“Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində və Azərbaycan Milli
Elmlər Akademiyasının magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində və Azərbaycan Milli
Elmlər Akademiyasının magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü
il 24 dekabr tarixli 348 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12,
maddə 1638; 2016, ¹ 6, maddə 1202) aşağıdakı dəyişikliklər
edilsin:
1.
Adına və ikinci abzasına “səviyyələrində”
sözündən sonra “, əsas (baza ali) tibb təhsilində”
sözləri əlavə edilsin.
2.
Həmin qərarla təsdiq edilmiş “Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları”
üzrə:
2.1.
adına “səviyyələrində” sözündən sonra
“, əsas (baza ali) tibb təhsilində” sözləri əlavə
edilsin;
2.2.
1.2-ci bənddən “ərazisində fəaliyyət göstərən”
sözləri çıxarılsın və həmin bəndə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Azərbaycan
Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına
alınmış, fəaliyyətinə lisenziya verilmiş
xarici ölkələrin ali təhsil müəssisələri
və (və ya) filialları öz ölkələrində
mövcud olan tədrisin təşkili qaydalarını həmin
təhsil müəssisələrində tətbiq edə bilərlər.”;
2.3.
1.3.7-ci yarımbənd ləğv edilsin;
2.4.
1.6-cı bəndə “əyani” sözündən sonra “(tədrisə
tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb
olunma - parttime)” sözləri əlavə edilsin;
2.5.
2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 2.1.18-ci, 2.1.19-cu,
2.1.20-ci və 2.1.21-ci yarımbəndlər əlavə
edilsin:
“2.1.18.
tədrisə tam cəlb olunma (fulltime) - ixtisasın təhsil
proqramı ilə müəyyən olunmuş normativ təhsil
müddətinə uyğun, tədris qrafiki ali təhsil
müəssisəsi tərəfindən
planlaşdırılan əyani təhsilalma formasının
növüdür;
2.1.19.
tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris
planına uyğun, hər semestrdə iki fəndən az
olmamaqla, tədris qrafiki tələbə tərəfindən
planlaşdırılan əyani təhsilalma formasının
növüdür;
2.1.20.
cari qiymətləndirmə - fənn üzrə tələbənin
semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;
2.1.21.
aralıq qiymətləndirmə - fənn üzrə tələbənin
imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.”;
2.6.
3.2.2-ci yarımbəndin üçüncü və
altıncı cümlələri aşağıdakı redaksiyada
verilsin:
“Bir
semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə
30 (tələbənin prerekvizit fənn və ya fənlərdən
akademik borcu qaldığı halda, kreditlərin sayı az ola
bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə
20-yə qədər kredit müəyyənləşdirilir.
Tələbənin
həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna
olmaqla).”;
2.7.
3.2.4-cü yarımbənddə “(tibb təhsilində 300-360
kredit)” sözləri “(əsas (baza ali) tibb təhsilində
300-360 kredit)” sözləri ilə əvəz edilsin;
2.8.
3.2.5-ci, 3.2.14-cü, 3.2.16-cı və 3.2.17-ci yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“3.2.5.
Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə
fənn (fənlər) də seçməyə icazə
verilir. Bu halda təhsil haqqının ödənilməsi bu
Qaydaların 4.3-cü bəndinin tələblərinə
uyğun həyata keçirilir. Dövlət sifarişi ilə
təhsil alan və bütün təhsil müddətində
ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal
arasında olan tələbələrə əlavə ödəniş
etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri
nəzərə alınmaqla, təhsil aldığı ixtisas
üzrə əlavə fənn (fənlər) seçməyə
icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin
götürdüyü kreditlərin sayı 40-dan çox
olmamalıdır.
3.2.14.
Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə
görə fənn üzrə müvəffəq qiymət
almış tələbə həmin fəndən kreditləri
qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin
ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin
nəticəsinə görə qeyri-müvəffəq qiymət
almış, eləcə də üzrlü və ya
üzrsüz səbəbdən imtahanda iştirak etməmiş
tələbə bu fəndən kreditləri qazanmır, yəni
həmin fənn üzrə akademik borcu qalır. Cari və
aralıq qiymətləndirmənin nəticələrinə,
habelə aralıq qiymətləndirmənin nəticəsinə
görə, eləcə də üzrlü və ya
üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə
görə akademik borcu yaranmış tələbəyə həmin
fənn (fənlər) üzrə təkrar imtahan vermək
(xüsusi təyinatlı ali təhsil müəssisələri
istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək
üçün şərait yaradılmalıdır. Bu halda
fənni (fənləri) yenidən dinləmədən kreditləri
qazanmaq istəyən tələbə bu imkandan təhsil
proqramı ilə müəyyən olunmuş müddət ərzində
həmin fənn (fənlər) tədris olunduğu semestrdə
(akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra
növbəti semestr başlayanadək və ya növbəti
semestrlərdən birində imtahan sessiyası zamanı)
istifadə edə bilər. Tələbə hər semestrdə
fənni (fənləri) dinləmədən ümumilikdə
iki fənn üzrə (hər fəndən bir dəfə
olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin
fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin
nəticələri nəzərə alınır və onun
qazandığı kreditlər tədris planı üzrə həmin
fənni (fənləri) dinlədiyi semestrə aid olunur.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən
tələbə həmin fənn üzrə təkrar imtahan
üçün ödəniş etmir, digər hallarda isə
tələbənin imtahan üçün ödəniş
haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə
uyğun həmin fənn üçün müəyyən
edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə
ali təhsil müəssisəsinin ali idarəetmə
orqanı tərəfindən müəyyənləşdirilir
və həmin müəssisənin rəsmi internet səhifəsində
yerləşdirilir. Bütün digər hallarda akademik borcu
olan tələbə fənni yenidən dinləməli və
həmin fəndən (fənlərdən) dərslərdə
iştirak etməklə, onun (onların) mənimsənilməsinə
qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə
olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların
4.3-cü bəndinin tələblərinə uyğun həyata
keçirilir.
3.2.16.
Tələbə bir ali təhsil müəssisəsindən
(ixtisasdan) digərinə köçürüldüyü, tələbələr
sırasına bərpa olunduğu, akademik məzuniyyətdən
qayıtdığı və təkrar ali təhsil
aldığı hallarda, onun əvvəllər
qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci
yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə
alınır.
3.2.17.
Bir müəllimi bu Qaydaların 4.2-1-ci bəndinə uyğun
olaraq seçən tələbələrin sayı fənnin
xüsusiyyətindən və tədrisin formasından
(mühazirə, məşğələ, laboratoriya və s.)
asılı olaraq ali təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.”;
2.9.
3.2.18-ci və 3.2.20-ci yarımbəndlər ləğv edilsin;
2.10.
3.2.21-ci yarımbəndin üçüncü və
dördüncü cümlələri
çıxarılsın;
2.11.
3.2.22-ci və 3.2.23-cü yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
“3.2.22.
Tələbənin sərbəst işinin növü və
forması (fərdi, komanda, qrup tapşırığı və
s.) fənni tədris edən müəllim tərəfindən
müəyyənləşdirilir.
3.2.23.
Fənn üzrə ayrılmış auditoriya
saatlarının 25 faizindən çoxunda iştirak etməyən
tələbə (Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin Kollegiyası tərəfindən idman
növləri üzrə təsdiq edilmiş milli yığma
komandaların üzvləri olan idmançı-tələbələr
istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu
hədd ali təhsil müəssisəsi tərəfindən
azaldıla bilər.”;
2.12.
3.3.3-cü yarımbəndin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Ali
təhsil müəssisələrində və AMEA-da hər
bir fənn üzrə yaradılan qrupda tələbələrin
sayı fənnin xüsusiyyətindən və tədrisin
formasından asılı olaraq, ali təhsil müəssisəsi
və ya AMEA tərəfindən müəyyən edilir.”;
2.13.
3.4.3-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.4.3.
Yay semestrində tələbənin götürdüyü fənlər
üzrə kreditlərin cəmi 10-dan artıq
olmamalıdır.”;
2.14.
aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə
edilsin:
“4.2-1.
Tələbənin bu Qaydaların 3.2.17-ci yarımbəndinə
müvafiq olaraq müəllim seçmək hüququ
vardır.”;
2.15.
5.1-ci və 5.2-ci bəndlər aşağıdakı
redaksiyada verilsin:
“5.1.
Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi,
kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq
edilməsi və tələbələrə kömək
göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində
və AMEA-da akademik məsləhətçilər (tyutorlar)
xidməti təşkil edilir.
5.2.
Tyutorlar bu sahədə müəyyən təcrübəsi və
səriştəsi olan ali təhsilli şəxslər
arasından seçilirlər.”.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı şəhəri,
14 iyun 2017-ci il
¹ 257