Bələdiyyələrin
statusu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının
Konstitusiyasına uyğun olaraq bu qanun yerli
özünüidarəni həyata keçirən
bələdiyyələrin yaradılması prinsiplərini,
rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və
maliyyə əsaslarını, onun həyata
keçirilməsi üçün dövlət təminatlarını
müəyyənləşdirir.
I fəsil
Ümumİ
müddəalar
Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.[1]
1. Bələdiyyə - qanunla
müəyyən edilmiş ərazi hüdudları
daxilində yerli özünüidarəetmə
formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan
Respublikasının Konstitusiyası ilə və bu qanunla
səlahiyyətlərinə aid edilmiş yerli
əhəmiyyətli məsələləri müstəqil
surətdə həll edir. Bələdiyyələr
bərabərlik əsasında qurulur və fəaliyyət
göstərirlər.[2]
2.
Bələdiyyə orqanları - səlahiyyətləri
çərçivəsində yerli əhəmiyyətli
məsələləri həll etmək üçün
bələdiyyə qulluğunun təşkili məqsədilə
bələdiyyə tərəfindən yaradılan və
dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.[3]
3. Yerli əhəmiyyətli
məsələlər - bələdiyyə əhalisinin
həyat fəaliyyətinin bilavasitə təmin edilməsi
ilə bağlı Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə
müəyyənləşdirilən məsələlərdir.
4. Yerli rəy sorğusu - yerli
əhəmiyyətli məsələlər barəsində
vətəndaşların rəyinin öyrənilməsidir.
5. Bələdiyyə orqanlarının
seçkili vəzifəli şəxsi - əhalinin
bilavasitə və ya nümayəndəli yerli
özünüidarə orqanının öz
tərkibindən seçdiyi, bələdiyyənin
nizamnaməsinə uyğun yerli əhəmiyyətli
məsələləri həll etmək
səlahiyyətləri verilmiş vəzifəli
şəxsdir.[4]
6. Bələdiyyə orqanlarının
vəzifəli şəxsi - yerli özünüidarə
orqanlarında
təşkilatçılıq-sərəncamçılıq
funksiyalarını yerinə yetirən və dövlət
qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt
(əmək müqaviləsi) üzrə işləyən
şəxsdir.
7. Bələdiyyə mülkiyyəti -
bələdiyyəyə mənsub olan bütün növ
daşınar və daşınmaz əmlakdır.
8. Yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. [5]
8-1. Yerli ödənişlər
– "Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən
bələdiyyələr tərəfindən
müəyyənləşdirilən, habelə yerli rəy
sorğularının nəticələri əsasında
həyata keçirilən məqsədli layihələrin
maliyyələşdirilməsi üçün hüquqi
və fiziki şəxslərin ödədikləri
könüllü birdəfəlik ödənişlərdir.[6]
9. Bələdiyyə qulluğu - yerli
özünüidarə orqanlarının
səlahiyyətlərini icra etmək üçün
həmin orqanlarda daimi peşə fəaliyyətidir.
10. "Bələdiyyə" və
"yerli özünüidarə" terminləri və
bunların iştirakı ilə düzələn söz
birləşmələri bələdiyyə, onların
orqanları, yerli özünüidarə funksiyalarının
həyata keçirilməsi ilə bağlı olan
müəssisə, idarə və təşkilatlar,
mülkiyyət obyektləri və başqa obyektlər
barəsində, habelə əhali tərəfindən yerli
özünüidarənin həyata keçirilməsi ilə
əlaqədar digər hallarda işlədilir.
1. Azərbaycan Respublikasının
vətəndaşları yaşadıqları
ərazilərdə yerli özünüidarə hüququnu
bələdiyyələrə seçkilər, öz iradəsini
birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil
fikir söyləmək, təkliflər vermək
vasitəsilə və digər formalarda həyata
keçirirlər.
2. Vətəndaşlar irqindən,
milliyyətindən , cinsindən, dilindən,
mənşəyindən, əmlak və vəzifə
mövqeyindən, dinə münasibətindən,
əqidəsindən, peşəsindən, siyasi partiyalara,
həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə münasibətindən asılı olmayaraq, yerli
özünüidarəni həm bilavasitə, həm də
öz nümayəndələri vasitəsilə həyata
keçirə bilərlər.
3. Azərbaycan Respublikası
vətəndaşlarının yerli özünüidarə
orqanlarına seçmək və seçilmək hüququ
vardır.
4. Bələdiyyə qulluğu
Azərbaycan Respublikasının vətəndaşları
üçün eyni dərəcədə
müyəssərdir.
5. Hər bir vətəndaşın
bələdiyyələrə, bələdiyyə
orqanlarına və onların vəzifəli
şəxslərinə müraciət etmək hüququ
vardır.
6. Bələdiyyələr,
bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri insan və vətəndaş
hüquqlarına və azadlıqlarına bilavasitə aid
sənəd və materiallarla hər bir
vətəndaşın tanış olmaq, habelə qanunla
xüsusi hallar nəzərdə tutulmayıbsa,
bələdiyyələrin fəaliyyəti haqqında tam
məlumat almaq imkanını təmin etməyə,
seçicilərin tapşırıqlarını yerinə
yetirməyə borcludurlar.
1. Yerli sosial
müdafiə proqramları bələdiyyə
tərəfindən müəyyən edilən
vətəndaşlar kateqoriyasına dövlət sosial
təminatından əlavə sosial təminatlar
müəyyən edir. Həmin təminatlar mütəmadi
və birdəfəlik ola bilər.
2. Yerli sosial
müdafiə və sosial inkişaf proqramlarından
məqsəd dövlətin həyata keçirdiyi sosial
inkişaf proqramlarında nəzərdə tutulmayan və ya
onlara əlavə olaraq yerli əhəmiyyətli sosial
inkişaf məsələlərini həll etməkdir.
Həmin proqramlar məktəbəqədər
tərbiyə, təhsil, səhiyyə,
mədəniyyət, yaşayış və
qeyri-yaşayış binalarının saxlanılması
və istifadə edilməsi, sanitariya
müəssisələrinin təşkili, saxlanılması
və inkişafı, mənzil tikintisi, yerli
əhəmiyyətli su mənbələrindən istifadə,
su təchizatının və kanalizasiya
təsərrüfatının təşkili,
saxlanılması və inkişafı, yanacaq təchizinin
və satışının təşkili, bələdiyyə yollarının tikilməsi
və saxlanılması, mərasim xidmətlərinin
təşkili və qəbiristanların qorunması, yerli
nəqliyyat və rabitə xidmətinin təşkili,
ticarət, ictimai iaşə və məişət
xidmətinin təşkilinə şərait
yaradılması, mədəniyyət müəssisələrinin
inkişafına yardım göstərilməsi, tarix və
mədəniyyət abidələrinin saxlanılması,
informasiya xidmətinin təşkili, kütləvi informasiya
vasitələrinin fəaliyyəti üçün
şərait yaradılması, kimsəsizlərə,
xəstələrə, qocalara, maddi imkansızlara, valideyn
himayəsindən məhrum olmuş, həmçinin
istedadlı uşaqlara əlavə yardım, fiziki
tərbiyə və idmanın inkişafına yardım
göstərilməsi, əhalinin məşğulluğuna,
adamların peşələri üzrə işlə təmin
olunmasına gənclərin
sosial hüquqi müdafiəsinə, ailə kəndli
təsərrüfatının inkişafına
kömək göstərilməsi və yerli infrastrukturun
digər sahələrini əhatə edə bilər.[7]
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.[8]
Bədən
tərbiyəsi və idman sahəsində
bələdiyyələrin səlahiyyətləri
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.[9]
Qəbiristanlıqların
salınması və idarə olunması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin
qaydaların tələblərini pozan şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş hallarda
məsuliyyət daşıyırlar.[10]
3. Yerli sosial müdafiə və sosial
inkişaf proqramlarını həyata keçirərkən
bələdiyyələr bu maddənin 2-ci bəndində
göstərilən məsələlər üzrə
dövlət orqanlarının müvafiq proqramlarının
həyata keçirilməsinə müdaxilə edə
bilməzlər.
1. Yerli iqtisadi inkişaf proqramlarından
məqsəd dövlətin həyata keçirdiyi iqtisadi
inkişaf proqramlarında nəzərdə tutulmayan və ya
onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi
inkişaf məsələlərini həll etməkdir.
Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və
digər sahələri əhatə edə bilər.
Yerli iqtisadi inkişaf proqramlarında
bələdiyyə torpaqlarında və dövlətin
bələdiyyələrə verdiyi əmlakdan
səmərəli istifadə yolları göstərilir.
2. Yerli iqtisadi inkişaf proqramlarını
həyata keçirərkən bələdiyyələr
dövlət orqanlarının səlahiyyətlərinin
həyata keçirilməsinə müdaxilə edə
bilməzlər.
1. Yerli ekoloji proqramlardan məqsəd
dövlətin həyata keçirdiyi ekoloji proqramlarda
nəzərdə tutulmayan və ya onlara əlavə olaraq
yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin
həllinə yerli əhalinin hamılıqla cəlb
edilməsidir. Həmin proqramlara yerli şəraitdə
mövcud olan ekoloji tarazlığın qorunub
saxlanılması, bələdiyyə ərazisinin
yaxşılaşdırılması və
abadlaşdırılması, məişət tullantılarının
yığılması, nəql edilməsi,
zərərsizləşdirilməsi, emalı və bu
sahədə başqa məsələlərin həlli
üçün tədbirlər görülməsi, suyun, havanın,
torpağın hər cür çirklənmədən
qorunması, qonşu bələdiyyələrlə birgə
ekoloji tədbirlərin həyata keçirilməsi və yerli
əhəmiyyətli digər tədbirlər daxil edilə
bilər.[11]
2. Bələdiyyələr dövlətin
ekoloji proqramları ilə yerli ekoloji proqramların
əlaqələndirilməsinə, müəyyən hallarda
birgə tədbirlərin həyata keçirilməsinə
yardım göstərirlər.
Yerli özünüidarəyə dair
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından və qanunlarından Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
aktlarından (Naxçıvan Muxtar Respublikasında isə
həm də Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar
Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
aktlarından) ibarətdir.
1. Bələdiyyənin nizamnaməsi
bələdiyyənin iclasları və ya
vətəndaşların yığıncaqları
tərəfindən qəbul edilir.
2. Bələdiyyənin
nizamnaməsində aşağıdakılar göstərilir:
1) qanunla müəyyən edilmiş
bələdiyyə ərazisinin hüdudları və
tərkibi;
2) bələdiyyə orqanlarının
adları, strukturu, səlahiyyətləri və
formalaşdırılması qaydası;
3) səlahiyyət müddəti;
4) bələdiyyə aktlarının
qəbul edilməsi və qüvvəyə minməsi
qaydası;
5) bələdiyyələrin,
bələdiyyə orqanlarının və onların
vəzifəli şəxslərinin məsuliyyətinin
əsasları və növləri;
6) bələdiyyə üzvlərinin
statusu və sosial təminatları, onların
səlahiyyətlərinə xitam verilməsi əsasları
və qaydası;[12]
7) bələdiyyə orqanlarının
vəzifəli şəxslərinin hüquqları
üçün təminatlar;
8) bələdiyyə qulluğu
təşkilinin şərtləri və qaydası;
9) yerli özünüidarənin həyata
keçirilməsinin iqtisadi və maliyyə əsasları,
bələdiyyə mülkiyyətinə sahibliyin, ondan
istifadənin və ona sərəncam verilməsinin ümumi
qaydası;
10) Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq yerli özünüidarənin
təşkilinə, bələdiyyələrin və
bələdiyyə orqanlarının vəzifəli
şəxslərinin səlahiyyətinə və
fəaliyyət qaydasına dair digər müddəalar.
3. Bələdiyyənin nizamnaməsi
Azərbaycan Respublikasının qanunu ilə
müəyyənləşdirilmiş qaydada dövlət
qeydiyyatına alınmalıdır. Bələdiyyə
nizamnamələrinin qeydiyyatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
4. Bələdiyyənin nizamnaməsini dövlət qeydiyyatına almaqdan imtina edilməsinə ancaq onun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına) zidd olması əsas verə bilər. Dövlət qeydiyyatına almaqdan imtina edilməsi barədə vətəndaşlar və bələdiyyələr inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verə bilərlər.[13]
5. Bələdiyyənin nizamnaməsi
qeydiyyata alındığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
dövlət hakimiyyəti orqanları
bələdiyyələrin təşəkkülü və
inkişafı üçün zəruri, hüquqi,
təşkilati və maddi-maliyyə şəraiti yaradır
və yerli özünüidarə hüququnu həyata
keçirməkdə əhaliyə kömək
göstərirlər.
1. Bələdiyyələr öz
fəaliyyətini əlaqələndirmək, hüquq və
mənafelərini daha səmərəli həyata keçirmək
məqsədilə ittifaqlar yarada bilərlər. Həmin
ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata
alınmalıdır.
2. Bələdiyyə ittifaqlarına
bələdiyyələrin səlahiyyətləri verilə
bilməz.
Maddə 10-1. Bələdiyyələrin
beynəlxalq əməkdaşlığı
Bələdiyyələr və
bələdiyyələrin assosiasiyaları müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici
dövlətlərin yerli özünüidarəetmə
orqanları ilə əməkdaşlıq haqqında
müqavilələr bağlaya və yerli
özünüidarəetmə orqanlarının
ixtisaslaşdırılmış təşkilatlarına
üzv ola bilərlər. Müvafiq
icra hakimiyyəti orqanı bələdiyyə üzvləri
və qulluqçularının peşəkarlıq
səviyyəsinin artırılması məqsədilə
xarici dövlətlərin yerli özünüidarəetmə
orqanları, onların assosiasiyaları və
ixtisaslaşdırılmış təşkilatları
ilə təcrübə mübadiləsini təşkil edir.[14]
Bələdiyyələr hüquqi
şəxsdirlər, onların öz möhürü, ştampı
və bankda hesabı olur.
II fəsil
Bələdİyyələrİn
ərazİ əsaslarI
1. Yerli özünüidarəni
Azərbaycan Respublikasının Qanunu ilə təsdiq
edilmiş ərazilərdə yaradılan
bələdiyyələr həyata keçirirlər.
2. Müəyyən ərazidə
əhalinin sayına görə vətəndaşlar yerli
özünüidarəni həyata keçirmək
hüququndan məhrum edilə bilməzlər.
Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[15]
Maddə 13-1. Bələdiyyələrin
Dövlət reyestri
Azərbaycan
Respublikasında bütün bələdiyyələr
Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən aparılan bələdiyyələrin
Dövlət reyestrinə daxil edilir və onlara müvafiq
şəhadətnamə verilir.
Bələdiyyələrin Dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.[16]
III fəsil
Bələdİyyələr,
bələdİyyə orqanlarI və onlarIn
vəzİfəlİ şəxslərİ
1. Bələdiyyələr Azərbaycan
Respublikasının Konstitusiyasına, Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə, bu
Qanuna və özlərinin nizamnamələrinə
əsasən təşkil edilən, bələdiyyə
üzvlərindən ibarət olan seçkili yerli
özünüidarə orqanlarıdır.
2. Bələdiyyələrin say tərkibi
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyənləşdirilir.[17]
3. Bələdiyyələrin
nizamnamələrinə uyğun olaraq bələdiyyə
orqanları yaradılır və onlara yerli
özünüidarə məsələlərini həll
etmək üçün səlahiyyətlər verilir.
4. Bələdiyyələr və
onların orqanları dövlət hakimiyyəti orqanları
sisteminə daxil deyildir. Dövlət orqanları və
dövlətin vəzifəli şəxsləri tərəfindən
yerli özünüidarənin həyata
keçirilməsinə yol verilmir.
5. Bələdiyyələrin və
onların orqanlarının strukturu bu Qanuna və
bələdiyyələrin nizamnamələrinə uyğun
müəyyənləşdirilir.
1. Bələdiyyə üzvü -
bələdiyyə seçkilərində seçilmiş,
mandatı ərazi seçki komissiyası tərəfindən
təsdiq edilmiş şəxsdir.
Bələdiyyənin iclaslarında
bələdiyyə üzvünün müzakirə olunan
məsələlər barəsində çıxış
etmək, təkliflər və düzəlişlər
vermək, qeydlər etmək, çıxış
edənlərə və ya təyin edilməsinə
razılıq verilən vəzifələrə
göstərilmiş namizədlərə sual vermək,
arayış vermək, səsvermədə iştirak etmək
hüququ vardır.
2. Öz
səlahiyyətlərini daimi əsasla icra edən
bələdiyyə üzvü - bələdiyyə
büdcəsi hesabına aylıq əmək haqqı alan
və əsas iş yeri bələdiyyə hesab edilən
bələdiyyə üzvüdür. Elmi,
yaradıcılıq və pedaqoji fəaliyyət istisna
olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra
edən bələdiyyə üzvü əsas iş yeri
üzrə başqa yerdə işləyə bilməz.
Əmək
haqqı bələdiyyə tərəfindən
ödənilməyən bələdiyyə üzvü öz
səlahiyyətini həyata keçirərkən istehsal
və ya xidmət fəaliyyətini dayandırmır.
Bələdiyyə üzvü bələdiyyənin və
tərkibinə seçildiyi daimi komissiyanın iclasları
zamanı daimi iş yerində orta əmək haqqı
saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini
yerinə yetirməkdən azad edilir.
Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.[18]
2-1. Başqa
əsas iş yeri olan bələdiyyə üzvü (sədr
və onun müavinləri daxil olmaqla) öz
səlahiyyətlərini daimi əsasla icra etmək və
əmək haqqını bələdiyyədən almaq
üçün bələdiyyəyə yazılı
müraciət edir.
2-2.
Bələdiyyə sədri bu maddənin 2-1-ci hissəsinə
əsasən müraciət etmiş bələdiyyə
üzvünün öz səlahiyyətlərini daimi
əsasla icra etməsinə bələdiyyəyə ehtiyac
olduqda, 5 gün müddətində bu barədə
bələdiyyə üzvünün əsas iş yeri
üzrə işəgötürənə yazılı
bildiriş göndərir.
2-3.
Bələdiyyə üzvünün əsas iş yeri
üzrə işəgötürən bu maddənin 2-2-ci
hissəsində nəzərdə tutulan bildirişi
aldığı tarixdən 5 gün müddətində
əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada müvafiq bələdiyyə üzvü ilə
əmək müqaviləsinə xitam verir və bu
barədə bələdiyyəyə yazılı məlumat
verir.
2-4. Öz
səlahiyyətlərini daimi əsasla icra edən
bələdiyyə üzvlərinin (sədr və onun
müavinləri daxil olmaqla) say həddi hər bir
bələdiyyədə qanunvericiliklə müəyyən
edilmiş üzvlərin sayından asılı olaraq
aşağıdakı kimi müəyyənləşdirilir:
2-4.1. 5 və
ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;
2-4.2. 9 və
ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;
2-4.3. 13 və
ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;
2-4.4. 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.[19]
3. Bələdiyyə üzvü
bələdiyyənin, bələdiyyənin iclasları
arasındakı dövrdə isə bələdiyyə
sədrinin qabaqcadan razılığı olmadan əmək
müqaviləsi ilə işlədiyi yerdə
müdiriyyətin təşəbbüsü ilə
işdən çıxarıla bilməz, yaxud intizam
tənbehi qaydasında azmaaşlı işə
keçirilə bilməz.
4. Bələdiyyə üzvü 6 ayda bir
dəfədən az olmayaraq seçicilərinə hesabat
verir.
5. Bələdiyyə üzvü daimi
yaşamaq üçün bələdiyyənin
hüdudlarından kənara köçdükdə və ya
başqa səbəblərdən öz bələdiyyə
ərazisində bələdiyyə üzvlüyü vəzifələrini
yerinə yetirə bilmədikdə bələdiyyə
üzvlüyü səlahiyyətlərini
öhdəsindən götürməsi haqqında
bələdiyyəyə ərizə verir.
Bələdiyyənin növbəti
yığıncağı bələdiyyə
üzvünün ərizəsinə baxıb müvafiq
qərar qəbul edir və bu qərarı həmin dairənin
seçicilərinin nəzərinə çatdırır.
6. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir.[20]
1. Bələdiyyənin iclasları ayda bir
dəfədən az olmayaraq bələdiyyənin sədri
tərəfindən çağırılır.
Bələdiyyə
üzvləri iclas gününə azı 5 gün
qalmış xəbərdar edilməlidirlər.
Bələdiyyənin
iclası iclasda iştirak edən bələdiyyə
üzvlərinin qeydiyyatından başlanır. Üzrlü
səbəbdən iclasda iştirak edə bilməyən
bələdiyyə üzvü bu barədə
əvvəldən bələdiyyə sədrinə məlumat
verməlidir.
Bələdiyyə
iclasının bələdiyyə ərazisində yaşayan
və səsvermə hüququna malik olan
vətəndaşların azı iyirmi beş faizinin, yaxud
bələdiyyə üzvlərinin üçdə bir
hissəsinin təşəbbüsü ilə
çağırıldığı hallar istisna olmaqla,
iclasın gündəliyinin layihəsini bələdiyyə
sədri təsdiq edilmək üçün iclasın
müzakirəsinə çıxarır.
Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. [21]
Bələdiyyənin iclası
bələdiyyə üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir.
2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.[22]
3. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir.[23]
4. Azərbaycan Respublikası
Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə
uyğun olaraq, bələdiyyə iclaslarında baxılan
məsələlərə dair bələdiyyə üzvlərinin
sadə səs çoxluğu ilə qərarlar qəbul
edilir.
5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.[24]
6. Bələdiyyənin bütün
iclasları protokollaşdırılır. Protokol iclasın
sədri və katibi tərəfindən imzalanır və
bələdiyyənin möhürü ilə
təsdiqlənir. İclasın protokolunda onun nömrəsi
(hər ilin əvvəlində nömrələr
yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda
iştirak edən və etməyən bələdiyyə
üzvlərinə və dəvət olunan
şəxslərə dair məlumat, iclasın sədri,
katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi
üçün keçirilən səsvermənin
nəticəsi, məruzəçilərin adları,
soyadları, məruzənin qısa məzmunu,
çıxışların qısa məzmunu,
müzakirə olunmuş məsələlərə dair
qəbul edilmiş qərar, habelə bununla bağlı
keçirilən səsvermənin nəticəsi
göstərilməlidir. Protokol
təsdiqlənənədək bələdiyyə
üzvünün onun mətni ilə tanış olmaq və
öz yazılı qeydlərini bildirmək hüququ
vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda
qeydiyyata alınır, həmin kitab üzrə verilən
nömrə protokolun nömrəsi hesab olunur. [25]
1. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. [26]
2. Daimi və başqa komissiyalar
səlahiyyətləri daxilində fəaliyyətlərinin
təşkili məqsədilə öz işinə
ekspertlər cəlb edə bilər.
3. Daimi və başqa komissiyalar
yaradılarkən yerli əhəmiyyətli
məsələlər nəzərə alınır və
onlar "Bələdiyyənin daimi və başqa komissiyaları
haqqında" əsasnamə, bələdiyyənin
nizamnaməsi əsasında fəaliyyət göstərir.
4. Bələdiyyənin daimi və
başqa komissiyalarının əsas vəzifələri
aşağıdakılardan ibarətdir:
1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq; [27]
2) yerli əhəmiyyətli
məsələləri müzakirə etmək,
bələdiyyə iclaslarında müzakirə
üçün proqramlar, arayışlar, qərar
layihələri və başqa materiallar hazırlamaq;
3) bələdiyyə və onun icra
aparatı üçün təkliflər hazırlamaq;
4) seçicilərin
tapşırıqlarının yerinə yetirilməsinin
təşkilinə və yoxlanılmasına kömək
etmək.
5. Daimi və başqa komissiyalar onları
seçmiş bələdiyyə qarşısında
məsuliyyət daşıyır və ona hesabat verir.
Bələdiyyənin icra orqanı onun icra
aparatıdır. İcra aparatı bələdiyyənin
sədrindən və onun bu Qanunla və bələdiyyənin
nizamnaməsi ilə müəyyənləşdirilmiş
qaydada formalaşdırdığı struktur
bölmələrindən və bələdiyyənin
nizamnaməsinə müvafiq surətdə yaradılan digər
icra strukturlarından ibarətdir.
Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.[28]
Bələdiyyənin icra aparatının
fəaliyyətinə bələdiyyənin sədri
rəhbərlik edir.
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir.[29]
1.
Bələdiyyənin sədri yeni seçilmiş
bələdiyyənin birinci iclasında bələdiyyə
üzvləri sırasından açıq və ya gizli
səsvermə yolu ilə seçilir. Bələdiyyənin
sədri bələdiyyə üzvlərinin yarısından
çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
2. Ehtiyac olduqda
bələdiyyə bələdiyyə sədrinin
müavinlərini seçir. Bələdiyyə sədrinin
müavinləri bələdiyyə üzvləri
sırasından açıq və ya gizli səsvermə yolu
ilə seçilir. Bələdiyyə sədrinin
müavinləri bələdiyyə üzvlərinin yarıdan
çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3. Bələdiyyənin sədri və onun
müavinləri aşağıdakı hallarda bu maddənin
1-ci və 2-ci bəndlərində göstərilən qaydada
vaxtından əvvəl vəzifədən azad edilə
bilərlər:
1) öz arzusu ilə vəzifədən çıxmaq
barədə yazılı müraciət etdikdə;
2) bələdiyyə iclasının
səlahiyyətlərinə aid olan məsələlər
barədə təkbaşına sərəncam verdikdə;
3) bələdiyyə qərarlarının
icrasını təmin etmədikdə (qanunvericiliyə zidd
olan və həlli imkan səlahiyyətlərindən kənar
qərarlar istisna olmaqla);
4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan
çox müddətdə tam itirməsi ilə
əlaqədar vəzifəsini yerinə yetirə
bilmədikdə;
5) qanunvericiliklə üzərinə qoyulmuş
vəzifələri 3 ay müddətində yerinə
yetirmədikdə;
5-1) “Bələdiyyələrin maliyyəsinin
əsasları haqqında” Azərbaycan Respublikası Qanununun
10-cu maddəsində göstərilən qaydada yerli
büdcənin müzakirəsini və təsdiqini
təşkil etmədikdə;[30]
6)
qanunvericilikdə və bələdiyyənin
nizamnaməsində nəzərdə tutulmuş digər
hallarda.[31]
4. Bələdiyyənin sədri əmr
və sərəncamlar verir, bələdiyyənin
qərarlarını imzalayır.
5. Bələdiyyə sədrinin müavini
bələdiyyə sədrinin ona aid etdiyi
məsələləri həll edir, bələdiyyə
sədri olmadıqda onun səlahiyyətlərini həyata
keçirir.
6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.[32]
1. Bələdiyyə üzvlərinin
öz səlahiyyətlərini maneəsiz və
səmərəli həyata keçirilməsinə,
hüquqlarının, şərəf və ləyaqətinin
müdafiəsinə dövlət təminat verir.
2. Bələdiyyə üzvünün
səlahiyyət müddəti beş ildir.
3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.[34]
4. Bələdiyyə üzvləri
bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz
səlahiyyətlərini daimi əsasda icra edə
bilərlər.
5. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir.[35]
Bələdiyyə üzvlərinin
səlahiyyətləri aşağıdakı hallarda
itirilmiş hesab edilir:
1) barəsində məhkəmənin
qanuni qüvvəyə minmiş ittiham hökmü və ya
tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair
qərarı olduqda;
2) fəaliyyət qabiliyyətsizliyi və
ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən müəyyən edildikdə;
3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;[36]
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən
ölmüş elan edildikdə və ya itkin
düşmüş hesab edildikdə.
Bələdiyyə üzvlərinin
səlahiyyətlərinə onların səlahiyyət
müddəti qurtardıqda xitam verilir.
Bələdiyyə üzvlərinin
səlahiyyətlərinə aşağıdakı
əsaslara görə vaxtından əvvəl xitam verilə
bilər:
1) bələdiyyə seçkiləri
zamanı səslərin düzgün hesablanmadığı
aşkar edildikdə;
2) öz arzusu ilə bələdiyyə
üzvlüyündən çıxmaq barədə
yazılı ərizə verdikdə;
3) bələdiyyə
üzvlüyünə namizədlər üçün
qanunla müəyyən edilmiş tələblərə
uyğun gəlmədiyi aşkar edildikdə;
4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;[37]
5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;[38]
6) ardıcıl olaraq üç
dəfə bələdiyyə iclaslarını üzrsüz
səbəbdən buraxdıqda və ya il ərzində
keçirilən iclasların yarısından çoxunda
üzrsüz səbəbdən iştirak etmədikdə.
Maddə 22-1. Bələdiyyə
üzvlərinin səlahiyyətlərinin
dayandırılması[39]
1. Bələdiyyə üzvlərinin
səlahiyyətlərinin dayandırılması onların
“Bələdiyyə üzvünün statusu haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində
nəzərdə tutulmuş hüquqlarının həyata
keçirilməsinin müvəqqəti
dayandırılmasından ibarətdir.
2. Bələdiyyə üzvlərinin
səlahiyyətləri bu Qanunun 21-ci və 22-ci
maddələrində nəzərdə tutulmuş əsaslarla
bələdiyyə üzvünün
səlahiyyətlərinin itirilməsi və
səlahiyyətlərinə xitam verilməsi barədə
məhkəmənin qərarı qanuni qüvvəyə
mindiyi gündən bu Qanunun 23-cü maddəsinin 2-ci
hissəsinə uyğun olaraq bələdiyyə
tərəfindən qərar qəbul edilənədək
dayandırılır.
Maddə 22-2. Bələdiyyənin
vaxtından əvvəl buraxılması[40]
Azərbaycan
Respublikası Milli Məclisi ona bu Qanunun 52-2-ci maddəsinin
3-cü hissəsinə uyğun olaraq müraciət olduqda
və bununla əlaqədar bələdiyyənin
hesabatının dinlənilməsi nəticəsində onun
fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası bələdiyyənin vaxtından əvvəl
buraxılması haqqında qərar qəbul edir.
Bu Qanunun 21-ci və 22-ci
maddələrində nəzərdə tutulmuş əsaslar
olduqda bələdiyyə üzvlərinin
səlahiyyətlərinin itirilməsi və
səlahiyyətlərinə xitam verilməsi Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü və 145-ci
maddələrinə müvafiq surətdə
bələdiyyə iclasının sadə səs
çoxluğu ilə qəbul etdiyi qərarı
əsasında həll edilir.
Bu Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci,
3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci,
3-cü, 5-ci, 6-cı
bəndlərində nəzərdə tutulmuş əsaslar
olduqda bələdiyyənin qərarı məhkəmənin
qüvvəyə minmiş qərarından sonra qəbul
edilir. [41]
Bələdiyyənin nizamnaməsində
digər orqanların yaradılması və müvafiq
vəzifəli şəxslərin təyin olunması
nəzərdə tutula bilər.
1. Bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır.[42]
2. Bələdiyyə qulluğunun
hüquqi tənzimlənməsi, o cümlədən
bələdiyyə qulluqçusunun statusu, bələdiyyə
qulluğunun həyata keçirilməsi şərtləri
və qaydası Azərbaycan Respublikasının
Konstitusiyası, qanunları və bələdiyyənin
nizamnaməsi ilə müəyyən edilir.
3. Bələdiyyə orqanlarında qulluq
müddəti dövlət qulluğu haqqında
qanunvericiliyə uyğun olaraq güzəştlər və
təminatlar verilməsi üçün hesablanan staja daxil
edilir.
IV fəsil
VətəndaşlarIn
öz İradəsİnİ bİrbaşa İfadə
etməsİ və yerlİ özünüİdarənİn
həyata keçİrİlməsİnİn dİgər
formalarI
1. Yerli əhəmiyyətli
məsələlərə dair yerli rəy sorğusu təyin
edilə bilər.
2. Yerli rəy sorğusunun
keçirilməsi haqqında qərarı bələdiyyə
nizamnaməsinə uyğun olaraq öz
təşəbbüsü ilə və ya əhalinin
tələbi əsasında qəbul edir.
3. Bələdiyyə ərazisində
yaşayan və seçki hüququ olan bütün
vətəndaşların yerli rəy sorğusunda iştirak
etmək hüququ vardır. Yerli rəy sorğusunda
vətəndaşlar bilavasitə və
könüllülük əsasında iştirak edirlər.
4. Yerli rəy sorğusunda səsvermə gizli keçirilir, vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. [43]
5. Yerli rəy sorğusunun təyin
edilməsi və keçirilməsi qaydası Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq
tənzimlənir.
1. Bələdiyyələrə
seçkilər vətəndaşların qanunla
müəyyənləşdirilmiş seçki
hüquqları təmin edilməklə, ümumi,
bərabər birbaşa seçki hüququ əsasında
sərbəst, şəxsi, gizli səsvermə yolu ilə
həyata keçirilir.
2. Bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir.[44]
3. Azərbaycan Respublikasının
dövlət orqanları bələdiyyələrə
seçkilərin demokratik əsasda keçirilməsinə
təminat verirlər.
1. Əhalisi 500 nəfərdən az olan
bələdiyyələrdə yerli əhəmiyyətli
məsələlərə münasibət bildirmək,
təkliflər irəli sürmək, kollektiv rəy
söyləmək, qərarlar qəbul etmək məqsədi
ilə həmin bələdiyyə ərazilərində
vətəndaşlar öz yığıncaqlarını
keçirə bilərlər.
2. Vətəndaşların
yığıncaqlarında həmin bələdiyyə
ərazisində yaşayan 18 yaşı tamam olmuş
vətəndaşların iştirak etmək hüququ vardır.
3. Vətəndaşların
yığıncaqlarında bələdiyyənin
nizamnaməsi və başqa qərarlar qəbul edilir,
dəyişdirilir və ləğv olunur.
4. Vətəndaşların
yığıncaqları bələdiyyənin
ərazisində yaşayan və səsvermə hüququ olan
vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.
5. Bu maddənin 1-ci bəndində əhalinin sayı ilə bağlı nəzərdə tutulan məhdudiyyət bələdiyyələrin birləşməsi və ayrılması məsələsinə münasibət bildirmək üçün keçirilən yığıncaqlara şamil edilmir.[45]
Bələdiyyənin nizamnaməsinə
uyğun olaraq, əhalinin yerli əhəmiyyətli
məsələlərə dair bələdiyyə aktları
yaratmaq təşəbbüsü göstərmək
hüququ vardır. Yerli əhəmiyyətli
məsələlər barəsində əhalinin
bələdiyyələrə verdiyi bələdiyyə
aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin
iştirakı ilə açıq iclaslarda müzakirə
olunmalı, nəticələri rəsmən elan
edilməlidir.
1. Vətəndaşların
bələdiyyələrə bələdiyyə
orqanlarına və onların vəzifəli
şəxslərinə fərdi və kollektiv surətdə
müraciət etmək hüququ vardır.
2. Bələdiyyələr,
bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri vətəndaşların
müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində
cavab verməlidirlər.
Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar.[46]
Bələdiyyələr hüquqi və
fiziki şəxslərin yerli vergilər və
ödənişlərlə bağlı borcları
barədə onların yazılı
müraciəti əsasında, 1 iş günü
müddətində arayış verirlər.[47]
3. Vətəndaşların
bələdiyyələrə, bələdiyyə
orqanlarına və onların vəzifəli
şəxslərinə müraciətlərinə cavab
verilməsi müddətlərinin və qaydasının
pozulması bu Qanuna, Azərbaycan Respublikasının digər
qanunlarına əsasən müvafiq məsuliyyətə
səbəb olur.
Yerli özünüidarənin həyata
keçirilməsində vətəndaşlar bu qanunla
nəzərdə tutulmuş formalarla yanaşı,
Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna,
başqa qanunlara və bələdiyyənin
nizamnaməsinə zidd olmayan digər formalarda da
(məhəllə komitələri, assosiasiyalar, xeyriyyə
təşkilatları və s.) iştirak edə
bilərlər.
V fəsil
Yerlİ
özünüİdarənİn İqtİsadİ
əsaslarI
1. Yerli özünüidarənin iqtisadi
əsaslarını bələdiyyə mülkiyyəti, yerli
maliyyə, dövlət mülkiyyətində olan və
bələdiyyələrin istifadəsinə verilmiş
bələdiyyə əhalisinin tələbatının
ödənilməsinə xidmət edən əmlak
təşkil edir.
2. Bələdiyyə öz əmlakına
dair mülkiyyətçi hüququna malikdir, yəni
sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə
edir və ona sərəncam verir.
1. Bələdiyyə mülkiyyətinin
tərkibinə yerli vergilər və ödənişlər
hesabına formalaşan yerli büdcənin vəsaiti,
bələdiyyənin büdcədənkənar fondları,
bələdiyyə əmlakı, habelə bələdiyyə
torpaqları, bələdiyyə müəssisələri
və təşkilatları, bələdiyyə mənzil fondları
və qeyri-yaşayış binaları, dövlət və
xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə
təhsil, səhiyyə, mədəniyyət və idman
müəssisələri, digər daşınar və
daşınmaz əmlak daxildir.
2. Bələdiyyələr
bələdiyyə mülkiyyətini idarə edirlər.
Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan
əmlak barəsində mülkiyyət hüququnu
bələdiyyələr, Azərbaycan Respublikasının
qanunları ilə nəzərdə tutulmuş hallarda isə
bilavasitə əhali həyata keçirir.
3. Qanuna uyğun olaraq
bələdiyyələr bələdiyyə mülkiyyəti
obyektlərini fiziki və hüquqi şəxslərin
müvəqqəti və ya daimi istifadəsinə,
icarəsinə verə bilər, qanunla
müəyyənləşdirilmiş qaydada
özgəninkiləşdirə bilər, habelə
bələdiyyə mülkiyyətində olan əmlak
barəsində başqa əqdlər bağlaya bilər,
özəlləşdirilən və ya istifadəyə
verilən obyektlərdən istifadə şərtlərini
müqavilə və sazişlərdə
müəyyənləşdirə bilərlər.
4. Qanuna uyğun olaraq
bələdiyyələr yerli əhalinin mənafeyi naminə,
bələdiyyənin hüdudları daxilində olan
torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə
bilərlər.
5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur. [48]
6. Bələdiyyə
mülkiyyətindən yalnız Azərbaycan
Respublikasının Konstitusiyasında və bu Qanunda
nəzərdə tutulmuş bələdiyyə
vəzifələri üçün istifadə oluna bilər.
7. Dövlət bələdiyyə
mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər,
qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır.
Qanuna uyğun olaraq
bələdiyyələr təsərrüfat fəaliyyəti
ilə və qanunvericiliklə qadağan edilməmiş
başqa fəaliyyətlə məşğul olmaq üçün
müstəqil hüquqi şəxslər yarada bilər, onların
yenidən təşkili və ləğvi
məsələlərini həll edə bilərlər.
1. Bələdiyyələr
yaratdıqları hüquqi şəxslərin fəaliyyət
məqsədlərini, şərtlərini və
qaydasını müəyyənləşdirir, onların məhsulunun
(xidmətlərinin) qiymətlərini və tariflərini
tənzimləyir, nizamnamələrini təsdiq edir,
rəhbərlərini təyin və azad edir,
fəaliyyətinə dair hesabatlarını dinləyirlər.
2. Bələdiyyələrin
yaratdıqları hüquqi şəxslərin
rəhbərləri ilə münasibətləri mülki
və əmək qanunvericiliyinə uyğun olaraq qurulur.
3. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, fəaliyyəti və idarə olunması qaydaları təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.[49]
1. Bələdiyyələrin digər
hüquqi və fiziki şəxslərlə
münasibətləri müqavilələr əsasında
qurulur.
2. Qanuna uyğun olaraq bələdiyyə
orqanları bələdiyyə ərazisinin kompleks
sosial-iqtisadi inkişafında hüquqi və fiziki
şəxslərin iştirakını əlaqələndirə
bilərlər.
3. Azərbaycan Respublikasının
qanunları ilə nəzərdə tutulmuş hallar istisna
olmaqla, bələdiyyələr hüquqi və fiziki
şəxslərin təsərrüfat fəaliyyəti
üçün məhdudiyyətlər
müəyyənləşdirə bilməzlər.
Bələdiyyələr öz maddi və
maliyyə vəsaitlərindən istifadə edilməklə
bələdiyyə ərazisinin abadlaşdırılması,
əhaliyə kommunal xidmətlər göstərilməsi,
sosial infrastruktur obyektlərinin tikintisi və təmiri,
müvafiq ərazi əhalisinin məişət və
sosial-mədəni tələbatının ödənilməsi
üçün zəruri məhsulların istehsalı,
xidmətlərin göstərilməsi və digər
işlərin görülməsi üçün
sifarişçi kimi çıxış edə
bilərlər.
Bələdiyyələr yerli əhalinin
mənafeyi üçün qanunla
müəyyənləşdirilmiş qaydada xarici iqtisadi
fəaliyyətlə məşğul ola bilər.
1. Yerli büdcələr
bələdiyyə büdcələrindən ibarətdir.
2. Yerli büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. [50]
1. Yerli vergilər və
ödənişlər, Azərbaycan Respublikası
Konstitusiyasının 73-cü maddəsinin II hissəsində
və 144-cü maddəsinin II hissəsində nəzərdə
tutulmuş əsaslarla qanunvericilik və icra
hakimiyyətləri tərəfindən
bələdiyyəyə verilmiş əlavə
səlahiyyətlərin həyata keçirilməsi
üçün bələdiyyə üzrə
ayrılmış müvafiq zəruri maliyyə vəsaiti,
bələdiyyə əmlakının özəlləşdirilməsindən,
icarəyə və
istifadəyə verilməsindən, yerli lotereyalardan,
bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsi
ilə bağlı ödəniş, bələdiyyə
müəssisə, idarə və təşkilatlarının
mənfəətindən tutulan vergi, dotasiyalar, subvensiyalar,
transfert, ödənişləri, qanuna və bələdiyyələrin
qərarlarına müvafiq surətdə digər mədaxil,
habelə bələdiyyələrin fəaliyyəti
nəticəsində yaranan başqa vəsait yerli büdcələrin
mədaxilini təşkil edir.[51]
2. Bələdiyyələr yerli
büdcələrin vəsaiti barəsində müstəqil
sərəncam verirlər.
3. Yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhəmiyyətli məsələlərin həllinin və bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyələşdirilməsi ayrılıqda nəzərdə tutulur. [52]
1. Qanuna uyğun olaraq Azərbaycan
Respublikasının dövlət orqanları
bələdiyyələrə verilmiş
səlahiyyətlərin normal yerinə yetirilməsi kifayət
edən yerli büdcələrin zəruri xərclərinin
ödənilməsi üçün gəlir
mənbələrini təsbit etmək yolu ilə
bələdiyyələrin büdcələrini
formalaşdırırlar.
2. Yerli büdcələrin mədaxil
hissəsi Azərbaycan Respublikasının Dövlət
büdcəsi qəbul edilərkən müvafiq
bələdiyyələr üzrə hər il nəzərdə
tutulur. Yerli büdcələrin xərclərinin öz
gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət
büdcəsindən alman dotasiya ilə örtülə
bilər. [53]
3. Bələdiyyələr onların məşğuliyyət dairəsinə aid edilmiş sahələrdə əhalinin əsas yaşayış tələbatının ödənilməsini dövlət sosial standartlarından aşağı səviyyədə təmin edə bilməzlər. Bu standartların yerinə yetirilməsində dövlət müvafiq ayırmaları yerli büdcələrin mədaxilinə təsbit etmək yolu ilə bələdiyyələrə kömək göstərə bilər. [54]
4. Bələdiyyələrin
mülkiyyətində olan müəssisə və
təşkilatların maliyyə və təsərrüfat
fəaliyyəti göstəricilərinin müvafiq icra
hakimiyyəti orqanları tərəfindən qeydiyyata
alınması qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
1. Qanunvericilik və icra
hakimiyyəti orqanları bələdiyyələrə
əlavə səlahiyyətlər həvalə etdikdə
onları bu səlahiyyətlərin həyata
keçirilməsi üçün zəruri maliyyə
vəsaiti ilə təmin edirlər.[55]
2. Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqanlar kompensasiya ödəyirlər. Kompensasiyanın məbləği müvafiq qərarın qəbul olunması ilə bir vaxtda müəyyənləşdirilir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını bələdiyyələr onlara kompensasiya kimi verilmiş vəsait həddində həyata keçirirlər.[56]
1. Yerli vergiləri,
ödənişləri, habelə onların
ödənilməsi üzrə güzəştləri
bələdiyyələr Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə və qanunlarına uyğun
müəyyənləşdirirlər. Yerli
vergi və ödənişlərin ödənilməsi
banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud
nağdsız ödəmə vasitələri ilə
həyata keçirilir. Bələdiyyələr
tərəfindən yerli vergi və ödənişlərin
nağd şəkildə qəbul olunması qadağandır.[57]
2. Bələdiyyələr
qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məqsədli layihələrin
maliyyələşdirilməsi üçün yerli rəy
sorğusunun nəticəsinə əsasən hüquqi və
fiziki şəxslər tərəfindən ödənilən
könüllü birdəfəlik ödənişlər
tətbiq edilə bilər.[58]
3. Yerli vergilər və
ödənişlər ilə bağlı qərarlar
bələdiyyə üzvlərinin üçdə iki
səs çoxluğu ilə qəbul edilir.
Bələdiyyələr Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada və
şərtlərlə məqsədli
büdcədənkənar fondlar yarada bilərlər.
Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq bələdiyyələr
bələdiyyə lotereyaları buraxa bilər, kreditlər ala bilərlər.[60]
VI fəsil
Yerlİ
özünüİdarənİn hüquqİ
təmİnatlarI
Yerli özünüidarənin
Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə müəyyənləşdirilmiş
hüquqlarının məhdudlaşdırılması
qadağandır.
Konstitusiya quruluşunun qorunması,
ölkənin müdafiəsinin və dövlətin
təhlükəsizliyinin təmin edilməsi
məqsədilə vətəndaşların yerli
özünüidarəni həyata keçirmək
hüquqları yalnız qanuna əsasən və qanunda
müəyyənləşdirilmiş müddətə
məhdudlaşdırıla bilər.
1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.[61]
2. Bələdiyyənin qəbul etdiyi
qərarlar bələdiyyənin ərazisində
yerləşən hüquqi və fiziki şəxslərin
hüquq və səlahiyyətlərinin pozulmasına
yönəldilə bilməz.
3. Bələdiyyənin öz
səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar
təşkilati-hüquqi formasından asılı olmayaraq,
bələdiyyənin ərazisində yerləşən
bütün hüquqi və fiziki şəxslər
tərəfindən hökmən icra edilməlidir.
4. Bələdiyyə qərarları
onları qəbul etmiş orqanlar tərəfindən
ləğv oluna və ya məhkəmənin qərarı
ilə etibarsız sayıla bilər.
5. Bələdiyyə qərarlarının
icra edilməməsi qanuna müvafiq surətdə
məsuliyyətə səbəb olur.
Bələdiyyələrin,
bələdiyyə orqanlarının və onların
vəzifəli şəxslərinin müraciətlərinə
dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər,
həmkarlar ittifaqı təşkilatları, digər
şəxslər və onların vəzifəli
şəxsləri bir ay müddətində
baxmalıdırlar.
Maddə 49-1. Bələdiyyə
fəaliyyətinin təşkilinə kömək
göstərilməsi[62]
Müvafiq icra hakimiyyəti
orqanı bələdiyyələrin fəaliyyətinin
təşkilinə kömək edir və onlara yerli
özünüidarəetmə fəaliyyətinin
qanunauyğun həyata keçirilməsi sahəsində
metodoloji yardım göstərilməsi üzrə
tədbirlər görür.
Bələdiyyənin ərazisində
yaşayan vətəndaşlar, bələdiyyələr,
bələdiyyə orqanları və bələdiyyə
orqanlarının vəzifəli şəxsləri
dövlət hakimiyyəti orqanlarının və
dövlətin vəzifəli şəxslərinin,
bələdiyyələrin, bələdiyyə
orqanlarının və bələdiyyə orqanlarının
vəzifəli şəxslərinin, bələdiyyənin
yaratdığı hüquqi şəxslərin, habelə
ictimai birliklərin yerli özünüidarənin hüquqlarını
pozan aktlarının etibarsız sayılması barədə
məhkəməyə iddia verə bilərlər.
VII fəsil
Bələdİyyələrİn,
bələdİyyə orqanlarInIn və onlarIn
vəzİfəlİ şəxslərİnİn
məsulİyyətİ, onlarIn fəalİyyətİnə
nəzarət
Bələdiyyələr,
bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri hüquqa zidd hərəkətlərə
və hərəkətsizliyə görə qanunvericilikdə
nəzərdə tutulmuş məsuliyyət
daşıyırlar.
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı bələdiyyə,
bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri tərəfindən Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
riayət edilməsinə inzibati nəzarəti həyata keçirir.
Bələdiyyələrin müvafiq
komissiyaları və seçicilər
bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsinə cəlb edilə bilərlər.[63]
Maddə 52-1. Bələdiyyələrin
informasiyanı açıqlamaq vəzifəsi[64]
Bələdiyyələr
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci
maddəsi ilə təsbit olunmuş məlumat əldə
etmək hüququnun sərbəst, maneəsiz və hamı
üçün bərabər həyata keçirilməsini
"İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin
edirlər.
Maddə 52-2.
Bələdiyyələrin hesabatı[65]
1.
Bələdiyyələr
aşağıdakı hallarda öz fəaliyyətləri
barəsində Azərbaycan Respublikasının Milli
Məclisinə hesabat təqdim edirlər:[66]
1)
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü
maddəsinin II hissəsinə əsasən qanunvericilik
hakimiyyəti tərəfindən bələdiyyəyə
verilmiş əlavə səlahiyyətlərin həyata
keçirilməsi barədə;
2)
bu Qanunla müəyyən edilmiş hallarda yerli
büdcələrə Azərbaycan Respublikasının
Dövlət büdcəsindən ayrılmış
maliyyə vəsaitlərinin istifadəsi barədə.
2. Bələdiyyələr
ilin yekununa görə aprel ayının 1-dək hesabat
təqdim edirlər.
3. Bu maddənin 1-ci hissəsində
nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə
hər ilin yanvar ayının üçüncü
həftəsinin bazar ertəsi görülmüş
işlər haqqında, o cümlədən maliyyə
vəsaitlərinin və bələdiyyə mülkiyyətinin
istifadəsi haqqında seçicilərinə hesabat verir.
Hesabat yazılı formada tərtib edilir və
bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli
əhalini tanış etmək məqsədi ilə hesabat
bələdiyyə binasının qarşısında
xüsusi lövhələrdə yerləşdirilir, habelə
elan, bülleten, vərəqə, yerli mətbuat, internet
saytı və digər vasitələrlə əhaliyə
çatdırılır. [67]
Bələdiyyə seçicilərə verdiyi
hesabatı təsdiq etdikdən sonra 10 gün
müddətində bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
orqana göndərməlidir. Müvafiq bələdiyyənin
ərazisində yaşayan və səsvermə hüququna
malik olan vətəndaşların azı 25 faizinin
iştirakını təmin edən və
nəticələri protokolla (protokollarla)
rəsmiləşdirilən yığıncaqda
(yığıncaqlarda) iştirak edənlərin
yarısından çoxu hesabat dövründə
bələdiyyənin fəaliyyətini
qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə”
səs verdikdə bu barədə qərar qəbul edilir və
yığıncağın (yığıncaqların)
protokolu (protokolları) bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqana göndərilir. Protokolun forması
və tərtibinə dair tələblər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqan protokolu
(protokolları) forma və tərtiblə bağlı
tələblərə uyğunluq baxımından yoxlayır
və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları)
geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20
gün müddətində bələdiyyənin hesabatı
ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına
göndərir.
Müvafiq icra hakimiyyəti orqanı hesabat
dövründə bələdiyyənin fəaliyyətini
qeyri-qənaətbəxş hesab etdikdə
bələdiyyənin vaxtından əvvəl
buraxılması ilə bağlı Azərbaycan
Respublikasının Milli Məclisinə müraciət edir.
Bələdiyyələrin,
bələdiyyə orqanlarının və onların
vəzifəli şəxslərinin qərar və
hərəkətlərindən
(hərəkətsizliyindən) inzibati qaydada və (və ya)
məhkəməyə qanunla
müəyyənləşdirilmiş qaydada şikayət
verilə bilər.
VIII fəsil
Yekun
və keçİd müddəalarI
1. Dövlət yerli əhəmiyyətli
məsələlərin həlli üçün zəruri
olan torpaq payı və dövlət mülkiyyəti
obyektlərini bələdiyyələrin mülkiyyətinə
verir.
2. Dövlət mülkiyyəti
obyektlərinin bələdiyyə mülkiyyətinə
verilməsi ilə bağlı yaranan mübahisələr
məhkəmə qaydasında həll edilir.
3. Bələdiyyə ərazisində
bələdiyyə mülkiyyətinin olmaması
bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas
vermir.
Vətəndaşların ilk
yığıncağını təşəbbüs qrupu
çağırır. Təşəbbüs qrupunun
yaradılması, vətəndaşların yığıncaqlarının
çağırılması, keçirilməsi qaydaları
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının müvafiq təlimatı ilə
tənzimlənir.
Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı
şəhəri, 2 iyul 1999-cu il
¹ 698-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 oktyabr 2001-ci il tarixli 197-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 689)
2.
12 oktyabr 2001-ci il tarixli 198-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 690)
3.
23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736)
4.
23 aprel 2002-ci il tarixli 312-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 242)
5.
3 dekabr 2002-ci il tarixli 393-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 11)
6.
3 dekabr 2002-ci il tarixli 398-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 16)
7.
25 mart 2003-cü il tarixli
426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 6, maddə 256)
8.
30 dekabr 2003-cü il tarixli
569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10)
9.
9 mart 2004-cü il tarixli
603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202)
10.
9 aprel 2004-cü il tarixli
622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314)
11.
20 aprel 2004-cü il tarixli
642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 397)
12.
30 dekabr 2004-cü il tarixli
819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə 62)
13.
23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67)
14.
10 oktyabr 2006-cı il tarixli
155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 923)
15.
20 oktyabr 2006-cı il tarixli
167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005)
16.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)
17.
23 oktyabr 2007-ci il tarixli
466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1082)
18.
25 aprel 2008-ci il tarixli 596-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may
2008-ci il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 354)
19.
9
iyun 2009-cu il tarixli 830-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyun 2009-cu il, ¹ 138,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 410)
20.
12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173)
21.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
22.
5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
275)
23.
21
dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71)
24.
25
oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074)
25.
22
may 2012-ci il tarixli 362-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, ¹ 135, “Azərbaycan”
qəzeti 22 iyun 2012-ci il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹6, maddə 523)
26.
20 iyun 2014-cü
il tarixli 1003-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 avqust 2014-cü il, ¹
171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹8,
maddə 956)
27.
28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 19
noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376)
28.
16 dekabr 2014-cü il tarixli 1134-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹2,
maddə 77)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr
2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 1-ci maddənin birinci
cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasında yerli özünüidarə
vətəndaşların fəaliyyətinin təşkilinin
elə bir qeyri-
dövlət
sistemidir ki, bu sistem qanun çərçivəsində onlara
yerli əhəmiyyətli məsələləri
müstəqil və sərbəst şəkildə həll
etmək hüququnu həyata keçirmək imkanı verir.
Maddənin ikinci
cümləsində "hüququ"
sözü "hüquqları"
sözü ilə əvəz edilmişdir.
[2] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 2-ci maddənin 1-ci bəndində "mülkiyyəti, yerli
büdcəsi və seçkili bələdiyyə
orqanları" sözləri "mülkiyyəti və yerli büdcəsi"
sözləri ilə əvəz edilmişdir.
[3] 30 dekabr
2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 2-ci maddənin 2-ci
bəndi yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
2. Bələdiyyə
orqanları bələdiyyə tərəfindən
yaradılan, yerli əhəmiyyətli məsələləri
həll etmək səlahiyyətləri verilən və
dövlət orqanları sisteminə daxil olmayan seçkili
və başqa orqanlardır.
[4] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 5-ci bənd çıxarılmışdır.
[5] 23 noyabr
2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 2-ci maddənin 8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
8. Yerli vergilər və
ödənişlər - ərazisində yaşayan əhalinin
rəyi nəzərə alınmaqla bələdiyyənin
müstəqil surətdə müəyyənləşdirdiyi
vergilər və ödənişlərdir.
3 dekabr 2002-ci il tarixli 398-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 16) ilə 2-ci
maddənin 8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
8.
Yerli vergilər (bələdiyyə vergiləri) və
ödənişlər - Azərbaycan Respublikasının Vergi
Məcəlləsi və müvafiq qanunlarla müəyyən
edilən, bələdiyyələrin qərarına
əsasən tətbiq edilən və
bələdiyyələrin ərazilərində
ödənilən vergilər və bələdiyyənin
ərazisində yaşayan əhalinin rəyi nəzərə
alınmaqla bələdiyyənin müstəqil surətdə
müəyyənləşdirdiyi ödənişlərdir.
[6] 3 dekabr 2002-ci il tarixli
398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 16) ilə 2-ci
maddəyə 8-1 -ci bənd əlavə edilmişdir.
[7] 25 mart 2003-cü il tarixli
426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 6, maddə 256) ilə 4-cü
maddənin 2-ci bəndinin ikinci cümləsində "işlə təmin olunmasına"
sözlərindən sonra ",gənclərin
sosial-hüquqi müdafiəsinə" sözləri
əlavə edilmişdir.
10 oktyabr
2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 923) ilə 4-cü maddəsinin 2-ci bəndinin
ikinci cümləsində “gənclərin sosial-hüquqi
müdafiəsinə” sözlərindən sonra “, ailə
kəndli təsərrüfatının inkişafına”
sözləri əlavə edilmişdir.
21
dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40) ilə 4-cü maddənin ikinci
bəndinin birinci abzasının ikinci cümləsindən “məktəbəqədər
tərbiyə,” sözləri
çıxarılmışdır.
16 dekabr 2014-cü il tarixli 1134-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹2,
maddə 77) ilə 4-cü maddəsinin 2-ci hissəsinin ikinci
cümləsində “yerli
əhəmiyyətli yolların” sözləri “bələdiyyə
yollarının” sözləri ilə əvəz
edilmişdir.
[8] 23
oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1082, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 4-cü maddəsinin 2-ci
bəndində ikinci cümlədən “mərasim xidmətlərinin təşkili və
qəbiristanların qorunması,” sözləri
çıxarılmışdır və bəndə yeni
məzmunda ikinci abzas əlavə edilmişdir.
29 dekabr 2017-ci il
tarixli 960-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2017-ci il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
28)
ilə 4-cü
maddəsinin ikinci hissəsinin ikinci abzasında “abadlaşdırılması”
sözü “saxlanılması,
idarə olunması, abadlaşdırılması,
köçürülməsi” sözləri ilə
əvəz edilmişdir və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə
edilmişdir.
[9] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
275) ilə 4-cü maddəsinin 2-ci bəndinə
üçüncü abzas əlavə edilmişdir.
[10]
29 dekabr
2017-ci il tarixli 960-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2017-ci il, ¹ 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 28) ilə 4-cü maddəsinin
ikinci hissəsinə yeni məzmunda dördüncü abzas
əlavə edilmişdir.
30 oktyabr 2018-ci il tarixli 1308-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 noyabr 2018-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2218) ilə 4-cü maddənin 2-ci
hissəsinin dördüncü abzasına yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[11] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 6-cı maddənin 1-ci bəndinin ikinci
cümləsində "toplanması
və emalı" sözləri "yığılması, nəql edilməsi,
zərərsizləşdirilməsi, emalı və bu
sahədə başqa məsələlərin həlli
üçün tədbirlər görülməsi"
sözləri ilə əvəz edilmişdir.
[12] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 8-ci maddənin 2-ci bəndinin 3-cü və 6-cı
yarımbəndlərindən "bələdiyyə orqanlarının seçkili
vəzifəli şəxslərinin" sözləri
çıxarılmışdır.
[13] 9 oktyabr
2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 8-ci maddədə 4-cü bənddə ikinci
cümlədə “bələdiyyələr”
sözündən sonra “inzibati
qaydada və (və ya)” sözləri əlavə
edilmişdir.
[14] 25 oktyabr
2011-ci il tarixli 215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə yeni məzmunda 10-1-ci maddə əlavə
edilmişdir.
9 iyul 2019-cu il tarixli 1642-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə
1370) ilə 10-1-ci maddəyə yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[15] 12 oktyabr
2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
690) ilə 13-cü maddədə "birləşdirilərkən" sözündən
sonra "ayrılarkən,"
sözü və "tarixi"
sözündən əvvəl "onlarda yaranan sosial-iqtisadi vəziyyət,"
sözləri əlavə edilmişdir.
[16]
9 iyun 2009-cu il tarixli 830-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyun 2009-cu il, ¹ 138, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
410) ilə yeni məzmunda 13-1-ci maddə əlavə
edilmişdir.
[17] 30
dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 10) ilə 14-cü maddənin 1-ci bəndində
və 2-ci bəndində "Bələdiyyələrə
seçkilərin qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanunu" sözləri "Azərbaycan Respublikasının
Seçki Məcəlləsi" sözləri ilə
əvəz edilmişdir.
[18] 23
dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67) ilə 15-ci maddənin 2-ci bəndinə yeni
məzmunda dördüncü və beşinci
cümlələr əlavə edilmişdir.
25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan” qəzeti 25
dekabr 2011-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1074) ilə 15-ci
maddədə 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2. Əmək
haqqını bələdiyyədən alan
bələdiyyə üzvünün əsas iş yeri
bələdiyyə hesab olunur. Əmək haqqı
bələdiyyə tərəfindən
ödənilməyən bələdiyyə üzvü öz
səlahiyyətini həyata keçirərkən istehsal
və ya xidmət fəaliyyətini dayandırmır.
Bələdiyyə üzvü bələdiyyənin və
tərkibinə seçildiyi daimi komissiyasının
iclasları zamanı daimi iş yerində orta əmək
haqqı saxlanılmaqla öz istehsal və ya xidmət
vəzifəsini yerinə yetirməkdən azad edilir.
Bələdiyyə üzvü bələdiyyə
qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
Bələdiyyə qulluqçusu bələdiyyə
üzvü seçildikdə, 3 gün müddətində
öz ərizəsinə əsasən bələdiyyə
qulluğundan azad edilir.
[19]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 15-ci maddəyə yeni məzmunda 2-1–2-4-cü
hissələr əlavə edilmişdir.
[20] 30
dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 10) ilə 15-ci maddənin 6-cı bəndində
"Bələdiyyələrə
seçkilərin qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə" sözləri
ilə əvəz edilmişdir.
[21]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 16-cı maddəyə yeni məzmunda
ikinci-beşinci bəndlər əlavə edilmişdir.
[22]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 16-cı maddədə 2-ci hissə yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.
Bələdiyyənin iclasları bələdiyyə
ərazisində yaşayan əhalinin azı on faizinin, yaxud
bələdiyyə üzvlərinin üçdə bir
hissəsinin təşəbbüsü ilə
çağırılır.
[23]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 16-cı maddənin 3-cü hissəsində “nizamnaməsi”
sözündən sonra “və
reqlamenti” sözləri
əlavə edilmişdir.
[24]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 16-cı maddənin 5-ci hissəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
5.
Bələdiyyənin bütün iclasları protokollaşdırılır.
[25]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 16-cı maddəyə yeni məzmunda 6-cı
hissə əlavə edilmişdir.
[26]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan”
qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 17-ci maddənin 1-ci hissəsində “nəzərdən
keçirilməsi və” sözlərindən sonra “qərar layihələrinin”
sözləri əlavə edilmişdir.
[27]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 17-ci maddənin 4-cü hissənin birinci
bəndində “iclasına
və ya” sözlərindən sonra “bələdiyyənin qərarına əsasən”
sözləri əlavə edilmişdir.
[28] 22 may 2012-ci
il tarixli 362-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci
il, ¹ 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, ¹ 136,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹6,
maddə 523) ilə 18-ci
maddənin ikinci və üçüncü hissələri
müvafiq olaraq üçüncü və
dördüncü hissələr hesab edilmişdir və
həmin maddəyə ikinci hissə əlavə edilmişdir.
[29]
30 dekabr 2003-cü il tarixli 569-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10) ilə 18-ci maddənin
üçüncü abzasında "şurasının" sözü "iclasının"
sözü ilə əvəz edilmişdir.
[30] 12 fevral 2010-cu
il tarixli 954-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il,
¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 173) ilə 19-cu maddəsinin 3-cü
bəndinə 5-1-ci
yarımbənd əlavə edilmişdir.
[31] 30 dekabr
2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 19-cu maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
3. Bələdiyyə
üzvünün səlahiyyətləri onun seçildiyi
gündən başlanır və bələdiyyənin yeni
tərkibinin işə başladığı gün qurtarır.
Bələdiyyə orqanlarının seçkili
vəzifəli şəxsinin səlahiyyətləri onun
vəzifəyə seçildiyi gündən başlanır
və yeni vəzifəli şəxsin seçildiyi gün
qurtarır.
[32]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 19-cu maddəyə yeni məzmunda 6-cı
hissə əlavə edilmişdir.
[33] 30 dekabr
2004-cü il tarixli 819-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə 62) ilə 20-ci maddənin adı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Bələdiyyə
üzvlərinin və bələdiyyə orqanlarının
seçkili vəzifəli şəxslərinin statusu
[34] 30 dekabr
2003-cü il tarixli 569-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10) ilə 20-ci
maddənin 3-cü bəndinin birinci cümləsi yeni
redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
Bələdiyyə
üzvünün səlahiyyətləri onun seçildiyi
gündən başlanır və bələdiyyənin yeni
tərkibinin işə başladığı gün qurtarır.
30
dekabr 2003-cü il tarixli 569-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 10) ilə 20-ci
maddənin 3-cü bəndinin ikinci cümləsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bələdiyyə
orqanlarının seçkili vəzifəli şəxsinin
səlahiyyətləri onun vəzifəyə seçildiyi
gündən başlanır və yeni vəzifəli
şəxsin seçildiyi gün qurtarır.
[35] 30 dekabr 2003-cü il
tarixli 569-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 1, maddə 10) ilə 20-ci maddənin 1-ci, 4-cü və 5-ci
bəndlərdə ismin müvafiq hallarında
işlədilən", bələdiyyə
orqanlarının seçkili vəzifəli
şəxsləri" sözləri çıxarılmışdır.
[36] 03 aprel 2015-ci il tarixli 1238-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 07 may 2015-ci il, ¹ 097,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5,
maddə 485) ilə 21-ci maddəsinin 3-cü bəndində “vətəndaşlığından
çıxdıqda”
sözləri “vətəndaşlığına
xitam verildikdə” sözləri ilə əvəz
edilmişdir.
[37] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67) ilə 22-ci maddənin ikinci hissəsinin
4-cü bəndində "məsul
vəzifə tutduqda" sözlərindən sonra "və ya bələdiyyə
qulluqçusu kimi vəzifə tutduqda;" sözləri
əlavə edilmişdir.
[38]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 22-ci maddənin ikinci hissəsinin 5-ci
bəndində “dörd”
sözü “altı”
sözü ilə əvəz edilmişdir.
[39] 28
oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376) ilə yeni məzmunda 22-1-ci maddə əlavə edilmişdir.
[40] 28
oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376)
ilə yeni məzmunda 22-2-ci maddə əlavə edilmişdir.
[41] 28
oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376)
ilə 23-cü maddənin
2-ci hissəsində “1-ci,
3-cü, 5-ci” sözləri “1-ci,
3-cü, 5-ci, 6-cı” sözləri ilə əvəz
edilmişdir.
[42] 22 may 2012-ci
il tarixli 362-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci
il, ¹ 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, ¹ 136,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹6,
maddə 523) ilə 25-ci
maddənin birinci hissəsində “şəxslər” sözü “işçilər” sözü ilə əvəz
edilmişdir.
[43] 12 oktyabr
2001-ci il tarixli 197-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
689) ilə 26-cı maddənin 4-cü bəndindən "və ya açıq"
sözləri çıxarılmışdır.
[44] 30 dekabr
2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 10) ilə 27-ci maddənin 2-ci bəndində "Bələdiyyələrə
seçkilərin qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə" sözləri
ilə əvəz edilmişdir.
[45] 25 aprel 2008-ci il tarixli 596-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may
2008-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹5,
maddə 354) ilə 28-ci maddəsinə yeni 5-ci bənd
əlavə edilmişdir.
[46] 3 dekabr
2002-ci il tarixli 393-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 11) ilə 30-cu maddənin 2-ci bəndinə
üçüncü abzas əlavə edilmişdir.
[47] 20
iyun 2014-cü il tarixli 1003-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 12
avqust 2014-cü il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹8, maddə 956) ilə
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu
maddəsinin 2-ci hissəsinə üçüncü abzas
əlavə edilmişdir.
7 aprel 2017-ci il
tarixli 581-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may
2017-ci il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
707)
ilə 30-cu maddəsinin 2-ci
hissəsinin üçüncü abzasında “müraciəti əsasında, 5
gündən gec olmayaraq” sözləri “yazılı müraciəti əsasında, 1 iş
günü müddətində” sözləri ilə
əvəz edilmişdir.
[48]
25 oktyabr 2011-ci il tarixli
215-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278,
“Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1074) ilə 33-cü maddənin 5-ci hissəsinin birinci
cümləsində “Bələdiyyə”
sözü “Qanunla başqa hal
nəzərdə tutulmayıbsa, bələdiyyə”
sözləri ilə əvəz edilmişdir.
[49] 21
dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə 35-ci maddəyə yeni məzmunda
üçüncü bənd əlavə edilmişdir.
[50] 9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 39-cu maddənin 2-ci bəndində "formalaşdırılmasını,
təsdiqini və istifadə olunmasını" sözləri "tərtibini, təsdiqini və
icrasını" sözləri ilə əvəz edilmişdir.
[51] 23 aprel 2002-ci il tarixli
312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 242) ilə
40-cı maddəsinin 1-ci hissəsində "reklamlardan daxil olan vəsait" sözləri "bələdiyyə
mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə yerləşdirilən küçə
reklamlarına görə daxil olan ödənişlər"
sözləri ilə əvəz edilmişdir.
29 noyabr 2016-cı il
tarixli 415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 3) ilə 40-cı
maddənin 1-ci hissəsində “küçə
reklamlarına” sözləri “açıq
məkanda reklama” sözləri ilə əvəz
edilmişdir.
1 oktyabr
2018-ci il tarixli
1260-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 noyabr 2018-ci il, ¹ 255,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2196) ilə
40-cı
maddənin 1-ci hissəsində “bələdiyyə
əmlakının icarəyə” sözləri “icarəyə və
istifadəyə” sözləri ilə və “torpaqlarda, binalarda və digər
obyektlərdə yerləşdirilən açıq
məkanda reklama görə daxil olan ödənişlər”
sözləri “daşınmaz
əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsi
ilə bağlı ödəniş” sözləri ilə
əvəz edilmişdir.
[52] 9 mart 2004-cü il tarixli
603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə
40-cı maddənin 3-cü bəndində "icra hakimiyyəti"
sözləri "qanunvericilik və icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.
[53] 9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 41-ci
maddənin 2-ci bəndinin ikinci cümləsi yeni
redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
Əgər minimum yerli
büdcənin mədaxil hissəsi göstərilən
gəlir mənbələri hesabına təmin edilə
bilmirsə, onda Azərbaycan Respublikasının dövlət
orqanları Azərbaycan Respublikası Dövlət
büdcəsinin digər gəlir mənbələrini
bələdiyyələrə verə bilərlər və bu
zaman yerli büdcələrin əvvəlki ildən
keçən sərbəst qalıqları hesaba
alınmır.
[54] 23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 41-ci maddənin 3-cü bəndindən "Azərbaycan Respublikası
vergilərinin və ayırmalarının müəyyən
hissəsini" sözləri "müvafiq ayırmaları" sözləri ilə
əvəz edilmişdir.
[55] 9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 42-ci
maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Bələdiyyələr
tərəfindən ayrı-ayrı dövlət
səlahiyyətlərinin həyata keçirilməsi
üçün zəruri maliyyə vəsaiti hər il
Azərbaycan Respublikasının Dövlət
büdcəsində nəzərdə tutulur.
[56] 9 mart 2004-cü il tarixli
603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə 42-ci maddənin 2-ci bəndində "dövlət orqanlarının" sözləri
"icra hakimiyyəti
orqanlarının" sözləri ilə əvəz edilmişdir.
[57] 23 noyabr
2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 43-cü maddənin 1-ci bəndində "Azərbaycan Respublikasının"
sözlərindən sonra "Vergi
Məcəlləsinə və" sözləri
əlavə edilmişdir.
16
dekabr 2014-cü il tarixli 1148-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5
fevral 2015-ci il, ¹ 027,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹2, maddə 88) ilə 43-cü maddəsinin birinci bəndinə
yeniı məzmunda ikinci və üçüncü
cümlələr əlavə edilmişdir.
[58] 3 dekabr
2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 16) ilə 43-cü maddənin 2-ci bəndi yeni
redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
2. Əhali bilavasitə yerli
rəy sorğusu yolu ilə, vətəndaşların
yığıncaqlarında və ya
bələdiyyələrin rəyini nəzərə almaqla,
yerli əhəmiyyətli məsələlərin
maliyyələşdirilməsi üçün sakinlərin
könüllü surətdə birdəfəlik vəsait
verməsini nəzərdə tuta bilər.
[59] 3
dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 16) ilə 44-cü maddə
çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq bələdiyyələr öz
ərazisində hasil edilən təbii ehtiyatların
istifadəçilərindən haqq (o cümlədən natura
şəklində) alırlar.
[60] 20 aprel 2004-cü il tarixli 642-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 6, maddə 397) ilə 46-cı
maddədə "kreditlər
alıb-verə bilər, bələdiyyə bankları və
digər maliyyə-kredit idarələri yarada bilərlər"
sözləri "kreditlər
ala bilərlər" sözləri ilə əvəz edilmişdir.
[61] 9 aprel 2004-cü il tarixli
622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314) ilə 48-ci maddənin 1-ci
bəndinə ikinci cümlə əlavə edilmişdir.
19 iyun 2020-ci il tarixli 137-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2020-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 849) ilə 48-ci maddənin 1-ci
hissəsinin ikinci cümləsində “15 gündən” sözləri “5 iş günündən” sözləri ilə
əvəz edilmişdir.
[62] 9 iyul 2019-cu il tarixli 1642-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1370) ilə
yeni
məzmunda 49-1-ci maddə əlavə edilmişdir.
[63] 9 aprel 2004-cü il tarixli
622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314) ilə 52-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.
[64] 20 oktyabr
2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə məzmunda 52-1-ci
maddə əlavə edilmişdir.
[65] 5 mart 2010-cu il
tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il,
¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 276) ilə
52-2-ci maddə əlavə edilmişdir.
[66] 28
oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376)
ilə 52-2-ci maddənin
birinci və ikinci hissədə “Bələdiyyələr”
sözü müvafiq olaraq “1.
Bələdiyyələr”
və “2. Bələdiyyələr” sözləri ilə
əvəz edilmişdir.
[67] 28
oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 11, maddə 1376)
ilə 52-2-ci maddəyə
yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.
[68] 9 oktyabr
2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 53-cü maddənin adından “məhkəməyə” sözü
çıxarılsın, maddənin mətnində “məhkəməyə”
sözündən əvvəl “inzibati
qaydada və (və ya)” sözləri əlavə
edilmişdir.