AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL
MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 18-1
Bakı şəhəri “20” dekabr 2017-ci il
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi
barədə
“Elm haqqında” Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.3-cü, “Dövlət ümumi
təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün və əməkhaqqının
artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 2.3-cü
bəndlərinin və “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel
tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını
təmin etmək məqsədilə “Azərbaycan Respublikası
Əmək Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci
hissəsinin dördüncü abzasını və “Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında
Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsi işçilərinin
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçasının (hissə 75) təsdiq edilməsi haqqında” 1997-ci il 29 mart tarixli 16-4/3 nömrəli Kollegiya qərarının 1-ci hissəsi və
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin “Təhsil
sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
edilməsi barədə” 1999-cu il 28 oktyabr tarixli 22-4
nömrəli, “Təhsil sahəsi işçilərinin
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçasına (hissə 75) dəyişikliklər edilməsi haqqında” 2004-cü il 14 iyul tarixli 9-6 nömrəli, “Təhsil
sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
edilməsi haqqında” 2005-ci il 10 may tarixli 7 nömrəli, “Təhsil
sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
edilməsi haqqında” 2006-cı il 22 iyun tarixli 8 nömrəli, “Təhsil
sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
edilməsi haqqında” 2007-ci il 10 avqust tarixli 12-2
nömrəli, “Təhsil sahəsi işçilərinin
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçasına (hissə 75) əlavələr edilməsi haqqında” 2009-cu il 01 dekabr 9 nömrəli Kollegiya qərarları ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova)
tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim
olunmasını təmin etsin.
4. Ümumi şöbəyə
(L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə çatdırılmasını təmin etsin.
5. Bu Qərarın
icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə
edilsin.
Kollegiyanın sədri
Səlim Müslümov
|
|
Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20
dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq
edilmişdir. |
Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası
Giriş
“Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra
“Kitabça”) Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci
hissələrinin tələblərinə uyğun olaraq
hazırlanmışdır.
Kitabçada təhsil sahəsi işçilərinin
tarif-ixtisas xüsusiyyətləri müəyyənləşdirilərkən
“Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş
dövlət siyasətinin əsas prinsipləri,
məqsədləri və təhsilin səviyyələri,
universitetlərdə təhsilverənlərin və
təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb
edilməsi yolu ilə elm və təhsilin inteqrasiyası,
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli
gələn müasir təhsil sisteminin formalaşdırılması üzrə
hədəflər, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il
24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nda nəzərdə tutulan
səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil
məzmununun yaradılması, innovativ təlim metodları və
texnologiyaları vasitəsilə təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edən
təhsilverənin formalaşdırılması, nəticələrə
görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan
təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması,
müasir tələblərə cavab verən və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilin
dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması,
dövlət ümumi təhsil müəssisələrində çalışan
müəllimlərin bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi istiqamətlərində aparılan
islahatlar nəzərə alınmışdır.
Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq təhsil müəssisələrində
(dövlət sifarişi ilə kadr hazırlığı aparılan dövlət ali
təhsil müəssisələri istisna olmaqla) vəzifələrinin
(rəhbərlər, mütəxəssislər) əməyinin
ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq
müəyyən edilir.
Dövlət sifarişi ilə kadr hazırlığı
aparılan dövlət ali təhsil müəssisələrində bu
Kitabçada nəzərədə tutulmuş müvafiq
vəzifələrdə çalışan işçilərin vəzifə maaşları
həmin vəzifələr üzrə təhsilə, elmi
dərəcəyə, elmi ada, staja və müvafiq sahədə
iş təcrübəsinə qoyulan ixtisas tələbləri
nəzərə alınmaqla minimum əmək haqqından az olmamaqla
ali təhsil müəssisələri tərəfindən sərbəst
müəyyənləşdirilir.
Kitabça təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrində çalışan işçilərin
əmək funksiyalarının və əməyinin ödəniş
dərəcələrinin müəyyən edilməsində,
onların hüquq və vəzifələrini əks etdirən
vəzifə təlimatlarının işlənilməsində,
peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə
qəbulu və vəzifədə irəli çəkilməsi
və məşğulluğunun səmərəli təmin
edilməsində, attestasiyasının keçirilməsində və
əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında
əsas normativ hüquqi akt olaraq tətbiq edilir. Kitabça tətbiq edilərkən
xarici dövlətdə təhsil almış
mütəxəssislərin həmin dövlətdəki ali
təhsilə aid kvalifikasiyalarının tanınması, həmçinin elmi
dərəcə və elmi adlar haqqında sənədlərinin
nоstrifikasiya və ya təkrar attestasiya edilməsi
əməyin ödəniş dərəcəsi
müəyyənləşdirilərkən nəzərə alınır[1]
Kitabçada hər bir vəzifənin
tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:
-
“Əmək funksiyası” bölməsində bu vəzifəni tutan
işçinin yerinə yetirməli olduğu işlərin məzmunu;
- “Bilməlidir” bölməsində işçinin
təhsil sahəsinə aid qanunvericilik aktlarını, o
cümlədən bu sahədə yerinə
yetirilən işin və elmi tədqiqatların üsul və
vasitələrini bilməsi kimi tələblər;
- “Ödəniş
dərəcələrinə ixtisas tələbləri”
bölməsində işçinin təhsilinə, ixtisasına, əlavə
təhsilinə və əmək stajına (tələb qoyulduqda)
olan tələblər öz əksini tapmışdır.
Kitabçada “Ödəniş
dərəcələrinə ixtisas tələbləri”nin
minimum normaları müəyyən edilir.
Təhsil müəssisələrində
təhsil sahəsinə aid olmayan qulluqçu
vəzifələrinin və fəhlə peşələrinin
əməyinin ödəniş dərəcələrini və tarif ixtisas
xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan
iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu
vəzifələrinin və fəhlə peşələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.
Kitabçada
göstərilən təhsil müəssisələri
(bölmələri, şöbələri) rəhbərlərinin
müavinlərinin vəzifə maaşı müvafiq müəssisə
(bölmə, şöbə) rəhbərlərinin vəzifə maaşından
10-20 faiz aşağı müəyyənləşdirilir.
Kitabçada
müəyyən rəhbər və mütəxəssis
vəzifələrinin ödəniş dərəcələrinə
ixtisas tələblərində pedaqoji staja olan
tələblər müəyyən edilir. Pedaqoji staj dedikdə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
təhsilverən (pedaqoji işçi) hesab edilən işçinin təhsil
müəssisələrində, eləcə də pedaqoji
proseslə bağlı olan digər müəssisələrdə dərs
yükü aparmaqla və ya tədris, təlim-tərbiyə
işlərini həyata keçirdiyi ümumi əmək stajının müddəti
başa düşülür.
Bu Kitabçada müəyyən edilmiş təhsil
səviyyəsinə, əmək stajına (tələb
qoyulduqda), əlavə təhsilə və digər ixtisas
tələblərinə malik olmayan, lakin üzərinə qoyulan
vəzifələri keyfiyyətlə yerinə yetirən
və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya
olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya
komissiyasının rəyi əsasında tutduqları vəzifədə
çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı
dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə
müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq
edilir.
Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və
əməyinin ödəniş dərəcələri diapazonu
|
Sıra №-si |
Vəzifələrin adları |
Ödəniş dərəcələrinin |
|
|
1 |
2 |
3 |
|
|
|
I.
Təhsil İnstitutu |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
19 |
|
|
2. |
Direktor müavini |
- |
|
|
3. |
Mərkəzin direktoru |
18 |
|
|
4. |
Katibliyin rəhbəri |
17 |
|
|
5. |
Şöbə müdiri |
16-17 |
|
|
6. |
Baş mütəxəssis |
16 |
|
|
|
Mütəxəssislər |
|
|
|
7. |
Böyük elmi məsləhətçi |
17 |
|
|
8. |
Aparıcı mütəxəssis |
14 |
|
|
9. |
Mütəxəssis |
12 |
|
|
10. |
Direktorun köməkçisi |
11 |
|
|
11. |
Baş laborant |
9 |
|
|
12. |
Böyük operator |
8 |
|
|
|
II.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
18 |
|
|
2. |
Direktor müavini |
- |
|
|
3. |
Mərkəzin müdiri |
15 |
|
|
4. |
Mərkəzin müdir müavini |
- |
|
|
5. |
Şöbə müdiri |
14 |
|
|
6. |
Baş hüquqşünas |
13 |
|
|
7. |
Baş mütəxəssis |
13 |
|
|
|
Mütəxəssislər |
|
|
|
8. |
Mütəxəssis |
12 |
|
|
9. |
Direktorun köməkçisi |
11 |
|
|
|
III. Təhsil sahəsi üzrə
mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan
məktəbdənkənar təhsil müəssisələri |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
15 |
|
|
2. |
Direktor müavini |
- |
|
|
3. |
Şöbə (bölmə, kabinet və laboratoriya) müdiri |
13-14 |
|
|
|
Mütəxəssislər |
|
|
|
4. |
Metodist |
11-14 |
|
|
|
IV.
Ali təhsil
müəssisələri[3] |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Rektor |
17-19 |
|
|
2. |
Ali təhsil müəssisəsi filialının direktoru |
16-17 |
|
|
3. |
Tədris məsələləri üzrə prorektor |
16-18 |
|
|
4. |
Elm və innovasiya məsələləri üzrə prorektor |
16-17 |
|
|
5. |
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor |
16-17 |
|
|
6. |
Beynəlxalq əlaqələr üzrə prorektor |
15-16 |
|
|
7. |
Maliyyə-təsərrüfat işləri üzrə prorektor |
14-16 |
|
|
8. |
Filial direktorunun müavini |
- |
|
|
9. |
Fakültə dekanı |
- |
|
|
10. |
Fakültə dekanının müavini |
- |
|
|
11. |
Kafedra müdiri |
- |
|
|
12. |
Professor |
16-18 |
|
|
13. |
Dosent |
14-16 |
|
|
14. |
Baş müəllim |
13-14 |
|
|
15. |
Tədris şöbəsinin müdiri |
12-14 |
|
|
16. |
Keyfiyyətin təminatı şöbəsinin müdiri |
12-14 |
|
|
17. |
Qeydiyyat şöbəsinin müdiri |
12-14 |
|
|
18. |
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri |
12-14 |
|
|
19. |
Təcrübə və məzunlarla iş şöbəsinin müdiri |
12-14 |
|
|
20. |
Hüquq şöbəsinin müdiri |
14 |
|
|
21. |
Kadrlar şöbəsinin müdiri |
11-13 |
|
|
22. |
Tədris laboratoriyasının (emalatxanasının) müdiri |
11-12 |
|
|
23. |
Tələbə şəhərciyinin direktoru; poliklinikanın direktoru; texnoparkın
direktoru; qarajın direktoru və s. tabelikdə olan digər qurumların rəhbərləri |
10-12 |
|
|
|
Mütəxəssislər |
|
|
|
24. |
Rektorun məsləhətçisi |
14 |
|
|
25. |
Müəllim (assistent) |
12-13 |
|
|
26. |
Tyutor |
11-13 |
|
|
27. |
Rektorun köməkçisi |
9 |
|
|
28. |
Laborant (böyük laborant da daxil olmaqla) |
5-9 |
|
|
29. |
Arxiv müdiri |
7-8 |
|
|
30. |
Arxivçi |
5-6 |
|
|
31. |
Dispetçer (böyük dispetçer də daxil olmaqla) |
4-5 |
|
|
|
V. Orta ixtisas təhsili
müəssisələri |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
14-16 |
|
|
7. |
Filial rəhbəri |
13-15 |
|
|
2. |
Tədris işləri üzrə direktor müavini |
- |
|
|
3. |
Sosial məsələlər və ictimaiyyətlə
əlaqələr üzrə direktor müavini; tərbiyə
işləri üzrə direktor müavini |
- |
|
|
4. |
Şöbə müdiri |
13-14 |
|
|
5. |
Qeydiyyat, qiymətləndirmə və monitorinq
bölməsinin müdiri |
14 |
|
|
10. |
Baş hüquqşünas |
14 |
|
|
11. |
İxtisas üzrə təcrübə rəhbəri[4] |
11-13 |
|
|
|
Mütəxəssislər |
|
|
|
8. |
Müəllim |
10-15 |
|
|
9. |
Metodist |
11-14 |
|
|
6. |
Tyutor |
11-12 |
|
|
VI. Peşə təhsili
müəssisələri[5] |
|
|
|
|
Rəhbərlər |
|
|
|
|
1. |
Direktor |
14-16 |
|
|
2. |
Filial
müdiri |
- |
|
|
3. |
Tədris və təlim işləri
üzrə direktor müavini |
- |
|
|
4. |
Tərbiyə işləri üzrə direktor
müavini |
- |
|
|
5. |
İnzibati-təsərrüfat işləri
üzrə direktor müavini |
- |
|
|
6. |
Korpus
rəhbəri |
- |
|
|
7. |
Ümumtəhsil fənləri üzrə
tədris hissə müdiri |
13 |
|
|
8. |
Baş
usta |
11-14 |
|
|
9. |
İstehsalat
üzrə menecer |
11-14 |
|
|
Mütəxəssislər |
|
||
|
10. |
Müəllim |
8-15 |
|
|
11. |
İstehsalat təlimi
ustası |
9-13 |
|
|
12. |
Mexanik |
7-11 |
|
|
13. |
Satınalma
üzrə mütəxəssis |
13 |
|
|
14. |
Keyfiyyət
təminatı üzrə mütəxəssis |
11-13 |
|
|
15. |
İT
mütəxəssisi |
11-13 |
|
|
16. |
Tədrisin
təşkili üzrə koordinator |
11-13 |
|
|
17. |
Karyera
xidməti üzrə mütəxəssis |
10-13 |
|
|
18. |
İnzibati
işlər üzrə koordinator |
11-13 |
|
|
19. |
Hüquqşünas |
13-14 |
|
|
20. |
Müəllim
köməkçisi |
7-13 |
|
|
21. |
Tyutor |
11-12 |
|
|
22. |
İşəgötürənlərlə
iş üzrə mütəxəssis |
10-12 |
|
|
23. |
Əməyin
mühafizəsi üzrə mühəndis |
11-13 |
|
|
|
VII. Ümumi təhsil
müəssisələri |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
13-16 |
|
|
2. |
Tədris (təlim-tərbiyə) işləri üzrə
direktor müavini |
- |
|
|
3. |
Tərbiyə işləri üzrə direktor müavini |
- |
|
|
4. |
Təsərrüfat işləri üzrə direktor müavini |
- |
|
|
5. |
Məktəbdənkənar və sinifdənxaric
tərbiyə işi üzrə təşkilatçı |
12-15 |
|
|
6. |
Uşaq birliyi təşkilatının rəhbəri |
7-10 |
|
|
|
Mütəxəssislər |
|
|
|
7. |
Müəllim |
8-15 |
|
|
8. |
Müəllim-defektoloq; müəllim-loqoped; loqoped |
8-15 |
|
|
9. |
Sosial pedaqoq |
10-15 |
|
|
10. |
Xüsusi təhsil üzrə mütəxəssis; korreksiya
üzrə inkişaf mütəxəssisi |
10-15 |
|
|
11. |
Tərbiyəçi |
8-14 |
|
|
12. |
Müəllim köməkçisi (assistent) |
7-13 |
|
|
|
VIII. Məktəbəqədər təhsil
müəssisələri (körpələr evi, körpələr
evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli
məktəbəqədər təhsil müəssisəsi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi
məktəbəqədər təhsil müəssisələri) |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Müdir |
12-16 |
|
|
2. |
Metodist |
13-15 |
|
|
|
Mütəxəssislər |
|
|
|
3. |
Müəllim-defektoloq (müəllim-loqoped, müəllim-surdoloq) |
8-15 |
|
|
4. |
Tərbiyəçi-müəllim |
8-14 |
|
|
5. |
Musiqi rəhbəri |
8-13 |
|
|
6. |
Tərbiyəçi köməkçisi |
4-5 |
|
|
|
IX. Yerli Təhsili İdarəetmə
Orqanlarının nəzdində Metodiki Kabinet |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Müdir |
14-15 |
|
|
|
Mütəxəssislər |
|
|
|
2. |
Metodist |
12-15 |
|
|
3. |
Məktəbəqədər təhsil üzrə metodist |
12-15 |
|
|
4. |
Təsərrüfat qrupunun rəhbəri |
10-12 |
|
|
|
X. Yerli Təhsili İdarəetmə
Orqanlarının Məktəbdənkənar Müəssisələri |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
10-14 |
|
|
2. |
Direktor müavini |
- |
|
|
3. |
Şöbə (bölmə, kabinet, laboratoriya) müdiri |
12-13 |
|
|
|
Mütəxəssislər |
|
|
|
4. |
Metodist |
10-12 |
|
|
5. |
Usta |
7-10 |
|
|
|
XI. Mədəniyyət Təhsili
üzrə Respublika Elmi-Metodiki Mərkəzi |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
18 |
|
|
|
Mütəxəssislər |
|
|
|
2. |
Metodist (baş, böyük metodist də daxil olmaqla) |
13-15 |
|
|
|
XII. Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma
Mərkəzi |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
18 |
|
|
|
Mütəxəssislər |
|
|
|
2. |
Metodist (baş, böyük metodist də daxil olmaqla) |
13-15 |
|
|
|
XIII. Bakı Şəhəri
Üzrə Təhsil İdarəsinin nəzdində Təlimə
Dəstək Mərkəzi |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
16 |
|
|
2. |
Direktor
müavini |
- |
|
|
3. |
Bölmə
rəhbəri |
15 |
|
|
|
Mütəxəssislər |
|
|
|
4. |
İdarəetmə
üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
5. |
Psixoloji
xidmətin təşkili üzrə metodist (baş metodist də daxil
olmaqla) |
13-15 |
|
|
6. |
Məktəb mühiti (öyrənmə mühiti)
üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
7. |
Sinfin
idarə olunması üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
8. |
Peşəkar inkişaf və gənc
müəllimlərlə işin təşkili üzrə metodist (baş
metodist də daxil olmaqla) |
13-15 |
|
|
9. |
Planlaşdırma
(məzmun, fəaliyyət planı, strateji planlaşdırma) üzrə
metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
10. |
Qiymətləndirmə
(şagirdlərin qiymətləndirilməsi) üzrə metodist (baş
metodist də daxil olmaqla) |
13-15 |
|
|
11. |
Resurslarla iş
üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
12. |
Tətbiqi tədqiqat üzrə
metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
13. |
İnklüziv
təhsil üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
14. |
Məktəbəhazırlıq
üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
15. |
Fənn
kurikulumları üzrə metodist (baş metodist də daxil olmaqla) |
13-15 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
XV. Ailə Tipli Kiçik Qrup Evi |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
11-14 |
|
|
|
Mütəxəssislər |
|
|
|
2. |
Tərbiyəçi |
8-14 |
|
|
|
XVI. Sağlamlıq İmkanları
Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Direktor |
13-16 |
|
|
|
Mütəxəssislər |
|
|
|
2. |
Müəllim
defektoloq (müəllim-loqoped, müəllim-surdoloq) |
8-15 |
|
|
3. |
Tərbiyəçi |
8-14 |
|
|
4. |
Tərbiyəçi
köməkçisi |
4-5 |
|
|
|
XVII. Təhsil müəssisələri
üzrə ümumi vəzifələr |
|
|
|
|
Rəhbərlər |
|
|
|
1. |
Baş mühasib |
15-17 |
|
|
2. |
Kitabxana müdiri |
12-13 |
|
|
|
Mütəxəssislər |
|
|
|
1. |
Psixoloq |
10-15 |
|
|
2. |
Gənclərin çağırışaqədərki hazırlığı
rəhbəri |
11-14 |
|
|
3. |
Fiziki tərbiyə rəhbəri (təlimatçı) |
10-13 |
|
|
4. |
Konsertmeyster |
8-14 |
|
|
5. |
Dərnək rəhbəri |
8-14 |
|
|
6. |
Kitabxanaçı |
7-12 |
|
|
7. |
Laborant |
4-5 |
|
TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ
I.
TƏHSİL İNSTİTUTU
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Elmi-tədqiqat
profilinə uyğun olaraq müasir layihələr hazırlanması və
həyata keçirilməsi məqsədilə institutun
fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Təhsil sistemində vahid dövlət siyasətinin həyata
keçirilməsini təmin edir və kollektivin işini
istiqamətləndirir. Elmi-metodik və hüquqi
sənədlərin işlənib hazırlanmasını və nəşrini
təşkil edir, institutun iclaslarında sədrlik edir və institutun
rəhbər işçiləri tərəfindən hazırlanmış
hesabatlarını dinləyir. Bölmələrin fəaliyyətini
istiqamətləndirir, elmi və elmi-təşkilati
fəaliyyətin, başa çatmış tədqiqatların tətbiqinin
nəticələri ilə bağlı hesabatları, o cümlədən
struktur bölmələr üzrə tematik qrupların və ayrı-ayrı
əməkdaşların tədqiqat işlərinin tətbiqinə,
aparılan tədqiqat işlərinin keyfiyyətinə, həmçinin son
nəticələrinə dair təqdim olunan dövri hesabatları
dinləyir və qəbul olunmuş qərarları təsdiq edir.
Təhsil sahəsində həyata keçirilən beynəlxalq
proqramlara tələbələrin fəal cəlb olunması,
distant təhsilin geniş tətbiq olunmasını təmin edir.
Təhsildə keyfiyyətin yüksəldilməsi üçün
stimullaşdırıcı mexanizmlər tətbiq edir, adambaşına
maliyyələşdirmə prinsipinin, həmçinin təhsil
sahəsində tətbiqi tədqiqatları, eləcə də
innovativ fəaliyyəti təşviqləndirən qrant
maliyyələşdirməsinin tətbiqini genişləndirir.
Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin
informasiya təminatını gücləndirir. Kadrların (təsisçinin
nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir, müvafiq əmrlər,
göstərişlər verir. Müasir idarəetmə sistemindən, elmi
nailiyyətlərdən və informasiya texnologiyalarından
istifadə edir. İnstitutun əmlak və avadanlıqlarından məqsədyönlü
istifadə olunmasına sərəncam verir, saxlanılmasına nəzarət
edir, ayrı-ayrı müəssisələrlə müqavilələr
bağlayır, maliyyə və digər hesablar açır, əmrlər
verir, işçiləri işə qəbul edir və işdən azad edir.
İnstitutun işçilərinin İxtisasının artırılmasına və təkmilləşməsi
məsələlərinə diqqət yetirir və buna dair hökumət
və dövlət orqanlarının qərarlarını yerinə yetirir, qabaqcıl
pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi
sahəsində xarici ölkələrin təhsil sistemindəki
nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir.
İnstitutun işçilərinin
yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli kömək
göstərir, işini istiqamətləndirir. İnstitutun maddi-texniki
bazasının genişləndirilməsini təmin edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanı tərəfindən qəbul olunmuş
aidiyyəti qərar, sərəncam və əmrlərini;
pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq
elmi nailiyyətləri; əmək qanunvericiliyini; əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
təhsil
ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil.
19-cu dərəcə: 10 ildən az olmayaraq pedaqoji staj.
DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. İnstitutun direktoru tərəfindən müəyyənləşdirilmiş
istiqamətlər üzrə fəaliyyət göstərir. İnstitut tərəfindən
həyata keçirilən layihələrlə bağlı təkliflər
hazırlayır və institutun direktoruna təqdim edir. Təhsil siyasəti
üzrə müxtəlif məsələlərə dair qabaqcıl
pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi
sahəsində xarici ölkələrin təhsil sistemindəki
nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir. Təhsil sahəsində həyata
keçirilən beynəlxalq proqramlara tələbələrin
fəal cəlb olunması, distant təhsilin geniş tətbiq
olunmasını təmin edir. Təhsildə keyfiyyətin yüksəldilməsi
üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir, adambaşına
maliyyələşdirmə prinsipinin, həmçinin təhsil
sahəsində tətbiqi tədqiqatları, eləcə də
innovativ fəaliyyəti təşviqləndirən qrant
maliyyələşdirməsinin tətbiqini genişləndirir.
Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin
informasiya təminatını gücləndirir.
İnstitutun işçilərinin
yaradıcı təşəbbüsünün inkişafına kömək göstərir, onların
işini istiqamətləndirir. İnstitutun struktur bölmələrinin fəaliyyətini
təhlil edir, qiymətləndirir, görülmüş işlər barədə
İnstitutun direktoruna hesabatlar verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini;
əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
təhsil
ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil və 8 ildən az
olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə
müəyyən edilir.
MƏRKƏZİN DİREKTORU
Əmək
funksiyası. Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin elmi fəaliyyətin
təşkili ilə bağlı sənədlərinə və Təhsil
İnstitutunun Nizamnaməsinə uyğun olaraq Mərkəzin elmi,
elmi-texniki və istehsalat-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir. Yeni texnologiyalar əsasında
müəssisələrin layihələşdirilməsini,
mütərəqqi texnoloji proseslərin və avadanlığın hazırlanıb
tətbiq olunmasını təmin edir və elmi-tədqiqat işləri
aparılarkən əməyin təşkili üzrə
tələblərə və normativlərə riayət edir.
Elmi müəssisənin elmi, elmi-texniki və istehsal
fəaliyyətinin istiqamətlərini
müəyyənləşdirir, işlərin perspektiv və illik
proqnozlarını təsdiq edir. Elmi müəssisə və
təşkilatlarla birgə elmi-tədqiqat və texniki
işləmələrin nəticələrinin istehsalatda sınaqdan
keçirilməsi və kompleks problemlər üzrə işlərin
yerinə yetirilməsi üçün elmi əlaqələr yaradır.
Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin
informasiya təminatını gücləndirir. Elmi-texniki əməkdaşlıq
məsələləri üzrə xarici elmi müəssisə və
təşkilatlarla, eləcə də alimlərlə
müəyyən olunmuş qaydada əlaqələrin yaradılmasını
təmin edir.[7]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; təhsil və elm sahəsinə
aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar
və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; pedaqoji və
psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri,
elmi müəssisənin
fəaliyyət profilini, ixtisaslaşma sahələrini; tədqiqat
işlərinin layihə quruluşunu və eksperimental sınaqların
aparılmasının elmi metodlarını, əlaqədar problemlər üzrə
digər elmi müəssisələr tərəfindən
həyata keçirilən elmi tədqiqat və quraşdırma işlərinin
nəticələrini; elmi tədqiqatların proqnozlaşdırılmasını,
proqramların tərtibi və maliyyələşdirmə metodlarını,
təsərrüfat müqavilələrinin bağlanması və yerinə
yetirilməsi qaydalarını, əməyin, istehsalın və
idarəetmənin iqtisadiyyatını və təşkilini; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: təhsil ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil.
18-ci dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı; elmi dərəcəsi olmaqla 7 ildən az
olmayaraq ixtisası üzrə əmək stajı; elmi dərəcəsi
və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı.
KATİBLİYİN RƏHBƏRİ
Əmək funksiyası. Vahid təhsil siyasətinə əsasən İnstitutun
struktur qurumlarının (mərkəz, şöbə) fəaliyyətini əlaqələndirir,
fəaliyyət planlarının hazırlanmasını, həyata keçirilməsini,
icranın monitorinqinin aparılmasını və hesabatların hazırlanmasını təmin
edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
təhsil
ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil.
17-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
ŞÖBƏ MÜDİRİ
Əmək funksiyası. Şöbənin işinə rəhbərlik edir və işini
istiqamətləndirir. Şöbənin əsasnaməsinə uyğun
olaraq əməkdaşlar arasında vəzifə bölgüsü aparır, şöbənin
cari, rüblük və illik iş planlarının hazırlanmasını və təsdiqini
təmin edir və institutun iş planına dair təkliflər verir.
Şöbənin fəaliyyət
istiqamətinə aid olan müvafiq elmi-metodiki xidmətin vəziyyətini
öyrənir, təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər
hazırlayıb rəhbərliyə təqdim edir. Təhsil müəssisələri
üçün hüquqi aktların hazırlanmasında fəal iştirak edir. Təlim-tərbiyənin
keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə
elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr
keçirilməsini təşkil edir və elmi-metodiki xarakterli çıxışlar
edir. Öz sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə
sosioloji axtarışlar edir və müvafiq təkliflər verir.
Şöbənin hazırladığı
sənədlərin elmliyi, aktuallığı, keyfiyyəti, həmçinin əməkdaşların
əmək və icra intizamının təmin edilməsi üçün məsuliyyət
daşıyır.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: təhsil ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil.
16-cı dərəcə: 5 ildən az olmayaraq pedaqoji stajı, təşkilatçılıq
bacarığı və rəhbər vəzifələrdə təcrübəsi
olan;
17-ci dərəcə: 10 ildən az olmayaraq pedaqoji stajı, təşkilatçılıq
bacarığı və rəhbər vəzifələrdə təcrübəsi
olan.
BAŞ MÜTƏXƏSSİS
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris-metodiki və
hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Tədris
müəssisələrində, elmi-tədqiqat institutlarında, idarə
və təşkilatlarında və digər müəssisələrdə
çalışan mütəxəssislərlə birbaşa əlaqə saxlayır və
onları tədris vasitələrinin işlənib hazırlanmasına cəlb
edir. Tədris vasitələrinin müzakirəsini, rəy verilməsini
və çapa hazırlanmasını təşkil edir və qabaqcıl pedaqoji təcrübəni
öyrənir. Təhsil müəssisələri işçilərinə təlimin
keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verir və köməklik
göstərir. Tədris metodiki və hüquqi sənədlərin
keyfiyyətinə görə məsuliyyət daşıyır. İxtisası üzrə
fənnin tədrisi keyfiyyətini müntəzəm öyrənir, təhlil
edir və fənnin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər
hazırlayır. Öz işi haqqında şöbə rəhbərinə hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid
olan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar
və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; pedaqoji və
psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri;
əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
16-cı dərəcə: təhsil ixtisasları qrupu üzrə magistratura və ya ona
bərabər tutulan ali təhsil, 3 ildən az
olmayaraq pedaqoji stajı və əmək fəaliyyətində
mütərəqqi ideyalardan, təlimin müasir forma və
metodlarından istifadə etməyi bacaran.
MÜTƏXƏSSİSLƏR
BÖYÜK ELMİ MƏSLƏHƏTÇİ
Əmək
funksiyası. Rəhbərlik
tərəfindən təsdiq olunmuş fərdi plana uyğun olaraq
elmi fəaliyyəti yerinə yetirir. Elmi-pedaqoji tədqiqatların
təşkilinə kömək edir. Elmi Şurasının fəaliyyətində
iştirak edir. Struktur bölmələrin (sahə üzrə) elmi
fəaliyyəti ilə bağlı təkliflər hazırlayır, şöbə
və digər struktur bölmələrdə qaldırılan
məsələləri öyrənir, məsləhətlər
verir. Elmi Şurada müzakirə edilən
məsələlərə münasibət bildirir,
təkliflər irəli sürür. Rəhbərin göstərişi
ilə aparılan monitorinqlərin nəticələrini
ümumiləşdirir, məsləhət xarakterli məlumat hazırlayır.
Ayda bir dəfədən az olmayaraq təhsilin pillələri
üzrə müasir problemlər və innovasiyalarla bağlı məruzə
və mühazirələr oxuyur, təqdimatlar verir.
Rəhbərliyin tapşırığına əsasən müzakirə olunacaq
elmi-tədqiqat işlərinə, dissertasiyalara və elmi
hesabatlara rəy verir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan
Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri;
başqa elmi təşkilat və
müəssisələrlə birgə elmi-tədqiqat işi yerinə
yetirilərkən
müqavilənin tərtibi məsələlərini, elmi və
elmi-pedaqoji kadrların
əməyinin təşkili və elmi-tədqiqat işlərinin
idarə edilməsi metodlarını; təşkilatçılıq və
idarəetmənin təşkilinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
17-ci dərəcə: elmi dərəcəsi olmaqla 10 ildən
çox ixtisası üzrə əmək stajı.
APARICI MÜTƏXƏSSİS
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris-metodiki və
hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Tədris
müəssisələrində, elmi-tədqiqat institutlarında, idarələrində,
təşkilatlarında və digər müəssisələrdə
çalışan mütəxəssislərlə əlaqə saxlayır, onları tədris
vasitələrinin işlənib hazırlanmasına cəlb edir, hazırlanmış
tədris vasitələrinin müzakirəsini, rəy verilməsini
və çapa hazırlanmasını təşkil edir, hüquqi sənədlər
hazırlayır, qabaqcıl pedaqoji təcrübəni öyrənir. Hazırladığı tədris
metodiki və hüquqi sənədlərin keyfiyyətinə görə
məsuliyyət daşıyır, tədris müəssisələri işçilərinə
və təhsilin digər sahələrində çalışan mütəxəssislərə
təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün elmi təcrübi
eksperimentlərin keçirilməsi ilə bağlı köməklik göstərir.
İxtisası üzrə fənnin tədrisi keyfiyyətini müntəzəm
olaraq öyrənir, təhlil edir və fənnin tədrisi keyfiyyətini
yaxşılaşdırmaq üçün təkliflər hazırlayır. Öz işi haqqında şöbə rəhbərinə
hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
14-cü dərəcə: müvafiq
ixtisas üzrə ali təhsil, 3 ildən az
olmayaraq pedaqoji stajı olan və əmək fəaliyyətində
mütərəqqi ideyalardan, təlimin müasir forma və
metodlarından istifadə etməyi bacaran.
MÜTƏXƏSSİS
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris metodiki və
hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Təhsil
müəssisələri işçilərinə təlimin keyfiyyətini
yaxşılaşdırmaq üçün tövsiyələr verir və köməklik göstərir.
Hazırladığı tədris metodiki və hüquqi sənədlərin
keyfiyyətinə görə məsuliyyət daşıyır, tədris müəssisələri
işçilərinə və təhsilin digər sahələrində
çalışan mütəxəssislərə təhsilin keyfiyyətini
yaxşılaşdırmaq üçün elmi təcrübi eksperimentlərin keçirilməsi ilə
bağlı köməklik göstərir; ixtisası üzrə fənnin tədrisi
keyfiyyətini öyrənir, təhlil edir və fənnin tədrisi
keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlayır. Öz işi
haqqında şöbə rəhbərinə hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
12-ci dərəcə: ali təhsil,
3 ildən
az olmayaraq əmək stajı olan, əmək fəaliyyətində
mütərəqqi ideyalardan, təlimin müasir forma və
metodlarından istifadə etməyi bacaran.
DİREKTORUN KÖMƏKÇİSİ
Əmək
funksiyası. Rəhbərin işinin
təmin edilməsi üçün xidmət üzrə texniki yardımı həyata
keçirir. Bölmələrdən və ya icraçılardan
rəhbərliyə lazım olan məlumatları alır və təqdim
edir. Telefon danışıqlarını təşkil edir, telefonoqramları qəbul edir,
göndərir və rəhbərlik olmadığı vaxtlarda alınan
məlumatların qeydiyyatını aparır və bu məlumatların
məzmununu direktora çatdırır. Rəhbərliyin apardığı iclas və
müşavirələrin hazırlanması işini təşkil edir, iclas və ya
müşavirənin keçiriləcəyi vaxtı, yeri və gündəliyi
haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır,
protokolu tərtib edir və onu rəsmiləşdirir. Kargüzarlıq
işini aparır, rəhbərliyin adına gələn korrespondensiyanı
qəbul edir, sistemləşdirir, rəhbərlik baxdıqdan sonra iş
prosesində istifadə etmək və ya icrasını təmin
etmək üçün onu bölmələrə və ya icraçılara
göndərir. Əməkdaşların ərizələrini qəbul
edir, qəbula gələnlərın qəbulunu təşkil edir,
işçilərin təklif və xahişlərinə baxılmasını təmin
edir. Sənədləri hazırlayır, onların mühafizəsini təmin
edir və arxivə təhvil verir.
Bilməlidir: kargüzarlığa dair
normativ hüquqi aktları; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; sənədlərin yığılmasını
və arxivə təhvil verilməsini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
11-ci
dərəcə: ali təhsil, 3 ildən az
olmayaraq əmək stajı və
təşkilatçılıq, kargüzarlıq və informasiya-kommunikasiya
texnologiyaları sahəsində bacarığı olan.
BAŞ LABORANT
Əmək
funksiyası. Laboratoriyaların cihaz
və avadanlıqlarla təchiz olunmasına köməklik edir, tədris
və elmi işlərinin təşkilində yaxından iştirak edir,
tədris məşğələlərinin gedişi prosesində fənn
müəlliminə kömək göstərir. Laboratoriyada
keçiriləcək dərslərin qrafikini tənzimləyir.
Bilməlidir: işlədiyi
şöbənin iş xüsusiyyətlərini, mühazirə, seminar və
praktik məşğələlərə əvvəlcədən
hazırlıq işlərini görməyi, dərs cədvəlini tərtib
etməyi, dərs yükünü hesablamağı, tələbələrlə
davranmağı, ünsiyyətdə olmağı və onlara lazımi elmi-metodiki
göstərişlər, izahatlar verməyi; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
9-cu
dərəcə: ali təhsil, 2 ildən az olmayaraq
əmək stajı.
BÖYÜK OPERATOR
Əmək funksiyası. İşlədiyi şöbə və ya mərkəz üzrə sənədlərin
elektron yığılmasında, yazılmasında köməklik edir. Müxtəlif layihələr
və tədbirlər çərçivəsində şöbə və ya mərkəzin
işçilərinə yardım edir. Şöbənin təşkilati tədbirlərində
iştirak edir.
Bilməlidir: işlədiyi şöbənin iş xüsusiyyətlərini və müxtəlif
məsələlər üzrə izahatlar verməyi; əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, 2 ildən az olmayaraq əmək stajı.
II. TƏHSİL İŞÇİLƏRİNİN PEŞƏKAR
İNKİŞAFI İNSTİTUTU
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. İxtisasartırma ilə bağlı qabaqcıl pedaqoji təcrübənin
öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində
xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin
tətbiqinə xüsusi diqqət yetirir.
Tədris-metodiki
işin aparılmasını, ixtisasartırmanın bütün növləri üzrə plan və
proqramların yerinə yetirilməsini, mühazirəçilərin işinin
keyfiyyətinə nəzarəti həyata keçirir. İnstitutun tədris-metodik
kabinetlərinin fəaliyyətini müəllimlərin və təhsilin
digər işçilərinin ixtisasının artırılmasında yüksək
effektivliyinə nail olunmasına yönəldir. İşçilərin yaradıcı təşəbbüsünün
inkişafına hərtərəfli köməklik göstərir, işlərini
istiqamətləndirir və institutun maddi-texniki bazasının genişləndirilməsini
təmin edir.
Əmlak və
avadanlıqlardan istifadə olunmasına sərəncam verir,
saxlanılmasına nəzarət edir, ayrı-ayrı müəssisələrlə
müqavilələr bağlayır, maliyyə və digər hesablar açır, əmrlər
verir, işə qəbul edir və işdən azad edir, kadrların düzgün
seçilməsi və yerləşdirilməsini həyata keçirir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsil
sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan
Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; təhsilin inkişafı üzrə strategiyaları, pedaqoji
və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi
nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
18-ci dərəcə: təhsil ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil, pedaqoji və rəhbər
vəzifələrdə 10 ildən az olmayaraq əmək
stajı.
DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Rəhbər tərəfindən müəyyənləşdirilmiş
istiqamətlər üzrə fəaliyyət göstərir. İnstitut tərəfindən
həyata keçirilən layihələrlə bağlı təkliflər
hazırlayır və təkliflər verir. İxtisasartırma məsələlərinə
dair qəbul edilmiş qərar və sərəncamları yerinə
yetirir, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və
ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil
sistemindəki nailiyyətlərin tətbiqinə diqqət
yetirir.
Tədris-metodiki
işin aparılmasını, ixtisasartırmanın bütün növləri üzrə plan və
proqramların yerinə yetirilməsini, mühazirəçilərin işinin
keyfiyyətinə nəzarətin aparılmasında iştirak edir. Tədris-metodiki
kabinetlərin fəaliyyətini müəllimlərin və təhsilin
digər işçilərinin ixtisasının artırılmasında yüksək effektivliyə
nail olmağa yönəldir.
İşçilərin yaradıcı
təşəbbüsünün inkişafına hərtərəfli köməklik göstərir
və işini istiqamətləndirir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının Qanunlarını; təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan
Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əməyin
mühafizəsi, təhlükəsizlik tехnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
təhsil
ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil, pedaqoji və rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
MƏRKƏZİN MÜDİRİ
Əmək funksiyası. Mərkəzin işinə rəhbərlik edir və onun fəaliyyətini
həyata keçirir. Mərkəzin işini istiqamətləndirir, əməkdaşlar
arasında vəzifə bölgüsü aparır, cari, rüblük və illik iş
planlarının hazırlanmasını və təsdiqini təmin edir, iş planına
dair təkliflər verir. Ali təhsil və orta ixtisas təhsili
müəssisələri, yerli təhsili idarəetmə orqanları,
ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələrinin işinə elmi-metodiki köməklik
göstərilməsində əməkdaşları səfərbər
edir.
Mərkəzin fəaliyyət
istiqamətində elmi-metodiki xidmətin vəziyyətini öyrənir,
təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər
hazırlayıb rəhbərliyə təqdim edir. Təhsil müəssisələri
üçün hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edir. Təlim-tərbiyənin
keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə
elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr
keçirilməsini təşkil edir və elmi-metodiki xarakterli çıxışlar
edir. Öz sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə
sosioloji axtarışlar edir və təkliflər verir.
Mərkəzin hazırladığı
bütün sənədlərin elmiliyi, aktuallığı, keyfiyyəti, həmçinin
əməkdaşların əmək və icra intizamının təmin edilməsi
üçün məsuliyyət daşıyır.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikası Qanunlarını; təhsil sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək
qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik
tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma
və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
15-ci dərəcə: təhsil ixtisasları qrupu üzrə magistratura və ya ona
bərabər tutulan ali təhsil, 5 ildən az
olmayaraq pedaqoji staj.
MƏRKƏZİN MÜDİR MÜAVİNİ
Əmək funksiyası. Mərkəzin müdiri tərəfindən müəyyənləşdirilmiş
istiqamətlər üzrə fəaliyyət göstərir. Struktur
bölmələrin işini istiqamətləndirir, onların cari, rüblük və
illik iş planlarının hazırlanmasına nəzarəti həyata keçirir. Mərkəzin
iş planını hazırlayır, institutun iş planına dair təkliflər verir.
Ali təhsil və orta ixtisas təhsili müəssisələri, yerli
təhsili idarəetmə orqanları, ümumtəhsil məktəbləri
və məktəbdənkənar təhsil müəssisələrinin
işinə elmi-metodiki köməklik göstərilməsi üçün işçiləri
səfərbər edir.
Mərkəzin fəaliyyət
istiqamətində elmi-metodiki xidmətin vəziyyətini öyrənir,
təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər
hazırlayıb rəhbərliyə təqdim edir. Hüquqi sənədlərin
layihələrinin hazırlanmasında iştirak edir. Təlim-tərbiyənin
keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə
elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr
keçirilməsini təşkil edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikası Qanunlarını; təhsil sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək
qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik
tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma
və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
təhsil
ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı müdirin vəzifə maaşından 10% aşağı məbləğdə müəyyən
edilir.
ŞÖBƏ MÜDİRİ
Əmək funksiyası. Şöbənin işinə rəhbərlik edir və onun fəaliyyətini
həyata keçirir, işini istiqamətləndirir, əməkdaşlar
arasında vəzifə bölgüsü aparır, cari, rüblük və illik iş
planlarının hazırlanması və təsdiqini təmin edir. İnstitutun iş
planına dair təkliflər verir. Ali təhsil və orta ixtisas təhsili
müəssisələri, yerli təhsili idarəetmə orqanları,
ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələrinin işinə elmi-metodiki köməklik
göstərilməsində əməkdaşları səfərbər
edir.
Şöbənin fəaliyyət
istiqamətinə uyğun elmi-metodiki xidmətin vəziyyətini
öyrənir, təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər
hazırlayıb rəhbərliyə təqdim edir. Təhsil müəssisələri
üçün hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edir. Təlim-tərbiyənin
keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə
elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr
keçirilməsini təşkil edir və elmi-metodiki xarakterli çıxışlar
edir. Fəaliyyət sahəsinə aid pedaqoji rəyi öyrənmək
məqsədilə sosioloji axtarışlar edir və təkliflər
verir.
Şöbənin hazırladığı
bütün sənədlərin elmiliyi, aktuallığı, keyfiyyəti, həmçinin
əməkdaşların əmək və icra intizamının təmin edilməsini
həyata keçirir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının Qanunlarını; təhsil sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini, əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
14-cü dərəcə: təhsil ixtisasları qrupu üzrə
magistratura və ya ona bərabər tutulan ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj.
BAŞ
HÜQUQŞÜNAS
Əmək
funksiyası. Hüquqi aktların layihələrinin
işlənib hazırlanmasında iştirak edir. Struktur bölmə və
şöbələrə hüquqi yardım göstərir,
məhkəmələrdə rəhbərliyi təmsil edir,
nəticələri ümumiləşdirir və təhlil edir,
müqavilələrin bağlanılması və yerinə yetirilməsinin
təmin edilməsi ilə bağlı aidiyyəti işləri
tənzimləyir. Əmək müqavilələrinin bağlanılması
işində əməkdaşlara hüquqi köməklik göstərir, kollektiv
müqavilələrin şərtlərinin işlənib hazırlanmasında,
eləcə də debitor və kreditor borclarına dair
məsələlərə baxılmasında iştirak edir. İddialara cavab
hazırlamaq üçün arayışların, hesabatların, izahat və başqa
sənədlərin vaxtında verilməsinə nəzarət
edir, hüquqi aktların layihələrinə dair rəy verir.
Texniki vasitələrdən istifadə
etməklə sorğu-məlumat işini, eləcə də
qüvvədə olan qanunvericilik aktları, onlara edilmiş
əlavələr, dəyişikliklər və ya onların ləğv
olunması haqqında qeydiyyat aparır. İnstitutun fəaliyyəti ilə
bağlı hüquqi məsələlərin həllində iştirak edir.
Qanunvericiliyin tətbiqinə dair məsləhətlər,
habelə təşkilati-hüquqi və başqa hüquqi
məsələlərə rəy verir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununu; təhsil sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisə,
idarə və təşkilatların fəaliyyətinə aid olan hüquqi aktları; mülki,
əmək və inzibati qanunvericiliyi, əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
13-cü
dərəcə: ali
hüquq təhsili, 5 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı.
BAŞ MÜTƏXƏSSİS
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris metodiki və
hüquqi sənədlərin hazırlanması işini həyata keçirir, təhsil
müəssisələrində, elmi-tədqiqat institutlarında, idarələrində,
təşkilatlarında və digər müəssisələrdə
çalışan mütəxəssislərlə əlaqə saxlayır, onları tədris
vasitələrinin işlənib hazırlanmasına cəlb edir. Hazırlanmış
tədris vasitələrinin müzakirəsini, müsabiqəsini, rəy
verilməsini və çapa hazırlanmasını təşkil edir. Tapşırığa uyğun
olaraq sənədləri hazırlayır, qabaqcıl pedaqoji təcrübəni
öyrənir və onu ümumiləşdirərək yayır. Təhsil müəssisələri
işçilərinə təlimin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr
verir və köməklik göstərir. Hazırladığı tədris metodiki və
hüquqi sənədlərin keyfiyyətinə nəzarət edir.
Tədris müəssisələri işçilərinə və təhsilin
digər sahələrində çalışan mütəxəssislərə
təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və elmi təcrübi
eksperimentlərin keçirilməsinə köməklik göstərir.
İxtisası üzrə fənnin tədrisi keyfiyyətini öyrənir, təhlil
edir və fənnin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər
hazırlayır. Öz işi haqqında şöbə rəhbərinə hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsil sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini;
əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 5 ildən az
olmayaraq pedaqoji staj.
MÜTƏXƏSSİSLƏR
MÜTƏXƏSSİS
Əmək funksiyası. Məşğul olduğu sahə üzrə tədris metodiki və
hüquqi sənədlərin hazırlanması işini həyata keçirir. Təhsil
müəssisələri işçilərinə təlimin keyfiyyətini
yaxşılaşdırmaq üçün tövsiyələr verir və köməklik göstərir.
Hazırladığı tədris metodiki və hüquqi sənədlərin
keyfiyyətinə nəzarət edir. Təhsil müəssisələri
işçilərinə və digər sahələrdə çalışan mütəxəssislərə
təhsilin keyfiyyətinin yaxşılaşdırılması və elmi təcrübi
eksperimentlərin həyata keçirilməsi işində köməklik
göstərir. İxtisası üzrə fənnin tədrisi keyfiyyətini
öyrənir, təhlil edir və keyfiyyətin yaxşılaşdırılması üçün
təkliflər hazırlayır. Öz işi haqqında şöbə rəhbərinə
hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, təhsil
sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan
Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və
beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini;
əməyin mühafizəsi,
təhlükəsizlik tехnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
12-ci dərəcə: ali təhsil,
3 ildən
az olmayaraq pedaqoji staj.
DİREKTORUN
KÖMƏKÇİSİ
Əmək
funksiyası. Rəhbərin
işinin təmin edilməsi və ona xidmət üzrə texniki
yardımı həyata keçirir. Bölmələrdən və ya icraçılardan
rəhbərliyə lazım olan məlumatları alır və rəhbərliyin
tapşırığı ilə işçiləri dəvət edir. Rəhbərliyin
telefon danışıqlarını təşkil edir, telefonoqramları qəbul edir,
göndərir və rəhbərlik olmadığı vaxtlarda alınan
məlumatların qeydiyyatını aparır və bu məlumatların
məzmununu rəhbərə çatdırır. Rəhbərliyin apardığı
iclas və müşavirələrin hazırlanması işini təşkil edir,
sənədlərin yığılmasını, iclas və ya müşavirənin
keçiriləcəyi vaxtı, yeri və gündəliyi haqqında
iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır, protokolu
tərtib edir və onu rəsmiləşdirir. Kargüzarlıq işini aparır,
rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir,
sistemləşdirir və rəhbərlik baxdıqdan sonra iş
prosesində istifadə etmək, icrasını təmin etmək üçün
onu bölmələrə və ya icraçılara göndərir.
Əməkdaşların ərizələrini qəbul edir, qəbula gələnlərin
qəbulunu təşkil edir, işçilərin təklif və
xahişlərinə baxılmasını təmin edir. Sənədləri
hazırlayır, onların mühafizəsini təmin edir və arxivə
təhvil verir.
Bilməlidir: kargüzarlığa dair
normativ hüquqi aktları; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; sənədlərin yığılmasını
və arxivə təhvil verilməsini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
11-ci
dərəcə: ali təhsil, 3 ildən az
olmayaraq əmək stajı və
təşkilatçılıq, kargüzarlıq və informasiya-kommunikasiya
texnologiyaları sahəsində bacarığı olan.
III.
TƏHSİL SAHƏSİ
ÜZRƏ MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANININ TABELİYİNDƏ
OLAN MƏKTƏBDƏNKƏNAR TƏHSİL MÜƏSSİSƏLƏRİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin
işini təşkil edir. Metodiki şura ilə birlikdə müəssisənin
inkişafının əsas istiqamətlərini müəyyənləşdirir,
dövlət və ictimai orqanlarda onun mənafeyini müdafiə edir.
Kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir. Əmək qanunvericiliyi və müəssisə
daxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək
funksiyalarını müəyyənləşdirir. Pedaqoji işçilərin ixtisasının
artırılması sahəsində seminar, müşavirə, elmi-nəzəri
konfransların keçirilməsini və təcrübə mübadiləsinin
aparılmasını təşkil edir. Fəaliyyət istiqamətlərinə
uyğun təhsil müəssisələrində vəziyyəti təhlil
edir, onların işinin yaxşılaşdırılması üçün əsaslandırılmış təkliflər
verir. Təhsil müəssisəsinin profilinə uyğun plan, proqram,
metodik tövsiyə, vəsait və əyani vasitələrlə
təmin olunmasına kömək edir. Uşaq və gənclərin
yaradıcılığının inkişafına dair respublika, zona, şəhər, rayon tədbirləri,
elmi-praktik konfranslar, seminarlar, yarışlar, müşavirələr, sərgilər,
olimpiadalar və s. təşkil edir. Bankda hesab açır. Müəssisənin
maddi-texniki bazasının uçotunu aparır, onun qorunmasını və artırılmasını
təmin edir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsil
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; təşkilatçılıq
və idarəetmənin əsaslarını; maliyyə-təsərrüfat
işlərini; idarəetmənin forma və metodlarını; yaş
psixologiyasını; tədris plan və proqramlarının tərtibinə
qoyulan tələbləri; əyani və texniki vasitələrdən,
informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
15-ci dərəcə: ali pedaqoji və ya müvafiq ixtisas üzrə ali təhsil, 5 ildən az olmayaraq təhsil sahəsində əmək
stajı və ya pedaqoji stajı və idarəetmə təcrübəsi
olan.
DİREKTOR
MÜAVİNİ
Əmək
funksiyası. Təlim-tərbiyə və metodiki işlərin, innovativ
layihələrin, təsərrüfat işlərinin həyata keçirilməsini
təşkil edir. Fəaliyyət sahəsinə uyğun olaraq plan və
proqramların yerinə yetirilməsi üzrə pedaqoji işçilərin
metodiki fəaliyyətini istiqamətləndirir. Tədris
prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər
verir. Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması,
pedaqoji heyət və valideynlərlə əlaqəli işin təşkili
istiqamətində fəaliyyət göstərir. Müəssisənin
maddi bazasının uçotunu, qorunmasını və artırılmasını, sanitar-gigiyena
rejimi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və
yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət
edir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; maliyyə-təsərrüfat
işlərini; idarəetmənin forma və metodlarını; yaş
psixologiyasını; tədris plan və proqramlarının tərtibinə
qoyulan tələbləri; əyani və texniki vasitələrdən,
informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali pedaqoji və ya
müvafiq ixtisas üzrə ali təhsil, 3 ildən az olmayaraq təhsil sahəsində əmək
stajı və ya pedaqoji stajı və idarəetmə təcrübəsi
olan.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
ŞÖBƏ (BÖLMƏ, KABİNET VƏ LABORATORİYA) MÜDİRİ
Əmək
funksiyası. Struktur bölmənin fəaliyyətinə rəhbərlik
edir, ona tabe olan işçilərin iş keyfiyyətinə nəzarət
edir. Tədris planı və proqramların yerinə yetirilməsini təmin
edir, struktur bölmənin işinin nəticələrini ümumiləşdirir,
təhlil edir və onun yaxşılaşdırılması üçün təkliflər verir.
Kütləvi tədbirlərin keçirilməsi üzrə metodiki işə
və proqram-metodiki materialların hazırlanmasına rəhbərlik edir.
Metodiki işin səmərəliliyini artırmaq üçün metodistlərin işini
əlaqələndirir və istiqamətləndirir. Müəssisənin
maddi-texniki bazasının inkişafını və möhkəmləndirilməsini,
avadanlıqların işlək vəziyyətdə saxlanılmasını,
sanitariya-gigiyena tələblərinin gözlənilməsini, əməyin
mühafizəsi qaydalarına əməl edilməsini təmin edir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təşkilatçılıq
və idarəetmənin əsaslarını; tədris planı və
proqramlarının məzmununu; fəaliyyətin planlaşdırılmasını; kütləvi
tədbirlərin təşkili və keçirilməsinə rəhbərliyi;
əyani və texniki vasitələrdən, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali pedaqoji və ya müvafiq ixtisas üzrə ali təhsil.
13-cü dərəcə: 3 ildən az olmayaraq əmək
stajı;
14-cü dərəcə:
5 ildən
az olmayaraq əmək stajı.
MÜTƏXƏSSİSLƏR
METODİST
Əmək
funksiyası. Təhsil müəssisəsinin fəaliyyət istiqamətləri
üzrə işlərin vəziyyətini öyrənir, təhlil edir,
onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər
verir, bu istiqamətdə pedaqoji heyət və təhsil müəssisələrinə
kömək göstərir. Müəssisənin fəaliyyət sahəsi
üzrə metodik tövsiyə, vəsait, tədris plan və
proqramları, tədris-metodiki sənədlərini hazırlayır və
təsdiq edilməsini təşkil edir. Müəssisələrin
pedaqoji heyətinin iş təcrübəsini öyrənir, ümumiləşdirir
və yayılmasını təmin edir. Metodik bölmələr üzrə
seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər
və müzakirələr keçirir, sərgilər, baxış-müsabiqələr,
olimpiada və toplanışlar təşkil edir. İstedadlı məktəblilərin
fərdi sərgilərini, çıxışlarını təşkil edir, onları mətbuat
vasitəsilə təbliğ edir. Dərnək, klub, studiya və
s. birliklərə uşaqların cəlb olunmasını təşkil edir,
onların yaradıcılığının, fərdi qabiliyyətinin inkişaf etdirilməsi,
maraq və meyllərinin düzgün istiqamətləndirilməsi,
asudə vaxtlarının səmərəli və maraqlı təşkili
üçün şərait yaradır. Şagirdlərin dərsdən sonrakı fəaliyyətinin
təşkili üzrə məktəblilərlə, valideynlərlə,
uşaq yaradıcılıq müəssisələrinin işçiləri ilə məsləhət
xarakterli işlər aparır.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu;
metodik tövsiyə, vəsait, tədris planı və proqramlarının işlənib
hazırlanmasını; metod birləşmələrin təşkili prinsipləri
və metodiki işin məzmununu; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
ali pedaqoji və ya
sahə üzrə ali təhsil.
11-ci
dərəcə: 5 ilədək
əmək stajı;
12-ci
dərəcə: 5 ildən az
olmayaraq əmək stajı;
13-cü
dərəcə: 12-ci
dərəcəli metodist vəzifəsində 2 il əmək
stajı;
14-cü
dərəcə: 13-cü
dərəcəli metodist vəzifəsində 2 il əmək
stajı.
IV. ALİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ
RƏHBƏRLƏR
REKTOR
Əmək funksiyası. Ali təhsil müəssisəsinin adından
fəaliyyət göstərir. Bütün orqanlarda, yuxarı təşkilatlarda,
idarələrdə, müəssisələrdə və s. onu
təmsil edir, müqavilələr bağlayır; etibarnamələr
verir, bankda hesab açır. Ali təhsil müəssisələrinin
İşçilərin fəaliyyəti ilə, doktorantların və tələbələrin
tədris məsələləri ilə bağlı olan
əmrlər, sərəncamlar və göstərişlər verir.
Prorektorların konkret vəzifələrini müəyyən edir
və iş bölgücü əsasında səlahiyyətlərinin
bəzilərinin icrasını onlara vermək üçün əmrlər verir.
Təhsil sahəsində həyata keçirilən beynəlxalq
proqramlara tələbələrin fəal cəlb olunması,
distant təhsilin ali təhsil müəssisələrində geniş
tətbiq olunmasını təmin edir. Təhsildə keyfiyyətin
yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir,
adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin
təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə
də innovativ fəaliyyəti təşviqləndirən qrant
maliyyələşdirməsinin tətbiqini genişləndirir. Ali təhsil
müəssisələri üçün universitet şəhərciklərinin
(kampusların) və müvafiq texnoparkların yaradılması üçün
tədbirlər görür. Beynəlxalq elmi əlaqələri
genişləndirir, elmin informasiya təminatını gücləndirir.
Əmək qanunvericiliyinə uyğun olaraq ali təhsil
müəssisəsinin fəhlə və qulluqçularını işə götürür
və işdən azad edir, kadrların seçilməsini və yerləşdirilməsini
həyata keçirir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan
Respublikasının qanunlarını; elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirilməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını, tibbi
gigiyena normalarını; təhsilin iqtisadiyyatının və
maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
elmi dərəcəsi və elmi
adı, müvafiq
profilli təhsil müəssisələrində pedaqoji və ya rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı,
ali təhsil müəssisəsində iş təcrübəsi.
17-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
18-ci dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
19-cu dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
ALİ TƏHSİL
MÜƏSSİSƏSİ FİLİALININ DİREKTORU
Əmək funksiyası. Tədris, tədris-metodiki və elmi
işlərə rəhbərlik edir; fakültə və kafedraların
işinə istiqamət verir. Filialın tərkib hissəsi olduğu ali
təhsil müəssisəsinin keçirdiyi tədbirlərdə
(konfrans, müşavirə və iclaslarda) iştirak edir və filial üçün
elmi-pedaqoji kadrların hazırlanmasını və onların ixtisasının
artırılmasını nəzarətdə saxlayır. Tələbə elmi
cəmiyyətinin, tədris və elmi tədqiqat
laboratoriyalarının normal işinə şərait yaradır, filialda
öyrədilən ixtisaslar üzrə tədris planlarının hazırlanmasına
və həyata keçirilməsinə rəhbərlik edir.
Təhsil sahəsində həyata keçirilən beynəlxalq
proqramlara tələbələrin fəal cəlb olunması,
distant təhsilin ali təhsil müəssisələrində geniş
tətbiq olunmasını təmin edir. Təhsildə keyfiyyətin
yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir,
adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin
təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə
də innovativ fəaliyyəti təşviqləndirən qrant
maliyyələşdirməsinin tətbiqini genişləndirir. Ali
təhsil müəssisələri üçün universitet
şəhərciklərinin (kampusların) və müvafiq texnoparkların
yaradılması üçün tədbirlər görür. Beynəlxalq elmi
əlaqələri genişləndirir, elmin informasiya təminatını
gücləndirir. Kadrların seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir. Tabe olduğu ali
təhsil müəssisəsinin qarşısında hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
və elm sahəsinə aid Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasınin təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını,
elmi tədqiqat işlərinin nəticələrinin tədris
prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;
ali məktəb pedaqogikasını və psixologiyasını, tibbi gigiyena
normalarını; tədris planlarını; təhsilin
iqtisadiyyatının və maliyyə-təsərrüfat
fəaliyyətinin əsaslarını; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və elmi adı, müvafiq profilli təhsil
müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə
5 ildən az olmayaraq əmək stajı.
16-cı
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi;
17-ci
dərəcə: professor elmi adı
və ya elmlər doktoru elmi dərəcəsi.
TƏDRİS MƏSƏLƏLƏRİ
ÜZRƏ PROREKTOR
Əmək funksiyası. Müəssisələrin, fakültə və
kafedraların tədris, tədris-metodiki və tərbiyəvi
işlərin təşkilinə, tədris-köməkçi qurumların
(tədris emalatxanaları, tədris təsərrüfatları və s.)
işinə rəhbərlik edir. Təhsil sahəsində
həyata keçirilən beynəlxalq proqramlara
tələbələrin fəal cəlb olunması, distant
təhsilin ali təhsil müəssisələrində geniş
tətbiq olunmasını təmin edir. Təhsildə keyfiyyətin
yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir,
adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin
təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə
də innovativ fəaliyyəti təşviqləndirən qrant
maliyyələşdirməsinin tətbiqini genişləndirir. Ali
təhsil müəssisələri üçün universitet şəhərciklərinin
(kampusların) və müvafiq texnoparkların yaradılması üçün
tədbirlər görür. Beynəlxalq elmi əlaqələri
genişləndirir, elmin informasiya təminatını gücləndirir.
Tələbələrin tədrisinə və ixtisas
üzrə təcrübələrinin
keçirilməsinə nəzarət edir, tədris-metodiki
konfransların təşkilinə rəhbərlik edir.[8]
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını,
ixtisaslar üzrə dövlət standartları, tədris planları və
proqramlarının tərtibi və tətbiqini; tibbi-gigiyena normalarını;
ali təhsil sahəsindəki son nailiyyətləri; təhsilin
iqtisadiyyatı və maliyyə-təsərrüfat fəaliyyətinin
əsaslarını; tədris prosesinin təşkili və idarə
olunması məsələlərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və ya elmi adı, müvafiq profilli təhsil
müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə
5 ildən az olmayaraq əmək stajı.
16-cı dərəcə: təhsilalanların sayı 2000
nəfərdən az olduqda;
17-ci dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
18-ci dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
ELM VƏ İNNOVASİYA
MƏSƏLƏLƏRİ ÜZRƏ PROREKTOR
Əmək funksiyası. Elmi-metodiki və elmi işlərə
rəhbərlik edir. Kafedraların elmi-metodiki və elmi-tədqiqi
işlərini, elmi konfransları təşkil edir. Doktorantların
(tədqiqatçıların) hazırlanmasına və elmi-pedaqoji kadrların
ixtisasının artırılmasına nəzarət edir. Beynəlxalq elmi
əlaqələri genişləndirir, elmin informasiya təminatını
gücləndirir. Elmi nailiyyətlərin tətbiqi üzrə
tədbirlər görür. Tələbə elmi
cəmiyyətlərinə, elmi tədqiqat bölməsinə,
elmi tədqiqat laboratoriyalarına rəhbərlik edir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; sosial-iqtisadi inkişaf tələblərinə
uyğun bilik və bacarığa malik mütəxəssis
yetişdirməsinə olan tələbləri; ali təhsil
üzrə təsdiq edilən dövlət təhsil standartlarını
və proqramlarını (kurikulumları); aparılan elmi tədqiqatların müasir
standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat
işlərinin nəticələrinin tədris prosesində və
istehsalatda tətbiqinin təşkil olunmasını; ali məktəb
pedaqogikasını və psixologiyasını; xarici ölkələrin elm
sahəsindəki nailiyyətlərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və ya elmi adı, müvafiq profilli təhsil
müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə
5 ildən az olmayaraq əmək stajı.
16-cı
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi və dosent elmi adı;
17-ci
dərəcə: elmlər doktoru
elmi dərəcəsi.
SOSİAL
MƏSƏLƏLƏR VƏ İCTİMAİYYƏTLƏ
ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR
Əmək funksiyası. Ali təhsil müəssisəsində sosial
məsələlərin həllinə rəhbərlik edir.
Fakültə və kafedralarda, digər struktur
bölmələrdə sosial işləri əlaqələndirir, ona nəzarət
və rəhbərliyi həyata keçirir.
Tələbələrin tədris prosesində və
dərsdən kənar vaxtlarda tərbiyəsi ilə bağlı
keçirilən tədbirlərə və tələbə,
magistrant və doktorantların ali təhsil müəssisəsinin
yataqxanalarında yerləşdirilməsinə nəzarət edir
və istiqamət verir. Sosial məsələlərlə bağlı
keçirilən tədbirlərdə iştirak edir. Ali təhsil
müəssisəsinin sosial yönümlü tədbirlərini digər ali
təhsil müəssisələrində aparılan sosial yönümlü
işlərlə əlaqələndirir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının qərarlarını, əmr və sərəncamlarını;
sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və
bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını;
müəllim-tələbə münasibətlərinin əsaslarını;
tərbiyə sahəsində yenilikləri; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və təhsil müəssisələrində
tədris, təlim-tərbiyə prosesində 5 ildən az
olmayaraq əmək stajı.
16-cı
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi;
17-ci dərəcə: elmlər doktoru elmi dərəcəsi.
BEYNƏLXALQ
ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR
Əmək funksiyası. Xarici ölkələrin təhsil və elm
müəssisələri, təhsil sahəsində
fəaliyyət göstərən beynəlxalq təşkilatlarla
birbaşa əlaqələrin yaradılmasını, beynəlxalq
səviyyəli tədbirlərdə ali təhsil
müəssisəsinin nümayəndələrinin iştirakını
əlaqələndirir və təmin edir. Azərbaycan
Respublikası Təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanı vasitəsilə beynəlxalq proqram və
layihələrdə ali təhsil müəssisəsinin iştirakını
təmin etmək üçün tədbirləri həyata keçirir. Xarici
ölkələrdən olan tələbələrin
tədris-tərbiyə və metodiki işlərinə
rəhbərlik edir. Ali təhsillə bağlı beynəlxalq təcrübəni,
tədris-tərbiyə işlərinin məzmun və
xüsusiyyətlərini öyrənir, tətbiqi ilə bağlı
tədbirlər görür.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahəsinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının qərarlarını,
əmr və sərəncamlarını; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını; ali təhsilin
inkişafı sahəsində beynəlxalq təcrübəni; xarici
ölkələrdən olan tələbələrin milli
xüsusiyyətlərini; xarici dillərdən birini, tədris
planları və proqramlarının hazırlanması işini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və ya elmi adı, təhsil müəssisələrində
pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən
az olmayaraq əmək stajı, idarəetmə
təcrübəsi.
15-ci
dərəcə: xarici
tələbələrin sayı 300 nəfərə qədər
olduqda;
16-cı
dərəcə: xarici
tələbələrin sayı 300 və daha çox olduqda.
MALİYYƏ-TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR[9]
Əmək funksiyası: Ali təhsil müəssisəsinin maliyyə, iqtisadi, təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Müəssisənin auditoriyalarında kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda
sanitar-gigiyena vəziyyətinə və müəssisədaxili intizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təmin edir. Təmir-tikinti və digər maddi-texniki təchizat işlərinə nəzarət edir. Müxtəlif mal, iş və xidmətlərin mövcud
qanunvericiliyin tələblərinə uyğun satın alınmasını təşkil edir. Tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görür. Rəhbərliyin tapşırığı ilə maliyyə-təsərrüfat işləri üzrə digər məsələləri həll edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını;
elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin aidiyyəti fərman və sərəncamlarını; maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı mühasibat uçotunun təşkilini, maliyyə hesabatlarının, vergi və digər hesabatların əsaslarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsil müəssisələrində maliyyə və iqtisadi məsələlərə, təhsil müəssisələrinin tikintisi, təmiri və digər maddi-texniki
təchizatına dair qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının
aidiyyəti qərarlarını, əmr və sərəncamlarını; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını; texnika və texnologiya
sahəsindəki yenilikləri, əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.[10]
Ödəniş dərəcələrinə ixtisas tələbləri: iqtisadiyyat
ixtisas qrupu üzrə ali təhsil, maliyyə və təsərrüfat sahəsində 3 ildən az olmayaraq əmək stajı.
14-cü dərəcə: təhsilalanların sayı 2000 nəfərdən az olduqda;
15-ci dərəcə: təhsilalanların sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
16-cı dərəcə: təhsilalanların
sayı 5000 və daha çox
olduqda.
FİLİAL DİREKTORUNUN MÜAVİNİ
Əmək funksiyası. Tədris-tərbiyə işlərinə
rəhbərlik edir. Elmi Şuranın katibi kimi ictimai iş aparır. Təhsil proqramları və
tədris planlarına uyğun olaraq tədris proqramlarının
tətbiqinə rəhbərlik edir. Tədris
prosesinə və tələbələrin ixtisas üzrə
təcrübəsinə nəzarət edir. Dekanlarla birgə dərs
cədvəlini hazırlayıb rəhbərin təsdiqinə verir.
Tədris məşğələlərində, semestr imtahanlarında
iştirak edir, müəllimlərə elmi-metodiki köməklik göstərir,
onların fərdi planlarının yerinə yetirilməsinə
nəzarət edir. Kafedralarda elmi-tədqiqat işlərinin vaxtında
müzakirə olunmasına və təhvil verilməsinə
nəzarət edir. [11]
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını,
fakültə və kafedraların fəaliyyət
istiqamətlərini; metodiki tövsiyələrdən istifadə
etməyi; tədris planlarının və proqramlarının tərtibi
və iş planlarının hazırlanmasını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və elmi adı, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi.
Aylıq vəzifə
maaşı ali təhsil müəssisəsi filialının direktorunun vəzifə
maaşından 10-20% aşağı məbləğdə müəyyən edilir.
FAKÜLTƏ DEKANI
Əmək funksiyası. Tədris, tərbiyə və elmi
işlərə, təhsil proqramlarının və tədris planlarının
yerinə yetirilməsinə rəhbərlik və fakültə
Elmi Şurasına sədrlik edir. Tədris prosesinin və imtahanların
düzgün təşkilinə və gedişinə nəzarət edir.
Fakültə Elmi Şurasında vəzifələrin tutulması üçün
seçkilərin (dosent, baş müəllim, müəllim, assistent və s.)
keçirilməsinə rəhbərlik edir. Metodiki işin aparılmasına,
elmi konfrans və seminarların təşkilinə nəzarət edir.
Ali təhsil müəssisəsinin rəhbərinə və Elmi
Şurasına təkliflərlə müraciət edir. İstehsalatla
əlaqələri və beynəlxalq əməkdaşlığı
təşkil etmək məqsədilə təkliflər verir
və bu işləri təmin edir. Elmi-pedaqoji, eləcə də
tədris-yardımçı heyətinin seçilib yerləşdirilməsinə
nəzarət edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahəsinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını,
metodiki tövsiyələri; tədris plan və proqramlarının
tərtibini; tədris-tərbiyə sahəsində xarici
ölkələrdə qazanılmış son nailiyyətləri; tələbələrə
təqaüdün müəyyənləşdirilməsini;
tələbələrin tərbiyəsi və istirahəti
üçün tədbirlərin təşkili işini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi.[12]
Kafedrada tutduğu vəzifənin aylıq
vəzifə maaşının 10% məbləğində əlavə
ödənilir.
FAKÜLTƏ DEKANININ
MÜAVİNİ
Əmək funksiyası. Tədris-tərbiyə və elmi
işlərin gedişinə rəhbərlik edir. Tədris
prosesinə, tələbələrin ixtisas
üzrə təcrübəsinə,
tədrisin keyfiyyətinə nəzarət edir,
müəllimlərin tədris məşğələlərində
iştirak edir, onlara metodiki köməklik göstərir, semestr
imtahanlarının keçirilməsində iştirak edir. Kafedralarda
elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil
verilməsinə nəzarət edir. Dekanlıqda, kafedralarda
tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir.
Tələbələrin tədris, tərbiyə və elmi
fəaliyyətini istiqamətləndirir. [13]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə
çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində və istehsalatda tətbiqinin təşkil
olunmasını; ali məktəb pedaqogikasını və psixologiyasını,
tədris plan və proqramlarının tərtibini;
tədris-tərbiyə sahəsində xarici
ölkələrdə qazanılmış son nailiyyətləri;
tələbələrin tərbiyəsi və istirahəti
üçün tədbirlərin təşkili işini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: fakültənin profilinə uyğun baza təhsili, ən azı 3 il elmi-pedaqoji təcrübəsi.[14]
Dekan vəzifəsinə görə
verilən haqdan 10% aşağı haqq ödənilir.
KAFEDRA MÜDİRİ
Əmək funksiyası. Təhsilalma formaları üzrə
mühazirələrin, laborator, praktik seminar
məşğələlərinin və s. təşkili və
keçirilməsi üzrə kafedra üzvlərinə rəhbərlik
edir. Yekun dövlət attestasiyasına, ixtisas üzrə təcrübəyə, kurs və buraxılış işləri
layihələrinə, tələbələrin sərbəst
işlərinə, imtahanların keçirilməsinə,
tələbələr arasında tərbiyəvi işlərin
təşkilinə rəhbərlik edir; professor-müəllim
heyətinin dərs yükünün bölgüsünü aparır, onun müzakirəsi və
təsdiqini təşkil edir. Professor-müəllim heyətinin
fərdi və təqvim planlarını təsdiq edir. Təsdiq olunan
fənlər üzrə tədris proqramlarının işlənib
hazırlanmasına rəhbərlik edir və onları təsdiq etdirir. Bu
proqramlara uyğun dərsliklərin, tədris metodiki və
tədris vəsaitlərinin hazırlanmasını təmin edir. Təsdiq
olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və
tələbələrin elmi-tədqiqat işləri aparmasına
şərait yaradır, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini
keçirir və onların nəticələrinin istehsalata tətbiqinə
nəzarət edir. Professor-müəllim heyəti seçkiləri
ilə bağlı kafedrada müzakirə təşkil edir. Digər ali
təhsil müəssisəsinin rəhbərliyinin göndərişi
ilə daxil olmuş tədqiqatçıların, eləcə də kafedra
əməkdaşlarının müdafiəyə təqdim etdiyi dissertasiyaların
müzakirəsini təşkil edir. Kafedra üzvlərinin ixtisasartırmaya
(yaxud stajkeçməyə) göndərilməsi üçün təkliflər
verir.[15]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik
mütəxəssis yetişdirməsinə olan tələbləri;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); aparılan elmi
tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını,
elmi tədqiqat işlərinin nəticələrinin tədris
prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;
ali məktəb pedaqogikasını və psixologiyasını, tədris
planlarının və proqramlarının tərtibini; tədris olunan hər
bir fənn üzrə proqramların, laborant-texniki heyətinin və
professor-müəllim heyətinin görəcəyi auditoriyadan
kənar işlərin məzmununu; müəllim və
tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik
məsələlərini; təhsil müəssisələrinin
qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını;
tədris prosesində təlimin texniki vasitələrindən
istifadəni; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi.[16]
Kafedrada tutduğu vəzifə üzrə
vəzifə maaşının 10%-i məbləğində əlavə haqq
ödənilir.
PROFESSOR
Əmək funksiyası. Tədris planlarına və proqramlarına uyğun
olaraq ixtisaslar üzrə mühazirələr aparır, praktik, laborator
və seminar məşğələlərinə rəhbərlik
edir, dosent, baş müəllim, müəllim və
assistentlərin, habelə tabeliyində olan laborant və
texniki heyətin fəaliyyətinə istiqamət verir. İxtisas
üzrə təcrübəyə rəhbərlik
edir, tələbələrin kurs və buraxılış işi
layihələrinə, sərbəst işlərinə
rəhbərlik edir. Aralıq və buraxılış imtahanlarını qəbul
edir, fərdi plana uyğun olaraq elmi-tədqiqat işini yerinə
yetirir, digər müəllimlərin elmi işlərinə,
dissertasiyalara rəy verir. Doktorant və dissertantların,
tələbələrin elmi-tədqiqat işlərinə
rəhbərlik edir, tələbələrlə
tərbiyə işlərinin təşkili ilə əlaqədar
tədbirlər görür. Dərslik, dərs vəsaitləri,
metodik tövsiyələr yazır, proqramlar tərtib edir. Tədqiq
etdiyi problemlərlə bağlı respublika və xarici ölkələrdə
keçirilən simpoziumlarda, konfranslarda, müşavirələrdə
və digər elmi məclislərdə məruzə və
məlumatlarla çıxışlar edir, elmi məqalələr yazır və dərc
etdirir.[17]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; metodik tövsiyələri, tədris planlarının və
proqramlarının tərtibini, müəllimlərin, laborant-texniki
heyətin vəzifələrini, dərslik, dərs
vəsaitlərinin işlənib hazırlanmasını, elmi tədbirlərin
(simpozium, konfrans, müşavirə və s.) təşkilini və ona
rəhbərliyi, elmi təşkilatlar, mərkəzlər və
alimlərlə əlaqələrin yaradılmasını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi və ya elmi adı.
16-cı
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi və ya elmi adı;
17-ci
dərəcə: elmlər doktoru
elmi dərəcəsi;
18-ci
dərəcə: elmi rütbə.
DOSENT
Əmək funksiyası. Tədris planlarına uyğun olaraq
mühazirələr, seminar, laborator və praktik
məşğələlər aparır, ixtisas üzrə təcrübəyə rəhbərlik edir. Kurs və buraxılış
işləri layihələrinə rəhbərlik edir,
tələbələrdən aralıq və buraxılış imtahanları
qəbul edir. Kafedranın təsdiq olunmuş elmi-tədqiqat planlarına
uyğun olaraq elmi iş aparır; elmi-tədqiqat işlərinə və
dissertasiyalara rəy verir. Tələbələrin
elmi-tədqiqat işlərinə rəhbərlik edir. Tələbələrlə
tərbiyə işləri ilə bağlı tədbirlər görür.
Dərslik, dərs vəsaitləri, metodik tövsiyələr
yazır, proqramlar tərtib edir, elmi məqalələr yazır və
dərc etdirir.[18]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tələbələrlə davranış qaydalarını;
onlarla işin psixoloji xüsusiyyətlərini; elmi-tədqiqat
işlərinin aparılmasını, eksperimental tədqiqatların aparılmasını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: təhsil ixtisasları qrupu üzrə magistratura və ya ona
bərabər tutulan ali təhsil.
14-cü
dərəcə: elmi
dərəcəsi olmadıqda;
15-ci
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi;
16-cı
dərəcə: elmlər doktoru
elmi dərəcəsi.
BAŞ MÜƏLLİM
Əmək funksiyası. Tədris planlarına və fərdi plana
uyğun olaraq mühazirə, seminar, laborator və praktik
məşğələlər aparır; ixtisas üzrə təcrübəyə, kurs və diplom işi
layihələrinə rəhbərlik edir,
tələbələrdən aralıq və buraxılış imtahanlarını qəbul
edir. Elmi-tədqiqat işi aparır; elmi-tədqiqat işlərinə
və dissertasiyalara rəy verir. Tələbə
elmi-tədqiqat işlərinə rəhbərlik edir,
tələbələrin tərbiyəsi ilə bağlı
tədbirlər görür.[19]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tələbələrlə davranış qaydalarını;
tələbələrlə işin psixoloji xüsusiyyətlərini;
elmi-tədqiqat işlərinin aparılmasını, eksperimental
tədqiqatların aparılmasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: təhsil ixtisasları qrupu üzrə magistratura və ya ona
bərabər tutulan ali təhsil.
13-cü
dərəcə: elmi dərəcəsi
olmadıqda;
14-cü
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi.
TƏDRİS
ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Ali təhsil müəssisəsinin
fakültə və kafedralarında tədris işlərini təşkil edir.
Tədris yüklərinə dair tapşırıqları fakültələrə
çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına
nəzarət edir. Kafedralarda professor-müəllim, eləcə
də tədris-yardımçı heyət ştatlarının
müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik
məlumatların hazırlanması və göndərilməsinə,
tədris şöbəsinin (hissənin) işçilərinin
fəaliyyətinə istiqamət verir və rəhbərlik
edir. Tələbələrin tədris planına uyğun
dərslərinin keçirilməsini təşkil edir.
Tələbələrin biliyinin cari və aralıq
qiymətləndirilməsinə, akademik borcların ləğvinə,
məsləhət saatlarının təşkilinə və keçirilməsinə,
tələbələrin dərsə davamiyyətinə
nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı
bütün məsələlərin həllində iştirak edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;
professor-müəllim heyəti arasında dərs yükünün bölünməsi
şərtlərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi.
12-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
14-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
KEYFİYYƏTİN
TƏMİNATI ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Ali təhsil müəssisəsinin
fakültə və kafedralarında keyfiyyətin təminatı
məsələlərinin təşkilinə rəhbərlik edir.
Təhsil proqramlarının keyfiyyətinə,
təhsilverənlərin fəaliyyətinin
qiymətləndirilməsinə və təhsilalanların bilik
və bacarıqlarının səviyyəsinə nəzarəti
həyata keçirir. Tədrisin keyfiyyətinin
yüksəldilməsinə nail olmaq üçün tələbələrlə
görüşərək onlarla sorğuların keçirilməsini təşkil edir.
Keyfiyyətin yüksəldilməsinə dair təkliflər verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi.
12-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
14-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
QEYDİYYAT ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Ali təhsil
müəssisəsinə qəbul olunmuş tələbələrin
qeydiyyatının aparılmasına, şəxsi işlərinin qəbulu və
saxlanılması prosesinə və tələbələrlə
müqavilələrin bağlanmasına nəzarət edir. Ali təhsil
müəssisəsində qəbulun keçirilməsinin hazırlanması və təhsil
alan tələbələrlə bağlı sənədləşmə
(qəbul edilmə, köçürülmə, xaric edilmə, bərpa
edilmə, akademik məzuniyyətin verilməsi və s.)
işlərinin aparılmasına rəhbərlik edir. Tədris prosesinin təşkili ilə bağlı
məlumatların və sənədlərin (akademik arayışlar,
transkriptlər) tələbələrə təqdim
edilməsi prosesini təşkil edir. İxtisaslar üzrə
tədris-metodiki sənədlərin (ixtisasın tədris qrafiki,
illik işçi planları, tələbələrin fərdi tədris
planları) tərtib edilməsinə və saxlanmasına
nəzarət edir. Ali təhsil
müəssisəsinə yeni qəbul olunmuş
tələbələrin fərdi tədris planlarının
hazırlanmasına, digər tələbələrə isə
fərdi tədris planlarının doldurulmasına dair tövsiyələrin
verilməsi və onların qəbulu prosesinə rəhbərlik
edir. Ali təhsil müəssisəsinin rəhbərliyi
tərəfindən təşkil olunan nəzarət komissiyalarının
işində iştirak edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tədris planlarının və proqramlarının tərtibini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi.
12-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
14-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
MONİTORİNQ VƏ
QİYMƏTLƏNDİRMƏ ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Ali təhsil
müəssisəsində tələbələrin
biliyinin cari, aralıq və yekun
qiymətləndirilməsinin keçirilməsini təmin edir, akademik
borcların ləğvini və
qiymətləndirməni, imtahan sessiyası müddətində
tələbələrin imtahan vərəqələrinin
kodlaşdırılması və yoxlanmasını təşkil edir.
Təhsilin
keyfiyyətinin yüksəldilməsi və tədrisin
təşkilində mütərəqqi forma və metodların tətbiqi
məqsədilə monitorinqlərin keçirilməsinə, sistemli
təhlillər apararaq zəruri təkliflərin hazırlanmasına
rəhbərlik edir.
Şöbənin qarşısına
qoyulmuş vəzifələrin vaxtında, yüksək keyfiyyətlə
həyata keçirilməsi və icra intizamına əməl olunmasına
nəzarət edir. Şöbənin fakültələrlə,
eləcə də digər şöbələrlə qarşılıqlı əlaqədə
fəaliyyət göstərməsini tənzimləyir, bu
istiqamətdə ali təhsil müəssisəsinin
rəhbərliyinə təkliflər irəli sürür.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, müasir monitorinq və qiymətləndirmə
modellərini; monitorinq və qiymətləndirmə
vasitələrinin hazırlanmasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi.
12-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
14-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
TƏCRÜBƏ
VƏ MƏZUNLARLA İŞ ŞÖBƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Ali təhsil müəssisəsini bitirmiş
məzunlara təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanından təhsil haqqında dövlət
sənədlərinin (diplomların) və onların
əlavələrinin alınması, qeydiyyatı, saxlanması və uçotunun
aparılması işlərinə rəhbərlik edir. Məzunların
şəxsi işlərinin şöbədə saxlanılmasına nəzarət
edir. Ali təhsil müəssisəsində əmək bazarının
tələb və ehtiyaclarına uyğun kadr hazırlığının aparılmasına,
məzunlara karyera imkanları haqqında məlumatların təqdim
olunmasına, müəyyən tövsiyələrin verilməsi, onların
işlə təmin olunması məsələlərinə nəzarət
edir.
Ali təhsil müəssisəsində
təcrübənin təşkili, aparılması və yekunlaşdırılmasına ümumi
rəhbərliyi həyata keçirir, nazirlik, komitə, idarə,
müəssisə, təşkilat və digər dövlət qurumlarına tələbələrin
ixtisas üzrə təcrübəsini
təşkil etmək üçün sifarişlər verir; hər il
təcrübə bazaları ilə müqavilələr bağlayır,
təcrübənin keçirilməsi qrafiklərini və proqramlarını
təcrübə bazaları ilə razılaşdırır; təcrübə
rəhbərlərini kafedra müdiri və dekanlıqla birlikdə
müəyyən edir və onları təlimatlarla təmin edir;
təcrübə ilə bağlı keçirilən bütün
tədbirlərdə iştirak edir.[20]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;
təcrübə bazalarının iş xüsusiyyətlərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, tədris, təlim-tərbiyə
prosesində pedaqoji iş
təcrübəsi olan.
12-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
14-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
HÜQUQ ŞÖBƏSİNİN
MÜDİRİ
Əmək funksiyası. Ali təhsil müəssisəsində
qanunvericiliyin tələblərinin gözlənilməsini,
müəssisənin və işçilərin qanuni hüquqi maraqlarının
müdafiəsini təmin edir. Ali təhsil müəssisəsində
hazırlanmış layihələrin qanunvericiliyin
tələblərinə uyğunluğunu təmin edir, bu
sənədlərin hazırlanmasında iştirak edir.
Müəssisədə əmək intizamını
möhkəmləndirmək üçün tədbirlərin həyata
keçirilməsində iştirak edir. Ali təhsil müəssisəsi
tərəfindən verilmiş əmrlərin və hüquqi aktların
tətbiqi ilə bağlı icraçılara məsləhətlər verir.
İctimai təşkilatlara köməklik göstərir. Hüquqi bilikləri
təbliğ edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tədris planlarının və proqramlarının tərtibini;
mülki, inzibati və əmək qanunvericiliyini; tədris
müəssisəsinin təsərrüfat-maliyyə fəaliyyəti
haqqında hesabatların tərtibi və uçotunun aparılmasını;
müqavilələrin tərtibi və bağlanmasını; istehsalatın və
idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
14-cü
dərəcə: ali
hüquq təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq
əmək stajı.
KADRLAR ŞÖBƏSİNİN
MÜDİRİ
Əmək funksiyası. Müəssisənin kadrlarla təmin olunması
işinə rəhbərlik edir. Müəssisənin iqtisadi və
sosial inkişaf planları əsasında kadrlara tələbatının
müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində
iştirak edir. Əməkhaqqının düzgün hesablanması, işdən azad
olunma, bir işdən digərinə keçirilmə ilə
əlaqədar müraciət edən təhsil işçilərini
qəbul edir, kadrların yerləşdirilməsi və onlardan
təyinatı üzrə düzgün istifadə olunması məsələlərinə
nəzarət edir. Müəssisə rəhbəri ilə
birlikdə gənc mütəxəssislərin işlə təmin
olunması, staj keçməsi məsələləri ilə məşğul
olur. Vəzifə və ixtisas dərəcələrini
artırmaq üçün mütəxəssislərin işgüzarlıq keyfiyyətini
öyrənir. Təhsil işçilərinin ixtisasının artırılması işinin
təşkilində iştirak edir. İşçilərlə əmək
münasibətlərinin əmək qanunvericiliyinə uyğun
tənzimlənməsi üçün kadr
sənədləşmələrini aparır. Həmkarlar təşkilatı
ilə birlikdə müəssisə işçilərinə və onların
ailələrinə pensiya təyin etmək üçün zəruri olan
sənədlərin hazırlanmasını və sosial təminat
orqanlarına verilməsini təmin edir. Şöbənin işlərinə
metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar,
əmr və göstərişlərin bölmə rəhbərləri
tərəfindən icra olunmasına nəzarət edir. Bütün
kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının
təkmilləşdirilməsi üzrə tədbirlər görür.
Kadrlarla işlərin vəziyyətini öyrənir və
ümumiləşdirir, kadr axıcılığını, üzrsüz işburaxma hallarını və
digər əmək intizamı pozuntularını təhlil edir,
əmək qanunvericiliyinə uyğun intizam tənbehi
tədbirlərinin tətbiqi haqqında sənədləşməni
aparır, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında
təkliflər hazırlayır, fəhlə və qulluqçuların işə
düzəldilməsi üzrə tədbirlər görür; tabel uçotunu,
ezamiyyə qrafiklərinin tərtibi və yerinə
yetirilməsini təşkil edir, şəxsi işlərin və
əmək kitabçalarının mövcud tələblərə uyğun
tərtibini təmin edir.[21]
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, təhsil müəssisəsinin şəxsi heyətinin
uçotunun aparılmasını; müəssisənin işçilərinə və
onların ailələrinə pensiya təminatının
rəsmiləşdirilməsi üçün tələb olunan
sənədlərin tərtibini; tabel uçotunun təşkilini;
peşəyönümü işini, iqtisadiyyatın əsaslarını, istehsalatın və
idarəetmənin təşkilini; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, 5 ildən az olmayaraq idarəetmə
işlərində əmək stajı olan.
11-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
12-ci dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
TƏDRİS
LABORATORİYASININ (EMALATXANASININ) MÜDİRİ
Əmək funksiyası. Laborant-texniki heyətlə birlikdə
laboratoriya cihaz və avadanlıqlarını tədris
məşğələlərində istifadə etmək üçün
hazırlayır. Laboratoriya işlərinin yerinə yetirilməsində tələbələrə
elmi-pedaqoji istiqamət verir.
Tədris-istehsalat emalatxanasının
fəaliyyətinə rəhbərlik edir; emalatxananın tikinti
materialları, alət və avadanlıqlarla təchiz olunmasını
təmin edir; tədris-istehsalat emalatxanalarında dərslərin
keçirilməsi üçün şərait yaradır.
Bilməlidir: Laboratoriyada saxlanılan cihaz və
avadanlıqların xüsusiyyətlərini, iş prinsipini; laboratoriyanın
profilinə uyğun fənnin məzmununu; emalatxanadakı cihaz,
dəzgah, alət və avadanlıqların xüsusiyyətlərini
və işləmə prinsipini; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini, müəllimlərə metodiki tövsiyə
verilməsini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.
11-ci
dərəcə: 3 ildən az
olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci
dərəcə: elmi
dərəcəsi və ya elmi adı olduqda.
TƏLƏBƏ
ŞƏHƏRCİYİNİN DİREKTORU; POLİKLİNİKANIN DİREKTORU; TEXNOPARKIN
DİREKTORU; QARAJIN DİREKTORU
və sair
tabelikdə olan digər qurumların rəhbərləri
Əmək funksiyası. Qurumun fəaliyyətinə
rəhbərlik edir, hesabatlar tərtib edir, avadanlıqların normal
istismarına, fonda daxil olan bütün əşyaların hesabatının aparılmasına
və qorunmasına nəzarət edir. İşçilərin
fəaliyyətini təşkil edir, əməyin mühafizəsinə
və sanitariya-gigiyena vəziyyətinə, təhlükəsizlik
texnikasının yerinə yetirilməsinə, aparılan təmir və
tikinti işlərinə nəzarət edir. Poliklinikanın
rəhbəri tələbələrin sağlamlığının, tibbi
müayinəsi ilə bağlı zəruri avadanlıqların əldə
olunması, onların saxlanılması və qorunmasına nəzarət edir.
Bilməlidir: “Təhsil haqqında”, “Elm haqqında” və
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən az olmayaraq əmək stajı; ali təhsil,
3 ildən az olmayaraq əmək stajı;
12-ci
dərəcə: ali
təhsil, 5 ildən az olmayaraq əmək stajı.
MÜTƏXƏSSİSLƏR
REKTORUN MƏSLƏHƏTÇİSİ
Əmək funksiyası. Ali təhsil müəssisəsinin elm və
tədris işlərinin təşkil olunmasında iştirak edir, yuxarı
orqanların və rəhbərliyin sərəncam, qərar,
əmr və göstərişlərinin icrasına nəzarət edir.
Struktur bölmələrdə qaldırılan məsələləri
öyrənir, müvafiq məsləhətlər verir. Ali təhsil
müəssisəsinin Elmi Şurasında, habelə rəhbərliyin
iştirakı ilə keçirilən müşavirələrdə irəli
sürülən təklifləri təhlil edir, qəbul olunan
qərarların icra vəziyyətini öyrənir, rəy və təkliflər
hazırlayır. Rəhbərliyin göstərişi ilə aparılan yoxlamaların
nəticələrini ümumiləşdirir və rəhbərə
məsləhət xarakterli məlumatlar hazırlayır və
qəbul günlərində ərizəçi və
şikayətçilərə müvafiq məsləhətlər verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
14-cü
dərəcə: elmi adı və elmi
dərəcəsi, pedaqoji və ya rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.
MÜƏLLİM (ASSİSTENT)
Əmək funksiyası. Təhsilalma formaları üzrə seminar,
laborator və praktik məşğələlər aparır. Kafedranın
tədqiq etdiyi problem üzrə elmi-tədqiqat işi aparır.
Tələbələrin sərbəst işlərinə
istiqamət verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tələbələrlə davranış qaydalarını;
onlarla işin psixoloji xüsusiyyətlərini; əməyin mühafizəsi,
təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
12-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 1
ildən az olmayaraq pedaqoji staj;
13-cü
dərəcə: fəlsəfə
doktoru elmi dərəcəsi.
Əmək funksiyası. Tələbələrin akademik
maraqlarını qoruyur və müdafiə edir. Tədris prosesinin
təşkili ilə bağlı zəruri məlumatları və
sənədləri tələbələrə təqdim edir.
Tələbələrin fərdi tədris və iş planlarının
tərtibi üçün onlara qrup halında və ya fərdi
məsləhətlər verir. İl ərzində müntəzəm
olaraq akademik məsləhətləşmələr təşkil
edir.
Tələbələrin fərdi
tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar
(proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak
edir. Tələbələrə fərdi tədris planında
dəyişiklik aparmağa yardım göstərir. İstiqamətlər
(ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik
materialların hazırlanmasına və mövcudluğuna, eləcə də
tələbələrin fənlər üzrə attestasiyasının
keçirilməsinə nəzarət edir. Ali təhsil
müəssisəsinin rəhbərliyi tərəfindən
təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə
aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını; tədris planlarının və proqramlarının tərtibini;
tələbələrlə davranış qaydalarını; onlarla işin
psixoloji xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil, tədris, təlim-tərbiyə prosesində müəyyən pedaqoji iş təcrübəsi
və səriştəsi olan.
11-ci dərəcə:
təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
12-ci dərəcə:
təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
13-cü dərəcə:
təhsilalanların
sayı 5000 və daha çox olduqda.
REKTORUN KÖMƏKÇİSİ
Əmək funksiyası. Yuxarı təşkilatlardan ali təhsil
müəssisəsinə daxil olan əmr və sərəncamları
rəhbərliyə çatdırır. Rəhbərliyin
tədbirlərinin təşkilinə kömək göstərir.
Rəhbərə sənədləri toplayır və ona
təqdim edir. Rəhbərin qəbul günlərində iştirak
edir, müraciət və şikayətləri qeydə alır və
onları icra etmək üçün aidiyyətı olan şəxslərə
(kafedra müdirlərinə, dekanlara, dekan müavinlərinə,
şöbələrə, bölmələrə və s.) çatdırır,
nəticəsi barədə məlumat toplayır və
rəhbərə təqdim edir. Struktur bölmələrin
rəhbərləri ilə əlaqə saxlayır,
rəhbərliyin tapşırıqlarını onlara çatdırır.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və
psixologiyasını, müraciət edən şəxslərin
müraciətlərinə baxılması prosedurasını; hüquqi aktların,
qaldırılan məsələlərin və müraciətlərin aidiyyəti
üzrə yönəldilməsi işini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
9-cu
dərəcə: ali
təhsil, təşkilatçılıq, kargüzarlıq və
informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarığı olan, 1
ildən az olmayaraq əmək stajı.
LABORANT (BÖYÜK LABORANT
DA DAXİL OLMAQLA)
Əmək funksiyası. Laboratoriyaların cihaz və avadanlıqlarla
təchiz olunmasına köməklik edir; kafedranın tədris və elmi
işlərinin təşkilində iştirak edir; tədris
məşğələlərinin gedişi prosesində fənn
müəlliminə kömək göstərir. Laboratoriyada
keçiriləcək dərslərin qrafikini tənzimləyir.
Bilməlidir: iş
xüsusiyyətlərini, mühazirə, seminar və praktik
məşğələlərə hazırlıq işlərinin görülməsini;
dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün
hesablanmasını; tələbələrlə davranış normalarını,
elmi-metodiki göstərişləri və izahatların verilməsini;
informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
5-ci
dərəcə (laborant): orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
6-cı
dərəcə (laborant): orta ixtisas
təhsilli, 1 ildən az olmayaraq ixtisası üzrə əmək
stajı; ali təhsil, əmək stajına tələb qoyulmadan;
7-ci
dərəcə (böyük laborant): orta ixtisas
təhsilli, 3 ildən az olmayaraq ixtisası üzrə əmək
stajı; ali təhsil, 1 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı;
8-ci
dərəcə (böyük laborant): ali təhsil,
3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
9-cu
dərəcə (böyük laborant): elmi
dərəcə.
ARXİV MÜDİRİ
Əmək funksiyası. Müəssisə, təşkilat və
idarələrdə arxiv işinin aparılmasını və
sənədlərin qəbulunu, qeydiyyatını,
sistemləşdirilməsini, mühafizəsini və istifadə
olunmasını təmin edir. Struktur bölmələrin
rəhbərləri ilə birgə cari kargüzarlığın
nomenklaturasını tərtib edir. Arxiv sənədlərinin
istifadəsini və qeydiyyatını asanlaşdırmaq üçün sorğu kitabçasının
tərtib olunma işinə rəhbərlik edir.
Sənədlərin hazırlanması və arxivə təhvil
verilməsi qaydaları haqqında müəssisə, idarə,
təşkilatın struktur bölmələrinin işçilərini təlimatlandırır,
metodik yardım edir. Başa çatmış kargüzarlıq sənədlərinin
arxivə verilməsinə nəzarət edir.
Mühafizə müddəti keçmiş arxiv
sənədlərinin elmi-praktiki ekspertiza işinin keçirilməsini,
daimi və müvəqqəti mühafizə üçün sənədlərin
seçilməsini, sənədlərin Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun
olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsi,
habelə, silinməsi və
ləğv edilməsi aktlarının tərtibini təmin edir.
Sənədlərin mühafizə
vəziyyətinə, onların təzədən tərtib
olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi
yerdə sənədlərin mühafizəsini
təmin edən şəraitin yaradılmasına nəzarət edir. Arxiv
sənədlərinə olan məlumatlar əsasında arayışların
hazırlanmasını təşkil edir və hesabatı tərtib edir.
Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın
aparılması və arxiv işinin təşkili üzrə
sənədlərin tərtib olunmasında iştirak edir. Arxiv
işçilərinə rəhbərlik edir.[22]
Bilməlidir: “Təhsil haqqında” və “Milli arxiv fondu haqqında”
Azərbaycan Respublikası qanunlarını; arxivə daxil olan
sənədləri qüvvədə olan
dərəcələrə ayırma sistemini və qaydaya
salınmasını; kargüzarlıq üzrə işin xüsusiyyətlərini;
müəssisə, idarə və təşkilatın strukturunu;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali təhsil, 3 ildən az olmayaraq arxiv işləri
üzrə əmək stajı.
7-ci
dərəcə: sənəd
dövriyyəsinin həcmi ildə 400 minə qədər və
buna müvafiq mühafizə vahidləri olmaqla;
8-ci
dərəcə: sənəd
dövriyyəsinin həcmi ildə 400 mindən yuxarı, sənəd
və müvafiq mühafizə vahidləri olmaqla.
ARXİVÇİ
Əmək funksiyası. Arxivə daxil olan sənədlərin
mühafizəsini və qorunub saxlanmasını təmin edir.
Kargüzarlıqda başa çatmış sənədləri müəssisə,
idarə, təşkilat və onların struktur bölmələrindən
qəbul edir. İş nomenklaturasının işlənib hazırlanmasında iştirak
edir, sənədlərin arxivə təhvil verilməsi, onların
formalaşdırılması və rəsmiləşdirilməsinin düzgünlüyünü
yoxlayır. Qüvvədə olan qaydalara uyğun olaraq mühafizə
vahidlərini şifrləşdirir, sistemləşdirir və işləri
yerləşdirir, onların hesabatını aparır. Daimi və ya
müvəqqəti mühafizədə olan vahidlərin siyahıya alınan
məlumatını, eləcə də dövlət mühafizəsinə
veriləcək sənədlərin, mühafizə vaxtı keçmiş
materialların silinməsi və məhv edilməsi aktlarını
hazırlayır. Arxiv sənədlərinin elmi və praktiki
qiymətləndirilməsi ekspertizası işində iştirak edir.
Arxivin yerləşdiyi yerdə yanğına qarşı müdafiə qaydasının
gözlənilməsinə nəzarət edir. Arxiv
sənədlərini və surətlərini verir, arxiv
sənədlərində olan məlumatlar əsasında arayışlara,
tələblərə cavabları tərtib edir və onların
hesabatını aparır. Arxivin işi haqqında hesabatı tərtib etmək üçün
məlumatlar hazırlayır. [23]
Bilməlidir: “Təhsil haqqında” və “Milli arxiv fondu haqqında”
Azərbaycan Respublikası qanunlarını, arxivə daxil olan
sənədləri qüvvədə olan
dərəcələrə ayırma sistemini və qaydaya
salınmasını; kargüzarlıq üzrə işin xüsusiyyətlərini;
müəssisə, idarə və təşkilatın strukturunu;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
5-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
6-cı
dərəcə: orta ixtisas
təhsili, 3 ildən az olmayaraq əmək stajı və yaxud ali
təhsil, əmək stajına tələb qoyulmadan.
DİSPETÇER (BÖYÜK
DİSPETÇER DƏ DAXİL OLMAQLA)
Əmək funksiyası. Ali təhsil müəssisəsində
hazırlanan peşə ixtisasları üzrə mövcud tədris normaları və
illik tədris yükü əsasında dərs cədvəllərini
nizamlayır, mühazirə, seminar və praktik (laborator) məşğələlər
üçün auditoriyaları müəyyənləşdirir və onları dərs
cədvəllərində nəzərə alır; imtahanlar üçün
auditoriyalar ayırır və bu barədə fakültə dekanlarına
məlumat verir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında”
Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının
aidiyyəti qərar, sərəncam və əmrlərini; ali
məktəb pedaqogikasını və psixologiyasını, dərs
cədvəllərinin tənzimlənməsi işini;
tələbələrlə davranış normaları; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil.
4-cü
dərəcə: dispetçer;
5-ci
dərəcə: böyük dispetçer.
V. ORTA İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Müəssisənin fəaliyyətinin bütün
istiqamətləri üzrə işini təşkil edir; pedaqoji şura
ilə birlikdə inkişafın əsas istiqamətlərini
müəyyənləşdirir. Dövlət orqanlarında, digər
müəssisə və ictimai təşkilatlarda onun mənafeyini
müdafiə edir. Pedaqoji şuranın işinə rəhbərliyi həyata
keçirir, təlim-tərbiyə prosesinin bütün
mərhələlərində işin səmərəli
təşkilinə nail olur. Tədris planı və proqramlarının
yerinə yetirilməsinə, təhsilalanların keyfiyyətli
bilik və bacarıqlar əldə etməsinə,
təlim-tərbiyə işinin məzmunu və effektivliyinə
nəzarət edir. Müəssisənin pedaqoji kollektivi və
digər işçilərinin yüksək məhsuldarlıqla işləməsi,
yaradıcılıq imkanlarının genişləndirilməsi, pedaqoji
tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır.
Gənclərin düzgün peşə seçimi etmələri üçün peşə
yönümü və peşə təbliği işinin təşkilində yaxından
iştirak edir. Dövlət ixtisas komissiyasının səmərəli
fəaliyyətinin təşkilinə, məzunların
gələcək iş fəaliyyəti üçün tədbirlərin
həyata keçirilməsinə rəhbərlik edir. Özünüidarə
orqanlarının fəaliyyətinə istiqamət verir və onlara
kömək göstərir. Ayrılmış dövlət vəsaitlərindən,
həmçinin digər mənbələrdən müəssisənin
büdcəsinə daxil olan vəsaitin aidiyyətı üzrə
səmərəli istifadə olunmasını təmin edir, mövcud
qaydalara uyğun olaraq əmlaka və vəsaitlərə aid
sərəncamlar verir. Maddi-texniki və tədris bazasının
gücləndirilməsi, qorunması və uçotunu təmin edir.
Müəssisənin inkişaf istiqamətlərini
müəyyənləşdirir, strateji və cari planlar hazırlayıb
onların həyata keçirilməsinə rəhbərlik edir.
Keyfiyyətli kadr hazırlığı üçün məsuliyyət daşıyır,
əmək bazarını öyrənir, təhlil edir və yeni
perspektivli sahələr üzrə kadr hazırlığına dair müvafiq qurumlar
qarşısında təşəbbüslə çıxış edir. Kadrların (təsisçinin
nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
tətbiqi məsələlərini həll edir. Əmək qanunvericiliyinə uyğun olaraq
işçilərin vəzifələrini müəyyənləşdirir.
Müəllim heyətinin peşə ustalığının yüksəldilməsi üçün
şərait yaradır, pedaqoji kadrların attestasiyaya hazırlığını və
attestasiyanın keçirilməsini təşkil edir. Müəllimlərin etik
davranış qaydalarına riayət edilməsinə nəzarət edir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə
nəzarət edir.Əməkdə xüsusi fərqlənmiş
müəllimləri və müəssisənin digər işçilərini
mükafatlandırma və təltif üçün təqdim edir. Kargüzarlıq və
tədris sənədlərinin düzgün aparılmasına, hesabatların hazırlanmasına
məsuliyyət daşıyır.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; tədris
plan və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəssisədaxili
nəzarəti; tarifləşdirilmə cədvəlinin hazırlanmasını;
müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji
psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində
və dərsdən sonra gənclərin tərbiyə işinin
təşkili yollarını; informasiya-kommunikasiya
texnologiyalarındanistifadə tələblərini; təhsil
innovasiyalarını və pedaqoji texnologiyaları; əmək
qanunvericiliyini; təhsil müəssisəsinin profilinə uyğun
istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin
iqtisadiyyatını və maliyyə-təsərrüfat
fəaliyyətini, statistikanın əsaslarını; əməyin mühafizəsi,
təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil
və ya müəssisənin profilinə uyğun müvafiq ixtisas
üzrə ali təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı,
elmi dərəcəsi və elmi adı olduqda isə 3 ildən az
olmayaraq əmək stajı.
14-cü
dərəcə: təhsilalanların
sayı 200 nəfərədək olduqda;
15-ci
dərəcə: təhsilalanların
sayı 200-dən 500 nəfərədək olduqda;
16-cı
dərəcə: təhsilalanların
sayı 500 və daha çox olduqda.
FİLİAL RƏHBƏRİ
Əmək funksiyası. Fəaliyyətinin bütün
istiqamətləri üzrə təlim-tərbiyə
müəssisəsinin işini təşkil edir. Filialın inkişafının əsas
istiqamətlərini müəyyənləşdirir, dövlət
orqanlarında və ictimai təşkilatlarda onun mənafeyini
müdafiə edir. Filialın təsərrüfat fəaliyyətinə,
təlim-tərbiyə prosesinə kömək göstərən
valideynlər (yaxud onları əvəz edən şəxslər),
ictimaiyyət və idarələrlə işin təşkili ilə
əlaqədar bütün məsələləri həll edir.
Filialın pedaqoji kollektivinə rəhbərlik edir,
təlim-tərbiyə prosesinin bütün
mərhələlərində işi təşkil edir. Tədris
proqramlarının yerinə yetirilməsi, tələbələrin
bilik keyfiyyəti, təlim-tərbiyə işinin məzmunu və
effektivliyi üzərində nəzarəti həyata keçirir.
Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla
işləməsi, pedaqoji eksperimentlərin keçirilməsi üçün
əlverişli şərait yaradır. Tələbə qəbulunun keçirilməsinin yerinə yetirilməsi
üçün peşəyönümü işlərin təşkilində iştirak edir,
dövlət ixtisas komissiyasının səmərəli
fəaliyyətini təşkil edir, məzunların gələcək
iş fəaliyyəti üçün tədbirlərin həyata
keçirilməsinə rəhbərlik edir.
Tələbələrin sağlamlığının qorunması, tələbə
və müəllimlərin əməyinin mühafizəsi
tələblərinə əməl edilməsinə
nəzarət edir. Özünüidarə orqanlarının inkişafına istiqamət
verir və onlara köməklik göstərir. Tələbələrin
yataqxanada məişət şəraitinin yaradılmasını, yay sağlamlıq
tədbirlərini təşkil edir. Ayrılmış dövlət
vəsaitlərindən, həmçinin digər
mənbələrdən müəssisənin büdcəsinə daxil
olan vəsaitlərdən səmərəli istifadə
olunmasını təmin edir, filialın əmlakına və
vəsaitlərinə aid müəssisə rəhbərinin
sərəncamlarının yerinə yetirilməsini təmin edir.
Maddi-tədris bazanın uçotunu, qorunmasını və artırılmasını,
sanitar-gigiyena rejimi, əməyin mühafizəsi,
təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl
olunmasını təmin edir. Kadrların (təsisçinin və direktorun nomenklaturasında
olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir, əmək
qanunvericiliyinə uyğun olaraq işçilərin əmək hüquqlarını
müəyyənləşdirir. Müəllim heyətinin peşə
ustalığının yüksəldilməsi üçün şərait yaradır, pedaqoji
kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil
edir. Müəllimlərin etik davranış qaydalarına riayət
edilməsinə nəzarət edir. Kollektiv müqavilənin
yerinə yetirilməsini təmin edir. [24]
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; tədris plan
və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəssisədaxili
nəzarəti; müəllimlərin əməyinin
tarifləşdirilməsini; müasir təlim-tərbiyə metodlarını;
pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
yaşayış yerlərində və dərsdən sonra
gənclərin tərbiyə işinin təşkili yollarını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin
inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın
əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: müvafiq ixtisas
üzrə ali təhsil, 5
ildən az olmayaraq pedaqoji staj.
13-cü
dərəcə: təhsilalanların
sayı 200 nəfərədək olduqda;
14-cü
dərəcə: təhsilalanların
sayı 209-dən 500 nəfərədək olduqda;
15-ci
dərəcə: təhsilalanların
sayı 500 və daha çox olduqda.
TƏDRİS İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Təlim-tərbiyə prosesini və
metodiki işləri təşkil edir, tədris planı və proqramlarının
yerinə yetirilməsinə nəzarət edir, onlarda müvafiq
dəyişikliklər aparılmasına dair təkliflər verir.
Müəllimlərin ixtisasartırma və stajkeçmə işini təşkil
edir, bu məqsədlə müvafiq müəssisə və
təşkilatlarla əlaqə yaradıb sənədlərin
tərtibi məsələsini həll edir, müəssisədə
ixtisasartırma və qısaldılmış müddətə mütəxəssis
hazırlığı üzrə təhsilin təşkilinə dair
sənədləri hazırlayır, təsdiq üçün müvafiq qurumlara
təqdim edir və bu işlərlə məşğul olan strukturların
normal fəaliyyət göstərməsini təmin edir.
Müəssisə rəhbəri
tərəfindən verilmiş tapşırığa əsasən
müəllimlərin dərs yükünün
müəyyənləşdirilməsi və rəsmiləşdirilməsini,
dərs cədvəlinin tərtib edilməsini, tədris və
təcrübə dərslərinin həftələr və
semestrlər üzrə bölünməsini, kurs və buraxılış işi
layihələrinin hazırlanmasını və müdafiəsini təşkil
edir. Dövlət Attestasiya Komissiyasının işində, imtahanların
keçirilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir.
Pedaqoji şuranın qərarlarının yerinə yetirilməsinə,
fənn birləşməsi komissiyalarının fəaliyyətinə
rəhbərlik edir; tədris-metodiki məsələlərin
müzakirəsində fəal iştirak edir və onun
fəaliyyətini istiqamətləndirir. Qrup
rəhbərləri, kabinet və laboratoriya müdirləri,
fənn dərnəkləri, fənn birləşmələri
rəhbərlərinin fəaliyyətinə nəzarət edir
və onların hesabatlarını dinləyir; dərsdənkənar
tədbirlərin, fiziki tərbiyə, idman və
çağırışaqədərki hazırlıq işlərinin yerinə
yetirilməsini, tədris-istehsalat və diplomqabağı
təcrübə, laborator və təcrübə
məşğələlərinin aparılmasını təşkil edir və
yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Bilməlidir:
“Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında
Konvensiyanı; təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; tədris
plan və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəssisədaxili
nəzarəti; tarifləşmə cədvəlinin hazırlanması;
müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji
psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində
və dərsdən sonra gənclərin tərbiyə işinin
təşkili yollarını; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; təhsil innovasiyalarını və
pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf
istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, hesabat vermə
və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil
və ya müəssisənin profilinə uyğun ali təhsil, 3
ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
SOSİAL MƏSƏLƏLƏR VƏ
İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ;
TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Normativ hüquqi aktlara uyğun olaraq
tərbiyə işinə rəhbərlik edir; məktəbdə
müəllimlərin, kitabxanaçıların, qrup və dərnək rəhbərlərinin,
psixoloqun və tələbə təşkilatlarının köməyi
ilə gənclərin hərtərəfli tərbiyə
edilməsinə nail olur, fərdi tərbiyə üsullarının tətbiqi
yolu ilə müvafiq problemləri həll edir. Tərbiyənin
bütün sahələri üzrə müzakirələrə
məsələlər hazırlayır. Yataqxanalarda tərbiyə
işini həyata keçirir, gənclərin milli
adət-ənənələr və
vətənpərvərlik ruhunda tərbiyə olunmasını
təşkil edir. Gənclər arasında hüquq pozuntuları, narkomaniya
və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik
tədbirlərin aparılmasına rəhbərlik edir.
Müşavirələr, seminarlar, elmi-praktik konfranslar keçirir.
Tərbiyə işi ilə bağlı pedaqoji işçilərin
təcrübəsini öyrənir, gənclərin asudə vaxtının
səmərəli təşkilini təmin edir.
Bilməlidir:
“Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında
Konvensiyanı; təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; tədris
plan və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəssisədaxili
nəzarəti; tarifləşmə cədvəlinin hazırlanması;
müasir təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji
psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində
və dərsdən sonra gənclərin tərbiyə işinin
təşkili yollarını; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərin; təhsil innovasiyalarını və
pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin
inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın
əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil
və ya müəssisənin profilinə uyğun ali təhsil, humanitar və ya ictimai fənlər
üzrə3 ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 15% aşağı məbləğdə
müəyyən edilir.
ŞÖBƏ MÜDİRİ
Əmək funksiyası. Tədris-tərbiyə işlərini
təşkil edir və ona rəhbərlik edir. Tədris plan və
proqramlarının yerinə yetirilməsini təmin edir, dərs
cədvəlinin tərtibi üçün müvafiq sənədləri
hazırlayır. Dərs cədvəli üzrə
məşğələlərin keçirilməsinə nəzarət
edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına
nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında
iştirak edir. Təhsilalanlar tərəfindən kurs və
buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət
edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların
hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə
təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların
tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir.
Şöbənin fəaliyyəti barədə direktor və tədris
işləri üzrə direktor müavini qarşısında hesabat verir.
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: müvafiq ixtisas
üzrə ali təhsil, 5
ildən az olmayaraq pedaqoji və ya ixtisası üzrə əmək
stajı.
13-cü dərəcə: qiyabi şöbənin müdiri;
14-cü
dərəcə: əyani şöbənin
müdiri.
QEYDİYYAT,
QİYMƏTLƏNDİRMƏ VƏ MONİTORİNQ BÖLMƏSİNİN MÜDİRİ
Əmək funksiyası. Təhsilalanları və onların
valideynlərini kredit sistemi ilə tədrisin təşkili
qaydaları ilə tanış edir və tələbəyə təhsil
müddətində tədris planında nəzərdə tutulan
kreditlərin qazanılmasına şərait yaradır, kollecdə kredit
sistemi əsasında tədris prosesinin təşkilini həyata
keçirir, təhsil prosesinə akademik məsləhətçiləri
cəlb edir, hər semestr üzrə tədris qruplarının
fənlər üzrə formalaşdırılmasını təmin edir,
təhsilalanların və təhsilverənlərin mobilliyinə
köməklik göstərir, şöbələrin, fənn birləşmə
komissiyalarının, ixtisasların, fənlərin, müəllimlərin
və təhsilalanların kodlaşdırılmasını aparır,
tələbələrin sərbəst işlərinin yerinə
yetirilməsinə şərait yaradır.
Pedaqoji şurada baxılacaq materialların
hazırlanmasında iştirak edir. Təhsilalanların fərdi tədris
planlarının yerinə yetirilməsinə şərait yaradır.
Bölmənin fəaliyyəti barədə rəhbərlik
qarşısında hesabat verir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; kredit sistemi ilə
tədrisin təşkilini, monitorinq və qiymətləndirmə
modellərini, monitorinq və qiymətləndirmə
vasitələrinin hazırlanmasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
14-cü
dərəcə: ali
təhsil, 5 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı.
BAŞ HÜQUQŞÜNAS
Əmək funksiyası. Təhsil müəssisəsində
qanunvericiliyin tələblərinin gözlənilməsini,
müəssisənin və əməkdaşların hüquqi maraqlarının
müdafiəsini təmin edir. Qanunvericiliyin tələblərinə
uyğun olaraq müəssisədə hazırlanmış əmr, təlimat,
əsasnamə layihələrinin hazırlanmasını həyata keçirir,
sənədlərin hazırlanmasında iştirak edir.
Müəssisədə əmək intizamını
möhkəmləndirmək üçün tədbirlərin həyata
keçirilməsində iştirak edir. Müəssisə tərəfindən
verilmiş əmrlərin və qüvvədə olan normativ hüquqi
aktların tətbiqi işinə dair məsləhətlər verir.
Hüquqi bilikləri təbliğ edir.
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; əmək, mülki və inzibati
qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
14-cü
dərəcə: ali
hüquq təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq
əmək stajı.
İXTİSAS ÜZRƏ TƏCRÜBƏ RƏHBƏRİ[25]
Əmək funksiyası. İxtisas
üzrə təcrübənin təşkili,
aparılması və yekunlaşdırılmasına ümumi rəhbərliyi həyata
keçirir, idarə, müəssisə və təşkilatlara
tələbələrin ixtisas üzrə
təcrübəsini təşkil etmək üçün sifarişlər verir.
Hər il təcrübə bazaları ilə müqavilələr bağlayır,
təcrübənin keçirilməsi qrafiklərini və proqramlarını
təcrübə bazaları ilə razılaşdırır. Aidiyyəti strukturlarla
birlikdə təcrübə rəhbərlərini müəyyən
edir və onları təlimatlarla təmin edir. Təcrübə
ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir.[26]
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; təhsil müəssisəsinin profilinə
uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini,
təcrübə bazalarının iş xüsusiyyətlərini; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas
tələbləri: müvafiq ixtisas
üzrə ali təhsil.
11-ci
dərəcə: 5 ilədək ixtisas
üzrə təcrübənintəşkili
sahələrində əmək stajı;
12-ci
dərəcə: 5 ildən 10
ilədək ixtisas üzrə təcrübənin təşkili sahələrində
əmək stajı;
13-cü
dərəcə: 10 ildən 15
ilədək ixtisas üzrə təcrübənin təşkili sahələrində
əmək stajı.[27]
MÜTƏXƏSSİSLƏR
MÜƏLLİM
Əmək
funksiyası. Təhsil
sahəsində dövlət siyasətinin həyata
keçirilməsində və orta ixtisaslı kadrların hazırlanmasında
iştirak edir. İxtisaslar üzrə təhsil standartlarının və
proqramların tələblərinə uyğun fənnini tədris
edir. Konkret təlim prosesi və tədris edilən fənnin
spesifik xüsusiyyətləri nəzərə alınmaqla
tələbələrlə təlim məşğələləri
aparır, tədris zamanı müxtəlif formalardan, üsullardan, metodlardan
istifadə edir. Tədris etdiyi fənn üzrə tədris materiallarını
planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini,
təhsilalanlar tərəfindən təhsil proqramları ilə
müəyyən olunmuş səviyyədə fənnin
mənimsənilməsini təmin edir. İnformasiya kommunikasiya
texnologiyalarından istifadə edərək fənn üzrə
təhsilalanların biliyinin qiymətləndirilməsini həyata
keçirir. Tədris etdiyi fənnə dair
tələbələrin müstəqil işlərini təşkil edir.
Tələbələrin valideynləri, yaxud onları əvəz
edən şəxslərlə əlaqə saxlayır. Tədris
intizamına riayət edilməsini və tələbələrin
məşğələlərə davamiyyətini təmin edir.
Tədris avadanlıqlarından istifadə zamanı əməyin
mühafizəsi və təhlükəsizlik texnikası
tələblərinin yerinə yetirilməsinə nəzarət
edir. Fənn birləşmə komissiyalarının, pedaqoji və
digər şuraların işində, metodik işlərin təşkilində
iştirak edir. Tədris etdiyi fənn üzrə proqramları hazırlayır
və onları tədris planına və qrafikinə uyğun həyata
keçirir. Təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsinə yönəldilən
təklifləri irəli sürür, müntəzəm surətdə
özünün peşəkarlığının yüksəlməsini təmin edir,
müəllimlərin etik davranış qaydalarına riayət edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; pedaqoji, elmi-metodik
və təşkilati məsələlərin həlli
çərçivəsində fənlərin ümumi nəzəri
əsaslarını; pedaqogika və psixologiya elminin son
nailiyyətlərini , fizioloji inkişafı tədrisi metodikasını,
tərbiyə işlərinin metodikasını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; fənn
üzrə təlimin məzmunu və təşkili prinsiplərini;
tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla
təchiz olunmasına verilən tələbləri; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.
10-cu
dərəcə: əmək stajına
tələb qoyulmadan.
11-ci
dərəcə: 3 ildən 8
ilədək pedaqoji staj və ya ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: 8 ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: 13 ildən 18
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 18 ildən az
olmayaraq pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə fənn tədris
edən şəxslər; Azərbaycan Respublikasının fəxri
adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim
üçün metodik vəsait müəllifləri.
METODİST
Əmək funksiyası. Təhsil müəssisəsində metodik
işi təşkil edir. Tədris-metodiki işləri təhlil edir.
Tədris prosesi və metodiki işin səmərəliliyinin
yüksəldilməsi üzrə təkliflər verir. Təhsil proqramlarına uyğun
tədris proqramlarının tərtibinə nəzarət edir, onu
təsdiq üçün hazırlayır. Semestr və dövlət buraxılış
imtahanlarının təşkili üçün sənədlərin hazırlanmasına
kömək edir. Statistik məlumatlar hazırlayır. Təhsil
müəssisəsinin qiyabi şöbəsinin metodisti qiyabiçi
tələbələrin tədris metodiki işlərinə rəhbərlik
edir. [28]
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
pedaqogika və psixologiyanın əsaslarını, tədrisin təşkili
metodikasını; tələbələrlə davranış normalarını,
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: müvafiq ixtisas
üzrə ali təhsil.
11-ci
dərəcə: 5 il pedaqoji staj;
12-ci dərəcə: 5 ildən 10 ilədək pedaqoji staj;
13-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 15 ildən çox
pedaqoji staj.
TYUTOR
Əmək
funksiyası. Tələbələrin
hüquqlarını və akademik maraqlarını qoruyur. Tədris prosesinin
təşkili ilə bağlı zəruri məlumatları və
sənədləri tələbələrə təqdim edir.
Tələbələrin fərdi tədris və iş planlarının
tərtibi üçün onlara qrup halında və ya fərdi
məsləhətlər verir. İl ərzində akademik
məsləhətləşmələr təşkil edir.
Tələbələrin fərdi tədris planlarının
qəbulunu təşkil edir və ixtisas proqramları üzrə iş
planlarının tərtib edilməsində iştirak edir.
Tələbələrə fərdi tədris planında
dəyişiklik aparmağa yardım göstərir. İxtisas proqramları üzrə
təhsil almaq üçün metodiki materialların hazırlanmasına və
mövcudluğuna, eləcə də tələbələrin
fənlər üzrə attestasiyasının keçirilməsinə
nəzarət edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını, Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı, kredit sistemi ilə
tədrisin təşkilini, tələbələrlə davranış
normalarını; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil, tədris, təlim-tərbiyə
sahəsində müəyyən təcrübəsi və
səriştəsi olan.
11-ci
dərəcə: təhsilalanların
sayı 500 nəfərədək olduqda;
12-ci
dərəcə: təhsilalanların
sayı 500 və daha çox olduqda.
VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ[29]
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Müəssisənin fəaliyyətinə
rəhbərlik edir, təhsil müəssisəsinin ayrı-ayrı
bölmələrinin işini, tələbələrin
təlim-tərbiyə prosesini səmərəli təşkil
edir. Kollektivin fəaliyyətini yeni texnikadan istifadə
olunmasına, əməyin təşkilinə, qabaqcıl pedaqoji
təcrübənin tətbiqinə, tədrisin yüksək
səviyyədə qurulmasına yönəldir.
Təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat
sahələrində çalışan işçilərin səmərəli
əmək və istehsalat fəaliyyəti üçün şərait
yaradır. Pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial
müdafiəsini təmin edir. İşində fərqlənən
mühəndis-pedaqoji işçilərin əməyinin
qiymətləndirilməsi üçün tədbirlər görür.
Müəllimlərin, istehsalat təlimi ustalarının və digər
işçilərin işinə nəzarət edir. İstehsalat və
təsərrüfat planlarının, tədris plan və proqramlarının
yerinə yetirilməsi üçün kollektivi təşkil edir. İşçilər
və tələbə
kollektivi arasında aparılan mədəni-kütləvi, tərbiyə
işlərinə rəhbərlik edir. Təhsil
müəssisəsinin maddi-texniki bazasının inkişafı və
genişləndirilməsi, işçilər və tələbələr üçün təhlükəsiz iş
şəraitinin yaradılması sahəsində tədbirlərin
həyata keçirilməsini, işəgötürənlərin və əmək
bazarının tələblərinə uyğun keyfiyyətli kadr
hazırlığının strateji istiqamətlərini müəyyənləşdirir.
Kadr hazırlığını planlaşdırır, mövcud qaydalara uyğun olaraq
gənclərin məktəbə qəbulunu, ixtisaslı işçi
kadrlarının hazırlanmasını həyata keçirir. Məzunların işlə
təmin edilməsi məqsədi ilə müvafiq
tədbirlərin həyata keçirilməsinə nəzarət
edir. Yataqxanada yaşayan tələbələr
üçün məişət şəraitinin yaradılmasını təmin
etməklə yanaşı, onların sağlamlığına nəzarəti təşkil
edir. Müvafiq sahələr üzrə planlaşdırılmış işlərin
müəyyən hissəsini müavinlərə və bölmə
rəhbərlərinə həvalə edir, onların işini
əlaqələndirir. Peşə təhsilinə cəlb olunan
vətəndaşların sayının artırılması ilə bağlı tədbirlər
görür. Mühəndis-pedaqoji işçilərin ixtisas və pedaqoji
səviyyəsinin yüksəldilməsi və metodiki işlərin
səmərəli təşkili üçün tədbirlər görür. Kadrların (təsisçinin
nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
tətbiqi məsələlərini həll edir. Kollektivdə sağlam mühit yaradır, yüksək
mənəvi-əxlaqi və liderlik nümunəsi göstərir;
tədris müəssisəsinin işini müasir idarəetmənin
tələblərinə uyğun qurur. Büdcədənkənar gəlirlərin
əldə olunmasını təşkil edir, maliyyə və ştat
intizamına əməl olunması üçün məsuliyyət daşıyır.
İşəgötürən təşkilatlarla səmərəli
əlaqələrin yaradılmasını təmin edir. Təhsil
müəssisəsinin strateji inkişaf planının hazırlanmasına
rəhbərlik edir. Respublikada və xarici ölkələrdə
fəaliyyət göstərən analoji təhsil
müəssisələri ilə əməkdaşlıq əlaqələrinin
yaradılmasına rəhbərlik edir. İnzibati-təsərrüfat
işlərinə rəhbərlik edir və nəzarəti
həyata keçirir. Müəssisədə yeni peşələr üzrə
işçi kadrların hazırlanması barədə müvafiq orqanlar qarşısında
təşəbbüslə çıxış edir. Müəllimlərin etik davranış qaydalarına
riayət edilməsinə nəzarət edir. [30]
Bilməlidir:
“Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında
Konvensiyanı; təhsil və elm sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; peşə təhsili infrastrukturunun
əsaslı şəkildə müasirləşdirilməsini; peşə
təhsili üzrə qüvvədə olan dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); bazar iqtisadiyyatının
və əmək bazarının tələbatı ilə uzlaşan
peşələrin müəyyən edilməsini; peşə təhsili
proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
idarəetmənin təşkilini; tədris planı və proqramlarının
tərtibini, tədris-metodiki sənədlərlə işi;
müəssisədaxili nəzarəti; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrini,
qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması
sahəsindəki təcrübəni; tarifləşdirilmə
cədvəlinin hazırlanması; müasir təlim-tərbiyə
metodlarını; pedaqogika və pedaqoji psixologiya elminin son
nailiyyətlərini; tərbiyə işinin təşkili yollarını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin
inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın
əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji
və ya idarəetmə ixtisas sahələri üzrə ali
təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun
ali təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı,
elmi dərəcəsi və elmi adı olduqda isə 3 ildən az
olmayaraq əmək stajı.
14-cü
dərəcə: təhsilalanların
sayı 200 nəfərədək olduqda;
15-ci
dərəcə: təhsilalanların
sayı 200-500 nəfərədək olduqda;
16-cı
dərəcə: təhsilalanların
sayı 500 və daha çox olduqda.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[31]
FİLİAL
MÜDİRİ
Əmək
funksiyası. Filialın işini təşkil edir və ona
rəhbərlik edir. Filialı dövlət orqanları (qurumları), yerli
özünüidarəetmə orqanları və digər hüquqi və fiziki
şəxslərlə münasibətlərdə təmsil edir.
Filialın fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir. Filialın fəaliyyət istiqamətlərinə aid
məsələlərlə bağlı qəbul olunmuş aktların
icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata
keçirir. Filialda tədris proqramlarının yerinə yetirilməsi,
təlim-tərbiyə işinin məzmunu və effektivliyi
üzərində nəzarəti həyata keçirir. Filialın
əməkdaşlarının yüksək məhsuldarlıqla işləməsi,
innovasiyaların tətbiqi üçün əlverişli şərait yaradır.
Tələbə qəbulunun aparılmasında,
tələbələrin layiqli peşə təhsili və
təliminə yiyələnməsində, məzunların
gələcək peşəkar iş fəaliyyəti üçün
tədbirlərin həyata keçirilməsində iştirak edir.
Filialda sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi
tələblərinə əməl edilməsinə
nəzarət edir. Maliyyə vəsaitlərindən
səmərəli istifadə olunmasını təmin edir, filialın
əmlakına və vəsaitlərinə aid direktorun
sərəncamlarının yerinə yetirilməsini təmin edir.
Fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin
və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür.
Təhsilverənlərin etik davranış qaydalarına riayət
edilməsinə nəzarət edir, onların peşəkarlığının
yüksəldilməsi üçün şərait yaradır. Kollektiv müqavilənin
yerinə yetirilməsini təmin edir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında”
Konvensiyasını; “Gənclər siyasəti haqqında” və “Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, təhsil
və peşə təhsili sahəsinə aid normativ hüquqi aktları;
müasir pedoqoji, təşkilatçılıq və idarəetmə metodlarını;
tədris plan və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəllimlərin əməyinin
tarifləşdirilməsini; informasiya-kommunikasiya texnologiyalarından
istifadəni; əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatını
və maliyyə-təsərrüfat fəaliyyətini; sağlamlıq,
əməyin təhlükəsizliyi və ətraf mühitin
mühafizəsi norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali
təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı.
Aylıq
vəzifə maaşı dövlət peşə təhsili
müəssisəsinin direktorunun vəzifə maaşından 10 faiz aşağı
müəyyənləşdirilir.[32]
TƏDRİS
VƏ TƏLİM İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ[33]
Əmək funksiyası. Məktəbin tədris və istehsalat
fəaliyyətinə rəhbərlik edir. Müəllimlərin,
istehsalat təlimi ustalarının və digər işçilərin
seçilib-yerləşdirilməsində, tədrisin təşkilində
iştirak edir. Tədris işlərinin planlaşdırılması və uçotunu,
metodik işləri təşkil edir. Baş usta ilə birlikdə
müəllim və istehsalat təlimi ustalarının işini
əlaqələndirir. Müəllimlərin tədris yükünü
müəyyənləşdirir, dərs cədvəlini hazırlayır, onun
yerinə yetirilməsinə rəhbərlik və
nəzarət edir. Məktəbə tələbə qəbulu, tədris qruplarının komplektləşdirilməsi,
tələbələrin
kursdan-kursa keçirilməsi və buraxılışı, məzunların işə
göndərilməsi sahəsində iş aparır. Tədris planı və
proqramlarının yerinə yetirilməsinə, tələbələr tərəfindən tədris
materiallarının mənimsənilməsi səviyyəsinə,
onların intizamına və dərsə davamiyyətinə,
mühəndis-pedaqoji işçilərin fəaliyyətinə
nəzarəti həyata keçirir. Tələbələrin
texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və
təlimin texniki vasitələrlə təmin olunmasını
təşkil edir. Tədris proqram sənədlərinin tərtibini,
məktəbin tədris-istehsalat fəaliyyətinə dair
hesabat və uçot işlərini həyata keçirir. Mühəndis-pedaqoji
işçilərin ixtisasartırma təhsilini və stajkeçməsini
təşkil edir, qabaqcıl təcrübənin öyrənilməsinə
və tətbiqinə rəhbərlik edir. [34]
Tələbə kontingentinin sayının az olması ilə
əlaqədar ştat cədvəlində tərbiyə işləri
üzrə direktor müavini ştatı nəzərdə tutulmadığı halda
tərbiyə işlərinin təşkili ilə də məşğul olur
və müvafiq vəzifələri həyata keçirir. Tələbələrin
istehsalat təlimini vətənpərvərlik, hüquqi,
mənəvi tərbiyə ilə sıx əlaqə
şəraitində aparmasını təmin edir, onların mədəni
istirahətinin və sinifdənkənar tədbirlərinin
təşkilinə rəhbərlik edir. İstehsalat təlimi
ustalarının, sinif rəhbərlərinin, tərbiyəçilərin,
kitabxanaçıların, ictimai və humanitar fənn müəllimlərinin
fəaliyyətini əlaqələndirir, onların işinə
nəzarət edir. İstehsalat təcrübəsi zamanı tələbələr arasında
tərbiyə işlərinin aparılmasını təmin edir. Fiziki
tərbiyə və gənclərin çağırışaqədərki
hazırlıq rəhbərləri ilə birlikdə kütləvi idman
və hərbi-vətənpərvərlik işlərini təşkil
edir. Tərbiyə sahəsində qabaqcıl təcrübəni
öyrənir və yayır; sinifdənkənar tədbirlər və
tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar
hazırlayır. Peşəyönümü işlərini, tədris müəssisəsinin
valideynlərlə qarşılıqlı əlaqəsini təşkil edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; peşə təhsili infrastrukturunun
əsaslı şəkildə müasirləşdirilməsini; peşə
təhsili üzrə qüvvədə olan dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); bazar iqtisadiyyatının
və əmək bazarının tələbatı ilə uzlaşan
peşələrin müəyyən edilməsini; peşə təhsili
proqramlarının (kurikulumların) peşə standartlarına uyğun qurulmasını;
idarəetmənin təşkilini; tədris planı və proqramlarının
tərtibini, tədris-metodiki sənədlərlə işi;
müəssisədaxili nəzarəti; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrini,
qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması
sahəsindəki təcrübəni; müəllimlərin
əməyinin tarifləşdirilməsini; müasir
təlim-tərbiyə metodlarını; pedaqogika və pedaqoji
psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində
və dərsdən sonra gənclərin tərbiyə işinin
təşkili yollarını; İnformasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; təhsil innovasiyalarını və
pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin
inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın
əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji
və ya idarəetmə ixtisas sahələri üzrə ali
təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun
ali təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət peşə təhsili müəssisələrinin tədris və
təlim işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[35]
TƏRBİYƏ
İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Tərbiyə işləri üzrə direktor
müavini tədris müəssisəsində tərbiyə
işlərinə rəhbərlik edir. Tələbələrin istehsalat təliminin onların vətənpərvərlik,
hüquqi, mənəvi tərbiyəsi ilə sıx əlaqə
şəraitində aparılmasını təmin edir. Tələbələrin mədəni
istirahətinin, sinifdənkənar və
məktəbdənkənar tədbirlərinin təşkilinə
rəhbərlik edir. Tələbələrlə
tərbiyə işi aparan ustaların, sinif rəhbərlərinin,
tərbiyəçilərin, kitabxanaçıların və digər
işçilərin fəaliyyətini əlaqələndirir və
onların işinə nəzarət edir. [36]
İstehsalat təcrübəsi zamanı tələbələr arasında
tərbiyə işlərinin aparılmasını təmin edir.
Məktəbdə tələbələrin
mənzil-məişət şəraitinə, intizam və davranışına
nəzarət edir. Bədən tərbiyəsi və
gənclərin çağırışaqədərki hazırlıq
rəhbərləri ilə birlikdə kütləvi-idman və
hərbi vətənpərvərlik işləri təşkil edir,
tərbiyə sahəsində qabaqcıl təcrübəni
ümumiləşdirir və yayır. Sinifdənkənar tədbirlər
və tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar
hazırlayır, peşəyönümü və tələbə
qəbulu işlərini təşkil edir. Tələbələrin
hüquqi biliklərə yiyələnməsi, onların sağlam, öz
peşəsinin bacarıqlı ustası və əsl
vətənpərvər kimi yetişməsi üçün tədbirlər
görür. Tədris müəssisəsinin valideynlərlə qarşılıqlı
əlaqəsini təmin edir. Müəssisədə psixoloqla
birlikdə psixoloji işin təşkilinə rəhbərlik edir,
təhsilalanlar arasında psixoloji pozuntular müşahidə
edilərsə əvvəlcədən profilaktik işlərin
təşkilinə nəzarət edir və təhsilalanların
valideynlərini və müvafiq qurumları xəbərdarlıq
etməyə məsuliyyət daşıyır. Müəssisənin illik
hesabatının və inkişaf planının hazırlanması ilə bağlı
təkliflər hazırlayır və direktora təqdim edir.[37]
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahələrinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; müasir təlim-tərbiyə metodlarını;
peşə təhsili infrastrukturunun əsaslı şəkildə
müasirləşdirilməsini; peşə təhsili üzrə
qüvvədə olan dövlət təhsil standartlarını və
proqramlarını (kurikulumları); bazar iqtisadiyyatının və əmək
bazarının tələbatı ilə uzlaşan peşələrin
müəyyən edilməsini; peşə təhsili proqramlarının
(kurikulumların) peşə standartlarına uyğun qurulmasını; pedaqogika və
pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış
yerlərində və dərsdən sonra gənclərin
tərbiyə işinin təşkili yollarını; Informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji
və ya idarəetmə ixtisas sahələri üzrə ali
təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun
ali təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 15% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət peşə təhsili müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[38]
İNZİBATİ
TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Tədris binalarının, yataqxana və
digər tikililərin qorunub saxlanılmasını, düzgün istismarını və
təmir olunmasını təmin edir. Tədris müəssisəsinin
elektrik enerjisi, istilik, su ilə təchizatına və kanalizasiya
sisteminin işləməsinə nəzarət edir. Tədris
müəssisəsinin tələbatına uyğun sinif, laboratoriya
avadanlığı, mebel, yataqxana ləvazimatı ilə təmin edir.
Tədris müəssisəsinin əmlakının uçotunu və
inventarlaşdırılmasını təşkil edir. Qiymətli malların və
materialların qorunub saxlanmasını təmin edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını;Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; müəssisədaxili
nəzarəti; təhsil müəssisəsinin profilinə uyğun
istehsal sahələrini, qabaqcıl ölkələrdə
fəhlə kadrlarının hazırlanması sahəsindəki
təcrübəni; idarəetmənin elmi əsaslarını və müasir
inventarlaşdırma metodlarını; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili, yaxud ali təhsil,
inzibati-təsərrüfat işlərində təcrübəsi
olan.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət peşə təhsili müəssisələrinin inzibati təsərrüfat işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[39]
KORPUS
RƏHBƏRİ[40]
Əmək funksiyası. Korpusda tədris və
istehsalat fəaliyyətinə rəhbərlik edir.
Müəllimlərin, istehsalat təlimi ustalarının və digər
işçilərin seçilib-yerləşdirilməsində, tədrisin
təşkilində iştirak edir; tədris işlərinin planlaşdırılması
və uçotunu, metodik işləri təşkil edir. Baş usta ilə
birlikdə müəllim və istehsalat təlimi ustalarının işini
əlaqələndirir; müəllimlərin tədris yükünü
müəyyənləşdirir, dərs cədvəlini hazırlayır, onun
yerinə yetirilməsinə rəhbərlik və
nəzarət edir. Məktəbə tələbə qəbulu, tədris qruplarının
komplektləşdirilməsi, tələbələrin
kursdan-kursa keçirilməsi və buraxılışı, məzunların işə
göndərilməsi sahəsində iş aparır. Tədris planı və
proqramlarının yerinə yetirilməsinə, tələbələr tərəfindən tədris
materiallarının mənimsənilməsi səviyyəsinə,
onların intizamına və dərsə davamiyyətinə,
mühəndis-pedaqoji işçilərin fəaliyyətinə
nəzarəti həyata keçirir. Tələbələrin
texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və
təlimin texniki vasitələrlə təmin olunmasını
təşkil edir. Tədris proqram sənədlərinin
tərtibini, məktəbin tədris-istehsalat
fəaliyyətinə dair hesabat və uçot işlərini həyata
keçirir; mühəndis-pedaqoji işçilərin ixtisasartırma təhsilini
və stajkeçməsini təşkil edir; qabaqcıl təcrübənin
öyrənilməsinə və tətbiqinə rəhbərlik
edir. [41]
Tələbə kontingentinin sayının az olması ilə
əlaqədar ştat cədvəlində tərbiyə işləri
üzrə direktor müavini ştatı nəzərdə tutulmadığı halda
tərbiyə işlərinin təşkili ilə də məşğul olur
və müvafiq vəzifələri həyata keçirir. Tələbələrin
istehsalat təlimini vətənpərvərlik, hüquqi, mənəvi
tərbiyə ilə sıx əlaqə şəraitində aparmasını
təmin edir, onların mədəni istirahətinin və
sinifdənkənar tədbirlərinin təşkilinə
rəhbərlik edir. İstehsalat təlimi ustalarının, sinif
rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıların,
ictimai və humanitar fənn müəllimlərinin
fəaliyyətini əlaqələndirir, onların işinə
nəzarət edir. İstehsalat təcrübəsi zamanı tələbələr arasında
tərbiyə işlərinin aparılmasını təmin edir. Fiziki
tərbiyə və gənclərin çağırışaqədərki
hazırlıq rəhbərləri ilə birlikdə kütləvi idman və
hərbi-vətənpərvərlik işlərini təşkil edir.
Tərbiyə sahəsində qabaqcıl təcrübəni öyrənir
və yayır. Sinifdənkənar tədbirlər və
tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar
hazırlayır. Peşəyönümü işlərini, tədris müəssisəsinin
valideynlərlə qarşılıqlı əlaqəsini təşkil edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; tədris
planı və proqramlarının tərtibini, tədris-metodiki
sənədlərlə işi; müəssisədaxili
nəzarəti; təhsil müəssisəsinin profilinə uyğun
istehsal sahələrini, qabaqcıl ölkələrdə
fəhlə kadrlarının hazırlanması sahəsindəki
təcrübəni; müəllimlərin əməyinin
tarifləşdirilməsini; müasir təlim-tərbiyə metodlarını;
pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
yaşayış yerlərində və dərsdən sonra
gənclərin tərbiyə işinin təşkili yollarını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsil
müəssisəsinin profilinə uyğun istehsal sahələrinin
inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətini, statistikanın
əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: pedaqoji
və ya idarəetmə ixtisas sahələri üzrə ali
təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun
ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə maaşı peşə təhsili müəssisəsinin direktorunun
vəzifə maaşından 20% aşağı müəyyənləşdirilir.
ÜMUMTƏHSİL
FƏNLƏRİ ÜZRƏ TƏDRİS HİSSƏ MÜDİRİ
Əmək funksiyası. Peşə liseyində ümumtəhsil fənləri
üzrə tədrisin təşkili və planlaşdırılmasını, tədris
plan və proqramlarının yerinə yetirilməsini təmin edir,
müəllimlərin fəaliyyətinə rəhbərliyi
həyata keçirir.
Tədrisin yüksək milli,
mənəvi ruhda aparılması, mənimsəmə, dərsə
davamiyyət, tələbələrin
nümunəvi davranışı üzərində nəzarəti təşkil edir.
Ümumtəhsil və ixtisas fənləri arasında qarşılıqlı
əlaqələrin yaradılması, fənn kabinetlərinin
təşkili və təchizi məsələlərini həll
edir. [42]
Qabaqcıl təcrübəni öyrənib
yayır, metodiki işlərə rəhbərlik edir, ümumtəhsil
fənn müəllimlərinin dərs yükünü
müəyyənləşdirir, dərs cədvəlinin
tərtibində iştirak edir. Ümumtəhsil fənn
müəllimlərinin ixtisasartırma və yenidən hazırlanmaya olan
tələbatını öyrənir və bununla əlaqədar olaraq
tədris ilinin əvvəlində müvafiq təklifləri
müəssisə rəhbərinə təqdim edir. Ümumtəhsil
fənləri üzrə imtahanlara hazırlığı və keçirilməsini
təşkil edir, təlim-tərbiyə işləri barədə hesabat
hazırlayır.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar
və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; ümumtəhsil fənləri üzrə
plan-proqramların quruluşu və məzmununu; təlim-tərbiyə
prosesinin təşkilini; tələbələrin
ümumtəhsil hazırlığının təşkilinin forma və metodlarını;
dərs və imtahan cədvəllərinin tərtibi
şərtlərini; pedaqogika və psixologiya elminin son
nailiyyətlərini; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
13-cü
dərəcə: ali
pedaqoji təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət peşə təhsili müəssisələrinin ümumtəhsil fənləri üzrə tədris hissə müdirlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[43]
BAŞ USTA
Əmək funksiyası. İstehsalat təlimi ustalarının və
tədris emalatxanalarının işinə rəhbərlik edir. Hər bir
tədris qrupu tərəfindən istehsalat təlimi
proqramlarının yerinə yetirilməsini təmin edir. Tədris-istehsalat
emalatxanalarında məhsul istehsalını planlaşdırır və hesabat
işlərini təşkil edir. İstehsalat təlimi planlarının yerinə
yetirilməsinə nəzarət edir. İstehsalat təlimi
dərslərinin aparılmasında istehsalat təlimi ustalarına texniki
və metodiki köməklik edir. İstehsalat təliminin
təkmilləşdirilməsi, tədris emalatxanalarında
əməyin təşkili, əmək və tədris
şəraitinin yaradılması, kadrların ixtisasının və istehsalat
mədəniyyətinin yüksəldilməsi sahəsində iş
aparır. İstehsalat təliminin səmərəli keçirilməsi
ilə bağlı yeni texnika və avadanlıqlar barədə
təkliflər hazırlayır və yazılı sürətdə
müəssisə rəhbərliyinə təqdim edir. Texniki
məlumatların əldə edilməsini və texniki yaradıcılıq
sahəsində tələbələrin
fəaliyyətini təşkil edir, tədris emalatxanalarında istehsal
olunan məhsulun keyfiyyətinin yüksəldilməsi və
istehsalat təlimi prosesində qabaqcıl təcrübənin
tətbiqi sahəsində iş aparır. Tədris olunan ixtisaslara dair
əmək bazarında dəyişən tələblər
barədə məlumatlar toplayır, tədris proqramlarının
təkmilləşdirilməsinə dair təkliflər hazırlayır.
Tədris emalatxanalarında əməyin təhlükəsizliyini
təmin edir. Tələbələrin
istehsalat təcrübəsi keçmələri üçün
müəssisələrin seçilməsi, onlarla müqavilələrin
bağlanması və ixtisas imtahanlarına hazırlıq işlərini təşkil
edir. İstehsalat təcrübəsi bitdikdən sonra onun təşkili,
keçirilməsi və nəticələri barədə tədris
və təlim işləri üzrə
direktor müavini ilə birlikdə yekun hesabatın hazırlanmasına
rəhbərlik edir. İstehsalat təlimi və istehsalat
təcrübəsinin təşkili ilə bağlı olaraq illik hesabatlar
hazırlayır, bu istiqamətdə mövcud olan problem və
çatışmazlıqları qeyd edərək, prosesin daha da
təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır. [44]
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının
Uşaq hüquqları haqqında Konvensiyanı; təlim-tərbiyə
işlərinin təşkilinin forma və metodlarını; təhsil
müəssisələrinin hazırladığı peşələr üzrə
tədris planı və proqramlarının tərtibini; emalatxana
avadanlığından istifadəni, tədris-istehsalat işlərinin
təşkili və iqtisadiyyatın əsaslarını; əmək
qanunvericiliyini; pedaqogika və psixologiya elminin son
nailiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
11-ci dərəcə: orta ixtisas təhsili, ixtisas üzrə 3
ildən 8 ilədək əmək stajı;
12-ci
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 8 ildən13 ilədək
əmək stajı; müvafiq ixtisas üzrə ali təhsil, ixtisası üzrə 3 ilədək
əmək stajı;
13-cü
dərəcə: orta ixtisas
təhsili, ixtisası üzrə 13 ildən çox əmək stajı;
müvafiq ixtisas üzrə ali təhsil, ixtisası
üzrə 3 ildən 8 ilədək əmək stajı;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, ixtisası
üzrə 8 ildən az olmayaraq əmək stajı.
Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan baş
ustaların aylıq vəzifə maaşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[45]
İSTEHSALAT
ÜZRƏ MENECER
Əmək
funksiyası. Müəssisədə istehsalatın
təşkili və davamlı inkişafı üçün tərəfdaşların (biznes
subyektləri) seçilməsi, əməkdaşlıq prosesinə
rəhbərlik edir. Müəssisədə məhsul istehsalını
proqnozlaşdırır və bu sahədə hesabatlığı təşkil edir.
İstehsalat prosesinin təkmilləşdirilməsi, tədris
emalatxanalarında əməyin təşkili, əmək və
tədris şəraitinin yaradılması, kadrların ixtisasının və
istehsalat mədəniyyətinin yüksəldilməsi sahəsində
tərəfdaşlardan gələn təklifləri
ümumiləşdirir və rəhbərliyə təqdim edir.
Tələbələrin istehsalat təcrübəsi keçməsi
üçün müəssisənin yerləşdiyi ərazi üzrə
işəgötürənlərin müəyyən edilməsi, onlarla
əməkdaşlığın qurulması prosesində iştirak edir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Azərbaycan Respublikasının Rəqabət
Məcəlləsini; təhsil və peşə təhsili
sahəsinə aid normativ hüquqi aktları, əmək
qanunvericiliyini; iqtisadiyyat və idarəetmənin əsaslarını;
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci
dərəcə: orta ixtisas təhsili, iqtisadiyyat və
idarəetmə üzrə 3 ildən 8 ilədək əmək
stajı;
12-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 8
ildən 13 ilədək əmək stajı; ali
təhsil, iqtisadiyyat və idarəetmə üzrə 3
ilədək əmək stajı;
13-cü
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 13
ildən çox əmək stajı; ali təhsil, iqtisadiyyat və
idarəetmə üzrə 3 ildən 8 ilədək əmək
stajı;
14-cü dərəcə: ali təhsil, iqtisadiyyat və
idarəetmə üzrə 8 ildən az olmayaraq əmək stajı.[46]
TƏDRİS-İSTEHSALAT EMALATXANASININ MÜDİRİ
Əmək funksiyası. İstehsalat təlimi üzrə tədris
proqramına uyğun olaraq baş usta ilə birlikdə istehsalat
fəaliyyəti planlarını, layihələrini hazırlayır. Tədris
emalatxanasında əmək və istehsalat intizamına riayət
olunması üçün məsuliyyət daşıyır. İstehsalat fəaliyyəti
planlarını keyfiyyətlə yerinə yetirmək üçün baş usta
ilə birlikdə tədris-istehsalat emalatxanasını avadanlıq,
material və başqa maddi vasitələrlə təchiz edir.
Məktəbin mexaniki ilə birlikdə avadanlıqdan düzgün
istifadə olunmasını təmin edir, emalatxanada təhlükəsiz iş
şəraiti yaradır. Tədris-istehsalat emalatxanalarının
fəaliyyətinin səmərəli təşkili ilə əlaqədar
təkliflər hazırlayır. Tədris-istehsalat emalatxanasının
mühəndis-texniki işçilərinin işini təşkil edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını, Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; pedaqogika və
psixologiya elminin son nailiyyətlərini və istehsalat
təliminin metodikasını, tədris proqramına uyğun olaraq
tədris-istehsalat işləri siyahısının tərtibini; əmək
məhsuldarlığının yüksəldilməsi, məhsulun maya
dəyərinin aşağı salınması və məhsulun keyfiyyətinin
yaxşılaşdırılması üsullarını, yeni texnika və texnologiyanın
tətbiqini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ilədək əmək stajı; ali təhsil, əmək stajına
tələb qoyulmadan;
10-cu
dərəcə: orta ixtisas
təhsili, ixtisası üzrə 3 ildən 10 ilə qədər
əmək stajı; ali təhsil, ixtisası üzrə 3 ildən 8 ilə qədər
əmək stajı;
11-ci
dərəcə: orta ixtisas
təhsili, ixtisası üzrə 10 ildən 15 ilə qədər
əmək stajı; ali təhsil, ixtisası üzrə 8 ildən 13 ilə
qədər əmək stajı;
12-ci
dərəcə: orta ixtisas
təhsili, ixtisas üzrə 15 ildən az olmayaraq əmək
stajı; ali təhsil, ixtisası üzrə 13 ildən az olmayaraq
əmək stajı.[47]
MÜTƏXƏSSİSLƏR
MÜƏLLİM
Əmək
funksiyası. Təhsil
sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal
vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil
həyata və əmək fəaliyyətinə hazırlanmasını
təmin edir. Tədris edilən fənnin, ixtisasın spesifik
xüsusiyyətləri nəzərə alınmaqla tələbələrlə təlim
məşğələləri aparır. Təlim prosesində
müxtəlif formalardan, üsullardan, metodlardan istifadə edir.
Fənn üzrə tədris materiallarını planlaşdırır, tədris
proqramlarının yerinə yetirilməsini, bütün tələbələr tərəfindən dövlət
standartları səviyyəsində mənimsənilməsini
təmin edir. Tədris etdiyi fənnə dair tədbirlər
təşkil edir. Tələbələrin
valideynləri, yaxud onları əvəz edən
şəxslərlə müntəzəm əlaqə saxlayır.
Tədris intizamına riayət edilməsini və
davamiyyətə əməl olunmasını təmin edir. Tədris
avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası
və istehsalat sanitariyası tələblərinin yerinə
yetirilməsinə nəzarət edir. Metodik işlərin təşkilində
iştirak edir. Təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsinə yönəldilən təkliflər
verir, ixtisasını yüksəltməyə çalışır, müəllimlərin
etik davranış qaydalarına riayət edir. [48]
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının
Uşaq hüquqları haqqında Konvensiyanı; pedaqoji, elmi-metodik və
təşkilati məsələlərin həlli
çərçivəsində fənlərin ümumi nəzəri
əsaslarını; pedaqogika və psixologiya elminin son
nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını,
tərbiyə işlərinin metodikasını; İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; fənn
üzrə təlimin məzmunu və təşkili prinsiplərini;
tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla
təchiz olunmasına qoyulan tələbləri; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsilli, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya
orta ixtisas təhsilini fərqlənmə diplomu ilə
bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali təhsil,
3 ildən 8 ilədək pedaqoji staj və ya ali
təhsili fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: ali
təhsil, 18 ildən az olmayaraq pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə fənn tədris
edən şəxslər; Azərbaycan Respublikasının fəxri
adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim
üçün metodik vəsait müəllifləri.
Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[49]
İSTEHSALAT TƏLİMİ USTASI
Əmək funksiyası. İstehsalat təlimi proqramına uyğun olaraq qrup
tələbələrinə
peşə bacarıq və vərdişləri aşılayır. İstehsalat təlimi
dərsləri üçün avadanlığı və materialları hazırlayır, tədris
dövrləri üzrə tələbələrin
tədris-istehsalat işlərini planlaşdırır və müəyyən
edilmiş normalara əsasən bu işlərin texniki
tələblər səviyyəsində yerinə
yetirilməsini təmin edir. Tədris emalatxanasında və ya
istehsalat təcrübəsində tələbələr
tərəfindən tədris tapşırıqlarının keyfiyyətlə
yerinə yetirilməsini təmin edir. Tələbələr tərəfindən iş
üsullarının, yeni texnika və texnologiyanın öyrənilməsini,
təhlükəsizlik texnikası və əməyin mühafizəsi
qaydalarına əməl olunmasını təmin edir, istehsalat təlimi
və təcrübəsi proqramlarının yerinə yetirilməsi üçün
şərait yaradır. Tələbələrə
təhkim olunmuş avadanlığın saz saxlanmasını təmin edir. İstehsalat
təcrübəsinin keçirilməsi üçün müəssisə və
təsərrüfatlarla müqavilələrin bağlanmasında iştirak edir.
Daxili intizam qaydalarına hər bir tələbə
tərəfindən əməl olunmasını təmin edir. Tələbələrlə
müxtəlif tərbiyə işləri aparır. Tələbələr tərəfindən ixtisas
(sınaq) istehsalat işlərinin yerinə yetirilməsində, ixtisas
imtahanlarına hazırlıq və onların keçirilməsində iştirak edir. [50]
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını, Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
təlim-tərbiyə işlərinin təşkilinin forma və
metodlarını; təhsil müəssisələrinin hazırladığı
peşələr üzrə tədris plan və proqramlarının
tərtibini; istehsal təliminin metodikasını; emalatxana avadanlığından
istifadəni, tədris-istehsalat işlərinin təşkili və
iqtisadiyyatın əsaslarını; əmək qanunvericiliyini; pedaqogika
və psixologiya elminin son nailiyyətlərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
9-cu
dərəcə: ümumi orta təhsil,
sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas
təhsilli, əmək stajına tələb qoyulmadan;
10-cu
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 3 ildən 8 ilə qədər
əmək stajı; orta ixtisas təhsilini fərqlənmə
diplomu ilə bitirən; müvafiq ixtisas üzrə ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 8 ildən 13 ilədək
əmək stajı; müvafiq ixtisas üzrə ali təhsil, ixtisası
üzrə 3 ilədək əmək stajı; ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 13 ildən 18 ilədək
əmək stajı; müvafiq ixtisas üzrə ali təhsil, ixtisası
üzrə 3 ildən 8 ilədək əmək stajı;
13-cü
dərəcə: orta ixtisas
təhsilli, 18 ildən az olmayaraq ixtisası üzrə əmək
stajı; müvafiq ixtisas üzrə ali təhsil, ixtisası üzrə 8
ildən az olmayaraq əmək stajı və ya istehsalat təlimi
ustası vəzifəsində 5 ildən az olmayaraq əmək
stajı.
Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan
istehsalat təlimi
ustalarının aylıq vəzifə maaşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[51]
İSTEHSALAT TƏLİMİ
USTASI
(nəqliyyat
vasitələrinin sürücülüyü üzrə)
Əmək funksiyası. İstehsalat təlimi proqramına uyğun tədris
qrupu tələbələrinin
peşə bacarıq və vərdişlərinə, o cümlədən
avtomobil nəqliyyatı vasitələrinin idarə olunması
vərdişlərinə yiyələnməsi üçün dərsləri
texniki və metodiki səviyyədə aparır. İstehsalat
təlimi məşğələlərinin təşkili üçün avadanlıq
və materialları, avtomobil və digər nəqliyyat
vasitələrini hazırlayır.
İstehsalat təlimi proqramına uyğun
olaraq tələbələrin
tədris-istehsalat işlərini planlaşdırır, avtomobil nəqliyyatı
vasitələrinin sürülməsi və texniki qulluq qrafikini
hazırlayır və müəyyən edir. Tələbələr
tərəfindən tədris emalatxanalarında, avtomobillərin
quruluşu və istismarı laboratoriyalarında, təlim poliqonlarında
və ya avtomobil nəqliyyatı müəssisələrində
istehsalat təlimi və təcrübəsi tapşırıqlarının yerinə
yetirilməsinə şərait yaradır. Tələbələrə təhkim edilən
avadanlığın və avtomobil nəqliyyatı vasitələrinin
işlək vəziyyətdə olmasını təmin edir. Tələbələrlə
müntəzəm olaraq sinifdənxaric və
məktəbdənkənar tədbirlər keçirir. Tələbələr
tərəfindən ixtisas (sınaq) işlərinin yerinə
yetirilməsi və buraxılış ixtisas imtahanlarına hazırlıq
işlərində və onların keçirilməsində iştirak edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
təlim-tərbiyə işlərinin təşkilinin forma və
metodlarını; təhsil müəssisələrinin hazırladığı
peşələr üzrə tədris plan və proqramlarının
tərtibini; istehsalat təliminin metodikası və pedaqogikasının
əsaslarını, tədris-istehsalat işlərinin təşkili və
iqtisadiyyatın əsaslarını; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
9-cu
dərəcə: peşə
təhsili, ixtisası üzrə 2 ildən az
olmayaraq əmək stajı, nəqliyyat vasitələrini
idarəetmə hüququ verən "B" və yaxud "B”
və “C" sürücülük vəsiqəsi, 2
ildən az olmayaraq sürücülük təcrübəsi;
10-cu
dərəcə: peşə
təhsili, ixtisası üzrə 3 ildən az
olmayaraq əmək stajı, nəqliyyat vasitələrini
idarəetmə hüququ verən "B” , “C" və “D” sürücülük vəsiqəsi, 3 ildən az
olmayaraq sürücülük təcrübəsi;
11-ci
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 3 ildən az olmayaraq əmək
stajı, nəqliyyat vasitələrini idarəetmə hüququ
verən "B” , “C" və “D” sürücülük
vəsiqəsi, 3 ildən az olmayaraq sürücülük təcrübəsi;
12-ci
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 6 ildən az olmayaraq əmək
stajı, nəqliyyat vasitələrini idarəetmə hüququ
verən "B” , “C" və “D” sürücülük
vəsiqəsi, 5 ildən az olmayaraq sürücülük təcrübəsi; müvafiq
ixtisas üzrə ali təhsil, ixtisası üzrə 3 ildən az olmayaraq
əmək stajı, nəqliyyat vasitələrini
idarəetmə hüququ verən "B” , “C" və “D” sürücülük vəsiqəsi, 2 ildən az
olmayaraq sürücülük təcrübəsi;
13-cü
dərəcə: orta ixtisas
təhsilli, ixtisası üzrə 9 ildən az olmayaraq əmək
stajı, nəqliyyat vasitələrini idarəetmə hüququ
verən "B” , “C" və “D” sürücülük
vəsiqəsi, 7 ildən az olmayaraq sürücülük təcrübəsi;
müvafiq ixtisas üzrə ali təhsil, ixtisası üzrə 5 ildən az olmayaraq əmək
stajı, nəqliyyat vasitələrini idarəetmə hüququ
verən "B” , “C" və “D” sürücülük
vəsiqəsi, 5 ildən az olmayaraq sürücülük təcrübəsi.
Dövlət təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan
istehsalat təlimi
ustalarının (nəqliyyat vasitələrinin
sürücülüyü üzrə) aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[52]
MEXANİK
Əmək funksiyası. Məktəbin maşın-traktor parkında olan
bütün traktorların, avtomobillərin, kombaynların, kənd
təsərrüfatı maşınlarının və başqa avadanlıqların fasiləsiz
və təhlükəsiz işini təmin edir. Maşın-traktor parkında olan
texnika və avadanlığın aylıq, rüblük, illik təmirini və texniki
qulluq qrafiklərini tərtib edir və onların icrasını təmin
edir. Təmirin və texniki xidmətlərin
qiymətlərinin, tələb olunan ehtiyat hissələrinin
və materialların hesabatını aparır. Parkda məşğələ
saatlarına görə yanacaq-yağlama materiallarının sifarişinin
hazırlanmasında iştirak edir. Texnikanın və avadanlığın təmirinə
tələb olunan ehtiyat hissələri üçün sifariş verir.
Texnikanın və avadanlığın vəziyyətinə baxış keçirir. Parkda
olan kənd təsərrüfatı texnikasına, avtomobil nəqliyyat
vasitələrinə texniki baxışların keçirilməsini təşkil
edir. Tədris müəssisəsinə daxil olan texnika və
avadanlığın müəyyən olunmuş qaydada təhvil alınmasını və
istismara verilməsini təşkil edir. Tədris
müəssisəsinin mühasibi ilə birlikdə texnikanın, avadanlığın
uçotunu və onun hərəkəti üzrə inventar kitabında
qeydiyyat aparır, yararsız hala düşən texnika və avadanlıqların
silinməsi üçün sənədləri hazırlayır. Maşın-traktor parkında
əməyin təhlükəsizliyi və yanğından mühafizə
tədbirlərini təşkil edir. Texnikanın və avadanlığın
müvəqqəti və daimi saxlanmaya qoyulması və konservasiya
qaydalarının yerinə yetirilməsini təmin edir.
Bilməlidir: “Təhsil
haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
təlim-tərbiyə işlərinin təşkilinin forma və
metodlarını; təhsil müəssisələrinin hazırladığı
peşələr üzrə tədris plan və proqramlarının
tərtibini; emalatxana avadanlığından istifadəni,
tədris-istehsalat işlərinin təşkili və iqtisadiyyatın
əsaslarını; əmək qanunvericiliyini; pedaqogika və
psixologiya elminin son nailiyyətlərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
7-ci
dərəcə: orta ixtisas
təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq
əmək stajı;
8-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
10-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən 8 ilədək ixtisası üzrə əmək stajı;
11-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 8
ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
SATINALMA
ÜZRƏ MÜTƏXƏSSİS
Əmək
funksiyası. Müəssisənin satınalma planının
formalaşdırılmasını və satınalmaların keçirilməsini təmin edir.
Müəssisə rəhbərliyinin sifarişi əsasında həyata
keçirilən dövlət satınalmaları ilə bağlı təhlillər
aparır və təkliflər verir. Satınalma zamanı yarana
biləcək riskləri öncədən dəyərləndirir
və bu risklərin aradan qaldırılması üçün zəruri
tədbirləri həyata keçirir. Satınalma komissiyasını
formalaşdırır, satınalmanın əsas şərtlər toplusunu hazırlayır,
satınalma elanını dərc etdirir. Satınalma müqaviləsinin
şərtlərinin icrasına nəzarət edir. Öz fəaliyyəti
ilə bağlı görülmüş işlər barədə hesabatlar hazırlayaraq
rəhbərliyə təqdim edir.
Bilməlidir:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu,
təhsil və peşə təhsili sahəsinə aid normativ
hüquqi aktları; idarəetmənin təşkilini; əmək
qanunvericiliyini; sağlamlıq, əməyin təhlükəsizliyi və
ətraf mühitin mühafizəsi norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
13-cü
dərəcə: iqtisadiyyat və idarəetmə ixtisasları
qrupu üzrə orta ixtisas təhsili, müvafiq sahədə 3
ildən az olmayaraq əmək stajı və ya iqtisadiyyat və
idarəetmə ixtisasları qrupu üzrə ali təhsil və
ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı.
KEYFİYYƏT
TƏMİNATI ÜZRƏ MÜTƏXƏSSİS
Əmək
funksiyası. Müəssisədə daxili keyfiyyət
təminatı sisteminin yaradılmasında iştirak edir. Daxili keyfiyyət
təminatına dair keyfiyyət siyasəti və strategiya üzrə
müəyyən edilmiş hədəflərin icra edilməsi
məqsədilə fəaliyyət planlarının hazırlanmasında
iştirak edir. Keyfiyyət təminatına dair dövri monitorinqlərin
keçirilməsini və müvafiq hesabatların tərtib edilməsini
təmin edir. Daxili keyfiyyət təminatı sisteminə uyğun
olaraq müəssisədaxili strukturlar üzrə öhdəliklərin
yerinə yetirilməsinə nəzarət edir və müvafiq
hesabatların hazırlanmasını təmin edir. Müəssisənin
akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyasının
yaradılması üzrə zəruri fəaliyyətləri icra edir.
Akkreditasiya üçün tələb olunan Özünütəhlil Hesabatını
hazırlayır və Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim
edir. Akkreditasiyadan sonrakı müddət ərzində verilmiş
tövsiyələrə uyğun fəaliyyət planının Təhsildə
Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdıraraq icrasını
təmin edir.
Bilməlidir: Birləşmiş
Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiya”sını;
ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə
sisteminin əsas tələblərini; təhsil və peşə
təhsili sahəsinə aid normativ hüquqi aktları; təhsildə
keyfiyyət təminatına dair qabaqcıl təcrübələri;
sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin
mühafizəsi norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali
təhsil, 1 ildən az olmayaraq pedaqoji staj.
11-ci
dərəcə: təhsilalanların sayı 300 nəfərdən az
olduqda;
12-ci
dərəcə: təhsilalanların sayı 300-dən 500
nəfərə qədər olduqda;
13-cü
dərəcə: təhsilalanların sayı 500 və daha çox olduqda.
İT
MÜTƏXƏSSİSİ
Əmək
funksiyası. İnformasiya-kommunikasiya texnologiyalarının, o
cümlədən daxili şəbəkənin işlək
vəziyyətdə saxlanılmasını və səmərəli
istifadə olunmasını təmin edir. İT infrastrukturunun davamlı
işlənməsi, monitorinqi, texniki təminatı, inkişafı və
təkmilləşdirilməsini həyata keçirir. Müəssisənin
elektron sisteminin fəaliyyətini təmin edir (serverlər,
proqramlar, kodlaşma və s.).
Müəssisənin
daxili şəbəkəsinin tənzimlənməsini və daxili
rabitə sistemlərinin keyfiyyətli və fasiləsiz
işləməsini təmin edir. Müəssisənin əməkdaşları
tərəfindən informasiya təhlükəsizliyi qaydalarına
riayət olunması üçün zəruri tədbirlər görür. İnformasiya
resurslarının fəaliyyətini təmin edən proqram və
avadanlıqların quraşdırılması və fasiləsiz işləməsinin
təmin olunması üçün zəruri işləri yerinə yetirir.
Müəssisənin
keyfiyyətli və fasiləsiz internet bağlantısı ilə təmin
edilməsi və əməkdaşların elektron poçt ünvanlarının
fasiləsiz işləməsi üçün üzərinə düşən vəzifələri
icra edir. Kompüter və digər avadanlıqlarda baş vermiş
problemlərin müəyyən edilib dərhal aradan qaldırılmasını
təmin edir.
Bilməlidir:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”; Azərbaycan Respublikasının Qanununu; təhsil və
peşə təhsili sahəsinə aid normativ hüquqi aktları;
sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin
mühafizəsi norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili.
11-ci
dərəcə: 1 ilə qədər ixtisası üzrə
əmək stajı, orta ixtisas təhsili; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
12-ci
dərəcə: 1 ildən 3 ilədək ixtisası üzrə
əmək stajı, ali təhsil;
13-cü
dərəcə: 3 ildən çox ixtisası üzrə əmək
stajı, ali təhsil.
TƏDRİSİN
TƏŞKİLİ ÜZRƏ KOORDİNATOR
Əmək
funksiyası. Müəssisənin filial və ya korpusunda
tədrisin planlaşdırılması və təşkilində,
müəllimlərin dərs yükünün
müəyyənləşdirilməsi və dərs cədvəlinin
hazırlanmasında iştirak edir. Müəssisəyə tələbə
qəbulu, tədris qruplarının komplektləşdirilməsi,
tələbələrin kursdan-kursa keçirilməsi və
buraxılışı üzrə fəaliyyətləri koordinasiya edir.
Tədris planı və proqramlarının yerinə yetirilməsinə,
tələbələr tərəfindən tədris
materiallarının mənimsənilməsi səviyyəsinə,
onların intizamına və dərsə davamiyyətinə,
mühəndis-pedaqoji heyətin fəaliyyətinə
nəzarəti həyata keçirir. Tədris sənədlərinin
tərtibini, korpusun tədris və istehsalat
fəaliyyətinə dair hesabat və uçot işlərini həyata
keçirir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; “Gənclər siyasəti haqqında” və “Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil
və peşə təhsili sahəsinə aid normativ hüquqi aktları,
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 3
ildən 8 ilədək əmək stajı; ali təhsil, ixtisası
üzrə 3 ilədək əmək stajı;
12-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 13
ildən çox əmək stajı; müvafiq ixtisas üzrə ali təhsil,
ixtisası üzrə 3 ildən 8 ilədək əmək stajı;
13-cü
dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, ixtisası
üzrə 8 ildən az olmayaraq əmək stajı.
KARYERA
XİDMƏTİ ÜZRƏ MÜTƏXƏSSİS
Əmək
funksiyası. Təhsilalanlara ixtisaslar və təhsil
imkanları barədə məlumat verir və müəssisənin
proqramları ilə bağlı maarifləndirir. Təhsilalanlara karyera
planlaşdırması, iş axtarışı, işə müraciət anketinin tərtibatı
və müsahibəyə hazırlıqda kömək etmək üçün fərdi
və qrup karyera məsləhəti sessiyalarının keçirilməsini
təmin edir. Şəxsi inkişaf, karyera və əmək bazarı
ilə bağlı mövzularda seminarlar, təlimlər və
təqdimatlar hazırlayır və təşkil edir. Karyera
xidmətləri üzrə veb-saytı, müvafiq məzmunlu elektron
resurslar və sosial media platformaları üçün məzmunu hazırlayır
və təkmilləşdirir. Tələbə-məzunlar üçün iş
və təcrübə imkanlarını araşdırmaq məqsədilə
işəgötürənlərlə münasibətlər qurur. Karyera
xidmətinin tərəflərin (təhsilalanlar,
işəgötürənlər) tələb və ehtiyacları əsasında
həyata keçirilməsini təmin edir. Karyera mərkəzinin
fəaliyyət və nəticələrinə əsasən
hesabatlar hazırlayır. Karyera günləri və əmək yarmarkaları
ilə bağlı tərəfdaşlıq əlaqələrinin qurulmasını
planlaşdırır və icra edir. Təhsilalanlara əmək bazarı, onun
xüsusiyyətləri, şəxsi və peşəkar inkişaf
istiqamətləri barədə məsləhətlər verir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; Azərbaycan Respublikasının Əmək
Məcəlləsini; təhsil və peşə təhsili
sahəsinə aid normativ hüquqi aktları; “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali
təhsil; insan resursları və ya təlim-tədris
sahəsində 1 ildən az olmayaraq əmək stajı.
10-cu
dərəcə: təhsilalanların sayı 300 nəfərdən az
olduqda;
11-ci
dərəcə: təhsilalanların sayı 300-dən 400
nəfərə qədər olduqda;
12-ci
dərəcə: təhsilalanların sayı 400-dən 500
nəfərə qədər olduqda;
13-cü
dərəcə: təhsilalanların sayı 500 və daha çox olduqda.
İNZİBATİ
İŞLƏR ÜZRƏ KOORDİNATOR
Əmək
funksiyası. Korpus üzrə tədris binalarının,
yataqxana və digər tikililərin qorunub saxlanılmasına, düzgün
istismarına və təmir olunmasına nəzarət edir.
Müəssisənin elektrik enerjisi, istilik, su ilə təchizatına
və kanalizasiya sisteminin işləməsinə nəzarət
edir. Müəssisənin tələbatına uyğun sinif, laboratoriya
avadanlığı, mebel, yataqxana ləvazimatı ilə təmin
edilməsini koordinasiya edir. Müəssisənin əmlakının uçotunu
və inventarlaşdırılmasını təşkil edir. Qiymətli malların və
materialların qorunub saxlanmasını təmin edir. İşçiləri
dəftərxana ləvazimatı, təsərrüfatda
işlədilən əşya və inventarlarla təmin edir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; təhsil və peşə təhsili sahəsinə
aid normativ hüquqi aktları; idarəetmənin təşkilini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 3
ildən 8 ilədək əmək stajı; ali təhsil, ixtisası
üzrə 3 ilədək əmək stajı;
12-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 13
ildən çox əmək stajı; müvafiq ixtisas üzrə ali təhsil,
ixtisası üzrə 3 ildən 8 ilədək əmək stajı;
13-cü
dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, ixtisası
üzrə 8 ildən az olmayaraq əmək stajı.
HÜQUQŞÜNAS
Əmək
funksiyası. Müəssisənin hüquq və qanuni
maraqlarını məhkəmə orqanlarında müdafiə edir.
Müəssisənin cəlb edildiyi məhkəmə prosesləri
ilə əlaqədar prosessual sənədlərin hazırlanmasını
təmin edir. Müəssisənin struktur bölmələrinə
hüquqi yardım göstərilməsini, arayışlar, rəylər və
qanunvericiliyin tələblərinə əməl olunması
istiqamətində hüquqi məsləhətlərin
verilməsini təmin edir. Müəssisənin
fəaliyyəti ilə bağlı müqavilələrin hüquqi
ekspertizasını həyata keçirir. Müəssisənin fəaliyyət
istiqamətləri üzrə vətəndaşlardan, dövlət
orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil
olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun
olaraq baxılmasında iştirak edir. Müəssisəni dövlət
orqanlarında, hüquqi və fiziki şəxslərlə
münasibətdə təmsil edir və müvafiq
tədbirlərdə iştirak edir. Müəssisə
rəhbərinin tapşırığı ilə müvafiq məlumatlar, hesabatlar
və arayışlar hazırlayır.
Bilməlidir:
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının Mülki Məcəlləsini və “Publik
şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu;
təhsil və peşə təhsili sahəsinə aid normativ
hüquqi aktları; əmək və inzibati sahə üzrə
qanunvericiliyi.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
13-cü
dərəcə: ali hüquq təhsili, 3 ildən az olmayaraq
ixtisası üzrə əmək stajı;
14-cü
dərəcə: ali hüquq təhsili, 5 ildən az olmayaraq
ixtisası üzrə əmək stajı.
MÜƏLLİM
KÖMƏKÇİSİ
Əmək
funksiyası. Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili ilə bağlı qanunvericilik aktlarında
müəyyən edilmiş tələblərə uyğun sağlamlıq
imkanları məhdud şəxslərin təhsilinin təşkil
edilməsi ilə məşğul olur. İnklüziv təhsil həyata
keçirilən qruplarda sağlamlıq imkanları məhdud təhsilalanların
fərdi inkişaf planlarının hazırlanmasında iştirak edir. Sağlamlıq
imkanları məhdud yeniyetmələrin inkişaf
xüsusiyyətlərinin müəyyənləşdirilməsi
məqsədilə müəssisənin psixoloqu ilə
məsləhətləşmələr aparır. İnklüziv
təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud
şəxlərin fərdi plan üzrə inkişafını izləyir,
qiymətləndirir və nəticələrə
əsasən müvafiq tədbirlər görür. İnkluziv təhsilə
cəlb edilmiş təhsilalanlarla metodiki işin təşkili prosesində
müəllimlərə dəstək göstərir. Sağlamlıq imkanları
məhdud təhsilalanlarla fərdi və inteqrasiyalı qrup
işləri aparır, onların sosial mühitə uyğunlaşmasına və
inkişafına yardım edir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
peşə təhsili sahəsinə aid normativ hüquqi aktları; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.[53]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
7-ci
dərəcə: müvafiq orta ixtisas təhsili, əmək
stajına tələb qoyulmadan;
8-ci
dərəcə: müvafiq orta ixtisas təhsili, 3 ildən 5
ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini
fərqlənmə diplomu ilə bitirən;
9-cu
dərəcə: müvafiq orta ixtisas təhsili, 5 ildən 10
ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək
stajına tələb qoyulmadan;
10-cu
dərəcə: müvafiq orta ixtisas təhsili, 10 ildən 15
ilədək pedaqoji staj; ali pedaqoji təhsil, 3 ildən 8
ilədək pedaqoji staj; ali təhsili fərqlənmə
diplomu ilə bitirən;
11-ci
dərəcə: müvafiq orta ixtisas təhsili və 15 ildən
az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8 ildən 13
ilədək pedaqoji staj;
12-ci
dərəcə: ali pedaqoji təhsil, 13 ildən 18
ilədək pedaqoji staj;
13-cü dərəcə:
ali pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj.
TYUTOR
Əmək
funksiyası. Tələbələrin hüquqlarını
və akademik maraqlarını qoruyur. Tədris prosesinin təşkili
ilə bağlı zəruri məlumatları və sənədləri
tələbələrə təqdim edir. Tələbələrin
fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup
halında və ya fərdi məsləhətlər verir. İl
ərzində akademik məsləhətləşmələr
təşkil edir. Tələbələrin fərdi tədris
planlarının qəbulunu təşkil edir və ixtisas proqramları
üzrə iş planlarının tərtib edilməsində iştirak edir.
Tələbələrə fərdi tədris planında
dəyişiklik aparmağa yardım göstərir. İxtisas proqramları üzrə
təhsil almaq üçün metodiki materialların hazırlanmasına və
mövcudluğuna, eləcə də tələbələrin
fənlər üzrə attestasiyasının keçirilməsinə
nəzarət edir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; “Gənclər siyasəti haqqında” və “Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil
və peşə təhsili sahəsinə aid normativ hüquqi aktları;
əmək qanunvericiliyini; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali
təhsil, tədris, təlim-tərbiyə sahəsində
müəyyən təcrübəsi və səriştəsi olan.
11-ci
dərəcə: təhsilalanların sayı 500
nəfərədək olduqda;
12-ci
dərəcə: təhsilalanların sayı 500 və daha çox olduqda.
İŞƏGÖTÜRƏNLƏRLƏ
İŞ ÜZRƏ MÜTƏXƏSSİS
Əmək
funksiyası. Müəssisənin fəaliyyət
göstərdiyi ərazi üzrə işəgötürənlərin reyestrinin
hazırlanmasını təmin edir. Müəssisə üzrə
tədris-istehsalat prosesində işəgötürənlərin
tələb və gözləntilərinin təmin olunmasına dair
təkliflər verir. İşəgötürənləri
maarifləndirmə tədbirlərinə cəlb edir və
birgə fəaliyyət istiqamətləri üzrə
müəssisə rəhbərliyinə təkliflər verir.
Tələbələrin peşə inkişafına dəstək üzrə
layihələri əlaqələndirir (olimpiadalar və s.).
İstehsalata infoturlar təşkil edir, işəgötürənlərin,
məzun və tələbələrin iştirakı ilə
şəbəkələşmə tədbirləri, panel sessiyalar,
dəyirmi masalar və digər tədbirləri təşkil edir
və bu istiqamətdə strategiyalar hazırlanmasına dair
təkliflər verir və həyata keçirir.
Bilməlidir:
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında
Konvensiya”sını; “Gənclər siyasəti haqqında” və “Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil
və peşə təhsili sahəsinə aid normativ hüquqi aktları;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali
təhsil; marketinq və ya insan resursları sahəsində ən
azı 1 il təcrübə.
10-cu
dərəcə: təhsilalanların sayı 300 nəfərdən az
olduqda;
11-ci
dərəcə: təhsilalanların sayı 300-dən 500
nəfərə qədər olduqda;
12-ci
dərəcə: təhsilalanların sayı 500 və daha çox olduqda.
ƏMƏYİN
MÜHAFİZƏSİ ÜZRƏ MÜHƏNDİS
Əmək
funksiyası. Əməyin mühafizəsinə, texniki
təhlükəsizliyə, yanğından mühafizə və istehsalat
sanitariyasına dair təlimatların, qaydaların hazırlanmasını təmin
edir, müəssisədə əməyin mühafizəsinə dair
qayda və normaların həyata keçirilməsini təmin edir,
müəssisədə istehsalat prosesi və emalatxanalarda iş zamanı
xüsusi geyim və fərdi mühafizə vasitələri ilə
təminata və istifadəyə nəzarəti həyata
keçirir, müəssisədə əməyin mühafizəsi və
yanğından mühafizəyə dair tədbirləri təşkil
edir, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə sənədlərin düzgün tərtibatına
nəzarət edir, öz fəaliyyəti ilə bağlı görülmüş
işlər barədə hesabatlar hazırlayaraq rəhbərliyə
təqdim edir.
Bilməlidir:
əməyin mühafizəsinə, təhsil və peşə
təhsili sahəsinə aid normativ hüquqi aktları; iqtisadiyyatın,
istehsalın, əməyin və idarəetmənin təşkilinin
əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından
mühafizənin qayda və normalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 3
ildən 8 ilədək əmək stajı; ali təhsil, müvafiq
sahədə 3 ilədən az olmayan əmək stajı;
12-ci
dərəcə: orta ixtisas təhsili, ixtisası üzrə 13
ildən çox əmək stajı; ali təhsil, müvafiq sahədə
3 ildən 8 ilədək əmək stajı;
13-cü dərəcə: ali təhsil, müvafiq
sahədə 8 ildən az olmayaraq əmək stajı.[54]
VII. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Məktəbin fəaliyyətini
idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari
planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin
fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır,
məktəbdaxili qiymətləndirməni həyata keçirir
və bunların əsasında perspektiv inkişaf istiqamətlərini
müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal
həlli yollarını tapır, dövlət orqanları və ictimai
təşkilatlarda müəssisənin marağını təmsil edir.
Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati
tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir.
Tədris planı və proqramlarının yerinə yetirilməsi,
istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün
tədbirlər həyata keçirir. Şagirdlərin fənn
olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət
tələb olunan tədbirlərə cəlb edilməsi
sahəsində məqsədyönlü iş aparır,
təlim-tərbiyə işlərinin məzmunlu və
səmərəli aparılmasını həyata keçirir. Şagird
özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir
və onların işinə köməklik göstərir; sinifdənxaric
və məktəbdənkənar işlərin təşkili
üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta
təhsilin həyata keçirilməsini, uzun müddət
təhsildən kənarda qalmış şəxslərin və istedadlı
şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin
edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin
keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl
fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun
pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması
üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş
müəllimləri və müəssisənin digər işçilərini
mükafatlandırma və təltif üçün təkliflər verir.
Müavinlərin hesabatlarını dinləyir, onların işinin
təkmilləşdirilməsinə dair təkliflər verir.
Kargüzarlığın və məktəb sənədlərinin düzgün
aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün
doldurulmasını təmin edir.Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa)
seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və
intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir, pedaqoji heyətin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait
yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını
mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə
bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə
yetirilməsini, müəssisənin təsərrüfat
fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan
təlim-tərbiyə prosesində düzgün və
səmərəli istifadə olunmasını təmin edir. Daxili
intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına
riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə
verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun
nəzarətdə saxlayır və onların icrasına nail olur.
Valideynlərlə (onların qanuni nümayəndələri ilə),
təlim-tərbiyə işlərinə kömək edən
müəssisələri və xeyriyyə cəmiyyətləri
ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri
həll edir. Dövlət tərəfindən ayrılan, habelə
müəssisənin büdcəsinə qanunda nəzərdə tutulan digər mənbələrdən daxil
olan büdcədənkənar vəsaitin səmərəli,
məqsədyönlü istifadəsini təmin edir.[55]
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının
Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini;
müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan
stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini;
müəllimlərin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılmasını; qabaqcıl müəllimlərin iş təcrübəsinin
yayılması sahəsində müasir tələblərə uyğun
mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində
tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə
uyğun daha da təkmilləşdirilməsini; təhsil proqramlarının
və dərsliklərin müasir tələblər baxımından
yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin
görülməsini; tam orta təhsil səviyyəsində
təhsilin təmayüllər üzrə təşkil olunmasını; istedadlı
uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; ali
təhsil üzrə təsdiq edilən dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); orta təhsil
üzrə qüvvədə olan dövlət təhsil standartlarını və
proqramlarını (kurikulumları); ümumi təhsil müəllimləri üçün
fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil
üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini;
müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına
yiyələnməsi üçün çevik sistemin yaradılmasını; müəllimlərin
təkmilləşdirilməsinin beynəlxalq standartlarla
uzlaşdırılmasını; tədris proqramları və tədris-metodiki
sənədlərlə işi, məktəbdaxili nəzarəti;
müəllimlərin əməyinin tarifləşdirilməsi
metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika
və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların
asudə vaxtlarının səmərəli təşkili yollarını;
Informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının
və maliyyə-təsərrüfat fəaliyyətinin,
eləcə də statistikanın əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya
elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj.
a) xüsusi ümumtəhsil və internat tipli xüsusi
ümumtəhsil məktəbləri istisna olmaqla, digər ümumi
təhsil müəssisələrində:[56]
13-cü dərəcə: şagirdlərin sayı 100
nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək
olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 300-dən 800-dək
olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 800 və daha çox
olduqda.
b) xüsusi
ümumtəhsil və internat tipli xüsusi ümumtəhsil
məktəblərində:[57]
13-cü dərəcə: şagirdlərin sayı 100
nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 150-dək
olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 150-dən 200-dək
olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 200 və daha çox olduqda.
Müəllimlərinin
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil
müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə
tənzimlənir.
TƏDRİS
(TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək funksiyası. Tədris (təlim-tərbiyə) və
metodiki işləri təşkil edir. Tədris planları və
proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə
müəllimlərin və digər pedaqoji işçilərin metodiki
fəaliyyətini istiqamətləndirir, operativ surətdə
tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün
təkliflər verir. Təlim-tərbiyə prosesinin,
həmçinin dərsdənkənar və dərnək məşğələlərinin
keyfiyyətli təşkilini həyata keçirir; siniflərin optimal
komplektləşdirilməsini təmin edir, tədris və
digər təlim-tərbiyə məşğələlərinin
cədvəlini tərtib edir, metodik şura və fənn
metodbirləşmələrinin işinə rəhbərlik və
nəzarəti həyata keçirir. Fənn kabinetlərinin
zənginləşdirilməsi və səmərəli
istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsi məqsədilə təkliflər
verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması,
gənc müəllimlərlə və valideynlərlə pedaqoji
işin təşkili istiqamətində müvafiq tədbirlər
həyata keçirir. Pedaqoji işçilərin attestasiyadan
keçmələri üçün müvafiq hazırlıq işlərini təmin edir,
onların təkmilləşmələrinə, ixtisasartırma
təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar
treninqlərə cəlb olunmalarına, eləcə də
peşəkarlıq səviyyələrinin artırılması üçün
nəzərdə tutulan digər tədbirlərdə iştirakına
nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və
şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir,
şagirdlərin yarımillik, illik və yekun
qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına
hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin
idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə
aparılmasını təmin edir.[58]
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit
sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf
etdirilməsini; müəllimlərin karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin
iş təcrübəsinin yayılması sahəsində müasir
tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji
kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni
mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini;
təhsil proqramlarının və dərsliklərin müasir
tələblər baxımından yeniləşdirilməsini;
şagirdlərin idrak fəallığını
artıran sistemli tədbirlərin görülməsini; tam orta
təhsil səviyyəsində təhsilin təmayüllər
üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici
fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq edilən
dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
orta təhsil üzrə qüvvədə olan dövlət təhsil
standartlarını və proqramlarını (kurikulumları); ümumi təhsil
müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları
və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın
təmin edilməsini; müəllimlərin informasiya-kommunikasiya
texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin
yaradılmasını; müəllimlərin təkmilləşdirilməsinin
beynəlxalq standartlarla uzlaşdırılmasını; idarəetmənin
təşkilini; tədris proqramları və tədris-metodiki
sənədlərlə işi, məktəbdaxili nəzarəti;
müəllimlərin əməyinin tarifləşdirilməsi
metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika
və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların
asudə vaxtlarının səmərəli təşkili yollarını;
Informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsilin
iqtisadiyyatının və maliyyə-təsərrüfat
fəaliyyətinin, eləcə də statistikanın əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10-15% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan dövlət ümumi təhsil müəssisələrinin
tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinlərinin
aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ
DİREKTOR MÜAVİNİ
Əmək
funksiyası. Məktəbin
əsasnaməsinə uyğun olaraq məktəbdə
tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların,
tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif,
dərnək rəhbərlərinin, valideynlərin, ictimai
təşkilatların, şagird özünüidarə orqanlarının və
hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin
tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi,
əxlaqi dəyərlər zəminində formalaşmasına,
vətənpərvərlik ruhunda tərbiyə olunmasına,
çağırışaqədərki hazırlığına, fiziki inkişafına və
bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya
məsələlərinə rəhbərlik edir. Müvafiq
tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə
və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi
tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq
pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı
profilaktik işin təşkilini və ona rəhbərliyi təmin
edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm
sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit
sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf
etdirilməsini; müəllimlərin karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin
iş təcrübəsinin yayılması sahəsində müasir
tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji
kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni
mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da
təkmilləşdirilməsini; təhsil proqramlarının və dərsliklərin
müasir tələblər baxımından yeniləşdirilməsini;
şagirdlərin idrak fəallığını
artıran sistemli tədbirlərin görülməsini; tam orta
təhsil səviyyəsində təhsilin təmayüllər
üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici
fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq
edilən dövlət təhsil standartlarını və proqramlarını
(kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət
təhsil standartlarını və proqramlarını (kurikulumları); ümumi
təhsil müəllimləri üçün fəal (interaktiv) təlim
texnologiyaları və inklüziv təhsil üzrə məqsədli
ixtisasartırmanın təmin edilməsini; müəllimlərin
informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına
yiyələnməsi üçün çevik sistemin yaradılmasını;
müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq
standartlarla uzlaşdırılmasını; qabaqcıl təlim-tərbiyə
metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son
nailiyyətlərini, uşaqların asudə vaxtlarının
səmərəli təşkili yollarını; İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini;
tərbiyənin tədrislə vəhdətini; fəal
təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 15% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil
müəssisələrinin tərbiyə işləri üzrə direktor
müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə
tənzimlənir.
TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Əmək
funksiyası. Məktəbin
təsərrüfat işlərinə rəhbərlik edir.
Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb
binasının, kabinetlərin və sinif otaqlarının, həyətin
təmiz saxlanılmasını təmin edir. Kabinetlərdə və sinif
otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik
vəziyyəti nəzarətdə saxlayır. Məktəb
binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla,
inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə
qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını
təmin edir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; təsərrüfat xidməti
üzrə işin yerinə yetirilməsinin təşkilini; xidmətçi
heyətin əməyindən səmərəli istifadə
yollarını; binanın istismar olunmasının təşkilinin elmi əsaslarını;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil,
3 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə
müəyyən edilir.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan dövlət ümumi təhsil müəssisələrinin
təsərrüfat işləri üzrə direktor müavinlərinin aylıq
vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
MƏKTƏBDƏNKƏNAR
VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI
Əmək
funksiyası. Məktəbin
əsasnaməsinə uyğun olaraq məktəbdə
tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin,
psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının,
sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai
təşkilatların, şagird özünüidarə orqanlarının və
hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin
tərbiyə işini təşkil edir.
Gənclərin milli-mənəvi,
əxlaqi dəyərlər zəminində formalaşmasına,
vətənpərvərlik ruhunda tərbiyə olunmasına,
çağırışaqədərki hazırlığına, fiziki inkişafına və
bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya
məsələlərinə rəhbərlik edir. Müvafiq
tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə
və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi
tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq
pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı
profilaktik işin təşkilini və ona rəhbərliyi təmin
edir.
Bilməlidir: “Təhsil haqqında”, “Gənclər
siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq
hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə
mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
məktəbdənkənar
təhsilin səmərə və keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə müasir təhsil
proqramlarının hazırlanmasını; qabaqcıl təlim-tərbiyə
metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son
nailiyyətlərini, uşaqların asudə vaxtlarının
səmərəli təşkili yollarını; İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini;
tərbiyənin tədrislə vəhdətini; fəal təlim
metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.
12-ci dərəcə: şagirdlərin sayı 100
nəfərədək olduqda;
13-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək
olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 300-dən 800-dək
olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 800 və daha çox
olduqda.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan dövlət ümumi təhsil müəssisələrinin
məktəbdənkənar və sinifdənxaric tərbiyə
işi üzrə təşkilatçılarının aylıq vəzifə maaşı direktorun vəzifə
maaşından 15 faiz aşağı məbləğdə müəyyən edilir.
UŞAQ BİRLİYİ TƏŞKİLATININ RƏHBƏRİ
Əmək funksiyası. İş fəaliyyətini uşaq təşkilat
və birliklərinin əsasnamələrində öz əksini
tapan məqsəd və vəzifələrə uyğun həyata
keçirir. İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və
yeniyetmələrin özfəaliyyəti və
təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist
prinsiplərindən çıxış edərək qurur.
Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət
və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır. Uşaq
birliklərinin fəaliyyətinin məzmun və formasını,
uşaqların yaş xüsusiyyətlərini, həyatın
tələblərini nəzərə almaqla yeniləşdirir
və dəyişdirir. Uşaq və yeniyetmələrin istedad, bacarıq
və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların
asudə vaxtlarının səmərəli və maraqlı keçməsini
təmin edir. Ona etibar olunan uşaqların sağlamlığının və
təhlükəsizliyinin qayğısına qalır. Uşaq və
yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş
təcrübəsindən geniş istifadə edir. Uşaq təşkilatının
maddi-texniki bazasını qoruyur və inkişaf etdirir. Dövlət
müəssisələri, ictimai təşkilatlar və çalışdığı
pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
tərbiyə və özünütərbiyənin pedaqogika və
psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin
fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin
psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini; uşaq
birliyi təşkilatının rəhbərinin vəzifələrini
və qarşısında duran tələbləri; Informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
7-ci
dərəcə: ümumi orta təhsil,
əmək stajına tələb qoyulmadan;
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;
10-cu
dərəcə: ali
pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı.
MÜTƏXƏSSİSLƏR
MÜƏLLİM
Əmək
funksiyası. Təhsil
sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal
vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil
həyata və əmək fəaliyyətinə hazırlanmasını
təmin edir. Tədris edilən fənnin spesifik
xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə
təlim məşğələləri aparır. Təlim prosesində
müxtəlif formalardan, üsullardan, metodlardan, təlim
strategiyalarından istifadə edir. Keçdiyi fənn üzrə tədris
materiallarını planlaşdırır, tədris proqramlarının yerinə
yetirilməsini, bütün şagirdlərin dövlət standartları
səviyyəsində mənimsəməsini təmin edir.
Tədris etdiyi fənnə dair sinifdənkənar
tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri,
yaxud onları əvəz edən şəxslərlə
müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət
edilməsini və məşğələlərə davamiyyət rejiminə
əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından
istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya
tələblərinin yerinə yetirilməsinə
nəzarət edir. Metodbirləşmələrin
fəaliyyətində və həyata keçirilən digər
metodik işlərin təşkilində iştirak edir.
Təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsinə yönəldilən
təkliflər irəli sürür, müntəzəm surətdə
özünün peşə ixtisasını yüksəltməyə çalışır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
pedaqoji, elmi-metodik və təşkilati məsələlərin
həlli çərçivəsində fənlərin ümumi
nəzəri əsaslarını; pedaqogika və psixologiya elminin son
nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını,
tərbiyə işlərinin metodikasını; İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; fənn
üzrə təlimin məzmunu və təşkili prinsiplərini;
tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla
təchiz olunmasına qoyulan tələbləri; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: pedaqoji orta ixtisas
təhsilli, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: pedaqoji orta ixtisas
təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya
orta ixtisas təhsilini fərqlənmə diplomu ilə
bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, 3 ildən 8 ilədək pedaqoji staj və
ya ali təhsili fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
pedaqoji təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: ali
pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə fənn tədris
edən şəxslər; Azərbaycan Respublikasının fəxri
adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim
üçün metodik vəsait müəllifləri.
Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
aylıq vəzifə maaşı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə
tənzimlənir.
MÜƏLLİM-DEFEKTOLOQ;
MÜƏLLİM-LOQOPED; LOQOPED
Əmək
funksiyası. Sağlamlıq imkanları
məhdud uşaq və yeniyetmələrdə olan müvafiq
çatışmazlıqların mövcud imkanlar və şərait daxilində aradan
qaldırılması, korreksiya edilməsi üzrə kompleks işləri
planlaşdırır, təşkil edir və yerinə yetirir, təlim-tərbiyə
işlərinin həmin istiqamətdə həyata keçirilən
tədbirlərlə üzvü bağlılıq təşkil etməsi
istiqamətində işlər görür. Uşaqların əqli, nitq və
fiziki pozuntularının xarakteri nəzərə alınmaqla onların
təlim imkanlarını müəyyənləşdirir, korreksiya
tədbirləri aparır. Uşaq və yeniyetmələrə
sosial-psixoloji köməklik göstərir, onlarda cəmiyyət
haqqında təsəvvür yaradır, sosial uyğunlaşmalarına,
peşəyönümünə, nitq pozuntularının aradan qaldırılmasına yardım edir, qazanılmış
nəzəri bilikləri təcrübədə tətbiq etmək
vərdişləri aşılayır, uşaq və yeniyetmələrin
təlim-tərbiyəsinin təşkili və
təkmilləşdirilməsi ilə bağlı metodik işlər aparır.
Valideynlərə uşaqlarının əqli və ya fiziki çatışmazlıqları
ilə bağlı təhsil, yaxud müalicə
müəssisələrinə göndərilməsi barədə
məsləhətlər verir, tibbi-pedaqoji komissiyaların
işində yaxından iştirak edir, müəllimlərin etik davranış
qaydalarına riayət edir.[59]
Bilməlidir: “Təhsil haqqında”, “Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”
və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin yaş
psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi
metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə
nümunələrinin praktik fəaliyyətdə tətbiqini,
sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə proqramları, tədris
kabinetlərinin təchizinə verilən müasir
tələbləri, informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: ali
pedaqoji təhsil,
yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə
təhsil, əmək stajına
tələb qoyulmadan;
9-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, əmək
stajına tələb qoyulmadan;
10-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 1 ildən 3
ilədək pedaqoji staj;
11-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən 8 ilədək pedaqoji staj və ya ali təhsilini
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 13
ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18
ildən cox pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə işləyən;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait
müəllifləri.
Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllim-defektoloqların
(müəllim-loqopedlərin, loqopedlərin) aylıq vəzifə
maaşı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
SOSİAL PEDAQOQ
Əmək
funksiyası. Müəssisədə
və yaşayış yeri üzrə təhsilalanların (tərbiyə
alanların, uşaqların) tərbiyəsi, təhsili, inkişafı və
sosial müdafiəsi ilə bağlı tədbirləri həyata keçirir.
Təhsilalanların (tərbiyə alanların, uşaqların)
şəxsiyyətinin psixo-tibbi-pedaqoji xüsusiyyətlərini, onun
mikromühit amillərini və həyat şəraitini öyrənir.
Təhsilalanların (tərbiyə alanların, uşaqların) maraqları və
tələbatları, çətinlik və problemlərini,
mübahisəli hallarını, davranışında pozuntuları aşkar edir və sosial
yardım və dəstək göstərir. Təhsilalan
(tərbiyə alan, uşaq) şəxslər, müəssisə,
ailə, müxtəlif sosial xidmətlər, yerli icra strukturları
və digər inzibatı orqanların əməkdaşları arasında
vasitəçi kimi çıxış edir. Sosial-pedaqoji işin
məqsədlərini, üsullarını, formalarını müəyyən edir,
şəxsi və müxtəlif sosial problemlərin həlli yolları,
sosial müdafiə və sosial yardım, təhsilalan (tərbiyə
alan, uşaq) şəxslərin hüquq və azadlıqlarının həyata
keçirilməsi ilə bağlı tədbirlər görür. Təhsilalanların
(tərbiyə alanların, uşaqların) və böyüklərin sosial
baxımdan dəyərli fəaliyyətinin müxtəlif növlərini
təşkil edir, sosial təşəbbüslərin inkişafına yönəlmiş
tədbirlərin, sosial layihələrin və proqramların həyata
keçirilməsi, onların işlənib hazırlanmasında və
təsdiqində iştirak edir. Sosial mühitdə insansevər,
mənəvi baxımdan sağlam münasibətlərin yaradılmasına imkan
yaradır. Psixoloji rahatlıq şəraitinin yaradılmasını, təhsilalan
(tərbiyə alan, uşaq) şəxslərin təhlükəsizliyini,
onların həyat və sağlamlığının qorunmasının təmin
edilməsinə kömək edir. Valideyn himayəsindən
məhrum olmuş uşaqlar arasından təhsil alanların (tərbiyə
alanların, uşaqların) işlə təmin olunması, hamiliyi, evlə
təmin olunması, müavinətlər, pensiya, qoyulan əmanətlərin
rəsmiləşdirilməsi, qiymətli kağızların istifadəsi
ilə bağlı məsələləri həyata keçirir.
Müəllim, valideyn (onları əvəz edən şəxslər),
sosial xidmətlərin mütəxəssisləri, ailə və
gənclərin məşğulluq xidmətləri, xeyriyyəçi
təşkilatlar və digərləri ilə qəyyumluq və
himayəçiliyə ehtiyacı olan, əqli və fiziki imkanları
məhdud, deviant davranışlı, o cümlədən, fövqəladə
vəziyyətə düşmüş təhsilalanlar (tərbiyə alanlar,
uşaqlar) arasında köməklik göstərmək məqsədilə
qarşılıqlı əlaqə yaradır.
Bilməlidir: “Təhsil haqqında”, “Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”,
“Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarını; əmək və ailə
qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq
hüquqları haqqında Konvensiyanı; ümumi və sosial pedaqogikanı, yaş və
uşaq psixologiyasını; sosial gigiyenanın əsaslarını; sosial-pedaqoji
və diaqnostik metodikaları; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və
yaxud ali təhsil və yenidənhazırlanma
qurumlarında ixtisası üzrə əlavə təhsil.
10-cu
dərəcə: 3 ilədək
pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;
11-ci
dərəcə: 3 ildən 8
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj və ya ali təhsilini fərqlənmə diplomu ilə
bitirən;
12-ci
dərəcə: 8 ildən 13
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj;
13-cü
dərəcə: 13 ildən 18
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj;
14-cü
dərəcə: 18 ildən çox
pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə işləyən;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait
müəllifləri.
XÜSUSİ TƏHSİL
ÜZRƏ MÜTƏXƏSSİS;
KORREKSİYA ÜZRƏ
İNKİŞAF MÜTƏXƏSSİSİ
Əmək
funksiyası. Xüsusi təhsilə
ehtiyacı olan uşaq və yeniyetmələrin ümumi təhsil müəssisələrində həmçinin reabilitasiya
mərkəzlərində mövcud imkanlar və şərait
daxilində inkişaf etdirilməsi və təhsil hüquqlarının
təmin olunması üzrə kompleks işlər planlaşdırır, təşkil
edir və yerinə yetirir. Uşaqlarda xüsusi təhsilə
ehtiyacların müəyyənləşdirilməsinə dair
müəllimləri metodiki baxımdan təlimatlandırır və köməklik
göstərir. Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin
təşkilinə dair və onların təhsildə
nailiyyətlərinin ölçmə meyarlarının
müəyyənləşdirilməsinə dair müəllimlərə,
valideynlərə tövsiyələr verir. Xüsusi təhsilə
ehtiyacı olan uşağın təhsilinin təşkil edilməsi üçün
müəllimlərlə digər mütəxəssislər arasında
əməkdaşlığın səmərəli olmasına nəzarət edir
və prosesi koordinasiya edir. Valideynlərə uşaqların inkişafı,
müalicəsi və reabilitasiyası ilə bağlı
məsləhətlər verərək
mütəxəssislərə və xidmətlərə
yönəldir, psixoloji-tibbi-pedaqoji komissiyaların işində yaxından
iştirak edir. Xüsusi təhsilə ehtiyacı olan uşaqlarla fərdi
və inteqrasiyalı qrup işləri aparır, onların sosial mühitə
uyğunlaşmasına, nitqinin korreksiyasına və inkişafına yardım edir. Uşaq
və yeniyetmələrin təlim-tərbiyəsinin təşkili
və təkmilləşdirilməsi ilə bağlı metodiki işlər
aparılır.[60]
Bilməlidir: “Təhsil haqqında”, “Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”,
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; inklüziv
təhsilin fəlsəfəsi, prinsipləri və
tətbiqetmə metodlarını; əlilliyi olan şəxslərin
təhsili haqqında beynəlxalq konvensiya və deklarasiyaları;
xüsusi təhsilin təşkili, müasir pedaqogika və xüsusi təhsil
metodologiyaları, fənlərin tədris metodikası, davranışın
idarə olunmasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və
yaxud ali təhsil və yenidənhazırlanma
qurumlarında ixtisası üzrə əlavə təhsil.
10-cu
dərəcə: 3 ilədək
pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;
11-ci
dərəcə: 3 ildən 8
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj və ya ali təhsilini fərqlənmə diplomu ilə
bitirən;
12-ci
dərəcə: 8 ildən 13
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj;
13-cü
dərəcə: 13 ildən 18
ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə
staj;
14-cü
dərəcə: 18 ildən çox
pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə işləyən;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait
müəllifləri.
TƏRBİYƏÇİ
Əmək funksiyası. Uşaqların tərbiyəsini, harmonik
inkişafını təşkil edir, tədris tapşırıqlarının yerinə
yetirilməsinə kömək edir. Qrupda hər bir uşağın
fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır.
Uşaqlara diqqətlə yanaşır, onların fərdi
xüsusiyyətlərini öyrənir. Tərbiyə işinin təşkili
ilə bağlı aylıq, illik iş planı tərtib edir. Uşaqlar üçün
müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini
təmin edir. Uşaqların davranışlarındakı dəyişikliklər və
pozuntular, səhhətinin vəziyyəti barədə
məktəbin rəhbərliyinə və tibbi heyətə
məlumat verir, tibbi heyətin tələblərini yerinə
yetirir. Uşaqların ailədə tərbiyəsinə dair
valideynlərlə iş aparır.
Bilməlidir: “Təhsil
haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” və “Valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında
Konvensiyanı; əmək və ailə qanunvericiliyini; pedaqogika,
sosial, yaş və uşaq psixologiyasını; gigiyenanın əsaslarını,
uşaqların həyatının qorunması və onların səhhətinin
möhkəmləndirilməsi işini; ümumi və xüsusi təhsil
üzrə milli məzmun standartlarını, kurikulumu;
təlim-tərbiyə işinin təşkilini; İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta
ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali təhsil,
3 ildən 8 ilədək pedaqoji staj; ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: ali
təhsil, 18 ildən çox pedaqoji staj.
MÜƏLLİM KÖMƏKÇİSİ (ASSİSTENT)
Əmək funksiyası. Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) ilə bağlı qanunvericilik aktlarında
müəyyən edilmiş tələblərə uyğun sağlamlıq
imkanları məhdud uşaqların təhsilinin təşkil edilməsi
ilə məşğul olur.
İnklüziv təhsil həyata keçirilən
siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi
inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların
təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları
məhdud uşaqların inkişaf xüsusiyyətlərinin
müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə
işlərinin aparılması üçün məktəbin psixoloqu və
müəllim-defektoloqu ilə
məsləhətləşmələr aparır. Şagirdlərin
valideynlərinə və yaxud himayəsində olduqları qanuni
nümayəndələrinə onların əqli və fiziki
inkişafında müşahidə olunan yeniliklər barədə məlumat
verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və
imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün
istiqamətlər müəyyənləşdirir, müəllimlərin
etik davranış qaydalarına riayət edir.
Bilməlidir: “Təhsil haqqında”, “Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”
və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin yaş
psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi
metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə
nümunələrinin praktik fəaliyyətdə tətbiqini,
sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə proqramları, tədris
kabinetlərinin təchizinə verilən müasir
tələbləri, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına
tələb qoyulmadan;
8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5
ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini
fərqlənmə diplomu ilə bitirən;
9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10
ilədək pedaqoji staj; ali
pedaqoji təhsil, əmək
stajına tələb qoyulmadan;
10-cu dərəcə: orta ixtisas təhsili, 10 ildən 15
ilədək pedaqoji staj; ali
pedaqoji təhsil, 3
ildən 8 ilədək pedaqoji staj; ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
11-ci
dərəcə: orta ixtisas
təhsili və 15 ildən az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
12-ci dərəcə: ali pedaqoji təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj.
VIII. MƏKTƏBƏQƏDƏR
TƏHSİL MÜƏSSİSƏLƏRİ
(körpələr evi, körpələr
evi-uşaq bağçası, uşaq bağçası, sanator
tipli məktəbəqədər təhsil müəssisəsi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi
məktəbəqədər təhsil müəssisələri) [61]
RƏHBƏRLƏR
MÜDİR
Əmək
funksiyası. Müəssisənin
bütün fəaliyyətini idarə edir.
Məktəbəqədər təhsil müəssisəsinin illik
fəaliyyət planını hazırlayır və həyata keçirilməsini
təmin edir. Təlim-tərbiyə işlərinin keyfiyyəti,
müəssisənin uşaqlarla komplektləşdirilməsi,
maliyyə-təsərrüfat fəaliyyəti,
təlim-tərbiyə sahəsində yüksək
səmərəlilik əldə etmək məqsədilə
pedaqoji kollektivin və başqa işçilərin fəaliyyətini elmi
əsaslar üzərində qurur. Proqram materiallarının yerinə
yetirilməsinə nəzarət edir. Uşaqların həyatının
mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi,
rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti
üçün məsuliyyət daşıyır. İşçiləri işə təyin və
azad edir, kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa)
seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və
intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir, pedaqoji, tibbi və
xidməti heyətin işinə rəhbərlik və
nəzarəti həyata keçirir. İşçilərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır.
Pedaqoji şuraya rəhbərlik edir, valideynlər arasında pedaqoji
və gigiyena biliklərinin təbliğini təşkil edir. Valideyn
komitəsinin işini istiqamətləndirir, məktəblə
və müvafiq təşkilatlarla əlaqə yaradır. Avadanlıqların
saxlanmasına, eləcə də təhlükəsizlik texnikası
qaydalarına düzgün əməl olunmasına nəzarət edir.
Aidiyyəti təşkilatlar qarşısında müəssisənin işi haqqında
hesabat verir. İşçilərinin profilaktik tibbi müayinədən
keçməsini təmin edir. Əmək qanunvericiliyinin
tələblərinin yerinə yetirilməsinə nail olur,
daxili intizam qaydalarını təsdiq edir. İşçilərin vəzifələrini
müəyyənləşdirir, ştat cədvəlində metodist
nəzərdə tutulmadığı halda onun vəzifələrini
yerinə yetirir. Pedaqoji işçilərin attestasiyadan
keçirilməsinə şərait yaradır.
Məktəbəqədər təhsil müəssisəsinin
uşaqların ailələri, ictimai təşkilatlar və digər
təhsil müəssisələri ilə qarşılıqlı əlaqəsini
təmin edir. [62]
Bilməlidir: “Təhsil haqqında” və “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
məktəbəqədər təhsillə bağlı Azərbaycan
Respublikasının qanunvericilik aktlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; milli məzmun
standartlarını və kurikulumları; pedaqogika elminin yeni
nailiyyətlərini, müvafiq təlim-tərbiyə proqramlarını;
yeni pedaqoji texnologiyaları, uşaqların həyatının və
səhhətinin qorunması məsələlərini; əmək
qanunvericiliyini, təhsilin iqtisadiyyatını və
maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə
də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: məktəbəqədər
təhsil və ya idarəetmə üzrə ali təhsil, məktəbəqədər təhsil
müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staj; orta
ixtisas təhsili və məktəbəqədər təhsil
müəssisəsində 5 ildən az olmayaraq pedaqoji staj.
Körpələr evi,
körpələr evi-uşaq bağçası, uşaq bağçasında:
12-ci
dərəcə: qrupların sayı
1-dən 5-dək olduqda;
13-cü
dərəcə: qrupların sayı 5-dən
9-dək olduqda;
14-cü
dərəcə: qrupların sayı 9
və daha çox olduqda.
Xüsusi (sağlamlıq
imkanları məhdud olan uşaqlar üçün) uşaq bağçasının müdiri:
13-cü
dərəcə: qrupların sayı
1-dən 4-dək olduqda;
14-cü
dərəcə: qrupların sayı
4-dən 7-dək olduqda;
15-ci
dərəcə: qrupların sayı 7
və 8 olduqda;
16-cı
dərəcə: qrupların sayı 9
və daha çox olduqda.
METODİST
Əmək funksiyası. Məktəbəqədər təhsil müəssisəsində
təlim-tərbiyə işlərinə metodik rəhbərliyi
həyata keçirir. Uşaq bağçasında uşaqların tərbiyəsi və
təlimi proqramının yerinə yetirilməsini təmin edir və
nəzərdə saxlayır, bütün yaş qruplarında
təlim-tərbiyə işlərinin düzgün təşkili üçün
məsuliyyət daşıyır. Tərbiyəçilərin və tibbi
personalın işlərinə nəzarət edir və onları
istiqamətləndirir. Qabaqcıl pedaqoji təcrübəni
öyrənir, ümumiləşdirir və yayır, pedaqoji şuraların
müzakirəsinə, uşaqların tərbiyəsinə dair materiallar
hazırlayır və tərbiyəçilərin pedaqoji şuranın iclasında
fəal iştirakını təmin edir, qəbul olunmuş qərarların
yerinə yetirilməsinə nəzarət edir. Uşaqların yaşına
müvafiq olaraq pedaqoji vəsait və oyuncaqların seçilməsini
həyata keçirir. Valideynlər arasında pedaqoji biliklərin təbliği,
müxtəlif yaş qrupları tərbiyəçilərinin, eləcə
də məktəbəqədər təhsil müəssisəsi ilə məktəbin
fəaliyyətində varisliyin təmin olunması üzrə işi
təşkil edir. Məktəbəqədər təhsil müəssisəsində metodiki kabinetin işini
təşkil edir. Tərbiyəçilərə praktiki kömək
göstərmək məqsədilə məsləhət saatları
keçirir. [63]
Bilməlidir: “Təhsil
haqqında” və “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
məktəbəqədər təhsillə bağlı Azərbaycan
Respublikasının qanunvericilik aktlarını; milli məzmun standartlarını
və kurikulumları, pedaqogika elminin yeni nailiyyətlərini,
müvafiq təlim-tərbiyə proqramlarını;
təlim-tərbiyə işinin məzmununu və metodlarını, onun
tətbiqi yollarını; məktəbəqədər pedaqogika
və yaş psixologiyasını, gigiyenanın əsaslarını; uşaqların
həyatının və səhhətinin qorunması
məsələlərini; Informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: məktəbəqədər
təhsil üzrə ali təhsil.
13-cü dərəcə: 10
ildən az olmayaraq pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə: 15 ildən çox
pedaqoji staj.
MÜTƏXƏSSİSLƏR
MÜƏLLİM-DEFEKTOLOQ;
MÜƏLLİM-LOQOPED;
MÜƏLLİM-SURDOLOQ
Əmək
funksiyası. Sağlamlıq
imkanları məhdud uşağın tərbiyəsini,
təlimini, inkişafını, qulluq və sağlamlaşdırılmasını, eləcə
də onların fiziki və psixi inkişafında olan çatışmazlıqların
korreksiyasını təmin edir, uşağın inkişafındakı geriliklərin aradan
qaldırılması üzrə hər bir uşağın fərdi imkanlarını
nəzərə almaqla, onların cəmiyyətə uğurlu
inteqrasiyasını və erkən sosiallaşmasını həyata keçirir.[64]
Bilməlidir: “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarını; sağlamlıq
imkanları məhdud olan uşaqlar üçün xüsusi təhsil proqramları və fərdi tədris planı, məktəbəqədər
pedaqogikanı, yaş psixologiyasını, tərbiyə işinin məzmununu
və metodunu, gigiyenanın əsaslarını; uşaqların həyatının və
səhhətinin qorunması məsələlərini;
Informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.[65]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: ali
pedaqoji təhsil,
yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə
təhsil, əmək stajına
tələb qoyulmadan;
9-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, əmək
stajına tələb qoyulmadan;
10-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 1 ildən 3
ilədək pedaqoji staj;
11-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən 8 ilədək pedaqoji staj və yaxud ali təhsilini
fərqlənmə diplomu ilə bitirən;
12-ci dərəcə:
müvafiq ixtisas üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji
staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 13
ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18
ildən çox pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə işləyən;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait
müəllifləri.
TƏRBİYƏÇİ-MÜƏLLİM
Əmək
funksiyası. Məktəbəqədər
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak edir. Uşaqları fiziki və psixi
zorakılığın bütün formalarından qoruyur, onları zərərli
vərdişlərdən çəkindirir. Dövlət təhsil
standartlarının tələblərinə riayət edir. Təhsil
proqramlarının mənimsənilməsini təmin edir. Uşaqların
tərbiyəsini və hərtərəfli harmonik inkişafını
təşkil edir və həyata keçirir, onları məktəb
təliminə hazırlayır. Qrupda hər bir uşağın səhhətinin
vəziyyətini və onun möhkəmləndirilməsi işini
izləyir, tibbi heyətin tələblərini yerinə
yetirir. Uşaqlara diqqətlə yanaşır, onların fərdi
xüsusiyyətlərini öyrənir. Təlim-tərbiyə işini
planlaşdırır. Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə
yetirilməsini təmin edir. Uşaqların səhhəti haqqında
rəhbərliyə və tibbi heyətə müntəzəm
olaraq məlumat verir. Uşaqların ailədə
tərbiyəsinə dair valideynlərlə iş aparır.
Məktəbəqədər təhsil müəssisəsinin
daxili intizam qaydalarına riayət edir. Uşağın yaş səviyyəsini,
potensial imkanlarını nəzərə almaqla, təlim metodlarını
düzgün seçir, uşağın meyl, maraq və qabiliyyətlərini aşkara
çıxarıb inkişaf etdirir.
Bilməlidir: “Təhsil haqqında” və “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
məktəbəqədər təhsillə bağlı Azərbaycan
Respublikasının qanunvericilik aktlarını; milli məzmun standartlarını
və kurikulumları, pedaqogika elminin yeni nailiyyətlərini,
müvafiq təlim-tərbiyə proqramlarını; təlim-tərbiyə
işinin məzmununu və metodlarını, onun tətbiqi yollarını;
məktəbəqədər pedaqogika və yaş psixologiyasını,
gigiyenanın əsaslarını; uşaqların həyatının və
səhhətinin qorunması məsələlərini;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta
ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj; ali
təhsilini fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18 ildən çox pedaqoji staj.
MUSİQİ RƏHBƏRİ
Əmək funksiyası. Proqrama uyğun olaraq uşaqların musiqi tərbiyəsini
həyata keçirir. Uşaqlarda musiqiyə maraq və
məhəbbət hissinin yaranmasına, inkişafına, musiqi
qabiliyyətinin formalaşdırılmasına xidmət edir, pedaqoji
kollektivlərlə və ailə ilə birlikdə uşaqların
estetik tərbiyəsinin inkişafı üzrə işlər aparır, onlarda
ümumi musiqi mədəniyyətinin, yaradıcılıq qabiliyyətinin
formalaşdırılması ilə məşğul olur. Musiqi
məşğələləri, ədəbi-musiqili konsertlər,
bayramlar təşkil edir, müxtəlif növ əyləncələrin
hazırlanması və aparılmasında iştirak edir, uşaqlara musiqi alətində
çalmağı öyrədir və onları bir orkestrdə birləşdirir. Musiqi
fəaliyyətinin müxtəlif növləri üzrə uşaqlarla
müntəzəm olaraq fərdi iş aparır. Musiqi qabiliyyətinə
malik istedadlı uşaqları aşkara çıxarır və onların inkişafına
hərtərəfli təsir göstərir.
Tərbiyəçiləri uşaqlarla musiqi məşğələləri
aparmağa hazırlayır, səhər idmanının keçirilməsində,
kostyumların hazırlanmasında və zalın bayramsayağı tərtibində
onlara köməklik göstərir. Uşaq və yaşlılarla apardığı işdə
xalq musiqi alətlərindən və eləcə də müasir
texniki vasitələrdən istifadə edir. Tərbiyə
prosesində incəsənət ustalarının ifasında lentə
yazılan klassik musiqili-ədəbi əsərlərə geniş yer
verir, işçilərin musiqi mədəniyyətinin
yüksəlməsinə kömək edir.
Bilməlidir: “Təhsil
haqqında” və “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
məktəbəqədər pedaqogikanı, uşaq psixologiyasını, yaş
fiziologiyasını, sanitariya və gigiyenanı; musiqi tərbiyəsi
nəzəriyyəsini və metodikasını; uşaqlar üçün klassik və
müasir musiqi repertuarını, onların tərbiyə və təlim
proqramlarını; musiqi alətində peşəkarcasına ifa texnikasını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilə qədər pedaqoji staj; müvafiq
ixtisas üzrə ali təhsil, əmək
stajına tələb qoyulmadan; orta ixtisas təhsili
müəssisəsini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsilli, 10 ildən 15 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən 8 ilədək pedaqoji staj; ali təhsilini
fərqlənmə diplomu ilə bitirən;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
12-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 13
ildən 18 ilədək pedaqoji staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18
ildən çox pedaqoji staj.
TƏRBİYƏÇİ KÖMƏKÇİSİ
Əmək
funksiyası. Məktəbəqədər
təhsil müəssisələrində tərbiyəçinin
rəhbərliyi altında məşğələlərin hazırlanması
və təşkilində, uşaqların geyinib-soyunmasında, yuyunmasında,
yedizdirilməsində, çimizdirilməsində, yatağa salınmasında,
sağlamlaşdırma tədbirlərinin aparılmasında, gəzintidə
kömək edir, uşaqların paltarlarını qurudur; binanın, otağın, avadanlığın,
inventarın sanitariya vəziyyətini təmin edir.
Bilməlidir: uşaqlara xidmət qaydalarını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; binanın, avadanlıqların saxlanma
şərtlərini; sanitar-gigiyena normalarını; müəssisədaxili
intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil.
4-cü
dərəcə: 10 ilədək
əmək stajı;
5-ci
dərəcə: 10 ildən çox
əmək stajı.
IX. YERLİ TƏHSİLİ İDARƏETMƏ ORQANLARININ
NƏZDİNDƏ METODİKİ KABİNET
RƏHBƏRLƏR
MÜDİR
Əmək funksiyası. Metodik kabinetin bütün
istiqamətlərdə işinin təşkilinə və
fəaliyyətinə rəhbərlik edir. Öz
fəaliyyətində təhsilin demokratikləşdirilməsi
və humanistləşdirilməsi prinsipini əsas tutaraq,
tədris prosesinin keyfiyyətli təşkilini, plan və
proqramların yerinə yetirilməsini, texniki və əyani
vasitələrdən, metodik materiallardan istifadə olunmasını
təmin edir. Məktəblərdə və digər
təlim-tərbiyə müəssisələrində təlim
və tərbiyənin vəziyyətinin araşdırılmasını,
dərindən təhlil aparılmasını, qabaqcıl təcrübənin
öyrənilməsini, ümumiləşdirilməsini həyata keçirir.
Pedaqoji mühazirələrdə, elmi-praktik konfranslarda,
sərgilərdə, mətbuat sahələrində
yeniliklərin yayılmasını, müəllimlərin gündəlik
fəaliyyətində müasir təhsil innovasiyalarının, pedaqoji
texnologiyaların tətbiq olunmasını təşkil edir. Pedaqoji kadrların
tələb və maraqlarını nəzərə alaraq onların
təkmilləşdirilməsinin və ixtisasının artırılmasının daha
effektiv forma və metodlarını müəyyənləşdirir.
Müəllimlərin və digər təhsil işçilərinin
ixtisasının artırılması üzrə cari və perspektiv plan-qrafikləri
tərtib edir, müəssisə rəhbəri ilə birlikdə
onların ixtisasartırma təhsilinə cəlb edilməsi və
peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün
digər tədbirləri həyata keçirir. Dərslik, dərs
vəsaiti və yeni proqramları müzakirə edir, onların
müəllifləri ilə görüşlər keçirir. Müəllimlərin
fəaliyyətini monitorinq-qiymətləndirmə yolu ilə
izləyir. Tədris prosesinin yaxşılaşdırılması üçün təkliflər
verir. Təlim-tərbiyə müəssisələrində
psixoloji xidmətin təşkilinə, istedadlı, həmçinin əqli
və ya fiziki cəhətdən pozuntusu olan uşaqların aşkara
çıxarılmasına, onlarla işin təşkilinə əməli kömək
göstərir. Metodiki işin təşkilində və pedaqoji kadrların
attestasiyadan keçirilməsində təlim-tərbiyə
müəssisələrinin rəhbərlərinə kömək
göstərir. Fənn olimpiadalarının, müsabiqə və treninqlərin,
eləcə də tədbirlərin keçirilməsini təşkil
edir; rayonda (şəhərdə) tərbiyə işinin yüksək
səviyyədə təşkilinə metodiki köməklik
göstərir. Fənlərin dövlət standartları
səviyyəsində tədrisinə nail olmaq üçün bütün
pedaqoji-təşkilati tədbirləri həyata keçirir.
Müəyyən olunmuş qaydalar çərçivəsində tabeliyində
olan metodistlərin fəaliyyətinə nəzarət edir,
onlar arasında vəzifə bölgüsünü müəyyənləşdirir, işin
səmərəli təşkilinə nail olur, onların hesabatını
dinləyir. Metodiki kabinetdə uçot və kargüzarlıq işlərinin
yerinə yetirilməsini təmin edir, müəyyən olunmuş
qaydada müvafiq orqanlara hesabat verir.[66]
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; əmək qanunvericiliyini, pedaqogikanın
və pedaqoji-psixologiyanın son elmi və təcrübi
nailiyyətlərini; metodiki işin ənənəvi metod, forma
və müasir texnologiyalarını, tədris proqramları və
tədris-metodik sənədlərin işlənməsi ardıcıllığını,
metodistlərin işini qiymətləndirməyi və hesabat
tərtib etməyi; müəllimlərin etik davranış qaydalarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, 5 ildən az olmayaraq pedaqoji staj, elmi
dərəcəsi və ya elmi adı olduqda 3 ildən az olmayaraq
pedaqoji staj.
14-cü dərəcə: regional təhsil idarələri üzrə işçilərin sayı 2000-ə
qədər olduqda;
15-ci
dərəcə: regional
təhsil idarələri üzrə
işçilərin sayı 2000 və daha çox olduqda.[67]
MÜTƏXƏSSİSLƏR
METODİST
Əmək
funksiyası. Təlim-tərbiyə
müəssisələrində metodiki işləri planlaşdırır və
təşkil edir. Tədris metodiki və tərbiyə işinin
keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir
və həyata keçirilməsinə çalışır. Metodik materialları
sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə
olunmasını təşkil edir; konkret ixtisaslar üzrə tədris planları
və proqramlarının, tərbiyəvi tədbirlərin
tərtibində iştirak edir, pedaqoji kadrların fənn
metodbirləşmələrinin işini təşkil edir və
istiqamətləndirir, proqnozlaşdırma və planlaşdırmanı yerinə
yetirir; təlim-tərbiyə müəssisələri
işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının
təşkilində iştirak edir. Məktəb, rayon (şəhər)
səviyyəsində təlimati tematik problemli seminarlar, aktual
mövzular üzrə elmi-praktik müşavirələr keçirir;
təlim-tərbiyənin tətbiqi sahəsində
müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla
müsabiqə, sərgi, olimpiada, baxış, yarış, konfrans, görüş və
açıq dərslərin keçirilməsində iştirak edir. Qabaqcıl
müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik
materialları, metodik işləmə və tövsiyələri,
digər tədris vasitələrinin müzakirəsini, rəy
verilməsini, çapa hazırlanmasını təşkil edir; qabaqcıl iş təcrübəsini
öyrənir, ümumiləşdirir və yayır. Metod şuranın işində
fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin
keyfiyyətini və şagirdlərin bilik, bacarıq və
vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir,
xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların
aradan qaldırılması üçün təkliflər verir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; əmək qanunvericiliyini, pedaqogikanın
və pedaqoji-psixologiyanın son elmi və təcrübi
nailiyyətlərini; metodiki işin ənənəvi metod, forma
və müasir texnologiyalarını, tədris proqramları və
tədris-metodik sənədlərin işlənməsi
ardıcıllığını, müəllimlərin etik davranış qaydalarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
12-ci
dərəcə: 5 ildən 10
ilə qədər pedaqoji staj;
13-cü
dərəcə: 10 ildən 15
ilə qədər pedaqoji staj;
14-cü
dərəcə: 15 ildən 20
ilə qədər pedaqoji staj;
15-ci
dərəcə: 20 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
MƏKTƏBƏQƏDƏR TƏHSİL
ÜZRƏ METODİST
Əmək
funksiyası. Rayonun
(şəhərin) məktəbəqədər təhsil
müəssisələrində metodiki işi təşkil edir. Uşaqların
təlim-tərbiyəsini və məktəbə hazırlığını
təkmilləşdirmək üçün məktəbəqədər
təhsil müəssisələrinin işini öyrənir, təhlil
edir. Tabeliyindən asılı olmayaraq məktəbəqədər
təhsil müəssisələrinin müdir və
tərbiyəçilərinə uşaqların təlim-tərbiyə
prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin
təkmilləşdirilməsində köməklik göstərir.
Məktəbəqədər təhsil
müəssisələrinin rəhbər və pedaqoji
işçilərinin qabaqcıl iş təcrübəsini öyrənir,
ümumiləşdirir və yayılması üçün tədbir görür, pedaqoji
işçilərin metodbirləşmələrinin işini təşkil edir
və istiqamətləndirir. Pedaqoji kadrların ixtisaslarının artırılması
işini həyata keçirir. Bütün kateqoriyalı pedaqoji işçilər üçün
kurslar, seminarlar, metodbirləşmələr təşkil edir.
Konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir.
Valideynlər arasında maarifləndirmə işini təşkil edir.
Məktəbəqədər təhsil
müəssisələrində illik fəaliyyət planına uyğun
olaraq mövzulu və frontal monitorinqlərin keçirilməsində
iştirak edir. Məktəbəqədər təhsil
müəssisələrinin illik fəaliyyət planının
tərtibinə istiqamət verir. Metodiki kabineti metodik ədəbiyyat,
əyani təlim vəsaitləri, təlimati-metodiki
materiallarla təchiz edir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; məktəbəqədər təhsil
üzrə milli məzmun standartlarını və nümunəvi kurikulumu;
məktəbəqədər təhsilin nəzəriyyəsi
və metodikasını; metodiki işin təşkili və pedaqoji kadrların
ixtisaslarının artırılması məsələlərini; əmək
qanunvericiliyini; informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını;
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: ali
pedaqoji təhsil.
12-ci
dərəcə: 5 ildən 10
ilə qədər pedaqoji staj;
13-cü
dərəcə: 10 ildən 15
ilə qədər pedaqoji staj;
14-cü
dərəcə: 15 ildən 20
ilə qədər pedaqoji staj;
15-ci
dərəcə: 20 ildən az
olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi olan.
TƏSƏRRÜFAT QRUPUNUN RƏHBƏRİ
Əmək
funksiyası. Yerli təhsili
idarəetmə orqanının ümumi təhsil,
məktəbəqədər və
məktəbdənkənar təhsil müəssisələrini
Azərbaycan Respublikası Təhsil sahəsi üzrə mərkəzi
icra hakimiyyəti orqanı və digər təşkilatlar
vasitəsilə inventar, avadanlıq, əyani və texniki təlim
vasitələri, inşaat materialları, mebel dəstləri, yüngül
sənaye məhsulları, yumşaq inventarlar, yanacaq və yanacaq
avadanlıqları, idman avadanlıqları və sair mal və materiallarla
təmin edir; tərtib edilmiş smetalar əsasında təmir
işlərinin aparılmasını təşkil edir, aparılan təmir və
tikinti işlərinə nəzarət edir.
Bilməlidir: təhsil müəssisələrinin
maliyyə, təsərrüfat fəaliyyətinin idarə
olunmasının əsaslarını; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
10-cu
dərəcə: orta ixtisas
təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq əmək
stajı; ali təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, ixtisası üzrə 10 ildən az olmayaraq əmək
stajı; ali təhsil, ixtisası üzrə 3 ildən az olmayaraq
əmək stajı;
12-ci
dərəcə: ali təhsil, ixtisası üzrə 5 ildən az olmayaraq
əmək stajı.
XI . YERLİ
TƏHSİLİ İDARƏETMƏ ORQANLARININ
MƏKTƏBDƏNKƏNAR MÜƏSSİSƏLƏRİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək
funksiyası. Məktəbdənkənar təhsil müəssisəsinin
nizamnaməsinə uyğun fəaliyyətin bütün istiqamətləri
üzrə müəssisənin işini təşkil edir, inkişafın əsas
istiqamətlərini müəyyənləşdirir, dövlət və
ictimai orqanlarda müəssisəni təmsil edir. Kadrların (təsisçinin
nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
tətbiqi məsələlərini həll edir.Əmək
qanunvericiliyinə uyğun olaraq işçilərin vəzifə
funksiyalarını müəyyənləşdirir. Uşaqların sağlamlığının
qorunmasına, əməyinin mühafizəsi qaydalarına düzgün əməl
olunmasına nəzarət edir. Təlim-tərbiyə işinin səmərəliliyini
təmin edir. Müəssisənin şəxsi heyətinin iş keyfiyyətinin,
uşaqların yaradıcılıq səviyyəsinin yüksəldilməsi və
asudə vaxtının səmərəli təşkili üçün əlverişli şərait
yaradır. Pedaqoji kadrların attestasiyaya hazırlığı və onun keçirilməsinə
şərait yaradır. Müəssisənin və onun struktur qurumlarının fəaliyyətini
yaxşılaşdırmaq üçün iş aparır. Təlim-tərbiyə və metodiki
işlərin, kütləvi tədbirlərin mütəşəkkil və
yüksək keyfiyyətlə keçirilməsinə nəzarət
edir. Ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatı
rəhbərlərinə və məktəbin pedaqoji
kollektivinə müəssisənin profilinə uyğun metodiki kömək
göstərir. Ayrılmış dövlət vəsaitindən səmərəli
istifadəni təmin edir. Müəssisənin maddi-texniki bazasının
uçotunu, qorunmasını və müasirləşdirilməsini, sanitar-gigiyena
rejimi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası
qaydalarına əməl olunmasını tənzimləyir. Müəssisənin
inkişaf planını hazırlayır və həyata keçirilməsinə məsuliyyət
daşıyır.
Bilməlidir: “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; məktəbdənkənar təhsilin
səmərə və keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını; gənc nəslin tərbiyəsi
ilə əlaqədar qabaqcıl təcrübəni; pedaqogika,
psixologiya, fiziologiya və gigiyena məsələlərini; əmək
qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını,
statistikanın əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az
olmayaraq pedaqoji və ya ixtisası üzrə əmək stajı, idarəetmə
təcrübəsi olan.
10-cu
dərəcə: dərnək
üzvlərinin sayı 100-dən 200-ə qədər;
11-ci
dərəcə: dərnək
üzvlərinin sayı 200-dən 400-ə qədər;
12-ci
dərəcə: dərnək
üzvlərinin sayı 400-dən 600-ə qədər;
13-cü
dərəcə: dərnək, klub
və studiya üzvlərinin sayı 600-dən 1000-ə qədər;
14-cü
dərəcə: dərnək, klub
və studiya üzvlərinin sayı 1000 və daha çox olduqda.
DİREKTOR MÜAVİNİ
Əmək
funksiyası. Təyinatından asılı olaraq təlim-tərbiyə və
metodiki işlərin, innovativ layihələrin, təsərrüfat
işlərinin həyata keçirilməsini təşkil edir. Fəaliyyət
sahəsinə uyğun olaraq plan və proqramların yerinə yetirilməsi
üzrə pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir;
tədris prosesinin təkmilləşdirilməsi məqsədilə
təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi
və yayılması, pedaqoji heyət və valideynlərlə əlaqəli
işin təşkili istiqamətində fəaliyyət göstərir. Müəssisənin
maddi bazasının uçotunu, qorunmasını və artırılmasını təmin edir,
sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğından mühafizə qaydalarına əməl olunmasına
nəzarət edir.
Bilməlidir: “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; məktəbdənkənar təhsilin
səmərə və keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını; gənc nəslin tərbiyəsi
ilə əlaqədar qabaqcıl təcrübəni; pedaqogika,
psixologiya, fiziologiya və gigiyena məsələlərini; əmək
qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını,
statistikanın əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq
pedaqoji və ya ixtisası üzrə əmək stajı, idarəetmə
təcrübəsi olan.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
ŞÖBƏ (BÖLMƏ, KABİNET, LABORATORİYA) MÜDİRİ
Əmək funksiyası. Struktur bölmənin işini planlaşdırır və təşkil edir,
iş planlarının yerinə yetirilməsinə nəzarət edir.
Avadanlıqların qorunub saxlanmasına, tabeliyində olan işçilərin fəaliyyətinə
və əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət
edir. Struktur bölmənin bütün işçilərindən daxili intizam
qaydalarına riayət edilməsini tələb edir, işçilərinin
işinə qiymət verir, onların işinin keyfiyyəti haqqında qərar
qəbul edir. Rəhbərlik tərəfindən verilən
bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edir.
Məktəblərdə
və digər təhsil müəssisələrində profilə
uyğun tədbirlərin keçirilməsində dərnək rəhbərlərinə
metodiki və praktiki kömək göstərir. Tədris prosesində
şagirdlərin yaradıcılığını, profil üzrə dərnək üzvləri
ilə aparılan işin vəziyyətini öyrənir və iş təcrübəsinin
yayılması üzrə təşəbbüs irəli sürür. Metodiki şuraya məsələlər
hazırlayır. Profil üzrə müsabiqələr, yarışlar, seminarlar, sərgilər
təşkil edir.
Bilməlidir: “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; məktəbdənkənar təhsilin
səmərə və keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını; təşkilatçılıq və
idarəetmənin əsaslarını, maliyyə-təsərrüfat işlərini
idarə etməyin forma və metodlarını; yaş və pedaqoji
psixologiyanı; tədris plan və proqramlarının tərtibinə
qoyulan tələbləri; əyani və texniki vasitələrdən,
Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əmək qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin
əsaslarını, statistikanın əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.
12-ci dərəcə: 3 ildən az olmayaraq əmək stajı;
13-cü dərəcə: 5 ildən çox əmək stajı.
MÜTƏXƏSSİSLƏR
METODİST
Əmək funksiyası. Məktəbdənkənar təhsil müəssisələrinin
pedaqoji işçilərinə proqramların, dərnəklərdə,
bölmələrdə, studiyalarda və digər birliklərdə
şagirdlərlə aparılan işlərin məzmununun forma və
metodlarının hazırlanmasında və təkmilləşdirilməsində
metodik köməyi həyata keçirir. Pedaqoji prosesin və onun nəticələrinin
təhlili əsasında məktəbdənkənar müəssisələrin
pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul
olur. Dərsdən sonrakı iş sahəsində qazanılan qabaqcıl təcrübəni
öyrənir və yayır. Şagirdlərin dərsdən sonrakı fəaliyyətinin
təşkili üzrə məktəblilərlə, valideynlərlə,
məktəbdənkənar və digər təlim-tərbiyə
müəssisələrinin işçiləri ilə məsləhət
xarakterli işlər aparır. Məktəbdənkənar müəssisənin
perspektiv inkişafı istiqamətlərini proqnozlaşdırır, informasiya və
kommunikasiya fəaliyyətini həyata keçirir, sinifdənxaric və
məktəbdənkənar işlər üzrə metodik tövsiyələr,
məktəbdənkənar müəssisənin inkişafı üzrə məqsədli
proqramlar işləyib hazırlayır.
Bilməlidir: “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; uşaq və gənclərlə
işlərin və planlaşdırmanın metodlarını; məqsədli kompleks
proqramların tərtibini; uşaq şəxsiyyəti inkişafının əsas
qanunauyğunluqlarını, onun ehtiyac və maraqlarının spesifikasını; tərbiyənin
nəzəriyyə və metodlarını; pedaqogikanın və pedaqoji
psixologiyanın, təlimin və şagirdlərin tərbiyəsinin və
inkişafının metodlarını; elm, texnikanın, mədəniyyətin və
incəsənətin müasir nailiyyətlərini; məktəbdənkənar
müəssisələrin fəaliyyətinin məzmununu;
Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
10-cu dərəcə: müvafiq
ixtisas üzrə ali təhsil, məktəbdənkənar
və digər təhsil müəssisələrində təmayül təhsil xidmətləri üzrə 5 ildən az olmayaraq əmək
stajı; pedaqoji və ya müvafiq sahə üzrə orta ixtisas təhsili
və məktəbdənkənar və digər təhsil müəssisələrində
təmayül təhsil xidmətləri üzrə 10 ildən az
olmayaraq əmək stajı;
11-ci dərəcə: müvafiq
ixtisas üzrə ali təhsil,
məktəbdənkənar təhsil müəssisəsində təmayül təhsil
xidmətləri üzrə metodist
vəzifəsində 2 ildən az olmayaraq əmək stajı; pedaqoji və ya
müvafiq sahə üzrə orta ixtisas təhsili, məktəbdənkənar
təhsil müəssisəsində təmayül təhsil xidmətləri üzrə metodist
vəzifəsində 5 ildən az olmayaraq əmək stajı;
12-ci dərəcə: müvafiq
ixtisas üzrə ali təhsil,
məktəbdənkənar təhsil müəssisəsində təmayül təhsil
xidmətləri üzrə metodist
vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.
USTA
Əmək funksiyası. Şagirdlərlə peşə təlimi üzrə praktiki məşğələlər
aparır. Şagirdlərin bədii, texniki yaradıcılıq işlərini
planlaşdırır və onların yerinə yetirilməsini təmin edir. Məşğələlərin
keçirilməsi üçün müvafiq avadanlıq və ləvazimatları hazırlayır,
maddi-texniki bazanın təkmilləşdirilməsi ilə məşğul
olur. Əməyin təhlükəsizliyinin gözlənilməsini, şagirdlərin
əməyin qabaqcıl metodlarına, istehsalın müasir texnika və
texnologiyasına yiyələnməsini təmin edir. Yaradıcılıq işlərinin
keyfiyyətli yerinə yetirilməsini təşkil edir. Şagirdlərin
təcrübə keçməsi üçün müəssisələrlə (təşkilatlarla)
və təsərrüfatlarla müqavilələrin bağlanması prosesində
iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə
saxlayır. Şagirdləri mütəxəssis olmağa və bədii-texniki
yaradıcılığa hazırlayır. Metodiki komissiyaların işində, konfrans və
seminarlarda iştirak edir. Şagirdlərin təhsilinə, peşəyönümünə
və mədəni inkişafına kömək edir, onların maraqlarına görə
bədii-texniki yaradıcılıq üzrə və digər məşğələlərə
cəlb edir.
Bilməlidir: “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununu; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti
qərar, sərəncam və əmrlərini; əmək qanunvericiliyini;
istehsalat təlimi üzrə tədris proqramlarını, istehsalın
texnologiyasını, təlim avadanlığını, texnikasını və onlardan istifadəni;
pedaqogikanın, psixologiyanın əsaslarını; peşə təliminin və
şagirdlərin tərbiyəsinin metodikasını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
7-ci dərəcə: müvafiq peşə təhsili, əmək
stajına tələb qoyulmadan; [68]
8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb
qoyulmadan;
9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq ixtisası üzrə
əmək stajı; müvafiq ixtisas
üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
10-cu dərəcə: müvafiq
ixtisas üzrə ali təhsil, 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
XI.
MƏDƏNİYYƏT TƏHSİLİ ÜZRƏ RESPUBLİKA ELMİ-METODİKİ
MƏRKƏZİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Elmi-metodiki mərkəzə
rəhbərlik edir. Respublikada fəaliyyət göstərən
uşaq musiqi, incəsənət, rəssamlıq və xoreoqrafiya
məktəblərində tədrisin metodiki təminatı üçün
məsuliyyət daşıyır. Bu məktəblərdə tədrisin
vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün
mədəniyyət və turizm üzrə mərkəzi
icra hakimiyyəti orqanına təkliflər verir.
Məktəblərin tədris planı və proqramları ilə,
tədris-metodiki ədəbiyyatla, əyani
vəsaitlərlə, uçot və blank sənədləri
ilə, jurnallarla təmin edilməsi üçün tədbirlər görür.
Pedaqoji işçilərin metodiki hazırlığının və ixtisasartırma
vəziyyətinin təhlilini təşkil edir. Kadrların (təsisçinin
nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
tətbiqi məsələlərini həll edir. Elmi-pedaqoji konfransların, seminarların
keçirilməsini təşkil edir, baxış-müsabiqələrin,
festivalların, sərgilərin keçirilməsi üçün təkliflər
verir. Təlimin yeni forma və metodlarının tətbiqinə dair
eksperimentlərin keçirilməsinə və onun
nəticələrinin ümumiləşdirilməsinə
rəhbərlik edir. [69]
Bilməlidir: “Təhsil
haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Azərbaycan Respublikasının təhsil,
mədəniyyət və turizm sahələri üzrə
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
qəbul edilmiş normativ hüquqi aktları; əmək qanunvericiliyini;
məktəblərdə musiqi, rəssamlıq, xoreoqrafiya sahələri
üzrə tədrisin əsaslarını, maliyyə-təsərrüfat
işlərinin idarə edilməsinin forma və metodlarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
18-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 10
ildən az olmayaraq pedaqoji staj, 5 ildən az olmayaraq
rəhbər vəzifələrdə əmək stajı.
MÜTƏXƏSSİSLƏR
METODİST (BAŞ, BÖYÜK METODİSTLƏR DƏ DAXİL
OLMAQLA)
Əmək funksiyası. Uşaq musiqi, incəsənət,
rəssamlıq, xoreoqrafiya məktəblərində
təlim-tərbiyə və metodiki işlərin
vəziyyətini öyrənir və təhlil edir, bu işlərin
səmərəliliyinin yüksəldilməsinə dair
təkliflər verir. Konkret ixtisası üzrə tədris plan və
proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında iştirak edir.
Tədris müəssisələrində eksperimental işlərin nəticələrini
təhlil edir və ümumiləşdirir, qabaqcıl pedaqoji
təcrübəni öyrənir, ümumiləşdirir və yayır. Metodiki
bölmələrin keçirdiyi seminarlarda, müsabiqələrin, festival
və sərgilərin təşkilində iştirak edir.
Fənlərin tədrisi
keyfiyyətini öyrənmək məqsədilə dərs və
məşğələlərdə iştirak edir, yoxlama və sınaq
işlərinin, imtahanların nəticələrini ümumiləşdirir,
təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi,
qabaqcıl pedaqoji təcrübənin, təlimin yeni forma və
metodlarının tətbiqi sahəsində tədris müəssisələrinin
pedaqoji kollektivlərinə məsləhət və
tövsiyələr verir, açıq dərslər, təlimatı-metodiki
müşavirələr təşkil edir.
Məktəblərin pedaqoji şuraları
və fənn birləşmələrinin işində, metodiki
tövsiyələrin, tədris proqramlarının tərtibində iştirak
edir. Metodiki bölmələrə (birləşmələrə)
rəhbərlik edir, açıq dərslər keçirir, tədris-proqram
sənədlərinin, dərslik və dərs
vəsaitlərinin işlənib hazırlanmasına rəhbərlik edir.
Bilməlidir: “Təhsil haqqında” və
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Azərbaycan Respublikasının təhsil, mədəniyyət və
turizm sahələri üzrə mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktları;
məktəblərdə musiqi rəssamlıq, xoreoqrafiya
sahələri üzrə tədrisin əsaslarını, tədris
prosesinin təşkili sistemini, ixtisaslar üzrə tədris planlarının
və fənlər üzrə proqramların tərtibi və onlardan
istifadəni, tədris müəssisələrində pedaqoji işin
səmərəli forma və metodlarının tətbiqi metodikasını,
metodiki işin təşkili prinsiplərini və məzmununu, nəşriyyat
işlərinin əsaslarını, pedaqoji informasiya materiallarının
sistemləşdirilməsi prinsiplərini, əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını. [70]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.
13-cü
dərəcə (metodist): 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə (böyük metodist):
10 ildən 15 ilədək pedaqoji staj və 5 ildən az
olmayaraq metodist vəzifəsində əmək stajı;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj və 10 ildən az olmayaraq metodist
vəzifəsində əmək stajı.
XII. RESPUBLİKA MƏDƏNİYYƏT
MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİNİN HAZIRLIQ VƏ İXTİSASARTIRMA
MƏRKƏZİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Mədəniyyət, hazırlıq və
ixtisasartırma işini, kursların fəaliyyətini müasir
tələblər baxımından istiqamətləndirir və
rəhbərlik edir. Mərkəzin işinin cari və perspektiv planlaşdırılmasını
həyata keçirir. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi sistemində çalışan mədəniyyət
işçilərinin ixtisasının artırılması və yenidən hazırlanması
sahəsində səmərəli forma və metodlardan
istifadə olunmasını təşkil edir. Tapşırıqları yerinə yetirir,
qabaqcıl mədəniyyət və pedaqoji təcrübənin
öyrənilib yayılmasına xüsusi diqqət verir. Tədris-metodiki işin
aparılmasına, ixtisasartırmanın bütün növləri üzrə plan və
proqramların yerinə yetirilməsinə nəzarəti həyata
keçirir. Respublika miqyasında təlimatı seminar, müşavirə
keçirilməsini təşkil edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa)
seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və
intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini
həll edir. Mərkəzin
maddi-texniki bazasının genişləndirilməsini və
təkmilləşdirilməsini, ayrılmış vəsaitin düzgün
xərclənməsini, əməyin mühafizəsi və
avadanlığın saxlanılması tələblərinin yerinə
yetirilməsini təmin edir. [71]
Bilməlidir: “Təhsil
haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Azərbaycan Respublikasının təhsil,
mədəniyyət və turizm sahələri üzrə
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
qəbul edilmiş normativ hüquqi aktları; əmək qanunvericiliyini;
mədəniyyət sahəsində ölkənin və xarici
ölkələrin nailiyyətlərini; kadrların ixtisasının
artırılması və yenidən hazırlanmasının ənənəvi, yeni
forma və metodlarını; tədris-metodik sənədlərin
işlənməsinə qoyulan tələbləri;
mühazirəçilərin və müəllim heyətinin
əməyinin ödənilməsi işini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
18-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, ixtisası
üzrə rəhbər vəzifələrdə 10 ildən az
olmayaraq əmək stajı.
MÜTƏXƏSSİSLƏR
METODİST (BAŞ, BÖYÜK
METODİSTLƏR DƏ DAXİL OLMAQLA)
Əmək funksiyası. Kadrların ixtisasının artırılması və
yenidən hazırlanmasının bütün forma və növləri üzrə
tədris-metodiki işi təşkil edir və həyata keçirir,
tədris prosesinin planlaşdırılmasında, tədris plan və
proqramlarının, vəsait və metodik tövsiyələrin
işlənməsində, mühazirəçilər heyətinin
seçilməsində, tədris qrupları üçün dərs
cədvəlinin hazırlanmasında iştirak edir. Kadrlarla aparılan işin
forma və metodlarını təkmilləşdirir, qabaqcıl pedaqoji
təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir.
Müasir mütərəqqi ideya və formalardan, təlimin müasir forma
və metodlarından istifadə edir, tövsiyə xarakterli elmi-metodiki
məqalələr yazır. Görülən işlərin qəbul edilmiş
qaydada uçotunu aparır, onun nəticələrini və səmərəliliyini
təhlil edir.
Bilməlidir: “Təhsil
haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Azərbaycan Respublikasının təhsil,
mədəniyyət və turizm sahələri üzrə
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
qəbul edilmiş normativ hüquqi aktları; əmək qanunvericiliyini;
mədəniyyət sahəsindəki nailiyyətləri,
kadrların ixtisasının artırılması və yenidən hazırlanması üzrə
forma və metodları; tədris plan, proqram və tədris-metodik
sənədlərin işlənməsini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını. [72]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil.
13-cü
dərəcə (metodist): 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə (böyük metodist): 10
ildən 15 ilədək pedaqoji staj və 5 ildən az olmayaraq
metodist vəzifəsində əmək stajı;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj və 10 ildən az olmayaraq metodist
vəzifəsində əmək stajı.
XIII. BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL
İDARƏSİNİN NƏZDİNDƏ TƏLİMƏ DƏSTƏK
MƏRKƏZİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək
funksiyası. Mərkəzin bütün
istiqamətlərdə işinin təşkilinə və
fəaliyyətinə rəhbərlik edir.
Fəaliyyətində təhsilin demokratikləşdirilməsi
və humanistləşdirilməsi prinsipini əsas tutaraq,
tədris prosesinin keyfiyyətli təşkilini, plan və
proqramların yerinə yetirilməsini, texniki və əyani
vasitələrdən, metodik materiallardan istifadə olunmasını
təmin edir. Rəhbərlik tərəfindən
müəyyənləşdirilən fəaliyyət istiqamətlərini
və strategiyasının icrası zamanı fəaliyyətləri
əlaqələndirir və tədrisin keyfiyyətinin
yüksəldilməsi üçün müvafiq mentor xidmətinin təşkili
məqsədilə Mərkəzin işini təşkil edir.
Ümumtəhsil müəssisələrində tədrisin
keyfiyyətinin artırılması üçün vəziyyəti öyrənir,
təhlillər aparır və bölmə rəhbərlərinə
istiqamət verir. Fənlərin dövlət standartları
səviyyəsində tədrisinə nail olmaq üçün bütün
pedaqoji-təşkilatı tədbirləri həyata keçirir.
Mərkəzin illik və yarımillik fəaliyyət planlarının
hazırlanması və təsdiq edilməsi üçün rəhbərliyə
təqdimat verir. Elmi-praktik konfranslarda, təlimlərdə,
mətbuatda innovasiyaların işiqlandırılmasını təmin edir.
Bölmələrin səmərəli fəaliyyət
göstərməsini təmin edir. Bölmələrin işi
üzərində rəhbərlik və nəzarəti həyata
keçirir. Mərkəzin əməkdaşlarının nəzərdə
tutulan işlərin icrasına cəlb edir və onların aylıq, rüblük
və illik hesabatlarını dinləyir və
fəaliyyətlərini qiymətləndirir. Mərkəz
tərəfindən həyata keçirilən mentorluq
fəaliyyətinin nəticələri əsasında müvafiq
təkliflər irəli sürür. Mərkəzdə uçot və
kargüzarlıq işlərinin yerinə yetirilməsini təmin edir. Mərkəzin
funksiyasına daxil olan çoxvariantlı və kompleks işlər görür.
Mərkəzin fəaliyyəti haqqında rüblük və illik hesabat
verir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; idarəetmənin elmi
əsaslarını və müasir metodlarını; müasir pedaqoji-psixoloji
bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; təhsil
innovasiyalarını və pedaqoji texnologiyaları; elmi-tədqiqat
işlərinin aparılmasının əsaslarını, müvafiq mentorluq, komandada
işləmə və əməkdaşlıq etmək,
səmərəli ünsiyyət bacarıqlarını, İnformasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
16-cı
dərəcə: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil,
təhsilin
təşkili və idarəolunması üzrə yerli və (və ya)
beynəlxalq diplom (sertifikat), pedaqogika və ya idarəetmə
sahəsində iş təcrübəsi daxil olmaqla 10 ildən az
olmayaraq əmək stajı.
DİREKTOR MÜAVİNİ
Əmək
funksiyası. Rəhbərin
əmr və göstərişlərinin vaxtında icra olunmasına
nəzarət işini təmin edir. Rəhbərlə birlikdə
mərkəzin fəaliyyət istiqamətləri əsasında
məzmun və yaxud texniki istiqamətlərdə ümumi
rəhbərlik edir, qarşıya qoyulmuş vəzifələrin
yüksək keyfiyyətlə icrasına nəzarət edir.
Rəhbər tərəfindən
müəyyənləşdirilən fəaliyyət istiqamətlərinin
və strategiyanın icrası zamanı bütün bölmələrin
fəaliyyətini əlaqələndirir, bölmə
rəhbərlərinin fəaliyyətinə nəzarət
işini həyata keçirir. Tədrisin keyfiyyətinin
yüksəldilməsi məqsədilə müvafiq mentor xidmətini
həyata keçirilməsinə dair planlar üzrə işi təşkil
edir. Məktəbin səmərəli inkişafını
dəstəkləyən tədbirlərin, valideyn və
məktəb icması ilə işin düzgün qurulması, məktəbdə
sağlam –pedaqoji mühitin və ünsiyyətin təmin edilməsi,
məktəbə əsaslı təlim və peşəkar inkişaf
tədbirlərinin təşkili istiqamətində müvafiq
tövsiyələr verir. Mərkəzin illik və yarımillik
fəaliyyət planlarının hazırlanması və təsdiq edilməsi
üçün bölmə rəhbərlərinin təkliflərini dinləyir
və ümumiləşdirmələr aparır. Mərkəzin
əməkdaşlarının nəzərdə tutulan işlərin icrasına
cəlb edilməsinə nəzarət edir və onların aylıq,
rüblük və illik hesabatlarını dinləyir. Mərkəz
tərəfindən həyata keçirilən mentorluq
fəaliyyətinin nəticələri əsasında müvafiq
təkliflər irəli sürür. Mərkəzin ümumi
fəaliyyəti haqqında təhsil müəssisələrini və
ictimaiyyəti məlumatlandırır. Hesabatlılığı təmin edir,
müəyyən olunmuş qaydada rəhbərliyə hesabat verir.
Bilməlidir: “Təhsil haqqında”
və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında
Konvensiyanı; ümumtəhsil məktəbinin fəaliyyəti və
təhsilin idarə olunması üzrə hüquqi aktları,
idarəetmənin elmi əsaslarını və müasir metodlarını; müasir
pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə
metodlarını; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
elmi-tədqiqat aparılmasının əsaslarını, müvafiq mentorluq, komandada
işləmə və əməkdaşlıq etmək,
səmərəli ünsiyyət bacarıqlarını, informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və
yanğından mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas
sahələri üzrə ali təhsil, təhsilin təşkili və idarəolunması
üzrə yerli və (və ya) beynəlxalq diplom (sertifikat),
pedaqogika və ya idarəetmə sahəsində iş təcrübəsi
daxil olmaqla 5 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı direktorun vəzifə maaşından 10% aşağı məbləğdə
müəyyən edilir.
BÖLMƏ RƏHBƏRİ
Əmək
funksiyası. Tədris prosesinin
keyfiyyətli təşkilini, plan və proqramların yerinə
yetirilməsini, metodik materiallardan istifadə olunmasını təmin
edir. Fəaliyyət istiqamətləri üzrə ümumtəhsil müəssisələrində
pedaqoji prosesin səmərəli idarəedilməsində
məktəb rəhbərliyinə mentor dəstəyi
göstərir, davamlı istiqamətləndirir. Fənlərin
dövlət standartları səviyyəsində tədrisinə nail
olmaq üçün bütün məktəblərə mentorluq dəstəyi
göstərir. Müvafiq beynəlxalq təcrübəni öyrənir,
təhlil edir və tətbiqinə dair mexanizmlər işləyib
hazırlayır və icrasına tapşırıqlar verir.
Müəllimlərin gündəlik
fəaliyyətində müasir tələblərin, pedaqoji
texnologiyaların tətbiq olunmasını dəstəkləyir. Pedaqoji
kadrların tələb və maraqlarını nəzərə alaraq
onların məktəb əsaslı və yaxud ixtisasının artırılmasının
daha effektiv forma və metodlarının
müəyyənləşdirilməsində məktəb
rəhbərliyinə kömək edir. Müəssisə
rəhbərləri ilə birlikdə onların ixtisasartırma təhsilinə
cəlb edilməsi və peşəkarlıq səviyyələrinin
yüksəldilməsi üçün digər tədbirlərin həyata keçirilməsinə
istiqamət verir və məktəb rəhbərliyinə hazır
alətlər təqdim edir. Resurs mərkəzlərinin
fəaliyyət mexanizmlərini hazırlayır, tətbiqinin səmərəli
icra olunmasını təşkil edir. Dərslik, dərs vəsaiti və
yeni proqramların məktəblərarası, rayon və şəhər
səviyyəsində müzakirəsinin təşkil edilməsinə
dəstək verir. Müəllimlərin fəaliyyətinin davamlı
izlənilməsi və qiymətləndirilməsinin təşkil
edilməsində məktəblərə hazır alətlər
təqdim edir, bu istiqamətdə məktəblərdə
vahid baza yaradılmasına nail olur və bazanın yenilənməsini
təmin edir. Ümumtəhsil müəssisələrində psixoloji
xidmətin təşkilinə, istedadlı, həmçinin xüsusi qayğıya
ehtiyacı olan uşaqların aşkara çıxarılmasına, onlarla işin düzgün təşkilinə
köməklik göstərir. Bilik yarışlarının, müsabiqə və layihə
olimpiadalarının eləcə də digər tədbirlərin
keçirilməsində məktəbə dəstək verir.
Hesabatlılığı təmin edir, müəyyən olunmuş qaydada
rəhbərliyə hesabat verir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları, idarəetmənin elmi əsaslarını
və müasir metodlarını; müasir pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə
metodlarını; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
elmi-tədqiqat aparılmasının əsaslarını, müvafiq mentorluq, komandada
işləmə və əməkdaşlıq etmək, səmərəli
ünsiyyət bacarıqlarını, informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini, əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
15-ci
dərəcə: ali
pedaqoji təhsil, 10 ildən az olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ixtisası
üzrə çalışan; Azərbaycan Respublikasının fəxri adlarına layiq
görülmüş şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
MÜTƏXƏSSİSLƏR
İDARƏETMƏ
ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ
DAXİL OLMAQLA)
Əmək
funksiyası. Məktəb
rəhbərliyinə ümumtəhsil müəssisələrində
keyfiyyəti yüksəltmək məqsədilə
məktəbin inkişaf proqramını, perspektiv və cari planların
hazırlanması istiqamətində metodiki yardım göstərir.
Məktəb rəhbərliyinə tədrisin müasir metodları,
pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə
etməklə fəaliyyət göstərməsini təmin
etməkdə metodiki yardım göstərir. Məktəb
rəhbərliyinə məktəbdə metodik işin
vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması
və təşkili üzrə məsləhətlər verir və
kömək göstərir. Məktəb rəhbərliyinə
tədrisin vəziyyətinin, şagirdlərin bilik, bacarıq və
vərdişlərinin qiymətləndirilməsi və perspektiv
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
istiqamətində tövsiyələr verir. Tərbiyə
işlərinin məzmunlu və səmərəli
səviyyədə təşkil edilməsində məktəb
rəhbərliyinə metodiki kömək göstərir. Tədris
proqramları, planların yerinə yetirilməsi və davamlı
şəkildə tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində fəaliyyətin düzgün təşkil edilməsi
üçün müvafiq tövsiyələr verir. Pedaqoji Şuranın düzgün
planlaşdırılması və idarə edilməsi üzrə metodiki
dəstək göstərir. Məktəbin müəyyən
fəaliyyətinə nəzarət etmək və
qiymətləndirmək üçün məlumatlardan düzgün istifadə
edilməsi üzrə təkliflər hazırlayır. Məktəb
büdcəsinin idarə olunması, məktəbə maliyyə
cəlbi ilə bağlı tövsiyələr verir. Məktəbdaxili
və idarəetmə orqanlarına hesabatlılıq sisteminin yaradılması
və idarə edilməsi üzrə çərçivə
sənədləri hazırlamaqda kömək göstərir.
Təlim-tərbiyə prosesinin nəticələrinin
təhlilindən alınan məlumatlar əsasında müəllimlərin
peşə hazırlığının yüksəldilməsi, pedaqoji kadrların ehtiyac
və tələblərinin diaqnostikasının
müəyyənləşdirilməsi istiqamətində Təhsil
İşçilərinin Peşəkar İnkişafı İnstitutuna tövsiyələr verir.
Dünya təcrübəsinə əsaslanaraq məktəb
idarəetməsi üzrə innovasiya və müasir metodların
araşdıraraq təhlil edir, rəhbərliyi davamlı şəkildə
məlumatlandırır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları, idarəetmənin elmi
əsaslarını və müasir metodlarını; müasir pedaqoji-psixoloji
bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; təhsil
innovasiyalarını və pedaqoji texnologiyaları; elmi-tədqiqat
aparılmasının əsaslarını, müvafiq mentorluq, komandada işləmə
və əməkdaşlıq etmək, səmərəli ünsiyyət
bacarıqlarını, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini, əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
PSİXOLOJİ XİDMƏTİN
TƏŞKİLİ ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ DAXİL
OLMAQLA)
Əmək
funksiyası. Ümumtəhsil
müəssisələrində psixoloji xidmətin
təşkilinə, təlimdə xüsusi fərqlənən,
istedadlı, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların aşkara
çıxarılmasında və onlarla effektiv işin təşkil edilməsində
məktəb psixoloqunun işinin qurulmasına dəstək verir.
Şagirdlərlə psixoprofilaktik
işin və psixoloji müayinənin aparılması üçün xüsusi
mexanizmlər yaradır, onların intellektual və şəxsi emosional
inkişafı, şagirdlərin öyrənmə üslublarının və
fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi
məqsədilə psixoloq üçün bələdçi
sənədlər hazırlayır. İstedadlı şagirdlərin daha optimal
inkişafı məqsədilə şagirdlərin fərdi
keyfiyyətlərini nəzərə alan fərdi inkişaf
proqramının işlənib hazırlanması və onun həyata keçirilməsi
istiqamətində psixoloq və sinif rəhbərlərinə
məsləhətlər verir. Çətin davranışların idarə
olunması və yaxşılaşdırılması istiqamətində dünya
təcrübəsini araşdıraraq proqramlar hazırlayır və onun
məktəblərdə effektiv tətbiq edilməsi üçün
əməli köməklik göstərir. Ümumtəhsil
müəssisəsində psixoloqlar üçün psixoloji xidmət
sahəsində yaranan yenilikləri və dünya
təcrübəsini öyrənərək maarifləndirici
təlimlər təşkil edir, psixoloqlara uşaqların
təlim-tərbiyəsi problemləri və psixoloji xidmət
sahəsində yaranan yeniliklərlə bağlı məktəbin
rəhbərliyini, müəllimləri, valideynləri və
tərbiyəçilərin maarifləndirilməsi
istiqamətində təlimlərin təşkilində
məsləhətlər verir. Psixoloji
müayinənin gedişində əldə edilmiş. məlumatların
təhlili əsasında uşaqlarla, valideyn və
müəllimlərlə həm fərdi, həm də qrup
şəklində aparılacaq psixoloji yardımın proqramının və silsilə
tədbirlərin hazırlanması istiqamətində yenilikləri
nəzərə alaraq təkliflər hazırlayır. İbtidai sinif
müəllimləri ilə birlikdə aşağı yaş qrupu uşaqları ilə
“valideyin – uşaq” bağlılığının fəsadlarını aradan qaldırmaq üçün
profilaktik tədbirlər keçirməyi tövsiyə edir.
Məktəb psixoloquna müəllim fəaliyyətinin
dəyərləndirilməsi istiqamətində işin aparılması
məqsədilə təkliflər hazırlayır və
dəstək verir. Məktəb-valideyn icmasının düzgün
istiqamətləndirilməsini təşkil edir. Ümumtəhsil
müəssisələrindən gələn ehtiyaclara əsaslanan
xüsusi sifarişləri araşdırır və dəstək göstərir.
Məktəb psixoloqlarının şəbəkəsini yaradır və
müxtəlif aktual məsələləri əhatə edən
konfrans, təlim və s. təşkil edir, digər təhsil
müəssisələrinin psixoloqları və özəl psixoloji
xidmət edən qurumlarla əməkdaşlıq əlaqələri
yaradaraq onlarla birlikdə tədbirlər təşkil edir.[73]
Bilməlidir: “Təhsil haqqında”, “Psixoloji yardım haqqında və “Uşaq hüquqları haqqında”
Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı; ümumtəhsil
məktəbinin fəaliyyəti və təhsilin idarə
olunması üzrə hüquqi aktları; pedaqoji psixologiyanı və ümumi pedaqogikanı,
şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş
psixologiyasını; fərdi və qrup məşğələlərinin
müasir metodlarını; müasir uşaq inkişaf nəzəriyyələrini;
müasir psixoloji yardım metodlarını;
proqram və fərdi inkişaf planları yazmaq, tədqiqat aparmaq,
səmərəli ünsiyyət bacarıqlarını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.[74]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: psixologiya üzrə ali təhsil, 5
ildən az olmayaraq psixologiya sahəsində iş təcrübəsi
olan.
13-cü dərəcə: 5 ildən 10 ilədək pedaqoji staj;
14-cü dərəcə: 10 ildən 15 ilədək pedaqoji staj;
15-ci dərəcə (baş metodist): 15 ildən çox pedaqoji staj; elmi
dərəcəsi olan və ya Azərbaycan Respublikasının
fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və ya
müəllim üçün metodik vəsait (metodik tövsiyə)
müəllifləri.
MƏKTƏB MÜHİTİ (ÖYRƏNMƏ MÜHİTİ)
ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ DAXİL OLMAQLA)
Əmək funksiyası. Məktəb mühiti (fiziki, sosial, affektiv,
akademik mühit) və mədəniyyətinin mahiyyəti və
əhəmiyyəti haqqında araşdırmalar apararaq davamlı olaraq
məktəblərdə maarifləndirmə işi təşkil edir.
Məktəb mühitinin (psixoloji və fiziki) və
mədəniyyətinin dəyərləndirilməsi üçün
alətlər hazırlayır və məktəblərdə
keçirilməsini təşkil edir. Məktəb mühitinin
öyrənməyə təsiri haqqında araşdırmalar apararaq
ümumtəhsil məktəblərində maarifləndirmə
işləri təşkil edir. Məktəb mühitinin
dəyərləndirilməsi üzrə keçirilən qiymətləndirmənin
nəticələrini təhlil edir. Məktəblərdə
müsbət öyrədici mühitin (məktəb və sinif
səviyyəsində) yaradılması və bu prosesin davamlılığını
təmin etmək məqsədilə inkişaf planının/modelinin
hazırlanması üçün təkliflər verir. Qiymətləndirməni
və tətbiqi yoxlamaq məqsədilə məktəb mühiti
standartları və indikatorlarını hazırlayır. Beynəlxalq
təcrübədə mövcud olan ən uğurlu
təcrübələrə əsaslanaraq səmərəli məktəb
mühitini təmin edən mexanizmləri hazırlayır.
Təhlükəsiz mühitin (fiziki və emosional) yaradılması üçün
təlimatlar yazır və məktəbdə fövqəladə
halların idarə edilməsi üçün çərçivə sənədi/plan
hazırlayır. Məktəb mədəniyyətinin və
dəyərlər sisteminin formalaşdırılması üçün dəstək
verir. Məktəb-valideyn icmasının düzgün
istiqamətləndirilməsini təşkil edir.
Məktəbdə davranış qaydaları, etik normalar və
dəyərlər əks etdirən qaydaların yaradılmasında
istiqamət verir. Şagirdlərin ehtiyaclarına uyğun sosial yönümlü
tədbirlər təşkilində sistemli yanaşma tətbiq
edilməsinə dəstək verir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; pedaqogika və psixologiya
elminin son nailiyyətlərini; tərbiyənin tədrislə
vəhdətini, məktəb mühiti və
mədəniyyətinin yaradılması və inkişaf etdirilməsi
sahəsində qabaqcıl və uğurlu təcrübə
nümunələrinin praktik fəaliyyətdə tətbiqini;
səmərəli təlim mühitinin yaradılmasını; fiziki məkanın
təşkili, sinif idarəçiliyi prosedurlarını; tədqiqat aparmaq,
inkişaf planları yazmaq, səmərəli ünsiyyət bacarıqlarını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya
idarəetmə ixtisas sahələri üzrə ali təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən çox
pedaqoji staj; elmi dərəcəsi olan və ya Azərbaycan
Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər;
dərslik və ya müəllim üçün metodik vəsait (metodik
tövsiyə) müəllifləri.
SİNFİN İDARƏ OLUNMASI ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ DAXİL OLMAQLA)
Əmək
funksiyası. Müasir sinfin idarə
olunması nəzəriyyələrinin məktəblərdə
səmərəli tətbiq olunması sahəsində
təkliflər hazırlayır. Fiziki məkanın düzgün təşkili
ilə təlimin keyfiyyətinin qaldırılması istiqamətində
çərçivə sənədləri hazırlayır. Sinfin
səmərəli idarə olunması, yəni dərsə
maneçilik hallarının minimuma endirilərək təlimə ayrılan
vaxtın daha düzgün istifadə edilməsinin yollarını araşdıraraq
təkliflər hazırlayır. Ünsiyyət vərdişlərinin əsas
komponentləri üzrə məktəb mentoruna metodiki
dəstək verir. Müəllim-şagird münasibətlərinin düzgün
qurulması, səmərəli qrup işinin təşkili, sinifdaxili
ünsiyyət və səmərəli ünsiyyət strategiyalarını
hazırlayır. Müəllim tərəfindən düzgün idarə olunması
istiqamətində məktəb mentoru üçün bələdçi təkliflər
hazırlayır. Şagird davranışlarının idarə edilməsinin əsas
prinsipləri haqqında metodiki vəsait hazırlayır və
maarifləndirici işlər təşkil edir. Şagird davranışlarının
ölçülməsi və dəyişdirilməsi metodlarını özündə
əks etdirən tətbiqi tədqiqat aparır və yerli
tədqiqata əsaslanan öyrədici video-çarxlar və məlumat
paketləri hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; uşaq inkişaf psixologiyası
və nəzəriyyələrini; sinfin idarə olunması
nəzəriyyələri və strategiyalarını; davranışın
idarə olunması nəzəriyyəsi və tətbiqini;
tədqiqat aparmaq, proqram və fərdi inkişaf planları yazmaq,
səmərəli ünsiyyət bacarıqlarını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri: ali
pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
PEŞƏKAR İNKİŞAF VƏ GƏNC
MÜƏLLİMLƏRLƏ İŞİN TƏŞKİLİ ÜZRƏ METODİST (BAŞ METODİST
DƏ DAXİL OLMAQLA)
Əmək funksiyası. Müəllim fəaliyyətinin
məktəbdaxili qiymətləndirməsi üçün mexanizmləri
hazırlayır və məktəbdə müəllimlərin mütəmadi
qiymətləndirilməsi üçün istiqamət verir. Pedaqoji kadrların
ehtiyac və maraqlarını nəzərə alaraq müəllimlərin
təkmilləşdirilməsinin və ixtisasının artırılmasının daha
effektiv forma və metodlarını müəyyənləşdirir və
təhsil işçilərinin peşəkar inkişaf institutuna sifarişlər
hazırlayır. Kurslardan sonra müəllimlərin fəaliyyətinin
müşahidə edilməsi və inkişafa doğru müvafiq addımların atılması
istiqamətində inkişaf planı hazırlayır. Müəllimlərin
məktəbdaxili peşəkar inkişafını təmin etmək
məqsədilə mexanizmlər hazırlayır. Ümumtəhsil
müəssisələrinin direktor müavinlərini ən yeni elmi
nailiyyətlər və qabaqcıl pedaqoji təcrübə ilə
tanış etmək məqsədilə mərkəzin bazasında qrup
və fərdi məsləhətlər, disputlar, diskussiyalar,
yaradıcı qruplar, təlimlər və s. təşkil edir. Qabaqcıl
təcrübəyə malik, yenilikçi müəllimlərin
təcrübəsini öyrənir və bu təcrübənin yayılması
istiqamətində məktəbdaxili və
məktəblərarası müvafiq tədbirlər həyata keçirir
və müntəzəm iş aparılmasının mexanizmlərini hazırlayır.
Müəllimlərin müxtəlif müsabiqələrdə, yerli
və beynəlxalq layihələrdə iştirak etməsi üçün müvafiq
təkliflər hazırlayır. Müəllim özünüqiymətləndirmə
fəaliyyətinin məktəblərdə həyata keçirilməsinin
təşkil edilməsi məqsədilə təkliflər verir.
Məktəbdə pedaqoji kadrların peşəkar inkişafının təmin
edilməsi istiqamətində məktəb fəaliyyət planının
yerinə yetirilməsi işinə nəzarət edir və görülmüş
işlərin sənədləşdirilməsi üçün çərçivə
sənədləri hazırlayır. Müəllimlərin peşəkar
inkişafı sisteminin yaradılması üçün məktəb rəhbərliyi
ilə müvafiq iş aparır. Peşəkar inkişaf sahəsində
araşdırmalar aparır və qabaqcıl təcrübələri
məktəbdə tətbiq etməyə dəstək verir.
Gənc müəllimləri dəstəkləmək üçün müvafiq
induksiya proqramları hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; peşəkar etika və
davranış qaydalarını; qabaqcıl təlim metodlarını, yerli və xarici
ölkələrdəki pedaqogika elminin son nailiyyətlərini;
yaşlıların öyrənmə nəzəriyyəsini, təhsil
işçilərinin peşəkar inkişaf institutunun təklif etdiyi
təlim resurslarını, təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; tədqiqat aparmaq bacarıqlarını və
Informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
PLANLAŞDIRMA (MƏZMUN, FƏALİYYƏT
PLANI, STRATEJİ PLANLAŞDIRMA) ÜZRƏ METODİST (BAŞ METODİST DƏ DAXİL
OLMAQLA)
Əmək
funksiyası. Təhsilin
demokratikləşdirilməsi, humanistləşdirilməsi və
şəxsiyyətyönümlülük prinsipini əsas tutaraq tədris
prosesinin keyfiyyətli təşkilinə, plan və proqramların
planlaşdırılması və səmərəli yerinə
yetirilməsinə dair məktəblər üçün təkliflər
hazırlayır. Məktəblərdə strateji, illik və cari
planlaşdırmanın səmərəli təşkili üçün çərçivə
sənədləri hazırlayır, təklif və tövsiyələr
verir. Tədris-metodiki və tərbiyə işinin keyfiyyətini yüksəldilməsinə
xidmət edən cari planlaşdırma üçün təkliflər paketi
hazırlayır. Tədris planı və proqramlarının səmərəli
yerinə yetirilməsini təmin etmək məqsədilə
nümunəvi planlaşdırma metodikalarını araşdırır, tərtib edir və
tədris planlarının hazırlanması üçün məzmun və məktəb
üzrə mentorlarla müvafiq iş aparır: təlimlər verir,
öyrədici mühazirələr, nümunəvi sənədlər
hazırlayır. Müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin
ardıcıl və sistemli təhlilinin aparılması və bunun əsasında
perspektiv inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi və həyata keçirilməsinin
optimal yolları haqqında məsləhətlər verir. Planlaşdırma
sahəsində davamlı şəkildə tədqiqatlar aparır və
yenilikləri həmkarları ilə bölüşür.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında”
Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı; ümumtəhsil
məktəbinin fəaliyyəti və təhsilin idarə
olunması üzrə hüquqi aktları; tədris proqramları və tədris
metodiki sənədlərlə işi, məktəbdaxili
nəzarət mexanizmlərini; tədris-təhsil proqramlarının
planlaşdırılması və təkmilləşdirilməsini, tədrisin
idarəedilməsinin elmi əsaslarını və müasir metodlarını;
təhsil innovasiyaları və pedaqoji texnologiyaları, tədqiqat
aparmaq bacarıqlarını və informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10 ilədək
pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
QİYMƏTLƏNDİRMƏ
(ŞAGİRDLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ) ÜZRƏ METODİST (BAŞ
METODİST DƏ DAXİL OLMAQLA)
Əmək
funksiyası. Qiymətləndirmənin
mahiyyəti, məqsədi və növləri (beynəlxalq, milli
və məktəbdaxili) haqqında maarifləndirmə işini
təşkil edir. Təlim nəticələrinin artırılmasına
xidmət edən sinifdaxili və məktəbdaxili
qiymətləndirmənin təşkili və
nəticələrinin təhlil edilməsi üzrə müvafiq
istiqamətləndirmə aparır. Şagird nailiyyətlərinin
qiymətləndirməsi məqsədilə qiymətləndirmənin
üsul və vasitələrindən istifadə edilməsi
üzrə tövsiyələr verir. Məktəb
rəhbərliyinə qiymətləndirmənin
nəticələrindən istifadə edərək
məktəb fəaliyyətinin düzgün planlaşdırılmasına dair
tövsiyələr verir. Müəllimlərin
fəaliyyətlərinin dəyərləndirilməsi üzrə
müasir metod və strategiyalara əsaslanaraq Azərbaycan
tədris mühitinə uyğunlaşdırılmış çərçivə
sənədləri hazırlayır. Müəllim fəaliyyətinin
mütəmadi qiymətləndirilməsinin keçirilməsi
məqsədilə məktəb rəhbərliyinə
tövsiyələr verir. Təlim nailiyyətinin artırılması üçün
tədqiqatlar aparır və nəticələri təhlil edir.
Milli qiymətləndirmə fəaliyyəti
çərçivəsində müvafiq tədbirləri planlaşdırır.
Beynəlxalq qiymətləndirmədə iştirakı
dəstəkləyir və mütəmadi maarifləndirmə
işləri aparır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; qiymətləndirmənin
keçirilməsinə dair bütün təlimatları; pedaqoji-psixoloji
bilikləri, tədqiqat aparmaq bacarıqlarını və
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
RESURSLARLA İŞ ÜZRƏ
METODİST
(BAŞ METODİST DƏ
DAXİL OLMAQLA)
Əmək
funksiyası. Tədris
resurslarının səmərəli idarə olunması, paylanması
(tədris və öyrənmə prosesində inkişafı təmin
etmək üçün) və istifadəsi (müəllim, şagird,
rəhbərlik və məktəb səviyyəsində)
istiqamətində təkliflər hazırlayır. Məktəb resurslarından
məqsədli istifadəni təmin etmək üçün
məktəbdaxili prosedurların hazırlanması istiqamətində
məsləhətlər verir və metodiki dəstək
göstərir. Məktəblərdə resursların
səmərəli idarə olunması məqsədilə
məktəblər üçün plan hazırlayır. Ümumtəhsil
müəssisələrində tədris vəsaitlərinin
(elektron və çap), o cümlədən digər resursların
(laboratoriyalar, təlimin texniki vasitələri, linqafon
kabinetləri) səmərəli istifadəsi ilə bağlı
metodiki köməklik göstərir. Məktəb kitabxanasında mövcud
olan resursları və vəsaitlərin elektron sistemə salınması
və onlardan effektiv istifadə olunmasının təşkil edilməsi
üzrə təkliflər hazırlayır. Məktəb resursları üzrə
mentor kitabxana fondunun müasir standartlara uyğunlaşdırılması, maddi-texniki
bazasının inkişaf etdirilməsi, kitabxana işinin
kompüterləşdirilməsi sahəsində məktəb
kitabxanaçılarına tövsiyələr hazırlayır. Məktəb fondunun
resurslarının beynəlxalq miqyasda qəbul olunmuş təsnifat
qaydalarına əsasən düzülməsi və kataloqlaşdırılması, cari
fəaliyyət planının işlənilməsi üzrə məktəb
kitabxanaçılarına istiqamət verir. Məktəb kitabxanaçılarının
ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək,
elmi araşdırmalar aparmaq, əlavə məşğələlər
(fakültativ məşğələlər), sinifdənkənar və
məktəbdənkənar tədbirlər keçirilməsinə
kömək etmək məqsədilə planlar hazırlayır.
Məktəb kitabxanaçılarının təlim-tərbiyə
prosesində rolunu artırmaq və təhsilalanların mütaliə
vərdişlərinin yüksəldilməsi istiqamətində
tövsiyələr hazırlayır. Məktəb kitabxanaçılarının
peşəkar inkişafını təmin etmək məqsədilə sifariş
təklifləri hazırlayır, müvafiq təlimlər,
mühazirələr və məşğələ saatları təşkil edir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi
aktları; kitabxana-informasiya sahəsi üzrə müvafiq dövlət
proqramlarını; Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (BKAF)
və UNESCO-nun məktəb kitabxanaları ilə bağlı
təlimatlarını, respublika elmi-pedaqoji kitabxanasının hazırladığı metodik
tövsiyə vəsaitlərini, ünsiyyət qurmaq, tədqiqat
aparmaq bacarıqlarını və informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: kitabxanaçılıq və ya digər müvafiq
ixtisaslar üzrə ali təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
TƏTBİQİ TƏDQİQAT ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ DAXİL OLMAQLA)
Əmək
funksiyası. Tətbiqi
tədqiqat prosesi və mərhələləri,
əhəmiyyəti və metodları, təcrübədə onun
tətbiq edilməsi haqqında məlumatları özündə əks
etdirən broşür hazırlayır. Tətbiqi tədqiqatın aparılması və
müəllimlərdə tədqiqatçılıq bacarığının inkişaf
etdirilməsi istiqamətində maarifləndirici
tədbirlər həyata keçirir. Məktəblərdə
müxtəlif sahələr, tədris, kurikulumun tələblərindən
irəli gələn bacarıqlar və sinifdə şagird davranışları
haqqında tətbiqi tədqiqatın aparılmasını təşviq edir və
nəzarətdə saxlayır. Məktəblərdə
keçirilən tətbiqi tədqiqatların digər təhsil
müəssislərində yayılmasını və ya tədqiqatın aparılması
üçün əməkdaşlığı təmin edir. Məktəblərdə
keçirilən tətbiqi tədqiqatlardan ibarət informasiya bankı
yaradır. “Ən yaxşı tətbiqi tədqiqat” müsabiqəsinin
şərtlərini hazırlayır və müsabiqənin keçirilməsini
təşkil edir. Təhsildə tətbiqi tədqiqat
sahəsində olan yenilikləri izləyir, araşdırır və
maarifləndirmə işi təşkil edir. Layihə əsaslı
tədrisin komponentləri (sual, plan, cədvəl, müşahidə,
qiymətləndirmə, müzakirə) haqqında müəllimləri
istiqamətləndirir. Məktəblər arasında “Prosesdə
öyrənmə” fəlsəfəsi haqqında maarifləndirmə
işi aparır və Layihə Əsaslı Tədrisin (LƏT) inkişaf
strategiyalarını hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; tədqiqat
nəzəriyyəsi və metodlarını, təhsildə tətbiqi
tədqiqatın əsaslarını; tədqiqatın idarə edilməsi
bacarıqlarını; ünsiyyət bacarıqlarını (akademik yazı, akademik
təqdimatlar, mentorluq, komandada işləmək), müxtəlif
mənbələrdən olan məlumatların düzgün təhlil
edilməsi, problemlərin səmərəli və çevik
həll edilməsi bacarıqlarını; xarici dil və
Informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü dərəcə: 5 ildən 10 ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
İNKLÜZİV TƏHSİL
ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ
DAXİL OLMAQLA)
Əmək
funksiyası. İnklüziv təhsilin
mahiyyəti, əhəmiyyəti və fəlsəfəsi
haqqında maarifləndirmə işi təşkil edir.
Məktəblərin inklüziv təhsil müəssisəsinə
çevrilməsi, “daxiletmə” (inclusion) mühitinin yaradılması və
onun təbliğ edilməsi istiqamətində Azərbaycan
təhsil sisteminə uyğunlaşdırılmış mexanizmləri hazırlayır.
İnklüziv təhsil sahəsində dünyada baş verən
yenilikləri daim araşdırır və ona əsasən
maarifləndirmə işi təşkil edir. Mövcud inklüziv təhsilin
verildiyi məktəblərlə əməkdaşlıq edir, onların
təcrübəsini öyrənir və uğurlu təcrübələrin
məktəblərdə yayılmasını təmin edir. İnklüziv
təhsilə cəlb edilmiş şagirdlərin ehtiyaclarına uyğun
kurikulumun uyğunlaşdırılması, münasib təlim metodlarının seçilməsi
istiqamətində müəllimlərə təkliflər və
tövsiyələr verir. İnklüziv komponentli məktəblərin
müəllimlərinin bu sahə üzrə təlimlərə
yönəldilməsi istiqamətində məsləhətlər
verir. İnklüziv təhsilə cəlb olunan müəllimlərin
fəaliyyətinin dəyərləndirilməsi üçün
qiymətləndirmə meyarları və çərçivə
sənədləri hazırlayır. İnklüziv təhsil tətbiq
edilən siniflərdə davamlı tətbiqi tədqiqatların
aparılması istiqamətində məktəblərə metodiki
dəstək verir. İnklüziv təhsildə valideynlərlə
maarifləndirmə işinin təşkil edilməsi
istiqamətində təkliflər hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
ümumtəhsil məktəbinin fəaliyyəti və təhsilin
idarə olunması üzrə hüquqi aktları; inklüziv təhsil
fəlsəfəsi və tətbiqi əsaslarını; inklüziv
təhsil üzrə qabaqcıl beynəlxalq təcrübələri, bu
sahə ilə bağlı digər normativ hüquqi aktları; xüsusi
pedaqogikanı, fizioloji inkişafı, inklüziv təhsil həyata
keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların
fərdi inkişafını; plan və proqramlarına uyğun olan
təlim-tərbiyə işinin təşkili və tədrisin
təşkili prinsiplərini; uşaq və yeniyetmələrin yaş
psixologiyasını, onlarla iş metodikalarını; tədqiqat aparmaq bacarıqlarını
və informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji və ya müvafiq ixtisas üzrə
ali təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
MƏKTƏBƏHAZIRLIQ
ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ
DAXİL OLMAQLA)
Əmək
funksiyaları. Məktəbəqədər
təhsilin dövlət standartı və proqramı haqqında bütün
ümumtəhsil məktəblərində geniş
maarifləndirmə işi aparır. Məktəbəqədər
təhsilin məzmun və təşkilinə
(məktəbəhazırlıq qrupları) dair bütün tələblərin
yerinə yetirilməsini təmin edir. Ümumtəhsil
məktəblərində məktəbəhazırlıq qruplarının
təşkili üçün mövcud imkanları araşdırır və
məktəblərə bu qrupların təşkilinə dair
tövsiyələr verir. Məktəbəqədər təhsilin
(məktəbəhazırlıq qrupları) məzmununa qoyulan
tələbləri araşdırır və bu tələblərin
yerinə yetirilməsi istiqamətində
məktəblərdə iş aparır.
Məktəbəqədər təhsilin
(məktəbəhazırlıq qrupları) idarə olunması
istiqamətində məktəb rəhbərliyinə müvafiq
dəstək göstərir. Məktəbəqədər
təhsilin (məktəbəhazırlıq qrupları)
məktəblərdə xüsusi inkişaf edici təlim mühitinə
(uşaqların yaş psixologiyasını nəzərə alaraq) verilən
tələblərin yerinə yetirilməsi istiqamətində
müvafiq iş aparır. Məktəbəhazırlıq qruplarında
təhsilverənlərin keyfiyyət göstəricilərinin
izlənilməsi məqsədilə mexanizmlər hazırlayır.
Məktəbəhazırlıq qruplarında tədris edən pedaqoji
kadrların ixtisasartırması məqsədilə Təhsil
İşçilərinin Peşəkar İnkişafı İnstitutuna sifariş təklifləri
hazırlayır.
Bilməlidir: “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında
Konvensiyanı; məktəbəqədər təhsil üzrə
hüquqi aktları; tədqiqat aparmaq bacarıqlarını və
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
FƏNN KURİKULUMLARI
ÜZRƏ METODİST
(BAŞ METODİST DƏ
DAXİL OLMAQLA)
Əmək
funksiyaları. Ana dili, riyaziyyat,
xarici dillər, humanitar fənlər, təbiət
fənləri, təsviri incəsənət və musiqi,
texnologiya, sağlamlıq, fiziki tərbiyə və gənclərin
çağırışaqədərki hazırlığı, informasiya-kommunikasiya texnologiyaları fənləri
üzrə ümumtəhsil müəssisələrinə məzmun
ilə bağlı müvafiq tövsiyələr verir, o cümlədən
metodiki və pedaqoji dəstək göstərir. Fənlərin
tədrisi zamanı qarşıya çıxan problemlərin təhlilini aparır
və digər sahələr üzrə metodist mentorlarla
birlikdə bu sahələrdə müvafiq təlimatlar üzrə
məktəb mentorları ilə birlikdə iş aparır. Konseptual
sənəd olan kurikulumun düzgün tətbiqinin təmin
edilməsi üçün maarifləndirmə işi aparır. Siniflərdə
illik və gündəlik planlaşdırmanın aparılması istiqamətində
tövsiyələr verir və çərçivə sənədləri
hazırlayır. Dərslərin dinlənilməsi qaydaları və
meyarları üzrə maarifləndirmə işləri təşkil edir.
Konseptual sənəd olan kurikulumun tətbiqi ilə bağlı
çoxsaylı sualları cavablandırmaq üçün portal yaradır. Fənn
kurikulumlarının tələblərinə uyğun olaraq planlaşdırma,
qiymətləndirmə üzrə müvafiq seminarlar, tədbirlər
və metodiki günlər təşkil edir.
Bilməlidir: “Təhsil haqqında” və “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyanı;
təhsil sahəsində normativ hüquqi aktları; pedaqoji,
elmi-metodiki və təşkilati idarəetmə
məsələlərini həll edə bilmək
çərçivəsində fənlərin ümumi nəzəri
əsaslarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı,
psixologiyanı, fizioloji inkişafı, fənnin tədris metodikasını;
müvafiq fənn üzrə təlimin məzmunu və təşkili
prinsiplərini, qabaqcıl təlim metodlarını; ölkədə və
xarici ölkələrdəki pedaqogika elminin son
nailiyyətlərini; tədqiqat aparmaq, xarici dil və
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil.
13-cü
dərəcə: 5 ildən 10
ilədək pedaqoji staj;
14-cü
dərəcə: 10 ildən 15
ilədək pedaqoji staj;
15-ci
dərəcə (baş metodist): 15 ildən az
olmayaraq pedaqoji staj; elmi dərəcəsi olan və ya
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və ya müəllim üçün metodik
vəsait (metodik tövsiyə) müəllifləri.
XIV. AZƏRBAYCAN
RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN NƏZDİNDƏ AKKREDİTASİYA VƏ
NOSTRİFİKASİYA İDARƏSİ[75]
RƏHBƏRLƏR
RƏİS
Əmək
funksiyası. Qüvvədə olan
qanunvericiliyə, habelə elmi-tədqiqat profilinə uyğun
olaraq müasir layihələr hazırlanması və həyata
keçirilməsi məqsədilə İdarənin
fəaliyyətinə rəhbərliyi həyata keçirir,
kollektivin işini istiqamətləndirir, təhsil sistemində
vahid dövlət siyasətinin həyata keçirilməsini təmin
edir, hüquqi sənədlərin işlənib hazırlanması
istiqamətində təkliflər hazırlayır. İşçilərin
peşə hazırlığının, o cümlədən əlavə təhsilinin
təmin edilməsi üçün müvafiq tədbirlər görür. Akkreditasiya
şurasının tərkibinin təsdiq olunması üçün təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanına təkliflər
verir. Hər il növbəti təhsil ilində akkreditasiyadan
keçiriləcək təhsil müəssisələrinin siyahısını
təsdiq üçün Təhsil sahəsi üzrə mərkəzi icra
hakimiyyəti orqanına təqdim edir. Akkreditasiyanın
keçirilməsinin vaxtı barədə təhsil
müəssisələrinə məlumat verir. Tabeliyində olan
əməkdaşlara icrası məcburi olan əmr və
göstərişlər verir. İdarənin iclaslarında sədrlik edir,
rəis müavinlərinin hesabatlarını dinləyir, şöbələrin
fəaliyyətini istiqamətləndirir. İdarənin müavini
və şöbə müdirləri istisna olmaqla İdarənin digər
işçilərini vəzifəyə təyin və
vəzifədən azad edir, onlar barədə həvəsləndirmə
və intizam tənbeh tədbirləri görür. Təhsil müəssisələrində
akkreditasiya işinin təşkilinə və keçirilməsinə,
təhsil sənədlərinin tanınmasına və ekvivalentliyinin
müəyyən edilməsinə (nоstrifikasiya), idarənin
informasiya təminatına nəzarəti təşkil edir.
İdarədə innovasiyaların tətbiqi sahəsində
tədbirlərin həyata keçirilməsi haqqında, habelə
fəaliyyətin digər sahələrini əhatə edən
məsələlər üzrə İdarə kollektivi və
Azərbaycan Respublikasının Təhsil sahəsi üzrə
mərkəzi icra hakimiyyəti orqanı qarşısında hesabat verir.
İdarənin beynəlxalq əlaqələri üzrə işinə
rəhbərlik edir. Azərbaycan Respublikası Təhsil sahəsi
üzrə mərkəzi icra hakimiyyəti orqanının idarə və
şöbələri, təhsil müəssisələri, digər
əlaqədar nazirlik və dövlət qurumları, ictimai
təşkilatlarla işi əlaqələndirir. Nəzərdə
tutulmuş xərclər smetasını təsdiq edir, bank hesablarının
açılmasını təmin edir. Kollektivin işinin yekunlarına görə hər
bir işçinin məsuliyyətini artıran maddi və mənəvi
həvəsləndirmə tədbirləri həyata keçirir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
17-ci
dərəcə: elmi dərəcəsi,
pedaqoji və rəhbər işlərdə 15 ildən az olmayaraq
əmək stajı, yüksək təşkilatçılıq qabiliyyəti və
idarəetmə bacarığı.
RƏİS MÜAVİNİ
Əmək funksiyası. Şöbələrin perspektiv və cari
inkişaf planlarının, mövcud tələblər əsasında
fəaliyyətlərinin yerinə yetirilməsini təşkil
edir. İdarə aparatı ilə müvafiq şöbələr arasında
koordinasiyanı qurmaqla rəhbərin müvafiq tövsiyə və
tapşırıqlarının icrasını təmin edir. Struktur bölmələrinin
rəhbərləri və əməkdaşları ilə
müzakirələr aparır, onları istiqamətləndirir.
Əməkdaşların iş metodlarının və fəaliyyətlərinin
təkmilləşdirilməsi ilə əlaqədar
təklifləri rəhbərə təqdim edir.
Şöbələrin fəaliyyətini təhlil edir,
qiymətləndirir, görülmüş işlər barədə
rəhbəri məlumatlandırır. Sərgilərdə,
konfranslarda rəhbərlik etdiyi sahənin iştirakını təşkil
edir. Yerli və beynəlxalq konfransların, simpoziumların, seminarların
təşkilinə kömək edir. Rəhbərlik etdiyi sahə
üzrə proqram və layihələrin həyata keçirilməsinə
və əməkdaşlıq barədə müqavilələrin icrasına
nəzarət edir, bu istiqamətdə müvafiq struktur
bölmələrin fəaliyyətini əlaqələndirir
və idarəetmənin təkmilləşdirilməsi üçün
təkliflər verir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və
sərəncamlarını; Azərbaycan Respublikasının təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının
aidiyyəti qərar, sərəncam və əmrlərini;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: elmi dərəcəsi, pedaqoji və
rəhbər işlərdə 10 ildən az olmayaraq əmək
stajı, yüksək təşkilatçılıq qabiliyyəti və
idarəetmə bacarığı.
Aylıq
vəzifə maaşı rəisin vəzifə maaşından 10% aşağı
məbləğdə müəyyən edilir.
BAŞ MÜHASİB[76]
Əmək funksiyası. Müəssisədə uçotun
formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat
əməliyyatları üzrə ilkin uçot sənədləri
əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və
xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını
və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq
analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə,
vergi və digər hesabatların müəyyən edilmiş
müddətlərdə tərtib və təqdim edilməsini
və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin
edir. Xərclər
smetasının hazırlanmasını və icrasını təşkil edir.
Mühasibat uçotu sənədlərinin,
hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək
haqqı fondunun
sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin
və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun
aparılmasının yoxlanılmasına və müəssisənin
bölmələrində sənədli təftişin qaydalarına
riayət edilməsinə nəzarət
edir.
Aktivlərin çatışmazlıqları və
mənimsənilməsi haqqında sənədlərin
tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə
orqanlarına verilməsinə
nəzarət edir. İnventarizasiya zamanı aktiv və
öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot
məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işləri
yerinə yetirir. Ştat, maliyyə, bank
və kassa intizamına ciddi əməl edilməsi,
inzibati-təsərrüfat və digər xərclərin, debitor
borclarının, çatışmazlıqların və digər itkilərin mövcud
qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan
silinməsini təmin edir. Mühasibat uçotu sənədlərinin
çoxaldılması, tərtib edilməsi və arxivə təhvil
verilməsinin mövcud qaydada yerinə yetirilməsinə
nəzarət edir.
Mühasibat uçotu xidməti bölməsinin işçiləri arasında iş
bölgüsü aparır və onların işinə rəhbərlik və
nəzarət edir. Mühasibat uçotunun səmərəli
təşkilinə, kompüterləşməsinə və beynəlxalq
standartlara uyğun qurulmasına diqqət yetirir.
Bilməlidir: “Təhsil haqqında”
və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarını;
tətbiq
edilməsindən asılı olaraq Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarını, Kiçik və Orta Sahibkarlıq Subyektləri
üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını, İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını və bu standartlara
əsasən mühasibat uçotunun aparılması qaydalarını, ilkin uçot
sənədləri əsasında analitik və sintetik uçotun
aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların
tərtib edilməsi qaydasını, mühasibat uçotunun
təşkilini; təhsil müəssisəsinin strukturunu, onun
perspektiv inkişaf strategiyasını; mühasibat uçotunun təhsil
müəssisəsində təşkilinin təlimat və
müddəalarını; pul vəsaitlərinin qəbulu, saxlanılması
və xərclənməsini; debitor borclarının silinməsi,
debitor və kreditorlarla hesablaşma tələblərini, aktivlərin və öhdəliklərin inventarizasiyası
qaydalarını; maliyyə hesabatlarının formasını, tərtib və
təqdim edilmə müddətlərini; yoxlama və
sənədli təftişi; təsərrüfat və maliyyə
fəaliyyətinin təkmilləşdirilməsində
mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı;
əməyin və idarəetmənin təşkilini; əmək,
maliyyə, vergi qanunvericiliyini; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
16-cı dərəcə: iqtisadiyyat ixtisas qrupu üzrə orta
ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə
5 ildən az olmayaraq əmək stajı və yaxud ali təhsil və maliyyə-mühasibat
işi üzrə 3 ildən az olmayaraq əmək stajı. Büdcə təşkilatı və illik
maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi
şəxslərin baş mühasibləri “peşəkar mühasib” olmalıdırlar.
ŞÖBƏ MÜDİRİ
Əmək
funksiyası. Perspektiv və
illik planları hazırlayır, müvafiq sahə üzrə inkişaf
perspektivlərini müəyyənləşdirir və
rəhbərliyə təqdim edir, əsasnamədən
irəli gələn istiqamətinə uyğun işlərin
yerinə yetirilməsini təşkil edir, cari iş planında
nəzərdə tutulan işləri yerinə yetirilməsinə
nəzarət və rəhbərlik edir. İdarəçiliyi müasir
informasiya təminatı sahəsində innovativ biliklərdən
istifadə edilməklə təşkil edir. İşçilərin səmərəli
fəaliyyətini, şöbədaxili və şöbələrarası
əlaqələri təmin edir, yerinə yetirdiyi işlər haqqında
hesabat tərtib edir və rəhbərə təqdim edir.
Əməkdaşların yerli və
beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakına kömək
göstərir. Ehtiyacları müəyyənləşdirir, avadanlıq və
materiallarla təchiz olunması, onlardan səmərəli
istifadə edilməsi və mühafizəsi üçün tədbirlər
görür. Əməkdaşların planların icrası sahəsində
fəaliyyətinə və əmək intizamına nəzarət
edir..
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; akkreditasiya və nоstrifikasiya ilə bağlı
ölkədə və xaricdə əldə edilmiş
nailiyyətləri; ofis texnikası və kargüzarlığı; material və
avadanlığının alınması üçün tələbnamənin hazırlanması
şərtlərini; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
15-ci dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 10 ildən az olmayaraq əmək
stajı, 5 ildən az olmayaraq idarəetmə sahəsində iş
təcrübəsi.
BAŞ MÜTƏXƏSSİS
Əmək funksiyası. Şöbə müdirinin tapşırıqlarını yerinə yetirir. Daxil olan
sənədlərin qeydiyyata alınmasını, saxlanmasını, şöbənin
fəaliyyətinə dair müvafiq arayışların hazırlanmasını təmin
edir. Şöbənin digər aşağı statuslu əməkdaşlarına dair
məlumatlar hazırlayır, hesabatları tərtib edir, şöbənin
tələbatı nəzərə alınmaqla müxtəlif elektron
proqramların yazılması məqsədilə sifarişlər hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisənin fəaliyyətinə dair
digər sənədləri; şöbədə aparılan
tədqiqatların məqsədlərini; sənədlərin
hazırlanması və tərtib olunmasını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
14-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 7
ildən az olmayaraq əmək stajı.
MÜTƏXƏSSİSLƏR
HÜQUQŞÜNAS
Əmək
funksiyası. Hüquqi aktların
layihəsini işləyib hazırlayır və ya hazırlanmasında iştirak
edir. Şöbələrə hüquqi yardım göstərir,
məhkəmələrdə İdarəni təmsil edir,
nəticələri ümumiləşdirir və təhlil edir,
müqavilələrin bağlanılması və yerinə yetirilməsi
təcrübəsini öyrənir. Əmək müqavilələrinin
bağlanılması işində əməkdaşlara hüquqi köməklik
göstərir, kollektiv müqavilələrin şərtlərinin
işlənib hazırlanmasında iştirak edir. İddialara cavab hazırlamaq üçün
arayışların, hesabatların, izahat və başqa sənədlərin
verilməsinə nəzarət edir, əmr və digər
hüquqi aktların layihəsinə rəy verir.
Texniki vasitələrdən
istifadə etməklə sorğu-məlumat işini, eləcə
də qüvvədə olan qanunvericilik aktları, onlara edilmiş
dəyişikliklər və ya onların ləğv olunması haqqında qeydiyyatlar
aparır. Ortaya çıxmış hüquqi məsələlərin həllində
iştirak edir. Qanunvericiliyin tətbiqinə dair
məsləhətlər, habelə təşkilati-hüquqi və
başqa hüquqi məsələlərə rəy verir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisə, idarə və təşkilatların
fəaliyyətinə aid olan hüquqi aktları; mülki, əmək
və inzibati qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
14-cü
dərəcə: hüquqşünaslıq üzrə ali təhsil,
5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.
BÖYÜK
MÜTƏXƏSSİS
Əmək funksiyası. Şöbə müdirinin tapşırıqlarını yerinə
yetirir. Şöbənin icraatında olan sənədlərin qeydiyyata
alınmasını, saxlanmasını, şöbənin fəaliyyətinə dair müvafiq
arayışların hazırlanmasını təmin edir. Şöbənin (və ya
İdarənin) digər aşağı statuslu əməkdaşlarına dair məlumatlar
hazırlayır, hesabatları tərtib edir, şöbənin tələbatı
nəzərə alınmaqla müxtəlif elektron proqramların yazılması
məqsədilə sifarişlər hazırlayır.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisənin fəaliyyətinə dair
digər sənədləri; şöbədə aparılan
tədqiqatların məqsədlərini; sənədlərin
hazırlanması və tərtib olunmasını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əmək
qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
13-cü dərəcə: ali təhsil, 5 ildən az olmayaraq
əmək stajı;
APARICI
MÜTƏXƏSSİS
Əmək
funksiyası. Şöbənin xidmət
öhdəliyindən irəli gələn vəzifələri
icra edir. Əvvəl işlənib hazırlanmış layihələrdə
dəyişiklik edilməsi haqqında təklif verir, icraatına daxil olan
sənədləri öyrənir, təhlil edir və
təkliflər hazırlayır. İcrasına cavabdeh olduğu işlərin icrasını
təmin edir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisənin fəaliyyətinə dair digər
sənədləri; şöbədə aparılan tədqiqatların
məqsədlərini; sənədlərin hazırlanmasını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; əmək qanunvericiliyini, əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
12-ci
dərəcə: ali təhsil, 3 ildən az olmayaraq
əmək stajı;
MÜTƏXƏSSİS
Əmək
funksiyası. Sənədləşmə
işlərini həyata keçirir. Sorğu xarakterli məktubların icrasını
və onlara veriləcək cavabların qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə göndərilməsinə
nəzarət edir. Vətəndaş müraciətlərinin icrasından
irəli gələn vəzifələri icra edir. Şöbənin
xidmət öhdəçiliyindən irəli gələn
vəzifələri icra edir.
Bilməlidir: “Təhsil haqqında” və
“Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və
elm sahəsinə aid Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti
qərar və sərəncamlarını; Azərbaycan Respublikasının
təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti
orqanının aidiyyəti qərar, sərəncam və
əmrlərini; müəssisənin fəaliyyətinə dair
digər sənədləri; sənədlərin hazırlanması
və tərtib olunmasını; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əmək qanunvericiliyini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
11-ci dərəcə: ali təhsil, 2 ildən az olmayaraq
əmək stajı.
XV. AİLƏ TİPLİ
KİÇİK QRUP EVİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Ailə tipli kiçik qrup evinin (bundan sonra-
qrup evi) fəaliyyətini idarə edir, perspektiv və cari
planları hazırlayır. Qrup evinin işinin səmərəli təşkil
edilməsi, illik iş planı ilə nəzərdə tutulmuş
tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi
və işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması
üçün tədbirlər görür; qrup evinin işçilərini
vəzifəyə təyin edir, vəzifədən azad edir,
uşaqların psixo-sosial qiymətləndirilməsinin keçirilməsini
təmin edir və bunun əsasında hazırlanmış fərdi inkişaf
planını təsdiq edir; dövlət orqanları və ictimai
təşkilatlarda müəssisənin marağını təmsil edir;
təlim-tərbiyə işlərinin məzmunlu və
səmərəli aparılmasını həyata keçirir; qabaqcıl iş təcrübəsini
tətbiq edir; əmək qanunvericiliyinə və daxili intizam
qaydalarına uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji
iqlimin yaradılması üzrə iş aparır; əməkdə
fərqlənmiş tərbiyəçilərin (sosial işçilərin)
və müəssisənin digər işçilərini mükafatlandırma
və təltif üçün təkliflər verir, kargüzarlığın düzgün
aparılmasını, hesabatların hazırlanmasını, kadrların (təsisçinin nomenklaturasında
olanlardan başqa) seçilib yerləşdirilməsini, pedaqoji heyətin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır,
onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud
yanaşmalar əsasında dəqiqləşdirir; işçilərlə bağlanmış
əmək müqaviləsinin şərtlərinin yerinə
yetirilməsini, müəssisənin təsərrüfat
fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan
təlim-tərbiyə prosesində düzgün istifadə olunmasını
və uşaqların asudə vaxtlarının səmərəli təşkilini
təmin edir.
Bilməlidir: “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında”
və “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; idarəetmənin
təşkilini; işçilərin əməyinin tarifləşdirilməsi
metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını; pedaqogika
və pedaqoji psixologiya elminin son nailiyyətlərini; uşaqların
asudə vaxtlarının səmərəli təşkili yollarını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsilin
iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin,
eləcə də statistikanın əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: pedaqoji, psixoloji, tibb və
ya sosial iş üzrəali
təhsil, müvafiq sahələrdə 5
ildən az olmayaraq əmək stajı,
elmi dərəcəsi və elmi adı olduqda 3 ildən az olmayaraq
əmək stajı.
11-ci
dərəcə: 3 ildən 8
ilədək pedaqoji, sosial iş və ya psixoloji xidmət üzrə
əmək stajı;
12-ci
dərəcə: 8 ildən 13
ilədək pedaqoji, sosial iş və ya psixoloji xidmət üzrə
əmək stajı;
13-cü
dərəcə: 13 ildən 18 ilədək
pedaqoji, sosial iş və ya psixoloji xidmət üzrə əmək
stajı;
14-cü
dərəcə: 18 ildən az
olmayaraq pedaqoji, sosial iş və ya psixoloji xidmət üzrə
əmək stajı.
MÜTƏXƏSSİSLƏR
TƏRBİYƏÇİ
Əmək funksiyası. Uşaqların tərbiyəsini, harmonik
inkişafını təşkil edir, ev tapşırıqlarının yerinə
yetirilməsinə kömək edir, hər bir uşağın
fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır.
Uşaqlara diqqətlə yanaşır, onların fərdi
xüsusiyyətlərini öyrənir. Tərbiyə işinin təşkili
və uşağın inkişafı, psixo-sosial vəziyyəti ilə bağlı
fərdi inkişaf planını tərtib edir. Uşaqlar üçün müəyyən
edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir. Uşaqların
davranışlarındakı dəyişikliklər və pozuntular,
səhhətinin vəziyyəti barədə qrup evinin
rəhbərliyinə məlumat verir. Uşağa,
gələcəkdə müstəqilliyini təmin etmək
məqsədi ilə gündəlik həyatında öz büdcəsinin
idarə edilməsini, alış-veriş etmək və evdarlıqla bağlı
digər bacarıqları mənimsəməsinə yardım edir, uşağın
mümkün qədər müstəqil olması üçün qrup evindəki
məişət xidmətlərini təşviq edir, onda
özünəxidmət bacarığını inkişaf etdirir, həmçinin uşağın
təhsil aldığı məktəblə sıx əməkdaşlıq edir.
Bilməlidir: “Təhsil
haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” və “Valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında
Konvensiyanı; əmək və ailə qanunvericiliyini; pedaqogika,
sosial, yaş və uşaq psixologiyasını, gigiyenanın əsaslarını,
uşaqların həyatının qorunması və onların səhhətinin
möhkəmləndirilməsi işini; ümumi və xüsusi təhsil
üzrə milli məzmun standartlarını, kurikulumu; təlim-tərbiyə
işinin təşkilini; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta
ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali təhsil,
3 ildən 8 ilədək pedaqoji staj; ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: ali
təhsil, 18 ildən az olmayaraq pedaqoji staj.
XVI. SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN
REABİLİTASİYA MƏRKƏZİ
RƏHBƏRLƏR
DİREKTOR
Əmək funksiyası. Mərkəzin fəaliyyətini
idarə edir, perspektiv və cari planları hazırlayır.
Mərkəzin işinin səmərəli təşkil edilməsi,
illik iş planı ilə nəzərdə tutulmuş tədbirlərin
keyfiyyətlə yerinə yetirilməsi və işçi heyətinin
peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər
görür; Mərkəzin işçilərini vəzifəyə təyin
edir, vəzifədən azad edir, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür; uşaqların inkişaf səviyyəsinin
qiymətləndirilməsini keçirilməsini təmin edir və
bunun əsasında hazırlanmış fərdi inkişaf planını təsdiq edir;
dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin
marağını təmsil edir; təlim-tərbiyə işlərinin
məzmunlu və səmərəli aparılmasını həyata keçirir;
qabaqcıl iş təcrübəsini tətbiq edir; əmək
qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam
mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır;
əməkdə xüsusilə fərqlənmiş
tərbiyəçilərin (sosial işçilərin) və
müəssisənin digər işçilərini mükafatlandırma və
təltif üçün təkliflər verir, kargüzarlığın düzgün aparılmasını,
hesabatların vaxtında hazırlanmasını, kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa)
seçilib yerləşdirilməsini, pedaqoji heyətin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait
yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını
mövcud yanaşmalar əsasında dəqiqləşdirir; işçilərlə
bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə
yetirilməsini, müəssisənin təsərrüfat
fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan
təlim-tərbiyə prosesində düzgün istifadə olunmasını
və uşaqların asudə vaxtlarının səmərəli təşkilini
təmin edir.
Bilməlidir: “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında”
və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında
Konvensiyanı; xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud
uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv
təhsil proqramlarının tətbiq edilməsini; idarəetmənin
təşkilini; işçilərin əməyinin tarifləşdirilməsi
metodlarını; qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika
və pedaqoji psixologiya elminin son nailiyyətlərini; uşaqların
asudə vaxtlarının səmərəli təşkili yollarını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; təhsil innovasiyalarını və pedaqoji
texnologiyaları; əmək qanunvericiliyini; təhsilin
iqtisadiyyatının və maliyyə-təsərrüfat
fəaliyyətinin, eləcə də statistikanın əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, reabilitasiya sahəsində 5 ildən az
olmayaraq əmək stajı.
13-cü dərəcə: uşaqların sayı 100 nəfərədək
olduqda;
14-cü dərəcə: uşaqların sayı 100-dən 125-dək olduqda;
15-ci dərəcə: uşaqların sayı 125-dən 150-dək olduqda;
16-cı dərəcə: uşaqların sayı 150 və daha çox olduqda.
MÜTƏXƏSSİSLƏR
MÜƏLLİM-DEFEKTOLOQ;
MÜƏLLİM-LOQOPED;
MÜƏLLİM-SURDOLOQ
Əmək
funksiyası. Sağlamlıq
imkanları məhdud uşağın tərbiyəsini,
təlimini, inkişafını, onların fiziki və psixi inkişafında olan
çatışmazlıqların korreksiyasını təmin edir. Uşağın inkişafındakı
geriliklərin aradan qaldırılması üzrə hər bir uşağın fərdi
imkanlarını nəzərə almaqla ona fərdi inkişaf planını hazırlayır
və tətbiqi ilə bağlı tərbiyəçilərə metodiki
köməklik göstərir. Uşaqların cəmiyyətə uğurlu
inteqrasiyasını və sosiallaşmasını həyata keçirir.[77]
Bilməlidir: “Təhsil haqqında” və “Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan
Respublikasının qanunlarını; sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi təhsil proqramları və fərdi
tədris planı;
məktəbəqədər pedaqogikanı; yaş psixologiyasını;
tərbiyə işinin məzmununu və metodunu; gigiyenanın
əsaslarını; uşaqların həyatının və səhhətinin
qorunması məsələlərini; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.[78]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: ali
pedaqoji təhsil,
yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə
təhsil, əmək stajına
tələb qoyulmadan;
9-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, əmək
stajına tələb qoyulmadan;
10-cu
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 1 ildən 3
ilədək pedaqoji staj;
11-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 3
ildən 8 ilədək pedaqoji staj və ya ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü dərəcə:
müvafiq ixtisas üzrə ali təhsil, 13 ildən 18 ilədək pedaqoji
staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18
ildən çox pedaqoji staj;
15-ci
dərəcə: elmi
dərəcəsi olan və ixtisası üzrə işləyən;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait
müəllifləri.
TƏRBİYƏÇİ
Əmək funksiyası. Sağlamlıq imkanları məhdud
şəxslərdə ünsiyyət, özünəxidmət və sadə
əmək vərdişlərini formalaşdırır, çatışmazlıqların
korreksiyasını,
xüsusi təhsil proqramları və fərdi tədris planı
əsasında
məşğələlər keçirir, sağlamlıq imkanları məhdud
şəxslərin sosial statusunun bərpa edilməsini və
onların cəmiyyətə inteqrasiyasını təmin edir. Uşaqlar üçün
müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini
təmin edir. Uşaqların davranışlarındakı dəyişikliklər və
pozuntular, səhhətinin vəziyyəti barədə
mərkəzin rəhbərliyinə müntəzəm olaraq
məlumat verir. Uşaqlarda
özünəxidmət bacarığını inkişaf etdirir və uşağın təhsil
aldığı təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir.[79]
Bilməlidir: “Təhsil
haqqında”, “Uşaq hüquqları haqqında” və “Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan
Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatı
Uşaq hüquqları haqqında Konvensiyanı; əmək və ailə
qanunvericiliyini; pedaqogika, sosial, yaş və uşaq psixologiyasını,
gigiyenanın əsaslarını; uşaqların həyatının qorunması və onların
səhhətinin möhkəmləndirilməsi işini; ümumi və
xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu;
təlim-tərbiyə işinin təşkilini; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta
ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali təhsil,
əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali təhsil,
3 ildən 8 ilədək pedaqoji staj; ali təhsili
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali təhsil, 8
ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: ali
təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: ali
təhsil, 18 ildən az olmayaraq pedaqoji staj.
TƏRBİYƏÇİ KÖMƏKÇİSİ
Əmək
funksiyası. Mərkəzin
məktəbəqədər qruplarında tərbiyəçinin
rəhbərliyi altında məşğələlərin hazırlanması
və təşkilində, uşaqların geyinib-soyunmasında, yuyunmasında,
yedizdirilməsində, çimizdirilməsində, yatağa salınmasında,
sağlamlaşdırma tədbirlərinin aparılmasında, gəzintidə
kömək edir. Uşaqların paltarlarını qurudur. Binanın, otağın, avadanlığın,
inventarın sanitariya vəziyyətini təmin edir.
Bilməlidir: uşaqlara xidmət qaydalarını;
informasiya-kommunikasiya texnologiyalarından istifadə
tələblərini; binanın, avadanlıqların saxlanma
şərtlərini; müəssisədaxili intizam qaydalarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil.
4-cü
dərəcə: 10 ilədək
əmək stajı;
5-ci
dərəcə: 10 ildən çox
əmək stajı.
XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ
ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR
RƏHBƏRLƏR
BAŞ MÜHASİB
Əmək funksiyası. Müəssisədə
uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat
əməliyyatları üzrə ilkin uçot sənədləri
əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və
xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını
və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq
analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə,
vergi və digər hesabatların müəyyən edilmiş
müddətlərdə tərtib və təqdim edilməsini
və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin
edir. Xərclər smetasının hazırlanmasını və
icrasını təşkil edir. [80]
İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin
aparılmasına, əməyin ödənişi fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin
edilməsinə, aktivlərin
və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun
aparılmasına nəzarət edir. Aktivlərin
çatışmazlıqları və mənimsənilməsi haqqında
sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə
orqanlarına verilməsinə
nəzarət edir. İnventarizasiya zamanı aktiv və
öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot
məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işləri
yerinə yetirir. Ştat, maliyyə, bank
və kassa intizamına ciddi əməl edilməsi,
inzibati-təsərrüfat və digər xərclərin, debitor
borclarının, çatışmazlıqların və digər itkilərin mövcud
qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan
silinməsini təmin edir. Mühasibat sənədlərinin
çoxaldılması, tərtib edilməsi və arxivə təhvil
verilməsinin mövcud qaydada yerinə yetirilməsinə
nəzarət edir. [81]
Mühasibat uçotu xidməti bölməsinin işçiləri arasında iş
bölgüsü aparır və onların işinə rəhbərlik və
nəzarət edir. Mühasibat uçotunun səmərəli
təşkilinə, kompüterləşməsinə və beynəlxalq
standartlara uyğun qurulmasına diqqət yetirir.
Bilməlidir: “Təhsil haqqında”
və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarını;
tətbiq edilməsindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını, Kiçik və Orta Sahibkarlıq Subyektləri
üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını, İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını və bu standartlara
əsasən mühasibat uçotunun aparılması qaydalarını,ilkin uçot
sənədləri əsasında analitik və sintetik uçotun
aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların
tərtib edilməsi qaydasını, mühasibat uçotunun
təşkilini; təhsil müəssisəsinin strukturunu, onun
perspektiv inkişaf strategiyasını; mühasibat uçotunun təhsil
müəssisəsində təşkilinin təlimat və
müddəalarını; pul vəsaitlərinin qəbulu, saxlanılması
və xərclənməsini; debitor borclarının silinməsi,
debitor və kreditorlarla hesablaşma tələblərini, aktivlərin və öhdəliklərin
inventarizasiyası qaydalarını; maliyyə hesabatlarının formasını,
tərtib və təqdim edilmə müddətlərini; yoxlama
və sənədli təftişi; təsərrüfat və
maliyyə fəaliyyətinin təkmilləşdirilməsində
mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı;
əməyin və idarəetmənin təşkilini; əmək,
maliyyə, vergi qanunvericiliyini; əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas
tələbləri:
a) ali təhsil müəssisələrində və ali
təhsil müəssisələrinə bərabər tutulan
tədris (təlim) müəssisələrində: iqtisadiyyat ixtisas qrupu üzrə orta
ixtisas təhsili vəmaliyyə-mühasibat
işi üzrə 2 ildən az olmayaraq əmək stajı və yaxud ali təhsil və maliyyə-mühasibat işi üzrə 1
ildən az olmayaraq əmək stajı.
Büdcə təşkilatı
və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik
hüquqi şəxslərin baş mühasibləri “peşəkar mühasib” olmalıdırlar.
15-ci dərəcə: təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
16-cı dərəcə: təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
17-ci dərəcə: təhsilalanların
sayı 5000 və daha çox olduqda.
b)orta ixtisas, peşə, ümumi təhsil və digər
tədris, təlim-tərbiyə təhsil müəssisələrində:
iqtisadiyyat ixtisas qrupu üzrə orta ixtisas
təhsili və maliyyə-mühasibat işi üzrə 2 ildən az
olmayaraq əmək stajı və yaxud ali
təhsil və maliyyə-mühasibat
işi üzrə 1 ildən az olmayaraq əmək stajı. Büdcə
təşkilatı və illik maliyyə hesabatlarını və ya
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını
dərc edən publik hüquqi şəxslərin baş mühasibləri
“peşəkar mühasib” olmalıdırlar.
Aylıq vəzifə maaşı müvafiq tədris,
təlim-tərbiyə təhsil müəssisəsinin direktorunun
(müdirinin) əməyinin ödəniş dərəcəsindən bir
dərəcə aşağı müəyyən edilir.
Müəllimlərinin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan dövlət peşə təhsili müəssisələrinin baş
mühasiblərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
KİTABXANA MÜDİRİ
Əsas funksiyaları. Daxil olan ədəbiyyatın qəbulunu
və kitabxana fondunun uçotunu aparır; kitabxana fondunun və
kataloqlarının elmi əsaslarla təşkilini təmin edir. İnformasiya
daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və
yerləşdirilməsini təmin edir, oxuculara göstərilən
informasiya-biblioqrafiya və kitabxana xidmətini
təkmilləşdirir. Multimedia materiallarının, elektron informasiya
daşıyıcılarında (CD, DVD) olan dərsliklərin (dərslik
komplektlərinin) və müxtəlif tədris ədəbiyyatının
sistemləşdirilməsi və tədris prosesində
istifadəsini təmin edir. Kitabxana resursları və istifadə
səviyyəsi arasında əlaqəni təmin edir; interaktiv təlim üsullarını bilir
və onlardan kitabxana tədbirlərində istifadəni
təmin edir. Məktəb kitabxanasında kompüter, printer
və skanerlə təchiz olunmuş mediateka yaradır; peşə
biliklərini və iş bacarığını müntəzəm olaraq
təkmilləşdirir; müvafiq biblioqrafik göstəricilər,
ədəbiyyat siyahıları hazırlayır. Oxucular üçün kitabxana
dərsləri (kitabxana ilə tanışlıq) və kitabxanada
(fakültativ) dərslərin keçirilməsini təşkil edir.
Müxtəlif yaş qrupuna daxil olan istifadəçilər üçün müvafiq
ədəbiyyatı və elektron informasiya resurslarını müəyyənləşdirir,
kitabxana resursları və informasiya texnologiyalarından istifadə
etməkdə oxuculara kömək göstərir, oxucuların sifarişi
əsasında informasiyanı onların elektron ünvanına göndərir. Hesabatlar
və sənədlər hazırlayıb məktəb direktoruna təqdim
edir. Mövcud formalar əsasında Azərbaycan Respublikasının Təhsil
sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanına və
respublika elmi pedaqoji kitabxanasına göndərilən illik və
statistik hesabatları hazırlayır. Ölkədə çap olunan pedaqoji,
psixoloji və tədris metodik nəşrlərin, habelə elektron
resursların məcburi ödənişli nüsxələrini alır.
Məlumat-biblioqrafiya aparatını, kitabxanaya daxil olan dövri
nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını yaradır.
Məzmunca köhnəlmiş və ya istifadəyə tam yararsız
ədəbiyyatın fonddan çıxarılmasını təmin edir.
Müəllimlərin, təhsilalanların iştirakı ilə müxtəlif
tədbirlər təşkil edir. Kitabxananın iş rejiminə, texniki
və yanğın təhlükəsizliyi, sanitar-gigiyenik normalara
riayət edir.
Bilməlidir: “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanununu; kitabxanaşünaslıq və biblioqrafiyanı; oxuculara
xidmətin əsaslarını; kitabxana fondunun uçotunu və saxlanmasını;
kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemini və
kataloqun tərtibi normalarını; kitabxana, informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; informasiyanın axtarılması
strategiyası və texnikasını; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
12-ci
dərəcə: orta ixtisas
təhsili, kitabxana işi
sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana
işi sahəsində əmək
stajı;
13-cü
dərəcə: ali
kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 8 ildən az olmayaraq kitabxana
işi sahəsində əmək
stajı.[82]
MÜTƏXƏSSİSLƏR
PSİXOLOQ (BAŞ, APARICI PSİXOLOQ DA DAXİL
OLMAQLA)[83]
Əmək
funksiyası. Psixoprofilaktik iş və psixoloji müayinə prosesində, təhsildə
çətinliklərlə qarşılaşan, inkişafı və davranışında
çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə
şagirdlərin intellektual və şəxsi emosional inkişafının
fərdi-psixoloji xüsusiyyətlərini öyrənir,
siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq
edir. Uşaqların məktəbə psixoloji cəhətdən
hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul
edilməsində iştirak edir, şagirdlərin yaş və inkişaf
səviyyələrini müəyyən edərək onları ibtidai
təhsildən ümumi orta təhsilə, ümumi orta
təhsildən tam orta təhsilə və peşə təhsili müəssisələrinə
keçərkən psixoloji müayinə edir, müəllim və
valideynlərlə birlikdə uşaqlarla fərdi iş proqramını
işləyib hazırlayır. Psixoloji
müayinə zamanı affektiv-emosional pozuntulara və xüsusi davranışa
meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları
üzə çıxarır. Peşəyə yararlılığı üzə çıxarmaq və
peşə seçməkdə kömək etmək məqsədilə
şagirdlərin maraq və meyllərini öyrənir. Alkoqolizmin,
narkomaniyanın və sağlam həyat tərzinə zidd olan digər
davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə,
onların valideynləri və müəllimləri ilə profilaktik iş
aparır. Aparılmış psixoloji
müayinələr əsasında şagirdlərin inkişafı, təlimi
və davranışında aşkara çıxarılmış çatışmazlıqları təhlil edir və
səbəblərini müəyyənləşdirir; əqli gerilik,
psixi inkişafın ləngiməsi kimi problemləri olan, pedaqoji
cəhətdən özbaşına buraxılmış, psixoloji məktəb
dezadaptasiyası olan uşaqları müəyyən edərək
müvəffəqiyyətsizliyin arxasında duran konkret səbəbləri
aşkara çıxarır və tövsiyələr hazırlayır. Psixoloji müayinənin gedişində əldə edilmiş
məlumatların təhlili əsasında uşaqlarla, valideyn və
müəllimlərlə fərdi və qrup şəklində
aparılacaq psixoloji yardımın
proqramını hazırlayır, proqrama təlim (məktəb müvəffəqiyyətsizliyi,
disleksiya, disqrafiya və s.), şəxsiyyətlərarası və
emosional pozuntular (qorxu, yüksək həyəcanlılıq, depressiya
və s.), sosial dezaptasiya və xüsusi davranışla (yüksək
təcavüzkarlıq, yalançılıq, oğurluq, təhsildən yayınma və
s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına
yönəldilmiş kompleks tədbirləri daxil edir və müvafiq iş
aparır.[84]
Məktəbdə, sinifdə
sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması məqsədi
ilə şagirdlər, müəllimlər və məktəbin
müdiriyyəti ilə treninq keçirir. Uşaqların və istedadlı
şagirdlərin daha optimal inkişafı məqsədi ilə
müəllimlərlə birgə şagirdlərin fərdi
keyfiyyətlərini nəzərə alan konkret proqram
işləyib hazırlayır və onun həyata keçirilməsini təmin
edir. Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı
məktəbin müdiriyyətinə, müəllimlərinə,
valideynlərinə və tərbiyəçilərə uşaqlarla
ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutma,
həmyaşıdları ilə qarşılıqlı münasibətlər,
özünütərbiyə və digər məsələlərlə
bağlı məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında,
metod birləşmələrdə və valideyn yığıncaqlarında
iştirak edir.
Tibbi-pedaqoji-psixoloji komissiyaların, uşaqların
və yeniyetmələrin sosial-hüquqi müdafiəsi üzrə
komissiyaların işində iştirak edir; müvafiq instansiyaların valideyn
hüququndan məhrum etmə, uşaqların xüsusi ümumtəhsil məktəblərinə və s. göndərilməsi zamanı
əsaslandırılmış qərar verməsi məqsədi ilə
məhkəmə, himayə və qəyyumluq orqanlarının,
həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların, rayon
polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə
qurumunun tələbnamələri üzrə uşaqların psixi
vəziyyətini, ailə tərbiyəsi şəraitini
müəyyən edən psixoloji ekspertiza keçirir.[85]
Bilməlidir: “Təhsil haqqında”, “Psixoloji yardım haqqında” və “Uşaq hüquqları haqqında”
Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər
Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyanı; təhsilin inkişaf
konsepsiyası və strategiyasını, uşaq və yeniyetmələrin
təlim və tərbiyəsi ilə bağlı hüquqi aktları; əməyin
mühafizəsini, sağlamlığının qorunmasını; ümumi psixologiyanı, pedaqoji
psixologiyanı və ümumi pedaqogikanı, sosial psixologiyanı, uşaq və
yaş psixologiyasını; fərdi və qrup məsləhətinin müasir
metodlarını; uşağın inkişafının müayinəsi
və psixoloji yardım metodlarını;
müəllimlərin etik davranış qaydalarını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.[86]
Ödəniş
dərəcələrinə ixtisas tələbləri: psixologiya üzrə ali təhsil.
10-cu
dərəcə: əmək stajına
tələb qoyulmadan;
11-ci
dərəcə: ixtisası üzrə 1
ildən az olmayaraq əmək stajı; ali təhsilini
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə (aparıcı psixoloq): ixtisası üzrə 1 ildən 3 ilədək
əmək stajı;
13-cü
dərəcə (aparıcı psixoloq): ixtisası üzrə 3 ildən 5 ilədək
əmək stajı;
14-cü
dərəcə (baş psixoloq):
ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, fəaliyyətinə lisenziya
verilmiş əlavə təhsil müəssisələrində
ixtisasartırma, stajkeçmə və kadrların
təkmilləşdirilməsi təhsili aldığını təsdiq edən
sənədi olduqda;[87]
15-ci
dərəcə (baş psixoloq):
ixtisası üzrə 5 ildən 10 ilədək əmək stajı, fəaliyyətinə lisenziya
verilmiş əlavə təhsil müəssisələrində
ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi
təhsili aldığını təsdiq edən sənədi olduqda elmi
və praktiki psixologiya sahəsində elmi işləri, elmi
dərəcəsi olan.[88]
GƏNCLƏRİN
ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI RƏHBƏRİ
Əmək funksiyası. Gənclərin çağırışaqədərki
hazırlığı üzrə tədris, fakültativ və sinifdənxaric
məşğələlərin yüksək elmi-nəzəri və
metodik səviyyədə planlaşdırılmasını və aparılmasını
təşkil edir. Məşğələlərdə dərsə davamiyyətin
və mənimsəmənin uçotunu aparır.
Təlim-tərbiyə işlərinin
təkmilləşdirilməsinə dair təkliflər irəli
sürür. Daha səmərəli forma, metod və vasitələri
tətbiq edir. Təhsilalanların-gənclərin şəxsi
keyfiyyətlərini və fərdi xüsusiyyətlərini
öyrənir, onları hərbi xidmətə hazırlayır. Hərbi
işlərin əsaslarının öyrənilməsi üzrə
fəaliyyət göstərən bölmələrin işinə
rəhbərlik edir, hərbi idman oyunlarının keçirilməsini
təşkil edir. Fiziki tərbiyə müəllimi ilə birlikdə
təhsilalanları atıcılıq, qumbaraatma və mülki-müdafiə üzrə
normaları ödəməyə hazırlayır. Təlim-tərbiyə
müəssisəsinin vətənpərvərlik üzrə
apardıqları tədbirlərin planlaşdırılmasında iştirak edir. Hərbi
hissələrin hamiliyinin həyata keçirilməsi üzrə
işləri təşkil edir və təlimin
təkmilləşdirilməsində, həmçinin təhsilalanların
vətənpərvərlik tərbiyəsində onların
köməyindən istifadə edir. Gənclərin
çağırışaqədərki hazırlığı işlərinin tədris-maddi bazasının
yaradılmasını və təkmilləşdirilməsini təmin edir. Uçot
işlərini aparır, silahların, digər əmlakın qorunması və
təmirini təşkil edir. Silahla, hərbi texnika və döyüş
sursatı ilə keçirilən məşğələlər zamanı
təhlükəsizlik tədbirlərinin gözlənilməsini
təmin edir. Hesabatlar tərtib edir, müəllimlərin etik
davranış qaydalarına riayət edir.
Bilməlidir: “Təhsil
haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarını; Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları
haqqında Konvensiyanı; gənclərin
çağırışaqədərki hazırlığı işlərinin təşkilini,
vətənpərvərlik tərbiyəsi üzrə xidmətin
və digər orqanların qərarlarını, silahların, cihazların,
təlimin hərbi texnika vasitələrinin istifadəsini;
gənclərin çağırışaqədərki hazırlığı və hərbi
vətənpərvərlik tərbiyəsinin həyata
keçirilməsinin forma və metodlarını; pedaqogika və psixologiya
elminin əsaslarını; hesabat və tədrislə bağlı sənədlərin
tərtibi normalarını, silah və sursatların istifadəsi və
saxlanılması tələblərini; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini;
təhsilalanların həyat və sağlamlığının qorunması
şərtlərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
11-ci
dərəcə: ümumi orta təhsil,
xüsusi hazırlıq kursu, 5 ildən az olmayaraq pedaqoji staj;
12-ci
dərəcə: ümumi orta təhsil,
xüsusi hazırlıq kursu, 10 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas
təhsili, 5 ilədək pedaqoji staj;
13-cü
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; orta hərbi
təhsil və ya müvafiq ixtisas üzrə ali təhsil, 5
ilədək pedaqoji staj;
14-cü
dərəcə: orta ixtisas
təhsili, 10 ildən çox pedaqoji staj; orta hərbi təhsil, 5
ildən artıq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 5
ildən çox pedaqoji staj; ali hərbi təhsil, pedaqoji staja
tələb qoyulmadan.
Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı
rəhbərlərinin aylıq
vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.[89]
FİZİKİ TƏRBİYƏ
RƏHBƏRİ (TƏLİMATÇI)
Əmək funksiyası. Fiziki tərbiyə proqramı və
metodikasına uyğun olaraq təhsilalanların təlimi üzrə iş aparır.
Təhsilalanların yaşlarına uyğun fərdi psixi-fiziki
xüsusiyyətlərini və hazırlığını nəzərə alaraq,
məşğələlərin məqsəd və məzmununu
müəyyənləşdirir. Vərdişlərə və tapşırıqların
yerinə yetirilməsi texnikasına yiyələnməkdə
uşaqlara kömək göstərir, onlarda mənəvi-iradi
keyfiyyətlər formalaşdırır. Məşğələ keçirilən
otaqda sanitariya-gigiyena normalarının gözlənilməsini daim
nəzarətdə saxlayır. Bədən tərbiyəsi
metodikası, onun sağlamlaşdırıcı funksiyaları və bədbəxt
hadisələrin profilaktikası üzrə təhsilalanlara
məsləhətlər verir, onların sağlamlığının qorunması üçün
tədbirlər görür, ilk tibbi yardım göstərir.
Bilməlidir: “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununu; pedaqogika və psixologiyanı, yaş fiziologiyası və
anatomiyanı, sanitariya və gigiyenanı; müxtəlif yaşlı uşaqların idman
növləri üzrə, o cümlədən üzgüçülük təlimi
metodikasını; idman-sağlamlıq tədbirləri zamanı
təhlükəsizlik texnikası tələblərini; uşaqların
müxtəlif idman növləri ilə məşğul olarkən
özlərini aparma tələblərini; fiziki, yaxud əqli
inkişafında çatışmazlığı olan uşaqlarla iş üçün defektologiyanı və müvafiq
metodikanı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, pedaqoji staja tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 18 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas
təhsili, idman üzrə fəxri adı olan; müvafiq ixtisas üzrə
ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 8 ildən çox pedaqoji staj.
Dövlət peşə təhsili müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan fiziki
tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
KONSERTMEYSTER
Əmək funksiyası. Musiqi təmayüllü ümumi, orta ixtisas və
ali təhsil müəssisələrində təhsilalanların ifaçı
mütəxəssis kimi hazırlanmasında iştirak edir. Təhsilalanların
ifaçılıq vərdişlərinin, peşəkarlığının artırılmasında iştirak
edir və müəllimlərə bu sahədə köməklik
göstərir; gələcək ifaçıların estetik və bədii
zövqünün inkişaf etdirilməsində iştirak edir. İxtisas üzrə -
vokal, ifaçılıq, xor dirijorluğu, idman, bədii gimnastika
sahələrində müəllimlə birlikdə tədris
prosesində iştirak edir. Dərslərdə, konsertlərdə,
semestr və dövlət imtahanlarına hazırlıqda təhsilalanlarla
məşğələlər aparır və onları imtahanda müşayiət
edir. Musiqi əsərlərini notdan oxuyur və ifa edir.
Təhsilalanlara ansambl və müşayiət etmə
vərdişlərini aşılayır.
Bilməlidir: kamera, xor və
orkestr üçün yazılmış əsərləri, opera və baletlərin
klavirlərindən dərs repertuarına salınmış musiqi
fraqmentlərini; müxtəlif alətlərin ifaçılıq
xüsusiyyətlərini; dərs məşğələlərini və
təhsilalanları müşayiət etmək metodikasını; informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci
dərəcə: orta ixtisas musiqi
təhsili, əmək stajına tələb qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili,3 ildən 5 ilədək pedaqoji staj; orta ixtisas
təhsili müəssisəsini fərqlənmə diplomu ilə
bitirən;
10-cu
dərəcə: orta ixtisas musiqi
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci dərəcə: orta ixtisas musiqi təhsili, 10 ildən 15
ilədək pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 3
ildən 8 ilədək pedaqoji staj; ali təhsilini
fərqlənmə diplomu ilə bitirən;
12-ci
dərəcə: orta ixtisas musiqi
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: orta ixtisas musiqi
təhsili, fəxri adı, müsabiqələr qalibi olan; müvafiq
ixtisas üzrə ali təhsil, 13 ildən 18 ilədək pedaqoji
staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18 ildən az olmayaraq pedaqoji staj; müvafiq
ixtisas üzrə ali təhsil, fəxri adı, müsabiqələr qalibi
olan.
DƏRNƏK RƏHBƏRİ
Əmək
funksiyası. Dərnəyin
tərkibini komplektləşdirir və onun dərs ili
müddətində saxlanması üzrə tədbirlər görür. Aparılan
işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə
və metodlarını müəyyən edir. Məşğələlərin
planını, proqramını tərtib edir və onların yerinə
yetirilməsini təmin edir. Şagirdlərin yaradıcılıq
qabiliyyətlərini aşkara çıxarır, onların meyl və maraqları
üzrə inkişafına kömək edir. İstedadlı şagirdlərin üzə
çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş
aparır, olimpiada, yarış, sərgi və s. tədbirlərdə
dərnək üzvlərinin iştirakını təmin edir.
Valideynlərə və məktəbin pedaqoji işçilərinə
istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər
verir. Məşğələ zamanı əməyin mühafizəsi,
təhlükəsizlik texnikası və sanitar-gigiyena normalarına
əməl olunmasını təmin edir.
Bilməlidir: şagird şəxsiyyətinin inkişafının
qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və
maraqlarını; pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın
əsaslarını, təlim və tərbiyənin, asudə vaxtın
və əyləncələrin təşkilinin müasir metodlarını,
elm, texnika, mədəniyyət və incəsənətin
nailiyyətlərini; müvafiq təmayül üzrə dərnək
və digər məşğələlərin proqramlarını;
sinifdənxaric və məktəbdənkənar işin təşkili
üzrə hüquqi aktları; informasiya-kommunikasiya texnologiyalarından
istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
8-ci
dərəcə: tam orta təhsil
və ya orta ixtisas təhsili, əmək stajına tələb
qoyulmadan;
9-cu
dərəcə: orta ixtisas
təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta
ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu
dərəcə: orta ixtisas
təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj
və ya ali təhsilini fərqlənmə diplomu ilə
bitirən;
12-ci
dərəcə: orta ixtisas
təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; müvafiq ixtisas
üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
13-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü
dərəcə: müvafiq ixtisas
üzrə ali təhsil, 18 ildən az olmayaraq pedaqoji staj.
KİTABXANAÇI
Əsas funksiyaları. Oxucuya lazım olan ədəbiyyatın
seçilməsini təmin edir; oxucuların yaşını nəzərə
alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənir; müxtəlif
yaş qrupuna daxil olan istifadəçilər üçün müvafiq
ədəbiyyatı və elektron informasiya resurslarını müəyyənləşdirir;
multimedia materiallarının, elektron informasiya daşıyıcılarında (CD, DVD) olan
dərsliklərin (dərslik komplektlərinin) və
müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi,
qorunması və tədris prosesində istifadəsini təmin
edir; kitabxana resursları və informasiya texnologiyalarından
istifadə etməkdə oxuculara kömək göstərir, oxucuların
sifarişi əsasında lazımi informasiyanı onların elektron ünvanına
göndərir; kitabxananın kitab
fondunun düzülüşünü və saxlanılmasını təşkil edir; kitabxana
kataloqlarının təşkilində, ədəbiyyatın
işlənməsində iştirak edir; dərslik fondunun yaradılmasında
və qorunmasında iştirak edir; kitabxana fondunun mühafizəsi və
uçotu üzrə iş aparır; kitabxananın iş rejiminə əməl edir;
məktəbin apardığı tədris və tərbiyə
işlərinə kömək edir; mütaliə mədəniyyətini
formalaşdıran kitabxana-biblioqrafiya biliklərini şagirdlər arasında
təbliğ edir; maddi-texniki təchizatın yaxşılaşdırılmasında iştirak
edir; kitabxananın perspektiv inkişaf
proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir; intizam
qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və
qaydalarına riayət edilməsinə nəzarət edir.
Bilməlidir: “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanununu; təhsil müəssisəsinin inkişaf
perspektivlərini, kitabxanaşünaslıq və biblioqrafiyanı; oxuculara
xidmətin əsaslarını; kitabxana fondunun uçotunu və saxlanmasını;
kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemini və
kataloqun tərtibi normalarını; kitabxana, Informasiya-kommunikasiya
texnologiyalarından istifadə tələblərini, informasiyanın
axtarılması strategiyası və texnikasını; əmək qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
7-ci
dərəcə: ümumi orta təhsil
və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas
təhsili, əmək stajına tələb qoyulmadan;
8-ci
dərəcə: orta ixtisas
təhsili, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq
əmək stajı;
9-cu
dərəcə: orta ixtisas
təhsili, kitabxanaçı
vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;
10-cu
dərəcə: orta ixtisas
təhsili, kitabxanaçı
vəzifəsində 9 ildən az olmayaraq əmək stajı;
ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci
dərəcə: orta ixtisas
təhsili, kitabxanaçı vəzifəsində
12 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq
və ya ali pedaqoji təhsil, kitabxanaçı
vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;
12-ci
dərəcə: ali kitabxanaçılıq
və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində 8 ildən az olmayaraq əmək
stajı.
LABORANT
Əmək
funksiyası. Laboratoriya
avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının,
təlimin texniki vasitələrinin işlək halda olmasına çalışır,
onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri
üçün xüsusi sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün
saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqları,
cihazları, reaktivləri laboratoriya işlərində,
dərslərdə və məşğələlərdə
istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq
təlimatlara və digər texniki sənədlərə
uyğunluğunu yoxlayır. Müəllimləri dərs məşğələsi
üçün lazım olan materiallarla təmin edir.
Bilməlidir: laboratoriya işləri və dərs
məşğələlərinin keçilməsi üzrə hüquqi aktları;
tədris avadanlıqlarından, müasir informasiya-kommunikasiya
texnologiyalarından, təlimin texniki vasitələrindən,
cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki
şərtlərini, avadanlıqlardan istifadə qaydalarını,
əməyin təşkilinin əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
4-cü dərəcə: ümumi orta təhsil, əmək stajına
tələb qoyulmadan;
5-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına
tələb qoyulmadan.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il)
2.
18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il)
3.
3 may 2019-cu il tarixli 190500026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17
may 2019-cu il)
4. 16 iyul 2019-cu il tarixli 1905000037 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26
iyul 2019-cu il)
5.
16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30
iyul 2019-cu il)
6.
17 sentyabr 2019-cu
il tarixli 1905000050 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
oktyabr 2019-cu il)
7.
03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il)
8.
26 fevral 2021-ci
il tarixli 21050000068 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102260068, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9
mart 2021-ci il)
9.
7 iyun 2021-ci il
tarixli 21050000231 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106070231, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
iyun 2021-ci il)
10.
15 aprel 2022-ci il
tarixli 22050000162 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202204150162, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20
aprel 2022-ci il)
11.
24 oktyabr 2022-ci il tarixli 22050000306 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210240306, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
noyabr 2022-ci il)
12.
31 oktyabr 2022-ci il tarixli 22050000319 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210310319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5
noyabr 2022-ci il)
13.
28 dekabr 2022-ci
il tarixli 22050000410 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202212280410, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12
yanvar 2023-cü il)
14.
01 noyabr 2023-cü
il tarixli 3-17/3-5-34/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202311013534, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16
noyabr 2023-cü il)
15.
27 noyabr 2023-cü
il tarixli 3-17/3-5-39/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202311273539, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
dekabr 2023-cü il)
16.
1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il)
17.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il)
18.
24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
fevral 2025-ci il)
19.
02 iyun 2025-ci il tarixli 3-17/3-5-10/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202502063510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13
iyun 2025-ci il)
20.
14 may 2026-cı il tarixli 3-17/3-5-10/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202605143510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
iyun 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 iyun 2021-ci il
tarixli 21050000231 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202106070231, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
iyun 2021-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “Giriş” hissəsinin altıncı abzasının ikinci
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Kitabça tətbiq
edilərkən xarici ölkədə təhsil almış
mütəxəssislərə xarici ölkədə verilmiş təhsil
sənədinin (o cümlədən, elmi dərəcəyə
görə) nоstrifikasiya və ya təkrar attestasiya
edilərək Azərbaycan
Respublikasında verilən təhsil sənədinə
bərabər tutulması əməyin ödəniş
dərəcəsi müəyyənləşdirilərkən
nəzərə alınır.
[2] 28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin adı və əməyinin ödəniş
dərəcələri diapazonu” cədvəlinin
“Səhifə” sütunu ləğv edilmişdir.
[3] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu” cədvəlinin “IV. Ali təhsil müəssisələri” bölməsinə “Maliyyə-təsərrüfat işləri üzrə prorektor” vəzifəsi əlavə edilsin, cədvəlin bu bölməsi və “XVII. Təhsil müəssisələri üzrə ümumi vəzifələr” bölməsinin “Mütəxəssislər” hissəsinin birinci
sətri yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[4] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin adı və əməyinin ödəniş
dərəcələri diapazonu”nun “V. Orta ixtisas təhsili
müəssisələri” bölməsinin “Rəhbərlər”
hissəsinin 11-ci sətrində “İstehsalat təcrübəsinin”
sözləri “İxtisas üzrə təcrübə” sözləri ilə
əvəz edilmişdir.
[5] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin
adı və əməyinin ödəniş dərəcələri
diapazonu” cədvəlində “Vəzifələrin adları”
sütununda “VI. İlk
peşə-ixtisas təhsili müəssisələri” sözləri “VI. Peşə
təhsili müəssisələri” sözləri ilə, “VIII. Məktəbəqədər
təhsil müəssisələri (körpələr evi,
körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası)” sözləri “VIII. Məktəbəqədər
təhsil müəssisələri (körpələr evi,
körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator
tipli məktəbəqədər təhsil müəssisəsi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi
məktəbəqədər təhsil müəssisələri)” sözləri ilə əvəz edilmişdir.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin adı və əməyinin ödəniş
dərəcələri diapazonu” cədvəlinin “VI. Peşə
təhsili müəssisələri” bölməsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[6] 16 iyul 2019-cu il tarixli 1905000037 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26
iyul 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu” cədvəlinin “XIV. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Akkreditasiya və Nostrifikasiya İdarəsi” bölməsi ləğv edilmişdir.
[7] 01 noyabr 2023-cü
il tarixli 3-17/3-5-34/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202311013534, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16
noyabr 2023-cü il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”nin “I. TƏHSİL İNSTİTUTU” üzrə
“RƏHBƏRLƏR” bölməsinin “MƏRKƏZİN DİREKTORU”
hissəsinin birinci abzasının birinci cümləsi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Milli
Elmlər Akademiyasının elmi koordinasiya məsələləri
üzrə sənədlərinə, elmi-tədqiqat,
layihə-konstruktor və layihə-axtarış qaydalarına və elm
və elmi xidmət üzrə fəaliyyət göstərən
müəssisənin profilinə uyğun olaraq elm sahəsində yeni
nəticələr əldə edilməsi, mütərəqqi
layihələr, texnologiyalar yaradılması və həyata
keçirilməsi məqsədi ilə müəssisənin elmi,
elmi-texniki və istehsalat-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir.
[8] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV.
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “TƏDRİS MƏSƏLƏLƏRİ ÜZRƏ
PROREKTOR” hissənin birinci abzasının altıncı cümləsində “istehsalat”
sözü “ixtisas üzrə” sözləri
ilə əvəz edilmişdir.
[9] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Beynəlxalq əlaqələr üzrə prorektor” vəzifəsinin tarif-ixtisas
xüsusiyyətlərindən sonra yeni məzmunda “Maliyyə-təsərrüfat işləri üzrə prorektor” vəzifəsinin tarif-ixtisas xüsusiyyətləri əlavə edilmişdir.
[10] 17 sentyabr 2019-cu
il tarixli 1905000050 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
oktyabr 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV.
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsinin “MALİYYƏ-TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR” hissəsinin ikinci abzasında “mühasibat
balanslarının və hesabatlarının” sözləri “maliyyə hesabatlarının, vergi və digər hesabatların” sözləri ilə əvəz edilmişdir.
[11] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “FİLİAL DİREKTORUNUN MÜAVİNİ” hissəsinin birinci abzasının
dördüncü cümləsində “Baza
təhsil” sözləri “Təhsil”
sözü ilə əvəz edilsin; “Qeydiyyat
şöbəsinin müdiri” hissəsinin birinci abzasının üçüncü
cümləsində “qəbul
planının” sözləri “qəbulun
keçirilməsinin” sözləri ilə əvəz edilmişdir.
1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “FİLİAL DİREKTORUNUN MÜAVİNİ” hissəsinin birinci abzasının dördüncü
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Tədris
prosesinə, tələbələrin tədris və istehsalat
təcrübəsinə nəzarət edir.
[12] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Fakültə dekanı” hissəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “elmi dərəcəsi və elmi adı, tədris, təlim-tərbiyə prosesində pedaqoji iş təcrübəsi” sözləri “fakültədə kadr hazırlığı aparılan
ixtisaslara uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji
təcrübəsi” sözləri ilə əvəz edilmişdir.
[13] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “FAKÜLTƏ DEKANININ MÜAVİNİ” hissəsinin
birinci abzasının ikinci cümləsində “tədris-istehsalat”
sözləri “ixtisas üzrə”
sözləri ilə əvəz edilmişdir.
[14] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Fakültə dekanının müavini” hissəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “elmi dərəcəsi və elmi adı, tədris, təlim-tərbiyə prosesində pedaqoji iş təcrübəsi” sözlərinin “fakültənin profilinə uyğun baza təhsili, ən azı 3 il elmi-pedaqoji
təcrübəsi” sözləri ilə əvəz edilmişdir.
[15] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “KAFEDRA MÜDİRİ” hissəsinin birinci abzasının
ikinci cümləsində “istehsalat təcrübəsinə”
sözləri “ixtisas üzrə
təcrübəyə” sözləri ilə əvəz
edilmişdir.
[16] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Kafedra müdiri” hissəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “elmi dərəcəsi və elmi adı, tədris, təlim-tərbiyə prosesində pedaqoji iş təcrübəsi” sözləri “kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi
dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji
təcrübəsi” sözləri ilə əvəz edilmişdir.
[17] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “PROFESSOR” hissəsinin birinci abzasının
ikinci cümləsində “İstehsalat təcrübəsinə” sözləri
“İxtisas üzrə təcrübəyə”
sözləri ilə əvəz edilmişdir.
[18] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “DOSENT” hissəsinin birinci abzasının birinci
cümləsində “istehsalat təcrübəsinə” sözləri
“ixtisas üzrə təcrübəyə”
sözləri ilə əvəz edilmişdir.
[19]
1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “BAŞ MÜƏLLİM” hissəsinin birinci
abzasının birinci cümləsində “istehsalat təcrübəsinə”
sözləri “ixtisas üzrə
təcrübəyə” sözləri ilə əvəz
edilmişdir.
[20] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “TƏCRÜBƏ VƏ MƏZUNLARLA İŞ
ŞÖBƏSİNİN MÜDİRİ” hissəsinin ikinci abzasında “pedaqoji və istehsalat”
sözləri “ixtisas üzrə”
sözləri ilə əvəz edilmişdir.
[21] 24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
fevral 2025-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IV. ALİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“KADRLAR ŞÖBƏSİNİN MÜDİRİ” hissəsinin birinci abzasının on ikinci
cümləsindən “və
əmək kitabçalarının” sözləri çıxarılmışdır.
[22] 28 dekabr 2022-ci
il tarixli 22050000410 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202212280410, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12
yanvar 2023-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “ARXİV MÜDİRİ” hissəsinin
ikinci abzasın birinci cümlədə “sənədlərin
dövlət arxivinə verilməsi” sözləri “sənədlərin Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi
dövlət mühafizəsinə təhvil verilməsi, habelə”
sözləri ilə əvəz edilmişdir və ikinci
cümlədə “saxlanılma” sözü “mühafizə”
sözü ilə, “saxlanmasını” sözü “mühafizəsini”
sözü ilə əvəz edilmişdir.
[23] 28 dekabr 2022-ci
il tarixli 22050000410 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202212280410, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12
yanvar 2023-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə
“IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “ARXİVÇİ” hissəsinin
birinci abzasının birinci cümləsindən “və qorunub
saxlanmasını” sözləri çıxarılmışdır.
[24] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“V. ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin
“RƏHBƏRLƏR” bölməsinin “FİLİAL RƏHBƏRİ”
hissəsinin birinci abzasının səkkizinci cümləsində “qəbulu planının” sözləri “qəbulunun keçirilməsinin”
sözləri ilə əvəz
edilmişdir.
[25] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “V.ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” nin
“RƏHBƏRLƏR” bölməsinin “İSTEHSALAT TƏCRÜBƏSİNİN
RƏHBƏRİ” hissəsinin adında “İSTEHSALAT TƏCRÜBƏSİNİN”
sözləri “İXTİSAS ÜZRƏ TƏCRÜBƏ”
sözləri ilə əvəz edilmişdir.
[26] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “V.ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” nin
“RƏHBƏRLƏR” bölməsinin
“İSTEHSALAT TƏCRÜBƏSİNİN RƏHBƏRİ” hissəsinin
birinci abzasın birinci cümləsində “İstehsalat
təcrübəsinin” sözləri “İxtisas
üzrə təcrübənin” sözləri ilə, “istehsalat”
sözü “ixtisas üzrə” sözləri
ilə əvəz edilmişdir.
[27] 1 avqust 2024-cü il tarixli 3-17/3-5-21/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408013521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2024-cü il) ilə Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “V.ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” nin
“RƏHBƏRLƏR” bölməsinin “İSTEHSALAT TƏCRÜBƏSİNİN
RƏHBƏRİ” dördüncü, beşinci, altıncı abzaslarda “pedaqoji və
ya istehsalat təcrübəsinin” sözləri “ixtisas üzrə
təcrübənin” sözləri ilə əvəz edilmişdir.
[28] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“V. ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “METODİST” hissəsinin birinci abzasının beşinci
cümləsində “Baza təhsil” sözləri “Təhsil” sözü ilə
əvəz edilmişdir.
[29] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin adında “İLK PEŞƏ-İXTİSAS” sözləri “PEŞƏ” sözü
ilə əvəz edilmişdir.
[30] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “DİREKTOR” hissəsinin birinci abzasının ikinci, onuncu
və on üçüncü cümlələrində ismin müvafiq hallarında “şagirdlər” sözü ismin müvafiq
hallarında “tələbələr”
sözü ilə, doqquzuncu cümləsində “şagird” sözü “tələbə”
sözü ilə və yeddinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz
edilmişdir.
[31] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Direktor” hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.
[32]
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin
“Rəhbərlər bölməsi”nin “DİREKTOR”
hissəsindən sonra yeni məzmunda “FİLİAL MÜDİRİ”
hissəsi əlavə edilmişdir.
[33] 28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “TƏDRİS-İSTEHSALAT
İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” hissəsinin adı yeni
redaksiyada verilmişdir.
[34] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “TƏDRİS-İSTEHSALAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”
hissəsinin birinci abzasının yeddinci cümləsində “şagird” sözü “tələbə” sözü ilə, “şagirdlərin” sözü “tələbələrin” sözü
ilə, səkkizinci cümləsində “şagirdlər” sözü “tələbələr”
sözü ilə, doqquzuncu cümləsində “Şagirdlərin” sözü “Tələbələrin”
sözü ilə, ikinci abzasının birinci cümləsində “Şagird” sözü “Tələbə” sözü ilə, ikinci cümləsində “Şagirdlərin” sözü “Tələbələrin” sözü
ilə, dördüncü cümləsində “şagirdlər”
sözü “tələbələr”
sözü ilə və altıncı abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz edilmişdir.
[35] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Tədris-istehsalat işləri üzrə direktor müavini” hissəsinə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “TƏDRİS-İSTEHSALAT
İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” hissəsinin altıncı abzasda “tədris-istehsalat”
sözləri “tədris və təlim”
sözləri ilə əvəz edilmişdir.
[36] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”
hissəsinin birinci abzasının üçüncü və dördüncü
cümlələrində “Şagirdlərin”
sözü “Tələbələrin”
sözü ilə, beşinci cümləsində “Şagirdlərlə” sözü “Tələbələrlə”
sözü ilə, ikinci abzasının birinci və ikinci
cümlələrində ismin müvafiq hallarında “şagirdlər” sözü ismin müvafiq hallarında “tələbələr” sözü ilə, dördüncü
cümləsində “şagird” sözü “tələbə” sözü ilə,
beşinci cümləsində “Şagirdlərin”
sözü “Tələbələrin”
sözü ilə və altıncı abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz
edilmişdir.
[37] 03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ” nin “VI. PEŞƏ TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” hissəsinin
ikinci abzasının yeddinci cümləsində “pozğunluq” sözü “pozuntular”
sözü ilə əvəz edilmişdir.
[38] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Tərbiyə işləri üzrə direktor müavini” hissəsinə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.
[39] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “İnzibati təsərrüfat işləri üzrə direktor müavini” hissəsinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.
18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “İNZİBATİ TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR
MÜAVİNİ” hissəsinin beşinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
[40]
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “TƏDRİS
KORPUSUNUN RƏHBƏRİ” hissəsinin adı yeni redaksiyada
verilmişdir.
[41] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “TƏDRİS KORPUSUNUN RƏHBƏRİ” hissəsinin
birinci abzasının beşinci cümləsində “şagird” sözü “tələbə”
sözü ilə, “şagirdlərin”
sözü “tələbələrin”
sözü ilə, altıncı cümləsində “şagirdlər” sözü “tələbələr”
sözü ilə, yeddinci cümləsində “Şagirdlərin” sözü “Tələbələrin”
sözü ilə, ikinci abzasının birinci cümləsində “Şagird” sözü “Tələbə” sözü ilə, ikinci cümləsində “Şagirdlərin” sözü “Tələbələrin” sözü
ilə, dördüncü cümləsində “şagirdlər”
sözü “tələbələr”
sözü ilə və beşinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz edilmişdir.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “TƏDRİS
KORPUSUNUN RƏHBƏRİ” hissəsinin birinci abzasın birinci
cümləsində “Tədris korpusunda” sözləri “Korpusda” sözü ilə əvəz edilmişdir.
[42] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “ÜMUMTƏHSİL FƏNLƏRi ÜZRƏ TƏDRİS
HİSSƏ MÜDİRİ” hissəsinin ikinci abzasının birinci
cümləsində və dördüncü abzasında “şagirdlərin” sözü “tələbələrin”
sözü ilə, yeddinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz edilmişdir.
[43] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Ümumtəhsil fənləri üzrə tədris hissə müdiri” hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.
[44] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “BAŞ USTA” hissəsinin birinci
abzasının doqquzuncu cümləsində “şagirdlərin”
sözü “tələbələrin”
sözü ilə, on ikinci cümləsində “Şagirdlərin” sözü “Tələbələrin”
sözü ilə və səkkizinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə edilmişdir.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “BAŞ USTA”
hissəsinin birinci abzasının on birinci cümləsində “tədris-istehsalat”
sözləri “tədris və təlim”
sözləri ilə əvəz edilmişdir.
[45] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Baş usta” hissəsinə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.
[46] 28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “BAŞ USTA” hissəsindən sonra yeni
məzmunda “İSTEHSALAT ÜZRƏ MENECER” hissəsi
əlavə edilmişdir.
[47] 28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin
“TƏDRİS-İSTEHSALAT EMALATXANASININ MÜDİRİ” hissəsi çıxarılmışdır.
[48] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “MÜƏLLİM” hissəsinin birinci abzasının dördüncü
cümləsində “şagirdlərlə”
sözü “tələbələrlə”
sözü ilə, altıncı cümləsində “şagirdlər” sözü “tələbələr”
sözü ilə, səkkizinci cümləsində “Şagirdlərin “sözü “Tələbələrin”
sözü ilə və on ikinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz
edilmişdir.
[49] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “Müəllim” hissəsinə yeni məzmunda on ikinci abzas əlavə edilmişdir.
[50] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ
MÜƏSSİSƏLƏRİ”nin “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “İSTEHSALAT TƏLİMİ USTASI” hissəsinin birinci
abzasının ikinci, üçüncü və dördüncü cümlələrində ismin
müvafiq hallarında “şagirdlər”
sözü ismin müvafiq hallarında “tələbələr”
sözü ilə, beşinci, altıncı və onuncu cümlələrində
ismin müvafiq hallarında “Şagirdlər”
sözü ismin müvafiq hallarında “Tələbələr”
sözü ilə, səkkizinci cümləsində “şagird” sözü “tələbə”
sözü ilə, doqquzuncu cümləsində “Şagirdlərlə” sözü “Tələbələrlə”
sözü ilə və doqquzuncu abzasında “ilk peşə-ixtisas”
sözləri “peşə” sözü
ilə əvəz edilmişdir.
[51] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “İstehsalat təlimi ustası” hissəsinə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[52] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “VI. İLK PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ” bölməsi üzrə “İstehsalat təlimi ustası (nəqliyyat vasitələrinin sürücülüyü üzrə)” hissəsinə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.
18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “VI. İLK
PEŞƏ-İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “İSTEHSALAT
TƏLİMİ USTASI (nəqliyyat vasitələrinin sürücülüyü
üzrə)” hissəsinin ikinci cümləsində “şagirdlərinin” sözü “tələbələrinin”
sözü ilə, ikinci abzasının birinci cümləsində “şagirdlərin” sözü “tələbələrin” sözü
ilə, ikinci, üçüncü və beşinci cümlələrində ismin
müvafiq hallarında “Şagirdlər”
sözü ismin müvafiq hallarında “Tələbələr”
sözü ilə, dördüncü cümləsində “Şagirdlərlə” sözü “Tələbələrlə”
sözü ilə, beşinci, altıncı və onuncu abzaslarında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “Mütəxəssislər”
bölməsinin “İSTEHSALAT TƏLİMİ USTASI (nəqliyyat
vasitələrinin sürücülüyü üzrə)” hissəsi çıxarılmışdır.
[53] 14 may 2026-cı il tarixli 3-17/3-5-10/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202605143510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
iyun 2026-cı il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın
“VI.PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜƏLLİM KÖMƏKÇİSİ”,
“VII. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “SOSİAL PEDAQOQ”,
“TƏRBİYƏÇİ” hissələrinin ikinci abzaslarında, “XV.
AİLƏ TİPLİ KİÇİK QRUP EVİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“DİREKTOR” hissəsinin ikinci abzasında və
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “TƏRBİYƏÇİ”
hissənin ikinci abzasında “Valideynlərini
itirmiş və valideyn” sözləri “Valideyn” sözü ilə əvəz edilmişdir.
[54] 28 avqust 2024-cü il tarixli 3-17/3-5-24/2024
nömrəli Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202408283524, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 sentyabr 2024-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”ndə
“VI. PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ”nin “MEXANİK”
hissəsindən sonra yeni məzmunda “SATINALMA ÜZRƏ
MÜTƏXƏSSİS”, “KEYFİYYƏT TƏMİNATI ÜZRƏ
MÜTƏXƏSSİS”, “İT MÜTƏXƏSSİSİ”, “TƏDRİSİN
TƏŞKİLİ ÜZRƏ KOORDİNATOR”, “KARYERA XİDMƏTİ ÜZRƏ MÜTƏXƏSSİS”,
“İNZİBATİ İŞLƏR ÜZRƏ KOORDİNATOR”, “HÜQUQŞÜNAS”, “MÜƏLLİM
KÖMƏKÇİSİ”, “TYUTOR”, “İŞƏGÖTÜRƏNLƏRLƏ
İŞ ÜZRƏ MÜTƏXƏSSİS” və “ƏMƏYİN
MÜHAFİZƏSİ ÜZRƏ MÜHƏNDİS” hissələri
əlavə edilmişdir.
[55] 02 iyun 2025-ci il tarixli 3-17/3-5-10/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202502063510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13
iyun 2025-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“DİREKTOR” hissəsinin birinci abzasının on səkkizinci
cümləsində “qanunla qadağan edilməyən” sözləri
“qanunda nəzərdə tutulan”
sözləri ilə əvəz edilmişdir.
[56] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“DİREKTOR” hissəsinin dördüncü abzasına “internat məktəblərində” sözlərindən
sonra “, inteqrasiya təlimli
internat tipli təhsil müəssisələrində”
sözləri əlavə edilmişdir.
24 oktyabr 2022-ci il tarixli 22050000306 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210240306, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“DİREKTOR” hissəsinin dördüncü abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
a) ümumtəhsil
məktəblərində və ya ümumtəhsil internat
məktəblərində,
inteqrasiya təlimli internat tipli təhsil
müəssisələrində:
[57] 24 oktyabr 2022-ci il tarixli 22050000306 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210240306, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“DİREKTOR” hissəsinin doqquzuncu abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
b) sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi tipli təhsil müəssisələrində:
[58] 27 noyabr 2023-cü
il tarixli 3-17/3-5-39/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202311273539, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
dekabr 2023-cü il) ilə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid
olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçası”nın “TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”nin “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “RƏHBƏRLƏR” bölməsinin
“TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR
MÜAVİNİ” hissəsinin birinci abzasının altıncı cümləsindən “attestasiyadan
keçmələri üçün müvafiq hazırlıq işlərini təmin edir, onların”
sözləri çıxarılmışdır.
[59] 03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “VII. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜƏLLİM-DEFEKTOLOQ;
MÜƏLLİM-LOQOPED; LOQOPED” hissəsinin birinci abzasının ikinci
cümləsində “qüsurlarının”
sözü “pozuntularının” sözü ilə
əvəz edilmişdir.
31 oktyabr 2022-ci il tarixli 22050000319 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210310319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“MÜƏLLİM-DEFEKTOLOQ; MÜƏLLİM-LOQOPED; LOQOPED” hissəsinin
birinci abzasının üçüncü cümləsində “qüsurlarının” sözü “pozuntularının”
sözü ilə əvəz edilmişdir.
[60] 24 oktyabr 2022-ci il tarixli 22050000306 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210240306, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “VII. ÜMUMİ TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“XÜSUSİ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS; KORREKSİYA ÜZRƏ
İNKİŞAF MÜTƏXƏSSİSİ” hissəsinin birinci abzasının birinci
cümləsində “ümumtəhsil
və xüsusi təhsil məktəblərində, xüsusi və
inteqrasiyalı internat məktəblərində” sözləri “ümumi təhsil
müəssisələrində” sözləri ilə əvəz
edilmişdir.
[61] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “VIII. MƏKTƏBƏQƏDƏR
TƏHSİL MÜƏSSİSƏLƏRİ
(körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq
bağçası, xüsusi uşaq bağçası)”nın adında
“xüsusi uşaq bağçası” sözləri “sanator tipli
məktəbəqədər təhsil müəssisəsi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi
məktəbəqədər təhsil müəssisələri”
sözləri ilə əvəz
edilmişdir.
[62] 27 noyabr 2023-cü
il tarixli 3-17/3-5-39/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202311273539, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1
dekabr 2023-cü il) ilə Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci
il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin
“VIII. MƏKTƏBƏQƏDƏR TƏHSİL
MÜƏSSİSƏLƏRİ (körpələr evi, körpələr
evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli
məktəbəqədər təhsil müəssisəsi,
sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi
məktəbəqədər təhsil müəssisələri)”nin
“RƏHBƏRLƏR” bölməsinin “MÜDİR” hissəsinin birinci
abzasının on beşinci cümləsi ləğv edilmişdir..
[63] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “VIII. MƏKTƏBƏQƏDƏR
TƏHSİL MÜƏSSİSƏLƏRİ
(körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq
bağçası, xüsusi uşaq bağçası)”nın “RƏHBƏRLƏR”
bölməsinin “METODİST”
hissəsinin birinci abzasının ikinci, yeddinci və səkkizinci
cümlələrində “uşaq” sözü “təhsil” sözü ilə
əvəz edilmişdir.
[64] 3 may 2019-cu il tarixli 190500026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17
may 2019-cu il) ilə “VIII. MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq
imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri) ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜƏLLİM-DEFEKTOLOQ; MÜƏLLİM-LOQOPED; MÜƏLLİM-SURDOLOQ” hissəsinin birinci abzasında “Sağlamlıq
imkanları məhdud olan uşağın, əlil uşağın” sözləri “Sağlamlıq imkanları məhdud uşağın” sözləri ilə əvəz edilmişdir.
[65]
03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “VIII. MƏKTƏBƏQƏDƏR TƏHSİL
MÜƏSSİSƏLƏRİ”nin MÜTƏXƏSSİSLƏR bölməsinin
MÜƏLLİM-DEFEKTOLOQ; MÜƏLLİM-LOQOPED; MÜƏLLİM-SURDOLOQ
hissəsinin ikinci abzasında “xüsusi
proqramları” sözləri “xüsusi
təhsil proqramları və fərdi tədris planı” sözləri
ilə əvəz edilmişdir.
[66] 03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “IX. YERLİ TƏHSİLİ İDARƏETMƏ ORQANLARININ
NƏZDİNDƏ METODİKİ KABİNET”in “RƏHBƏRLƏR”
bölməsinin “MÜDİR” hissəsinin birinci abzasının onuncu
cümləsində “qüsurlu” sözü
“pozuntusu olan” sözləri
ilə əvəz edilmişdir.
31 oktyabr 2022-ci il tarixli 22050000319 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210310319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “IX. YERLİ TƏHSİLİ
İDARƏETMƏ ORQANLARININ NƏZDİNDƏ METODİKİ KABİNET”in “RƏHBƏRLƏR”
bölməsinin “MÜDİR” hissəsinin birinci abzasının onuncu cümləsindən
“cəhətdən” sözü
çıxarılmışdır.
[67] 15 aprel 2022-ci il
tarixli 22050000162 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202204150162, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20
aprel 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”in “IX. YERLİ TƏHSİLİ İDARƏETMƏ
ORQANLARININ NƏZDİNDƏ METODİKİ KABİNET” in “RƏHBƏRLƏR”
bölməsinin “MÜDİR” hissəsinin dördüncü və beşinci abzaslarında “rayon
(şəhər) təhsil şöbələri (idarələri)”
sözləri “regional təhsil
idarələri” sözləri ilə əvəz edilmişdir.
[68] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XI. YERLİ TƏHSİLİ İDARƏETMƏ ORQANLARININ
MƏKTƏBDƏNKƏNAR MÜƏSSİSƏLƏRİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “USTA” hissəsinin dördüncü
abzasında “ilk peşə-ixtisas”
sözləri “müvafiq peşə” sözləri ilə
əvəz edilmişdir.
[69] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın ““XI. MƏDƏNİYYƏT TƏHSİLİ
ÜZRƏ RESPUBLİKA ELMİ-METODİKİ MƏRKƏZİ”nin
“RƏHBƏRLƏR” bölməsinin “DİREKTOR” hissəsinin birinci
abzasının dördüncü cümləsindən və ikinci abzasından “və turizm” sözləri çıxarılmışdır.
[70] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XI. MƏDƏNİYYƏT TƏHSİLİ
ÜZRƏ RESPUBLİKA ELMİ-METODİKİ MƏRKƏZİ”nin
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “METODİST (BAŞ, BÖYÜK METODİSTLƏR
DƏ DAXİL OLMAQLA)” hissəsinin dördüncü abzasından “və turizm” sözləri çıxarılmışdır.
[71] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XII.
RESPUBLİKA MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ
İŞÇİLƏRİNİN HAZIRLIQ VƏ İXTİSASARTIRMA MƏRKƏZİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “DİREKTOR”
hissəsinin birinci abzasının dördüncü cümləsindən “və Turizm” sözləri və
ikinci abzasından “və turizm”
sözləri çıxarılmışdır.
[72] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XII.
RESPUBLİKA MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ
İŞÇİLƏRİNİN HAZIRLIQ VƏ İXTİSASARTIRMA MƏRKƏZİ”nin “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “METODİST (BAŞ, BÖYÜK METODİSTLƏR DƏ DAXİL OLMAQLA)”
hissəsinin ikinci abzasından “və
turizm” sözləri çıxarılmışdır.
[73] 16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”nin “XIII.
BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİNİN NƏZDİNDƏ
TƏLİMƏ DƏSTƏK MƏRKƏZİ” üzrə “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “PSİXOLOJİ
XİDMƏTİN TƏŞKİLİ ÜZRƏ METODİST (BAŞ METODİST DƏ DAXİL OLMAQLA)” hissəsinin birinci abzasın ikinci cümləsində “psixoprofilaktik və psixodiaqnostik
işin” sözləri “psixoprofilaktik
işin və psixoloji müayinənin” sözləri ilə, altıncı
cümləsində “Psixodiaqnostik
işin” sözləri “Psixoloji
müayinənin” sözləri ilə, “korreksiya işinin” sözləri, “psixoloji yardımın” sözləri
ilə əvəz edilmişdir.
[74] 16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”nin “XIII.
BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİNİN NƏZDİNDƏ
TƏLİMƏ DƏSTƏK MƏRKƏZİ” üzrə “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “PSİXOLOJİ
XİDMƏTİN TƏŞKİLİ ÜZRƏ METODİST (BAŞ METODİST DƏ DAXİL OLMAQLA)” hissəsinin ikinci abzasda “Təhsil haqqında” sözlərindən
sonra “, “Psixoloji yardım haqqında” sözləri əlavə
edilmişdir və “korreksiya” sözü
“psixoloji yardım” sözləri
ilə əvəz edilmişdir.
[75] 16 iyul 2019-cu il tarixli 1905000037 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26
iyul 2019-cu il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “XIV. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN NƏZDİNDƏ AKKREDİTASİYA VƏ NOSTRİFİKASİYA İDARƏSİ” bölməsi ləğv edilmişdir.
[76] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XIV.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN NƏZDİNDƏ
AKKREDİTASİYA VƏ NOSTRİFİKASİYA İDARƏSİ”nin “RƏHBƏRLƏR”
bölməsinin “BAŞ MÜHASİB”
hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Əmək funksiyası. İlkin uçot sənədlərinin
və mühasibat registrlərinin tərtibini, uçotun milli mühasibat
uçotu standartlarına və dövlət büdcəsindən
maliyyələşən təşkilatlar üçün bu standartlara uyğun
müəyyənləşdirilmiş hesablar planına uyğun aparılmasını
təmin edir və müvafiq maliyyə hesabatlarını hazırlayır. Daxil
olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu,
xərclər smetasının hazırlanmasını və icrasını,
təsərrüfat-maliyyə fəaliyyəti üzrə
əməliyyatların uçotunu və bu əməliyyatların uçotunun
nəticələrini mövcud qaydada maliyyə və mühasibat
hesabatlarında əks etdirilməsini təşkil edir. Hesablaşmaların və
ödəniş öhdəliklərinin aparılmasına, əməkhaqqı fondunun
sərf olunmasına, vəzifə maaşlarının təyin
edilməsinə, pul vəsaitlərinin, mal-material
qiymətlərinin və əsas fondların inventarizasiyasının,
mühasibat uçotu və hesabatının təşkilinə nəzarət edir.
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi,
inzibati-təsərrüfat və digər xərclərin, debitor
borclarının, çatışmazlıqların və digər itkilərin mövcud
qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və
balansdan silinməsini təmin edir. Mühasibat
sənədlərinin çoxaldılması, tərtib edilməsi və
arxivə təhvil verilməsinin mövcud qaydada yerinə
yetirilməsinə nəzarət edir. Mühasibatlığın işçiləri
arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik
və nəzarət edir. Mühasibat uçotunun səmərəli
təşkilinə, kompüterləşməsinə və beynəlxalq
standartlara uyğun qurulmasına diqqət yetirir.
Bilməlidir: “Təhsil haqqında” və “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarını; mühasibat uçotunun
təşkilini; təhsil müəssisəsinin strukturunu, onun
perspektiv inkişaf strategiyasını; mühasibat uçotunun təhsil
müəssisəsində təşkilinin təlimat və
müddəalarını, maliyyə hesabatlarının formalarını; pul
vəsaitlərinin qəbulu, saxlanılması və
xərclənməsini; debitor borclarının silinməsi, debitor
və kreditorlarla hesablaşma tələblərini, əsas
vəsaitlərin inventarizasiyası metodlarını; mühasibat balanslarının
və hesabatlarının tərtib edilməsini və
müddətlərini; yoxlama və sənədli təftişi;
təsərrüfat və maliyyə fəaliyyətinin
təkmilləşdirilməsində mütərəqqi metodları, işin
təşkilini, iqtisadiyyatı; əməyin və idarəetmənin
təşkilini; əmək, maliyyə, vergi qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
16-cı dərəcə: ali iqtisadi təhsil, maliyyə-mühasibat işi üzrə 5
ildən az olmayaraq əmək stajı.
[77] 3 may 2019-cu il tarixli 190500026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17
may 2019-cu il) ilə “XVI. SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN REABİLİTASİYA MƏRKƏZİ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin “MÜƏLLİM-DEFEKTOLOQ;
MÜƏLLİM-LOQOPED; MÜƏLLİM-SURDOLOQ” hissəsinin birinci abzasının birinci cümləsində “Sağlamlıq imkanları məhdud olan uşağın, əlil uşağın” sözləri “Sağlamlıq imkanları məhdud uşağın” sözləri ilə əvəz edilmişdir.
[78] 03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “XVI. SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN REABİLİTASİYA
MƏRKƏZİ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“MÜƏLLİM-DEFEKTOLOQ; MÜƏLLİM-LOQOPED; MÜƏLLİM-SURDOLOQ”
hissəsinin ikinci abzasında “xüsusi
proqramları” sözləri “xüsusi
təhsil proqramları və fərdi tədris planı” sözləri
ilə əvəz edilmişdir.
[79]
03 fevral 2021-ci
il tarixli 21050000026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102030026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11
fevral 2021-ci il) ilə “Təhsil
sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid
Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “XVI. SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLAR ÜÇÜN REABİLİTASİYA
MƏRKƏZİ”nin “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“TƏRBİYƏÇİ” hissəsinin birinci abzasının birinci
cümləsində “və fərdi
təhsil proqramları üzrə” sözləri “, xüsusi təhsil proqramları və fərdi tədris planı
əsasında” sözləri ilə əvəz edilmişdir.
[80] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR” bölməsi üzrə “Baş mühasib” hissəsinə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.
18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XVII. TƏHSİL
MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR”
“RƏHBƏRLƏR” bölməsinin “BAŞ MÜHASİB” hissəsi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Əmək funksiyası. İlkin uçot sənədlərinin
və mühasibat registrlərinin tərtibini, uçotun milli mühasibat
uçotu standartlarına və dövlət büdcəsindən
maliyyələşən təşkilatlar üçün bu standartlara uyğun müəyyənləşdirilmiş
hesablar planına uyğun aparılmasını təmin edir və müvafiq
maliyyə hesabatlarını hazırlayır. Daxil olan pul vəsaitlərinin,
əsas vəsaitlərin uçotunu, xərclər smetasının
hazırlanmasını və icrasını, təsərrüfat-maliyyə
fəaliyyəti üzrə bütün əməliyyatların uçotunu və
bu əməliyyatların uçotunun nəticələrini mövcud qaydada
maliyyə və mühasibat hesabatlarında əks etdirilməsini
təşkil edir. Hesablaşmaların və ödəniş öhdəliklərinin
aparılmasına, əməkhaqqı fondunun sərf olunmasına,
vəzifə maaşlarının təyin edilməsinə, pul
vəsaitlərinin, mal-material qiymətlərinin və əsas
fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının
təşkilinə nəzarət edir. Ştat, maliyyə və kassa
intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat
və digər xərclərin, debitor borclarının, çatışmazlıqların
və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda
əks etdirilməsini və balansdan silinməsini təmin edir.
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi
və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə
yetirilməsinə nəzarət edir. Mühasibatlığın işçiləri
arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik
və nəzarət edir. Mühasibat uçotunun səmərəli
təşkilinə, kompüterləşməsinə və beynəlxalq
standartlara uyğun qurulmasına diqqət yetirir.
Bilməlidir: “Təhsil haqqında” və “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarını; mühasibat uçotunun
təşkilini; təhsil müəssisəsinin strukturunu, onun
perspektiv inkişaf strategiyasını; mühasibat uçotunun təhsil
müəssisəsində təşkilinin təlimat və
müddəalarını, maliyyə hesabatlarının formalarını; pul
vəsaitlərinin qəbulu, saxlanılması və
xərclənməsini; debitor borclarının silinməsi, debitor
və kreditorlarla hesablaşma tələblərini, əsas
vəsaitlərin inventarizasiyası metodlarını; mühasibat balanslarının
və hesabatlarının tərtib edilməsini və
müddətlərini; yoxlama və sənədli təftişi;
təsərrüfat və maliyyə fəaliyyətinin
təkmilləşdirilməsində mütərəqqi metodları, işin
təşkilini, iqtisadiyyatı; əməyin və idarəetmənin
təşkilini; əmək, maliyyə, vergi qanunvericiliyini;
əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və
qaydalarını.
Ödəniş
dərəcələrinə ixtisas tələbləri:
a) ali təhsil müəssisələrində və ali
təhsil müəssisələrinə bərabər tutulan
tədris (təlim) müəssisələrində: iqtisadiyyat ixtisas qrupu üzrə ali
təhsil, maliyyə-mühasibat
işi üzrə 1 ildən az olmayaraq əmək stajı.
15-ci dərəcə: təhsilalanların
sayı 2000 nəfərdən az olduqda;
16-cı dərəcə: təhsilalanların
sayı 2000-dən 5000 nəfərə qədər olduqda;
17-ci dərəcə: təhsilalanların
sayı 5000 və daha çox olduqda.
b)
orta ixtisas, ilk peşə-ixtisas, ümumi
təhsil və digər tədris, təlim-tərbiyə
təhsil müəssisələrində: iqtisadiyyat ixtisas qrupu orta ixtisas
təhsili və maliyyə-mühasibat işi üzrə 2 ildən az
olmayaraq əmək stajı; iqtisadiyyat ixtisas qrupu üzrə ali
təhsil, maliyyə-mühasibat
işi üzrə 1 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə
maaşı müvafiq tədris, təlim-tərbiyə təhsil
müəssisəsinin direktorunun (müdirinin) əməyinin ödəniş
dərəcəsindən bir dərəcə aşağı müəyyən
edilir.
Müəllimlərinin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan dövlət İlk peşə-ixtisas təhsili müəssisələrinin baş mühasiblərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
[81] 26 fevral 2021-ci
il tarixli 21050000068 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102260068, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9
mart 2021-ci il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə
“XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ
VƏZİFƏLƏR”nin “RƏHBƏRLƏR” bölməsinin “BAŞ
MÜHASİB” hissəsinin ikinci abzasının birinci cümləsində “əməkhaqqı fondunun”
sözləri “əməyin
ödənişi fondunun” sözləri ilə əvəz edilmişdir.
[82] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR” bölməsi üzrə “Kitabxana müdiri” hissəsinin dördüncü və beşinci abzaslarında “müvafiq ixtisas üzrə ali təhsil” sözləri “ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil” sözləri ilə əvəz edilmişdir.
[83] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR” bölməsi üzrə “Psixoloq (baş, aparıcı psixoloq da daxil olmaqla)” hissəsinin adından
“(baş, aparıcı psixoloq da daxil
olmaqla)” sözləri, səkkizinci və doqquzuncu abzaslarından “(aparıcı
psixoloq)” sözləri, onuncu və on birinci abzaslarından “(baş
psixoloq)” sözləri çıxarılmışdır.
[84] 18 dekabr 2018-ci il tarixli 11-3
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180113, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4
yanvar 2019-cu il) ilə “Təhsil sahəsinə aid olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “XVII. TƏHSİL
MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR”
“RƏHBƏRLƏR” bölməsinin “MÜTƏXƏSSİSLƏR”
bölməsinin “PSİXOLOQ” hissəsinin birinci abzasının üçüncü
cümləsində “ilk
peşə-ixtisas məktəblərinə” sözləri “peşə təhsili
müəssisələrinə” sözləri ilə əvəz
edilmişdir; “GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ
HAZIRLIĞI RƏHBƏRİ” hissəsinin doqquzuncu abzasında
və “Fiziki tərbiyə rəhbəri (təlimatçı)”
hissəsinin səkkizinci abzasında “ilk
peşə-ixtisas” sözləri “peşə”
sözü ilə əvəz edilmişdir.
16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ
VƏZİFƏLƏR” üzrə “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“PSİXOLOQ” hissəsinin birinci
abzasın birinci cümləsində “Psixoprofilaktik
və psixodiaqnostik iş” sözləri “Psixoprofilaktik iş və psixoloji müayinə” sözləri
ilə, üçüncü cümləsində “Psixodiaqnostik
iş” sözləri “Psixoloji
müayinə” sözləri ilə, altıncı cümləsində “psixodiaqnostik tədqiqatlar”
sözləri “psixoloji
müayinələr” sözləri ilə, yeddinci cümləsində
“Psixodiaqnostik işin” sözləri
“Psixoloji müayinənin”
sözləri ilə və “korreksiya işinin” sözləri “psixoloji yardımın” sözləri
ilə əvəz edilmişdir.
[85] 24 oktyabr 2022-ci il tarixli 22050000306 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202210240306, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3
noyabr 2022-ci il) ilə “Təhsil sahəsinə aid olan qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda
“TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “XVII. TƏHSİL
MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR”in
“MÜTƏXƏSSİSLƏR” bölməsinin “PSİXOLOQ” hissəsinin
üçüncü abzasında “xüsusi
məktəblərə” sözləri “xüsusi ümumtəhsil məktəblərinə”
sözləri ilə əvəz edilmişdir.
[86] 16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ
VƏZİFƏLƏR” üzrə “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“PSİXOLOQ” hissəsinin dördüncü
abzasda “Təhsil haqqında”
sözlərindən sonra “, “Psixoloji yardım haqqında” sözləri əlavə edilmişdir və “diaqnostikası və korreksiya”
sözləri “müayinəsi və
psixoloji yardım” sözləri ilə
əvəz edilmişdir.
[87] 16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ
VƏZİFƏLƏR” üzrə “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“PSİXOLOQ” hissəsinin onuncu abzasda “xüsusiləşdirilmiş elmi-praktiki
psixoloji mərkəzdə əlavə hazırlıq kursu keçmiş,
şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda
psixotreninq keçirilməsi, sosial psixoloji təsir və təhsil
müəssisələrinin fəaliyyətinin optimallaşdırılması
ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü
psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı
olduqda”
sözləri “fəaliyyətinə
lisenziya verilmiş əlavə təhsil
müəssisələrində ixtisasartırma, stajkeçmə və
kadrların təkmilləşdirilməsi təhsili aldığını təsdiq
edən sənədi olduqda” sözləri ilə əvəz
edilmişdir.
[88] 16 iyul 2019-cu il tarixli 1905000036 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160036, Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ
VƏZİFƏLƏR” üzrə “MÜTƏXƏSSİSLƏR” bölməsinin
“PSİXOLOQ” hissəsinin on
birinci abzasda “xüsusiləşdirilmiş hazırlıq kursu keçmiş
(doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksiya
işlərinin mürəkkəb formalarının aparılmasına xüsusi icazə
verən sertifikatı olduqda,” sözləri “fəaliyyətinə lisenziya verilmiş əlavə təhsil
müəssisələrində ixtisasartırma, stajkeçmə və
kadrların təkmilləşdirilməsi təhsili aldığını təsdiq
edən sənədi olduqda” sözləri ilə əvəz
edilmişdir.
[89] 14 sentyabr 2018-ci il tarixli 6
nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiyasının Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27
sentyabr 2018-ci il) ilə “XVII. TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ ÜMUMİ VƏZİFƏLƏR” bölməsi üzrə “Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri” hissəsinə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.