Ezamiyyə
xərclərinin normaları haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş
Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanına
uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə
xərclərinin normaları aşağıdakı qaydada
müəyyən edilsin:
gündəlik
xərclər - 15 min manat;
kommunal
xərcləri - təqdim olunan sənədlər
əsasında 1 gün üçün Bakı şəhərində 60,0 min
manatdan, Azərbaycan Respublikasının digər
şəhər və rayon mərkəzində,
şəhər tipli qəsəbələrində və
kənd yerlərində 30,0 min manatdan artıq olmamaqla;
nəqliyyat
xərcləri (taksidən başqa) təqdim olunan
sənədlər əsasında.
Müvafiq
təsdiqedici sənədlər təqdim edilməyən
hallarda kommunal xərcləri müvafiq normaların 50 faizi
həcmində, nəqliyyat xərcləri isə dəmir yolu,
su və avtomobil nəqliyyatının ən aşağı
tarifləri miqdarında ödənilir.
2.
Müəssisə, idarə və təşkilatların daimi
iş vaxtı yolda keçən, növbə metodu ilə
işləyən və çöl təşkilatlarında
çalışan işçilərinə gündəlik yemək
xərcləri əvəzinə hər gün üçün 15,0 min manat
əlavə vəsait ödənilir.
3.
Xarici ölkələrə ezamiyyə xərclərinin
normaları təsdiq edilsin (1 nömrəli əlavə).
4.
Rəhbər işçilərin ezamiyyətləri ilə
əlaqədar ezamiyyə xərcləri normalarına
əlavələr və həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası
təsdiq edilsin (2 nömrəli əlavə).
5.
Müəyyən edilsin ki:
büdcədən
maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlarda ezamiyyə xərcləri onlara
büdcədən ayrılan vəsaitlər dairəsində,
digər təşkilatlarda isə onların öz
vəsaitləri hesabına ödənilir;
büdcədən
maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlar istisna olmaqla digər təşkilatlar
ezamiyyə xərclərinin ödənilməsi üçün öz
sərəncamlarında qalan mənfəət hesabına bu
qərarla müəyyən edilmiş normalardan əlavə
vəsait ayıra bilərlər.
6.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
tapşırılsın ki, 1 ay müddətində
"İşçilərin ezamiyyə qaydaları"nı
hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.
7.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 27
yanvar tarixli 9 nömrəli qərarı (7-ci bənd istisna olmaqla)
qüvvədən düşmüş hesab edilsin.
8.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 16 mart 2001-ci il
№ 66
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 16 mart tarixli 66
nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Xarici ölkələrə ezamiyyə xərclərinin
normaları
(ABŞ dolları ilə)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Xarici
ölkələrə ezam edilən şəxslərə hər
bir ezamiyyə zamanı 20 ABŞ dolları
məbləğində birdəfəlik ölkədaxili
nəqliyyat xərci ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Rəhbər
işçilərin ezamiyyətləri ilə əlaqədar
ezamiyyə xərcləri normalarına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin
kateqorİyası
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Bu
əlavədə nəzərdə tutulan əmsallar digər
qanunvericilik aktları ilə ezamiyyə xərclərinə
əlavələrin tətbiq olunduğu orqanlarda
çalışan müvafiq işçilərə şamil edilmir.
Yuxarıda göstərilən cədvəlin
"Rəhbər işçinin vəzifəsi" hissəsinin
birinci bölməsində göstərilən şəxslərə
nəqliyyat xərcləri təyyarə üçün "biznes
klass", dəmir yolu qatarları üçün "2 yerli kupeli
yumşaq vaqon" tarifi ilə ödənilir, bütün digər
hallarda nəqliyyat xərcləri təyyarə üçün
"ekonomik klass", dəmir yolu qatarları üçün "4 yerli
kupeli vaqon" tarifi ilə ödənilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 oktyabr 2005-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10,
maddə 986)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 yanvar 2008-ci il tarixli 14 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 44) ilə 7-ci
bəndi istisna olmaqla qüvvədən düşmüş hesab
edilmişdir.
[2] 24 aprel 2006-cı il tarixli 115 nömrəli Azərbaycan
Respublikası Nazirlər kabinetinin Qərarı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4,
maddə 383) ilə Rəhbər
işçilərin ezamiyyətləri ilə əlaqədar
ezamiyyə xərcləri normalarına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası" barədə 2 nömrəli
əlavənin "Rəhbər işçinin vəzifəsi"
hissəsinin birinci
bölməsində "Azərbaycan Respublikası Milli Məclisi
sədrinin müavinləri, Milli Məclisin daimi komissiya
sədrləri" sözləri "Azərbaycan
Respublikasının
Milli Məclisinin deputatları" sözləri ilə
əvəz edilsin, ikinci bölməsində" Milli Məclisin daimi komissiya
sədrlərinin müavinləri" və üçüncü bölməsində "Milli Məclisin daimi komissiya
üzvləri və" sözləri çıxarılsın.