Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq 2017-ci il payız sessiyası üçün qanunvericilik işləri planı təsdiq edilsin (əlavə olunur).

 

O.Əsədov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 2 oktyabr 2017-ci il

№ 767-VQR

 

 


Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı

 

1

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

Milli Məclisin müvafiq komitələri

Aparatın müvafiq şöbələri

2

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Konstitusiya qanununun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

3

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Konstitusiya qanununun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

4

Azərbaycan Respublikasının Dövlət himni haqqında Konstitusiya qanununun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

5

İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında Konstitusiya qanununun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

6

Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri

Milli Məclisin müvafiq komitələri (Aparıcı-İqtisadi siyasət komitəsi)

İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələri

7

Daxili qoşunlar haqqında qanun layihəsi

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi

İnzibati və hərbi qanunvericilik şöbəsi

8

Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri

İnzibati və hərbi qanunvericilik şöbəsi

9

Hesablama Palatası haqqında qanun layihəsi

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

İqtisadi qanunvericilik şöbəsi

10

Kabel şəbəkəsi yayımı haqqında qanun layihəsi

İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələri

İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələri

11

Kinematoqrafiya haqqında qanun layihəsi

Mədəniyyət komitəsi

Sosial qanunvericilik şöbəsi

12

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanun layihəsi

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

İqtisadi qanunvericilik şöbəsi

13

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi

Aqrar siyasət komitəsi

İqtisadi qanunvericilik şöbəsi

14

Turizm haqqında qanun layihəsi

Əmək və sosial siyasət komitəsi

Sosial qanunvericilik şöbəsi

15

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi

Əmək və sosial siyasət və İnsan hüquqları komitələri

Sosial qanunvericilik şöbəsi

16

Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi

Səhiyyə, Gənclər və idman və İnsan hüquqları komitələri

Sosial qanunvericilik şöbəsi

17

Psixoloji yardım haqqında qanun layihəsi

Səhiyyə və İnsan hüquqları komitələri

Sosial qanunvericilik şöbəsi

18

Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihəsi

Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələri

Sosial qanunvericilik şöbəsi

19

Peşə təhsili haqqında qanun layihəsi

Elm və təhsil, Əmək və sosial siyasət və Gənclər və idman komitələri

Sosial qanunvericilik şöbəsi

20

Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri

Milli Məclisin müvafiq komitələri

Aparatın müvafiq şöbələri