AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

27.09.2017

Qeydiyyat nömrəsi

22/05

Adı

Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

06.10.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201709272205

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

05.10.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 8.10-cu və 14.4-cü bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 ¹-li forma təsdiq edilsin (Əlavə 1).

2. “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı”- 2 ¹-li forma təsdiq edilsin (Əlavə 2).

3. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” təsdiq edilsin (Əlavə 3).

4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

5. “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabının və onun aparılmasına dair metodoloji göstərişlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 dekabr tarixində 15201212039805 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş 2012-ci il 03 dekabr tarixli 98/05 nömrəli qərarı ləğv edilsin.

6. Qərarın icrasına nəzarət sədrin müavini R.Səlimova həvalə edilsin. 

 

 

Sədr                                                                                                           Tahir Budaqov


 

 

 

 

 

_________________________________ inzibati ərazi dairəsi üzrə

 

 

Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində

 

EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI ¹ _______

(2018 – 2022-ci illər üçün)

 

 

 

 

 

 


Təsərrüfat başçısının soyadının ilk hərfinə görə ev təsərrüfatlarının əlifba üzrə axtarış cədvəli

 

Əlifba sırası

Səhifə ¹-si

Əlifba sırası

Səhifə ¹-si

A

 

L

 

B

 

M

 

C

 

N

 

Ç

 

O

 

D

 

Ö

 

E

 

P

 

Ə

 

R

 

F

 

S

 

G

 

Ş

 

H

 

T

 

X

 

U

 

İ

 

Ü

 

J

 

V

 

K

 

Y

 

Q

 

Z

 

 


 

 

Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün

 

1 ¹-li forma

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 ¹-li qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

_________________________________ inzibati ərazi dairəsi üzrə

 

 

Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində

 

EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI ¹ _______

(2018 – 2022-ci illər üçün)

 

 

 

 

Kitabda əhatə olunmuş ünvanlar

 

Rayon (şəhər)______________________________________________________________

 

Qəsəbə ___________________________________________________________________

 

Ünvan: ____________________________ dan (dən) _________________________ (dək)

 

 

 

 


 

Şəxsi hesab ¹ _____________ Təsərrüfatın ünvanı __________________________________

 

I. Təsərrüfat üzvlərinin siyahısı

 

1

Soyadı

 

Adı

 

Atasının adı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

Birinci yazılan şəxslə (təsərrüfat başçısı ilə) qohumluq münasibəti

 

x

 

 

 

 

 

 

3

Cinsi (kişi, qadın)

 

 

 

 

 

 

 

4

Doğulduğu tarix (gün, ay, il) və yer

 

 

 

 

 

 

 

 

 

5

Milliyyəti

 

 

 

 

 

 

 

6

Bu ünvanda daimi yaşayır

 ildən

ildən

 ildən

ildən

 ildən

ildən

 ildən

7

Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; peşə; tam orta; ümumi orta; ibtidai; təhsili yoxdur, lakin oxuyub yazmağı bacarır; savadsızdır[1]

 

 

 

 

 

 

 

8

Təhsil alanlar üçün göstərməli: təhsil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs

01.01.2018 ilə

 

 

 

 

 

 

 

01.01.2019 ilə

 

 

 

 

 

 

 

01.01.2020  ilə

 

 

 

 

 

 

 

01.01.2021  ilə

 

 

 

 

 

 

 

01.01.2022  ilə

 

 

 

 

 

 

 

9

İş yeri və vəzifəsi

 

01.01.2018  ilə

 

 

 

 

 

 

 

01.01.2019  ilə

 

 

 

 

 

 

 

01.01.2020  ilə

 

 

 

 

 

 

 

01.01.2021  ilə

 

 

 

 

 

 

 

01.01.2022  ilə

 

 

 

 

 

 

 

10

Müvəqqəti qaib

(12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər

(getdiyi və qayıtdığı ili, ayı, getməsinin səbəbini göstərməli)

gedib

 

 

 

 

 

 

 

qayıdıb

 

 

 

 

 

 

 

gedib

 

 

 

 

 

 

 

qayıdıb

 

 

 

 

 

 

 

gedib

 

 

 

 

 

 

 

qayıdıb

 

 

 

 

 

 

 

11

Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər (çıxdığı ayı, ili və çıxmasının səbəbini göstərməli)

 

 

 

 

 

 

 

12

Daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər (gəldiyi ayı,

 ili və haradan gəldiyini göstərməli)

 

 

 

 

 

 

 

13

Pensiya və müavinət  alan şəxslər haqqında qeydlər; pensiya növünün və ya əlillik dərəcəsinin sonrakı dəyişiklikləri[2]

 

 

 

 

 

 

 

14

Hərbi mükəlləfiyyəti, uçota alındığı tarix və yer

 

 

 

 

 

 

 

15

Əlaqə telefonları, elektron poçt ünvanı

 

 

 

 

 

 

 

 


 

 

II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər  

Sətrin

¹-si

Göstəricinin adı

yanvarın 1-i vəziyyətinə

2018

2019

2020

2021

2022

1

Fərdi yaşayış evi, mənzil, yataqxana, digər.

Tikildiyi il  ________

1.1

Ümumi sahəsi, kv.metr

 

 

 

 

 

1.2

Otaqların sayı və sahəsi

/

/

/

/

/

1.3

Mərtəbəliliyi / liftlə təminat

/

/

/

/

/

1.4

Aid olduğu mənzil fondu

 

 

 

 

 

1.5

Təyinatı

 

 

 

 

 

2

Yardımçı tikililər, kv. metr

         onlardan:

 

 

 

 

 

2.1

 

 

 

 

 

 

2.2

 

 

 

 

 

 

2.3

 

 

 

 

 

 

3.

Mənzil-məişət şəraiti

3.1

Su təchizatı

 

 

 

 

 

3.2

Sanitar qovşağı

 

 

 

 

 

3.3

Vanna və ya duş

 

 

 

 

 

3.4

İsti su təchizatı

 

 

 

 

 

3.5

Kanalizasiya xətti

 

 

 

 

 

3.6

İstilik sistemi

 

 

 

 

 

3.7

Qaz təchizatı

 

 

 

 

 

3.8

Stasionar telefon

 

 

 

 

 

3.9

İnternet    

/

/

/

/

/

 

 

 

 

 

 

 

 

III. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası, ədəd

 

Sətrin ¹-si

Göstəricinin adı

yanvarın 1-i vəziyyətinə

2018

2019

2020

2021

2022

1

Minik avtomobilləri

 

 

 

 

 

2

Yük avtomobilləri

 

 

 

 

 

3

Traktorlar - cəmi

            onlardan:

 

 

 

 

 

3.1

     tırtıllı 

 

 

 

 

 

3.2

     təkərli

 

 

 

 

 

4

Taxılyığan kombayn

 

 

 

 

 

5

Ot və küləş presləyən

 

 

 

 

 

6

Kotan

 

 

 

 

 

7

Taxılsəpən

 

 

 

 

 

8

Digər texnika:

     onlardan:

 

 

 

 

 

8.1

 

 

 

 

 

 

8.2

 

 

 

 

 

 

8.3

 

 

 

 

 

 

 

IV. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq, hektar (yüzdə bir dəqiqliklə)

Sətrin ¹-si

Göstəricinin adı

yanvarın 1-i vəziyyətinə

2018

2019

2020

2021

2022

1

Kənd təsərrüfatına yararlı torpaqlar

1.1

Təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaq

                ondan:

 

 

 

 

 

1.1.1

   həyətyanı sahə

 

 

 

 

 

1.2

İcarəyə götürülmüş torpaq

            o ñümlədən:

 

 

 

 

 

1.2.1

   dövlət

 

 

 

 

 

1.2.2

   bələdiyyə

 

 

 

 

 

1.2.3

   xüsusi

 

 

 

 

 

1.3

Başqasından əvəzsiz istifadəyə götürülmüş torpaq

 

 

 

 

 

1.4

İstifadə etdiyi digər torpaqlar 

 

 

 

 

 

1.5

Başqasına icarəyə (istifadəyə) verilmiş torpaq

 

 

 

 

 

1.6

Təsərrüfat üzrə - cəmi

(sət.1.1+1.2+1.3+1.4 – sət. 1.5)

 

 

 

 

 

1.6.1

    ondan dəmyə torpaqlar

 

 

 

 

 

1.7

Faktiki suvarılan torpaqlar

            ondan:

 

 

 

 

 

1.7.1

 təbii yerüstü mənbələrdən

 

 

 

 

 

1.7.1.1

   öz axını ilə

 

 

 

 

 

1.7.1.2

   nasoslar vasitəsi ilə

 

 

 

 

 

1.7.2

 təbii yeraltı mənbələrdən

 

 

 

 

 

1.7.2.1

   artezian quyularından

 

 

 

 

 

1.7.2.2

   subartezian quyularından

 

 

 

 

 

2

Torpaqdan istifadə (1.6-cı sətirdən)

2.1

 əkin yeri

     ondan nəzərdə tutulmuşdur:

 

 

 

 

 

2.1.1

       buğda üçün

 

 

 

 

 

2.1.2

       arpa üçün

 

 

 

 

 

2.1.3

       çəltik üçün

 

 

 

 

 

2.1.4

       qarğıdalı üçün

 

 

 

 

 

2.1.5

       digər dənlilər üçün

 

 

 

 

 

2.1.6

       kartof üçün

 

 

 

 

 

2.1.7

       tərəvəz üçün

 

 

 

 

 

2.1.8

       bostan bitkiləri üçün

 

 

 

 

 

2.1.9

       pambıq üçün

 

 

 

 

 

2.1.10

       şəkər çuğunduru üçün

 

 

 

 

 

2.1.11

       günəbaxan üçün

 

 

 

 

 

2.1.12

       tütün üçün

 

 

 

 

 

2.1.13

       yem bitkiləri üçün

 

 

 

 

 

2.2

 çoxillik əkmələr

          ondan:  

 

 

 

 

 

2.2.1

       üzümlüklər

 

 

 

 

 

2.2.2

       çay əkmələri

 

 

 

 

 

2.3

 örüşlər

 

 

 

 

 

2.4

 biçənəklər

 

 

 

 

 

2.5

 dincə qoyulmuş

 

 

 

 

 

2.6

 əkilməyən

 

 

 

 

 

3

Meşə, ağac-kol, tarlaqoruyucu bitkilər altında olan torpaqlar

 

 

 

 

 

4

Digər torpaqlar (su, yol, tikili və s. altında olan)

 

 

 

 

 

5

Torpaqlar - cəmi

(sət. 1.6 + 3 + 4)

 

 

 

 

 

 

V. Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı

 

Sətrin ¹-si

Göstəricinin adı

yanvarın 1-i vəziyyətinə

2018

2019

2020

2021

2022

1

İribuynuzlu mal-qara, cəmi

o cümlədən:

 

 

 

 

 

1.1

İnək naxırı - cəmi

 

 

 

 

 

1.1.1

  inəklər 

 

 

 

 

 

1.1.1.1

       onlardan cins

 

 

 

 

 

1.1.2

  törədici buğalar

 

 

 

 

 

1.1.2.1

      onlardan cins

 

 

 

 

 

1.1.3

  düyələr

 

 

 

 

 

1.1.4

  cöngələr 

     onlardan:  

 

 

 

 

 

1.1.4.1

       kökəlmədə olanlar

 

 

 

 

 

1.1.4.2

       iş öküzləri

 

 

 

 

 

1.1.5

  dişi danalar

 

 

 

 

 

1.1.6

  erkək danalar

 

 

 

 

 

1.1.7

  dişi buzovlar

 

 

 

 

 

1.1.8

  erkək buzovlar

 

 

 

 

 

1.1.9

1.1.7 və 1.1.8-ci sətirlərin cəmindən 6 aylığa qədər olanlar

 

 

 

 

 

1.2

Camış naxırı - cəmi

 

 

 

 

 

1.2.1

   camışlar  

 

 

 

 

 

1.2.2

   törədici kəllər

 

 

 

 

 

1.2.3

   düyələr

 

 

 

 

 

1.2.4

   kəllər (1.2.2-dən başqa)

 

 

 

 

 

1.2.4.1

       onlardan    

       kökəlmədə olanlar

 

 

 

 

 

1.2.5

  1 yaşdan 2 yaşa qədər:

     dişi balaqlar

 

 

 

 

 

1.2.6

     erkək balaqlar

 

 

 

 

 

1.2.7

 1 yaşa qədər:

   dişi balaqlar

 

 

 

 

 

1.2.8

   erkək balaqlar

 

 

 

 

 

1.2.9

1.2.7 və 1.2.8-ci  

sətirlərin cəmindən

6 aylığa qədər olanlar

 

 

 

 

 

2

Qoyunlar - cəmi 

 

 

 

 

 

2.1

  ana qoyunlar

 

 

 

 

 

2.2

  törədici qoçlar

 

 

 

 

 

2.3

  şişəklər

 

 

 

 

 

2.4

  erkək toğlular

 

 

 

 

 

2.5

  quzular

 

 

 

 

 

3

Keçilər – cəmi   

 

 

 

 

 

3.1

  ana keçilər

 

 

 

 

 

3.2

  törədici təkələr

 

 

 

 

 

3.3

  küərlər

 

 

 

 

 

3.4

  dıvırlar

 

 

 

 

 

3.5

  çəpişlər

 

 

 

 

 

4

Donuzlar - cəmi     

 

 

 

 

 

4.1

  9 aylıq və daha böyük  

  ana donuzlar

 

 

 

 

 

4.2

  törədici qabanlar

 

 

 

 

 

4.3

  4 aylıqdan 9 aylığa  

  qədər donuzlar

 

 

 

 

 

 

5

Atlar - cəmi

 

 

 

 

 

5.1

    3 yaşda və daha  

    böyük madyanlar

 

 

 

 

 

5.2

  törədici ayğırlar

 

 

 

 

 

5.3

  2 yaşdan 3 yaşa

  qədər atlar

 

 

 

 

 

6

Quşlar - cəmi

 

 

 

 

 

6.1

    Toyuqlar - cəmi

           onlardan:

 

 

 

 

 

6.1.1

         yumurtalıq

 

 

 

 

 

6.1.2

         ətlik

 

 

 

 

 

6.2

    Hind toyuqları

 

 

 

 

 

6.3

    Qazlar

 

 

 

 

 

6.4

    Ördəklər

 

 

 

 

 

7

Arı ailələri

 

 

 

 

 

8

Digər heyvan növləri:

       onlardan:

 

 

 

 

 

8.1

 

 

 

 

 

 

8.2

 

 

 

 

 

 

 

 

                                               ƏLAVƏ   MƏLUMATLAR

 

 

 

 

 

 

 

 

 

 

 

Bu kitabda nömrələnmiş  ________    (___________________________) səhifə vardır.

    (rəqəmlə)                                        (yazı ilə)

 

Rayon (şəhər) statistika idarəsi _______________                                    Möhür yeri

                                                                                             (imza)

 

 

 

 


 

 

Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün

 

2 ¹-li forma

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 ¹-li qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

20______ ildə _______________________________________  şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində

(uyğun gələninin altından xətt çəkilməli)

 

MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISI

 

Sıra

¹-si

Soyadı, adı, atasının adı

(tam yazmalı)

Cinsi (kişi, qadın)

Doğulduğu  tarix (gün, ay, il)  və yer

Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; peşə; tam orta; ümumi orta; ibtidai; təhsili yoxdur, lakin oxuyub yazmağı bacarır; savadsızdır[3]

Təhsil alanlar üçün göstərməli:  təhsil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs

Daimi yaşadığı yer

İş yeri və vəzifəsi

Haradan və hansı tarixdə gəlmişdir

Şəxsə məxsus  heyvan, quş və ya arı ailəsi varsa onun

Müvəqqəti yaşadığı ev təsərrüfatının

İnzibati ərazi dairəsində daimi məskunlaşması və ya onu tərk etməsi barədə qeyd

 (yer və tarix göstərilməklə)

növü

sayı

yerləşdiyi yaşayış məntəqəsinin adı

şəxsi hesab

¹-si

başçısının imzası

A

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 ¹-li qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş

 

 

 

 

 

Əsas anlayışlar

 

Bu göstərişdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi – hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir;

sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir;

yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu, onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğularla, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd);

şəhər - əhalisinin sayı 15000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai-iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir;

qəsəbə - əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir;

ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər;

şəxsi hesab – ev təsərrüfatlarına dair ilkin məlumatları özündə ehtiva edən və Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində fərdi uçot nömrəsi ilə qeydə alınan göstəricilər məcmusudur.

 

I. Ev təsərrüfatlarının uçotu kİtabının APARILMASININ ÜMUMİ QAYDALARI

 

1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir:

1 ¹-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı);

2 ¹-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).

1 və 2 ¹-li formalar bu qaydalara uyğun doldurulmalıdır. Bu sənədlərin heç birində qaralama və əlavələrə, habelə xüsusi qeyd yazılmadan hər hansı bir düzəlişlərin aparılmasına yol verilmir. Hər hansı bir düzəliş və ya dəyişiklik üçün ev təsərrüfatlarının uçotu kitabının “Əlavə məlumatlar” hissəsinə xüsusi qeyd yazılmalı və həmin qeyd şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndənin, yaxud həmin işlərin aparılmasına məsul olan şəxsin (bundan sonra - məsul şəxs)  imzası ilə təsdiq edilməlidir. Təsərrüfatbaşına uçot sənədlərinin doldurulması zamanı karandaşdan  istifadəyə yol verilmir və bütün qeydlər yalnız diyircəkli qələmlə aparılmalıdır.

2. Bütün şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində, habelə tərkibində qəsəbə yaşayış məntəqəsi olan kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot işləri yuxarıda göstərilən formalar üzrə aparılır.

3. Ev təsərrüfatlarının uçotu kitabları (1 ¹-li forma) və müvəqqəti yaşayan şəxslərin siyahıları (2 ¹-li forma) şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində etibarlı yerdə saxlanılmalıdır. Bu sənədlərin qorunub saxlanılmasına, onlarda qeydlərin vaxtlı-vaxtında və düzgün aparılmasına görə məsuliyyət məsul şəxsin üzərinə düşür.

4. Rayon (şəhər) statistika idarələri şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrini təsərrüfatbaşına uçot sənədləri ilə və uçotun aparılmasına dair göstərişlə təmin edir. Rayon (şəhər) statistika idarəsinin rəisi və ya onu əvəz edən şəxs ev təsərrüfatlarının uçotu kitablarının hər birini, axırıncı səhifəsində onun səhifələrinin ümumi sayını göstərərək, imza edib möhürləyir və akt vasitəsi ilə 2 ¹-li forma və uçotun aparılmasına dair göstərişlə birlikdə tələb olunan sayda şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəyə təhvil verir. Təhvil-təslim aktında hər bir formanın və göstərişin miqdarı əks olunmalıdır.

5. Şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyətləri və yerli statistika orqanları təsərrüfatbaşına uçotun aparılması qaydaları barədə məsul şəxsi müntəzəm olaraq təlimatlandırmağa və statistik hesabat məlumatlarının doğru-düzgünlüyünü təmin etmək məqsədi ilə bu uçotun dəqiq aparılmasına nəzarət etməyə borcludurlar.

6. Ev təsərrüfatlarının uçotu kitabları (1 ¹-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində, xəstəxanalarda və digər yerlərdə yaşayan təsərrüfatların uçotuna da xüsusi diqqət yetirilməli, müvafiq yoxlama aparılmalıdır. Növbəti 4 ildə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar yanvar ayının 1-i vəziyyətinə təkrar yoxlanılır və həmin ayın 30-dək qeydlərin dürüstləşdirilməsi başa çatdırılır.[4]

Müvəqqəti yaşayan şəxslərin siyahısı (2 ¹-li forma) hər il yanvarın 1-i vəziyyətinə tərtib edilir və bütün il boyu müvafiq qeydlər aparılır.

7. Ev təsərrüfatlarının uçotu kitablarının məlumatlarından əhalinin milli və sosial mənsubiyyətinin, cins və yaş tərkibinin müəyyən edilməsi, mövcud torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsi, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, heyvanlar, quşlar və arı ailələri haqqında məlumatların əldə edilməsi, seçkilərdə və referendumlarda iştirak etmək hüququna malik olan şəxslərin siyahılarının müəyyən edilməsi və s. məqsədlər üçün istifadə edilir.

8. Şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyətləri və rayon (şəhər) statistika idarələri ev təsərrüfatlarının uçotu kitablarına və müvəqqəti yaşayan şəxslərin siyahılarına daxil edilən məlumatların dolğunluğunu yoxlayır, aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında məsul şəxsə kömək edirlər.

 

II. Ev təsərrüfatlarının uçotu kİtabında (1 ¹-li forma) TƏSƏRRÜFATLARIN ŞƏXSİ HESABLARININ AÇILMASI VƏ BAĞLANMASI QAYDALARI

 

1. Ev təsərrüfatlarının uçotu kitablarının titul səhifəsində şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsinin adı yazılır, həmin inzibati ərazi dairəsi üzrə bu kitabla əhatə olunmuş ünvanlar haqqında məlumatlar qeyd olunur.

Şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə bütün ev təsərrüfatlarının uçotu kitabları doldurulduqdan sonra onlar bir-birinin ardınca nömrələnir.

2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır. Daimi yaşayan kirayənişinlər ev sahibinin təsərrüfat üzvlərinin siyahısına daxil edilməməli və onlar üçün ayrıca şəxsi hesab açılmalıdır.

Əgər şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində ev sahibi daimi deyil, müvəqqəti (məsələn, yay mövsümündə) yaşayırsa, onda belə təsərrüfatlar (bağ evləri) ev təsərrüfatlarının uçotu kitabına daxil edilmir və bu təsərrüfatlar haqqında məlumatlar məsul şəxs tərəfindən xüsusi siyahıda qeydə alınır.

3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir.

Şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslər ev təsərrüfatlarının uçotu kitabına deyil, müvəqqəti yaşayan şəxslərin siyahısına - 2 ¹-li formaya yazılır.

4. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsindəki bütün təsərrüfatlar başdan-başa gəzilərək müvafiq məlumatlar ev təsərrüfatlarının uçotu kitabına yazıldıqdan sonra, təsərrüfatların şəxsi hesabları bütünlükdə şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə ardıcıllıq qorunmaqla arası kəsilmədən nömrələnir. Ev təsərrüfatlarının uçotu kitabı açılandan sonra yaşayış məntəqəsində yeni təsərrüfat yaranarsa, ona müvafiq inzibati ərazi dairəsi üzrə növbəti nömrə verilir.

5. Təsərrüfatın şəxsi hesab nömrəsi ev təsərrüfatlarının uçotu kitabının açıldığı dövr ərzində (beş il) dəyişilmir.

Yerli statistika idarələri və digər orqanlar tərəfindən təsərrüfatların siyahısı tərtib edilərkən, onlara bildiriş, çağırış vərəqəsi və sair sənədlər yazılarkən şəxsi hesab nömrəsinə istinad edilir.

Bu və ya digər ev təsərrüfatının bütün üzvləri şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsi daxilindəki bir məhəllədən, prospektdən, küçədən, evdən (binadan), mənzildən digərinə daimi yaşamağa köçdükdə şəxsi hesabın nömrəsi dəyişmir.

Ev təsərrüfatının başçısı vəfatı ilə əlaqədar və digər səbəblərə görə həmin təsərrüfatın tərkibindəki başqa şəxslə əvəz edilərsə şəxsi hesabın nömrəsi dəyişmir. Belə hallarda təsərrüfatın şəxsi hesabının 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinə aşağıdakı dəyişikliklər edilməlidir:

- 1-ci sətirdə təsərrüfatın sabiq başçısının soyadı, adı və atasının adı üzərindən xətt çəkilir;

- 2-ci sətrin təsərrüfatın yeni başçısına aid qrafasında mövcud yazının üzərindən xətt çəkilərək əvəzində “X” işarəsi qeyd edilir və həmin sətirdə təsərrüfatın digər üzvlərinin ona münasibətdə qohumluq əlaqələrinə dair müvafiq düzəlişlər edilir.

6. Təsərrüfat bölündükdə mövcud təsərrüfatın tərkibindən ayrılan şəxslər şəxsi hesabdan çıxarılır və şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin onlara aid sütununda çarpaz xətt çəkilir. Yeni yaranmış təsərrüfat üçün isə yerləşdiyi ərazi üzrə müvafiq ev təsərrüfatlarının uçotu kitabında yeni şəxsi hesab açılır. “Əlavə məlumatlar” adlı bölmədə isə həmin təsərrüfatlar üzrə müvafiq olaraq aşağıdakı qeydlər aparılır: “____ nömrəli təsərrüfat bölünmüşdür”,  “____ nömrəli təsərrüfatdan ayrılmışdır” və təsərrüfatın bölünməsini rəsmiləşdirən sənədin adı və tarixi göstərilir.

7. Ayrı-ayrı təsərrüfatlar birləşdikdə (məsələn, təsərrüfat üzvləri evlənərkən) onlardan birinin şəxsi hesab nömrəsı saxlanılır. Bu zaman həmin şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” və digər bölmələrinə müvafiq qeydlər əlavə edilir, “Əlavə məlumatlar” adlı bölməsində isə “____ nömrəli təsərrüfat ilə birləşmişdir” sözləri yazılır. Digər təsərrüfatın şəxsi hesabı isə bağlanır və onun yuxarı hissəsində “___ nömrəli təsərrüfatla birləşdiyinə görə şəxsi hesab ________ tarixdə bağlanmışdır” sözləri yazılır.

8. Təsərrüfat ləğv olunduğu təqdirdə, yaxud onun bütün üzvlərinin şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsindən kənara köçüb getdiyi halda ev təsərrüfatlarının uçotu kitabında həmin təsərrüfatın şəxsi hesabı üzərindən çarpaz xətt çəkilməklə bağlanılır və onun “Əlavə məlumatlar” hissəsində bağlanma tarixi və səbəbi göstərilməklə qeyd aparılır.

Bağlanmış şəxsi hesabların nömrəsi boş qalmalı və yeni yaranmış təsərrüfatlara verilməməlidir.

9. Ev təsərrüfatlarının uçotu kitablarında (1 ¹-li forma) qeydə alınmış ev təsərrüfatlarından hər hansı birinə dair məlumatların axtarışını asanlaşdırmaq məqsədilə titul səhifəsindən əvvəl kitabın üz qabığında “Təsərrüfat başçısının soyadının ilk hərfinə görə ev təsərrüfatlarının əlifba üzrə axtarış cədvəli” verilmişdir. Məsul şəxs ev təsərrüfatlarının uçotu kitabını doldurduqdan sonra hər bir təsərrüfatın üzvlərinin yazıldığı səhifənin nömrəsini həmin təsərrüfatın başçısının soyadının ilk hərfinə uyğun olaraq axtarış cədvəlinin müvafiq sətrində ardıcıl sıralama qaydasında qeyd edir. Məsələn, ev təsərrüfatlarının uçotu kitabında qeydə alınmış təsərrüfatlardan başçısının soyadının ilk hərfi “U” ilə başlayan 5 təsərrüfat vardır və onlar kitabın 8, 24, 28, 76 və 88-ci səhifələrində qeydə alınmışlar. Bu zaman axtarış cədvəlində “U” hərfinin qarşısındakı sətirdə 8, 24, 28, 76, 88 rəqəmləri yazılmalıdır.

 

III. Ev təsərrüfatlarının uçotu kİtabı (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI

 

Şəxsi hesab başlıq hissəsindən və aşağıdakı 5 bölmədən ibarətdir:

I. Təsərrüfat üzvlərinin siyahısı;

II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər;

III. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası;

IV. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq;

V. Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı.

Başlıq hissəsində şəxsi hesabın nömrəsi və təsərrüfatın ünvanı qeyd edilir.

 

Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”.

Bu bölmə üzrə cədvəl tərkibində 7 nəfərdən çox üzvü olmayan təsərrüfat üçün nəzərdə tutulmuşdur. Ev təsərrüfatlarının uçotu kitabı açılarkən üzvlərinin sayı 7-dən çox olan təsərrüfatlar üçün 2 və daha artıq (təsərrüfat üzvlərinin sayından asılı olaraq) ardıcıl vərəq ayrılır. Bu zaman həmin təsərrüfat üçün ayrılan bütün vərəqlər bir şəxsi hesab sayılır və şəxsi hesabın digər bölmələrinə dair məlumatlar şəxsi hesabın son səhifəsində əks etdirilərək müvafiq imzalarla təsdiq edilir. Ev təsərrüfatlarının uçotu kitabı açıldıqdan sonra təsərrüfat üzvlərinin sayında artım baş verərsə və bu zaman müvafiq şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsində boş sütun olmazsa, müvafiq qeydlər əlavə vərəq yapışdırmaqla aparılır.

Bu bölmənin 1-ci sətrində əvvəlcə təsərrüfatın həddi-buluğa çatmış üzvlərinin ümumi razılığı ilə müəyyən edilmiş təsərrüfat başçısının, onun ardınca isə təsərrüfatın digər üzvlərinin, o cümlədən müvəqqəti qaib olanların soyadı, adı və atasının adı təhrif və ixtisar edilmədən tam yazılmalıdır.

2-ci “Birinci yazılan şəxslə (təsərrüfat başçısı ilə) qohumluq münasibəti” sətrində təsərrüfat üzvlərinə aid qrafalarda onların təsərrüfat başçısına olan qohumluq münasibəti: “atası”, “anası”, “əri”, “qardaşı”, “bacısı”, “oğlu”, “qızı” və sair yazılır. Təsərrüfat üzvləri arasında bir-birinə, yəni təsərrüfat başçısına deyil, təsərrüfatın başqa üzvlərindən birinə olan qohumluq münasibətini yazmaq olmaz.

Təsərrüfat üzvlərinin qəyyumluğunda və ya himayəçiliyində olan uşaqlar üçün həmin qrafada “qəyyumluqda” və ya “himayədə” sözləri yazılır. Uşaqlar haqqındakı bütün məlumatlar, onların valideynlərinin (yaxud onları əvəz edən şəxslərin) ifadələrinə əsasən yazılır.

3-cü “Cinsi” sətrində uşaqlar da daxil olmaqla müvafiq olaraq “kişi” və ya “qadın” sözü yazılır.

4-cü “Doğulduğu tarix (gün, ay, il) və yer” sətrində müvafiq sənədlər (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə) əsasında hər bir təsərrüfat üzvünün doğulduğu gün, ay, il və yerin adı göstərilir. Bu zaman, Azərbaycanda doğulmuş şəxslər üçün doğum tarixinə dair qeyddən sonra yalnız rayon və yaşayış məntəqəsinin – kəndin, qəsəbənin və şəhərin adı göstərilir. Başqa ölkədə doğulmuş şəxslər üçün isə ölkənin adını da göstərmək lazımdır. Bu sətrin qrafasında doğum tarixi əvəzinə yaş sayının göstərilməsi yolverilməzdir.

5-ci “Milliyyəti” sətrində təsərrüfat üzvü özünü hansı milliyyətə aid edirsə, o milliyyətin adı yazılmalıdır. Yetkinlik yaşına çatmayan uşaqların milliyyətini onların valideynləri, yaxud valideynlərini əvəz edən şəxslər müəyyən edirlər.

6-cı “Bu ünvanda daimi yaşayır” sətrində təsərrüfat üzvlərinin bu ünvanda neçənci ildən daimi yaşadığı qeyd edilir.

7-ci “Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; peşə; tam orta; ümumi orta; ibtidai; təhsili yoxdur, lakin oxuyub yazmağı bacarır; savadsızdır” sətrində, təsərrüfat üzvlərinin malik olduqları təhsil səviyyəsi qeyd edilir. Bu sətir 6 yaşından başlayaraq, həm oxuyan, həm də oxumayan bütün şəxslər üçün doldurulur. Bunun üçün aşağıda göstərilənləri rəhbər tutmaq lazımdır: [5]

“Ali” - ali təhsil müəssisələrini bitirərək müvafiq diplom almış, eləcə də fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi olan şəxslər üçün qeyd olunur;

“Orta ixtisas” – hər hansı texnikum (kollec), yaxud digər orta ixtisas təhsili müəssisələrini bitirərək müvafiq diplom almış şəxslər üçün qeyd edilir;

Peşə” - ümumi orta və ya tam orta təhsil bazasında peşə təhsili müəssisələrini (peşə liseylərini, peşə məktəblərini) bitirərək müvafiq sənəd almış şəxslər üçün qeyd edilir;

“Tam orta təhsil” – 10 illik və ya 11(12) illik tam orta ümumtəhsil məktəblərini, lisey və ya gimnaziyaları bitirərək attestat almış şəxslər üçün qeyd edilir;

“Ümumi orta təhsil” – 7 illik, 8 illik və ya 9 illik məktəbləri, 1961-ci və əvvəlki illərdə 7-ci, 1963-1989-cu illərdə 8-ci, 1990-cı və sonrakı illərdə 9-cu sinfi, əsas ümumtəhsil məktəbini (ümumi orta təhsil müəssisələrini), 10 illik məktəblərin 9-cu sinfini, 11(12) illik məktəblərin 10-cu (11-ci) sinfini bitirmiş, 1961/1962-ci və ondan əvvəlki tədris illərində 8-ci sinifdən və istənilən ildə peşə məktəblərinin (liseylərinin) 9-11-ci siniflərindən çıxmış və bütün hallarda təhsilini davam etdirməmiş şəxslər, eləcə də 10-11-ci siniflərdə oxuyan şagirdlər üçün qeyd olunur;

“İbtidai təhsil” – ibtidai ümumtəhsil məktəbini, 1972-1989-cu illərdə 3-cü sinfi, 1991-ci və sonrakı illərdə 4-cü sinfi bitirmiş, 1972/1973 – 1988/1989-cu tədris illərində 4-8-ci,  1989/1990 və sonrakı tədris illərində 5-9-cu siniflərdən çıxmış və bütün hallarda təhsilini davam etdirməmiş şəxslər, eləcə də 5-9-cu siniflərdə oxuyan şagirdlər üçün qeyd olunur;

“Təhsili yoxdur” - 6 və ondan yuxarı yaşlarda ibtidai təhsili də olmayan, lakin oxumağı və yazmağı, yaxud yalnız oxumağı bacaran şəxslər üçün qeyd olunur;

“Savadsızdır” - 6 və ondan yuxarı yaşlarda olan və oxumağı belə bacarmayan şəxslər üçün qeyd olunur.

Ümumi təhsil verməyən məktəbləri (məsələn, kənd təsərrüfatı mexanizatorlarını hazırlayan kursları, mühasibatlığa, kompyuter istifadəçiliyinə dair və digər bu tipli kursları, təkmilləşdirmə və ixtisasartırma kurslarını) bitirmiş şəxslər, habelə həmin məktəblərdə oxuyan şagirdlər üçün bu cür məktəblərə daxil olana qədər malik olduqları təhsil səviyyəsi yazılır.

Qiyabi və axşam məktəblərini bitirənlər, habelə müstəqil hazırlaşıb eksternat yolu ilə imtahan verib məktəbi bitirən şəxslər müvafiq məktəbləri bitirənlərə bərabər tutulur.

Qeyd: Təsərrüfatın üzvü öz təhsil səviyyəsini müəyyənləşdirməkdə çətinlik çəkirsə, bu zaman 1-ci bölmənin 8-ci sətrində onun bitirmiş olduğu məktəbin adı, yaxud hansı ildə neçənci sinfi bitirdiyi yazılmalıdır.

8-ci “Təhsil alanlar üçün göstərmə­li:  təh­sil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs” sətri üzrə müvafiq il üçün məlumatlar hər il yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı doldurulur. Həmin sətirdə şagirdlərin və ya tələbələrin təhsilalma formasından (əyani, qiyabi, distant və ya sərbəst (eksternat) asılı olmayaraq oxuduqları təhsil müəssisələrinin adları, hansı sinifdə, yaxud kursda oxuduqları, habelə onların hansı şəhərdə, yaxud kənddə yerləşdikləri mütləq göstərilməlidir. Məsələn, Saatlı şəhəri 5 ¹-li tam orta məktəbin 3-cü sinfində; Cəbrayıl rayonu, Xəlifəli qəsəbə tam orta məktəbin 3-cü sinfində;  Quba rayonunun Qonaqkənd qəsəbəsi, 1 ¹-li tam orta məktəbin 9-cu sinfində, Gəncə  şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda, Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 1-ci kursunda və s.

Təsərrüfatın heç bir yerdə oxumayan, yaxud davamiyyəti bir ildən az olan kurslarda

oxuyan, yaxud dərnəklərdə məşğul olan üzvləri üçün həmin sətirlərdə heç bir qeyd yazılmır.

9-cu “İş yeri və vəzifəsi” sətri üzrə müvafiq il üçün işləyən təsərrüfat üzvlərinə dair məlumatlar (işlədiyi müəssisənin, idarənin, təşkilatın adı və tutduğu vəzifə) hər il yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı doldurulur. Məsələn, H.Aslanov adına dövlət kənd təsərrüfatı müəssisəsində aqronom, Ağsu şəhəri “Aqroservis” müəssisəsində mühasib, Bahar qəsəbə kitabxanasında kitabxanaçı və s. Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün fərdi sahibkar, çəkməçi, dərzi, bərbər, elektrik, dülgər və s. yazılır. İdarə və müəssisələrdə çalışan muzdlu işçilər üçün müəllim, həkim, aqronom, mühasib, iqtisadçı, sürücü və s. yazılır.

Daimi iş yeri olmayan, yalnız mövsümi işlərdə, habelə daimi yaşadığı yerdən kənarda çalışan şəxslər üçün onların sonuncu iş yeri yazılır.

İşi və qazancı, torpaq payı olmayan, işə başlamağa hazır olub Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər üçün “işsiz şəxs” sözü yazılır. [6]

İşində baş vermiş sonrakı dəyişikliklər (əgər olubsa) haqqında qeydlər məsul şəxs tərəfindən ev təsərrüfatlarının uçotu kitablarının başdan-başa yoxlanması və dürüstləşdirilməsi zamanı aparılır.

10-cu “Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər” sətrinin 1-ci qrafasında ev təsərrüfatlarının uçotu kitabı açılan zaman qaib olan, yaxud ev təsərrüfatlarının uçotu kitabı açıldıqdan sonra ilk dəfə müvəqqəti olaraq təsərrüfatdan çıxıb gedən şəxslər  haqqında qeydlər aparılır. Məsələn, “2016-cı ilin iyulunda hərbi xidmətə”, “2016-cı ilin sentyabrında Rusiyaya işləməyə”, “2017-ci ilin avqustunda təhsil almağa” və s.

Həmin şəxslərin geri qayıtmaları haqqında qeydlər 10-cu sətrin növbəti qrafasında, təkrar müvəqqəti getməsi və geri qayıtması halları baş verdikdə isə bu sətrin digər qrafalarında aparılır.

Qeydlər il ərzində müntəzəm olaraq aparılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı bu qeydlər təkrar yoxlanılır.

Müvəqqəti qaiblər kateqoriyasına aşağıdakılar aid edilir:

- ali, orta ixtisas, peşə, ümumi təhsil müəssisələrində, o cümlədən internat məktəblərində təhsil aldığı müddətdə şəhər, qəsəbə, sahə inzibati ərazi dairələrindən kənarda yaşayan şəxslər; [7]

- şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsindən kənarda (o cümlədən xarici ölkələrdə) işləyən və işlədiyi yerdə müvəqqəti yaşayan şəxslər;

- müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər;

- azadlıqdan məhrumetmə müəssisələrində cəza çəkən şəxslər;

- şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsindən kənarda yerləşən ahıllar, əlilliyi olan şəxslər üçün internat evlərində və uşaq  evlərində yaşayan şəxslər;[8]

- şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsindən kənarda yerləşən xəstəxanalarda uzunmüddətli müalicə alan şəxslər;

- şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində qeydiyyatda olan, lakin faktiki olaraq onun hüdudlarından kənarda müvəqqəti yaşayan şəxslər.

Yuxarıda qeyd olunan və təsərrüfatın digər üzvləri ilə əlaqə saxlayan şəxslər üçün müvəqqəti qaiblik müddəti tətbiq edilmir. Bu müddət təhsilin, müalicənin və sair halların başa çatması üçün zəruri olan vaxta görə müəyyənləşdirilir.

11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı  ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir.

Məsələn, “2018-ci ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2018-ci ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02.2018-ci il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1-i  vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır.

Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir.

Qeyd: Ev təsərrüfatlarının uçotu kitablarında ölənlər haqqında məlumatlar (öldüyü gün, ay, il) bütün il boyu Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı kitablarında aparılmış qeydlər və ya Ölüm haqqında şəhadətnamə əsasında yazılır.

12-ci “Daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər” sətrində müvafiq inzibati ərazi dairəsinə daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər aparılır. Məsələn, “2018-ci ilin aprel ayında, Samux rayonunun Salahlı kəndindən”.

Eyni şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsi üzrə bir təsərrüfatdan başqa təsərrüfata gəlmiş, yaxud əvvəllər 2 ¹-li forma üzrə müvəqqəti yaşayanların uçotunda olub şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində daimi məskunlaşmış şəxslər 12-ci sətirdə heç bir qeyd aparılmadan ev təsərrüfatlarının uçotu kitablarında müvafiq təsərrüfatların şəxsi hesabına daxil edilirlər. Müvəqqəti qaiblikdən qayıdan şəxslər barədə də bu sətirdə heç bir qeyd aparılmır. Yeni gələnlər haqqında qeydlər ev təsərrüfatlarının uçotu kitablarına bütün il boyu yazılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır.

13-cü “Pensiya və müavinət alan şəxslər haqqında qeydlər; pensiya növünün və ya əlillik dərəcəsinin sonrakı dəyişiklikləri” sətrində yaşa, əlilliyə (əlillik dərəcəsi göstərilməklə) və ya ailə başçısını itirməyə görə pensiya və müavinət alan şəxslərə dair qeydlər aparılır. Bu qeydlər pensiya kitabçaları, tibbi sosial ekspert komissiyaları tərəfindən verilmiş arayışlar və  s. əsasında aparılır. Məsələn: “Yaşa görə pensiyaçı”, “1-ci qrup Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs”, “ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlilliyi olan şəxs” və s. sözləri yazılır.

Pensiyanın növü və ya əlillik dərəcəsi dəyişərsə, bu zaman əvvəlki yazının üstündən xətt çəkilir və həmin qrafada tarixi göstərilməklə dəyişikliyə uyğun yeni qeyd aparılır.[9]

14-cü “Hərbi mükəlləfiyyəti, uçota alındığı tarix və yer” sətrində 18 yaşdan yuxarı kişi cinsindən olan təsərrüfat üzvünün hərbi mükəlləfiyyətə münasibəti və onun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansı yerli qurumunda (yalnız yerləşdiyi şəhərin, rayonun adı göstərilməklə) və hansı tarixdən uçota alındığı barədə məlumat qeyd edilir.

15-ci “Əlaqə telefonları, elektron poçt ünvanı” sətrində təsərrüfat başçısının ev və (və ya) mobil telefon nömrələri, eləcə də  elektron poçt ünvanı (əgər varsa) yazılır.

 

İkinci bölmə  “Təsərrüfatın xüsusi  mülkiyyətində və (və ya) istifadəsində olan tikililər”.

Bu bölmədə təsərrüfata məxsus  fərdi yaşayış evi, mənzil, yataqxana və digər  tikililərə dair məlumatlar müvafiq sətirlər üzrə suallara uyğun olaraq yazılır.

1-ci “Fərdi yaşayış evi, mənzil, yataqxana, digər. Tikildiyi il _____” bəndində fərdi yaşayış evi, mənzil, yataqxana, digər sözlərindən uyğun gələninin altından xətt çəkilməli, eyni zamanda neçənci ildə tikildiyi yazılmalıdır. “Digər” sözünün altından xətt çəkilərsə, “Əlavə məlumatlar” hissəsində açıqlanması qeyd edilməlidir.

1.1-ci “Ümumi sahəsi” sətri doldurularkən nəzərə alınmalıdır ki, hər bir yaşayış evinin (mənzilin) ümumi sahəsinə aşağıdakılar toplama yolu ilə daxil edilir:

a) Sobanın (buxarının) yerləşdiyi sahə istisna olmaqla bayır və ara divarlar arasında yerləşən bütün sahə, o cümlədən:

-           bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş otaqların (qonaq və yataq otaqları, kabinet və s.) sahəsi;

-           məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yerləşgələrin (holl, sanitar qovşağı, hamam, mətbəx, dəhliz, yığnaq yeri və digər yardımçı sahələr) sahəsi;

-           hündürlüyü bayır divarlar boyunca 1,6 metrdən, yüksək hissəsi isə 2,7 metrdən az olmayan mansarda mərtəbəsinin sahəsi.

b) Yaşayış evinə (mənzilə) bitişik tikilmiş lociyaların, eyvanların, şüşəbəndlərin, balkonların və terrasların sahəsi.

Ümumi sahənin ölçüsü yaşayış evinin (mənzilin) texniki pasportuna, bu sənəd olmadıqda, yaxud faktiki sahə texniki pasportla düz gəlməyən hallarda isə təsərrüfat başçısının razılığı ilə yaşayış evinin (mənzilin) daxildən ölçülməsinə əsasən tam kvadrat metr hesabı ilə yazılır.

1.2-ci “Otaqların sayı və sahəsi” sətrinə kəsr işarəsindən əvvəl yaşayış evinin (mənzilin) bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş otaqlarının sayı, kəsr işarəsindən sonra isə onların məcmu sahəsi (kvadrat metrlə) yazılır.

Əgər yaşayış evi (mənzil) təcrid olunmuş şəkildə və hər birinin ayrıca girişi olmaq şərtilə iki və daha çox təsərrüfata məxsusdursa, o zaman bu təsərrüfatların hər birinin şəxsi hesabının “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər” bölməsinin 1.1 və 1.2-ci sətirlərində onun yalnız müvafiq hissəsinin ümumi sahəsi və bu hissədə yerləşən otaqların sayı və məcmu sahəsi göstərilir.

Yaşayış evinin (mənzilin) hər hansı bir hissəsi təsərrüfatların ümumi istifadəsində olan hallarda 1.2-ci sətirdə konkret təsərrüfata məxsus otaqların sayı və məcmu sahəsi qeyd edilir, 1.1-ci sətrə isə həmin təsərrüfata aid ümumi sahənin üzərinə ümumi istifadədə olan sahənin təsərrüfatların sayına bölünməsindən alınan nisbət gəlindikdən sonra alınan rəqəm yazılır. Məsələn: ümumi sahəsi 100 kv.m. və hər birinin sahəsi 20 kv.m. olan 3 otaqdan ibarət mənzil məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş və məcmu sahəsi 35 kv.m. olan yerləşgələr ümumi istifadədə saxlanılmaqla 2 təsərrüfat arasında, birinə 1 otaq (qarşısında 5,0 kv.metrlik balkon ilə), digərinə isə 2 otaq ayrılmaqla bölünmüşdür. Bu zaman birinci təsərrüfata aid şəxsi hesabın müvafiq bölməsinin 1.2-ci sətrində kəsr işarəsindən əvvəl “1”, ondan sonra “20” rəqəmi qeyd edilir. 1.1-ci sətrə isə onun istifadəsində olan 25 kv.m. ümumi sahənin (20 kv.m. otaq + 5 kv.m. balkon) üzərinə ümumi istifadədə olan sahənin (35 kv.m.) təsərrüfatların sayına (2) bölünməsindən alınan nisbət (17,5) gəlindikdən sonra alınan rəqəm (42,5) yazılır. İkinci təsərrüfata aid həmin sətirlərdə müvafiq olaraq 2/40 və 57,5 (40 + 17,5) rəqəmləri yazılır.

Yaşayış evi (mənzil) iki və daha çox təsərrüfata məxsus olduqda bu təsərrüfatların hər birinin şəxsi hesabının “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər” bölməsinin başlığının qarşısındakı boş yerdə həmin yaşayış evinin (mənzilin) birgə sahibi hesab olunan digər təsərrüfatın (təsərrüfatların) şəxsi hesabının nömrəsi yazılır.

Əgər təsərrüfata eyni ünvanda iki yaşayış evi (mənzil) məxsusdursa, o zaman bu bölmənin sətirlərində hər bir yaşayış evi (mənzil) üzrə məlumatlar kəsr xətti ilə yazılır, kəsrin surətində birinci yaşayış evi (mənzil), məxrəcində isə ikinci yaşayış evi (mənzil) üzrə məlumatlar qeyd olunur. Digər ünvanlarda (yaşayış məntəqələrində) da təsərrüfata məxsus yaşayış evi (mənzil) olarsa, bu barədə məlumatlar şəxsi hesabın “Əlavə məlumatlar” hissəsində qeyd edilir.

Yaşayış evi (mənzil) təsərrüfata məxsus olmadıqda həmin şəxsi hesabın “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər” bölməsinin başlığının qarşısındakı boş yerdə “Evi (mənzili) kirayəyə götürür”, “müəssisənin (təşkilatın) adı

məxsus evdə yaşayır” və s. məzmunda qeydlər aparılır. Həmin təsərrüfatın digər ünvanda (yaşayış məntəqəsində) yaşayış evi (mənzili) olarsa, bu barədə məlumatlar şəxsi hesabın “Əlavə məlumatlar” hissəsində qeyd edilir.

1.3-cü “Mərtəbəliliyi / liftlə təminat” sətrində kəsr işarəsindən əvvəl yaşayış evinin və ya mənzilin yerləşdiyi binanın mərtəbələrinin ümumi sayı qeyd edilir, kəsr işarəsindən sonra isə bu tikilidə liftin mövcudluğundan asılı olaraq “var” və ya “yox” sözü yazılır.

1.4-cü “Aid olduğu mənzil fondu” sətrində uyğun gələn mülkiyyət forması qeyd edilir: yaşayış evi (mənzil) xüsusi mənzil fonduna (fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri) aid olduqda “Ö”, dövlət mənzil fonduna (mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələri) aid olduqda “D”, bələdiyyə mənzil fonduna (bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələri) aid olduqda isə “B” hərfi yazılır.[10]

1.5-ci “Təyinatı” sətri yalnız dövlət və ya bələdiyyə mənzil fonduna aid olan yaşayış evləri (mənzillər) üzrə doldurulur və bu zaman istifadə məqsədlərinə uyğun olaraq onlar sosial təyinatlı mənzil fonduna (dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələri) aid olduqda “S”, xüsusi təyinatlı mənzil fonduna (ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələri) aid olduqda isə “X” hərfi yazılır.

 

Bu bölmənin 2-ci “Yardımçı tikililər” sətrində yaşayış evindən (mənzildən) ayrı tikilmiş tikililərin (mətbəxlərin, hamamların, sanitar qovşaqlarının, anbarların, samanlıqların, mərəklərin, dincəlmək üçün xüsusi yerlərin, qarajların və s.) ümumi sahəsi yazılır.

2.1-2.3-cü sətirlərdə bu tikililərin ayrı-ayrılıqda adları yazılmaqla qarşısındakı qrafada sahəsi qeyd edilir.

 

Bu bölmənin 3-cü “Mənzil-məişət şəraiti” bəndinin sətirlərində yaşayış evinin (mənzilin) kommunal şəraitinə və telekommunikasiya xidmətləri ilə təminatına dair qeydlər aparılır.

3.1-ci “Su təchizatı” sətri: əgər yaşayış evinə (mənzilə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgəyə mərkəzləşdirilmiş su təchizatı sistemindən və ya fərdi qaydada digər su mənbələrindən (su quyusu, çay, bulaq və s.) çəkilmiş ayrıca boru  xətti ilə  su daxil olursa, yaşayış evi (mənzil) su ilə təchiz edilmiş hesab olunur.

3.2-ci “Sanitar qovşağı” sətri: əgər yaşayış evində (mənzildə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgədə sanitar qovşağı (tualet) mövcuddursa, yaşayış evi (mənzil) sanitar qovşağı ilə təchiz edilmiş hesab olunur.

3.3-cü “Vanna və ya duş” sətri: əgər yaşayış evində (mənzildə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş və kanalizasiya xətti ilə təmin olunmuş yerləşgədə (sanitar qovşağında, hamamda) isti su təchizatından asılı olmayaraq, vanna və ya duş quraşdırılmışdırsa, yaşayış evi (mənzil) vanna və ya duş ilə təchiz edilmiş hesab olunur. Kanalizasiya xətti olmadıqda yaşayış evi (mənzil) vanna və ya duş ilə təchiz olunmuş hesab edilmir, yəni 3.5-ci sətirdə “yox” sözü yazılarsa, bu sətirdə də vannanın və ya duşun olub-olmamasından asılı olmayaraq “yox” sözü qeyd olunmalıdır.

3.4-cü “İsti su təchizatı” sətri: əgər yaşayış evinə (mənzilə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgəyə mərkəzləşdirilmiş qaydada və ya fərdi su qızdırıcıları (kolonka, kombi və s.) vasitəsilə isti su verilirsə, yaşayış evi (mənzil) isti su ilə təchiz olunmuş hesab edilir.

3.5-ci “Kanalizasiya xətti” sətri: əgər yaşayış evindən (mənzildən), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş və su ilə təmin olunan yerləşgədən (sanitar qovşağından, hamamdan) tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya sisteminə və ya fərdi kanalizasiya qurğularına (hopdurucu quyulara, çökdürücülərə və s.) axıdılması təmin olunursa, yaşayış evi (mənzil) kanalizasiya xətti ilə təchiz edilmiş hesab olunur. Su ilə təchiz olunmayan yaşayış evi (mənzil) kanalizasiya xətti ilə təchiz edilmiş hesab olunmur, yəni 3.1-ci sətirdə “yox” sözü yazılarsa, bu sətirdə də mütləq “yox” sözü qeyd olunmalıdır.

3.6-cı “İstilik sistemi” sətri: əgər yaşayış evində (mənzildə) daxili paylayıcı istilik şəbəkəsi mövcuddursa və ona mənbəyindən (istilik-enerji müəssisələrindən, istilik qazanxanalarından, fərdi avtomatik su qızdırıcısından (kombidən) və s.) asılı olmayaraq istilik enerjisi daxil olursa, yaşayış evi (mənzil) istilik sistemi ilə təchiz edilmiş hesab olunur. Sobalardan, buxarılardan, məişət kondisionerlərindən, səyyar elektrik cihazlarından istifadə edilməklə qızdırılan yaşayış evi (mənzil) istilik sistemi ilə təchiz edilmiş hesab olunmur.

3.7-ci “Qaz təchizatı” sətri: əgər yaşayış evi (mənzil), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgə mərkəzləşdirilmiş qazpaylayıcı şəbəkə vasitəsilə təbii və ya fərdi qaydada maye (qaz  balonu ilə) qazla təmin olunursa, yaşayış evi (mənzil) qazla təchiz edilmiş hesab olunur.

3.8-ci “Stasionar telefon” sətri: əgər yaşayış evində (mənzildə) telefon rabitəsi xidmətləri göstərən müəssisədən çəkilmiş xəttə qoşulmuş telefon aparatı mövcuddursa, yaşayış evi (mənzil) stasionar telefonla təchiz edilmiş hesab olunur.

3.9-cu “İnternet” sətri: təsərrüfat üzvlərinin internetə yalnız sabit çıxışı varsa, yəni internetə qoşulma internet xidmətləri göstərən operatorlardan (provayderlərdən) çəkilmiş xətlə (telefon xətti, kabel televiziyası xətti, ayrıca çəkilmiş optik kabel) həyata keçirilirsə, kəsr işarəsindən əvvəl “var”, kəsr işarəsindən sonra isə “yox” sözü yazılır. İnternetə çıxış yalnız mobil və ya simsiz radiotexnologiyalar vasitəsilə (mobil telefondan, data kartdan, USB modemdən və s. istifadə etməklə) həyata keçirilirsə kəsr işarəsindən əvvəl “yox”, kəsr işarəsindən sonra isə “var” sözü yazılır. İnternetə çıxış hər iki üsulla həyata keçirildikdə kəsr işarəsindən əvvəl də, sonra da “var” sözü, internetə çıxış olmadıqda isə hər iki halda “yox” sözü yazılır.

Qeyd: Yaşayış evi (mənzil) su (3.1-ci sətir), isti su (3.4-cü sətir), kanalizasiya xətti (3.5-ci sətir), istilik sistemi (3.6-cı sətir) və qazla (3.7-ci sətir) mərkəzləşdirilmiş qaydada (paylayıcı müəssisələr tərəfindən) təchiz edildikdə “M”, fərdi qaydada (təsərrüfatın özü tərəfindən) təchiz edildikdə “F” hərfi, təchiz olunmadıqda isə “yox” sözü qeyd olunmalıdır. 3.2, 3.3 və 3.8-ci sətirlərdə isə “var” və ya “yox” sözləri yazılır.

Mövcud olan hər hansı kommunal və telekommunikasiya xidməti növündən müvəqqəti olaraq (məsələn, təmir nəticəsində) istifadə edilmədikdə belə, yaşayış evi (mənzil) bu xidmət növü ilə təchiz olunmuş hesab edilir.

Əgər yaşayış evi (mənzil) iki və daha artıq təsərrüfata məxsusdursa və mövcud olan kommunal və telekommunikasiya xidmətlərindən onların hamısı istifadə edirsə, bu zaman təsərrüfatların hər biri həmin xidmətlərlə təchiz olunmuş hesab edilir və bu barədə müvafiq qeydlər onların şəxsi hesablarında əks etdirilir.

 

Üçüncü bölmə “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası”.

Bu bölməyə texniki vəziyyətindən asılı olmayaraq təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikasının sayı yazılır.

1-ci sətrə minik avtomobillərinin, 2-ci sətrə isə yük avtomobillərinin sayı yazılır.

3-cü sətrə traktorların ümumi sayı yazılır.

3.1 və 3.2-ci sətirlərə traktorların ümumi sayından müvafiq olaraq tırtıllı və təkərli traktorların sayı yazılır.

4-7-ci sətirlərə müvafiq olaraq taxılyığan kombayn, ot və küləş presləyən, kotan və taxılsəpənlərin sayı yazılır.

8-ci sətrə digər texnika və avadanlıqların ümumi sayı, 8.1-8.3-cü sətirlərdə isə onların ayrı-ayrılıqda növü və sayı yazılır.

 

Dördüncü bölmə “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq”.

Bu bölmənin 1-ci bəndi üzrə sətirlər təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan kənd təsərrüfatına yararlı torpaqların tam uçotunun aparılması və onların suvarılma üsulunun müəyyənləşdirilməsi üçün doldurulur.

1.1-ci “Təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaq” sətrinə torpaq islahatı zamanı verilmiş pay torpaqları da daxil olmaqla təsərrüfatın mülkiyyətində və (və ya) qanuni istifadəsində olan və təsərrüfatın bilavasitə özü tərəfindən kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların ümumi sahəsi qeyd edilir.

1.1.1-ci  “həyətyanı sahə” sətrinə 1.1-ci sətirdən yalnız həyətyanı torpağın sahəsi yazılır.

1.2-ci “İcarəyə götürülmüş torpaq” sətrinə icarəyə götürülmüş torpaqların ümumi sahəsi yazılır.

1.2.1-ci sətrə icarəyə götürülmüş dövlət mülkiyyətində olan torpaqların sahəsi yazılır.

1.2.2-ci sətrə icarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqların sahəsi yazılır.

1.2.3-cü sətrə hüquqi və (və ya) fiziki şəxslərdən pul və ya məhsul müqabilində icarəyə götürülmüş xüsusi mülkiyyətdə olan torpaqların sahəsi yazılır.

1.3-cü “Başqasından əvəzsiz istifadəyə götürülmüş torpaq” sətrinə başqasına məxsus olan, lakin təsərrüfat tərəfindən əvəzsiz olaraq (müqabilində pul və ya məhsul ödənilmədən) kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların sahəsi yazılır.

1.4-cü “İstifadə etdiyi digər torpaqlar” sətrinə digər təyinatlı torpaq fondlarına aid olan (meşə talaları, dəmir yolu zolağı, çay və kanalların kənarları və s.), lakin təsərrüfat tərəfindən müvəqqəti olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların sahəsi yazılır.

1.5-ci “Başqasına icarəyə (istifadəyə) verilmiş torpaq” sətrinə torpaq islahatı zamanı verilmiş pay torpaqları da daxil olmaqla təsərrüfatın mülkiyyətində və (və ya) qanuni istifadəsində olan, lakin təsərrüfatın özü tərəfindən istifadə edilməyən, başqasına icarəyə (istifadəyə) verilən kənd təsərrüfatına yararlı torpaqların sahəsi yazılır.

1.6-cı “Təsərrüfat üzrə - cəmi” sətrinə 1.1, 1.2, 1.3 və 1.4-cü sətirlər üzrə məlumatların cəmindən  1.5-ci sətrin məlumatı çıxıldıqdan sonra alınan fərq yazılır.

1.6.1-ci “dəmyə torpaqlar” sətrinə 1.6-cı “Təsərrüfat üzrə - cəmi” sətrindən dəmyə torpaqların sahəsi yazılır.

1.7-ci “Faktiki suvarılan torpaqlar” sətrinə təbii yerüstü və yeraltı su mənbələri hesabına suvarılan torpaqların ümumi sahəsi yazılır.

1.7.1-ci sətrə 1.7-ci sətirdən təbii yerüstü su mənbələrindən suvarılan torpaqların sahəsi yazılır.

1.7.1.1 və 1.7.1.2-ci sətirlərdə 1.7.1-ci sətirdən müvafiq olaraq öz axını, yaxud nasos vasitəsi ilə suvarılan torpaqların sahələri yazılır.

1.7.2-ci sətrə 1.7-ci sətirdən təbii yeraltı su mənbələrindən suvarılan torpaqların sahəsi yazılır.

1.7.2.1 və 1.7.2.2-ci sətirlərdə 1.7.2-ci sətirdən müvafiq olaraq artezian (suyu təbii təzyiq altında özbaşına çıxan), yaxud subartezian (suyu nasoslar vasitəsi ilə çıxarılan) quyular vasitəsi ilə suvarılan torpaqların sahələri yazılır.

Bu bölmənin 2-ci bəndinin sətirləri 1.6-cı “Təsərrüfat üzrə - cəmi” sətrindən torpaqların istifadə istiqamətləri üzrə bölgüsünə dair məlumatları əks etdirir.

2.1-ci “əkin yeri” sətrinə çoxillik yem bitkilərinin, payızda əkilmiş birillik bitkilərin (buğda, arpa, vələmir və s.) altında olan və yazlıq əkinlərin altına veriləcək torpaqların ümumi sahəsi yazılır.

2.1.1 - 2.1.13-cü sətirlərdə isə 2.1-ci sətirdən əsas bitki növləri üzrə əkinlərin (artıq əkilmiş və yazda əkiləcək) sahələri ayrıca qeyd edilir.

2.2-ci sətrə bütün çoxillik əkmələrin ümumi sahəsi yazılır.

2.2.1 və 2.2.2-ci sətirlərdə isə 2.2-ci sətirdən müvafiq olaraq yalnız üzümlüklərin və çay əkmələrinin sahələri ayrıca qeyd edilir.

2.3-cü sətrə mal-qaranın və digər heyvanların otarılması üçün istifadə edilən örüş sahələrinin cəmi yazılır.

2.4-cü sətrə təbii biçənək sahələrinin cəmi yazılır.

2.5-ci sətrə dincə qoyulmuş torpaq sahələrinin cəmi yazılır.

2.6-cı sətrə kənd təsərrüfatına yararlı, lakin müxtəlif səbəblərdən (su qıtlığı, maliyyə problemləri, texnikanın çatışmazlığı və s.) əkilməyən torpaq sahələrinin cəmi yazılır.

3-cü sətrə təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaqlardan meşə, ağac-kol və tarlaqoruyucu bitkilər altında olan sahələrin cəmi yazılır.

4-cü sətrə təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan digər kateqoriyalı torpaqların (su, yol, tikili və s. altında olan) ümumi sahəsi yazılır.

5-ci “Torpaqlar - cəmi” sətrinə təsərrüfatın istifadə etdiyi  (1.6, 3 və 4-cü sətirlərin cəmi) torpaqların bütövlükdə sahəsi yazılır.

 

Beşinci bölmə “Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı”.

Bu bölmədə heyvanların, quşların və arı ailələrinin sayı barədə məlumatlar təsərrüfat başçısından, yaxud təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvündən sorğu yolu ilə və ya təsərrüfat başçısının razılığı ilə heyvanları naturada (tövlədə, pəyədə) saymaqla yazılır.

Əgər hər hansı bir təsərrüfatda bu bölmədə adları konkret göstərilmiş heyvan növlərindən başqa digər heyvan növləri olarsa, o zaman həmin heyvanların yaşı da göstərilməklə növü (məsələn: dəvə - 6 yaşında, eşşək - 4 yaşında və s.) və sayı 8.1 və 8.2-ci sətirlərin müvafiq qrafalarında yazılmalıdır. Xəzdərili heyvanların (su samuru, qunduz, dovşan və s.) yalnız növləri və sayı qeyd edilir.

Əgər təsərrüfatda şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsindən kənarda yaşayan şəxsə məxsus heyvan, quş və ya arı ailəsi saxlanılırsa, bu barədə məlumat onların saxlanıldığı təsərrüfatın şəxsi hesabındakı “əlavə məlumatlar” hissəsinə qeyd edilir.

1-ci “İribuynuzlu mal-qara, cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq inək və camış naxırına aid bütün heyvanların sayı yazılır.

1.1-ci “İnək naxırı - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq yalnız inək naxırına aid bütün heyvanların sayı yazılır.

1.1.1-ci “inəklər” sətrinə azı bir dəfə doğmuş dişilərin sayı yazılır.

1.1.1.1-ci “onlardan cins” sətrinə “inəklər”dən (1.1.1-ci sətir) daha yüksək məhsuldarlığa və özünə xas keyfiyyətlərini sabit şəkildə öz nəslinə keçirmə qabiliyyətinə malik cins inəklərin (Şvis, Qonur Qafqaz, Qonur Latviya, Qonur Karpat, Qırmızı Eston, Qırmızı düzən, Kostroma, Simmental, Qara-ala, Lebedin, Hallovey, Ağbaş Qazax, Holştin-friz, Zebu, Aberdin-Anqus və s.) sayı yazılır.

1.1.2-ci “törədici buğalar” sətrinə damazlıq üçün istifadə olunan 2 yaşda və daha böyük erkəklərin sayı yazılır.

1.1.2.1-ci “onlardan cins” sətrinə “törədici buğalar”dan (1.1.2-ci sətir) yüksək məhsuldarlığa və özünə xas keyfiyyətlərini sabit şəkildə öz nəslinə keçirmə qabiliyyətinə malik cins buğaların (Şvis, Qonur Qafqaz, Qonur Latviya, Qonur Karpat, Qırmızı Eston, Qırmızı düzən, Kostroma, Simmental, Qara-ala, Lebedin, Hallovey, Ağbaş Qazax, Holştin-friz, Zebu, Aberdin-Anqus və s.) sayı yazılır.

1.1.3-cü “düyələr” sətrinə buğaya gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 2 yaşda və daha böyük dişilərin sayı yazılır.

1.1.4-cü “cöngələr” sətrinə damazlıq üçün istifadə olunmayan 2 yaşda və daha böyük erkəklərin sayı yazılır.

1.1.4.1-ci “kökəlmədə olanlar” sətrinə “cöngələr”dən (1.1.4-cü sətir) kökəlmədə olanların sayı yazılır.

1.1.4.2-ci “iş öküzləri” sətrinə “cöngələr”dən (1.1.4-cü sətir) axtalanmış və iş heyvanı kimi istifadə edilənlərin sayı yazılır.

1.1.5-ci “dişi danalar” sətrinə 1 yaşdan 2 yaşa qədər dişilərin sayı yazılır.

1.1.6-cı “erkək danalar” sətrinə 1 yaşdan 2 yaşa qədər erkəklərin sayı yazılır.

1.1.7-ci “dişi buzovlar” sətrinə 1 yaşa qədər dişilərin sayı yazılır.

1.1.8-ci “erkək buzovlar” sətrinə 1 yaşa qədər erkəklərin sayı yazılır.

1.1.9-cu sətrə 1.1.7-1.1.8-ci sətirlərin cəmindən cinsindən asılı olmayaraq 6 aylığa qədər buzovların sayı yazılır.

1.2-ci “Camış naxırı - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq yalnız camış naxırına aid bütün heyvanların sayı yazılır.

1.2.1-ci “camışlar” sətrinə azı bir dəfə doğmuş dişilərin sayı yazılır.

1.2.2-ci “törədici kəllər” sətrinə damazlıq üçün istifadə olunan 2 yaşda və daha böyük erkəklərin sayı yazılır.

1.2.3-cü “düyələr” sətrinə kələ gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 2 yaşda və daha böyük dişilərin sayı yazılır.

1.2.4-cü “kəllər” sətrinə damazlıq üçün istifadə olunmayan 2 yaşda və daha böyük erkəklərin sayı yazılır.

1.2.4.1-ci “kökəlmədə olanlar” sətrinə “kəllər”dən (1.2.4-cü sətir) kökəlmədə olanların sayı yazılır.

1.2.5-ci “dişi balaqlar” sətrinə 1 yaşdan 2 yaşa qədər dişilərin sayı yazılır.

1.2.6-cı “erkək balaqlar” sətrinə 1 yaşdan 2 yaşa qədər erkəklərin sayı yazılır.

1.2.7-ci “dişi balaqlar” sətrinə 1 yaşa qədər dişilərin sayı yazılır.

1.2.8-ci “erkək balaqlar” sətrinə 1 yaşa qədər erkəklərin sayı yazılır.

1.2.9-cu sətrə 1.2.7-1.2.8-ci sətirlərin cəmindən cinsindən asılı olmayaraq 6 aylığa qədər balaqların sayı yazılır.

2-ci “Qoyunlar - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq qoyunların ümumi sayı yazılır.

2.1-ci “ana qoyunlar” sətrinə azı bir dəfə doğmuş dişilərin sayı yazılır.

2.2-ci “törədici qoçlar” sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı yazılır.

2.3-cü “şişəklər” sətrinə qoça gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 1 yaşda və daha böyük dişilərin sayı yazılır.

2.4-cü “erkək toğlular” sətrinə damazlıq üçün istifadə olunmayan 1 yaşda və daha böyük erkəklərin sayı yazılır.

2.5-ci “quzular” sətrinə cinsindən asılı olmayaraq 1 yaşa qədər qoyun balalarının sayı yazılır.

3-cü “Keçilər - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq keçilərin ümumi sayı yazılır.

3.1-ci “ana keçilər” sətrinə azı bir dəfə doğmuş dişilərin sayı yazılır.

3.2-ci “törədici təkələr” sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı yazılır.

3.3-cü “küərlər” sətrinə təkəyə gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 1 yaşda və daha böyük dişilərin sayı yazılır.

3.4-cü “dıvırlar” sətrinə damazlıq üçün istifadə olunmayan 1 yaşda və daha böyük erkəklərin sayı yazılır.

3.5-ci “çəpişlər” sətrinə cinsindən asılı olmayaraq 1 yaşa qədər keçi balalarının sayı yazılır.

4-cü “Donuzlar - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq donuzların ümumi sayı yazılır.

4.1-ci “9 aylıq və daha böyük ana donuzlar” sətrinə azı bir dəfə doğmuş 9 aylıq və daha böyük dişilərin sayı yazılır.

4.2-ci “törədici qabanlar” sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı yazılır.

4.3-cü “4 aylıqdan 9 aylığa qədər donuzlar” sətrinə cinsindən asılı olmayaraq 4 aylıqdan 9 aylığa qədər donuz balalarının sayı yazılır.

5-ci “Atlar - cəmi” sətrinə cinsindən və yaşından asılı olmayaraq atların ümumi sayı yazılır.

5.1-ci “3 yaşda və daha böyük madyanlar” sətrinə azı bir dəfə doğmuş 3 yaşda və daha böyük dişilərin sayı yazılır.

5.2-ci “törədici ayğırlar” sətrinə damazlıq üçün istifadə olunan 3 yaşda və daha böyük erkəklərin sayı yazılır.

5.3-cü “2 yaşdan 3 yaşa qədər atlar” sətrinə cinsindən asılı olmayaraq 2 yaşdan 3 yaşa qədər atların sayı yazılır.

6-cı “Quşlar - cəmi” sətrinə növündən asılı olmayaraq bütün quşların sayı yazılır.

6.1-ci “Toyuqlar – cəmi” sətrinə toyuqların ümumi sayı, 6.1.1 - 6.1.2-ci sətirlərə isə onların yumurtalıq və ya ətlik istiqaməti üzrə bölgüsü göstərilir.

6.2 - 6.4-cü sətirlərdə müvafiq olaraq hind toyuğu, qaz və ördəklərin sayı yazılır.

7-ci “Arı ailələri” sətrinə bal arılarının pətəklərinin sayı yazılır.

8-ci “Digər heyvan növləri” sətrinə təsərrüfata məxsus olan, lakin bu bölmədə əksini tapmayan heyvan növlərinin ümumi sayı yazılır.  8.1-8.2-ci sətirlərdə isə onların ayrı-ayrılıqda növü və sayı yazılır.

 

IV. MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISINDA (2 ¹-li forma) QEYDLƏRİN APARILMASI QAYDALARI

 

Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul şəxsi hər il yanvar ayının 1-i vəziyyətinə dairənin ərazisində müvəqqəti yaşayan şəxslərin siyahısını  (2 ¹-li forma) tərtib etməlidir. Müvəqqəti yaşayan şəxslər barədə qeydlər daimi yaşayan əhali üzrə olduğu kimi il boyu müntəzəm və dəqiq aparılmalı, onlar müvafiq inzibati ərazi dairəsinə gəldikləri vaxtdan 3 gün ərzində siyahıya (2 ¹-li forma) yazılmalıdırlar.

Müvəqqəti yaşayanlar kateqoriyasına müvəqqəti yaşama müddətindən (təhsilin, müalicənin və sair halların başa çatması üçün zəruri olan vaxtdan) asılı olmayaraq 1,5 aydan artıq müddətə şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsinə gəlmiş aşağıdakı şəxslər aid edilir:

 

- həmin dairənin ərazisində yerləşən təhsil müəssisələrində oxuduğu müddətdə yataqxanalarda, internat məktəblərində, şəxsi evlərdə (mənzillərdə) yaşayanlar;

- həmin dairənin ərazisində yerləşən uşaq evlərində tərbiyə alanlar;

- həmin dairənin ərazisində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində yaşayanlar;

- həmin dairənin ərazisində yerləşən xəstəxanalarda uzun müddət müalicə olunanlar;

- müvəqqəti və mövsümi işə, habelə müqavilə (kontrakt) əsasında işləmək üçün gəlmiş şəxslər;

- həmin dairəyə daxil olmayan yaşayış məntəqələrində daimi qeydiyyatda olan, lakin faktiki olaraq onun ərazisində müvəqqəti yaşayanlar;

- qulluqla bağlı xidmət yerinə gələrək həmin dairənin ərazisində yaşayan hərbi qulluqçuların və digər şəxslərin ailələri;

- azadlıqdan məhrumetmə yerindən şərti azad edilmiş və müəyyən müddət ərzində həmin dairənin ərazisində yaşayan şəxslər.

 

Müvəqqəti yaşayanların siyahıları xəstəxana, uşaq evi, internat məktəbi, ahıllar və əlilliyi olan şəxslər üçün internat evi və s. üçün ayrıca, həmin idarə və müəssisələrin rəhbərləri ilə birlikdə tərtib edilir. Siyahı blankının yuxarı sol küncündə müvafiq idarənin adı və ünvanı göstərilir, məlumatların doğru-düzgünlüyü isə 13-cü sütunun müvafiq qrafasında idarə (müəssisə) rəhbərinin imzası ilə təsdiq edilir.[11]

Bu idarələrdə işləyərək digər yerdə daimi yaşayanlar müvəqqəti yaşayan şəxslərin siyahısına (2 ¹-li forma) daxil edilmir. Onlar yaşadıqları yaşayış məntəqəsi üzrə ev təsərrüfatlarının uçotu kitabında (1 ¹-li forma) uçota alınırlar.

Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində daimi qeydiyyatda olmayan, lakin bu dairənin ərazisində yerləşən bağ evlərində müvəqqəti yaşayan (məsələn, yay mövsümündə) şəxslər bu siyahıya (2 ¹-li formaya) daxil edilmirlər. İstirahət məqsədləri üçün inzibati ərazi dairəsinin ərazisində ev kirayə götürən şəxslər də siyahıda (2 ¹-li formada) nəzərə alınmırlar.

2 ¹-li formanın 1-5-ci sütunlarındakı məlumatlar ev təsərrüfatlarının uçotu kitabı (1 ¹-li forma) üzrə şəxsi hesabların müvafiq sətirlərində qeydlərin aparılması qaydalarına (bax səh. 6–10-a) uyğun doldurulur.

6-cı “Daimi yaşadığı yer” sütununda müvəqqəti yaşamaq üçün gələn şəxsin daimi yaşadığı ünvan göstərilir. Məsələn, Şirvan şəhəri, Sülh küçəsi, ev 15, mənzil 14.

7-ci “İş yeri və vəzifəsi” sütununda həmin şəxsin daimi yaşadığı yer üzrə iş yeri və vəzifəsi göstərilir. Məsələn, Gəncə şəhəri, 1 ¹-li orta məktəbdə müəllim. İşləməyənlər üçün müvafiq qeyd (işləmir, pensiyaçıdır və s.) aparılır.

8-ci  “Haradan və hansı tarixdə gəlmişdir” sütununda həmin şəxsin gəldiyi yer və tarix göstərilir. Məsələn, Mingəçevir şəhəri, 15.05.2016.

Əgər müvəqqəti yaşadığı inzibati ərazi dairəsində həmin şəxsə məxsus heyvan, quş və ya arı ailəsi varsa, 9-cu sütunda onların növü (məsələn, inək, qoyun, at, toyuq, arı ailəsi və s.), 10-cu sütunda isə sayı yazılır.

11-ci sütunda şəxsin müvəqqəti yaşadığı ev təsərrüfatının yerləşdiyi yaşayış məntəqəsinin adı, 12-ci sütunda həmin təsərrüfatın şəxsi hesab nömrəsi qeyd olunur və siyahıya (2 ¹-li formaya) daxil edilən məlumatların doğru-düzgünlüyü 13-cü sütunda həmin təsərrüfat başçısının imzası ilə təsdiq edilir.

14-cü “İnzibati ərazi dairəsində daimi məskunlaşması və ya onu tərk etməsi barədə qeyd” sütununda müvəqqəti yaşayan şəxslərin həmin inzibati ərazi dairəsində daimi yaşayan əhali sırasına keçməsi, inzibati ərazi dairəsindən çıxıb getməsi, habelə vəfat etməsi haqqında qeydlər aparılır. Məsələn, 17.04.2018-ci il tarixdə Muğanlı qəsəbəsinin daimi əhali sırasına keçərək 5 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 55 nömrəli şəxsi hesabında qeydə alınmışdır, 01.03.2018-ci il tarixdən Masallı rayonuna çıxıb getmişdir, 02.03.2018-ci ildə vəfat etmişdir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il)

2.       5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il)

  1. 11 mart 2019-cu il tarixli 14/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903111406, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2019-cu il)
  2. 23 aprel 2019-cu il tarixli 20/05 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904232005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2019-cu il)
  3. 6 iyul 2020-ci il tarixli 9/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007060915, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 ¹-li formanın “I. Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin 7-ci sətrində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[2] 5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 ¹-li forma”nın “I. Təsərrüfat üzvlərinin siyahısı” cədvəlinin 13-cü sətrində “qrupunun” sözü “dərəcəsinin” sözü ilə əvəz edilmişdir.

 

[3] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı”- 2 ¹-li formanın “MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISI” cədvəlinin 4-cü sütununun adında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[4] 5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “I. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABININ APARILMASININ ÜMUMİ QAYDALARI” bölməsinin altıncı hissəsinin birinci abzasında “qocalar və əlillər ” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün internat” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “7-ci “Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; ilk peşə-ixtisas; tam orta; ümumi orta; ibtidai; təhsili yoxdur, lakin oxuyub yazmağı bacarır; savadsızdır” hissəsinin birinci abzasında ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə, üçüncü abzasında İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə, ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir, “(peşə liseylərini, peşə məktəblərini)” sözləri çıxarılmışdır.

 

[6] 11 mart 2019-cu il tarixli 14/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903111406, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2019-cu il) “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “9-cu “İş yeri və vəzifəsi” hissəsinin üçüncü abzasında “torpaq payı olmayan,” sözləri çıxarılmışdır, “işaxtaran” sözü “işsiz” sözü ilə əvəz edilmişdir, “işsiz” sözündən sonra “şəxs” sözü əlavə edilmişdir.

 

6 iyul 2020-ci il tarixli 9/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007060915, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2020-ci il) ilə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “9-cu “İş yeri və vəzifəsi” hissəsinin üçüncü abzasında “məşğulluq xidməti orqanında” sözləri “Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “10-cu “Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər” hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[8] 5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “10-cu “Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər” hissəsinin doqquzuncu abzasında “qocalar, əlillər” sözləri “ahıllar, əlilliyi olan şəxslər üçün internat evlərində” sözləri ilə əvəz edilmişdir.

 

[9] 5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “13-cü “Pensiya və müavinət alan şəxslər haqqında qeydlər; pensiya növünün və ya əlillik qrupunun sonrakı dəyişiklikləri” hissəsinin birinci abzasının birinci cümləsində “qrupunun” sözü “dərəcəsinin” sözü ilə, “qrupu” sözü “dərəcəsi” sözü ilə, ikinci cümləsində “əlili” sözü “ilə əlaqədar əlilliyi olan şəxs” sözləri ilə, “qrup əlil” sözləri “dərəcə əlilliyi olan şəxs” sözləri ilə, ikinci abzasında “qrupu” sözü “dərəcəsi” sözü ilə əvəz edilmişdir.

 

[10] 23 aprel 2019-cu il tarixli 20/05 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904232005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2019-cu il) ilə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in “III. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 ¹-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin “1-ci “Fərdi yaşayış evi, mənzil, yataqxana, digər. Tikildiyi il____” hissəsinin on birinci abzasında “özəl” sözü “xüsusi” sözü ilə əvəz edilmişdir.

 

[11] 5 mart 2019-cu il tarixli 11/06 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903051106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “IV. MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISINDA (2 ¹-li forma) QEYDLƏRİN APARILMASI QAYDALARI” bölməsinin ikinci hissəsinin dördüncü abzasında “qocalar və əlillər” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün internat” sözləri ilə, üçüncü hissəsinin birinci cümləsində “əlillər, qocalar” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün internat” sözləri ilə əvəz edilmişdir.