Azərbaycan Respublikası Nazirlər
Kabinetinin yeni tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
üzvləri aşağıdakı şəxslər
təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş
nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin
müavini – Əli Şamil oğlu Həsənov;
1.4. Azərbaycan Respublikası Baş
nazirinin müavini – Hacıbala İbrahim oğlu
Abutalıbov;
1.5. Azərbaycan Respublikasının
daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
1.6. Azərbaycan Respublikasının
energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
1.7. Azərbaycan Respublikasının
ədliyyə naziri – Fikrət Fərrux oğlu
Məmmədov;
1.8. Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil
Rafiq oğlu Babayev;
1.9. Azərbaycan Respublikasının
fövqəladə hallar naziri – Kəmaləddin Fəttah
oğlu Heydərov;
1.10. Azərbaycan Respublikasının
xarici işlər naziri – Elmar Məhərrəm oğlu
Məmmədyarov;
1.11. Azərbaycan Respublikasının
iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;
1.12. Azərbaycan Respublikasının
kənd təsərrüfatı naziri – İnam İmdad
oğlu Kərimov;
1.13. Azərbaycan Respublikasının
maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
1.14. Azərbaycan Respublikasının
müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
1.15. Azərbaycan Respublikasının
nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin
Namiq oğlu Quluzadə;
1.16. Azərbaycan Respublikasının
vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
1.17. Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri – Samir Rafiq oğlu Nuriyev;
1.18. Azərbaycan Respublikası
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri – Rövşən
Şükür oğlu Rzayev;
1.19. Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin
İsağa oğlu Quliyev;
1.20. Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Mədət
Qəzənfər oğlu Quliyev;
1.21. Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar
oğlu Sultanov.
2. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2018-ci il
¹9