“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci
bəndini rəhbər tutaraq qərara
alır:
“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148;
2002, ¹ 5, maddə 238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57,
¹ 4, maddə 201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769;
2013, ¹ 3, maddə 209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə 1152;
2016, ¹ 12, maddə 2011; 2017, ¹ 2, maddə 142, ¹ 6, maddə 1013)
aşağıdakı dəyişikliklər edilsin:
1.
1-ci maddə üzrə:
1.1.
1-ci hissənin on birinci abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda on ikinci - on
altıncı abzaslar əlavə edilsin:
“ekoloji
ekspertiza – ekoloji ekspertiza obyektlərinin ətraf mühitə
təsirini müəyyən etmək məqsədi ilə həmin
obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər
normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə
uyğunluğunun və realizəsinin
mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsi;
dövlət
ekoloji ekspertizası – müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
bu Qanunla müəyyən edilmiş qaydada və hallarda
aparılan ekoloji ekspertiza;
ictimai
ekoloji ekspertiza – fiziki şəxslər, qeyri-hökumət təşkilatları,
vətəndaşların təşəbbüs qrupları və
bələdiyyələrin məhəllə komitələri
(bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları)
tərəfindən bu Qanunun tələbləri nəzərə
alınmaqla aparılan ekoloji ekspertiza;
dövlət
ekoloji ekspertizasının rəyi (bundan sonra – ekoloji ekspertiza
rəyi) – dövlət ekoloji ekspertizasının nəticələrinə
dair rəsmi sənəd;
ictimai
ekoloji ekspertiza rəyi – ictimai ekoloji ekspertizanın nəticələrinə
dair tövsiyə xarakterli sənəd.”;
1.2.
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
“Bu
Qanunda istifadə olunan digər anlayışlar “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”,
“Ekoloji təhlükəsizlik haqqında”, “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən
edilmiş mənaları verir.”.
2.
3-cü maddənin birinci hissəsi üzrə:
2.1.
6-cı abzasda “ətraf mühitin mühafizəsi haqqında
qanunvericiliyin” sözləri “bu Qanunun və ətraf mühitin
mühafizəsi sahəsində digər normativ hüquqi
aktların” sözləri ilə əvəz edilsin;
2.2.
8-ci abzasda “ictimai birliklərin” sözləri “vətəndaş
cəmiyyəti institutlarının” sözləri ilə əvəz
edilsin;
2.3.
9-cu abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda onuncu - on
üçüncü abzaslar əlavə edilsin:
“ekoloji
ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və
düzgünlüyü;
ekoloji
ekspertizanın həyata keçirilməsində
qanunçuluğun, aşkarlığın və şəffaflığın
təmin edilməsi;
təbiətdən
tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin
nəzərə alınması;
ətraf
mühitin mühafizəsi tədbirləri barədə əhalinin
məlumatlandırılması.”.
3.
4-cü maddə üzrə:
3.1.
1.5-ci bənd ləğv edilsin;
3.2.
1.8-ci bənddən “təsərrüfat fəaliyyətinin
ekoloji cəhətdən təhlükəli formalarının
siyahısını, onlara xüsusi icazə verilməsi
qaydalarını, həmçinin” sözləri
çıxarılsın, “oxşar” sözü “ekoloji cəhətdən
təhlükəli” sözləri ilə əvəz edilsin;
3.3.
1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.12.
təbiətdən istifadə ilə bağlı “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş lisenziya və icazələri
vermək, bu Qanunun 15-ci maddəsinə uyğun olaraq
müqavilələr bağlamaq.”.
4.
11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
11. Təbiətdən istifadə sahəsində lisenziya və
icazə
11.1.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq təbiətdən
istifadə sahəsində lisenziya və ya icazə tələb
olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər
belə lisenziya və ya icazə alındıqdan sonra həyata
keçirilir.
11.2.
Təbiətdən istifadə sahəsində lisenziya və
icazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “bir pəncərə”
prinsipi əsasında verilir.”.
5.
14-cü maddə ləğv edilsin.
6.
15-ci maddə üzrə:
6.1.
1-ci hissədə “Qanunvericiliklə” sözü “Qanunla”
sözü ilə əvəz edilsin;
6.2.
2-ci hissədən “xüsusi” sözü
çıxarılsın;
6.3.
3-cü hissənin birinci cümləsində “Xüsusi icazə”
sözləri “İcazə” sözü ilə, ikinci cümləsində
“Xüsusi icazə geri alınarsa” sözləri “İcazə
ləğv edilərsə” sözləri ilə əvəz
edilsin;
6.4.
4-cü hissə ləğv edilsin.
7.
21-ci maddənin birinci hissəsində “qanunvericiliklə müəyyən
edilmiş qaydada” sözləri “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş
uyğunluğu qiymətləndirən qurum tərəfindən”
sözləri ilə əvəz edilsin.
8.
30-cu maddə üzrə:
8.1.
3-cü hissədən “xüsusi” sözü
çıxarılsın;
8.2.
4-cü hissə ləğv edilsin.
9.
35-ci maddənin ikinci hissəsindən “xüsusi” sözü
çıxarılsın.
10.
40-cı maddənin 2-ci hissəsində “dövlət ekoloji
ekspertizası orqanının” sözləri “müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) nümayəndələrinin” sözləri ilə əvəz
edilsin.
11.
45-ci maddə üzrə:
11.1.
birinci hissədə “qanunvericiliyin müəyyən etdiyi”
sözləri “qanunla müəyyən edilmiş” sözləri
ilə əvəz edilsin, “xüsusi icazə” sözləri
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq lisenziya və ya icazə”
sözləri ilə əvəz edilsin.
11.2.
ikinci hissədə “olmadıqda müvafiq icra hakimiyyəti
orqanlarının xüsusi icazəsi ilə yol verilir” sözləri
“olmadan yol verilmir” sözləri ilə əvəz edilsin.
12.
47-ci maddənin 2-ci hissəsində “yalnız müvafiq icra
hakimiyyəti orqanının icazəsi ilə” sözləri
“beynəlxalq müqavilələrlə müəyyən
edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
13.
50-ci maddənin ikinci hissəsi aşağıdakı
redaksiyada verilsin:
“Ekoloji
ekspertiza dövlət və ictimai ekoloji ekspertiza
formalarında həyata keçirilir.”.
14.
51-ci və 52-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
“Maddə
51. Ekoloji ekspertizanın məqsəd və vəzifələri
1.
Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza
obyektlərinin ətraf mühitə və insan
sağlamlığına birbaşa və ya dolayı mənfi
təsirinin və onlarla bağlı nəticələrin
aşkar edilməsi, qarşısının alınması və
proqnozlaşdırılmasından, qəbul olunan qərarların
ekoloji təhlükəsizlik dərəcəsini və ətraf
mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini
müəyyən etməkdən ibarətdir.
2.
Ekoloji ekspertizanın vəzifələri aşağıdakılardır:
2.1.
ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini
və ətraf mühitə potensial təsirini tam, hərtərəfli
və elmi əsaslandırılmış təhlil əsasında
qiymətləndirmək;
2.2.
ətraf mühitə bilavasitə və ya dolayısı ilə
təsir göstərə biləcək qərarların qəbul
edilməsinin qarşısını almaq;
2.3.
ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi
və təbii ehtiyatlardan istifadə sahəsində normativ
hüquqi aktlara uyğunluğunu müəyyən etmək;
2.4.
ətraf mühitin mühafizəsi üzrə tədbirlərin
səmərəliliyini, dolğunluğunu və
tamlığını qiymətləndirmək və
onların ekoloji tələblərə uyğunluğunu
müəyyən etmək;
2.5.
ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri
və onun nəticələri barədə maraqlı şəxsləri
məlumatlandırmaq.
Maddə
52. Dövlət ekoloji ekspertizasına dair tələblər
1.
Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində
göstərilən obyektlərə münasibətdə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
2.
Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi
qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
3.
Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə
ilə bağlı olduqda, həmin fəaliyyətə dair
dövlət ekoloji ekspertizası bu işlər “Yerin təki
haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə
uyğun olaraq dövlət uçotuna və dövlət
qeydiyyatına alındıqdan sonra aparılır.
4.
Dövlət ekoloji ekspertizasının obyektləri barədə
ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının
istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi
və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi
qadağandır.
5.
Dövlət ekoloji ekspertiza obyektləri xüsusi mühafizə
olunan təbiət ərazilərinə və obyektlərinə
yaxın ərazilərlə bağlı olduqda, dövlət
ekoloji ekspertizası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
nümayəndələrinin iştirakı ilə
aparılır.
6.
Dövlət ekoloji ekspertizası həyata keçirilərkən
aşağıdakılar rəhbər tutulur:
6.1.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklər;
6.2.
ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin
kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;
6.3.
ekoloji tarazlığın, genofondun və canlı təbiətin
müxtəlifliyinin qorunub saxlanılmasının təmin
edilməsi zərurəti;
6.4.
dövlət ekoloji ekspertizasının keyfiyyətinin və
ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən
asılılığının yolverilməzliyi;
6.5.
dövlət ekoloji ekspertizası metodologiyasının
inkişafı və təkmilləşdirilməsi
üçün şəraitin yaradılması zərurəti.
7.
İrihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin,
habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza
obyektlərinin dövlət ekoloji ekspertizasının həyata
keçirilməsi üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
Ekspert Komissiyası təşkil olunur.
8.
Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların
transsərhəd təsiri müəyyən edildikdə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin
mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb
edir.
9.
Ekspert Komissiyasının səlahiyyətləri, fəaliyyət
qaydası və tərkibi, onun fəaliyyətinə cəlb
edilən ekspertlərə dair tələblər, ekspertlərin
hüquq və vəzifələri, habelə dövlət
ekoloji ekspertizasının həyata keçirilməsinə
beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə
ilə tənzimlənir.
10.
Sifarişçi dövlət ekoloji ekspertizasının
keçirilməsi üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə
tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə edilir
(müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) özü həmin sənədlər barədə
məlumatları “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində
göstərilən qaydada əldə edə bilmədikdə):
10.1.
ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət
vəsiqəsinin surəti;
10.2.
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət
vəsiqəsinin surəti və vergi ödəyicisi kimi
uçota alınması haqqında şəhadətnamənin
surəti;
10.3.
ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin
filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışın surəti
və vergi ödəyicisi kimi uçota alınması
haqqında şəhadətnamənin surəti;
10.4.
ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin
mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq
edən sənədin surəti (əgər obyektin dövlət
ekoloji ekspertizasının keçirilməsi istənilirsə);
10.5.
torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə
hüququnu təsdiq edən sənəd;
10.6.
dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini
təsdiq edən sənəd;
10.7.
nəzərdə tutulan fəaliyyəti barədə məlumat
(hər bir istehsalat və xidmət sahəsi göstərilməklə);
10.8.
istifadə olunan avadanlıqların texniki sənədləri;
10.9.
istehsalatda istifadə olunan əsas və köməkçi
xammal növləri barədə məlumat;
10.10.
istifadə olunan enerji növləri barədə məlumat;
10.11.
müəssisədə su təchizatı və tullantı sularının
axıdılması barədə məlumat (texniki şərt);
10.12.
əmələ gələn tullantıların idarə
olunması, o cümlədən istehsalat
tullantılarının təkrar istifadəsinin
mümkünlüyü və həcmi barədə məlumat;
10.13.
dövlət ekoloji ekspertizası obyektləri
üçün layihə sənədlərin
hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə
və ya layihənin ümumi smeta dəyərinə dair sənəd
(müqavilə);
10.14.
ərazidə aparılmış mühəndisi-geoloji işlərin
hesabatı.
11.
Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsinin
birinci hissəsinin 2-ci bəndində göstərilən ƏMTQ
sənədlərinə və 8-ci bəndində göstərilən
ekoloji ekspertiza obyektlərinə münasibətdə həyata
keçirildikdə bu hissənin 10.2-10.10-cu bəndlərində
nəzərdə tutulan sənədlər və məlumatların
təqdim edilməsi tələb olunmur.”.
12.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) dövlət ekoloji ekspertizasının təşkili
və həyata keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin
verilməsi zamanı “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və ətraf
mühitin mühafizəsi ilə bağlı digər normativ
hüquqi aktların tələblərinə riayət
olunmasına nəzarəti təmin edir.”.
15.
53-cü maddə ləğv edilsin.
16.
54-cü maddə üzrə:
16.1.
1-ci bənddə “proqramların layihələri” sözləri
“strateji sənədlərin layihələrinə dair strateji
ekoloji qiymətləndirmə (SEQ) sənədləri” sözləri
ilə əvəz edilsin;
16.2.
2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“istehsal,
sosial, ticarət, ictimai iaşə və digər xidmət
obyektləri, infrastruktur obyektləri və komplekslərinin
layihələri, onların konservasiyası, ləğv
olunması, yeni texnika ilə təchiz edilməsi və
genişləndirilməsi üzrə layihələr,
texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf
mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və
transsərhəd konteksdə ətraf mühitə təsirin
qiymətləndirilməsi sənədləri;”;
16.3.
3-cü bənddə “başqa ölkələrdən idxal
edilməsinə” sözləri ”idxalına və ixracına”
sözləri ilə əvəz edilsin;
16.4.
4-cü bənddə “haqqında təlimat-metodik və
normativ-texniki sənədlərin” sözləri “sahəsində
metodiki təlimatların və texniki normativ hüquqi
aktların” sözləri ilə əvəz edilsin;
16.5.
5-ci və 6-cı bəndlər aşağıdakı
redaksiyada verilsin:
“5.
ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə
xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət
zonalarının və fövqəladə ekoloji vəziyyətin
elan olunmasının əsaslandırılması sənədləri,
habelə həmin ərazilərin bərpası proqramları;
6.
regionların, ayrı-ayrı ərazilərin və təbiət
komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;”;
16.6.
7-ci bənddə “təbii resurslardan” sözləri “təbiətdən
(təbii ehtiyatlardan)” sözləri ilə, “layihələrinin
ekoloji bölmələri” sözləri “və
razılaşmaların layihələri” sözləri ilə əvəz
edilsin;
16.7.
7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 8-ci bənd əlavə
edilsin:
“8.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
hallarda tikinti layihələrinin ekologiya bölməsi.”.
17.
55-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
55. Sifarişçinin və planlaşdırıcı
orqanın vəzifələri
1.
Sifarişçinin və planlaşdırıcı orqanın
vəzifələri aşağıdakılardır:
1.1.
dövlət ekoloji ekspertiza obyektlərinə dair sənədləri
bu Qanuna və “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tərtib etmək və vaxtında dövlət ekoloji
ekspertizasına təqdim etmək;
1.2.
dövlət ekoloji ekspertizasının həyata keçirilməsi
üçün zəruri olan əlavə məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim etmək;
1.3.
dövlət ekoloji ekspertizasının həyata keçirilməsini
bu Qanunla müəyyən edilən qaydada maliyyələşdirmək;
1.4.
dövlət ekoloji ekspertizasının həyata keçirilməsi
zamanı elmi tədqiqat və axtarış işlərinin (əlavə
axtarışlar, nəzarət ölçmələri,
sınaq nümunələrinin götürülməsi,
analizi və sair) aparılması tələb olunduqda, həmin
işləri maliyyələşdirmək və onların həyata
keçirilməsini təmin etmək.”.
18.
56-cı maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
“1.
Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət
büdcəsi və sənədlərin sifarişçisinin
vəsaiti hesabına həyata keçirilir.
2.
Bu Qanunun 54-cü maddəsi ilə müəyyən edilən
dövlət ekoloji ekspertizası obyektləri üzrə layihələrin
həyata keçirilməsinə və maliyyələşdirilməsinə
yalnız ekoloji ekspertiza rəyi olduqda yol verilir.”.
19.
57-ci və 58-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
“Maddə
57. Dövlət ekoloji ekspertizasının rəyi
1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin
həyata keçirilməsinin mümkünlüyü və ətraf
mühitə təsirlərin yol verilə bilən həddi barədə
əsaslı nəticələrdən ibarət ekoloji
ekspertiza rəyi verir.
2.
Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə
verilir.
3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) verdiyi ekoloji ekspertiza rəylərinin
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun 6.3.2-ci maddəsinə uyğun olaraq
reyestrini aparır, onların rəsmi internet səhifəsində
yerləşdirilməsini, habelə sifarişçiyə və
aidiyyəti dövlət orqanlarına göndərilməsini
təmin edir.
4.
Ekoloji ekspertiza rəyinin ləğvi, bərpası,
dayandırılması və dublikatının verilməsi
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
5.
Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci və
23.1.2-ci maddələrində göstərilənlərlə
yanaşı aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
5.1.
şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;
5.2.
ekoloji ekspertiza sənədlərində dəyişikliklər
edildikdə;
5.3.
ətraf mühitin mühafizəsi sahəsində normativ və
texniki normativ hüquqi aktlarda müəyyən edilmiş
ekoloji tələblər dəyişdikdə;
5.4.
rəyin qüvvədə olma müddəti başa
çatdıqda.
Maddə
58. İctimai ekoloji ekspertizaya dair tələblər
1.
İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının
həyata keçirilməsindən asılı olmayaraq, ictimai
ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü
ilə təşkil olunur və həyata keçirilir.
2.
İctimai ekoloji ekspertizanın aparılması qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
3.
İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl
və ya onunla eyni vaxta keçirilir.
4.
İctimai ekoloji ekspertizanın təşkilatçıları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanı (qurumu) və bələdiyyəni ictimai ekoloji
ekspertizanın keçirilməsinə 5 (beş) gün
qalmış bu barədə yazılı məlumatlandırmalıdır.
5.
Ekoloji ekspertiza obyektləri “Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil
edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara
aid edildikdə ictimai ekoloji ekspertizanın keçirilməsinə
yol verilmir və bu barədə ictimai ekoloji ekspertizanın təşkilatçılarına
məlumat verilir.
6.
İctimai ekoloji ekspertiza rəyi tövsiyə xarakteri
daşıyır.
7.
İctimai ekoloji ekspertiza rəyi onun təşkilatçıları
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə,
planlaşdırıcı orqana və sifarişçiyə təqdim
edilir, habelə kütləvi informasiya vasitələri ilə
ictimaiyyətə çatdırılır.”.
20.
Aşağıdakı məzmunda 58-1-ci maddə əlavə
edilsin:
“Maddə
58-1. İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji
ekspertizanın təşkilatçılarının vəzifələri
və hüquqları
1.
İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji
ekspertizanın təşkilatçılarının vəzifələri
aşağıdakılardır:
1.1.
ictimai ekoloji ekspertizanın həyata keçirilməsi
zamanı bu Qanunun tələblərinə riayət etmək;
1.2.
ictimai ekoloji ekspertizanın nəticələri barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma), bələdiyyəyə,
planlaşdırıcı orqana və sifarişçiyə məlumat
vermək.
2.
İctimai ekoloji ekspertiza sahəsində ictimai ekoloji
ekspertizanın təşkilatçıları
aşağıdakı hüquqlara malikdirlər:
2.1.
ekoloji ekspertizanın obyektinə dair sənədləri tam həcmdə
almaq;
2.2.
ekoloji ekspertizanın keçirilməsinə dair tələbləri
müəyyən edən normativ hüquqi aktlarla, habelə
texniki normativ hüquqi aktlarla tanış olmaq;
2.3.
ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə,
tikintisinə və istismarına dair qərarların ləğv
edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması,
dayandırılması və ya dəyişdirilməsi barədə
aidiyyəti qurumlara müraciət etmək.”.
21.
71-ci maddə üzrə:
21.1.
2.3-cü bənddə “xüsusi icazənin” sözləri
“lisenziyanın və icazənin” sözləri ilə,
“xüsusi icazələrinin” sözləri “lisenziyaların və
icazələrin” sözləri ilə, “onlara xitam vermək barədə
vəsatət qaldırmaq” sözləri “onların
dayandırılması və ya ləğvi barədə qərar
qəbul etmək” sözləri ilə əvəz edilsin;
21.2.
2.7-ci bənddə “məhdudlaşdırılması və ya
bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət
qaldırmaq” sözləri “dayandırılması və ya
qadağan edilməsi barədə qərar qəbul etmək”
sözləri ilə əvəz edilsin;
21.3.
üçüncü hissədə “tabeçilik və ya”
sözləri “inzibati və” sözləri ilə əvəz
edilsin.
22.
76-cı maddə üzrə:
22.1.
1-ci hissədə “xüsusi icazəyə” sözləri
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq alınmış akkreditasiya attestatına”
sözləri ilə əvəz edilsin;
22.2.
2-ci hissədə “xüsusi icazə” sözləri
“akkreditasiya attestatı” sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyun 2018-ci il
¹ 1176-VQD