Azərbaycan Respublikasının Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin məsələləri
haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İqtisadi və mülkiyyət
münasibətlərində baş vermiş
dəyişiklikləri nəzərə alaraq, respublikada
kiçik həcmli gəmilərdən istifadə
edilməsində qayda yaratmaq məqsədi ilə,
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin hazırladığı və
Azərbaycan Respublikasının Mənzil-Kommunal Təsərrüfatı
Komitəsi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi
ilə razılaşdırılmış
aşağıdakı sənədlər təsdiq edilsin:
Azərbaycan Respublikasının kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
haqqında əsasnamə (1 ¹-li əlavə);[2]
Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin nəzarətində olan gəmilərin,
onların dayanması üçün bazaların
(qurğuların) qeydiyyatı, uçotu və texniki
nəzarəti, gəmisürənlərin bu gəmiləri
idarə etmək hüququ üçün attestasiya
qaydaları (2 ¹-li əlavə);[3]
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar
müfəttişləri haqqında əsasnamə (3 ¹-li
əlavə);
Azərbaycan Respublikasında kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
qaydaları (4 ¹-li əlavə).
2. Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan
SSR-in kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin məsələləri”
haqqında 1988-ci il 28 aprel tarixli 150 saylı qərarı
və Azərbaycan SSR Nazirlər Sovetinin “Kiçik həcmli
gəmilərdən istifadəni nizamlamaq tədbirləri”
haqqında 1982-ci il 22 sentyabr tarixli 435 saylı
qərarının 1-ci bölməsinin 2-ci və 5-ci
bəndləri qüvvəsini itirmiş hesab edilsin.
3. Qərarın icrasına nəzarət
şəhər təsərrüfatı
şöbəsinə həvalə edilsin.
Azərbaycan Respublikasının Baş
nazirin səlahiyyətlərini icra edən
Ə.MƏSİMOV
Bakı
şəhəri, 1 oktyabr 1993-cü il
¹ 527
|
|
|
Azərbaycan Respublikası kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyi haqqında
Əsasnamə
1. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin əsas vəzifəsi
nəzarətdə olan gəmilərin təhlükəsiz
üzməsinə, sututarlarda qayda-qanunun
möhkəmləndirilməsini, habelə ətraf mühitin
mühafizəsini təmin etmək məqsədilə
həmin gəmilərdən çaylarda, su anbarlarında, digər
sututarlarda Azərbaycan Respublikasının daxili dəniz
və ərazi sularında düzgün istifadə
edilməsinə və onların dayanması üçün
bazalara (qurğulara) nəzarət etməkdir.
2. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
öz fəaliyyətində aşağıdakı
gəmilərə nəzarəti həyata keçirir:
müəssisələrə, idarələrə,
təşkilatlara, birliklərə, konsernlərə,
assosiasiyalara, kiçik müəssisələrə,
kooperativlərə Azərbaycan Ovçular İttifaqına,
habelə idarə tabeliyindən asılı olmayaraq balıq
ovu ilə məşğul olan digər təşkilatlara
məxsus mühərrikləri ən çoxu 75 at gücünə
malik özügedən gəmilərə və ümumi
sututumu 80 registr tondan az olan özügetməyən
gəmilərə;
vətəndaşlara məxsus motorlu
gəmilərə (mühərrikinin gücündən
asılı olmayaraq), yelkənli gəmilərə, habelə
idman cəmiyyətlərinə məxsus və ümumi
sututumu 100 kq və daha çox olan özügetməyən
gəmilərə.
3. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
və onun vəzifəli şəxsləri öz
fəaliyyətlərində Azərbaycan Respublikası
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Ali Sovetinin digər
qərarlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, bu
Əsasnaməni, habelə onun fəaliyyətini
tənzimləyən digər normativ aktları rəhbər
tuturlar.
4. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
ona tapşırılmış vəzifələri Daxili
İşlər Nazirliyi, Xəzər Dənizi
Gəmiçiliyi, “Azərbalıq” Dövlət Konserni,
Meliorasiya və Su Təsərrüfatı Komitəsi,
Səhiyyə Nazirliyi, Dövlət Hidrometeorologiya Komitəsi,
Dövlət İdman Komitəsi, MTN Sərhəd
Qoşunları İdarəsi və Azərbaycanın sularda
xilasetmə cəmiyyəti ilə sıx
qarşılıqlı əlaqədə həyata keçirir.
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyi öz
işində kiçik həcmli gəmilərdən
istifadənin təhlükəsizliyinin təmin edilməsi
üzrə ictimai inspektorların, könüllü xalq
drujinalarının, habelə fəaliyyəti sututarlarda
qayda-qanunu təmin etməklə bağlı olan digər
ictimai təşkilatların köməyinə arxalanır.
5. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
ona tapşırılmış vəzifələrə
uyğun olaraq:
müəssisələr, idarələr,
təşkilatlar, baş idarələr, konsernlər,
assosiasiyalar, birliklər, kooperativlər və
vətəndaşlar tərəfindən nəzarətdə
olan gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) mövcud istifadə
qaydalarına əməl olunmasına nəzarəti təmin
edir, bu qaydaların və üzgüçülük
təhlükəsizliyinə və ətraf mühitin
mühafizəsinə aid digər normativ və
tələblərin pozulmasını aşkar edir və qarşısını
alır;
nəzarətdə olan gəmilərin texniki
nəzarətini həyata keçirir;
göstərilən gəmilərin texniki illik
yoxlanışını və xüsusi
baxışını keçirir;
gəmilərin konstruksiyasından asılı olaraq,
sərnişin və yükgötürmə üzrə
mühərriklərin maksimal gücü və sayı, yelkənlər
üçün yol verilən sahə, üzmə rayonu,
gəminin üzə biləcəyi dalğa
hündürlüyü, sualtı, suüstü hissəsi,
xilasetmə və yanğından mühafizə
vasitələrilə, siqnal işıqları, naviqasiya və
digər avadanlıqlarla təchizatı üzrə məcburi
şərtlər, normalar və texniki tələblər
müəyyən edir, nəzarətdə olan gəmilərin
təsnifatını aparır;
nəzarətdə olan gəmiləri qeydiyyatdan,
təkrar qeydiyyatdan keçirir, onların uçotunu
aparır, belə gəmilərə nömrələr,
gəmi biletləri verir və onların uçotunu aparır;
nəzarətdə olan gəmilərin dayanması
üçün bazaların (qurğuların)
qeydiyyatını, ilkin və illik texniki
yoxlanışını aparır, onların istismarına icazə
verir və uçotunu aparır, göstərilən bazalar
(qurğular) üçün üzmə vasitələrinin
yerləşdirilmə normalarını, istismar
təhlükəsizliyi üçün şərtləri
və texniki tələbləri müəyyən edir;
göstərilən gəmilərin dayanması
üçün bazaların (qurğuların)
layihələrinə rəy verir;
nəzarətdə olan gəmilərin
sürücülərinin hazırlığı üzrə
kurs və məktəbləri qeydiyyatdan keçirir;
göstərilən gəmilərdən istifadə
qaydaları və onları idarəetmə sahəsində
təcrübi vərdişlər üzrə imtahanları
qəbul edir, gəmisürənləri attestasiya edir və
gəmi sürmək hüququnu təsdiq edən vəsiqə
verir;
üç ildə bir dəfədən az olmayaraq,
nəzarətdə olan gəmilərdən istifadə
qaydaları haqqında gəmisürənlərin
biliklərini vaxtaşırı yoxlayır;
nəzarətdə olan gəmilərin, onların
dayanması üçün bazaların (qurğuların)
texniki ilkin və illik yoxlanılmasının və xüsusi
baxışının həcmlərini müəyyən
edən texniki tələbləri və normativləri,
nəzarətdə olan gəmilərin istismar
təhlükəsizliyinin təminatına aid digər
normativ-texniki sənədləri hazırlayır və
təsdiq edir, bütün müəssisələr,
idarələr, təşkilatlar, baş idarələr,
konsernlər, assosiasiyalar, kooperativlər və
vətəndaşlar tərəfindən bu
tələblərə və normativlərə əməl
olunmasına nəzarət edir;
nəzarətdə olan gəmilərlə
bağlı qəza və hadisələrin müəyyən
edilmiş qaydada uçotunu aparır, onların baş
vermə səbəblərini və şəraitini təhlil
edir, həmin səbəb və şəraitin aradan
qaldırılması üçün tədbirlər
görür;
nəzarətdə olan gəmilərin üzməsinin
təhlükəsizlik səviyyəsinin qaldırılması
üzrə tövsiyələr hazırlayır, onları
müəyyən olunmuş qaydada dövlət orqanlarına
və ictimai təşkilatlara təqdim edir, onların
həyata keçirilməsinə kömək edir;
nəzarətdə olan gəmilərin qəzaya
düşməsinin qarşısının alınması
üzrə müəssisələr, idarələr,
təşkilatlar, konsernlər, assosiasiyalar və
kooperativlər tərəfindən tədbirlər
görülməsinə nəzarət edir;
brakonyerliyə və ovçuluğun və balıq
ovu qaydalarının digər pozuntularına qarşı
mübarizə üzrə tədbirlərin həyata
keçirilməsində müvafiq orqanlara kömək edir;
nəzarətdə olan gəmilərin, onların
mühərriklərinin standartları, texniki
şərtləri, layihə və konstruksiyaları
üzrə onların istismar təhlükəsizliyinin
təminatı ilə bağlı rəy verir, yeni gəmi
texnikası nümunələrinin sınaqlarında və
qəbulunda iştirak edir;
nəzarətdə olan gəmilərin istismar
şərtlərini, onların konstruksiyalarının,
avadanlıq və mexanizmlərinin xüsusiyyətlərini
və nöqsanlarını öyrənir, gəmilərin,
avadanlıq və mexanizmlərin
etibarlılığının yüksəldilməsi
üzrə təkliflər hazırlayır;
kütləvi informasiya vasitələrindən
istifadə etməklə, üzgüçülük
təhlükəsizliyi, nəzarətdə olan
gəmilərdən düzgün istifadə haqqında
qanunvericiliyin izahı və təbliği üzrə işi
təşkil edir;
nəzarətdə olan gəmilərin qeydiyyatı
və uçotu qaydalarının və həmin
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
qaydalarının pozulmasının uçotunu aparır;
nəzarətdə olan gəmilərin
üzgüçülük təhlükəsizliyi
haqqında qanunvericiliyin tətbiqi təcrübəsini
ümumiləşdirir, qanunvericiliyin vahid qaydalar üzrə
və düzgün tətbiqi üçün tədbirlər
görür və onun təkmilləşdirilməsinə aid
təkliflər hazırlayır;
gəmilərin istismarı ilə bağlı
qanunvericilikdə müəyyən olunmuş rüsumların
nəzarətdə olan gəmilərin sahibləri -
vətəndaşlar tərəfindən, habelə
assosiasiyalar və kooperativlər, digər təşkilatlar
tərəfindən ödənilməsinə nəzarət
edir;
müfəttişliyin gördüyü işlər
və göstərdiyi xidmətlər üçün
tariflərin layihələrini, habelə həmin tariflərin
təkmilləşdirilməsi haqqında təkliflər
işləyib hazırlayır və müəyyən
edilmiş qaydada İqtisadiyyat Nazirliyinin Baş
Qiymətlər İdarəsinə təqdim edir;
nazirliklərə, idarələrə,
birliklərə, konsernlərə, assosiasiyalara, kiçik
müəssisələrə və kooperativlərə,
həmçinin “Azərovittifaq”a, ovçular və balıq
tutanlar ittifaqına və kiçik həcmli gəmilərin
digər sahiblərinə ov etmək və balıq tutmaq
üçün müvafiq orqanlardan lisenziya onlara Azərbaycan
Respublikası kiçik həcmli gəmilərin Dövlət
Müfəttişliyində qeyd olunduqlarını təsdiq
edən gəmi biletləri və texniki pasportlar olduqda verilir.
6. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
ona tapşırılmış vəzifələri həyata
keçirmək üçün aşağıdakı
hüquqlara malikdir:
Azərbaycan Respublikası şəhər və rayon
icra hakimiyyəti orqanları ilə
razılaşdırılmış şəkildə yerli
şəraiti nəzərə almaqla, nəzarətdə olan
gəmilərdən istifadə rejimlərinə
mühərriklərin gücü və sayı,
yelkənlərin sahəsi, gəmilərin hərəkət
sürəti üzrə əlavə məhdudiyyətlər
qoymaq;
istismar təhlükəsizliyinə, ətraf
mühitin mühafizəsinə, çay və dəniz
gəmiçiliyi təhlükəsizliyinə təminat
verməyən vəziyyətlərdə nəzarətdə
olan gəmilərin istifadə edilməsini qadağan etmək;
ehtiyac olduqda, gəmi sürücülərinin
nəzarətdə olan gəmilərdən istifadə
etmək biliklərini yoxlamaq, habelə səhhətinə
görə gəmiləri idarə etməyə
yararlığını müəyyən etmək
üçün onları tibbi yoxlamaya göndərmək;
ehtiyac olduqda, gəmilərdən istifadə
qaydalarını pozmuş nəzarətdə olan
gəmiləri saxlamaq və aşkar olunmuş pozuntuların
qarşısını almaq;
sərxoş vəziyyətdə olan
şəxsləri, habelə nəzarətdə olan
gəmiləri idarə etmək hüququnu verən
vəsiqəyə malik olmayan, yaxud bu gəmilərdən
istifadə qaydalarını kobud şəkildə pozmuş
şəxsləri gəmiləri idarə etməkdən
kənarlaşdırmaq, ehtiyac olduqda gəmiləri gəmi
sahiblərinin hesabına saxlama və texniki xidmət
üçün müəssisələrin, idarələrin,
təşkilatların, konsernlərin, assosiasiya və
kooperativlərin gəmi dayanacağı üçün
bazalarına (qurğularına) vermək;
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin müvafiq orqanları və
vəzifəli şəxsləri (kiçik həcmli gəmilər
üzrə dövlət müfəttişləri,
müfəttişliyin rəisi və s.) bu bənddə
nəzərdə tutulmuş hüquqlardan
Müfəttişliyin müvafiq əsasnamələrində,
təlimat və göstərişlərində
müəyyən olunmuş qaydada istifadə edirlər.
7. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin nəzarətində olan
gəmilərin qeydə alınma və uçotu qaydalarının,
habelə belə gəmilərdən və onların
dayanması üçün bazalardan (qurğulardan)
istifadə qaydalarının pozulmasına görə
müfəttişliyin işçiləri mövcud
qanunvericiliyə müvafiq şəkildə inzibati cəza
vermək hüququna malikdirlər.
8. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin rəisi:
müfəttişliyin bütün
fəaliyyətinə rəhbərlik edir;
müfəttişliyin struktur bölmələri
haqqında əsasnaməni, sahələr haqqında
əsasnamələri təsdiq edir;
ştat cədvəlini və sahələr
üzrə əmək haqqı fondlarını təsdiq edir;
sahələrə xərclərin smetalarını,
planlaşdırılan il, rüb üçün onların
fəaliyyətini müəyyən edən nəzarət
tapşırıqlarını
müəyyənləşdirir, göstərilən
tapşırıqların yerinə yetirilməsi üzrə
illik hesabatları təsdiq edir və sahələrin
işinə nəzarət edir;
büdcə ilə qarşılıqlı
münasibətləri dəyişmədən, rüblük
balanslar və hesabatlar əsasında öz dövriyyə
vəsaitlərinin artığını sahələr
arasında yenidən bölüşdürür;
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin kiçik həcmli gəmilər
üzrə dövlət müfəttişi kateqoriyasına
aid vəzifələrinin siyahısını
müəyyən edir.[4]
9. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin vəzifəli şəxsləri
onlara tapşırılmış vəzifələrin
yerinə yetirilməməsinə və onlara verilmiş
hüquqlardan düzgün istifadə edilməməsinə
görə qanunvericiliklə müəyyən olunmuş
məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin hər bir işçisi işdə
yüksək mədəniyyət göstərməyə,
vətəndaşlarla davranışda nəzakətli və
ədəbli, gəmisürənlərə qarşı
diqqətli olmağa borcludur.
10. Kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin işçiləri
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
razılığı ilə tabel silahı gəzdirə
bilərlər.
11. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
hüquqi şəxsdir və özxərciniödəmə
əsasında fəaliyyət göstərir.
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin gəliri öz fəaliyyətini
həyata keçirməklə bağlı gördüyü
işlərin və göstərdiyi xidmətlərin
müqabilində əldə etdiyi mədaxildən
ibarətdir.
12. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
üstündə Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri və Azərbaycan və rus dillərində
öz adı olan möhürə malikdir.
13. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin maliyyələşdirilməsi və
maddi-texniki təchizatı mövcud qanunvericiliyə uyğun
şəkildə həyata keçirilir.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 1 oktyabr tarixli, 527 saylı
qərarı ilə təsdiq edilmişdir 2
¹-li əlavə |
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin nəzarətində olan
gəmilərin, onların dayanması üçün
bazaların (qurğuların) qeydiyyatı, uçotu,
texniki-nəzarəti və gəmisürənlərin bu
gəmiləri idarə etmək hüququ üçün
attestasiya[5]
Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikasının
bütün ərazisində Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin nəzarətində olan
gəmilərin, onların dayanması üçün
bazaların (qurğuların) qeydiyyatı, uçotu, gəmi
nömrələrinin verilməsi, texniki nəzarət qaydalarını,
habelə gəmisürənlərin bu gəmiləri idarə
etmək hüququ üçün attestasiya qaydalarını
müəyyən edir.
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin nəzarətində olan
gəmilərin, onların dayanması üzrə bazaların
(qurğuların) qeydiyyatı, uçotu, gəmi
nömrələrinin verilməsi və texniki nəzarətinə,
gəmisürənlərin bu gəmiləri idarə etmək
hüququ üçün attestasiyasına aid təlimatlar
və digər normativ aktlar bu Qaydaların
tələblərinə əsaslanmalıdır.
2. Aşağıdakı gəmilər Azərbaycan
Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin qeydiyyatından, uçotundan
və texniki nəzarətindən keçməlidir:
1) müəssisələrə, idarələrə,
təşkilatlara, birliklərə, konsernlərə,
assosiasiyalara, kiçik müəssisələrə,
kooperativlərə, Azərbaycan Ovçular İttifaqına,
habelə idarə tabeliyindən asılı olmayaraq balıq
ovu ilə məşğul olan digər təşkilatlara
məxsus əsas mühərrikləri 75 at gücündə
olan özügedən və ümumi su tutumu 80 registr tondan az
olan özügetməyən gəmilər;
2) vətəndaşlara məxsus motorlu gəmilər
(mühərrikinin gücündən asılı olmayaraq),
yelkənli gəmilər, habelə ümumi su tutumu 100 kq
və daha çox olan özügetməyən gəmilər.
Sərhəd zonasında, habelə şəhər,
qəsəbə, kənd xalq deputatları Sovetlərinin
dövlət sərhədinə yaxın olan və sərhəd
mühafizəsi orqanları tərəfindən
mühafizə olunan ərazilərində, sərhəd
zonasının müəyyən edilmədiyi sahilyanı
dəniz ərazilərində Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin nəzarətində olan
gəmilərin qeydiyyatı həm də sərhəd mühafizəsi
orqanları tərəfindən aparılır. [6]
3. Gəmilərin qeydiyyatı və texniki
yoxlanışına, gəmisürənlərin
attestasiyası və biliklərinin yoxlanılmasına
görə və Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidməti
tərəfindən yerinə yetirilən digər
işlərə haqq alınması Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin
təsdiq etdiyi preyskuranta uyğun həyata keçirilir.
4. Bu Qaydaları pozmuş şəxslər mövcud
qanunvericiliyə uyğun qaydada məsuliyyət
daşıyırlar.
Gəmilərin və kiçik
həcmli gəmilərin dayanması üçün
bazaların (qurğuların) qeydə alınması
5. Müəssisələr, idarələr,
təşkilatlar və vətəndaşlar onlara məxsus
gəmiləri texniki vəziyyətindən asılı
olmayaraq, satın aldıqları (aldıqları) andan, yaxud
qeydiyyat zərurətinə səbəb olan vəziyyət
yarandıqda 10 gün müddətində qeydiyyatdan keçirməyə
(yenidən qeydə aldırmağa) borcludurlar.
6. Müəssisə, idarə və
təşkilatların gəmiləri yalnız həmin
müəssisə, idarə və təşkilatların daimi
yerləşdikləri ərazi üzrə qeydə
götürülür. Vətəndaşların
şəxsi mülkiyyətində olan gəmilər yalnız
onların sahibləri tərəfindən daimi qeydiyyatda
olduqları yer üzrə qeyddən keçirilir.
Kiçik həcmli gəmilərin dayanması
üçün bazalar (qurğular) Azərbaycan Respublikası
Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin müəyyən etdiyi qaydada
qeydə alınır.
7. Gəminin qeydə alınması və uçota
götürülməsi pasport və ya şəxsiyyəti
təsdiq edən digər sənəd təqdim olunmaqla
gəmi sahibi, yaxud onun etibarnamə verdiyi şəxs
tərəfindən həyata keçirilir.
8. Gəmilərin qeydiyyatı aşağıdakı
sənədlərin təqdim edilməsi əsasında
aparılır:
1) gəmi sahibinin ərizəsi, ərizədə
gəmi haqqında əsas məlumatlar, yaxud
dayandığı yer, müəssisənin, idarənin,
təşkilatın adı və ünvanı, onların
idarə tabeçiliyi, yaxud gəmi sahibinin familiyası,
adı, atasının adı, anadan olduğu il, daimi
yaşayış və iş yeri;
2) gəminin satın alınmasının, yaxud
alınmasının qanuniliyini təsdiq edən
sənədlər (mağazaların hesabları,
əmtəə çekləri, material arayışları,
alqı-satqı, bağışlamaq müqavilələri,
varislik barədə şəhadətnamə və s.);
3) gəminin ilkin texniki yoxlanması və qeydiyyatı
haqqının ödənilməsi, habelə gəmi
sahiblərindən yaşayış yeri (qeydiyyatı)
üzrə müəyyən olunmuş dövlət
rüsumunun ödənilməsi haqqında qəbzlər; [7]
4) zavodda qayrılmış gəminin texniki pasportu
və satılması haqqında ticarət
təşkilatının qeydi olan mühərrikin texniki
pasportu, fərdi şəkildə qayırılmış
və ya yeni avadanlıqla təchiz edilmiş (başqa
şəklə salınmış) gəmilər
üçün isə detalların (materialların)
alındığını təsdiq edən
sənədlər və gəmi qayırılması
üçün Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin
normativlərinə və texniki tələblərinə
müvafiq texniki sənədlər. Gəmilərin fərdi
qayırılması və yeni şəklə
salınmasının layihələri əvvəlcədən
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti ilə
razılaşdırılmalı və qeydə
alınmalıdır.
9. Qeydə alınarkən gəmiyə gəmi
nömrəsi və gəmi sahibinə gəmi bileti verilir.
10. Gəmi nömrələrinin və adların
yazılması qaydaları Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti tərəfindən
müəyyən olunur.
11. Varislik üzrə alınmış
gəmilərdən başqa, gəmilərin qeydiyyatı 16
yaşına çatmış şəxslər
üçün edilə bilər. Gəmi varislik hüququ
ilə 16 yaşına çatmamış şəxsin
adına qeydə götürülərkən qeyd
vərəqində valideynin və ya qəyyumun familiyası,
adı, atasının adı yazılır və belə bir
qeyd olunur ki, valideynlərin və himayədar orqanların
və qəyyumun razılığı olmadan gəminin
qeydiyyatdan çıxarılması qadağandır.
12. Qeydiyyata götürülməmiş
gəmilərin istismarı qadağandır.
Gəmilərin yenidən qeydə
alınması
13. Gəmilər aşağıdakı hallarda
yenidən qeydə alınırlar:
1) gəmi sahibi daimi yaşayış yerini
dəyişdikdə (müəssisə yerini
dəyişdikdə);
2) gəminin (məxsusluğu) sahibi dəyişdikdə;
3) gəminin başqa şəklə salınması
nəticəsində gəmi biletindəki qeydlər
dəyişdikdə.
14. Gəmilərin yenidən qeydə alınması
onun sahibinin yazılı ərizəsi, gəmi bileti, pasport
və ya onu əvəz edən digər sənəd
əsasında aparılır.
15. Gəmi yenidən qeydə alındıqda yeni
gəmi nömrəsi ilə birlikdə gəmi sahibinə yeni
gəmi bileti verilir.
16. Gəmilərin yenidən qeydə alınması
qeydiyyatın dəyərinin və gəminin üzməyə
yararlığının texniki yoxlanılması
haqqının ödənilməsi barədə qəbz
təqdim edildikdə həyata keçirilir.
17. Gəmi bileti itirildikdə, zay olduqda, gəmi
sahibinə onun ərizəsi əsasında gəminin
üzməyə yararlığının
növbədənkənar texniki yoxlanışından və
müəyyən edilmiş rüsum ödənildikdən
sonra biletin dublikatı verilir.
Gəmilərin uçotu
18. Gəmilərin qeydiyyatı və yenidən
qeydiyyatı zamanı onların haqqındakı bütün
zəruri məlumatlar gəmi kitabına (reyestrə)
yazılır.
19. Vətəndaşlara,
müəssisələrə və təşkilatlara
məxsus motorlu və avarlı gəmilərə ayrıca
gəmi kitabları (reyestrlər) aparılır. İstehsalat
məqsədli gəmilərin gəmi kitabları
(reyestrlər) müəyyən edilmiş formalar üzrə
aparılır.
20. Qeydə alınmış hər gəmi
üçün qeydiyyat vərəqi açılır.
21. Müvəqqəti olaraq Azərbaycan
Respublikasına gəlmiş gəmilər—gəmi kitabına
(reyestrə) yazılmır.
Gəmilərin uçotdan
çıxarılması
22. Gəminin uçotdan çıxarılması
gəmi sahibinin yazılı ərizəsinə əsasən
aşağıdakı hallarda həyata keçirilir: gəmi
sahibi dəyişdikdə (balansdan balansa verildikdə,
satıldıqda, bağışlandıqda, varisə
verildikdə), gəmi sahibi yeni yaşayış yerinə
köçdükdə, gəmi tamamilə işlənib
sıradan çıxdıqda və ya məhv olduqda və bu
hallar aktla, yaxud digər sənədlərlə təsdiq
edildikdə.
23. Gəmi sahibinin yeni yaşayış yerinə
köçməsi ilə bağlı gəmi uçotdan
çıxarıldıqda, gəmi biletində uçotdan
çıxarmaq haqqında qeyd edilir və gəmi kitabına
yazılmaqla gəmi nömrəsi ləğv edilir.
Üzərində “Ödənilib” ştampı vurulmuş
gəmi bileti gəminin qeydiyyata düşməsi
üçün onun sahibinə qaytarılır.
24. Sahibinin dəyişməsi ilə əlaqədar
gəmi uçotdan çıxarıldıqda,
üzərində “Ödənilib” ştampı olan gəmi
bileti yeni gəmi sahibinin daimi olduğu və ya
yaşadığı yer üzrə qeydiyyata
düşməsi üçün yeni gəmi sahibinə
verilir.
25. Texniki cəhətdən tamamilə işlənib
sıradan çıxması ilə bağlı gəminin
uçotdan çıxarılması xüsusi texniki
baxış üzrə həyata keçirilir, gəmi
məhv olması ilə əlaqədar uçotdan
çıxarıldıqda, isə gəmi kitabında və
qeydiyyat vərəqində müvafiq qeydlər edilir. Belə
hallarda gəmi bileti alınır və Azərbaycan
Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətində saxlanılır.
26. Uçotdan çıxarılmış gəminin
nişanı beş il ərzində heç bir digər
üzən vasitəyə verilmir.
27. Müəssisələrə, idarələrə
və təşkilatlara, habelə vətəndaşlara
məxsus daimi qeydiyyat yerini dəyişmədən başqa
respublikalara getmiş, yaxud icarəyə verilmiş
gəmilər uçotdan çıxarılmır.
Gəmilərə texniki nəzarət
28. Gəmilərin texniki nəzarəti və
onların təsnifatı Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin mövcud standartlarına,
normativlərinə və tələblərinə uyğun
şəkildə həyata keçirilir və Azərbaycan
Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin su nəqliyyatı ixtisası
üzrə orta və ya ali texniki təhsilli
işçiləri tərəfindən aparılır.
Texniki nəzarət Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti gəmilərinin üzməyə
yararlığının texniki ilkin və illik
yoxlanılmasından və xüsusi baxışlardan
ibarətdir.
29. Gəminin üzməyə
yararlığının ilkin texniki yoxlanışı
zamanı üzmə rayonu üzrə təhlükəsiz
istismarı, üzə biləcəyi dalğa hündürlüyü,
mühərriklərin maksimum gücü və sayı,
yelkənlərin yol verilən sahəsi, yükqaldırma,
sərnişingötürmə qabiliyyəti, suya oturma dərəcəsi,
ən az suüstü hissəsi üzrə şərtlər
və normalar müəyyən olunur, gəminin xilasetmə
və yanğından mühafizə vasitələri, siqnal işıqları,
ventilyasiya və digər avadanlıqla təchizatı
normalaşdırılır, habelə mövcud normalara
uyğun olaraq, mühərrikin atmosferə və su
hövzəsinə buraxdığı tüstünün
zəhərliliyinə hədd qoyulur və yanacaq-sürtkü
materiallarının ətraf mühitə düşməsinin
qarşısını almaq üçün
yanacaq-sürtkü sistemi yoxlanılır.
Gəminin üzməyə yararlığının
illik texniki yoxlanışı zamanı gəminin əsas
elementlərinin dəyişməzliyi, onun texniki
vəziyyəti, avadanlığın yerində olması
və təchizatın müəyyən edilmiş normalara
uyğunluğu yoxlanılır, istismar şərtləri
dəqiqləşdirilir və texniki talon verilir və ya akt tərtib
olunur, həmin aktda gəminin üzməyə
yararlığını təmin edən və icrası
məcburi olan şərtlər və normalar yazılır.
Bu halda gəmi sahibləri gəmi biletlərini,
gəmini idarə etmək hüququ verən vəsiqəni,
texniki yoxlama haqqının və müəyyən
edilmiş dövlət rüsumunun ödənilməsi
barədə qəbzləri təqdim edirlər. [8]
Kiçik həcmli gəmilərin fərdi
sahibləri müəyyən edilmiş dövlət
rüsumunu yaşayış (qeydiyyat) yeri üzrə
ödəyirlər.
30. Gəmilərə texniki xüsusi baxışlar
qəzalar vaxtı tikilərkən, yeni şəklə
salınarkən, təmir, tam icradan çıxma zamanı
gəminin ətraf mühitə normadan artıq zərərli
təsiri aşkar edilərkən keçirilir.
31. Gəmilərin üzməyə
yararlığı üzrə texniki ilkin və illik yoxlamalar
və xüsusi baxışlar rayon və şəhər
(respublika tabeli şəhər) xalq deputatları Sovetləri
icraiyyə komitələrinin müəyyən etdiyi qaydada
və Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin müəyyən etdiyi
müddətlərdə müəssisənin, idarənin,
təşkilatın daimi yerləşdiyi ünvan üzrə
və ya fərdi gəmi sahibinin daimi yaşayış
(qeydiyyat) yeri üzrə həyata keçirilir.
32. Ayrı-ayrı hallarda gəminin üzməyə
yararlığı üzrə növbəti illik texniki
yoxlamaya ən azı 2 ay qalmış gəminin qeydiyyatda
olduğu Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidməti
müvəqqəti istismar və qalma yeri üzrə
gəminin üzməyə yararlığı üzrə
texniki yoxlama keçirməyə icazə verə bilər.
Gəmilərin dayanması
üçün bazaların (qurğuların) texniki
yoxlanılması
33. Gəmilərin dayanması üçün
bazaların (qurğuların) texniki yoxlanılması hər
il təhlükəsiz istismar və ətraf mühitin
mühafizəsi şərtlərinin və normalarının
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin mövcud standartlarına,
normativ və tələblərinə uyğunluğunu
müəyyən etmək üçün keçirilir.[9]
34. Bazaların (qurğuların) texniki
yoxlanılması zamanı onların yaradılmasının
qanuniliyi, texniki sənədlər, sahil və üzücü
qurğuların texniki vəziyyəti, yanacaq üçün
sahil anbar ərazisi, akvatoriya, xilasetmə postları,
buraxılış rejiminin təşkili,
yanğındanmühafizə və su mühafizəsi
avadanlığı və müvafiq şəraitlə
təminat yoxlanılır.
35. Bazaların (qurğuların) texniki
yoxlanılmasının nəticələri müvafiq aktla
rəsmiləşdirilir.
36. Texniki yoxlama keçirilmədən gəmilərin
dayanması üçün bazaların (qurğuların)
istismarı qadağandır.
Gəmi sürmək hüququ
üçün gəmisürənlərin attestasiya
edilməsi və biliklərinin yoxlanılması
37. Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin
nəzarətində olan gəmiləri sürmək hüququ
üçün gəmisürənlərin attestasiyası
yalnız onların daimi yaşayış (qeydiyyat) yeri
üzrə imtahan əsasında keçirilir. İmtahanın
nəticəsi imtahan komissiyasının protokolu ilə
rəsmiləşdirilir.
38. Qeyri-istehsal məqsədlər üçün
özügedən gəmiləri müstəqil idarə
etmək hüququ üzrə imtahan verilməsinə 16
yaşına çatmış, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada
səhhətinə görə həmin gəmiləri
idarə etmək üçün yararlı
sayılmış, xüsusi nəzəri hazırlığa
və kiçik həcmli gəmisürənlərin
hazırlığı üzrə respublika proqramına
uyğun şəkildə gəmi sürmək təcrübəsi
keçmiş şəxslər buraxılırlar.
39. Kiçik həcmli gəmilərin idarəsi
hüququ üçün imtahanlara buraxılmaqdan ötrü
aşağıdakı sənədlər təqdim edilir:
1) gəmi sürücüsünün
müəyyən nümunəli şəxsi ərizəsi
(vərəqi);
2) imtahan verənin səhhətinə görə
kiçik həcmli gəmiləri idarə etməyə
yararlı olması haqqında tibbi arayış;
3) nəzəri hazırlıq və gəmi
sürmək təcrübəsi haqqında
sənədlər;
4) mövcud preyskuranta uyğun olaraq, imtahan
götürülməsi haqqının ödənilməsi
barədə qəbz;
5) 3x4 sm ölçüdə üç
fotoşəkil.
40. İmtahan komissiyasının tərkibinə
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti işçiləri və su
nəqliyyatı ixtisası üzrə, o cümlədən
aşağıdakı ixtisaslar üzrə ali və orta
texniki ixtisas təhsili olan mütəxəssislər daxil
olunurlar:
1) daxili su yolları, çay lotsiyaları ilə
üzmə Qaydaları üzrə, çaylarda,
göllərdə və su anbarlarında kiçik həcmli
gəmilərin texniki istismarı və idarəsi üzrə
- “Çay gəmi sürücülüyü” ixtisası
üzrə mühəndislər və
texnik-gəmisürənlər;
2) dənizdə gəmilərin toqquşmasının
qarşısının alınması üzrə
Beynəlxalq qaydalar, Azərbaycan Respublikasının ərazi
sularında kiçik həcmli gəmilərin naviqasiyası,
dəniz lotsiyası, texniki istismarı və idarəsi
üzrə - “Dəniz gəmi sürücülüyü”
ixtisası üzrə mühəndislər və
texnik-gəmisürənlər.
41. İmtahan komissiyasının tərkib sayı
üç nəfərdən az olmamalıdır.
42. İmtahanlar aşağıdakı fənlər
üzrə verilir:
1) gəmi sürücülüyü (lotsiya,
naviqasiya, hidrometeorologiya);
2) gəmi təcrübəçiliyi (kiçik
həcmli gəmilərin naviqasiya keyfiyyətləri və
onların idarəsi, daxili su yolları ilə üzmə
Qaydaları, dənizdə gəmilərin
toqquşmasının qarşısının alınması
üzrə beynəlxalq qaydalar, kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
Qaydaları;
3) adamların təhlükəsizliyinin təmin
edilməsi də daxil olmaqla, gəminin və
mühərrikinin quruluşu və texniki istismarı.
43. Hər fənn üzrə imtahanlar Azərbaycan
Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti tərəfindən
müəyyən edilmiş tələblərə uyğun
olaraq, gəminin kateqoriyası, mühərriklərinin
gücü, yelkənlərinin sahəsi və üzmə rayonuna
münasibətdə kiçik həcmli gəmi
sürücülərinin hazırlanması üzrə
respublika proqramı həcmində suallar kompleksini əhatə
etməlidir.
44. Bir fəndən “qeyri-məqbul” almış
şəxslər digər fənlər üzrə imtahan
verməyi davam etdirə bilməzlər. Verilməmiş
fənlər üzrə imtahanlar ən tezi 7 gün sonra
verilə bilər.
45. İmtahan komissiyasının rəyi
əsasında imtahan verən şəxslərə
kateqoriyası, mühərrikin gücü, yelkənlərin
sahəsi və üzmə rayonu göstərilməklə
kiçik həcmli gəmiləri idarə etmək hüququ
verən vəsiqə təqdim olunur.
Kiçik həcmli gəmiləri sürmək
təcrübəsi olmayan şəxslərə
mühərriki 25 at gücünədək olan gəmiləri
sürmək hüququ verən vəsiqə təqdim olunur.
Digər kateqoriyası, daha güclü
mühərriki, daha artıq yelkən sahəsi olan və
digər rayonlarda üzən gəmiləri idarə etmək
hüququ əlavə olaraq biliklər və üzmə
təcrübəsi yoxlanıldıqdan sonra verilir.
46. Vəsiqədə üzmə rayonu proqramı
dəniz fənni üzrə imtahanın nəticəsi ilə
aşağıdakı qaydada müəyyən olunur:
1) əgər imtahan verən kiçik həcmli
gəmilərin dənizdə idarə edilməsi fənni
üzrə imtahan vermişsə, ona dənizdə
gəmilərin, toqquşmasının qarşısının
alınması üzrə beynəlxalq qaydaların
qüvvədə olduğu ərazi sularında və daxili
sularda gəmi sürmək hüququ verilir. Bu halda
vəsiqədə “MP” qeydi edilir;
2) əgər imtahan verən daxili su yollarında
üzmə qaydalarının qüvvədə olduğu daxili
su yollarında kiçik həcmli gəmilərin idarəsi
fənni üzrə imtahan vermişsə, onda
vəsiqədə “VVP” qeydi edilir;
3) əgər imtahan verən ərazi sularında
və daxili su yollarında kiçik həcmli gəmilərin
idarəsi fənləri üzrə imtahan vermişsə, onda
vəsiqədə iki qeyd edilir: “MP” “VVP”;
4) əgər imtahan verən su yolları
siyahısına daxil olmayan daxili sularda gəmi idarəsi
üzrə imtahan vermişsə, onda coğrafi
sərhədlər göstərilməklə vəsiqədə
üzmə rayonunun məhdudlaşdırılması
barədə qeyd və həmin sahədə
qüvvədə olan üzmə qaydaları barədə qeyd
edilir: “MP” “VVP” - çay sahələri üçün
və “VVPO” - göl sahələri üçün.
47. Gəmi sürücülüyü ixtisasları
üzrə mühəndislər və texniklər, habelə
gəmisürən peşəsi ilə də
məşğul olan mexaniklər gəmisürən
vəzifələrini tutmaq üçün həqiqi
işçi diplomlarını
(şəhadətnamələrini) təqdim edirlər və
onların surətlərini təhvil verənlər
söhbətdən sonra kiçik həcmli gəmiləri
sürmək hüququ verən vəsiqə alırlar.
Bu zaman yalnız vəsiqə blankının
dəyəri ödənilir.
Əgər gəmi sürücüsü -
dənizçi daxili su yollarında kiçik həcmli
gəmi sürmək hüququ və ya çay gəmisi
sürücüsü dənizdə belə gəmiləri
idarə etmək hüququ almaq istəyirsə, onda onlarla
proqramın müvafiq bölmələri üzrə
söhbət aparılır və üzmə rayonu haqqında
müvafiq qeyd edilir.
48. Gəmi sürücüsü biliklərinin
yoxlanılması (dövri və ya növbədənkənar
yoxlama) gəminin təhlükəsiz üzməsini təmin
edən gəminin idarəsi ilə bağlı təcrübi
biliklərin yoxlanılması üzrə aparılır.
49. Dövri yoxlama üç ildə bir dəfə
gəmi sürücüsünün kiçik həcmli
gəmiləri idarə etmək hüququnun təsdiqi
məqsədilə keçirilir.
50. Biliklərin növbədənkənar
yoxlanılması aşağıdakı hallarda keçirilir:
1) kiçik həcmli gəmilərdən istifadə
qaydaları kobud şəkildə pozulduqdan sonra;
2) vəsiqə itirildikdə;
3) üzmə rayonu və gəmidə qoyulmuş
mühərrikin gücü dəyişdikdə;
4) sürücülükdən məhrum etmə
müddəti başa çatdıqda.
51. Biliklərin növbədənkənar yoxlanılması
biliklərin dövri yoxlanılmasını əvəz etmir.
52. Mühərrikin gücü 75 at gücündən
az olan və ümumi su tutumu 80 registr tondan az olan
gəmilər üçün komandir heyətinin
attestasiyası və biliklərin yoxlanılması
Azərbaycan Respublikasında mövcud olan
əsasnamələrə uyğun şəkildə
keçirilir.
53. İmtahanların keçirilməsi və
attestasiya komissiyası tərəfindən
kargüzarlığın aparılması qaydalarını
Azərbaycan Respublikası Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti müəyyən edir.
54. Bu Qaydalarla bağlı texniki sənədlər
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
tövsiyələrinə müvafiq şəkildə
aparılır.
|
|
|
Azərbaycan Respublikası kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar
müfəttişləri haqqında
Əsasnamə
1. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar
müfəttişləri Azərbaycan Respublikasında
kiçik həcmli gəmi sürücülərinin və
gəmi sahiblərinin kiçik həcmli gəmilərdən
və onların dayanması üçün bazalardan (qurğulardan)
istifadə qaydalarına əməl etmələrinə,
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyinin
nəzarətində olan gəmilərin və onların
dayanması üçün bazaların qeydiyyatı,
uçotu və texniki nəzarəti və gəmi
sürücülərinin bütün gəmiləri idarə
etmək hüququ üçün attestasiyası
qaydalarına nəzarəti gücləndirmək
məqsədilə, habelə gəmi sürücüləri
arasında profilaktik işin aparılması üçün
təşkil olunur.
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar
müfəttişləri öz işlərini Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi orqanları,
könüllü xalq drujinaları və
fəaliyyətləri sututarlarda qayda-qanunun təminatı
ilə bağlı olan digər ictimai təşkilatlarla
sıx əlaqədə qururlar.
2. Ştatdankənar müfəttişlər
şəbəkəsi Azərbaycan Respublikası kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyi nəzdində ən azı üç
naviqasiya gəmi sürmək təcrübəsi olan ən
yaxşı kiçik həcmli gəmi
sürücüləri, habelə peşəkar gəmi
sürücüləri sırasından təşkil edilir.
3. Ştatdankənar müfəttiş olmaq
istəyən gəmi sürücüsü Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyində iş yeri
üzrə müdiriyyətin zəmanəti ilə birlikdə
ərizə verir.
4. Kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi ştatdankənar
müfəttişlərinin sayı Azərbaycan Respublikası
kiçik həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyinin rəisi tərəfindən
müəyyən edilir.
5. Nəzəri və təcrübi hazırlıq
kursu keçildikdən sonra ştatdankənar
müfəttişlərin siyahısı Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin rəisi
tərəfindən təsdiq olunur. Təsdiq olunduqdan sonra,
ştatdankənar müfəttişlərə xidməti
vəsiqələr və Azərbaycan Respublikası kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyinin təsdiq edilmiş formaya malik
ştatdankənar müfəttiş nişanı verilir.
6. Ştatdankənar müfəttişlərin
işinə birbaşa rəhbərlik Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin rəisi
tərəfindən həyata keçirilir.
7. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar
müfəttişləri öz fəaliyyətlərində
Azərbaycan Respublikası qanunlarını, Azərbaycan
Respublikası Ali Sovetinin digər qərarlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ aktları,
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyi rəisinin
əmr və sərəncamlarını və bu Əsasnaməni
əsas tuturlar.
8. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar müfəttişi:
Azərbaycan Respublikası ərazisində daxili
gəmi yolu və qeyri-gəmi yolu sututarlarda və
Xəzər dənizinin sahil zonasında kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
qaydalarını tənzimləyən mövcud əsasnamə
və qaydaları bilməyə;
gəmilərin üzməsinin təmin edilməsi
üzrə keçirilən bütün tədbirlərdə
iştirak etməyə və qəza hadisələrinin və
üzmə rejiminin pozulmasının qarşısını
almaq üçün lazımi tədbirlər
görməyə;
üzmə təhlükəsizliyini və sututarlarda
qayda-qanunu tənzimləyən əsasnamə və
qaydaların yerinə yetirilməsi üzrə
intizamlılıq nümunəsi olmağa;
gəmi sürücüləri və gəmi
sahibləri tərəfindən kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə qaydalarına,
habelə sututarlardan istifadə rejiminə əməl
edilməsinə nail olmağa;
üzmə intizamının
möhkəmləndirilməsinə və kiçik həcmli
gəmilərdə qəza hallarının
qarşısının alınmasına yönəldilmiş
profilaktika işi aparmağa;
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinə aşkara
çıxarılmış pozuntular barədə məlumat
verməyə və bu məlumatlarda gəmi
sürücüsünün familiyasını, kiçik
həcmli gəminin tanıma nişanını, pozuntunun
vaxtını, yerini və xarakterini köstərməyə;
kiçik həcmli gəmilərin qəzası
zamanı zərərçəkənlərə kömək
göstərilməsi və günahkarların aşkara
çıxarılması üçün tədbirlər
görməyə, baş vermiş hadisə haqqında
yubanmadan Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyinə
məlumat verməyə;
öz vəzifələrini yerinə yetirərkən
nəzakətli, diqqətli olmağa, Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi ştatdankənar
müfəttişinin vəsiqəsini gəzdirməyə
borcludur.
9. Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin ştatdankənar müfəttişi
bu hüquqlara malikdir:
kiçik həcmli gəmi
sürücülərindən və gəmi
sahiblərindən, kiçik həcmli gəmilərin
dayanması üçün bazaların (qurğuların)
müdiriyyətindən kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
qaydalarına ciddi əməl etməyi tələb etmək;
kiçik həcmli gəmiləri saxlamaq, gəmi
sənədlərini, ehtiyac olduqda isə, gəminin texniki
vəziyyətini və təchizatını yoxlamaq;
kiçik həcmli gəmilərdən və
onların dayanması üçün bazalardan (qurğulardan)
istifadə qaydalarının pozulması barədə qayda
pozanı göstərməklə, protokol tərtib etmək
və məlumat vermək, bu zaman onların
şəxsiyyətini təsdiq edən sənəd
tələb etmək və tərtib olunmuş materialları
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyinə vermək;
gəmi sürücüsü tərəfindən
üzmə təhlükəsizliyinə təminat
olmadığı hallarda (gəmi sərxoş halda idarə
edildikdə, sürücünün hüququnu təsdiq
edən vəsiqə olmadıqda və s.) gəmi
sürücüsünü gəmini idarə etməkdən
uzaqlaşdırmaq;
vəziyyətin tələb etdiyi hallarda qayda
pozuntusunun qarşısını almaq və qayda pozanı
yaxalamaq üçün zərərçəkənləri
ən yaxın müalicə müəssisəsinə
çatdırmaq və ya hadisə haqqında məlumatı
daxili işlər orqanlarına və ya Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyinə çatdırmaq üçün
müəssisələrə, idarələrə,
təşkilat və vətəndaşlara məxsus
gəmilərdən və nəqliyyat vasitələrindən
istifadə etmək.
10. Nazirliklər, dövlət komitələri və
baş idarələr, icra hakimiyyəti orqanları,
müəssisə, idarə və təşkilatların
rəhbərləri Azərbaycan Respublikası kiçik
həcmli gəmilərin Dövlət Müfəttişliyinin
vəsatəti ilə sututarlardan istifadə qaydalarına
və kiçik həcmli gəmilərdən və onların
dayanması üçün bazalardan (qurğulardan)
istifadə qaydalarına əməl olunmasının təmin
edilməsində fəal iştirak edən və öz
vəzifələrini nümunəvi yerinə yetirən
ştatdankənar müfəttişləri
təşəkkür elan edilməsi, fəxri fərmanlarla,
qiymətli hədiyyələrlə, pul mükafatları
ilə və başqa həvəsləndirici
hədiyyələrlə mükafatlandıra bilərlər.
Xüsusilə fərqlənmiş ştatdankənar
müfəttişlər hökumət mükafatlarına
təqdim edilə bilərlər.
11. Öz vəzifəsini lazımınca yerinə
yetirmədikdə və ya özünü layiqli aparmadıqda
ştatdankənar müfəttişə qarşı
müəyyən olunmuş ictimai təsir tədbirləri
görülə bilər;
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
rəisinin qərarı ilə ştatdankənar
müfəttiş öz vəzifəsinin icrasından
müvəqqəti kənarlaşdırıla, yaxud
müfəttişlər sırasından çıxarıla
bilər. Vəzifəsinin icrasından
kənarlaşdırılarkən və ya
müfəttişlər sırasından
çıxarılarkən ştatdankənar
müfəttiş vəsiqəsini və ya Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi nişanını
təhvil verməyə borcludur.
Kiçik həcmli gəmilərdən və
onların dayanması üçün bazalardan istifadə
qaydalarının pozulmasına görə ştatdankənar
müfəttişlərə qarşı ümumi əsaslarla
müvafiq tədbirlər görülür.
Verilmiş hüquqları aşmağa və
vəziyyətindən sui-istifadəyə görə
ştatdankənar müfəttiş qanunda nəzərdə
tutulan məsuliyyətə cəlb olunur.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 1 oktyabr tarixli, 527 saylı
qərarı ilə təsdiq edilmişdir 4 ¹-li əlavə |
Azərbaycan Respublikasında kiçik
həcmli gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
Qaydaları
Ümumi müddəalar
1. Bu Qaydalar çaylarda, su anbarlarında, Xəzər
dənizi akvatoriyasında Azərbaycan Respublikası
ərazisinə yaxın digər sututarlarda kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
qaydalarını müəyyən edir.
Qaydalar müəssisələrə,
idarələrə, təşkilatlara, birliklərə,
konsernlərə, assosiasiyalara, kiçik
müəssisələrə, kooperativlərə,
Azərbaycan Ovçular İttifaqına, idarə
tabeliyindən asılı olmayaraq, balıq ovu ilə
məşğul olan digər təşkilatlara məxsus
əsas mühərriklərinin gücü 75 at gücündən
az olan gəmilərdən və ümumi su tutumu 80 registr
tondan az olan özügetməyən gəmilərdən,
habelə vətəndaşlara məxsus motorlu gəmilərdən
(mühərriklərinin gücündən asılı
olmayaraq), yelkənli gəmilərdən və ümumi su
tutumu 100 kq və daha çox olan özügetməyən
gəmilərdən istifadə qaydalarını
tənzimləyir.
2. Bu Qaydaların 1-ci bəndində sadalanmış
kiçik həcmli gəmilərə malik
müəssisələr, idarələr və
təşkilatlar həmin gəmilərdən istifadə
və onların dayanması üçün bazaların
(qurğuların) istismarına məsul olan şəxslər
ayırırlar.
3. Kiçik həcmli gəmi sürücüləri
və bu Qaydaların 2-ci bəndində göstərilmiş
şəxslər bu Qaydaları daxili su yolları ilə
üzmə Qaydalarını, dənizdə gəmilərin
toqquşmasının qarşısının alınması
üzrə beynəlxalq qaydaları, yerli (hövzə)
üzmə qaydalarını, dəniz limanları
kapitanlarının məcburi qərarlarını, kiçik
həcmli gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) yerli istifadə
qaydalarını yerinə yetirməli və kiçik
həcmli gəmilərin qəzasız üzməsini təmin
etməli, suda bədbəxt hadisələrin
qarşısını almalı və ətraf mühitin
çirklənməsinə yol verməməlidir.
4. Bu Qaydaların kiçik həcmli
gəmilərdən yerli istifadə qaydalarının və
digər normativ aktların yerinə yetirilməsinə
nəzarət Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
tərəfindən həyata keçirilir.
Müfəttişliyin tələbləri bütün gəmi
sürücüləri və kiçik gəmilərin və
onların dayanması üçün bazaların
(qurğuların) istismarına məsul olan şəxslər
üçün məcburidir.
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
sututarlarda qayda-qanunun təmin edilməsi, ətraf mühitin
mühafizəsi, brakonyerlərlə mübarizə, habelə
müfəttişliyin nəzarətində olan kiçik
həcmli gəmilərin oğurlanması və
qaçırılmasının qarşısının alınması
məsələləri üzrə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi ilə qarşılıqlı
fəaliyyət göstərir və öz işində könüllü
xalq drujinalarının və fəaliyyətləri sututarlarda
qayda-qanunun təminatı ilə bağlı olan digər
ictimai təşkilatların köməyinə arxalanır.
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
ona həvalə edilmiş vəzifələri Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi orqanları,
Xəzər Dənizi Gəmiçiliyi, “Azərbalıq”
Dövlət Konserni, Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi,
Dövlət Ekologiya Komitəsi, Dövlət Hidrometeorologiya
Komitəsi, “Kaspvodnadzor”un Azərbaycan hövzə (ərazi)
İdarəsi, Dövlət Bədən Tərbiyəsi və
İdman Komitəsi, sərhəd mühafizəsi orqanları
və Sularda Xilasetmə Cəmiyyəti ilə
qarşılıqlı fəaliyyətdə həyata keçirir. [10]
5. Su idman növləri üzrə sularda
məşqlərin, yarışların, bayramların,
kiçik həcmli gəmilərin reqatalarının
keçirilməsinə rayon və şəhər (respublika
tabeli şəhər) icra hakimiyyətlərinin
müəyyən etdiyi yerlərdə Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi və su yollarında
gəmiçiliyi tənzimləyən orqanlarla
razılaşdırılmış şəkildə icazə
verilir.
İdman gəmilərindən yalnız idman
məqsədləri ilə yarışlar və
məşqlər üçün ayrılmış
yerlərdə istifadə olunmasına icazə verilir.
6. Kiçik həcmli gəmilərlə
ekskursiyaların, kollektiv istirahət gəzintilərinin və
digər kütləvi tədbirlərin keçirilməsi
zamanı müəssisələr, idarələr və
digər təşkilatlar suda təhlükəsizliyə,
ictimai asayişə və ətraf mühitin
mühafizəsinə məsul şəxslər
ayırırlar.
7. Bu Qaydaları pozmuş şəxslər mövcud
qanunvericiliyə müvafiq şəkildə məsuliyyət
daşıyırlar.
8. Kiçik həcmli özügedən
gəmiləri idarə etməyə belə gəmiləri
sürmək üçün müəyyən edilmiş
qaydada verilən vəsiqələrə malik
şəxslər buraxılırlar.
Gəmi sürücülərinin
ümumi vəzifələri
9. Kiçik həcmli gəmi sürücüsü
iş başında aşağıdakı
sənədləri gəzdirməlidir:
1) müəyyən edilmiş rayonda müvafiq
mühərrik gücünə və yelkən sahəsinə
malik müvafiq kateqoriyalı kiçik həcmli gəmini
idarə etmək hüququ verən vəsiqə;
2) gəmi bileti gəminin üzməyə
yararlığını təsdiq edən illik texniki yoxlama
barədə texniki talon;
3) reys üçün plan-tapşırıq, yol
(marşrut) vərəqə və daşınan yükün
(fərdi gəmi sahiblərinin daşıdığı
yüklərdən başqa) sənədləri;
4) vətəndaşlara məxsus özügedən
gəmilərdə fərdi gəmi sahibi gəmidə
olmadıqda, müəyyən edilmiş qaydada təsdiq
olunmuş gəmidən istifadə üçün
etibarnamə, avarlı qayıqlarda isə — gəmidən
istifadə üçün gəmi sahibinin yazılı
icazəsi.
10. Gəmi sürücüsü:
1) üzməyə çıxmazdan əvvəl
gəminin sazlığını və təchizatını,
onun ətraf mühitin mühafizəsi qaydalarına
uyğunluğunu yoxlamağa, üzmək vaxtı
təhlükəsizliyini təmin edərək gəminin
vəziyyətinə nəzarət etməyə;
2) ətraf şəraiti və digər üzən
vasitələrin hərəkətini daimi müşahidə
etməyə;
3) gəminin müəyyən olunmuş
yükgötürmə və sərnişingötürmə
normasını aşmamağa;
4) ətraf mühitin çirklənməsi
faktları, habelə brakonyerçilik faktları aşkar
olduqda, bu barədə Azərbaycan Respublikası Dövlət
Ekologiya Komitəsinin müvafiq orqanlarına məlumat
verməyə; gəmidə 10 yaşınadək uşaqlar
olarsa, onların xilasetmə (döşlükləri)
geyinməsini, əlverişsiz meteoroloji şəraitdə
və dənizin sahil zonasında üzərkən isə
gəmidəkilərin hamısının xilasetmə
jiletləri (döşlükləri) geyinməsini təmin
etməyə;
5) dənizin sahil zonasında doldurulmuş və
yığılan qayıqlarda üzərkən
qayıqlardakıların hamısının xilasetmə
jiletləri (döşlükləri) geyinməsini təmin
etməyə;
6) suda qəzaya uğrayanlara kömək və ilk
tibbi yardım göstərməyə,
zərərçəkənləri müalicə
müəssisələrinə çatdırmağa, baş
vermiş hadisə haqqında xilasetmə stansiyasına,
polisə, təcili tibbi yardıma və Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi orqanına məlumat
verməyə;
7) dayanmağa və kiçik həcmli gəminin
aşağıdakı şəxslərə verməyə:
xəstənin həyatı təhlükədə
olduqda onun yanına getmək üçün və ya bu
cür xəstəni ən yaxın tibb
müəssisəsinə çatdırmaq üçün
tibb işçilərinə;
Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin və üzmə
təhlükəsizliyinin təmin edilməsi üzrə
təxirəsalınmaz tapşırıqların yerinə
yetirilməsi ilə bağlı müstəsna hallarda
gəmiçiliyi tənzimləyən digər orqanların
vəzifəli şəxslərinə;
meşə yanğınları olan yerlərdə
yolüstü getmək və həmin yerdən qayıtmaq
üçün dövlət meşə mühafizəsi
işçilərinə;
üzən vasitələrin qəzaya
düşdüyü və ya nasaz olduğu hallarda
daşımaq üçün Azərbaycan Respublikası
kiçik həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyi işçilərinə;
8) dayanmağa və kiçik həcmli gəmiləri
idarə hüququ verən vəsiqəni, yol (marşrut)
vərəqini, gəmi sənədlərini, o
cümlədən daşıdığı yüklər
üçün sənədləri yoxlamaq üçün
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyi işlərinə
təqdim etməyə borcludur.
Bu bənddə nəzərdə tutulmuş hallarda
mövcud qanunvericiliyə uyğun şəkildə kiçik
həcmli gəmidən istifadə haqqı
ödənilmədən həyata keçirilir. Kiçik
həcmli gəmidən istifadə etmiş vəzifəli
şəxslər gəmi sürücüsünün
tələbi ilə ona arayış verməli, yaxud yol vərəqində
qeyd etməli (səfərin vaxt uzunluğu və
məqsədlərini, gedilmiş yolun uzunluğunu, öz
familiyasını, vəzifəsini, vəsiqəsinin
nömrəsini, öz təşkilatının adını
göstərməklə); xəstənin həyatı
təhlükədə olduqda, onun yanına getmək
üçün və ya bu cür xəstəni ən yaxın
tibb müəssisəsinə çatdırmaq
üçün kiçik həcmli gəmidən istifadə
etmiş tibb işçiləri müəyyən
nümunəli talon verməlidirlər.
Vəzifəli şəxslər öz
vəsiqələrini gəmi sürücüsünə
təqdim etməyə borcludurlar.
11. Aşağıdakılar gəmi
sürücüsünə qadağan edilir:
1) alkoqol və ya narkotik maddələrdən
sərxoşlanmış vəziyyətdə kiçik
həcmli gəmini idarə etmək;
2) kiçik həcmli gəminin idarəsini
sərxoş vəziyyətdə olan şəxslərə
vermək;
3) kiçik həcmli gəminin idarəsinin
üstündə kiçik həcmli gəmi
sürücülüyü vəsiqəsi olmayan və
ekipajın siyahısında (gəmi komandasında) göstərilmiş
şəxslərə vermək;
4) çirkləndirici maddələri, zibil
və tullantıları gəmidən ətraf mühitə
atmaq;[11]
5) gəmidə brakonyerlik etmək və ya qanunsuz
balıq tutulmasında, ovunda digər şəxslərə
kömək etmək.
12. Kiçik həcmli gəmi qəzaya
düşərək bədbəxt hadisə baş
verdikdə, bu hadisə ilə bağlı şəxslər
aşağıdakıları etməyə borcludurlar:
1) gəmini saxlamaq, ehtiyac olduqda
zərərçəkənlərə ilk tibbi yardım
göstərmək, zərərçəkənləri
yolüstü və ya öz gəmiləri ilə ən
yaxın tibb müəssisəsinə göndərmək
və orada öz familiyası, gəminin nömrəsi
barədə (kiçik həcmli gəmini idarə etmək
hüququ verən vəsiqəni və şəxsiyyətini
təsdiq edən digər sənədi, gəminin qeydiyyat
sənədini təqdim etməklə) məlumat vermək;
2) baş vermiş hadisə barədə Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinə məlumat vermək,
hadisənin şahidlərinin familiyasını və
ünvanlarını yazmaq.
13. Kiçik həcmli gəmi sürücüləri
çalışmalıdırlar ki, sərnişinlər ona
mane olmasınlar və diqqətini kiçik həcmli
gəmini sürməkdən yayındırmasınlar.
Kiçik həcmli gəmilərin
və onların dayanması üçün bazaların
(qurğuların) istismarı
14. Kiçik həcmli gəmilər, bir qayda olaraq
müəyyən olunmuş yerlərdə, təchiz
edilmiş, işıqlandırılmış və
mühafizə olunan dayanacaqlarda, onların kənar
şəxslər tərəfindən istifadəsinə imkan
verməyən şəraitdə saxlanılmalıdırlar.
15. Kiçik həcmli gəmilər yalnız
qeydiyyatdan keçdikdən, nömrə aldıqdan, illik
texniki yoxlamadan, həmin gəmi sürücülərinin
Azərbaycan Respublikası kiçik həcmli gəmilər
üzrə Dövlət Müfəttişliyində
müəyyən edilmiş qaydada attestasiyasından və
biliklərin yoxlanmasından sonra üzməyə buraxılırlar.
Sututarlarda olan sahibsiz kiçik həcmli gəmilər
satılmaqdan və ya müəyyən olunmuş qaydada
məhv edilməkdən ötrü götürülür.
16. Sərhəd zonasında, habelə dövlət
sərhədinə yaxın şəhər,
qəsəbə, kənd icra hakimiyyətlərinin
ərazisində və dövlət sərhədinin
qoyulmadığı və sərhəd
mühafizə orqanları tərəfindən
mühafizə edilən sahil ərazilərinə yaxın
yerlərdə kiçik həcmli gəmilərin
üzməsinə aşağıdakı hallarda yol verilir:
1) gəmilər sərhəd
mühafizə orqanlarında qeydiyyatdan keçdikdə, bu
halda gəmilərə “Üzmə vasitəsinin qeydiyyat
vəsiqəsi” verilir;[12]
2) gəmilər kiçik həcmli gəmilərin
dayanması üçün sərhəd mühafizəsi orqanları
ilə razılaşdırılmış
müəyyən bazalarda (qurğularda) qeydiyyatda olduqda. [13]
17. Hər bir gəmi texniki cəhətdən saz
vəziyyətdə, Azərbaycan Respublikası kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyi tərəfindən müəyyən
gəmi üçün qoyulmuş və onun düzgün
istifadəsini, su obyektlərinin təmiz saxlanmasını
və üzmə təhlükəsizliyini təmin edən aşağıdakı
şərtlərə, norma və tələblərə
əməl edilməklə istismar olunmalıdır:
üzmə rayonu, sahildən uzaqlaşma, onun
üzməsinə imkan verən dalğaların
hündürlüyü, suya oturuşu, suüstü
hissəsi, mühərriklərin maksimum gücü və
sayı, yelkənlərin yol verilən sahəsi,
yükgötürmə, sərnişingötürmə
həddi, gəminin xilasetmə və yanğından
mühafizə vasitələri, siqnal işıqları,
naviqasiya və digər avadanlıqlarla təchizatı
üzrə.
18. Kiçik həcmli gəmi sürücüsü
və hər bir sərnişin üçün gəmidə
fərdi xilasetmə vasitəsi olmalıdır.
19. Kiçik həcmli gəmilərin dayanması
üçün bazaların (qurğuların)
təşkilinə müəyyən edilmiş qaydada icazə
verilir.
20. Kiçik həcmli gəmilərin dayanması
üçün bazaların anbarları, akvatoriyaları,
xilasetmə postları ilə birlikdə tam kompleks
şəklində istismarına qeydiyyatdan keçdikdən
və istismar hüququ üçün Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyi tərəfindən
keçirilən illik texniki baxışdan sonra icazə
verilir.
21. Kiçik həcmli gəmilərin dayanması
üçün bazalara (qurğulara) malik
müəssisələr, idarə və təşkilatlar
gəmi sürücüləri üçün hidrometeoroloji
şərait haqqında məlumat və hava proqnozu
təşkil edir, kiçik həcmli gəmilərin
üzmə təhlükəsizliyini təmin edən
buraxılış rejimi müəyyən edir və buna
şəxsən cavabdeh olan adamları təyin edirlər.
22. Gəminin hər dəfə üzməyə
çıxması, onun məqsədi, planlaşdırılan
rayon, təşkilat və marşrut, bazaya nəzərdə
tutulan və faktiki qayıtma vaxtı onun daimi
dayandığı yer üzrə xüsusi jurnalda qeyd
edilməlidir.
Kiçik həcmli gəmilərin
üzmə qaydası
23. Kiçik həcmli gəmilərin bu qaydalara uyğun
şəkildə istismarına Azərbaycan
Respublikasının daxili sularında və dənizin sahil
zonasında sahildən ən çoxu bir kilometr arasında
icazə verilir.
24. Yaşayış məntəqələrinin,
limanların, körpü limanların sərhədindəki
akvatoriyalarında kiçik həcmli motorlu gəmilərin
hərəkətinə əgər müvafiq icra orqanları
limanların, körpü limanların müdiriyyəti
tərəfindən həmin gəmilərin sürəti
və hərəkət qaydaları üzrə digər
məhdudiyyətlər qoyulmayıbsa saatda 40 km
sürətlə icazə verilir.
Kiçik həcmli gəmilərin dayanması
üçün bazaların (qurğuların)
sərhədindəki akvatoriyalarda, habelə
çimərliklərin, çimmək yerlərinin, dənizdə
və ya sahildə dayanan gəmilərin yanında, kanallarda,
dar yerlərdə və sualtı işlərlə
məşğul olan gəmilərin yanında kiçik
həcmli gəmilərin ən çoxu saatda 8 km
sürətlə hərəkətinə icazə verilir.
25. Bütün hallarda kiçik həcmli
gəmilər elə təhlükəsiz sürətlə
hərəkət etməlidirlər ki, toqquşmaların
qarşısını vaxtında ala bilsinlər və
lazımi nəqliyyat vasitələrinə yol verə
bilsinlər.
26. Çay və kanallarla hərəkət zamanı
kiçik həcmli gəmilər farvaterə tərəf
hərəkətin sağ tərəfini tutmalı,
gəmilər arasında təhlükəsizlik
məsafəsinə əməl etməli,
qarşılıqlı hərəkət vaxtı isə sol
tərəflərini boşaltmalıdırlar.
27. Axına qarşı gedən gəmi bütün
hallarda yuxarıdan axınla gələn gəmini
buraxmalıdır.
28. Ötüb keçmə yalnız su yolunun
kifayət qədər enli və düz sahələrində
edilə bilər. Ötüb keçən gəmi
ötdüyü gəmini sağ tərəfdə
saxlayır, ötülən gəmi sürətini
azaltmalı və əgər yer varsa sağa verməli və
ötmə qurtaranadək aşağı sürətlə
getməlidir. Dönmələr qarşıdan gələn
və ya ötən gəminin arxa tərəfində
yerinə yetirilməlidir.
29. Göllərdə və su anbarlarında
qarşılıqlı kəsişən yolla toqquşa
biləcək iki mexaniki mühərrikli gəmi gedirsə,
öz sağ tərəfində başqa gəmi olan gəmi
ona yol verməlidir.
30. Toqquşa biləcək mexaniki mühərrikli
və ya yelkənli iki gəmi qarşı-qarşıya
gəlirsə, mexaniki mühərrikli gəmi yelkənli
gəmiyə yol verməlidir.
31. Daxili gəmi yolları ilə və dəniz
limanlarının liman suları hüdudlarında, habelə
dənizin sahil zonasında üzən kiçik həcmli
gəmilər müvafiq olaraq, daxili gəmi yolları ilə
üzmə Qaydalarına və dənizdə gəmilərin
toqquşmasının qarşısının alınması
üzrö 1972-ci il Beynəlxalq qaydalara, habelə liman
rəislərinin qərarlarına əməl
etməlidirlər.
32. Aşağıdakılar qadağan edilir:
1) qeydiyyatdan keçməmiş və uçotda
olmayan, habelə nömrəsiz gəmilərlə
üzmək;
2) gəmini idarə etmək hüququ verən
vəsiqə olmadıqda motorlu və yelkənli
gəmilərlə üzməyə çıxmaq;
3) Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəqqişliyi
tərəfindən müəyyən edilmiş və
üzmə təhlükəsizliyini təmin edən
şərtlərə, norma və tələblərə
gəmi sürücüsünün əməl etmədiyi
hallarda gəmidən istifadə edilməsi;
4) havanın tutqunluğundan səmtləri
müəyyənləşdirməyin mümkün
olmadığı dumanda və ya digər əlverişsiz
meteoroloji şəraitdə gəmilərin hərəkət
etməsi;
5) digər gəmilərin üzmək
üçün maneə yaratması: gəmilərin
sərnişin və yük limanlarına, debarkaderlərə
100 metrdən artıq yaxınlaşması və dayanması,
nəqliyyat, köməkçi gəmilərə
qoşulması, onların yolunun üstündən
keçilməsi və ya bilavasitə onların
yaxınlığında üzmək;
6) müvafiq məqsədlər üçün
düzəldilməmiş avarlı qayıqlara və
gəmilərə yelkən qoyulması;
7) gəmi biletində yazılmış siqnal
işıqları olmadan qaranlıq vaxtı avarlı,
yelkənli və motorlu gəmilərlə üzməyə
çıxmaq;
8) çimmək üçün yerlərə və
çimərliklərə ayrılmış akvatoriyalara
gəmilərin girməsi, habelə üzən gəmi yolu
işarələrinə yaxınlaşmaq və
gəmiləri onlara bağlamaq;
9) gəmilərdən şəxsi varlanmaq
məqsədi ilə istifadə edilməsi;
10) gəmilərdən tullantıların, neft
məhsullarının və s. atılması;
11) kiçik həcmli gəminin
işləyə-işləyə dayanması;
12) hərəkət zamanı bir gəmidən
digərinə keçmək;
13) kiçik həcmli gəmidən suya tullanmaq;
14) gəmiləri körpülərin altında və
ya yaxınlığında saxlamaq;
15) gəmilərin dayanması üçün
bazaların (qurğuların) buraxılış rejiminin
pozulması;
16) Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin verdiyi buraxılış
vərəqələri olmadan üzmək üçün qadağan
zonası elan edilmiş akvatoriya və rayonlarda gəmilərin
üzməsi;
17) müvafiq məqsədlər üçün
nəzərdə tutulmamış gəmilərdə
partlayış və yanğın təhlükəli
yüklərin daşınması;
18) qeydiyyatdan keçməmiş gəmilərin
onların dayanması üçün bazalarda (qurğularda)
dayanması və saxlanılması, habelə onların
müvafiq məqsədlər üçün
nəzərdə tutulmamış yerlərdə
bağlanması.
33. Şəhərlərin (respublika tabeli
şəhərlərin) icra orqanları sulardan istifadəni
və onların mühafizəsini tənzimləyən
orqanların, dövlət sanitariya
nəzarətini, balıq ehtiyatlarının
mühafizəsini həyata keçirən orqanların və
digər marağı olan orqanların təqdimatına
əsasən, şəhərin, rayonun ayrı-ayrı
sututarlarında, həmin sututarları müvafiq qadağan
nişanları ilə işarələməklə,
kiçik həcmli gəmilərin istismarını
məhdudlaşdırmaq hüququna malikdirlər.[14]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə
512)
2. 23 mart 2002-ci il tarixli 45
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 148)
3. 13 sentyabr 2006-cı il tarixli 207
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 09, maddə 822)
4. 11 may 2017-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci
il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹5 , maddə 972)
5. 6 dekabr 2017-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci
il, ¹ 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹12, II kitab, maddə 2482)
6. 12 oktyabr 2018-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 16
oktyabr 2018-ci il, ¹ 232, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2156)
7. 8 may 2021-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 18
may 2021-ci il, ¹ 100,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
5, maddə 522)
8.
30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 4
noyabr 2021-ci il, ¹ 239,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
10, maddə 1195)
9.
23 fevral
2024-cü il tarixli 97
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27
fevral 2024-ci il, ¹ 44, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 2,
maddə 229)
10.
03 aprel 2025-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 28 iyul 2025-ci il, “Xalq” qəzeti, 29
iyul 2025-ci il, ¹ 155)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 8 may 2021-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 18
may 2021-ci il, ¹ 100,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
5, maddə 522) ilə adında “kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin”
sözləri ilə əvəz edilmişdir.
[2] 13 sentyabr 2006-cı il tarixli 207
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 09, maddə 822) ilə 1-ci bəndinin ikinci və
dördüncü abzasları
çıxarılmışdır.
[3] 11 may 2017-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci
il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹5 , maddə 972) ilə 1-ci hissənin
üçüncü abzasında “kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin” sözləri ilə əvəz
edilmişdir.
[4] 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə
512) ilə “Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət Müfəttişliyi
haqqında Əsasnamə”nin 8-ci bəndinin sonuncu abzası
ləğv edilmişdir.
[5] 11 may 2017-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 may 2017-ci
il, ¹ 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹5 , maddə 972) ilə “Azərbaycan Respublikası kiçik həcmli
gəmilər üzrə Dövlət
Müfəttişliyinin nəzarətində olan
gəmilərin, onların dayanması üçün bazaların
(qurğuların) qeydiyyatı, uçotu, texniki
nəzarəti və gəmisürənlərin bu
gəmiləri idarə etmək hüququ üçün
attestasiya Qaydaları”nın adında, 1-ci hissəsinin birinci
və ikinci abzaslarında, 2-ci hissəsinin birinci və
dördüncü abzaslarında, 3-cü hissəsində,
6-cı hissəsinin ikinci abzasında, 8-ci hissəsinin
beşinci abzasının ikinci cümləsində, 10-cu, 25-ci
hissələrində, 28-ci hissəsinin birinci və ikinci
abzaslarında, 31-ci, 32-ci, 33-cü, 37-ci, 40-cı, 43-cü
və 53-cü hissələrində ismin müvafiq
hallarında “kiçik
həcmli gəmilər üzrə Dövlət
Müfəttişliyi” sözləri ismin müvafiq
hallarında “Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti” sözləri ilə, 8-ci
hissəsinin beşinci abzasının birinci
cümləsində və 28-ci hissəsinin birinci abzasında
“kiçik həcmli
gəmilərin Dövlət Müfəttişliyinin”
sözləri “Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin” sözləri ilə əvəz
edilmişdir.
[6] 6 dekabr 2017-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci
il, ¹ 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹12, II kitab, maddə 2482) ilə
“Azərbaycan Respublikası
Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin
nəzarətində olan gəmilərin, onların
dayanması üçün bazaların (qurğuların)
qeydiyyatı, uçotu, texniki-nəzarəti və
gəmisürənlərin bu gəmiləri idarə etmək
hüququ üçün attestasiya Qaydaları”nın 2-ci
hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikası sərhəd qoşunları”
sözləri və “Azərbaycanın
sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi
orqanları” sözləri ilə əvəz edilmişdir.
[7] 23 mart 2002-ci il tarixli 45 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹ 3, maddə 148) ilə "Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin nəzarətində olan
gəmilərin, onların dayanması üçün bazaların
(qurğuların) qeydiyyatı, uçotu, texniki
nəzarəti və gəmisürənlərin bu
gəmiləri idarə etmək hüququ üçün
attestasiya Qaydaları"nın 8-ci bəndinin 3-cü
yarımbəndində "habelə
gəmi sahiblərindən yaşayış yeri (qeydiyyatı)
üzrə" sözləri
çıxarılmışdır.
[8] 23 mart 2002-ci il tarixli 45 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹ 3, maddə 148) ilə "Azərbaycan
Respublikası kiçik həcmli gəmilər üzrə
Dövlət Müfəttişliyinin nəzarətində olan
gəmilərin, onların dayanması üçün bazaların
(qurğuların) qeydiyyatı, uçotu, texniki
nəzarəti və gəmisürənlərin bu
gəmiləri idarə etmək hüququ üçün
attestasiya Qaydaları"nın 29-cu bəndinin
üçüncü abzasında "və müəyyən edilmiş dövlət
rüsumunun" sözləri və dördüncü
abzası çıxarılmışdır.
[9] 8 may 2021-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 18
may 2021-ci il, ¹ 100,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
5, maddə 522) ilə “Azərbaycan Respublikası
Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin
nəzarətində olan gəmilərin, onların
dayanması üçün bazaların (qurğuların)
qeydiyyatı, uçotu, texniki nəzarəti və
gəmisürənlərin bu gəmiləri idarə etmək
hüququ üçün attestasiya Qaydaları”nın 28-ci
və 33-cü hissələrindən “standartlarına,” sözü
çıxarılmışdır.
[10] 6 dekabr 2017-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci
il, ¹ 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹12, II kitab, maddə 2482) ilə
“Azərbaycan Respublikasında
kiçik həcmli gəmilərdən və onların
dayanması üçün bazalardan (qurğulardan)
istifadə Qaydaları”nın 4-cü hissənin üçüncü
abzasında “Sərhəd
qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları”
sözləri ilə əvəz edilmişdir.
23 fevral 2024-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral 2024-ci il, ¹ 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 2, maddə 229) ilə 4 nömrəli əlavə - “Azərbaycan
Respublikasında kiçik həcmli gəmilərdən və
onların dayanması üçün bazalardan (qurğulardan)
istifadə Qaydaları”nın 4-cü hissəsinin
üçüncü abzasında “Meliorasiya və Su
Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə
əvəz edilmişdir.
[11] 03 aprel 2025-ci il
tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 28 iyul 2025-ci il, “Xalq” qəzeti,
29 iyul 2025-ci il, ¹ 155) ilə 4 nömrəli əlavə –
“Azərbaycan Respublikasında kiçik həcmli
gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
Qaydaları”nın 11-ci hissəsinin 4-cü bəndindən “,
zibil” sözü çıxarılmışdır.
[12] 12 oktyabr 2018-ci il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 16
oktyabr 2018-ci il, ¹ 232, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2156) ilə “Azərbaycan Respublikasında kiçik
həcmli gəmilərdən və onların dayanması
üçün bazalardan (qurğulardan) istifadə
Qaydaları”nın 16-cı hissəsində “sərhəd qanunları” sözləri “sərhəd mühafizə
orqanları” sözləri ilə əvəz edilmişdir
və həmin hissənin 1-ci bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1) bu gəmilər müəyyən olunmuş qaydada
sərhəd qanunları hissələrində qeydiyyatdan
keçdikdə, bu halda biletinə xüsusi ştamp vurulur;
[13] 6 dekabr 2017-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci
il, ¹ 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹12, II kitab, maddə 2482) ilə
“Azərbaycan Respublikasında
kiçik həcmli gəmilərdən və onların
dayanması üçün bazalardan (qurğulardan)
istifadə Qaydaları”nın 16-cı hissənin 2-ci bəndində
“sərhəd qoşunları”
sözləri “sərhəd
mühafizəsi orqanları” sözləri ilə
əvəz edilmişdir.
[14] 30 oktyabr 2021-ci il tarixli 328
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2021-ci il, ¹ 239, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 10, maddə 1195) ilə 4
nömrəli əlavə - “Azərbaycan Respublikasında
kiçik həcmli gəmilərdən və onların
dayanması üçün bazalardan (qurğulardan)
istifadə Qaydaları”nın 33-cü hissəsində “sanitar” sözü “sanitariya” sözü ilə
əvəz edilmişdir.