Meliorasiya və irriqasiya haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
I
fəsil
Ümumİ müddəalar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
meliorasiya — torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır;
irriqasiya (suvarma) — təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir;
meliorasiya olunmuş (olunacaq) torpaqlar — meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlardır;
suvarılan torpaqlar — suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlardır;
meliorasiya sistemləri — meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləridir;
irriqasiya (suvarma) sistemləri — suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir;
ayrılıqda yerləşən hidrotexniki qurğular — meliorasiya və irriqasiya sistemlərinə daxil olmayan, suların istehlakçılara çatdırılmasını, meliorasiya sistemlərinin köməyi ilə artıq suların kənara axıdılmasını, torpaqların su eroziyasından və sürüşmədən mühafizəsini təmin edən mühəndis qurğuları, tikililəri və qoruyucu meşə əkinləri;
meliorasiya və irriqasiya tədbirləri — meliorasiya sistemlərinin irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların (bundan sonra — meliorasiya və irriqasiya sistemləri) layihələndirilməsi, tikintisi, yenidən qurulması və istismarı, otlaqların su təchizatı, qoruyucu meşə əkinlərinin salınması, mədəni-texniki işlərin, torpaqların fiziki və aqrokimyəvi xassələrinin yaxşılaşdırılması işlərinin aparılması, göstərilən işlərin elmi və istehsal-texniki təminatıdır;
Sudan İstifadəedənlər Birliyi (Birlik) - istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. [1]
Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və buna uyğun qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Meliorasiyanın və irriqasiyanın məqsədi torpaqda əkinçilik üçün əlverişli şərait yaradılması, torpağın münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyini və artırılmasını təmin etmək, az məhsuldar və istifadəsiz torpaqları yaxşılaşdırmaqla kənd təsərrüfatı dövriyyəsinə cəlb etməkdən ibarətdir.
Meliorasiya tədbirlərinin xarakterindən asılı olaraq meliorasiyanın — hidromeliorasiya, aqromeşəmeliorasiya, mədəni-texniki meliorasiya, kimyəvi meliorasiya və digər tipləri vardır.
Meliorasiyanın hər bir tipi aşağıdakı növlərə bölünür:
hidromeliorasiya üzrə — suvarma, qurutma, şoran torpaqların yuyulması, erroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə və s.;
aqro-meşəmeliorasiya üzrə — meşə əkinlərinin salınması yolu ilə həyata keçirilən torpaqqoruyucu tarlaqoruyucu, susaxlayıcı meliorasiya növləri və s.;
mədəni-texniki meliorasiya üzrə — torpaqların kol-kosdan, daş-kəsəkdən, ağac kötüklərindən və başqa əşyalardan təmizlənməsi, torpaqların rekultivasiyası və s.;
kimyəvi meliorasiya üzrə — torpaqların gipsləşdirilməsi və s.
II fəsil
Melİorasİya və
İrrİqasİya sİstemlərİnə
mülkİyyət hüququ
Meliorasiya və irriqasiya sistemləri dövlət mülkiyyətində, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.[2]
Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə bir və ya bir neçə rayonun ərazisində yerləşən, dövlət vəsaiti hesabına tikilmiş (tikilməkdə olan), rayonlararası və (və ya) təsərrüfatlararası su bölgüsünü, artıq və tullantı suların kənar edilməsini və digər meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin edən, habelə Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının bu Qanunla müəyyən edilən səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunan meliorasiya və irriqasiya sistemləri aiddir.
Dövlət əhəmiyyətli meliorasiya və irriqasiya sistemləri, onların layihələndirilməsini, tikintisini, istismarını və torpaqların meliorativ vəziyyətinə nəzarəti həyata keçirən təşkilatların obyektləri və digər əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilməz.
Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir. [3]
Bələdiyyə mülkiyyətinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində və Birliklərin istifadəsində olmayan meliorasiya və irriqasiya sistemləri daxildir. [4]
Ümumi istifadədə (iki və daha çox fiziki və ya hüquqi şəxsin istifadəsində) və fərdi istifadədə (fiziki və ya hüquqi şəxsin istifadəsində) olan təsərrüfatdaxili meliorasiya və irriqasiya sistemləri fiziki və hüquqi şəxslərin mülkiyyətində ola bilər. İki və daha çox şəxsin sahibliyində olan meliorasiya və irriqasiya sistemləri həmin şəxslərin birgə mülkiyyətində hesab olunur.
III fəsil
Melİorasİya
və İrrİqasİya sahəsİndə İcra
hakİmİyyətİ orqanlarının və
bələdİyyələrİn
səlahİyyətlərİ
Meliorasiya və irriqasiya sahəsində Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:
meliorasiya və irriqasiya sahəsində dövlət siyasətini müəyyən etmək;
meliorasiya və irriqasiya sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət etmək;
bu Qanunun 6-cı
maddəsinə uyğun olaraq Birliklərin istifadəsinə
verilən sistemlər istisna olmaqla, dövlət
mülkiyyətində olan meliorasiya və irriqasiya
sistemlərini idarə etmək; [5]
müəyyən edilmiş qaydada meliorasiya və irriqasiya üzrə müvafiq orqanları yaratmaq;
meliorasiya və irriqasiya sahəsində respublika proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə həyata keçirilən meliorasiya tədbirlərinin maliyyələşdirilməsini və meliorasiya və irriqasiya sahəsinə investisiyaların cəlb olunmasını təmin etmək;
meliorasiya və irriqasiya sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək;
meliorasiya və irriqasiya sahəsində standartları, normaları və qaydaları təsdiq etmək;
meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasını təşkil etmək;
regionlar və rayonlar (şəhərlər) üzrə meliorasiya və irriqasiya sistemlərindən sugötürmə limitlərini müəyyən etmək;
təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpasını təşkil etmək;
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərindən istifadəyə dair rayonlar (şəhərlər) arasındakı mübahisələri həll etmək;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Meliorasiya və irriqasiya sahəsində Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:
meliorasiya və irriqasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq normativ-hüquqi aktları qəbul etmək;
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə Muxtar Respublikanın ərazisində həyata keçirilən meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsini təmin etmək;
Muxtar Respublika ərazisi üçün meliorasiya və irriqasiya proqramlarını hazırlamaq, təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
Muxtar Respublika üzrə dövlət meliorasiya və irriqasiya sistemlərindən sugötürmə limitlərini müəyyən etmək;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Meliorasiya və irriqasiya sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
Birliklərin
fəaliyyətini dəstəkləmək; [6]
meliorasiya və irriqasiya tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasına nəzarət etmək;
meliorasiya və irriqasiya sistemləri layihələrinin ekspertizasında iştirak etmək;
öz səlahiyyətləri daxilində meliorasiya və irriqasiya sahəsində fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
IV fəsil
Melİorasİya
və İrrİqasİya sahəsİndə dövlət
İdarəetməsİ
Meliorasiya və irriqasiya sahəsində dövlət idarəetməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, habelə meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərazi quruluşu prinsipi əsasında həyata keçirilir. [7]
Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı respublika orqanından və onun yerli orqanlarından ibarətdir.
Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı müəyyən olunmuş qaydada təsdiq edilən əsasnaməyə uyğun fəaliyyət göstərir.
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma onun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan icazə alınması tələb olunmur.[8]
Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri aşağıdakılardır:
Birliyin xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchiz edilməsi; [9]
meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramlarının hazırlanması və həyata keçirilməsi;
meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsinin təşkili;
Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarının təşkili; [10]
su obyektlərindən götürülən suların müəyyən edilmiş qaydada bölüşdürülməsi və sudan istifadəyə nəzarət edilməsi;
meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması və kadastrının aparılması;
suvarılan və meliorasiya olunmuş torpaqların uçotunun təşkili və monitorinqinin aparılması;
meliorasiya və irriqasiya sahəsində standartların, normaların və qaydaların işlənib hazırlanması;
meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasının aparılması, onların təsdiq edilməsi;
meliorasiya və irriqasiya sahəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin təşkili;
suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarət;
meliorasiya və irriqasiya
sahəsində inzibati xətalar haqqında protokollar tərtib
etmək və baxılması üçün müvafiq
dövlət orqanlarına göndərmək; [11]
bu Qanunun 30-14-cü maddəsinə uyğun olaraq Birliklərin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi; [12]
qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətlər [13]
Meliorasiya və irriqasiya sistemləri pasportlaşdırılmalıdır. Pasportlaşdırma aparılarkən meliorasiya və irriqasiya sistemləri, habelə meliorasiya və irriqasiya sisteminə daxil olan və ya ayrılıqda yerləşən hər bir hidrotexniki qurğu üçün onların texniki xarakteristikası və vəziyyəti barədə məlumatları özündə əks etdirən pasport tərtib edilir.
Meliorasiya və irriqasiya
sistemlərinin pasportlaşdırılması qaydaları meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[14]
Suvarılan və meliorasiya olunmuş torpaqların uçotu həmin torpaqların meliorativ vəziyyəti, hidrogeoloji, texniki və digər xüsusiyyətləri barədə məlumatların toplanmasıdır. Bu məlumatlar dövlət torpaq kadastrına daxil edilir.
Suvarılan və meliorasiya olunmuş torpaqların uçotu və uçot məlumatlarının dövlət torpaq kadastrına daxil edilməsi qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilir.
Suvarılan və meliorasiya olunmuş torpaqların monitorinqi dövlət torpaq monitorinqi sisteminin tərkib hissəsi olub, suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə sistemli müşahidədir. Həmin müşahidələrə əsasən suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətində baş verən dəyişikliklər aşkar edilir, onlar qiymətləndirilir və tədbirlər sistemi işlənib hazırlanır.
Torpaqların monitorinqi meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı və elmi-tədqiqat institutları tərəfindən aparılır. Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Meliorasiya və irriqasiya sistemlərinin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə aparılan dövlət ekspertizası meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Meliorasiya
və irriqasiya sahəsində dövlət ekoloji
ekspertizasının keçirilməsi üçün
aşağıdakı fəaliyyət növləri
üzrə layihələrin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
sənədi əlavə edilir:[16]
çay
hövzələri arasında su resurslarının
bölüşdürülməsi;
su
mənbələrindən istifadə (il ərzində
istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda),
eləcə də uzunluğu 20 km-dən, diametri
hündürlüyü
15 metr və daha yüksək olan su bəndlərinin, su
anbarlarının və başqa su tutumlarının
(rezervuarların) tikintisi;
əhatə etdiyi sahə 1000 ha-dan
çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə
də magistral suvarma kanalları və kollektorların tikintisi.
Mövcud
meliorasiya və irriqasiya sistemləri ətraf mühitə
təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olduqda, həmin sistemlərin
yenidən qurulması və ya həmin sistemlərdə
mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin
sistemlərə dair müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən sənədlərdə (atıla bilən
tullantı həddi (ABTH), buraxıla bilən axıntı
həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların
və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla, müvafiq dəyişikliklər
edilir.
Mövcud
meliorasiya və irriqasiya sistemlərinin fəaliyyəti
zamanı təbiətdən istifadə şərtləri
ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə uyğun olmadıqda və ya
ilkin layihədə nəzərdə tutulandan fərqli
texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə,
həmin fəaliyyətə dair yenidən ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Meliorasiya və irriqasiya sistemlərinə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların
transsərhəd təsiri müəyyən edildikdə,
həmin sistemlərlə bağlı transsərhəd
təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll edilir.[17]
V fəsil
Melİorasİya və
İrrİqasİya tədbİrlərİnİn
aparılması qaydaları
Meliorasiya və irriqasiya tədbirlərinin planlaşdırılması meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramları, habelə bələdiyyələrin, birliklərin torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişləri əsasında aparılır. [18]
Meliorasiyanın bu və ya digər növünün seçilməsi müvafiq ərazinin təbii-iqlim xüsusiyyətlərindən və kənd təsərrüfatının ehtiyaclarından asılı olaraq müəyyən edilir.
Bələdiyyələrin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişi ilə meliorasiya və irriqasiya tədbirləri planlaşdırılarkən meliorasiyanın növləri və meliorasiya və irriqasiya tədbirinin miqyası müvafiq standartlara, normalara və qaydalara uyğun müəyyən edilir.
Meliorasiya və irriqasiya tədbirləri texniki-iqtisadi cəhətdən əsaslandırılmaqla, müvafiq tikinti, ekoloji, sanitariya və digər standartlara, normalara və qaydalara uyğun işlənib hazırlanmış layihələr əsasında ixtisaslaşdırılmış dövlət tikinti təşkilatları, habelə fiziki və hüquqi şəxslər tərəfindən aparılır.
Fəaliyyəti su obyektlərindən istifadə ilə bağlı olan meliorasiya və irriqasiya sistemlərinin layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq verilmiş sudan istifadəyə dair müqavilə əsasında həyata keçirilir. [19]
Torpaqların aqro-meşəmeliorasiyası bu Qanuna və Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun həyata keçirilir.
Müəyyən olunmuş qaydada meliorasiya olunacaq torpaqlara aid edilən torpaq sahələri meliorasiya və irriqasiya tədbirləri aparmaq üçün Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq layihədə göstərilən müddətə həmin tədbirləri aparan təşkilatlara verilir və onlardan geri alınır. Bu müddətdə meliorasiya tədbirləri aparılan sahələr əkin altında istifadə olunmur.
Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin altındakı torpaq sahələri əvəzsiz olaraq həmin meliorasiya və irriqasiya sistemlərinin istismarını həyata keçirən təşkilatların daimi istifadəsinə verilir.
Meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin etmək üçün meliorasiya olunmuş (olunacaq) torpaqlara bitişik torpaqlardan Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə uyğun olaraq istifadə oluna bilər.
Meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməməlidir.
Meliorasiya və irriqasiya tədbirləri Azərbaycan Respublikasının torpaq, su, meşə qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının təbiəti mühafizə, yerin təki, bitki və heyvanat aləmi haqqında qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
Meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismara qəbul edilməsi Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır.
Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.
Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarında suvarılan və meliorasiya olunmuş torpaqlar fiziki şəxslər arasında bölüşdürüldükdə həmin şəxslər göstərilən sistemlərin saxlanmasını və təmirini istifadə etdikləri suyun həcminə və torpaq sahələrinə mütənasib olaraq payçılıq əsasında aparmalıdırlar. Fiziki şəxslər bu işləri müqavilə əsasında müvafiq təşkilatları cəlb etmək və ya yeni təşkilat yaratmaq yolu ilə həyata keçirə bilərlər.
(Çıxarılıb) [20]
Meliorasiya və irriqasiya sistemlərinin istifadəsi zamanı su münasibətləri Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.
Su ehtiyatlarından səmərəli istifadə olunması, su təminatına yönəldilmiş dövlət xərclərinin ödənilməsi, suyun dəqiq uçotunun aparılması məqsədi ilə sudan ödənişli istifadə tətbiq edilir. [21]
Sudan ödənişli istifadə mərhələlərlə həyata keçirilir.
Sudan ödənişli istifadə qaydaları
Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci
maddəsinə uyğun olaraq müəyyən edilir.
Birliklərin suvarma suyu ilə təchiz edilməsi
bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş
səlahiyyətləri həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı ilə 10 ildən az olmayan
müddətə bağlanan sazişə əsasən
həyata keçirilir. Su mənbələrində suyun
bolluğu səviyyəsinə mütənasib olaraq
veriləcək suyun həcminin yuxarı və
aşağı hədləri həmin sazişdə
müəyyən olunur. Əkinlərin növündən
və sahəsindən asılı olaraq tələb olunan
suyun həcmləri və suyun verilməsi qrafiki bu
hədlər daxilində illik müqavilələrlə
müəyyən edilir. Sazişlərin və illik
müqavilələrin formaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Suyun müqavilədə nəzərdə
tutulmuş həcmlərdə və vaxtlarda
verilmədiyinə görə Birliyə vurulmuş
zərərin əvəzi mülki qanunvericiliyə uyğun
olaraq ödənilir.
Meliorasiya və irriqasiya sistemlərini, qoruyucu meşə əkinlərini istismar edən fiziki və hüquqi şəxslər həmin obyektləri saz (lazımi) vəziyyətdə saxlamalı və onların korlanmasına yol verməməlidirlər.
Meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin saz (lazımi) vəziyyətdə saxlanması:
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri (Birliklərin istifadəsinə verilən sistemlər istisna olmaqla) , qoruyucu meşə əkinləri üzrə — meliorasiya və ya irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı; [23]
Birliklərin istifadəsinə verilən dövlət meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə - Birliklər; [24]
bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə — bələdiyyələr;
ümumi və fərdi istifadədə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə — həmin obyektlərin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən təşkil edilir.
Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[25]
Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydalarına riayət etmək bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda hər cür fəaliyyət meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanlarının tələblərinə uyğun həyata keçirilməlidir.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda meliorasiya və irriqasiya ilə əlaqədar olmayan tikinti və digər işlərin görülməsi torpaqların su, hava və qida rejimini pisləşdirməməli, meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismarına mane olmamalıdır.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda rabitə və elektrik xətlərinin, boru kəmərlərinin, yolların və digər obyektlərin tikintisi və istismarı meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilməlidir.
VI fəsil
Melİorasİya və
İrrİqasİya tədbİrlərİnİn
malİyyələşdİrİlməsİ
Meliorasiya və irriqasiya tədbirləri dövlət büdcəsinin, habelə suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqların mülkiyyətçiləri və ya istifadəçiləri olan bələdiyyələrin, Birliklərin, fiziki və hüquqi şəxslərin vəsaiti, suvarma suyuna ödənişlər və qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilir. [26]
Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə yerinə yetirilən meliorasiya və irriqasiya tədbirləri dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir.
Təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpa olunması müəyyən olunmuş qaydada dövlət büdcəsinin, habelə həmin sistemlərdən istifadə edən fiziki və hüquqi şəxslərin vəsaiti və digər vəsaitlər hesabına həyata keçirilir. [27]
Bələdiyyələrin, torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişləri əsasında aparılan meliorasiya və irriqasiya tədbirləri sifarişçilər tərəfindən maliyyələşdirilir.
VI-I fəsil [28]
SUDAN
İSTİFADƏEDƏNLƏR BİRLİYİ
Maddə
30-1. Birliyin məqsədi
və vəzifələri
Sudan İstifadəedənlər Birliyinin
məqsədi xidmət göstərdiyi ərazidə
istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini
idarə etmək və torpaq istifadəçilərini
mütəşəkkil, səmərəli və
ədalətli olaraq su ilə təmin etməkdir.
Birliyin xidmət göstərdiyi ərazi onun
istifadəsində olan meliorasiya və irriqasiya sistemindən
suvarıla bilən müəyyən torpaq sahələrini
əhatə edir.
Birlik bu Qanuna, digər normativ hüquqi aktlara və
öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya qurumunun
xüsusi formasında yaradılır və fəaliyyət
göstərir.
Birlik öz fəaliyyəti nəticəsində
əldə etdiyi mənfəəti üzvləri arasında
bölüşdürmədən istifadəsində olan
meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına və
inkişafına yönəldir və bu məqsədlə fond
yaradır.
Birliyin fəaliyyətinin əsas istiqamətləri
aşağıdakılardır:
istifadəsində olan meliorasiya və irriqasiya
sistemlərinin istismarı və ümumi
yığıncağın təsdiq etdiyi plana əsasən
üzvlərinin arasında suvarma suyunun paylanması;
xidmət göstərdiyi ərazidə torpaq
sahiblərini suvarma suyu ilə təmin etmək
üçün uzunmüddətli sazişə və illik
müqavilələrə əsasən su təchizatı
müəssisəsindən suyun satın alınması;
istifadəsində olan meliorasiya və irriqasiya
sistemlərinin bərpası, istismarı, onlarda
tikinti-təmir işlərinin aparılması, hidrotexniki avadanlığın
alınması, saxlanması və istismarı;
üzvlərin sifarişinə əsasən
meliorasiya xidmətlərinin göstərilməsi;
xidmət göstərdiyi ərazidə suların
mühafizəsinin, onların çirklənməkdən,
zibillənməkdən və tükənməkdən
qorunmasının təmin edilməsi;
nizamnamə məqsədlərinə uyğun
digər vəzifələr.
Birlik xidmət göstərdiyi ərazidə
üzvü olmayan torpaq sahiblərini illik
müqavilələrə əsasən suvarma suyu ilə
təchiz edə bilər.
Maddə 30-2. Birliyin üzvləri
Birliyin xidmət göstərdiyi ərazidə
yerləşən torpaqların üzərində
mülkiyyət və ya ən azı üç il
müddətində istifadə hüququ olan fiziki və
hüquqi şəxslər Birliyin üzvü ola
bilərlər.
Aşağıdakı halların aradan
qaldırılmasınadək ərizə ilə
müraciət edən şəxslərin Birliyə qəbul
olunmasından imtina edilə bilər:
ərizə verildiyi günədək ötən
iki il ərzində şəxs Birlikdən xaric
edilmişdirsə;
şəxsin istifadə etdiyi torpağın sabiq
sahibinin Birliyə borcu olduqda;
ərizə suvarma mövsümü
ərəfəsində verildikdə.
Birliyin üzvü idarə heyətinin
təklifinə əsasən ümumi
yığıncağın qərarı ilə
aşağıdakı hallarda üzvlükdən xaric
edilə bilər:
nizamnaməni və ya ümumi
yığıncağın qərarını mütəmadi
olaraq pozduqda;
su haqqını ödəmədikdə;
meliorasiya və irriqasiya sistemlərinə, qurğu
və avadanlığa vurduğu zərərin
ödənilməsindən və ya onların bərpa
edilməsindən əsassız olaraq imtina etdikdə;
dəfələrlə özbaşına su
götürdükdə və ya suyun paylanması
cədvəlini pozduqda.
Üzv Birlikdən xaric edilməsi haqqında
ümumi yığıncağın qərarından
məhkəməyə şikayət edə bilər.
Birlikdə üzvlüyə aşağıdakı
hallarda xitam verilir:
suvarılan torpağın üzərində
mülkiyyət və ya istifadə hüququna xitam
verildikdə;
Birlikdən çıxması barədə
ərizə verdikdə.
Birlikdən çıxan və ya xaric edilən
üzv Birlik qarşısında olan borclarını
ödəməli və öhdəliklərini yerinə
yetirməlidir.
Maddə 30-3. Birliyin üzvlərinin hüquq və vəzifələri
Birliyin üzvlərinin aşağıdakı
hüquqları var:
sudan ədalətli pay almaq və Birliyin
göstərdiyi xidmətlərdən istifadə etmək;
su haqqını ödədiyi təqdirdə səsvermədə
iştirak etmək;
Birliyin orqanlarına namizədləri irəli
sürmək və seçilmək, ümumi
yığıncağın gündəliyinə dair
təkliflər vermək;
Birlik tərəfindən onlara vurulan zərərin
əvəzini almaq;
Birliyin mühasibat kitabları, hesabları və
digər sənədləri ilə tanış olmaq.
Birlik üzvlərinin aşağıdakı
vəzifələri var:
nizamnaməyə və ümumi
yığıncağın qəbul etdiyi qərar, təlimat
və digər sənədlərə, o cümlədən
suyun paylanması cədvəlinə riayət etmək;
su haqlarını vaxtında və tam
ödəmək;
torpağında yerləşən hidrotexniki
qurğu və avadanlıqdan istifadəyə,
üzərində təmir işlərinin aparılmasına
Birliyə icazə vermək;
Birliyin qurğu və avadanlığına
vurduğu zərərin əvəzini ödəmək;
suvarılan torpaqlardan və sudan istifadə
etmələrinə dair məlumatı Birliyə təqdim
etmək.
Nizamnamədə əlavə hüquq və
vəzifələr nəzərdə tutula bilər.
Maddə 30-4. Birliyin nizamnaməsi
Birliyin nizamnaməsində aşağıdakılar
göstərilməlidir:
Birliyin tam adı və olduğu yer (ünvanı);
Birliyin məqsədi və funksiyaları;
üzvlərin hüquq və vəzifələri,
Birliyin üzvlüyünə qəbul etmə, Birlikdən
çıxma və xaric etmə qaydası;
Birliyin orqanlarının səlahiyyətləri,
tərkibi, seçilməsi müddəti;
üzvlərin nümayəndələrinin
seçilməsi qaydası;
su haqlarının ödənilməsi qaydası;
Birliyin ləğv edilməsi qaydası;
bu Qanundan irəli gələn digər
müddəalar.
Birliyin nizamnaməsinə onun xidmət
göstərdiyi ərazinin sxematik planı əlavə olunur.
Maddə 30-5. Birliyin təsis edilməsi
Birliyin təsis edilməsi üzrə
təşəbbüs qrupu bu Qanunun 13-cü maddəsində nəzərdə
tutulmuş səlahiyyətləri həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi
nümunəvi nizamnaməyə uyğun hazırlanmış
nizamnamənin layihəsini, Birliyin xidmət göstərdiyi
ərazinin sxematik planını, təsisçilərin
siyahısını hazırlayır, sənədlərin
təsisçilər tərəfindən müzakirəsini
təşkil edir və bu Qanunun 13-cü maddəsində
nəzərdə tutulmuş səlahiyyətləri həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının
yerli təşkilatı ilə xidmət göstərdiyi
ərazinin sxematik planını razılaşdıraraq
təsis yığıncağını
çağırır.
Təsis yığıncağı Birliyin
yaradılması haqqında qərar qəbul edir,
nizamnaməni təsdiq edir və idarə heyətini
seçir.
Birliyin xidmət etdiyi ərazidə
yerləşən torpaqların azı 50 faizinə sahib olan
şəxslərin yarısından çoxu lehinə səs
verərlərsə, Birlik təsis edilmiş hesab olunur.
Birliyin dövlət qeydiyyatına alınması
üçün təsis sənədləri
yığıncağın keçirildiyi gündən bir ay
müddətində idarə heyəti tərəfindən
təqdim olunmalıdır.
Maddə 30-6. Birliyin orqanları
Birliyin orqanları aşağıdakılardır:
ümumi yığıncaq,
idarə heyəti,
təftiş komissiyası,
mübahisələrin həlli üzrə komissiya.
Maddə 30-7. Ümumi yığıncaq
Ümumi yığıncaq Birliyin ali
idarəetmə orqanıdır. Növbəti ümumi
yığıncaq ildə bir dəfədən az olmayaraq
idarə heyəti tərəfindən çağırılır.
Növbədənkənar ümumi yığıncaq isə
idarə heyəti tərəfindən onun öz
təşəbbüsü ilə və ya Birlik
üzvlərinin azı 20 faizinin tələbi ilə
çağırılır.
Aşağıdakı məsələlər
ümumi yığıncağın müstəsna
səlahiyyətinə aiddir:
nizamnamədə dəyişikliklərin
edilməsi;
idarə heyətinin və digər orqanların
üzvlərinin seçilməsi;
Birliyin illik büdcəsinin, hesabatının
(büdcənin icrası haqqında daxil olmaqla), iş
planlarının və suyun paylanması cədvəlinin
təsdiq edilməsi;
su haqlarının və cərimələrin
miqdarının təsdiq edilməsi;
Birliyin ləğv edilməsi.
Birliyin nizamnaməsində ümumi
yığıncağın digər səlahiyyətləri
də nəzərdə tutula bilər.
Birliyin xidmət göstərdiyi ərazi kənd,
kanal və ya torpaq sahələri üzrə
nümayəndəlik zonalarına bölünür və
hər zonadan nümayəndə seçilir.
Ümumi yığıncaqda üzvlərin
nümayəndələri, Birliyin üzvlərinin sayı
çox deyildirsə, onların özləri iştirak
edirlər.
Ümumi yığıncaqda qərarın qəbul
edilməsi üçün yetərsay üzvlərin və ya
onların nümayəndələrinin yarısından
çoxunun iştirakıdır. Ümumi yığıncaqda
üzvlərin nümayəndəsi iştirak edirsə,
həmin üzvlər səsvermə hüququ olmadan iştirak
edə bilərlər. Ümumi yığıncaqda
nizamnamədə dəyişikliklərin edilməsinə
və Birliyin ləğv edilməsinə dair qərarlar
səslərin üçdə iki, digər qərarlar isə
sadə səs çoxluğu ilə qəbul olunur.
Maddə 30-8. Səslərin bölüşdürülməsi
Ümumi yığıncaqda hər bir
nümayəndə bir səsə malikdir.
Nümayəndələrin seçkisində və
ya nümayəndələr seçilmirsə, ümumi
yığıncaqda üzvlərin arasında səslər
nizamnamədə müəyyən edilən
aşağıdakı qaydalardan biri əsasında
bölüşdürülür:
bir üzvün torpağın sahəsinin
ölçüsündən asılı olmayaraq bir səsi
var;
bir üzvün torpağın sahəsinin
ölçüsünə mütənasib olaraq
səsləri var;
bir üzvün keçən ildə ödədiyi
su haqqının məbləğinə mütənasib olaraq
səsləri var.
Hər bir üzv azı bir səsə və ən
çox bütün səslərin dörddə birinə
malik ola bilər.
Maddə 30-9. İdarə heyəti
İdarə heyəti ümumi yığıncaqda
Birliyin üzvlərindən seçilir.
İdarə heyəti:
Birliyin fəaliyyətinə ümumi
rəhbərlik edir;
Birliyi üçüncü şəxslərlə
münasibətdə təmsil edir;
ümumi yığıncaqları
çağırır və onların
gündəliklərini hazırlayır;
yeni üzvlərin qəbul edilməsi,
üzvlükdən çıxması və xaric edilməsi
məsələlərinə baxır;
ümumi yığıncağın təsdiqinə
verilən büdcəni, hesabatları, iş planlarının
və suyun paylanması cədvəlinin layihələrini
müzakirə edir;
təsdiq olunmuş büdcə və planlara
uyğun müqavilələri bağlayır;
Birliyin muzdlu işçilərini işə
qəbul edir və işdən azad edir;
Birliyin əməliyyatlarının monitorinqini
aparır;
öz üzvlərindən sədri seçir;
nizamnamədə müəyyən edilən
digər funksiyaları yerinə yetirir.
İdarə heyətinin tərkibi 3
nəfərdən az və 9 nəfərdən çox
olmamalıdır.
Nizamnamədə nəzərdə tutulduğu halda
idarə heyətinə Birliyin xidmət göstərdiyi
ərazinin daxilində müəyyən zonaları təmsil
edən üzvlər seçilə bilər.
İdarə heyətinin üzvlərinin sayı,
seçilmə müddəti, iclaslarının
çağırılması və keçirilməsi
qaydası nizamnamə ilə müəyyən edilir.
Maddə
30-10. Təftiş
komissiyası
Təftiş komissiyası üç
nəfərdən ibarət olmaqla ümumi yığıncaq
tərəfindən Birlik üzvlərindən seçilir.
Təftiş komissiyası Birliyin hesablarını,
balansını, habelə ümumi yığıncağın
qərarlarının icrasını yoxlayır. Yoxlamaların
nəticələri barədə məlumat, o
cümlədən pozuntular aşkar edilmişdirsə,
onların aradan qaldırılmasına dair
tövsiyələr və tələblər ümumi
yığıncağa və idarə heyətinə təqdim
olunur.
Birliyin maliyyə-təsərrüfat
fəaliyyəti haqqında illik hesabat təftiş
komissiyası tərəfindən yoxlanıldıqdan sonra
ümumi yığıncağa təqdim edilir.
Təftiş komissiyasının iş qaydası
nizamnamə və ya ümumi yığıncağın
təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.
Maddə
30-11. Mübahisələrin
həlli üzrə komissiya
Mübahisələrin həlli üzrə komissiya
beş nəfərdən ibarət olmaqla ümumi
yığıncaq tərəfindən Birlik
üzvlərindən seçilir. Bu komissiya suyun paylanmasına
dair mübahisələrə baxır.
Birliyin üzvlərinin və onun xidmət
göstərdiyi ərazidə yerləşən torpaqların
digər sahiblərinin yazılı şikayətlərinə
komissiyanın iclasında mübahisə edən
tərəflərin iştirakı ilə 10 gün
müddətində baxılmalıdır.
Mübahisələrin həlli üzrə komissiya
şikayətin təmin edilməsi və ya şikayətin
əsassız olduğunu müəyyən etdiyi halda onun
rədd edilməsi haqqında qərar qəbul edir.
Komissiyanın qərarının yerinə
yetirilməməsinə görə aşağıdakı
məcburiyyət tədbirləri tətbiq edilə bilər:
Birlik tərəfindən göstərilən
xidmətlərin dayandırılması;
üzvlükdən xaric edilməsi;
nizamnamə ilə nəzərdə tutulmuş
qaydada digər sanksiyaların tətbiq edilməsi.
Mübahisələrin həlli üzrə
komissiyanın qərarından ümumi yığıncağa
və məhkəməyə şikayət edilə bilər.
Maddə
30-12. Birliyin
orqanlarının üzvlərinə dair tələblər
Birlik qarşısında yerinə
yetirilməmiş öhdəlikləri, o cümlədən
ona borcları olan şəxslər Birliyin idarə
heyətinin və digər orqanlarının üzvü ola
bilməzlər.
Birliyin orqanlarının üzvlərinə
əmək haqqı verilmir, lakin öz vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar
çəkdikləri xərclərin əvəzi
nizamnaməyə və büdcəyə uyğun olaraq
ödənilir.
Eyni şəxs həm idarə heyətinin, həm
də komissiyanın üzvü və ya Birliyin muzdlu
işçisi kimi eyni zamanda fəaliyyət göstərə
bilməz. Birliyin üzvü olan muzdlu işçi idarə
heyətinə və ya komissiyaya üzv, yaxud zona
nümayəndəsi seçildikdə muzdlu işçi
vəzifəsindən azad olunmalıdır.
Öz vəzifələrini yerinə
yetirməyən və ya lazımi qaydada yerinə
yetirməyən, yaxud cinayət əməlini
törətmiş idarə heyəti və ya komissiyanın
üzvü ümumi yığıncağın qərarı
ilə vaxtından əvvəl vəzifəsindən azad
edilə bilər.
M a d d ə 3 0-13. Birliyin
muzdlu işçiləri
İdarə heyəti Birliyin cari fəaliyyətini
təmin etmək məqsədilə büdcəyə
uyğun olaraq əmək müqaviləsi əsasında muzdlu
işçiləri işə qəbul edə bilər.
Muzdlu işçilər:
Birliklərin maliyyə-təsərrüfat
əməliyyatlarını təmin edirlər;
illik büdcə və suyun paylanması
cədvəli layihələrini hazırlayırlar;
illik balansı, gəlir və xərclər
hesabatlarını və digər sənədləri
hazırlayırlar;
Birliyin üzvlərinin və üzvü olmayan
şəxslərin torpaq sahələrinin və onlara
verilən suyun uçotunu aparırlar;
su haqlarının yığılmasını
təşkil edirlər;
bu Qanunun 13-cü maddəsində nəzərdə
tutulmuş səlahiyyətləri həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının yerli
təşkilatının iştirakı ilə meliorasiya
və iniqasiya sistemlərinin, hidrotexniki qurğuların texniki
vəziyyətinə baxış keçirir və
inventarlaşdırılmasını aparırlar;
nizamnamədə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirirlər.
Birliyini muzdlu işçiləri idarə
heyətinə hesabat verirlər.
M a d d
ə 3 0-14. Birliyin fəaliyyətinə dövlət
nəzarəti
Birliyin fəaliyyətinə dövlət
nəzarəti bu Qanunun 13-cü maddəsində
nəzərdə tutulmuş səlahiyyətləri həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı (bundan
sonra - dövlət nəzarəti orqanı)
tərəfindən həyata keçirilir.
Dövlət nəzarəti orqanı Birliklərin
reyestrini aparır, meliorasiya və irriqasiya sistemlərinin
istismarı üzrə monitorinqi keçirir, texniki, hüquqi
və iqtisadi məsələlər üzrə
məsləhət yardımı göstərir.
Birlik ümumi yığıncaq
tərəfindən təsdiq edilən illik balansı,
hesabatı və müəyyən edilmiş formada digər
hesabatları, habelə öz üzvlərinə və
üzvü olmayan şəxslərə verdiyi suyun
qiymətinin (su haqlarının)
əsaslandırılmasını dövlət nəzarəti
orqanına təqdim etməlidir.
Birlik tərəfindən əsassız olaraq
həddən artıq yüksək və ya aşağı su
haqlarə müəyyən edildikdə dövlət
nəzarəti orqanı Birlik qarşısında su
haqlarının miqdarına yenidən baxmaq barəsində
məsələni qaldıra bilər.
Dövlət nəzarəti orqanı təqdim
olunmuş sənədlərdə uyğunsuzluqlar,
şübhəli və natamam məlumatları aşkar
edərsə və ya üzvlərin pozuntular haqqında
əsaslandırılmış ərizəsi daxil olarsa,
Birliyin fəaliyyətini yoxlaya bilər.
Birliyin fəaliyyətinin yoxlanması
nəticəsində ciddi pozuntular aşkar edilərsə,
dövlət nəzarəti orqanı müvafiq qərarın
qəbul edilməsi üçün idarə heyətindən
ümumi yığıncağın
çağırılmasını tələb edə
bilər. İdarə heyəti 30 gün ərzində
ümumi yığıncağı çağırmaqdan
boyun qaçırarsa, dövlət nəzarəti orqanı
idarə heyətini işdən kənarlaşdırır
və ümumi yığıncağı
çağırır. İdarə heyəti yeni
tərkibdə seçilənədək Birlik dövlət
nəzarəti orqanının təyin etdiyi müvəqqəti
rəhbər tərəfindən idarə olunur.
Maddə 30-15. Birliklərin qeydiyyatı
Bu Qanun qüvvəyə minənədək "Sudan İstifadəedənlər Assosiasiyası" kimi yaradılmış hüquqi şəxslər öz nizamnamələrini bu Qanuna uyğunlaşdırmalı və qanunvericiliyə uyğun olaraq yenidən dövlət qeydiyyatından keçməlidirlər
VII fəsil
Melİorasİya və
İrrİqasİya sahəsİndə
mübahİsələrİn həllİ. Melİorasİya
və İrrİqasİya qanunverİcİlİyİnİn
pozulmasına görə məsulİyyət
Meliorasiya və irriqasiya sahəsində fiziki şəxslər və (və ya) hüquqi şəxslər arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən baxılır.
Meliorasiya və irriqasiya qanunvericiliyinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.[29]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 5 iyun 1996-cı il
¹ 116-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 aprel 2002-ci il tarixli 306-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 237)
2.
30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 2, maddə 57)
3.
9 mart 2004-cü il tarixli 603-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 4, maddə 202)
4.
30 aprel 2004-cü il tarixli 644-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398)
5.
1 oktyabr 2007-ci il tarixli 423-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1048)
6.
30 sentyabr 2015-ci il
tarixli 1335-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1098)
7.
30 sentyabr 2016-cı il tarixli 312-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2016-cı il, ¹ 253, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1750)
8.
7 aprel 2017-ci il tarixli 552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun
2017-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 683)
9.
2 oktyabr 2017-ci il tarixli 788-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr
2017-ci il, ¹ 254,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
11, maddə 1950)
10.
15 dekabr 2017-ci il tarixli 925-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 fevral 2018-ci il, ¹ 26,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 10)
11.
13 fevral 2018-ci il
tarixli 997-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 165)
12.
3 may 2019-cu il
tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
988)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 aprel 2004-cü
il tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 1-də
maddənin sonuna yeni abzas əlavə olunmuşdur.
[2] 3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
988) ilə 5-ci maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[3] 30 aprel 2004-cü il tarixli
644-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 6-da üçüncü hissə
əlavə olunmuşdur.
[4] 19 aprel
2002-ci il tarixli 306-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
237) ilə 7-ci maddədən "inzibati"
sözü çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bələdiyyə mülkiyyətinə müvafiq inzibati ərazi vahidi daxilində dövlət mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində olmayan meliorasiya və irriqasiya sistemləri daxildir.
30 aprel 2004-cü
il tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 6, maddə 398) ilə maddə
7-də "hüquqi
şəxslərin mülkiyyətində"
sözlərindən sonra "və
Birliklərin istifadəsində" sözləri
əlavə olunmuşdur.
[5] 30
aprel 2004-cü il tarixli 644-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 9-da
dördüncü abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək
[6] 30
aprel 2004-cü il tarixli 644-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 11-də
ikinci abzasdan sonra yeni abzas əlavə edilmişdir.
[7] 19 aprel
2002-ci il tarixli 306-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
237) ilə 12-ci maddənin birinci hissəsində "inzibati ərazi"
sözləri "ərazi
quruluşu" sözləri ilə əvəz edilmişdir.
[8] 30 sentyabr
2016-cı il tarixli 312-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1750) ilə 12-ci maddəsinə yeni
məzmunda dördüncü hissə əlavə edilmişdir.
7 aprel 2017-ci il tarixli 552-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2017-ci il, ¹ 117, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 683) ilə 12-ci maddənin
dördüncü hissəsində “Meliorasiya və irriqasiya üzrə müvafiq”
sözləri “Müvafiq”
sözü ilə əvəz edilmişdir.
2 oktyabr 2017-ci il tarixli 788-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2017-ci il, ¹ 254,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
11, maddə 1950) ilə
12-ci maddənin
dördüncü hissəsində “qurumun” sözü “quruma
onun” sözləri ilə və “icazə alınması tələb olunduqda, həmin
lisenziya və icazə alınmış hesab edilir və
yenidən” sözləri “siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan icazə” sözləri ilə
əvəz edilmişdir.
[9] 30 aprel 2004-cü il tarixli 644-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 13-də
ikinci abzas yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
mülkiyyət formasından asılı olmayaraq torpaq
istifadəçilərini suvarma suyu ilə təmin etmək
[10] 30 aprel 2004-cü
il tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 13-də
beşinci abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri istismarının təşkili;
[11] 30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 2, maddə 57) ilə 13-cü
maddəyə on dördüncü abzas əlavə
edilmişdir.
15 dekabr 2017-ci il
tarixli 925-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 4
fevral 2018-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
10) ilə 13-cü maddənin on
üçüncü abzası ləğv edilmişdir.
[12] 30
aprel 2004-cü il tarixli 644-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 13-də
sonuncu abzasdan əvvəl yeni abzas
əlavə olunmuşdur.
[13] 1 oktyabr 2007-ci il
tarixli 423-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1048) ilə 13-cü maddənin on beşinci abzası yeni
redaksiyada verilsin və 15-ci abzas 13-cü abzas, 13-cü abzas
15-ci abzas hesab edilmişdir.
[14] 1 oktyabr 2007-ci il
tarixli 423-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1048) ilə 14-cü maddənin ikinci hissəsindən “meliorasiya və irriqasiya
üzrə” sözləri
çıxarılmışdır.
on beşinci
abzasın əvvəlki redaksiyada deyilirdi:
meliorasiya və
irriqasiya sahəsində qanunvericilikdə nəzərdə
tutulmuş hallarda inzibati xətalar haqqında
işlərə baxılması.
[15] 30 aprel 2004-cü
il tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 17
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada fiziki və hüquqi şəxslər meliorasiya və irriqasiya sahəsində sahibkarlıq fəaliyyətini xüsusi icazə (lisenziya) əsasında həyata keçirirlər.
[16] 3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
988) ilə 18-ci maddənin
ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Meliorasiya və irriqasiya sahəsində dövlət ekoloji ekspertizası ətraf mühitin mühafizəsi və ekoloji ekspertiza haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
[17] 3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
988) ilə 18-ci maddəyə
yeni məzmunda üçüncü - beşinci
hissələr əlavə edilmişdir.
[18] 30 aprel 2004-cü
il tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 19-da birinci
hissədə "habelə
bələdiyyələrin," sözlərindən sonra
"Birliklərin,"
sözü əlavə edilmişdir.
[19] 30 aprel 2004-cü il tarixli 644-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 20-də birinci hissədən "bu sahədə lisenziyası olan"
sözləri, ikinci hissədən "lisenziya və" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Meliorasiya və irriqasiya tədbirləri texniki-iqtisadi cəhətdən əsaslandırılmaqla, müvafiq tikinti, ekoloji, sanitariya və digər standartlara, normalara və qaydalara uyğun işlənib hazırlanmış layihələr əsasında ixtisaslaşdırılmış dövlət tikinti təşkilatları, habelə bu sahədə lisenziyası olan fiziki və hüquqi şəxslər tərəfindən aparılır.
Fəaliyyəti su obyektlərindən istifadə ilə bağlı olan meliorasiya və irriqasiya sistemlərinin layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq verilmiş sudan istifadəyə dair lisenziya və müqavilə əsasında həyata keçirilir.
[20] 30
aprel 2004-cü il tarixli 644-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə maddə 24-də
sonuncu hissə çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Birgə və fərdi mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarı və mühafizəsinin təşkil edilməsi, onların idarə olunması, su ödənişlərinin toplanması, sudan istifadə zamanı meydana çıxan mübahisələrin və digər məsələlərin həll edilməsi ilə sudan istifadə edənlər birliyi yaradıla bilər. Həmin birliklərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
[21] 13 fevral 2018-ci il
tarixli 997-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 165) ilə 25-ci
maddənin ikinci və üçüncü
hissələrində “pullu”
sözü “ödənişli”
sözü ilə əvəz edilmişdir və
dördüncü hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Sudan pullu istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.
[22] 30 aprel 2004-cü il tarixli 644-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 25-də beşinci, altıncı
və yeddinci hissələr əlavə olunmuşdur.
[23] 30 aprel 2004-cü il tarixli
644-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 26-da ikinci
hissənin ikinci abzasında "irriqasiya
sistemləri" sözlərindən sonra "(Birliklərin istifadəsinə verilən
sistemlər istisna olmaqla)" sözləri əlavə
olunmuşdur.
[24] 30 aprel 2004-cü il tarixli
644-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 26-da ikinci hissəyə
üçüncü abzas əlavə olunmuşdur.
[25] 1 oktyabr 2007-ci il tarixli 423-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1048) ilə
26-cı maddənin üçüncü hissəsində “meliorasiya və irriqasiya
üzrə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, təbiəti mühafizə üzrə
müvafiq icra hakimiyyəti orqanı, suların istifadəsi
və mühafizəsinin, meşə
təsərrüfatının, torpaq ehtiyatları və
yerquruluşunun idarə edilməsi üzrə müvafiq icra
hakimiyyəti orqanları ilə və digər əlaqədar
orqanlarla razılaşdırılmaqla” sözləri “müvafiq icra hakimiyyəti
orqanı tərəfindən” sözləri ilə
əvəz edilmişdir.
[26] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, ¹ 4, maddə
202) ilə 28-ci maddəsindən "(respublika büdcəsinin, yerli
büdcələrin)" sözləri
çıxarılmışdır.
Əvvəlki redaksiyada
deyilirdi:
Meliorasiya və
irriqasiya tədbirləri dövlət büdcəsinin (respublika büdcəsinin, yerli büdcələrin), habelə suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqların mülkiyyətçiləri və ya istifadəçiləri olan bələdiyyələrin, fiziki və hüquqi şəxslərin vəsaiti, suvarma suyuna ödənişlər və qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilir.
30 aprel 2004-cü il tarixli 644-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 398) ilə maddə 28-də "bələdiyyələrin,"
sözündən sonra "Birliklərin,"
sözü əlavə olunmuşdur.
[27] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-ci il, ¹ 4, maddə 202) ilə 29-cu maddənin ikinci
hissəsində "respublika büdcəsinin, yerli
büdcələrin" sözləri "dövlət büdcəsinin"
sözləri ilə
əvəz edilmişdir.
[28] 30 aprel 2004-cü il
tarixli 644-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 398) ilə yeni VI-I fəsil
əlavə olunmuşdur.
[29] 30 sentyabr 2015-ci il tarixli 1335-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1098) ilə
32-ci maddəsində “vəzifəli
şəxslər və vətəndaşlar Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada intizam, maddi, mülki, inzibati və cinayət
məsuliyyəti” sözləri “şəxslər Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun məsuliyyət”
sözləri ilə əvəz edilmişdir.