Kollektiv müqavilələr və sazişlər haqqında[1]
Azərbaycan Respublikasının Qanunu
I fəsil
Ümumİ müddəalar
Bu Qanun, işçilərin və işəgötürənlərin sosial-iqtisadi mənafelərinin təmin olunmasından ötrü danışıqlar aparılmaqla kollektiv müqavilələrin və sazişlərin hazırlanmasının, bağlanmasının və yerinə yetirilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən, işçilərin sayından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara (bundan sonra “müəssisə” adlandırılır) şamil olunur.
Kollektiv müqavilə — işəgötürənin və əmək
kollektivinin və ya onun qərarı əsasında
həmkarlar ittifaqı təşkilatının arasında yazılı
formada bağlanan, müəssisə daxilində əmək,
sosial-iqtisadi, məişət və digər
münasibətləri tənzimləyən müqavilədir.
Kollektiv saziş — müvafiq icra
hakimiyyəti orqanı həmkarlar ittifaqlarının və
işəgötürənlərin respublika,
peşələr, sahələr və ya ərazi üzrə
birlikləri arasında bağlanan, işçilərin
əmək şəraitinin
yaxşılaşdırılması,
məşğulluğun təmin edilməsi və digər
sosial müdafiə tədbirlərinin həyata
keçirilməsi sahəsində birgə
fəaliyyətə dair tərəflərin
öhdəliklərini müəyyən edən
razılaşmadır.
Bu Qanunda nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildii müəssisələr üçün məcburidir.
Qüvvədə olan
qanunvericiliyə nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.
Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri aşağıdakılardır:
tərəflərin hüquq bərabərliyi;
kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqillii və könüllülüyü;
obyektiv səbəbdən təmin ediə bilməyən şərtlərin yolverilməzliyi;
öhdəliklərin icrasına təminat;
qanunvericiliyin tələblərinə əməl edilməsi;
öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.
Kollektiv müqavilənin və sazişin bağlanılması, ondlara dəyişikliklər edilməsi və yerinə yetirilməsi zamanı tərəflərin hüquqlarını, habelə qanunla qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata keçirilməsinə maneçilik törədən icra hakimiyyəti, təsərrüfat orqanlarının, siyasi
partiyaların və ictimai birliklərin hər hansı müdaxiləsi qadağandır.
II fəsil
Kollektİv
danışıqlar
Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri daxilində əmək kollektivləri, işəgötürənlər, həmkarlar ittifaqı təşkilatları, müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdir.
Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi azılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur.
Əmək kollektivi danışıqlar aparmaq hüququnu həmkarlar ittifaqları təşkilatlarına (birliklərinə) verə bilər. Danışıqların aparılmasına dair həmkarlar ittifaqları təşkilatlarının (birliklərinin) hüquqları bu Qanunla və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.
Əgər müəssisədə həmkarlar ittifaqı təşkilatı (birliyi)
yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.
Respublika, peşələr, sahələr və ya ərazi üzrə, habelə müəssisə daxilində bir neçə həmkarlar ittifaqı təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün işçilərin həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən ibarət komissiya aradılır.
Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədilə kollektiv danışıqların aparılmasından boun qaçırmağa yol verilmir.
Kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər, müvafiq səlahiyyətlər verilmiş bərabər saylı nümayəndələrdən ibarət komissiya yaradırlar.
Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyənləşdirilir.
Tərəflərə kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstlik verilir.
Komissiyanın tələbilə işəgötürənlər, icra hakimiyyəti orqanları kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqların iştirakçıları, alınmış məlumatlarda olan dövlət və ya kommersiya sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.
Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.
Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Kollektiv danışıqların iştirakçıları (tərəflərin nümayəndələri, məsləhətçi, ekspert, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və s. şəxslər) kollektiv danışıqların aparıldığı dövrdə orta aylıq əmək haqqı saxlanmaqla il ərzində üç ay müddətinədək işdən azad olunurlar. Həmin müddət onların əmək stajına daxil edilir.
Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir.
Danışıqların aparılmasında iştirak etmək üçün dəvət olunmuş və fərdi əmək müqaviləsi üzrə işləməyən şəxslərə haqq, onları dəvət etmiş tərəflə bağladıqları müqavilə əsasında ödənilir.
Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.
III fəsil
Kollektİv
müqavİlə
Kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarı əmək kollektivinin ümumi iclası (konfransı) qəbul edir.
Ümumi iclas (konfrans) danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması və bağlanması üçün həmkarlar ittifaqı təşkilatını müvəkkil edə bilər.
Kollektiv müqavilənin tərəfləri — işəgötürənlər, əmək kollektivi və ya onun qərarı əsasında həmkarlar ittifaqları təşkilatıdır.
Kollektiv müqavilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə bağlanılır.
Kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir və rəsmiləşdirilir.
Kollektiv müqavilənin layihəsi komissiya tərəfindən işçilərin müzakirəsinə verildikdən sonra, daxil olan təkliflər nəzərə alınmaqla yenidən işlənmiş layihə təsdiq edilməsi üçün əmək kollektivinin ümumi iclasına (konfransına) verilir.
İşəgötürən, kollektiv müqavilənin layihəsini işçilərin müzakirəsinə verilməsi üçün mövcud olan bütün imkanlardan (daxili rabitə və məlumat, surətçıxaran, texniki və digər vasitələr) istifadə etmək üçün həmkarlar ittifaqı təşkilatına və ya xüsusi səlahiyyətli komissiyaya şərait yaratmalıdır.
Kollektiv müqavilənin layihəsi bəyənilməzsə, tərəflərin nümayəndələri on beş gün ərzində (əgər tərəflər başqa razılığa gəlməyiblərsə) layihəni yenidən işləyib təsdiq olunmaq üçün təkrarən əmək kollektivinin ümumi iclasına (konfransına) verirlər. İşçilərin (nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi iclas (konfrans) səlahiyyətli hesab olunur.
Kollektiv müqavilənin layihəsi iclasda
(konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir.
Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra üç gün ərzində imzalamalıdırlar.
Tərəflərin imzaladığı kollektiv müqavilə və ona əlavələr yeddi gün ərzində məlumat üçün işəgötürənlər tərəfindən əmək və sosial məsələlər üzrə müvafiq yerli icra
hakimiyyəti orqanına təqdim edilir.
Kollektiv müqavilənin məzmununu tərəflər müəyyənləşdirirlər.
Kollektiv müqaviləyə aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilə bilər:
müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən işlənməsi qaydaları;
qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
əmək mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası;
işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi;
işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə məsləhətləşmələr, razılaşmalar aparılması;
işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
həmkarlar ittifaqı təşkilatının fəaliyyəti üçün şəraitin yaradılması;
kollektiv mübahisələrin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.
Kollektiv müqavilədə müəssisənin iqtisadi
imkanları nəzərə alınmaqla digər, o cümlədən qanunvericilikdə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.
Qanunvericilik aktlarında kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş normativ müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər.
Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi bağlananadək qüvvədə olur.
Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya ləğv edildiyi
hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, eləcə də həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya ona əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.
Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv olunarsa,
kollektiv müqavilə bütün ləğvetmə müddəti ərzində qüvvədə olur.
Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
Kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv müqavilənin bağlanması üçün bu Qanunda nəzərdə tutulan qaydada edilir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər, habelə əmək və sosial məsələlər üzrə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.
Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq əmək kollektivinə hesabat verməlidirlər.
IV fəsil
Kollektİv
sazİşlər
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlana bilər:
Baş kollektiv saziş — sosial-iqtisadi siyasətin aparılmasının
razılaşdırılmış ümumi prinsiplərini
müəyyən edir;
Sahə (tarif) kollektiv sazişi — sahənin sosial-iqtisadi
inkişafı istiqamətlərini, peşə qrupları,
sahənin işçiləri üçün əmək
şəraiti və əmək haqqı, sosial təminatları
müəyyən edir;
Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri
ilə bağlı müəyyən sosial-iqtisadi
problemlərin həlli şərtlərini müəyyən
edir.
Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanılır:
Baş kollektiv saziş — yuxarı icra hakimiyyəti
orqanı, həmkarlar ittifaqlarının və
işəgötürənlərin respublika birlikləri
arasında;
Sahə (tarif) kollektiv sazişi — müvafiq mərkəzi
icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının
və işəgötürənlərin peşələr,
sahələr üzrə birlikləri arasında;
Ərazi (rayon) kollektiv sazişi — yerli icra hakimiyyəti
orqanları, həmkarlar ittifaqlarının və
işəgötürənlərin ərazi birlikləri
arasında.
Bu Qanunda nəzərdə tutulan kollektiv
sazişlərin hazırlanması və bağlanması məqsədilə danışıqlar aparmaq üçün müvafiq tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır.
Kollektiv sazişlərin hazırlanması və bağlanması danışıqların başlama və qurtarma müddəti, o cümlədən həmin sazişlərə dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına üç ay qalmış tərəflərdən hər biri yeni
kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanması üçün digər tərəfi yazılı surətdə xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən gec olmayaraq
kollektiv sazişin bağlanması haqqında danışıqlara başlamalıdır.
Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda müvafiq həmkarlar ittifaqları birliyi qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək hüququ vardır.
Yeni danışıqlar əvvəlki kollektiv sazişin müddəti başa çatanadək qurtarmayıbsa, həmin sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.
Bağlanmış kollektiv saziş və ya ona əlavələr və dəyişikliklər yeddi gün müddətində əmək və sosial məsələlər üzrə mərkəzi icra hakimiyyəti orqanına məlumat üçün göndərilməlidir.
Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər:
müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;
orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya
uyğun təmin edilməsi;
kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az
olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;
daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
məşğulluğa kömək göstərilməsi;
təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;
müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;
tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;
ekoloji təhlükəsizliyin təmin edilməsi;
müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;
əlillərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə güzəştlərin müəyyən olunması;
əmək intizamının təmin edilməsi.
Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.
Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.
Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında kollektiv sazişdə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv sazişin bağlanması üçün bu Qanunda nəzərdə tutulan qaydada edilir.
Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərinin və ya onların birliklərinin və müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə qoşulması barədə müraciətləri əsasında həmin sazişin tərəfləri sazişə müvafiq dəyişikliklər edə bilərlər.
Kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər, habelə əmək və sosial məsələlər üzrə mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir.
Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə, bütün zəruri məlumatlar təqdim edilməlidir.
V fəsil
Yekun
müddəalar
Kollektiv danışıqların aparılması qaydasının pozulmasına, kollektiv müqavilənin və ya sazişin şərtlərinin pozulmasına, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin və sazişin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün zəruri məlumatların təqdim edilməməsinə görə məsuliyyətə cəlb olunurlar.
Bu Qanunda nəzərdə tutulmuş məsuliyyətlə əlaqədar işlərə kollektiv müqavilənin və sazişin tərəflərinin və ya prokurorun müraciəti əsasında məhkəmədə baxılır.
Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlara dəyişikliklər edilməsi, habelə kollektiv müqavilə və saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə uyğun olaraq həll edilir.
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır.
İşəgötürənlərin müvafiq birlikləri yaradılana qədər, müvəqqəti olaraq kollektiv
sazişlər müvafiq icra hakimiyyəti orqanları və həmkarlar ittifaqları arasında da bağlanıla bilər.
Bu Qanun qüvvəyə minənədək bağlanmış kollektiv müqavilələr və sazişlər qeyd-şərtsiz hüquqi qüvvəsini saxlayır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 24 may 1996-cı il
№ 84-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1 fevral 1999-ci il tarixli 618-IQ
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-ci
il, № 4, maddə 213)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 fevral 1999-ci il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-ci il, № 4, maddə 213) ilə
ləğv edilmişdir.