![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
04.07.2017 |
Qeydiyyat nömrəsi |
11/18 |
Adı |
“Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
12.07.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201707041118 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
11.07.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
qərara alır:
1. “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş” təsdiq edilsin (əlavə 2).
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. “Turizm fəaliyyəti haqqında” 1-turizm ¹-li yarımillik, illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 18 iyul tarixində 15201307099609 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş 2013-cü il 9 iyul tarixli 96/09 nömrəli qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.
5. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin.
Sədr Tahir Budaqov
R Ə S M İ S T A T İ S T İ K A H E S A B A T ISəyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında
20 - il üzrə |
Sətrin kodu |
Müəssisənin (təşkilatın) əsas fəaliyyət növü (uyğun gələni “X” işarəsi ilə qeyd edin) |
||
Turoperatorların fəaliyyəti |
Səyahət agentliklərinin (turagentlik) fəaliyyəti |
Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət |
|
01 |
|
|
|
I bölmə. Müəssisənin (təşkilatın) fəaliyyətinin ümumi iqtisadi göstəriciləri
Göstəricilərin adı |
Sətrin kodu |
Ölçü vahidi |
Hesabat dövründə |
A |
B |
C |
1 |
Məhsul və xidmətlərin satışından əldə olunan gəlir (ƏDV, aksiz vergiləri çıxılmaqla) |
02 |
manat |
|
İstehsal xərcləri – cəmi |
03 |
“-” |
|
o cümlədən: turizm məhsulunun formalaşdırılmasına çəkilən xərclər |
04 |
“-” |
|
ondan: yerləşmə xidmətlərinə |
05 |
“-” |
|
nəqliyyat xidmətlərinə |
06 |
“-” |
|
iaşə xidmətlərinə |
07 |
“-” |
|
ekskursiya xidmətlərinə |
08 |
“-” |
|
viza xidmətlərinə |
09 |
“-” |
|
turizm məhsulunun formalaşdırılmasına çəkilən digər xərclər |
10 |
“-” |
|
əmək haqqı xərcləri |
11 |
“-” |
|
əsas vəsaitlərin cari təmirinə çəkilən xərclər |
12 |
“-” |
|
büdcəyə ödənilən vergilər |
13 |
“-” |
|
reklam xərcləri |
14 |
“-” |
|
digər xərclər |
15 |
“-” |
|
İşçilərin orta illik sayı |
16 |
nəfər |
|
ondan: qadınlar |
17 |
“-” |
|
Turizm sahəsində təhsili almış işçilərin sayı (16-cı sətirdən) |
18 |
“-” |
|
II bölmə. Satılmış turizm yollayışları
Göstəricilərin adı |
Sətrin kodu |
Turizm yollayışlarının sayı, ədəd |
Turizm yollayışlarının dəyəri, manat |
||||
qrup halında |
fərdi |
cəmi |
qrup halında |
fərdi |
cəmi |
||
À |
B |
1 |
2 |
3 |
4 |
5 |
6 |
Satılmış turizm yollayışlarının sayı –cəmi |
19 |
|
|
|
|
|
|
o cümlədən: Azərbaycan Respublikası vətəndaşlarına ölkə ərazisində səyahət üçün |
20 |
|
|
|
|
|
|
Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrdə səyahət üçün |
21 |
|
|
|
|
|
|
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində səyahət üçün |
22 |
|
|
|
|
|
|
III bölmə. Azərbaycana gələn və gedən turistlərin bölgüsü
Ölkənin adı |
Sətrin kodu |
Ölkənin kodu |
Gələn turistlərin |
Gedən turistlərin |
||
sayı, nəfər |
səyahət müddəti, tur-gün |
sayı, nəfər |
səyahət müddəti, tur-gün |
|||
À |
B |
C |
1 |
2 |
3 |
4 |
Cəmi |
23 |
X |
|
|
|
|
ABŞ |
24 |
840 |
|
|
|
|
Almaniya |
25 |
276 |
|
|
|
|
Bəhreyn |
26 |
048 |
|
|
|
|
Birləşmiş Ərəb Əmirlikləri |
27 |
784 |
|
|
|
|
Böyük Britaniya |
28 |
826 |
|
|
|
|
Çexiya |
29 |
203 |
|
|
|
|
Çin |
30 |
156 |
|
|
|
|
Finlandiya |
31 |
246 |
|
|
|
|
Fransa |
32 |
250 |
|
|
|
|
Gürcüstan |
33 |
268 |
|
|
|
|
Hindistan |
34 |
356 |
|
|
|
|
İraq |
35 |
368 |
|
|
|
|
İran |
36 |
364 |
|
|
|
|
İspaniya |
37 |
724 |
|
|
|
|
İsrail |
38 |
376 |
|
|
|
|
İtaliya |
39 |
380 |
|
|
|
|
Koreya Respublikası |
40 |
410 |
|
|
|
|
Küveyt |
41 |
414 |
|
|
|
|
Qazaxıstan |
42 |
398 |
|
|
|
|
Qətər |
43 |
634 |
|
|
|
|
Macarıstan |
44 |
348 |
|
|
|
|
Malayziya |
45 |
458 |
|
|
|
|
Misir |
46 |
818 |
|
|
|
|
Oman |
47 |
512 |
|
|
|
|
Polşa |
48 |
616 |
|
|
|
|
Rusiya Federasiyası |
49 |
643 |
|
|
|
|
Səudiyyə Ərəbistanı |
50 |
682 |
|
|
|
|
Türkiyə |
51 |
792 |
|
|
|
|
Ukrayna |
52 |
804 |
|
|
|
|
Yaponiya |
53 |
392 |
|
|
|
|
digər ölkələr |
54 |
X |
|
|
|
|
IV bölmə. Ölkə daxilində səyahət edən Azərbaycan Respublikasının vətəndaşları
Sıra ¹-si |
Turistlərin (ekskursiyaçıların) səyahət etdiyi rayon (şəhər) |
Turistlərin |
Ekskursiyaçıların sayı, nəfər |
|
sayı, nəfər |
səyahət müddəti, tur-gün |
|||
A |
B |
1 |
2 |
3 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Hesabatın tərtib olunmasına sərf edilən vaxt _____ (adam-saat) ________________________ _____________________ İcraçının vəzifəsi, soyadı, tel. nömrəsi Rəhbərin soyadı, imzası “ ___” ____________ 20 il |
|
Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04.07.2017-ci il tarixli 11/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
“Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair
GÖSTƏRİŞ
1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı forması səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən sahibkarlıq subyektlərinin gəlir və xərcləri, əhaliyə satılmış turizm yollayışlarının sayı və dəyəri, turizm yollayışlarından istifadə etməklə ölkə daxilində və xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı və s. məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
Hesabatı turizm məhsulunu (turları) formalaşdıran, satan və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələr fevral ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edir.
2. Əsas anlayışlar
Turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləri);
Turist - istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir;
Tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır;
Turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramda nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir;
Turoperator - turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır;
Turagentlik - turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə (informasiya, reklam, marketinq və s.) digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilatdır;
Turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksidir (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər).
3. Hesabat formasının doldurulmasına dair izahlar
01-ci sətirdə turizm müəssisəsinin əsas fəaliyyət növü “X” ilə işarə edilir. Bu zaman il ərzində daha çox gəlir gətirmiş fəaliyyət növü qeyd edilməlidir.
I bölmədə 02-ci sətrin 1-ci sütununda ƏDV, aksiz vergiləri çıxılmaqla xidmətlərin (məhsulların) satışından əldə edilən gəlirin məbləği göstərilir. Burada turagentliklər və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən təşkilatlar komisyon haqlarının, agentlik xidmətlərindən əldə olunmuş vəsaitin və digər mükafatların məbləğini, müxtəlif əyləncə tədbirlərində iştirak üçün, nəqliyyat xidmətlərindən istifadə üçün satılmış biletlərin alışla satışı arasındakı qiyməti fərqini qeyd edirlər.
03-cü sətrin 1-ci sütununda təşkilatın məhsul (xidmət) istehsalına çəkdiyi xərclərin dəyəri göstərilir. Bu sətrin 1-ci sütun üzrə məlumatları 04-cü və 11-15-ci sətirlərin 1-ci sütunlarının məlumatlarının cəminə bərabər olmalıdır. 04-cü sətrin 1-ci sütununda turizm məhsulunun (turların) istehsalı zamanı kənar təşkilatların göstərdiyi xidmətlərə görə onlara ödənilən xərclərin məbləği qeyd edilir, bu sətrin məlumatları 05-10-cu sətirlərin 1-ci sütun üzrə məlumatlarının cəminə bərabərdir. 15-ci “digər xərclər” sətrinin 1-ci sütununda enerji, suyun alınması, ezamiyyə və s. xərclərin məbləği qeyd olunur.
16-cı sətrin 1-ci sütununda turizm mövsümü ilə əlaqədar qəbul edilmiş müvəqqəti işçilər də nəzərə alınmaqla işçilərin orta illik sayı əks olunur. 17-ci sətrin 1-ci sütununda işçilərin ümumi orta illik sayından qadınların sayı qeyd edilir. 18-ci sətrin 1-ci sütununda turizm sahəsində təhsili olan işçilərin sayı əks olunur. Bu işçilərə turizm sahəsi üzrə müvafiq təhsil proqramının bitirilməsini təsdiq edən ali təhsil, orta ixtisas və peşə təhsili diplomu və ya sertifikatı olan şəxslər aid edilir. [2]
II bölmədə 19-cu sətrin 1-ci sütununda qrup formasında, 2-ci sütununda isə fərdi formada satılmış turizm yollayışı blanklarının sayı qeyd edilir. 4-cü və 5-ci sütunlarda müvafiq olaraq həmin yollayışların dəyəri yazılır. Bu bölmədə bütün sətirlər üzrə 3-cü sütunun məlumatları 1-ci və 2-ci sütunların məlumatlarının cəminə, 6-cı sütunun məlumatları isə 4-cü və 5-ci sütunların məlumatlarının cəminə bərabər olmalıdır.
III bölmənin 1-ci sütununda Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan turistlərin, 2-ci sütununda tur-günlərin sayı, 3-cü sütununda xarici ölkələrə səfər edən Azərbaycan turistlərinin sayı, 4-cü sütununda isə tur-günlərin sayı qeyd edilir. 1-4-cü sütunlar üzrə 23-cü sətrin məlumatları 24-54-cü sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
Hesabat formasının IV bölməsində səyahət agentlikləri və turoperatorlar tərəfindən ölkə ərazisində səyahətə göndərilmiş Azərbaycan Respublikası vətəndaşlarına dair məlumatlar əks olunur. B sütununda turistlərin (ekskursiyaçıların) səyahət etmək üçün göndərildiyi rayonun (şəhərin) adı, 1-ci sütunda bu rayona (şəhərə) göndərilən turistlərin, 2-ci sütunda tur-günlərin və 3-cü sütunda ekskursiyaçıların sayı qeyd edilir. Səfər edən şəxs getdiyi yerdə bir və ya bir neçə gecələmə keçirdikdə turist, gecələmə keçirmədiyi halda isə ekskursiyaçı kimi qeydə alınır.
Hesabatın tərtib olunmasına sərf edilən vaxt adam-saatla müəyyənləşdirilir və dövr ərzində hesabatın tərtib olunmasında iştirak edən işçilərin sayını hesabatın tərtib olunmasına sərf etdikləri vaxta vurmaqla tapılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı formasında “Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir” sözləri “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir” sözləri ilə, “Hesabat təqdim edən müəssisənin (filialın, nümayəndəliyin)” sözləri “Hesabat təqdim edən statistik vahidin” sözləri ilə, “İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu” sözləri “Hesabat formasının kodu” sözləri ilə, “Müəssisənin identifikasiya (statistik) kodu” sözləri “Statistik vahidin identifikasiya (statistik) kodu” sözləri ilə əvəz edilmişdir.
[2] 14 yanvar 2019-cu il tarixli 4/15 nömrəli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901140415, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2019-cu il) ilə “Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında” 1-turizm ¹-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in “3. Hesabat formasının doldurulmasına dair izahlar” hissəsinin beşinci abzasının dördüncü cümləsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.