“Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il
18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
və 32-ci bəndlərini rəhbər tutaraq, “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 18 may tarixli
1143-VQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikası qanunlarının və
Azərbaycan Respublikası Prezidentinin aktlarının
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4.
həmin Qanundan irəli gələn digər
məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki, “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.5-ci,
2-ci, 5.0-cı, 6.2.11-ci, 7.1-ci maddələrində, 7.4-cü
maddəsinin birinci və ikinci cümlələrində, 19.1-ci və 32-ci
maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.[1]
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2018-ci il
¹ 107
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 noyabr 2019-cu il tarixli 861
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 noyabr 2019-cu il, ¹ 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 11, maddə 1709) ilə 2-ci hissəsində “və 19.1-ci maddəsində”
sözləri “, 19.1-ci və
32-ci maddələrində” sözləri ilə
əvəz edilmişdir.