Milli
arxiv fondu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında Milli
arxiv fondunun formalaşdırılması, mühafizəsi,
istifadəsi və arxivlərin fəaliyyəti ilə
bağlı münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ
müddəalar
Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
arxiv - arxiv sənədlərinin
məcmusu, onların komplektləşdirilməsini,
uçotunu, mühafizəsini və istifadəsini həyata
keçirən arxiv təşkilatları və ya idarələrin,
müəssisələrin struktur bölmələri;
Milli arxiv fondu - növündən,
yarandığı və saxlandığı yerdən və
mülkiyyət formasından asılı olmayaraq, xalqın
maddi və mənəvi həyatını əks etdirən,
tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni
dəyəri olan, Azərbaycan xalqının mədəni
irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin
məcmusu;
arxiv fondu - tarixi və məntiqi
baxımdan bir-biri ilə bağlı olan arxiv
sənədlərinin məcmusu;
arxiv işi - arxivlərin
komplektləşdirilməsi, mühafizəsi, uçotu və
arxiv xidmətinin təşkili;
arxiv sənədi - mühafizə
edilən və ya edilməli olan, informasiya
daşıyıcısının növündən
asılı olmayaraq dövlət, cəmiyyət və ya
öz mülkiyyətçisi üçün tarixi, elmi,
mədəni əhəmiyyət kəsb edən sənəd;
dövlət arxivi - arxiv işini həyata
keçirən dövlət müəssisəsi;
arxiv sənədlərinin
müvəqqəti mühafizəsi - dövlət və yerli
özünüidarə orqanları, dövlət idarə,
müəssisə və təşkilatları
tərəfindən arxiv sənədlərinin bu Qanunda
nəzərdə tutulmuş müddətdə
mühafizəsi;
arxiv sənədlərinin daimi
mühafizəsi - həmin sənədlərin arxivdə,
muzeydə və kitabxanada müddətsiz mühafizəsi;
sənəd abidəsi -
müəyyənləşdirilmiş qaydada sənəd
abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi
tarixi-mədəni dəyəri olan arxiv sənədi;
arxiv sənədlərinin
mülkiyyətçisi - arxiv sənədləri
üzərində sahiblik, istifadə və sərəncam hüququna
malik olan subyekt;
arxiv sənədlərinin sahibi - arxiv
sənədlərinə sahiblik və istifadə hüququnu
tam həcmdə, onlar üzərində sərəncamı
qanunvericilikdə müəyyən olunmuş həddə
həyata keçirən subyekt.
Milli arxiv fondu haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi bu qanundan, Azərbaycan
Respublikasının digər müvafiq qanunvericilik
aktlarından və tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdən
ibarətdir
Bu Qanunla Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında
ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr
tətbiq olunur.
Arxiv işi sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
arxiv işi sahəsində dövlət
siyasətinin formalaşdırılması və həyata
keçirilməsi;
arxiv işinin təşkilinin vahid
prinsiplərinin müəyyən olunması;
arxiv fondu sənədlərinin
komplektləşdirilməsi, uçotu, mühafizəsi və
onlardan istifadə qaydalarına əməl olunmasına
nəzarət;
arxivlərin qorunmasına və
inkişafına dövlət təminatı, arxiv
kadrlarının hazırlanması;
arxiv fondlarının və dövlət
arxiv sənədlərinin komplektləşdirilməsi,
uçotu, mühafizəsi, istifadəsi və bu
sənədlərlə bağlı mülkiyyət məsələlərinin
tənzimlənməsi;
arxivlərin maddi-texniki bazasının
möhkəmləndirilməsi;
arxiv fondu sənədlərinin
Azərbaycan Respublikasından müvəqqəti olaraq
xaricə aparılması ilə əlaqədar
məsələlərin tənzimlənməsi;
xarici ölkələrin arxivlərində
saxlanılan, Azərbaycanın tarixinə və
mədəniyyətinə aid olan, xalqın maddi və
mənəvi həyatını əks etdirən sənədlərin
(onların surətlərinin) Azərbaycan Respublikası
dövlət arxivlərinə gətirilməsi, uçotu
və mühafizəsinə nəzarət.
II fəsil
Mİllİ
arxİv fondunun tərkİbİ və təşkİlİ
Yaranma mənbəyindən, mühafizə
yerindən və mülkiyyət formasından asılı
olmayaraq, Azərbaycan Respublikasındakı arxiv
sənədləri Milli arxiv fonduna daxil edilir.
Dövlət mülkiyyətində olan
arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun
dövlətə məxsus hissəsini təşkil edir.
Dövlət mülkiyyətində olmayan
arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun
qeyri-dövlət hissəsini təşkil edir.
Milli arxiv fondunun
komplektləşdirilməsi, mühafizəsi və ondan
istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən əsasnamə ilə
müəyyən edilir.
Milli arxiv fonduna aşağıdakı
sənədlər daxil edilir:
Azərbaycan Respublikasının
qanunvericilik aktları, idarəetmə sənədləri,
məhkəmə və prokurorluq orqanlarının
sənədləri;
statistika, elmi, texnologiya, geologiya,
normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya
sənədləri və digər sənədlər;
kino, foto, fono (səs yazıları), video
materialları, dizayn işləmələri və memarlıq
layihələri;
əlyazmaları, xüsusi
əhəmiyyətə malik kitablar və kitabçalar,
dövri mətbuat materialları;
sənət əsərləri, elmi,
ədəbi və musiqi əsərləri;
partiya, ictimai və qeyri-dövlət
təşkilatların sənədləri;
gündəliklər, memuarlar, məktublar
və şəxsi xarakterli digər sənədlər.
Azərbaycan Respublikasında dövlət,
ictimai, dini və digər təşkilatlar,
vətəndaşlar qanunvericilikdə müəyyən
olunmuş qaydada arxiv yaratmaq hüququna malikdirlər.
Milli arxiv fondu:
qanunvericilik və icra hakimiyyəti
orqanlarının;
məhkəmə orqanlarının;
prokurorluqların;
hərbi hissələrin və birləşmələrin, hərbi təhsil müəssisələrinin;[1]
yerli özünüidarəetmə
orqanlarının;
sənaye, tikinti, kənd
təsərrüfatı və iqtisadiyyatın digər
sahələri üzrə idarə, müəssisə və
təşkilatların;
elm, mədəniyyət, səhiyyə,
təhsil və idman müəssisələrinin;
kütləvi informasiya vasitələrinin
və nəşriyyatların;
qanunvericilikdə müəyyən
olunmuş qaydada Azərbaycan Respublikasında fəaliyyət
göstərən birgə müəssisələrin, ictimai
birliklərin, siyasi partiyaların və dini
təşkilatların;
qeyri-dövlət idarə,
müəssisə və təşkilatların;
Azərbaycan Respublikasının xarici
ölkələrdəki və beynəlxalq
təşkilatlardakı diplomatik
nümayəndəliklərinin, digər idarə,
müəssisə və təşkilatlarının;
Azərbaycan Respublikası
vətəndaşlarının arxiv sənədləri
ilə komplektləşdirilir.
Dövlət arxiv fondu hüquqi və
fiziki şəxslərdən bağışlama,
vərəsəlik və qiymətli sənədlərin
satın alınması yolu ilə də
formalaşdırıla bilər.
Azərbaycan Respublikasından kənarda
yerləşən Azərbaycana aid tarixi və mədəni
irslə bağlı sənədlərin və ya onların
surətlərinin ölkəyə qaytarılması və ya
alınması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.[2]
Arxivlərin, arxiv fondlarının və
sənəd kolleksiyalarının Milli arxiv fondunun
tərkibinə daxil edilməsi və bu tərkibdən
çıxarılması və ya məhv edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil
edilməsi, bu tərkibdən çıxarılması və
ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən yaradılan, sənədlərin xüsusi
tarixi-mədəni dəyərini müəyyən edən,
arxiv işçilərindən və müvafiq sahə
mütəxəssislərindən ibarət olan ekspert
komissiyası tərəfindən həyata keçirilir.
Milli arxiv fondunun xüsusi
tarixi-mədəni dəyəri olan arxiv sənədləri
və sənəd kolleksiyaları nadir sənəd
abidələri hesab olunur.
Muzeylərin və kitabxanaların, ictimai,
dini birlik və təşkilatların arxivlərinin
dövlət arxiv fondunun sənədləri ilə
komplektləşdirilməsi qadağandır.
Milli arxiv fondu sənədlərinin
dəyərinin ekspertizası keçirilmədikdə və
ya ekspertizanın aparılma qaydaları pozulduqda
sənədlərin məhv edilməsi dayandırılır.
Azərbaycan SSR-də fəaliyyət
göstərmiş mərkəzi və yerli
təhlükəsizlik, digər xüsusi xidmət və daxili
işlər orqanlarının, Azərbaycan Kommunist
Partiyasının və idarəetmə orqanlarının 1-ci
şöbələrinin arxivləri dövlət arxiv fondunun
xüsusi hissəsini təşkil edir.
Dövlət arxiv fondunun xüsusi
hissəsinin mühafizəsi, öyrənilməsi və
istifadəsi qaydası Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə əsasən müəyyən
edilir.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının,
habelə dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd
xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili
işlər, fövqəladə hallar və müdafiə
sahəsində fəaliyyət göstərən
dövlət orqanlarının arxiv fondlarının
mühafizəsi həmin orqanların özləri
tərəfindən həyata keçirilir.[3]
Dövlət arxiv fondunun
sənədləri dövlət mülkiyyətinin obyekti kimi
mühafizə olunur.
Dövlət arxiv fondunun
sənədləri alqı-satqı, yaxud mülkiyyət
formasının dəyişdirilməsini nəzərdə
tutan müqavilələrin obyekti ola bilməz və yalnız
qanunvericilikdə müəyyən olunmuş qaydada
istifadəyə verilə bilər.
Mülkiyyət formasından asılı
olmayaraq, Azərbaycan Respublikasında qanunvericilikdə
müəyyən olunmuş qaydada fəaliyyət
göstərən idarə, müəssisə və
təşkilatların sənəd fondları həmin təşkilatların
mülkiyyətidir.
Fiziki şəxslərin sənəd
fondları onların şəxsi mülkiyyətidir.
Mülkiyyət formasından asılı
olmayaraq, arxiv sənədlərinin
mülkiyyətçilərinin hüquqlarına dövlət
təminat verir.
Dövlət orqanları
tərəfindən arxiv sənədlərinin
götürülməsi və ya müsadirə olunması
qanunvericilikdə müəyyən olunmuş qaydada həyata
keçirilir.
III fəsil
Mİllİ
arxİv fondu sənədlərİnİn uçotu və
mühafİzəsİ
Bu Qanunun 7-ci maddəsinin ikinci
hissəsində göstərilən arxiv sənədləri
istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv
sənədləri daimi mühafizə məqsədi ilə
dövlət arxivlərinə verilənə qədər
dövlət idarə, müəssisə və
təşkilatlarında yaradılan arxivlərdə
müvəqqəti mühafizə olunur.
Milli arxiv fondu sənədlərinin
idarə arxivlərində müvəqqəti mühafizə
müddətləri aşağıdakı kimidir:
respublika dövlət hakimiyyət
orqanlarının sənədləri üçün - 15 il;
rayon və şəhər hakimiyyət
orqanlarının sənədləri üçün - 5 il;
yerli özünüidarəetmə
orqanlarının sənədləri üçün - 5 il;
elmi-texniki sənədlər
üçün - 15 ildən artıq olmamaq
şərtilə, praktiki əhəmiyyətini
saxladığı müddətə;
kino, foto, fono sənədlər və
videoyazılar üçün - 3 il;
vətəndaşlıq vəziyyəti
aktları, notarial fəaliyyət, məhkəmə
işləri və şəxsi heyət barədə
sənədlər üçün - 75 il.
Göstərilən müddətlər
sənədlərin yarandığı vaxtdan hesablanır.
Ləğv edilmiş dövlət
idarə, müəssisə və təşkilatlarının
varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə
müəyyən edilmiş qaydada dövlət arxiv fonduna
verilir.
Geodeziya və
xəritəçəkmə, geologiya və mineral ehtiyatlar,
ekologiya və təbiətdən istifadəyə
nəzarət, standartlaşdırma, metrologiya və
hidrometerologiya üzrə dövlət orqanlarının
və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilatın arxiv sənədləri müvafiq icra
hakimiyyəti orqanlarının icazəsi ilə həmin
təşkilatlarda daimi mühafizə olunur.[4]
Dövlət mülkiyyətində olan
arxiv fondunun sənədləri, dövlət arxivlərinin
və onların filiallarının, rayon və
şəhər arxivlərinin binaları, onların yerləşdiyi
torpaq sahələri və avadanlıqlar
özəlləşdirilə bilməz.
Qeyri-dövlət arxiv fondunun
mülkiyyətçiləri arxiv fondlarının
mühafizəsi üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi qaydalara
əməl etməlidirlər.
Milli arxiv fondunun sənədləri
mülkiyyət formasından və mühafizə yerindən
asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən dövlət qeydiyyatına alınır.
Milli arxiv fondunun külliyyatını
dövlət arxivləri hazırlayırlar. Azərbaycan
Respublikasının hüquqi şəxsləri Milli arxiv
fondunun külliyyatı üçün müvafiq
məlumatları hər il müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanına təqdim
etməlidirlər.
Vətəndaşların tarixi və
mədəni dəyəri olan sənəd fondları və
kolleksiyaları Milli arxiv fondunun külliyyatına onların
razılığı ilə daxil edilə bilər.
IV fəsil
Arxİv
İşİnİn İdarə olunmasI
Azərbaycan Respublikasında arxiv
işinə dövlət idarəetməsi müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Təsadüfən aşkar edilmiş
və ya tapılmış arxiv sənədləri və
sənəd kolleksiyaları barədə onu tapan şəxs
tərəfindən dərhal müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməlidir. Onları aşkar edən
və ya tapan şəxs müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
mükafatlandırılır.
Həmin sənədlər və
kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada
dövlət qeydiyyatına alınır.
Azərbaycan Respublikasında arxiv işinin
həyata keçirilməsi, Milli arxiv fondunun
formalaşdırılması, mühafizəsi və
istifadəsi məqsədi ilə arxiv və kargüzarlığın
vahid dövlət sistemini birləşdirən dövlət
arxiv xidməti yaradılır.
Azərbaycan Respublikasının
bütün hüquqi və fiziki şəxsləri
dövlət arxiv fondu sənədlərindən istifadə
etmək hüququna malikdirlər. Mühafizə müddətindən
asılı olmayaraq dövlət arxiv fondu
sənədlərindən istifadə qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Qeyri-dövlət arxiv fondunun
sənədlərindən onların
mülkiyyətçilərinin razılığı ilə
istifadə oluna bilər.
Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.[5]
Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.[6]
Milli arxiv fondu sənədlərinin
istifadəsi zamanı müəlliflik hüququ barədə
qanunvericiliyin tələbləri yerinə yetirilməlidir.
Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə olunması qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.[7]
Arxivlər mülkiyyət formasından
asılı olaraq dövlət büdcəsi, yerli
büdcə və mülkiyyətçinin vəsaitləri
hesabına maliyyələşdirilir.
Dövlət büdcəsindən maliyyələşdirilən arxivlərin qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür.[8]
Dövlət arxivləri
işçilərinin sosial müdafiəsinə dövlət
tərəfindən təminat verilir. Onların sosial
müdafiəsi “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun 47-ci maddəsinə əsasən
həyata keçirilir.
Dövlət arxivləri
işçilərinin əmək haqları arxiv işi
sahəsində müvafiq icra hakimiyyəti orqanında
çalışan işçilərin vəzifə
maaşlarına bərabər tutulur.
Qeyri-dövlət arxiv fondlarının
komplektləşdirilməsinə, mühafizəsinə və
onlardan istifadə edilməsinə dövlət yardım
göstərir.
Milli arxiv fondunun tərkibinə daxil
edilmiş və dövlət qeydiyyatına alınmış
qeyri-dövlət arxivlərinin və arxiv
sənədlərinin, eləcə də sənəd
kolleksiyalarının mülkiyyətçiləri öz
arxivlərini mühafizə, bərpa və sənədlərin
surətlərinin çıxarılması üçün
dövlət arxivlərinə verə bilərlər.
Dövlət və qeyri-dövlət
idarə, müəssisə və təşkilatları,
vətəndaşlar, vətəndaşlığı olmayan
şəxslər və əcnəbilər, o cümlədən
xarici ölkələrin vətəndaşları olan
azərbaycanlılar arxiv fondlarının
zənginləşdirilməsi, arxiv xidmətinin
təkmilləşdirilməsi və arxiv işi üzrə
tədbirlərin hazırlanması və həyata
keçirilməsində iştirak edə bilərlər.
V fəsil
Yekun
müddəalarI
Dövlət arxiv xidməti
müəssisələri, dövlət və
qeyri-dövlət arxiv fondu sənədlərinin sahibləri
olan hüquqi və fiziki şəxslər beynəlxalq arxiv təşkilatlarına
daxil olmaq, beynəlxalq konfranslarda və digər
tədbirlərdə iştirak etmək, beynəlxalq
əlaqələr yaratmaq hüququna malikdirlər.
Milli arxiv fondu sənədlərinin orijinal
və ya onları əvəz edən nüsxələrinin
xaricə aparılması qadağandır.
Beynəlxalq əməkdaşlıq
məqsədi ilə sənədlərin və
kolleksiyaların xaricə müvəqqəti aparılması
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
Sənəd
abidələrinin xaricə müvəqqəti
aparılması “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq
həyata keçirilir.[9]
Bu Qanunun pozulmasında təqsirli olan
hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏlİYev
Bakı
şəhəri, 22 iyun 1999-cu il
¹ 694-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 noyabr 2002-ci il tarixli 382-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 706)
2.
30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
3.
5 mart 2004-cü il tarixli 597-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199)
4.
23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64)
5.
20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005)
6.
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 4)
7.
28 aprel 2009-cu il tarixli 803-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may
2009-cu il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 05, maddə 308)
8.
31 may 2010-cu il tarixli 1017-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2010-cu il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 7, maddə
579)
9.
21 dekabr 2010-cu il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan”
qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71)
10.
01 oktyabr 2012-ci il tarixli 426-IVQD Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 15 noyabr 2012-ci il, ¹ 254, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1038)
11.
31 may 2013-cü il tarixli 667-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, ¹ 127; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 615)
12.
6 oktyabr 2015-ci il tarixli 1373-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
22 noyabr 2015-ci il, ¹ 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1280)
13.
7 aprel 2017-ci il tarixli 559-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 may 2017-ci il, ¹ 107, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 690)
14.
1 oktyabr 2018-ci il tarixli 1257-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci
il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1965)
15.
1 fevral 2019-cu il
tarixli 1480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 mart 2019-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
378)
16.
13 iyun 2019-cu il
tarixli 1608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹7, maddə 1183)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 dekabr 2010-cu il tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral
2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
02, maddə 71) ilə 6-cı maddəsinin ikinci
hissəsinin beşinci abzasında “tədris” sözü “təhsil”
sözü ilə əvəz edilmişdir.
[2] 31 may 2013-cü il
tarixli 667-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, ¹ 127; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 615) ilə 6-cı
maddəsinə beşinci hissə əlavə edilmişdir.
[3] 5 mart
2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 199) ilə 8-ci maddənin üçüncü
hissəsində "milli
təhlükəsizlik" sözlərindən sonra ",sərhəd xidməti"
sözləri əlavə edilmişdir.
29
dekabr 2006-cı il tarixli 220-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4) ilə 8-ci maddəsinin
üçüncü hissəsində "sərhəd xidməti ,"
sözlərindən sonra "penitensiar xidmət, "
sözləri əlavə edilmişdir.
28 aprel 2009-cu il tarixli 803-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may
2009-cu il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 05, maddə 308) ilə 8-ci maddəsinin
üçüncü hissəsində "penitensiar xidmət," sözlərindən sonra
"xarici işlər,"
sözləri əlavə edilmişdir.
31
may 2010-cu il tarixli 1017-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul
2010-cu il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 7, maddə 579) ilə 8-ci maddəsinin
üçüncü hissəsində "sərhəd xidməti," sözlərindən
sonra "miqrasiya xidməti,"
sözləri əlavə edilmişdir.
01 oktyabr
2012-ci il tarixli 426-IVQD
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, ¹ 254,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
11, maddə 1038) ilə 8-ci maddəsinin
üçüncü hissəsində “daxili işlər” sözlərindən sonra “, fövqəladə hallar”
sözləri əlavə edilmişdir.
7 aprel
2017-ci il tarixli 559-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 may
2017-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə
690) ilə
8-ci
maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik,”
sözləri “dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat,”
sözləri ilə əvəz edilmişdir.
1 oktyabr 2018-ci il tarixli 1257-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1965) ilə
8-ci
maddənin üçüncü hissəsində “Azərbaycan Respublikasının”
sözlərindən sonra “prokurorluq
orqanlarının, habelə” sözləri əlavə
edilmişdir.
[4] 6 oktyabr
2015-ci il tarixli 1373-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 22 noyabr
2015-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1280) ilə 10-cu maddənin beşinci
hissəsində “Azərbaycan Elmlər
Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi elmi təşkilatın”
sözləri ilə əvəz edilmişdir.
[5] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64) ilə 16-cı maddəsinin
üçüncü hissəsinin ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
Bu müddət,
müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən dəyişdirilə bilər.
1 fevral 2019-cu il tarixli 1480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 mart 2019-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
378) ilə 16-cı
maddənin üçüncü hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Tərkibində
dövlət sirri olan arxiv sənədlərindən
istifadəyə, qanunvericilikdə başqa hal
nəzərdə tutulmayıbsa, onların yaranmasından 30 il
sonra icazə verilir. Bu müddət müvafiq icra
hakimiyyəti orqanının rəyi ilə uzadıla
bilər.
[6] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 16-cı maddəsinin
dördüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Vətəndaşların
şəxsi həyatı (onların sağlamlığı,
ailə və intim həyatı, əmlak vəziyyəti)
haqqında informasiya daşıyıcıları olan arxiv
sənədlərinin istifadə edilməsinə,
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa,
həmin sənədlərin yaranmasından 75 il sonra icazə
verilir. Bu müddətdən tez həmin sənədlərdən
istifadəyə vətəndaşın özünün, onun
ölümündən sonra isə varislərinin
razılığı ilə icazə verilir.
[7] 30 dekabr
2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 16-cı maddənin altıncı hissəsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Fiziki və
hüquqi şəxslər arxiv sənədlərindən
və sənəd kolleksiyalarından istifadə qaydalarına
əməl etməməyə görə qanunvericilikdə
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
[8] 22 noyabr
2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706) ilə 17-ci maddəsinin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Arxivlər
mülkiyyət formasından asılı olaraq dövlət
büdcəsindən, yerli büdcələrdən,
mülkiyyətçinin vəsaitləri, habelə
özlərinin fəaliyyətindən əldə edilmiş
gəlirlər və qanunvericilikdə qadağan olunmayan
digər mənbələr hesabına
maliyyələşdirilir.
[9] 13 iyun 2019-cu il tarixli 1608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹7, maddə 1183) ilə 22-ci maddəsinə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.