Gürcüstanda, Abxaziya münaqişəsi zonasında sülhü qoruyan kollektiv qüvvələrin qalması müddətinin uzadılması haqqında qərarın təsdiq edilməsi barədə

 Azərbaycan Respublİkasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. Azərbaycan Respublikası tərəfindən 2000-ci il iyunun 21-də Moskva şəhərində imzalanmış «Gürcüstanda, Abxaziya münaqişəsi  zonasında sülhü qoruyan kollektiv qüvvələrin qalması müddətinin uzadılması haqqında qərar» təsdiq edilsin.

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 8 dekabr 2000-ci il.

                № 30-IIQ.