Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, I
kitab, maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr
631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997,
1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 9, maddə 1559, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr
1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
28.4.3 və 28.4.4-cü maddələrdə “səkkiz”
sözü “üç” sözü ilə əvəz edilsin;
1.2.
38.1-ci maddədə “pozulmasına” sözündən sonra “,
xırda talamaya” sözləri əlavə edilsin;
1.3.
39-cu maddənin mətni 39.1-ci maddə hesab edilsin və
aşağıdakı məzmunda 39.2-ci maddə əlavə
edilsin:
“39.2. Bu Məcəllənin 227-ci maddəsində nəzərdə
tutulmuş inzibati xəta haqqında iş üzrə icraat
zamanı inzibati xəta törətmiş şəxs
vurulmuş ziyanı tamamilə ödədikdə və zərər
çəkmiş şəxslə barışdıqda
inzibati iş üzrə icraata xitam verilir.”;
1.4.
53.0.9-cu maddənin sonundakı nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 53.0.10-cu maddə əlavə
edilsin:
“53.0.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə
tutulan inzibati xətanı törətmiş şəxs
vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş
şəxslə barışdıqda.”;
1.5.
54.2-ci maddədə “445-
1.6.
102.1-ci maddədə “bu Məcəllənin” sözlərindən
sonra “227-ci,” sözləri əlavə edilsin;
1.7.
154-cü maddə üzrə:
1.7.1.
154.1-ci maddəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
“İctimai işlər növündə inzibati tənbeh
tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi
işlərin növləri və belə işlərin
keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”;
1.7.2.
aşağıdakı məzmunda 154.1-1 və 154.1-2-ci maddələr
əlavə edilsin:
“154.1-1.
Müvafiq icra hakimiyyəti orqanları müvafiq inzibati-ərazi
vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi
yerlərin siyahısını və həmin işlərin həyata
keçirilməsi üçün zəruri olan şəxslərin
sayı barədə məlumatı növbəti ay
başlayanadək müvafiq icra hakimiyyəti orqanına
göndərir.
154.1-2. İcra məmuru barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsə
ictimai işlərin həyata keçiriləcəyi yerlərin
siyahısındakı yerlərdən birində işləmək
üçün göndəriş verir. İctimai işlərin
həyata keçiriləcəyi yerlərlə bağlı hər
hansı məlumat tələb edildikdə icra məmuru
müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu
verir. Sorğuya beş iş günündən gec olmayaraq
cavab verilməlidir.”;
1.7.3.
154.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı
ilə ictimai işlərin həyata keçiriləcəyi
yerlərin siyahısını razılaşdırır” sözləri
“ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri
yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin
görüldüyü yerlərə baş çəkməklə
protokol tərtib edir, tənbehin bu Məcəllə ilə
müəyyən edilmiş qaydada həyata keçirilməsi
üçün digər tədbirləri görür”
sözləri ilə əvəz edilsin;
1.7.4.
154.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“154.9. İşəgötürən ictimai işlərin
həyata keçirilməsi üçün mövcud olan yerlər
barədə müvafiq icra hakimiyyəti orqanına
düzgün və tam məlumat verir, şəxs ictimai
işlərin həyata keçiriləcəyi yerdə qəbul
edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən
ictimai işlərin yerinə yetirilməli olduğu
vaxtların cədvəlini tərtib edərək üç
gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində
bu tənbeh növü tətbiq edilən şəxslər
üçün müəyyən edilmiş işin yerinə
yetirilməsinə nəzarət edir, onların işlədikləri
saatların uçotunu aparır və ictimai işləri
yerinə yetirməkdən boyun qaçırma halları barədə
dərhal icra məmuruna məlumat verir.”;
1.8.
227-ci maddə üzrə:
1.8.1.
sanksiyada “iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə
cərimə edilir” sözləri “yüz altmış saatdan
iki yüz qırx saatadək ictimai işlər” sözləri
ilə, “iki ayadək” sözləri “üç ayadək”
sözləri ilə əvəz edilsin;
1.8.2.
“Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin
maddədə göstərilən əməllər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.”;
1.9.
227-1-ci maddə ləğv edilsin;
1.10.
360-cı maddə üzrə:
1.10.1.
maddənin dispozisiyasından “az miqdarda” sözləri
çıxarılsın;
1.10.2.
maddənin “Qeyd” hissəsi ləğv edilsin;
1.11.
aşağıdakı məzmunda 528-1-ci maddə əlavə
edilsin:
“Maddə 528-1. İctimai işlər
növündə cəzanın və ya inzibati tənbehin
icrası ilə bağlı vəzifələrin yerinə
yetirilməməsi
528-1.1.
İctimai işlər növündə cəzanın və
ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin
siyahısını və həmin işlərin həyata
keçirilməsi üçün zəruri olan şəxslərin
sayı barədə məlumatı vaxtında müvafiq icra
hakimiyyəti orqanına göndərilməməsinə, yaxud
ictimai işlərin həyata keçiriləcəyi yerlərlə
bağlı sorğulara vaxtında cavab verilməməsinə
görə -
vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə cərimə edilir.
528-1.2.
İctimai işlər növündə cəzanın və
ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən
tərəfindən şəxs üçün müəyyən
edilmiş işin yerinə yetirilməsinə nəzarət
edilməməsinə, yaxud işlədiyi saatların
uçotunun aparılmamasına və ya düzgün
aparılmamasına, şəxsin ictimai işlərin yerinə
yetirilməli olduğu vaxtların cədvəlinin tərtib
edilməməsinə və ya bu cədvəlin icra məmuruna
vaxtında göndərilməməsinə, habelə ictimai
işlərin yerinə yetirilməsindən boyun
qaçırma halları barədə icra məmuruna dərhal
məlumat verilməməsinə görə -
vəzifəli
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə cərimə edilir.
528-1.3.
İcra məmuru tərəfindən ayda iki dəfədən
az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli
olduğu vaxtlarda həmin işlərin
görüldüyü yerlərə baş çəkilməməsinə
görə -
vəzifəli şəxslər üç yüz
manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.”.
Maddə 2.
Bu Qanun 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2017-ci il
¹
817-VQD