Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara
alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I
kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr
631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997,
1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009,
2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152,
162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734,
749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299, ¹11, maddələr 1964, 1966, 1969, 1979, ¹12 (I
kitab), maddə 2217; 2018, ¹1, maddə 19, ¹ 2, maddələr 160,
162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə 646; Azərbaycan
Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli,
24 aprel tarixli 1073-VQD və 1075-VQD nömrəli, 1 may tarixli
1110-VQD, 1117-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1.
38.5-ci maddənin ikinci cümləsində “iki” sözü
“bir” sözü ilə əvəz edilsin.
2.
38.6-cı maddədə “xəta haqqında elektron protokol”
sözləri “tənbeh vermə haqqında elektron qərar və
onun əlavəsi (foto və ya video materiallar)” sözləri
ilə, “bir ay” sözləri “bir gün” sözləri ilə əvəz
edilsin.
3.
45.2.1-ci maddədə “yaşayış yeri” sözlərindən
sonra “, mobil telefon nömrəsi, elektron ünvanı
(olduğu halda” sözləri əlavə edilsin.
4.
53.0.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 53.0.11-ci maddə əlavə
edilsin:
“53.0.11.
bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə
tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində
tərtib olunmadıqda.”.
5.
81.3-cü maddədə “protokolda” sözündən sonra
“(inzibati xəta haqqında iş üzrə qərarda)”
sözləri əlavə edilsin.
6.
100.1.3-cü və 115.1.3-cü maddələrə “məlumat”
sözündən sonra “, o cümlədən vətəndaşın
fərdi identifikasiya nömrəsi” sözləri əlavə
edilsin.
7.
122.1-ci maddə üzrə:
7.1.
birinci cümlədə “
7.2.
ikinci cümlədə “İnzibati xəta haqqında elektron
protokol tərtib edildikdən dərhal sonra” sözləri “Təsdiq
edilmiş həmin qərar real vaxt rejimində” sözləri
ilə əvəz edilsin.
8.
122.2-ci maddədə “xəta haqqında elektron protokol” sözləri
“tənbeh vermə haqqında elektron qərar” sözləri ilə
əvəz edilsin, “istifadəsində” sözündən sonra
“, yaxud dövlət qurumunun istifadəsində” sözləri
və “mülkiyyətçisi” sözündən sonra “olan
fiziki şəxs” sözləri əlavə edilsin.
9.
122.3-cü maddədə “xəta haqqında elektron protokolda bu
Məcəllənin 100.1-ci” sözləri “tənbeh vermə
haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci”
sözləri ilə əvəz edilsin.
10.
122.3.2-ci maddə ləğv edilsin.
11.
122.4-cü maddədə “327.1-327.3 və 330-cu” sözləri
“327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü” sözləri
ilə əvəz edilsin və “çatanadək”
sözündən sonra “və hər bir halda inzibati xəta
haqqında iş üzrə qərar barədə bu Məcəllənin
125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı
vaxtdan üç aydan az olmayan müddətdə” sözləri
əlavə edilsin.
12.
122.5-ci maddənin ikinci cümləsində “protokol tərtib
olunur” sözləri “qərar çıxarılır”
sözləri ilə əvəz edilsin.
13.
122.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“122.6.
Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı
maddələrində nəzərdə tutulmuş qaydada
inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs bu Məcəllənin
125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən
olunmuş qaydada məlumatlandırıldığı vaxtdan
təyin olunmuş cəriməni ödəyə bilər.”.
14.
122.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“122.7.
Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya
124.6-cı maddələrində nəzərdə tutulmuş
qaydada inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsinin digər
şəxsin sahibliyində və ya istifadəsində
olması, yaxud digər şəxslərin qanunsuz əməlləri
nəticəsində onun sahibliyindən çıxması ilə
bağlı və ya digər səbəbdən qərarla
razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin
126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə şikayət verə bilər.
Şikayət verən şəxs inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair
ehtimalını şikayətdə göstərə bilər.
Şikayətdə göstərilən məlumatlar təsdiq
olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv
edilir və inzibati xətanı törətmiş şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi
üçün müvafiq tədbirlər
görülür.”.
15.
122.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“122.8.
İnzibati tənbeh vermə haqqında elektron qərardan
şikayət vermiş şəxsin tələbi ilə ona həmin
inzibati xətanın qeydə alınmasının
texnologiyası əyani şəkildə göstərilməlidir.”.
16.
123-cü maddə üzrə:
16.1.
adında “hüquqi şəxsə” sözlərindən sonra
“(dövlət qurumuna)” sözləri əlavə edilsin;
16.2.
123.1-ci maddədə “istifadəsində” sözündən
sonra “, yaxud dövlət qurumunun istifadəsində” sözləri,
“hüquqi şəxsə” sözlərindən sonra “(dövlət
qurumuna)” sözləri əlavə edilsin;
16.3.
123.2-ci maddənin birinci cümləsində “Hüquqi şəxs”
sözləri “Hüquqi şəxsin (dövlət qurumunun)
müvafiq vəzifəli şəxsi” sözləri ilə,
ikinci və üçüncü cümlələrində “xəta
haqqında protokol” sözləri “tənbeh vermə haqqında
qərar” sözləri ilə, üçüncü cümlədə
“protokol” sözü “qərar” sözü ilə əvəz
edilsin;
16.4.
123.3-cü maddənin:
16.4.1.
birinci cümləsində “hüquqi şəxs” sözlərindən
sonra “, yaxud dövlət qurumunun vəzifəli şəxsi”
sözləri əlavə edilsin;
16.4.2.
ikinci cümləsində “şəxsin” sözündən
sonra “, yaxud dövlət qurumunun vəzifəli şəxsinin”
sözləri əlavə edilsin.
17.
124.5-ci maddə üzrə:
17.1.
birinci cümlədə “xəta haqqında protokol” sözləri
“tənbeh vermə haqqında qərar” sözləri ilə əvəz
edilsin;
17.2.
ikinci cümlədə “xəta haqqında protokolda” sözləri
“tənbeh vermə haqqında qərarda” sözləri ilə əvəz
edilsin;
17.3.
üçüncü cümlədə “Protokol” sözü
“İnzibati tənbeh vermə haqqında qərar” sözləri
ilə, “protokol” sözü “qərar” sözü ilə əvəz
edilsin.
18.
124.6-cı maddə üzrə:
18.1.
birinci cümlədə “xəta haqqında protokol” sözləri
“tənbeh vermə haqqında qərar” sözləri ilə əvəz
edilsin;
18.2.
ikinci cümlədə “protokolun” sözü “qərarın”
sözü ilə əvəz edilsin;
18.3.
üçüncü cümlədə “Protokol” sözü
“İnzibati tənbeh vermə haqqında qərar” sözləri
ilə, “protokol” sözü “qərar” sözü ilə əvəz
edilsin.
19.
125-ci maddə üzrə:
19.1.
125.2-ci maddədə “hüquqi şəxs” sözlərindən
sonra “, yaxud istifadəsində olan nəqliyyat vasitələri
ilə əlaqədar dövlət qurumu” sözləri əlavə
edilsin;
19.2.
125.2.1-ci maddədə “elektron protokolu” sözləri “protokolu”
sözü ilə əvəz edilsin;
19.3.
125.2.2-ci maddəyə “nəqliyyat vasitəsi istifadəçisinin”
sözlərindən sonra “elektron kabinetində olan” sözləri
əlavə edilsin və “inzibati xəta haqqında elektron
protokolun və ya” sözləri çıxarılsın;
19.4.
125.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“125.2.3.
inzibati tənbeh vermə haqqında elektron qərar əlavə
edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemi tərəfindən
kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş rəsmi
qaydada verilməsi üçün 2 gün ərzində
müvafiq icra hakimiyyəti orqanına göndərilir.”;
19.5.
125.3-cü maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Müvafiq
icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin
125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın
nəqliyyat vasitəsinin istifadəçisinə
çatdırıldığı vaxt barədə məlumatı
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə göndərməlidir. SMS məlumatın
nəqliyyat vasitəsinin istifadəçisinə
çatdırıldığı vaxt barədə məlumat,
həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin
elektron kabinetinə yerləşdirilir və onun elektron
ünvanına (olduğu halda) göndərilir.”;
19.6.
125.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“125.4.
Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalara görə çıxarılmış
inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş qaydada
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt göndərişi
vasitəsilə rəsmi çatdırılması barədə
məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanlarının informasiya sistemlərinə göndərilir.”;
19.7.
125.5-ci maddədə “hüquqi şəxslər” sözlərindən
sonra “(dövlət qurumları)” sözləri əlavə
edilsin;
19.8.
125.7-ci maddədən “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulan inzibati xəta” sözləri
çıxarılsın;
19.9.
125.8-ci maddədən “xəta haqqında elektron protokol və
ya inzibati” sözləri çıxarılsın.
20.
126.1-ci maddədə “125.2.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırıldığı və
ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6
və 122.8-ci maddələrində nəzərdə
tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında
qərar hesab edildiyi vaxtdan 10” sözləri “125.2.2-ci maddəsində
və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil
telefon nömrəsi olmadığı halda) müəyyən
olunmuş qaydada məlumatlandırıldığı vaxtdan
20” sözləri ilə əvəz edilsin.
21.
127-1.1-ci maddənin birinci cümləsində “haqqında
elektron protokol” sözləri və 127-2.1-ci maddənin birinci
cümləsində “barədə elektron protokol” sözləri
“ilə əlaqədar inzibati tənbeh vermə haqqında
elektron qərar” sözləri ilə əvəz edilsin,
127-2.4-cü maddənin birinci cümləsində isə
“elektron protokol tərtib edildikdən” sözləri “inzibati tənbeh
vermə haqqında elektron qərar
çıxarıldıqdan” sözləri ilə əvəz
edilsin.
22.
127-1.2-ci maddədə “Elektron protokol” sözləri
“İnzibati tənbeh vermə haqqında elektron qərar”
sözləri ilə əvəz edilsin.
23.
127-1.3-cü maddədə “elektron protokolun” sözləri
“inzibati tənbeh vermə haqqında elektron qərarın”
sözləri ilə əvəz edilsin.
24.
130.1-ci maddədə “Qərarın” sözü “Bu Məcəllənin
126.1-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, qərarın” sözləri ilə əvəz
edilsin.
25.
338.2-ci maddədə “Piyadalar” sözü “Bu Məcəllənin
338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, piyadalar” sözləri ilə əvəz edilsin.
26.
Aşağıdakı məzmunda 338.2-1-ci maddə əlavə
edilsin:
“338.2-1.
Hərəkət sürətinin həddi 80 km/saat və daha
artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət
hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi
üçün müəyyən edilmiş yerlərdən kənar
keçməsinə görə - qırx manat məbləğində
cərimə edilir.”.
27.
339-cu maddə üzrə:
27.1.
339.1-ci maddədən “və ya texniki baxışdan” sözləri
çıxarılsın;
27.2.
aşağıdakı məzmunda 339.1-1-ci maddə əlavə
edilsin:
“339.1-1.
Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə texniki baxışdan keçirmədən
idarə etməyə görə - əlli manat məbləğində
cərimə edilir.”;
27.3.
“Qeyd” hissəsində “maddəsində” sözü “və
339.1-1-ci maddələrində” sözləri ilə, “10” rəqəmləri
“20” rəqəmləri ilə əvəz edilsin.
28.
347-ci maddəyə “istifadəsində” sözündən sonra
“, yaxud dövlət qurumunun istifadəsində” sözləri əlavə
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
¹1221-VQD