibə ilə əlaqədar
əlilliyi olan şəxslər istisna olmaqla)” sözləri
ilə əvəz edilmişdir.
19 aprel 2021-ci il tarixli 102 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 405) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.9-cu bəndə “(müharibə ilə əlaqədar
əlilliyi olan şəxslər istisna olmaqla)”
sözlərindən sonra “ ,
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri
əlavə edilmişdir.
23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il,
№ 284, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535)
ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.9-cu bəndin birinci abzası yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.9. I və II dərəcə əlilliyi olan şəxslər
(müharibə ilə əlaqədar əlilliyi olan şəxslər
istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar:
[11] 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.9-cu bəndin üçüncü abzasında “rəyi və ya arayışı”
sözləri “qərarı” sözü
ilə əvəz edilmişdir.
[12] 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 930) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.10-cu
bəndin birinci abzasına “döyüşçülərin”
sözündən sonra “(şəhid statusu
almış şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[13] 4 avqust 2023-cü il
tarixli 265 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust
2023-cü il, “Xalq”
qəzeti, 6 avqust 2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
№ 8, II kitab, maddə 1248) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.11-ci bəndin birinci abzasında “və arvadları (ərləri)”
sözləri “, arvadları
(ərləri) və övladları” sözləri ilə əvəz
edilmişdir.
30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 930) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.11-ci
bənd ləğv edilmişdir.
[14] 9 iyul
2019-cu il tarixli 296 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasına,
1.5-ci bəndinin üçüncü abzasına və 1.9-1.11-ci bəndlərinin
ikinci abzaslarına “şəhər,
rayon şöbəsinin” sözlərindən sonra “və ya “DOST” mərkəzinin” sözləri
əlavə edilmişdir.
[15] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
ilə 1.12-ci bəndinin üçüncü abzasında «hərbi-tədris» sözləri «hərbi təhsil» sözləri ilə əvəz
edilmişdir.
[16] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
№ 8, maddə 787) ilə
1.13-cü bəndin birinci abzasında «uşaqlıqdan»
sözü «sağlamlıq imkanları məhdud
uşağa» sözləri ilə əvəz edilmişdir.
7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, №
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 513) ilə
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.13-cü bəndində “qrup əlilə” sözləri “dərəcə əlilliyi olan
şəxsə” sözləri ilə əvəz edilmişdir.
19 aprel 2021-ci il tarixli 102 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 405) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.13-cü bəndin birinci abzasına “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri və
“valideynlərdən” sözündən
sonra “(o cümlədən övladlığa
götürən şəxslərdən)” sözləri əlavə edilmişdir.
23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) ilə “Əmək haqqından tutulan vergi hesablanarkən
fiziki şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.13-cü bəndin birinci abzasında “sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağa və ya I dərəcə
əlilliyi olan” sözləri “18 yaşınadək əlilliyi
müəyyən edilmiş və ya orqanizminin funksiyalarının 81-100 faiz
pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri
ilə əvəz edilmişdir.
[17] 12 may 2025-ci il tarixli 157
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may
2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.13-cü bəndinin üçüncü abzasında “əmək kitabçasının olduğu
işəgötürənin” sözləri “əsas
iş yeri üzrə işəgötürənin” sözləri ilə
əvəz edilmişdir.
[18] 19 aprel 2021-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il,
№ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 405)
ilə “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nda 1.13-cü bəndə yeni məzmunda yeddinci abzas
əlavə edilmişdir.
[19] 25 iyun 2010-cu il
tarixli 125 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 6, maddə 569) ilə təsdiq
edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki
şəxslərin vergi güzəştləri hüququnun
müəyyənləşdirilməsi üçün sənədlərin
Siyahısı”nın 1.14-cü bəndinin ikinci abzasından “qaçqın və ya”
sözləri çıxarılmışdır.
[20] 5 avqust 2023-cü il
tarixli 281 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab,
maddə 1264) ilə
“Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.15-ci bəndinin üçüncü abzasında “Vergilər Nazirliyinin”
sözləri “İqtisadiyyat Nazirliyinin”
sözləri ilə əvəz edilmişdir.
[21] 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 930) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nda 1.16-cı
bəndin birinci abzasından “ailəsi”
sözü çıxarılmışdır.
[22] 4 avqust 2023-cü il
tarixli 265 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust
2023-cü il, “Xalq”
qəzeti, 6 avqust 2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
№ 8, II kitab, maddə 1248) ilə “Əmək
haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün
sənədlərin Siyahısı”nın 1.15-ci bəndin üçüncü abzasının
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 1.16-cı bənd
əlavə edilmişdir.